Məhkəmə qərarları › İş №1(101)-373/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-373/2022

24.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-373/2022 24.05.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Sadıxov Rasim Əkrəm oğlu (sədrlik edən), Kərimov Novruz Ağakərim oğlu və Paşayev Azər İslah oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin prokuroru X3, müdafiəçi: Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 qızının iştirakı ilə açıq məhkəmə iclasında xx.xx.1977-ci ildə Türkmənistan Respublikası Krasnovodsk vilayətindəanadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində iki azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi, ev 1 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs AzərbaycanRespublikasıCM-nin 32.5,206.3.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələri, eləcə də narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan külli miqdarda güclü təsir edən maddələri əldə edib daşımaqla saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs cinayətin haqqında icraat yarılmış başqa şəxslərlə birlikdə satış məqsədi ilə 02 sentyabr 2020-ci il trixdə Cəlilabad rayonu ərazisində qanunsuz olaraq külli miqdarda 05 ədəd polietilen torba ayrı-ayrıqda təmiz çəkiləri 1449 qram, 1480 qram, 1515 qram, 1600 qram, 1515 qram olmaqla ümumi təmiz çəkisi 7559 qram eyni əlamətli qəhvəyi rəngli narkotik vasitə heroini, qanunsuz olaraq külli miqdarda üzərində “Methadone 40 Faran” göstəriciləri olan 17 ədəd blisterdə ümumilikdə 170 ədəd bozumtul-qəhvəyi rəngli dərman tabletləri şəkilində və ümumi çəkisi 6,8 qram olan narkotik vasitə metadon, qanunsuz olaraq külli miqdarda 01 ədəd plastik qabda təmiz çəkisi 2205 qram ağ rəngli, kristal şəkilli kütlələr kustar üsulla hazırlanmış psixotrop maddə metafetamin; qanunsuz olaraq külli miqdarda narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən üzərində “Lyriver...Preqabalin” göstəriciləri olan 11 ədəd blisterdə ümumilikdə 110 ədəd, ümumi çəkisi 11 qram olan qırmızı rəngli dərman kapsulları, üzərində narkotik vasitə heroinin və psixotrop maddə metafetaminin izləri olan 02 ədəd elektron tərəzini əldə edib faktiki yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi, ev 1 ünvanının mətbəxinə daşıyaraq orada gizlətməklə saxlamış, bu barədə daxil olmuş məlumat əsasında Daxili işlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 06 sentyabr 2021ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs həmin gün saat 13:10-da Bakı şəhəri, Xətai rayonu, Ağ şəhər ərazisində yerləşən “Dənizkənarı Milli Park” ərazisində saxlanılmış və həmin tarixdə saat 16:32-də yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi, ev 1 ünvanına özünün razılığı və iştirakı ilə keçirilən baxış zaman evin mətbəxindən bir ədəd bağlamadakı bir ədəd plastik qabın içərisindən külli miqdarda – 2205 qram çəkidə psixotrop maddə metafetamin, beş ədəd polietilen torbalarda eyni tərkibli ayrı-ayrılıqda təmiz çəkiləri 1449 qram, 1480 qram, 1515 qram, 1600 qram və 1515 qram olmaqla ümumi təmiz çəkisi külli miqdarda – 7559 qram olan narkotik vasitə heroin, bir ədəd sellofan torbada 170 ədəd həb formasında olmaqla ümumi miqdarı külli miqdarda – 6,8 qram olan narkotik vasitə metadon dərman preparatları, narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələrə aid olan preqabalinin ümumi çəkisi külli miqdarda – 11 qram olan cəmi 11 ədəd blisterdə ümumilikdə 110 ədəd üzərilərində “Lyriver...Preqabalin” adlı güclü təsir edən dərman preparatları və üzərilərində narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin izləri olan 02 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, evlidir, 2 övladı vardır, əvvəllər məhkum olunmamışdır. Özü heç vaxt narkotik vasitələrdən istifadə etməmiş, əldə etməmiş və satışı ilə məşğul olmamışdır. Özünə məxsus «Mersedes» markalı maşını ilə sərnişin daşımaqla məşğul olaraq ailəsini dolandırırdı. Təxminən bir il əvvəl əvvəllər Bakıxanov qəsəbəsində Akkordun binasında yaşayan Sadıx adlı şəxsi müştəri kimi tanımışdır. Sadıxla münasibətləri yaranmış və sonuncu onun maşınından teztez istifadə edirdi. Milad adlı şəxs Sadığın tanışıdır. Bu səbəbdən Miladın mobil nömrəsi onun da telefonunda olmuşdur. 06 sentyabr 2021-ci il tarixdə saat 13 radələrində Ağ şəhər ərazsində yerləşən Dənizkənarı parkın yanında maşınla dayanan zamanı bir neçə nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq onlarla birlikdə BMCMİ-yə getməyi təklif etmişlər. Orada ona bildirmişlər ki, onda sumka olmalıdır, sumkada isə narkotik vasitələr vardır. O da onlara bildirmişdir ki, həmin gündən təxminən 5-6 gün əvvəl Bakıxanov qəsəbəsindən Sadıx və Samir adlı şəxsləri Masallı rayonuna aparmışdır. Sadıx ailəsi ilə olmuş, Samir isə tək idi. Onların təklifi o idi ki, hər ikisini Masallıya aparacaq, Sadıx ailəsi ilə orada qalacaq, Samir isə onunla bərabər Bakıya qayıdacaqdır. Masallıya çatdıqda Sadıx ailəsi ilə orada maşından enmiş, o və Samir isə geriyə Bakı istiqamətində hərəkət etmişlər. Yolda Samirə zəng gəlmişdir. Samir telefonla danışdıqdan sonra bildirmişdir ki. Salyana hüzrə getməlidir, Salyan yolunda onu maşın gözləməlidir. Elə də oldu. Salyan yolunda bir restoranın yanında Samirin təklifi ilə maşını saxlamış və orada içərisində ailə olan bir maşina yaxınlaşmış, maşından ona bir idman çantası verilmiş, həmin çantanı o, gətirib ona verərək 2 günə Bakıya qayıdaraq çantanı götürəcəyini və yaxud başqa bir şəxsin gəlib çantanı ondan götürəcəyini bildirmişdir. Bundan sonra o, yoluna davam etmiş, Samir isə qalmışdır. Həmin çantanı o, maşının yük yerinə qoymuş və iki gün çanta maşında olmuşdur. Lakin Samir çanta dalınca gəlməmiş, başqa bir şəxs də onun adından çantanı götürmək üçün müraciət etməmişdir. O, özü də Samirə zəng edib çantanı götürməməsinin səbəbini soruşmamışdır. Çanta iki gün maşında qaldıqdan sonra onun yaşadığı Bakıxanov qəsəbəsi Y.Əliyev küçəsində yerləşən fərdi evinin yan damına qoymuşdur. Sumkada nə olduğunu bilməmiş və baxmamışdır. Polis əməkdaşları sumkanın yerini soruşduqda bildirmişdir ki, sumka onun evindədir və sumka ilə bağlı əhvalatı onlara danışmışdır. Bundan sonra polis əməkdaşları ilə birlikdə evinə getmiş, yan damın qapısını şəxsən özü açaraq sumkanı onlara təqdim etmişdir. Sumka sepli bir sumka idi, hündürlüyü təxminən 40 sm olardı. Həmin sumkanın ağzı açıldıqda içindən selofan kulok çıxmışdır. Polis əməkdaşlarının təklifi ilə həmin çantanı evinə moykanın altındakı şkafa yerləşdirmişdir ki, evinə keçiriləcək videogörüntü ilə olan baxış zamanı həmin çantanı polislərə təkrar təqdim etsin. Bundan sonra evində baxış keçirilmiş, baxışda 4 nəfər polis əməkdaşı iştirak etmiş, çəkilişi aparan əməkdaş sonra gəlmiş, yaşlı bir kişi idi. Baxış zamanı moykanın altından idman çantasını çıxarıb masanın üzərinə qoymuş, çantada olan paketləri də çıxarmış və həmin paketlərin içində narkotik vasitələri və psixotrop maddələri çıxarıb, təqdim etmişdir. Orada 05 ədəd ayrı-ayrı bağlamalarda narkotik vasitə heroin, 01 ədəd plastik qabın içərisində psixotrop maddə metafetamin, 02 ədəd elektron tərəzi, 01 ədəd plastik qabın içərisində dərman preparatları aşkar edilərək qablaşdırılıb götürülmüşdür. Orada onunla bərabər digər iştirakçılara da həmin videoçəkiliş nümayiş etdirilmiş, sonda isə bu barədə protokol tərtib olunaraq ucadan oxunmuş, digər iştirakçılarla birlikdə həmin protokola o da imza etmişdir. İbtidai istintaq zamanı verdiyi ifadələri təsdiq etmir, baxış protokolunda göstərdiklərini də təsdiq etmir, hal-hazırda məhkəmədə düzgün ifadə verir. Onun istifadəsində 050 ******* və 099 774 6000 mobil nömrələri olmuş, həmin nömrələrə dair ibtidai istintaq orqanı tərəfindən əldə edilmiş SMSlərlə razı deyil, səhv göstərilib. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs keçirdikləri əməliyyat tədbiri ilə əlaqədar tanımışdır. O, DİN-nin BMCMİ-nin əməkdaşıdır. 06 sentyabr 2021-ci il tarixdə ona Bakı şəhərində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edərək saxlaması və daşıması barədə məlumat daxil olmuş, həmin məlumat tərəfindən rəsmiləşdirilmiş və əməliyyat qrupu yaradılmışdır. Həmin qrupa şöbənin əməliyyat müvəkkilləri Şahid2 və Şahid3 daxil olmuşdur. Həmin gün saat 13 radələrində keçirdikləri əməliyyat tədbiri nəticəsində Təqsirləndirilən şəxs Bakı şəhəri, Xətai rayonu ərazisində“Ağ Şəhər“ərazisində yerləşən “Dəniz kənarı Milli Park ərazisində “Mercedes Benz 190” markalı, **-RC-*** qeydiyyat nişanlı avtomobilin yanında saxlamışlar. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhəli olması barədə məlumat daxil olduğunu bildirərək onu DİN-in BMCMİ-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs buna etiraz etməmiş, özü avtomobilin sükanına, Şahid2 və Təqsirləndirilən şəxs avtomobilin arxa sərnişin oturacağında əyləşmişlər. Bundan sonra birlikdə DİN-in BMCMİ-nə gəlmişlər. Baş İdarədə Təqsirləndirilən şəxs üzərində təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş, ona vəkil təqdim edilmiş bundan sonra təhqiqatçı tərəfindən ona təklif edilmişdir ki, üzərində qanunsuz əşya, narkotik vasitə və ya psixotrop maddə varsa könüllü olaraq təqdim etsin. Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya olmadığını bildirib avtomobil açarını, evin açarını, pulu və mobil telefonunu təqdim etmişdir. Həqiqətən üzərinə baxış keçirildiyi zaman üzərindən qanunsuz əşya aşkar edilməmişdir. Açarlar və pul Təqsirləndirilən şəxs özünə geri qaytarılmış, mobil telefon isə götürülmüşdür. Şifahi sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində narkotik vasitələr və psixotrop maddələr olmasa da, hazırda yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi, ev 1 ünvanında külli miqdarda narkotik vasitə heroin, “şüşə” adı ilə tanıdığı psixotrop maddə olan metafetamin və psixotrop tərkibli dərman həbləri gizlədib saxladığını bildirmiş və onları təqdim etməyə hazır olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs yaşadığı mənzildə gizlədib saxladığı külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və psixotrop tərkibli dərman həblərini anket məlumatlarını dəqiq bilmədiyi İran İslam Respublikasının vətəndaşı“Milad” adlışəxs tərəfindən ona göndərildiyini, 4 gün əvvəl “Milad” adlışəxsin “Whatsapp” ani mesajlaşma proqramı vasitəsi ilə onunla əlaqə saxlayıb ona külli miqdarda narkotik vasitə heroin, psixotrop maddə metamfetamin və dərman həbləri göndərəcəyini, həmin narkotik vasitələri, psixotrop maddələri və dərman həblərini Cəlilabad rayonu ərazisindən götürüb Bakışəhərinə gətirəcəyini, sonradan onun dediyi vaxtda həmin maddələri və dərman həblərini Bakışəhərindəözünün müəyyən etdiyi ünvana qoyub, həmin yerin şəkillərini çəkib ona göndərməli olduğunu və bunun müqabilində ona 600 manat pul verəcəyini bildirdiyini, “Milad” adlışəxsin təklifi ilə razılaşdıqdan sonra həmin günü Bakışəhərindən idarə etdiyi “Mercedes Benz 190” markalı, **-RC-*** qeydiyyat nişanlı avtomobillə Cəlilabad rayonu ərazisinə getdiyini, orada olduğu zaman “Milad” adlışəxsin ona təkrar “Whatsapp” ani mesajlaşma proqramı vasitəsi ilə zəng edib göndərdiyi narkotik vasitələri və psixotrop maddələri Cəlilabad rayonundan çıxdıqdan az sonra Bakışəhərinə gedən magistral yolun sağ tərəfində yol hərəkəti nişanın arxasına qoyulduğunu, həmin yerin ünvanını ona dəqiq izah edərək gedib narkotik vasitələri və psixotrop maddələri götürərək Bakı şəhərinə aparmasını bildirdiyini, özünün isə həmin günü saat 20 radələrində qeyd olunan ünvana gələrək “Milad” adlı şəxsin göndərdiyi narkotik vasitələri, psixotrop maddələri və dərman həblərini qara rəngli sellofan torbada götürüb idarə etdiyi avtomobilə qoyub Bakı şəhərinə gətirərək yaşadığı ünvan 3 ünvanında mətbəxdə gizlədib saxladığını və həmin maddələri təqdim edə biləcəyini bildirmişdir. Bundan sonra baxış keçirilməsinin nəticəsinə dair təhqiqatçı tərəfindən protokol tərtib olunmuş, protokol iştirakçılara ucadan oxunmuş və həmin bütün iştirakçılar tərəfindən o cümlədən Təqsirləndirilən şəxs tərəfindən könüllü və sərbəst olaraq imzalanmışdır. Əməliyyat tədbirinin davamı olaraq Təqsirləndirilən şəxs yaşadığı evə və idarə etdiyi avtomobilə baxış keçirilməsinə etiraz etməməsi barədə ərizə yazdıqdan sonra könüllü razılığı və iştirakı ilə idarə etdiyi avtomobilə şə xsi axtarışda iştirak edən şəxslərlə birlikdə video çəkilişdən istifadə edilməklə baxış keçirilmiş, baxış zamanı sonuncu idarə etdiyi avtomobildə narkotik vasitələr, psixotrop maddələr və dərman preparatları varsa təqdim etməsi təklif olunmuşdur. Bu zaman Təqsirləndirilən şəxs avtomobilində hər hansı bir əşyanın olmadığını qeyd etmiş, avtomobilə baxış zamanı hər hansı əşya aşkar edilməsə də, oradan 01 ədəd mobil telefon və plastik kart aşkar edilmişdir. Bundan sonra baxış keçirilməsinin nəticəsinə dair təhqiqatçı tərəfindən protokol tərtib olunmuş, protokol iştirakçılara ucadan oxunmuş, protokol imzalarla təsdiq edilmişdir. Həmin protokolu könüllü və sərbəst olaraq Təqsirləndirilən şəxs da imzalamışdır. Bundan sonra Təqsirləndirilən şəxs könüllü razılığı və iştirakı ilə yaşadığı ünvana - ünvan 4məsi üçün getmişlər. Evin qapısını Təqsirləndirilən şəxs özü açmış və onları evin içərisinə dəvət etmişdir. Oraya videoçəkilişdən istifadə edilməklə baxış keçirilməyə başlanılmış, baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evdə qanunsuz əşya varsa təqdim etməsi təklif edilmişdir. Sonuncu evin içərisində yerləşən mətbəxə daxil olmuş, orada olan əlüzyuyanın aşağı hissəsindən bir ədəd sellofan torbanı, plastik qabı təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin torbanın içərisində heronin vəşüşə olduğunu bildirmiş, həmin torba açıldıqda onun içərisindən 05 ədəd bağlama, 01 ədəd plastik qab və 02 ədəd elektron tərəzi aşkar edilmişdir. Plastik qabın içərisindən isə dərman vasitələri aşkar edilmiş, sellofan torbalarda narkotik vasitə heroinə, plastik qabda isə psixotrop maddə metamfetaminə oxşar maddələr həmçinin çoxlu sayda dərman həbləri aşkar edilmişdir. Həmin bükümlər qablaşdırılaraq götürülmüş və bundan sonra hamısı birlikdə BMCMİ-nin inzibati binasına qayıdaraq, orada baxış keçirilməsinin nəticəsinə dair təhqiqatçı tərəfindən tərtib olunmuş protokolu imzalamışlar. Protokol təhqiqatçı tərəfindən iştirakçılara ucadan oxunmuş, protokola qeydlər olmamış, protokol bütün iştirakçılar tərəfindən o cümlədən Təqsirləndirilən şəxs tərəfindən düzgün tərtib edildiyindən imzalarla təsdiq edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs ilkin izahatını təsdiq edərək qanunsuz maddələri islam Respyublikası vətəndaşı Milad adlı şəxsdən aldığını bildirmişdir.Təqsirləndirilən şəxs məhkəmədə düzgün ifadə vermir. Belə ki, əməliyyat tədbiri keçirildiyi zaman, Təqsirləndirilən şəxs üzərinə, avtomobilinə və yaşadığı mənzilə baxış keçirildiyi zaman heç bir qanun pozuntusuna yol verilməmiş, Təqsirləndirilən şəxs özü barəsində yalan məlumat verməyə məcbur edilməmiş, o özü şəxsən polis əməkdaşlarını evinə dəvət edərək əl-üz yuyulan yerin altından idman çantasını özü onlara təqdim etmişdir. Bütün bu tədbirlər video çəkilişlə aparılmış, protokollaşdırılmış və imzalarla təsdiq olunmuşdur. Onların obyektiv olmasını Təqsirləndirilən şəxs üzərinə və avtomobilinə baxış keçirilən zamanı hər hansı qanunsuz əşyanın olmamasını protokollarda qeyd etmələri sübuta yetirir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o DİN-nin BMCMİ-nin əməkdaşıdır. Təqsirləndirilən şəxs keçirdikləri əməliyyat tədbiri ilə əlaqədar tanımışdır. Belə ki, 06 sentyabr 2021-ci il tarixdə həmkarı Şahid1 Bakı şəhərində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması barədə məlumat daxil olmuş, həmin məlumat əsasında əməliyyat tədbirin keçirilməsinə dair qərar qəbul edilmiş və əməliyyat qrupu yaradılmışdır. Həmin qrupa şöbənin əməliyyat müvəkkilləri Şahid1, Şahid3 və o daxil olmuşdur.Həmin gün saat 13 radələrində keçirdikləri əməliyyat tədbiri nəticəsində Təqsirləndirilən şəxs Bakı şəhəri, Xətai rayonu ərazisində“Ağ Şəhər“ərazisində yerləşən “Dəniz kənarı Milli Park ərazisində “Mercedes Benz 190” markalı, **-RC-*** qeydiyyat nişanlı avtomobilin yanında saxlamışlar. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhəli olması barədə məlumat daxil olduğunu bildirərək onu DİN-in BMCMi-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs buna etiraz etməmiş, özü avtomobilin sükanına, Şahid2 və Təqsirləndirilən şəxs avtomobilin arxa sərnişin oturacağında əyləşmişlər. Bundan sonra birlikdə DİN-in BMCMİ-nə gəlmişlər. Baş İdarədə Təqsirləndirilən şəxs üzərində təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş, ona vəkil təqdim edilmiş bundan sonra təhqiqatçı tərəfindən ona təklif edilmişdir ki, üzərində qanunsuz əşya, narkotik vasitə və ya psixotrop maddə varsa könüllü olaraq təqdim etsin. Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya olmadığını bildirib avtomobil açarını, evin açarını, pulu və mobil telefonunu təqdim etmişdir. Həqiqətən üzərinə baxış keçirildiyi zaman üzərindən qanunsuz əşya aşkar edilməmişdir. Açarlar və pul Təqsirləndirilən şəxs özünə geri qaytarılmış, mobil telefon isə götürülmüşdür. Şifahi sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində narkotik vasitələr və psixotrop maddələr olmasa da, hazırda yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi, ev 1 ünvanında külli miqdarda narkotik vasitə heroin, “şüşə” adı ilə tanıdığı psixotrop maddə olan metafetamin və psixotrop tərkibli dərman həbləri gizlədib saxladığını bildirmiş və onları təqdim etməyə hazır olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs yaşadığı mənzildə gizlədib saxladığı külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və psixotrop tərkibli dərman həblərini anket məlumatlarını dəqiq bilmədiyi İran İslam Respublikasının vətəndaşı“Milad” adlışəxs tərəfindən ona göndərildiyini, 4 gün əvvəl “Milad” adlışəxsin “Whatsapp” ani mesajlaşma proqramı vasitəsi ilə onunla əlaqə saxlayıb ona külli miqdarda narkotik vasitə heroin, psixotrop maddə metamfetamin və dərman həbləri göndərəcəyini, həmin narkotik vasitələri, psixotrop maddələri və dərman həblərini Cəlilabad rayonu ərazisindən götürüb Bakı şəhərinə gətirəcəyini, sonradan onun dediyi vaxtda həmin maddələri və dərman həblərini Bakı şəhərində özünün müəyyən etdiyi ünvana qoyub, həmin yerin şəkillərini çəkib ona göndərməli olduğunu və bunun müqabilində ona 600 manat pul verəcəyini bildirdiyini, “Milad” adlışəxsin təklifi ilə razılaşdıqdan sonra həmin günü Bakışəhərindən idarə etdiyi “Mercedes Benz 190” markalı, **-RC-*** qeydiyyat nişanlı avtomobillə Cəlilabad rayonu ərazisinə getdiyini, orada olduğu zaman “Milad” adlışəxsin ona təkrar “Whatsapp” ani mesajlaşma proqramı vasitəsi ilə zəng edib göndərdiyi narkotik vasitələri və psixotrop maddələri Cəlilabad rayonundan çıxdıqdan az sonra Bakışəhərinə gedən magistral yolun sağ tərəfində yol hərəkəti nişanın arxasına qoyulduğunu, həmin yerin ünvanını ona dəqiq izah edərək gedib narkotik vasitələri və psixotrop maddələri götürərək Bakışəhərinə aparmasını bildirdiyini, özünün isə həmin günü saat 20 radələrində qeyd olunan ünvana gələrək “Milad” adlışəxsin göndərdiyi narkotik vasitələri, psixotrop maddələri və dərman həblərini qara rəngli sellofan torbada götürüb idarə etdiyi avtomobilə qoyub Bakışəhərinə gətirərək yaşadığı ünvan 6 ünvanında mətbəxdə gizlədib saxladığını və həmin maddələri təqdim edə biləcəyini bildirmişdir. Bundan sonra baxış keçirilməsinin nəticəsinə dair təhqiqatçı tərəfindən protokol tərtib olunmuş, protokol iştirakçılara ucadan oxunmuş və həmin bütün iştirakçılar tərəfindən o cümlədən Təqsirləndirilən şəxs tərəfindən könüllü və sərbəst olaraq imzalanmışdır. Əməliyyat tədbirinin davamı olaraq Təqsirləndirilən şəxs yaşadığı evə və idarə etdiyi avtomobilə baxış keçirilməsinə etiraz etməməsi barədə ərizə yazdıqdan sonra könüllü razılığı və iştirakı ilə idarə etdiyi avtomobilə şə xsi axtarışda iştirak edən şəxslərlə birlikdə video çəkilişdən istifadə edilməklə baxış keçirilmiş, baxış zamanı sonuncu idarə etdiyi avtomobildə narkotik vasitələr, psixotrop maddələr və dərman preparatları varsa təqdim etməsi təklif olunmuşdur. Bu zaman Təqsirləndirilən şəxs avtomobilində hər hansı bir əşyanın olmadığını qeyd etmiş, avtomobilə baxış zamanı hər hansı əşya aşkar edilməsə də, oradan 01 ədəd mobil telefon və plastik kart aşkar edilmişdir. Bundan sonra baxış keçirilməsinin nəticəsinə dair təhqiqatçı tərəfindən protokol tərtib olunmuş, protokol iştirakçılara ucadan oxunmuş, protokol imzalarla təsdiq edilmişdir. Həmin protokolu könüllü və sərbəst olaraq Təqsirləndirilən şəxs da imzalamışdır. Bundan sonra Təqsirləndirilən şəxs könüllü razılığı və iştirakı ilə yaşadığı ünvana - ünvan 4məsi üçün getmişlər. Evin qapısını Təqsirləndirilən şəxs özü açmış və onları evin içərisinə dəvət etmişdir. Oraya videoçəkilişdən istifadə edilməklə baxış keçirilməyə başlanılmış, baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evdə qanunsuz əşya varsa təqdim etməsi təklif edilmişdir. Sonuncu evin içərisində yerləşən mətbəxə daxil olmuş, orada olan əlüzyuyanın aşağı hissəsindən bir ədəd sellofan torbanı, plastik qabı təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin torbanın içərisində heronin vəşüşə olduğunu bildirmiş, həmin torba açıldıqda onun içərisindən 05 ədəd bağlama, 01 ədəd plastik qab və 02 ədəd elektron tərəzi aşkar edilmişdir. Plastik qabın içərisindən isə dərman vasitələri aşkar edilmiş, sellofan torbalarda narkotik vasitə heroinə, plastik qabda isə psixotrop maddə metamfetaminə oxşar maddələr həmçinin çoxlu sayda dərman həbləri aşkar edilmişdir. Həmin bükümlər qablaşdırılaraq götürülmüş və bundan sonra hamısı birlikdə BMCMi-nin inzibati binasına qayıdaraq, orada baxış keçirilməsinin nəticəsinə dair təhqiqatçı tərəfindən tərtib olunmuş protokolu imzalamışlar. Protokol təhqiqatçı tərəfindən iştirakçılara ucadan oxunmuş, protokola qeydlər olmamış, protokol bütün iştirakçılar tərəfindən o cümlədən Təqsirləndirilən şəxs tərəfindən düzgün tərtib edildiyindən imzalarla təsdiq edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs ilkin izahatını təsdiq edərək onları İran İslam Respublikası vətəndaşı Milad adlı şəxsdən aldığını bildirmişdir. Təqsirləndirilən şəxs məhkəmədə düzgün ifadə vermir. Belə ki, əməliyyat tədbiri keçirildiyi zaman, Təqsirləndirilən şəxs üzərinə, avtomobilinə və yaşadığı mənzilə baxış keçirildiyi zaman heç bir qanun pozuntusuna yol verilməmiş, Təqsirləndirilən şəxs özü barəsində yalan məlumat verməyə məcbur edilməmiş, o özü şəxsən polis əməkdaşlarını evinə dəvət edərək əl-üz yuyulan yerin altından idman çantasını özü onlara təqdim etmişdir. Bütün bu tədbirlər video çəkiliş aparılmış, protokollaşdırılmış və imzalarla təsdiq olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o DİN-nin BMCMİ-nin əməkdaşıdır. Təqsirləndirilən şəxs keçirdikləri əməliyyat tədbiri ilə əlaqədar tanımışdır. Belə ki, 06 sentyabr 2021-ci il tarixdə həmkarı Şahid1 Bakı şəhərində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması barədə məlumat daxil olmuş, həmin məlumat əsasında əməliyyat tədbirin keçirilməsinə dair qərar qəbul edilmiş və əməliyyat qrupu yaradılmışdır. Həmin qrupa şöbənin əməliyyat müvəkkilləri Şahid1, Şahid2 və o daxil olmuşdur.Həmin gün saat 13 radələrində keçirdikləri əməliyyat tədbiri nəticəsində Təqsirləndirilən şəxs Bakı şəhəri, Xətai rayonu ərazisində“Ağ Şəhər“ərazisində yerləşən “Dəniz kənarı Milli Park ərazisində “Mercedes Benz 190” markalı, **-RC-*** qeydiyyat nişanlı avtomobilin yanında saxlamışlar. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhəli olması barədə məlumat daxil olduğunu bildirərək onu DİN-in BMCMi-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs buna etiraz etməmiş, özü avtomobilin sükanına, Şahid2 və Təqsirləndirilən şəxs avtomobilin arxa sərnişin oturacağında əyləşmişlər. Bundan sonra birlikdə DİN-in BMCMİ-nə gəlmişlər. Baş İdarədə Təqsirləndirilən şəxs üzərində təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş, ona vəkil təqdim edilmiş bundan sonra təhqiqatçı tərəfindən ona təklif edilmişdir ki, üzərində qanunsuz əşya, narkotik vasitə və ya psixotrop maddə varsa könüllü olaraq təqdim etsin. Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya olmadığını bildirib avtomobil açarını, evin açarını, pulu və mobil telefonunu təqdim etmişdir. Həqiqətən üzərinə baxış keçirildiyi zaman üzərindən qanunsuz əşya aşkar edilməmişdir. Açarlar və pul Təqsirləndirilən şəxs özünə geri qaytarılmış, mobil telefon isə götürülmüşdür. Şifahi sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində narkotik vasitələr və psixotrop maddələr olmasa da, hazırda yaşadığı ünvan 7 ünvanında külli miqdarda narkotik vasitə heroin, “şüşə” adı ilə tanıdığı psixotrop maddə olan metafetamin və psixotrop tərkibli dərman həbləri gizlədib saxladığını bildirmiş və onları təqdim etməyə hazır olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs yaşadığı mənzildə gizlədib saxladığı külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və psixotrop tərkibli dərman həblərini anket məlumatlarını dəqiq bilmədiyi İran İslam Respublikasının vətəndaşı“Milad” adlışəxs tərəfindən ona göndərildiyini, 4 gün əvvəl “Milad” adlışəxsin “Whatsapp” ani mesajlaşma proqramı vasitəsi ilə onunla əlaqə saxlayıb ona külli miqdarda narkotik vasitə heroin, psixotrop maddə metamfetamin və dərman həbləri göndərəcəyini, həmin narkotik vasitələri, psixotrop maddələri və dərman həblərini Cəlilabad rayonu ərazisindən götürüb Bakışəhərinə gətirəcəyini, sonradan onun dediyi vaxtda həmin maddələri və dərman həblərini Bakışəhərindəözünün müəyyən etdiyi ünvana qoyub, həmin yerin şəkillərini çəkib ona göndərməli olduğunu və bunun müqabilində ona 600 manat pul verəcəyini bildirdiyini, “Milad” adlışəxsin təklifi ilə razılaşdıqdan sonra həmin günü Bakışəhərindən idarə etdiyi “Mercedes Benz 190” markalı, **-RC-*** qeydiyyat nişanlı avtomobillə Cəlilabad rayonu ərazisinə getdiyini, orada olduğu zaman “Milad” adlışəxsin ona təkrar “Whatsapp” ani mesajlaşma proqramı vasitəsi ilə zəng edib göndərdiyi narkotik vasitələri və psixotrop maddələri Cəlilabad rayonundan çıxdıqdan az sonra Bakışəhərinə gedən magistral yolun sağ tərəfində yol hərəkəti nişanın arxasına qoyulduğunu, həmin yerin ünvanını ona dəqiq izah edərək gedib narkotik vasitələri və psixotrop maddələri götürərək Bakışəhərinə aparmasını bildirdiyini, özünün isə həmin günü saat 20 radələrində qeyd olunan ünvana gələrək “Milad” adlışəxsin göndərdiyi narkotik vasitələri, psixotrop maddələri və dərman həblərini qara rəngli sellofan torbada götürüb idarə etdiyi avtomobilə qoyub Bakışəhərinə gətirərək yaşadığı ünvan 6 ünvanında mətbəxdə gizlədib saxladığını və həmin maddələri təqdim edə biləcəyini bildirmişdir. Bundan sonra baxış keçirilməsinin nəticəsinə dair təhqiqatçı tərəfindən protokol tərtib olunmuş, protokol iştirakçılara ucadan oxunmuş və həmin bütün iştirakçılar tərəfindən o cümlədən Təqsirləndirilən şəxs tərəfindən könüllü və sərbəst olaraq imzalanmışdır. Əməliyyat tədbirinin davamı olaraq Təqsirləndirilən şəxs yaşadığı evə və idarə etdiyi avtomobilə baxış keçirilməsinə etiraz etməməsi barədə ərizə yazdıqdan sonra könüllü razılığı və iştirakı ilə idarə etdiyi avtomobilə şə xsi axtarışda iştirak edən şəxslərlə birlikdə video çəkilişdən istifadə edilməklə baxış keçirilmiş, baxış zamanı sonuncu idarə etdiyi avtomobildə narkotik vasitələr, psixotrop maddələr və dərman preparatları varsa təqdim etməsi təklif olunmuşdur. Bu zaman Təqsirləndirilən şəxs avtomobilində hər hansı bir əşyanın olmadığını qeyd etmiş, avtomobilə baxış zamanı hər hansı əşya aşkar edilməsə də, oradan 01 ədəd mobil telefon və plastik kart aşkar edilmişdir. Bundan sonra baxış keçirilməsinin nəticəsinə dair təhqiqatçı tərəfindən protokol tərtib olunmuş, protokol iştirakçılara ucadan oxunmuş, protokol imzalarla təsdiq edilmişdir. Həmin protokolu könüllü və sərbəst olaraq Təqsirləndirilən şəxs da imzalamışdır. Bundan sonra Təqsirləndirilən şəxs könüllü razılığı və iştirakı ilə yaşadığı ünvana - ünvan 4məsi üçün getmişlər. Evin qapısını Təqsirləndirilən şəxs özü açmış və onları evin içərisinə dəvət etmişdir. Oraya videoçəkilişdən istifadə edilməklə baxış keçirilməyə başlanılmış, baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evdə qanunsuz əşya varsa təqdim etməsi təklif edilmişdir. Sonuncu evin içərisində yerləşən mətbəxə daxil olmuş, orada olan əlüzyuyanın aşağı hissəsindən bir ədəd sellofan torbanı, plastik qabı təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin torbanın içərisində heronin vəşüşə olduğunu bildirmiş, həmin torba açıldıqda onun içərisindən 05 ədəd bağlama, 01 ədəd plastik qab və 02 ədəd elektron tərəzi aşkar edilmişdir. Plastik qabın içərisindən isə dərman vasitələri aşkar edilmiş, sellofan torbalarda narkotik vasitə heroinə, plastik qabda isə psixotrop maddə metamfetaminə oxşar maddələr həmçinin çoxlu sayda dərman həbləri aşkar edilmişdir. Həmin bükümlər qablaşdırılaraq götürülmüş və bundan sonra hamısı birlikdə BMCMi-nin inzibati binasına qayıdaraq, orada baxış keçirilməsinin nəticəsinə dair təhqiqatçı tərəfindən tərtib olunmuş protokolu imzalamışlar. Protokol təhqiqatçı tərəfindən iştirakçılara ucadan oxunmuş, protokola qeydlər olmamış, protokol bütün iştirakçılar tərəfindən o cümlədən Təqsirləndirilən şəxs tərəfindən düzgün tərtib edildiyindən imzalarla təsdiq edilmişdir. sorğu zamanı Təqsirləndirilən şəxs ilkin izahatını təsdiq edərək onlarıİran islam Respyublikası vətəndaşı Milad adlı şəxsdən aldığını bildirmişdir.Təqsirləndirilən şəxs məhkəmədə düzgün ifadə vermir. Belə ki, əməliyyat tədbiri keçirildiyi zaman, Təqsirləndirilən şəxs üzərinə, avtomobilinə və yaşadığı mənzilə baxış keçirildiyi zaman heç bir qanun pozuntusuna yol verilməmiş, Təqsirləndirilən şəxs özü barəsində yalan məlumat verməyə məcbur edilməmiş, o özü şəxsən polis əməkdaşlarını evinə dəvət edərək əl-üz yuyulan yerin altından idman çantasını özü onlara təqdim etmişdir. Bütün bu tədbirlər video çəkiliş aparılmış, protokollaşdırılmış və imzalarla təsdiq olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun həyat yoldaşıdır. Hadisə günü, yəni 06 sentyabr 2021-ci il tarixdə saat 17 radələrində o, evdə tək idi, uşaqları isə hazırlığa getmişdilər. Bu zaman qapı döyülmüş və o, qapını açdıqda əri Təqsirləndirilən şəxs və bir neçə başqa şəxsləri görmüşdür. Əri bildirmişdir ki, yanındakı polis əməkdaşlarıdır, evdə axtarış aparacaqlar. Polislərin təklifi ilə o, evi tərk edərək həyətə çıxmışdır. Bu səbəbdən polis əməkdaşlarının evdə hər hansı əşya tapmalarından xəbəri olmamışdır. Sonradan bilmişdir ki, evin mətbəxində qabyuyanın altında 7 kq-dan çox heroin və digər qanunsuz əşyalar aşkar edilmişdir.yoldaşı evə hadisədən qabaq qara rəngli idman çantası gətirmişdir. Hətta yoldaşından bu çantanın onlara məxsus olub-olmadığını soruşmuş, lakin yoldaşı bildirmişdir ki, buç anta onlara aid deyil, əl vurmasın. Həmin çantanın kimə məxsus olmasını isə ərindən soruşmamışdır. Təqsirləndirilən şəxs törətdiyi əməllərdə təqsirliliyi qismən özünün, şahidlərin ifadələri ilə yanaşı məhkəmədə tədqiq olunmuş cinayət işinin digər materialları ilə də tam sübuta yetirilmişdir Belə ki, məhkəmədə elan edilib araşdırılmış Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisinə ünvanlanan 06.09.2021-ci il tarixli raportdan müəyyən olunur ki,Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edərək saxlaması və daşıması barədə məlumat daxil olmuşdur. Məhkəmədə elan edilib araşdırılmış “baxış keçirilməsi və əşyaların götürülməsi haqqında” 06 sentyabr 2021-ci il tarixli protokoldan müəyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi, ev 1 ünvanına könüllü razılığı və iştirakı ilə baxış keçirilən zaman qanunsuz olaraq satış məqsədilə əldə edib saxladığı 01 ədəd plastik qabda ümumi təmiz çəkisi külli miqdarda - 2205 qram çəkidə psixotrop maddə metafetamin, 05 ədəd torbada ayrıayrılıqda təmiz çəkiləri 1449 qram, 1480 qram, 1515 qram, 1600 qram və 1515 qram olmaqla ümumi təmiz çəkisi külli miqdarda - 7559 qram narkotik vasitə heroin, üzərində "Methadone 40 Faran" göstəriciləri olan, 170 ədəd bozumtul-qəhvəyi rəngli külli miqdarda - 6,8 qram metadon həbləri, güclü təsir edən maddə preqabalinin təsir maddəsinin ümumi miqdarı 11 qram təşkil edən 110 ədəd kapsullar və iki ədəd elektron tərəzi yaşadığı evin mətbəxindən aşkar edilərək götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs yaşadığı mənzildə aşkar edilmiş külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və psixotrop tərkibli dərman həblərini İran İslam Respublikasının vətəndaşı“Milad” adlı şəxs tərəfindən ona göndərildiyini, həmin şəxslə təxminən 1 il əvvəl «Sadıx» adlı tanışının vasitəsi ilə tanış olduğunu, sonradan həmin şəxslə münasibətinin yarandığını, 4 gün əvvəl “Milad” adlışəxsin “Whatsapp” ani mesajlaşma proqramı vasitəsi ilə onunla əlaqə saxlayıb ona külli miqdarda narkotik vasitə heroin, psixotrop maddə metafetamin və dərman həbləri göndərəcəyini, həmin narkotik vasitələri, psixotrop maddələri və dərman həblərini Cəlilabad rayonu ərazisindən götürüb Bakı şəhərinə gətirəcəyini, sonradan onun dediyi vaxtda həmin maddələri və dərman həblərini Bakı şəhərindəözünün müəyyən etdiyi ünvana qoyub, həmin yerin şəkillərini çəkib ona göndərməli olduğunu və bunun müqabilində ona 600 manat pul verəcəyini bildirdiyini, “Milad” adlışəxsin təklifi ilə razılaşdıqdan sonra həmin günü Bakı şəhərindən idarə etdiyi “Mercedes Benz 190” markalı, **-RC-*** qeydiyyat nişanlı avtomobillə Cəlilabad rayonu ərazisinə getdiyini, orada olduğu zaman “Milad” adlı şəxsin ona təkrar “Whatsapp” ani mesajlaşma proqramı vasitəsi ilə zəng edib göndərdiyi narkotik vasitələri və psixotrop maddələri Cəlilabad rayonundan çıxdıqdan az sonra Bakı şəhərinə gedən magistral yolun sağ tərəfində yol hərəkəti nişanın arxasına qoyulduğunu, həmin yerin ünvanını ona dəqiq izah edərək gedib narkotik vasitələri və psixotrop maddələri götürərək Bakı şəhərinə aparmasını bildirdiyini, özünün isə həmin günü saat 20 radələrində qeyd olunan ünvana gələrək “Milad” adlı şəxsin göndərdiyi narkotik vasitələri, psixotrop maddələri və dərman həblərini qara rəngli sellofan torbada götürüb idarə etdiyi avtomobilə qoyub Bakı şəhərinə gətirərək yaşadığı ünvan 3 ünvanında mətbəxdə gizlədib saxladığını, bundan sonra «Milad» adlı şəxsin dediyi vaxta və eyni zamanda dediyi şəkildə və sayda narkotik və psixotrop maddələri və dərman həblərini Bakı şəhərində özünün müəyyən etdiyi ünvanlara qoyub həmin yerin şəkillərini çəkib «Milad» adlı şəxsə göndərəcəyini, 2 ay ərzində ümumilikdə 3 dəfə «Milad» adlı şəxsin göndərdiyi narkotik vasitələri və psixotrop maddələri götürüb özündə saxladığını və sonradan müxtəlif ünvanlara qoyduğunu, bunun müqabilində «Milad» adlı şəxsin ona pul verdiyini bildirmişdir. Məhkəmədə elan edilib araşdırılmış «şübhəli şəxsin tutulması haqqında» 06.09.2021-ci il tarixli protokoldan müəyyən olunur ki, həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayəti törətməkdəşübhəli bilinən Təqsirləndirilən şəxs tutulmuşdur. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 08.09.2021-ci il tarixli qərarından müəyyən olunur ki, həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.4.3 və 240.3.2-ci maddələri ilətəqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 06 sentyabr 2021-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-kimyəvi ekspertizasının 07 sentyabr 2021-ci il tarixli, 6/3926 saylı rəyindən müəyyən olunur ki, tədqiqata təqdim edilmiş, AR DİN “Zərflər üçün № 7” möhür əksi, “Şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı...” vəs. yazılar, imzalar olan 01 ədəd bağlamadakı 01 ədəd plastik qabda təmiz çəkisi 2205 qram ağ rəngli, kristalşəkilli kütlələr kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir,05 ədəd polietilen torbada ayrı-ayrılıqda təmiz çəkiləri 1449 qram; 1480 qram, 1515 qram, 1600 qram; 1515 qram, ümumi təmiz çəkiləri 7559 qram qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir,05 bükümdəki heroin kütlələri kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər, üzərlərində“ Lyriver...Preqabalin" göstəriciləri olan 11 ədəd blisterdə ümumilikdə 110 ədəd qırmızı rəngli dərman kapsullarının tərkibində11qram preqabalin maddəsi, üzərində “Methadone 40 Faran” göstəriciləri olarn 170 ədəd bozumtul-qəhvəyi rəngli dərman təbiətlərinin tərkibində 6,8 qram metadon maddəsi müəyyən edildi; 01 ədəd qara korpuslu elektron tərəzinin üzərində metafetaminin izləri müəyyən edildi. 01 ədəd ağ korpuslu elektron tərəzinin üzərindəheroinin izləri müəyyən edildi. Tərəzilərin üzərlərində həmin maddələr iz şəklində olduğundan təmiz çəkilərinin müəyyən edilməsi və eyniləşdirmə üzrə tədqiqatın aparılması mümkün olmamışdır. Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş“Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısına (Siyahı İ), Metafetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısına (Siyahı İİ) daxildir. Metadon “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılmış narkotik vasitələrin siyahısına (Siyahı İ), preqabalin “Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahısı”na daxildir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-narkoloji ekspertizasının 10.11.2021-ci il tarixli, 4392 saylı rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda Təqsirləndirilən şəxs Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmədə elan edilib araşdırılmış "xxxx" MMC-dən daxil olmuş diskə baxış keçirilməsi barədə 15.11.2021-ci il tarixli protokolda müəyyən olunur ki, Təqsirləndirilən şəxs ********** saylı mobil nömrə ilə 09.06.2020-ci il tarixdə ********** saylı mobil nömrəyə “Qaqaw baxdim sen deyen wey idi qedirem bawqa adamdan qoturmeye. Tocni hemen matiraldi. Daniwmiwam bawqa adamla qedirem ora sen yatmirsan ki ataw? Neyniyime qaqaw deyirsen ziyana qedirsen bawqa adamdan qoturub qelirem” məzmunlu, Təqsirləndirilən şəxs ********** saylı mobil nömrə ilə 16.07.2020-ci il tarixdə ********** saylı mobil nömrəyə “50 den awaxi vermir de neceeliyim. Bu 20deneni neceye verirki beyem. Bu bwaqa adamdiye Qaqaw iwdemediyim insandı sadece25 ben satır. Ama 20 le mene verir. Atam qozdenese duzub qowacam senincin senol özüm olum qeleceye fikirin var ela olacaq senincinde menimcunde” məzmunlu, Təqsirləndirilən şəxs ********** saylı mobil nömrə ilə 27.08.2020-ci il tarixdə ********** saylı mobil nömrəyə “Qaqaw özüm ölüm orda 2 manat qalir mene rasxodu vurmaqla. Ona qore dene woturende hec taksini demirdim ona. İmkan varsa 100 qoturseydin 19 la akinardi neye qore ? Ona wore ki oda ordan duwur” məzmunlu, ********** saylı mobil nömrə istifadəçisi 10.09.2020-ci il tarixdə Təqsirləndirilən şəxs istifadəsində olmuş ********** saylı mobil nömrəyə“axwamyn xejr bratm qedewincun.25.dene qym.10.dene bawagri.5.denedeki suruwgen duzqow eleginen ondejqeje cixram men razin korpusunde olanda jazb sene dejecjemki bilesenki mesafemiz jaxnlawr bilesende nejse helelig bratim” məzmunlu smslər göndərmişdir. Məhkəmədə elan edilib araşdırılmış "xxxx" MMC-dən daxil olmuş diskə baxış keçirilməsi haqqında» 10.11.2021-ci il tarixli protokoldan müəyyən olunur ki, ********** saylı mobil nömrə istifadəçisi 05.09.2020-ci il tarixdə Təqsirləndirilən şəxs istifadəsində olmuş ********** saylı mobil nömrəyə“Savahin xeyir durdun gelde birat 25 dene gotur catanda bize az qalmiw zeng ele durguz meni birat ama gele eleki sst 11kimi gelesen axwzm yoxa seher 11 kimi” məzmunlu, Təqsirləndirilən şəxs ********** saylı mobil nömrə ilə 03.11.2020ci il tarixdə ********** saylı mobil nömrəyə “atdi. Ama sabah saat 5 cun 1000 nen Cox olacaq. İndi daniwa bilmir. Bacioxlu senen xaiw edirem belke sabah atım karta pulu indi 700 man” məzmunlu, Təqsirləndirilən şəxs ********** saylı mobil nömrə ilə 19.11.2020-ci il tarixdə ********** saylı mobil nömrəyə “Salam qaqaw men demedime mene pul borca ver dedim ki 1200 pul verseydin hem 1200 dik neşe alardim hemde öz iwimide duzub qowardim. Sende telefonu söndürdüm. Sadece senen KOMEK istedim ki veziyetden cixmaxa ozude ne komeke 1 saata qedib qelirdim” məzmunlu smslər göndərmişdir. Məhkəmədə elan edilib araşdırılmış “sübutların qiymətləndirilməsi haqqında” 16.11.2021-ci il tarixli qərardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilərək götürülmüş tədqiqatdan sonra 7558,9 qram qalmış narkotik vasitə heroin, tədqiqatdan sonra 2204,9 qram qalmış psixotrop maddə metafetamin, tədqiqat zamanı sonra 168 qram qalmış narkotik vasitə metadon dərman preparatları, tədqiqat zamanı sonra 108 qram qalmış güclü təsir edən preqabalin dərman preparatları DİN-nin BMCMİnin maddi sübutların saxlanma kamerasına təhvil verilmiş, CD disklər cinayət işi materiallarına əlavə edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tətləbnaməsindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmədə elan edilib araşdırılmış Təqsirləndirilən şəxs xarakterizə edən digər sənədlərdən müəyyən olunur ki, o, yaşayış yeri üzrə müsbət xarakterizə olunur, himayəsində 2010 və 2013-cü il il təvəllüdlü iki azyaşlı uşaqları vardır. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə nəzərdə tululmuş əməlləri qismən öz ifadələri, həmçinin şahid ifadələri, cinayət işində olan baxış protokolları, məhkəmə ekspertiza rəyləri və digər sənədlərlə tam sübuta yetirilmiş və o, həmin maddələrlə təqsirli bilinərək ona cəza təyin edilməlidir. Belə ki, onun CM-nin 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə təqsirli olması ibtidai istintaq zamanı narkotik vasitə və psixotrop maddələrin, güclü təsir edən maddələrin İran İslam Respublikasının vətəndaşı “Milad” adlı şəxs tərəfindən ona göndərildiyini, həmin maddələri Cəlilabad rayonu ərazisindən götürüb Bakı şəhərinə gətirəcəyini, sonradan onun dediyi vaxtda həmin maddələri və dərman həblərini Bakı şəhərində özünün müəyyən etdiyi ünvana qoyub, həmin yerin şəkillərini çəkib ona göndərməli olduğunu və bunun müqabilində ona 600 manat pul verəcəyinə dair ifadələri ilə, 06 sentyabr 2021-ci il tarixdə Bakı şəhərində yaşadığı mənzildə keçirilmiş axtarış nəticəsini əks etdirən protokolla və protokoldakı izahı ilə, 06 sentyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs yaşadığı ünvanda axtarış keçirən polis əməkdaşlarının ifadələri ilə, axtarışın gedişini əks etdirən CD diski ilə, ekspertiza rəyləri və cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə yanaşı ona ibtidai istintaq orqanı tərəfindən CM-nin 32.5, 206.3.2-ci maddəsi ilə ona görə də ittiham verilmişdir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələri, eləcə də narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan külli miqdarda güclü təsir edən maddələri Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli külli miqdarda narkotik vasitə və psixotrop maddələrin, eləcə də narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan külli miqdarda güclü təsir edən maddələri İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə qaçaqmalçılıq yolu ilə keçirilməsi və Azərbaycan Respublikası ərazisində satışının təşkil edilməsinə köməklik göstərəcəyi barədə şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikası vətəndaşı “Milad” adlı şəxsə və qeyrilərinə əvvəlcədən vəd verməklə onlarla razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən “Milad” adlı şəxs və ya qrupun digər üzvü istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda - 7559 qram çəkidə narkotik vasitə heroini, 170 ədəd üzərində “Methadone 40 Faran” göstəriciləri olan bozumtul-qəhvəyi rəngli təsiredici maddəsi metodonun ümumi miqdarı külli miqdarda – 6,8 qram olan narkotik vasitə metadon dərman preparatlarını, külli miqdarda – 2205 qram çəkidə psixotrop maddə metamfetamini, təsiredici maddəsi preqabalinin ümumi çəkisi külli miqdarda – 11 qram olan cəmi 11 ədəd blisterdə üzərilərində “Lyriver...Preqabalin” göstəriciləri olan 110 ədəd qırmızı rəngli kapsulları əldə edib özü və ya adamları vasitəsilə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirib istintaqa məlum olmayan ünvana gizlədərək bu barədə Təqsirləndirilən şəxs məlumat vermiş, sonuncu cinayətkar plana uyğun olaraq qeyd edilən ünvandan külli miqdarda narkotik vasitə və psixotrop maddələri, eləcə də narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan külli miqdarda güclü təsir edən maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə edib faktiki yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi, ev 1 ünvanının mətbəxinə daşıyaraq orada gizlətməklə saxlamışdır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 32.5, 206.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi təsdiqini tapmamışdır. Belə ki, məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, DİN-nin BMCMİ-nin əməkdaşları Şahid2, Şahid3 və Şahid3 Təqsirləndirilən şəxs yalnız 06 sentyabr 2021-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbiri ilə əlaqədar tanıdıqlarını, onun narkotik vasitələr əldə etmə, saxlama, daşıma, satma barədə daxil olmuş məlumat əsasında əməliyyat axtarış tədbirləri keçirildiyini bildirmişlər. Saxlanılan zaman Təqsirləndirilən şəxs həmin maddələrin İran İslam Respublikasının vətəndaşı “Milad” adlı şəxs tərəfindən ona göndərildiyini, həmin maddələri Cəlilabad rayonu ərazisindən götürüb Bakı şəhərinə gətirdiyini bildirmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs satış məqsədi ilə külli miqdarda narkotik vasitə olan heroin, metafetamini və psixotrop maddələrə aid olmayan külli miqdarda güclü təsir edən maddələri əldə etdiyi mənbə olan “Milad” adlı şəxsin şəxsiyyətini, həmçinin narkotik vasitəni Respubilka ərazisinə keçirən şəxsi və yaxud şəxsləri müəyyən etmək mümkün olmamışdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasından İİR-na sərhəd məntəqəsindən giriş-çıxış etməsinə dair cinayət işinin materiallarında heç bir məlumat yoxdur, onun Respublikma ərazisini tərk etməsinə dair də heç bir məlumat cinayət işinin materiallarında mövcud deyildir. Azərbaycan Respublikası CM-nin 206-cı maddəsinin dispozisiyasına uyğun olaraq qaçaqmalçılığın törədilmə üsulu kimi mal və əşyaların gömrük sərhədindən kənar və ya gizli, yaxud da aldatma yolu ilə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsi çıxış edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» 02 iyun 2016-cı il tarixli qərarın 17-ci bəndinə əsasən qaçaqmalçılıq malların və ya digər əşyaların Azərbaycan Respublikasının gömrük ərazisindən çıxarılması zamanı gömrük nəzarətindən kənar və ya ondan gizli gətirilməsi zamanı törədilmiş qaçaqmalçılıq bu cinayətin predmeti olan əşyanın gömrük sərhədindən keçirildiyi andan bitmiş hesab edilir. Həmin Plenumunun 19-cu bəndinə əsasən məhkəmələrə tövsiyə edilmişdir ki, əməli qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq (CM-nin 206.3.2-ci maddəsi) kimi qiymətləndirərkən bu tövsifedici əlamətin anlayışı verilmiş CM-nin 34.2-ci maddəsinin tələblərinə əsaslansınlar. Bu zaman nəzərə alınmalıdır ki, iki və ya daha çox şəxsin qabaqcadan razılaşmaqla qaçaqmalçılıq cinayətinin obyektiv cəhətini təşkil edən, CM-nin 206.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərdən hər hansı birinin və ya bir neçəsinin edilməsi qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq hesab edilir. Qaçaqmalçılığın törədilməsi barədə qabaqcadan razılaşmış şəxslərdən biri (bir neçəsi) bu cinayətin bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması istiqamətində müəyyən hərəkətlər etdikdə (məsələn, qaçaqmalçılığın predmeti olan mal və ya digər əşyaları gömrük sərhədinədək müşayiət etdikdə, malların və ya digər əşyaların gömrük sərhədindən qanunsuz, o cümlədən gizli keçirilməsinin təmin edilməsi məqsədilə bilavasitə icraçını xüsusi avadanlıqla və ya nəqliyyat vasitələri ilə təmin etdikdə, yaxud gömrük nəzarətindən kənar yerlərdə gömrük sərhədini maneəsiz keçmək üçün şərait yaratdıqda, yaxud qeyd olunan əşyaların bilavasitə keçirildiyi yerlərdə onları qəbul etdikdə və sair), digəri (digərləri) isə mal və ya digər əşyaları bilavasitə ölkəyə gətirdikdə və ya ölkədən apardıqda da təqsirkarların hamısının əməlləri CM-nin 206.3.2-ci maddəsi ilə tövsif edilir. Mal və ya digər əşyalar qaçaqmalçılıq yolu ilə gömrük sərhədindən keçirildikdən sonra bu barədə məlumat alaraq onları qəbul etmiş şəxsin bu cinayətin törədilməsində iştirakı müəyyən edilmədikdə, onun qaçaqmalçılıq cinayətini törətməsinə görə məsuliyəti istisna edilir. Baxılan iş üzrə təqsirləndirilən şəxsə psixotrop maddə və narkotik vasitələrin saxlanıldığı yer barədə o zaman məlumat verilmişdir ki, artıq narkotik vasitələr qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasının ərazisinə keçirilmiş və Cəlilabad rayonuna çatdırılmışdır. Yəni təqsirləndirilən şəxsin İİR-dan Azərbaycan Respublikasına külli miqdarda narkotik vasitə gətirilməsinə şərait yaratması, onu keçirdiyi yerdə qəbul etməsi və ölkəyə gətirilməsi ilə bağlı kiməsə vədlər verməsi, bu istiqamətdə müəyyən hərəkətlər etməsi, bu məqsədlə kimlərləsə qabaqcadan əlbir olması müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 21-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayət Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Belə olan halda təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda narkotik vasitə və psixotrop maddələri, eləcə də narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan külli miqdarda güclü təsir edən maddələri Azərbaycan Respublikasının gömrük sərhəddindən gömrük nəzarətindən gizli keçirilməsi cinayət əməlinin törədilməsində təqsirli olmasını təsdiq edən sübutlar olmadığından, məhkəmə ona verilmiş ittihamdan Azərbaycan Respublikası CM-nin 32.5, 206.3.2-ci maddəsini çıxarır, onun əməllərini isə Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə tövsif edir. Məhkəmədə tədqiq edilmiş «telefon danışıqlarına baxış keçirilməsi haqqında» 10.10.2021-ci il tarixli və 16.10.2021-ci il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs şəxsi istifadəsində olan ***-***-**-** və ***-***-**-** saylı mobil telefonu ilə ayrı-ayrı şəxslərlə narkotik vasitələrin satışı ilə bağlı söhbətlər etmişdir. Beləliklədə telefon danışıqlarına keçirilməsi barədə protokolla Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması bir daha sübuta yetirilmişdir. Məhkəmə nəzərə alır ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekusorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 02 saylı qərarının 9-cu bəndinə əsasən Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Beləliklə, məhkəmə baxışı zamanı tədqiq edilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi onun və şahidlərin ifadələri, baxış, şəxsi axtarış və götürmə protokolları, məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizalarının rəyləri və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə tərkibi hesab edir ki, məhkəmə istintaqı zamanı araşdırılan cinayət hadisəsinin baş vermə faktı və halları təqsirləndirilən şəxsin hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilən cinayət hadisəsi ilə əlaqələri və həmin cinayət əməllərinin törədilməsində cinayət məsuliyyətinə cəlb edilən şəxsin təqsirliliyi toplanmış sübutların məcmusu ilə tam müəyyən edilmiş və ittiham hökmünün çıxarılması üçün kifayətdir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirka şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunası cəzanın bu şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı övladının olmasını məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 158.6-cı maddəsinəəsasən cinayət işi üzrə icraatın aparılması zamanı təqsirləndirilən şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Belə olan halda, məhkəmə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin etdikdə cəzaçəkmə müddətinin əvvəlini tutulduğu andan, yəni 06 sentyabr 2021-ci il tarixdən hesablamalıdır. Həmçinin Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrindəçəkməlidir. “Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında” 7 mart 2012-ci il tarixli Azərbaycan Respublikasının Qanununa 99-1.2-ci maddəsinəəsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi ilə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada vəəvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Belə olan halda cinayət işi üzrə maddi sübutlar olan və DİN-nin BMCMİ-nin maddi sübutların saxlanma kamerasına təhvil verilmiş, Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilərək götürülmüş tədqiqat sonra 7558,9 qram qalmış narkotik vasitə heroin, tədqiqatdan sonra 2204,9 qram qalmış psixotrop maddə metafetam, tədqiqat zamanı sonra 168 qram qalmış narkotik vasitə metadon dərman preparatları, tədqiqat zamanı sonra 108 qram qalmış güclü təsir edən preqabalin dərman preparatları məhv edilməli, 05 ədəd disk cinayət işi materiallarına materiallarında saxlanılmalıdır. Narkotik vasitələrinin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilməlidir. İş üzrə ekspertiza xərcləri olan 109 (yüz doqquz) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖİN**********, ABB mərkəzi filialı, VÖİN**********, Kod 805250, m/h **********944, H/h COR 328518 AZN 3201- 01, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Hökmdə şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinməklə, CMnin 234.4.1 və 234.4.3-cü maddələri ilə 10 (on) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 240.3.2-ci maddəsi ilə 04 (dörd) il müddətinə azadlıqdanməhrum cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu ilə təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 12 (on iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsindəçəksin. Cəzaçəkmə müddətinin əvvəli 06 sentyabr 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerinətəhvil verilmiş ekspertiza tədqiqatından sonrakı qalığı–7558,9 qram qalmış narkotik vasitə heroin, 2204,9 qram qalmış psixotrop maddə metafetamin, 168 qram qalmış narkotik vasitə metadon, 108 qram qalmış güclü təsir edən preqabalin dərman preparatları məhv edilsin, cianayət işinin materiallarına əlavə edilmiş CD disklər cinayət işinin materiallarında saxlanılsın. Narkotik vasitələrin vəpsixotrop maddələrin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilsin. İşüzrə ekspertiza xərci 109 (yüz doqquz) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖEN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar