Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-374/2020 20.02.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Quliyev Əhməd Qəhrəman oğlunun sədrliyi, hakimlər Paşayev Azər İslah oğlu və Həsənzadə İradə Xəlil qızından ibarət tərkibdə, Əlizadə Orxan Arzuxan oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət İttihamını Müdafiəsi üzrə İdarəsinin böyük prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs, onun qanuni nümayəndəsi Qanuni nümayəndə və müdafiəçisi x3 iştirakı ilə xx.xx.2004-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, 10-cu sinif şagirdi, subay, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Yasamal rayonu, A.Şaiq küçəsi, dalan 14, ev 4-də qeydiyyatda olan və Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsi, ev 113-də yaşayan, barəsində nəzarət altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1 və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Yetkinlik yaşına çatmayan xx xxxxxx 2004-cü il tarixdə anadan olmuş Təqsirləndirilən şəxs 2019-cu ilin sentyabr ayının əvvəllərində anası Qanuni nümayəndə istifadəsində olan “Xiaomi Red Mİ5” markalı mobil telefonunda olan “instagram” sosial şəbəkəsi proqramında sonuncunun istifadəçisi olduğu “Qaynaq_12345” adlı profil səhifəsindəki “ismarıc” bölümünə Zərərçəkmiş şəxs istifadəçisi olduğu “Mamedov R” adlı profil səhifəsindən ünvanlanmış ismarıcı oxuyub anası Qanuni nümayəndə ilə Zərərçəkmiş şəxs arasında olan münasibəti aydınlaşdırmaq məqsədilə özünün instagram sosial şəbəkəsindəki “aslanovv.l” profil səhifəsindən Zərərçəkmiş şəxs istifadəçisi olduğu “Mamedov R” profil səhifəsinə ismarıc yazaraq Zərərçəkmiş şəxsla 18 sentyabr 2019-cu il tarixdə saat 14:00-da ictimai yer hesab edilən Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 15 “A” ünvanında yerləşən “28 Mall” ticarət mərkəzinin qarşısında görüş təyin etmiş və bununla da qeyd olunan tarixdə həmin ünvanda Zərərçəkmiş şəxs ilə görüşən zaman Zərərçəkmiş şəxs onun anası Qanuni nümayəndə yazmış olduğu sevgi məzmunlu ismarıc səbəbindən cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən, bir qrup şəxsin qanuni mənafelərinə toxunan hərəkətlər edib, özünün şəxsiyyətini orada olan digər şəxslərin şəxsiyyəti fövqündə qoyub, insanların həyəcanının yaranmasına səbəb olan ictimai qaydanı kobud surətdə pozub, cəmiyyətə açıqca hörmətsizlik ifadə edib aralarında qisas zəminində yaranmış mübahisə zamanı özü ilə gətirdiyi zavod üsulu ilə hazırlanmış, məişət təyinatlı, soyuq silah hesab edilməyən qatlanan tipli, cib bıçağını işçi vəziyyətinə gətirib silah qismində istifadə edərək qəsdən Zərərçəkmiş şəxs bel, sağ bazu, sol bazu, sol said və sağ said nahiyələrinin hər birinə 1 zərbə endirməklə ümumilikdə 5 bıçaq zərbəsi vurub Zərərçəkmiş şəxs sol bazunun 1 (bir) ədəd, sağ bazunun 1 (bir) ədəd, sol saidin 1 (bir) ədəd, sağ saidin 1 (bir) ədəd deşilmiş-kəsilmiş yaraları“, həyat üçün təhlükəli olmayan, ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli bədən xəsarətləri və “bel nahiyəsinin daxilə nüfuz edərək qara ciyəri zədələyən 1 (bir) ədəd deşilmiş kəsilmiş yarası”, həyat üçün təhlükəli olan, sağlamlığa ağır zərər vuran xəsarətlər yetirməklə Zərərçəkmiş şəxs sağlamlığına ümumilikdə qəsdən ağır zərər vurmaqla xuliqanlıq etmişdir. Məhkəmədə qanuni nümayəndəsinin iştirakı ilə təqsirləndirilən şəxs qismində dindirilmiş yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərdi ki, anası Qanuni nümayəndə və qardaşı Riyadla birlikdə yaşayır. Atası x4 2010-cu ildə vəfat etmiş, anası fərdi əməklə məşğul olaraq ailələrini dolandırır. Hadisə baş verən zaman gələcəkdə ali məktəbə daxil olmaq üçün hazırlığa getmiş, eyni zamanda Xırdalan şəhərində güləş idman növü ilə məşğul olmuşdur. Rəşad adlı şəxsi əvvəllər tanımamış, təxminən 2019-cu ilin sentyabr ayının əvvəllərində evdə olan zaman anasının mobil telefonuna baxarkən “İnstagram” sosial şəbəkəsinə bir mesaj gəldiyini görmüşdür. Həmin mesaja baxdıqda Rəşad adlı şəxsin anasına “necəsən, nə var nə yox? Səndən xoşum gəlir, sənsiz yaşaya bilmirəm, gəl həyatımızı bir yerdə quraq. Ad günündə aldığım gümüşü rəngdə boyunbağı xoşuna gəldimi?” mətnli mesaj göndərdiyini görmüşdür. Həmin mesajlardan məlum olmuşdur ki, Rəşad anası ilə tanış olmaq, onunla görüşmək istəmiş, bundan başqa, Rəşad anasına gümüş boyunbağı almışdır. Həmin şəxsin anasına sevgi məzmunlu mesajlar yazdığı və həmçinin sonuncunu tanımadığı üçün əsəbiləşmiş və Rəşad adlı şəxsin “instagram” sosial şəbəkəsində olan profil səhifəsinin adını götürüb və öz profili vasitəsilə ona yazmışdır. Həmin şəxsin profil səhifəsi açıq olduğundan sonuncunun şəkillərinə baxan zaman Rəşadın gəmidə işlədiyini bilmişdir. Rəşad adlı şəxs ona “İnstagram” sosial şəbəkəsindən cavab vermiş və ona yalandan gəmiçiliyə işə düzəlmək istədiyini bildirmişdir. Rəşad ondan kim olduğunu və haradan tanıdığını, habelə neçə yaşlı olduğunu soruşsa da Rəşada kim olduğunu, onu haradan tanıdığını deməmiş, habelə yalnız 30 yaşında olduğunu bildirmişdir. Bir qədər danışdıqdan sonra Rəşad xaricdə olduğunu və Bakıya gələn zaman ona məlumat verəcəyini demişdir. 17 sentyabr 2019-cu il tarixdə axşam bir daha “İnstagram” sosial şəbəkəsi üzərindən Rəşadla danışmış və 18 sentyabr 2019-cu il tarixdə saat 14 radələrində Bakı şəhəri Nəsimi rayonu ərazisində yerləşən “28 Mall” Ticarət Mərkəzinin qarşısında, metronun çıxışı istiqamətində görüşməyi planlaşdırmışlar. Onun məqsədi Rəşadı anasına yazılan mesajlara görə qorxutmaq və anasına gələcəkdə yenidən hər hansı mesaj yazmağa ediləcək cəhdinin qarşısını almaq olmuşdur. Məhz elə bu səbəbə görə o, uzun illər öncə atasından qalmış olan evdə saxladığı gümüşü rəngli, qatlanaraq düyməciklə avtomatik açılan bıçağı şalvarımın arxa cibinə qoyaraq görüşə getmişdir. O, Rəşadın fotoşəkillərini və inhisiallarını “İnstagram” sosial şəbəkəsindəki səhifəsi vasitəsi ilə əldə etmişdir. Rəşadın 1992-ci ildə anadan olduğunu, habelə fiziki cəhətdən güclü olduğunu gördüyü üçün planlaşdırmışdır ki, özü görüş yerində Rəşadı tapıb dərhal yaxınlaşaraq bıçaqla vurub sonuncuya xəsarət yetirsin. 18 sentyabr 2019-cu il tarixdə saat 14 radələrində “28 Mall” Ticarət Mərkəzinin qarşısında Zərərçəkmiş şəxs onu gözlədiyini görmüşdür. O, Rəşadın onu görməməsi üçün bıçağı cibindən çıxarıb sol əlində tutaraq, düyməsini basıb açmış, qəflətən Rəşada yaxınlaşıb onun sağ bel nahiyəsinə zərbə endirmiş, daha sonra Rəşadın müqaviməti ilə rastlaşacağından ehtiyat edib sonuncunun müqavimətini qırmaq üçün bıçağı sağ əlinə keçirmiş və Rəşada bir neçə bıçaq zərbəsi vurmuşdur. Daha sonra bıçaq zərbələrini endirib sonra dayanmış və qırağa keçərək üstündə olan qan izlərini təmizləməyə başlamışdır. Təxminən 2-3 dəqiqə sonra polis əməkdaşları ona yaxınlaşaraq saxlamış və orada olanda görmüşdür ki, x14 avtomobili gələrək həkimlər Zərərçəkmiş şəxs həmin avtomobilə mindirib aparmışlar. O, Zərərçəkmiş şəxs xəsarət yetirdiyi bıçağı sonradan polis əməkdaşlarına könüllü olaraq təqdim etmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 2019-cu ilin sentyabr ayının əvvəllərində “İnstagram” sosial şəbəkəsindən tanımadığı ” H_A” adlı, sonradan adı “aslanovv.1” kimi dəyişdirilən profildən onun “Mamedov__R” adlı profil səhifəsinə mesaj gəlmişdir. Həmin profildən yazan şəxs özünü Həsən kimi təqdim edərək 30 yaşında olduğunu və profil səhifəsini ortaq dostluqlardan götürdüyünü, onunla görüşərək məsləhət almaq istədiyini bildirmişdir. O, həmin ortaq dostun kim olduğunu və görüşməyin məqsədi nə olduğunu soruşduqda, cavabında ona görüşən zaman hər şeyin deyəcəyini bildirmişdir. O, gəmiçi işlədiyini, hal-hazırda Xəzər dənizində olduğunu və Bakı şəhərinə gəldiyi zaman ona yazaraq görüşəcəyini bildirmişdir. Bundan sonra bir neçə gün ərzində “İnstagram” sosial şəbəkəsi vasitəsilə ünsiyyətdə olmuş və hər dəfə ona kim olduğunu və haradan tanıdığını soruşsa da, həmin şəxs müxtəlif bəhanələr gətirərək öz kimliyini gizlətmiş, görüşən zaman hər şeyi deyəcəyini bildirmişdir. 17 sentyabr 2019-cu il tarixdə saat 19 radələrində Bakı şəhərinə qayıtmış və həmin tarixdə qeyd olunan profil səhifəsindən ona mesaj gəlmiş və həmin şəxslə 18 sentyabr 2019-cu il tarixdə, saat 14 radələrində Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən “28 Mall” ticarət mərkəzinin qarşısında görüş təyin etmişdir. 18 sentyabr 2019-cu il tarixdə saat 13:30 radələrində “28 Mall” ticarət mərkəzinin qarşısında Həbib adlı dostu ilə birlikdə gəlmiş və bir az keçəndən sonra Həbibə getməyini xahiş etmişdir. 18 sentyabr 2019-cu il tarixdə saat 14 radələrində Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən “28 Mall” ticarət mərkəzinin qarşısında duraraq yadında olmayan şəxs ilə telefonla danışdığı zaman sağ bel nahiyəsindən bıçaqla zərbə endirildiyini hiss etmişdir. Onu bıçaqla kimin vurduğunu görmək üçün və özünü müdafiə etmək məqsədilə geriyə dönmək istədikdə bir nəfər tanımadığı şəxsin əlində bıçaqla dayandığını görmüşdür. Həmin şəxsin yenidən xəsarət yetirməsinin qarşısının almaq məqsədilə onun əlindəki bıçağı əlindən almağa çalışmış, lakin bu zaman həmin şəxs ona əlavə 4 dəfə bıçaqla zərbə endirərək geriyə çəkilmişdir. Həmin şəxsdən uzaqlaşmağa çalışaraq bir az arxaya getmişdir. Bir qədər qan itirdiyindən halı pisləşmiş və dostu Həbib onu x14 maşına mindirərək xəstəxanaya aparmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Qanuni nümayəndə ifadəsində göstərdi ki, Rəşad adlı şəxsi “instagram” sosial şəbəkəsi vasitəsilə təxminən 3 il bundan qabaq tanımışdır. Belə ki, həmin sosial şəbəkədə şirniyyatların hazırlanması və çatdırılması ilə əlaqədar profil səhifəsi olmuş və o, həmin səhifədən öz profili vasitəsi ilə mesaj yazaraq müxtəlif şirniyyatları sifariş etmişdir. Həmin sifarişləri ona çatdıran Rəşad adlı şəxs olmuş, o həmin sifarişləri Abşeron rayonu, Xırdalan şəhərində görüşərək sifariş etdiyi şirniyyatları vermişdir. Rəşadı tanısa da onunla hər hansı bir dostluq və ya tanışlıq münasibəti olmamış,Rəşad “İnstaqram” sosial şəbəkəsində ona məxsus olan “Qaynaq_12345” profil səhifəsinə “necəsən, nə var nə yox? Səndən xoşum gəlir, sənsiz yaşaya bilmirəm, gəl həyatımızı bir yerdə quraq, ad günündə aldığım gümüşü rəngdə boyunbağı xoşuna gəldimi?” kimi mesajlar göndərmiş, hətta Rəşad ona gül göndərsə də o, həmin gülü qəbul etməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, uzun müddətdir ki, Nəsimi RPİ-nin PPXB-də polis nəfəri vəzifəsində, polis serjantı rütbəsində xidmət aparır. 18 sentyabr 2019-cu il tarixdə polis nəfərləri Şahid3 və Şahid2la birlikdə ərazidə xidmət aparan zaman Bakı şəhəri, Nəsimi rayonu “28 Mall” ticarət mərkəzinin mərkəzi çıxışının qarşısında insanların toplaşdığını görmüş və həmin əraziyə hadisəni aydınlaşdırmaq məqsədilə yaxınlaşdıqda bir nəfər şəxsin bədənində və paltarlarında qan izləri ilə müşahidə olunan xəsarət aldığını görmüşlər. Həmin şəxsin orada olan şəxslərin köməkliyi ilə xəstəxanaya aparıldığını, habelə hadisənin cinayət xarakterli olduğuna əmin olduqda kənar şəxslərin bir nəfər şəxsi göstərərək bıçaqlayan şəxsin həmin şəxs olduğunu bildirdikdə sonradan adının Təqsirləndirilən şəxs olduğu onlara məlum olan şəxsin əlinin qan olduğunu və əlində bıçaq olmasının şahidi olmuşlar. Artıq cinayəti bilavasitə törətməkdə şübhəli olan şəxsin həmin şəxs olduğunu anladıqda onlar Təqsirləndirilən şəxs yaxınlaşmaq istədikdə həmin şəxs onlardan uzaqlaşaraq qaçmağa başlamışdır. Onlar Təqsirləndirilən şəxs çataraq onu tutub 22-ci PŞ-nə gətirmişlər. Orada həmin şəxsin yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs olması məlum olmuşdur. Nəsimi RPİ-nin 22-ci PŞ-də Təqsirləndirilən şəxs könüllü olaraq bıçağı Hüquq Mühafizə orqanına təqdim etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 və x6 da Şahid4 ilə eyni məzmunlu ifadə vermişlər. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və x9- Təcrübi və Tədris Birliyinin 30.09.2019-cu il tarixli, 922 nömrəli rəyindən görünür ki,Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlər - bel nahiyəsinin daxilə nüfuz edərək qara ciyəri zədələyən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası, sağ bazunun 1 (bir) ədəd, sol bazunun 1 (bir) ədəd, sol saidin 1(bir) ədəd, sağ saidin 1 (bir) ədəd deşilmişkəsilmiş yaraları deşici-kəsici əşyanın (alətin) təsirindən onun Bakı şəhəri, Baş Sİ-nin Kliniki-Tibbi Mərkəzinə gətirildiyi və qərarın təsviri hissəsində göstərilən 18.09.2019-cu il tarixdə əmələ gəlmişlər və dərəcəsinə görə bel nahiyəsinin daxilə nüfuz edərək qaraciyəri zədələyən deşilmiş-kəsilmiş yarası həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir, digər deşilmiş-kəsilmiş yaralar isə hər biri ayrı-ayrılıqda sağlamlığa qısa müddətə pozan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, həmin xəsarətlər qərarda göstərilən şəraitdə, yəni bıçağın tiyəsinin deşici-kəsici təsirindən əmələ gələ bilərdilər. (iş vərəqə 137-139) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə psixiatrik x2 Məhkəmə Psixiatrik Ekspertizasının 01.10.2019-cu il tarixli, 1948 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. (iş vərəqə - 142-143) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və x9-Təcrübi və Tədris Birliyinin 23.10.2019-cu il tarixli, 740/2019-MTBŞ nömrəli rəyindən görünür ki,Zərərçəkmiş şəxs şəxsiyyəti təsdiq edən sənədlər üzrə axtarış vərəqəsinin kserosurətinə əsasən qan qrupu, ABO sistemi üzrə B alfa (İİİ). Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynək, şalvar, 2 ədəd kəmər, bıçaq üzərində olan ləkələrdə B alfa(İİİ) qruplu insan qanı aşkar olundu. Bu qan ləkələri B alfa(İİİ) qruplu şəxsə , o cümlədən ABO sistemi üzrə Zərərçəkmiş şəxs məxsus ola bilər. (iş vərəqə 153-157) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 26 noyabr 2019-cu il tarixli, 28169 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs əqli inkişafına və fərdi-psixi xüsusiyyətlərinə görə baş vermiş hadisəni qavramaq, yadda saxlamaq və hadisə barəsində düzgün ifadə vermək qabiliyyətinə malikdir. Baş vermiş hadisə şəraitinin retrospektiv təhlili belə qənaətə gəlməyə imkan verir ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs hadisə zamanı emosional halında iş üçün hüquqi əhəmiyyət kəsb edən dəyişikliklərin baş verməsi müşahidə olunmur. Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs hadisə zamanı keçirmiş olduğu emosional halına görə etdiyi hərəkətləri adekvat olaraq qavramaqla onların mahiyyətini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. (iş vərəqə 187-188) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 13 dekabr 2019-cu il tarixli, 25225 nömrəli rəyindən görünür ki, təqdim edilmiş bir ədəd “İphone 7” markalı “A1778” modelli “**********17599” İMEİ nömrəli mobil smartfonun yaddaşında SMS mesajlar, Simsiz şəbəkələr, İnternet sayıtların əlfəcinləri, hərəkətlər, zənglər jurnalı, baxılmış İnternet (veb) saytların siyahısı, Jurnalda qeydlər, Kontaktlar, Məkan koordinatları, Şriftlər, Axtarış sorğuları, Quraşdırılmış proqramlar, Bluetooth cihazlar, İstifadəçilərin hesabları, Cokkie tipli fayllar, Zaman ardıcıllıqı, Məlumat ilə fayllar (Audio, Verilən bazalar, Videogörüntülər, Fototəsvirlər, Sazlanma, Mətn) müəyyən edilmişdir. Həmin məlumatlara dair hesabat tərtib edilmişdir. Qeyd olunan məlumatlar rəqəmsal sübutların saxlanılması üçün nəzərdə tutulmuş yaddaş daşıyıcalarına köçürülərək hazırkı ekspert rəyinə əlavə edildi. Smartfona məlumatlarında “İnstagram” sosial şəbəkəsində “Qaynaq_12345” “Mamedov__R” və “Aslanovv.1” profillərin izləri müəyyən edilmədi. Eyni zamanda smartfonda “necəsən, nə var nə yox? Səndən xoşum gəlir, sənsiz yaşaya bilmirəm, gəl həyatımızı bir yerdə quraq. Ad günündə aldığım gümüşü rəngdə boyunbaq xoşuna gəldimi?” kimi mesajlar və “Təqsirləndirilən şəxs” ilə “Zərərçəkmiş şəxs” adlı hesablar arasında olan yazışma müəyyən edilməmişdir. Tədqiq olunan bir ədəd “Samsung” markalı”SM-A320F”modelli mobil smartfonda müəyyən edilmiş “SMS” mesajlar zənglər, kontaktlar, “Facebook Messenger”, “İnstagram”, “WhatsApp”(“**********04”nömrəli) proqramlar ilə yazışmalar və digər məlumatlar müəyyən edilərək rəqəmsal sübutların saxlanılması üçün nəzərdə tutulmuş yaddaş daşıyıcılarına köçürülməklə hazırkı ekspert rəyinə əlavə edildi. Tədqiq olunan smartfonda 18.09.2019-cu il tarixdə “İnstagram”-da “aslanovv.1” adlı hesabla yazışmaların məzmunları rəyin tədqiqi hissəsində qeyd edilmişdir. Təqdim edilmiş “Xiaomi” markalı “Red Mi5” modelli mobil smartfonda mövcud mühafizə kilidi, həmin kilidin ləğv edilməsinə dair texniki metodların olmamasına görə, mobil smartfonda məlumatları itirmədən, pozmadan kriminalistik qaydada (olduğu kimi düzəliş etmədən) əldə etmək mümkün deyil. (iş vərəqə 191-194) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və x9-Təcrübi və Tədris Birliyinin 07.11.2019-cu il tarixli, 497/2019-MTKŞ nömrəli rəyindən görünür ki,ekspertizaya təqdim olunmuş R.N.Məmədova məxsus qısaqol köynəyin arxa səthinin sağ yarısında bir ədəd, sağ qolunun ön-bayır səthində bir ədəd deşilmiş-kəsilmiş zədələr var. Bu zədələr iti ucu, ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən törənməyə uyğun gəlir. Təqdim olunmuş Zərərçəkmiş şəxs məxsus şalvarın üzərində zədə aşkar edilmədi. Təqdim olunmuş köynəyin üzərində olan deşilmiş-kəsilmiş zədələrin, ekspertizaya təqdim olunmuş bıçağın tiyəsinin təsirindən, yaxud oxşar konstruktiv xüsusiyyətə malik digər alətin (alətlərin) tiyəsinin təsirindən törənməsi inkar olunmur. Təqdim olunmuş köynəyin üzərində olan deşilmiş-kəsilmiş zədələrlə, Zərərçəkmiş şəxs bel nahiyəsinin sağ yarısında və sağ bazu nahiyəsində olan xəsarətlər yerləşməsinə görə biri-biri ilə uyğunluq təşkil edir. Zərərçəkmiş şəxs sağ said, sol bazunun orta 1/3-də və sol said nahiyələrində olmuş xəsarətlər, təqdim edilmiş köynək qısaqol olduğundan və bədənin həmin nahiyələrini örtmədiyindən öz əksini tapmamışdır. Təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı qatlanan cib bıçağıdır və soyuq silah hesab edilmir. (iş vərəqə 196-198) İş materiallarında olan 18 sentyabr 2019-cu il tarixli “Könüllü təqdim olunan əşyanın götürülməsi və baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində olan 1 ədəd açılıb bağlanan sarı dəstəkli bıçaq və 1 ədəd qara rəngli “İphone” markalı mobil telefonu könüllü olaraq istintaqa təqdim etmişdir. (iş vərəqə 9) Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı araşdırılmış sübutların məcmusuna əsaslanıb, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs yuxarıda təsvir edilmiş cinayət əməlini törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə işdə toplanmış hüquqi sənədləri, ekspert rəylərini, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, eləcə də şahidlərin ifadələrini tədqiq edib onlar əsasında müəyyən edilmiş hallara qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1 və 221.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Odur ki, Aslanov x7 Məcəlləsinin 126.1 və 221.3-cü maddələri əsasında təqsirli bilinərək cəzalandırılmalıdır. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 25.11.2019-cu il tarixli arayışa əsasən, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (iş vərəqə 167) İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmış, onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Təhsil Nazirliyi Abşeron rayon x1 x16 Şahmat məktəbi tərəfindən verilmiş arayışdan, fəxri fərman və diplomlardan görünür ki, Aslanov x8 rayon İOEUGİŞM-nin sərbəst güləş bölməsində idmanla məşğul olur. Aslan Hüseynov dəfələrlə Respublika və Beynəlxalq Turnirlərin mükafatçısı olub. Təqsirləndirilən şəxs məktəbdə özünü nümunəvi, tərbiyəli və məşq yoldaşları ilə mehriban olub və məşqçiləri ondan heç vaxt narazı olmamışdır. İş materiallarına əlavə edilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs atası x4 06 mart 2010-cu il tarixdə ölmüşdür. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.2, 59.1.12 və 59.2-ci maddələrini rəhbər tutaraq Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışmasını, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmamasını, əməlini tam etiraf edərək peşmançılıq çəkməsini, cinayət törədərkən 14 yaşı olmaqla yetkinlik yaşına çatmadığını, cinayət işi üzrə maddi sübut olan 1 ədəd bıçağı və mobil telefonu könüllü olaraq istintaqa təqdim etməsini, müsbət xarakterizə olmasını, az yaşlı (6 yaşı olarkən) vaxtlarında atasını itirməsini, idman sahəsində naliyyətlərini (2012-2018-ci illər ərzində Respublika daxilində keçirilən sərbəst güləş yarışlarında həmyaşıdları arasında 22 dəfə müvafiq olaraq İ, İİ və İİİ yerlər üzrə qalib olmuşdur) cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır, işdə cəzanı ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. CM-nin 60-cı maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. İşdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsində nəzərdə tutulan cəzanı yüngülləşdirən hallar olduğundan və ağırlaşdırıcı hallar olmadığından, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1 və 221.3-cü maddələri ilə cəza təyin edilərkən, ona cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinin qaydaları əsasında, yəni sanksiyada nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq olmamaqla təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 2-ci bəndinin 3-cü abzasına əsasən, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə görə cinayətin yetkinlik yaşına çatmayanlar tərəfindən törədilməsi cəzanı yüngülləşdirən hal hesab edildiyindən yetkinlik yaşına çatmayanlara cəza təyin edilərkən məhkəmə ilk növbədə təqsirkara azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza növü təyin edilməsinin mümkünlüyü məsələsini müzakirə etməlidir. x11 2-ci bəndinin 5-ci abzasında qeyd edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 iyun 2008-ci il tarixli Qərarının 11-ci bəndində qeyd edilir ki, yetkinlik yaşına çatmayanların törətdiyi cinayətə görə cəza təyin olunması haqqında məsələ həll edilərkən Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində qeyd olunan (törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti haqqında məlumatlar, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar) hallardan başqa, həmçinin Azərbaycan Respublikası CM-nin 86-cı maddəsində nəzərdə tutulan şərtlər (yetkinlik yaşına çatmamış şəxsin həyat və tərbiyə şəraiti, əqli və psixiki inkişaf səviyyəsi, şəxsiyyətlərinin digər xüsusiyyətləri, yetkinlik yaşına çatmış şəxslərin ona təsiri və s.) də nəzərə alınmalıdır. İlk növbədə azadlıqdan məhrum etməklə əlaqədar olmayan cəzanın tətbiq olunmasının mümkünlüyü müzakirə olunmalıdır. Yetkinlik yaşına çatmayanlara cəza təyin edərkən məhkəmələr nəzərə almalıdırlar ki, cəza maksimum dərəcədə məhkumun islah və yenidən tərbiyə olunması məqsədinə xidmət etməlidir. Məhkəmə yalnız yetkinlik yaşına çatmayan şəxsin törətdiyi cinayətin ağırlığı baxımından onun cəmiyyətdən təcrid olunmadan islah olunmasının mümkün olmadığı hallarda, qəbul olunmuş qərarı hökmdə mütləq əsaslandırmaqla ona azadlıqdan məhrum etmə növündə cəza təyin olunması haqqında qərar qəbul etməlidir. x11 12-ci bəndinin 5-ci abzasına əsasən, yetkinlik yaşına çatmayanlar barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsini tətbiq etməklə cəza təyin edilərkən məhkəmələr hər bir halda şərti məhkum edilənlərin üzərinə müəyyən vəzifələrin qoyulması haqqında məsələni də müzakirə etməlidirlər. x11 12-ci bəndinin 6-cı abzasında qeyd olunur ki, nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.2-ci maddəsinə görə, cinayətin yetkinlik yaşına çatmayan şəxs tərəfindən törədilməsi cəzanı yüngülləşdirən haldır. Məhkəmə Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin ailəsinin həyat şəraitinə təsirini, həmçinin onun həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə alır və bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən də islah olunması mümkün olduğundan, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1 və 221.3-cü maddələrinin sanksiyası daxilində azadlıqdan məhrumetmə növündə cəza təyin edilərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməli və ona təyin edilmiş cəza şərti olaraq tətbiq edilməklə üzərində sınaq müddəti müəyyən olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.5 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində cinayətlərin məcmusuna az ağır və ağır cinayətlər daxil olduğundan, məcmuya daxil olan cinayətlərə görə təyin olunan cəzalar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən qismən toplanılmalı və bu yolla təqsirləndirilən şəxsə qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1-99-1.1.4 maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlakı müəyyən edilmədiyindən Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübutlarla bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Nəsimi RPİ-nin NH-də saxlanılan 1 ədəd bıçaq, 1 ədəd şalvar, 1 ədəd köynək, 2 ədəd kəmər hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyərini təşkil edən 171 manat 17 qəpik pul Təqsirləndirilən şəxs qanuni nümayəndəsi (anası) Qanuni nümayəndə tutularaq Respublika büdcəsinə keçirilməlidir. İş materiallarında olan 18 sentyabr 2019-cu il tarixli tutma haqqında protokoldan və 20 sentyabr 2019-cu il tarixli Nəzarət altına vermə qətimkan tədbiri seçilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs 18 sentyabr 2019-cu il tarixdə şübhəli şəxs qismində tutulmuş, 20 sentyabr 2019-cu il tarixdə barəsində nəzarət altına vermə qətimkan tədbiri seçilmişdir. Odur ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 18 sentyabr 2019-cu il tarixdən 20 sentyabr 2019-cu il tarixədək olan 2 gün ona təyin edilmiş cəzadan çıxılmalı və üzərində qəti cəza saxlanılmalıdır. Məhkəmə təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbiri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş nəzarət altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş müdafiəçi x5 Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci tarixli qərarına və həmin qərara (sonrakı dəyişikliklərə və əlavələrə) əsasən təqsirləndirilən şəxsə göstərilmiş 12 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 14 saylı vəkil bürosunun hesabına 72 manat miqdarında pul ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345,346,347,351-353,356-cı maddələrini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1 və 221.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə 03 il, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə 02 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cəzalar qismən toplanılsın və Təqsirləndirilən şəxs qəti olaraq 03 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 18 sentyabr 2019-cu il tarixdən 20 sentyabr 2019-cu il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 gün ona təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 03 il 05 ay 28 gün azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70ci maddəsi tətbiq edilməklə, ona təyin edilmiş həmin cəza 02 il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilsin. Sınaq müddətinin əvvəli hökmün qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Abşeron rayon İcra və probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş nəzarət altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübutlar – Nəsimi RPİ-nin NH-də saxlanılan 1 ədəd bıçaq, 1 ədəd şalvar, 1 ədəd köynək, 2 ədəd kəmər hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə məhkəmə xərcləri - ekspertiza tədqiqatının dəyərini təşkil edən 171 manat 17 qəpik pul Təqsirləndirilən şəxs qanuni nümayəndəsi (anası) Qanuni nümayəndə tutularaq Respublika büdcəsinə keçirilsin. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş müdafiəçi x5 təqsirləndirilən şəxsə göstərilmiş 12 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 14 saylı vəkil bürosunun hesabına 72 manat miqdarında pul ödənilsin. Hökmdən 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Düzdür məhkəmənin hakimi: Əhməd Quliyev
Məhkəmə qərarları › İş №1(101)-374/2020
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-374/2020
20.02.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver