Məhkəmə qərarları › İş №1(101)-374/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-374/2021

15.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-374/2021 15.03.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi - Salmanov Rahib Vaqif oğlunun sədrliyi ilə, hakimlər - Hacıyev Siyavuş Həbib oğlu və Mikayılov Eldar Əli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi - X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxx 1999-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti, Abşeron rayon Polis İdarəsinin inzibati binasında qeydiyyatda olmaqla ünvan 1 blok 8, mənzil 29 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə və təkrarən külli miqdarda psixotrop maddə əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddəni əldə etmə, saxlama, daşıma və satma barədə şəxsiyyəti istintaqa məlum olmayan "Cahandar“ adlı şəxs və qeyriləri ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, aralarında olan rol bölgüsünə əsasən "Cahandar" adlı şəxsin istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxladığı Bakı şəhəri, Nizami rayonu, İmaməddin Nəsimi küçəsi, 32E: saylı yaşayış binasının 2-ci blokunun 6-cı mərtəbəsinə daşıyıb qum torbasının içərisində gizlətdiyi qara rəngli sellofan torbada üzərində "Yingjie" yazısı olan elektron tərəzi və "ABİNGO” yazısı olan qara rəngli eynək qutusunda 14 bükümdə hər birinin ayrı-ayrılıqda təmiz çəkiləri 0.927 qram, 0,795 qram, 0,802 qram, 0,888 qram, 0,893 qram, 0,920 qram, 0,980 qram, 0,750 qram, 1,030 qram, 0,987 qram, 0.850 qram, 0.915 qram, 1,005 qram, 0,680 qram olan, ümumi təmiz çəkisi 12,422 qram xaş-xaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə tiryəki həmin yerdən xx xxxx 2020-ci ildə satış məqsədi ilə qanunsuz olaraq əldə edib 35 manat pul müqabilində “Cahandar" adlı şəxsin “WhatsApp" ani mesajlaşma tətbiqi vasitəsi ilə ona göndərəcəyi ünvana çatdırma məqsədi ilə üzərində saxlamaqla daşımışdır. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddənin əldə etmə, saxlama, daşıma və satma barədə şəxsiyyəti istintaqa məlum olmayan "Cahandar" adlı şəxs və qeyriləri cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, aralarında olan rol bölgüsünə əsasən "Cahandar" adlı şəxsin istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Leyla Məmmədbəyli küçəsində yerləşən qəbiristanlığa daşıyaraq giriş qapısının yanında bir ədəd "Winston“ siqaret qutusunun içərisində gizlətdiyi 4 bükümdə hər birinin ayrı-ayrılıqda təmiz çəkiləri 5,964 qram, 1,945 qram, 0,930 qram, 0,485 qram olan, ümumi təmiz çəkisi 9,324 qram külli miqdarda psixotrop maddə matamfetamini xx xxxx 2020-ci il tarixdə saat 01 radələriııdə satış məqsədi ilə qanunsuz olaraq təkrarən əldə edib xx xxxx 2020-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, İmaməddin Nəsimi küçəsində 32E saylı yaşayış binasının 2-ci blokunun 6-cı mərtəbəsindən əldə etdiyi "ABİNGO" yazısı olan qara rəngli eynək qutusunun içərisindəki 14 ədəd narkotik vasitə tiryək bükümlərinin yanına əlavə edib əynindəki qara rəngli gödəkcənin sol iç cibinə qoyub üstündə saxlayaq 35 manat pul müqabilində "Cahandar" adlı şəxsin "WhatsApp" ani mesajlaşma tətbiqi vasitəsi göndərəcəyi çatdırılma ünvanı barədə məlumatları gözləmək məqsədi ilə qəbiristanlığın yaxınlığındakı küçəyə daşımış və xx xxxx 2020-ci ildə saat 01:50-də Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Leyla Məmmədbəyli küçəsində Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq 13- cü Polis Bölməsinə dəvət olunmuş, üzərində şəxsi axtarış aparılan zaman əynindəki qara rəngli gödəkcənin sol iç cibindən üzərində "ABİNGO" yazısı olan qara rəngli eynək qutusunda 04 bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 5,964 qram; 1,945 qram; 0,930 qram; 0,485 qram ümumi təmiz çəkisi 9,324 qram külli miqdarda ağ rəngli kristal hissəciklərdən ibarət maddələr, tərkibinə görə Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddə malamfetamin və 14 bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,927qram; 0,795 qram; 0,802 qram; 0,888 qram; 0,893 qram; 0,920 qram; 0,980 qram; 0,750 qram; 1,030 qram; 0,987 qram; 0,850 qram; 0,915 qram; 1,005 qram. 0,680 qram, ümumi təmiz çəkisi 12,422 qram xaş-xaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə tiryək və əynində göy rəngli cins şalvarın sağ qabaq cibindən üzərində "Yingjie" yazısı, səthində psixotrop maddə metanfetaminə məxsus izlər olan bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, bir müddət ailəsini dolandırmaq üçün qaynaqçı işləmiş, sonradan isə restoranda işləmiş və atası xəstə olduğundan evdə yalnız o, işləyərək ailəsinə çörək pulu qazanmışdır. Daha sonra, o, internet vasitəsi ilə yüksək maaşı olan iş axtarmağa başlamış, həmin vaxt sosial şəbəkədə qarşısına günə 35 manat zəhmət haqqı verilən kuryer işi ilə əlaqədar elan çıxmış və o, həmin işə düzələrək işləməyə başlamışdır. İlk həftədə o, yalnız məktublar çatdırmaqla məşğul olmuş, sonradan isə cinsi azlıqların istifadə etdiyi dərmanları çatdırmaqla məşğul olmuşdur. Həmin ərəfədə o, etiraz edərək işdən çıxmaq istəmiş, lakin «Cahandar» adlı şəxs ona hədə-qorxu gəlmiş, həmçinin ay tamam olmamış ona maaş verməyəcəklərini bildirmiş, bu səbəbdən o, maaşını almaq üçün ayın tamam olmasını gözləmişdir. Cinayət işinin materiallarında olan ibtidai istintaq zamanı onun adından yazılmış ifadədə qeyd olunanlar həqiqəti əks etdirmir. O, heç bir zaman narkotik vasitələrin və psixotrop maddələrin hər hansı növünün satışı ilə məşğul olmamışdır. Ona verilmiş ittiham tamamilə əsassızdır. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə, məhkəmə zalında verdiyi ifadəsi arasında ziddiyət yarandığından onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, o, 2015-ci ildə Abşeron rayonu, Xırdalan şəhərində yerləşən 9 nömrəli tam orta məktəbin 9-cu sinifini Azərbaycan dilində bitirmiş, 2015-2018-ci illərdə Abşeron rayonu, Ceyranbatan qəsəbəsində yerləşən Peşə litseyinin çilingər və motorist fakültəsi üzrə Azərbaycan dilində təhsil almışdır. Bundan sonra o, Abşeron rayonu, Xırdalan şəhəri, Abşeron-Sumqayıt şossesində verləşən "Riyad" ticarət mərkəzində qaynaqçı vəzifəsində işləyirmiş və günə 20 manat əmək haqqı qazanırmış. Həmin ərəfədə o, evdə tək işləyirmiş və ailəsinə çörək pulu qazanırmış. Evin kirayə haqqı 250 manat imiş, bundan başqa o, evə ərzaq, geyim əşyaları alırmış və kommunal xərcləridə özü ödəyirmiş. Bundan görə də o, 2019-cu ilin dekabr ayının ortaları "Google" sosial şəbəkədə yüksək maaşı olan iş axtarmağa başlamışdır. Həmin vaxtı sosial şəbəkədə qarşısına bir elan çıxmış və elanda qeyd olunmuşdur ki, kuryer tələb olunur, günə 35 manat zəhmət haqqı verilir. Elan yerləşdirən "Cahandar" adlı şəxs əlaqə üçün -1- 90-53 1-699-42-42 nömrəni yerləşdirmiş və qeyd olunmuşdur ki, "WhatsApp" proqramı vasitəsi ilə əlaqə saxlayın. O, ***-***-**-** nömrədən "Cahandar" adlı şəxsin +90-***-***-**- ** nömrəsinə "WhatsApp" proqramı vasitəsi ilə yazmışdır ki, kuryer işi ilə maraqlanır. Ona "WhatsApp" proqramı vasitəsi ilə cavab gəlmişdir ki, depozitə pul qoymaq lazımdır. O. yazmışdır ki, onda pul olsa idi işi nə edirdi ? onda pul yoxdur. Bundan sonra onun mobil telefonuna ***-***-**-** nömrədən zəng gəlmiş və o, telefona cavab verən zaman qalın səsi olan kişi ona demişdir ki, Cahandardır, İşləmək istəyirsənsə səndən depozit pulu almayacaq. O, Cahandara demişdir ki, o, işləmək istəyir. Həmin şəxs ona demişdir ki. işə qəbul üyün şəxsişşət vəsiqənin qabaq və arxa hissəsinin şəkili çək, "WhatsApp" proqramı vasitəsi ilə ona göndər. O, da şəxsiyyət vəsiqəsinin qabaq və arxa hissəsinin şəkilini çəkib "WhatsApp" proqramı vasitəsi ilə Cahandara göndərmişdir. O, fikirləşmişdir ki, yəqin hardasa dönər kuryeri yəni, çatdırma işi olacaq. Təxminən 2-3 saatdan sonra Cahandar "WhatsApp" proqramı vasitəsi ilə ona zəng vurub demişdir ki, sənin debet kartın vardır ? O, demişdir ki, yoxdur və soruşmuşdur ki, nəyə lazımdır ? Cahandar ona demişdir ki, öz adına iki ədəd debet kart lazımdır, həmin kartlardan biri Özündə qalacaq, digərini isə ona göndərəcəksən, hər iş gününün sonu karta 33 manat pul göndərəcək. O, Cahandarla razılaşmış. “Kapital" və "Unibank" bankdan öz adıma iki ədəd debet kart almış və "WhatsApp" proqramı vasitəsi ilə həmin kartların şəkilini çəkib Cahandara göndərmişdir. Cahandar ona "WhatsApp" proqramı vasitəsi ilə yazmışdır ki, kartlardan birini metronun "Memar Əcəmi" stansiyasının yaxınlığında bir yerə qoy və qoyduğun yerin şəkilini çəkib göndər. O, da "Unibank" bankından aldığı debet kartı metronun "Memar Əcəmi" stansiyasının yaxınlığında yerləşən "Ekspress Araz" marketin yaxınlığında olan meyvətərvəz plakatının arxasına qoymuş və şəkilini çəkib "WhatsApp" proqramı vasitəsi ilə Cahandara göndərmişdir. Cahandar ona yazıb göndərmişdir ki, qız gəlib götürəcək. Ona maraqlı gəldiyi üçün kənardan durub kartı qoşduğu yerə baxırmış, təxminən 15-20 dəqiqədən sonra tanımadığı 25-30 yaşlarında üç qadın gəlmiş və onlardan biri kartı götürüb getmişlər. Təxminən bir saatdan sonra o, "WhatsApp" proqramı vasitəsi ilə Cahandara yazmışdır ki, kart sizə çatdı ? Cahandar yazmışdır ki, çatdı. Bundan sonra o, işlədiyi "Riyad" ticarət mərkəzində olan müdirinə demişdir ki. o, xəstədir, işə 10-15 gün işə çıxa bilməyəcək. Səhəri günü saat 14:00 radələrində Cahandar ona "WhatsApp" proqramı vasitəsi İlə Bakı şəhəri, Nizami rayonunda olan metronun "Neftçilər" stansiyasının yaxınlığında yerləşən "İnterturan" mebel salonu ilə üzbəüz yerləşən hündür mərtəbəli binanın ikinci blok, altıncı mərtəbəsində olan qum torbasının şəkilini çəkib göndərmiş və ona yazmışdır ki, qum torbasının içində olan qara rəngli sellofan bükümü götür, dediyi ünvana qoyarsan. O, razılaşmış və deyilən ünvana gedib qum torbasının içində olan qara rəngli sellofan bükümü götürmüş və bu barədə Cahandara yazmış. Cahandarm mesajını gözləşirmiş ki, sellofan torbanı deyilən ünvana çatdırsın. Həmin günü saat 24:00 radələri olmuş və Cahandardan xəbər çıxmadığı üçün o, kirayə yaşadığı evə getmişdir. Evdə o, həmin bükümü açmış və görmüşdür ki, şəffaf bükümdə kristal şəkilli, şəffaf maddə vardır. O, həmin bükümün şəkilini çəkib Cahandara "WhatsApp" proqramı vasitəsi ilə çəkib göndərmiş və şazmışdır ki, bu nədir ? Cahandar ona yazmışdır ki, niyə ondan icazəsiz, sellofanı bükümü açıbsan ? O, yazmışdır ki, o, apardığı şeş i bilməlidir. Cahandar yazmışdır ki. bunu "şüşə" kimi tanıyırlar, psixotrop maddə metamfetamindir. Səhəri günü Cahandar ona "WhatsApp" proqramı vasitəsi ilə yazmışdır ki, metronun "Memar Əcəmi“ stansiyasının yaxınlığında bir yerə qoy və şəkilini çəkib göndər. O. təlimata uyğun olaraq metronun "Memar Əcəmi” stansiyasının yaxınlığında olan "Şaurma № 1" restoranının yaxınlığında olan ağacın dibinə qoymuş və şəkilini çəkib ünvanı qeyd edib göndərmişdir. Həmin günü Cahandar "İnterturan" mebel salonu ilə üzbəüz yerləşən hündür mərtəbəli binanın ikinci blok, altıncı mərtəbəsində olan qum torbasının şəkilini çəkib göndərmiş və ona şazmışdır ki, qum torbasının içində olan qara rəngli sellofan bükümü götür, sənə dediyi ünvana qoyarsan. O, Cahandarın dediyi yerə getmiş və qum torbasının içində olan qara rəngli sellofan torbanı götürmüş və evə gəlmişdir, evdə həmin qara sellofan torbanı açmış və görmüşdür ki. 4 ədəd şəffaf sellofan bükümdə "şüşə" kimi tanınan, psixotrop maddə metamfetamin. 2 ədəd bükümdə isə qurudulmuş marixuana vardır. O, bu barədə heç kimə bir söz deməmişdir. O, evdə "WhatsApp" proqramı vasitəsi ilə Cahandara şazmışdır ki, səninlə işləmək istəmir, daha ona yazma. Bundan sonra Cahandarm türk nömrəsini blok etmişdir ki, ona nə zəng edə bilsin, nə də "WhatsApp" proqramı vasitəsi ilə yaza bilsin. Səhəri günü 4 ədəd şəffaf bükümdə olan psixotrop maddə metamfetamin və 1 ədəd bükümdə qurudulmuş marixuananı Abşeron rayonu, Xırdalan şəhərində tanımadığı şəxslərə pulsuz vermiş və qalan 1 büküm qurudulmuş marixuanam isə özü çəkmişdir. Bundan sonra Cahandarla əlaqəsi olmamışdır. 2020-ci ilin fevral ayında o, ***-***-**-** nömrəni almış və "WhatsApp" proqramını həmin nömrəyə yönəltmişdir. Təxminən iki aydan sonra Cahandar ***-***-**-** nömrə ilə onun ***-***-**-** mobil telefon nömrəsinə zəng vurmuş və ona hədə-qorxu gəlmişdir ki, onun işini yarımçıq qoya bilməzsən. O , da məcbur olub Cahandara razılıq verib demişdir ki, səninlə işləyəcək. Bundan sonra o, Cahandarın türk nömrəsini blokdan çıxarmış və ona "WhatsApp" proqramı vasitəsi ilə yenə "İnterturan" mebel salonu ilə üzbəüz yerləşən hündür mərtəbəli binanın ikinci blok, altıncı mərtəbədə olan qum torbasının şəkilini çəkib göndərmiş və ona yazmışdır ki, qum torbasının içində olan qara rəngli sellofan bükümü götür, sənə deyilən ünvana çatdırarsan. O, deyilən ünvana gedib qum torbasının içində olan qara rəngli torbanı götürüb Cahandarın dediyi ünvana yəni, metronun "28 May" stansiyasının yaxınlığında köşkün arxasına qoymuş, şəkilini çəkmiş və ünvanı yazıb göndərmişdir. Cahandar səhəri günü onun kartına 35 manat pul köçürmüşdür, mart 2020-ci ildə saat 16-17 radələrində Cahandar ona "WhatsApp" proqramı vasitəsi ilə yenə "İnterturan" mebel salonu ilə üzbəüz yerləşən hündür mərtəbəli binanın ikinci blok, altıncı mərtəbədə olan qum torbasının şəkilini çəkib göndərmiş və ona yazmışdır ki. qum torbasının içində olan qara rəngli sellofan bükümü götür, sənə deyilən ünvana qovarsan. O. deyilən verə gedib qum torbasının içindən qara rəngli sellofan torbada olan bir ədəd elektron tərəzi və bir ədəd eynək qabını götürmüşdür. O, Cahandara yazmışdır ki, elektron tərəzi nədir ? Cahandar yazmışdır ki. həmin tərəzi ilə götürdüyü malları çəkisini yoxlasın, sonra şəkilini çəkib ona göndərsin, eynək qabının içində isə "qara" kimi tanman. 14 ədəd bükümdə tiryəki isə deyilən yerə qoyarsan. Həmin günü "Cahandar" ona tiryəkin hara qoyulması barədə bir məlumat verməmiş, o, da eynək qabının içində 14 ədəd bükümdə olan tiryəki əynində olan qara rəngli gödəkcənin sol iç cibinə və bir ədəd elektoru tərəzini isə əyninidə olan göy rəngli cins şalvarın sağ qabaq cibinə qoyub saxlamışdır. O, beləliklə Cahandarla 3 dəfə işləmiş və hər çatdırmaya görə 35 manat pulu karta köçürmüş, mart 2020-ci il tarixdə saat 23:00 radələrində Cahandar "WhatsApp" proqramı vasitəsi ilə yazmışdır ki, sənə Bakı şəhəri. Sabunçu rayonu, Bakıxanov qəsəbəsində olan qəbirstanlıqda yer göndərir, ora gedərsən, həmin ünvanda "Winston" siqaret qutusunu götürərsən. Sonra “WhatsApp" proqramı vasitəsi ilə Cahandar "Winston" siqaret qutusunu yerini şəkilini və video çəkilişi göndərmişdir. Bundan sonra o, evdən çıxıb Abşeron rayon, Xırdalan şəhərində tanımadığı bir taksiyə əyləşib Bakı şəhəri, Bakıxanov qəsəbəsində gələn zaman taksi avtomobili Bakı şəhəri, Xətai rayonunda olan "Cavanşir" körpüsündə xarab olmuş, o, avtomobildən düşmüş və üzərində olan 10 manat pulu taksi sürücüsünə vermişdir. Həmin vaxtı onun üzərində pul yox imiş, o, Cahandarın dediyi verə gedib narkotik vasitəni götürəndən sonra onun karlına pul köçürəcəkmiş. o, da yenə taksi ilə qayıdacaqmış. Buna görə o. məcbur olub Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən qəbirstanlığa piyada gəlmiş və Cahandarın ona şəkil və video formasında göndərdiyi yeri tapmış və verdə olan "Winston" siqaret qutusunu götürmüş, açıb içinə baxanda görmüşdür ki, 4 ədəd büküm vardır. O. həmin bükümləri götürüb eynək qabının içinə qoymuşdur. Bundan sonra qəbirstanlıqdan aralaşmaq istəyərkən iki nəfər mülki geyimdə şəxs ona yaxınlaşaraq Özlərini Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis bölməsinin əməkdaşları kimi təqdim etmişlər. O, da polis əməkdaşlarına özünü təqdim etmişdir. Polis əməkdaşları onu narkotik vasitə əldə etmə və saxlamada şübhəli bildikləri üçün 13-cü Polis bölməsinə aparmışlar. Bölmədə xidməti otaqların birində polis əməkdaşı bildirmişdir ki, qanunsuz olaraq narkotik vasitə əldə etmə və saxlamada şübhəli bilinirsən, ona görə də üzərində şəxsi axtarış keçiriləcəkdir. Üzərində şəxsi axtarış keçirilməsinə etiraz etməmiş və şəxsi axtarış keçirilməmişdən əvvəl ona hüquq və vəzifələri izah olunmuş, hüquqlarının müdafiə edilməsi üçün vəkil təqdim olunmuşdur. O, həmin vaxt vəkilin iştirakı olmadan üzərində şəxsi axtarışın keçirilməsini xahiş etmiş və bu barədə ərizə yazmışdır. Bundan sonra onun üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı polis əməkdaşları ondan üzərindən qanunla qadağan olunmuş əşyanın olub-olmamasını soruşarkən, o, əynində olan göy rəngli cins şalvarının sağ qabaq cibində olan bir ədəd tərəzini, qara rəngli gödəkçənin sol iç cibində olan bir ədəd eynək qutusunu və şalvarının arxa sağ cibindən bir ədəd özünə məxsus "Samsung“ markalı mobil telefonu çıxarıb polis əməkdaşlarına təqdim edərək stolun üstünə qoymuşdur. Həmin vaxtı o, özünə məxsus debet katını tapa bilməmiş, fikirləşmişdir ki, salıb itirmişdir. Polis əməkdaşları eynək qabını açıb içərisinə baxarkən 14 ədəd sellofan bükümdə narkotik vasitə tiryək və 4 ədəd sellofan bükümdə psixotrop maddə metamfetamini görmüşlər. Polis əməkdaşları ondan həmin bükümlərdə nə olduğunu soruşarkən, o, polis əməkdaşlarına demişdir ki, qara rəngdə olan kütlə narkotik vasitə tiryək, ağ rəngli kütlə psixotrop maddə melamfetamindir. Polis əməkdaşları bükümlərdə olan narkotik vasitə tiryək və psixotrop maddə metamfetaminləri eynək qabına qoymuş və eynək qabını zərfə qoyub qablaşdırmış, zərfin üzəri iştirakçılar tərəfindən imzalanmış, şəxsi axtarış və götürmə keçirilməsinə dair protokol tərtib edilmiş, protokol düzgün yazıldığı üçün iştirakçılar tərəfindən imzalanmışdır Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o. Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis bölməsində cinayət axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində işləyir və polis kapitanı xüsusi rütbə daşıyır. xx xxxx 2020-ci ildə saat 23:00 radələrindən cinayətkarlığa qarşı mübarizə ilə bağlı Bakı şəhəri, Sabunçu rayonu., Bakıxanov qəsəbəsi, Leyla Məmmədbəyli, Nazim İsmayılov və digər küçələr üzrə keçirilən gecə gəzintisinə bölmənin sahə iııspketoru polis leytenantı Şahid2 ilə birlikdə cəlb olunmuşdur. xx xxxx 2020-ci ildə saat 01:50-də Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Leyla Məmmədbəyli küçəsində yerləşən qəbirstanlığın yanında keçən zaman bir nəfər cavan oğlanı görüb ona yaxınlaşıb özlərini təqdim elmişlər. Həmin şəxslə söhbət edən zaman onun söhbətdən yayınıb uzaqlaşmağa çalışdığını müşahidə etmişlər və həmin şəxsin narkotik vasitənin əldə edib saxlanılmasında və daşınmasında şübhələndiklərinə görə üzərində şəxsi axtarış aparılması üçün onu Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis bölməsinə dəvət etmişlər. Həmin şəxs etiraz etməyib onlara birlikdə 13-cü Polis bölməsinə gəlmiş və polis bölməsində müəyyən edilmişdir ki. həmin şəxs Təqsirləndirilən şəxsdur. Abşeron rayonu. Xırdalan şəhərində yerləşən "Gənclər" şəhərciyində yaşayır. Polis bölməsinin xidməti otaqda 13-cü Polis bölməsinin tədqiqatçısı polis leytenantı Kənan Oliyev tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 90-cı maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələri izah olunmuş, hüquqlarının müdafiə olunması üçün vəkil dəvət olunmuş və təhqiqatçı vəkilin iştirakı ilə videoçəkilişlə onun üzərində şəxsi axtarış aparılması bildirilmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən vəkilin iştitakına ehtiyac olmadığım bildirərək bu barədə ərizə ilə müraciət etmişdir. Bundan sonra, vəkilin iştirakı olmadan videoçəkilişlə İbrahim liəbibzadənin üzərində şəxsi axtarış aparılmağa başlanılmışdır. Videoçəkiliş zamanı Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunarkən yenidən vəkilin iştirakı olmadan üzərində şəxsi axtarış aparılmasına etirazının olub-olmaması soruşulmuş. Təqsirləndirilən şəxs vəkilin iştirakı olmadan üzərində şəxsi axtarış aparılmasına etirazının olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmamışdan əvvəl üzərində qanunla qadağan olunmuş hər hansı əşya və ya predmetin olub-olmaması, olduğu təqdirdə təqdim etməyi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkcənin iç sol cibindən bir ədəd qara rəngli üzərində ABİNGO yazısı olan eynək qutusunu, əynində olan göy rəngli cins şalvarın sağ qabaq cibindən bir ədəd üzərində Yingjie vazı sı olan gümüşü rəngli elektron tərəzini və göy rəngli cins şalvarın arxa sağ cibindən bir ədəd Samsung markalı mobil telefonu təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış və qanunla qadağan olunmuş əşya və ya predmet aşkar olunmamışdır. Qara rəngli eynək qutusu təhqiqatçı tərəfindən açılmış, eynək qutusundan 14 ədəd şəffaf bükümdə içərisində qəhvəyi rəngli maddə və 04 ədəd şəffaf bükümdə içərisində ağ kristal küllə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs həmin bükümlərdə olan maddənin və kütlənin nə olduğunu soruşulmuş. Təqsirləndirilən şəxs 14 ədəd şəffaf bükümdə tiryək və 4 ədəd şəffaf bükümdə matamfetamin olduğunu. xx xxxx 2020-ci ildə tanımadığı şəxsin WhatsApp proqramı vasitəsi ilə narkotik vasitənin Bakı şəhəri Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Leyla Məmmədbəyli küçəsində verləşən qəbirstanlıqda olduğu yeri demiş, o. da həmin narkotik vasitənin götürərək, həmin şəxsin deyəcəyi ünvana çatdırmalı imiş. Təhqiqatçı tərəfindən 14 ədəd şəffaf büküm və 4 ədəd şəffaf büküm qara rəngli eynək qabına qoyulmuş, qara rəngli eynək qabı cinayət təqibi üzrə sübut əhəmiyyətli olduğundan zərfə qoyularaq qablaşdırılmış, iştirakçılar tərəfindən zərtın üzəri imzalanmış və “Zərflər üçün” 160 nömrəli möhürlü kağız yapışdırılıb götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə keçirilməsi ilə əlaqədar protokol tərtib edilmiş, protokol ucadan oxunmuş, protokol düzgün yazıldığı üçün iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Şahid2 ibitidai istintaq zamanı verdiyi, məhkəmədə tədqiq edilən ifadəsində Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə verərək həmin xüsusatları özünə aid hissədə bir daha təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, oğlu Təqsirləndirilən şəxs xəstəliklə əlaqədar onu həqiqi hərbi xidmətə aparmamışlar. Bundan sonra oğlu Təqsirləndirilən şəxs "Riyad” ticarət mərkəzində qaynatçı işləməyə başlamışdır. Oğlum Təqsirləndirilən şəxs səhər saat 08:00-də evdən çıxıb işə gedirmiş və saat 20:00 radələrində işdən evə gəlirmiş. Oğlu Təqsirləndirilən şəxs də Bakı şəhəri. Səbail rayonunda olan mehmanxanaların birində ofisiant işləyirmiş. xx xxxx 2020-ci ildə oğlu Təqsirləndirilən şəxs evdə ona sə anasına demişdir ki. o. dostları ilə Qax rayonuna qonaq gedir. Oğlu Təqsirləndirilən şəxs iş yoldaşları Qax rayon sakinləri imiş. O. oğlu İbrahimə razılıq vermiş və ona demişdir ki. tez-tez telefon vasitsəsi ilə əlaqə saxla. xx xxxx 2020-ci ildə saat 20:00 radələrində oğlu Təqsirləndirilən şəxs evdən çıxıb getmiş və həmin günü saat 24:00 radələrində o. oğlu Təqsirləndirilən şəxs ilə telefon vasitəsi ilə əlaqə saxlamış və oğlu Təqsirləndirilən şəxs ona demişdir ki. o. artıq Qax rayonuna çatmışdır. xx xxxx 2020-ci ildə o. oğlu Təqsirləndirilən şəxs ilə telefon vasitəsi ilə əlaqə saxlamış və oğlu Təqsirləndirilən şəxs ona demişdir ki. Qax rayonundadır. 1-2 günə gələcək. xx xxxx 2020ci ildə oğlu Təqsirləndirilən şəxs mobil telefonuna zəng çatmamış və evdə narahat olmağa başlamışlar. xx xxxx 2020-ci ildə ona məlum olmuşdur ki. oğlu Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinin əməkdaşları tərəfindən Bakı şəhəri. Sabunçu rayonu. Bakıxanov qəsəbəsinin qəbirstanlığında saxlanılmış və üzərindən narkotik vasitə aşkar edilmişdir. Həmin günü oğlu Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş və xx xxxx 2020-ci il tarixdə oğlu Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir. Oğlu Təqsirləndirilən şəxs Bakı istintaq təcridxanasında saxlanılır. Şahid3 əlavə olaraq bildirmişdir ki. onun və ailə üzvlərinin heç birinin bu barədə xəbəri yoxdur, oğlu Təqsirləndirilən şəxs evdə bu barədə heç vaxt söz deməmiş, oğlu Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitənin haradan və kimdən alması barədə ailə üzvlərinin heç bir məlumatı yoxdur. Şahid qismində dindirilmiş Şahid4 ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində göstərmişdir ki, o. Oğuz rayonu. Qarabaldır kəndində qeydiyyatda olsa da. Bakı şəhəri. Nəsimi rayonu. Səməd Vurğun küçəsi, ev 50-də ailəslə birlikdə kirayə yaşayır. O. 2008-ci ildə Oğuz rayonu. Kərimli kənd orta məktəbini Azərbaycan dilində bitirmiş, gözləri zəif olduğu üçiın onu həqiqi hərbi xidmətə aparmamışlar. Bundan sonra fərdi qaydada işləyib ailəsinə maddi köməlik etmişdir. O. 2016-2018-cı illərdə Mingəçevir şəhərində yaşayırmış və Ağdaş şəhərində Vüsal adlı şəxsin işlətdiyi telefon mağazasına gedib "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətə məxsus 070 və 077 nömrələri 02 manata alırmış və Mingeçevir. Gəncə. Goran. Göyçay. Ucar və ətraf rayonlarda səyyar şəkildə 05 manata satırmış. Həmin ərəfədə o. “xxxx" MMC-yə məxsus çoxlu sayda nömrələr satmışdır. Bundan başqa o. ‘Tap.az" internet saytı vasitəsi ilə “xxxx" MMC-yə məxsus nömrələri satmışdır. Şahid4 əlavə olaraq bildirmişdir ki. “xxxx" MMC-yə məxsus ***-***-**- ** nömrə o. işlətməmiş, yəqin həmin nömrəni satmışdır, ancaq həmin nömrənin kimə və nə vaxt satması yadında deyil. O. həmin nömrələri alıb içindən seçirmiş, əvvəli cüt və ya axırı cüt nömrələri adma keçirirmiş və “Tap.az" internet saytında satışa çıxarırmış. O. nömrəni satan zaman nömrəni alan şəxsin adına keçirirmiş. ***-***-**-** nömrəsi isə necə olubsa öz adıma qalması barədə bilmir. Cinayət işinin materiallarında olan xx xxxx 2020-ci il tarixli Ul606 nömrəli "Sərxoşluq hallarının bütün növlərinin təvini məqsədi ilə aparılan tibbi müayinə" protokolundan görünür ki. Təqsirləndirilən şəxs sidiyində AMP(amfetamin) aşkar edilib. Cinayət işi üzrə təyin edilmiş məhkəmə-kimyəvi ekspertizasının xx xxxx 2020-ci il tarixli 6/193 nömrəli rəyindən görünür ki. tədqiqata təqdim edilmiş üzərində "vətəndaş Təqsirləndirilən şəxs götürülmüş maddi sübut..." və sair qeydlər olan zərfdəki qara rəngli eynək qutusundakı 4 ədəd bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 5.964 qram. 1.945 qram. 0.930 qram. 0.485 qram, ümumi təmiz çəkisi 9.324 qram olan ağ rəngli kristal hissəciklərdən İbarət maddələr, tərkibinə görə Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddə - metamfetamindir. Həmin eynək qutusundakı 14 ədəd bükümlərdə hər birinin ayrı-ayrılıqda təmiz çəkiləri 0.927 qram. 0.795 qram. 0.802 qram. 0.888 qram. 0.893 qram. 0.920 qram. 0.980 qram. 0.750 qram. 1.030 qram, 0.987 qram. 0.850 qram. 0.915 qram. 1.005 qram. 0.680 qram, ümumi təmiz çəkisi 12.422 qram olan tünd qəhvəyi rəngli qətranabənzər maddələr, xaş-xaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə tiryəkdir. Cinayət işi üzrə təyin edilmiş məhkəmə-narkoloji ekspertizasının xx xxxxx 2020-ci il tarixli 1042 nömrəli rəyindən görünür ki. Təqsirləndirilən şəxs müavinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müavinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktikik qeydiyyata alınması məsləhət görülür. Cinayət işi üzrə təyin edilmiş məhkəmə-kimyəvi ekspertizasının xx xxxx 2020-ci il tarixli 6/997 nömrəli rəyindən görünür ki. tədqiqata təqdim edilmiş üzərində "vətəndaş Təqsirləndirilən şəxs məxsus..." sözləri olan kağız paketdəki bir ədəd elektron tərəzinin səthində psixotrop maddə metafetaminə məxsus izlər vardır. Cinayət işi üzrə təyin edilmiş məhkəmə-psixiatrik ekspertizasının xx xxxx 2020-ci il tarixli 1197 nömrəli rəyindən görünür ki. Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyət müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o. öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlııkəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində aıılaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21 -ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi mülaicəyə ehtiyacı yoxdur. Cinayət işi üzrə təyin edilmiş məhkəmə-kompüter texniki ekspertizasının xx xxxx 2020ci il tarixli 5/337 nömrəli rəyindən görünür ki. təqdim edilmiş bir ədəd həssas (sensorlu) təzyiqlə çalışan "Android 7.1.1" əməliyyat sistemi ilə təhciz olunmuş "SAMSUNG Galaxy .12" markalı "SM-J250F/DS" modelli "**********72957. **********72955" imei kodlu mobil (smartfon) telefon olmaqla, hal-hazırda işlək vəziyyətdə olub, istifadəyə yayarlıdır. Təqdim edilmiş "Samsung Galaxy .12” markalı "SM-.İ2501' 1)S" modelli mobil (smartfon) telefonun yaddaşında olan və yaddaşından pozulmuş (mütim ed i a (a ud i o. video və foto) fayllar. "WhatsApp" proqram təminatı və digər sosial şəbəkəyə aid proqram təminatı vasitəsi ilə aparılmış məlumat mübadiləsi və sairə) "Celebrite" firmasının "UFFT) TOUCH2" markalı qurğunun tərtib etdiyi "Physieal Boot l.oader məlumat və pozulmuş fay 1 larin izləri "Ul İ D TOUCH 2" markalı qurğunun proqram təminatının funksiya nal imkanlarının nəticələridir) hesabat "ekspertiza 5-337“ adlı iş çantasında xarici yaddaş qurğusuna köçürülərək ekspert rəyinə əlavə edildi. Cinayət işinin materiallarında olan xx xxxxx 2020-ci il tarixli Daxili İşlər Nazirli} inin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki. Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarından görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş metamfetaminin ümumi təmiz çəkisi - 9.324 qram, tədqiqata sərf edildi - 0.2 qram, qalıq -9.124 qram, tiryəkin ümumi təmiz çəkisi 12.422 qram, tədqiqata sərf edildi - 0.140 qram, qalıq 12.282 qram, bir ədəd Samsung .12 markalı mobil telefon cihazı və bir ədəd Yingjie yazısı olan elektron tərəzi maddi sübut hesab edilərək Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsində maddi sübutların saxlanılma anbarına təhvil verilmişdir. Məhkəmə iclasında, keçirilmiş baxışla bağlı videogörüntülər olan diskə baxış keçirilmiş, həmin diskdəki görüntülər iş materiallarına uyğundur. Məhkəmə təqsirləndirilən şəxs şəxs Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsini iş materiallarına uyğun olmayan, məsuliyyətdən azad olunması üçün müdafiə məqsədilə uydurulmuş və işin faktiki halları ilə təkzib edilən xüsusatlar kimi qiymətləndirir və həmin ifadəni inandırıcı hesab etmir. Təqsirləndirilən şəxs əməli cinayət işi üzrə dindirilmiş şahidlərin ifadələri, maddi sübutlar, ekspertiza rəyləri və digər zəruri istintaq hərəkətləri ilə tam sübuta yetirilir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununun 10.0.11-ci maddəsində göstərilir ki, «narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir». Azərbaycan Respublikası Ali Məhkəməsinin «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» olan x xxxx 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, «Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» xx xxxx 2005-ci il tarixli, 961 №-li Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» İİ siyahının 67-ci bəndinə əsasən 2 qram pxisotrop maddə olan metafetamin külli miqdar hesab edilir. Həmin siyahının 19-cu bəndinə görə 50 qram və yuxarı həddə narkotik vasitə olan tiryək külli miqdar hesab edilmişdir. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq tövsif edilmiş və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək ona həmin maddələr ilə cəza təyin edilməlidir. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdən şübhəli şəxs qismində tutularaq sonradan barəsində həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlindən peşman olması onun məsuliyyətini yüngülləşdirən hal olaraq müəyyən edilmişdir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, CM-nin 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, ağırlaşdırıcı halların olmamasını, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və onun şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. İbtidai həbs müddəti cəza çəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı xx xxxx 2020-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, CM-nin 56.1.2-ci maddəsinə müvafiq olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Məhkəmə məsrəfi olan ekspertizə tədqiqinə sərf edilmiş 250,22 AZN (iki yüz əlli manat iyirmi iki qəpik) Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Maddi sübutlar - Bakı şəhər Sabunçu rayon polis idarəsinin maddi sübutların saxlanılma anbarında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 9.124 qram metamfetamin, 12.282 qram tiryək və və bir ədəd Yingjie yazısı olan elektron tərəzi məhv edilməli və onun məhv edilməsi «Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası» tərəfindən həyata keçirilməli, bir ədəd Samsung J2 markalı mobil telefon cihazı Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılmalı, baxış zamanı görüntüləri əks etdirən DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçi X1 üçün 240 AZN (iki yüz qırx manat) və X4 üçün 210 (iki yüz on manat) olmaqla ümumilikdə 450 (dörd yüz əlli manat) fəaliyyət göstərdikləri Bakı şəhəri 7 saylı Vəkil Bürosunun nəfinə ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin başlanğıcı xx xxxx 2020-ci il tarixdən hesablansın, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. Məhkəmə məsrəfi olaraq Təqsirləndirilən şəxs 250,22 AZN (iki yüz əlli manat iyirmi iki qəpik) tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Maddi sübutlar - Bakı şəhər Sabunçu rayon polis idarəsinin maddi sübutların saxlanılma anbarında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 9.124 qram metamfetamin, 12.282 qram tiryək və və bir ədəd Yingjie yazısı olan elektron tərəzi məhv edilsin və onun məhv edilməsi «Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası» tərəfindən həyata keçirilməli, bir ədəd Samsung J2 markalı mobil telefon cihazı Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılsın, baxış zamanı görüntüləri əks etdirən DVD disk cinayət işinin materiallarında saxlanılsın. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçi X1 üçün 240 AZN (iki yüz qırx manat) və X4 üçün 210 (iki yüz on manat) olmaqla ümumilikdə 450 (dörd yüz əlli manat) fəaliyyət göstərdikləri Bakı şəhəri 7 saylı Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Apelyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakimlər: 1.(sədrlik edən) Rahib Salmanov

2. Siyavuş Hacıyev

3. Eldar Mikayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar