Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-374/2024 29.02.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Əliyev Samir İmamverdi oğlu (sədrlik edən), Qəniyev Faiq Əsəd oğlu və Ağalarov Mahmud Muradxan oğlundan ibarət tərkibdə Məhkəmə iclas katibi: Qasımzadə Banu Pənah qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı və X2, Təqsirləndirilən şəxs müdafiəçisi: Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, 06 yanvar 2001-cı ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Sumqayıt şəhəri, Nizami Küçəsi 19C məh 6 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Sabunçu rayon, Balaxanı qəsəbəsi 2-ci Mədən nömrəsiz fərdi evdə yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilməklə Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs təqsirləndirilir ona görə ki, o, 23 noyabr 2022-ci il tarixdə saat 01 radələrində yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, 2-ci Mədən ərazisində yerləşən nömrəsiz fərdi evdə onunla birlikdə yaşayan bibisi Zərərçəkmiş şəxs onunla kobud danışaraq ünvanına nalayiq sözlər işlətməsi və sillə ilə sifət nahiyəsinə zərbə vurması səbəbindən özünü alçaldılmış hesab edərək, evdə masanın üzərində olan mətbəx bıçağı ilə Zərərçəkmiş şəxs döş qəfəsinə üç dəfə, sağ qol nahiyəsinə isə bir dəfə qəsdən zərbələr vuraraq ona döş qəfəsinin sağ yarısının döş boşluğuna nüfuz etməyən 2 (iki) ədəd və sağ said nahiyəsinin 1 (bir) ədəd deşilmiş-kəsilmiş yaraları ilə müşayiət olunan ümumilikdə və hər biri ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan dərəcəsinə görə sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirməklə qəsdən sağlamlığa yüngül və sağ tərəfli hemopnevmotoraksla (sağ döş boşluğuna sərbəst qanın və havanın yığılması müşayiət olunan döş qəfəsinin sağ yarısının döş boşluğuna nüfuz edən həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası kimi bədən xəsarəti yetirməklə qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, zərərçəkmiş şəxs bibisidir. O artıq bibisi ilə barışıq əldə etmişdir. Barışıq ərizəsi də var. O müharibə zamanı hərbi xidmətdə olmuş, müddətdən artıq 6 ay da hərbi xidmətdə qalmışdır. Bundan sonra onda psixoloji problemlər yaranmışdır. Onun valideynləri ayrıldığı üçün uşaqlıqdan nənəsinin himayəsində olmuşdur. Bibisi ilə bacı qardaş kimi olmuşlar. Aralarındakı mübahisə ev mübahisəsi olmuşdur. Əslində bibisi ilə bu barədə narazılıqları olmamışdır. Baba və nənəsi onu evləndirmək istəyirmişlər. Sözügedən evi satıb yenisini almaq barədə danışıqları olmuşdur. Bibisi də narazılıq etmişdir ki, ona da ev alınsın. Əslində onun evi var imiş. Ancaq bibisi ondan böyük olduğu üçün heçnə deməmişdir. Yemək yeyən zaman bibisi içəri girmiş və danışmağa başlamışdır. O, mübahisə etmək istəmirmiş, ancaq bibisi ona təhqiramiz sözlər demişdir. Həmin vaxt hərbi xidmətdən təzə gəldiyi üçün əsəbləri gərgin imiş. Üstünə gələrək ona sillə vurmuşdur. Bıçağı götürüb ona çıxıb getməsini demişdir. 2 bıçaq zərbəsini istəməyərək vurmuşdur. Kəlbəcərdə arxa cəbhədə hərbi xidmət keçmişdir. Fəxri fərmanı da var. Bibisini vurmaq istəməmişdir, buna ehtiyac da yox imiş, həmin vaxt niyə vurduğunu da bilmir. Evdə bibisi uşaqları, nənə və babası olmuşdur. Bıçaq zərbəsi vurduqdan sonra onlar gəlmiş və bibisini xəstəxanaya aparmışlar. Məhkumluğu yoxdur. Bibisi ilə barışmışlar. Onu xəstəxanaya da özü aparmışdır. Bıçaq stolun üstündə olmuşdur. O yemək yeyirmiş, stolda ondan başqa heç kəs yox imiş, o və bibisi imiş. Məhkəmə iş materiallarını araşdıb, işdə olan sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Zərərçəkmiş şəxs məhkəmə prosesləri barədə qanunvericiliklə nəzərdə tutulmuş qaydada bildiriş göndərilsə də o, məhkəmə proseslərinə gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə rəsmi məlumat verməmişdir. Məhkəmə proses iştirakçılarının zərərçəkmiş şəxsin iştirakı olmadan keçirilməsinə etiraz etmədiklərini və eyni zamanda zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışmasını, şikayət və tələbinin olmadığını nəzərə alıb, məhkəmə proseslərini onun iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. İbtidai istintaq zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, anket məlumatlarında göstərdiyi ünvanda atası Şahid və anası Nərgiz Hüseynova ilə birlikdə yaşayır, qardaşı oğlu X5 da həbs olunan günə qədər onunla eyni ünvanda yaşayırmış. Qardaşı Elçin arvadından boşandıqdan sonra oğlu Yusifə azyaşlı vaxtdan onun atası və anası baxırmışlar. Onun özü ailəli olmuş, bir qız və bir oğlan övladı var. Qardaşı oğlu Yusif Hüseyzadə 27 sentyabr 2020-ci il tarixdə başlanan vətən müharibəsində əsgər kimi iştirak etmişdir. Yusif hərbidə əsgər kimi xidmətini başa vurub təxris olunduqdan sonra yenə atasının yaşadığı evdə yaşamağa başlamışdır. Atası Yusifi evləndirmək fikirində imiş, lakin Yusif hər dəfə bir bəhanə edərək evi olmadığı üçün evlənməkdən imtina edirmiş. Atası isə Yusifə öz yaşadığı evi satıb ona ayrıca ev alacağını demişdir. Atası yaşadığı evi satsaydı oradan ona da pay verilməliymiş ki, o, da öz azyaşlı Övadları ilə birlikdə ayrıca yaşasın. Lakin Yusif buna İmkan vermirmiş, atasına hər dəfə onu evdən çıxarmasını deyirmiş. Atası isə Yusifi nəvəsi kimi yox, öz övladı kimi çox istəyirmiş, çünki, Yusifi azyaşlı vaxtlarından onun atası və anası saxlamışdılar. Ona görə də, Yusifin hər bir sözünə atası razlaşırmış. Bundan sonra Yusiflə onun arasında olan münasibətlər pozulmuşdur. 23 noyabr 2022-ci il tarixdə təxminən saat 01 radələrində evdə imiş, anası, atası və azyaşlı övladları yatırmışlar, o, isə televizorda kinaya baxırmış, həmin vaxt Yusif işdən gəlmiş və anasını səsləyərək ac olduğunu demişdir. Anası yuxudan oyanaraq Yusifə yemək vermiş və yenidən yatmışdır. Yusiflə o, eyni otaqda olmuşlar, Yusif yemək yeyirmiş. Həmin vaxt Yusifə nəyə görə atasının satmaq istədiyi evdən ona pay verilməsinə narazı olmasım soruşmuş, lakin Yusif onun sözünə heç bir cavab verməmişdir. Yusifin onun sözlərinə məhəl verməməsinə əsəbləşərək ona onlarla yaşamamasını deyib, öz atasının, yadaki anasının yanma getməsini bildirmişdir. Bundan sonra onların arasında sözlü mübahisələri yaranmış, mübahisə zamanı o, Yusifi təhqir etmişdir. Yusif onu təhqir etməməsini bildirmiş, lakin o, Yusiflə mübahisə etmək istəyirmiş ki, onu vursun və aralarında mübahisə yarandıqdan sonra səsə atası və anası yuxudan oyansınlar, bunu etməkdə məqsədi son sözünü atasına və anasına deyəcəymiş kİ, yaşadıqları evdə Yusif qalmamalıdır. Yusifə dayanmadan kobud sözlər deyirmiş, Yusif isə ona heç bir söz demirmiş, lakin sonradan onlar əlbə-yaxa olmuşlar, həmin vaxt o, Yusifin sifət nahiyəsinə sillə vuraraq “rədd ol çıx get evimizdən, səni kimi küçədə qalmış insanları gətirib evdə saxlayırıq, səndə başımıza çıxırsan” deyən də, Yusif masanın üzərində olan mətbəx bıçağını əlinə götürmüş və onu vuracağını demişdir, o, elə bilmişdir ki, Yusif onu qorxutmaq üçün əlinə bıçaq götürüb, ona görə də Yusifə kişisən gəl vur deyib təhqir etmiş, gözləmədiyi halda Yusif əlinə götürdüyü mətbəx bıçağı ilə onun döş qəfsinə zərbə vurmuş, o, bıçağı Yusifin əlindən almaq istəyəndə bıçaq sağ qolunada dəymiş və o, yerə yıxılmışdır. Həmin vaxt Yusifin özüdə çox qorxmuş və onu vurduğuna görə üzr istəmişdir. Bundan sonra Yusif onun atasını və anasını yuxudan oyatmış, azyaşlı uşaqlarını isə yuxudan oyatmağa qoymamışdır ki, qorxmasınlar. Bundan sonra Yusif küçəyə çıxmış, təxminən 5-10 dəqiqədən sonra evə qayıdaraq onu qucağına götürüb evdən küçəyə çıxartmış və tanımadığı şəxsin idarə etdiyi markası və dövlət qeydiyyat nişanı yadında qalmayan avtomobilinə əyləşdirərək anası ilə birlikdə onu 3 saylı Şəhər Klinik Xəstəxanasına aparmışlar. Anası xəstəxanada onun yanında qalmış, Yusif isə çıxıb getmişdir. Xəstəxananın cərrahiyə şöbəsində onu əməliyyat etmişlər. Halhazırda səhətİ normaldır, özünü çox yaxşı hiss edir. Qardaşı oğlu X3 onu vurmasına səbəbkar o, özü olmuş, əgər o, Yusifi təhqir etməsəymiş, eləcə də sifət nahiyəsinə sillə vurub onunla mübahisə etməsəymiş, Yusif onu heç vaxt vurmazmış, çünki onlar həmişə mehriban olmuşlar, ona görə də Yusifə qarşı heç bir şikayəti və tələbi yoxdur. Zərərçəkmiş şəxs ona verilən suallara cavab olaraq bildirmişdir ki, qardaşı oğlu Təqsirləndirilən şəxs ilə heç vaxt biri-biriləri ilə təhqir edici zarafatlar etməmişlər, Yusif onun qardaşının oğludur, azyaşlı vaxtlarından onların evində yaşadığı üçün həmişə ona balaca qardaşı kimi baxmış və hörmətlə yanaşmışdır, sadəcə olaraq hadisə günü o, çox əsəbi İmiş, mübahisənin baş verməsinə səbəbkarda onun özü olmuşdur. Yusiflə onun arasında baş vermiş mübahisə təxminən 3-4 dəqiqə davam etmiş, aralarında baş vermiş mübahisəni ailə üzvlərindən heç kim görməmişdir, həmin vaxt ailə üzvləri yatırmışlar, onlar mübahisə etsələr də, səs-küy çox olmamış, ona görə də ailə üzvləri yuxudan oyanmamışlar, eləcə də heç bir qonşu aralarında olan mübahisəni eşitməmişlər, nədə ki, görməmişlər, Yusif onu bıçaqla vurduqdan sonra atasını və anasını yuxudan oyatmışdır ki, ona köməklik etsinlər. Yusifin onu ödürmək niyyəti olmamışdır, bunu etmək istəsəymİş, ona dayanmadan əlavə bıçaq zərbələri endirərmiş. Onun buna imkanı da var imiş, heç kim ona mane olmurmuş, əksinə bıçaqla onu vurandan sonra heyfslənmiş, ondan üzr istəmiş və demişdir ki, özün təqsirkar oldun. Yusifin ona vurduğu bıçaq mətbəxdə gündəlik istifadə etdikləri dəstəyi göy rəngli mətbəx bıçağı olmuşdur. Sonradan bilmişdir ki, Yusif ona xəsarət yetirdiyi bıçağı qorxusundan evdən götürüb harasa atıb. Yusif onu bıçaqla vuran zaman ailə üzvləri, yəni atası, anası və azyaşlı övladları yatırmışlar, hadisəni heç kim görməmişdir, hadisədən sonra Yusif atasını və anasını yuxudan oyatmış, lakin azyaşlı övladlarını yuxudan oyatmamışlar ki, qorxmasınlar. Hadisədən uşaqların heç bir xəbəri olmamışdır. Hadisə vaxtı əynində gündəlik evdə geyindiyi xalat olmuşdur, xəstəxanaya getməmişdən əvvəl həmin xalatı soyunub başqa bir paltar geyinmiş və xəstəxanaya getmişdir, xəsarət aldığı vaxt əynində olmuş xalat evdə imiş, üzərində qan ləkələri olduğu üçün xəstəxanadan çıxdıqdan sonra məişət tullantıları üçün nəzərdə tutulmuş yerə atmışdır. Məhkəmə çıxışlarında iştiak edən Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışdığını və şikayət və tələbi olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxs onun nəvəsidir. Əsgərlikdən gələndən sonra arzusu evi satıb nəvəsini evləndirmək imiş. Qızı isə ona evi satmamağını, əks halda ona da pay verilməsini istəmişdir. Aralarında mübahisə düşmüşdür. Stolda yemək yeyən zaman qızı nalayiq sözlər demişdir. Nəvəsi də özündən çıxmışdır. İstintaqda verdiyi ifadəsini təsdiq edir. Nəvəsi qızını mətbəx bıçağı ilə 2 dəfə vurmuşdur. Qızı Xəyalə xəstəxanada 2 gün yatmışdır. Qızının şikayəti yoxdur onlar barışmışlar. Məhkəmə iş üzrə sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilir və onun törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə tövsif edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan 31 dekabr 2020-ci il tarixli Fəxri Fərmandan görünür ki, Təqsirləndirilən şəxs nümunəvi hərbi xidmətinə, döyüş və ictimai-siyasi hazırlığında əldə etdiyi nəaliyyətlərə görə N nömrəli hərbi hissənin rəhbərliyi tərəfindən təltif olunmuşdur. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan 23 noyabr 2022-ci il tarixli “cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması barədə” protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 4(008)-958/2022 saylı xx.xx.2022-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 23 noyabr 2022-ci il tarixdən hesablanmaqla 04 (dörd) ay müddətinə həbs növündə qətimkan tədbiri seçilmişdir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan xx.xx.2023cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan xx.xx.2023cü il tarixli “ifadənin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılmış, ifadənin yerində yoxlanılması zamanı o, istintaqa verdiyi ifadəsini bir daha hadisə yerində təsvir etməklə təsdiqləmişdir. Hadisə yerində çəkilmiş fotoşəkillər protokola əlavə olunmuşdur. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan xx.xx.2023cü il tarixli **********837 saylı Zərərçəkmiş şəxs tərəfindən yazılmış notarial ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X4 X9 tərəfindən verilmiş 16 mart 2023-cü il tarixli, 541 nömrəli ekspert rəyindən görünür ki, Vət. Zərərçəkmiş şəxs sağ tərəfli hemopnevmotoraksla (sağ döş boşluğuna sərbəst qanın və havanın yığılması) müşayiət olunan döş qəfəsinin sağ yarısının döş boşluğuna nüfuz edən 1 (bir) ədəd, döş qəfəsinin sağ yarısının döş boşluğuna nüfuz etməyən 2 (iki) ədəd və sağ said nahiyəsinin 1 (bir) ədəd- cəmi 4 (dörd) ədəd deşilmiş-kəsilmiş yaralan müəyyən edildi. Xəsarətlər deşici-kəsici əşya (alət) təsirindən törənmişdir, bıçaqla yetirilə bilər, törənmə müddəti qərarda göstərilən xx.xx.2022-ci il tarixə uyğun gəlir. Dərəcəsinə görə xəsarətlərdən sağ tərəfli hemopnevmotoraksla (sağ döş boşluğuna sərbəst qanm və havanın yığılması) müşayiət olunan döş qəfəsinin sağ yarısının döş boşluğuna nüfuz edən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərərvurmaya, döş qəfəsinin sağ yarısının döş boşluğuna nüfuz etməyən 2 (iki) ədəd və sağ said nahiyəsinin 1 (bir) ədəd deşilmiş-kəsilmiş yaraları isə ümumilikdə və hər biri ayrıayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddir. Xarakter və lokalizasiyasına görə xəsarətlərin yıxılma nəticəsində törənməsi, eləcə də müayinə olunan şəxsin özü tərəfindən özünə yetirilməsi inkar olunur. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 4(008)-223/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxla müddəti 23 may 2023-ci il tarixədək uzadılmışdır. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X8 kompleks ambulator məhkəmə- psixiatrik və psixoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 747 saylı rəyində göstərilmişdir ki, Məhkəmə-psixiatrik ekspertizası üzrə motivləşdirici hissə: Cinayət işi materiallarından və hal-hazırkı psixiatrik müayinənin nəticələrinin tədqiqi və təhlili əsasında Təqsirləndirilən şəxs hazırda hər hansı bir Psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Məhkəmə-psixoloji ekspertizası üzrə motivləşdirici hissə: aparılmış eksperimental-psixoloji müayinə gedişində Təqsirləndirilən şəxs idrak prosesslərinin (yaddaş, diqqət, qavrama, təfəkkür və s.), intellektinin normaya uyğun olması müəyyən olunur. Emosional-İradi sferasında qıcığa qarşı həssaslıq aşkar olunur. Hövsələsizlik, inadkarlıq, tez özündən çıxmaq, eqosentrizm, kİnlilik kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Məhkəmə-psixiatrik ekspertizası üzrə yekun hissə: Cinayət işi materiallarının və aparılmış psixiatrik müayinənin nəticələrinin tədqiqinə əsasən məhkəmə-psixiatrik ekspertizası qarşısında qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: - Təqsirləndirilən şəxs hazırda hər hansı bir Psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarmda olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə ifadə vermək və baş verənləri düzgün qavrayıb təsvir edə bilmək iqtidarındadır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları İdarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə-psbcoloji ekspertizası üzrə yekun hissə: Cinayət işi materiallarının təhlili və aparılmış psixoloji müayinənin nəticələrinə əsasən ekspert qarşısında qoyulmuş suallar aşağıdakı kimi cavablandırılır: Təqsirləndirilən şəxs qeyd olunan cinayət törədilən anda əqli inkişafında ruhi xəstəliklə bağlı olmayan gerilik əlamətləri olmamışdır. O, öz hərəkətlərini tam dərk etmək, hərəkət və davranışım tənzimləmək və onlara iradi nəzarət etmək iqtidarmda olmuşdur. Təqsirləndirilən şəxs əqli-inkişafında gerilik əlamətləri aşkar olunmadı. O, qıcığa qarşı həssaslıq, hövsələsizlik, inadkarlıq, tez özündən çıxmaq, eqosentrizm, kinlilik kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs özündən uydurmağa və başqalarının təsiri altında hrəkət etməyə meyillilik əlamətləri müşahidə edilmədi. Təqsirləndirilən şəxs ona ittiham elan olunmalı əmələ görə cinayət törədən zaman fizioloji affekt vəziyyətində olmamışdır. Təqsirləndirilən şəxs cinayət törədildiyi zaman onun şüuruna və fəaliyyətinə təsir göstərə biləcək emosional vəziyyətdə olmamışdır. Emosional halından aslı olaraq öz hərəkətlərini tam dərk etmək və İdarə etmək qabiliyyətinə malik olmuşdur. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 4(008)-401/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 4(008)-407/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs ev dustaqlığında saxlama müddəti xx.xx.2023-cü il tarixədək uzadılmışdır. Cinayət işi materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 avqust 2023-cü il tarixli, 1(101)-1421/2023 nömrəli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilərək, cinayət işinin icraatı Təqsirləndirilən şəxs tutulanadək dayandırılmış, barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilmişdir. AZEMİS Elekton Məhkəmə İnformasiya Sistemində sorğu edilərək müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 4(001)-691/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işi materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(101)-1421/2023 nömrəli qərarından görünür ki, həmin tarixdə cinayət işi üzrə icraat təzələnmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəliliyini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Təqsirləndirilən şəxs törətdiyi cinayət Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən ağır cinayətlər kateqoriyasına aiddir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin məcələnnin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin məcəllənin ümumi hissələrinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin məqsədi və motivini, təqsirkarın cinayətin törədilməsində rolunu və cinayət hadisəsindən sonra onun davranışını nəzərə alaraq, barəsində təqsirli bilindiyi cinayət qanununun normasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə ilə əlaqədar cəzanın seçilməsini və cəzasını tutulduğu vaxtdan, yəni 23 noyabr 2022-ci il tarixdən hesablanmaqla, ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi mümkün sayır. Məhkəmə Təqsirləndirilən şəxs cinayəti etiraf edib, səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsi ilə nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” xx.xx.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Beləliklə, məhkəmə hesab edir ki, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 23 noyabr 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilməsin. Hökmdən 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Bakı Ağır Cinayətlər məhkəməsinin hakimləri: Samir Əliyev (sədrlik edən) Faiq Qəniyev Mahmud Ağalarov
Məhkəmə qərarları › İş №1(101)-374/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-374/2024
29.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver