Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-374/2025 15.09.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Qurbanova Aygün Arzu qızının sədrliyi, hakimlər Namazov Fərid Arif oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Fides Vəkil Bürosunun vəkili Müdafiəçi3, Bakı şəhəri 16 saylı Vəkil bürosunun vəkili Müdafiəçi2 və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxx 1989-cu il tarixdə Ağdam rayonu, Qaradağlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Laçın rayonu, Hacıxanlı kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Bakı istintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ:
1. Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni külli miqdarda əldə edib, üzərində saxlayıb daşımaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. İşin faktiki halları
2. Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan tarixdə və mənbədən külli miqdarda, ümumilikdə 4 ədəd bükümdə təmiz çəkisi 12,359 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib saxlamaqla üzərində daşımış, 23 fevral 2024-cü il tarixdə, saat 22:30-da Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Binəqədi şossesi 303 ünvanında yerləşən “Aynur” adlanan bərbərxananın yaxınlığında Bakı şəhəri Binəqədi rayon polis idarəsinin 4-cü polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılaraq Binəqədi rayonu, M,Ə.Rəsulzadə qəsəbəsi, Azadlıq prospekti 191 ünvanda yerləşən həmin polis şöbəsinin inzibati binasına gətirilmiş və həmin gün orada saat 23:45-də üzərinə şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli gödəkçəsinin sol iç cibindən 4 ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 3,357 qram, 4,098 qram, 2,263 qram və 2,641 qram olmaqla, ümumi təmiz çəkisi 12,359 qram ağ rəngli kristallik maddə xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olub kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxsə qarşı ittiham tərəfinin təqdim etdiyi sübutlar aşağıdakılardan ibarətdir:
3. xx.xx.2024-cü il tarixli raportdan (cild 01, iş vərəqə 03) görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsinin ərazisində qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitə və psixotrop maddələrin əldə etməsi ilə məşğul olması bildirilmişdir.
4. xx.xx.2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild 01, iş vərəqə 20) görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 22:30-dan tutulmuş hesab edilmişdir.
5. xx.xx.2024-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan (cild 01, iş vərəqə 32) görünür ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edilərək ona bildirilmişdir ki, hüquqlarını müdafiə edən vəkil X4 hazırda Binəqədi rayon polis İdarəsinin 4-cü polis şöbəsinin inzibati binasındadır, şübhəli şəxs müdafiəçinin üzərinə keçiriləcək şəxsi axtarış istintaq hərəkətlərində iştirak etməsini istəməmişdir. Şübhəli olan Təqsirləndirilən şəxs müdafiəçinin iştirakı olmadan üzərinə baxış keçirilməsinə etirazı olmadığını bildirmiş və heç bir vəsatət verməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində olan əşyaları könüllü təqdim etmək təklif olunmuşdur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçəsinin sol iç cibindən dörd ədəd şəffaf sellofan bükümlərini təqdim edərək, həmin bükümlərin içərisində psixotrop maddə metamfetamin olduğunu ve xx.xx.2023-cü il tarixdə Nəsimi rayonu Kubinka adlanan ərazidə tanımadığı şəxsdən 150 manata almışdır. Şübhəli şəxs Təqsirləndirilən şəxs bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə, saat 22:30 radələrində Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi Binəqədi şossesi 303 ünvanında yerləşən "Aynur" adlanan bərbərxananın yaxınlığında olan zaman mülki geyimdə olan şəxslər onu saxlamışlar və özlərini təqdim edəndən sonra polis əməkdaşları olduğu məlum olmuşdur. Təqsirləndirilən şəxs təqdim etdiyi dörd ədəd şəffaf rəngli sellofan bükümləri açan zaman içərisində ağ rəngli, kristal şəkilli psixotrop maddə olan metamfetaminə oxşar maddə vardır. Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə əlavə olaraq baxış keçirilmiş, qanunla qadağan olunmuş başqa üzərindən heç bir predmet və ya əşya aşkar olunmamışdır. Aşkar olunmuş psixotrop maddə olan metamfetaminə bənzər maddə elektron tərəzidə çəkilmiş, bir ədəd bükümdə 2,86 qram, bir ədəd bükümdə 2,47 qram, bir ədəd bükümdə 3,63 qram, bir ədəd bükümdə 4,32 qram olması məlum olmuşdur. Aşkar olunmuş psixotrop maddə olan metamfetaminə oxşar maddə cinayət təqibi üzrə mühüm sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılıb, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün 173 saylı möhürü ilə möhürlənərək götürülmüşdür.
6. Məhkəmə-kimyəvi ekspertizasının 24 fevral 2024-cü il tarixli, 3-16-16/2-6/1103 nömrəli rəyindən (cild 01, iş vərəqə 43-47) görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün N° 173” dairəvi möhür əksi olan üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs” sözləri, soyad və imzalar qeyd edilmiş zərfdə 4 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 3,357 qram, 4,098 qram, 2,263 qram, 2,641 qram ümumi təmiz çəkisi 12,359 qram olan ağ rəngli, kristallik maddə xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə- metamfetamindir.
7. 24.02.2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan (cild 1, iş vərəqə 57) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, ona həmin maddələr ilə ittiham elan edilmişdir.
8. 24.02.2024-cü il tarixli Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 4(001)-129/2024 saylı qərarından (cild 01, iş vərəqə 80-84) görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli tutulduğu xx.xx.2024-cü il tarixdə, saat 22:30 dəqiqədən hesablanması qərar alınmışdır.
9. Laçın rayon Hacıxanlı inzibati ərazi dairəsi tərəfindən verilmiş xasiyyətnamədan (cild 01, iş vərəqə 126) görünür ki, məcburi köçkün kimi Bakı şəhəri, Binəqədi rayonu, X7 qəsəbəsi, Zahid Qənbərov küçəsi 3, mənzil 78 ünvanında məskunlaşmış, xasiyyətcə sakit təbiətli, mehriban olmuş, bir övladı var və onun barəsində nümayəndəliyə hər hansı şikayət daxil olmamışdır.
10. 19.03.2021-ci il tarixli doğum haqqında şəhadətnamədən (cild 01, iş vərəqə 126) görünür ki, Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı, xx.xx.2021-ci il təvəllüdlü X5 adlı övladı vardır.
11. Xəstənin stasionar tibbi kartasından 3895 nömrəli çıxarışdan (cild 01, iş vərəqə 129) görünür ki, Təqsirləndirilən şəxs böyrək çatışmazlığı xəsətliyindən əziyyət çəkir.
12. 03.06.2024-cü il tarixli məlumatlara baxış keçirilməsi haqqında protokoldan (cild 01, iş vərəqə 143) görünür ki, "xxxx" MMC-dən daxil olmuş telefon məlumatlarına baxış keçirilmiş, istintaq üçün əhəmiyyət kəsb edən məlumatlar aşkar edilməmişdir.
13. Azərbaycan Respublikası Səhiyyə nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X3” X14 tərəfindən verilmiş 428 nömrəli ekspert rəyindən (cild 01, iş vərəqə144) görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixli məhkəmə tibbi ekspertizası zamanı onun bədəni üzərində hər hansı bir xəsarət aşkar edilməmişdir.
14. Məhkəmə - narkoloji ekspertizasının 04 aprel 2024-cü il tarixli, 2240 nömrəli rəyi (cild 01, iş vərəqə 146-147) ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs NARKOMANİYA xəstəliyindən ƏZAB ÇƏKMİR. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür.
15. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş xx.xx.2024-cü il tarixli tələbnamədən (cild 01, iş vərəqə 149-150) görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır.
16. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsi onların saxladıqlarını və cinayət məsuliyyətinə cəlb etdiklərini xatırlamış, lakin işin digər detalları hazırda yadında qalmamışdır. İbtidai istintaq dövründə verdiyi ifadələrini təsdiq edir. Ona verilən suallara cavab olaraq bildirmişdir ki, təqsirləndirilən şəxsi nə vaxt saxladıqlarını xatırlamır, onu gözəllik salonunun qarşısında saxlamışlar. Həmin gözəllik salonun adını dəqiq xatırlamamışdır. Təqsirləndirilən şəxsi daha bir şəxslə birlikdə saxlamışlar. Ayaz Babayev təhqiqatçı olmuşdur.
17. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı veridiyi ifadəsində göstərmişdir ki, o, Binəqədi RPİ 4-cü PŞ-nin CA üzrə əməliyyat müvəkkili vəzifəsində, polis polkovnik-leytenantı rütbəsində xidmət edir. Binəqədi RPİ-nin 4-cü PŞ-nə daxil olmuş əməliyyat məlumatına əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olan Təqsirləndirilən şəxs cinayət xarakterli əməllərinin ifşa edilməsi və bu məqsədlə yaxalanması üçün rəhbərliyin razılığı ilə əməliyyat tədbirinin keçirilməsi qərara alınmışdır. Təqsirləndirilən şəxs cinayət əməlinin digər təhqiqat üsulları ilə ifşa edilməsi mümkün olmadığından, şəxsin cinayət başında yaxalanmasının təmin edilməsindən ötrü «Əməliyyat-axtarış fəaliyyəti» haqqında Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq əməliyyat tədbirinin keçirilməsi zərurəti nəzərə alınaraq tərəfindən 23 fevral 2024-cü il tarixli qərar qəbul edilməklə, 4-cü polis şöbəsinin rəisi, polis polkovnik-leytenantı Mirbağır Bağırov tərəfindən 23 fevral 2024-cü il tarixdə təsdiq edilmiş, əməliyyat qrupunun tərkibi müəyyən edilməklə Binəqədi RPİ-nin 4-cü PB-nin CA üzrə baş əməliyyat müvəkkili, polis mayoru Şahid2 həmin qrupa daxil edilmişdir. Baş əməliyyat müvəkkili Şahid2 ilə birlikdə xx.xx.2024-cü il tarixdə saat 22:50 radələrində Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Binəqədi şossesi 303 ünvanda yerləşən Aynur bərbərxanasının yaxınlığında Təqsirləndirilən şəxs görüb bir qədər onu gizli müşahidə edib əlverişli şərait yarandığın üçün ona yaxınlaşıb özlərini ona təqdim edib polis əməkdaşı olduqlarını bildirmişlər. Onu ərazi aidiyyəti üzrə Binəqədi RPİ-nin 4-cü PŞ-nə dəvət etmişlər, o, buna etiraz etmədikdən sonra onu oraya apararaq barəsində araşdırma aparılması üçün 4-cü PŞ-nin X8a təhvil vermişlər. X8 ilkin olaraq Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etməsi üçün müdafiəçi dəvət edərək həmin vəkilin və onların iştirakı ilə onu şübhəli şəxs qismində tutmaqla hüquq və vəzifələrini izah etmişdir. Sonra Təqsirləndirilən şəxs öz razılığı ilə vəkilin iştirakı olmadan videoçəkiliş aparılmaqla üzərinə şəxsi axtarış aparılmışdır. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsini sonuncuya təklif etmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkçəsinin sol iç cibindən dörd ədəd şəffaf sellofana bükülmüş bükülüləri çıxarıb masanın üzərinə qoymuşdur. Sorğu sual zamanı Təqsirləndirilən şəxs həmin bükümün içərisində psixotrop maddə metamfetamin olduğunu, həmin bükülüləri xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Kubinka adlanan ərazidə tanımadığı şəxsdən 150 manata əldə etdiyini bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərində axtarış aparıldı, lakin heçnə aşkarlanmamışdır. Bundan sonra bu barədə protokol tərtib olunmuş və protokol iştirakçılar tərəfindən imzalanmışdır.
18. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, bu cinayət işi barədə ifadə vermişdir. Təqsirləndirilən şəxsi onların saxladıqlarını və cinayət məsuliyyətinə cəlb etdiklərini xatırlamış, lakin işin digər detalları hazırda yadında qalmamışdır. Əvvəlki ifadələrini təsdiq etdiyini bildirərək ona verilən suallara cavab olaraq bildirmişdir ki, təqsirləndirilən şəxs barəsində narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyat tədbirində o və Şahid1 iştirak etmişdir. Təqsirləndirilən şəxsə özlərini təqdim edərək şöbəyə dəvət etmişlər. Polis şöbəsində vəkilin də iştirakı ilə, təhqiqatçının otağında videoçəkiliş ilə istintaq hərəkətləri həyata keçirilmişdir. Təqsirləndirilən şəxsi gözəllik salonunun qarşısında saxlamışlar. O, şəxsi axtarış istintaq hərəkətində iştirak etmişdir. Təqsirləndirilən şəxs narkotik maddələri şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxsin üzərində aşkar olunan narkotikin növünü xatırlamamışdır. Saxlanılan zaman təqsirləndirilən şəxs piyada olmuşdur. Təqsirləndirilən şəxs onlara hər hansı müqavimət göstərməmişdir. O, sonu 29 02 ilə bitən mobil nömrəni istifadə etmişdir.
19. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, Binəqədi RPİ 4-cü PŞ-nin CA üzrə əməliyyat müvəkkili vəzifəsində, polis mayoru rütbəsində xidmət edir. Binəqədi RPİ-nin 4-cü PŞ-nə daxil olmuş əməliyyat məlumatına əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olan Təqsirləndirilən şəxs cinayət xarakterli əməllərinin ifşa edilməsi və bu məqsədlə yaxalanması üçün rəhbərliyin razılığı ilə əməliyyat tədbirinin keçirilməsi qərara alınmışdır. Təqsirləndirilən şəxs cinayət əməlinin digər təhqiqat üsulları ilə ifşa edilməsi mümkün olmadığından, şəxsin cinayət başında yaxalanmasının təmin edilməsindən ötrü «Əməliyyat-axtarış fəaliyyəti» haqqında Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq əməliyyat tədbirinin keçirilməsi zərurəti nəzərə alınaraq tərəfindən 23 fevral 2024-cü il tarixli qərar qəbul edilməklə, 4-cü polis şöbəsinin rəisi, polis polkovnik-leytenantı Mirbağır Bağırov tərəfindən 23 fevral 2024-cü il tarixdə təsdiq edilmiş, əməliyyat qrupunun tərkibi müəyyən edilməklə Binəqədi RPİ-nin 4-cü PB-nin CA üzrə baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid1 həmin qrupa daxil edilmişdir. Əməliyyat müvəkkili Şahid1 ilə birlikdə xx.xx.2024-cü il tarixdə saat 22:50 radələrində Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Binəqədi şossesi 303 ünvanda yerləşən Aynur bərbərxanasının yaxınlığında Təqsirləndirilən şəxs görüb bir qədər onu gizli müşahidə edib əlverişli şərait yarandığın üçün ona yaxınlaşıb özlərini ona təqdim edib polis əməkdaşı olduqlarını bildirmişlər. Onu ərazi aidiyyəti üzrə Binəqədi RPİ-nin 4-cü PŞ-nə dəvət etmişlər, o, buna etiraz etmədikdən sonra onu oraya apararaq barəsində araşdırma aparılması üçün 4-cü PŞ-nin X8a təhvil vermişlər. X8 ilkin olaraq Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etməsi üçün müdafiəçi dəvət edərək həmin vəkilin və onların iştirakı ilə onu şübhəli şəxs qismində tutmaqla hüquq və vəzifələrini izah etmişdir. Sonra Təqsirləndirilən şəxs öz razılığı ilə vəkilin iştirakı olmadan videoçəkiliş aparılmaqla üzərinə şəxsi axtarış aparılmışdır. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsini sonuncuya təklif etmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkçəsinin sol iç cibindən dörd ədəd şəffaf sellofana bükülmüş bükülüləri çıxarıb masanın üzərinə qoymuşdur. Sorğu sual zamanı Təqsirləndirilən şəxs həmin bükümün içərisində psixotrop maddə metamfetamin olduğunu, həmin bükülüləri xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Kubinka adlanan ərazidə tanımadığı şəxsdən 150 manata əldə etdiyini bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərində axtarış aparıldı, lakin heçnə aşkarlanmamışdır. Bundan sonra bu barədə protokol tərtib olunmuş və protokol iştirakçılar tərəfindən imzalanmışdır.
20. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdyi ifadəsində Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə ona elan edilmiş ittihamda təqsirli bilərək göstərmişdir ki, 21 fevral 2024-cü il tarixdə saat 11 radələri olardı ki, Bakı şəhəri, Nəsimi rayonu ərazisində olan “Kubinka” kimi tanıdığı yerdə idi. Orada olan zaman bir nəfər tanımadığı orta yaşlı oğlan ilə rastlaşmış, həmin şəxs ondan psixotrop maddə istəyib-istəmədiyini soruşmuş, o da ona bir neçə ay olar ki, psixotrop maddə metamfetamindən istifadə etməyini bildirmişdir. Həmin şəxs üzərində metamfetamin olmasını və 150 manta satdığını demişdir. O da ona 150 manat pul vermiş və 04 ədəd şəffaf sellofan bükümlərdə ağ rəngli kristal şəkilli psixotrop maddə metamfetamini alraq əynində olan gödəkçənin cibinə qoymuş ki, lazım olduqda istifadə edər. Bundan sonra oradan uzaqlaşıb getmişdir. Həmin andan sonra heç kəsin olmadığı ərazidə gün ərzində bir dəfə aldığı psixotrop maddə metamfetamindən qənul etmişdir. 23 fevral 2024-cü il tarixdə axşam saat təxminən 22:30 dəqiqə olardı ki, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Binəqədi Şosessi 303 ünvanda yerləşən “Aynur” adlanan bərbərxananın yaxınlığından piyada ötüb keçən zaman iki nəfər mülki geyimli şəxslər ona yaxınlaşaraq xidməti vəsiqələrini göstərib Binəqədi RPİ-nin 4-cü PŞ-nin əməkdaşları olmasını bildirmişlər. Polis əməkdaşları ona psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olmağını bildirib şəxsiyyəti barədə onu sorğu sual edib 4-cü PŞ-nə dəvət etmişlər. O da heç bir etiraz etməmiş və onu polis şöbəsinə gətirmişlər. Polis şöbəsində xidməti otaqların birinə vəkil dəvət edilmiş, ona hüquq və vəzifələri izah olunmuşdur. O, vəkilin iştirakı olmadan üzərində şəxsi axtarışın aparılması barədə ərizə ilə müraciət etmişdir. Sonra polis əməkdaşlarının iştirakı ilə videoçəkilişdən istifadə olunmaqla üzərində şəxsi axtarış aparılmışdır. Ona üzərində qanunsuz əşya olub-olmaması barədə sual verilmiş və olduğu halda təqdim etməyi təklif olunmuşdur. Bundan sonra o, əynində olan qara rəngli gödəkçənin sol iç cibindən dörd ədəd şəffaf rəgli sellofan bükümləri çıxarıb masanın üzərinə qoymuşdur. Ondan həmin bükümlərdə nə olması və haradan əldə etməyi soruşulmuş, o da bildirmiş ki, bükümlərdə olan maddə psixotrop maddə metamfetamindir, psixotrop maddəni xx.xx.2024-cü il tarixdə Nəsimi rayonu, “Kubinka” adlanan ərazidə tanımadığı şəxsdən 150 manta almışdır. Təqdim etdim bükümlər polis əməkdaşları tərəfindən tək-tək açılaraq içərisinə baxış keçirilmiş və elektron tərəzi ilə çəkilmiş, bir ədəd bükümdə 2,86, bir ədəd bükümdə 2,47 qram, bir ədəd bükümdə 3,63 qram, bir ədəd bükümdə isə 4,32 qram olması müəyyənləşdirilmişdir. Polis əməkdaşları tərəfindən üzəri yoxlanılmış, lakin üzərindən başqa heç bir qanunsuz əşya aşkar edilməmişdir. Üzərindən aşkar edilmiş psixotrop maddə polis əməkdaşı tərəfindən zərfə qoyularaq qablaşdırılmış və möhürlənmişdir. Bu barədə protokol tərtib olunmuş, protokol ucadan oxunmuş, doğruluğunu o, və axtarışda iştirak edən şəxslər imza edərək təsdiq etmişlər.İş üzrə xx.xx.2024-cü il tarixdə təqsirləndirilən şəxs qismində əlavə dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə ona elan edilmiş ittihamda təqsirli bilməyərək göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə bərbərxanada saçını kəsdirdiyi zaman bir nəfər salona daxil olmuş və telefonunda şəklinə baxaraq ona yaxınlaşmışdır. O, ayağa qalxarkən şalvarının remenindən tutub pilləkənlər tərəfə aparıb orta yaşlı mülki şəxsə təhvil vermişdir. Onu qara rəngli avtomobilə otuzdurub 4-cü PB-nin həyətinə aparmışlar. Həyətdən geri qaytararaq əvvəlcə tutduqları yerə, sonra ağ rəngli avtomobilə əyləşdirib 4-cü PB-nə aparmışlar. Onu bir otağa salmışlar və orada cavan bir oğlan ona narkotik vasitəni üzəri götürməsini, əks halda narkotikin evindən çıxacağını bildirmişdir. O, qorxaraq özünə məxsus olması barədə vide çəkiliş aparılmasına icazə vermişdir. Cinayət işində olan sənədlərə oxumadan imza etmişdir. O, şübhəli şəxs kimi tutulduqdan və videoçəkilişlə baxış keçirildikdən sonra vəkil görmüş və ona ailəsi ilə telefon əlaqəsi saxlamasına icazə verilməmişdir.
Təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürdüyü sübutlar aşağıdakılardır
21. Təqsirləndirilən şəxs məhkəmə baxışında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, 23 fevral tarixində o bərbərxanaya saçını kəsdirməyə getmişdir. Həmin vaxt yanında dostu və xalası oğlu olmuşdur. Bu oradakı kameralara da düşmüşdür. Avtomobildən çıxıb bərbərxanaya daxil olmuş, 3-5 dəqiqədən sonra bərbərxanaya cavan oğlan daxil olmuş, bərbərdən boş yer olub-olmamasını soruşmuş, sonra dostuna yaxınlaşıb adını soruşmuş, sonra ondan adını soruşmuşdur. Adının Nurlan olduğunu demişdir, qolundan tutub onu küçəyə çıxartmış, küçədə daha bir nəfər cavan oğlan olmuş, onu qara rəngli avtomobilə əyləşdirərək polis bölməsinin qarşısına aparmışlar, sonra geri qaytarmışlar. Oraya hazırda şahid kimi ifadə vermiş şahidlər ağ rəngli 085 dövlət nömrə nişanlı avtomobillə gəlmiş, onu bir otağa saldıqdan sonra onu saxlayan oğlan demişdir ki, o kiminsə onlara tapşırdığı sifarişdir və bu səbəbdən tutulmalıdır. İstənilən halda narkotiki boynuna götürməlidir, əgər boynuna götürməsə, gedib evindən narkotik vasitə çıxaracaqlar. Onun böyrəyi xəstədir, 5 dəfə əməliyyat keçirmişdir, o polis əməkdşaları tərəfindən döyüldüyü halda pis vəziyyətə düşəcəyindən qorxmuş və polis əməkdaşları ilə razılaşmışdır. Onun narkotik vasitələrin alışı, satışı ilə heç bir əlaqəsi olmamışdır. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, onun üzərində heç bir qanunsuz əşya olmamış, o heç vaxt narkotiklərdən istifadə etməmişdir, şahid qismində dindirilən polis əməkdaşları hadisə yerinə sonradan gəlmişlər, onun yanında Samir və Sübhan olmuşdur. Samir onun dostudur, Sübhan isə onun xalası oğludur. Ona fiziki təsir göstərməmişlər, ancaq hədəqorxu gəlmişlər. Videonu çəkən əməkdaş ona dediyi sözləri öyrətmiş, təxminən 20 dəfə video yenidən çəkilmişdir. Videonu çəkən şəxs ona həmin sözləri dedirtmiş, onu elə həmin şəxs tutmuşdur. O özünü ona verilmiş ittiham ilə təqsirli bilmir, o heç vaxt narkotik vasitə istifadə etməmişdir. Kubinka ərazisində heç kəsi tanımır. Onun üzərində saxlanılan zaman şəxsi mobil telefonu və siqaret paketi üzərində olmuşdur. Polis əməkdaşları ona narkotik verərək, cibinə qoymağını və videoçəkiliş zamanı çıxararaq təqdim etməsini tələb etmişlər. Polislər əgər onların dediklərinə əməl etməzsə, onu evindən narkotik çıxarmaq ilə təhdid etmişlər. Onu polis əməkdaşları döyməmişlər. O polislərin tələbi ilə razılaşmış, bu səbəbdən döyülməmişdir. Onun böyrəyində problem vardır. Başa düşmüşdür ki, əgər polislərin dediklərinə əməl etməsə, onu döyəcəklər və bu zaman ağır xəsarət alacaqdır. Onun barəsində barəsində qətimkan tədbiri seçilməsi üçün məhkəməyə polis əməkdaşları aparmışdılar. İclasda yalnız daha tutduqlarını demiş, düşünmüşdür ki, təqsiri boynuma götürməsə, məhkəmədən sonra polislər ona zərər yetirə bilər. Onun cinayətkarlıqla heç bir əlaqəsi yoxdur. Bu onun şəxsi mülahizəsidir. O ümumiyyətlə ayın 24-ü tarixində dindirilməmişdir. Onun qarşısına hazır ifadə qoyulmuş və o isə həmin ifadəyə imza etmişdir. Binəqədi RPİ-nin Müvəqqəti saxlama yerində ifadəyə imza etmişdir. 5 iyun tarixli ifadəni özü verərək imza etmişdir.
22. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun xalası oğludur. Onlar 23 fevral 2024-cü il tarixdə, saat 20.30 radələrində Bakı şəhəri, Rəsulzadə qəsəbəsi ərazisində yerləşən, adsız bərbərxanada olarkən, mülki formalı bir nəfər şəxs bərbərxanaya daxil olmuşdur. Bu zaman Nurlan da bərbərxanada olmuş, sosial şəbəkədə canlı yayım açaraq, vaxtını keçirmişdir. Bir qədər sonra daha 2 mülki geyimli şəxs bərbərxanaya daxil olmuş və Nurlanı saxlamışlar və onlara müraciət edərək, “Sizin də başınız ağrıyacaq.” deyə bildirmişlər. Daha sonra həmin şəxslər bərbərxanada olan müşahidə kameralarını söküb aparmışlar. Verilmiş suallara cavab olaraq, bərbərxanada mövcud olan kameralarının mülki geyimli şəxslər tərəfindən sökülərək aparıldığını bildirmişlər. Həmin bərbərxana adsızdır. Həmin şəxslər onlara özlərini təqdim etməmişlər. Nurlan bərbərxanaya dostu ilə birlikdə gəlmişdir. Nurlan narkotik vasitələr istifadə etmir. Nurlan dini ibadətlər ilə məşğul olmur və mütəmadi olaraq spirtli içki qəbul edir.
Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət Məcəlləsi:
23. 234.1-1 Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma əməli üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
24. Maddə 8.1. Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.
25. Maddə 41.1. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir.
26. Maddə 41.2. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.
27. Maddə 56.1.2. Qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir.
28. Maddə 59.1.4 Cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşağın olması cəzanı yüngülləşdirən hallardan biridir. Maddə 59.2 Cəza təyin edilərkən bu Məcəllənin 59.1.1— 59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər.
Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsi:
29. Maddə 44.1. Məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.
30. Maddə 124. İstintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini, maddi sübutlar və digər sənədləri sübut növləri kimi qəbul edilir.
31. Maddə 125.8. Cinayət-Prosessual Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür.
32. Maddə 132. Məhkəmə yekun qərar çıxararkən maddi sübutlar barədə məsələni həll etməlidir.
33. Maddə 145. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir.
34. Maddə 158.2. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir.
35. Maddə 158.6. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir.
36. Maddə 198.1. Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1 – 197.1.9cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu:
37. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən metamfetaminin təmiz halda 0,15 qrama qədəri şəxsi istehlak miqdarı, 2 qram və ondan artıq miqdarı külli miqdar hesab olunur.
“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu
38. Maddə 1.0.8. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir.
39. Maddə 1.0.9. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir.
40. Maddə 1.0.10. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir.
41. Maddə 1.0.11. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli 2 saylı Qərarı
42. Qərarın 9-cu bəndi. Məhkəmələrə tövsiyə edilir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmənin hüquqi dəyərləndirməsi:
43. Məhkəmə istintaqında araşdırılmış mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddə metamfetamin əldə edib saxlamış və daşımışdır.
44. Məhkəmənin qarşısında duran başlıca vəzifə Təqsirləndirilən şəxs külli miqdarda psixotrop maddə metamfetamini əldə edib üzərində saxlayarkən və daşıyarkən məqsədinin və niyyətinin nədən ibarət olmasının müəyyən edilməsidir. Məhz bu halların müəyyən edilməsi Təqsirləndirilən şəxs əməlinin tövsifində mühüm və başlıca rol oynayır.
45. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadədən tamamilə fərqli məzmunda (inkaredici) ifadə verməklə üzərində aşkar olunmuş psixotrop maddənin polis əməkdaşlarının ona verdiklərini, polis əməkdaşları tərəfindən saxlanılarkən üzərində külli miqdarda psixotrop maddə metamfetamin olmamasını, polis əməkdaşlarının psixoloji təzyiqi nəticəsində ona aid olmayan maddənin ona məxsus olmasını etiraf etməsini, təzyiqə dözməyərək polislərin dediyi məzmunda etirafedici ifadə verməyə razı olduğunu bildirmişdir.
46. Təqsirləndirilən şəxsin pozulmuş hesab etdiyi hüquqlarının müdafiəsini tələb etmək etmək, həmçinin ona özünə məxsus olmayan psixotrop maddəni üzərinə götürməsi ilə bağlı edilən psixoloji təzyiqlər barədə müdafiəçisinə bildirmək üçün kifayət qədər imkanı olmasına baxmayaraq o, bu barədə yalnız məhkəmə istintaqı zamanı mövqe bildirmişdir.
47. Məhkəmə araşdırması nəticəsində Təqsirləndirilən şəxs məhkəmə istintaqında yalan ifadə verməsi və iddia etdiyi halların həqiqəti əks etdirməməsi təsdiq olunmuşdur. Təqsirləndirilən şəxs barəsində uzun müddət ərzində ibtidai araşdırma aparılmasına baxmayaraq, o, külli miqdarda psixotrop maddə metamfetaminin ona məxsus olmamasını, eləcə də polis əməkdaşları tərəfindən psixoloji təsirə məruz qalmasını bildirməmişdir. O, ilk dəfə bununla bağlı dəlillərini məhkəmədə irəli sürmüş, məhkəmə isə bu hissədə araşdırma aparmaqla, onun iddia etdiyi halların həqiqət olmamasını müəyyən etmişdir. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs iddia etdiyi halları yoxlayıb və iddia olunan halların həqiqət olmaması nəticəsinə gələrək hesab edir ki, o, məhkəmədə yalan ifadə verərək qanunsuz əməllərinə haqq qazandırmaq və bununla da cinayət məsuliyyətindən yayınmaq məqsədi güdmüşdür. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi hallar, yəni polis əməkdaşları tərəfindən psixoloji təsirə məruz qalması, psixotrop maddənin özünə məxsus olmasını qəbul etməyə məcbur edilməsinə dair hallar baş verməmişdir.
48. Məhkəmə kollegiyası cinayət işi üzrə əlavə şahid qismində ifadə vermiş təqsirləndirilən şəxsin xalası oğlu X2 məhkəmə istintaqı zamanı verdiyi ifadəyə tənqidi yanaşaraq onu sonradan öyrədilmiş, aralarında olan qohumluq əlaqəsinə görə təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən yayınmasına cəhd kimi, iş üçün əhəmiyyət kəsb edən hər hansı halı təsdiq etməyən, qeyri-səmimi ifadə kimi qiymətləndirərək cinayət işi üzrə mötəbər və qərəzsiz sübut hesab etmir. Sübhan Cəfərovun verdiyi ifadədən obyektiv həqiqətin müəyyən edilməsi istiqamətində hər hansı bir əhəmiyyət kəsb edən fakt və dəlil əldə edilməmişdir. Sübhan Cəfərov məhkəmə iclasında Təqsirləndirilən şəxs din ilə əlaqəsi olmadığını, spirtli içkilər qəbul etdiyini bildirsə də, sonuncu məhkəmə istintaqı zamanı verdiyi ifadəsində qatı dindar olmasa da lakin namaz qıldığını və dindar olması səbəbindən barəsində qondarma cinayət işi başlandığını qeyd etmişdir. X9 Təqsirləndirilən şəxs saxlanmasının şahidi olsa da, sonuncunun üzərindən aşkar edilmiş psixotrop maddə barədə məlumatı olmamış, onun yanında üzərinə baxış və axtarış keçirilməmişdir.
49. İbtidai istintaqı zamanı Təqsirləndirilən şəxs məxsus mobil telefona baxış keçirilən zaman onun narkotik və psixotrop maddələrin satışı ilə məşğul olmasını, hər hansı şəxs ilə narkotikin alışı və satışı ilə bağlı razılaşmanı əks etdirən yazışma, danışıq və ya digər hər hansı bir formada sonuncu ilə əlaqə yaratmasını, digər şəxslərin ondan narkotik və psixotrop maddələr almasını təsdiq edən iş üçün əhəmiyyət kəsb edən hər hansı bir məlumat müəyyən edilməmişdir.
50. İbtidai istintaq orqanı Təqsirləndirilən şəxs narkotik və psixotrop maddələr satdığı və ya satmaq niyyətində olduğu şəxslərin dairəsini müəyyən etməmiş, bu halı təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir.
51. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə tövsif edir.
52. Psixotrop maddənin təqsirləndirilən şəxsin üzərindən aşkar edilməsi, qablaşdırılması, həmin vasitələrin kimyəvi tərkibinin müəyyən edilməsi ilə bağlı ilkin sübutların əldə edilməsi ilə əlaqədar istintaq hərəkətlərinin etibarsız hesab olunması üçün əsaslar müəyyən edilmədiyindən (qərarın 30-cu bəndi) həmin hərəkətlərin nəticələri iş üzrə mötəbər sübutlar kimi qəbul edilir.
53. Məhkəmənin mövqeyinə görə müdafiə tərəfinin irəli sürdüyü dəlillər heç bir sübutla dəstəklənmədiyi, ittiham tərəfinin təqdim etdiyi sübutlar isə zorakılığın mövcud olmaması və sübutun yolverilənliyini təsdiq etdiyindən müdafiə tərəfinin dəlilləri əsassız hesab edilməlidir.
54. Məhkəmə iş üzrə toplanmış digər sübutları məcmu halda qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs psixotrop maddəni məhz satış məqsədilə olmadan şəxsi istehlak miqdarından artıq əldə edərək üzərində saxlamışdır.
55. Məhkəmə baxışı gedişində tədqiq olunmuş yuxarıda qeyd olunan sübutların məcmusu təqsirləndirilən şəxsin cinayətdə təqsirini təsdiq etdiyi üçün məhkəmə ittiham hökmü çıxarmaq qənaətinə gəlir (qərarın 29-cu bəndi).
56. Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət qanunun müvafiq normasının sanksiyasında üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. (qərarın 23-cü bəndi)
57. Məhkəmə cəza təyin edərkən cəza təyini ilə bağlı cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərini nəzərə alır (qərarın 24,25 və 26-cı bəndləri).
58. Təqsirləndirilən şəxs əvəllər məhkum olunmamışdır (qərarın 15-ci bəndi).
59. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsi, yaşayış yeri üzrı müsbət xarakterizə olunması və himayəsində 1 azyaşlı uşağının olması onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirilir.(qərarın 28-ci bəndi)
60. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, ağırlaşdıran halların isə olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının hüdudları daxilində ən aşağı həddə cəza təyin edilməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar.
61. Təqsirləndirilən şəxs cəzasının çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilməlidir (qərarın 27-ci bəndi).
62. İşdə olan tutma protokolundan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs Əmirlaslan oğlu 23 fevral 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 4(001)-129/2024 saylı qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxsin hökm çıxarılanadək həbsdə saxlandığı müddət məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə bir günə bir gün hesablanmaqla daxil edilməlidir (qərarın 34 və 35-ci bəndləri).
63. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Əmirlaslan oğlunun həsbdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs Əmirlaslan oğlunun cəza çəkməsinin başlanğıcı onun tutulduğu 23 fevral 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir.
64. Məhkəmə, məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur və cəzasını çəkdiyi müddətdə pofilaktik olaraq ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır.
65. İş üzrə mülki iddia yoxdur və xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir.
66. İş üzrə maddi sübut olan Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalan 12,159 qram çəkidə metamfetamin məhv edilməli, üzərinə şəxsi axtarış keçirilməsini özündə əks etdirən 1 (bir) ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır (qərarın 32-ci bəndi).
67. İbtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizası ilə əlaqədar 65 (altmış beş) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir (qərarın 36-cı bəndi).
68. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə
hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 23 fevral 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını çəkdiyi müddətdə pofilaktik olaraq ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalan 12,159 qram çəkidə metamfetamin məhv edilsin, şəxsin üzərində axtarış və götürmə aparılması zamanı çəkilmiş videogörüntüləri özündə əks etdirən 01 ədəd disk isə cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 65 (altmış beş ) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlak yoxdur. Hökmdən, elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Sədrlik edən hakim Aygün Qurbanova
Hakimlər Telman Hüseynov
Fərid Namazov