Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-375/2021 09.04.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Paşayev Azər İslah oğlu (sədrlik edən), Quliyev Əhməd Qəhrəman oğlu və Həsənzadə İradə Xəlil qızından ibarət tərkibdə, məhkəmənin iclas katibi, məsləhətçi X8, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət İttihamının Müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı2, müdafiəçi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi1 iştirakı ilə xx xxxxxx 1985-ci ildə Masallı rayonu, Boradigah kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmuş, Masallı rayonu, Boradigah qəsəbəsi, S.Zülfüqarov küçəsi ev 27-də qeydiyyatında olan və Abşeron rayonu, Masazır qəsəbəsi, «xxxx» MTK, ev 62, mənzil 22-də yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 213-1.2.1 və 213-1.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və yerdə külli miqarda malların qaçaqmalıçılıq yolu ilə Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi və külli miqdarda aksiz markası ilə markalanmalı olan, lakin belə marka ilə markalanmamış məhsullarının (malların) satış məqsədi ilə saxlanılması barədə şəxsiyyəti istintaqla müəyyən edilməmiş bir qrup şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında razılığa gəlmiş, əldə edilmiş ümumi razılığa və cinayətkar niyyətə uyğun olaraq istintaqa məlum olmayan vaxtda və şəraitdə ümumilikdə külli miqdarda - ******* manat dəyərində “Milano”, “Cavallo”, “Kent Nanotek 2.0” və “X44” markalı siqaretlər cinayətkar qrupun istintaqa məlum olmayan üzvləri tərəfindən qaçaqmalıçılıq yolu ilə Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilmiş, istintaqla müəyyən edilməmiş vaxtda cinayətkar qrupun istintaqla müəyyən edilməmiş üzvündən həmin külli miqdarda tütün məmulatlarını – 1848 karton qutunun içərisində Azərbaycan Respublikası aksiz markası ilə markalanmalı olan, lakin belə marka ilə markalanmamış, 1 qutusunun dəyəri 1,50 manat olmaqla cəmi ******* manat dəyərində, ümumilikdə 924000 qutu “Milano” markalı, 1967 karton qutunun içərisində Azərbaycan Respublikası aksiz markası ilə markalanmalı olan, lakin belə marka ilə markalanmamış 1 qutusunun dəyəri 1,50 manat olmaqla cəmi ******* dəyərində, ümumilikdə 983500 qutu “Cavallo” markalı, 1168 karton qutunun içərisində Azərbaycan Respublikası aksiz markası ilə markalanmalı olan, lakin belə marka ilə markalanmamış 1 qutusunun dəyəri 3 manat olmaqla cəmi ******* manat dəyərində, ümumilikdə 584000 qutu “Kent Nanotek 2.0” markalı, 58 karton qutunun içərisində Azərbaycan Respublikası aksiz markası ilə markalanmalı olan, lakin belə marka ilə markalanmamış 1 qutusunun dəyəri 4 manat olmaqla cəmi 116000 manat dəyərində, ümumilikdə 29000 qutu “X44” markalı olmaqla cəmi ******* manat dəyərində siqaretləri əldə edərək Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən və Azərbaycan Respublikası vətəndaşı Şahid8 məxsus qeyri-yaşayış sahəsinə daxil olmaqla faktiki olaraq istifadəsində olan təqribi sahəsi 500 m2 olan qapalı tipli anbarda satış məqsədi ilə saxlamış və xx xxxx 2020-ci il tarixdə, saat 20:15 radələrində Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinin Əməliyyat idarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri nəticəsində qeyd edilən ******* manat dəyərində siqaretlər aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində özünü qismən təqsirli bilərək göstərmişdir ki, hadisə törədilən vaxt siqaret satışı ilə məşğul olmuşdur. Siqaretləri 2017-ci ilin sonu 2018-ci ilin əvvəllərində blok-blok Astarada gömrük postunda «diplomat» mağazasında işləyən Anar adlı şəxsdən almışdır. Anar adlı şəxs barəsində istintaqa məlumat vermiş və istintaq zamanı ona tərdim edilmiş şəkillər arasında Anarı tanımışdır. Hər dəfə 300-500 ədəd alıb gətirmiş və Müşfiq qəsəbəsində anbar tutub anbara yığmışdır. Lakin aksiz markası olmadığına görə siqaretləri satmağa icazə verilməmişdir. Anbarı İlkin adlı tanışından 2017-ci ilin sonu 2018-ci ilin əvvəllərində icarəyə götürmüşdür. İlk öncə malı gətirib Masallı rayonu, Boradigah qəsəbəsindəki evə yığmışdır. Mallar təxminən 10 gün evdə qalmışdır. Maşın vasitəsilə icarəyə götürdüyü yerə gətirəndə tutmuşlar. Xarici ölkələrdə olmamış və həmin siqaretləri qaçaqmalçılıq vasitəsilə gətirməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hazırki ifadəsi özünü müdafiə xarakterli olmaqla ağır ittihamdan yayınmaq məqsədi daşıyır və onun qeyd olunan cinayət əməllərini törətməsi aşağıdakı sübut növləri ilə tam təsdiq olunur. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Şahid2 Rafail oğlu ifadəsində göstərmişdir ki, o, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsi Əməliyyat İdarəsinin Əməliyyat-axtarış şöbəsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinə Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən və Azərbaycan Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs faktiki istifadəsində olan qapalı tipli anbarda Azərbaycan Respublikasının ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilmiş və Azərbaycan Respublikasının aksiz markası ilə markalanmamış külli miqdarda tütün məmulatlarının saxlanılması barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatına əsasən Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinin İdarəsinin xx xxxx 2020-ci il tarixli qərarı ondan, Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsi Əməliyyat İdarəsinin Əməliyyat-Axtarış şöbəsinin böyük əməliyyat müvəkilləri Şahid5, Şahid3, Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinin Elektron ticarətdə hüquqpozmalarla mübarizə şöbəsinin rəisi Şahid1 və həmin şöbənin əməliyyat müvəkkili Şahid4 ibarət əməliyyat qrupunun yaradılması və əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmış və qeyd edilən əməliyyat qrupunun rəhbəri Dövlət Gömrük Komitəsi Əməliyyat- İstintaq Baş İdarəsinin Elektron ticarətdə hüquqpozmalarla mübarizə şöbəsinin rəisi Şahid1 təyin edilmişdir. Qeyd edilən qərara əsasən xx xxxx 2020-ci il tarixdə onlar tərəfindən həyata keçirilmiş əməliyyat tədbiri nəticəsində Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsinə yerləşən, Azərbaycan Respublikasının vətəndaşı Şahid8 məxsus olmaqla Təqsirləndirilən şəxs istifadəsində olan qapalı tipli anbara Təqsirləndirilən şəxs, anbarın mülkiyyətçisi Şahid8, anbarın icarədarı Şahid9 və hal şahidlərinin iştirakı ilə baxış keçirilmişdir. Keçirilmiş ilkin baxış zamanı sözügedən anbarda saxlanılan karton qutularda Azərbaycan Respublikasına məxsus aksiz markası ilə markalanmamış 5041 karton qutu müxtəlif markalı tütün məmulatlarının olduğu məlum olmuşdur. Daha sonra qeyd edilən 5041 karton qutunun içərisinə onlar tərəfindən müfəssəl baxış keçirilmiş və baxış zamanı qeyd edilən qutulardan 1848 karton qutunun içərisində Azərbaycan Respublikası aksiz markası ilə markalanmalı olan, lakin belə marka ilə markalanmamış, ümumilikdə 924000 qutu “Milano” markalı, 1967 karton qutunun içərisində Azərbaycan Respublikası aksiz markası ilə markalanmalı olan, lakin belə marka ilə markalanmamış ümumilikdə 983500 qutu “Cavallo” markalı, 1168 karton qutunun içərisində Azərbaycan Respublikası aksiz markası ilə markalanmalı olan, lakin belə marka ilə markalanmamış ümumilikdə 584000 qutu “Kent Nanotek 2.0” markalı, 58 karton qutunun içərisində Azərbaycan Respublikası aksiz markası ilə markalanmalı olan, lakin belə marka ilə markalanmamış ümumilikdə 29000 qutu “X44” markalı siqaretlərin olduğu müəyyən edilmiş və aşkar edilmiş həmin siqaretlər araşdırma aparılması zərurəti ilə əlaqədar onlar tərəfindən götürülmüşdür. Bununla bağlı protokol tərtib edilmiş və baxışda iştirak edən şəxslər də həmin protokolla tanış olub düzgün tərtib olunmasını öz imzaları ilə təsdiq etmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin əməkdaşları Şahid1. Şahid4 və Şahid5 Şahid2 Rafail oğlunun ifadəsinə oxşar ifadə verməklə onun göstərdiyi xüsusatları təsdiq etdilər. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin əməkdaşı Şahid3 ifadəsi məhkəmədə tədqiq edilərkən, onun Şahid2 ifadəsi il eyni məzmunlu ifadə verməklə onun göstərdiyi xüsusatları təsdiq etdiyi müəyyən olunmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, xx xxxx 2020-ci il tarixdə, saat 20 radələrində tanışı Şahid7 ilə birlikdə Bakı-Şamaxı yolunun kənarında olarkən bir nəfər mülki geyimli şəxs onlara yaxınlaşıb özünü təqdim edərək Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinin əməkdaşı olduğunu bildirmiş və əməliyyat tədbirinin keçirilməsi ilə əlaqədar Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən anbara keçiriləcək baxışda hal şahidi qismində iştirak etməyi onlardan xahiş etmişdir. Onlar da vətəndaşlıq borcunu yerinə yetirərək anbara keçiriləcək baxışda hal şahidi qismində iştirak etməyə öz razılıqlarını vermişdir. Bundan sonra onlar həmin əməkdaşla birlikdə yaxınlıqda Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən anbara getmişlər. Həmin anbara bir neçə gömrük əməkdaşı, Təqsirləndirilən şəxs, Şahid8 və Şahid9 iştirakları ilə daxil olmuşlar. Anbara baxış zamanı orada 5041 ədəd karton qutunun olduğu və həmin karton qutulara baxış zamanı isə içərilərində Azərbaycan Respublikasına məxsus aksiz markalaları ilə markalanmamış müxtəlif markalı tütün məmulatlarının, yəni siqaretlərin olduğu onlara məlum olmuşdur. Daha sonra karton qutularının daxilinə keçirilmiş baxış zamanı 1848 ədəd karton qutudan ümumilikdə aksiz markalaları ilə markalanmamış 924000 qutu “Milano”, 1967 ədəd karton qutudan aksiz markalaları ilə markalanmamış 983500 qutu “Cavallo”, 1168 ədəd karton qutudan aksiz markalaları ilə markalanmamış 584000 qutu “Kent Nanotek 2”, 58 ədəd karton qutudan aksiz markalaları ilə markalanmamış 29000 qutu “X44” markalı siqaretlər aşkar edilərək götürülmüşdür. Bununla bağlı protokol tərtib edilmiş və həmin protokolla tanış olub düzgün tərtib edilməsini öz imzaları ilə təsdiq etmişlər. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid7 ifadəsi məhkəmədə tədqiq edilərkən, onun Şahid6 ifadəsi il eyni məzmunlu ifadə verməklə onun göstərdiyi xüsusatları təsdiq etdiyi müəyyən olunmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərmişdir ki, xx xxxxxx 2018-ci il tarixdə quşçuluq təsərrüfatı ilə məşğul olmaq məqsədi ilə həmyerlisi Şahid8 xüsusi mülkiyyət hüququ ilə məxsus olan, Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən, ümumi təqribi sahəsi 1200 kvadrat metr olan qapalı tipli qeyri-yaşayış sahəsini və həmin qeyri-yaşayış sahəsindəki təqribi sahəsi 500 kvadrat metr olan anbarı aylıq 250 manat icarə haqqı müqabilində 3 illik müddətinə Şahid8 icarəyə götürmüş və bununla bağlı Şahid8 ilə onun arasında icarə müqaviləsi də bağlanmışdır. 2018-ci ilin noyabr ayının 1-dən xüsusi mülkiyyət hüququ ilə Şahid8 məxsus olan, Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən, ümumi təqribi sahəsi 1200 kvadrat metr olan qapalı tipli qeyriyaşayış sahəsi və həmin qeyri-yaşayış sahəsindəki təqribi sahəsi 500 kvadrat metr olan qapalı tipli anbar onun istifadəsində olmuşdur. Bundan sonra icarəyə götürdüyü Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən, ümumi təqribi sahəsi 1200 kvadrat metr olan qapalı tipli qeyri-yaşayış sahəsində quşçuluq təsərrüfatı ilə məşğul olmağa başlamışdır. Həmin qeyri-yaşayış sahəsindəki təqribi sahəsi 500 kvadrat metr olan anbardan isə demək olar istifadə etməmişdir. Qeyri-yaşayış sahəsini və anbarı icarəyə götürdüyü vaxtdan təxminən 2-3 ay keçmiş, yəni 2019-cu ilin təxminən yanvar-fevral ayında həmyerlisi və tanışı Təqsirləndirilən şəxs ona çay yükü yükləmək üçün anbar axtardığını demişdir. O, da icarəyə götürdüyü qeyri-yaşayış sahəsində olan anbarı aylıq 250 manat icarə haqqı müqabilində Təqsirləndirilən şəxs təklif etmişdir. Təqsirləndirilən şəxs da onun bu təklifi ilə razılaşmışdır. Bundan sonra 2019-cu ilin təxminən yanvar-fevral ayından etibarən icarəyə götürdüyü qeyri-yaşayış sahəsində olan anbarı tam olaraq Təqsirləndirilən şəxs istifadəsinə vermiş, lakin bununla bağlı Təqsirləndirilən şəxs ilə hər hansı müqavilə bağlamamışdır. Bu barədə mülkiyyətçi Şahid8 şifahi şəkildə məlumat vermiş, lakin qeyd edilən anbara çay yükünün, o cümlədən, hər hansı digər növ yükün yüklənəcəyi barədə Şahid8 bir söz deməmişdir. Şahid8 da bu barədə ondan bir söz soruşmamış və bunun problem olmadığını ona demişdir. xx xxxx 2020-ci il tarixdə, saat 20 radələrində Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinin əməkdaşları tərəfindən icarəyə götürdüyü və faktiki olaraq Təqsirləndirilən şəxs istifadəsində olan Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən, ümumi təqribi sahəsi 1200 kvadrat metr olan qapalı tipli qeyri-yaşayış sahəsindəki təqribi sahəsi 500 kvadrat metr olan anbara baxış keçirilmişdir. Anbara baxış zamanı orada 5041 ədəd karton qutunun olduğu və həmin karton qutulara baxış zamanı isə içərilərində aksiz markalaları ilə markalanmamış müxtəlif markalı tütün məmulatlarının, yəni siqaretlərin olduğu onlara məlum olmuşdur. Daha sonra karton qutularının daxilinə keçirilmiş baxış zamanı 1848 ədəd karton qutudan ümumilikdə aksiz markalaları ilə markalanmamış 924000 qutu “Milano”, 1967 ədəd karton qutudan aksiz markalaları ilə markalanmamış 983500 qutu “Cavallo”, 1168 ədəd karton qutudan aksiz markalaları ilə markalanmamış 584000 qutu “Kent Nanotek 2.0”, 58 ədəd karton qutudan aksiz markalaları ilə markalanmamış 29000 qutu “X44” markalı siqaretlər Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinin əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür. Bununla bağlı protokol tərtib edilmiş və həmin protokolla tanış olub düzgün tərtib edilməsini öz imzaları ilə təsdiq etmişlər. Baxış zamanı Təqsirləndirilən şəxs qeyd edilən siqaretlərin ona məxsus olduğunu bildirmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs aşkar edilmiş siqaretlərin kimə məxsus olduğunu soruşduqda, Təqsirləndirilən şəxs qeyd edilən siqaretlərin özünə məxsus olduğunu ona demişdir. Qeyd edilən vaxtadək sözügedən anbarda hər hansı növ siqaretin, o cümlədən, aksiz markası ilə markalanmayan siqaretlərin olması barədə hər hansı məlumatı olmamışdır. Təqsirləndirilən şəxs nəyə görə qeyd edilən anbarı 2017-ci ilin dekabr ayının sonları-2018-ci ilin yanvar ayının əvvəllərində onun istifadəsinə verdiyini bildirməsinin də səbəbini də bilmir. Təxminən 2019-cu ilin yanvar-fevral ayında bir dəfə orta həcmli yük avtomobilinin Təqsirləndirilən şəxs istifadəsinə verdiyi anbara daxil olmasını müşahidə etmişdir. Lakin həmin avtomobilin dövlət nömrə nişanı və markasını xatırlamır. Toyuq sexində işinin çox olması səbəbindən anbara gətirilən yüklərin nədən ibarət olduğunu aydınlaşdırmamışdır. Həmçinin Təqsirləndirilən şəxs istifadəsinə verdiyi anbara çay yükü gətirəcəyini ona dediyi üçün səmimiyyətinə inanaraq gətirilən yükün nədən ibarət olduğunu Təqsirləndirilən şəxs soruşmamışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmədə ifadəsi tədqiq edilmiş Şahid8 ifadəsində göstərmişdir ki, xx xxxxxx 2018-ci il tarixdə xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan, Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən, ümumi təqribi sahəsi 1200 kvadrat metr olan qapalı tipli qeyri-yaşayış sahəsini və həmin qeyri-yaşayış sahəsindəki təqribi sahəsi 500 kvadrat metr olan anbarı aylıq 250 manat icarə haqqı müqabilində 3 illik müddətinə həmyerlisi Şahid9 icarəyə vermiş və bununla bağlı Şahid9 ilə onun arasında icarə müqaviləsi də bağlanmışdır. 2018-ci ilin noyabr ayının 1-dən xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan, Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən, ümumi təqribi sahəsi 1200 kvadrat metr olan qapalı tipli qeyriyaşayış sahəsi və həmin qeyri-yaşayış sahəsindəki təqribi sahəsi 500 kvadrat metr olan qapalı tipli anbar onun istifadəsində olmamışdır. Şahid9 xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan, Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən, ümumi təqribi sahəsi 1200 kvadrat metr olan qapalı tipli qeyri-yaşayış sahəsini və həmin qeyri-yaşayış sahəsindəki təqribi sahəsi 500 kvadrat metr olan anbarı quşçuluq təsərrüfatı ilə məşğul olmaq məqsədi ilə icarəyə götürdüyünü ona demişdir. O, da buna etiraz etməmişdir. Özü də qeyd edilən qeyri-yaşayış sahəsindən təxminən 200-250 metr aralıda yerləşən qeyriyaşayış sahəsində quşçuluq təsərrüfatı ilə məşğul olur. Təxminən 1-2 ay keçmiş Şahid9 icarəyə götürdüyü qeyri-yaşayış sahəsində olan anbarı hansısa İlkin adlı tanışına icarəyə verdiyini eşitmişdir. xx xxxx 2020-ci il tarixdə Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinin əməkdaşları tərəfindən ona məxsus olan anbara baxış keçirilərkən həmin şəxsin Təqsirləndirilən şəxs olduğunu bilmişdir. Qeyd edilən qeyri-yaşayış sahəsini və həmin qeyri-yaşayış sahəsində olan anbarı Şahid9 Əlifağa oğlunun icarəsinə və istifadəsinə verdikdən təxminən 2-3 ay sonra, yəni təxminən 2019-cu ilin yanvar-fevral ayları ərzində Şahid9 icarəyə verdiyi qeyri-yaşayış sahəsinə təxminən 4-5 dəfə dövlət qeydiyyat nişanını görmədiyi, ağ rəngli “Ford” markalı yük avtomobilinin daxil olduğunu görmüşdür. Lakin həmin vaxtlarda qeyd edilən “Ford” markalı yük avtomobilinin həmin qeyri-yaşayış sahəsinə hansı növ yük gətirməsi barədə hər hansı məlumatı olmamışdır. Şahid9 icarəyə verdiyi qeyri-yaşayış sahəsi və həmin qeyri-yaşayış sahəsindəki anbar hasarla dövrəyə alındığından içəri sahəsini gözlə müşahidə etmək olmur. Lakin 2019-cu ilin təxminən fevral ayın sonlarından etibarən qeyd edilən qeyri-yaşayış sahəsinə hər hansı yük nəqliyyat vasitəsinin gəlməsinin şahidi olmamışdır. xx xxxx 2020-ci il tarixdə, saat 20 radələrində verdikləri ərizələr əsasında onun, Şahid9 və Təqsirləndirilən şəxs, hal şahidlərinin iştirakı ilə ona məxsus olmaqla Şahid9 icarəsinə verdiyi və faktiki olaraq Təqsirləndirilən şəxs istifadəsində olmuş Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən, ümumi təqribi sahəsi 1200 kvadrat metr olan qapalı tipli qeyri-yaşayış sahəsindəki təqribi sahəsi 500 kvadrat metr olan anbara Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinin əməkdaşları tərəfindən baxış keçirilmişdir. Anbara baxış zamanı orada 5041 ədəd karton qutunun olduğu və həmin karton qutulara baxış zamanı isə içərilərində aksiz markalaları ilə markalanmamış müxtəlif markalı tütün məmulatlarının, yəni siqaretlərin olduğu onlara məlum olmuşdur. Daha sonra karton qutularının daxilinə keçirilmiş baxış zamanı 1848 ədəd karton qutudan ümumilikdə aksiz markalaları ilə markalanmamış 924000 qutu “Milano”, 1967 ədəd karton qutudan aksiz markalaları ilə markalanmamış 983500 qutu “Cavallo”, 1168 ədəd karton qutudan aksiz markalaları ilə markalanmamış 584000 qutu “Kent Nanotek 2.0”, 58 ədəd karton qutudan aksiz markaları ilə markalanmamış 29000 qutu “X44” markalı siqaretlər Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinin əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür. Bununla bağlı protokol tərtib edilmiş və həmin protokolla tanış olub düzgün tərtib edilməsini öz imzaları ilə təsdiq etmişlər. Baxış zamanı Təqsirləndirilən şəxs qeyd edilən siqaretlərin ona məxsus olduğunu bildirmişdir. Həmin vaxt ona məxsus olan qeyd edilən anbarda aksiz markası ilə marakalanmış külli miqdarda siqaretlərin saxlanıldığını və həmin siqaretlərin Təqsirləndirilən şəxs məxsus olduğunu bilmişdir. Qeyd edilən vaxtadək qeyd edilən anbarda aksiz markası ilə maraklanmayan siqaretlərin olması barədə hər hansı məlumatı olmamışdır. Təqsirləndirilən şəxs nəyə görə qeyd edilən anbarın 2017-ci ilin dekabr ayının sonları-2018-ci ilin yanvar ayının əvvəllərində istifadəsinə verildiyini bildirməsinin səbəbini bilmir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertiza rəyini də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinə əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2020-ci il tarixli, 7/103 9/620 saylı rəyindən görünür ki, xx xxxx 2020-ci il tarixə tədqiqata təqdim edilmiş aksiz markası olmayan “X44” markalı tütün məmulatının 1 qutusunun dəyəri 4 manat olmaqla ümumilikdə 29000 qutusunun dəyəri 116000 manat, “Milano” markalı tütün məmulatının 1 qutusunun dəyəri 1,50 manat olmaqla ümumilikdə 924000 qutusunun dəyəri ******* manat, “Cavallo” markalı tütün məmulatının 1 qutusunun dəyəri 1,50 manat olmaqla ümumilikdə 983500 qutusunun dəyəri ******* manat, “Kent Nanotek 2.0” markalı tütün məmulatının 1 qutusunun dəyəri 3 manat olmaqla ümumilikdə 584000 qutusunun dəyəri ******* manat, qeyd edilmiş 4 adda tütün məmulatlarının ümumi dəyəri isə ******* manat müəyyən edilmişdir. Tədqiqata təqdim edilmiş 4 adda tütün məmulatları istifadəyə yararlıdır. Tədqiqata təqdim edilmiş 4 adda tütün məmulatının hər birindən 10 blok olmaqla, ümumilikdə 40 blok tütün məmulatları tədqiqata sərf edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş, xx xxxx 2020-ci il tarixli baxış keçirilməsi və götürülməyə dair protokoldan (cild 1, iş vərəqə 6-7) görünür ki, xüsusi mülkiyyət hüququ ilə Şahid8 məxsus olmaqla faktiki olaraq Təqsirləndirilən şəxs istifadəsində olmuş, Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən, sahəsi təqribən 500 kvm-dən ibarət qapalı tipli anbara baxış zamanı 1848 ədəd karton qutudan ümumilikdə 924000 (doqquz yüz iyirmə dörd min) qutu (hər qutuda 20 ədəd siqaret olmaqla) “Milano” markalı, 1967 ədəd karton qutudan ümumilikdə 983500 (doqquz yüz səksən üç min beş yüz) qutu (hər qutuda 20 ədəd siqaret olmaqla) “Cavallo” markalı 1168 ədəd karton qutudan ümumilikdə 584000 (beş yüz səksən dörd min) qutu (hər qutuda 20 ədəd siqaret olmaqla) “Kent Nanotek 2” markalı, 58 ədəd karton qutudan ümumilikdə 29000 (iyirmi doqquz min) qutu (hər qutuda 20 ədəd siqaret olmaqla) “X44” markalı üzərilərində Azərbaycan Respublikasına məxsus aksiz markası olmayan siqaretlər aşkar edilərək götürülmüşdür. Cinayət işinin materiallarına əlavə edilmiş, xx xxxxx 2020-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan (cild 1, iş vərəqə 66-68) görünür ki, xx xxxx 2020-ci il tarixdə Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinin Əməliyyat idarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri nəticəsində Azərbaycan Respublikası aksiz markası ilə markalanmalı olan, lakin belə marka ilə markalanmamış, ümumilikdə 924000 qutu “Milano” markalı, ümumilikdə 983500 qutu “Cavallo” markalı, ümumilikdə 584000 qutu “Kent Nanotek 2.0” markalı və ümumilikdə 29000 qutu “X44” markalı siqaretlərin aşkar edilərək götürüldüyü, Azərbaycan Respublikası vətəndaşı Şahid8 məxsus faktiki olaraq Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs istifadəsində olan anbar Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşir, qapalı tiplidir, təqribi sahəsi 500 m2-dir. Sözügedən anbar qeyri-yaşayış sahəsinin giriş qapısından təqribən 300 metr məsafədə yerləşir. Qeyri-yaşayış sahəsinin mülkiyyətçisi Şahid8 məxsus təsərrüfat və ofis həmin anbardan təqribən 200-250 metr məsafədə yerləşir. Şahid9 məxsus təsərrüfat qeyd edilən anbardan təxminən 10 metr məsafədən başlayır və təsərrüfatın giriş qapısı sözügedən abardan təqribən 60 metr məsafədə yerləşir. Cinayət işinin materiallarına əlavə edilmiş (cild 1, iş vərəqə 13-14) Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ******* və ******* seriya nömrəli çıxarışların surətlərindən görünür ki, Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən 2146.2 kv.m ümumi, 1616.4 kv.m əsas, 529.8 kv.m köməkçi sahədən ibarət əmlak kompleksi tam və xüsusi mülkiyyət hüququ üzrə Şahid8 məxsusdur. Cinayət işinin materiallarına əlavə edilmiş (cild 1, iş vərəqə 16) xx xxxxxx 2018-ci il tarixli icarə müqaviləsinin surətindən görünür ki, Şahid8 xüsusi mülkiyyətində olan Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən ümumi təqribi sahəsi 1200 kvadrat metr olan qapalı tipli qeyri-yaşayış sahəsini və həmin qeyri-yaşayış sahəsindəki təqribi sahəsi 500 kvadrat metr olan anbarı aylıq 250 manat icarə haqqı müqabilində 3 illik müddətinə Şahid9 icarəyə vermişdir. Cinayət işinin materiallarına əlavə edilmiş (cild 2, iş vərəqə 99) Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsindən daxil olmuş xx xxxxxx 2020-ci il tarixli, **********323500 nömrəli məktubdan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs xx xxxx 2009-cu il tarixdə, ********** nömrəli VÖEN-lə əsas fəaliyyət növü “Çadırlarda və bazarlarda sair malların pərakəndə satış”ı olmaqla fiziki şəxs (fərdi sahibkar) kimi qeydiyyata alınmışdır. Təqsirləndirilən şəxs fəaliyyəti vergi orqanına təqdim etdiyi ərizəyə əsasən xx xxxx 2017-ci il tarixdən xx xxxx 2022-ci il tarixədək uzadılmışdır. “Vergi ödəyicilərinin dövlət reyestri”ndə Təqsirləndirilən şəxs hər hansı hüquqi şəxsin rəhbəri və ya təsisçisi olması barədə məlumat yoxdur. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü təqsirli bilməyib ifadə versə də, məhkəmə hesab edir ki, onun bu ifadəsi özünü müdafiə xarakteri daşıyır və ağır ittihamdan yayınmaq məqsədi güdür və iş materiallarında olan şahid ifadələri, qismən öz ifadələri, ekspert rəyi, baxış keçirilməsi və götürülməyə dair protokolla, eləcə də iş üzrə digər mötəbər sübutlarla təkzib olunur. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı şahid (cild 1,iş vərəqə 123-130) və şübhəli şəxs qismində (cild 1,iş vərəqə 198-205) dindirilərkən ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Yasamal rayon məhkəməsinin xx xxxx 2019-cu il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 213-1.2.1, 213-1.2.2, 213.1.2.3 və 213-1.4-cü maddələri ilə təqsirli bilinərək 01 il 06 ay sınaq müddəti müəyyən edilməklə azadlıqdan məhrum etmə cəzasına şərti məhkum edilmişdir. Qeyd edilən cinayət işinin istintaqı zamanı xx xxxxxx 2018-ci il tarixdən xx xxxxxx 2018-ci il tarixədək həbsdə olmuşdur. 2019-cu ilin ortalarından Bakı şəhəri, Nəsimi rayonu, 2-ci mikrorayonun ərazisində ev heyvanları qidalarının satışı ilə məşğul olmuşdur. 2017-ci ilin təxminən dekabr ayının sonlarından 2018-ci ilin təxminən yanvar ayının ortalarınadək olan müddət ərzində Dövlət Gömrük Komitəsi Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara gömrük postunda yerləşən “Duty free” mağazasında həmin vaxt satış işi ilə məşğul olan Anar adlı şəxsdən hər dəfə təxminən 300-500 karton qutuda olmaqla xatırlamadığı ümumi məbləğ müqabilində Azərbaycan Respublikasına məxsus aksiz markası ilə markalanmayan ümumilikdə təxminən 5000 karton qutunun içərisində olan 924000 qutu “Milano” markalı, 983500 qutu “Cavallo” markalı, 584000 qutu “Kent Nanotek 2.0” markalı və 29000 qutu “X44” markalı siqaretlər alaraq Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən anbara yerləşdirmişdir. 2017-ci ilin dekabr ayının sonlarında barəsində araşdırma aparıldığını bildiyi üçün qeyd edilən siqaretlərin aşkar edilib götürülməsinin qarşısının alınması məqsədi ilə həmin siqaretlərin yerlərini dəyişdirmək qərarına gəlmişdir. Bu məqsədlə 2017-ci ilin dekabr ayının sonları-2018-ci ilin yanvar ayının əvvəllərində tanışı, Masallı rayon sakini Şahid9 ilə görüşərək onun icarəsində olan və Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən anbara çay yükü yığmaq istədiyini demişdir. Şahid9 da aylıq 250 manat məbləğində icarə haqqı müqabilində çay yüklərini icarəsində olan və Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən anbara yığa biləcəyini ona demişdir. Bundan sonra Şahid9 hər hansı rəsmi müqavilə bağlamadan icarəsində olan və Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən anbarı onun istifadəsinə vermişdir. Azərbaycan Respublikasının ərazisində aksiz markası ilə markalanmayan siqaretlərin satışının qanunla qadağan edildiyini bildiyi üçün ümumilikdə təxminən 5000 karton qutuda yerləşdirilmiş 924000 qutu “Milano” markalı, 983500 qutu “Cavallo” markalı, 584000 qutu “Kent Nanotek 2.0” markalı və 29000 qutu “X44” markalı siqaretləri Şahid9 qeyri-rəsmi icarəyə götürdüyü və Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən anbara yerləşdirib bir müddət saxlamaq və qanunla icazə veriləcəyi təqdirdə həmin siqaretləri kiməsə satmaq və ya qanunla icazə veriləcəyi təqdirdə hansısa ölkəyə göndərərək orada satışını həyata keçirmək qərarına gəlmişdir. Bu məqsədlə 2017-ci ilin sonları - 2018-ci ilin yanvar ayının əvvəllərində bir neçə dəfə olmaqla xatırlamadığı və tanımadığı yük maşınları sürücüləri vasitəsi ilə hissə-hissə Azərbaycan Respublikasına məxsus aksiz markası ilə markalanmayan ümumilikdə təxminən 5000 karton qutunun içərisində olan 924000 qutu “Milano” markalı, 983500 qutu “Cavallo” markalı, 584000 qutu “Kent Nanotek 2.0” markalı və 29000 qutu “X44” markalı siqaretləri Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən anbardan götürərək Şahid9 qeyri-rəsmi icarəyə götürdüyü və sahəsi təqribən 500 kvadrat metr olmaqla Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən anbara yığmışdır. Lakin qeyd edilən siqaretlərin satışına qanunla icazə verilmədiyi üçün həmin siqaretləri hər hansı şəxsə və ya şəxslərə sata bilmədiyindən və qanunla icazə verilmədiyi üçün hansısa ölkəyə göndərə bilmədiyindən qeyd edilən siqaretlər Şahid9 qeyri-rəsmi icarəyə götürdüyü və sahəsi təqribən 500 kvadrat metr olmaqla Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən anbarda satışı həyata keçirilmədən qalmışdır. Qeyd edilən siqaretləri Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən, təqribi sahəsi 500 kvadrat metr olan anbarda saxlaması barədə qeyd edilən anbarın icarədarı Şahid9 və mülkiyyətçisi Şahid8 hər hansı məlumat verməmişdir. xx xxxx 2020-ci il tarixdə Dövlət Gömrük Komitəsinin əməkdaşları tərəfindən Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən, təqribi sahəsi 500 kvadrat metr olan anbara onun iştirakı ilə baxış keçirilmiş və baxış zamanı 1848 karton qutunun içərisində Azərbaycan Respublikası aksiz markası ilə markalanmalı olan, lakin belə marka ilə markalanmamış ümumilikdə 924000 qutu “Milano” markalı, 1967 karton qutunun içərisində Azərbaycan Respublikası aksiz markası ilə markalanmalı olan, lakin belə marka ilə markalanmamış ümumilikdə 983500 qutu “Cavallo” markalı, 1168 karton qutunun içərisində Azərbaycan Respublikası aksiz markası ilə markalanmalı olan, lakin belə marka ilə markalanmamış ümumilikdə 584000 qutu “Kent Nanotek 2.0” markalı, 58 karton qutunun içərisində Azərbaycan Respublikası aksiz markası ilə markalanmalı olan, lakin belə marka ilə markalanmamış ümumilikdə 29000 qutu “X44” markalı siqaretlər aşkar edilərək götürülmüşdür. Bununla bağlı protokol tərtib edilmiş və həmin protokolla tanış olub düzgünlüyünü öz imzası ilə təsdiq etmişdir. Qeyd edilən siqaretləri konkret olaraq kimə və ya kimlərə satacağını dəqiqləşdirməmiş və bu barədə hər hansı şəxs və ya şəxslərlə konkret olaraq hər hansı razılığa da gəlməmişdir. Qeyd edilən anbarın icarədarı Şahid9 sözügedən anbara çay yükü yığacağını demişdir. Şahid9 də onun sözlərinin səmimiyyətinə inanmışdır. Aşkar edilərək götürülmüş siqaretləri Anar adlı şəxsdən hər dəfə qəbz əsasında əldə etmişdir. Lakin həmin qəbzlər onda qalmamışdır. Anar adlı şəxs sifariş verdiyi siqaretləri hər dəfə tanımadığı sürücülər vasitəsi ilə Bakı şəhərinə göndərmiş və o, da hər dəfə həmin siqaretləri Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində təhvil alıb anbara yığmışdır. Həmin malların bir hissəsini anbarda yer olmadığı üçün Masallı rayonuna göndərmişdir. Masallı rayonunda saxladığı siqaretlər 2017-ci lin dekabr ayının sonlarında Dövlət Gömrük Komitəsi və Dövlət Təhlükəsiziliyi Xidmətinin əməkdaşları tərəfindən aşkar edilərək götürülmüş və həmin əməlinə görə cinayət məsuliyyətinə cəlb edilərək məhkum olunmuşdur. Lakin Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində əlavə (cild 2,iş vərəqə 120-123) dindirilərkən ifadəsində göstərmişdir ki, ilkin izahatında, şahid, şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində düzgün olmayaraq xx xxxx 2020-ci il tarixdə Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinin əməkdaşları tərəfindən Azərbaycan Respublikası aksiz markası ilə markalanmalı olan, lakin belə marka ilə markalanmamış ümumilikdə 983500 qutu “Cavallo” markalı, 1168 karton qutunun içərisində Azərbaycan Respublikası aksiz markası ilə markalanmalı olan, lakin belə marka ilə markalanmamış ümumilikdə 584000 qutu “Kent Nanotek 2.0” markalı, 58 karton qutunun içərisində Azərbaycan Respublikası aksiz markası ilə markalanmalı olan, lakin belə marka ilə markalanmamış ümumilikdə 29000 qutu “X44” markalı siqaretlər aşkar edilmiş Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən anbarı 2017-ci ilin dekabr ayının sonları-2018-ci ilin yanvar ayının əvvəllərində Şahid9 qeyri-rəsmi icarəyə götürdüyünü bildirmiş və bu yolla məsuliyyətdən yaxa qurtaracağını zənn etmişdir. xx xxxx 2020-ci il tarixdə Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinin əməkdaşları tərəfindən aşkar edilmiş Azərbaycan Respublikası aksiz markası ilə markalanmalı olan, lakin belə marka ilə markalanmamış ümumilikdə 983500 qutu “Cavallo” markalı, 1168 karton qutunun içərisində Azərbaycan Respublikası aksiz markası ilə markalanmalı olan, lakin belə marka ilə markalanmamış ümumilikdə 584000 qutu “Kent Nanotek 2.0” markalı, 58 karton qutunun içərisində Azərbaycan Respublikası aksiz markası ilə markalanmalı olan, lakin belə marka ilə markalanmamış ümumilikdə 29000 qutu “X44” markalı siqaretlər aşkar edilmiş və istifadəsində olmuş Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən anbarı Şahid9 2019-cu ilin təxminən yanvar-fevral ayında qeyri-rəsmi icarəyə götürmüş və həmin vaxtdan etibarən xx xxxx 2020-ci il tarixədək qeyd edilən anbar faktiki olaraq yalnız onun istifadəsində olmuşdur. Azərbaycan Respublikası aksiz markası ilə markalanmalı olan, lakin belə marka ilə markalanmamış ümumilikdə 983500 qutu “Cavallo” markalı, 1168 karton qutunun içərisində Azərbaycan Respublikası aksiz markası ilə markalanmalı olan, lakin belə marka ilə markalanmamış ümumilikdə 584000 qutu “Kent Nanotek 2.0” markalı, 58 karton qutunun içərisində Azərbaycan Respublikası aksiz markası ilə markalanmalı olan, lakin belə marka ilə markalanmamış ümumilikdə 29000 qutu “X44” markalı siqaretləri 2017-ci ilin təxminən dekabr ayının sonlarından 2018-ci ilin təxminən yanvar ayının ortalarınadək olan müddət ərzində X6 almış və qeyd edilən siqaretləri 2019-cu ilin təxminən yanvar-fevral ayınadək olan müddət ərzində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən anbarda saxlamışdır. X16 2017-ci ilin təxminən dekabr ayının sonlarından 2018-ci ilin təxminən yanvar ayının ortalarınadək olan müddət ərzində “X50 Şops LTD” MMC-nin Dövlət Gömrük Komitəsi Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara gömrük postuna yerləşən mağazasında işləməməsi barədə ona bir söz deyilməmişdir. Özünün də bu barədə məlumatı olmamışdır. Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən anbarın kimə məxsus olması və Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsindəki dəqiq ünvanı barədə bir söz demək istəmir. Qeyd edilən siqaretlərin saxlama yerini dəyişməkdə məqsədi həmin siqaretlərin aşkar olunmasının qarşısını almaq olmuşdur. xx xxxx 2020-ci il tarixdə Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinin əməkdaşları tərəfindən istifadəsində olmuş Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən anbardan aşkar edilərək götürülmüş siqaretlərdən başqa hər hansı digər ünvanda Azərbaycan Respublikası aksiz markası ilə markalanmalı olan, lakin belə marka ilə markalanmamış siqaretlər və ya digər mallar saxlamır. “Milano” markalı siqaretin 1 qutusunu təqribən 1 manata, “Cavallo” markalı siqaretin 1 qutusunu təqribən 1 manata, Kent Nanotek 2.0” markalı siqaretin 1 qutusunu təqribən 3 manata və X44” markalı siqaretin 1 qutusunu isə təqribən 5 manata almışdır. Ümumilikdə 924000 qutu “Milano” markalı siqaretə təqribən 924000 manat, ümumilikdə 983500 qutu “Cavallo” markalı siqaretə 983500 manata, ümuimilikdə 584000 qutu “Kent Nanotek 2.0” siqaretə təqribən ******* manat və ümumilikdə 29000 qutu “X44” markalı siqaretə təqribən 145000 manat pul ödəmişdir. Ümumilikdə isə qeyd edilən siqaretlərə təqribən cəmi ******* manat məbləğində pul vermişdir. Qeyd edilən ******* manat məbləğində pul vəsaitinin çox hissəsini son 15 il ərzində ərzində məşğul olduğu müxtəlif növ ticarət hesabına, bir qismini adına çəkmək istəmədiyi qohum və tanışlarından borc olaraq əldə etmişdir. Qeyd edilən şəxslərin kimliyi barədə məlumat vermək istəmir. Həmin şəxslərə sadəcə ticarət məqsədi ilə məşğul olmaq üçün borc vermələrini demiş və konkret olaraq hansı növ malın, o cümlədən siqaret ticarəti ilə məşğul olacağım barədə hər hansı məlumat verməmişdir. Ona görə qeyd edilən şəxslərin ittiham olunduğu cinayətlərin törədilməsinə heç aidiyyatı yoxdur. İzahatında və ifadələrində ev heyvanları qidalarının satışı ilə məşğul olduğunu düzgün göstərsə də, həmin fəaliyyətə başladığı tarixi və həmin fəaliyyətlə məşğul olduğu mağazanın ünvanını düzgün göstərməmişdir. 2018-ci ilin dekabr ayından Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrorayon, 20 Yanvar küçəsində istifadədə olan 0,14 ha torpaq sahəsində yerləşən 1 nömrəli, 5 mərtəbəli binada, 27,73 kvdarat metr yaşayış sahəsindən ibarət 2 otaqlı 92 nömrəli mənzildə yerləşən mağazada qardaşı X9 ilə şərikli qaydada ev heyvanları qidalarının satışı ilə məşğul olur. Qeyd edilən mağazanı mülkiyyətçi X7 icarəyə götürməklə işlətmişlər. İcarə haqqı olaraq olaraq hər ay 300 manat ödəyirlər. Həmin mağaza vergi ödəyicisi kimi onun deyil, qardaşı X3 adına qeydiyyata alınmışdır. Hazırda həbsdə olduğu üçün qeyd edilən mağazanı qardaşı X9 özü tək işlədir. Qeyd edilən mağazanın orta aylıq gəliri təxminən 2000-2500 manat məbləğində təşkil etmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş (cild 2, iş vərəqə 100) iş üzrə Təqsirləndirilən şəxs (VÖEN № **********) tərəfindən xx xxxx 2009-cu il tarixdən xx xxxx 2020-ci il tarixədək olan müddət ərzində idxal və ya ixrac əməliyyatlarının həyata keçirilibkeçirilməməsini müəyyən etmək üçün Dövlət Gömrük Komitəsinin gömrük xidmətinin vahid avtomatlaşdırılmış idarəetmə sisteminə (İAMAS SERVİCE) keçirilmiş xx xxxxxx 2020-ci il tarixli baxış protokolundan görünür ki, fiziki şəxs (fərdi sahibkar) kimi xx xxxx 2009-cu il tarixdən qeydiyyata alınmış Təqsirləndirilən şəxs (VÖEN № **********) tərəfindən xx xxxx 2009-cu il tarixdən xx xxxx 2020-ci il tarixədək olan müddət ərzində hər hansı idxal və ya ixrac əməliyyatları həyata keçirilməmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş (cild 2, iş vərəqə 51) “X50 Şops LTD” MMC-dən daxil olmuş xx xxxx 2020-ci il tarixli, 172 nömrəli məktubdan görünür ki, “X50 Şops LTD” MMC-nin Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara gömrük postunda yerləşən mağazasında X16 xx xxxx 2008-ci il tarixdən əmək müqaviləsinə əsasən mağaza meneceri vəzifəsinə təyin edilmiş, xx xxxx 2017-ci il tarixli, 131/ş saylı əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilərək tutduğu vəzifədən azad edilmişdir. “X50 Şops LTD” MMC malların topdan deyil, pərakəndə satışını həyata keçirir və Təqsirləndirilən şəxs “X50 Şops LTD” MMC-nin mağazalarından mal alışı həyata keçirməmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş (cild 2, iş vərəqə 52, 57) Azərbaycan Respublikasının vətəndaşı X10 anket məlumatlarını və Azərbaycan Respublikasından gediş və Azərbaycan Respublikasına gəliş tarixlərini müəyyən etmək üçün Dövlət Gömrük Komitəsinin gömrük xidmətinin vahid avtomatlaşdırılmış idarəetmə sisteminə (İAMAS SERVİCE) baxış keçirilməsi haqqında xx xxxx 2020-ci il tarixli protokollardan görünür ki, X16 (şəxsiyyət vəsiqəsi AZE №********) xx xxxxxx 1975-ci il tarixdə Bakı şəhərində doğulmuş, ünvan 3 ünvanında qeydiyyatda olmuş, xx xxxxxx 2018-ci il tarixdə ölmüşdür. Anket məlumatları “X16” olan digər şəxs müəyyən edilməmişdir. X16 xx xxxxxxx 2002-ci il tarixdən xx xxxxxx 2017-ci il tarixədək Azərbaycan Respublikasından müxtəlif ölkələrə getmiş və həmin ölkələrdən Azərbaycan Respublikasına geri qayıtmış, sonuncu dəfə xx xxxxxx 2017-ci il tarixdə, saat 16:06-da “Bakı Aeroportu” sərhəd nəzarət məntəqəsi vasitəsi ilə Azərbaycan Respublikasından Türkiyə Respublikasına getmiş, xx xxx 2018-ci il tarixdə həmin sərhəd nəzarət məntəqəsi vasitəsi ilə Azərbaycan Respublikasına geri qayıtmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş (cild 2, iş vərəqə 54-55) fotoşəkillər əsasında şəxsin tanınması haqqında xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, tanıyan şəxs qismində çıxış edən iş üzrə Təqsirləndirilən şəxs ilkin izahatında və ifadələrində göstərdiyi xx xxxx 2020-ci il tarixdə Dövlət Gömrük Komitəsi Əməliyyat- İstintaq Baş İdarəsinin əməkdaşları tərəfindən istifadəsində olmuş Abşeron rayon, Aşağı Güzdək qəsəbəsində yerləşən anbardan aşkar edilərək götürülmüş Azərbaycan Respublikası aksiz markası ilə markalanmalı olan, lakin belə marka ilə markalanmamış külli miqdarda “Milano”, “Cavallo”, “Kent Nanotek 2.0” və “X40” markalı siqaretləri satın aldığı şəxs kimi qeyd etdiyi Anar adlı şəxsin xx xxxxxx 1975-ci il tarixdə Bakı şəhərində doğulmuş, ünvan 3 ünvanında qeydiyyatda olmuş, xx xxxxxx 2018-ci il tarixdə ölmüş X16 olduğu müəyyən edilmişdir. Lakin Təqsirləndirilən şəxs istər ibtidai istintaq zamanı, istərsə də məhkəmə baxışı zamanı ifadələrində göstərmişdir ki, Abşeron rayon, Aşağı Güzdək qəsəbəsində yerləşən anbardan aşkar edilərək götürülmüş aksiz markası ilə markalanmamış “Milano”, “Cavallo”, “Kent Nanotek 2.0” və “X40” markalı siqaretləri 2017-ci ilin təxminən dekabr ayının sonlarından 2018-ci ilin təxminən yanvar ayının ortalarınadək olan müddət ərzində Dövlət Gömrük Komitəsi Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara gömrük postunda yerləşən “Duty free” mağazasında həmin vaxt satış işi ilə məşğul olan Anar adlı şəxsdən hər dəfə təxminən 300-500 karton qutuda olmaqla almışdır. Halbuki, Təqsirləndirilən şəxs fotoşəkillər əsasında şəxsin tanıdığıAnar adl, X16 “X50 Şops LTD” MMC-nin Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara gömrük postunda yerləşən mağazasından xx xxxx 2017-ci il tarixdə tutduğu vəzifəsindən azad edilmiş, xx xxxxxx 2017-ci il tarixdən xx xxx 2018-ci il tarixə qədər isə Türkiyə Respublikasında olmuşdur. Həmçinin Təqsirləndirilən şəxs “X50 Şops LTD” MMC-nin mağazalarından mal alışı həyata keçirməsi müəyyən edilməmişdir. Bundan başqa, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ-dən daxil olmuş tələbnamədən və Bakı şəhər Yasamal rayon məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 1(004)-36/2019 nömrəli hökmündən (cild 1, iş vərəqə 78, 97-111) görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 213-1.2.1, 213-1.2.2, 213-1.1.2.3, 213-1.4-cü maddələrinə əsasən 01 il 06 ay şərti sınaq müddəti olmaqla, 02 il 02 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Belə ki, həmin hökmlə müəyyən edilir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin əməkdaşları tərəfindən xx xxxxxx 2017-ci il tarixdə aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində aşkar olunaraq götürülmüş 1 ədədinin dəyəri 4 manat olmaqla, 800 manat dəyərində 20 qutu “X45”, 1 ədədinin dəyəri 2,5 manat olmaqla, 3400 manat dəyərində 1360 qutu “Kent White”, 1 ədədinin dəyəri 1,50 manat olmaqla, 4500 manat dəyərində 3000 qutu “Cavallo by Tony Frank”, 1 ədədinin dəyəri 2,5 manat olmaqla, 7350 manat dəyərində 2940 qutu “Kent Silver” markalı külli miqdarda, cəmi 7500 qutu, ümumi dəyəri 16050 manat təşkil edən aksiz markası ilə markalanmalı olan tütün məmulatlarını belə marka olmadan X14 ilə qabaqcadan əlbir olan cinayət əlaqəsinə girərək istintaqa məlum olmayan mənbədən dəyərini nağd qaydada ödəməklə əldə edərək 2017-ci il ərzində X4 nağd qaydada satmışdır. Bundan başqa, İlkin X1 məxsus Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Atçılıq massivində yerləşən fərdi yaşayış evində Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən xx xxxxxx 2017-ci il tarixdə aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində aşkar olunaraq götürülmüş “Cavallo by Tony Frank”, “Cavallo by Gino Ferrara” “Cavallo”, “Cavallo Pure”, “Kent White”, “The King”, “Manchester”, “Kent HD”, “Manchester”, “Omega Moonlight”, “Omega Midnight”, “X46”, “Cavallo Play”, “Alster Blue”, “Alster Black”, “Milano”, “Lips”, “Kent Silver”, “Esse”, “Gold Mount”, “Cavallo”, “Continent”, “Mac”, “Legate”, “Kent White”, “Kent Silver”, “Monus”, “Corset”, “RC Rich Club”, “Merilyn”, “X47”, “Oscar”, “Senator”, “Omega”, “Cavallo Play”, “Senator”, “Mond”, “Dunhill”, “Captain Black”, “Marlboro”, “Continent”, “Vogue”, “DE Santis” markalı külli miqdarda, cəmi 407970 qutu, ümumi dəyəri 751202,70 manat təşkil edən aksiz markası markalanmalı olan tütün məmulatlarını belə marka olmadan X14, X11 və X15 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək istintaqa məlum olmayan mənbədən dəyərini nağd qaydada ödəməklə əldə edərək 2017-ci il ərzində X12 və X13 nağd qaydada satmaqla təkrar cinayət əməli törətmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs Departamentin İqtisadi sahədə mütəşəkkil cinayətkarlığa qarşı mübarizə idarəsindən daxil olmuş əməliyyat məlumatı əsasında X5 məxsus Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Atçılıq massivində yerləşən fərdi yaşayış evində xx xxx 2018-ci il tarixdə aparılmış axtarış və götürmə istintaq hərəkəti zamanı aşkar olunaraq götürülmüş “Cavallo Pure”, “Cavallo Ocean”, “X32”, “X33”, “X34”, “X41”, “X27”, “X22”, “Marlboro”, “X23”, “X28”, “X24”, “X35”, “X17”, “X42”, “X48”, “Kent”, “Kent Silver”, “X47”, “X29”, “X43”, “X30 Tobacco”, “X36 Aroma”, “Senator Winegrape”, “Alster”, qırmızı, boz və qara rəngli “GM Grand Mark”, “X49”, “Mond”, “Merilyn”, “Monus Gray”, “King”, “Vogue Frisson”, “Corset”, “LD Club Platinium” markalı, külli miqdarda, cəmi 40672 qutu, ümumi dəyəri 86175 manat təşkil edən aksiz markası markalanmalı olan tütün məmulatlarını belə marka olmadan X14, X11 və X15 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək istintaqa məlum olmayan mənbədən dəyərini nağd qaydada ödəməklə əldə edərək 2017-ci ilin yay aylarının əvvəllərində X12 və X13 nağd qaydada satmaqla təkrar cinayət əməli törətmişdir. Dövlət Təhlükəsizliyi Xidmətinin inzibati binasına saxlanca verilmiş qeyd edilən tütün məmulatlarının ekspertiza tədqiqatından sonrakı qalıqlarının hökm qanuni qüvvəsini aldıqdan sonra dövlət nəfinə müsadirə edilməsi qərara alınmışdır. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməmiş və həmin hökm qanuni qüvvəyə minmişdir. Beləliklə, məhkəmə istintaqında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 213-1.2.1 və 213-1.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi, onun həmin əməlləri törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir, onun əməllərinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur, ona qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs ailəli olmasını və himayəsində iki azyaşlı uşağının olmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Cinayət işinin 01-ci cildinin 78-ci və 97-111-ci vərəqlərində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya idarəsinin əməliyyat yoxlaması haqqında tələbnaməsindən və Yasamal rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 1(004)-36/2019 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213-1.2.1, 213-1.2.2, 213-1.2.3 və 213.1.4-cü maddələri ilə təqsirli bilinib 02 (iki) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzası 01 il 06 ay müddətinə sınaq müddəti müəyyən olunmaqla şərti olaraq tətbiq edilmişdir. Hökm xx.xx.2019-cu il tarixdə qanuni qüvvəyə minmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs əvvəllər qəsdən az ağır cinayət törətməyə görə şərti cəzaya məhkum olunmuş və sınaq müddəti başa çatmadan, həmçinin məhkumluğu götürülmədən və ya ödənilmədən qəsdən ağır cinayət törətmişdir. Ona görə də o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.1-ci maddəsinə əsasən məhkumluğu ödənilməmiş şəxs hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.5-ci maddəsinə əsasən, şərti məhkum edilmiş şəxs sınaq müdddətində qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə şərti məhkum etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edilir. Belə olan halda Təqsirləndirilən şəxs sınaq müddəti ərzində qəsdən ağır cinayət törətdiyindən barəsində olan və yuxarıda qeyd edilən hökm üzrə şərti məhkum etmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.5-ci maddəsinə əsasən ləğv olunmalı, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin tələbinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Göründüyü kimi Təqsirləndirilən şəxs əvvəllər qəsdən cinayət törətməyə görə məhkum olunmuş və onun yenidən qəsdən ağır cinayət törətməsi cinayətin residivini yaradır. Məhkəmə cinayətin residvini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2 maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs ayrı-ayrılıqda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 213-1.2.1, 213-1.2.3-cü maddələrinin sanksiyalarında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli,Yasamal rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 1(004)-36/2019 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş şərti məhkum etmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.5-ci maddəsinə əsasən ləğv edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən, Yasamal rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 1(004)-36/2019 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş 02 (iki) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası hazırki hökm üzrə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməklə ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 158.6-cı maddəsinin tələblərinə uyğun olaraq cinayət işi üzrə icraatın aparılması zamanı həbsdə saxlama müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın əvvəli xx xxxx 2020-ci il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həmdə başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq cəza ilə cəzanın məqsədini təmin etmək mümkündür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Cinayət Məcəlləsinin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin, şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlərin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.2-ci maddəsinə əsasən, şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər, həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi isə dövlət nəfinə keçirilməlidir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi “Azərterminalkompleks” Birliyinin anbarında saxlanılan Azərbaycan Respublikası aksiz markası ilə markalanmalı olan, lakin belə marka ilə markalanmamış ekspertiza tədqiqatından sonra qalıq sayı 923900 qutu olan “Milano” markalı, ekspertiza tədqiqatından sonra qalıq sayı 983400 qutu olan “Cavallo” markalı, ekspertiza tədqiqatından sonra qalıq sayı 583900 qutu olan “Kent Nanotek 2.0” markalı, ekspertiza tədqiqatından sonra qalıq sayı 28900 qutu olan “X44” markalı siqaretlər (tütün məmulatları) hökm qanuni qüvvəsini aldıqdan sonra dövlət nəfinə müsadirə edilməlidir. Məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı keçirilmiş ekspertiza xərci ilə əlaqədar Təqsirləndirilən şəxs 50 (əlli) manat məbləğində məhkəmə məsrəfi tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 213- 1.2.1, 213-1.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-c maddəsi ilə 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213-1.2.1, 213-1.2.3-cü maddələri ilə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzalar qismən toplanılsın və ona 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.5-ci maddəsinə əsasən Yasamal rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 1(004)-36/2019 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş şərti məhkum etmə ləğv edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən, Yasamal rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 1(004)-36/2019 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş 02 (iki) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası hazırki hökm üzrə təyin edilmiş 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilsin və ona qəti olaraq 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müdddətinin əvvəli xx xxxx 2020-ci il tarixdən hesab olunsun. Barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi “Azərterminalkompleks” Birliyinin anbarında saxlanılan Azərbaycan Respublikası aksiz markası ilə markalanmalı olan, lakin belə marka ilə markalanmamış ekspertiza tədqiqatından sonra qalıq sayı 923900 qutu olan “Milano” markalı, ekspertiza tədqiqatından sonra qalıq sayı 983400 qutu olan “Cavallo” markalı, ekspertiza tədqiqatından sonra qalıq sayı 583900 qutu olan “Kent Nanotek 2.0” markalı, ekspertiza tədqiqatından sonra qalıq sayı 28900 qutu olan “X44” markalı siqaretlər (tütün məmulatları) hökm qanuni qüvvəsini aldıqdan sonra dövlət nəfinə müsadirə edilsin. İbtidai istintaq zamanı keçirilmiş ekspertiza xərci ilə əlaqədar Təqsirləndirilən şəxs 50 (əlli) manat məbləğində məhkəmə məsrəfi tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-375/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-375/2021
09.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver