Məhkəmə qərarları › İş №1(101)-375/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-375/2022

24.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-375/2022 24.02.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Cavid İbadulla oğlu və Mahmudov İlham Ağa oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2 və X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin prokurorları, ədliyyə müşaviri Dövlət ittihamçısı3, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı1 və kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs və müdafiəçi - "Verdiktum" Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1981-ci ildə Masallı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 ev 34, mənzil 23-də yaşamış, 31 iyul 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 01 avqust 2021-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini əldə edib satmaq məqsədi ilə məlum olmayan özünü İran İslam Respublikasının vətəndaşı kimi təqdim etmiş “Məhəmməd” adlı şəxslə əlbir olub cinayət əlaqəsinə girərək, 30 iyul 2021-ci il tarixdə əvvəlcədən aralarında olan razılaşmaya əsasən istifadəsində olan “Samsung” markalı mobil telefonun “votsap” proqramından istifadə edib «Məhəmməd» adlı şəxslə əlaqə yaradaraq, sonuncunun kart hesabına “MilliÖn” aparatı vasitəsi ilə 120 manat pul ödədikdən sonra saat 16 radələrində Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, S.S.Axundov küçəsi, 319 üvanında yerləşən “İnqilab” kinoteatrının yaxınlığına gedərək, orada yolun kənarında əkilmiş ağacın dibindəki otluq sahədə “Məhəmməd” adlı şəxs tərəfindən gizlədilmiş külli miqdarda - təmiz çəkisi 5,088 qram təşkil edən narkotik vasitə heroini satış məqsədi ilə qanunsuz olaraq əldə etdikdən sonra üzərində saxlayaraq daşımış, 31 iyul 2021-ci il tarixdə saat 03:20 radələrində Binəqədi rayon Polis idarəsi 4-cü Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində o, ünvan 3 ünvanında yerləşən “Mələk” şadlıq sarayının yaxınlığında saxlanılaraq, Binəqədi RPİ 4-cü Polis şöbəsinə gətirilmiş və saat 05:00-da şöbənin inzibati binasında üzərində keçirilən şəxsi axtarış zamanı əynindəki tünd göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf selofana bükülmüş külli miqdarda - təmiz çəkisi 5,088 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında dindirilən Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, onun bədənində ağrılar olduğu üçün təxminən il yarımdır narkotik vasitələrdən istifadə edir. 31 iyul 2021-ci il tarixdə saat 17 radələrində polis əməkdaşları onu «Azadlıq» metrostansiyasının yaxınlığında saxlamışlar. Həmin yerə gəlməmişdən qabaq o, “İstanbul» klinikasının yanından Məhəmmədin ona dediyi yerdən narkotik vasitəni özü üçün götürmüş, narkotikin ödəməsini «milliön» aparatı vasitəsilə etmişdir. Əldə etdiyi narkotik bir bükümdə, çəkisi isə 5 qram olmuş, narkotikə görə 120 manat pul ödəmişdir. Məhəmmədin nömrəsini ona çoxdan tanımadığı bir şəxs vermişdir. Həmin gün o, rayona getməyi planlaşdırmış, ödəməni saat 11 radələrində etmiş, narkotiki isə saat 17 radələrində qoyulduğu yerdən götürmüşdür. Polis işçiləri tərəfindən saxlanılarkən onun mobil telefonu da götürülmüş və polis əməkdaşları telefonunda olan «sms»lərə də baxmışlar. Həmin gün əldə etdiyi 5 qram narkotik vasitə onun təxminən bir həftəlik norması olmuşdur. İfadələri arasında ziddiyətlər olduğuna görə məhkəmə iclasında təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olundu. Həmin ifadəsində Təqsirləndirilən şəxs göstərmişdir ki, təxminən il yarımdır o, el arasında “kakos” adlanan narkotik vasitə heroin qəbul edir. İstifadə etdiyi narkotik vasitələri müxtəlif mənbələrdən əldə etmişdir. Sonuncu dəfə 30 iyul 2021-ci il tarixdə səhər təxminən 11 radələrində narkotik vasitə heroin almaq üçün onlayn vasitəsi ilə sosial şəbəkələrdən tanış olduğu, özünü İran İslam Respublikasının Məhəmməd adlı vətəndaşı kimi təqdim etmiş, istifadəsində +**********11 nömrəli mobil telefonu olan şəxslə istifadəsində olan “Samsung" markalı mobil telefonun votsap proqramından istifadə edib, onunla əlaqə yaradaraq 120 manatlıq el arasında “kakos” kimi adlanan narkotik vasitə heroin almaq istədiyini Məhəmmədə bildirmişdir. Məhəmmədlə razılığa gələndən sonra sonuncunun kart hesabına “Milli Ön” aparatı vasitəsi ilə 120 manat pul köçürmüşdür. Pulu köçürəndən sonra Məhəmməd ona demişdir ki, həmin gün Binəqədi rayonu 7-ci mkr-da yerləşən “İnqilab” kinoteatrının yaxınlığında yol kənarında əkilmiş ağacın dibindən içərisində narkotik vasitə olan bir bükümü götürsün. O da, Məhəmmədin dediyi kimi həmin gün təxminən saat 16 radələrində Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mkr-da yerləşən “İnqilab” kinoteatrının yaxınlığına gedərək orada yolun kənarına əkilmiş ağacın dibindəki otluq sahədən Məhəmmədin dediyi narkotik vasitə heroini bir ədəd şəffaf selofan bükümdə götürüb əynindəki tünd göy rəngli çins şalvarının sağ yan cibinə qoyub öz şəxsi istifadəsi üçün üzərində saxlamışdır. 31 iyul 2021-ci il tarixdə geçə saat 03:20-də Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsində yerləşən “Mələk” şadlıq sarayının qarşısında olarkən iki nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq, polis əməkdaşları olduqlarını bildirmişlər. Bundan sonra polis əməkdaşları onun qanunsuz narkotik vasitə əldə etməkdə və üzərində saxlamaqda şübhəli olduğunu bildirərək onu 4-cü Polis şöbəsinə dəvət etmişlər. O, polis əməkdaşları ilə birlikdə 4-cü PŞ-nə getmiş, orada hüquqlarını müdafiə etmək üçün dövlət hesabına müdafiəçi dəvət edilmiş, müdafiəçinin iştirakı ilə hüquq və vəzifələri ona izah edilmiş və videoçəkiliş aparılmaqla üzərinə şəxsi axtarış aparılaçağı ona deyilmişdir. Onun öz razılığı ilə müdafiəçinin iştirakı olmadan videoçəkiliş aparılmaqla onun üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı o, könüllü olaraq əynindəki tünd göy rəngli cins şalvarının sağ yan cibində saxladığı içində el arasında “kakos” adlanan narkotik vasitə heroinin olduğu bir ədəd şəffaf selofan bükülünü və həmin şalvarının sol yan cibində olan “Samsung” markalı mobil telefonu masanın üzərinə qoymuşdur. Bundan sonra təhqiqatçı tərəfindən onun təqdim etdiyi bir ədəd şəffaf selofan büküm və bir ədəd Samsung markalı mobil telefon ayrı-ayrı zərflərə qoyularaq qablaşdıırılmış və möhürlə möhürlənərək götürülmüşdür. Hər iki zərfin üzərinə şəxsi axtarışda iştirak etmiş şəxslər, o cümlədən, onun tərəfindən imza edilmişdir. Bundan sonra təhqiqatçə tərəfindən şəxsi axtarışın aparılması barədə protokol tərtib edilmiş, həmin protokol da şəxsi axtarışda iştirak etmiş şəxslər tərəfindən, o cümlədən, onun tərəfindən imzalanmışdır. Şəxsi axtarış zamanı tərəfindən könüllü olaraq təqdim edilmiş bir büküm narkotik vasitə heroini o, satış məqsədi ilə deyil, şəxsi istifadəsi üçün əldə etmişdir (cild 1, iş vərəqi 155-157). Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Binəqədi rayon Polis idarəsi 4-cü Polis şöbəsinin cinayət axtarışı üzrə əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, 31 iyul 2021-ci il tarixdə Təqsirləndirilən şəxs Binəqədi rayonu ərazisində qanunsuz olaraq narkotik vasitə gəzdirməsi, istifadə etməsi və saxlaması barədə mötəbər mənbədən əməliyyat məlumatı daxil olmuşdur. Məlumat əsasında Təqsirləndirilən şəxs müəyyən edilib ifşa olunması istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmış və onun rəhbərliyi ilə əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupuna Binəqədi RPİ 4-cü Polis şöbəsinin əməliyyat müvəkkili Emil Haçızadə də daxil edilmişdir. Onlar 2021-ci il iyul ayının 30-dan 31-nə keçən gecə Binəqədi rayonu, Azadlıq prospekti, “Mələk” şadlıq sarayının ətrafına getmişlər. Təxminən saat 03:20 radələrində “Mələk” şadlıq sarayının qarşısında onlar alınmış məlumatda göstərilmiş Təqsirləndirilən şəxs əlamətlərinə oxşar şəxsi görüb həmin şəxsi saxlamışlar. Saxlanılan şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Onlar Təqsirləndirilən şəxs qanunsuz narkotik vasitələrin əldə edilərək üzərində gəzdirməsi barədə daxil olmuş məlumatla bağlı saxlanıldığını izah edərək onu Binəqədi RPİ-nin 4-cü Polis şöbəsinə gətirmişlər. Polis şöbəsində təhqiqatçı tərəfindən vəkil dəvət edilmiş, Təqsirləndirilən şəxs vəkilin iştirakı ilə şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra şöbədə təhqiqatçının xidməti otağında Təqsirləndirilən şəxs öz razılığı ilə müdafiəçisinin iştirakı olmadan onların iştirakı ilə videoçəkiliş apanlmaqla şəxsi axtarış aparılmışdır. Bu zaman Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən şəffaf rəngli selofanda olan bükülünü təqdim edərək, həmin bükümdə “kakos” adlanan narkotik maddə heroin olduğunu, narkotiki İran vətəndaşı kimi özünü təqdim etmiş Məhəmməd adlı şəxsin dediyi Binəqədi rayonu 7-ci mikrorayon ərazisindən götürdüyünü və şəxsi istifadəsi məqsədi ilə üzərində saxladığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın cibindən “Samsung” markalı mobil telefonunu da təqdim etmişdir. Sonra onun şəxsi axtarışı keçirilmiş, lakin üzərindən başqa qanunsuz əşyalar aşkar edilməmişdir. Bundan sonra təhqiqatçı tərəfindən aşkar edilmiş narkotik vasitə və Təqsirləndirilən şəxs məxsus “Samsung” markalı mobil telefon ayrı-ayrı kağız zərflərə qablaşdırılıb götürülmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Binəqədi RPİ 4-cü Polis şöbəsinin əməliyyat müvəkkili Şahid2 şübhəli şəxs Təqsirləndirilən şəxs müəyyən edilərək saxlanılması və üzərində şəxsi axtarış keçirilməsi ilə əlaqədar təşkil olunmuş əməliyyat qrupunun üzvü olduğunu bildirərək, həmkarı Şahid1 məhkəmədə verdiyi ifadəsi ilə oxşar məzmunlu ifadə verdi. Məhkəmə kollegiyası iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarına əlavə edilmiş 31 iyul 2021-ci il tarixli şəxsi axtarış və götürmə protokoluna görə, Təqsirləndirilən şəxs tərəfindən könüllü olaraq əynindəki tünd göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf selofanda bükümü çıxararaq masanın üzərinə qoymuş, Təqsirləndirilən şəxs təqdim etdiyi həmin bükülünün içərisində narkotik vasitə heroin olduğunu bildirmişdir. Təqdim edilmiş bir ədəd şəffaf selofan bükülü kağız zərfə qablaşdırılaraq DİN-in zərflər üçün nəzərdə tutulmuş 173 nömrəli möhürü ilə möhürlənmişdir (cild 1, iş vərəqi 29-30). Cinayət işində olan 01 avqust 2021-ci il tarixli şəxsi axtarışın videogörüntüsünə baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs üzərində keçirilmiş şəxsi axtarışda Binəqədi RPİnin ekspert kriminalisti, polis mayoru X3, Binəqədi RPİ 4-cü Polis şöbəsinin əməliyyat müvəkkillərii, polis baş leytenantları Şahid1 və Şahid2 iştirak etmişlər. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim edilməsi təklif edilərkən, Təqsirləndirilən şəxs əynindəki tünd göy rəngli cins şalvarın sağ yan cibindən şəffaf rəngli selofana bükülmüş və izolasiya lenti ilə bağlanmış üzərində “6 K» sözləri yazılmış bükülünü təqdim edərək, həmin bükümdəki maddənin narkotik maddə "kakos” olduğunu və İran İslam Respublikasının vətəndaşı olan Məhəmməd kimi tanıdığı şəxsin dediyi Binəqədi rayonu 7-ci mkr ərazisindən götürdüyünü və şəxsi istifadəsi məqsədi ilə üzərində saxlayıb gəzdirdiyini bildirir. Daha sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sol yan cibindən “Samsung” markalı mobil telefonunu təqdim edir. Bundan sonra təhqiqatçı tərəfindən bir ədəd bükülüdəki qəhvəyi rəngli toz şəklində heroinə bənzər kütlə və Təqsirləndirilən şəxs məxsus “Samsung” markalı mobil telefon təhqiqatçı tərəfindən ayrı-ayrı kağız zərflərə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 173 saylı möhürü ilə möhürlənir və hər bir iştirakçı, o cümlədən Təqsirləndirilən şəxs tərəfindən imzalanır (cild 1, iş vərəqi 90-92). Məhkəmə-kimyəvi ekspertizasının 31 iyul 2021-ci il tarixli 6/3202 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən götürülmüş bir ədəd selofan bükümdə təmiz çəkisi 5,088 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Heroinin təmiz çəkisi 5,088 qram olmuş, tədqiqata 0,05 qram sərf edilmiş, qalıq qalan narkotik vasitənin çəkisi 5,038 qramdır (cild 1, iş vərəqi 39-40). Məhkəmə-narkolojı ekspertizasının 27 avqust 2021-ci il tarixli 3105 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin birgə qəbulu nəticəsində aslılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar, onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqi 125-126). Ambulator məhkəmə-psixiatrik ekspertizasının 01 noyabr 2021-ci il tarixli 2554 saylı rəyinə görə, Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və ya əməlini idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. O, hal-hazırda da öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və öz əməlini idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Onun əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür (cild 1, iş vərəqi 128-129). Bakı şəhəri, Binəqədi rayon məhkəməsinin 31 iyul 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs ətrafında həmin tarixdə Binəqədi RPİ 4-cü Polis şöbəsi tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri qanunauyğun hesab edilmişdir (cild 1, iş vərəqi 47). İbtidai istintaq orqanının 31.07.2021-ci il və 11.11.2021-ci il tarixli qərarları ilə şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs götürülmüş bir bükümdə təmiz çəkisi 5,088 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroinin tədqiqatdan sonra qalıq qalan və hazırda Bakı şəhəri, Binəqədi RPİ-də saxlanılan 5,038 qram hissəsi iş üzrə maddi sübut kimi tanınmışdır. Həmçinin Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı çəkilmiş videogörüntülərin əks olunduğu bir ədəd disk də maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir (cild 1, iş vərəqi 53-54, 130-138). Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya idarəsindən alınmış 07 avqust 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə həmin idarənin əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur (cild 1, iş vərəqi 100). Məhkəmə iclasında Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək, əldə etdiyi külli miqdarda narkotik vasitəni öz şəxsi istifadəsi üçün aldığını, həmin narkotik vasitəni satmaq məqsədinin olmadığını bildirərək öz müdafiəsi üçün dəlillər gətirdi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarının 9-cu bəndində məhkəmələrə tövsiyyə olunur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə kollegiyası yuxarıda sadalanan çoxsaylı sübutlarla təkzib olunduğuna görə təqsirləndirilən şəxsin məhkəmədə gətirdiyi dəlilləri onun öz məsuliyyətini yüngülləşdirmək üçün seçdiyi müdafiə taktikası kimi qiymətləndirir. Şərh olunanlara və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayətdir, təsnifatına görə ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən, qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən, şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilmədi. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs münasibətdə Azərbaycan Respublikası CM-nin 59 və 61-ci maddələrində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunan müddəaları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli 31 iyul 2021-ci il tarixdən hesablanmalı, həmçinin həmin tarixdən başlayaraq onun həbsdə saxlanıldığı bütün müddət təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Belə ki, iş materiallarına əsasən Təqsirləndirilən şəxs həmin tarixdə Bakı şəhəri, Binəqədi RPİ 4-cü Polis şöbəsinin əməkdaşları tərəfindən tutulmuş, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 01 avqust 2021-ci il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş və həmin vaxtdan hal-hazıra qədər həbsdə saxlanılır. Eyni zamanda, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.4 və 132.1.6-cı maddələrinin tələblərinə əsasən, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, həmçinin maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Qeyd olunan müddəalara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə maddi sübutlar şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs götürülmüş bir bükümdə təmiz çəkisi 5,088 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroinin ekspertiza tədqiqatından sonra qalıq qalan və hazırda Bakı şəhəri, Binəqədi RPİ-də saxlanılan 5,038 qram hissəsi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, həmçinin Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı çəkilmiş videogörüntülərin əks olunduğu bir ədəd DVD formatlı disk cinayət işində saxlanılmalıdır. Cinayət işi üzrə ibtidai araşdırma zamanı keçirilmiş ekspertiza tədqiqatı 65 (altmış beş) manat 82 qəpik dəyərində qiymətləndirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Bu səbəbdən, məhkəmə məsrəfləri hesab edilən 65 (altmış beş) manat 82 qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülməlidir. Məhkəmə kollegiyası məhkəmə-narkoloji ekspertizasının 27 avqust 2021-ci il tarixli 3105 saylı rəyini əsas tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs opioidlərin birgə qəbulu nəticəsində aslılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunsa da, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmaması, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı olmadığından, onun barəsində tibbi xarakterli məcburi tədbir təyin edilməməli, bununla belə, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. İş üzrə mülki iddia verilməməsi və əmlak üzərinə həbs qoyulmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 31 iyul 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməsin, o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə Bakı şəhəri, Binəqədi RPİ-də saxlanılan maddi sübut: - Təqsirləndirilən şəxs üzərindən götürülmüş bir ədəd bükümdə təmiz çəkisi 5,088 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroinin ekspertiza tədqiqatından sonra qalıq qalmış 5,038 qram hissəsi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin; - Təqsirləndirilən şəxs şəxsi axtarışı zamanı çəkilmiş videogörüntülərin olduğu bir ədəd DVD formatlı disk cinayət işində saxlanılsın. Məhkəmə məsrəfləri hesab edilən 65 (altmış beş) manat 82 qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülsün. İş üzrə mülki iddia verilməməsi və əmlak üzərinə həbs qoyulmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Eldar İsmayılov Hakimlər Cavid Hüseynov İlham Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar