Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-375/2023 08.02.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məcidov Azad Əli Ağa oğlunun sədrliyi, hakimlər Ağayev Zeynal Qurban oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X8, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, tərcüməçilər – X4 və X5, müdafiəçilər - Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 5 saylı vəkil bürosunun vəkilləri Müdafiəçi2, Müdafiəçi1 və 20 saylı vəkil bürosunun vəkili X2 iştirakları ilə, xx xxxxxx 1990-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi qaydada sahibkarlıq fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan təbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə, xx xxx 1990-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, "xxxx" MMC-də ofisiant işləyən, əvvəllər məhkum olunmamış, ünvan 3 ünvanında qeydiyyatda olmaqla, ünvan 4vanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs2 ilə qaqbaqcadan əlbir olan bir qrup şəxs halında dəyəri xeyli miqdar təşkil edən qızıl zinət əşyalarını Azərbaycan Respublikasının gömrük sərhədindən, bəyan etməməklə, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmişlər. Belə ki, Təqsirləndirilən şəxs1 2022-ci ilin fevral ayının əvvəlində Bakı şəhərində Azərbaycan Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək dəyəri xeyli miqdar təşkil edən qızıl zinət əşyalarını Azərbaycan Respublikasının gömrük sərhədindən, bəyan etməməklə, qaçaqmalçılıq yolu ilə keçirmək barədə qabaqcadan razılığa gəlmiş, əldə edilmiş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq qızıl zinət əşyalarını öz aralarında bölərək 5 ədəd 750 əyarlı qızıldan hazırlanmış, 11,10 qram çəkidə, 888 manat dəyərində məmulat hissəsini və 750 və 585 əyarlı qızıldan hazırlanmış, üzərində sarı rəngli qiymətli qaşlara aid olmayan qaş və 369 ədəd 0,020 karatlıq brilyant qaş olan, 46,14 qram çəkidə, 6892 manat dəyərində üzük-sırğa-kulon dəstini özü ilə daşıdığı , üzərində “Armani Exchange” yazılmış əl çantasının içərisində olan sellofan paketdə, həmin dəstə aid olan, 750 və 585 əyarlı qızıldan hazırlanmış, üzərində sarı rəngli qiymətli qaşlara aid olmayan qaş və 43 ədəd 0,047 karat və 52 ədəd 0,038 karatlıq brilyant qaş olan, 33,83 qram çəkidə 4205 manat dəyərində bilərziyi cinayətkar qrupun üzvü Təqsirləndirilən şəxs2 sol qolunda, 750 əyarlı qızıldan hazırlanmış, üzərində qırmızı rəngli qiymətli qaşlara aid olmayan qaş və 122 ədəd 0,045 karat və 156 ədəd 0,009 karatlıq brilyant qaş olan, 30,18 qram çəkidə, 5358 manat dəyərində sırğa cütünü o, müşayiət etdiyi baqaj yükündəki üzərində “Gucci” yazılmış çamadanın içərisindəki şalvarın cibindəki sellofan paketdə, həmin sırğa ilə eyni dəstə aid olan 750 əyarlı qızıldan hazırlanmış, üzərində qırmızı rəngli qiymətli qaşlara aid olmayan qaş və 52 ədəd 0,046 karat, 344 ədəd 0,033 karat və 510 ədəd 0,005 karatlıq brilyant qaş olan, 15387 manat dəyərində kolyeni Təqsirləndirilən şəxs2 boynunda, 750 və 585 əyarlı qızıldan hazırlanmış, üzərində 1 ədəd 0,195 karat, 14 ədəd 0,090 karat, 20 ədəd 0,040 karat və 55 ədəd 0,014 karatlıq brilyant qaş olan, 19,26 qram çəkidə, 3415 manat dəyərində üzük və 750 və 585 əyarlı qızıldan hazırlanmış, üzərində 1 ədəd 0,100 karat, 32 ədəd 0,067 karat, 10 ədəd 0,047 karat və 14 ədəd 0,024 karatlıq brilyant qaş olan, 17,32 qram çəkidə, 3342 manat dəyərində kulonu o, müşayiət etdiyi baqaj yükündə olan üzərində “Gucci” yazılmış çamadandakı sellofan paketin içərisində, həmin kulonla eyni dəstə aid olan, 750 və 585 əyarlı qızıldan hazırlanmış, üzərində 13 ədəd 0,270 karat və 130 ədəd 0,029 karatlıq brilyant qaş olan, 33,31 qram çəkidə, 10150 manat dəyərində yaxa sancağını Təqsirləndirilən şəxs2 əynindəki gödəkçənin cibindəki pul kisəsində, qeyd edilən kulon və sancaqla eyni dəstə aid olan 750 və 585 əyarlı qızıldan hazırlanmış, üzərində 2 ədəd 0,100 karat, 9 ədəd 0,067 karat, 91 ədəd 0,047 karat və 230 ədəd 0,024 karatlıq brilyant qaş olan, 55,77 qram çəkidə, 8364 manat dəyərində sırğa cütü-üzük dəstinin sırğa cütünü Təqsirləndirilən şəxs2 müşayiət etdiyi baqaj yükündə olan üzərində “Gedox” yazılmış çamadandakı gödəkçənin cibində, üzüyünü isə çamadandakı kosmetika qabının içərisindəki sellofan paketdə, Təqsirləndirilən şəxs2 750 və 585 əyarlı qızıldan hazırlanmış, üzərində 5 ədəd 0,547 karat, 40 ədəd 0,253 karat, 20 ədəd 0,035 karat, 502 ədəd 0,025 karat, 95 ədəd 0,010 karat, 16 ədəd 0,003 karatlıq brilyant olan, 117,23 qram çəkidə, 45346 manat dəyərində bilərzik-sırğa-cütü-üzük-kulon dəstinin bilərziyini sol qolunda, üzüyünü sol əlinin orta barmağında, sırğa cütü və kulonunu isə qeyd edilən çamadandakı kosmetika qabının içərisindəki sellofan paketdə, Təqsirləndirilən şəxs2 750 və 585 əyarlı qızıldan hazırlanmış, üzərində 732 ədəd 0,046 karat, 340 ədəd 0,015 karat və 10 ədəd 0,005 karatlıq brilyant və qırmızı rəngli karunt qaşlar qrupuna aid qaşlar olan, 334,72 qram çəkidə, 41000 manat dəyərində kolye-qolbaq-sırğa cütü dəstinin kolyesini boynunda, qolbağını sağ qolunda, sırğa cütünü qulaqlarında saxlamış, ümumilikdə xeyli miqdarda, 144347 manat dəyərində cəmi 825,01 qram çəkidə qızıl zinət əşyalarından ibarət malları birlikdə 02 fevral 2022-ci il tarixdə, saat 20 radələrində TK 335 saylı Bakı- İstanbul aviareysi ilə Azərbaycan Respublikasından Türkiyə Respublikasına gedərkən Bakı şəhəri, Xəzər rayonu inzibati ərazisində yerləşən X10 X12 Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin ‘Terminal-1” gömrük postunda Azərbaycan Respublikasının gömrük sərhədindən bəyan etməməklə, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmişlər. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona qarşı elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, “NF Model” şirkətinin direktoru və təsisçisidir. Vergi ödəyicisi kimi vergi xidmətində qeydiyyatdan keçmiş və adına VÖEN açılmışdır. Həmin şirkət müxtəlif məhsulların dizayn edilməsi ilə məşğul olur. Həm də fərdi qaydada bəzi idmançılara ödənişsiz dərslər keçir. Təqsirləndirilən şəxs2 ilə 2 ilə yaxındır ki, nişanlıdırlar. xx.xx.2022-ci il tarixdə İstanbul şəhərinə gəzmək və fotosessiya etmək məqsədilə Bakı-İstanbul aviareysinə bilet almışlar. Getməkdə məqsədləri fotosessiya etmək imiş. Bakı hava limanında əvvəlcə o əl çantasını rentgen aparatına daxil etmiş və metalaxtaran detektordan keçmiş, rentgen aparatından çıxdıqdan sonra çantasını götürmüş və qarşı tərəfdə nişanlısını gözləməyə başlamış, götürdüyü qızıl-zinət əşyaları həmin çantanın içərisində olmasına baxmayaraq gömrük əməkdaşları ona heçnə bildirməmişlər. Nişanlısı Təqsirləndirilən şəxs2 ondan arxada olmuşdur. Yevgeniya rentgen aparatından keçərkən gömrük əməkdaşları Yevgeniyanı saxlamışlar, yoxlama keçirmişlər, sorğu-sual aparmışlar. O, yaxınlaşıb nə məsələ olduğunu soruşmuşdur. Gömrük əməkdaşları Təqsirləndirilən şəxs2 üzərində 20 qramdan artıq miqdarda qızıl olduğu üçün saxlanıldığını bildirmişlər. Gömrük əməkdaşlarına onun da əl çantasında qızıl-zinət əşyaları olduğunu bildirmişdir. Bundan sonra gömrük əməkdaşları yoxlama aparılacağını bildirmişlər. Sonra yoxlama keçirilmiş və ona məxsus əl çantasından və baqaja verdiyi çamadandan protokolda göstərilən sayda və çəkidə qızıl zinnət əşyaları aşkar olunmuşdur. Həmçinin də nişanlısının həm üzərindən, həm də baqajından qızıl zinət əşyaları aşkar olunmuşdur. Onda aşkar olunmuş qızıl zinət əşyaları nənəsindən miras qalmış qızıllar olmuş, həmin qızılları Türkiyədə yaşayan bibisinə vermək üçün aparırmış. O, özü şəxsən Təqsirləndirilən şəxs2 qızıllar hədiyyə etmişdir. Həm də ailə üzvləri də ona qızıl zinət əşyaları hədiyyə etmişlər. Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs1 bildirmişdir ki, o, istintaqda 4-5 dəfə ifadə vermişdir. O, rentgen aparatından çıxdıqdan sonra görmüşdür ki, Yevgeniyanı saxlamışlar, qızıla görə saxladıqdlarını biləndə, onda da qızıl olduğunu özü bəyan etmişdir. Nişanlısında olan qızıllar onların etdiyi hədiyyələr olmuşdur. Əvvəl də Türkiyəyə gedib gəlmişlər, lakin fotosessiya etməmişlər. Bakı şəhərində fotosessiya olmamış, istəmişlər ki, İstanbulda etsinlər. Hər dəfə nişanlısı üzərində o qədər qızıl taxmır, hansısa tədbirdə taxır. Ailə üzvlərinin və dostlarının fotosessiya barədə məlumatları olmamışdır. Fotosessiya barədə Türkiyədə olan tanşıyla danışmışdır ki, gələcəklər, lakin buradan gedəndə onunla danışmamışlar. Nənəsi rəhmətə gedəndən sonra qızıllara ailə daxili bölgü olmuşdur. Bibisi də xahiş etmişdir ki, ona çatan qızılları Türkiyəyə gedərkən bibisinə aparsın. Gömrükdən keçərkən qaydaları bilməmişlər ki, o qədər qızılı keçirmək olmaz. Onlarda protokolda göstərilən sayda və çəkidə qızıllar olmuşdur. 2-3 dəfə nişanlısıyla birlikdə getmişlər. Bir dəfə bibisinin ad gününə də birlikdə getmişlər. O, qızılın alqı-satqısı ilə bağlı heç vaxt Türkiyə Respublikasına getməmişdir. Qızıl məmulatlarının hazırlanması ilə məşğul olmuş, qızılların hazırlanması ilə bağlı şəkillərin dizaynını vermiş, dəzgahı da olmuşdur. Elan olunmuş cinayət işinin 2-ci cild 114-115-ci vərəqələrində olan Azerfon MMCnin məktubuna və məktuba əlavə olunmuş Məxsusluq tarixçəsində olan ***-***-**-**, ***- ***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-** nömrələrinə əsasən Təqsirləndirilən şəxs1 bildirmişdir ki, həmin nömrələr onun adına olsa da atasının, bacısının, bacısı oğlunun və digər ailə üzvlərinə almış, onlar işlətmişlər. Onun istifadəsində ***-***-**-** nömrəsi olmuşdur. O, vergi ödəciyisidir. 2017-2018-ci ilin dekabr ayında qeydiyyata durmuşdur. Fəaliyyəti zərgərlik məmulatlarının təmiri kimi qeydə alınmış, lakin o oranı icarəyə vermişdir. Elan olunmuş cinayət işinin 2-ci cild 172-177-ci vərəqələrində olan ifadəsinə əsasən, Təqsirləndirilən şəxs1 bildirmişdir ki, o, işlədiyi işə uyğun haqq almışdır. Onlardan aşkar olunub götürülən qızıllar hamısı ailəsinə məxsus olmuşdur. Qızılların alınmasına dair kassa çeki olmamış, ancaq üzərində qızılın qiyməti olmuş, onu da saxlamamışlar. Ekspertiza rəyində onda və Yevgeniyada olan qızılların eyni üsulla hazırlandığı göstərilmiş, nənəsindən qalan qızıllardan bəziləri Yevgeniyaya hədiyyə olunmuş, eyniliyi ona görə ola bilər. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona qarşı elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, Azərbaycan dilində sərbəst danışır və tam başa düşür. Təqsirləndirilən şəxs1lə 15-20 ildir bir-birini tanımışlar. 2020-ci ilin sentyabr ayında nişanlanmışlar. Hüseyn idmançı olduğundan bir çox yerləri gəzmişdir. O da az ölkələrdə olmuşdur. Onlar İstanbul şəhərinə gəzmək və fotosessiya etmək məqsədilə xx.xx.2022-ci il tarixə Bakı-İstanbul aviareysinə bilet almış, İstanbulda qalmaq və fotosessiya məsələlərini Nurəddin danışmışdır. O, fotosessiyada istifadə etmək üçün Nurəddin və ailəsi tərəfindən ona hədiyyə edilmiş qızıl zinət əşyalarını özüylə götürüb üzərinə taxmışdır. xx.xx.2022-ci il tarixdə X10 Aeroportuna getmişlər. Aeroportdan içəri daxil olub biletləri qeydiyyatdan keçirmişlər, baqaj yüklərini təhvil vermişlər. Əvvəlcə Nurəddin əl çantasını rentgen aparatına qoyub metalaxtaran detektordan keçmişdir. Ardınca o keçmişdir. Gömrük əməkdaşı üzərində nə olduğunu soruşmuşdur. O, qızıl olduğunu bildirmişdir. Bundan sonra üzərində yoxlama aparılmışdır. Yoxlama zamanı ondan üzərində sonradan tərtib edilmiş protokolda göstərilən sayda və çəkidə qızıl əşyalar aşkar olunub götürülmüşdür. Onun baqajına da yoxlama keçirilmişdir. Yoxlama zamanı, oradan da ona məxsus qızıl zinət əşyaları aşkar olunmuşdur. Nurəddinin də əl çantası və baqajı yoxlanılmış və Nurəddinin çantalarından bibisi üçün apardığı qızıl məmulatları aşkar edilmişdir. Ondan aşkar edilmiş qızıl zinət əşyaları ona məxsus olmuşdur. Nurəddin və ailəsi tərəfindən nişandan əvvəl və nişan vaxtı ona hədiyyə edilmişdir. Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs2 bildirmişdir ki, qızılları bəyan etməmişlər. O, keçəndə ona nə demişlər, hər şeyi göstərmişdir. Protokolda və ittiham aktında göstərilən bütün qızıllar olmuşdur. O, özünü qismən təqsirli bilmir. İstintaq zamanı özünü qismən təqsirli bilmiş,lakin bilməmişdir ki, qızılları bəyan etməmək məsuliyyət yaradır. Nurəddində olan qızıllardan onun məlumatı olmamışdır. Nişanları evdə olmuş, həmin vaxt şəkilləri olmamış, sonra şəkillər çəkilmiş, nişan vaxtı şəkilləri olmamışdır. 2020-ci ilin sentyabr ayında nişanlanmışlar. Əvvəl də 2021-ci ilin axırlarında Hüseynlə 2-3 dəfə gəzməyə getmişlər, ad gününə də getmişlər. Nişanda evdə ancaq ailə üzvləri iştirak etmişdir. Qızılın alqı satqısı ilə məşğul olmamışdır. Elan edilmiş Təqsirləndirilən şəxs2 sərhəd keçmə barədə məlumatlarına əsasən Təqsirləndirilən şəxs2 bildirmişdir ki, həqiqətən də o Nurəddinlə birlikdə xx.xx.2021-ci ildə iki günlük, yəni xx.xx.2021-ci il tarixə kimi; xx.xx.2021-ci il tarixdə iki günlük, yəni xx.xx.2021-ci il tarixə kimi; və xx.xx.2022-ci il tarixdə 4 günlük yəni xx.xx.2022-ci il tarixədək Türkiyə Respublikasının İstanbul şəhərində gəzməyə getmişlər. Məhkəmənin digər iclaslarında Təqsirləndirilən şəxs2 proses iştirakçılarının suallarını cavablandıraraq bildirmişdir ki, ***-***-**-** onun istifadə etdiyi nömrədir. Həmin gün o telefonla ailə üzvləriylə danışmışdır. Zakir Quliyevlə də danışmış, həmin şəxs «Kapital Bank»da işləmiş, onu uşaqlıqdan tanımışdır. Nurəddin də həmin şəxsi tanıyır. Nurəddin onun telefonuyla Zakirlə danışmışdır. X11 danışmağa icazə vermir. İstintaqda ifadəsində nişanlarında fotoşəkillər olmasını, nişanlısının ailəsi icazə versə təqdim edə bilər demiş, ifadəsini təsdiq edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Dövlət Gömrük Komitəsi “Azərterminalkompleks” Birliyində çalışmış, komitə rəhbərliyinin müvafiq əmri ilə Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə ezam olunmuşdur. 2 fevral 2022-ci il tarixdə növbədə olmuş və T1 Terminalının gediş zalında quraşdırılmış rentgen aparatının monitoru qarşısında xidməti vəzifəsini yerinə yetirərkən Bakı-İstanbul aviareysi ilə birlikdə səfər edən şəxsiyyətləri sonradan ona məlum olan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 gömrük nəzarəti zonasına daxil olmuşlar. Əvvəlcə Təqsirləndirilən şəxs1 əşyalarını rentgen aparatına daxil edərək metalaxtaran detektordan keçmişdir. Təqsirləndirilən şəxs1in əşyaları rentgen aparatında keçərkən o monitorda əşyaların içərisində zərgərlik məmulatlarına bənzər əşyalar görmüşdür. Bu barədə əməkdaşları Şahid2 məlumat vermişdir. Sonra Yevgeniya əşyalarını rentgen aparatına daxil edərək metalaxtaran detektordan keçmişdir. O, Yevgeniyanın əşyalarının içərisində də zərgərlik məmulatlarına bənzər əşyalar görmüş və bu barədə də Şahid2 məlumat vermişdir. Şahid2 onlara üzərlərinə və əşyalarına baxış keçiriləcəyini bildirmişdir. Bundan sonra onların hər iksinin də üzərlərinə və əşyalarına baxış keçirilmişdir. Hər ikisinin üzərindən və əşyalarından müxtəlif ölçülü qaşlar olan qızıla bənzər metaldan hazırlanmış hazırda xatırlamadığı müxtəlif sayda zərgərlik məmulatları aşkar olunmuşdur. Onların hər ikisindən aşkar edilmiş zərgərlik məmulatları elektron tərəzidə çəkilmiş, qablaşdırılaraq bu barədə protokol tərtib olunmuş və bütün iştirakçılar tərəfindən protokol imzalanmışdır. Proses iştirakçılarının suallarını cavablandıraraq Şahid1 bildirmişdir ki, onlar nə şifahi, nə də yazılı zərgərlik məmulatlarını bəyan etməmişlər. Böyük bir plakatda hansı əşyalar keçirilərkən bəyan edilməli olduğu göstərilmişdir. Vətəndaşlar keçərkən onlardan bəyan edilməli hər hansı bir əşyalarının olub-olmaması soruşulmur. Əşyaların götürülməsi barədə protokollarda göstərilən sayda və çəkidə olan qızıl zinət əşyaları olmuş, həmin protokolu təsdiq edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Dövlət Gömrük Komitəsi “Azərterminalkompleks” Birliyində çalışmış, komitə rəhbərliynin müvafiq əmri ilə Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə ezam olunmuşdur. 2 fevral 2022-ci il tarixdə növbədə olmuş və T1 Terminalının gediş zalında xidməti vəzifəsini yerinə yetirərkən Bakı-İstanbul aviareysi ilə birlikdə səfər edən şəxsiyyətləri sonradan ona məlum olan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 gömrük nəzarəti zonasına daxil olmuşlar. Əvvəlcə Təqsirləndirilən şəxs1 əşyalarını rentgen aparatına daxil edərək metalaxtaran detektordan keçmişdir. Hüseynin əşyaları rentgen aparatında keçərkən əməkdaşları Şahid1 monitorda əşyaların içərisində zərgərlik məmulatlarına bənzər əşyalar olduğunu ona bildirmişdir. Təqsirləndirilən şəxs1 əşyalarını rentgen aparatından götürüb Təqsirləndirilən şəxs2 gözləməyə başlamışdır. Yevgeniya əşyalarını rentgen aparatına daxil edərək metalaxtaran detektordan keçmişdir. Təhlükəsizlik Xidmətinin əməkdaşı Yevgeniyanın üzərini yoxlayarkən onun üzərindəki zərgərlik məmulatlarının olduğu onun diqqətini çəkmişdir. Yevgeniyanın əşyaları da rentgen aparatından keçərkən əməkdaşları Şahid1 monitorda Yebgeniyanın da əşyalarının içərisində zərgərlik məmulatlarına bənzər əşyalar olduğunu ona bildirmişdir. Bundan sonra o onlara yaxınlaşaraq üzərlərinə və əşyalarına baxış keçiriləcəyini bildirmişdir. Onların hər iksinin üzərlərinə və əşyalarına baxş keçirilərkən həm üzərlərindən, həm də əşyalarından müxtəlif sayda zərgərlik məmulatları aşkar olunmuşdur. Onlar sorğu zamanı həmin əşyaların qızıl zinət əşyaları olduğunu bildirmişlər. Bundan sonra aşkar olunmuş əşyalar tərəzidə çəkilmiş, protokol tərtib olunmuş və bütün iştirakçılar tərəfindən protokol imzalanmışdır. Proses iştirakçılarının suallarını cavablandıraraq Şahid2 bildirmişdir ki, həm üzərlərində, həm də çantalarda qızıl zinət əşyaları çox olmuşdur. Onlar qızıllarla bağlı konkret heçnə deməmişlər. Onlar qızılların özlərinə məxsus olduğunu bildirmişlər. Həmin vaxt onlar əməkdaşlara bildirsələr belə, onlar məsuliyyətdən azad olunmurlar. Təqsirlədirilən şəxslər fotosessiya edəcəkləri barədə heçnə deməmişlər. Əşyaların götürülməsi barədə protokollarda göstərilən sayda və çəkidə qızıllar olmuş, həmin protokolu təsdiq edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 Baba-Əli oğlu ifadəsində göstərmişdir ki, o, X10 Aeroportunda "xxxx" MMC-də yuyucu maşınların operatoru işləyir. 2 fevral 2022-ci il tarixdə saat 20 radələrində işdə olarkən bir nəfər gömrük əməkdaşı onun aparılacaq yoxlamalarda hal şahidi kimi iştirak etməyini xahiş etmişdir. O, razılaşıb gömrük əməkdaşı ilə birlikdə aeroportun 1-ci terminalının gediş zalında gömrüyün yoxlama otağına getmişdir. Orada ona hal şahidi kimi hüquq və vəzifələri izah edilmişdir. Şəxsiyyəti ona sonradan məlum olan Təqsirləndirilən şəxs1 aparılacaq yoxlamada hal şahidi qismində iştirak edəcəyi barədə məlumat verilmişdir. Yoxlama zamanı Təqsirləndirilən şəxs1ə məxsus əl çantasındakı sellofan paketin içərisindən hər birinin üzərində müxtəlif ölçülü qaşlar olan, qızıla bənzər metaldan hazırlanmış üzük-sırğa-kulon dəsti, çantanın içərisində olan pul kisəsindən, sellofan paketin içindən qızıla bənzər metaldan hazırlanmış aksessuarlar aşkar olunmuşdur. Təqsirləndirilən şəxs1ə məxsus baqajın yoxlanılması zamanı da çamadanının içərisində olan sellofan paketdən üzərində müxtəlif qaşlar olan, qızıla bənzər üzük, kulon, çamadanda olan şalvarın cibindən də üzərində müxtəlif ölçülü qaşlar olan, qızıla bənzər olan metaldan hazırlanmış sırğa aşkar olunmuşdur. Baqajdan da qızıl aşkar olunmuşdur. Təqsirləndirilən şəxs1dən aşkar edilmiş həmin məmulatlar elektron tərəzidə çəkilmiş, qablaşdırılaraq bu barədə protokol tərtib olunmuş, o da həmin protokolu imzalamışdır. Ondan başqa da hal şahidi iştirak edirmiş. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, X10 Aeroportunda "xxxx" MMC-də xadimə işləyir. 02 fevral 2022-ci il tarixdə saat 20 radələrində işdə olarkən bir nəfər gömrük əməkdaşı aparılacaq yoxlamalarda hal şahidi kimi iştirak etməyini xahiş etmişdir. O gömrük əməkdaşı ilə birlikdə aeroportun 1-ci terminalının gediş zalında gömrüyün yoxlama otağına getmişdir. Orada ona hal şahidi kimi hüquq və vəzifələri izah olunduqdan sonra gömrük əməkdaşı Təqsirləndirilən şəxs2 üzərində olan və gömrüyə bəyan edilməli malları təqdim etməyini təklif etmişdir. Həmin şəxs üzərində müxtəlif ölçülü qaşlar olan qızıla bənzər metaldan hazırlanmış müxtəlif məmulatları çıxarıb təqdim etmişdir. X6 məxsus baqaj yükünü yoxlamışlar və çamadanının içərisindən də sellofan paketin içində üzərində müxtəlif ölçülü qaşlar olan qızıla bənzər metaldan hazırlanmış məmulatlar aşkar olunmuşdur. Təqsirləndirilən şəxs2 aşkar edilmiş zərgərlik məmulatları gömrük əməkdaşları tərəfindən götürülərək elektron tərəzidə çəkilmiş və qablaşdırılaraq götürülmüşdür. Bu barədə sənədlər tərtib edilmişdir. Bütün iştirakçılar və o sənədləri imzalamışlar. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə elan olunaraq araşdırılmış Şahid4 ifadəsindən görünür ki, sonuncu istintaq zamanı eyni məzmunlu ifadə verərək Şahid3 göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədləri də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinin 1-ci cild 9-cu vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Skanlaşdırma və TNVT şöbəsinin rəisi, gömrük xidməti polkovniki Samir Məmmədovun 02 fevral 2022-ci il tarixli raportundan görünür ki, 02 fevral 2022-ci il tarixində, saat 20 radələrində TK 335 saylı Bakı-İstanbul aviareysi ilə gedən Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs2 üzərində zərgərlik məmulatlarının olması barədə şübhə yaranmışdır. Cinayət işinin 1-ci cild 12-13-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 02 fevral 2022-ci il tarixli şəxsi yoxlama aparılması haqqında protokoldan görünür ki, şəxsi yoxlama başlamazdan əvvəl, Təqsirləndirilən şəxs2 üzərində olan və gömrüyə bəyan olunası əşyaları təqdim etməsi təklif edilmiş, Təqsirləndirilən şəxs2 əvvəlcədən gömrük orqanına təqdim edilməmiş, şifahi, elektron və kağız üzərində yazılı formada bəyan edilməmiş üzərində müxtəlif ölçülü qaşlar olan qızıla bənzər metaldan hazırlanmış 1 ədəd sancağı əynindəki gödəkçənin cibində olan pul kisəsindən, 2 ədəd boyunbağını boynundan, 1 ədəd qolçağı və 2 ədəd qolbağı qollarından, 1 cüt sırğanı qulaqlarından, 1 ədəd üzüyü barmağından çıxarıb təqdim etmişdir. Cinayət işinin 1-ci cild 14-15-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 02 fevral 2022-ci il tarixli yoxlama haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 məxsus üzərində “Gedox” sözü yazılmış baqajdakı kosmetika çantasından sellofan paketin içindən əvvəlcədən gömrük orqanına təqdim edilməmiş, şifahi, elektron və kağız üzərində yazılı formada bəyan edilməmiş hər birinin üzərində müxtəlif ölçülü qaşlar olan qızıla bənzər metaldan hazırlanmış 1 ədəd sırğa-kulon dəsti və 1 ədəd üzük, baqajın içərisində olan gödəkçənin cibindən isə sellofan paketin içindən isə 1 cüt sırğa aşkar olunmuşdur. Cinayət işinin 1-ci cild 16-18-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 02 fevral 2022-ci il tarixli əşyaların və sənədin götürülməsi haqqında protokoldaan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs2 məxsus AZE C0210863 №-li pasportun surəti, həmçinin, aşkar edilmiş üzərində müxtəlif ölçülü qaşlar olan qızıla bənzər metaldan hazırlanmış 1 ədəd sancaq, 2 ədəd boyunbağı, 1 ədəd qolçaq, 2 ədəd qolbaq, 2 cüt sırğa, 2 ədəd üzük və 1 ədəd sırğa-kulon dəsti qablaşdırılaraq götürülmüşdür. Cinayət işinin 1-ci cild 41-44-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 fevral 2022-ci il tarixli, 6/740 №-li və ekspert rəyindən və cinayət işinin 1-ci cild 48-51-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06 aprel 2022-ci il tarixli, 9/842 №li ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş məmulatların ümumi çəkisi 701,01 qramdır, sarı rəngli hissəsinin metalı 750 əyarlı qızıla, gümüşü rəngli hissəsinin metalı 585 əyarlı qızıla uyğundur. Məmulatlar üzərində olan qırmızı rəngli qaşlar karunt qaşlar qrupuna aiddir, sarı rəngli qaş qiymətlərə aid deyil, ağ şəffaf qaşları brilyantdır. Ayrı-ayrılıqda; üzərində 732 ədəd 0,046 karat, 340 ədəd 0,015 karat və 10 ədəd 0,005 karatlıq brilyant və qırmızı rəngli karunt qaşlar qrupuna aid qaşlar olan kolye-qolçaq-sırğa cütü dəsti 750 və 585 əyarlı qızıldan hazırlanmışdır, 334,72 qram çəkidə və 41000 manat dəyərindədir, üzərində qırmızı rəngli qiymətli qaşlara aid olmayan qaş və 52 ədəd 0,046 karat, 344 ədəd 0,033 karat və 510 ədəd 0,005 karatlıq brilyant qaş olan kolye 126,15 qram çəkidə, 750 əyarlı qızıldan hazırlanmış, 15387 manat dəyərindədir, üzərində 5 ədəd 0,547 karat, 40 ədəd 0,253 karat, 20 ədəd 0,035 karat, 502 ədəd 0,025 karat, 95 ədəd 0,010 karat, 16 ədəd 0,003 karatlıq brilyant olan, bilərzik-sırğacütü-üzük-kulon dəsti 750 və 585 əyarlı qızıldan hazırlanmışdır, 117,23 qram çəkidə, 45346 manat dəyərindədir, üzərində sarı rəngli qiymətli qaşlara aid olmayan qaş və 43 ədəd 0,047 karat və 52 ədəd 0,038 karatlıq brilyant qaş olan bilərzik 750 və 585 əyarlı qızıldan hazırlanmışdır, 33,83 qram çəkidə, 4205 manat dəyərindədir, üzərində 2 ədəd 0,100 karat, 9 ədəd 0,067 karat, 91 ədəd 0,047 karat və 230 ədəd 0,024 karatlıq brilyant qaş olan, sırğa cütü-üzük dəsti 750 və 585 əyarlı qızıldan hazırlanmışdır, 55,77 qram çəkidə, 8364 manat dəyərindədir, üzərində 13 ədəd 0,270 karat və 130 ədəd 0,029 karatlıq brilyant qaş olan, yaxa sancağı 750 və 585 əyarlı qızıldan hazırlanmış, 33,31 qram çəkidə, 10150 manat dəyərindədir. Tədqiqata təqdim edilmiş olunmuş zərgərlik məmulatlarının xx.xx.2022-ci il tarixə orta bazar qiyməti təxminən 124452 manat müəyyən edilmişdir. Cinayət işinin 1-ci cild 55-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Skanlaşdırma və TNVT şöbəsinin rəisi, gömrük xidməti polkovniki Samir Məmmədovun 02 fevral 2022-ci il tarixli raportundan görünür ki, 02 fevral 2022-ci il tarixində, saat 20 radələrində TK 335 saylı Bakı-İstanbul aviareysi ilə gedən Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs1 məxsus çantalarından zərgərlik məmulatları aşkar olunmuşdur. Cinayət işinin 1-ci cild 57-60-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 02 fevral 2022-ci il tarixli yoxlama, əşya və sənədlərin götürülməsi haqqında protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, yoxlama zamanı, Təqsirləndirilən şəxs1 məxsus üzərində uArmani Exchange” sözləri yazılmış əl çantasından sellofan paketin içində əvvəlcədən gömrük orqanına təqdim edilməmiş, şifahi, elektron və kağız üzərində yazılı formada bəyan edilməmiş hər birinin üzərində müxtəlif ölçülü qaşlar olan qızıla bənzər metaldan hazırlanmış 1 ədəd üzük-sırğa-kulon dəsti, çantanın içərisində olan pul kisəsindən sellofan paketin içində qızıla bənzər metaldan hazırlanmış 5 ədəd aksessuar aşkar olunmuşdur. Həmçinin, Təqsirləndirilən şəxs1 məxsus üzərində “Gucci” sözü yazılmış boz rəngli çamadanın içərisində olan sellofan paketdən hər birinin üzərində müxtəlif ölçülü qaşlar olan qızıla bənzər metaldan hazırlanmış 1 ədəd üzük, 1 ədəd kulon, çamadanda olan şalvarın cibindən sellofan paketin içində üzərində müxtəlif ölçülü qaşlar olan qızıla bənzər metaldan hazırlanmış 1 cüt sırğa aşkar olunmuşdur. Aşkar edilmiş zərgərlik məmulatları qablaşdırılaraq götürülmüşdür. Cinayət işinin 1-ci cild 87-90-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 fevral 2022-ci il tarixli, 6/741 №-li ekspert rəyindən və cinayət işinin 1-ci cild 94-97-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06 aprel 2022-ci il tarixli, 9/843 №-li ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş məmulatların ümumi çəkisi 124,0 qramdır, sarı rəngli hissəsinin metalı 750 əyarlı qızıla, gümüşü rəngli hissəsinin metalı 585 əyarlı qızıla uyğundur. Məmulatlar üzərində olan qırmızı rəngli qaşlar karunt qaşlar qrupuna aiddir, sarı rəngli qaş qiymətlərə aid deyil, ağ şəffaf qaşları brilyantdır. Ayrı-ayrılıqda; üzərində sarı rəngli qiymətli qaşlara aid olmayan qaş və 369 ədəd 0,020 karatlıq brilyant qaş olan, üzük-sırğa- kulon dəsti 750 və 585 əyarlı qızıldan hazırlanmışdır, 46,14 qram çəkidə, 6892 manat dəyərindədir, üzərində 1 ədəd 0,195 karat, 14 ədəd 0,090 karat, 20 ədəd 0,040 karat və 55 ədəd 0,014 karatlıq brilyant qaş olan, üzük 750 və 585 əyarlı qızıldan hazırlanmışdır, 19,26 qram çəkidə, 3415 manat dəyərindədir, üzərində 1 ədəd 0,100 karat, 32 ədəd 0,067 karat, 10 ədəd 0,047 karat və 14 ədəd 0,024 karatlıq brilyant qaş olan kulon 750 və 585 əyarlı qızıldan hazırlanmışdır, 17,32 qram çəkidə, 3342 manat dəyərindədir, üzərində qırmızı rəngli qiymətli qaşlara aid olmayan qaş və 122 ədəd 0,045 karat və 156 ədəd 0,009 karatlıq brilyant qaş olan sırğa cütü 750 əyarlı qızıldan hazırlanmışdır, 30,18 qram çəkidə, 5358 manat dəyərindədir, 5 ədəd məmulat hissəsi 750 əyarlı qızıldan hazırlanmışdır, 11,10 qram çəkidə, 888 manat dəyərindədir. Tədqiqata təqdim edilmiş Tədqiqata təqdim olunmuş zərgərlik məmulatlarının xx.xx.2022-cİ il tarixə orta bazar qiyməti təxminən 19895 manat müəyyən edilmişdir. Cinayət işinin 1-ci cild 199-201-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin 06 iyun 2022-ci il tarixli, 6/2908 №-li ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş məmulatlardan; Təqsirləndirilən şəxs2 aşkar edilmiş 1 ədəd kolyenin vətəndaş Təqsirləndirilən şəxs1 aşkar edilən 1 ədəd sırğa cütünün elementləri (qaşlarının düzülüşü- forması-rəngikeyfiyyət göstəriciləri, metalının əyarı, rəngi) ilə uyğunluq təşkil edir. Təqsirləndirilən şəxs2 aşkar edilmiş 1 ədəd bilərziyin vətəndaş Təqsirləndirilən şəxs1 aşkar edilən 1 ədəd sırğacütü-üzük-kulon dəstinin elementləri (qaşlarının düzülüşü-forması-rəngi-keyfiyyət göstəriciləri, metalının əyarı, rəngi) ilə uyğunluq təşkil edir. Təqsirləndirilən şəxs2 aşkar edilmiş 1 ədəd sancağın vətəndaş Təqsirləndirilən şəxs1 aşkar edilən 1 ədəd sırğa cütükulon dəstinin elementləri (qaşlarının düzülüşü-forması-rəngi-keyfıyyət göstəriciləri, metalının əyarı, rəngi) ilə uyğunluq təşkil edir. Cinayət işinin 1-ci cild 149-cu vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış baxış keçirilməsi haqqında 6 may 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ard-arda hərəkət edərək gömrük nəzarət zonasına yaxınlaşmış, əvvəlcə Təqsirləndirilən şəxs1 gömrük nəzarəti zonasına daxil olaraq əl yükünü və üst geyimini çıxararaq rentgen aparatına daxil etmiş və metalaxtaran detektordan keçmişdir. O, qarşı tərəfdə rentgen aparatının lentinin üzərindən əl yükünü və üst geyimini götürüb kənara çəkilmiş, paltosunu geyinib kəmərini taxmışdır. Bu zaman Təqsirləndirilən şəxs2 əl yükünü və üst geyimini çıxararaq rentgen aparatına daxil etmiş və metalaxtaran detektordan keçmişdir. Orada xidmət aparan təhlükəsizlik xidmətinin əməkdaşı Təqsirləndirilən şəxs2 saxlamış, Təqsirləndirilən şəxs2 həmin əməkdaşa qoluna bağladığı zinət əşyasını göstərmiş, sonra təhlükəsizlik xidmətinin əməkdaşı metalaxtaran detektorla üzərini yoxlamışdır. Bu zaman Təqsirləndirilən şəxs1 kənarda dayanaraq onu gözləmişdir. Yoxlama bitdikdən sonra Təqsirləndirilən şəxs2 rentgen aparatının lentinin üzərindən üst geyimi və əl yükünü götürüb getmək istəyərkən gömrük əməkdaşları tərəfindən saxlanılmışdır. Həmin videogörüntülərlə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 birlikdə hərəkət etmələri, bir-birinin ardınca gömrük nəzarəti zonasına daxil olmaları və bu zaman üzərləridə olan zərgərlik məmulatlarım gömrük nəzarətinə bəyan etmədikləri və uzaqlaşmaq istəyərkən gömrük əməkdaşları tərəfindən saxlanıldıqları müəyyən edilir. Cinayət işinin 1-ci cild 180-183-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış baxış keçirilməsi haqqında 19 may 2022-ci il tarixli protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs2 aşkar edilmiş üzərində 1 ədəd qırmızı qaş və ağ şəffaf qaşlar olan kolyenin Təqsirləndirilən şəxs1dən aşkar edilmiş üzərində 1 ədəd qırmızı qaş və ağ şəffaf qaşlar olan sırğa cütü ilə; Təqsirləndirilən şəxs2 aşkar edilmiş üzərində 1 ədəd sarı və ağ şəffaf qaşlar olan bilərziklə Təqsirləndirilən şəxs1dən aşkar edilmiş üzərində 1 ədəd sarı və ağ şəffaf qaşlar olan üzük-sırğa-kulon dəsti ilə; Təqsirləndirilən şəxs2 aşkar edilmiş üzərində şəffaf qaşlar olan sırğa cütü və yaxa sancağı ilə Təqsirləndirilən şəxs1dən aşkar edilmiş üzərində şəffaf qaşlar olan kulonun eyni dəstin elementlərinə uyğun olduğu müəyyən edilmişdir. Cinayət işinin 1-ci cild 149-154-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış baxış keçirilməsi haqqında 11 may 2022-ci il tarixli protokoldan və protokola əlavə edilmiş sənədlərin kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixli, **********5520 sorğu nömrəli gömrük bəyannaməsi ilə 1,379 kiloqram çəkidə, 2344,30 manat dəyərində gümüş zərgərlik məmulatlarını Hava Nəqliyyatında Baş Gömrük İdarəsində bəyan edərək 528,17 manat gömrük ödənişləri ödədiyi müəyyən edilmişdir. Cinayət işinin 1-ci cild 189-190-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış "xxxx" MMC-dən 26 may 2022-ci il tarixli məktubla daxil olmuş məlumatdan görünür ki, ***-***-**-** və ***-***-**-** mobil nömrəsi Təqsirləndirilən şəxs1; ***-***-**-** mobil nömrəsi isə Təqsirləndirilən şəxs2 adına rəsmiləşdirilmişdir. Cinayət işinin 1-ci cild 207-208-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış "xxxx" MMC-dən 09 iyun 2022-ci il tarixli məktubla daxil olmuş məlumatdan görünür ki, ***-***-**-** mobil nömrəsi Təqsirləndirilən şəxs1 adına rəsmiləşdirilmişdir. Təqsirləndirilən şəxs2 adına isə "xxxx" şəbəkəsində mobil nömrə qeydiyyatdan keçmir. Cinayət işinin 2-ci cild 114-116-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış "xxxx" MMC-dən 13 iyul 2022-ci il tarixli məktubla daxil olmuş məlumatdan görünür ki, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***- ***-**-**, ***-***-**-** mobil nömrələri Təqsirləndirilən şəxs1 adına, ***-***-**-** mobil nömrəsi isə Təqsirləndirilən şəxs2 adına rəsmiləşdirilmişdir. Cinayət işinin 2-ci cild 3-60-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 22 iyun 2022-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan və protokola əlavə edilmiş mobil telefon məlumatlarından çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** və Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** mobil telefon nömrələrindən 2022-ci ilin yanvar ayının 1-dən 2022-ci ilin may ayının 1-dək olan müddət ərzində daxil olan və çıxan zəng və sms, həmçinin, anten dairəsi məlumatlarına baxış keçirilmişdir. Cinayət işinin 2-ci cild 230-cu vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Təqsirləndirilən şəxs1 ərizəsindən görünür ki, sonuncu istifadəsində olan “Samsung Galaxy S22” markalı mobil telefona baxış keçirilməsi üçün həmin telefonu könüllü təqdim etmişdir. Cinayət işinin 2-ci cild 231-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 02 sentyabr 2022-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 istifadəsində olan “Samsung Galaxy S22” markalı mobil telefona baxış keçirilmiş, baxış zamanı iş üçün əhəmiyyət kəsb edən hər hansı məlumat müəyyən edilməmişdir. Cinayət işinin 2-ci cild 232-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Təqsirləndirilən şəxs1 ərizəsindən görünür ki, sonuncu ona məxsus “Samsung Galaxy S22” markalı mobil telefonu təhvil almışdır. Cinayət işinin 2-ci cild 241-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Təqsirləndirilən şəxs2 ərizəsindən görünür ki, sonuncu istifadəsində olan “İphone” markalı mobil telefona baxış keçirilməsi üçün həmin telefonu təqdim etmişdir. Cinayət işinin 2-ci cild 242-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 02 sentyabr 2022-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 istifadəsində olan “İphone” markalı mobil telefona baxış keçirilmiş, baxış zamanı iş üçün əhəmiyyət kəsb edən hər hansı məlumat müəyyən edilməmişdir. Cinayət işinin 2-ci cild 243-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Təqsirləndirilən şəxs2 ərizəsindən görünür ki, sonuncu ona məxsus “İphone” markalı mobil telefonu təhvil almışdır. Cinayət işinin 2-ci cild 244-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Təqsirləndirilən şəxs1 ərizəsindən görünür ki, sonuncu rəhbəri olduğu “NF Model” şirkətinin Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi 30 A ünvanında yerləşən ofisində axtarış aparılmasına etiraz etməmişdir. Cinayət işinin 2-ci cild 245-258-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 03 sentyabr 2022-ci il tarixli baxış keçirilməsi haqqında protokollardan və həmin protokola əlavə edilmiş fotocədvəllərdən görünür ki, Təqsirləndirilən şəxs1 razılığı əsasında 3 sentyabr 2022-ci il tarixdə rəhbəri olduğu “NF Model” şirkətinin fəaliyyət göstərdiyi ünvan 5 ünvanında videoçəkiliş istifadə edilməklə aparılmış axtarış zamanı Təqsirləndirilən şəxs1 iş masasının altındakı seyfi açaraq 1 ədəd üzüyü çıxarıb müştərinin sifarişi ilə yığılmaq üçün gəldiyini, kompyuterdə yığıb fayl düzəltməli olduğunu bildirmişdir. 1 ədəd sırğa və 1 ədəd qolbağın isə təmir üçün gəldiyini bildirmişdir. Masanın sağ tərəfindəki üst siyirmədə kiçik ölçülü ağzı bağlanan sellofan paketlər, “Ştanger” adlanan ölçü cihazı mövuddur. Aşağı siyirmədə isə, sellofan paketin içərisində çoxlu sayda gümüşü rəngli kiçik diyircəklər olduğu müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs1 həmin predmetləri müştərinin sifarişi ilə gətirtdiyini, qatqı olduğunu, gümüşə qatıldığını bildirmişdir. İş masasının sol tərəfindəki dəzgahın üzərində 3 ədəd elektron tərəzi, 4 ədəd müxtəlif ölçülü kəlbətin mövcuddur. Təqsirləndirilən şəxs1 həmin dəzgahda müştərilərin verdiyi məmulatların sökülərək ölçülərinin götürüldüyünü və kompyuterdə yığıldığını bildirmişdir. Təqsirləndirilən şəxs1 ofisdə işlək vəziyyətdə 3 ədəd kompyuter olduğunu bildirmişdir. Digər otaqda 2 ədəd kompyuter mövcudddur. Kompyuterlərdən biri ”Toshiba Satellite” markalı notbuk , onunla yanaşı masada isə “HP” markalı masaüstü kompyuter var. Otaqda olan siyirmənin üst gözündə butulkalarda maddələr var, Təqsirləndirilən şəxs1 həmin maddələrin istifadə etdikləri aparatlarda faylları çıxartmaq üçün istifadə edildiyini bildirmişdir. Otaqda olan digər masanın üzərində 2 ədəd cihaz, masanın altında isə 1 ədəd kompressor mövcuddur. Təqsirləndirilən şəxs1 həmin avadanlıqların forma hazır olduqdan sonra formanın çıxıb-çıxmadığını yoxlamaq üçün istifadə olduğunu bildirmişdir. O, qızılzinət əşyalarının yox, modellərin hazırlanması üçün istifadə olunduğunu bildirmişdir. Təqsirləndirilən şəxs1 pul, ofisdə qızıl-zinət əşyalarının hazırlanıb-hazırlanmadığı soruşulmuş, o isə hazırlanmadığını, yalnız dizayn edildiyini və avadanlıqların dizayn üçün olduğunu bildirmişdir. Otaqda olan dəmir seyf açılmış və içərisində 2 ədəd sellofan torbada mavi rəngli, diyircək formalı maddə olduğu məlum olmuşdur. Təqsirləndirilən şəxs1 həmin maddəni otaqda olan cihazlarda istifadə olunduğunu bildirmişdir. Həmin seyfdə 1 ədəd hesablayıcı maşın, 2 ədəd elektron tərəzi mövcuddur. Seyfdə 2 ədəd plastik bankada metal rəngli, iynə şəkilli cismlər aşkar edilmişdir. Təqsirləndirilən şəxs1 həmin maddənin dəmir olduğunu, forma çıxdıqdan sonra rənginin ağardılmasında istifadə edildiyini bildirmişdir. Digər otaqda 3 ədəd üzərində müxtəlif alətlər olan dəzgah mövcuddur. Təqsirləndirilən şəxs1 həmin otağı icarəyə verdiyini və orada zərgərlərin işlədiyini bildirmişdir. Burada zərgərlərin çıxan modelləri qəlibə saldığını, təmizləyib formaya saldıqlarını bildirmişdir. Ondan zərgərlərin onun işçiləri olub-olmadığı soruşulduqda, onun işçiləri olmadığını, buranı icərəyə verdiyini, sifariş olduqda yerinə yetirdiklərini, olmadıqda kənar sifarişləri yerinə yetirdiyini bildirmişdir. Cinayət işinin 2-ci cild 263-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərebaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin vergi cinayətlərinin araşdırılması Baş İdarəsindən daxil olmuş 06 sentyabr 2022-ci il tarixli, **********120600 nömrəli məktubdan görünür ki, uçot-baza məlumatlarına əsasən “NF Model” adlı müəssisənin vergi orqanında qeydiyyatda olması barədə məlumat yoxdur. Cinayət işinin 1-ci cild 128-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış ********** nömrəli fiziki şəxsin vergi uçotu haqqında şəhadətnamənin kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2018-ci ildə fiziki şəxs kimi Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri X15 üzrə Baş İdarəsində qeydiyyata alınmışdır. Cinayət işinin 1-ci cild 129-148-ci vərəqələrinə vergi ödəyicisi Təqsirləndirilən şəxs1 fəaliyyəti ilə bağlı sadələşdirilmiş vergi bəyannamələri əlavə edilmişdir. Cinayət işinin 1-ci cild 196-cı vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərebaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin vergi cinayətlərinin araşdırılması Baş İdarəsindən daxil olmuş 24 may 2022-ci il tarixli, **********646100 nömrəli məktubdan görünür ki, uçot-baza məlumatlarına əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 vergi orqanında hər hansı müəssisənin rəhbəri və ya təsisçisi olması barədə məlumat yoxdur. Cinayət işinin 2-ci cild 192-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış "xxxx" MMC-dən daxil olmuş 25 iyul 2022-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 01 oktyabr 2021-ci il tarixdən "xxxx" MMC-də ofisiant vəzifəsində işləyir və aylıq əmək haqqı 326,86 manat təşkil edir. Cinayət işinin 1-ci cild 29-cu vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış sərhədkeçmə məlumatından görünür ki, Təqsirləndirilən şəxs2 2012-2017-ci illər ərzində Azərbaycan Respublikası ərazisindən Rusiya Federasiyası və Gürcüstan Respublikası istiqamətində keçib getmiş, sonuncu dəfə xx.xx.2021-ci ildə Azərbaycan Respublikası ərazisindən Türkiyə Respublikası ərazisinə (İstanbul) keçmiş və xx.xx.2021ci il tarixdə geri qayıtmış; xx.xx.2021-ci ildə Türkiyə Respublikası ərazisinə (İstanbul) keçmiş və xx.xx.2021-ci il tarixdə geri qayıtmış; xx.xx.2022-ci ildə Azərbaycan Respublikası ərazisindən Türkiyə Respublikası (İstanbul) ərazisinə keçmiş və xx.xx.2022ci il tarixində ölkə ərazisində geri qayıtmışdır. Cinayət işinin 1-ci cild 72-73-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış sərhədkeçmə məlumatından görünür ki, Təqsirləndirilən şəxs1 2006-2018-ci ci illər ərzində Azərbaycan Respublikası ərazisindən Rusiya Federasiyası, Türkiyə, İran və Ulrayna istiqamətində keçib getmiş, sonuncu dəfə xx.xx.2021-ci ildə Azərbaycan Respublikası ərazisindən Türkiyə Respublikası ərazisinə (İstanbul) keçmiş və xx.xx.2021ci il tarixdə geri qayıtmış; xx.xx.2021-ci ildə Azərbaycan Respublikası ərazisindən Türkiyə Respublikası ərazisinə (İstanbul) keçmiş və xx.xx.2021-ci il tarixdə geri qayıtmış; xx.xx.2021-ci ildə Türkiyə Respublikası ərazisinə (İstanbul) keçmiş və xx.xx.2021-ci il tarixdə geri qayıtmış; xx.xx.2022-ci ildə Azərbaycan Respublikası ərazisindən Türkiyə Respublikası (İstanbul) ərazisinə keçmiş və xx.xx.2022-ci il tarixində ölkə ərazisində geri qayıtmışdır. Cinayət işinin 1-ci cild 105-110-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 05 may 2022-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan və protokola əlavə edilmiş sərhədkeçmə hesabatlarından görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 birlikdə xx.xx.2021-ci il tarixdə Bakı-İstanbul aviareysi ilə Türkiyə Respublikasına gedib, xx.xx.2021-ci il tarixdə geri qayıtdıqları, xx.xx.2021 -ci il tarixdə Bakı-İstanbul aviareysi ilə Türkiyə Respublikasına gedib, xx.xx.2021 -ci il tarixdə geri qayıtdıqları, xx.xx.2022-ci il tarixdə Bakı-İstanbul aviareysi ilə Türkiyə Respublikasına gedib, xx.xx.2022-ci il tarixdə geri qayıtdıqları müəyyən edilmişdir. Cinayət işinin 2-ci cild 60-cı vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsindən daxil olmuş 22 iyun 2022-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qızıl-zinət əşyalarının, qiymətli daşların satışı ilə məşğul olub-olmamaları barədə, onların üzərindən aşkar edilmiş qızıl-zinət əşyalarının kimə məxsus olması iş üzrə əhəmiyyət kəsb edə biləcək hər hansı məlumatı müəyyən etmək mümkün olmamışdır. Məhkəmə iclasında ifadə verərkən, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 özlərini onlara elan olunmuş ittihamda təqsirli bilməyərək ifadələrində göstərmişlər ki, onlar nişanlıdırlar, Türkiyə Respublikasına fotosessiya etmək üçün getmək istəmiş, apardıqları qızıl-zinət əşyalarının bəzilərini fotosessiyada istifadə etmək üçün, yarısını isə Təqsirləndirilən şəxs1 Türkiyədə yaşayan bibisinə apardıqlarını bildirmişlər. Həmçinin, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 apardıqları qızıl-zinət əşyalarının gömrükdə bəyan edilməsi barədə məlumatlı olmadıqlarını bilirmişlər. Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmədə və ibtidai istintaq zamanı verdiyi ifadələrini onlara elan edilmiş ittihamda nəzərdə tutulan cinayət əməlinin törədilməsində iştiraklarını inkar etmələrini araşdırılmış sübutların məcmusu və işin faktiki halları ilə müqayisəli təhlil edib onların bu barədə verdiyi ifadələrini özünümüdafiə və məsuliyyətini yüngülləşdirmək xarakteri daşıdığı qənaətinə gəlir. Belə ki, cinayət işi materiallarına əlavə edilmiş təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər ikisinin sərhədkeçmə məlumatlarından çıxarışlardan görünür ki, hadisədən qabaq təqsirləndirilən şəxslər həm ayrı-ayrılıqda, həm də birlikdə Azərbaycan Respublikası ərazisindən başqa ölkə ərazilərinə keçib getmişlər. (cild 1, iş vərəqə 29; cild 1 iş vərəqə 72-73). Cinayət işinin 1-ci cild 149-154-cü vərəqələrində olan baxış keçirilməsi haqqında 11 may 2022-ci il tarixli protokoldan və protokola əlavə edilmiş sənədlərin kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixli, **********5520 sorğu nömrəli gömrük bəyannaməsi ilə 1,379 kiloqram çəkidə, 2344,30 manat dəyərində gümüş zərgərlik məmlatlarını Hava Nəqliyyatında Baş Gömrük İdarəsində bəyan edərək 528,17 manat gömrük ödənişləri ödədiyi müəyyən edilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs1 əvvəllər də Azərbaycan Respublikası ərazisindən başqa ölkə ərazisinə keçən zaman özü ilə zərgərlik məmulatlarını aparmış və bu zaman gömrük orqanına bəyan edilməli olan zərgərlik məmulatlarını bəyan etmişdir. Göstərilən xüsusat təqsirləndirilən şəxslərin gömrük orqanına bəyan edilməli olan zərgərlik məmulatları barədə məlumatlı olması və bəyanetmə qaydalarını bilməyini göstərcisidir. Bundan başqa, Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilmişdir ki, hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Qanunu bilməmək məsuliyyətdən azad etmir. Məhkəmə, şahidlərin ifadələrini, ekspert rəylərini, istintaq hərəkəti protokollarını və əsaslılığı heç bir şübhə doğurmayan digər sübut əhəmiyyətli sənədləri ayrı-ayrılıqda tədqiq edərək belə nəticəyə gəlir ki, bütün bu sübutlar bir-biri ilə vəhdət təşkil edib uyğunlaşaraq verilmiş ittihama uyğun cinayət hadisəsinin ardıcıllığının və vahid mexanizminin tam şəkildə gerçək və məntiqə uyğun təsvirini formalaşdırmışdır. Azərbaycan Respublikası gömrük sərhədindən keçirilməsinin xüsusi qaydaları müəyyən edilmiş materialların və avadanlıqların Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə xeyli miqdarda keçirilməsi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.1-ci maddəsinə əsasən cinayət tərkibi yaradır. Azərbaycan Respublikası CM-nin 206.1-ci maddəsinin qeyd hissəsinin 1-ci bəndinə əsasən bu Məcəllənin 206.1-ci maddəsində “xeyli miqdar” dedikdə, keçirilən qaçaqmalçılıq əşyalarının dəyərinin əlli min manatdan yuxarı, lakin iki yüz min manatdan artıq olmayan məbləğ başa düşülür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 oktyabr 2013-cü il tarixli, 305 nömrəli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”na 1 nömrəli Əlavənin 5-ci bəndinə əsasən bu qaydaların 2.1.10-cu yarımbəndində nəzərdə tutulmuş hədlərdən artıq qiymətli metallar və qiymətli daşlar fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilərkən yazılı formada bəyan edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 oktyabr 2013-cü il tarixli, 305 nömrəli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”nın 2.1-ci bəndinə görə fiziki şəxslər tərəfindən təyinatı istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan hesab edilmiş aşağıda göstərilən mallar (aksizli mallar və avtonəqliyyat vasitələri istisna olmaqla) güzəştli qaydada (gömrük ödənişlərini ödəmədən) gömrük sərhədindən keçirilə bilər: -2.1.10. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 188.1.1-ci maddəsi ilə müəyyən olunmuş aksiz vergisindən azadolmalar nəzərə alınmaqla, hər təqvim ayı ərzində bir dəfə 18 yaşına çatmış hər bir fiziki şəxs tərəfindən şəxsi istifadə üçün gömrük ərazisinə gətirilən 1,5 litr alkoqollu içki, 200 ədəd siqaret və 20 qram qızıl, ondan hazırlanmış zərgərlik və digər məişət məmulatları, emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş 0,5 karat almaz Beləliklə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslərin və şahidlərin ifadələrini, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkəmə belə nəticəyə gəlir ki; təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onlara elan edilmiş ittiham üzrə cinayət əməlini törətmələrində təqsirli olmaları kifayət qədər sübuta yetirildi. Məhkəmə təqsirləndirilən şəxslərin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə tövsif olunmuş, onlar həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdırlar. Onlar cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə gəldiyi nəticələri «Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli qərarının tələbləri baxımından da əsaslı hesab edir. Belə ki, qərarın 12-ci bəndində qeyd edilmişdir ki, qaçaqmalçılıq cinayətinin obyektiv cəhətinə aid olan hərəkətlərdən biri kimi bəyan etməmə dedikdə, gömrük bəyannaməsində və ya GM-də nəzərdə tutulmuş malların digər üsulla bəyan edilməsi zamanı malların və bəyan edilməli olan nəqliyyat vasitələrinin buraxılması, onların seçilmiş gömrük proseduruna salınması, gömrük ödənişlərinin hesablanması və tutulması haqqında qərarın qəbul edilməsi üçün zəruri olan məlumatların bilərəkdən göstərilməməsi başa düşülür. Düzgün bəyan etməmə gömrük bəyannaməsində və ya digər müəyyən edilmiş bəyan etmə formasında mallar və nəqliyyat vasitələri, onların gömrük proseduru haqqında məlumatların və yuxarıda göstərilmiş gömrük məqsədləri üçün zəruri olan digər məlumatların bilərəkdən yanlış göstərilməsindən ibarətdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs barəsində tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində cəza təyin edərkən onların törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətlərini, o cümlədən cəzalarını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onların islah olunmalarına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin 1-ci cild 186-cı vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanası publik hüquqi şəxsindən daxil olmuş 24 may 2022-ci il tarixli, 4574 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmayıb. Cinayət işinin 1-ci cild 193-cü vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 17 may 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 məhkumluğu olmamışdır. Cinayət işinin 2-ci cild 268-ci vərəqəsində olan 60 saylı MKİS-dən daxil olmuş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 müsbət səciyyələndirilir. Məhkəmə Təqsirləndirilən şəxs1 müsbət səciyyələndirilməsini Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Cinayət işinin 1-ci cild 195-ci vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 26 may 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 məhkumluğu olmamışdır. Cinayət işinin 2-ci cild 77-ci vərəqəsində olan 152 saylı MKİS-dən daxil olmuş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 müsbət səciyyələndirilir. Məhkəmə Təqsirləndirilən şəxs2 müsbət səciyyələndirilməsini Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə xüsusi ilə vurğulayır ki, qanuni, əsaslandırılmış və ədalətli cəzanın təyin edilməsi cinayətkarlıqla mübarizə aparılması və hüquq qaydalarının möhkəmləndirilməsi üçün vacib vasitə olmaqla, lazımı cəzalandırma tədbirini təmin edir, məhkumun islah olunması və yenidən tərbiyə edilməsinə köməklik göstərir, həm onun, həm də sair şəxslər tərəfindən yeni cinayət edilməsinin qarşısını alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. ...Hər bir konkret halda təqsirləndirilən şəxslərə qarşı cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. “İnsan Hüquqlarının və X7 haqqında” Avropa Konvensiyasının 5-ci maddəsində insan hüquqlarının müdafiəsinin mühüm elementi yer almışdır. Şəxsi azadlıq elə bir əsas şərtdir ki, hamı ondan istifadə etmək imkanına malik olmalıdır. Azadlıqdan məhrum edilmə bir çox digər hüquqlardan istifadəyə birbaşa mənfi təsir göstərə bilər. Hakimlər hər zaman yadda saxlamalıdırlar ki, azadlıq hüququna verilən təminatın hər hansı məna kəsb etməsi üçün istənilən azadlıqdan məhrum edilmə həmişə müstəsna tədbir olmalı, obyektiv əsaslandırılmalı və mütləq zərurət tələb etdiyi müddətdən artıq davam etməməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Amyur Fransaya qarşı işində” (25 iyun 1996-cı il) qeyd etmişdir ki, 5-ci maddənin 1-ci bəndində “azadlıq hüququ” bəyan edilərkən şəxsin fiziki azadlığı nəzərdə tutulur; Məhkəmənin məqsədi heç kəsin qanunsuz olaraq azadlıqdan məhrum edilməməsini təmin etməkdir. Digər tərəfdən, bu sadəcə hərəkət azadlığının məhdudlaşdırılmasına aid prinsip deyil, belə məhdudiyyətlər 4 saylı Protokolun 2-ci maddəsi ilə tənzimlənir. 5-ci maddənin mənası baxımından hər hansı şəxsin “azadlıqdan məhrum” edilib-edilmədiyini müəyyənləşdirərkən çıxış nöqtəsi kimi onun konkret vəziyyəti götürülməli və bütün meyarlara, məsələn, sözügedən tədbirin (azadlıqdan məhrum etmənin) növünə, müddətinə, nəticələrinə və həyata keçirilmə üsuluna diqqət yetirilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyinin mühüm prinsiplərindən biri–humanizm prinsipidir (Azərbaycan Respublikası CM-nin 9-cu maddəsi). Humanizm prinsipi cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Yəni cinayət törədən şəxs barəsində nisbətən yüngül cəza növünü seçmək və tətbiq etməklə cəzanın məqsədinə nail olmasını nəzərdə tutur. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 10.1-ci bəndində cinayətlərin, xüsusilə iqtisadi fəaliyyət sahəsində cinayətlərin dekriminallaşdırılmasından, 10.3-cü bəndində törədilən əməlin ictimai-təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrumetməyə alternativ cəzaların təyin edilməsinin əsaslarının müəyyən olunmasından bəhs edilməklə, 13-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilsin. Bununla yanaşı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-nin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında“ olan xx.xx.1999cu il tarixli qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb eyni zamanda məhkumları islah etmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edilməsi məsələsini müzakirə edərkən onların törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, hər iki şəxsin ilk dəfə cinayət törətmələrini, şəxsiyyətlərini nəzərə alaraq hesab edir ki, onların cəmiyyətdən təcrid edilməsinə ehtiyac yoxdur. Onların cəmiyyətdən təcrid edilmədən islah edilməsini mümkün sayan məhkəmə belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinin tətbiq edilməsi üçün əsaslar vardır və onlara şərti cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Cinayət işinin 2-ci cild 152-155-ci vərəqələrində olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin İstintaq və Təhqiqat İdarəsinin böyük müstəntiqi, gömrük xidməti mayoru X1 22 iyul 2022-ci il tarixli polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 2-ci cild 183-185-ci vərəqələrində olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin İstintaq və Təhqiqat İdarəsinin böyük müstəntiqi, gömrük xidməti mayoru X1 22 iyul 2022-ci il tarixli polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilməli və onlar barəsində hökm qanuni qüvvəyə minənədək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 500 (beş yüz) manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq dövlət nəfinə keçirilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Cinayət işinin 1-cild 104-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 21 aprel 2022-ci il tarixli maddi sübutun təhvil verilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 götürülmüş ümumi kütləsi 701,01 qram olan zərgərlik məmulatları və Təqsirləndirilən şəxs1 götürülmüş ümumi çəkisi 124,0 qram zərgərlik məmulatları saxlanca Dövlət Gömrük Komitəsinin xəzinəsinə təhvil verilmişdir. Cinayət işinin 1-cild 177-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 18 may 2022-ci il tarixli maddi sübutun təhvil verilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 götürülmüş qızıl-zinət əşyaları tədqiqat aparılması üçün Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə təqdim etmək üçün Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsinin müstəntiqi Toğrul İbrahimli tərəfindən təhvil alınmışdır. Cinayət işinin 1-cild 206-cı vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 10 iyun 2022-ci il tarixli maddi sübutun təhvil verilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 götürülmüş qızıl-zinət əşyaları saxlanca Dövlət Gömrük Komitəsinin xəzinəsinə təhvil verilmişdir. Cinayət işinin 1-cild 202-204-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin İstintaq və Təhqiqat İdarəsinin böyük müstəntiqi, gömrük xidməti mayoru X1 10 iyun 2022-ci il tarixli əşyanın maddi sübut hesab edilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 götürülmüş ümumilikdə 825,01 qram çəkidə, 144.347 manat dəyərində zərgərlik məmulatları cinayət işi üzrə maddi sübut kimi tanınmışdır. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsində qeyd edilmişdir ki, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə d,övlətin nəfinə keçirilməlidir); terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Hazırkı iş üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 aşkar edilib götürülmüş qızıl-zinət əşyaları onların təqsirli bilindiyi qaçaqmalçılıq cinayətinin predmetidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.1999cu il tarixli Qərarında maddi sübut qismində tanınmış cinayətin predmetinin dövlət nəfinə alınması xüsusi müsadirə adlandırılmış, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.2-ci maddəsi isə şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitlərinin dövlət nəfinə keçirilməsini nəzərdə tutmuşdur. Lakin, məhkəmə hesab edir ki, qanunun həmin normalarını tətbiq etməklə qızıl-zinət əşyaların təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 alınıb dövlət nəfinə keçirilməsi onların məcburi qaydada xüsusi mülkiyyətindən məhrum edilməsi deməkdir. Belə olduğu təqdirdə, məhkəmə hesab edir ki, fiziki şəxsin əldə edilmə mənbəyi mübahisələndirilməyən öz xüsusi mülkiyyətindən məcburi qaydada məhrum edilməsi məsələsi həll olunduğundan, bu cür məhrumetmənin cinayət-hüquqi anlamda cinayət cəzası kimi və ya cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuş qaydada xüsusi müsadirə kimi tətbiq edilməsi düzgün hesab edilə bilməz. Belə ki, məhkəməyədək icraat zamanı və məhkəmə prosesində iş üzrə dindirilmiş təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 bildirmişdir ki, onlardan aşkar edilmiş qızıl-zinət əşyaları özlərinə məxsus olmuş, bəziləri Təqsirləndirilən şəxs1 nənəsindən miras qalmış, onlar nişanlı olduğu üçün həmin qızıl-zinət əşyalarından Təqsirləndirilən şəxs2 da pay verilmişdir. Təqsirləndirilən şəxslərin ifadələrindən görünür ki, onlardan aşkar edilmiş 825,01 qram çəkidə, 144.347 manat dəyərində zərgərlik məmulatları cinayət yolu ilə əldə edilməmiş, onlara məxsus öz xüsusi mülkiyyətindən olan zərgərlik məmulatlarıdır. Təqsirləndirilən şəxslərin bu ifadələrini təkzib edən hər hansı bir hal və ya sübut növü nə ibtidai istintaq, nə də məhkəmə istintaqı zamanı müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21-ci maddəsində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilənin xeyrinə həll edilməsi, eyni ilə cinayət və cinayət prosessual qanunların tətbiqində aradan qaldırılmış şübhələrin də onun xeyrinə həll olunması, ittihamı sübuta yetirmək, təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsinin ittiham tərəfinin üzərinə düşməsi göstərilir. Azərbaycan Respublikası CPM-nin 145.3-cü maddəsində qeyd olunmuşdur ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası CPM-nin 351.3.4-cü maddəsinin tələblərinə əsasən təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsirli bilinməsi və onun barəsində cəza tədbirinin tətbiq edilməsi barədə məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələr onun xeyrinə şərh edilir. «Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli qərarının 26 və 27-cı bəndində aşağıdaılar qeyd edilmişdir: qaçaqmalçılığın predmeti, aləti və ya vasitəsi olan maddi sübutlar barədə məsələ həll edilərkən izah edilsin ki, bu zaman həmçinin mülkiyyətin toxunulmazlığı haqqında Konstitusiyanın 29-cu maddəsinin, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin tələbləri, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququ, xüsusi müsadirənin əsasları və qaydaları təsbit edilmiş CM-nin 99-1-ci maddəsinin və GM-nin tələbləri nəzərə alınmalıdır. Məhkəmələrə tövsiyə edilsin ki, qaçaqmalçılığa dair işlərə baxarkən iş üzrə maddi sübut hesab edilmiş qaçaqmalçılığın predmeti olan pul, qiymətli kağızlar, qızıl-zinət əşyaları və başqa əmlakın (CM-nin 206.2-ci maddəsində sadalanan dövriyyəsi qadağan olunmuş əşyalar istisna olmaqla) təqsirkarın mülkiyyətində olmasına dair kifayət qədər sübutların olmasını müəyyən etdikdə, digər tərəfdən isə bu əmlakın xüsusi müsadirəsi üçün CM-nin 99-1-ci maddəsində nəzərdə tutulmuş əsaslar aşkar edilmədikdə Konstitusiyanın 29-cu maddəsinin və Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin tələbləri ilə yanaşı bu xarakterli işlərdə müsadirənin mülkiyyət hüququna müdaxiləyə uyğun olmamasına və şəxsin cinayət cəzasına məruz qalması ilə yanaşı mülkiyyətdən məhrum edilə bilinməməsinə dair İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna (“İsmayılov Rusiyaya qarşı” iş üzrə 06 noyabr 2008-ci il tarixli, “Adjiqoviç Rusiya Federasiyasına qarşı” iş üzrə 08 oktyabr 2009-cu il tarixli Qərarlar) əsaslansınlar. Təqsirləndirilən şəxslərdən götürülmüş həmin qızıl-zinət əşyalarının müsadirə olunması şəxsin öz mülkiyyətindən faktiki olaraq məhrum edilməsi ilə nəticələnir ki, bu da fiziki şəxsin fundamental hüquqlarından sayılan mülkiyyət hüququnun pozulmasına səbəb olur. Ona görə də, məhkəmə hesab edir ki, bu cür müsadirənin hətta Cinayət Prosessual Məcəllənin 132.1.2-ci maddəsi əsasında həyata keçirilməsi belə qərarı verən orqanı şəxsin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsi, eləcə də “İnsan Hüquqlarının və X3 haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təsbit edilmiş mülkiyyət hüququnu gözləmək və müsadirəni yalnız bu aktlarla yol verilən hallarda tətbiq etmək vəzifəsindən azad etmir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 2.2 və 2.3-cü maddələrində Azərbaycan Respublikası Konstitusiyasının normalarının Azərbaycan Respublikasının bütün ərazisində ali hüquqi qüvvəyə malik olduğu və birbaşa qüvvədə olduğu, həmçinin Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə bu Məcəllədən fərqli digər qaydalar müəyyən olunduğu halda, beynəlxalq müqavilənin qaydalarının tətbiq edildiyi təsbit edilmişdir. Beləliklə, məhkəmə belə qərara gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 götürülmüş 825,01 qram çəkidə, 144.347 manat dəyərində zərgərlik məmulatlarının müsadirə olunması, Cinayət Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmadığı halda, onların faktiki olaraq əmlak xarakterli ikinci sanksiyaya məruz qalmasına səbəb ola bilər. Deməli, göstərilən prosessual tədbirin tətbiqi hazırkı iş üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ifrat yükə məruz qoyacaqdır. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Dövlət Gömrük Komitəsinin Xəzinəsində maddi sübut kimi saxlanılan və bəyan edilməmiş təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 götürülmüş ümumilikdə 825,01 qram çəkidə, 144.347 manat dəyərində zərgərlik məmulatları hökm qanuni qüvvəyə mindikdən və müvafiq dövlət rüsumu ödənildikdən sonra, mülkiyətçisi və iş üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qaytarılmalıdır. Cinayət işinin 1-ci cild 191-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərebaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X18 İdarəsindən daxil olmuş 30 may 2022-ci il tarixli, 016-65558-1222 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 adına xx.xx.2020-ci ildə “Chevrolet Cruze” markalı, **-RE-*** dövlət qeydiyyat nişanlı avtomobil qeydiyyata alınmışdır. Təqsirləndirilən şəxs2 adında nəqliyyat vasitəsi qeydiyyatdan keçmir. Cinayət işinin 1-ci cild 225-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərebaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsindən daxil olmuş 09 iyun 2022-ci il tarixli, **********08 nömrəli məktubdan görünür ki, mövcud arxiv materiallarına əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 adına qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həl etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsində qeyd edilmişdir ki, xüsusi müsadirə cinayət hüquqi tədbiri aşağıda göstərilən əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır: məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla). Azərbaycan Respublikası CM-nin 99-3.1-ci maddəsinə əsasən müsadirə məsələsi həll olunarkən ilk növbədə cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan ödənilməlidir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 məxsus hər hansı bir əmlak üzərinə həbs qoyulmamış, cinayət yolu ilə əldə edilmiş əmlak müəyyən edilməmiş, iş üzrə mülki iddia yoxdur. Buna əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qarşı xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli və «Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H ö k m e t d i:
1. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs1 cəzası şərti hesab edilsin. Nürəddin Hüseynə 01 (bir) il 06 (altı) ay sınaq müddəti təyin edilsin. Sınaq müddəti ərzində üzərinə davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək, davranışına nəzarəti həyata keçirən orqanın çağırışına vaxtında gəlmək və öz davranış ilə islah olunmasını sübut etmək vəzifəsi qoyulsun. Sınaq müddətinin əvvəli məhkəmə hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək hökm qanuni qüvvəyə minənədək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs1 barəsində xüsusi müsadirə tətbiq edilməsin.
2. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs2 cəzası şərti hesab edilsin. Təqsirləndirilən şəxs2 01 (bir) il 06 (altı) ay sınaq müddəti təyin edilsin. Sınaq müddəti ərzində üzərinə davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək, davranışına nəzarəti həyata keçirən orqanın çağırışına vaxtında gəlmək və öz davranış ilə islah olunmasını sübut etmək vəzifəsi qoyulsun. Sınaq müddətinin əvvəli məhkəmə hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək hökm qanuni qüvvəyə minənədək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs2 barəsində xüsusi müsadirə tətbiq edilməsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 500 (beş yüz) manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış və Dövlət Gömrük Komitəsinin Xəzinəsində maddi sübut kimi saxlanılan və bəyan edilməmiş təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 götürülmüş ümumilikdə 825,01 qram çəkidə, 144.347 manat dəyərində zərgərlik məmulatları hökm qanuni qüvvəyə mindikdən və müvafiq dövlət rüsumu ödənildikdən sonra, mülkiyətçisi və iş üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qaytarılsın. Hökmdən elan olunduğu vaxtdan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarıldıqdan 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir.
Sədrlik edən hakim: Azad Məcidov
Hakimlər: Zeynal Ağayev
Səbuhi Hüeynov