Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-376/2021 31.03.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Sadıxov Rasim Əkrəm oğlu (sədrlik edən), hakimlər Kərimov Novruz Ağakərim oğlu və Paşayev Azər İslah oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər: Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi3, Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkilləri X12 və Müdafiəçi2 iştirakları ilə açıq məhkəmə iclasında xx.xx.1988-ci ildə Əli-Bayramlı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, himayəsində xx.xx.2014 və xx.xx.2020-ci il təvəllüdlü iki azyaşlı uşağı olan, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2018ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 240.2.1 və 240.2.2-ci maddələri ilə təqsirli bilinərək 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməklə vg Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 9 saylı Məntəqə tipli cəzaçəkmə müəssisəsində cəza çəkmiş, Şirvan şəhəri, Dəmiryol küçəsi, ev 10-da qeydiyyatda olmaqla Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, Akkord Etalon massivi, blok C, mənzil 151-də yaşayan, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 240.3.2-ci maddəsi ilə xx.xx.1981-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, ailəli, himayəsində 2007 və 2008-ci il təvəllüdlü iki uşağı olan, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Bakı şəhəri, Yasamal rayonu, Z.Xəlilov küçəsi, 568-ci məhəllə, ev 14/40, mənzil 2-də qeydiyyatda olmaqla Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, ev 68, mənzil 27-də yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 240.3.2-ci maddəsi ilə xx.xx.1989-cu ildə Sabirabad şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Sabirabad şəhəri, İ.İsgəndərov küçəsi, döngə 2, ev 13-də qeydiyyatda olmaqla Abşeron rayonu, Hökməli qəsəbəsi, fərdi evdə kirayədə yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 240.3.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs1 satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan külli miqdarda güclü təsir edən maddələri əldə etmə, saxlama, daşıma və satma barədə tanışları Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə aralarındakı cinayətkar razılaşmaya əsasən Təqsirləndirilən şəxs1 istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə qanunsuz olaraq satış məqsədi ilə əldə etdiyi narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan külli miqdarda güclü təsir edən maddələr hesab edilən üzərində «T-Doll (tramadol hydrocholide BP 200 mg)» yazısı olan 40 ədəd konvalyutda 399 ədəd, üzərində «T-Doll 200 DS (tramadol hydrocholide 200 DS)” yazısı olan konvalyutda 160 ədəd və üzərində eyni göstəricisi olan 1 ədəd qutuda 100 ədəd həblərdən ibarət olmaqla ümumi sayı 659 ədəd ağ dairəvi formalı həblərdən ibarət təsiredici maddəsi tramadol hidroxloridin ümumi miqdarı 131,8 qram təşkil edən tramadol hidroxlorid tərkibli, üzərində «Tramadol 50 mg” yazısı olan 119 ədəd konvalyutda cəmi 1190 ədəd ağ-göy rəngli kapsullardan ibarət təsiredici maddəsi tramadol hidroxloridin ümumi miqdarı 59,5 qram təşkil edən tramadol hidroxlorid tərkibli, üzərində «Pregabalin 150» yazısı olan 17 ədəd konvalyutda 177 ədəd ağ-qırmızı rəngli kapsullardan, «Preqasol (preqabalin)» yazısı olan 30 ədəd konvalyutda 300 ədəd qırmızı-narıncı rəngli kapsullardan və «Pregabalin 150» yazısı olan 12 ədəd konvalyutda 179 ədəd narıncı-göy rəngli kapsulllardan ibarət ümumilikdə 656 ədəd kapsullarda təsiredici maddəsi preqabalinin ümumi miqdarı 98,4 qram təşkil edən preqabalin tərkibli, üzərində «Tamol XX (tamadol hydrocholide 200 mg) yazısı olan 1 ədəd konvalyutda 10 ədəd qırmızı rəngli dairəvi formalı həblərdən ibarət təsiredici maddəsi tramadol hidroxloridin ümumi miqdarı 2 qram təşkil edən tramadol hidroxlorid tərkibli, üzərində «Contramal (tramadol HCİ) 2 20» yazısı olan 24 ədəd konvalyutda 246 ədəd narıncı rəngli dairəvi formalı həblərdən ibarət təsiredici maddəsi tramadolun ümumi miqdarı 36,9 qram təşkil edən tramadol tərkibli, üzərində «Royal 225 (tramadol hydrocholide 225 mg)» yazısı olan qutuda 5 ədəd konvalyutda cəmi 58 ədəd açıq qırmızı rəngli dairəvi formalı həblərdən ibarət təsiredici maddəsi tramadol hidroxloridin ümumi miqdarı 13,05 qram təşkil edən tramadol hidroxlorid tərkibli, üzərində «Lirica 150 mg (preqabalin)» yazısı olan 5 ədəd konvalyutda 70 ədəd ağ rəngli kapsullardan ibarət təsiredici maddəsi preqabalinin ümumi miqdarı 10,5 qram təşkil edən preqabalin tərkibli, üzərində «Regapen 300 (preqabalin)» yazısı olan 9 ədəd konvalyutda 126 ədəd ağ-qəhvəyi rəngi kapsullardan ibarət təsiredici maddəsi preqabalinin ümumi miqdarı 37,8 qram təşkil edən preqabalin tərkibli, üzərində «T-Doll» yazısı olan konvalyutda 4 ədəd ağ rəngli həblərdən ibarət təsiredici maddəsi tramadol hidroxloridin ümumi miqdarı 0,8 qram təşkil edən tramadol hidroxlorid tərkibli, üzərində «Preqabalin 300» yazısı olan 1 ədəd ağ-qəhvəyi rəngli kapsuldan ibarət təsiredici maddəsi preqabalinin miqdarı 0,3 qram təşkil edən preqabalin tərkibli, üzərində «Tramadol 150» yazısı olan 1 ədəd konvalyutda 9 ədəd həblərdən ibarət təsiredici maddəsi tramadolun ümumi miqdarı 1,35 qram təşkil edən tramadol tərkibli və üzərində «Preqabalin 150» yazısı olan konvalyutda 5 ədəd kapsullardan ibarət təsiredici maddəsi preqabalinin ümumi miqdarı 0,75 qram təşkil edən preqabalin tərkibli dərman preparatlarını daşıyaraq işlətdiyi Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 25 ünvanında fəaliyyət göstərən aptek məntəqəsində qanunsuz saxlamaqla Azərbaycan Respublikası ərazisində dövriyyəsinə nəzarət edilən güclü təsir edən dərman preparatlarının pərakəndə satışının həyata keçirilməsi üçün icazə sənədi (lisenziya) olmadan həmin güclü təsir edən maddələr hesab olunan dərman preparatlarının həmin aptekdə satışını həyata keçirmək barədə Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 təlimatlandırmış, qeyd edilən aptek məntəqəsində güclü təsir edən maddə hesab olunan bu cür dərman preparatlarının qanunsuz satışının həyata keçirilməsi ilə bağlı Şahid5 əvvəlcədən verdiyi məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən xx xxxxxx 2020-ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı qeyd edilən güclü təsir edən maddələr hesab edilən dərman preparatlarından üzərində «Tramadol 150» yazısı olan 1 ədəd konvalyutda 9 ədəd həblərdə təsiredici maddəsi tramadolun ümumi miqdarı 1,35 qram təşkil edən tramadol və üzərində «Pregabalin 150» yazısı olan konvalyutda 5 ədəd kapsullarda təsiredici maddəsi preqabalinin ümumi miqdarı 0,75 qram təşkil edən preqabalin dərman preparatları həmin gün saat 18:39-da aptekdə satıcı işləyən Təqsirləndirilən şəxs2 tərəfindən əməliyyat-axtarış tədbirində nəzarət qaydasında mal alan Şahid5 50 manat pul müqabilində qanunsuz satılmış, bunun ardınca az sonra Təqsirləndirilən şəxs2 tərəfindən üzərində «T-Doll» yazısı olan konvalyutda 4 ədəd həblərdə təsiredici maddəsi tramadol hidroxloridin ümumi miqdarı 0,8 qram təşkil edən tramadol hidroxlorid və üzərində «Pregabalin 300» yazısı olan 1 ədəd həbdə təsiredici maddəsi preqabalinin miqdarı 0,3 qram təşkil edən preqabalin dərman preparatları həmin vaxt aptekdə olan digər müştəri Şahid4 11 manat pul müqabilində təkrarən qanunsuz satıldıqdan dərhal sonra Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 polis əməkdaşları tərəfindən aptek məntəqəsində saxlanılmış, baxış zamanı nəzarət qaydasında mal alan Şahid5 təqdim etdiyi üzərində «Tramadol 150» yazısı olan 1 ədəd konvalyutda 9 ədəd həblərdə təsiredici maddəsi tramadolun ümumi miqdarı 1,35 qram təşkil edən tramadol və üzərində «Pregabalin 150» yazısı olan konvalyutda 5 ədəd kapsullarda təsiredici maddəsi preqabalinin ümumi miqdarı 0,75 qram təşkil edən preqabalin dərman preparatları, Şahid4 təqdim etdiyi üzərində «T-Doll» yazısı olan konvalyutda 4 ədəd həblərdə təsiredici maddəsi tramadol hidroxloridin ümumi miqdarı 0,8 qram təşkil edən tramadol hidroxlorid və üzərində «Pregabalin 300» yazısı olan 1 ədəd həbdə təsiredici maddəsi preqabalinin miqdarı 0,3 qram təşkil edən preqabalin dərman preparatları, eləcə də Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 aptekdə qanunsuz saxlanılan, 1 ədəd karton qutunun içərisinə yığılmış halda təqdim etdikləri qalan külli miqdarda güclü təsir edən maddələr hesab edilən üzərində «T-Doll (tramadol hydrocholide BP 200 mg)» yazısı olan 40 ədəd konvalyutda 399 ədəd, üzərində «T-Doll 200 DS (tramadol hydrocholide 200 DS)” yazısı olan konvalyutda 160 ədəd və üzərində eyni göstəricisi olan 1 ədəd qutuda 100 ədəd həblərdən ibarət olmaqla ümumi sayı 659 ədəd ağ dairəvi formalı həblərdən ibarət təsiredici maddəsi tramadol hidroxloridin ümumi miqdarı 131,8 qram təşkil edən tramadol hidroxlorid tərkibli, üzərində «Tramadol 50 mg” yazısı olan 119 ədəd konvalyutda cəmi 1190 ədəd ağ-göy rəngli kapsullardan ibarət təsiredici maddəsi tramadol hidroxloridin ümumi miqdarı 59,5 qram təşkil edən tramadol hidroxlorid tərkibli, üzərində «Pregabalin 150» yazısı olan 17 ədəd konvalyutda 177 ədəd ağqırmızı rəngli kapsullardan, «Preqasol (preqabalin)» yazısı olan 30 ədəd konvalyutda 300 ədəd qırmızı-narıncı rəngli kapsullardan və «Pregabalin 150» yazısı olan 12 ədəd konvalyutda 179 ədəd narıncı-göy rəngli kapsulllardan ibarət ümumilikdə 656 ədəd kapsullarda təsiredici maddəsi preqabalinin ümumi miqdarı 98,4 qram təşkil edən preqabalin tərkibli, üzərində «Tamol XX (tamadol hydrocholide 200 mg) yazısı olan 1 ədəd konvalyutda 10 ədəd qırmızı rəngli dairəvi formalı həblərdən ibarət təsiredici maddəsi tramadol hidroxloridin ümumi miqdarı 2 qram təşkil edən tramadol hidroxlorid tərkibli, üzərində «Contramal (tramadol HCİ) 2 20» yazısı olan 24 ədəd konvalyutda 246 ədəd narıncı rəngli dairəvi formalı həblərdən ibarət təsiredici maddəsi tramadolun ümumi miqdarı 36,9 qram təşkil edən tramadol tərkibli, üzərində «Royal 225 (tramadol hydrocholide 225 mg)» yazısı olan qutuda 5 ədəd konvalyutda cəmi 58 ədəd açıq qırmızı rəngli dairəvi formalı həblərdən ibarət təsiredici maddəsi tramadol hidroxloridin ümumi miqdarı 13,05 qram təşkil edən tramadol hidroxlorid tərkibli, üzərində «Lirica 150 mg (preqabalin)» yazısı olan 5 ədəd konvalyutda 70 ədəd ağ rəngli kapsullardan ibarət təsiredici maddəsi preqabalinin ümumi miqdarı 10,5 qram təşkil edən preqabalin tərkibli və üzərində «Regapen 300 (preqabalin)» yazısı olan 9 ədəd konvalyutda 126 ədəd ağ-qəhvəyi rəngi kapsullardan ibarət təsiredici maddəsi preqabalinin ümumi miqdarı 37,8 qram təşkil edən preqabalin tərkibli dərman preparatları aşkar edilərək polis əməkdaşları tərəfindən götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2008-2010cu illərdə Bakı şəhərində yerləşən 1 saylı Tibb Kollecində əczaçılıq üzrə orta ixtisas təhsili almış, 2010-cu ildən də aptek sahəsində dərman preparatlarının satışı üzrə əczaçı işləmişdir. Evlidir və iki azyaşlı övladı var. 2019-cu ilin noyabr ayında Bakı şəhəri Xətai rayonu Gəncə prospekti 25 ünvanında yerləşən qeyri-yaşayış sahəsini icarəyə götürmüş və aptek məntəqəsi kimi işlətməyə başlamışdır. Həmin aptek məntəqəsinin adı yoxdur, sadəcə «Aptek» adı altında fəaliyyət göstərirdi. Həmin aptekdə özü əczaçı olaraq dərman preparatlarının satışını həyata keçirirdi. Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 həmin aptekdə əczaçı kimi işləmişlər. Hər ikisi dərman preparatlarının pərakəndə satışını həyata keçirirdilər. Mahir və Vüsalə onun aptekində qeyri-rəsmi işləmişlər. Vüsalə təcrübəçi satıcı olmuşdur. Mahir, həm də Vüsalə hər gün səhər saat 09-dan axşam saat 21-ə kimi aptekdə əczaçılıq etmişlər. Mahirə aralarındakı razılaşmaya görə 350 manat, Vüsaləyə isə 150 manat əmək haqqı vermişdir. 2019-cu ilin dekabr ayının ortalarında özü tək işlətdiyi aptekdə olarkən bir nəfər orta yaşlı, tanımadığı və adını bilmədiyi qadın əlində bir sellofan torbada aptekə daxil olub ona bildirmişdir ki, özünün oğlu əvvəllər bir neçə il tramadol və preqabalin tərkibli dərman preparatları ilə müalicə olunmuş, ona həkim tərəfindən resept əsasında həmin dərmanlar yazılmışdır. Həmin qadın ağlayaraq ona bildirmişdir ki, xəstə oğlu artıq dünyasını dəyişmiş, yəni ölmüş, öləndən sonra oğluna aid olan həmin dərmanlar evdə artıq qalmışdır. Həmin qadın bildirmişdir ki, özü də xəstədir və adi normal dərmanlar almağa pulu yoxdur, maddi vəziyyəti çox pisdir və təkidlə xahiş etmişdir ki, imkan varsa həmin dərmanları ondan qəbul edib əvəzində ona lazım olan adi reseptsiz dərmanlar versin. Özünün də həmin qadına yazığı gəlmiş, ondan həmin dərman preparatlarını götürmək, yaxın vaxtlarda bu kimi dərmanların pərakandə satışına icazə lisenziyasını da müvafiq orqanlardan əldə edərək satmaq qərarına gəlmişdir. Ona görə də özü həmin qadından gətirdiyi sellofan torbada olan tramadol və preqabalin tərkibli dərman preparatlarını götürmüş, əvəzində isə ona istədiyi bir neçə bahalı dərman preparatını verib yola salmışdır. Bundan sonra həmin tramadol və preqabalin tərkibli dərman preparatlarını bir karobka qutuya yığıb aptekdə piştaxtın alt gözünə qoymuşdur. Həmin vaxtdan bir neçə gün sonra aptekə bəzi müştərilər gəlib tramadol və preqabalin tərkibli dərman həbləri almaq istədikləri üçün özü artıq həmin dərmanları satmaq məcburiyyətində qalmışdır. Aptekdə olanda özü, olmayanda isə satıcılar Mahir və Vüsalə də həmin tramadol və preqabalin tərkibli dərmanlardan ara sıra bəzi müştərilərə satmışlar. O, Mahirə və Vüsaləyə lisenziya alacağını, bu dərman preparatlarının satışına özü cavabdehlik daşıdığını demişdir. xx xxxxxx 2020-ci il tarixdə saat təxminən 19 radələrində aptek məntəqəsində olmamış, Vüsalə və Mahir isə aptekdə olmuşlar. Həmin gün saat 16-dan sonra Vüsalə ona zəng edib bildirmişdir ki, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları aptek məntəqəsində əməliyyat-axtarış tədbiri keçirərək tramadol və preqabalin tərkibli dərmanları aşkar etmişlər, onu isə polis əməkdaşları hadisədən iki gün sonra saxlamışlar. Etdiyi əməldən peşmandır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, digər təqsirləndirilən şəxsləri tanıyır. Belə ki, o, 2006-cı ildə X9 ilə rəsmi nikahla ailə qurmuş, bu nikahdan hazırda iki azyaşlı uşaqları var. Qızı Fatimə 13, oğlu Rəhim isə 12 yaşındadır. 2005-ci ildə Bakı şəhərində Odlar Yurdu universitetinin stomatalogiya fakültəsini bitirmiş, yəni ali tibb təhsili vardır. Lakin peşəsi üzrə, yəni stomatoloq kimi işləməmiş, 2012-2013-cü illərdə Altes Farm dərman şirkətində tibbi nümayəndə kimi işləmiş, sonra isə «Bayron Medical» tibbi avadanlıqlar satışı şirkətində nümayəndə kimi çalışmışdır. Tibbi avadanlıqların satışı məqsədilə Bakı şəhəri Xətai rayonu Gəncə prospektində yerləşən, X13 məxsus olan aptekdə qarşılıqlı razılaşmaya əsasən həmin avadanlıqların satışı üçün bir guşə yaratmış, həmçinin hadisəyədək təxminən 2 aya yaxın müddətdir ki, əczaçılıq sahəsini mənimsəmək üçün Tural Abıyevlə razılaşmışdır ki, təcrübəçi-satıcı qismində işləsin. Turalla razılaşmaya əsasən iş günləri saat 16-dan sonra aptekdə olandərmanların satışı ilə məşğul olmuşdur. Buna görə Tural ona aylıq əmək haqqı olaraq 150 manat məbləğində pul ödəməyi öhdəsinə götürmüşdür. Onunla yanaşı aptekdə dərmanların satışı ilə işdə olduğu zaman Turalın özü, olmadıqda isə onu əvəz edən Təqsirləndirilən şəxs3 məşğul olmuşdur. O, bilirdi ki, tramadol və preqabalin kimi dərmanlar yalnız həkim resepti ilə buraxıla bilər. Turalın ona və Mahirə deməsindən bilirdi ki, onun bu növ dərmanların satışına icazəsi var, heç bir qorxusu yoxdur. xx xxxxxx 2020-ci il tarixdə saat təxminən 18 radələrində özü həmin aptekdə satıcı kimi dayanmış, Mahir isə bir neçə dəqiqəlik aptekin içində arxa otağa keçmiş və ona bildirmişdir ki, qısa müddətə onu əvəz etsin. Həmin ərəfədə bir nəfər müştəri aptekə daxil olub ondan 9 həb tramadol və 5 həb preqabalin dərman preparatı istəmiş və bu dərmanlara görə ondan 50 manat pul alıb kassaya qoymuşdur. Həmin pul 2 ədəd 20 manatlıq və 1 ədəd də 10 manatlıq pul əskinası olmuşdur. Bu müştərinin arxasınca aptekə daha bir tanımadığı müştəri daxil olaraq ona 11 manat pul təqdim edib 4 həb tramadol və 1 həb də preqabalin istəmişdir. Bu dərman preparatlarını həmin şəxsə təqdim edəndə aptekdə olan bir neçə nəfər mülki geyimli şəxslər ona yaxınlaşıb özlərini Daxili İşlər Nazirliyinin Baş Narkotiklə Mübarizə İdarəsinin əməkdaşları kimi təqdim edərək əməliyyat-axtarış tədbirinin keçirilməsinə dair qərarla onu tanış etmiş, ondan aptekdə başqa işçinin olması ilə maraqlanmışlar. Bu zaman digər otaqda olan Mahir onlara yaxınlaşaraq polislərə aptekdə işlədiyini bildirmiş və polislər onu da qərarla tanış etmişlər. Polis əməkdaşları videoçəkiliş aparmaqla bir az əvvəl 50 manata və 11 manata qeyd etdiyi tramadol və preqabalin almış müştərilərdən həmin dərmanları aşkar edib götürmüşlər. Ondan 50 manata dərman alan şəxs polislərə preqabalin və tramadolu polislərə təqdim etmiş, o, həmin müştəridən aldığı 2 ədəd 20 manatlıq və 1 ədəd də 10 manatlıq pul əskinasını polislərə baxışa təqdim edəndə həmin pulların əvvəldən seriya və nömrələri protokolda qeyd edilmiş pullar olduğu məlum olmuşdur. Polislərin aptekdə qanunsuz dərman preparatlarının olması sualına cavab olaraq Mahir bildirmişdir ki, bu kimi dərmanlar var. Bundan sonra Mahir piştaxtın alt tərəfində içində bu cür dərmanlar olan bir ədəd karobkanı çıxarıb polis əməkdaşlarına təqdim etmiş, polis əməkdaşları da həmin karobkanın içərisindəki satışı qadağan olan çox saylı dərmanları sayıb qablaşdırmışlar. Həmçinin onun da satdığı, müştərilərdən aşkar edilmiş dərmanları da polis əməkdaşları qablaşdırmışlar. Bundan sonra polis əməkdaşlarının təklifi ilə o, Mahir və preparatları ondan alan 2 nəfər şəxs polis idarəsinə gedib orada izahatlarını vermişlər və baxışla əlaqədar tərtib olunmuş protokolla tanış olaraq imzalamışlar. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir, etdiyi əməldən peşmandır, onu və Mahiri bu dərmanları satmağa vadar edən Tural olmuş, həmin dərmanları Tural gətirib aptekə qoymuş, dərmanların satışına icazəsi olduğunu onlara bildirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxs Tural Abıyevi hadisə baş verən aptekin müdiri kimi, Təqsirləndirilən şəxs2 isə həmin aptekin satıcısı kimi tanıyır. Özü isə orada nəzarətçi qismində qeyri-rəsmi olaraq işləyir, Tural ona aylıq əmək haqqı kimi ayda 350 manat pul ödəyirdi. Nəzarətçi işlədiyi həmin aptekə dərman preparatlarını satış üçün Tural özü dərman deposundan alıb gətirir, aptek fəaliyyəti ilə məşğul olmasına xüsusi lisenziyası da var. İşlədikləri həmin aptekdə adi dərman preparatları ilə yanaşı, güclü təsir edən tramadol və preqabalin tərkibli dərmanları Turala tanımadığı bir qadın vermişdir. Tramadol və preqabalin tərkibli dərmanların satışı üçün Tural ona və Vüsaləyə demişdir ki, icazəsi vardır, narahat olmasınlar, həmin dərmanları sata bilərlər, heç bir problem olmayacaq. xx xxxxxx 2020-ci il tarixdə saat təxminən 18 radələrində o və Vüsalə aptekdə olmuşlar. O, bir neçə dəqiqəlik aptekin içində arxa otağa, yəni tualet otağına keçmiş, elə bir az sonra tualet otağından çıxıb satış yerinə qayıdanda aptekə bir neçə nəfər Daxili İşlər Nazirliyinin əməkdaşları gəldiyini görmüş, onlar ona Daxili İşlər Nazirliyinin Baş Narkotiklə Mübarizə İdarəsinin əməkdaşları olduqlarını və əməliyyat-axtarış tədbiri keçirilməsini bildirmişlər, bu barədə özlərində olan qərarla onu da tanış etmişlər və videoçəkiliş aparmışlar. Bu vaxt ona məlum olmuşdur ki,o, aptekin içində arxa tərəfdə tualet otağına keçəndən bir neçə saniyə ərzində Vüsalə aptekə gəlmiş bir nəfər müştəriyə 50 manat pul müqabilində 9 həb tramadol və 5 həb də preqabalin dərman preparatı, həmçinin digər bir müştəri oğlana da 11 manat pul müqabilində 4 həb tramadol və 1 həb də preqabalin satmışdır. Lakin o, bu zaman aptekin satış zalında olmamış, Vüsalənin bu dərmanları satmasını görməmişdir. Polis əməkdaşları videoçəkiliş aparmaqla 50 manata və 11 manata qeyd edilən dərman preparatlarını Vüsalədən almış müştərilərdən həmin dərmanları aşkar edib götürmüş, Vüsalənin müştərilərin birindən aldığı 2 ədəd 20 manatlıq və 1 ədəd də 10 manatlıq pul əskinasını baxışa təqdim edəndə həmin pulların əvvəldən seriya və nömrələri protokolda qeyd edilmiş pullar olduğunu görmüşlər. Polis əməkdaşları həmin aptek məntəqəsində qanunsuz saxlanılan digər bu kimi dərmanların olub olmadığını ondan soruşduqda o,piştaxtanın alt tərəfində içində bu cür dərmanlar olan bir ədəd karobkanı çıxarıb polis əməkdaşlarına təqdim etmiş, polis əməkdaşları da həmin karobkanın içərisindəki olan çox sayda preparatları aşkar edərək qablaşdırmışlar. Həmçinin Vüsalənin müştərilərə satdığı və müştərilərin polislərə təqdim etdikləri preparatları da polislər qablaşdırmışlar. Bundan sonra polis əməkdaşları o və Vüsalə polis əməkdaşlarının təklifi ilə Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət olunaraq sənədləşmə işləri aparılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 keçirilmiş əməliyyat tədbiri ilə əlaqədar tanıyır, Tural Abıyevi isə tanımır. xx xxxxxx 2020-ci il tarixdə günorta saatlarında Şahid5 Baş İdarəyə gələrək şifahi şəkildə məlumat verib bildirmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 25 ünvanında yerləşən Aptek məntəqəsində açıq-aşkar şəkildə qanunsuz olaraq müxtəlif güclü təsir edici dərman preparatları müştərilərə sərbəst satılır. Şahid5 onu da demişdir ki, əgər lazımdırsa özü şərti alıcı qismində nəzarət qaydasında həmin aptekdən «lirika», «Tramadol» adlı bu cür güclü təsir edən dərmanları sərbəst ala bilər. Həmin məlumatı protokol əsasında qəbul edərək bu barədə Baş İdarənin rəhbərliyinə raportla məruzə etmiş, qeyd edilən məlumatın yoxlanılması üçün Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 25 ünvanında yerləşən həmin Aptek məntəqəsində əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərar qəbul edilmişdir. Bundan əvvəl isə idarədə videoçəkiliş aparmaqla əməliyyat-axtarış tədbirində istifadə olunması üçün Şahid5 protokol əsasında, seriya və nömrələri protokolda qeyd edilməklə 02 ədəd 20 manatlıq və 01 ədəd 10 manatlıq pul əskinaslarından ibarət cəmi 50 manat pul vəsaiti təqdim edib vermişlər. Həmin tarixdə saat təxminən 18:30 radələrində Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları Şahid2 və Şahid3, həmçinin şərti alıcı qismində çıxış etməli olan Şahid5lə birlikdə Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 25 ünvanında yerləşən Aptek məntəqəsinin qarşısına gəlmişlər. Qeyd edilən aptek məntəqəsinə adi müştərilər kimi daxil olmuşlar, həmçinin keçirməkdə olduqları əməliyyat-axtarış tədbirinin «Xiaomi» markalı mobil telefonla videoçəkilişini aparmışlar. Həmin vaxt aptekin satış zalında piştaxtanın arxasında Təqsirləndirilən şəxs2 olmuş, şərti alıcı Şahid5 aptekə müştəri qismində daxil olaraq Təqsirləndirilən şəxs2 yaxınlaşaraq ondan 9 həb tramadol və 5 həb də preqabalin tərkibli dərman preparatı istəyərək həmin dərmanlara görə, ona əvvəldən verilmiş seriya və nömrələri protokolda qeyd edilmiş 02 ədəd 20 manatlıq və 01 ədəd 10 manatlıq pul əskinaslarını Təqsirləndirilən şəxs2 verib heç bir həkim resepti olmadan ondan həmin dərmanları almışdır. Gözləmədiyi bir halda elə bu zaman aptekə daxil olmuş və əməliyyataxtarış tədbirinə heç bir aidiyyəti olmayan bir nəfər cavan oğlan Təqsirləndirilən şəxs2 yaxınlaşıb ona 11 manat pul təqdim edərək heç bir həkim resepti olmadan 4 həb tramadol və 1 həb də preqabalin dərman preparatlarını almışdır. Dərhal bundan sonra satıcı Təqsirləndirilən şəxs2, həmçinin aptekə təsadüfən gəlib dərman preparatlarını alan Şahid4 saxlamaqla xidməti vəsiqələri göstərməklə özlərini təqdim edib Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları olduqlarını, əməliyyat-axtarış tədbirinin keçirilməsini bildirmişlər. Təqsirləndirilən şəxs2 bu barədə qərarla da tanış etmişlər. Vüsalədən aptek məntqəsində onunla birlikdə daha kimin işlədiyini də soruşmuş, o da aptekdə digər satıcı və nəzarətçi olan Mahir adlı şəxsin olduğunu bildirmişdir. Elə bu zaman aptekin arxa yardımçı otağından Təqsirləndirilən şəxs3 gəlmiş, o, özünü və həmkarlarını ona təqdim edərək tədbirə dair qərarla tanış etmişdir. Həmçinin Təqsirləndirilən şəxs3 izah olunmuşdur ki, tədbir zamanı satıcı Təqsirləndirilən şəxs2 iki nəfər alıcıya reseptsiz satışı qadağan olunmuş preparatları buraxmışdır. Mahir aptekdə nəzarətçi kimi fəaliyyət göstərdiyini bildirmiş, ona edilən sorğuya cavab olaraq piştaxtanın altında korobkada saxlanılan çox sayda güclü təsir edən maddələri təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 tərəfindən satılmış dərman preparatları və korobkada olan dərman preparatları qablaşdırılmış, dərmanları alan şəxslər, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 idarəyə dəvət olunaraq orada keçirilmiş əməliyyatın sənədləşdirilməsi baş vermişdir. Həm Vüsalə, həm də Mahir aptekin Abıyev Turala məxsus olduğunu, güclü təsir edən preparatları aptekə məhz Tural Abıyevin gətirdiyini, onun Təqsirləndirilən şəxs2 və onu bu preparatların satışına dair icazəsi olduğu barədə sözlərinə inandıqları üçün müştərilərə həmin dərmanları Vüsalə buraxmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı olmaqla Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 işlədiyi aptekdə keçirilmiş əməliyyat-axtarış tədbirində həmkarları Şahid1 və Şahid2la birlikdə iştirak etmişdir. Belə ki, o, təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 keçirilmiş əməliyyat tədbiri ilə əlaqədar tanıyır, Tural Abıyevi isə tanımır. xx xxxxxx 2020-ci il tarixdə günorta saatlarında Şahid5 Baş İdarəyə gələrək şifahi şəkildə məlumat verib bildirmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 25 ünvanında yerləşən Aptek məntəqəsində açıq-aşkar şəkildə qanunsuz olaraq müxtəlif güclü təsir edici dərman preparatları müştərilərə sərbəst satılır. Şahid5 onu da demişdir ki, əgər lazımdırsa özü şərti alıcı qismində nəzarət qaydasında həmin aptekdən «lirika», «Tramadol» adlı bu cür güclü təsir edən dərmanları sərbəst ala bilər. Həmin məlumata əsasən Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 25 ünvanında yerləşən Aptek məntəqəsində əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə rəhbərlik tərəfindən qərar qəbul edilmiş, Şahid5 öz razılığı ilə idarədə videoçəkiliş aparmaqla əməliyyat-axtarış tədbirində istifadə olunması üçün ona protokolda əks olunmaqla 02 ədəd 20 manatlıq və 01 ədəd 10 manatlıq pul əskinasları , cəmi 50 manat pul təqdim edilmiş, bundan sonra isə saat təxminən 18:30 radələrində həmkarları Şahid1 və Şahid2, həmçinin şərti alıcı qismində çıxış etməli olan Şahid5lə birlikdə Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 25 ünvanında yerləşən Aptek məntəqəsinə gəlmişlər. Həmin aptekə adi müştərilər kimi daxil olmaqla tədbirin gedişatını «Xiaomi» markalı mobil telefonla çəkmişlər. Həmin vaxt aptekin satış zalında piştaxtanın arxasında Təqsirləndirilən şəxs2 olmuş, şərti alıcı Şahid5 isə Təqsirləndirilən şəxs2 yaxınlaşaraq ondan 9 həb tramadol və 5 həb də preqabalin tərkibli dərman preparatı istəyərək həmin dərmanlara görə, ona əvvəldən verilmiş seriya və nömrələri protokolda qeyd edilmiş 02 ədəd 20 manatlıq və 01 ədəd 10 manatlıq pul əskinaslarını Təqsirləndirilən şəxs2 verib heç bir həkim resepti olmadan ondan həmin dərmanları almışdır. Gözləmədikləri bir halda elə bu zaman aptekə daxil olmuş və əməliyyataxtarış tədbirinə heç bir aidiyyəti olmayan bir nəfər cavan oğlan Təqsirləndirilən şəxs2 yaxınlaşıb ona 11 manat pul təqdim edərək heç bir həkim resepti olmadan 4 həb tramadol və 1 həb də preqabalin dərman preparatlarını almışdır. Dərhal bundan sonra satıcı Təqsirləndirilən şəxs2, həmçinin aptekə təsadüfən gəlib dərman preparatlarını alan Şahid4 saxlamaqla xidməti vəsiqələri göstərməklə özlərini təqdim edib Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları olduqlarını, əməliyyat-axtarış tədbirinin keçirilməsini bildirmişlər. Təqsirləndirilən şəxs2 bu barədə qərarla da tanış etmişlər. Vüsalədən aptek məntqəsində onunla birlikdə daha kimin işlədiyini də soruşmuş, o da aptekdə digər satıcı və nəzarətçi olan Mahir adlı şəxsin olduğunu bildirmişdir. Elə bu zaman aptekin arxa yardımçı otağından Təqsirləndirilən şəxs3 gəlmiş, ona da özlərini təqdim edərək tədbirə dair qərarla tanış etmişlər. Həmçinin Təqsirləndirilən şəxs3 izah olunmuşdur ki, tədbir zamanı satıcı Təqsirləndirilən şəxs2 iki nəfər alıcıya reseptsiz satışı qadağan olunmuş preparatları buraxmışdır. Mahir aptekdə nəzarətçi kimi fəaliyyət göstərdiyini bildirmiş, ona edilən sorğuya cavab olaraq piştaxtanın altında korobkada saxlanılan çox sayda güclü təsir edən maddələri təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 tərəfindən satılmış dərman preparatları və korobkada olan dərman preparatları qablaşdırılmış, dərmanları alan şəxslər, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 idarəyə dəvət olunaraq orada keçirilmiş əməliyyatın sənədləşdirilməsi baş vermişdir. Tədbir zamanı Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 qarşı heç bir fiziki güc və təzyiq edilməmiş, onlar könüllü olaraq aptekdə saxlanılan dərman preparatlarını təqdim etmişlər. Məhkəmə iclasnda şahid qismində dindirilmiş, keçirilən əməliyyat-axtarış tədbirində nəzarət qaydasında mal alan şərti alıcı qismində iştirak etmiş Şahid5 ifadəsində göstərmişdir ki, əvvəllər özü də güclü təsir edən dərmanlardan istifadə etmiş, lakin bu işi dayandırmış və belə dərmanları satan aptekdən məlumatı olduğu üçün polisə məlumat verərərk satıcını ifşa etmək məqsədilə şərti alıcı qismində iştirak etməyə razılıq vermişdir. xx xxxxxx 2020-ci il tarixdə polis əməkdaşları onun məlumatını protokol əsasında qəbul etmiş və ona protokol əsasında, seriya və nömrələri protokolda qeyd edilməklə iki ədəd 20 manatlıq və bir ədəd 10 manatlıq pul əskinaslarından ibarət 50 manat pul vermişlər. Həmin gün saat təxminən 18:30 radələrində aptek məntəqəsinə adi müştəri qismində, polislər isə müştəri kimi aptekə daxil olaraq əməliyyat-axtarış tədbirini mobil telefonla videoçəkiliş etmişlər. Həmin vaxt aptek məntəqəsində hal-hazırda məhkəmədə gördüyü Təqsirləndirilən şəxs2 satıcı kimi olmuş, o, ona yaxınlaşaraq əvvəldən ona verilmiş iki ədəd 20 manatlıq və bir ədəd 10 manatlıq pul əskinaslarını Təqsirləndirilən şəxs2 verib ondan heç bir həkim resepti olmadan 9 həb tramadol və 5 həb də preqabalin dərmanları almışdır. Bu zaman aptekdə əməliyyat-axtarış tədbirinə heç bir aidiyyəti olmayan, müştəri qismində gəlmiş digər bir nəfər cavan oğlan da olmuş və həmin oğlan da adi qaydada heç bir həkim resepti olmadan satıcıya yaxınlaşıb 11 manat pul təqdim edərək 4 həb tramadol və 1 həb də preqabalin dərman preparatı almışdır. Bundan sonra polis əməkdaşları dərhal satıcı qadına, həmçinin pulla qeyd edilən dərmanlarını almış cavan oğlana yaxınlaşıb onları saxlamaqla xidməti vəsiqələri göstərib özlərini təqdim edərək əməliyyat-axtarış tədbirinin keçirilməsini bildirmişlər. Təqsirləndirilən şəxs2 da bu barədə qərarla tanış etmişlər. Həmin vaxt aptekdə arxa otaqdan bir nəfər cavan oğlan çıxıb gələrək onlara tərəf yaxınlaşmış, həmin aptekdə satıcı və nəzarətçi işlədiyini bildirmişdir. Bu şəxs məhkəmədə gördüyü Təqsirləndirilən şəxs3 olmuşdur. Təqsirləndirilən şəxs2 ona və digər alıcıya güclü təsir edən qeyd edilən dərmanları satdığını səmimi etiraf etmiş və satışdan əldə etdiyi pulları polislərə təqdim etmişdir. Polis əməkdaşları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 aptekdə əlavə nə kimi güclü təsir edən dərman preparatlarının olmasını və harada saxlanmasını soruşduqda Təqsirləndirilən şəxs3 aptekdə əlavə belə dərmanların olduğunu deyib piştaxtın alt tərəfində olan bir ədəd karton qutunu polislərə təqdim etmişdir. Polis əməkdaşları videoçəkiliş aparmaqla qutunun içərisində olan həblərdə və kapsullarda olan «T-Doll», «Tramadol», «Pregabalin» və sair adlarda güclü təsir edən dərman preparatları, həmçinin Təqsirləndirilən şəxs2 tərəfindən həm ona, həm də təsadüfi alıcıya satılmış, eləcə də qeyd olunan karton qutunun içərisindən aşkar edilmiş həmin dərmanları götürüb qablaşdırmışlar. Məhkəmə iclasında ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsi elan olunaraq müəyyən edilmişdir ki, Azərbaycan Kooperasiya Universitetinin Sənayenin təşkili və idarə olunması fakültəsinin 4-cü kurs tələbəsidir, heç yerdə işləmir. Təxminən 4-5 ay olar ki, güclü təsiredici dərmanlar olan tramadol tərkibli «T-Doll» və «Preqabalin» tərkibli dərman preparatlarından ara sıra qəbul edir xx xxxxxx 2020-ci il tarixdə axşamüstü saatlarında Gəncə prospektində Favorit marketin yaxınlığında yerləşən aptek məntəqəsindən satıcı qadına 11 manat ödəyib 4 həb tramadol tərkibli «T-Doll» və 1 kapsul da «Preqabalin» tərkibli dərmanlar almış, həmin dərmanları alıb aptekdən çıxmaq istəyərkən həmin vaxt aptekə daxil olmuş bir neçə nəfər şəxs satıcı qıza, özünə və ondan əvvəl bu kimi dərmanları almış həmin müştəriyə özlərini təqdim edərək Daxili İşlər Nazirliyinin Baş Narkotiklə Mübarizə İdarəsinin əməkdaşları olduqlarını və əməliyyat-axtarış tədbiri keçirilməsini bildirmişlər. Polis əməkdaşları onları bu qərarla tanış etmiş və videoçəkiliş aparmaqla bir az əvvəl 50 manata 9 həb tramadol, 5 kapsul preqabalin dərmanları almış şəxsdən, həmçinin özündən həmin dərmanları onlara təqdim etməyi təklif etmişlər. Polis əməkdaşları həmin dərmanları aşkar edib götürməklə zərfə qoyub möhürləmişlər. Həmin vaxt özünə məlum olmuşdur ki, 50 manat təqdim etmiş müştəri əməliyyat tədbirində şərti alıcı kimi iştirak etmiş şəxsdir, özü isə həmin tədbir zamanı təsadüfi bir müştəri kimi həmin aptekə gəlmişdir. Polis əməkdaşlarının təklifi ilə aptekdə olan satıcı qız 2 ədəd 20 manatlıq və 1 ədəd də 10 manatlıq pul əskinasını baxışa təqdim edəndə həmin pulların əvvəldən seriya və nömrələri protokolda qeyd edilmiş pullar olduğu məlum olmuşdur. Satıcı qız özünü Təqsirləndirilən şəxs2 kimi təqdim etmiş, bu zaman aptekin digər satıcısı, özünü Təqsirləndirilən şəxs3 kimi təqdim edən oğlan da arxa otaqdan çıxıb onların yanına gəlmiş, polis əməkdaşları onu da özlərində olan qərarla tanış edərək aptek məntəqəsində qanunsuz saxlanılan bu kimi dərmanların olub olmadığını soruşmuşlar, varsa təqdim etməyi təklif etmişlər. Satıcı Vüsalə və Mahir bildirmişlər ki, bu cür dərmanlardan aptekdə karobkada var və karobkanı göstərmişlər. Mahir adlı oğlan piştaxtın alt tərəfində içində bu cür dərmanlar olan bir ədəd karobkanı çıxarıb polis əməkdaşlarına təqdim etmiş, polis əməkdaşları da həmin karobkanın içərisindəki üzərində «T-Doll», «Tramadol», «Pregabalin», «Preqasol», «Tamol XX», «Contramal», «Royal», «Lirica», «Regapen» yazıları olan çox sayda həblərdən və kapsullardan ibarət tramadol və preqabalin tərkibli dərman preparatlarını aşkar edərək götürüb qablaşdırmışlar. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 törətdikləri cinayət əməllərində təqsirli olmaları özlərinin ifadələri ilə yanaşı şahidlərin ifadələri və məhkəmədə tədqiq edilən digər sübut növləri ilə də tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə elan edilib araşdırılmış Baş Narkotiklərlə Mübarizə idarəsinin əməliyyat müvəkkilinin Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisinə ünvanladığı xx xxxxxx 2020-ci il tarixli raportundan müəyyən olunur ki, Şahid5 BNMİ-nə müraciət edərək Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 25 ünvanında fəaliyyət göstərən aptekdə güclü təsir edən maddələrin qanunsuz satışının təşki olunması barədə məlumat vermiş və şərti alıcı qismində iştirak edə biləcəyini təklif etmişdir. Məhkəmədə elan edilib araşdırılmış “pul vəsaitinin verilməsinə dair” xx xxxxxx 2020-ci il tarixli protokola müəyyən olunur ki, Şahid5 könüllü olaraq nəzarət qaydasında mal alan şərti alıcı qismində iştirakı ilə həyata keçiriləcək əməliyyat-axtarış tədbirində istifadə olunması üçün ona 01 ədəd A seriyalı 81609202 nömrəli 20 manatlıq, 01 ədəd B seriyalı 03230375 nömrəli 20 manatlıq və 01 ədəd A seriyalı 30626383 nömrəli 10 manatlıq pul əskinaslarından ibarət 50 manat pul vəsaiti təqdim edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış “əməliyyat-axtarış tədbirinin keçirilməsi və maddi sübutun götürülməsi barədə” xx xxxxxx 2020-ci il tarixli protokola və əlavə edilmiş əməliyyataxtarış tədbirinə dair videogörüntünü özündə əks etdirən 01 ədəd DVD diskdən müəyyən olunur ki, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 25 ünvanında fəaliyyət göstərən aptek məntəqəsində narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələrin qanunsuz olaraq satışının həyata keçirilməsi barədə Şahid5 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinə verdiyi məlumat əsasında həmin idarənin əməkdaşları tərəfindən xx xxxxxx 2020-ci il tarixdə saat 18:39-da həmin aptek məntəqəsində həyata keçirilən əməliyyat-axtarış tədbiri zamanı satıcı Təqsirləndirilən şəxs2 tərəfindən nəzarət qaydasında mal alan şərti alıcı Şahid5 seriya və nömrələri müvafiq protokolda əvvəlcədən qeyd edilmiş 50 manat pul müqabilində 9 ədəd həblərdən ibarət «Tramadol 150 mg» və 5 ədəd həblərdən ibarət «Pregabalin 150 mg» dərman preparatları, bunun ardınca az sonra isə digər təsadüfi alıcı Şahid4 11 manat pul müqabilində 4 ədəd həblərdən ibarət «T-Doll» və 1 ədəd həbdən ibarət «Pregabalin 300» dərman preparatları qanunsuz satılmış, həmçinin baxış zamanı qeyd edilən aptek məntəqəsində 1 ədəd karton qutunun içərisində yığılmış halda satış məqsədi ilə qanunsuz saxlanılan və təqdim olunan digər külli miqdarda tramadol və preqabalin tərkibli dərman preparatları aşkar edilərək götürülmüşdür. Məhkəmədə elan edilib araşdırılmış xx xxxxxx 2020-cu il tarixli «cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında» protokollardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 həmin tarixdə Azərbaycan Respublikası CM-nin 240.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs kimi tutulmuşlar. Məhkəmədə elan edilib araşdırılmış “təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi və müvəqqəti saxlama yerindən azad olunması haqqında” xx xxxxxx 2020-ci il tarixli qərarlardan müəyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs3 oğlu və Təqsirləndirilən şəxs2 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilərək müvəqqəti saxlama yerindən azad edilmişlər. Məhkəmədə elan edilib araşdırılmış “təqsirləndirilən şəxs barəsində qətimkan tədbirin seçilmsi haqqında” xx xxxxxx 2020-ci il tarixli qərardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Beləliklə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 oğlu və Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək- cəmi 03 gün müddətində həbsdə saxlanılmışlar. Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin 6/83- 201800563 saylı, xx.xx.2021-ci il tarixli məktubundan müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 barəsində CM-nin 240.3.2-ci maddəsi ilə cinayət işi başlanılmış və keçirilmiş-əmliyyat axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs1 xx xxxxxx 2020-ci il tarixdə saxlanılmış və Bakı şəhəri Nərimanov rayon məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-kimyəvi ekspertizasının xx xxxxxx 2020ci il tarixli, 1302 saylı ekspert rəyindən müəyyən olunur ki, tədqiqata təqdim edilmiş üzərində: “Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 25 ünvanında yerləşən aptekdən aşkar olunmuş....” yazısı olan qutuda zavod üsulu ilə qablaşdırılmış: -üzərində «T-Doll (tramadol hydrocholide BP 200 mg)» yazısı olan 40 ədəd konvalyutdakı 399 ədəd, üzərində «T-Doll 200 DS (tramadol hydrocholide 200 DS yararlılıq müddəti: 08/2016 07/2019)” yazısı olan konvalyutdakı 160 ədəd və üzərində eyni göstəricisi olan 1 ədəd qutudakı 100 ədəd həb, ümumi sayı 659 ədəd ağ dairəvi formalı həblər tramadol hidroxlorid tərkibli dərman preparatıdır və 659 ədəd həbdə təsiredici maddəsi tramadol hidroxloridin ümumi miqdarı 131,8 qram (bir həbdə 0,2 qram tramadol hidroxlorid olmaqla). Həmin dərman preparatlarının üzərindəki qeyd olunmuş tarix göstəricisinə əsasən istifadə müddəti bitmişdir. -üzərində : «Tramadol 50 mg (yararlılıq müddəti : 11 2022) yazısı olan 119 ədəd konvalyutda cəmi 1190 ədəd ağ-göy rəngli kapsullardakı ağ rəngli toz şəkilli maddə tramadol hidroxlorid tərkibli dərman preparatıdır və 1190 ədəd kapsulda təsiredici maddəsi tramadol hidroxloridin ümumi miqdarı 59,5 qram (bir kapsulda 0,05 qram tramadol hidroxlorid olmaqla); - üzərində : «Pregabalin 150» yazısı olan 17 ədəd konvalyutda 177 ədəd ağ-qırmızı rəngli kapsul, «Preqasol (preqabalin) yazısı olan 30 ədəd konvalyutda 300 ədəd qırmızı-narıncı rəngli kapsul və «Pregabalin 150» yazısı olan 12 ədəd konvalyutda 179 ədəd narıncı-göy rəngli kapsul, ümumi sayı 656 ədəd kapsullardakı ağ rəngli toz şəkilli maddə preqabalin tərkibli dərman preparatıdır və 656 ədəd kapsulda təsiredici maddəsi preqabalinin ümumi miqdarı 98,4 qram (bir kapsulda 0,15 qram preqabalin olmaqla). Həmin dərman preparatının üzərində yararlılıq müddəti göstərilmədiyindən istifadə müddətini müəyyən etmək mümkün olmadı. - üzərində «Tamol XX (tamadol hydrocholide 200 mg) yararlılıq müddəti: 08/19 yazısı olan 1 ədəd konvalyutda 10 ədəd qırmızı rəngli dairəvi formalı həblər tramadol hidroxlorid tərkibli dərman preparatıdır və 10 ədəd həbdə təsiredici maddəsi tramadol hidroxloridin ümumi miqdarı 2 qram (bir həbdə 0,2 qram tramadol hidroxlorid olmaqla). Həmin dərman preparatının üzərindəki qeyd olunmuş tarix göstəricisinə əsasən istifadə müddəti bitmişdir; - üzərində «Contramal (tramadol HCİ) 2 20» yazısı olan 24 ədəd konvalyutddakı 246 ədəd narıncı rəngli dairəvi formalı həblər tramadol tərkibli dərman preparatıdır və 246 ədəd həbdə təsiredici maddəsi tramadolun ümumi miqdarı 36,9 qram (bir həbdə 0,15 qram tramadol olmaqla); - üzərində «Royal 225 (tramadol hydrocholide 225 mg (yararlılıq müddəti 7/20) yazısı olan qutuda 5 ədəd konvalyutdakı cəmi 58 ədəd açıq qırmızı rəngli dairəvi formalı həblər tramadol hidroxlorid tərkibli dərman preparatıdır və 58 ədəd həbdə təsiredici maddəsi tramadol hidroxloridin ümumi miqdarı 13,05 qram (bir həbdə 0,225 qram tramadol hidroxlorid olmaqla); - üzərində «Lirica 150 mg (preqabalin) yararlılıq müddəti 10-2021) yazısı olan 5 ədəd konvalyutdakı 70 ədəd ağ rəngli kapsullarda olan ağ rəngli toz şəkilli maddə preqabalin tərkibli dərman preparatıdır və 70 ədəd kapsulda təsiredici maddəsi preqabalinin ümumi miqdarı 10,5 qram (bir kapsulda 0,15 qram preqabalin olmaqla); - üzərində «Regapen 300 (preqabalin) yararlılıq müddəti 10 20) yazısı olan 9 ədəd konvalyutdakı 126 ədəd ağ-qəhvəyi rəngi kapsullarda olan ağ rəngli toz şəkilli maddə preqabalin tərkibli dərman preparatıdır və 126 ədəd kapsulda təsiredici maddəsi preqabalinin ümumi miqdarı 37,8 qram (bir kapsulda 0,3 qram preqabalin olmaqla) təşkil edir. Tədqiqata təqdim edilmiş üzərində : «E.Əsgərli Gəncə prospekti 25 ünvanında yerləşən aptekdən əldə etdiyi…» yazısı olan zərfdəki, üzərində «T-Doll» yazısı olan konvalyutda 4 ədəd ağ rəngli həblər tramadol hidroxlorid tərkibli dərman preparatıdır, 4 ədəd həbdə təsiredici maddəsi tramadol hidroxloridin ümumi miqdarı 0,8 qram və üzərində «Preqabalin 300» yazısı olan 1 ədəd ağ-qəhvəyi rəngli kapsul preqabalin tərkibli dərman preparatıdır, 1 ədəd həbdə təsiredici maddəsi preqabalinin miqdarı 0,3 qram təşkil edir. Tədqiqata təqdim edilmiş üzərində : «Şahid5 Xətai rayonu Gəncə prospekti 25 ünvanında yerləşən aptekdən əldə etdiyi…» yazısı olan zərfdəki üzərində «Tramadol 150» yazısı olan 1 ədəd konvalyutda 9 həb tramadol tərkibli dərman preparatıdır, 9 ədəd həbdə təsiredici maddəsi tramadolun ümumi miqdarı 1,35 qram və üzərində «Preqabalin 150» yazısı olan konvalyutda 5 ədəd kapsul preqabalin tərkibli dərman preparatıdır, 5 ədəd kapsulda təsiredici maddəsi preqabalinin ümumi miqdarı 0,75 qram təşkil edir. Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 satdığı və işlədiyi aptekdən aşkar olunmuş tramadol və preqabalin tərkibli dərman preparatları tərkibindəki təsiredici maddələrin miqdarına və xarici əlamətlərinə görə eynidirlər. Tramadol hidroxlorid və preqabalin tərkibli dərman preparatları güclü təsir edən maddələrin və onların külli miqdarının siyahısına daxildirlər. Ekspert rəyinə əsasən ekspertiza tədqiqatına 20 həb sərf edildikdən sonra qalıq 639 həb “T-Doll” dərman preparatı, 20 kapsul sərf edildikdən sonra qalıq 1170 kapsul “Tramadol 50 mg” dərman preparatı, 15 kapsul sərf edildikdən sonra qalıq 641 kapsul «Preqabalin 150 mg» dərman preparatı, 1 həb sərf edildikdən sonra qalıq 9 həb “Tamol” dərman preparatı, 4 həb sərf edildikdən sonra qalıq 54 həb “Royal” dərman preparatı, 6 kapsul sərf edildikdən sonra qalıq 64 kapsul “Lirica” dərman preparatı, 4 həb sərf edildikdən sonra qalıq 122 həb “Regapen” dərman preparatı qalmışdır. Eləcə də, ekspert rəyinə əsasən zərflərdə olan kapsul və həblərdən 1 ədədi ekspertiza tədqiqatına sərf edildikdən sonra cəmi 12 həb tramadol və 5 kapsul preqabalin tərkibli dərman preparatları qalmışdır. Məhkəmədə elan edilib araşdırılmış «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətin xx.xx.2020-ci il tarixli, 1161/06 saylı məktubuna əsasən müəyyən olunur ki, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 25 ünvanında «xxxx» MMC-yə aid heç bir aptek təşkilatı fəaliyyət göstərməmişdir. Məktubda adları çəkilən Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 «xxxx» MMC-yə məxsus şəbəkədə heç vaxt heç bir vəzifədə işləməmişlər. Məhkəmədə elan edilib araşdırılmış «X6» Publik hüquqi şəxsin xx.xx.2020-ci il tarixli 03/6563 saylı cavab məktubundan müəyyən olunur ki, “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının xx xxxx 2016-cı il tarixli 176-VQ nömrəli Qanunu ilə sahibkarlıq fəaliyyətinin xüsusi razılıq (lisenziya) tələb olunan bütün növləri üzrə (dövlət təhlükəsizliyindən irəli gələn hallar istisna olmaqla) xüsusi razılıq (lisenziya) verilməsi (lisenziyanın və icazənin, onun dublikatının və əlavəsinin verilməsi, yenidən rəsmiləşdirilməsi, dayandırılması, bərpası və ya ləğvi) Azərbaycan Respublikasının İqtisadiyyat nazirliyinə həvalə edilmişdir. Həmçinin, X4 əczaçılıq fəaliyyəti göstərən təşkilatların elektron məlumat bazasında , Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 25 ünvanında pərakəndə satış əczaçılıq fəaliyyətinin göstərilməsi barədə məlumat yoxdur. “Mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların dövriyyəsinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxxxx 2005-ci il tarixli 292 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr, psixotrop maddələr, Azərbaycan Respublikasının ərazisində dövriyyəsinə nəzarət edilən psixotrop maddələr, həmçinin narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələrin dövriyyəsi Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi (Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəyi nəzərə alınmaqla) tərəfindən verilən xüsusi icazə əsasında həyata keçirilir. Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 25 ünvanında yerləşən obyektdə güclü təsir edən və dövriyyəsinə nəzarət edilən psixotrop maddələrin satışına xüsusi icazə alınması üçün Səhiyyə Nazirliyi tərəfindən rəy verilməmişdir. Məhkəmədə elan edilib araşdırılmış «sübutların qiymətləndirilməsi və cinayət işi üzrə əməlin tövsifi haqqında» xx xxxxxxxx 2020-ci il tarixli qərardan müəyyən olunr ki, ekspertiza tədqiqatından sonrakı qalıq 639 həb “T-Doll”, qalıq 1170 kapsul “Tramadol 50 mg”, qalıq 641 kapsul «Preqabalin 150 mg», qalıq 9 həb “Tamol”, qalıq 54 həb “Royal”, qalıq 64 kapsul “Lirica”, qalıq 122 həb “Regapen” dərman preparatları, həmçinin qalıq 12 həb tramadol və qalıq 5 kapsul preqabalin tərkibli dərman preparatları saxnalılması üçün DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama kamerasına təhvil verilmiş, həyata keçirilmiş əməliyyat-axtarış tədbirinə dair videogörüntünü özündə əks etdirən 01 ədəd DVD disk və əməliyyat-axtarış tədbirində istifadə olunmuş 01 ədəd A seriyalı 81609202 nömrəli 20 manatlıq, 01 ədəd B seriyalı 03230375 nömrəli 20 manatlıq və 01 ədəd A seriyalı 30626383 nömrəli 10 manatlıq pul əskinaslarının kserosurətləri cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış tələbnamə və hökmlərin surətlərindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 240.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il sınaq müddəti təyin edilməklə şərti olaraq 01 il 05 ay 28 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 240.2.1 və 240.2.2-ci maddələri ilə təqsirli bilinərək əvvəlki hökmlə təyin edilmiş şərti məhkum etmə ləğv edilib həmin cəzası birləşdirilməklə 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarına əsasən cəzasının çəkilməmiş qalan hissəsini çəkmək üçün Məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilmişdir. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 9 saylı Məntəqə tipli cəzaçəkmə müəssisəsinin xx.xx.2020-ci il tarixli, 17/49-338 saylı məktubundan və ona əlavə edilmiş sənədlərdən müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarına əsasən cəzasının çəkilməmiş qalan hissəsini çəkmək üçün xx.xx.2019-cu il tarixdə Penitensiar Xidmətin 17 saylı cəzaçəkmə müəssisəsindən 9 saylı Məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilmiş, cəzasının əvvəli xx.xx.2017-ci il tarixdən olmaqla cəzasının sonu xx.xx.2021-ci il tarixdə bitir. Belə olan halda X14 başqa cinayət işi ilə əlaqədar xx.xx.2020-ci il tarixdə tutulmasını və xx.xx.2020-ci il tarixdə məhkəmə tərəfindən barəsində həbs qətimkan tədbiri seçilməsini nəzərə alaraq onun cəzasının sonu olan xx.xx.2021-ci il tarixədək çəkilməmiş cəzasının müddəti 05 (beş) ay 18 (on səkkiz) gün təşkil etməlidir. Məhkum Təqsirləndirilən şəxs1 müəssisədə cəza çəkdiyi müddətdə nümunəvi davranışına görə digər məhkumlardan fərqlənmiş, əməyə müsbət münasibət bəsləmiş, keçirilən mədəni kütləvi tədbirlərdə fəallıq göstərdiyinə görə barəsində həvəsləndirmə tədbiri tətbiq edilməklə müsbət xarakterizə olunan məhkum kimi tanındığından uzun müddətli ailəvi görüşə buraxılmışdır. Beləliklə, Təqsirləndirilən şəxs1 Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2018ci il tarixli hökmü ilə təyin edilmiş 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası 02 may 2021-ci il tarixdə bitməli olduğu halda, o bu tarixədək yeni cinayət törətmişdir. Məhkəmə nəzərə alır ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs1 cəza təyin edilərkən onun əvvəlki, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş qalmış hissəsi 05 ay 18 gün hazırki cəzaya birləşdirilməklə Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən ona hökmlərin məcmusu üzrə cəza təyin edilməlidir. Məhkəmədə elan edilib araşdırılmış Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 məhkumluğuna dair sorğuya cavabdan müəyyən olunur ki, onlar əvvəllər məhkum olunmamışlar. Cinayət işində olan Təqsirləndirilən şəxs2 xarakterizə edən digər sənədlərdən müəyyən olunur ki, ailələdir, himayəsində 2007 və 2008-ci il təvəllüdlü iki azyaşlı uşağı var, yaşaış yeri üzrə müsbət xarakterizə olunur. Beləliklə, məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 240.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətmələri özlərinin və şahidlərin ifadələri, istintaq protokolları, məhkəmə ekspertiza rəyləri, eləcə də cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə tərkibi hesab edir ki, ibtidai araşdırma orqanı təqsirləndirilən şəxslərin əməllərini düzgün olaraq Azərbaycan Respublikası CM-nin 240.3.2-ci maddəsi ilə tövsif etmişdir. Məhkəmə tərkibi hesab edir ki, məhkəmə istintaqı zamanı araşdırılan cinayət hadisəsinin baş vermə faktı və halları təqsirləndirilən şəxslərin hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilən cinayət hadisəsi ilə əlaqələri və həmin cinayət əməllərinin törədilməsində cinayət məsuliyyətinə cəlb edilən şəxslərin təqsirliliyi toplanmış sübutların məcmusu ilə tam müəyyən edilmiş və ittiham hökmünün çıxarılması üçün kifayətdir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxlərin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunası cəzanın bu şəxslərin islah olunmasına və ailələrinin həyat şəraitinə təsiri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 himayəsində azyaşlı uşaqlarının olması onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Bundan əlavə, Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri təyin edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Beləliklə, hər bir şəxs barəsində verilən ittihamla bağlı qərəzsiz və ədalətli məhkəmə baxışı qeyd olunan X3 təməl prinsiplərindəndir. Məhkəmə Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 cəza təyin etdikdə onların cəzalarını yüngülləşdirən halları, cəzalarını ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 islah olunmaları Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq olunmaqla cəzasını şərti tətbiq etməklə mümkündür. Məhkəmə nəzərə alır ki, “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2017-ci il tarixli Sərəncamı ilə cəza siyasətinin humanistləşdirilməsi məqsədi qoyulmuş, məhkəmələr tərəfindən cəzanın məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza tətbiqi genişləndirilməsi tövsiyyə edilmişdir. Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən, islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən, məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 himayəsində iki azyaşlı uşağının olmasını onun cəzasını yüngülləşdirici hal kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs1 əməllərində cinayətin residivin olmasını onun cəzasını ağırlaşdıran hal kimi qiymətləndirir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməllərinin ağırlıq dərəcəsini, eyni cinayət əməllərinə görə əvvələr də məhkum olunmasını nəzərə alaraq, onun islah olunması yalnız cəmiyyətdən təcrid olunma yolu ilə mümkündür. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Eyni zamanda məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə barəsində ciddi rejimli cəzaçəkmə müəssisələrində azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müəyyən edilir. Belə olan halda Təqsirləndirilən şəxs1 azadlıqdan məhrum etmə ilə bağlı olan cəza təyin edildikdə Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinin tələbləri tətbiq edilməklə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Həmçinin, Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 03 gün ərzində, yəni xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək həbsdə saxlanıldığı müddət onlara təyin olunan cəza müddətindən çıxılmalıdır. “Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında” x xxxx 2012-ci il tarixli Azərbaycan Respublikasının Qanununa 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi ilə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Belə olan halda iş üzrə maddi sübutlar-DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama kamerasına təhvil verilmiş ekspertiza tədqiqatından sonrakı qalıq 639 həb “T-Doll”, qalıq 1170 kapsul “Tramadol 50 mg”, qalıq 641 kapsul «Preqabalin 150 mg», qalıq 9 həb “Tamol”, qalıq 54 həb “Royal”, qalıq 64 kapsul “Lirica”, qalıq 122 həb “Regapen” dərman preparatları, həmçinin qalıq 12 həb tramadol və qalıq 5 kapsul preqabalin tərkibli dərman preparatları məhv edilməlidir. Narkotik vasitələrinin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilməlidir. Cinayət işinin materiallarına əlavə edilmiş əməliyyat-axtarış tədbirini özündə əks etdirən 01 ədəd DVD disk və əməliyyat-axtarış tədbirində istifadə olunmuş 01 ədəd A seriyalı 81609202 nömrəli 20 manatlıq, 01 ədəd B seriyalı 03230375 nömrəli 20 manatlıq və 01 ədəd A seriyalı 30626383 nömrəli 10 manatlıq pul əskinaslarının kserosurətləri cinayət işinin materiallarında saxlanımalıdır. İş üzrə mülki iddia yoxdur. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs1 hüquqlarını Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili X7, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 qızının huquqlarını “Mərkəz» Vəkil Bürosunun vəkilləri X10 və X8 (c.1, i/v 382-384), məhkəmə iclaslarında məhkəmənin qərarına əsasən təyinatla Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkilləri Təqsirləndirilən şəxs2 huquqlarını Müdafiəçi2, Təqsirləndirilən şəxs3 hüquqlarını X12 müdafiə etmişlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4cü maddələrinə əsasən belə halda hüquqi yardımın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən təqsirləndirilən şəxslərə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçilər X7 üçün 6 saylı Vəkil Bürosunun nəfinə 120 AZN (yüz iyirmi manat), X10 üçün 540 AZN (beş yüz qırx manat), X5 üçün «Mərkəz» Vəkil Bürosunun nəfinə 300 AZN (üç yüz manat), Müdafiəçi2 və X12 üçün hər birinə ayrı ayrılıqda 420 AZN (dörd yüz iyirmi manat) pul Bakı şəhəri 4 saylı Vəkil Bürosunun nəfinə ödənilməlidir. Hökmdə şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351- 353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, hökm etdi:
1. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 240.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinməklə 04 (dörd) il 10 (on) ay müddətinə azadlıqdan məhrum edilsin. Təqsirləndirilən şəxs1 Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə təyin olunmuş 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 5 ay 18 gün hissəsi Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırkı iş üzrə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməklə ona qəti olaraq 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli xx xxxx 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. 2.Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 240.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinməklə 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs3 xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək həbsdə saxlanıldığı - 03 gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinin tələbinə əsasən hesaba alınmaqla və ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla onun üzərində qəti olaraq 04 (dörd) il 05( beş) ay 27(iyirmi yeddi) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Üzərində saxlanılmış 04 (dörd) il 05 (beş) ay 27 (iyirmi yeddi) gün müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən 03(üç ) il sınaq müddəti müəyyən edilməklə şərti hesab olunsun. Sınaq müddətinin əvvəli hökm icraya yönəldiyi tarixdən hesablansın. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmün icrasına nəzarət sınaq müddəti ərzində onun yaşayış yeri üzrə Sabirabad rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs3 üzərinə, cəzasının icrasına nəzarət edən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun.
3. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 240.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinməklə 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs2 xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək həbsdə saxlanıldığı - 03 gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinin tələbinə əsasən hesaba alınmaqla və ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla onun üzərində qəti olaraq 03 (üç) il 11(on bir) ay 27 (iyirmi yeddi) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Üzərində saxlanılmış 03 (üç) il 11 (on bir) ay 27 (iyirmi yeddi) gün müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən 02 (iki ) il sınaq müddəti müəyyən edilməklə şərti hesab olunsun. Sınaq müddətinin əvvəli hökm icraya yönəldiyi tarixdən hesablansın. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmün icrasına nəzarət sınaq müddəti ərzində onun yaşayış yeri üzrə Bakı şəhər Probasiya şöbəsinə həvalə edilsin. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs2 üzərinə, cəzasının icrasına nəzarət edən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. İş üzrə maddi sübut olan və DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama kamerasına təhvil verilmiş ekspertiza tədqiqatından sonrakı qalıq 639 həb “T-Doll”, qalıq 1170 kapsul “Tramadol 50 mg”, qalıq 641 kapsul «Preqabalin 150 mg», qalıq 9 həb “Tamol”, qalıq 54 həb “Royal”, qalıq 64 kapsul “Lirica”, qalıq 122 həb “Regapen” dərman preparatları, həmçinin qalıq 12 həb tramadol və qalıq 5 kapsul preqabalin tərkibli dərman preparatları məhv edilsin. Narkotik vasitələrinin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilsin. Cinayət işinin materiallarına əlavə edilmiş əməliyyat-axtarış tədbirini özündə əks etdirən 01 ədəd DVD disk və əməliyyat-axtarış tədbirində istifadə olunmuş 01 ədəd A seriyalı 81609202 nömrəli 20 manatlıq, 01 ədəd B seriyalı 03230375 nömrəli 20 manatlıq və 01 ədəd A seriyalı 30626383 nömrəli 10 manatlıq pul əskinaslarının kserosurətləri cinayət işinin materiallarında saxlanılsın. İbtidai istintaq zamanı göstərdiyi hüquqi yardımla bağlı müdafiəçi X7 üçün 6 saylıVəkil Bürosunun nəfinə 120 AZN (yüz iyirmi manat), X10 üçün 540 AZN (beş yüz qırx manat), X5 üçün «Mərkəz» Vəkil Bürosunun nəfinə 300 AZN (üç yüz manat), Müdafiəçi2 və X12 üçün hər birinə ayrı ayrılıqda 420 AZN (dörd yüz iyirmi manat) pul Bakı şəhəri 4 saylı Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs1 verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakimlər: (sədrlik edən) Rasim Sadıxov Novruz Kərimov Azər Paşayev