Məhkəmə qərarları › İş №1(101)-376/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-376/2024

05.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-376/2024 05.04.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Hüseynov Telman Qulaməli oğlu (sədrlik edən), Quliyev Əhməd Qəhrəman oğlu və Namazov Fərid Arif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X1 və X3, dövlət ittihamçıları, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı və X4, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, müdafiəçilər, Bakı şəhəri 17 saylı Vəkil bürosunun vəkili Müdafiəçi2 və Bakı şəhəri 14 saylı Vəkil bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx xxxxxx 1997-ci ildə Biləsuvar rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, işləməyən, Biləsuvar rayonu, Nəsimi kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında nömrəsiz fərdi evdə yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələri ilə, xx xxxxxx 1999-cu ildə Biləsuvar rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, işləməyən, Biləsuvar rayonu, Nəsimi kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında, özgənin əmlakını ələ keçirmək məqsədilə silah qismində istifadə edilən əşya tətbiq etməklə hücuma məruz qalmış şəxslin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla və belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın etməklə quldurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 11 fevral 2023-cü il tarixdə saat 18 radələrində tanışı Təqsirləndirilən şəxs2 ilə Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsində birlikdə olarkən, yanlarından keçən Pakistan Respublikası vətəndaşı Zərərçəkmiş şəxsn əynində olan şalvarın arxa cibindən aşkar görünən pul kisəsini açıq talayaraq ələ keçirtmələri barədə Təqsirləndirilən şəxs2 etdiyi təklifi sonuncu qəbul edib razılaşaraq qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşib, cinayətkar niyyətlərini həyata keçirtmək üçün aralarında vəzifə bölgüsü müəyyən etməklə, özünün zərərçəkmiş şəxsə hücum edib, pul kisəsini ələ keçirəcəyi, sonuncunun isə müdaxilə edərək ona köməklik edəcəyi barədə sövdələşdikdən sonra, Təqsirləndirilən şəxs2la birlikdə Zərərçəkmiş şəxs bir qədər təqib etdikdən sonra, o, həmim gün saat 18:30 radələrində, ünvan 3 ünvanın qarşısında Pakistan Respublikası vətəndaşı Zərərçəkmiş şəxsn əynində olan şalvarın arxa cibindən içərisində həmin dövrə manata nisbətdə məzənnə ilə 3400 manat təşkil etmiş 2000 ABŞ dolları və 30 manat pul olan həmin dövrə manata nisbətdə məzənnə ilə 51 manat təşkil etmiş 30 ABŞ dolları dəyərində pul kisəsini götürərək açıq talayıb ələ keçirdikdən sonra zərərçəkmiş şəxs Umar Farooq ona müqavimət göstərdikdə üzərində gəzdirdiyi məişət təyinatlı bıçaqdan silah qismində istifadə edib hücum edərək gözləri önündə nümayiş etdirib fırlatmaqla, ələ keçirdikləri özgə əmlakını özlərində saxlamaq məqsədi ilə, həyat və sağlamlığı üçün təhlükəli zorakılıq və belə zorakılıq tədbiq edəcəyi hədəsi ilə müşayiət edilən basqın edib, habelə sonucuya zor tətbiq etməklə sol baldırın 1/3-nin ön səthinin sıyrığı ilə müşayiət olunan sağlamlığa zərərvurmayan bədən xəsarətləri yetirib, həmin vaxt onunla həmrəylik nümayiş etdirən Təqsirləndirilən şəxs2 götürdüyü pul kisəsini ötürmüş, sonuncu ələ keçirtdikləri Zərərçəkmiş şəxs Farooqa məxsus həmin dövrə manata nisbətdə məzənnə ilə 3400 manat təşkil etmiş 2000 ABŞ dolları və 30 manat pul olan həmin dövrə manata nisbətdə məzənnə ilə 51 manat təşkil etmiş 30 ABŞ dolları dəyərində pul kisəsini, ümumilikdə 3481 manat məbləğində özgə əmlakını götürüb hadisə yerindən qaçaraq uzaqlaşmış, bu hərəkətləri ilə o, qabaqcadan əlbir olan bir qrup şəxs halında, özgənin əmlakını ələ keçirmək məqsədilə silah qismində istifadə edilən əşya tətbiq etməklə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla və belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın etməklə quldurluq etmişdir. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında, özgənin əmlakını ələ keçirmək məqsədilə silah qismində istifadə edilən əşya tətbiq etməklə hücuma məruz qalmış şəxslin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla və belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın etməklə quldurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 11 fevral 2023-cü il tarixdə saat 18 radələrində tanışı Təqsirləndirilən şəxs1 ilə Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsində birlikdə olarkən, yanlarından keçən Pakistan Respublikası vətəndaşı Zərərçəkmiş şəxsn əynində olan şalvarın arxa cibindən aşkar görünən pul kisəsini açıq talayaraq ələ keçirtmələri barədə Təqsirləndirilən şəxs1 ona etdiyi təklifi qəbul edib razılaşaraq qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşib, cinayətkar niyyətlərini həyata keçirtmək üçün aralarında vəzifə bölgüsü müəyyən etməklə, Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxsə hücum edib, pul kisəsini ələ keçirəcəyi, onun isə müdaxilə edərək ona köməklik edəcəyi barədə sövdələşdikdən sonra, Təqsirləndirilən şəxs1la birlikdə Zərərçəkmiş şəxs bir qədər təqib etdikdən sonra, Təqsirləndirilən şəxs1 həmin gün saat 18:30 radələrində, ünvan 3 ünvanın qarşısında Pakistan Respublikası vətəndaşı Zərərçəkmiş şəxsn əynində olan şalvarın arxa cibindən içərisində həmin dövrə manata nisbətdə məzənnə ilə 3400 manat təşkil etmiş 2000 ABŞ dolları və 30 manat pul olan həmin dövrə manata nisbətdə məzənnə ilə 51 manat təşkil etmiş 30 ABŞ dolları dəyərində pul kisəsini götürərək açıq talayıb ələ keçirdikdən sonra zərərçəkmiş şəxs Umar Farooq ona müqavimət göstərdikdə Təqsirləndirilən şəxs1 üzərində gəzdirdiyi məişət təyinatlı bıçaqdan silah qismində istifadə edib hücum edərək gözləri önündə nümayiş etdirib fırlatmaqla, ələ keçirdikləri özgə əmlaklarını özlərində saxlamaq məqsədi ilə, həyat və sağlamlığı üçün təhlükəli zorakılıq və belə zorakılıq tədbiq edəcəyi hədəsi ilə müşayiət edilən basqın edib, habelə sonucuya zor tətbiq etməklə sol baldırın 1/3-nin ön səthinin sıyrığı ilə müşayiət olunan sağlamlığa zərərvurmayan bədən xəsarətləri yetirib, həmin vaxt o, əvvəlcədən razılaşdıqları kimi həmrəylik nümayiş etdirərək yaranmış qarışıqlıqdan istifadə edib Təqsirləndirilən şəxs1 götürdüyü həmin pul kisəsini ələ keçirməyə nail olub Zərərçəkmiş şəxs Farooqa məxsus götürdüyü həmin dövrə manata nisbətdə məzənnə ilə 3400 manat təşkil etmiş 2000 ABŞ dolları və 30 manat pul olan həmin dövrə manata nisbətdə məzənnə ilə 51 manat təşkil etmiş 30 ABŞ dolları dəyərində pul kisəsini, ümumilikdə 3481 manat məbləğində özgə əmlakla birlikdə hadisə yerindən qaçaraq uzaqlaşmış, bu hərəkətləri ilə o, qabaqcadan əlbir olan bir qrup şəxs halında, özgənin əmlakını ələ keçirmək məqsədilə silah qismində istifadə edilən əşya tətbiq etməklə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla və belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın etməklə quldurluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilmədi və ifadəsində göstərdi ki, hadisə Səbail rayonu, Nizami küçəsində baş vermişdir. Təqsirləndirilən şəxs2 həmin zaman onun yanında olmuş, lakin zərərçəkmiş şəxsə Təqsirləndirilən şəxs2 deyil, o yaxınlaşmışdır. Zərərçəkmiş şəxs ondan öndə getmiş və yanında da bir nəfər olmuş, hansı ki, yanında olan şəxs bu cinayət işi üzrə şahiddir. O, zərərçəkmiş şəxsin pul qabında pul olduğunu görmüş və pul qabı onun şalvarının arxa cibində olmuşdur. O, pul qabını götürmək üçün zərərçəkmiş şəxsin arxa cibinə əlini uzatmaq istəyəndə onunla arasında münaqişə yaranmış, daha sonra 10-15 nəfər şəxs gəlib onu tutmuşlar. Həmin şəxslər də pakistanlı olmuşlar. Məhkəmədə verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs1 “Tarqovı” ərazisində binaların arası ilə gəzərkən zərərçəkmiş şəxsi gördüyünü, elə həmin vaxt zərərçəkmiş şəxsin arxasınca düşdüyünü və pulu olmadığı üçün pul lazım olduğundan zərərçəkmiş şəxsin pulunu götürmək istədiyini, məqsədinin zərərçəkmiş şəxsin pulunu götürüb qaçmaq olduğunu, hadisənin zərərçəkmiş şəxsin evinin qarşısında baş verdiyini, səs-küyə evin içərisindən 10-15 nəfər çıxdığını və onu tutduqlarını, hadisə zamanı evdən çıxan digər şəxslərin zərərçəkmiş şəxslə birgə qaldıqlarını, onların da pakistanlı olduqlarını, onu yaxalayan şəxslərdən heç birini tanımadığını, həmin şəxslərin onu tutduqdan sonra darvazanı bağladıqlarını və polisə xəbər verdiklərini, polislərin digər 10-15 nəfəri polis bölməsinə aparmadıqlarını, polislərin zərərçəkmişi polis bölməsinə onunla birlikdə aparmadıqlarını, onu sonradan çağırdıqlarını, üzərindəki bıçağın cib bıçağı olduğunu, bıçaq işdə ona lazım olduğu üçün üstündə gəzdirdiyini, hadisə zamanı bıçağın əlində olmadığını, bıçağı cibindən çıxartmadığını, bıçağın cibində olduğunu və onu polis bölməsində cibindən çıxarıldığını, Təqsirləndirilən şəxs2 bu planda heç bir rolunun olmadığını, Asifin bu plandan xəbərinin olmadığını, bıçağı nə zərərçəkmiş şəxsin, nə də Asifin görmədiyini, zərərçəkmiş şəxs qaçmaq istəyəndə divara dəydiyi üçün zədə aldığını bildirdi. Bununla yanaşı, Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tərəflərin razılığı ilə tədqiq olunmuş ifadəsində göstərmişdir ki, 11 fevral 2023-cü il tarixdə tanışı Asif adlı şəxslə Səbail rayon ərazisində yerləşən “Dəniz Mall” ticarət mərkəzinin yaxınlığında gəzişdikdən sonra “Tarqovı” adlanan əraziyə gəzişmək üçün gəlmişlər. Həmin vaxt saat 18:30 radələrində iki nəfər kişi cinsli xarici ölkə vətəndaşının piyada hərəkət etdiyini görüb onların arxasınca getmişlər və həmin şəxslərin Səbail rayonu, Nizami küçəsi 66 saylı ünvanda yerləşən “Papa Johns” restoranının yanında yerləşən keçiddən içəri daxil olduqlarını görmüşlər. Həmin şəxslərdə çoxlu pul olduğunu düşünüb onların pulunu soyğunçuluq yolu ilə ələ keçirmək qərarına gəlmişlər və o, Asifə bu barədə təklif etmiş, Asif də onunla razılaşmışdır. Bundan sonra yenidən onları izləyərək binanın altında yerləşən arkadan içəri daxil olan zaman o, həmin şəxslərdən birinin şalvarının arxa cibində olan pul kisəsinə əl atıb götürmək istəyən zaman həmin şəxs onun qolundan tutmuşdur. Bu zaman həmin şəxslər səs-küy salmış və onların arasında mübahisə baş vermişdir. Həmin şəxslər onu tutub orada saxlamışlar. Tanışı Asif isə həmin vaxt oradan dərhal qaçıb uzaqlaşmışdır. Bundan sonra orada olan şəxslərdən kimsə DİN-in 102 xidmətinə zəng edib hadisə barədə məlumat vermiş və polis əməldaşları oraya gəlib onu 39-cu Polis bölməsinə aparmışlar. O, həmin şəxsin cibindəki pul kisəsinə əl atıb götürmək istəyən zaman həmin şəxs onun əlindən tutmuşdur. Daha sonra nə baş verdiyini bilmir. Ola bilsin ki, Asif həmin pul kisəsini götürmüşdür. Üzərində qara rəngli qatlanan bıçaq olub, lakin o, həmin bıçaqla həmin şəxslərə hədə-qorxu gəlməmiş və onlara xəsarət yetirməmişdir. Ola bilsin ki, orada aralarında baş verən mübahisə zamanı həmin şəxsin ayağı orada olan dəmirə ilişib xəsarət almışdır (cild 1, iş vərəqi 86-87). Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilmədi və ifadəsində göstərdi ki, baş vermiş hadisə “Tarqovı” adlanan ərazidə olmuşdur. Şahinlə birlikdə “Tarqovı”da gəzərkən onlar qarşıda pakistanlıları görmüşlər. Şahin ona aralıda qalmağı, özünün onlara yaxınlaşıb pul kisəsini götürəcəyini demişdir. Şahin pul kisəsini götürərkən pakistanlılar onu tutmuşlar. O da qorxub qaçmışdır. Üzərindən 15-20 dəqiqə keçdikdən sonra hadisə yerindən aralıda yerdən pul kisəsi tapmışdır. İçində 2 ədəd 200 manat və 2 ədəd 100 dollar saxta pul və 30 manat olmuşdur. O, pulları götürüb cibinə qoymuş, pul kisəsini isə atmışdır. Amma saxta pul olduğunu bilməmişdir. O, telefon almaq üçün taksiyə minərək Nərimanova getmiş, pulu satıcıya vermişdir. Satıcı pulun saxta olduğunu demişdir. Pulun üzərinə “etibarsızdır” sözü yazılmışdır. Ordan çıxıb Ramanaya dayısıgilə getmişdir. Axşam “Whatsapp”da Şahinə yazmış, həmin an Şahinin telefonu əməliyyatçılarda olmuş, elə o telefonla onunla əlaqə saxlayıb onu tutmuşlar. İbtidai istintaq zamanı müstəntiq pakistanlını onunla üzləşdirmişdir. Pakistanlı orada bıçaq olmadığını demişdir. Müstəntiq özündən bıçağı ora işin araşdırılması üçün qoymuşdur. Məhkəmədə verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs2 bildirdi ki, hadisənin bağlı şəraitdə olduğunu, hadisənin mərkəzdə olmasını istəmədiklərini, planı Şahinin dediyini, onun da razılaşdığını, izlədikləri şəxslərin 2 nəfər Pakistan vətəndaşları olduqlarını, onların üzərlərində pulun olacaqlarını, məqsədin yalnız pul olduğunu, başqa məqsədlərinin olmadığını, Şahinin üzərində bıçaq olduğunu bölmədə bildiyini, pakistanlıların Şahini tutanda onun qorxub qaçdığını, 15-20 dəqiqə sonra hadisə yerinə qayıtdıqda orada heç kimin olmadığını, pul kisəsinin içindən pul və vəsiqələr çıxdığını, pulları cibinə qoyub pul kisəsini yerə ataraq Nərimanova getdiyini, polislərin onu dəyənəklə vurduqlarını, lakin xəsarət almadığını, bədənindəki xəsarətlərin əvvəllər olduğunu bildirmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində verdiyi və məhkəmədə tərəflərin razılığı ilə elan olunmaqla tədqiq edilmiş ifadəsində Zərərçəkmiş şəxs Farooq göstərmişdir ki, 11 fevral 2023-cü il tarixdə saat 17 radələrində yaşadığı ünvandan tanışı Asad Ali ilə birlikdə alış-veriş etmək üçün çıxıb Səbail rayonu ərazisində yerləşən “Dəniz Mall” ticarət mərkəzinə getmişlər. O, evdən çıxan zaman pul kisəsində 2000 ABŞ dolları və 100 manat pul olub. O, 100 manatdan təxminən 70-80 manatını xərcləmişdir. Orada alışveriş etdikdən sonra yaşadığı ünvana qayıdan zaman saat 18:30 radələrində binanın yaxınlığına çatanda iki nəfər şəxsin onların arxasınca gəldiyini görmüşlər. Həmin şəxslər arxadan yaxınlaşıb onun şalvarının arxa sağ cibində olan pul kisəsini götürmüşdür. Bu zaman onlar həyətdə səs-küy salmış və həmin şəxslərdən biri əlində olan bıçaqla onu vurmağa çalışmış və bu vaxt bıçaq onun sol ayağına dəymişdir. Həmin vaxt tanışı və oraya gələn insanların sayəsində onlar həmin şəxslərdən birini yaxalamışalar. Lakin həmin şəxs onun pul kisəsini digər şəxsə vermiş və həmin şəxs qaçaraq oradan uzaqlaşmışdır. Həmin pul kisəsini o, 30 ABŞ dollarına almışdır. Həmin pul kisəsi qəhvəyi rəngdə olmuşdur və içərisində 2000 ABŞ dolları, 01 ədəd bank kartı, təxminən 20-30 manat nağd pul və ona məxsus Pakistan Respublikasının şəxsiyyət vəsiqəsi olmuşdur. Ona 2030 ABŞ dolları və 30 manat məbləğində maddi ziyan dəymişdir. Həmin şəxslərdən biri hadisə zamanı ona yüngül bədən xəsarəti yetirmişdir. Belə ki, həmin şəxs onun əlinə və əlindəki bıçaqla sol ayağına xəsarət yetirmişdir (cild 1, iş vərəqi 23-24). İbtidai istintaq zamanı şahid qismində verdiyi və məhkəmədə tərəflərin razılığı ilə elan olunmaqla tədqiq edilmiş ifadəsində Şahid1 göstərmişdir ki, 11 fevral 2023-cü il tarixdə saat 17 radələrində yaşadığı ünvandan tanışı Umar Farooq ilə birlikdə alış-veriş etmək üçün çıxıb Səbail rayonu ərazisində yerləşən “Dəniz Mall” ticarət mərkəzinə getmişlər. Orada alış-veriş etdikdən sonra yaşadığı ünvana qayıdan zaman saat 18:30 radələrində binanın yaxınlığına çatanda iki nəfər şəxsin onların arxasınca gəldiyini görmüşlər. Həmin şəxslər arxadan yaxınlaşıb tanışı Umar Farooqun şalvarının arxa sağ cibində olan pul kisəsini götürmüşdür. Bu zaman onlar həyətdə səs-küy salmış və həmin şəxslərdən biri əlində olan bıçaqla Umar Farooqu vurmağa çalışmış və bu vaxt bıçaq onun sol ayağına dəymişdir. Həmin vaxt o və oraya gələn insanların sayəsində onlar həmin şəxslərdən birini yaxalamışlar. Lakin həmin şəxs Umar Farooqun pul kisəsini digər şəxsə vermiş və həmin şəxs qaçaraq oradan uzaqlaşmışdır. Ona heç bir maddi ziyan dəyməmişdir. Həmin şəxslər ona heç bir bədən xəsarəti yetirməmişdir (cild 1, iş vərəqi 27-29). Məhkəmədə müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin eksperti Şahid2 ifadəsində göstərdi ki, hadisə ayın 11-i baş vermişdir. Vətəndaş Pakistan vətəndaşı olmuş və beş gün sonra ayın 17-i 39-cu Polis bölməsinə aparılmış, orada müayinə zamanı bildirmişdir ki, üzərində olan 2000 manat pulunu aparmışlar və ayağından təpiklə vurub xəsarət yetirmişlər. Ayağında da bir sıyrıq izi olmuş, fasiləli xarakterli bir sıyrıq 2/3 santimetr ölçüdə, beş gündən sonraya uyğun gələn bir xəsarət olmuşdur. Bu sağlamlığa zərər vura biləcək xəsarət olmamışdır. Sol baldırda xəsarət olmasını xatırlamışdır. Sıyrıq ayağın ön hissəsində olmuşdur. Sıyrıq elmi dildə dərinin epidermis qatının pozulması və dərinin zədələnməsidir. Bərk küt əşyanın təsirindən yaranmışdır. Xarici vətəndaşın məlumatına görə ayağına təpiklə vurmuş, yəni müayinə göstərdiyi şəraitdə əmələ gələ bilər və onun o şəraitdə əmələ gəlməsini inkar etməmişdir. Məhkəmədə verilən suallara cavab olaraq Şahid2 xəsarətin bıçaqla yetirilməyə xarakterik olmadığını, bıçağın da təqdim edilmədiyini, nəticədə də bərk küt əşya ilə törədildiyinin qeyd olunduğunu, bıçaqla yetirilmiş xəsarətin kəsilmiş-deşilmiş xəsarət olduğunu, kəsilmiş, deşilmiş xəsarətlə sıyrığın xarakterlərinin tamamilə ayrı-ayrı olduqlarını, qərarın təsviri hissəsində də bıçaqla bağlı hər hansı qeydiyyat aparılmadığını, ümumiyyətlə, bıçaqla xətti sıyrıqlar yarana biləcəyini, ona cızıqlar deyildiyini, amma bu sıyrıqların ölçüsü 0,1 santimetrdən daha balaca olduğunu, bıçağın əvvəli ilə sonunun en kəsiklərində daha çox fərq olduğunu, sıyrığın küt əşyanın təsirindən yaranan sıyrıq olduğunu, yəni bir hissəsi əvvəl olmuş, daha sonra yoxa çıxdığını, divara dəyməklə də yarana biləcəyini, fasiləli olması daha çox zərbəyə uyğun gəldiyini, onun yanında 39-cu bölmədən Müseyib adında bir adam gəldiyini, pakistanlı vətəndaşın ingilis dilində danışdığını, Müseyibin isə tərcümə etdiyini, O da onu təpiklə vurduğunu, Pakistan vətəndaşı Zərərçəkmiş şəxs Farooq-un əvvəllər tanımadığı bir nəfərin ona əl-təpik yumruqla döyərək xəsarətlər yetirdiyini, pul kisəsini götürdüyünü və tibbi yardımla bağlı heç bir yerə müraciət etmədiyini bildirdi. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini və digər sənədləri sübut növləri kimi qəbul edir. Belə ki, işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş: - xx.xx.2023-cü il tarixli, 104 nömrəli raportdan görünür ki, həmin tarixdə saat 20:02 radələrində 102 XZM-dən daxil olmuş məlumatda göstərilmişdir ki, Pakistan vətəndaşı Ali zəng edərək, Səbail rayonu, “Papa Jhons” restoranının qarşısında Pakistan vətəndaşları olan dostları Umut Frut və Saidin qarşısını kəsən 2 nəfər Azərbaycan vətəndaşının dostlarını bıçaqla hədələyib, döyüb içərisində 2000 ABŞ dolları və sənədlər olan pul kisəsini götürmələri barədə məlumat vermişdir (cild 1, iş vərəqi 4). - hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokol və fotocədvəldən görünür ki, hadisə yeri ünvan 3 ünvanda yerləşən binanın həyətidir. Həmin həyətə daxil olmaq üçün dəmir barmaqlıqlarla əhatə olunmuş qapıdan daxil olunur. Qapıdan daxil olduqda sağ və sol tərəfləri daşla hörülmüş divarlarla əhatə olunmuş divarlar vardır. Həmin qapıdan daxil olduqda dəhliz yerləşir. Həmin dəhlizlə irəlilədikdə binanın həyətinə çıxış vardır. Oraya gəldikdə sağ tərəfdə qara rəngli dəmir materiallı qapı və onun qarşısında yaşıl rəngli metlaxlarla üzlənmiş pilləkan vardır. Həmin pilləkanın qarşısına gəldikdə hadisənin orada baş verməsi müəyyən olundu. Hadisə yerində müşahidə kamerası aşkar olunmamışdır. Hadisə yerindən heç bir əhəmiyyətli əşya və predmet götürülmədi (cild 1, iş vərəqi 5-8). - Zərərçəkmiş şəxsn xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, xx.xx.2023-cü il tarixdə evinə qayıdarkən iki tanımadığı şəxs ona hücum çəkmiş və onun pul qabını oğurlamış, lakin onlardan birini tutub qaçmağa qoymamışdır. Ümumilikdə ona 2000 (iki min) ABŞ dolları maddi ziyan dəymişdir (cild 1, iş vərəqi 9). - Zərərçəkmiş şəxsn zərərçəkmiş şəxs qismində tanıma haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs Farooq cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (cild 1, iş vərəqi 17). - götürmə və baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokol və fotocədvəldən görünür ki, Bakı şəhəri Səbail RPİ-nin İŞ-nin müstəntiqi, polis baş-leytenantı X6 icraatında olan ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 52-ci maddələrinin tələblərinə uyğun olaraq iş üçün maddi sübut olaraq əhəmiyyət kəsb etdiyindən Təqsirləndirilən şəxs1 bir ədəd bıçaq götürmüşdür (cild 1, iş vərəqi 54-55). - təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs1 təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinə görə ittiham elan edilmişdir (cild 1, iş vərəqi 78-79). - xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, X7 tanışı Təqsirləndirilən şəxs1 məxsus “Xiomi Redmi 9A” markalı mobil telefonu saz və işlək vəziyyətdə müstəntiqdən təhvil almışdır (cild 1, iş vərəqi 99). - təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs2 təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinə görə ittiham elan edilmişdir (cild 1, iş vərəqi 100). - xx.xx.2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, həmin tarixdə Zərərçəkmiş şəxs Farooq ilə Təqsirləndirilən şəxs1 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşmə zamanı Zərərçəkmiş şəxs Farooq göstərmişdir ki, 11 fevral 2023-cü il tarixdə saat 17 radələrində yaşadığı ünvandan tanışı Asad Ali ilə birlikdə alış-veriş etmək üçün çıxıb Səbail rayonu ərazisində yerləşən “Dəniz Mall” ticarət mərkəzinə getmişlər. O, evdən çıxan zaman pul kisəsində 2000 ABŞ dolları və 100 manat pul olmuşdur. Orada alışveriş etdikdən sonra yaşadığı ünvana qayıdan zaman saat 18:30 radələrində binanın yaxınlığına çatanda Təqsirləndirilən şəxs1 yanında bir nəfər şəxslə onların arxasınca gəldiyini görmüşlər. Təqsirləndirilən şəxs1 arxadan yaxınlaşıb onun şalvarının arxa sağ cibində olan pul kisəsini götürmüş, bu zaman onlar həyətdə səs-küy salmış və Təqsirləndirilən şəxs1 əlində olan bıçaqla onu vurmağa çalışmış və bu vaxt bıçaq onun sol ayağına dəymişdir. Həmin vaxt tanışı və oraya gələn insanların sayəsində onlar Təqsirləndirilən şəxs1 yaxalamışlar. Lakin Təqsirləndirilən şəxs1 onun pul kisəsini digər şəxsə vermiş və həmin şəxs qaçaraq oradan uzaqlaşmışdır. Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxsn ifadəsini qismən təsdiq etmiş, üzərində həqiqətən də qara rəngli qatlanan bıçaq olduğunu, lakin həmin bıçaqla Zərərçəkmiş şəxs Farooqa hədə-qorxu gəlmədiyini və xəsarət yetirmədiyini bildirmişdir (cild 1, iş vərəqi 116-118). - xx.xx.2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, həmin tarixdə Zərərçəkmiş şəxs Farooq ilə Təqsirləndirilən şəxs2 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşmə zamanı Zərərçəkmiş şəxs Farooq göstərmişdir ki, 11 fevral 2023-cü il tarixdə saat 17 radələrində yaşadığı ünvandan tanışı Asad Ali ilə birlikdə alış-veriş etmək üçün çıxıb Səbail rayonu ərazisində yerləşən “Dəniz Mall” ticarət mərkəzinə getmişlər. O, evdən çıxan zaman pul kisəsində 2000 ABŞ dolları və 100 manat pul olmuşdur. Orada alışveriş etdikdən sonra yaşadığı ünvana qayıdan zaman saat 18:30 radələrində binanın yaxınlığına çatanda Təqsirləndirilən şəxs2 yanında bir nəfər şəxslə onların arxasınca gəldiyini görmüşlər. Həmin şəxslər arxadan yaxınlaşıb onun şalvarının arxa sağ cibində olan pul kisəsini götürmüş, bu zaman onlar həyətdə səs-küy salmış və Təqsirləndirilən şəxs2 yanındakı şəxs əlində olan bıçaqla onu vurmağa çalışmış və bu vaxt bıçaq onun sol ayağına dəymişdir. Həmin vaxt tanışı və oraya gələn insanların sayəsində onlar Təqsirləndirilən şəxs1 yaxalamışlar. Lakin Təqsirləndirilən şəxs1 onun pul kisəsini Təqsirləndirilən şəxs2 vermiş və Təqsirləndirilən şəxs2 qaçaraq oradan uzaqlaşmışdır. Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxsn ifadəsini qismən təsdiq etmiş, lakin zərərçəkmiş şəxsə bıçaqla hədə-qorxu gəlinmədiyini və xəsarət yetirilmədiyini bildirmişdir (cild 1, iş vərəqi 113-115). - əşyanın tanınmaya təqdim edilməsi haqqında xx.xx.2023-cü il tarixli protokol və fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxsn və tərcüməçi X2 iştirakları ilə ********* nömrəli cinayət işinin istintaq zərurəti ilə əlaqədar Azərbaycan Respublikası CPM-nin 240-cı maddəsini rəhbər tutaraq Təqsirləndirilən şəxs1 götürülmüş bıçaq 2 nömrə altında Zərərçəkmiş şəxs Farooqa 03 (üç) ədəd oxşar bıçaq arasında təqdim olunmuş, Zərərçəkmiş şəxs Farooq bildirmişdir ki, ona qarşı törədilən cinayət hadisəsində istifadə olunan bıçaq 2-ci sıradadır və o, həmin bıçağı tanıyaraq əli ilə təqdim etmişdir (cild 1, iş vərəqi 133-134). - məhkəmə-ballistik ekspertizasının xx.xx.2023-cü il tarixli, 3/437 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 (bir) ədəd bıçaq kustar üsulla hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan məişət təyinatlı turist bıçağıdır, soyuq silah hesab edilmir və istifadəyə yararlıdır. Aparılmış tədqiqatın dəyəri 64 (altmış dörd) manat təşkil edir (cild 1, iş vərəqi 179-181). - məhkəmə-tibb ekspertizasının xx.xx.2023-cü il tarixli, 70 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxsn almış olduğu xəsarət - sol baldırın orta 1/3-nin ön səthinin sıyrığı bərk küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə, kənar şəxs tərəfindən sol baldır nahiyəsinə təpiklə vurma nəticəsində əmələ gələ bilərdi, sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir (cild 1, iş vərəqi 193-195). - məhkəmə-tibb ekspertizasının xx.xx.2023-cü il tarixli, 64 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 bədəni üzərində müəyyən edilmiş xəsarət - sağ kürək nahiyəsinin qançırı bərk küt əşyanın təsirindən törənmişdir, yəni xx.xx.2023-cü il tarixində, kənar şəxs tərəfindən sağ kürək nahiyəsinə rezin dəyənəklə vurma nəticəsində əmələ gələ bilərdi, sağlamlığa zərərvurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir (cild 1, iş vərəqi 188- 190). - təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında xx.xx.2023-cü il tarixli protokoldan və fotocədvəldən görünür ki, hadisə yerinə çıxarılarkən Təqsirləndirilən şəxs1 ünvan 3 ünvana getmək lazim olduğunu bildirmişdir. Avtomaşınla həmin ünvana getdikdən sonra Təqsirləndirilən şəxs1 orada bildirmişdir ki, 11 fevral 2023-cü il tarixdə tanışı Asif adlı şəxslə Səbail rayonu ərazisində yerləşən "Dəniz Mall" ticarət mərkəzinin yaxınlığında gəzişdikdən sonra "Tarqovı" adlanan əraziyə gəzişmək üçün gəlmişlər. Həmin vaxt saat 18:31 radələrində iki nəfər kişi cinsli xarici ölkə vətəndaşının piyada hərəkət etdiyini görüb onların arxasınca getmişlər. Həmin şəxslərin Sabail rayonu, Nizami küçəsi 66 saylı ünvanda yerləşən "Papa Johns” restoranının yanında yerləşən keçiddən içəri daxil olduqlarını görmüşlər. Həmin şəxslərdə çoxlu pul olduğunu düşünüb onların pulunu soyğunçuluq yolu ilə ələ keçirmək qərarına gəlmişlər və o, Asifə bu barədə təklif etmiş, Asif də onunla razilaşmışdır. Bundan sonra yenidən onları izləyərək binanın altında yerləşən arxadan içəri daxil olan zaman o, həmin şəxslərdən birinin şalvarının arxa cibində olan pul kisəsinə əl atıb götürmək istəyən zaman həmin şəxs onun qolundan tutmuşdur. Bu zaman həmin şəxslər səs-küy salmışlar və aralarında mübahisə baş vermişdir. Həmin şəxslər onu tutub orada saxlamışlar. Tanışı Asif isə həmin vaxt oradan dərhal qaçıb uzaqlaşmışdır. Bundan sonra orada olan şəxslərdən kimsə DİN-in 102 xidmətinə zəng edib hadisə barədə məlumat vermiş və polis əməkdaşları oraya gələrək onu 39-cu Polis bölməsinə aparmışlar (cild 1, iş vərəqi 204-206). - təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında xx.xx.2023-cü il tarixli protokoldan və fotocədvəldən görünür ki, hadisə yerinə çıxarılarkən Təqsirləndirilən şəxs2 bildirmişdir ki, ünvan 3 ünvana getmək lazımdır. Avtomaşınla həmin ünvana getdikdən sonra Təqsirləndirilən şəxs2 orada bildirmişdir ki, 11 fevral 2023-cü il tarixdə tanışı Şahin adlı şəxslə Səbail rayonu ərazisində yerləşən "Dəniz Mall" ticarət mərkəzinin yaxınlığında gəzişdikdən sonra "Tarqovı" adlanan əraziyə gəzişmək üçün gəlmişlər. Həmin vaxt saat 18:30 radələrində iki nəfər kişi cinsli xarici ölkə vətəndaşının "Tarqovı" adlanan yerdə piyada hərəkət etdiyini görüb onların arxasınca getmişlər. Həmin şəxslər bir qədər getdikdən sonra Səbail rayonu, Nizami küçəsi 66 saylı ünvanda yerləşən restoranın yanında yerləşən keçiddən içəri daxil olduqlarını görmüşlər. Həmin şəxslərdən birinin onun pulunu soyğunçuluq yolu ilə ələ keçirmək qərarına gəlmişlər və Şahin ona bu barədə təklif etmiş, o da Şahinlə razilaşmışdır. Bundan sonra yenidən onlar izləyərək binanın altında yerləşən arkadan içəri daxil olan zaman o, Şahinlə bir qədər məsafədə olmuş, Şahin həmin şəxslərdən birinin şalvarının arxa cibində olan pul kisəsinə əl atıb götürmək istəyən zaman həmin şəxsin Şahinin qolundan tutduğunu görmüşdür. Bu zaman həmin şəxslər səs-küy salmışlar və Şahinlə onların arasında mübahisə baş verdiyini görmüşdür. O, həmin vaxt oradan dərhal qaçıb uzaqlaşmışdır. Təxminən 15 dəqiqə sonra oraya Şahini tapmaq məqsədilə qayıtdıqda yerdə qəhvəyi rəngli pul kisəsinin olduğunu görüb onu götürüb, lakin Şahini tapa bilməmişdir. Pul kisəsinin içərisində kiməsə məxsus şəxsiyyət vəsiqəsinin, 02 ədəd 200 manat nominallı pul əsginasının, 02 ədəd 100 ABS dolları nominallı pul əsginasının və 40 manat nəğd pulun olduğunu görüb və qeyd etdiyi pulları götürüb pul kisəsini oraya atmışdır. Bundan sonra taksi sifariş edib Nərimanov rayonuna getmişdir. Nərimanov metrostansiyasının yaxınlığında yerləşən telefon mağazasına özünə telefon almaq üçün getmişdir. Telefon mağazasında pul kisəsindən tapdığı iki ədəd 200 nominallı puldan birini yeni 200 manatını telefon almaq üçün təqdim edən zaman orada işləyən şəxs ona "bu nə puldur mənə verirsən?" deyib və həmin 200 manatı geri qaytarmışdır. Həmin vaxt o, 200 manatlıq əsginasa baxan zaman üzərində “etibarsızdır” sözü oldugunu görmüşdür. Mağazadan çıxıb həmin iki ədəd 200 manatlıq əsginasları cırıb tullamışdır. Bundan basqa, tapdığı iki ədəd 100 ABS dollarının üzərində isə "geçersizdir" yazısı olduğunu həmin vaxt görüb onları cibinə qoymuşdur. Oradan uzaqlaşıb Nərimanov parkında kafelərdən birində oturub pul kisəsindən tapdığı 40 manat pula yeyib-içib və oradan çıxıb dayısıgilə getmişdir. xx.xx.2023-cü il tarixdə polis əməkdaşları onu saxlayaraq Səbail RPİ-nin 39-cu Polis bölməsinə gətirmişlər. O, isə polis əməkdaşlarına Şahinlə birlikdə törətdiyi cinayəti etiraf etmişdir (cild 1, iş vərəqi 207-212). - hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, hadisə yeri ünvan 7 ünvanda yerləşən yaşayış binasının həyətidir. Həmin həyətə daxil olmaq üçün Nizami küçəsində yerləşən “Papa Johns” restoranının yanında olan arkadan keçilir. Arkadan həyətə daxil olduqda sol tərəfdə dəmir barmaqlıqlarla əhatə olunmuş dəmir qapıdan hadisə yerinə daxil olunur. Hadisə yerinin müayinəsi zamanı ətrafı da daş divarlarla əhatələnmiş dəhliz kimi yerdə, yəni hadisə baş verdiyi yerdə quraşdırılmış müşahidə kamerasının olması müəyyən olunmuşdur. Həmin kamera Nizami küçəsi, 66 saylı ünvanda yerləşən “Azərbaycan Mikro-kredit” BOKT-nun Mərkəz filialına məxsusdur (cild 1, iş vərəqi 255-256). - “Azərbaycan Mikro Kredit BOKT”un xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, ünvan 9 ünvanda yerləşən "xxxx" MMM-nin Mərkəz filialına məxsus bayır hissəni fiksə edən videomüşahidə kameralarının görüntüləri 11 fevral 2023-cü il tarixinə mövcud deyil (cild 1, iş vərəqi 293). - maddi sübut kimi tanıma barədə xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs1 götürülmüş 01 ədəd bıçaq iş üçün mühüm əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və saxlanılması üçün Səbail rayon Polis İdarəsinin Növbətçi hissəsinə təhvil verilmişdir (cild 1, iş vərəqi 295-297). - sərhəd keçmə barədə məlumatdan görünür ki, Pakistan İslam Respublikasının vətəndaşı xx.xx.1987-ci il təvəllüdlü Zərərçəkmiş şəxs Farooq xx.xx.2023-cü il tarixdə Heydər Əliyev hava limanından Türkiyə Respublikasının İstanbul şəhərinə uçmuşdur (cild 1, iş vərəqi 307-308). Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birinin əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələri ilə düzgün tövsif edilmişdir. Belə ki, “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli Qərarının 7-ci bəndində qeyd edilir ki, quldurluq cinayəti özgənin əmlakını talamaq məqsədilə, həyat və ya sağlamlıq üçün təhlükəli zorakılıqla, yaxud da belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə edilmiş basqın anından bitmiş sayılır. Həmin Qərarın 15-ci bəndində məhkəmələrə tövsiyə olunur ki, qabaqcadan əlbir olmaqla quldurcasına basqın törətmiş bir qrup təqsirli şəxsin niyyəti ilə silah və ya silah qismində istifadə edilən predmetlərin tətbiqi əhatə edilmişsə, o zaman onlardan yalnız biri silah və ya silah qismində istifadə edilən predmet tətbiq etsə belə, qrup iştirakçılarının hamısı birgə icraçı kimi CM-nin 181.2.5-ci maddəsi ilə məsuliyyət daşıyır. Həmin Qərarın 23-cü bəndində məhkəmələrə tövsiyə olunur ki, həyat və sağlamlıq üçün təhlükəli zorakılıq (CM-nin 181-ci maddəsi) dedikdə, elə zorakılıq başa düşülməlidir ki, təqsirkarın hərəkətləri zərərçəkmişə ağır, az ağır zərər vurma, həmçinin sağlamlığın qısa müddət pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş sağlamlığa yüngül zərər vurma ilə nəticələnmiş olsun. Özgənin əmlakını ələ keçirmək məqsədilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı basqın o zaman CM-nin 181.1-ci maddəsi ilə tövsif edilir ki, zərərçəkmişin sağlamlığına zərər yetirilməsə də, basqın anında onun həyatı və ya sağlamlığı üçün real təhlükə yaranmış olsun. Məhkəmə qərar qəbul edərkən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qeyd edilən qərarında göstərilən tövsiyələrini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 hadisə zamanı cibində olan bıçaqdan istifadə etmədiyi, bıçağı ümumiyyətlə cibindən çıxartmadığı, bıçağın polis bölməsində cibindən çıxarıldığı, bıçaqla zərərçəkmiş şəxsə hədə-qorxu gəlmədiyi və xəsarət yetirmədiyi, bıçağı nə zərərçəkmiş şəxsin, nə də Asifin görmədiyi, Təqsirləndirilən şəxs2 həmin cinayətdə heç bir rolunun olmadığı, Asifin bu plandan xəbərinin olmadığı barədə təqsirləndirilən şəxslərin məhkəmədə verdikləri ifadələrinə tənqidi yanaşır və hesab edir ki, onların həmin ifadələri elan edilmiş ağır cinayət məsuliyyətindən və cəzadan yayındırmaq məqsədi güdür, özünümüdafiə xarakteri daşayır və cinayət işi üzrə toplanmış mötəbər subutlarla təkzib olunduğundan inandırıcı hesab olunmur. Belə ki, Təqsirləndirilən şəxs1 hadisə vaxtı bıçaq olması məhkəmədə mübahisəsiz hal kimi tam təsdiq olundu. Həmin bıçqğın hadisə zamanı istifadə olunması ilə bağlı məhkəmə onu qeyd edir ki, cinayət işinin 1-ci cildinin 4-cü vərəqinə tikilmiş raportun məzmunundan məlum olur ki, hadisədən dərhal sonra, yəni hadisə barəsində hüquq-mühafizə orqanları hələ xəbər tutmamışdan qabaq 102 Xidmət Zəng Mərkəzinə Ali adlı Pakistan vətəndaşının zəng edərək verdiyi məlumatdan aydın görünür ki, “Papa Jhons” restoranının qarşısında Pakistan vətəndaşlarının qarşısını kəsən 2 nəfər Azərbaycan vətəndaşı dostlarını bıçaqla hədələmiş və pul kisələrini götürmüşlər. Hadisədən bir neçə saat sonra dindirilmiş Zərərçəkmiş şəxsn və hadisənin şahidi Şahid1 ibtidai istintaqa verdikləri və məhkəmədə tədqiq olunmuş ifadələrindən isə aydın olur ki, hadisə vaxtı onlara edilmiş basqın zamanı hücum edənlərdən birinin əlində bıçaq olmuş və həmin şəxs əlindəki bıçaqla Umar Farooqun sol ayağına xəsarət yetirmişdir. Hücum edən şəxslərdən biri Umar Farooqun pul kisəsini götürüb digərinə vermiş və sonuncu hadisə yerindən qaçmışdır. Üzləşdirmələr zamanı Zərərçəkmiş şəxs Farooq əlində bıçaq olanın Təqsirləndirilən şəxs1, pul kisəsinin ötürüldyü şəxsin isə Təqsirləndirilən şəxs2 olduğunu bildirmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 götürülmüş bıçaq digər oxşar bıçaqlar arasında zərərçəkmiş şəxsə təqdim olunarkən Zərərçəkmiş şəxs Farooq ona qarşı törədilən cinayət hadisəsində istifadə olunan bıçağı tanımışdır. Şərh olunan sübutların ardıcıllıqla bir-biri ilə və işdə olan digər sübutlarla tamamilə uzlaşması onu sübut edir ki, zərərçəkmiş şəxsə basqın zamanı Təqsirləndirilən şəxs1 həqiqətən də bıçaqdan istifadə etmiş və bu hal məhkəmədə hər hansı şübhə doğurmur. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin eksperti Şahid2 ifadəsində qeyd etdiyi məqamlarla bağlı məhkəmə o nəticəyə gəlir ki, ekspert öz rəyini ekspertizanın təyin olunması haqqında qərarda qoyulmuş suallara uyğun cavablar verməklə üzərinə qoyulmuş vəzifələri yerinə yetirmişdir. Onun məhkəmədə verdiyi ifadəsindən də görünür ki, sərəncamına bıçaq təqdim edilməmiş nəticədə də rəydə xəsarətin bərk küt əşya ilə törədildiyi qeyd olunmuşdur. Bundan başqa nə zərərçəkmiş şəxsin, nə də ki, hadisə şahidinin ifadələrindən təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsə basqın edərkən xəsarəti istifadə etdiyi bıçağın tiyəsi və ya sair hissəsi ilə yetirdiyi aydın görünmür. Bu səbəbdən məhkəmə ekspertin zərərçəkmişdə aşkar edilmiş xəsarətin kəsilmiş-deşilmiş deyil, sıyrıq xarakterli olması kimi qiymətləndirilməsini normal qəbul edir. Müdafiə nitqində müdafiəçinin Təqsirləndirilən şəxs1 üzərindən götürülmüş bıçağın zərərçəkmiş şəxsə tanınma üçün təqdim edilməsinə dair protokolun Azərbaycan Respublikası CPM-nin 240.1-ci maddəsinə əməl edilmədiyinə görə sübutlar siyahısından çıxarılması barədə vəsatətinin əsassız olduğu qənaətinə gəlir. Bununla bağlı məhkəmə qeyd edir ki, müdafiə tərəfi tanınmanın nəticəsini mübahisələndirməmişdir. CPM-nin 240.1ci maddəsində isə tanıyan şəxsin tanınmaya təqdim edilən əşyanın əlamətləri barədə dinidrilməsini mütləq vəzifə kimi müstəntiq qarşısında qoyulmamışdır. Yəni məhkəmə müdafiə tərəfinin vəsatətdə qaldırdığı məsələnin formal əsaslara söykəndiyi qənaətinə gəlir və bu səbəbdən müdafiəçinin vəsatətinin təmin olunmasını təmin etmir. Beləliklə, məhkəmə tam, hərtərəfli və obyektiv araşdırma aparıb, tədqiq olunan sübutları məcmu halında qiymətləndirib belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında və silah qismində istifadə edilən əşya tətbiq etməklə, özgənin əmlakını ələ keçirmək məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq etmə hədəsi ilə bağlı basqın edərək quldurluq etmələri təsdiq olunur, onlar həmin cinayət əməlini törətməkdə təqsirlidirlər, əməllərinin cinayət olmasını aradan qaldıran hallar, onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən və məhkəmə hökmündən görünür ki, Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 185.2.1 və 185.2.2-ci maddələri ilə təqsirli bilinərək qəti olaraq 03 (üç) il 11 (on bir) ay 27 (iyirimi yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli “Amnistiya” qərarının 2.4 bəndinə əsasən cəzadan azad edilmişdir (cild 1, iş vərəqi 146-147, 161-170). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş Təqsirləndirilən şəxs2 barədə DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Füzuli Hərbi Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.1-ci maddəsi ilə təqsirli bilinərək 200 (iki yüz) manat məbləğində cərimə cəzasına məhkum edilmişdir (cild 1, iş vərəqi 148-149). Məhkəmənin sorğusuna Biləsuvar rayon İcra və Probasiya şöbəsindən verilmiş 21 fevral 2024-cü il tarixli cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 Füzuli Hərbi Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə təyin edilmiş cəriməni tam şəkildə ödədiyi üçün xx.xx.2019-cu il tarixdən rayon İcra və Probasiya şöbəsinin qeydiyyatından çıxarılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinin tələbinə görə cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə onların məhkumluğu ödənilmiş hesab olunur. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə onların məhkumluğu ödənilmiş hesab olunur. Həmin Məcəllənin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Məhkəmə qeyd edir ki, Milli Məclisin yuxarıda qeyd edilən “Amnistiya” Qərarının 7-ci bəndində göstərilmişdir ki, bu Qərar əsasında əsas və əlavə cəzanı çəkməkdən azad edilən böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş şəxslərin üzərindən məhkumluq götürülməlidir. Qeyd edilənlərə əsasən Təqsirləndirilən şəxs1 Milli Məclisin yuxarıda qeyd edilən “Amnistiya” Qərarının 7-ci bəndinin müddəalarının təsiri altına düşür və bu səbəbdən məhkəmə onu məhkumluğu olmayan şəxs hesab edir. Məhkəmə eyni zamanda qeyd edir ki, Təqsirləndirilən şəxs2 məhkumluğu ödənilmiş və o, məhkumluğu olmayan şəxs hesab edilməlidir. Beləliklə, məhkəmədə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilmədi. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxslər tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, təqsirləndirilən şəxslərin şəxsiyyətini, cəza təyin edilməsinin ümumi əsaslarını, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmadığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilərlər, buna görə də onlara təqsirləndirildikləri maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 oğlunun ittiham olunduqları Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələrinin sanksiyasında səkkiz ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İşdə olan tutma protokolundan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs1 azadlığı faktiki olaraq 11 fevral 2023-cü ildə məhdudlaşdırılmış, o, 12 fevral 2023-cü ildə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin qərarı ilə barəsində 13 fevral 2023-cü il tarixdə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 12 fevral 2023-cü il tarixdən hesablanmış və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır (cild 1, iş vərəqi 42-43, 95-97, 266-270). İşdə olan tutma protokolundan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs2 12 fevral 2023-cü ildə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin qərarı ilə barəsində 14 fevral 2023-cü il tarixdə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 12 fevral 2023-cü il tarixdən hesablanmış və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır (cild 1, iş vərəqi 68-69, 129-131, 271-275). Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 cəza çəkməsinin başlanğıcı onun azadlığının faktiki məhdudlaşdırıldığı 11 fevral 2023-cü il tarixdən və Təqsirləndirilən şəxs2 cəza çəkməsinin başlanğıcı onların tutulduğu 12 fevral 2023-cü il tarixdən hesablanmalı, barələrində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə nəzərə alır ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlakları müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan, Təqsirləndirilən şəxs1 götürülərək Bakı şəhəri Səbail rayon Polis İdarəsinin Növbətçi Hissəsində saxlanılan 01 ədəd bıçaq məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü və 198.1-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizası ilə əlaqədar 64 (altmış dörd) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada hər birisindən 32 (otuz iki) manat tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli onun azadlığının faktiki məhdudlaşdırıldığı 11 fevral 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 12 fevral 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs1 götürülərək Bakı şəhəri Səbail rayon Polis İdarəsinin Növbətçi hissəsində saxlanılan 01 ədəd bıçaq məhv edilsin. İbtidai istintaq zamanı aparılmış məhkəmə ekspertizası ilə əlaqədar 64 (altmış dörd) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada hər birisindən 32 (otuz iki) manat tutularaq dövlət büdcəsinə dövlət büdcəsinə ödənilsin. Hökmdən onun elan olunduğu (Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (Sədrlik edən) Telman Hüseynov Əhməd Quliyev Fərid Namazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar