Məhkəmə qərarları › İş №1(101)-376/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-376/2025

14.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-376/2025 14.04.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Qurbanova Aygün Arzu qızının sədrliyi, hakimlər Namazov Fərid Arif oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X7, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Bakı şəhəri 26 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1993-cü ildə Qazax rayonu, Qaymaqlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olmuş, əvvəllər məhkum olunmamış, İİİ dərəcəli əlilliyi olan, ünvan 1 ünvanda qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ:

1. Təqsirləndirilən şəxs, bir qrup şəxslə qabaqcadan əlbir olub satış məqsədi ilə külli miqdarda narkotik vasitə əldə edib, üzərində saxlayıb daşımaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir.

İşin faktiki halları

2. Təqsirləndirilən şəxs satış məqsədi ilə o, qanunsuz olaraq narkotik vasitələrin satışını təşkil etmək məqsədi ilə şəxsiyyəti istintaqa məlum olmayan “Bəhmən” adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək aralarında əldə olunmuş razılığa əsasən müəyyən ünvanlara çatdırmaq üçün həmin şəxsin +98 935 *** **** mobil nömrəsindən onun istifadəsində olan 055 *** ** ** mobil nömrəyə WhatsApp Business ani mesajlaşma proqramı vasitəsilə göndərdiyi fotoşəkillərə uyğun Bakı şəhəri ərazisində müvafiq yerə qoyulmuş, tərkiblərinə görə eyni olan, ümumi təmiz çəkisi 2136,026 qram olan külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı götürüb bir hissəsini yaşadığı mənzildə saxlamış, digər hissəsini isə idarə etdiyi nəqliyyat vasitəsində və üzərində saxlamaqla daşımış, Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində 19 aprel 2024cü il tarixdə saat 22:10 dəqiqədə ünvan 3 ünvanın yaxınlığında idarə etdiyi “Toyota” markalı “Prius” modelində olan **-NC-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanında saxlanılaraq hava və əməliyyat şəraiti, o cümlədən təhlükəsizlik tədbirləri nəzərə alınmaqla ünvan 4 ünvanda yerləşən BNMİ-nin inzibati binasına gətirilmiş, orada müdafiəçinin iştirakı ilə videoçəkilişlə keçirilən şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən 2 ədəd bükümdə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 4,932 qram və 0,644 qram olmaqla, ümumi çəkisi 5,576 qram olan bitki mənşəli kütlələr çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, 20 aprel 2024-cü il tarixdə saat 00:25 dəqiqədən saat 00:36 dəqiqəyədək Təqsirləndirilən şəxs idarə etdiyi “Toyota” markalı “Prius” modelində olan **-NC-*** dövlət qeydiyyat nişanlı avtomobilə keçirilən baxış və götürmə istintaq hərəkəti zamanı avtomobilin arxa oturacağın ayaqaltı hissəsindən 6 ədəd şəffaf sellofan bağlamada hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 110,0 qram, 110,0 qram, 100,0 qram, 50,0 qram, 49,0 qram və 31,45 qram olmaqla, ümumi təmiz çəkisi 450,45 qram olan bitki mənşəli kütlələr çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, saat 01:40 dəqiqədən saat 01:56 dəqiqəyədək Təqsirləndirilən şəxs yaşadığı ünvan 5 ünvanında keçirilən baxış və götürmə istintaq hərəkəti zamanı mətbəxdə saxlanılan karton qutunun içərisindən 3 ədəd şəffaf sellofan bağlamada hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 720,0 qram, 490,0 qram və 470,0 qram olmaqla, ümumi təmiz çəkisi 1680,0 qram olan bitki mənşəli kütlələr çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxsə qarşı ittiham tərəfinin təqdim etdiyi sübutlar aşağıdakılardan ibarətdir:

3. 19 aprel 2024-cü il tarixli raportdan (cild 1, iş vərəqə 5) görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satşı məqsədi ilə əldə edərək Bakı şəhəri, Xətai rayonu ərazisində dövriyyəsi ilə məşğul olması bildirilmişdir.

4. 19 aprel 2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild 1, iş vərəqə 21) görünür ki, Təqsirləndirilən şəxs azadlığının məhdudlaşdırıldığı vaxtdan, yəni 19 aprel 2024-cü il tarixdə, saat 22:10 dəqiqədən tutulmuş hesab edilmişdir.

5. 19 aprel 2024-cü il tarixli şəxsi axtarış və götürülmə aparılması haqqında protokoldan (cild 1, iş vərəqə 30-31) görünür ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarlanında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim edilməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən 2(iki) ədəd bükümdə açıq yaşıl rəngli spesifik iyə malik narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlələri təqdim edərək masanın üzərinə qoydu. Sonra şübhəli şəxsin üzərinə şəxsi axtarış keçirildi və əynində olan həmin gödəkçənin sol yan cibindən 1(bir) edəd avtomobil açarı, 3(üç) ədəd ev açarı, 1(bir) ədəd xarici pasport, 1(bir) ədəd şəxsiyyət vəsiqəsi, 1(bir) ədəd sürücülük vəsiqəsi, 1(bir) ədəd bank kartı və 21(iyirmi bir) manat pul əynində olan şalvarın sol yan cibindən 1(bir) ədəd içərisində 055 ***-**-** vo ***-**-** simkart nömrələri olan "Samsung" markalı mobil telefon aşkar edilərək götürülmüşdür. Daha sonra şəxsi axtarış zamanı sonuncunun üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi qurudulmuş marixuanaya bənzər kütlələr elektron tərəzidə çəkilmiş və ümumilikdə çəkisi 7(yeddi) qram olmuşdur. Sonra aşkar olunmuş həmin kütlələr içərisi solan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırıldı, DİN-in 7 saylı möhürü ilə möhürləndi, üzəri şübhəli şəxs, müdafiəçi və təhqiqatçı tərəfindən imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün (bir) ədəd Samsung markalı mobil telefon, 1(bir) ədəd bank kartı, 1(bir) ədəd şəxsiyyət vesiqesi ve 1(bir) adad sürücülük vəsiqəsi bu barədə sonuncuya izah verildikdən sonra götürüldü. 1(bir) ədəd avtomobil açarı, 3(üç) ədəd ev açarı və 21(iyirmi bir) manat pul ise özünə geri qaytarıldı. Təqsirləndirilən şəxs sorğu zamanı, təqdim etdiyi kütlələrin özünə məxsus olduğunu, həmin kütlələri tanıdığı İran İslam Respublikası vətəndaşı olan "Bəhmən" adlı şəxsin vasitəsi ilə 1(bir) gün əvvəl Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi ərazisində əvvəlcədən təyin edilmiş yerdən sonuncunun göstərişi ilə deyilən ünvanlara çatdırmaq məqsədi ilə əldə etdiyini, həmin şəxsin göstərişi ilə narkotik vasitələri müəyyən ünvana qoymasının qarşılığında sonuncunun ona 1000(min) manat pul verəcəyini, idarə etdiyi avtomobildə və yaşadığı mənzildə də narkotik maddə saxladığını, həmin narkotik maddəni təqdim edə biləcəyini, avtomobilə və mənzilə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etirazının olmadığını, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. Şəxsi axtarış və götürmə BNMİ-nin inzibati binasında xidməti iş otaqlarından birində, süni işıqlandırma şəraitində keçirildi. Şəxsi axtarış və götürmə zamanı «Sony» markalı video kameradan istifadə etməklə BNMİ-nin baş əməliyyat müvəkkili, polis baş leytenantı X25 tərəfindən video çəkiliş aparıldı. Protokol iştirakçılara ucadan oxundu, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olundu. İştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmadı. Protokol düzgün tartib edilmişdir, imzalarla təsdiq edildi, protoloka 1(bir) ədəd DVD əlavə olundu.

6. 20 aprel 2024-cü il tarixli avtomobilə baxış və götürmə aparılması haqqında protokoldan (cild 1, iş vərəqə 35-36) görünür ki, Təqsirləndirilən şəxs Asiq oğlunun külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edib Bakı şəhəri Xətai rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən kecirilmiş əməliyyat-axtarış tədbiri zamanı sonuncu 19 aprel 2024-cü il tarixdə, saat 22:10 dəqiqədə ünvan 6 ünvanının yaxınlığında idarə etdiyi Toyota Prius markalı **- NC-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanında saxlanılaraq BNMİ-nin inzibati binasına gətirilmiş, avtomobil isə BNMİ-nin həyətinə yerləşdirilmiş, yanında olan Şahid3 Baş İdarəyə dəvət edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, üzərinə keçirilən şəxsi axtarış zamanı S Abdullayevin üzərindən narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər malar aşkar edilib götürülmüş, Təqsirləndirilən şəxs idarə etdiyi "Toyota Prius" markalı **-NC-*** dövlət qeydiyyat nişanlı avtomobildə də narkotik maddə saxladığını bildirmiş, Təqsirləndirilən şəxs avtomobilə baxış keçirilməsinə etirazı olmadığını bildirmiş və bu barədə ərizə təqdim etmişlər. Təqsirləndirilən şəxs idarə etdiyi, "Toyota Prius" markalı **-NC-*** dövlət qeydiyyat nişanlı avtomobildə narkotik vasitənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal atmayə kifayət qədər əsaslar olduğundan «avtomobilə baxış və götürmə aparılması haqqında» 20 aprel 2024-cü il tarixli qərara əsasən video çəkilişdən istifadə edilməklə baxış və götürmə aparılmışdır. Baxış və götürmə aparılmasından əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək sözü gedən avtomobildə olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs həmin avtomobilin arxa oturacağının ayaqaltı nssəsindən 6(altı) ədəd bağlamada açıq yaşıl rəngli spesifik iyə malik narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlələri təqdim etmişdir. Daha sonra həmin kütlələr elektron tərəzidə çəkilmiş və ümumilikdə çəkisi 500 (beş yüz) qram olmuşdur. Sonra həmin kütlələr qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürləndi, üzəri şübhəli şəxs, müdafiəçi və təhqiqatçı tərəfindən imzalandı. Daha sonra avtomobilin digər hissələrinə baxış keçirildi və qanunla qadağan olunmuş hər hansı əşya, predmet və ya maddə aşkar olunmadı. Təqsirləndirilən şəxs sorğu zamanı təqdim etdiyi kütlələrin özünə məxsus olduğunu həmin kütlələri tanıdığı İran İslam Respublikası vətəndaşı olan "Bəhmən" adlı şəxsin vasitəsi ilə 1(bir) gün əvvəl Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi ərazisində əvvəlcədən təyin edilmiş yerdən sonuncunun göstərişi ilə deyilən ünvanlara çatdırmaq məqsədi ilə əldə etdiyini, həmin şəxsin göstərişi ilə narkotik vasitələri müəyyən ünvana qoymasının qarşılığında sonuncunun ona 1000 (min) manat pul verəcəyini bildirdi. Avtomobilə baxış və götürmə zamanı «Sony» markalı videokamera vasitəsi ilə BNMİ-nin baş əməliyyat müvəkkili, polis baş leytenantı X25 tərəfindən video çəkilişi aparıldı. Protokol iştirakçılara ucadan oxundu, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olundu. İştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmadı. Protokol düzgün tərtib edilmişdir, protokola içində video çəkiliş olan 1 (bir) ədəd DVD disk əlavə olundu və imzalarla təsdiqləndi.

7. 20 aprel 2024-cü il tarixli mənzilə baxış keçirilməsi və götürmə haqqında protokoldan (cild 1, iş vərəqə 40) görünür ki, Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edib Bakı şəhəri, Xətai rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı sonuncu 19 aprel 2024-cü il tarixdə, saat 22:10 dəqiqədə Bakı şəhəri, Xətai rayonu, Şıxlinski küçəsi ev 31B ünvanının yaxınlığında idarə etdiyi Toyota Prius markalı **-NC-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanında saxlanılaraq BNMİ-nin inzibati binasına gətirilmiş, avtomobil isə BNMİ-nin həyətinə yerləşdirilmiş, yanında olan Şahid3 Baş İdarəyə dəvət edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, üzərinə keçirilən şəxsi axtarış zamanı onun üzərindən narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlələr, idarə etdiyi "Toyota Prius" markalı **-NC-*** dövlət qeydiyyat nişanlı avtomobildə də narkotik maddə saxladığını bildirmiş və həmin avtomobildən də narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlələr aşkar edilib götürülmüşdür. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs yaşadığı ünvan 7 ünvanında narkotik vasitə saxladığını, həmin mənzilə baxış keçirilməsinə etirazı olmadığını bildirmiş və bu barədə ərizə təqdim etmişdir. ünvan 7 ünvanında narkotik vasitənin, psixotrop maddənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan «Baxış və götürmə aparılması haqqında» 20 aprel 2024-cü il tarixli qərara əsasən video çəkilişdən istifadə edilməklə baxış və götürmə aparılmışdır. Baxış və götürmə aparılmasından əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək sözü gedən mənzildə olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edildi. Bu təklifdən sonra Təqsirləndirilən şəxs mənzildə mətbəxdən kardon qutunun içərisindən 3(üç) ədəd bağlamada açıq yaşıl rəngli spesifik iyə malik narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütləni və 1(bir) ədəd elektron tərəzi təqdim etdi. Sonra həmin kütlələr elektron tərəzidə çəkildi, qurudulmuş marixuanaya bənzər kütlələrin ümumilikdə çəkisi 1(bir) kq 720(yeddi yüz iyirmi) qram oldu. Daha sonra həmin kütlələr qablaşdırıldı, DİN-in 7 saylı möhürü ilə möhürləndi və üzəri şübhəli şəxs, müdafiəçi və tərəfimdən imzalandı. Sonra Təqsirləndirilən şəxs yaşadığı mənzilin digər hissələrinə baxış keçirildi vənarkotik vasitə, psixotrop maddə, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər aşkar edilmədi Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq aşkar olunmuş kütlələrin və elektron tərəzinin özünə məxsus olduğunu, həmin kütlələri tanıdığı İran İslam Respublikası vətəndaşı olan "Bəhmən" adlı şəxsin vasitəsi ilə 1(bir) gün əvvəl Bakı şəhəri Sabunçu rayonu, Nardaran qəsəbəsi ərazisində əvvəlcədən təyin edilmiş yerdən sonuncunun göstərişi ilə deyilən ünvanlara çatdırmaq məqsədi ilə əldə etdiyini, həmin şəxsin göstərışı ilə markotik vasitələri müəyyən ünvana qoymasının qarşılığında sonuncunun ona 1000 (min) manat pul verəcəyini bildirmişdir. Mənzilə baxış və götürmə axşam vaxtı, süni işıqlandırma şəraitində keçirildi. Mənzilə baxış və götürmə zamanı «Sony» markalı videokamera vasitəsi ilə BNMİ-nin baş əməliyyat müvəkkili, polis baş leytenantı X25 tərəfindən video çəkilişi aparıldı. Protokol iştirakçılara ucadan oxundu, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olundu İştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmadı. Protokol latın qrafikası ilə, kompyuter vasitəsi ilə düzgün tərtib edilmişdir, imzalarla təsdiq edildi, protokola 1(bir) ədəd DVD əlavə olundu.

8. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 20 aprel 2024-cü il tarixli 7/608 N°-li rəyindən (cild 1, iş vərəqə 51-55) görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs təqdim etdiyi kütlələr ...” yazı və imzalar olan zərfdə 2 ədəd üzəri şəffaf yapışqan lentlə yapışdırılmış bükümdə hər birinin ayrıayrılıqda təmiz çəkisi 4,932 qram və 0,644 qram olmaqla, ümumi çəkisi 5,576 qram bitki mənşəli kütlələr çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş üzərində "Təqsirləndirilən şəxs yaşadığı ünvanda təqdim etdiyi kütlələr və 1 ədəd elektron tərəzi yazı və imzalar olan polietilen bağlamada 2 ədəd şəffaf sellofanda hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 720,0 qr və 490,0 qram olmaqla, ümumi çəkisi 1210,0 qram bitki mənşəli kütlələr çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş qara rəngli polietilen bağlamada 1 ədəd şəffaf sellofanda təmiz çəkisi 470,0 qram olan bitki mənşəli kütlə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Həmin bağlamanın içərisində olan 1 ədəd gümüşü rəngli elektron tərəzinin üzərində bitki mənşəli narkotik vasitə olan marixuana hissəcikləri vardır. Marixuana hissəcikləri cüzi miqdar olduğu üçün onun çəkisinin müəyyən etmək və eynilik tədqiqatı aparmaq mümkün deyildir. Tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildə təqdim etdiyi kütlələr” yazı və imzalar olan polietilen bağlamada 6 (altı) ədəd şəffaf sellofanda hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 110,0 qr, 110,0 qr, 100,0 qr, 50,0 qr, 49,0 qr və 31,45 qram olmaqla, ümumi çəkisi 450,45 qram bitki mənşəli kütlələr çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş marixuanaların ümumi çəkisi 2136,026 qram olub, tərkiblərinə görə eynidir.

9. 20 aprel 2024-cü il tarixli optik diskdə olan məlumatlara baxış keçirilməsi haqqında protokoldan (cild 1, iş vərəqə 61-62) görünür ki, X4 barəsində DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasının içərisinde tahqiqatçı, polis mayoru X10 terefindən xidməti otağında şəxsi axtarış ve götürmə istintaq hərəkəti aparılan zaman çəkilmiş və özündə videogörüntünü əks etdirən bir faylın yazıldığı DVD-R optik diskə Dell markalı notbuk vasitesilə baxış keçirildi. Baxış zamanı müəyyən edildi ki, həmin disk "DVD" formatlıdır, diskin üzərində markanmaya sair yazılar və göstərici işarələri var, disk açıldıqda İçərisində bir ədəd "mp4" formatlı görüntü var. Həmin görüntüdə Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və aparılması istintaq hərəkətinin əks olunub. Belə ki, Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə istintaq hərəkətinin aparılmasında sonuncunun vəkili X11 BNMİ-nin əməliyyat művekkili, polis baş leytenantı X12 və əməliyyat müvəkkili, Şahid2 Farid oğlu iştirak edirlər. İstintaq hərəkəti zamanı təhqiqatçı, polis mayoru Yelmar Vahabov sexsi dansdan önce Seyyad Abdullavevə üzərində olan bütün əşyaları təqdim etmeyi təklif edir. Bu saliden sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkcəsinin sağ yan bindan 2(lki) ədəd bükümdə açıq yaşıl rəngli spesifik iyə malik narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlələri təqdim edərək masanın üzərinə qoyur. Sonra şübhəli şəxsin üzərinə şəxsi axtarış keçirilir və əynində olan həmin gödəkçənin sol yan cibindən 1(bir) ədəd avtomobil açarı, 3(üç) ədəd ev açarı, 1(bir) ədəd xarici pasport, 1(bir) ədəd şəxsiyyət vəsiqəsi, 1(bir) ə sürücülük vəsiqəsi, 1(bir) ədəd bank kartı və 21(iyirmi bir) manat pul, əynində olan salvarın sol yan cibindən 1(bir) ədəd içərisində 055 ***-**-** və 055 ***-**-** simkart nömrələri olan Samsung" markalı mobil telefon aşkar edilərək götürülür. Daha sonra şəxsi axtarış zamanı sonuncunun üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya və ya maddə par edilmir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi qurudulmuş marixuanaya bənzər tələr elektron tərəzidə çəkilir və ümumilikdə çəkisi 7(yeddi) qram olur. Sonra aşkar olunmuş amin kütlələr içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdınılır, DİN-in 7 saylı möhürü möhürlənir, üzəri şübhəli şəxs, müdafiəçi və təhqiqatçı tərəfindən imzalanır. İş üzrə əhəmiyyət sb etdiyi üçün 1(bir) ədəd «Samsung» markalı mobil telefon, 1(bir) ədəd bank kartı, 1(bir) ədəd siyyət vəsiqəsi və 1(bir) ədəd sürücülük vəsiqəsi bu barədə sonuncuya izah verildikdən sonra türülür, 1(bir) ədəd avtomobil açarı, 3(üç) ədəd ev açarı və 21(iyirmi bir) manat pul isə özünə qaytarılır. Təqsirləndirilən şəxs sorğu zamanı, təqdim etdiyi kütlələrin özünə məxsus olduğunu, həmin kütlələri tanıdığı İran İslam Respublikası vətəndaşı olan "Bəhmən" adlı şəxsin vasitəsi ilə 1(bir) gün əvvəl Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi ərazisində alcədən təyin edilmiş yerdən sonuncunun göstərişi ilə deyilən ünvanlara çatdırmaq məqsədi əldə etdiyini, həmin şəxsin göstərişi ilə narkotik vasitələri müəyyən ünvana qoymasının qarşılığında sonuncunun ona 1000 (min) manat pul verəcəyini, idarə etdiyi avtomobildə və yaşadığı mənzildə də narkotik maddə saxladığını, həmin narkotik maddəni təqdim edə biləcəyini, avtomobilə və mənzilə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etirazının olmadığını, sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor edilmədiyini bildirir.

10. 20 aprel 2024-cü il tarixli optik diskdə olan məlumatlara baxış keçirilməsi haqqında protokoldan (cild 1, iş vərəqə 63) görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi, BNMİ-nin heyətinə gətirilmiş “Toyota” markalı “Prius” modelində olan **-NC-*** dövlət qeydiyyat nişanlı avtomobilə BNMİ-nin təhqiqatçısı, polis mayoru Yelmar Vahabov tərəfindən keçirilmiş baxış və götürmə istintaq hərəkəti zamanı çəkilmiş və özündə videogörüntünü əks etdirən bir faylın yazıldığı DVD-R optik diskə «Dell» markalı notbuk vasitəsilə baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, həmin disk "DVD" formatlıdır, disk açıldıqda içərisində bir ədəd "mp4" formatlı görüntü var, həmin görüntüdə DİN-in BNMİ-nin həyətində Təqsirləndirilən şəxs idarə etdiyi nəqliyyat vasitəsinə keçirilmiş baxış və götürmə istintaq hərəkətinin aparılması əks olunub. Təqsirləndirilən şəxs sözügedən avtomobildə olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilir. Bu teklifdən sonra Təqsirləndirilən şəxs həmin avtomobilin arxa oturacağının ayaqaltı hissəsindən 6(altı) ədəd bağlamada açıq yaşıl rəngli spesifik iyə malik narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlələri təqdim edir. Daha sonra həmin kütlələr elektron tərəzidə çəkilir və ümumilikdə çəkisi 500 (beş yüz) qram olur. Sonra həmin kütlələr qablaşdırılır, DİN-in 7 saylı möhürü ilə möhürlənir, üzəri şübhəli şəxs, müdafiəçi və təhqiqatçı tərəfindən imzalanır. Daha sonra avtomobilin digər hissələrinə baxış keçirilir və qanunla qadağan olunuş hər hansı əşya və ya maddə aşkar olunmur. Təqsirləndirilən şəxs sorğu zamanı təqdim etdiyi kütlələrin özünə məxsus olduğunu, həmin kütlələri tanıdığı İran İslam Respublikası vətəndaşı olan "Bəhmən" adlı şəxsin vasitəsi ilə 1(bir) gün əvvəl Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi ərazisində əvvəlcədən təyin edilmiş yerdən sonuncunun göstərişi ilə deyilən ünvanlara çatdırmaq məqsədi ilə əldə etdiyini, həmin şəxsin göstərişi ilə narkotik vasitələri müəyyən ünvana qoymasının qarşılığında sonuncunun ona 1000(min) manat pul verəcəyini bildirir.

11. 20 aprel 2024-cü il tarixli optik diskdə olan məlumatlara baxış keçirilməsi haqqında protokoldan (cild 1, iş vərəqə 64) görünür ki, X5 yaşadığı Bakı Xetai rayonu, X14 küçəsi, ev 31B, menzil 34 ünvanına BNMİ-nin Mpatis, polis mayoru Yelmar Vahabov tərəfindən keçirilmiş baxış ve götürmə istintaq kazamanı çəkilmiş və özündə videogörüntünü əks etdirən bir faylın yazıldığı DVD-R optik istifademde olan Dell» markalı notbuk vasitəsilə baxış keçirilmiş, baxış zamanı müəyyən edildi ki, həmin disk "DVD formatlıdır, disk açıldıqda icərisində bir ədəd "mp4" formatlı görüntü var, həmin görüntüdə Təqsirləndirilən şəxs yaşadığı mənzilə keçirilmiş baxış və götürmə istintaq hərəkətinin aparılması əks olunmuşdur, Səyyad Aşıq oğluna aid mənzildə olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları ye sənədləri təqdim etməsi təklif edilmişdir, bu təklifdən sonra X9 oğlu mənzildə mətbəxdən kardon qutunun içərisindən 3(üç) eded bağlamada açıq yaşıl rəngli pesifik iyə malik narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütləni və 1(bir) eded elektron tərəzini təqdim edir. Sonra həmin kütlələr elektron tərəzidə çəkilir, qurudulmuş marixuanaya bənzər kütlələrin ümumilikdə çəkisi 1(bir) kq 720(yeddi yüz iyirmi) qram olur. Daha sonra həmin kütlələr qablaşdırılır, DİN-in 7 saylı möhürü ilə möhürlənir və üzəri şübhəli müdafiəçi və təhqiqatçı tərəfindən imzalanır. Sonra Təqsirləndirilən şəxs eşadığı mənzilin digər hissələrinə baxış keçirilir və narkotik vasitə, psixotrop maddə, qanunla myyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər aşkar edilmir. Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq aşkar olunmuş kütlələrin elektron tərəzinin özünə məxsus olduğunu, həmin kütlələri tanıdığı İran İslam Respublikası tandaşı olan "Bəhmən" adlı şəxsin vasitəsi ilə 1(bir) gün əvvəl Bakı şəhəri, Sabunçu ayonu, Nardaran qəsəbəsi ərazisində əvvəlcədən təyin edilmiş yerdən sonuncunun göstərişi ilə deyilən ünvanlara çatdırmaq məqsədi ilə əldə etdiyini, həmin şəxsin göstərişi ilə narkotik vasitələri müəyyən ünvana qoymasının qarşılığında sonuncunun ona 1000(min) manat pul verəcəyini bildirir.

12. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir.

13. xx.xx.2024-cü il tarixli mobil telefonda olan məlumatlara baxış keçirilməsi haqqında protokoldan və ona əlavə edilmiş fotocədvəldən (cild 1, iş vərəqə 76-80) görünür ki, Təqsirləndirilən şəxs məxsus «Samsung» markalı bir ədəd mobil telefonda olan məlumatlara baxış keçirilmişdir. Baxış zamanı mobil telefonda Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə istifadə etdiyi 055 *** ** ** mobil nömrəsinə bağlı olan WhatsApp Business mobil tətbiqində olan hesabına mobil telefonda “Behmen TT” kimi qeyd edilmiş +98 935 *** **** mobil nömrənin abunəçisinin 17 aprel 2024-cü il tarixdə saat 21:42 dəqiqədə səsli zəng etməsi (danışıq müddəti 47 saniyə), Təqsirləndirilən şəxs +98 935 *** **** mobil nömrənin abunəçisinə həmin gün saat 22:46 dəqiqədə yaşıl rəngli markerlə işarələnmiş bir ədəd fotoşəkili, saat 22:47 dəqiqədə Xətai rayonu, «Medika Hospital» klinikasının yerləşdiyi ərazinin konumunu (lokasiyasını), saat 22:47 dəqiqədə elektron tərəziyə qoyulmuş ağ rəngli sellofan bağlamanın fotoşəkilini göndərməsi, həmin gün saat 23:30 dəqiqədə “Behmen TT” kimi qeyd edilmiş +98 935 *** **** mobil nömrənin abunəçisinin Təqsirləndirilən şəxs səsli zəng etməsi (danışıq müddəti 6 dəqiqə); 18 aprel 19 aprel 2024-cü il tarixdə müxtəlif saatlarda «Behmen TT» kimi qeyd edilmiş +98 935 *** **** mobil nömrənin abunəçisinin və Təqsirləndirilən şəxs bir-birinə audio və video zənglər etməsi müəyyən edilmişdir. Eyni zamanda, mobil telefonun «Galereya» bölməsində narkotik vasitələrə oxşar kütlələrin və həmin kütlələrin elektron tərəzidə çəkilməsi ilə bağlı çəkilmiş fotoşəkillərin olması müəyyən edildi. Baxışda iştirak edən Təqsirləndirilən şəxs mobil telefonunda “Behmen TT” kimi qeyd edilmiş +98 935 *** **** mobil nömrənin abunəçisinə göndərdiyi birinci fotoşəkildə Bəhmənin göstərişi ilə narkotik vasitəni gizlətdiyi yerin əks olduğunu, göndərdiyi lokasiyanın isə həmin yerə aid olduğunu, ikinci fotoşəkildə olan elektron tərəzidə isə gizlətdiyi narkotik vasitəni çəkdiyini bildirdi. Həmçinin, Təqsirləndirilən şəxs Bəhmən adlı şəxslə olan audio və video danışıqların narkotik vasitələrin dövriyyəsi ilə bağlı olduğunu, mobil telefonun «Galereya» böməsində olan fotoşəkillərdəki kütlələrin narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirdi. Mobil telefondan iş üçün əhəmiyyət kəsb edə biləcək başqa heç nə aşkar olunmamışdır.

14. xx.xx.2024-cü il tarixli Bakı şəhəri Xətai rayon Məhkəməsinin 4(011)-298/2024 saylı qərarından ( cild 1, iş vərəqə 87-92) görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 19 aprel 2024-cü il tarixdən hesablanması qərara alınmışdır.

15. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən (cild 1, iş vərəqə 110) görünür ki, X13 əvvəllər məhkum olunmamışdır.

16. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X24 Şəxsin ambulator məcburi-narkoloji tibbi yoxlama komissiyasının 13 may 2024-cü il tarixli 3217 nömrəli rəyindən (cild 1, iş vərəqə 128-129) görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” Qərarı ilə təsdiq edilmiş məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq hal-hazırda Təqsirləndirilən şəxs İİİ dərəcəli müddətli əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür.

17. xx.xx.2024-cü il tarixli elektron daşıyıcıda olan məlumatlara baxış keçirilməsi haqqında protokoldan (cild 1, iş vərəqə 136) görünür ki, Bakcell" mobil operatoru tərəfindən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 25 aprel 2024-cü il tarixli 5(011)- 355/2024 nömrəli qərarı icra edilərək iş üzrə Təqsirləndirilən şəxs istifadəsində olmuş 055 *** ** ** və 055 *** ** ** mobil nömrənin xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək əhatə dairəsinə dair məlumatlar, həmin nömrələrin abunəçiləri haqqında məlumatlar, həmin müddətdə 055 *** ** ** və 055 *** ** ** mobil nömrələrinə daxil olmuş və çıxmış zənglər, həmin nömrələrin abunəçiləri barədə məlumatlar, həmin müddətdə 055 *** ** ** və 055 *** ** ** mobil nömrələrinə daxil olmuş və çıxmış SMS mətnlərinə dair məlumatlar bir ədəd optik diskdə istintaqa təqdim edilmişdir. Təqdim edilmiş məlumatlara baxış keçirilmiş, iş üçün əhəmiyyət kəsb edə biləcək məlumatlar aşkar edilməmişdir.

18. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Qazax rayon Psixiatriya Xsətəxanasından verilmiş xx.xx.2024-cü il tarixli məktubdan (cild 1, iş vərəqə 137) görünür ki, X1 Psixiatriya xəstəxanasında narkoloji və psixoloji qeydiyyatda yoxdur.

19. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Xətai rayon Polis İdarəsinin 35-ci Polis Bölməsindən daxil olmuş xx.xx.2024-cü il tarixli məktubdan (cild 1, iş vərəqə 138) görünür ki, X6 üzərindən, idarə etdiyi avtomobildən və yaşadığı mənzildən aşkar edilərək götürülmüş narkotik vasitələri hardan əldə etməsini müəyyən etmək mümkün olmamışdır.

20. xx.xx.2024-cü il tarixli sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında qərardan (cild 1, iş vərəqə 139-148) görünür ki, təqsirləndirilən şəxs X5 əməli Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsindən CM-nin 234.4.1 ve 234.4.3-cu maddələrinə tövsif edilsin və həmin maddələrdə nəzərdə tutulmuş yeni məzmunda ittiham elan edilməsi, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi X2 xx.xx.2024-cu il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində ay müddətinə həbs qismində qətimkan tədbirinin seçilməsi nəzərə alınması, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CMnin 234.4.4-cu maddəsinin tərkibi olmadığı üçün bu xüsusat üzrə barəsində cinayət təqibi üzrə icraata xitam verilməsi, Şahid3 əməlində Azərbaycan Respublikası CM-nin 234.4.1 234.4.3-cü maddələrinin tərkibləri olmadığı üçün barəsində həmin maddələrlə cinayət təqibinin başlanması rədd edilməsi, Təqsirləndirilən şəxs ifadəsi toplanmış sübutların məcmusu ilə təsdiq edildiyindən, şahidlər Şahid1, Şahid2, X3 ifadələri, şəxsi axtarış və götürmə aparılması haqqında protokol, avtomobilə baxış və götürmə aparılması haqqında protokol, mənzilə baxış və götürmə aparılması haqqında protokol, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 20 aprel 2024-cü il tarixli 7/608 No-li rəyi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X24 Şəxsin ambulator məcburi-narkoloji tibbi yoxlama komissiyasının 13 may 2024-cü il tarixli 3217 nömrəli rəyi, mobil telefonda olan məlumatlara baxış keçirilməsi haqqında protokol, elektron daşıyıcılarda olan məlumatlara baxış keçirilməsi haqqında protokollar və Təqsirləndirilən şəxs əməllərinin ifşa edilməsi istiqamətində toplanmış digər materiallar cinayət işi üzrə sübut növü kimi qiymətləndirilməsi, Təqsirləndirilən şəxs üzərindən, İdarə etdiyi nəqliyyat vasitəsindən və yaşadığı mənzildən aşkar edilərək götürülmüş narkotik vasitə qurudulmuş marixuananı haradan əldə etməsini müəyyən etmək üçün ********* nömrəli cinayət işindən Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət işi ayrılması, icraata qəbul edilməsi, Təqsirləndirilən şəxs üzərindən, idarə etdiyi nəqliyyat vasitəsindən və yaşadığı mənzildən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuananın miqdarı məhkəmə-narkoloji ekspertizanın rəyində göstərilən miqdarlara əsasən götürülməsi, Təqsirləndirilən şəxs üzərindən, idarə etdiyi nəqliyyat vasitəsindən və yaşadığı mənzildən aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 2136,026 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və bir ədəd elektron tərəzi maddi sübut kimi tanınması, tədqiqatlardan sonra qalan çəkisi 2135,476 qram olan narkotik vasitə qurudulmuş marixuana və bir ədəd elektron tərəzi təqsirləndirilən şəxs maddi sübutlarla tanış olduqdan sonra, saxlanılmasından ötrü Xətai RPİ-nin Növbətçi Hissəsinə təhvil verilməsi, "Şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı aparılmış videoçəkilişin yazıldığı bir aded optik disk maddi sübut kimi tanınması, "Avtomobilə baxış və götürmə istintaq hərəkəti zamanı aparılmış videoçəkilişin yazıldığı bir ədəd optik disk maddi sübut kimi tanınması, "Mənzilə baxış və götürmə" istintaq hərəkəti zamanı aparılmış videoçəkilişin yazıldığı bir ədəd optik disk maddi sübut kimi tanınması, Təqsirləndirilən şəxs məxsus «Samsung» markalı mobil telefon, pasport, sürücülük vəsiqəsi və bir ədəd "Leobank" kartı yaxın qohumlarından birinə qaytarılması, "Bakcell" mobil operatorunun istintaqa təqdim etdiyi bir ədəd optik disk istintaq sənədi kimi tanınması qərara alınmışdır.

21. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BNMİ-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 19 aprel 2024-cü il tarixində, saat 23:00 radələrində, Xətai rayonu, X14 küçəsində, Təqsirləndirilən şəxsı minik avtomobilinin yanında şübhəli şəxs qismində saxlamışlar. Özlərini təqdim etmi, Səyyada narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyini bildirmiş və sonuncunu AR DİN-in BNMİ-ə dəvət etmişlər. İdarədə şübhəli şəxsin üzərinə keçirilən şəxsi axtarış və baxış istintaq hərəkətləri zamanı sonuncunun üzərindən bükümlərdə narkotik vasitə marixuana aşkar olunmuşdur. Ardınca şübhəli şəxsin avtomobilinə baxış keçirilmişdir. “Toyota Prius” markalı avtomobildən 06 ədəd bağlamada marixuana aşkar olunmuşdur. Daha sonra şübhəli şəxsin evinə baxış keçirilmiş və onun yaşadığı evdən də narkotik maddələr aşkar olunmuşdur. Evdən təxminən 1-1.5 kiloqram narkotik vasitə marixuana aşkar olunmuşdur. Şübhəli şəxs ilkin ifadəsində narkotik vasitələri Bəhmən adlı İran vətəndaşı ilə əvvəlcədən cinayət əlaqəsinə girərək əldə etdiyini, Nardaran qəsəbəsi ərazisindən 01 gün əvvəl götürdüyünü bildirmişdir. Verilmiş suallara cavab olaraq şahid bildirmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinmişdir, şübhəli şəxsin saxlanılan zaman tək olması, yaxud yanında başqa şəxs olubolmamasını xatırlamamışdır.Şübhəli şəxs təqsirini boynuna alaraq narkotik vasitələri İran vətəndaşı Bəhməndən əldə etdiyini və 1000,00 Azərbaycan manatı qarşılığında əvvəlcədən tapşırılmış ünvanlara qoyacağını bildirmişdir. Şübhəli şəxsin müdafiə hüququ təmin olunmuşdur. Şahid3 ifadəsi alınmış və daha sonra şəxs azad edilmişdir.

22. Məhkəmədə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Azərbaycan Respubliaksı Daxili İşlər Nazirliyi BNMİ-nin əməliyyat müvəkkili Şahid2 ifadəsi elan olunmuş və şahid ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, xx.xx.1993-cü ildə Qazax rayonu, Qaymaqlı kəndində doğumuş, Bakı şəhəri, Xətai rayonu, X14 küçəsi, ev 31B, mənzil 34 ünvanda yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Bakı şəhəri, Xətai rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə ona etimad doğuran, məlum, qərəzsiz mənbədən məlumat daxil olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa olunması, onun cinayət törədərkən, yaxud törətdikdən bilavasitə sonra yaxalanması, narkotik vasitələrin və ya psixotrop maddələrin, cinayətin izlərinin vaxtında aşkar edilərək götürülməsi məqsədi ilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmış və bu məqsədlə əməliyyat qrupu yaradılmışdır. Qrupa BNMİ-nin baş əməliyyat müvəkkili, polis baş leytenantı X25, və o daxil edilmiş, qrupa rəhbərlik isə əməliyyat müvəkkili Şahid1 həvalə edilmişdir. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilmiş və 19 aprel 2024-cü ildə saat 22:10 dəqiqədə yaşadığı ünvan 10 ünvanın yaxınlığında idarə etdiyi «Toyota» markalı «Prius» modelində olan **-NC-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanında saxlanılaraq hava və əməliyyat şəraiti, o cümlədən təhlükəsizlik tədbirləri nəzərə alınmaqla BNMİ-nin inzibati binasına gətirilmişdir. Onu da qeyd etmişdir ki, Təqsirləndirilən şəxs saxlanılan zamanı onun yanında olan Şahid3 adlı qadın da BNMİ-ə gətirilmişdir. Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş maddələrin və ya əşyaların olmasına əsaslı şübhələr olduğundan onu BNMİ-ə gətirərkən əllərini ciblərinə salmağa imkan verməmişlər. Təqsirləndirilən şəxs üzərində və paltarında, əşyalarında, bədənində, yaşadığı ünvanda, idarə etdiyi avtomobildə olması ehtimal edilən narkotik vasitənin, psixotrop maddənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların, sənədlərin və cinayətin izlərinin aşkar olunaraq götürülməsi üçün müvafiq tədbirlərin görülməsi ilə bağlı raport yazılandan sonra Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə istintaq hərəkətinin aparılması BNMİ-nin Təhqiqat Qrupunun təhqiqatçısı, polis mayoru X8 həvalə edilmişdir. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edildikdən sonra ona dövlət hesabına vəkil təqdim edilmiş və barəsində şəxsi axtarışın keçiriləcəyi bildirilmişdir. Sonra xidməti otaqda videoçəkilişlə Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə istintaq hərəkətinin aparılması başlanmışdır. Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə istintaq hərəkətinin aparılmasında sonuncunun vəkili, özü, baş əməliyyat müvəkkili X25 və əməliyyat müvəkkili Şahid1 iştirak etmişlər. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş əşyalar olduğu halda onları təqdim etmək təklif olunmuşdur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 2(iki) ədəd bükümdə qurudulmuş marixuanaya oxşar kütlələri təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra şəxsi axtarış keçirilmiş və əynində olan həmin gödəkçənin sol yan cibindən 1(bir) ədəd avtomobil açarı, 3(üç) ədəd ev açan, 1 (bir) ədəd xarici pasport, 1 (bir) ədəd şəxsiyyət vəsiqəsi, 1 (bir) ədəd sürücülük vəsiqəsi, 1(bir) ədəd bank kartı və 21 (iyirmi bir) manat pul, əynində olan şalvarın sol yan cibindən 1 (bir) ədəd “Samsung” markalı mobil telefon aşkar edilərək götürülmüşdür. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya və ya maddə aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi kütlələr elektron tərəzidə çəkilmiş və ümumilikdə çəkisi 7(yeddi) qram olmuşdur. Sonra aşkar olunmuş həmin kütlələr kağız zərfə qoyularaq qablaşdırılmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1(bir) ədəd «Samsung» markalı mobil telefon, 1(bir) ədəd bank kartı, 1(bir) ədəd şəxsiyyət vəsiqəsi və 1(bir) ədəd sürücülük vəsiqəsi bu barədə Təqsirləndirilən şəxs izah verildikdən sonra təhqiqatçı tərəfindən götürülmüş, 1 (bir) ədəd avtomobil açarı, 3(üç) ədəd ev açarı və 21 (iyirmi bir) manat pul isə Təqsirləndirilən şəxs özünə geri qaytarılmışdır. Verilən şifahi suallara cavab olaraq Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlələrin özünə məxsus olduğunu, həmin kütlələri tanıdığı İran İslam Respublikası vətəndaşı olan “Bəhmən” adlı şəxsin vasitəsi ilə 1 (bir) gün əvvəl Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi ərazisində əvvəlcədən təyin edilmiş yerdən sonuncunun göstərişi ilə deyiləcək ünvanlara çatdırmaq məqsədi ilə əldə etdiyini, həmin şəxsin göstərişi ilə narkotik vasitələri müəyyən ünvana qoymağının qarşılığında sonuncunun ona 1000 (min) manat pul verəcəyini, idarə etdiyi avtomobildə və yaşadığı mənzildə də narkotik vasitə saxladığını, həmin narkotik vasitələri təqdim edə biləcəyini, avtomobilə və mənzilə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etirazının olmadığım, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. Sonra avtomobilə baxışın keçirilməsi üçün inzibati binadan çıxmışlar. Təqsirləndirilən şəxs idarə etdiyi “Toyota Prius” markalı **-NC-*** dövlət qeydiyyat nişanlı avtomobildə saxladığı narkotik vasitələri təqdim etmək təklif olunmuşdur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs avtomobilin arxa oturacağının ayaqaltı hissəsindən 6 (altı) ədəd sellofan bağlamada olan qurudulmuş marixuanaya oxşar kütlələri təqdim etmişdir. Həmin kütlələr elektron tərəzidə çəkilmiş və ümumilikdə çəkisi 500(beş yüz) qram olmuşdur. Sonra həmin kütlələr qablaşdırılmışdır. Avtomobilin digər hissələrinə baxış keçirilmiş - qanunla qadağan olunmuş hər hansı əşya və ya maddə aşkar olunmamışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi kütlələrin özünə məxsus olduğunu, həmin kütlələri tanıdığı iran İslam Respublikası vətəndaşı olan “Bəhmən” adlı şəxsin vasitəsi ilə 1(bir) gün əvvəl Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi ərazisində əvvəlcədən təyin edilmiş yerdən sonuncunun göstərişi ilə deyiləcək ünvanlara çatdırmaq məqsədi ilə əldə etdiyini, həmin şəxsin göstərişi ilə narkotik vasitələri müəyyən ünvana qoymağının qarşılığında sonuncunun ona 1000(min) manat pul verəcəyini bildirmişdir. Sonra Təqsirləndirilən şəxs yaşadığı mənzilə getmişlər. Orada Təqsirləndirilən şəxs mənzildə saxladığı narkotik vasitələri təqdim etmək təklif olunmuşdur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs mənzilin mətbəxində saxladığı karton qutunun içərisindən 3(üç) ədəd bağlamada olan qurudulmuş marixuanaya oxşar kütlələri və 1(bir) ədəd elektron tərəzini təqdim etmişdir. Həmin kütlələr elektron tərəzidə çəkilmiş, qurudulmuş marixuananın ümumilikdə çəkisi 1(bir) kq 720 (yeddi yüz iyirmi) qram olmuşdur. Daha sonra həmin kütlələr qablaşdırılmışdır. Təqsirləndirilən şəxs yaşadığı mənzilin digər hissələrinə baxış keçirilmiş, lakin mənzildən narkotik vasitə, psixotrop maddə və ya qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər aşkar edilməmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi kütlələrin və elektron tərəzinin özünə məxsus olduğunu, həmin kütlələri tanıdığı İran İslam Respublikasının vətəndaşı olan “Bəhmən” adlı şəxsin vasitəsi ilə 1(bir) gün əvvəl Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi ərazisində əvvəlcədən təyin edilmiş yerdən sonuncunun göstərişi ilə deyiləcək ünvanlara çatdırmaq məqsədi ilə əldə etdiyini, həmin şəxsin göstərişi ilə narkotik vasitələri müəyyən ünvana qoymağının qarşılığında sonuncunun ona 1000 (min) manat pul verəcəyini bildirmişdir.

23. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə tanışdır, onunla uzun müddət əvvəl rayonda tanış olaraq münasibətdə olmuşlar. Hadisə baş verdiyi gün (tarix yadında olmasa da axşam saatları olmuşdur) həmin vaxt onlar evdə olmuşlar. Səyyad və o evdən çıxdıqdan sonra polis əməkdaşları avtomobillə gəlmiş, onları tutaraq şöbəyə aparmış, onları sorğu-sual etdikdən sonra onu buraxmışlar. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, Səyyadı 05 il olardı ki, tanımışdır. Seyyad ilə o sevgili kimi yaxın münasibətdə olmuşlar, lakin onlar birlikdə uzun müddət yaşamamışlar. Səyyadın narkotik vasitələri harayasa aparması, üzərində və ya evdə saxlaması barədə məlumatı olmamış, lakin Səyyad ilə birlikdə olan zaman sonuncunun narkotik vasitə istifadə etməsinə bir neçə dəfə şahid olmuşdur. Səyyad narkotik vasitə marixuana istifadə etmişdir, onun Səyyadın narkotik vasitəni haradan əldə etməsindən xəbəri olmamış, həmçinin Səyyadın narkotik vasitəni kiməsə satması və ya pay verməsinin şahidi olmamışdır. O özü narkotik vasitə istifadə etməmişdir. Təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürdüyü sübutlar aşağıdakılardır:

24. Təqsirləndirilən şəxs məhkəmə baxışında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, o heç kimə narkotik satmamışdır. Külli miqdarda narkotiki, əldə etmiş, saxlamış, daşımışdır. Lakin heç vaxt satış niyyəti olmamışdır. Onun üzərində 2 kq narkotik vasitə olmuş, lakin bükümlərdə olmamışdır. O İİR vətəndaşı ilə əlaqə saxlayaraq narkotik vasitəni Nardaran ərazisindən götürmüş, evinə gətirmiş və evdən çıxmışdır. O evdən çıxdıqdan sonra polis əməkdaşları onu saxlamışlar. Onun evinə videoçəkilişlə baxış keçirilmiş və evin mətbəxindən 2 kq marixuana aşkar edilmişdir. Onu polis əməkdaşları İdarəyə apardıqdan sonra Kürdəxanıya göndərmişlər. Onun evdən aşkar olunan 2 kq marixuanadan başqa üzərində bir büküm marixuana olmuşdur. Bəhmən adlı İİR vətəndaşı ilə sosial şəbəkə vasitəsi ilə tanışlıqları olmuş, lakin həmin şəxslə görüşməmişdir. O, evindən aşkar olunmuş narkotik vasitəni Bəhmənin dediyi ünvana aparmalı və bunun müqabilində 1000 manat pul almalı olmuşdur. Evin mətbəxindən aşkar olunmuş 2 kq narkotik vasitə bir yerdə olmuş və hamısı ona məxsus olmuşdur. Onun ittihamda qeyd olunan elektron tərəzi və bükümlər haqqında hər hansı məlumatı yoxdur. Narkotiki bükümlərə BNMİ-də polis əməkdaşları ayırmışlar. Onun iş materiallarında saat 10 radələrində saxlanıldığı qeyd olunur. Lakin o axşam saatlarında, təxminən 5-6 radələrində saxlanılmışdır. Elektron tərəzini də BNMİ-nin əməkdaşları dolabdan götürərək onun üzərinə yerləşdirmişlər. Polis əməkdaşları onu yanındakı xanım ilə, Lamiyə Babayeva ilə təhdid etmişlər. Dediklərinə əməl etmədiyi halda xanımı da məsuliyyətə cəlb edəcəklərini bildirmişlər. Narkotik ona məxsus olmuş, lakin o həmin narkotik vasitələri bükümlərə ayırmamışdır. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, narkotiki bir yerdən başqa yerə aparmaq vəzifəsini yerinə yetirməli olmuşdur, narkotik maddəni Nardaran ərazisindən başqa yerə aparmalı olmuşdur. Ona qarşı fiziki zorakılıq olmamış, lakin psixi zorakılıq olmuşdur. Polis əməkdaşları onu, ələ keçirilən narkotikin çəkisini artırmaqla və yanındakı xanımı da məsuliyyətə cəlb etmək ilə hədələmişlər. Ona narkotikin yerini dəyişməyi Bəhmən adlı şəxs demişdir. O Bəhmən ilə “whatsapp” ani mesajlaşma mobil tətbiqi vasitəsilə əlaqə saxlamışdır. Bəhmən ilə yazışmaları onun telefonunda qalıbqalmadığını xatırlamır. Bəhməni təxminən 10-15 gün idi tanımışdır. O özünü tam təqsirli bilir və törətdiyi əməldən peşmandır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət Məcəlləsi:

25. Maddə 234.4.1. və 234.4.3. maddələrinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma; qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən və yaxud külli miqdarda törədildikdə beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

26. Maddə 8.1. Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.

27. Maddə 41.1. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir.

28. Maddə 41.2. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.

29. Maddə 56.1.2. Qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir.

30. Maddə 58.3. cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsi:

31. Maddə 44.1. Məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.

32. Maddə 124. İstintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini, maddi sübutlar və digər sənədləri sübut növləri kimi qəbul edilir.

33. Maddə 145. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir.

34. Maddə 125.8. Cinayət-Prosessual Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür.

35. Maddə 158.2. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir.

36. Maddə 158.6. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir.

37. Maddə 132. Məhkəmə yekun qərar çıxararkən maddi sübutlar barədə məsələni həll etməlidir.

38. Maddə 198.1. Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1 – 197.1.9cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu:

39. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən, qurudulmuş marixuananın təmiz halda çəkisi 5 qramdan yuxarı şəxsi istehlak miqdarı, 500 qram və ondan artıq miqdar “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu

40. Maddə 1.0.8. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir.

41. Maddə 1.0.9. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir.

42. Maddə 1.0.10. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir.

43. Maddə 1.0.11. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli 2 saylı Qərarı

44. Qərarın 9-cu bəndi. Məhkəmələrə tövsiyə edilir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarı

45. Qərarın 25-ci bəndi (2-ci abzas). Cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət veribverməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır.

46. Qərarın 26-cı bəndi. Azərbaycan Respublikası CPM-nin 125.8-ci maddəsinə əsasən, bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Həmin maddənin İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Avropa Məhkəməsinin presedent hüququ:

47. Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər”. Məhkəmənin hüquqi dəyərləndirməsi:

48. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittiham toplanmış sübutlarla tam olaraq təsdiq olunur. Belə ki cinayət işi materiallarında olan “Mobil telefonda olan məlumatlara baxış keçirilməsi haqqında” protokola baxış keçirilən zaman müəyyən olunmuşdur ki, təqsirləndirilən şəxsə məxsus ********** mobil nömrə istifadə olunan “Samsung” markalı mobil telefonun Whatsapp Business sosial şəbəkəsi vasitəsi ilə İİR mobil operatoruna məxsus +**********16 saylı mobil nömrə ilə əlaqə saxlayaraq, narkotik vasitənin dövriyyəsini həyata keçirdiyi məlum olmuş, Təqsirləndirilən şəxs telefona baxış zamanı “Behmen TT” kimi qeyd edilmiş +98 935 *** **** mobil nömrənin abunəçisinə göndərdiyi birinci fotoşəkildə Bəhmənin göstərişi ilə narkotik vasitəni gizlətdiyi yerin əks olduğunu, göndərdiyi lokasiyanın isə həmin yerə aid olduğunu, ikinci fotoşəkildə olan elektron tərəzidə isə gizlətdiyi narkotik vasitəni çəkdiyini bildirdi. Həmçinin, Təqsirləndirilən şəxs Bəhmən adlı şəxslə olan audio və video danışıqların narkotik vasitələrin dövriyyəsi ilə bağlı olduğunu, mobil telefonun «Galereya» böməsində olan fotoşəkillərdəki kütlələrin narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmişdir. Eyni zamanda təqsirləndirilən şəxsdə aşkar edilmiş narkotik vasitənin şəxsi istehlak miqdarından dəfələrlə artıq olması və digər sübutlar narkotik vasitənin məhz satış məqsədilə əldə edilməsinə dəlalət edir.

49. Bundan başqa təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi ilə bağlı Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 4(011)-298/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarının məzmunundan görünür ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında çıxış edərək ailə üzvləri xəstə olduğu üçün belə bir şey etdiyini, əməlindən peşman olduğunu bildirmişdir.

50. Narkotik vasitənin təqsirləndirilən şəxsin üzərindən aşkar edilməsi, qablaşdırılması, həmin vasitələrin kimyəvi tərkibinin müəyyən edilməsi ilə bağlı ilkin sübutların əldə edilməsi ilə əlaqədar istintaq hərəkətlərinin etibarsız hesab olunması üçün əsaslar müəyyən edilmədiyindən həmin hərəkətlərin nəticələri iş üzrə mötəbər sübutlar kimi qəbul edilir.

51. Təqsirləndirilən şəxsdə aşkar edilərək götürülmüş narkotik vasitənin növü qadağan olunmuş əşya olduğundan və miqdarı qüvvədə olan qanunvericiliyə əsasən külli miqdar təşkil etdiyindən (bax: qərarın 39-cu bəndi) irəli sürülmüş ittihama uyğun cinayət məsuliyyəti yaradır.

52. Məhkəmənin mövqeyinə görə, X13 tərəfindən cinayətin başqa şəxslə əlbir olmaqla törədilməsinə dair ittiham da əsaslıdır. Beləki, işdə olan sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs özünə məxsus olan ********** nömrənin olduğu mobil telefonuna baxış keçirilən zaman təqsirləndirilən şəxsin “Behmen TT” kimi qeyd etdiyi İİR mobil operatoruna məxsus +**********16 saylı əlaqə nömrəsi ilə müxtəlif vaxtlarla danışıqlarının olması, həmin əlaqə nömrəsindən ona narkotik vasitələrin olduğu bağlamaların fotolarının göndərilməsi, həmçinin müxtəlif yerlərin konumlarının ona göndərilməsi aşkar olunmuşdur.

53. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin özünü müdafiə üçün gətirdiyi dəlillər keçərli deyil. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs tutulduqdan sonra ona psixoloji təsir göstərilməsi barədə etirazlar etməmiş, bu barədə ibtidai araşdırma zamanı, məhkəmədə barəsində həbs qətimkan tədbiri seçilərkən nə özü, nə vəkili və nə də başqa şəxslər bildirməmiş, istintaq təcridxanasına yerləşdirilərkən üzərində hər-hansı xəsarət olması və ya döyülməsi barədə məlumat verməmişdir. Nəzərə almaq lazımdır ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək vəzifəsindən azad edən hal deyil.

54. Məhkəmənin mövqeyinə görə müdafiə tərəfinin irəli sürdüyü dəlillər heç bir sübutla dəstəklənmədiyi, ittiham tərəfinin təqdim etdiyi sübutlar isə sübutun yolverilənliyini təsdiq etdiyindən müdafiə tərəfinin dəlilləri əsassız hesab edilməlidir (qərarın 32,33,34-ci bəndlərindəki normativ aktlara əsasən).

55. Məhkəmə təqsirləndirilən şəxsdə aşkar edilmiş psixotrop maddənin şəxsi istehlak miqdarından dəfələrlə artıq halda olmasını habelə iş üzrə toplanmış digər sübutları məcmu halda qiymətləndirərək hesab edir ki, o, narkotik vasitə marixuananı məhz satış məqsədilə əldə etmişdir.

56. Məhkəmə baxışı gedişində tədqiq olunmuş yuxarıda qeyd olunan sübutların məcmusu təqsirləndirilən şəxsin cinayətdə təqsirini təsdiq etdiyi üçün məhkəmə ittiham hökmü çıxarmaq qənaətinə gəlir. (qərarın 31-ci bəndi).

57. Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət qanunun müvafiq normasının sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur.

58. Məhkəmə cəza təyin edərkən cəza təyini ilə bağlı cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərini nəzərə alır (qərarın 26,27,28,29,30-cu bəndləri).

59. Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsi, törətdiyi cinayət əməlini etiraf etməsi, İİİ dərəcəli müddətli əlil olması halı təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallardır. Məhkəmədə təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir.

60. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının hüdudları daxilində aşağı həddə cəza təyin edilməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar.

61. Təqsirləndirilən şəxs ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxs hesab edildiyindən cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilməlidir (qərarın 29-cu bəndi).

62. İşdə olan tutma protokolundan və məhkəmə qərarından görünür ki, X13 xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qərarı ilə barəsində xx.xx.2024-cü il tarixdə həbs qətimkan tədbiri seçilmiş və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır (cild 1, iş vərəqə 87-92). Təqsirləndirilən şəxs hökm çıxarılanadək həbsdə saxlandığı üçün həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə bir günə bir gün hesablanmaqla daxil edilməlidir (qərarın 35 və 36-ci bəndləri).

63. Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı onun tutulduğu 19 aprel 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir.

64. İş üzrə mülki iddia yoxdur və xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir.

65. İş üzrə maddi sübut olan, Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan, Təqsirləndirilən şəxs üzərindən, evindən və avtomobilindən aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalan çəkisi 2135,476 qram olan narkotik vasitə qurudulmuş marixuana və bir ədəd elektron tərəzi məhv edilməlidir. Digər maddi sübut - şəxsin üzərində, evində və avtomobilində axtarış və götürmə aparılması zamanı çəkilmiş videogörüntüləri özündə əks etdirən 3 ədəd disk isə cinayət işinin materiallarında saxlanılmalıdır (qərarın 37-ci bəndi).

66. Məhkəmə, məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs İİİ dərəcəli müddətli əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür.

67. İbtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizası ilə əlaqədar 70 (yetmiş) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir (qərarın 38-ci bəndi).

68. Cinayət-Prosessual Məcəllənin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla məhkəmə istintaqı mərhələsində göstərilmiş 80 iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 26 saylı Vəkil Bürosunun hesabına ödənilməsi üçün 480 (dörd yüz səksən) manat məbləğində pul köçürülməlidir.

69. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə

hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və həmin maddə ilə ona 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 19 aprel 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanısın. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub Bakı şəhəri Xətai rayon Polis İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan, Təqsirləndirilən şəxs üzərindən, avtomobildən və evindən aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalan çəkisi 2135,476 qram olan narkotik vasitə qurudulmuş marixuana və bir ədəd elektron tərəzi məhv edilsin. Təqsirləndirilən şəxs üzərində axtarış və götürmə aparılması zamanı, evə və avtomobilə axtarış zamanı çəkilmiş videogörüntüləri özündə əks etdirən 03 ədəd disk isə cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 70 (yetmiş) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlak yoxdur. Məhkəmə mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 26 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi üçün 480 (dörd yüz səksən) manat məbləğində pul köçürülsün. Hökmdən, elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Sədrlik edən hakim Aygün Qurbanova

Hakimlər Telman Hüseynov

Fərid Namazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar