Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-377/2021 26.07.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Qəniyev Faiq Əsəd oğlunun sədrliyi ilə, hakimlər Xankişiyev Mirzə Aslan oğlu və Mahmudov İlham Ağa oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X1 və X5, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı. müdafiəçi - Bakı şəhəri 23 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxx 1983-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, fərdi qaydada ictimai iaşə sahəsində işləmiş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olan, ünvan 2 ünvanda kirayədə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.2-ci, 234.4.1-ci, 234.4.3-cü və 228.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən e tdi: Təqsirləndirilən şəxs qanunsuz olaraq soyuq silah silahı və qaz silahını əldə edib üzərində saxlamaqla gəzdirmişdir. Belə ki, o, istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə qanunsuz olaraq bir ədəd kustar üsulla kastet (beşmarmaq) tipində hazırlanmış, təyinatı üzrə istifadəyə yararlı, vurucu-əzici xassəyə malik soyuq silah hesab edilən predmeti və bir ədəd zavod üsulu ilə istehsal edilmiş, 9 mm kalibrli, “SABY1-1907-0192” №-li “SUR-2608” modelli, səs və qaz patronundan atəş açmaq üçün nəzərdə tutulmuş istifadəyə yararlı qaz tapançası (silahı), onun funksional əhəmiyyət daşımayan hissəsi hesab edilən, eyni kalibrli 10 ədəd patron tutumuna malik sandıqçanı əldə edib üzərində saxlayıb gəzdirmiş, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs 28 aprel 2020-ci il tarixdə saat təxminən 19 radələrində Bakı şəhəri, Yasamal rayonu, Ümüd Ələkbərov küçəsi, 118 Z saylı evin həyətində saxlanılmış və onun üzərindən 1 ədəd kustar üsulla kastet (beşmarmaq) tipində hazırlanmış, təyinatı üzrə istifadəyə yararlı və vurucu-əzici xassəyə malik soyuq silah hesab edilən predmet və 1 ədəd zavod üsulu ilə istehsal edilmiş, 9 mm kalibrli, “SABY1-1907-0192” №-li “SUR-2608” modelli, səs və qaz patronundan atəş açmaq üçün nəzərdə tutulmuş qaz tapançası (silah) sandıqça ilə birlikdə aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.2-ci, 234.4.1-ci, 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə tam təqsirsiz hesab etdiyini, yalnız Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə təqsirli bildiyini qeyd edərək göstərdi ki, o, heç vaxt heç bir növdə narkotik vasitə və psixotrop maddə qəbul etməmiş və satışı ilə məşğul olmamışdır. Əvvəllər müxtəlif ünvanlarda, o cümlədən metronun “İnşaatçılar” stansiyası yaxınlığında Şərifzadə küçəsində ailəsi ilə birlikdə kirayədə yaşamışdır. Tutulduğu gündən bir müddət əvvəldən isə ünvan 2 ünvanda ailəsi ilə birlikdə kirayədə yaşamışdır. Bakı Avrasiya Universitetinin Beynəlxalq Münasibətlər ixtisasını bitirsə də ixtisası üzrə iş tapmamış, özü və qardaşı Pərviz uzun müddətdən bəri ictimai iaşə sahəsində çalışmaqla İçərişəhər ərazisində hər biri ayrı-ayrılıqda kafe icarəyə götürüb işlətmişlər. Ailədə iki qardaş və bir bacı olmuşlar, hazırda hər kəs özünə ailə quraraq ayrı-ayrılıqda yaşayır. Nə qədər qeyri-ciddi səslənə bilsə də, onun başına belə bir hadisə gəlmişdir ki, hərbi xidmətdə olduğu vaxtda bir dəfə ona küçədə sahibsiz it hücum etmiş və həmin hadisədən sonra o, itdən çox qorxmağa başlamışdır. Kafedə iş əsasən axşam saatlarında olduğundan işi gecə vaxtı qurtardığı üçün evinə qayıdarkən dəfələrlə sahibsiz itlər ona doğru qaçıb üstünə hürmüş, hər dəfə gecə saatlarında evə gələrkən ehtiyatla küçədən keçməklə özünü itlərin hücumundan qorumuşdur. İş saatları bir qayda olaraq axşam saat 18-19 radələrindən sonra başlamış, evə dönüşü isə gecə saat 24:00-dan sonra olmuşdur. Tutulduğu vaxtdan təxminən bir il əvvəl “İnstaqram” sosial şəbəkəsində 700 manata qaz tapançası satışı elanını görmüş, bu ona maraqlı gəlmiş, həmin qaz tapançası sərbəst satıldığı üçün heç bir məsuliyyət yaratmadığını düşünərək, onu alıb arabir gecələr işdən qayıdarkən üstündə gəzdirib lazım olduğu təqdirdə ona hücum edə biləcək sahibsiz itləri qorxutmaq üçün istifadə etmək qərarına gəlmişdir. Bu məqsədlə də satış elanında göstərilən hesaba onlayn şəkildə tanımadığı şəxsə pulunu ödəmiş və üzərində “SUR2608” yazısı olan qaz tapançasını almışdır. Həmin tapançanın üstündə hazırda xatırlamadığı sayda bir neçə ədəd patronları da olmuşdur. Bir qayda olaraq qaz silahını yaşadığı mənzildə əl-ayaq dəyməyən və heç kimin görmədiyi yerə qoyub saxlamışdır. Bəzən isə axşamtərəfi işə gedəndə özü ilə götürmüş, gecə saatlarında da işdən qayıdarkən evə gətirmişdir. Ötən müddət ərzində bu qaz silahından təxminən 2-3 dəfə gecə saatlarında sahibsiz itləri qorxutmaq üçün istifadə etmişdir. Amma adətən elə olmuşdur ki, günlərlə qaz silahı evdə qalmış, onu özü ilə götürməmişdir. 2020-ci ilin aprel ayının əvvəllərində isə Yasamal rayonu, Şərifzadə küçəsində yerləşən “Asan Xidmət”in yaxınlığından keçərkən təsadüfən yerdən bir ədəd beşbarmaq tapmış, ona maraqlı gəldiyi üçün özü ilə götürmüş, rəngi silinmiş həmin predmeti sonradan təmizləyib rəngləmişdir. Onun üçün elə bir əhəmiyyət kəsb etməyən bu predmeti çox vaxt açıq şəkildə əlində oynatmış, sonra da onu suvenir kimi avtomobilinin yük yerinə atmışdır. Bu əşya ilə, o cümlədən qaz tapançası ilə hər hansı qanunazidd əməl törətməmiş, cinayətə meylli ola biləcək şəxslərlə hansısa qanunsuz əməllə bağlı söz-söhbəti olmamışdır. Onda bu qaz silahının olması barədə ailə üzvlərinin heç bir məlumatı olmamışdır. Yalnız onu dəqiq bilir ki, onun qonşuluğunda yaşayan, uzun müddətdən bəri şəxsi tanışlıq münasibətləri olan X10 onda həmin qaz silahını görmüş və hətta onun əsl tapança olduğunu zənn etmişdir. O, həmin qaz silahını Seymura məxsusi şəkildə göstərməmiş, Seymurun bu qaz silahını onda görməsi təsadüfən baş vemişdir. Seymur və həmin ərazidə yaşayan digər məhəllə adamları ilə həmişə yaxşı münasibətləri olmuş, hətta bu şəxslər dəfələrlə onun işlədiyi İçərişəhərdəki kafeyə gəlib yeyib-içmişlər. O da bu şəxslərə qarşı qonşu kimi yaxşı münasibət göstərmiş, mehribanlıqla qarşılayıb yola salmışdır. Seymur və ətrafındakı bir neçə şəxsin narkotik vasitə istifadəçiləri olduğunu təxmini hiss etmişdir, amma həmin şəxslər heç vaxt bilavasitə onun yanında narkotik vasitə və ya psixotrop maddə qəbul etməmişlər. O özü tutulmazdan az müddət əvvəl 12000 manata 2004-cü il buraxılışlı “Mercedes-S class” markalı avtomobil almış, həmin avtomobillə əvvəlki məhəlləyə də getmiş, məhəllə tanışları da maşınını görmüş və təbrik etmişlər. Yəni, avtomobil də aldığı üçün məhəllə adamları artıq onu maddi imkanı çox yaxşı olan birisi kimi qəbul etmişlər. 2020-ci ilin aprel ayının sonlarına doğru – o özü saxlanmazdan təxminən 4-5 gün əvvəl köhnə tanışlardan ümumi şəkildə eşitmişdir ki, Seymur dayısı oğlu Fəridlə birlikdə külli miqdarda narkotik vasitə, ya da psixotrop maddələrlə həbs olunmuşdur. Bu xəbər onun üçün çox gözlənilməz olmuş və təəccüblənmişdir. Seymurun narkotik vasitələrin, yaxud psixotrop maddələrin satışı ilə məşğul ola bilməsi ehtimalı onun ağlına belə gəlməmişdir. Həmin xəbəri eşidəndən sonra fikirləşmişdir ki, onda qaz silahını görmüş Seymur onu həqiqi tapança kimi bildiyi üçün polisə xəbər verə bilər və bu da onun üçün problem yaradar. Ona görə də qaz silahını evdən aparıb tullamaq qərarına gəlmişdir. Amma yadından çıxdığı üçün bunu dərhal etməmişdir. 28 aprel 2020-ci il tarixdə axşam saatlarında adi günlərdə olduğu kimi işə getməyə hazırlaşarkən qaz silahı yadına düşmüş, qaz silahını aparıb tullamaq üçün onu özü ilə götürmüşdür. Evdən çıxandan sonra əvvəlcə gedib anasına baş çəkməyi planlaşdırmışdır. Təxminən saat 18 radələrində evdən çıxmış, piyada yaşıdığı evin yaxınlığındakı “Vital” klinikasının yanından keçərkən qəfildən yanında markasını xatırlamadığı “CİP” maşını dayanmış və həmin maşından düşən 5 nəfər şəxs ona doğru gəlmişlər. Nə baş verdiyini anlamamış, həmin şəxslərdən qorunmaq üçün instinktiv olaraq qaçmağa başlamışdır. Üstündə qanunsuz hesab oluna biləcək, ona problem yarada biləcək yeganə predmet kimi qaz silahı olmuş, onu həmin qaçdığı anda tullamaq imkanı olsa da atmamış, əksinə, lazım olarsa özünü müdafiə etmək üçün ondan istifadə edəcəyini düşünmüşdür. Beşbarmağın isə cinayət sayıldığı barədə ümumiyyətlə təsəvvürü belə olmamışdır. Onun arxasınca qaçan şəxslər polis olduqlarını demiş, amma həqiqətən də polis olduqlarını o anda bilmədiyi bu şəxslərin onu niyə təqib etdiklərini, konkret kim olduqlarını və nə üçün başına bu işin gəldiyini dəqiq bilmədiyi üçün həmin mülki geyimlilərin onu yaxalaya biləcəklərini başa düşüb qaçmaqda davam etmişdir. Əlində qaz silahı “Vital” klinikasından bağçanın yanına kimi təxminən 200 metrdən çox böyük bir məsafəni qaçdıqdan sonra ərazidə olan ustalarla rastlaşmış və həmin şəxslər qabaqda yol olmadığını, dalana getdiyini bildirmişlər. Həmin vaxt qardaşı Pərvizin ***-***-**-** saylı nömrəsinə zəng vurub bir neçə nəfərin onu təqib etdiyini, “Vital” klinikasının yanında olduğunu bildirmişdir. Həmin qaçaqaçda daha iki dəfə ya o qardaşını yığmış, ya da qardaşı ona zəng vurmuşdur. Qarşıda dalana dirənəcəyini başa düşərək məcbur olub həmin ərazidə yerləşən bir villanın həyətinin darvazasını açıb içəri girmiş və gözləməyə başlamışdır. Bir az gözlədikdən sonra həmin 5 nəfər şəxs də onun arxasınca həyətə girmiş və başqa çıxış yolu görməyərək həyətdən evin birinci mərtəbəsinə qalxan pilləkənlərə doğru qaçmış, cəld pilləkəndə əyləşərək cibindəki qaz silahını çıxardıb sinəsi tərəfdən özünün boğazına dirəmiş, onu niyə təqib etdiklərini soruşmuş, yaxınlaşacaqları halda özünü güllələcəyini söyləmiş, “qardaşım Pərviz gəlməsə özümü öldürəcəyəm” deyərək xəbərdar etmişdir. Polis işçiləri olduqlarını deyən həmin şəxslər onda silah və narkotik vasitə olduğunu demiş, amma tapançanı boğazına dirəməsindən qorxaraq ona yaxınlaşmamış, təxminən 7-8 metr aralıda dayanmışlar. Adını sonradan bildiyi Ürfan Babayev ona ən yaxın məsafədə dayanmış və təslim olmasını təklif etmişdir. O, dərhal cavab verib demişdir ki, onda heç bir narkotik vasitə yoxdur və olmayıb, silah isə indi onların gördükləri bu tapançadır. Həmin şəxslər polis olduqlarını bildirdikdən sonra da ön hissədən boğazına dirədiyi tapançanı aşağı salmamış, əksinə, baş verən bu anlaşılmazlığın içərisində onun üzərinə başqa nəsə qoyula bilməsindən, hansısa cinayət törətməkdə şərlənməsindən yayınmaq üçün qardaşının mütləq oraya çağırılmalı olması qərarına gəlmişdir. Qardaşının nömrəsini demiş və polislərdən biri, xatırladığına görə adını sonradan bildiyi Ürfan Babayev əlindəki telefonla qardaşının nömrəsini yığıb olduqları yeri izah edərək gəlməsini demişdir. Bu anlar ərzində həyətinə girdiyi həmin tanımadığı evdə yaşayan şəxslər pəncərələrə söykənib içəridən bu mənzərəni müşahidə etmiş və açıq şəkildə nə baş verdiyini görmüşlər. Təxminən 25-30 dəqiqə tapançanı boğazına dirəmiş vəziyyətdə qalmışdır. Qardaşı Pərvizdən əvvəl həyətə kostyum geyinmiş adını digər polis əməkdaşlarının çağırmasına əsasən Seyid kimi bildiyi göygöz şəxs daxil olmuşdur. Belə başa düşmüşdür ki, yaranmış vəziyyətlə bağlı Ürfangil telefonla həmin Seyidə məlumat vermiş, sonuncu da oraya gəlmişdir. Nəhayət, qardaşı Pərviz onunla yaxınlıqda başqa kafedə işləyən tanışı ilə gəlib çıxmışdır. Qardaşı bu şəxslərin polis əməkdaşları olduqlarını dəqiqləşdirdikdən sonra ona yaxınlaşmış, o da silahı aşağı salmış və həmin qaz tapançasını ona yaxınlaşan polis əməkdaşı Seyidə təhvil vermişdir. Bundan dərhal sonra polis əməkdaşları ona yaxınlaşıb tutmuş, üzünü elə həmin həyətdə divara söykəyib əllərini yuxarı qaldırmış, üst-başını, ciblərini diqqətlə axtarıb tam yoxlamış, şəxsi əşyalarını, mobil telefonunu, beşbarmağı götürmüşlər. Başqa üzərində qanunsuz heç nə, o cümlədən hər hansı narkotik vasitə və ya psixotrop maddə aşkar olunmamışdır. Tapançanın da əslində qaz silahı olduğunu, heç bir patronunun da olmadığını yoxlayıb əmin olmuşlar. Xatırlayır ki, Baş İdarədən həmin vaxt oraya daha bir əməkdaş gəlib çıxmışdır. Evin pəncərələrindən baş verənlərə tamaşa edən tanımadığı sakinlər onun əlləri yuxarı qaldırılmış halda divara söykədilib üst-başının axtarılması prosesini də birbaşa görmüşlər. Amma polislər onlara bayıra çıxmamaq tapşırığı verdikləri üçün heç kim yaxınlaşmamışdır. Hətta nisbətən yaşlı bir kişinin balkona çıxaraq az müddətdə baş verənlərə baxıb məlum tələbdən sonra geri qayıdıb evin içinə girdiyini xatırlayır. Polis əməkdaşları həm də onun avtomobilinin açarını axtarmış və onun harada olduğunu soruşmuşlar. O da qaçarkən avtomobilin açarını salıb itirdiyini bildirmişdir. Üstündən başqa heç nəyin çıxmadığını görən həmin şəxslər bir az da əsəbiləşmiş və onun əllərinə qandal vurmuşlar. Sonra onu maşına mindirərək Badamdar qəsəbəsində yerləşən Narkobiznes idarəsinə aparmışlar. Qardaşı da başqa bir maşınla onların arxasınca hərəkət etmişdir. Ona üzərində şəxsi axtarış keçirilməsi ilə bağlı heç bir qərar təqdim olunmamış və ya oxunmamışdır. Həmin idarədə əlləri qandallı vəziyyətdə bir otağa salınmış və bir neçə əməkdaş onunla söhbətləşməyə başlamış, haradasa narkotik vasitə saxlayıb-saxlamadığını soruşmuş, psixoloji təzyiqlər göstərməyə başlamışdır. O da heç vaxt narkotik vasitələrə aidiyyəti olmadığını, ondan götürdükləri silahın da əslində həqiqi tapança olmadığını, qaz silahı olduğunu, onu bir il əvvəl “İnstaqram” sosial şəbəkəsindəki elanda görüb 700 manata aldığını bildirmişdir. Amma ona təkidlə əslində qardaşı Pərvizlə əlbir olduğunu, hətta az öncə həyətə gələn qardaşının əlindəki zibil torbasında da külli miqdarda narkotik vasitə aşkar olunduğunu, ona görə də artıq Pərvizin də həbs olunduğunu demişlər. Halbuki, qardaşı Pərviz məhz baş verən hadisə ilə bağlı həyəcanlı bir vəziyyətdə oraya gəlmişdi, əlində də heç bir torba yox idi və təbii ki, ola da bilməzdi. Ona qarşı hazırda səsləndirmək istəmədiyi hədsiz pis ifadələr işlədilmiş, müxtəlif tələblər irəli sürülmüş, dedikləri şərtlərlə razılaşmayacağı, lazımi sənədləri imzalamayacağı halda yaşadığı mənzilə müəyyən qanunsuz predmetlər atıb oradan tapılmış kimi rəsmiləşdiriləcəyini, bununla da qardaşı ilə bərabər ailəsinin də bu məsələyə qatılacağını bildirmişlər. Uzun-uzadı təzyiqlərdən sonra yeganə qardaşının, habelə ailəsinin təhlükə ilə üzləşməməsi xatirinə qardaşını sərbəst buraxmaları müqabilində dedikləri qaydada istənilən sənədi imzalamağa razılaşmışdır. Əgər qardaşı həmin idarədə saxlanmasaydı və ona təhlükə ehtimalı olmasaydı, təbii ki heç bir sənədi imzalamayacaqdı. İdarəyə gətirildiyi vaxtdan xeyli keçdikdən sonra əlinə vurulmuş qandal açılmış, narkotik vasitəyə bənzər maddələr bir böyük, digəri nisbətən kiçik olmaqla iki sellofan bükümə qoyulmuş, adlarını orada bildiyi Ürfan, Elmir, Şahid1 adlı və digər polis işçiləri həmin iki ədəd bükümü ona verərək cibinə qoymasını tapşırmışlar. O, həm də beşbarmağı cibinə qoymuş, qaz silahını isə deyildiyi kimi belinə taxmışdır. Bu şəxslər üzərinə baxış keçirilməsi ilə bağlı sənədləşmə tərtib olunacağını, bununla əlaqədar videoçəkiliş aparılacağını, videoçəkiliş zamanı özünü sakit aparmasını başa salmışlar və çəkilişin gedişində cibindəkiləri, o cümlədən narkotik vasitə kimi “kola” və “şüşə” adı ilə özünə məxsus əşyalar kimi çıxardıb təqdim etməsini, bu narkotik vasitələri guya telefon vasitəsilə iranlıdan aldığını, Füzulidə kanalın qırağından gedib götürdüyünü, iranlının dediyi şəkildə Bakıda hansısa yerlərə qoyub qoyulan yerin şəklini çəkib iranlıya atacağını, hətta bir dəfə aparıb artıq 500 manat müqabilində harasa qoyduğunu və sair bu kimi məsələləri deməsini tapşırmışlar. Həm də guya beşbarmağı kimlərləsə dava-dalaş etdiyinə görə özünü müdafiə etmək məqsədilə gəzdirdiyini bildirməli olmuşdur. Deyilən şəkildə də etməyə çalışmış, hətta məşq kimi də bu proses edilmişdir. Sonra otağa Heydər Əsgərov adlı vəkil çağırılmış, onun yanında qabaqcadan deyildiyi kimi üzərində olan predmetləri sakit bir tərzdə, heç nə olmayıbmış kimi çıxardıb stolun üstünə qoymuşdur. Qaz silahı və beşbarmaq hələ Yeni Yasamalda həyətdə ikən polislər tərəfindən ondan götürülsə də, bu əşyalar onundur, özünə məxsusdur və bu səbəbdən də beşbarmaq və qaz silahı ilə bağlı peşmançılıqdan başqa deyəcəyi sözü yoxdur. Amma “kola” və “şüşə” kimi adlandırılmaqla onun üstünə qoyulmuş maddələrə yuxarıda ətraflı bəhs etdiyi kimi onun heç bir aidiyyəti yoxdur. Hətta olsa idi belə, həmin maddələri təqib olunarkən qaçdığı zaman, həyətə girib gözlədiyi vaxtda tullamaq üçün onun tam imkanı var idi. Beləliklə, deyilən qaydada rəsmiləşdirilmə aparıldıqdan sonra qardaşı Pərviz təxminən gecə saat 2 radələrində idarədən sərbəst buraxılmışdır. Ona diqtə edilən məzmunda izahat yazmışdır. Vəkil Heydər Əsgərov xatırlamadığı cəmi bir dindirməsində iştirak etmiş, başqa qalan heç bir sənədləşmədə, heç bir dindirmədə iştirak etməmişdir. Sonradan çəkilişdə deyilənlərlə tərtib olunmuş ifadələr arasında da aşkar fərqlər olmuş, bu ziddiyyətlər də guya ona suallar verilməklə düzəldilmişdir. Əslində həmin cavabların heç biri ona məxsus deyildir. Narkotik qoyulduğu deyilən yerlər, hansısa pullar barədə onun heç bir məlumatı yoxdur və ifadələrdə yazılan yerlərin heç birində heç vaxt olmayıb. Onun adından tərtib olunmuş ifadələri, müxtəlif protokolları formal olaraq imzalamışdır. Yalnız istintaqın sonunda ona imzalatdırılmış çoxsaylı protokollarda həmin vəkilin də imzasını görmüşdür. Xatırlayır ki, şübhəli və təqsirləndirilən şəxs qismində ifadə verərkən müstəntiqə birmənalı olaraq izahatının yalan olduğunu, heç vaxt narkotik vasitə və ya psixotrop maddə əldə etmədiyini bildirmişdir. Hətta bu maddələri guya Füzuli rayonundan gedib götürməyi barədə fikirlər lap ağlasığmaz olduğundan həmin hissələr dəyişdirilmiş və guya əslində onları Bakı şəhərində əldə etməsi dəqiqləşdirilmişdir. Çox ziddiyyətli vəziyyət yarandığından həmin ifadələrində həm də artıq bu maddələri yalnız özünün istifadəsi üçün əldə olunması barədə fikirlər də yazılmışdır. Amma məcburiyyət qarşısında qaldığından və sonradan əslində nə baş verdiyinin aydınlaşdırılacağına ümid etdiyi üçün onları imzalamışdır. Barəsində həbs qətimkan tədbiri seçilərkən də özünü müdafiə etmək istəmiş, məhkəmədə heç olmazsa onu istifadəçi kimi tutmalarını xahiş etmişdir. Amma onun xahişinə baxan olmamışdır. Sonradan ailə üzvləri tərəfindən ona müdafiəçi tutulmuş, həmin müdafiəçi işə qoşulduqdan sonra dəfələrlə tam təqsirsiz olduğunu bildirsə də aylarla dindirilməmiş, bütün bunlara baxmayaraq yenə sonda üzərindən ona aid olmayan ittihamların götürüləcəyinə ümid etmişdir. Amma bu baş verməmişdir. Nəhayət, iş yekunlaşaraq ona son ittiham veriləndə narkotik vasitələrə, psixotrop maddələrə, qaçaqmalçılıq cinayətinə heç bir aidiyyətinin olmadığını, qardaşının həbs olunması hədəsi səbəbindən sənədləri imzaladığını bildirmişdir. Sonra qardaşı Pərviz də həqiqəti bildirmək üçün çox cəhd etmiş, müvafiq ərizə ilə müraciət etmiş, amma yenə polis əməkdaşlarının dediklərinə əsaslanaraq onu bu maddələrlə məhkəməyə vermişlər. Qaz silahını və soyuq silah hesab edilən predmeti özündə saxladığına görə peşmandır, onların cinayət məsuliyyətinə səbəb ola biləcəyini ağlına belə gətirməmişdir. Sadəlövhcəsinə həmin qaz silahını əldə etməsinə və dəmir predmeti tapıb özündə saxladığına görə hazırda özünü çox qınayır və səmimi peşmandır, amma narkotik vasitə və psixotrop maddəyə heç bir aidiyyəti yoxdur və olmayıb. Heç vaxt bu maddələrdən istifadə etməmişdir. Onun narkoloji yoxlamasının nəticəsi də bunu təsdiq etmişdir. Məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini, həm də bu zaman himayəsində azyaşlı uşaqlarının və ailəsinin yeganə qazanc gətirəni olmasının nəzərə alınmasını, yalnız həqiqətən etdiyi əmələ görə cəzalandırılmasını, narkotik vasitə və psixotrop maddə ilə bağlı ittihamın üzərindən götürülməsini xahiş edir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməli ilə bağlı etirafını, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid2 Təbriz oğlu göstərdi ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri, psixotrop maddələri satış məqsədi ilə əldə etməsi və üzərində gəzdirməsi barədə 28 aprel 2020-ci il tarixdə məlumat daxil olmuşdur. Məlumatın həmin gün saat neçədə daxil olmasını dəqiq xatırlamır. Bununla bağlı raport yazılmış, onun rəhbərliyi ilə əməkdaşlardan X13 və Şahid1 daxil olduğu qrup yaradılmışdır. Yeni Yasamala gedib Ümid Əkbərov küçəsində piyada hərəkət edən Təqsirləndirilən şəxs yaxınlaşmış, özlərini təqdim etmişlər. Təqsirləndirilən şəxs onlara heç bir müqavimət göstərməmiş, saxladıqları yerdə onun üzərinə heç bir baxış keçirilməmiş, üst-başı yoxlanmamış, sadəcə sakit bir şəkildə onu maşına mindirib Baş Narkotiklərlə Mübarizə İdarəsinə gətirmişlər. Saxladıqları anda və maşında olarkən onun əlinə qandal vurulmamışdır. Şavruqun saxlanması prosesində özü, Ürfan Babayev və Şahid1 olmaqla cəmi 3 nəfər əməkdaş olmuşlar. Yolda hərəkət edərkən Təqsirləndirilən şəxs arxa oturacaqda əyləşdirmiş, sağ və solunda isə əməkdaşlar oturmuşlar. Təqsirləndirilən şəxs saxlandığı yer ilə Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binası arasındakı məsafə təxminən 5-6 km ola bilər. Təqsirləndirilən şəxs idarəyə gətirildikdən sonra onun üçün vəkil dəvət olunmuş, sonra da videoçəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs özü könüllü şəkildə üstündən bir büküm metamfetamin, bir büküm heroin, bir ədəd beşbarmaq və bir ədəd də səhv etmirsə “Makarov” markalı tapança çıxardıb təqdim etmişdir. Heroin və metamfetamini iranlıdan, tapançanı isə “İnstagram” vasitəsilə tanımadığı şəxsdən aldığını, beşbarmağı isə tapdığını bildirmişdir. Məhkəmədə verilən sualları cavablandırarkən Şahid2 Təbriz oğlu göstərdi ki, Şahruqla əlaqədar məlumatla bağlı əməliyyat-qeydiyyat işi açılmamışdır. Belə xarakterli işlər çox olduğundan əməliyyat-qeydiyyat işi aça bilmirlər, amma əməliyyat-qeydiyyat işi açdıqları hallar da mövcuddur. Şəxsi axtarış zamanı videoçəkilişi əməliyyat qrupunun üzvlərindən biri aparmışdır, amma konkret kimin çəkiliş apardığını xatırlamır. Əməliyyatı keçirərkən onun özündən və digər 2 nəfər əməkdaşdan başqa polis əməkdaşı, o cümlədən Seyid adlı əməkdaş olmamışdır. Ümumiyyətlə onların idarəsində Seyid adlı əməkdaş yoxdur. Təqsirləndirilən şəxs saxlanılarkən onun telefonla kiməsə zəng etməsini xatırlamır. Təqsirləndirilən şəxs saxlanılan gün onun heç bir qohumunu, o cümlədən qardaşını görməmişdir. Amma sonradan istintaq vaxtı Şahruqun qardaşını gördüyünü xatırlayır. Şahruqla bərabər həmin gün onun qardaşını Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparmamışlar, onun qardaşı həmin idarədə saxlanmamışdır, belə bir hal olmamışdır. Həmin vaxtlar onun özünün istifadəsində “VAZ 2107” markalı avtomobil olmuşdur. Ürfan Babayevin həmin vaxtlar hansı avtomobili idarə etdiyini xatırlamır. Amma bu əməliyyatı keçirmək üçün hansı və kimə məxsus avtomobillə getdiklərini, idarə etdikləri avtomobilin rəngini, avtomobili onlardan hansının idarə etməsini xatırlamır. Təqsirləndirilən şəxs üstündə tapança olduğunu bilməmişlər, tapançanı yalnız şəxsi axtarış vaxtı – Şahruq özü könüllü çıxardıb təqdim edəndə görmüşlər. Təqsirləndirilən şəxs narkotik vasitəni aldığını bildirdiyi iranlı ilə bağlı lazımi araşdırmalar aparmışlar, amma hələlik konkret bir nəticə əldə olunmamışdır. Narkotik vasitənin və psixotrop maddənin qaçaqmalçılıq yolu ilə gətirilməsi halları ilə bağlı onun hər hansı məlumatı yoxdur. İlkin izahatları zamanı Təqsirləndirilən şəxs narkotik vasitələri satdığını bildirdiyi şəxsləri də müəyyən edə bilməmişlər. Saxlanarkən polis əməkdaşlarının, o cümlədən onun özünün telefonundan Təqsirləndirilən şəxs qardaşına zəng edilib-edilməməsi barədə məlumatı yoxdur, hər halda o, özü belə bir zəng etməmişdir. Təqsirləndirilən şəxs onlar yaxınlaşan kimi tabe olub dayanmışdır, onun qaçmağa cəhd etməsi, onlar tərəfindən təqib olunması, hansısa həyətə girib boğazına tapança dirəməsi və qardaşı gəldikdən sonra təslim olması, kimlərinsə bu səhnəni görməsi, elə həmin həyətdə şəxsi axtarışının aparılması və tapança ilə beşbarmağın götürülməsi halları olmamışdır. Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirməmələrinin səbəbini xatırlamır. Təqsirləndirilən şəxs küçədə saxlanması dəqiq saat 21:00 radələrində olmuşdur, həmin saatdan əvvəl saxlanmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid1 göstərdi ki, xidmət etdiyi idarəyə əməliyyat müvəkkili Şahid2 Təbriz oğluna məlumat daxil olmuş, bu məlumat əsasında onun və X8 daxil olduğu 3 nəfərdən ibarət qrup yaradılmışdır. Əməliyyat tədbiri həyata keçirərək Təqsirləndirilən şəxs 28 aprel 2020-ci il tarixdə saat 21:00 radələrində Yeni ünvan 4 ünvanda küçədə piyada hərəkət edərkən müəyyən etmiş, ona yaxınlaşıb özlərini təqdim edərək hüquq və vəzifələrini izah etmiş, idarəyə aparmışlar. İdarəyə gətirildikdən sonra müdafiəçinin iştirakı təmin edilməklə videoçəkilişdən istifadə olunmaqla üzərinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs özü könüllü şəkildə üzərində olan bir büküm heroini, bir büküm metamfetamini, bir ədəd beşbarmağı və bir ədəd tapançanı çıxardıb təqdim etmişdir. Məhkəmədə verilən sualları cavablandırarkən Şahid1 göstərdi ki, Təqsirləndirilən şəxs saxlanarkən heç bir müqavimət göstərməmiş, hər hansı etiraz bildirməmiş, qaçmağa cəhd etməmişdir. Nə saxlandığı anda, nə də sonradan Təqsirləndirilən şəxs qoluna qandal vurulmamışdır. Onu idarə etdikləri avtomobilin arxa oturacağına əyləşdirib aparmışlar. Baş idarəyə aparılanadək bu şəxslə bağlı heç bir problem yaranmamış və dərhal da istintaqa təhvil verilmişdir. Təqsirləndirilən şəxs saxlanarkən onun yaxınlarından heç kim, o cümlədən qardaşı saxlanmayıb və Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparılmayıb. Təqsirləndirilən şəxs idarəyə apardıqları şəxsi avtomobilin markasını, rəngini, dövlət qeydiyyat nişanını xatırlamır. Belə ki, avtomobilləri tez-tez dəyişdiklərindən həmin gün istifadə etdikləri avtomobil yadında qalmayıb. Amma Təqsirləndirilən şəxs apararkən özünün maşın idarə etmədiyini, arxa oturacaqda əyləşdiyini dəqiq xatırlayır. Amma hər bir halda həmin avtomobil ya Şahid2, ya da Ürfan Babayevə məxsus olmuşdur. Həmin əməliyyatın keçirilməsində Seyid adlı əməkdaş iştirak etməmişdir. Təqsirləndirilən şəxs hansısa həyətdə deyil, məhz küçədə saxlamışlar, həm də onlara küçədə baxış keçirməyə icazə verilmədiyinə görə şəxsi dərhal idarəyə aparmışlar. Saxlanarkən Təqsirləndirilən şəxs mobil telefonundan hər hansı məqsəd üçün istifadə olunmamış, həm də saxlandıqdan sonra bu şəxs heç kiminlə mobil telefonla danışmamışdır. Şahruqun telefonundan istifadə edilməklə onun qardaşına zəng etməmişlər, həm də hesab edir ki, digər əməkdaşlar da heç biri bu işi görməz. Onların Təqsirləndirilən şəxs təqib etməsi, onun hansısa həyətə qaçıb girməsi, boğazına tapança dirəməsi, yalnız qardaşı çağırılıb gətirildikdən sonra tapançanı təhvil verməsi, qardaşının da idarəyə aparılaraq gecə yarıyadək orada saxlanması, qoluna qandal vurularaq həmin həyətdə üst-başının yoxlanılaraq şəxsi axtarışının keçirilməsi halları olmamışdır. Təqsirləndirilən şəxs narkotik vasitəni və psixotrop maddəni kimə satması barədə, eləcə də qaçaqmalçılıq cinayətinin törədilməsi halları ilə bağlı məlumatı yoxdur. Təqsirləndirilən şəxs yaşadığı mənzilə baxış keçirməmələrinin səbəbini xatırlamır. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid3 göstərdi ki, 28 aprel 2020-ci il tarixdə Baş Narkotiklərlə Mübarizə İdarəsinə iş yoldaşı Şahid2 Təbriz oğluna Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri, psixotrop maddələri satış məqsədi ilə əldə etməsi və üzərində gəzdirməsi barədə məlumat daxil olmuşdur. Bundan sonra onun da daxil olduğu, digər əməkdaşlar Şahid1 və Şahid2 Təbriz oğlundan ibarət 3 nəfərlik əməliyyat qrupu yaradılmışdır. Həmin gün saat 21:00 radələrində ünvan 5 ünvanının yaxınlığında piyada hərəkət edən Şahruqu müəyyən edib saxlamışlar. Heç bir müqavimət, qaçmaq cəhdi olmamış, sakitcə onu idarəyə dəvət etmiş və maşına mindirib aparmışlar. Həmin vaxt orada başqa heç kim - nə başqa polis əməkdaşı, nə də Şahruqun hansısa qohumu olmamışdır. Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasında xidməti iş otaqlarının birində videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarışdan əvvəl Təqsirləndirilən şəxs qanunsuz nəyi varsa təhvil verməsi təklif olunmuş, o da könüllü şəkildə üstündən bir ədəd şəffaf selofan bükümdə narkotik vasitə olan heroinə bənzər, bir ədəd şəffaf selofan bükümdə psixotrop maddə olan metamfetaminə bənzər kütlələri, beşbarmaq adlanan soyuq silaha bənzər əşyanı, şalvarının bel hissəsindən bir ədəd odlu silaha bənzər tapançanı, qara rəngli mobil telefonu təqdim etmişdir. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, başqa heç nə aşkar olunmamışdır. Aşkar olunanlar da sənədləşdirilib qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı heroin və metamfetamini iranlı vasitəsilə əldə etdiyini, üstündən çıxanları həmin əldə etdiyi narkotik maddənin üzərindən götürdüyünü, daha sonra həmin maddələri iranlının Bakı şəhərində dediyi yerə qoyduğunu, əvəzində 500 manat aldığını, beşbarmaq adlanan əşyanı Yasamal rayonu ərazisində yerləşən zibilxanadan tapdığını, tapançanın özünə məxsus olduğunu, “İnstagram” sosial şəbəkəsində 700 manata aldığını bildirmişdir. Məhkəmədə verilən sualları cavablandırarkən Şahid3 göstərdi ki, Təqsirləndirilən şəxs Yeni X18 küçəsində saxlamışlar və saxlanarkən o heç bir halda qaçmayıb, heç bir müqavimət göstərməyib, hər hansı etiraz bildirməyib. Təqsirləndirilən şəxs saxlanarkən tək olmuş və onun saxlandığı yerə qardaşı gəlməmişdir. İstisna etmir ki, qardaşı sonradan idarəyə gəlmiş ola bilər, amma Təqsirləndirilən şəxs onlar idarəyə tək gətirmişlər. Təqsirləndirilən şəxs telefonundan kimsə zəng etməmiş və Şahruq özü də onların yanında mobil telefondan istifadə edib kiməsə zəng vurmamışdır. Təqsirləndirilən şəxs idarəyə onun özünün şəxsən idarə etdiyi qara rəngli “Hyundai-Tucson” markalı xidməti avtomobillə aparmışlar. Əməliyyat qrupunda olan digər iki polis əməkdaşı isə avtomobilin arxa oturacağında Şahruqun yanında əyləşmişlər. Təqsirləndirilən şəxs üzərində tapança ola bilməsi ilə bağlı məlumatları olmamışdır, yalnız narkotiklə bağlı məlumat olduğundan bilavasitə yerində baxış keçirmələrinə zərurət olmamışdır. Əməliyyat qrupuna daxil olan 3 nəfərdən başqa hadisə yerində başqa polis əməkdaşı, o cümlədən Seyid adlı əməkdaş olmamışdır. İran vətəndaşı ilə əlaqəsi olmasını da Təqsirləndirilən şəxs özü etiraf etmişdir. Şahruqun “WhatsApp” proqramı vasitəsi ilə iranlı ilə yazışmasının olub-olmadığını bilmir. Təqsirləndirilən şəxs yaşadığı ünvanı bilmir, ona görə də yaşadığı ünvana baxış keçirilməmişdir. Təqsirləndirilən şəxs hansısa villanın həyətinə girməsi, boğazına tapança dirəyib gözləməsi, bununla bağlı qardaşı Pərvizin oraya çağırılması, onun həyətdə boğazına tapança dirəyib dayanmasını kimlərinsə görməsi halları, Bəxtiyar adlı əməkdaşın oraya gəlməsi halı olmamışdır. Qabaqcadan Təqsirləndirilən şəxs tapança görməmişlər. Tapançanı yalnız Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl könüllü təqdim etdiyi vaxt görmüşlər. Təqsirləndirilən şəxs bildirdiyi məlumatlar həqiqət deyildir. Təqsirləndirilən şəxs narkotik vasitə satdığı şəxslərdən biri də Seymur Şamxalov adlı şəxsdir, həmin Seymuru da saxlamışlar və hazırda həbsdədir. Narkotik vasitələrin satışı ilə məşğul olan Təqsirləndirilən şəxs yalan danışır, onlar bu şəxsə qarşı heç bir saxta və qanunsuz iş görməmişlər. Məhkəmədə əlavə şahid qismində dindirilmiş X6 göstərdi ki, qardaşı Şahruq və özü İçərişəhərdə ayrı-ayrı kiçik kafe-restoranlar icarəyə götürüb işlətməklə məşğuldurlar. Ailədə 2 qardaş və 1 bacıdırlar, hər kəs öz ailəsi ilə ayrılıqda yaşayır. Qardaşı Şahruqun heç vaxt hər hansı pis vərdişi olmamış, hər hansı qanunazidd əməl törətməsinin şahidi olmamışdır. Şahruq işlədiyi kafeyə bir qayda olaraq axşamtərəfi gəlib işə başlamışdır. Çünki həmin ərazidə kafe-restoranlarda iş bir qayda olaraq həmin vaxt başlanır, müştərilər əsasən axşam saatlarında gəlirlər. 28 aprel 2020-ci il tarixdə adi günlərdə olduğu kimi iş yerində olmuşdur. Axşam saat təxminən 19 radələrində onun istifadəsində olan ***-***-**-** saylı nömrəyə Şahruqun istifadə etdiyi ***-***-**-** saylı nömrədən zəng gəlmişdir. Telefonu açan kimi həmişəki kimi “hə qaqaş” sözünü demiş və Şahruq dərhal həyəcanlı şəkildə təngnəfəs olaraq tanımadığı adamların onun arxasınca düşüb təqib etdiklərini, nə baş verdiyini bilmədiyini və qaçdığını bildirmişdir. Şahruqdan konkret harda olduğunu soruşmuş və qardaşı ona Yasamalda “Vital” klinikasının yanında olduğunu söyləmişdir. Şahruqun bu zəngindən sonra bərk həyəcanlanmış və təcili kafeni bağlayıb həmin yerə getmək qərarına gəlmişdir. Həyəcandan əlləri əsdiyi üçün qıfılı bağlamaqda çətinlik çəkməyə başlamış, bunu faktiki edə bilməmiş və qonşuluqda işləyən X11 onu kənardan müşahidə etdiyindən nəsə baş verdiyini başa düşüb ona yaxınlaşmış, açarı əlindən alıb qıfılı bağlamış və nə olduğunu soruşmuşdur. O da qardaşının dalınca tanımadığı adamların düşüb izlədiklərini, təqib etdiklərini demiş və Elmar onun çox həyəcanlı vəziyyətdə olduğunu görüb birlikdə getmələrini təklif etmişdir. Bərabər tanımadıqları taksiyə minmiş, həmin müddətdə Şahruq ona, ya da o Şahruqa daha iki dəfə zəng vurmuş, daha sonra isə yolda olarkən tanımadığı nömrədən ona zəng gəlmişdir. Həmin tanımadığı nömrəyə cavab verdikdə zəng edən şəxs adını bildirmədən polis əməkdaşı, əməliyyatçı olduğunu bildirmiş və ona saxlamaq istədikləri qardaşının bir həyətə girdiyini, özünə tapança dirəyib özünü öldürmək istədiyini və onlara “qardaşım Pərviz gəlməsə özümü öldürəcəyəm” dediyini bildirmiş, ona olduqları ünvanı izah edib ora gəlməsini xahiş etmişdir. O da həmin əməliyyatçıya artıq yola çıxdığını və yaxında olduğunu, tez çatacağını bildirmişdir. O, həmin əraziyə çatmış, Elmarla birlikdə bir həyətin qarşısına yaxınlaşmış və həmin həyətdə tanımadığı 7-8 nəfər mülki geyimli şəxsin olduğunu, Şahruqun isə həyətdəki pilləkəndə oturub əlindəki tapançanı boğazına dirədiyini görmüşdür. Oradakı şəxslər Elmarı yaxınlaşmağa qoymadıqları üçün Elmar darvazada qalmış və oradan baş verənləri görməkdə davam etmişdir. Qardaşına yaxınlaşıb “nədən qorxursan? bu nə hərəkətdi edirsən?” dedikdə qardaşı silahı aşağı salmış və dərhal adı Seyid kimi çağırılan polis əməkdaşı yaxınlaşıb silahı götürmüşdür. Şahruq ona nə baş verdiyini anlamadığını, bu qədər adam gəlibsə onu tutmaq fikrində olduqlarını, tutularsa həm biabır olacağını, həm də bütün nəslin adına ləkə vurulacağını demişdir. X25 avtomobilinin açarını istəmiş, amma Şahruq təqib vaxtı açarı salıb itirdiyini bildirmişdir. Qardaşını ayaq üstə həyətin divarına söykədib oradakı hər kəsin gözü qarşısında onun üst-başını axtarmış və üzərindən beşbarmaq deyilən kiçik bir dəmir parçası çıxarıb kənara qoymuşlar. Sonra yenə üstünü axtarmaqda davam etmiş, amma mobil telefonundan başqa qardaşının üstündə heç nə olmadığını görüb əsəbi halda qardaşının qoluna qandal vurmuş, modelini xatırlamadığı qara rəngli “CİP” maşınına mindirib Baş Narkotiklərlə Mübarizə İdarəsinə gedəcəklərini bildirmişlər. Qardaşının üst-başı büsbütün axtarılan zaman dəmir parçasından və mobil telefondan başqa heç nəyin, o cümlədən hər hansı narkotik vasitənin və psixotrop maddənin tapılmadığını Elmar, ətrafa yığışmış tanımadığı şəxslər, həyətində olduqları villanın içərisindəki çoxsaylı sakinlər, o cümlədən adını Şahid4 kimi bildiyi şəxs, villanın sahibi olan Bakı Dövlət Universitetində müəllim işlədiyi deyilən şəxs aşkar görüb şahid olmuşlar. Bundan sonra o da maşına əyləşərək Baş Narkotiklərlə Mübarizə İdarəsinə getmişdir. X19 da onu tək qoymayaraq birlikdə getmiş, saatlarla həmin idarənin qarşısında onu gözləmişdir. Həmin idarədə əvvəlcə onu aşağıda bir neçə saat gözlətmiş, sonra isə yuxarı qaldırmışlar. Orada qardaşının məşğuliyyəti, harada işləməsini soruşmuşlar. O da əslində ayrı-ayrı görünsə də kafeləri işlətməyə özünün rəhbərlik etdiyini, qardaşının isə bu işdə ona kömək etdiyini bildirmişdir. Ona qarşı xırdalıqlarına getmək istəmədiyi kobud ifadələr işlədilmiş, “nə kömək, siz ikiniz də narkotik satırsız” deyilmişdir. O da bu gözlənilməz ittihamdan bərk əsəbiləşmiş, həyəcanlanmış, özünə qarşı belə münasibət göstərilməli olmadığını irad şəklində bildirmiş, ona və qardaşına böhtan atmamalarını demişdir. Müəyyən gərgin məqamlar yaşanmış, amma o yenə də heç bir ittihamla razılaşmamışdır. Açıqlamaq istəmədiyi xeyli gərgin məqamlar yaşandıqdan sonra qardaşı Şahruqun aqibətinin nə yerdə olduğunu, onunla nə baş verdiyini soruşmuş, ona artıq Şahruqun həyat yoldaşına zəng vurulub danışıldığını bildirmişlər. Gecə saat təxminən 2 radələrində Baş Narkotiklərlə Mübarizə İdarəsindən çıxıb dərhal qardaşının evinə getmiş və onun həyat yoldaşından zənglə bağlı soruşmuşdur. Qardaşının həyat yoldaşı Şahruqun səhər saat 07:00 radələrində sərbəst buraxıla biləcəyinin deyildiyini söyləmişdir. Səhəri gün o, saat 11 radələrində Baş Narkotiklərlə Mübarizə İdarəsinə gedib qardaşının azad edilməsi ilə bağlı danışıq aparmış, həm də qardaşının üzərindən heç bir narkotik vasitə çıxmadığını, bu faktı xeyli insanın gördüyünü nəzərə almalarını xahiş etmişdir. Yenə nəticə əldə olunmadığı üçün evə qayıtmış, qardaşı üçün paltarlar götürüb yenidən həmin idarəyə getmişdir. Qardaşı ilə görüşmək istədiyini söyləmiş və onlar onu qardaşının yanına - əməliyyatçının otağına aparmışlar. Söhbət zamanı ona məlum olmuşdur ki, artıq Şahruqu qorxudaraq onu da həbs edəcəklərini bildirərək istədikləri formada izahatlar yazdırıb imza atdırmışlar. Qardaşına vəziyyəti danışmış, Şahruq ona bildirmişdir ki, onda olan tapança əslində odlu silah deyil, adi bir qaz silahıdır, üzərindən də narkotik çıxmayıb, bunu çox adam birbaşa görüb, ona görə də çalışıb onun buraxılmasına nail olmaq lazımdır. Sonra Şahruqu başqa otağa aparmışlar. O da bir daha əməkdaşlarla danışmış, ona qardaşının yaxın iki saat ərzində buraxıla biləcəyi imkanı olduğu deyilmişdir. Danışıq apardığı polis əməkdaşları özlərini təqdim etmədiklərindən onların adlarını bilmir. Bununla da o çıxıb getmiş və təxminən iki saatdan sonra qayıdarkən artıq Şahruqun Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinə aparılıb istintaqa verildiyi deyilmişdir. Sonradan özü də qardaşının günahsız olduğunun təsdiqi üçün dəlil əldə etmək məqsədilə ərazidə videokamera olub-olmamasını öyrənmək üçün Şavruqun saxlandığı həyətin qarşısına getmişdir. Oradakı qonşular və həyətində saxlandığı evdə yaşayan bir neçə şəxsin dediklərindən ona məlum olmuşdur ki, artıq Şahruqun tutulduğu günün səhərisi bir neçə polis əməkdaşı onun saxlandığı villanın həyətinə getmiş, ətrafda müşahidə kameralarının olub-olmadığını dəqiqləşdirmiş, həm də həyətə keçərək ev sakinlərindən bir daha dünənki hadisəni kiminsə telefona çəkibçəkməmələrini dəqiqləşdirmişlər. Sonradan istintaq vaxtı dəfələrlə qardaşının haqsız yerə tutulduğunu sübut etmək üçün yenə cəhdlər göstərmiş, amma heç bir nəticəsi olmamışdır. Əslində hadisənin necə baş verməsi barədə ifadə verməsi üçün də müraciət etmiş, amma danışdıqları çox qısa şəkildə yazılaraq ümumiyyətlə nəzərə alınmamışdır. Məhkəmədə əlavə şahid qismində dindirilmiş X11 göstərdi ki, o, İçərişəhərdə yerləşən “Salam Baku” restoranında işləyir və yaxınlıqdakı restoranlarda işləyən Pərviz və Şahruq qardaşlarını da tanıyır. Aralarında elə də yaxın münasibət olmasa da, iş yerləri yaxın olduğu üçün qarşılıqlı hörmətli münasibətləri vardır. Onun işlədiyi restoran Pərvizin işlədiyi restoranla çox yaxın məsafədə üzbəüz yerləşir. Pərvizi də oradan tanımışdır. ***- ***-**-** saylı mobil telefondan istifadə edir. 28 aprel 2020-ci il tarixdə iş yerində olmuş və axşam tərəfi saat təxminən 18 radələrində, ola bilsin ki 7-yə işləmiş Pərvizin həyəcanlı şəkildə restorandan bayıra çıxaraq əlləri əsə-əsə qapını bağlamaq istədiyini, amma bunu bacarmadığını görmüş, bunu görərək dərhal Pərvizdən nə baş verdiyini və nəyə görə təlaşlandığını soruşmuşdur. Pərviz indicə qardaşının ona zəng etdiyini və bir neçə şəxsin qardaşının arxasına düşüb onu təqib etdiklərini dediyini bildirmişdir. Əlləri əsən Pərvizə kömək edib qapını bağlamış və özünün də onunla gedəcəyini demişdir. Birlikdə taksiyə minib Yasamala getmişlər. Yolda gedərkən özünü polis işçisi kimi təqdim edən şəxs Pərvizə zəng edib nəsə demişdir. Amma o, Pərvizdən həmin şəxsin nə dediyini soruşmamışdır. Deyilən yerə, yəni bir villanın darvazasına çatmış və darvazanın qarşısında polis işçisi olduqları deyilən 7-8 nəfər şəxs görmüşlər. Polis işçiləri onu darvazadan içəri buraxmayaraq orada gözləməsini tapşırmış, amma Pərviz dərhal içəri keçmişdir. İçəri boylanmış və görmüşdür ki, həyətdəki pilləkənlərdə Şahruq ön hissədən boğazına tapança dirəmiş vəziyyətdə oturmuşdur və içəri keçən Pərviz də ona yaxınlaşıb söhbətləşməyə başlamışdır. Onun qardaşı ilə nə danışdığını eşidə bilməmiş, amma baş verənləri kənardan aşkar şəkildə görə bilmişdir. İçəridə Pərvizdən başqa da 2-3 nəfər polis işçisi olmuşdur. Az sonra Şahruq silahı boğazından çəkib polislərdən birinə vermişdir. Bundan sonra polislər onun üzünü divara tərəf çevirmiş, əllərini yuxarı qaldırmış və üstbaşını, ciblərini axtarmışlar. Onun cibindən mobil telefon və kiçik dəmir predmet çıxmışdır. Elə oradaca polislər dəmir predmetin beşbarmaq olduğunu bildirmişlər. Sonra Şahruq əlləri bağlı vəziyyətdə həyətdən çıxarılmış, oradakı polis işçiləri də çıxmışlar. Həmin vaxt polis əməkdaşlarından biri digərinə ətrafda videokameraların olub-olmamasının yoxlanmasını tapşırmışdır. Bayıra çıxanda polislər Pərvizə onlarla getməli olduğunu bildirmişlər. O da Pərvizlə birlikdə Baş Narkotiklərlə Mübarizə İdarəsinin Badamdar qəsəbəsində yerləşən binasının qarşısına getmişdir. Orada Pərviz içəri dəvət olunmuş, o isə gecə saat 2 radələrinədək idarənin qarşısında dayanıb Pərvizi gözləmişdir. Məhkəmədə verilən sualları cavablandırarkən şahid X11 göstərdi ki, Şahruqun həyətinə girdiyi evin giriş darvazasının dəmirdən olub eninin ən azı 2 metr olduğunu xatırlayır. Onun dayandığı yerlə Şahruqun arasında təxminən 10 metr məsafə olmuş və Şahruqun üst-başı, cibləri axtarılarkən hər şeyi öz gözləri ilə görmüşdür. Dəmir predmetdən və mobil telefondan başqa Şahruqun üzərindən heç nə çıxmamışdır. Aradan xeyli vaxt keçdiyi üçün dəmir predmetin Şahruqun hansı cibindən çıxmasını dəqiq xatırlamır. Həm də elə oradaca bilavasitə Şahruqun yanında dayanmış Pərvizdən bu barədə soruşmuş və Pərviz də elə yerində ikən Şahruqdan başqa heç nə tapılmadığını bildirmişdir. Şahruq və Pərvizi polis əməkdaşları idarəyə saat təxminən 19 radələrində aparmışlar. Məhkəmədə əlavə şahid qismində dindirilmiş Şahid4 göstərdi ki, o, fotoqraf kimi fəaliyyət göstərir, ***-***-**-** saylı mobil telefondan istifadə edir. 28 aprel 2020-ci il tarixdə ailəsi ilə müvəqqəti yaşadığı, qohumu ünvan 6 ünvanında Bakı Dövlət Universitetində müəllim işləyən Şahid5 məxsus evdə olmuşdur. Həmin tarixdə səhərdən evdə olmuş, günortadan sonra bir neçə saatlıq evdən çıxmış, sonra da qayıdaraq evdə dincəlmişdir. Uzanıb istirahət etdiyi bir vaxtda saat təxminən 18-19 radələrində həyətdən səs-küy gəlmişdir. Yarıyuxulu vəziyyətdə olduğundan heç nə başa düşməmiş, elə zənn etmişdir ki, yəqin həyətdə ustalar mübahisə edirlər. Bu vaxt həyat yoldaşı ona yaxınlaşaraq həyətə kənar şəxslərin daxil olduğunu, nələrinsə baş verdiyini demişdir. Cəld qalxıb verandaya çıxmış, amma mülki geyimdə olan şəxslər silah olduğunu deyib aralı durmasını istəmiş, sonra da ondan ümumiyyətlə dərhal içəri keçməsini tələb etmişlər. O anda həyətə boylanarkən və bu şəxslərin tələbindən sonra içəri keçib pəncərədən baxarkən bir nəfərin – adını sonradan bildiyi Şahruqun pilləkəndə stresli bir vəziyyətdə oturduğunu, bir əli ilə də ön tərəfdən boğazına nəsə söykədiyini görmüşdür. Evdəkilər bildirmişlər ki, pilləkəndə oturmuş şəxsin əlində silah var, amma o özü qabaq tərəfi görə bilmədiyindən Şahruqun əlindəki predmeti bilavasitə öz gözü ilə görməmişdir. Şahruqla onun olduğu yer arasındakı məsafə təxminən 7-8 metr, Şahruqun ətrafında dayanmış mülki geyimli ilə onun özünün arasındakı məsafə isə maksimum 5 metr olmuşdur. Bu səhnəni həmin evdə olanların tam əksəriyyəti, o cümlədən Cabbar müəllim də görmüşdür. Şahruqun bir əli boğazında pilləkəndə oturması prosesi təxminən 20-25 dəqiqə davam etmişdir. Sonra Şahruqun adını sonradan bildiyi qardaşı Pərviz gəlib çıxmış və bundan sonra Şahruq əlindəki silahı mülki geyimdə olan polis əməkdaşına vermişdir. Orada narkotik vasitələr barədə heç bir sözsöhbət olmamış, şəxsən o, Şahruqdan narkotik vasitə tapılmasını görməmiş, nə də eşitməmişdir. Sonra Şahruqun üst-başı yoxlanmış və polis işçiləri onu maşına mindirib aparmışlar. Pərviz də onlarla eyni vaxtda çıxıb getmişdir. Polislər həyəti tərk etməzdən əvvəl onlardan bir nəfəri evə qalxmış, kiminsə bu hadisəni telefona çəkib-çəkməməsi ilə maraqlanmış, evdə olan şəxslər də baş verənləri telefona çəkmədiklərini bildirmişlər. Polis əməkdaşı Cabbar müəllimə də müraciət edib demişdir ki, bu cinayət məsələsi ilə bağlıdır, onların öz işidir, özləri bu məsələni araşdırıb həll edəcəklər, kimsə düşünmədən baş verənləri çəkib internetə yerləşdirər və bunun nəticəsi çox pis ola bilər, bunu etmək olmaz. Sonra ətrafda videokameraların olub-olmamasını da yoxlayıb çıxıb getmişlər. Şahruqun hansı maşına mindiyini, Pərvizin oradan polislərin arxasınca necə getdiyini görməmişdir. Məhkəmədə əlavə şahid qismində dindirilmiş Şahid5 göstərdi ki, o, Bakı Dövlət Universitetində uzun illərdir pedaqoji fəaliyyətlə məşğuldur, ***-***-**-** saylı mobil telefondan istifadə edir. Əslində məhkəmədə ondan soruşulan hadisə ilə bağlı ona heç nəyin bəlli olmadığını desə, bu bir az qəribə görünə bilər. Amma hər şey də tam yadında qalmayıb. Yaşı da kifayət qədərdir, amma çalışıb nəyisə danışa bilər. 28 aprel 2020-ci il tarixi ona görə yadında qalıb ki, həmin gün onun nəvəsi dünyaya gəlib. O vaxtlar həm də koronavirus pandemiyasının geniş yayılması ilə əlaqədar tətbiq edilmiş məhdudiyyətlər çərçivəsində 65 yaşından yuxarı olan şəxslərin evdən çıxması qadağan edilmişdi. Ona görə də birmənalı olaraq həmin tarixdə bütün gün ərzində yaşadığı ünvan 8 ünvanında evdə olmuşdur. Yaşadığı ev elə yerdə yerləşir ki, müəyyən şeylərə görə heç vaxt qapını açıq qoymurlar. Həmin vaxtlar qohumu – qardaşı nəvəsi Şahid4 da ailəsi ilə birlikdə ona məxsus həmin evdə yaşamışlar və qeyd olunan gün o da ailəsi ilə birlikdə evdə olmuşdur. Nurlan arabir həm də anasıgilə gedib qalırdı. Həmin gün həyətdə baş verənlər barədə dəqiq xatırlamır, həm də ürəyi xəstədir. Ola bilsin ki, həm də bu səbəbdən evdəkilər hər baş verən hadisəni ona olduğu kimi danışmırlar. Amma ümumən həmin gün həyətdə “razborka” formasında elə-belə bir hadisənin baş verdiyini xatırlasa da detallarını yada salmaqda çətinlik çəkir. O, ümumən belə bilmişdir ki, kimsə gəlib onların həyətinə girmiş, sonra da polislər həmin şəxsi tutub aparmışlar. Elə vəziyyətdir ki, onların həyətinə darvazadan yad adam girə bilər, amma həmin adam həyətə girəndən sonra gəlib evin qapısını döyməsə bunu kimsə bilməz. O, özü şəxsən silah görməmişdir. Aradan müəyyən vaxt keçdiyi üçün, həm də yaşlı olduğundan və ürəyindəki problemlərlə bağlı çox şeyi xatırlamır. Amma Şahid4 hadisəni dəqiq görüb və o, bu hadisə barədə nə deyirsə həqiqətdir. Belə ki, Nurlan düz danışan adamdır və o, Nurlanın bütün dedikləri ilə razıdır. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, ekspertiza rəylərini, habelə digər sənədləri də sübut növü kimi qəbul edir. Məhkəmə-ballistik ekspertizasının 30 aprel 2020-ci il tarixli, 3/349 nömrəli rəyindən görünür ki, təqdim edilmiş 1 ədəd predmet kustar üsulla kastet (beşbarmaq) tipində hazırlanmış vurucu-əzici xassəyə malik soyuq silahdır və təyinatı üzrə istifadəyə yararlıdır (cild 1, iş vərəqə 64-67). Məhkəmə-ballistik ekspertizasının 30 aprel 2020-ci il tarixli, 3/348 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 ədəd silah zavod üsulu ilə istehsal edilmiş, 9 mm kalibrli, “SABY1-1907-0192” №-li “SUR-2608” modelli, səs və qaz patronundan atəş açmaq üçün nəzərdə tutulmuş qaz tapançasıdır – qaz silahıdır, istifadəyə yararlıdır, odlu silah hesab edilmir. Tədqiqata təqdim edilmiş 1 ədəd sandıqça zavod üsulu ilə istehsal edilmiş “SUR-2608” modelli tapançalarda istifadə edilmək üçün nəzərdə tutulmuş, 10 ədəd 9 mm kalibrli patron tutumuna malik funksional əhəmiyyət daşımayan sandıqçadır, istifadəyə yararlıdır (cild 1, iş vərəqə 116-119). Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya X12 Şəxsin 14 may 2020-ci il tarixli, 3531 saylı məktubunun məzmunundan görünür ki, Təqsirləndirilən şəxs Respublika Psixiatriya Xəstəxanasında müalicədə olmayıb (cild 1, iş vərəqə 135). Binəqədi qəsəbə inzibati ərazi üzrə icra nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə heç bir əks məlumat daxil olmadığı göstərilmişdir (cild 1, iş vərəqə 139). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsi tərəfindən verilmiş məlumatdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqə 140-141). Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə yanaşı irəli sürülmüş ittihamda həm də göstərilmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddəni qaçaqmalçılıqla, yəni, Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirmə, habelə, satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddəni əldə edib saxlamaqla daşıma və satma barədə şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikasının vətəndaşı “Şehram” adlı şəxslə və qeyrisi ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən “Şehram” adlı şəxs özü və ya qrupun digər üzvü naməlum şəraitdə, vaxtda qaçaqmalçılıqla, yəni, Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli külli miqdarda - 108,740 qram çəkidə narkotik vasitə heroini və külli miqdarda - 12,995 qram çəkidə psixotrop maddə metamfetamini Azərbaycan Respublikasının ərazisinə keçirmiş, cinayətkar sövdələşməyə əsasən Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda, şəraitdə və yerdə qanunsuz olaraq külli miqdarda həmin narkotik vasitə heroini və psixotrop maddə metamfetamini satış məqsədilə əldə edib üzərində saxlamaqla ünvan 9 ünvanın qarşısına qanunsuz daşımış, bu barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs 28 aprel 2020-ci il tarixdə saat 21 radələrində ünvan 10 ünvanın yaxınlığında saxlanılaraq adı çəkilən Baş İdarəyə gətirilmiş və orada həmin gün saat 22:05-dən etibarən üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan gödəkçəsinin sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümdə külli miqdarda - 108,740 qram çəkidə narkotik vasitə heroin, bir ədəd şəffaf sellofan bükümdə külli miqdarda 12,995 qram çəkidə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bununla belə, ibtidai istintaq orqanının təqdim etdiyi sübutlar məcmusunun, habelə məhkəmə istintaqı zamanı tədqiq edilmiş əlavə sübutların tədqiqi nəticəsində məhkəmə ibtidai istintaq orqanının qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddəni qaçaqmalçılıqla, yəni, Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirmə, habelə, satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddəni əldə edib saxlamaqla daşıma və satma ittihamının əsaslandırılması üçün təqdim etdiyi sübutların təqsirləndirilən şəxsin təqsirliliyini sübuta yetirmədiyi qənaətinə gəlir. Məhkəmə qanunu rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməklə bu nəticəyə gəlir. Belə ki, məhkəmə ibtidai istintaq orqanının həmin ittihamı əsaslandırmaq üçün təqdim etdiyi hər bir sübut üzrə gəldiyi nəticəni ayrı-ayrılıqda şərh etməyi zəruri hesab edir. Təhqiqat orqanı tərəfindən əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qəbul edilmiş 28 aprel 2020-ci il tarixli qərarda digər əməliyyat tədbirləri ilə bərabər, Təqsirləndirilən şəxs “əldə etdiyi narkotik və psixotrop maddələri saxlaması ehtimal olunan binalara, o cümlədən yaşayış binalarına…” baxış keçirilməsi və sair əməliyyat tədbirlərinin keçirilməsi qərara alınmışdır. Amma iş materiallarına əsasən daxil olmuş ilkin əməliyyat məlumatı ilə bağlı sənədləşmələrə əsasən kifayət qədər əsasların ola bilməsi güman edilsə də, qərara alınmış həmin tədbirlər keçirilməmiş, yalnız Təqsirləndirilən şəxs saxlanıb idarəyə gətirilərək şəxsi axtarış və götürmə aparılması haqqında 28 aprel 2020-ci il tarixli protokol tərtib edilmişdir. Həmin protokolda Təqsirləndirilən şəxs qeyd olunan tarixdə saat 21 radələrində Bakı şəhəri, Yasamal rayonu, Ümüd Ələkbərov küçəsi 118 ünvanının yaxınlığında piyada hərəkət edən zaman saxlanılıb Baş İdarəyə gətirildikdən sonra şübhəli şəxs qismində tutulduğu, şəxsi axtarış və götürmənin aparıldığı qeyd olunmuşdur. Məhkəmə, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə təqsirləndirilən şəxsin və şahidlər X6, X11, Şahid4, Şahid5 məhkəmədə verdikləri ifadələrini sübut kimi qiymətləndirir, hadisəni, onun səbəblərini, xarakterini, mexanizmini və ya inkişafını bilavasitə qavrayan bu şəxslərin məlumatlarını mötəbər hesab edərək onlara əsaslanmanı ədalətli sayır. Həmin sübutlarla birmənalı olaraq müəyyən olunur ki, Təqsirləndirilən şəxs protokolda göstərildiyi vaxtda – saat 21 radələrində deyil, məhz saat 19 radələrində saxlanmışdır. Onun Bakı şəhəri, Yasamal rayonu, Ümüd Ələkbərov küçəsi 118 ünvanının yaxınlığında piyada hərəkət edən zaman saxlanması ilə bağlı xüsusat isə ümumiyyətlə təkzib olunur. Təqsirləndirilən şəxs 28 aprel 2020-ci il tarixdə saat təxminən 19 radələrində Bakı şəhəri, Yasamal rayonu, Ümüd Ələkbərov küçəsində hərəkət edərkən təqib olunmağa başlanması, sonradan həyətlərin birində yuxarıdakı ifadələrdə təsvir olunan şəkildə saxlanması, onun faktiki şəxsi axtarışının həmin həyətdə aparılması, qaz silahının və beşbarmağın həmin həyətdə götürülməsi, üzərindən başqa qanunsuz əşya aşkar olunmaması məhkəmənin çoxsaylı sübutlar əsasında gəldiyi qənaətdir və hazırkı vəziyyətdə təkzibolunmaz reallıqdır. Belə olan halda şəxsi axtarış və götürmə protokolunun sübut kimi qəbul edilməsi artıq yolverilməzdir. Təqsirləndirilən şəxs videoçəkilişlə aparılmış həmin prosessual hərəkət zamanı silahı, beşbarmağı və külli miqdarda narkotik vasitəni və psixotrop maddəni könüllü şəkildə çıxardıb təqdim etməsi ilə bağlı detallar isə artıq tədqiq olunmuş sübutlar məcmusu ilə müqayisədə əhəmiyyətsizləşir. Hətta digər sübutlar nəzərə alınmayacağı halda belə, xeyli uzaq məsafədə saxlanmış şəxsin inzibati binaya gətirildiyi müddət ərzində hər hansı yoxlanışa məruz qalmaması, çox sərbəst şəkildə, hər hansı təhlükəsizlik tədbiri görülmədən tapançanı çıxardıb təqdim etməsi görüntüsü kifayət qədər inam yaratmayan mənzərədir, etibarlı qənaət üçün heç bir əsas vermir. Baxmayaraq ki, hələ əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında 28 aprel 2020-ci il tarixli qərarın 3-cü bəndində Təqsirləndirilən şəxs müəyyən olunduğu təqdirdə onun üstünün yoxlanılmalı olması artıq birbaşa müəyyənləşdirilmişdir (cild 1, iş vərəqə 6). Belə olan vəziyyətdə tədqiq olunan həmin şəxsi axtarış və götürmə protokolunun külli miqdarda narkotik vasitə və psixotrop maddənin məhz Təqsirləndirilən şəxs aid olmasının sübutu kimi qəbul edilməsi yolverilməzdir. Cinayət hadisəsi kimi külli miqdarda narkotik vasitə və psixotrop maddənin aşkar edilməsi faktı məhz həmin prosessual hərəkətə söykənir və ibtidai istintaq orqanının topladığı bütün sonrakı sübutların əksəriyyəti məhz bu faktın ətrafında fokuslaşır. Amma beşbarmaq və qaz silahının məhz Təqsirləndirilən şəxs aşkar edilməsi faktı Şahid4 və Şahid5 yaşadıqları ünvan 6 ünvandakı evin həyətində baş vermiş, həmin həyətdə keçirilmiş şəxsi axtarışı zamanı da üstündən narkotik vasitə və ya psixotrop maddə aşkar edilməsi halı müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs onu polis işçilərinin təqib etdiyini bildiyi halda 200 metrdən artıq məsafəni qaçdığı müddətdə, sonradan həyətlərdən birinə girib gözlədiyi vaxtda hətta üzərində narkotik vasitə və ya psixotrop maddə olsa idi belə onları tullamaq imkanın olması barədə ifadəsindəki mövqe də ağlabatan hesab edildiyindən, təqsirləndirilən şəxsin şərh olunan hissədə təqsirliliyinin sübuta yetirilməməsi barədə qənaət bir daha möhkəmlənir. İttihamın sübutları kimi ittiham aktında şərh olunan, şəxsi axtarış və götürmə protokolundakı xüsusatların faktiki olaraq olduğu kimi köçürüldüyü şahidlər Şahid2 Təbriz oğlu, X13 və Şahid1 ifadələrini də məhkəmə yuxarıda şərh olunan əsaslara görə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddəni qaçaqmalçılıqla, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirmə, habelə satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddəni əldə edib saxlamaqla daşıma və satma ittihamını təsdiq edən sübutlar kimi qəbul etmir. Həmin ifadələrdəki, şəxsi axtarış və götürmə protokolundakı ayrı-ayrı məqamları təkzib edən sübutlar məcmusu ilə yanaşı texniki rabitə kanallarından əldə olunmuş və hər hansı sübutla təkzib olunması mümkün olmayan xüsusatlar məhkəmənin gəldiyi qənaətin tam qanuni və əsaslı olduğunu bir daha təsdiq edir. Qeyd olunan ifadələrlə bağlı məhkəmə həm də qeyd etməyi zəruri hesab edir ki, ittihamın əsas sübutları kimi təqdim olunan hər üç şahid cinayət hadisəsi müəyyən edildikdən təxminən 4 ay sonra dindirilmişdir. Həmin ifadələrdə yalnız şahidlərin adları və tutduqları vəzifələrlə bağlı məlumatlar fərqlidir. Qalan hissədə, yəni faktiki həcmi bir vərəqdən az böyük olan hər üç ifadənin bütün mətni durğu işarələri də daxil olmaqla tam bir-birinin eynidir. Hər üç ifadənin mətninin ittihamın sübutu kimi təqdim olunan tam əsas hissəsi, konkret olaraq “Şəxsi axtarış və götürmə aparılmasından əvvəl…” sözləri ilə başlayıb “Şəxsi axtarış və götürmə zamanı “Samsung galaksi” markalı mobil telefonun viedeokamera funksiyasından istifadə etməklə BNMİ-nin əməkdaşı Şahid1 tərəfindən videoçəkiliş aparıldı” cümləsi ilə bitən böyük bir mətni tamamilə şəxsi axtarış və götürmə aparılması haqqında 28 aprel 2020-ci il tarixli protokolun məzmunu ilə eynidir. Bu mətnlərin hamısının bir-birinə köçürülməsi faktı aşkardır. Hətta Şahid1 özünün ifadəsində belə “Şəxsi axtarış və götürmə zamanı “Samsung galaksi” markalı mobil telefonun videokamera funksiyasından istifadə etməklə BNMİ-nin əməkdaşı Şahid1 tərəfindən videoçəkiliş aparıldı” cümləsi dəyişdirilmədən saxlanmışdır. Qeyd olunan şübhəli hallar məhkəmənin həmin şahid ifadələrinin qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddəni qaçaqmalçılıqla, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirmə, habelə satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddəni əldə edib saxlamaqla daşıma və satma ittihamını təsdiq edən sübutlar kimi qəbul etməməklə bağlı gəldiyi nəticəni bir daha möhkəmləndirir (cild 1, iş vərəqə 176-187). İbtidai istintaq orqanı ittihamı təsdiq edən digər sübut növləri kimi ittiham aktında təqsirləndirilən şəxsin qardaşı olan şahid X6 ilə Şahid2 Təbriz oğlu, X13 və Şahid1 arasında keçirilmiş üzləşdirmə protokollarına istinad etmişdir. Halbuki, həmin üzləşdirmə istintaq hərəkətləri heç bir halda qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddəni qaçaqmalçılıqla, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirmə, habelə satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddəni əldə edib saxlamaqla daşıma və satma ittihamının təsdiqinə yönəlməmişdir. Belə ki, reallıqda həmin üzləşdirmələrin keçirilməsini zəruri edən səbəb Təqsirləndirilən şəxs cinayət işinin materialları ilə tanış olduqdan sonra verdiyi vəsatət olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs cinayət işinin materialları ilə tanış olması barədə protokolu imzalayarkən yazılı qeyd verərək polis əməkdaşları tərəfindən saxlanarkən qardaşı Pərviz Şavruqovun onun yanında olduğunu bildirmiş və bu səbəbdən qardaşının dindirilməsini xahiş etmişdir (cild 1, iş vərəqə 228). Bundan sonra Pərviz Şavruqov şahid qismində ifadə verərək qardaşının əslində hansı şəraitdə və yerdə saxlanması halları ilə bağlı ifadə vermişdir. Bu ifadədən sonra şahidlər Şahid2 Təbriz oğlu, X13 və Şahid1 dindirilmiş, şahid Pərviz Şavruqovun bildirdiklərinin inkarına yönəlmiş hər üç ifadə tam mətni ilə birinin digərinə köçürülməsindən ibarət olmuşdur (cild 1, iş vərəqə 235-243). Bu ifadələrdən sonra şahid X6 ilə şahidlər Şahid2 Təbriz oğlu, X13 və Şahid1 arasında üzləşdirmələr keçirilmiş, hər üç üzləşdirmə zamanı da şahidlər Şahid2 Təbriz oğlu, X13 və Şahid1 verilən suala cavab olaraq ifadə mətni olaraq tam bir-birinin surəti olan cavab yazılmışdır (cild 1, iş vərəqə 244-249). Həmin üzləşdirmələri zəruri edən halın mahiyyəti və xarakteri də nəzərə alınmaqla, qeyd olunan üzləşdirmələrin təqsirləndirilən şəxsə elan edilmiş ittihamları təsdiq edən sübutlar kimi qiymətləndirilməsi heç bir halda mümkün deyildir. Məhkəmə araşdırmasının gedişində müvafiq qərar əsasında X4 məxsus ***-***-**-** saylı mobil telefon nömrəsinin 2020-ci ilin aprel ayının 28-də və 29-da olduğu yerin əhatə dairəsi (location) ilə bağlı məlumatlar, həmin nömrə ilə aparılmış danışıqların statistik açıqlamaları (daxil olan və çıxan zənglər barədə məlumatlar) "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən götürülmüşdür. Həmin məlumatlardan müəyyən olunur ki, 28 aprel 2020-ci il tarixdə X2 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə qardaşı Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsi arasında saat 18:48 dəqiqədə 50 saniyə davam edən, saat 18:50 dəqiqədə 79 saniyə davam edən, saat 18:52 dəqiqədə 24 saniyə davam edən üç danışıq baş vermişdir. Bu fakt isə Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən təqib olunarkən üç dəfə qardaşı Pərviz Şavruqovla danışması barədə sonuncunun və Təqsirləndirilən şəxs özünün eynilə təsvir etdiyi xüsusatı tam təsdiq edir. Həm də mobil operatorun məlumatına əsasən həmin danışıqlar vaxtı Pərviz Şavruqovun olduğu yerin əhatə dairəsi (location) Səbail rayonundakı Azərbaycan və İstiqlaliyyət prospektləridir. Bu əhatə dairəsi isə Pərviz Şavruqovun ifadəsində göstərdiyi kimi həmin vaxt həqiqətən iş yerində olduğunu və qardaşı ilə danışıqları ifadəsində təsvir etdiyi kimi iş yerində olarkən apardığını təsdiq edir. X2 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinin bu telefon zənglərindən sonra olduğu yerlərin əhatə dairələri (location) ilə bağlı məlumatlar da onun ifadəsində göstərdiyi məlumatlarla tam üst-üstə düşür. Belə ki, həmin məlumatlara əsasən qardaşı ilə iki telefon danışığından sonra Pərviz Şavruqov 28 aprel 2020-ci il tarixdə saat 18:58-də “Yasamal rayonu, Nizami küçəsi 21/Səbail”, “Yasamal rayonu, H.Cavid prospekti, 506-cı məhəllə/Səbail”, saat 19:05-də “Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Ə.Əhmədov küçəsi/Yasamal”, saat 19:05-də, 19:09-da, 19:10-da, 19:12-də “Yasamal rayonu, D.Bünyadzadə küçəsi 11 D/Yasamal”, saat 19:14-də, saat 19:32-də “Yasamal rayonu, Umud Ələkbərov küçəsi/Yasamal”, artıq saat 19:43-dən etibarən “Yasamal rayonu, D.Bünyadzadə küçəsi 11 D/Yasamal”, “Səbail rayonu, Badamdar qəsəbəsi/Səbail” antenlərinin əhatə dairəsində olmuş, gecə saat 23:45-dək həmin əhatə dairəsində olmaqla bəzilərinin davamiyyəti çox böyük olan çoxsaylı danışıqlar aparmış, onun Badamdar qəsəbəsindəki həmin anten dairəsində gecə saxtı son danışığı davamiyyəti 3408 saniyə olmaqla artıq 29 aprel 2020-ci il tarixdə saat 00:40-da qeydə alınmışdır. Sonrakı saatlarda onun şəhərin S.Əsgərova və Həsənoğlu küçələrindəki, Bakıxanov və Mirəli Qaşqay küçələrinin kəsişməsindəki, habelə bir neçə başqa ünvanlardakı antenlərin dairəsində danışıqları qeydə alınmış, amma sonradan yenə 29 aprel 2020-ci il tarixdə gecə saat 01:31, 01:50 və digər saatlarda “Səbail rayonu, Badamdar qəsəbəsi/Səbail” antenlərinin olduğu yerlərdə – Təqsirləndirilən şəxs saxlandığı idarənin inzibati binasının yerləşdiyi yerdə qeydə alınmışdır. X6 bütün gecəni ***-***-**-** saylı mobil telefon nömrəsi ilə intensiv, əsasən davamiyyəti xeyli böyük olan telefon danışıqları aparmaqda davam etmişdir. Bütün bu danışıqların və hərəkət marşrutunun müqayisəli təhlili məhkəmənin yekun qərara gələrkən istinad etdiyi sübutların daha mötəbər olması ilə bağlı qənaəti bir daha möhkəmləndirir. Belə ki, məhkəmə araşdırmasının gedişində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən əldə olunaraq tədqiq edilmiş, Təqsirləndirilən şəxs məxsus ***-***-**-** saylı mobil telefon nömrəsinin 2020-ci ilin aprel ayının 28-də və 29-da olduğu yerin əhatə dairəsi (location) ilə bağlı məlumatlar, həmin nömrə ilə aparılmış danışıqların statistik açıqlamalarından (daxil olan və çıxan zənglər barədə məlumatlar) müəyyən olunan, mötəbərliyi və dəqiqliyi mübahisəsiz qəbul olunan faktlar da məhkəmənin gəldiyi nəticələrin obyektivliyini, əsaslılığını bir daha təsdiq edir. Həmin məlumatlardan müəyyən olunur ki, 28 aprel 2020-ci il tarixdə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə qardaşı X2 istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsi arasında saat 18:48 dəqiqədə, saat 18:50 dəqiqədə və saat 18:52 dəqiqədə üç danışıq baş vermişdir. Bu fakt isə Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən təqib olunarkən üç dəfə qardaşı Pərviz Şavruqovla danışması barədə sonuncunun və Təqsirləndirilən şəxs özünün eynilə təsvir etdiyi xüsusatı tam təsdiq edir. Həm də mobil operatorun məlumatına əsasən həmin danışıqlar vaxtı Təqsirləndirilən şəxs olduğu yerin əhatə dairəsi (location) kimi “Yasamal rayonu, D.Bünyadzadə küçəsi 11D/Yasamal” anteni göstərilmişdir. Diqqət çəkən və şəxsin saxlanması vaxtının dəqiq müəyyənləşdirilməsi, habelə şahid ifadələri sübut kimi qiymətləndirilərkən onlardan hansılarının məhz obyektiv həqiqəti əks etdirməsinin aydınlaşdırılması baxımından mühüm əhəmiyyət kəsb edən daha bir təkzibedilməz xüsusat da odur ki, Təqsirləndirilən şəxs olduğu yerin əhatə dairəsi (location) ilə bağlı məlumatdan birbaşa müəyyən olunur ki, bu şəxs 28 aprel 2020-ci il tarixdə saat 18:06 dəqiqədən etibarən saat 18:52 dəqiqəyədək eyni anten dairəsində, yəni saxlandığı ünvanda olmuş, sonuncu danışığı da məhz saat 18:52 dəqiqədə qeydə alınmışdır. Bundan sonra nömrə işləməmişdir. Həmin nömrədə sonradan yalnız 29 aprel 2020-ci il tarixdə saat 08:09 dəqiqədə və 08:10 dəqiqədə SMS xidməti aktivləşmişdir. Həmin vaxtda isə anten dairəsi telefonun Badamdar qəsəbəsinin ərazisində olmasını təsdiqləyir. Beləliklə, bu məlumatların təhlili Təqsirləndirilən şəxs faktiki olaraq saat təxminən 19 radələrində saxlanması və bu saatdan sonra Baş Narkotiklərlə Mübarizə İdarəsinin Badamdar qəsəbəsində yerləşən inzibati binasına aparıldığı qənaətini və hadisənin faktiki mənzərəsi barədə təqsirləndirilən şəxsin və şahidlər X6, X11, Şahid4, Şahid5 ifadələrində göstərdiyi halların həqiqiliyini təsdiq edir. Məhkəmə araşdırmasının gedişində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən əldə olunmuş, iş üzrə şahid X9 məxsus ***-***-**-** saylı mobil telefon nömrəsinin 2020-ci ilin aprel ayının 28-də və 29-da olduğu yerin əhatə dairəsi (location) ilə bağlı məlumatlar, həmin nömrə ilə aparılmış danışıqların statistik açıqlamaları (daxil olan və çıxan zənglər barədə məlumatlar) tədqiq edilmişdir. Mobil operatorun məlumatına əsasən ***-***-**-** saylı mobil telefon nömrəsi 28 aprel 2020-ci il tarixdə saat 18:15-dək “Bakı şəhəri, Gənclər meydanı 1/Səbail” anten dairəsində, yəni digər şahid X2 istifadəsində olan ***-***-**-** saylı mobil telefonun həmin vaxt olduğu eyni yerdə olmuş, saat 18:51-dən etibarən isə “Yasamal rayonu, D.Bünyadzadə küçəsi 11D/Yasamal” anteni dairəsində olmuşdur. Eyni vaxtda X6 və Təqsirləndirilən şəxs da bu anten dairəsində, yəni sonuncunun saxlandığı ərazini əhatə edən dairədə olmuşlar. 28 aprel 2020-ci il tarixdə saat 19:58-dən isə X9 məxsus ***-***-**-** saylı mobil telefon nömrəsi “Səbail rayonu, Badamdar qəsəbəsi/Səbail” antenlərinin olduğu yerlərdə – Təqsirləndirilən şəxs saxlandığı idarənin inzibati binasının yerləşdiyi yerdə qeydə alınmışdır. Həmin anten dairəsində onun sonuncu zəngi gecə saatlarında – artıq 29 aprel 2020-ci il tarixdə saat 01:40 dəqiqədə qeydə alınmışdır. Bu təkzibedilməz texniki kanal məlumatları məlum hadisə günü baş verənlərlə bağlı təqsirləndirilən şəxsin və şahidlər X6, X11 və digərlərinin ifadələrində göstərdikləri məqamların həqiqət olmasına dəlalət edir, eyni zamanda, onların Təqsirləndirilən şəxs zəngindən sonrakı hərəkət marşrutları ilə bağlı bildirdiklərinin real həqiqət olduğunu birbaşa təsdiq edir. Məhkəmə araşdırmasının gedişində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən əldə olunmuş, iş üzrə Şahid4 məxsus ***-***-**-** saylı mobil telefon nömrəsinin 2020-ci ilin aprel ayının 28-də və 29-da olduğu yerin əhatə dairəsi (location) ilə bağlı məlumatlar, həmin nömrə ilə aparılmış danışıqların statistik açıqlamaları (daxil olan və çıxan zənglər barədə məlumatlar) araşdırılarkən müəyyən edilmişdir ki, ***-***-**-** saylı mobil telefon nömrəsi 28 aprel 2020-ci il tarixdə saat 03:20-dən 13:44-dək “Yasamal rayonu, D.Bünyadzadə küçəsi 11D/Yasamal” anteni dairəsində olmuş, onun həmin anten dairəsində növbəti danışıqları 19:01-dən etibarən qeydə alınmışdır. Bu fakt isə Şahid4 Təqsirləndirilən şəxs, X6, X11 ilə eyni vaxtda eyni anten dairəsində olduğunu təsdiq edir və ünvan 12 ünvanındakı evin həyətində baş vermiş saxlanma faktına dair verdiyi ifadənin obyektiv həqiqəti əks etdirdiyini bir daha sübuta yetirir. Məhkəmə araşdırmasının gedişində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən əldə olunmuş, iş üzrə Şahid5 məxsus ***-***-**-** saylı mobil telefon nömrəsinin 2020-ci ilin aprel ayının 28-də və 29-da olduğu yerin əhatə dairəsi (location) ilə bağlı məlumatlar, həmin nömrə ilə aparılmış danışıqların statistik açıqlamaları (daxil olan və çıxan zənglər barədə məlumatlar) araşdırılarkən müəyyən edilmişdir ki, ***-***-**-** saylı mobil telefon nömrəsi ilə 28 aprel 2020-ci il tarixdə gün ərzində, o cümlədən saat 18:38, 20:50, 20:57 dəqiqədə danışıqlar aparılarkən nömrə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən “Kamal Rəhimov küçəsi” kimi qeyd alınmış anten dairəsində olmuşdur. Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətinin rəsmi saytındakı məlumatlara əsasən isə həmin küçənin X23 küçəsindən başladığı və Dadaş Bünyadzadə küçəsi istiqamətində bitdiyi göstərilir. Bu fakt "xxxx" və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətlərinin həmin ərazidəki “Yasamal rayonu, D.Bünyadzadə küçəsi 11D/Yasamal” anteni dairəsi ilə eyni ərazini əhatə etdiyini, yəni 28 aprel 2020-ci il tarixdə bütün günü evdə olduğunu bildirmiş Şahid5 yaşadığı ünvan 13 ünvanındakı evin həmin anten dairəsinə düşdüyünü təsdiq edir. Mübahisə doğurmayan bu texniki kanal məlumatı Təqsirləndirilən şəxs onun həyətində saxlanması faktına dair Şahid5 ifadəsinin həqiqiliyini təsdiq edir. İbtidai istintaq orqanının ittihamı təsdiq edən digər sübut növləri kimi təqsirləndirilən şəxsin ibtidai istintaqın ilkin mərhələsində verdiyi özünün ifadəsinə istinad etmişdir. İttiham aktında həmin ifadə sübut kimi şərh olunarkən təqsirləndirilən şəxsin özünü elan olunmuş ittiham üzrə təqsirli bildiyi göstərilmiş və bundan sonra ifadəsi əks olunmuşdur. Amma həmin ifadənin özündə belə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.2-ci, 234.4.1-ci, 234.4.3-cü maddələri ilə nəzərdə tutulan əməlləri törətməsi barədə hər hansı etiraf mövcud deyildir, əksinə, ifadənin etiraf xaraterli hissəsi yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə bağlıdır. Narkotik vasitə və psixotrop maddəyə aid hissədə isə onları şəxsi istehlakı üçün əldə etməsi ilə bağlı fikirdən ibarətdir. Digər tərəfdən, həmin ifadənin özündə şəxsin saxlanma yeri, saxlanma vaxtı və halları, üzərinə baxış keçirilməsi halları və digər xüsusatlarla bağlı məhkəmə istintaqı zamanı tam təkzib olunan məqamlar əks olunmuşdur. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi və məhkəmə istintaqı zamanı tam təkzib etdiyi narkotik vasitə və psixotrop maddəni şəxsi istehlakı üçün əldə etməsi barədə həmin ifadəsi yekun nəticəyə gəlinərkən sübut kimi qiymətləndirilə bilməz. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Bu halda isə, nəinki etiraf iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edilmir, həm də təqsirləndirilən şəxsin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.2-ci, 234.4.1-ci və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməsi ilə bağlı ümumiyyətlə etirafı mövcud deyil. Ona görə də məhkəmə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsinin ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.2-ci, 234.4.1-ci, 234.4.3-cü maddələri ilə elan edilmiş ittihamın sübutu kimi nəzərə alınmasını tam əsassız qənaət hesab edir. Məhkəmə, məhkəmə istintaqı zamanı sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan verən sübutlar həcmi ilə bərabər, cinayət təqibi üzrə düzgün və əsaslı qərar qəbul edilməsində nəzərə alınması zəruri olan müəyyən edilmiş ayrı-ayrı məqamları da qeyd etməyi zəruri hesab edir. Belə ki, şahid - Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid3 məhkəmədə verdiyi ifadəsində Təqsirləndirilən şəxs narkotik vasitə satdığı şəxslərdən biri kimi bildirdiyi, Təqsirləndirilən şəxs isə ondakı qaz silahını görüb həqiqi tapança kimi qəbul etmiş və tutulduqdan sonra onda tapança olması barədə polisə məlumat verə biləcək şəxs kimi xatırlatdığı X10 barədə məhkəmə tərəfindən dəqiqləşdirmə aparılaraq müəyyən edilmişdir ki, ünvan 14 ünvanda yaşamış həmin şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 may 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci, 234.4.3-cü və 240.3.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək ona qəti olaraq 7 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilmişdir. Həmin hökmün məzmunundan, o cümlədən ona qarşı irəli sürülmüş ittihamdan müəyyən olunur ki, Seymur Şamxalovun satış məqsədilə qanunsuz olaraq əldə etdiyi külli miqdarda narkotik vasitələr və psixotrop maddələr Türkiyə Respublikasında yaşayan “Elşən” adlı şəxs tərəfindən istintaqa məlum olmayan vaxtda və şəraitdə qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasının ərazisinə gətirilmişdir. Qeyd olunan hökmdə Təqsirləndirilən şəxs ilə bağlı hər hansı məlumat mövcud deyildir. Bu hal da xüsusi diqqət çəkən məqamdır ki, həmin cinayət işi üzrə əməliyyat qrupunun rəhbəri hazırkı cinayət işi üzrə əməliyyat qrupunun rəhbəri olan Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid2 Təbriz oğludur. X10 və qeyrisi ilə bağlı əməliyat-axtarış tədbirləri keçirmiş əməliyyat qrupunun digər üzvü isə hazırkı cinayət işində yaradılmış əməliyyat qrupunun üzvü olan Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid1dur. Göründüyü kimi, rəsmi sənədlər, irəli sürülmüş ittihamların məzmunu, məhkəmə hökmü ilə müəyyən edilmiş mübahisəsiz hallar şahid - Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid3 məhkəmədə verdiyi ifadəsində X7 narkotik vasitələri Təqsirləndirilən şəxs satması ilə bağlı israrlı mövqeyi əsassızdır, hər hansı dəlilə söykənmir və mövcud sübutlarla tam təkzib olunur. Hökmdən o da müəyyən olunur ki, X10 21 aprel 2020-ci il tarixdə, yəni bu iş üzrə Təqsirləndirilən şəxs 7 gün əvvəl tutulmuşdur. Ondakı qaz silahının həqiqi tapança olduğunu zənn edən Seymur Şamxalovun tutulandan sonra polisə bu barədə məlumat verməsinə əmin olduğunu bildirən Təqsirləndirilən şəxs ifadələri bütövlükdə sübut kimi qəbul edilərkən onun ifadələrinin baş vermiş hadisənin səbəblərini, mexanizmini dəqiqləşdirmək baxımından ayrı-ayrı məqamlar üzrə uzlaşmaların mövcudluğunu məhkəmə rədd etmir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsinin barəsində həbs qətimkan tədbiri seçilərkən artıq gec də olsa özünü müdafiə etmək istəməsi, məhkəmədə ona deyilənlərdən kənara çıxaraq heç olmasa onu istifadəçi kimi tutmalarını xahiş etməsi ilə bağlı hissəsi ilə bağlı məqamı nəzərdən keçirərkən qeyd edir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin onun barəsində həbs qətimkan tədbiri seçilməsi haqqında 30 aprel 2020-ci il tarixli qərarında həqiqətən bu mövqe əks olunmuş və göstərilmişdir ki, məhkəmə iclasında təqsirləndirilən şəxs narkotik vasitələri öz istifadəsi üçün üzərində saxladığını bildirmişdir (cild 1, iş vərəqə 100-102). Ambulator məcburi narkoloji ekspertizasının 24 avqust 2020-ci il tarixli 2317 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur (cild 1, iş vərəqə 188-189). Mövcud sübutların məcmusu da nəzərə alınmaqla ittiham aktında sübut kimi istinad olunan bu rəy heç də Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddəni qaçaqmalçılıqla, yəni, Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirmə, habelə, satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddəni əldə edib saxlamaqla daşıma və satma əməllərini törətməsini təsdiq etmir. Məhkəmə-kimyəvi ekspertizasının 29 aprel 2020-ci il tarixli, 6/579 nömrəli rəyi isə Təqsirləndirilən şəxs aşkar edilməsi sübuta yetirilməyən heroin və və metamfetminlə bağlıdır. Rəyin özü bilavasitə hər hansı əlavə suallar yaratmır, ekspertə təqdim olunmuş maddələrlə bağlı əsaslandırılmış tədqiqatla bağlı gəlinmiş nəticə mövcuddur. Bununla belə, narkotik vasitənin və psixotrop maddənin növü və çəkisi ilə bağlı gəlinmiş nəticə buna qədər bütün şübhəli məqamların təqsirləndirilən şəxsin xeyrinə həll olunduğu vəziyyətdə Təqsirləndirilən şəxs cinayət törətməsini sübuta yetirən dəlil kimi qiymətləndirilə bilməz (cild 1, iş vərəqə 44-49). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin 20 iyun 2020-ci il tarixli, 008-2744-1220 nömrəli məktubundan görünür ki, X3 və qeyrilərinin narkotik vasitə və psixotrop maddəni nə vaxt, harada, kimdən əldə etməsi, onun digər cinayət əməllərinin törədilməsində iştirakının olub-olmamasının müəyyən edilməsi istiqamətində əməliyyat tədbirləri keçirilmiş, lakin müsbət nəticə əldə edilməmişdir (cild 1, iş vərəqə 144). İbtidai istintaq orqanının ittiham aktında sübut kimi istinad etdiyi bu sənəd isə nəinki ittihamın təsdiqinə yönəlmiş, əksinə, təqsirləndirilən şəxsin mənafeyinə uyğun mövqe formalaşdıraraq keçirilən əməliyyat tədbirləri nəticəsində ümumiyyətlə Təqsirləndirilən şəxs ilə bağlı hər hansı məlumatın mövcud olmamasını təsdiqləmişdir. Məhkəmə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş bütün sübutların məcmusu əsasında bu qənatə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.2-ci, 234.4.1-ci və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş əməlləri törətməsi sübuta yetirilmir. İbtidai istintaq orqanının Təqsirləndirilən şəxs həmin maddələrlə ittiham elan edərkən sübut kimi istinad etdiyi hallar məhkəmədə tam, hərtərəfli və obyektiv yoxlanıldıqdan sonra cinayət əməlinin sübuta yetirilməsinin israr edilməsi imkanı istisna olunur. Məhkəmə, mövcud sübutların məcmusu üzrə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddəni qaçaqmalçılıqla, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirmə, habelə, satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddəni əldə edib saxlamaqla daşıma epizodları üzrə təqsirliliyin sübuta yetirilməməsi ilə bağlı gəldiyi nəticənin qanuni və əsaslı olmasını vurğulayarkən, ibtidai istintaq orqanının ittiham aktında təqsirləndirilən şəxsin ona istinad edilən həmin əməlləri törətməsinin təsdiqi kimi istinad etdiyi yuxarıda sadalanan sübutları bütövlükdə şəxsin həmin cinayət əməllərini törətməsini təsdiq edə biləcək yetərli dəlillər hesab etmir. Qeyd etmək lazımdır ki, bütövlükdə ittiham faktiki olaraq yalnız şəxsi axtarış və götürmə aparılması haqqında protokola, polis əməkdaşlarının ifadələrinə əsaslanmışdır. Həmin protokol və ifadələr isə məhkəmə istintaqı zamanı tədqiq olunmuş digər sübutların məcmusu ilə şəxsin təqsirli bilinməsinə imkan verə biləcək yetərli mötəbər sübut kimi qiymətləndirilməsi imkanı xaricindədir. Beləliklə, məhkəmə bütün yuxarıda qeyd olunanları nəzərə alaraq, ibtidai istintaq orqanının təqdim etdiyi sübutları məhkəmədə araşdırıb bu qənaətə gəlir ki, Təqsirləndirilən şəxs ona istinad edilən külli miqdarda narkotik vasitə və psixotrop maddəni qaçaqmalçılıqla, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirmə, habelə, satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddəni əldə edib saxlamaqla daşıma cinayətlərini törətməkdə təqsirliliyi sübuta yetirilmir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifələrindən biri kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmçinin Cinayət-Prosessual Məcəlləsinin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144-cü, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Kondraşinanın Rusiya Federasiyasına qarşı işində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə edilməsin. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərar, Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərar, X20rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərar) qeyd edir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin sübutların yoxlanılması və qiymətləndirilməsindən bəhs edən müddəalarının tələbləri baxımından da gəldiyi nəticələri əsaslı hesab edir. Belə ki, cinayət-prosessual qanunvericiliyə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir (maddə 145.3). Hakim sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir (maddə 145.2). Bundan əlavə məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır (maddə 351.2). Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 42.2.4-cü maddəsinə əsasən həmin Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıxarılır. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri tədqiq edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, şəxsin təqsirliliyi sübuta yetirilmədikdə - şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə əsası ilə Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda narkotik vasitəni və psixotrop maddəni qaçaqmalçılıqla, yəni, Azərbaycan Respublikası Gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirmə, həmçinin satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib saxlamaqla daşıma epizodları üzrə bəraət verilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs bəraət verilməli olması ilə bağlı nəticəyə gələrkən yuxarıda sadalanan sübutlarla yanaşı aşağıdakılara da istinad edir: Belə ki, “Layıcov Azərbaycana qarşı” olan iş üzrə Avropa Məhkəməsinin qərarında qeyd edilmişdir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər. Həmin qərarda həmçinin qeyd olunmuşdur ki, prinsip etibarı ilə konkret sübut növlərinin, misal üçün ölkə qanunvericiliyinə görə qanunsuz yolla əldə edilmiş sübutun mümkünlüyünü və ya təbii olaraq ərizəçinin təqsirli olub-olmadığını müəyyənləşdirmək məhkəmənin vəzifəsi deyil. Burada cavab verilməli olan sual bütünlükdə prosesin, o cümlədən sübutların əldə edilmə yollarının qanuni olub-olmadığıdır. Prosesin bütünlükdə ədalətli olub-olmadığını müəyyən edən zaman eyni zamanda müdafiə tərəfinin hüquqlarının təmin olunub-olunmadığına fikir verilməlidir. Xüsusilə, ərizəçinin sübutun mötəbərliliyinə etiraz etməsi və onu təkzib etməsi üçün imkan yaradılmalıdır. Bundan əlavə, sübutun keyfiyyəti, o cümlədən onun əldə edilməsi şəraitinin sübutun mötəbərliyi və ya düzgünlüyünün şübhə altına alınıb-alınmadığı nəzərə alınmalıdır. Sübutun mötəbərliyi mübahisə olunduqda sübutun mümkünlüyünün araşdırılması üçün ədalətli prosedurların olması daha da çox əhəmiyyət kəsb etmiş olur. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinə əsasən, cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. Məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxsin təqsirsiz sayılmaq hüququ Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətarası müqavilələrdə və onların tətbiqi təcrübəsində də öz əksini tapmışdır. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin 2-ci bəndinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinin tələblərinə görə, şəxsin təqsirli olmasına əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1-ci və 42.1.4-cü maddələrinin tələblərinə görə, təqsirliliyi sübuta yetirilmədikdə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 350.2-ci maddəsinə əsasən, həmin məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası tam, hərtərəfli və obyektiv olaraq tədqiq olunan sübutlar toplusuna məcmu halında qiymət verərək və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.4-cü və 42.2.4-cü maddələrinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda narkotik vasitəni və psixotrop maddəni qaçaqmalçılıqla, yəni, Azərbaycan Respublikası Gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirməsi, həmçinin satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib saxlamaqla daşıması, yəni Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.2-ci, 234.4.1-ci, 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsində təqsiri müəyyən edilmədiyindən ittihamın qeyd olunan hissəsində Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin həmin maddələri ilə bəraət verilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.3.4-cü maddəsinin tələblərinə əsasən məhkəmənin bəraət hökmündə bəraət almış şəxsə cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın, məhkəmə xərclərinin ödənilməsi məsələsi və mülki iddia üzrə qərarın motivləri göstərilməlidir. Təqsirləndirilən şəxs cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində ona ziyan vurulması ilə bağlı məhkəməyə müraciət etməmişdir. Bəraət alması ilə əlaqədar ona cinayət təqibi orqanlarının qeyd olunan epizod üzrə qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın, məhkəmə xərclərinin ödənilməsi tələbi ilə müraciət hüququnun olması izah olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs yuxarıda şərh olunan epizod üzrə, yəni qanunsuz olaraq soyuq silah və qaz silahı əldə edib üzərində saxlamaqla gəzdirməsi sübuta yetirilmişdir və bu əməl ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs həmin əməli qəsdən törətmişdir, başa çatmış cinayətdir, təsnifata görə böyük ictimai təhlükə törətməyən cinayətdir. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən ittiham olunduğu cinayət əməllərindən biri üzrə –qanunsuz olaraq soyuq silah və qaz silahı əldə edib üzərində saxlamaqla gəzdirməsi ittihamı tam sübuta yetirilmişdir və bu əməl ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə tövsif edilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun bu maddə üzrə cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.4-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, digər cinayət əməlləri ilə bağlı hissədə isə bəraət verilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cəza təyin edərkən məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşaqlarının olmasını, həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən isə Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə özünü təqsirli bilərək səmimi peşman olmasını, əvvəllər məhkum olunmamasını onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 28 aprel 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 30 aprel 2020-ci il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin 28 aprel 2020-ci il tarixdən hesablanması qərara alınmışdır (cild 1, iş vərəqə 22, 100-102). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 28 aprel 2020-ci il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlanma yerinə təhvil verilmiş, 1 (bir) ədəd 9 mm kalibrli “SABY1-1907-0192” N-li, ”SUR-2608” modelli qaz tapançası xüsusi müsadirə olunaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinə təhvil verilməli, 1 (bir) ədəd kastet (beşbarmaq) məhv edilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 108,590 qram təşkil edən heroin və qalıq çəkisi 12,895 qram təşkil edən metamfetaminlə bağlı qərarın müəyyən edilməmiş qalan cinayət törətmiş şəxsin cinayət təqibi məsələsinin həll ediləcəyi cinayət işi üzrə qəbul edilməli olması nəzərə alınmalıdır. Şəxsi axtarış keçirilməsi görüntüsünü əks etdirən 01 ədəd CD disk də həmin cinayət epizodları ilə bağlı cinayət təqibi məsələsi həll edilməli olması ilə bağlı işdə saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs bəraət veriləcək epizod üzrə keçirilmiş məhkəmə-kimyəvi ekspertizası ilə bağlı 114 (bir yüz on dörd) manat (cild 1, iş vərəqə 45) məbləğində məhkəmə xərcinin aqibətinin müəyyən edilməmiş qalan cinayət törətmiş şəxsin cinayət təqibi məsələsinin həll ediləcəyi cinayət işi üzrə müəyyənləşdirilməli olması nəzərə alınmalı, onun təqsirli bilindiyi cinayət epizodu ilə bağlı keçirilmiş məhkəmə-ballistik ekspertizaları ilə əlaqədar 128 manat (cild 1, iş vərəqə 65, 117) isə Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 27.12.1996-cı il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25.06.2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30.03.2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da, əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39, 42.1, 42.1.4, 346-347, 349-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 28 aprel 2020-ci il tarixdən hesablansın. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə hesablanarkən Təqsirləndirilən şəxs həbsdə olduğu müddət ona təyin olunmuş azadlıqdan məhrum etmə növündə cəzanın müddətini əhatə etdiyindən onun cəzası tam çəkilmiş hesab edilsin, barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv olunsun və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.2-ci, 234.4.1-ci və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi ilə bağlı hissədə təqsirliliyi sübuta yetirilmədiyindən ona bəraət verilsin. Bəraət alması ilə əlaqədar Təqsirləndirilən şəxs cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın və məhkəmə xərclərinin ödənilməsi tələbi ilə müraciət hüququnun olması izah olunsun. İş üzrə maddi sübutlar: - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlanma yerinə təhvil verilmiş, 1 (bir) ədəd 9 mm kalibrli “SABY1-1907-0192” N-li, ”SUR-2608” modelli qaz tapançası xüsusi müsadirə olunaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinə təhvil verilsin; - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlanma yerinə təhvil verilmiş 1 (bir) ədəd kastet (beşbarmaq) məhv edilsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 108,590 qram təşkil edən heroin və qalıq çəkisi 12,895 qram təşkil edən metamfetaminlə bağlı qərarın müəyyən edilməmiş qalan cinayət törətmiş şəxsin cinayət təqibi məsələsinin həll ediləcəyi cinayət işi üzrə qəbul edilməli olması nəzərə alınsın. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntüsünü əks etdirən 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 128 (bir yüz iyirmi səkkiz) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə köçürülsün. Narkotik vasitə və psixotrop maddə ilə bağlı keçirilmiş ekspertiza ilə əlaqədar 114 (bir yüz on dörd) manat məbləğində məhkəmə xərcinin aqibətinin müəyyən edilməmiş qalan cinayət törətmiş şəxsin cinayət təqibi məsələsinin həll ediləcəyi cinayət işi üzrə müəyyənləşdirilməli olması nəzərə alınsın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.2-ci, 234.4.1-ci, 234.4.3-cü maddələrinə münasibətdə cinayəti törətmiş şəxs müəyyən edilməmiş qaldığından, hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin müddəaları ilə nəzərdə tutulmuş qaydada müəyyən edilməmiş qalan cinayət törəmiş şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün baxılmış cinayət işi üzrə materiallar ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən, apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-377/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-377/2021
26.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver