Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-377/2022 31.01.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Əli İrfan oğlunun sədrliyi, hakimlər Qəribov Fikrət Atlıxan oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1994-cü ildə Astara rayonu, Kakalos kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, 2 (iki) azyaşlı uşağı olan, işləməyən, əvvəllər məhkum olunmayan, Astara rayonu, Kakalos kəndində qeydiyyatda olan və həbs olunanadək Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu ərazisində nömrəsiz fərdi yaşayış evində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə və külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitələri əldə edib daşımaqla saxlamışdır. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə, Təqsirləndirilən şəxs 25 avqust 2021ci il tarixdə istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq satış məqsədi ilə ümumi təmiz çəkisi 1180,78 qram, yəni külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroini, ümumi təmiz çəkisi 245,0 qram, yəni külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini və ümumi təmiz çəkisi 186,213 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edib Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsinə daşımış, 30 avqust 2021-ci il tarixdə, saat 16:00 radələrində Xəzər rayon Polis İdarəsinin 3-cü Polis bölməsinin və PPXB-nin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Binə südçülük sovxozu ərazisində şübhəli şəxs qismində saxlanılaraq Xəzər rayon Polis İdarəsinin 3-cü Polis bölməsinə aparılmış, orada onun üzərinə şəxsi axtarış, baxış və götürmə aparılan zaman əynində olan qısa şalvarın sağ yan cibindən 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,780 qram olan qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan sonra həmin gün saat 17:30 radələrində Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Binə südçülük sovxozunda yerləşən nömrəsiz fərdi yaşayış evində axtarış, baxış və götürmə aparılan zaman evdən Təqsirləndirilən şəxs saxlanılarkən üzrəindən aşkar edilərək götürülmüş 0,780 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroinlə və bir-biriləri ilə eynilik təşkil edən 5 (beş) ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 310,0 qram, 340,0 qram, 340,0 qram, 95,0 qram və 95,0 qram, ümumi təmiz çəkisi 1180,0 qram təşkil edən, yəni külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin, bir-biriləri ilə eynilik təşkil edən 2 (iki) ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 100,0 qram və 145,0 qram, ümumi təmiz çəkisi 245,0 qram təşkil edən, yəni külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və bir-biriləri ilə eynilik təşkil edən 3 (üç) ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 14,812 qram, 36,401 qram və 135,0 qram, ümumi təmiz çəkisi 186,213 qram təşkil edən tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və üzərində narkotik vasitə heroinin izləri olan 2 (iki) ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, özü narkotik vasitə və psixotrop maddələrdən heç vaxt istifadə etməmişdir. O, rəsmi qaydada nikaha daxil olmasa da, dini kəbinlə nikah münasibətlərinə daxil olaraq ailə həyatı qurmuşdur. Onun 2 (iki) azyaşlı uşağı var. O, evləndikdən sonra Astara rayonundan Bakı şəhərinə köçmüş və ailəsi ilə birlikdə Binə kəndində yaşamağa başlamışdır. Həmin ərəfədə o, “Əzizbəyov” metrosunun yanında yerləşən obyektlərin birində işləmiş və ailəsini normal şəkildə dolandırmışdır. “Covid-19” infeksiyasının yayıldığı və ölkədə karantin rejimi tətbiq edildiyi vaxt o, işsiz qalmışdır. Bu səbəbdən də o, maddi cəhətdən çətinlik çəkməyə başlamışdır. O, özünə iş axtarsa da, tapa bilməmişdir. Ailəsini dolandıqmaq üçün onun pula ehtiyacı olmuşdur. Bu ərəfədə o, sosial şəbəkələrin birində “Şəhriyar” adlı İran İslam Respublikasının vətəndaşı ilə tanış olmuşdur. Şəhriyar ona narkotik vasitələrin alqı-satqısı ilə məşğul olmağı təklif etmişdir. Onun maddi imkanı zəif olduğundan o, Şəhriyarın təklifi ilə razılaşmışdır. Bundan sonra Şəhriyar 1 (bir) kiloqram narkotik vasitəni deyəcəyi yerə çatdıracağı təqdirdə ona 1.000 manat pul verəcəyini bildirmişdir. O, ailəsini dolandırmağa çətinlik çəkdiyindən məcburiyyət qarşısında qalaraq Şəhriyar ilə razılaşmışdır. O, Şəhriyarla “Votsap” sosial şəbəkəsi vasitəsi ilə əlaqə saxlamışdır. Sonra Şəhriyar onunla “Votsapla” əlaqə saxlayaraq narkotik vasitənin olduğu yerin şəklini göndərmiş və o da gedib həmin yerdən, yəni yaşadığı evə yaxın yerdə yerləşən Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsinin yanındaki körpünün aşağı hissəsindən gedib narkotik vasitələri götürmüş və yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Binə südçülük sovxozunda yerləşən fərdi yaşayış evinə daşıyaraq evin yataq otağında olan çarpayının altında gizlətmişdir. O, birinci dəfə idi ki, belə işlə məşğul olduğundan çox qorxmuşdur. Ona görə də o, qonşuluqda yaşayan qonşusuna iranlı şəxsin ona narkotik vasitə göndərdiyini və onun da “kuryer” kimi həmin şəxsin göndərdiyi narkotik vasitəni götürdüyünü bildirmişdir. Həmin qonşu da yəqin ki, onu polis əməkdaşlarına “satmışdır”. Belə ki, 30 avqust 2021-ci il tarixdə, təxminən saat 16:00 radələrində o, yaşadığı evin yaxınlığında olan zaman polis əməkdaşları ona yaxınlaşaraq narkotik vasitələrin dövriyyəsində, saxlanmasında, daşınmasında və istifadəsində şübhəli olduğunu deyib onun yaşadığı evdə axtarış keçiriləcəyini demişlər. O da evdə axtarış keçirilməsinə etiraz etməmişdir. Axtarış zamanı evdən 1 (bir) ədəd bağlamanın işində cəmi 9 (doqquz) ədəd bükümdə narkotik vasitə və 2 (iki) ədəd elektron tərəzi aşkar edilmişdir. Bundan sonra həmin maddələr polis əməkdaşları tərəfindən qablaşdırılaraq götürülmüşdür. O, törətdiyi əməldən çox peşmandır. O, “kuryer” kimi narkotik vasitələri “Şəhriyarın” dediyi yerdən götürüb sonuncunun deyəcəyi yerə qoyacağının müqabilində pul almalı imiş. Lakin o, heç kəsə narkotik vasitə satmamışdır. O, ailəsini dolandırmaq üçün bunu etmişdir. Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiklərinin nəzərə alınmasını və barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqında verdiyi etirafedici ifadəsini, şahid ifadələrini, habelə cinayət işinin materiallarında olan çoxsaylı obyektiv sübutları ayrıayrılıqda və məcmu halda təhlil edib nəzərə alaraq və qeyd edilən sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs həqiqətən də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 30 avqust 2021-ci il tarixdə Xəzər rayon Polis İdarəsinə əməliyyat məlumatı daxil olmuşdur. Həmin əməliyyat məlumatı Zaman adlı şəxsin narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması barədə olmuşdur. Araşdırma zamanı həmin şəxsin xx xxxx 1994-cü ildə Astara rayonu, Kakalos kəndində anadan olmuş, faktiki olaraq Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Binə Südçülük sovxozu ərazisində nömrəsiz fərdi yaşayış evində yaşayan Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. Bundan sonra o, digər polis əməkdaşı Şahid2 ilə birlikdə Təqsirləndirilən şəxs barəsində daxil olmuş əməliyyat məlumatını yoxlamaq və Təqsirləndirilən şəxs ifşa etmək məqsədi ilə 30 avqust 2021-ci il tarixdə, saat 15:50 radələrində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Binə Südçülük sovxozu ərazisində yaşadığı evin yaxınlığına yollanmışlar. Onlar orada müşahidə aparmağa başlamışlar və bir neçə dəqiqədən sonra Təqsirləndirilən şəxs həmin yerdə hərəkət etməsini görmüşlər. Bundan sonra onlar Zamana yaxınlaşıb özlərini təqdim edib Xəzər RPİ-nin əməkdaşları olduqlarını bildirmişlər. Bundan sonra onlar Təqsirləndirilən şəxs Xəzər oğlunu 3-cü Polis bölməsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs də onlara etiraz etməyərək onlarla birlikdə 3-cü Polis bölməsinə getmişdir. Polis bölməsində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsindən ötrü aidiyyəti əməkdaşlara göstəriş verilməsi üçün raportla Polis bölməsinin rəisinə müraciət edilmişdir. Faktla bağlı araşdırma aparılması üçün material Xəzər RPİ-nin İŞ-nin baş müstəntiqi, polis mayoru Nicat Əliyevə həvalə edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs müstəntiqə təqdim olunmuşdur. X6 şübhəli şəxs Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi məqsədi ilə müdafiəçi dəvət etmiş və Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması barədə qərar qəbul etmişdir. Sonra X6 həmin gün Təqsirləndirilən şəxs, dəvət olunmuş müdafiəçinin və onların iştirakı və videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyini bildirmişdir. Şəxsi axtarış keçirilməmişdən əvvəl şübhəli şəxs qismində saxlanılmış Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah edilmiş və üzərində qeyri-qanuni əşya varsa təqdim etməsi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan qısa şalvarın sağ yan cibindən 1 (bir) ədəd bükümü çıxararaq təqdim etmiş və həmin bükümün içərisində narkotik vasitə heroin olduğunu bildirmişdir. Həmin bükümün içərisindən spesifik iyə malik qəhvəyi rəngli narkotik vasitə heroinə oxşar maddə aşkar olunmuşdur. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən digər qanusuz əşya və predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 1 (bir) ədəd bükümdə olan kütlə zərfə qoyulmuş və zərf möhürlənərək üzərində müvafiq qeydlər aparılmışdır. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs sosial şəbəkədə tanış olduğu və özünü İran İslam Respublikası vətəndaşı kimi təqdim etmiş tanımadığı şəxsdən 1.500 manata satış məqsədi ilə narkotik vasitə heroin, psixtrop maddə meiamfetamin və narkotik vasitə qurudulmuş marixuana aldığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Binə körpüsü yaxınlığında iranlı şəxsin gizlətdiyi yerdən qeyd olunan maddələri götürdüyünü, üzərindən aşkar olunmuş 1 (bir) ədəd bükümdə olan heroini şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin digər hissəsini isə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Binə Südçülük sovxozunda yerləşən yaşadığı nömrəsiz fərdi evdə saxladığını və həmin maddələri təqdim edə biləcəyini bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsinə etirazının olmadığını onlara bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Binə Südçülük sovxozunda yerləşən yaşadığı nömrəsiz fərdi evə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etirazının olmaması barədə ərizə vermişdir. Sonlar onlar Təqsirləndirilən şəxs və dəvət olunmuş müdafiəçi ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı evə getmişlər. X6 30 avqust 2021-ci il tarixdə, saat 17:30-da Təqsirləndirilən şəxs, dəvət olunmuş müdafiəçinin, dəvət olunmuş hal şahidləri Şahid3 və Şahid4 və onların iştirakı və videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirməyə başlamışlar. Baxış keçirilməzdən əvvəl X6 şübhəli şəxs Təqsirləndirilən şəxs sözügedən evdə olması ehtimal olunan narkotik vasitələri və psixotrop maddələri, eləcə də saxlanılması qanunla qadağan edilmiş əşyaları və sənədləri təqdim edilməsini təklif etmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs yaşadığı evin qonaq otağında olan masanın üzərindəki 2 (iki) ədəd qara rəngli bağlamanı, 1 (bir) ədəd qırmızımtıl rəngli bağlamanı və 1 (bir) ədəd elektron tərəzini təqdim edərək həmin bükümlərdən ikisinin içində psixotrop maddə metamfetamin, birinin içində isə narkotik vasitə heroin olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs qonaq otağından sağ tərəfdə yerləşən yataq otağındakı uşaq beşiyinin içərisindən qara rəngli çiyin çantasını təqdim etmişdir. Həmin çantaya baxış keçirilən zaman çantadan 2 (iki) ədəd sellofan torbada ot kütləsi, 2 (iki) ədəd sellofan torbada tünd qəhvəyi rəngli spesifik iyə malik maddə, 1 (bir) ədəd qara rəngli dairəvi formada bağlanmış spesifik iyə malik maddə, 1 (bir) ədəd qırmızı rəngli bağlamada spesifik iyə malik tünd qəhvəyi rəngli maddə, 1 (bir) ədəd kiçik ölçülü bağlamada ot şəkilli spesifik iyə malik maddə və 1 (bir) ədəd elektron tərəzi aşkar edilmişdir. Təqsirləndirilən şəxs aşkar edilmiş maddələrin “kakos” kimi tanıdığı narkotik vasitə heroin, “şüşə” kimə tanıdığı psixotrop maddənin metamfetamin, otun isə narkotik vasitə marixuana olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs evdən aşkar edilmiş narkotik vasitələri ümumilikdə 1.500 manata 25 avqust 2021-ci il tarixdə İran İslan Respublikasının vətəndaşı kimi özünü sosial şəbəkədə tanıdan şəxsdən satmaq üçün aldığını bildirmişdir. Təqsirləndirilən şəxs evindən aşkar olunmuş maddələr və 2 (iki) ədəd elektron tərəzi zərfə qoyumuş, sonra bu barədə protokol tərtib edilmiş və həmin protokol bütün iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra evin digər otaqlarına baxış keçirilmiş, lakin iş üçün əhəmiyyət kəsb edən digər əşya, predmet və maddə aşkar olunmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 oxşar məzmunlu ifadə verməklə Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, o, 30 avqust 2021-ci tarixdə, saat 17:20 radələrində Binə qəsəbəsində olarkən polis əməkdaşları ona yaxınlaşmışlar və özlərini təqdim edərək tərəflərindən saxlanılmış bir nəfər şəxsin yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunda yerləşən nömrəsiz fərdi evinə baxış keçirəcəklərini bildirmişlər. Sonra polis əməkdaşları həmin baxışda onun da hal şahidi qismində iştirak etməyini ondan xahiş etmişlər. O da polis əməkdaşlarına razılıq verərək polislərlə birlikdə həmin evə getmişdir. Həmin vaxt ondan əlavə başqa bir nəfər də hal şahidi kimi həmin ünvana dəvət olunmuşdur. Onların hər birinə polis əməkdaşları tərəfindən hüquq və vəzifələrinimiz izah etdikdən sonra onlar polis əməkdaşları, şübhəli şəxs qismində saxlanılmış Təqsirləndirilən şəxs və vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunda yerləşən nömrəsiz fərdi yaşayış evinə daxil olmuşlar. Baxış prosesində Təqsirləndirilən şəxs yaşadığı evin qonaq otağında olan masanın üzərindəki 2 (iki) ədəd qara rəngli bağlamanı, 1 (bir) ədəd qırmızımtıl rəngli bağlamanı və 1 (bir) ədəd elektron tərəzini təqdim edərək həmin bükümlərdən ikisinin içində psixotrop maddə metamfetamin, birinin içində isə narkotik vasitə heroin olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs qonaq otağından sağ tərəfdə yerləşən yataq otağındakı uşaq beşiyinin içərisindən qara rəngli çiyin çantasını təqdim etmişdir. Həmin çantaya baxış keçirilən zaman çantadan 2 (iki) ədəd sellofan torbada ot şəkilli maddə, 2 (iki) ədəd sellofan torbada tünd qəhvəyi rəngli spesifik iyə malik maddə, 1 (bir) ədəd qara rəngli dairəvi formada bağlanmış xüsusi iyi olan maddə, 1 (bir) ədəd qırmızı rəngli bağlamada xüsusi iyi olan tund qəhvəyi rəngli maddə, 1 (bir) ədəd kiçik ölçülü bağlamada ot şəkilli xüsusi iyi olan maddə və 1 (bir) ədəd elektron tərəzi aşkar edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs bildirmişdir ki, aşkar edilmiş maddələr “kakos” kimi tanınan narkotik vasitə heroin, “şüşə” kimi tanınan psixotrop maddə metamfetamin və ot kütləsi isə narkotik vasitə marixuana olmuşdur. Təqsirləndirilən şəxs həmin maddələri 1.500 manata İran İslan Respublikasının vətəndaşı kimi özünü sosial şəbəkədə tanıdan şəxsdən satmaq üçün aldığını bildirmişdir. Təqsirləndirilən şəxs evindən aşkar olunmuş qeyd olunan maddələr və 2 (iki) ədəd elektron tərəzi zərfə qoyulmuş, zərf möhürlənərək üzərində müvafiq qeydlər aparılmış və orada olan bütün iştirakçılar tərəfindən imzalanaraq götürülmüşdür. Evin digər otaqlarına baxış keçirilsə də, iş üzrə əhəmiyyət kəsb edən hər hansı bir əşya, predmet və maddə aşkar olunmamışdır. Sonra bu barədə protokol tərtib edilmiş və orada olan iştirakçılar tərəfindən həmin protokol imzalanmışdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 30 avqust 2021ci il tarixli əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərardan (cild 1, iş vərəqə 6-7) görünür ki, Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 30 avqust 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan (cild 1, iş vərəqə 13) görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 30 avqust 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild 1, iş vərəqə 23) görünür ki, həmin gün Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 30 avqust 2021-ci il tarixli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması haqqında qərardan (cild 1, iş vərəqə 32) görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 30 avqust 2021-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan (cild 1, iş vərəqə 33-34) görünür ki, şəxs axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qısa şalvarın (şortikin) sağ yan cibindən 1 (bir) ədəd bükümü çıxararaq polis əməkdaşlarına təqdim etmiş və həmin bükümün içərisində “kakos” kimi tanıdığı, əslində isə narkotik vasitə heroin olduğunu bildirmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 30 avqust 2021-ci il tarixli əzirədən (cild 1, iş vərəqə 35) görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən evə baxış keçirilməsinə etiraz etməmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 30 avqust 2021-ci il tarixli evə baxış, axtarış və götürmə aparılması haqqında qərardan (cild 1, iş vərəqə 37) görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunda yerləşən nömrəsiz fərdi yaşayış evində baxış, axtarış və götürmə aparılması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 30 avqust 2021-ci il tarixli axtarış, baxış və götürmə aparılması haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən (cild 1, iş vərəqə 39-45) görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Binə Südçülük sovxozunda yerləşən evdə axtarış, baxış və götürmə keçirilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs yaşadığı evin qonaq otağında olan masanın üzərindəki 2 (iki) ədəd qara rəngli bağlamanı, 1 (bir) ədəd qırmızımtıl rəngli bağlamanı və 1 (bir) ədəd elektron tərəzini polis əməkdaşlarına təqdim edərək həmin bükümlərin ikisinin içində psixotrop maddə metamfetamin, birinin içində isə narkotik vasitə heroin olduğunu bildirmişdir. Bundan sonra qonaq otağında sağ tərəfdə yerləşən yataq otağına axtarış, baxış və götürmə keçirilərkən Təqsirləndirilən şəxs yataq otağında yerləşən uşaq beşiyinin içərisindən qara rəngli çiyin çantasını təqdim etmişdir. Həmin çantaya baxış keçirilərkən çantanın içərisindən 1 (bir) ədəd sellofan torbada spesifik iyə malik ot şəkilli maddə, 1 (bir) ədəd qismən kiçik ölçülü sellofan torbada spesifik iyə malik ot şəkilli maddə, 1 (bir) ədəd sellofan torbada tünd qəhvəyi rəngli spesifik iyə malik maddə, 1 (bir) ədəd qismən kiçik ölçülü sellofan torbada tünd qəhvəyi rəngli spesifik iyə malik maddə, 1 (bir) ədəd qara rəngli dairəvi formada bağlanmış spesifik iyə malik maddə, 1 (bir) ədəd qırmızı rəngli bağlamada spesifik iyə malik tünd qəhvəyi rəngli maddə, 1 (bir) ədəd kiçik ölçülü bağlamada ot şəkilli spesifik iyə malik maddə və 1 (bir) ədəd elektron tərəzi aşkar edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 31 avqust 2021-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 6/3791 nömrəli ekspertiza rəyindən (cild 1, iş vərəqə 54-56) görünür ki, tədqiqata təqdim edilmiş üzərində: «Azərbaycan Respublikası DİN Zərflər üçün № 244» dairəvi möhür əksi olan bir ədəd zərfdə və bir ədəd qara rəngli parça torbada olan: üzərində «Təqsirləndirilən şəxs.......» sözləri, soyadlar və imzalar qeyd edilmiş 1 (bir) ədəd parça torbada olan 5 (beş) ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkisi 310,0 qram, 340,0 qram, 340,0 qram, 95,0 qram, 95,0 qram, ümumi təmiz 1180,0 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Digər 2 (iki) ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkisi 100,0 qram, 145,0 qram, ümumi təmiz çəkisi 245,0 qram olan ağ rəngli kristallik formada maddə xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, üzərində «Təqsirləndirilən şəxs əynində olan...» sözləri, soyad və imzalar qeyd edilmiş 1 (bir) ədəd zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,780 qram olan qəhvəyi rəngli maddə - kustar usulla hazırlanmış narkotik vasitə heroindir. Təqdim edilmiş 6 (altı) ədəd bükümdə narkotik vasitə olan heroinlər kimyəvi tərkib komponentlərinə görə eynilik təşkil edir. 2 (iki) ədəd elektron tərəzidə narkotik vasitə olan heroinin izləri vardır. Heroin iz şəklində olduğu üçün çəkisini müəyyən etmək mümkün olmamışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 31 avqust 2021-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 7/853 nömrəli ekspertiza rəyindən (cild 1, iş vərəqə 60-61) görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 3 (üç) ədəd bükümdə, olan ayrı-ayrılıqda təmiz çəkiləri 14,812 qram, 36,401 qram, 135,0 qram, ümumi çəkisi 186,213 qram bitki mənşəli kütlələr tərkiblərinə görə eyni olub, tərkibində narkotik maddələr olan çətənə (karınabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasiətə qurudulmuş marixuanadır. Təqdim edilmiş 2 (iki) ədəd elektron tərəzidə bitki mənşəli maddələrin izləri yoxdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 01 sentyabr 2021-ci il qərardan (cild 1, iş vərəqə 72) görünür ki, Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsindən həmin Məcəllənin 234.4.3-cü maddəsinə tövsif edilməsi qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 01 sentyabr 2021-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 1, iş vərəqə 74-76) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə üzrə ittiham elan edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 01 sentyabr 2021-ci il tarixli Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 4(003)-359/2021 saylı qərarından (cild 1, iş vərəqə 96-98) görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 30 avqust 2021-ci il tarixdən hesablanmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 16 sentyabr 2021-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən (cild 1, iş vərəqə 101-102) görünür ki, Təqsirləndirilən şəxs üzərində məhkumluğu yoxdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 17 sentyabr 2021-ci il tarixli Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 5(003)-343/2021 saylı qərarından (cild 1, iş vərəqə 103) görünür ki, Təqsirləndirilən şəxs barəsində qəbul edilmiş əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair 30 avqust 2021-ci il tarixli qərar qanuni hesab edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 05 oktyabr 2021-ci il tarixli arayışdan (cild 1, iş vərəqə 116) görünür ki, Əliyev X4 rayonu, Kakalos kəndində qeydiyyatdadır, lakin faktiki olaraq Bakı şəhərində yaşayır. Təqsirləndirilən şəxs ailə üzvləri arvadı və 2 (iki) övladından ibarətdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xasiyyətnamədən (cild 1, iş vərəqə 117) görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 21 oktyabr 2021-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin 4069 nömrəli rəyindən (cild 1, iş vərəqə 132-133) görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabiodlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 14 noyabr 2021-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan (cild 1, iş vərəqə 138-145) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan olunmuş itihamın dəyişdirilmədən saxlanılması, Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar olunaraq götürülmüş 1180,78 qram çəkidə narkotik vasitə heroinin, 245 qram çəkidə psixotrop maddə metamfetaminin, 186,213 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananın və 2 (iki) ədəd elektron tərəzinin maddi sübut kimi tanınması, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1180,48 qram təşkil edən narkotik vasitə heroinin, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 244,9 qram təşkil edən psixotrop maddə metamfetaminin, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 186,153 qram təşkil edən narkotik vasitə qurudulmuş marixuananın və 2 (iki) ədəd elektron tərəzinin Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin saxlanc otağına təhvil verilməsi, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsini əks etdirən 1 (bir) ədəd diskin maddi sübut kimi tanınması və cinayət işinin materiallarına əlavə qərara alınmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X2 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçisi vasitəsi ilə suallar vermişdir. Məhkəmə iclaslarında təqsirləndirilən şəxsin müdafiə hüququ tam şəkildə təmin olunmuşdur. Lakin təqsirləndirilən şəxs məhkəmə iclaslarında etirafedici ifadə verərək törətdiyi cinayət əməlini etiraf etmiş. Habelə törətdiyi cinayət əməlində peşman olmasını bildirmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixtrop maddələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmçinin sözügedən Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə: miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının 1-ci Siyahısının 5-ci bəndinə və Siyahıların 2-ci Siyahısının 67-ci bəndinə əsasən - təmiz halda 2 (iki) qramdan artıq çəkidə narkotik vasitə heroin və psixotrop maddə metamfetamin külli miqdar təşkil edir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara ayrı-ayrılıqda və məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Belə ki, məhkəmə istintaqında obyektiv şəkildə araşdırılmış mötəbər sübutlar əsasında Təqsirləndirilən şəxs tərəfindən onun üzərindən və yaşadığı evdən aşkarlanmış narkotik vasitələri və psixotrop maddəni əvəzli və ya əvəzsiz qaydada əldə etməsini müəyyən etmək mümkün olmamışdır. İbtidai istintaq orqanı qeyd edilən xüsusatla bağlı faktiki olaraq heç bir araşdırma aparmamış, Təqsirləndirilən şəxs kimdən, hansı tarixdə, hansı mənbədən və hansı şəraitdə narkotik vasitələr və psixotrop maddəni qanunsuz şəkildə əldə etməsini müəyyən etməmişdir. Halbuki qeyd edilən məsələlərin ətraflı şəkildə araşdırılması qanunla müəyyən edilmiş qaydada ibtidai istintaqı həyata keçirən səlahiyyətli şəxsin üzərinə qoyulmuş əsas vəzifələrdən birini təşkil edir və ibtidai istintaq orqanı tərəfindən göstərilən halların ətraflı şəkildə araşdırılması ölkədə real şəkildə narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin ifşa olunaraq cinayət məsuliyyətinə cəlb edilməsində müstəsna rol oynayır. Bu səbəbdən də məhkəmə bu hissədə ibtidai istintaq orqanının fəaliyyətinə tənqidi yanaşır və aparılmış ibtidai istintaqı natamam və qüsurlu aparılmış ilkin araşdırma kimi qəbul edir. Buna baxmayaraq, məhkəmə istintaqında Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddəni əldə etməsi, əldə etdikdən sonra yaşadığı evə daşıması və orada saxlaması, əldə etdiyi narkotik vasitə heroinin bir hissəsini üzərində saxlayaraq daşıması və 30 avqust 2021-ci il tarixdə onun barəsində keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində saxlanılması, saxlanıldıqdan sonra üzərinə şəxsi axtarış keçirilməsi və həmin vaxt üzərindən narkotik vasitə heroin aşkar edilməsi, daha sonra yaşadığı evdə axtarış və baxış keçirilərkən evdən külli miqdarda narkotik vasitə heroin, külli miqdarda psixotrop maddə metamfetamin, narkotik vasitə qurudulmuş marixuana və 2 (iki) ədəd elektron tərəzinin aşkar edilərək maddi sübut kimi götürülməsi öz təsdiqini tam şəkildə tapmışdır. Qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarıdır. Belə ki, məhkəmə istintaqında ətraflı və obyektiv şəkildə tədqiq edilmiş və araşdırılmış mötəbər sübutlarla təsdiq olunmuşdur ki, 30 avqust 2021-ci il tarixdə Xəzər rayon Polis İdarəsinin 3-cü Polis bölməsinin səlahiyyətli polis əməkdaşına Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş və Təqsirləndirilən şəxs ifşa olunması istiqamətində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır. 30 avqust 2021-ci il tarixdə Təqsirləndirilən şəxs Xəzər rayon Polis İdarəsinin 3-cü Polis bölməsinin və PPXB-nin əməkdaşları tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Binə südçülük sovxozunda keçirilmiş əməliyyat-axtarış tədbirində saxlanılaraq 3-cü Polis bölməsinə aparılmışdır. Polis bölməsində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və həmin vaxt onun üzərindən 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,780 qram təşkil edən narkotik vasitə heroin aşkar edilmişdir. Bundan sonra həmin gün əməliyyat-axtarış tədbirləri davam etdirilmiş və Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Binə südçülük sovxozunda yerləşən nömrəsiz fərdi yaşayış evində axtarış, baxış və götürmə aparılması qərara alınmışdır. Qeyd edilən ünvanda prosesual hərəkətlərin aparılmasına Təqsirləndirilən şəxs etiraz etməmiş və bu barədə razılıq ərizəsini polis əməkdaşlarına təqdim etmişdir. Təqsirləndirilən şəxs yaşadığı evdə axtarış aparılarkən evdən 5 (beş) ədəd bükümdə narkotik vasitə heroin, 2 (iki) ədəd bükümdə psixotrop maddə metamfetamin və 3 (üç) ədəd bükümdə narkotik vasitə qurudulmuş marixuana, habelə 2 (iki) ədəd elektron tərəzi aşkar edilmişdir. Qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarıdır. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsində maddi cəhətdən çətinlik çəkməsi səbəbindən və ailəsini dolandırmaq məqsədi ilə onun üzərindən, eləcə də yaşadığı evdən aşkar olunmuş narkotik vasitələri və psixotrop maddələri satmaq məqsədilə deyil, yalnız “kuryer” kimi daşımaq məqsədilə qanunsuz şəkildə əldə etdiyini, saxladığını və daşıdığını bildirmişdir. Məhkəmə istintaqında obyektiv araşdırılmış sübutlar əsasında Təqsirləndirilən şəxs əldə etdiyi külli miqdarda narkotik vasitə heroini, külli miqdarda psixotrop maddə metamfetamini və narkotik vasitə qurudulmuş marixuananı kiməsə satması, ümumiyyətlə həmin vasitə və maddələrin “alqı-satqısı” barədə sövdələşməsi, bu məqsədlə kiminləsə danışıqlar aparması halları təsdiq edilməmişdir. Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirlərini həyata keçirən polis əməkdaşları da Zamanın hansısa şəxsə narkotik vasitə və psixotrop maddə satmasını bilmədiklərini bildirmişlər. İbtidai araşdırma zamanı Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin “alqı-satqısına” yönəlmiş fəal hərəkətləri müəyyən edilməmişdir. Başqa sözlə, cinayət işinin materiallarında Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmasını təsdiq edə biləcək heç bir sübut mövcud deyil. Bu səbəbdən də məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs onun üzərindən və yaşadığı evdən aşkarlanmış narkotik vasitələri və psixotrop maddələri qazanc müqabilində qanunsuz şəkildə əldə etməklə, faktiki olaraq, narkotik vasitə və psixotrop maddələrin “alqı-satqısı” fəaliyyətində “kuryer” funksiyasını icra etmişdir. Təqsirləndirilən şəxs bu əməlləri isə özü-özlüyündə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin dispozitiv şərtləri ilə əhatə olunduğundan, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində həqiqətən də Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin bütün zəruri tərkib əlamətləri vardır. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsində və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.2 maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinə əsasən şəxsin təqsirli olmasına əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Cinayət Prosessual Məcəllənin 351.3.4-cü maddəsinə əsasən məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayətin bütün tərkib əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət əməli məhz onun tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməklə həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cavan olmaqla, faktiki ər-arvad münasibətlərində olmasını, 2 (iki) azyaşlı uşağının olmasını, ailədə yeganə qazanc gətirən şəxs olmasını, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını, ibtidai araşdırma və məhkəmə araşdırması zamanı törətdiyi əməli etiraf etməsini, törətdiyi əməldən səmimi şəkildə peşman olmasını, habelə ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsində nəzərdə tutulmuş onun cəzasını yüngülləşdirən hallar kimi qəbul edir və qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal və ya hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, ələlxüsus ibtidai araşdırma və məhkəmə araşdırması zamanı törətdiyi əməli etiraf etməsini, törətdiyi əməldən səmimi şəkildə peşman olmasını və işin digər hallarını nəzərə alaraq hesab edir ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş sanksiya həddində aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Odur ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi üzrə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhz bu cəzanı ona təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Bundan başqa, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində göstərilən cinayət əməli həmin Məcəllənin 15-ci maddəsinə əsasən ağır cinayətlər təsnifatına daxildir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməli və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 30 avqust 2021-ci il tarixdən hesablanmalıdır. Bundan başqa, cinayət işində olan rəyə əsasən Təqsirləndirilən şəxs kannabiodlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməlidir və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hazırki məhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra maddi sübut olub Bakı şəhəri Xəzər rayon Polis İdarəsində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1180,48 qram təşkil edən narkotik vasitə heroin, qalıq çəkisi 244,9 qram təşkil edən psixotrop maddə metamfetamin, qalıq çəkisi 186,153 qram təşkil edən narkotik vasitə qurudulmuş marixuana və 2 (iki) ədəd elektron tərəzi məhv edilməli, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi görüntülərini özündə əks etdirən 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Eyni zamanda məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 137 (yüz otuz yeddi) manat məbləğində ekspertiza xərci var və həmin məbləğ Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyərini təşkil edən 137 (yüz otuz yeddi) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 30 avqust 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanısın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub Bakı şəhəri Xəzər rayon Polis İdarəsində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1180,48 qram təşkil edən narkotik vasitə heroin, qalıq çəkisi 244,9 qram təşkil edən psixotrop maddə metamfetamin, qalıq çəkisi 186,153 qram təşkil edən narkotik vasitə qurudulmuş marixuana və 2 (iki) ədəd elektron tərəzi məhv edilsin, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi görüntülərini özündə əks etdirən 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 137 (yüz otuz yeddi) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlak yoxdur. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-377/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-377/2022
31.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver