Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-377/2023 14.04.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Əsgərova-Məmmədova Leyla Səyavuş qızının sədrliyi ilə, Hakimlər Sadıxov Rasim Əkrəm oğlu və Kərimov Novruz Ağakərim oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər - Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkilləri X12 və Müdafiəçi1 iştirakları ilə, xx xxx 1987-ci ildə Sabirabad rayonu Aleksandrovka kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olan, orta təhsilli, evli, Şirvan şəhəri, S.Vurğun küçəsi, ev 8, mənzil 22-də qeydiyyatda olmaqla ünvan 2-də kirayədə yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3cü maddələri ilə təqsirləndirilməsinə dair, xx xxxx 1988-ci ildə Əli-Bayramlı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməyən və götürülməyən, orta təhsilli, evli, ünvan 1 ünvanda yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair, cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və psixotrop maddəni əldə etmiş, saxlamış, daşımış və göndərmişdir. Belə ki, o, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini və külli miqdarda psixotrop maddə metamfetamini əldə etmə, saxlama, daşıma və göndərmə barədə İran İslam Respublikasının vətəndaşı “İlqar” adlı şəxslə, həmçinin tanışı Təqsirləndirilən şəxs2 ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə aralarındakı cinayətkar razılaşmaya əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 İran İslam Respublikasının vətəndaşı “İlqar” adlı şəxsin külli miqdarda narkotik vasitəni və psixotrop maddəni sonuncunun qeyd etdiyi ünvandan götürüb özlərində saxlamaqla və sonradan daşıyıb digər şəxslərə çatdırılması üçün müxtəlif ünvanlara yerləşdirmək barədə verdiyi təlimatına və bu qanunsuz fəaliyyəti yerinə yetirmək müqabilində qazanc olaraq 15.000 manat pul vədinə əsasən İran İslam Respublikasının vətəndaşı “İlqar” adlı şəxsin Ağcabədi rayonu ərazisində gizlədib yerləşdirdiyi kustar üsulla hazırlanmış külli miqdarda ümumilikdə 77346,82 qram təmiz çəkidə narkotik vasitə heroini, kustar üsulla hazırlanmış külli miqdarda ümumilikdə 7685,0 qram təmiz çəkidə psixotrop maddə metamfetamini əldə edib daşıyaraq qeyd edilən maddələri Təqsirləndirilən şəxs1 öz kirayədə yaşadığı ünvan 2 ünvanında Təqsirləndirilən şəxs2la birgə gizlədib satış məqsədi ilə qanunsuz saxladıqdan sonra həmin maddələrdən narkotik vasitə heroinin 54,280 qram təmiz çəkidə olan hissəsini Təqsirləndirilən şəxs1 eyni məqsədlə öz üzərində, 96,940 qram təmiz çəkidə olan hissəsini isə Təqsirləndirilən şəxs2 eyni məqsədlə öz üzərində qanunsuz saxlamış, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qanunsuz əməlləri barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 12 iyul 2022-ci il tarixdə saat 02:00-da Bakı şəhəri, Yasamal rayonu, Ş.Mehdiyev küçəsi, ev 3 ünvanının yaxınlığında piyada hərəkət etdikləri zaman saxlanılıb Daxili İşlər Nazirliyinin ünvan 3 ünvanında yerləşən Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət edildikdən sonra orada 12 iyul 2022-ci il tarixdə saat 04:00-dan etibarən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərilərində şəxsi axtarış və götürmə aparılarkən qeyd edilən narkotik vasitə heroinin 54,280 qram təmiz çəkidə olan hissəsi Təqsirləndirilən şəxs1 əynindəki qara rəngli cins şalvarının sağ yan cibindən çıxarıb təqdim etdiyi 01 ədəd sellofan bükümdə, qeyd edilən narkotik vasitə heroinin 96,940 qram təmiz çəkidə olan hissəsi Təqsirləndirilən şəxs2 əynindəki qara rəngli cins şalvarının sağ yan cibindən çıxarıb təqdim etdiyi 01 ədəd sellofan bükümdə aşkar edilərək götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs1 kirayədə yaşadığı ünvan 2 ünvanına 12 iyul 2022-ci il tarixdə saat 05:15-dən etibarən onun və Təqsirləndirilən şəxs2 razılıqları və iştirakları ilə keçirilmiş baxış zamanı qeyd edilən narkotik vasitənin qalan hissəsi olan ümumilikdə 77195,60 qram təmiz çəkidə heroin 75 ədəd sellofan bağlamalarda, ümumilikdə 7685,0 qram təmiz çəkidə psixotrop maddə metamfetamin isə ayn-aynlıqda 1000,0 qram, 1040,0 qram, 1070,0 qram, 1170,0 qram, 1330,0 qram, 1065,0 qram və 1010,0 qram təmiz çəkilərdə olmaqla 07 ədəd sellofan bağlamalarda, səthlərində heroinin izləri olan 01 ədəd üzərində “Model EK 3350” yazılı və 01 ədəd 7x11 sm ölçüdə gümüşi rəngli elektron tərəzilərlə və 01 ədəd içərisində qəhvəyi izlər olan şəffaf plastik qabla birgə Təqsirləndirilən şəxs1 mənzildə girişdən sağ tərəfdəki yataq otağında olan taxta konstruksiyalı dolabın içərisində alt hissədə gizlədib saxladığı və çıxarıb təqdim etdiyi 02 ədəd dəri çantaların içərisindən aşkar edilərək polis əməkdaşları tərəfindən götürülmüşdür. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və psixotrop maddəni əldə etmiş, saxlamış, daşımış və göndərmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini və külli miqdarda psixotrop maddə metamfetamini əldə etmə, saxlama, daşıma və göndərmə barədə tanışı Təqsirləndirilən şəxs1 ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə aralarındakı cinayətkar razılaşmaya əsasən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 İran İslam Respublikasının vətəndaşı “İlqar’’ adlı şəxsin külli miqdarda narkotik vasitəni və psixotrop maddəni sonuncunun qeyd etdiyi ünvandan götürüb özlərində saxlamaqla və sonradan daşıyıb digər şəxslərə çatdırılması üçün müxtəlif ünvanlara yerləşdirmək barədə verdiyi təlimatına və bu qanunsuz fəaliyyəti yerinə yetirmək müqabilində qazanc olaraq 15.000 manat pul vədinə əsasən İran İslam Respublikasının vətəndaşı “İlqar” adlı şəxsin Ağcabədi rayonu ərazisində gizlədib yerləşdirdiyi kustar üsulla hazırlanmış külli miqdarda ümumilikdə 77346,82 qram təmiz çəkidə narkotik vasitə heroini, kustar üsulla hazırlanmış külli miqdarda ümumilikdə 7685,0 qram təmiz çəkidə psixotrop maddə metamfetamini əldə edib daşıyaraq qeyd edilən maddələri Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 kirayədə yaşadığı ünvan 2 ünvanında sonuncu ilə birgə gizlədib satış məqsədi ilə qanunsuz saxladıqdan sonra həmin maddələrdən narkotik vasitə heroinin 96,940 qram təmiz çəkidə olan hissəsini Təqsirləndirilən şəxs2 eyni məqsədlə öz üzərində, 54,280 qram təmiz çəkidə olan hissəsini isə Təqsirləndirilən şəxs1 eyni məqsədlə öz üzərində qanunsuz saxlamış, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qanunsuz əməlləri barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 12 iyul 2022-ci il tarixdə saat 02:00-da Bakı şəhəri, Yasamal rayonu, Ş.Mehdiyev küçəsi, ev 3 ünvanının yaxınlığında piyada hərəkət etdikləri zaman saxlanılıb Daxili İşlər Nazirliyinin ünvan 3 ünvanında yerləşən Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət edildikdən sonra orada 12 iyul 2022-ci il tarixdə saat 04:00-dan etibarən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 üzərilərində şəxsi axtarış və götürmə aparılarkən qeyd edilən narkotik vasitə heroinin 54,280 qram təmiz çəkidə olan hissəsi Təqsirləndirilən şəxs1 əynindəki qara rəngli cins şalvarının sağ yan cibindən çıxarıb təqdim etdiyi 01 ədəd sellofan bükümdə, qeyd edilən narkotik vasitə heroinin 96,940 qram təmiz çəkidə olan hissəsi Təqsirləndirilən şəxs2 əynindəki qara rəngli cins şalvarının sağ yan cibindən çıxarıb təqdim etdiyi 01 ədəd sellofan bükümdə aşkar edilərək götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs1 kirayədə yaşadığı ünvan 2 ünvanına 12 iyul 2022-ci il tarixdə saat 05:15-dən etibarən onun və Təqsirləndirilən şəxs2 razılıqları və iştirakları ilə keçirilmiş baxış zamanı qeyd edilən narkotik vasitənin qalan hissəsi olan ümumilikdə 77195,60 qram təmiz çəkidə heroin 75 ədəd sellofan bağlamalarda, ümumilikdə 7685,0 qram təmiz çəkidə psixotrop maddə metamfetamin isə ayrı-ayrılıqda 1000,0 qram, 1040,0 qram, 1070,0 qram, 1170,0 qram, 1330,0 qram, 1065,0 qram və 1010,0 qram təmiz çəkilərdə olmaqla 07 ədəd sellofan bağlamalarda, səthlərində heroinin izləri olan 01 ədəd üzərində “Model EK 3350” yazılı və 01 ədəd 7x11 sm ölçüdə gümüşi rəngli elektron tərəzilərlə və 01 ədəd içərisində qəhvəyi izlər olan şəffaf plastik qabla birgə Təqsirləndirilən şəxs1 mənzildə girişdən sağ tərəfdəki yataq otağında olan taxta konstruksiyalı dolabın içərisində alt hissədə gizlədib saxladığı və çıxarıb təqdim etdiyi 02 ədəd dəri çantaların içərisindən aşkar edilərək polis əməkdaşları tərəfindən götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək göstərmişdir ki, tutulmamışdan iki gün əvvəl o, “İlqar” adlı iran vətəndaşının tapşırığı ilə Biləsuvar rayonunda olan dairəvi yolun yaxınlığında olan yol nişanın yanından 42 kiloqram çəkidə olan çantanı götürmüş, Bakı şəhəri, Yasamal rayonunda yerləşən “Lider TV”-nin inzibati binasının yaxınlığında yerləşən kirayə yaşadığı evə (həmin evi tək yaşamaq üçün kirayə götürmüşdür)gətirmişdir. “İlqar” adlı şəxs Azərbaycan əsilli İran vətəndaşıdır. O, Azərbaycan dilində danışdığı üçün onun Azərbaycan əsilli olunduğunu fikirləşmişdir. Onun bir dostu “İlqar” adlı İran vətəndaşından narkotik vasitə almış, lakin ödənişini etməmişdir. Dostundan pul vəsaitini almağa kömək etmək üçün İlqar ona zəng etmişdir. “İlqar” adlı iran vətəndaşı ilə tanışlığı belə başlamış, onunla heç vaxt görüşməmiş, ancaq mobil telefon vasitəsilə əlaqə saxlamışdır. O, “İlqar” adlı iran vətəndaşından dəfələrlə narkotik vasitə olan “marixuana” almışdır. Həmin şəxsin adının “İlqar” olmasını isə sonuncu özü demişdir. İran İslam Respublikasına bir neçə dəfə həyat yoldaşının və özünün xəstəliyinin müalicəsi üçün getmişdir, həmin zaman “İlqar” adlı iran vətəndaşını tanımamış və onunla İran İslam Respublikasında görüşməmişdir. O, narkotik vasitələri Biləsuvar rayonundan Bakıya gətirmək üçün təkbaşına öz şəxsi “QAZ” 31 markalı avtomobili ilə getmişdir. “İlqar”adlı İran vətəndaşından 42 kiloqram heroin adlı narkotik vasitə və metamfetamin adlı psixotrop maddədən başqa öz istifadəsi üçün marixuana adlı narkotik vasitə də götürməli olsa da, sonuncu marixuana adlı narkotik vasitəni ona göndərə bilmədiyini demişdir. O, bir il öncə həbsdən çıxdıqdan sonra meyvə tərəvəz, qarpız satışı ilə məşğul olmuş, lakin onu bu fəaliyyətinə görə dəfələrlə cərimə etmişdirlər. Azad yaşamağına imkan vermədiklərindən o da bu səbəbdən gəlir əldə etmək üçün başqa yollara əl atmışdır. “İlqar” adlı şəxsin dediyi yerdən ümumilikdə çantanın içində 42 kq çəkidə “mal” götürmüş, həmin çantanın içində 37 kiloqram “kakos”, yəni heroin adlı narkotik vasitə, 5 kiloqram “patı” yəni metamfetamin adlı psixotrop maddə olmuşdur. İçərisində narkotik vasitə olan çantanı götürdüyü ərazinin dövlət sərhəd xəttinə yaxın olub-olmadığını xatırlamır. O, narkotik vasitələri “İlqar” adlı iran vətəndaşının dediyi ərazilərə qoymalı imiş. Əgər o, tutulmasaydı, “İlqar”adlı iran vətəndaşının dediyi ərazidə narkotik vasitəni yerləşdirsəydi, qarşılığında 10 000 manat pul vəsaiti əldə edəcəkdi. Həmin narkotik vasitələri Azərbaycan Respublikasının ərazisinə “İlqar” adlı İran vətəndaşının dediyinə görə dövlət Sərhəd Xidmətinin işçiləri keçirtmişdir. Narkotik vasitələri Biləsuvar rayonunda dairəvi yolun yaxınlığında olan “plakat”ın yanında gözlə çətin görünə bilən yerdən götürmüşdür. Təqsirləndirilən şəxs2la uşaqlıq dostudurlar. Təqsirləndirilən şəxs2 narkotik vasitələri evə gətirdikdən sonra çağırmışdır. Narkotik vasitələri lazım olan yerlərə çatdıracaqları təqdirdə ona çatacaq 10 000 AZN pul vəsaitinin bir hissəsini 3000 və yaxud 5000 miqdarında pul vəsaitini Təqsirləndirilən şəxs2 verəcəyini planlaşdırmışdır. Həyat yoldaşı ruhi xəstə olması səbəbindən müalicə aldığı üçün tez-tez Maştağa qəsəbəsinə getmişdir. Təqsirləndirilən şəxs2 da məhz narkotik vasitələri həyat yoldaşının xəstəliyi ilə bağlı “İlqar” adlı şəxsin dediyi yerə aparmağa vaxtı olmayacağı təqdirdə müvafiq tapşırığın Əziz tərəfindən yerinə yetirilməsi üçün çağırmışdır. Belə ki, ətrafında tək güvənəcəyi insan Təqsirləndirilən şəxs2 olmuşdur. Ona zəng edən zaman Təqsirləndirilən şəxs2 Şirvanda olmuşdur. O, narkotik vasitələri kirayə yaşadığı evə gətirdikdən sonra həmin çantada olan narkotik vasitələri tərəzidə çəkmiş və narkotik vasitələrin tərəzidə çəkilməsini video çəkilişlə qeydə alaraq “İlqar” adlı iran vətəndaşına göndərmişdir. Çantada olan narkotik vasitələr yarım kiloqramlıq paketlərdə olmuş, həmin çantada 37.5 kiloqram heroin adlı narkotik vasitə, 5 kiloqram isə metamfetamin adlanan psixotrop maddə olmuşdur. Əslində yaşayış evindən ittiham aktında göstərildiyi miqarda narkotik vasitə və psixotrop maddə olmamışdır. Ona ibtidai istintaq zamanı ittiham aktında narkotik vasitənin 42 kiloqram və ya 84 kiloqram yazılmasının bir fərqi olmadığı bildirilmişdir. O, ürəyində iki ədəd stend olduğundan 84 kiloqram çəkidə olan əşyanı daşımasının mümkün olmadığını qeyd etmişdir. Polis əməkdaşları onu ittiham aktında göstərildiyi kimi getdiyi yerdə saxlamamış, evdən çıxararaq 2-3 saat binanın həyətində maşında gözlətmişlər, maşında olarkən uniformalarını geyinmişlər. Yaşadığı evə gətirdikləri zaman isə narkotik vasitələrin büküldüyü sellofan torbalardan su axdığını, narkotik vasitələrin videoçəkilişlə tərəzidə çəkilən zaman yarım kiloluq sellofan torbaların bir kiloqram olduğunu görmüşdür. Həmin narkotik vasitələrə su qatdıqları üçün narkotik vasitələr “torpaq, möhür” rəngində olmuşdur. Belə ki, evdə olarkən evin hamamından polis əməkdaşı olmayan bir neçə nəfərin otağa keçdiyini görmüşdür. Videoçəkiliş zamanı onda olan narkotik vasitələri tərəzidə çəkilərkən narkotik vasitələrin miqdarının çox olduğunu müşaiyət etmiş, hesab etmişdir ki, həmin narkotik vasitələrə su qatılaraq çəkiləri artırılmışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 elan edilərək tədqiq edilmiş ibtidai istintaq dövründə verdiyi ifadələrdən görünür ki, o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ona elan edilmiş ittihamla özünü tam təqsirli bilərək göstərmişdir ki, ittihamın mahiyyəti, hüquq və vəzifələri ona aydındır, törətdiyi cinayət əməlinə görə hazırda səmimi peşmanlıq çəkir. Özü ünvan 2-də tək yaşayır. Evlidir, üç övladı var, ailə üzvləri Sabirabad rayonunda qalırlar. Özü əvvəllər də narkotik maddələrin qanunsuz dövriyyəsinə görə məhkum olunmuşdur. Rəsmi olaraq heç yerdə işləmir, maddi cəhətdən çətinliklə dolanır. Təxminən iki ay qabaq özü Bakı şəhərində Vüsal adlı bir nəfərin vasitəsi ilə İran İslam Respublikasının vətəndaşı olan İlqar adlı şəxslə tanış olmuşdur. X11 mobil telefonda “WhatsApp” proqramı vasitəsi ilə internet üzərindən bir neçə dəfə telefon danışıqları da olmuş, bir-biri ilə əlaqə saxlayıb danışmışlar. Aralarındakı danışıqlar zamanı İlqarın deməsinə görə bilmişdir ki, İlqar İrandan Azərbaycana Bakı şəhərinə və digər rayonlara müxtəlif narkotik və psixotrop maddələr göndərir və satdırır. Təxminən 2 ay qabaq telefon danışığı zamanı İlqar ona təklif etmişdir ki, onun Ağcabədi rayonu ərazisinə göndərdiyi narkotik və psixotrop maddələrin satılmasında ona köməklik göstərsin, yəni bu maddələri onun hansısa adamları vasitəsi ilə Ağcabədi rayonu ərazisində qoydurduğu yerdən onun sözü ilə gedib götürsün, Bakı şəhərinə aparıb özündə saxlasın, sonra isə ona deyəcəyi vaxtlarda Bakı şəhərində deyəcəyi hansısa ünvanlara yerləşdirsin. İlqar ona demişdir ki, bu işi görməsi müqabilində ona hər dəfəsinə görə qazanc olaraq 10.000 manat pul verəcəkdir. Özü də İlqarın pul təklifi ilə razılaşmış, çünki maddi cəhətdən dolanışığı zəif olmuş, bir qədər pula ehtiyacı olmuşdur. Ona görə də İlqarın göndərdiyi narkotik və psixotrop maddələr olan, yəni əsasən heroin və metamfetamin olan çantanı onun sözü ilə gedib Ağcabədi rayonu ərazisində magistral yol kənarından götürmüş və həmin maddələri ayrı-ayrı müştərilərə çatdırılması üçün Bakı şəhərinə gətirib müxtəlif yerlərə, əsasən də Yasamal rayonu, Lökbatan və Biləcəri qəsəbələri ərazilərinə aparıb qoymuşdur. Buna görə İlqar ona 10.000 manat pul göndərmişdir. Belə ki, İlqar həmin pulu ayrı-ayrı vaxtlarda kiminsə vasitəsi ilə Bakı şəhərində hansısa ünvana qoydurmuş, yerini ona bildirmiş, özü isə gedib götürmüşdür. Təxminən bir həftə, on gün qabaq özü İlqarın sözü ilə yenə də heroin və metamfetamin olan çantaları götürmək üçün gecə saatlarında Ağcabədi rayonu ərazisinə getmiş, orada hazırda dəqiq xatırlamadığı yol dairəsindən bir qədər aralı magistral yolun kənarında İlqarın kiminsə vasitəsi ilə qoydurduğu, içində İlqarın öz deməsinə görə ayrı-ayrı bağlamalarda ümumilikdə təxminən 106 kiloqram heroin və metamfetamin olan üç ədəd dəri çantaları götürüb həmin vaxt icarə əsasında idarə etdiyi Kia markalı avtomobilə yükləmiş və özü ilə Bakı şəhərinə gətirmişdir. Bunu edəndə yanında heç kim olmamış, yəni özü təklikdə hərəkət etmişdir. İlqar ona söz vermişdir ki, həmin maddələri yenə də onun sözü ilə Bakı şəhərində ona deyəcəyi yerlərə hissə-hissə aparıb qoysun, bunun müqabilində ona bu dəfə 15.000 manat pul göndərəcəkdir. Özü də İlqarla razılaşmışdır. Əvvəlcə qeyd edilən heroin və metamfetamin olan çantaları özü ilə Bakı şəhərinə gətirib onları öz kirayədə yaşadığı ünvan 2 ünvanında gizlədib saxlamışdır. Bir-iki gün sonra həmin maddələrdən bir ədəd dəri çantada olan bir neçə bağlama heroini başqa çantaya yığıb İranlı İlqarın tapşırığı ilə aparıb gecə saatlarında Lökbatan qəsəbəsi ərazisində magistral yol kənarındakı lövhələrdən birinin yanına qoymuş, həmin yerin fotoşəklini mobil telefonla çəkib “WhatsApp” proqramı ilə İlqara göndərmişdir. Belə ki, İlqar narkotik maddələri qoydurduğu yerin fotoşəklini ona eyni qaydada əvvəldən göndərmiş, sonradan özü də həmin narkotik vasitələri qoyduğu yerin fotoşəklini İlqara göndərmişdir. İlqarın göndərdiyi heroinin bir hissəsini Lökbatan qəsəbəsi ərazisində qoyduqdan sonra qalan çantalardakı heroin və metamfetamini kirayə qaldığı evdə saxlamağa davam etmiş, İlqardan xəbər gözləmişdir. Bir gün qabaq özü bu işdə özünə kömək etməsi üçün Şirvan şəhərində qonşusu olan Təqsirləndirilən şəxs2 Bakı şəhərinə çağırmış, Əzizə bu barədə bildirib ona təklif etmişdir ki, İranlı İlqarın ona göndərdiyi narkotik və psixotrop maddələri sonradan onun dediyi yerlərə aparıb qoymaqda özünə kömək etsin, özü isə ona hər dəfəsində müəyyən məbləğdə qazanc pul verəcəkdir, lakin konkret məbləğ deməmişdir. Əzizin də kasıb adam olmasını, pula ehtiyacı olduğunu bilmişdir. X19 şəxsən tanımır, onu özü tanıyır, sadəcə İlqarın sözü ilə hərəkət etdiyini Əzizə bildirmişdir. Əziz də onunla razılaşmışdır. Tanışı Əzizi Bakı şəhərində öz kirayə qaldığı evə aparmış, Əziz də həmin narkotik və psixotrop maddələri görmüşdür. Sonra bir dəfə də Əzizlə birlikdə Lökbatan qəsəbəsi ərazisinə gedib İlqarın sözü ilə yol kənarına bir neçə heroin bağlaması qoymuşlar. Bundan sonra həmin çantalardakı heroindən bir qədər ayırıb bir sellofan bükümdə Əzizə vermiş, bir büküm də özü ilə götürmüşdür. İranlı İlqar ona telefonla bildirmişdir ki, həmin heroinləri hara qoymaq lazım olduğunu yenə ona deyəcəkdir, özü də Əzizlə götürdüyü həmin heroinləri, eləcə də çantalarda qalan digər heroin və metamfetamini İlqarın sözündən asılı olaraq Bakı şəhərində hansısa yerlərə aparıb birlikdə qoymağı planlaşdırmışdır. Lakin 12 iyul 2022-ci il tarixdə gecə saat təxminən 02 radələrində özü və tanışı Əziz öz kirayədə qaldığı Bakı şəhəri, Yasamal rayonu, Ş.Mehdiyev küçəsi, ev 3 ünvanın yaxınlığında piyada olduqları zaman onlara tərəf mülki geyimdə bir neçə nəfər şəxs yaxınlaşıb onları saxlamış, həmin şəxslər özlərini təqdim edib Baş Narkotiklərlə Mübarizə İdarəsinin polis əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları bildirmişlər ki, narkotik və psixotrop maddələrin qanunsuz dövriyyəsi iiə məşğul olmaları barədə özlərində məlumat var, əməliyyat axtarış tədbiri keçirilir. Polislər onu və Əzizi Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət edib aparmış, orada hər ikisi şübhəli şəxs kimi tutulmuş, vəkillər də dəvət edilib onlara təqdim olunmuşdur. Sonra polis əməkdaşları videoçəkiliş etməklə əvvəlcə onun üzərində şəxsi axtarış aparmağa başlamışlar. Polis əməkdaşları özünə təklif etmişlər ki, üzərində qanunsuz saxladığı əşya, maddə varsa təqdim etsin. Özü isə əynində olan qara rəngli cins şalvarının sağ yan cibindəki həmin bir ədəd sellofan bükümdə olan narkotik vasitə heroini çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşı onun üzərində də şəxsi axtarış aparmış, əynindəki şalvarının ciblərindən özünə məxsus bir ədəd “Samsung” markalı mobil telefonu, sürücülük və şəxsiyyət vəsiqələri, 50 manat şəxsi pulu və kirayə yaşadığı evə aid 1 ədəd açar da aşkar olunaraq götürülmüşdür. Sonra sellofan bükümdəki heroinə baxış keçirilmiş və elektron tərəzidə çəkilmişdir. Bundan sonra polis əməkdaşlarının təklifi ilə tanışı Əziz də əynindəki qara şalvarının sağ yan cibində saxladığı bir ədəd sellofan bükümdə olan narkotik vasitə heroini çıxarıb təqdim etmiş, onun da üzərində şəxsi axtarış aparılmış və şalvarının cibindən ona məxsus “Samsung” markalı mobil telefonu, 20 manat pulu və şəxsiyyət vəsiqəsi aşkar olunaraq götürülmüşdür. Əzizdən aşkar edilmiş heroin də elektron tərəzidə çəkilmişdir. Polis əməkdaşları ondan və Əzizdən aşkar edilmiş həmin heroin bükümlərini götürüb zərfdə qablaşdırmışlar. Həmçinin iş üzrə əhəmiyyət kəsb etdiyini bildirib mobil telefonlarını da, özünün sürücülük və şəxsiyyət vəsiqələrini də götürmüşlər, Əzizin də şəxsiyyət vəsiqəsi götürülmüş, öz kirayə qaldığı evin açarı və 50 manat pulu özünə qaytarılmış, Əzizin də 20 manat pulu qaytarılmışdır. Sorğu sual zamanı özü hazırki ifadəsində göstərdiyi kimi qeyd edilən narkotik maddə heroini İran İslam Respublikasının vətəndaşı İlqar adlı şəxsin vasitəsi ilə əldə etdiyini, onun sözü ilə deyəcəyi ünvanlara çatdırıb qoymaq üçün saxladığını, bu işə görə İlqarın ona 15.000 manat pul qazancı verəcəyini vəd etdiyini, özünün də Əzizə pul qazancı verəcəyini, birlikdə bu işi gördüklərini səmimi şəkildə bildirmiş, tanışı Əziz də onun dediklərini bir daha təsdiq etmişdir. Polis əməkdaşlarının sorğu sualına əsasən özü səmimi şəkildə demişdir ki, kirayə yaşadığı mənzildə də narkotik və psixotrop maddələr vardır, onları təqdim edə bilər. Polis əməkdaşları həmin mənzilə baxış keçirmək istədiklərini bildirmiş, özü etiraz etməmişdir. Sonra polis əməkdaşları tərəfindən aşkar edilənlərlə bağlı protokol yazılıb tərtib olunmuş, özləri də doğruluğunu imzaları ilə təsdiq etmişlər. Daha sonra kirayədə yaşadığı mənzildə saxladığı qalan narkotik və psixotrop maddələri təqdim etməsi üçün özünün könüllü razılığı və dəvəti ilə ünvan 2 ünvanına getmişlər. Həmin mənzilə daxil olandan sonra özü narkotik və psixotrop maddələri saxladığı yeri polis əməkdaşlarına göstərib təqdim etmişdir. Belə ki, İranlı İlqarın göndərdiyi qalan heroin və metamfetamin olan iki ədəd dəri çantaları özü mənzildə yataq otağındakı taxta dolabın içində alt hissədə gizlətmişdir. Polis əməkdaşları həmin çantalarda olan heroin və metamfetamin bağlamalarına, həmçinin iki ədəd elektron tərəzilərə baxış keçirmiş, belə ki çantaların içində ümumilikdə 75 ədəd sellofan bağlamalarda narkotik maddə heroin, 7 ədəd sellofan bağlamalarda isə psixotrop maddə metamfetamin olmuşdur. Polis əməkdaşları baxış keçirib onları elektron tərəzidə çəkmişlər, sonra hamısını götürüb qablaşdırmışlar. Bundan sonra polis əməkdaşları onları özləri ilə Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət edib gətirmiş, aşkar edilənlərlə bağlı protokol yazıb tərtib etmişlər, özü, tanışı Əziz və digər iştirakçılar həmin protokolun doğruluğunu imzalarla təsdiq etmişlər. Təqsirləndirilən şəxs1 həmin ifadələrində əlavə olaraq göstərmişdir ki, özünün istifadə etdiyi mobil nömrə ***-***- **-** nömrəsidir, həmin nömrə ilə danışıqlar aparmışdır. İran İslam Respublikasının vətəndaşı İlqar adlı şəxs ona bildirmişdir ki, onun işi həmin maddələri öz dediyi yerdən gedib götürmək və sonra Bakı şəhərində dediyi yerlərə aparıb qoymaqdan ibarətdir. Özü isə bu işdə özünə kömək etməsi üçün tanışı Əzizi qoşmuşdur. Həmin maddələrin hansı müştərilərə çatmasını özü bilmir, heç həmin müştəriləri də tanımır. Heç kimə əlbəəl narkotik və ya psixotrop maddələr verməmiş, sadəcə İlqarın dediyi yerlərə aparıb qoymuşdur. Sonuncu dəfə bu işi görmək müqabilində İlqar ona 15.000 manat pul göndərəcəyini bildirmişdir. Bundan əvvəlki dəfədə isə İlqar ona 10.000 manat pul göndərmişdir. Kömək etməsinə görə özü də tanışı Əzizə müəyyən məbləğdə pul verəcəkdi. Ağcabədi rayonu ərazisindən həmin narkotik və psixotrop maddələri əldə edib Bakı şəhərində kirayə yaşadığı mənzilə gətirdikdən sonra 12 iyul 2022-ci il tarixdə polis əməkdaşları tərəfindən saxlandığı vaxtadək olan dövrdə özü və X17 verdiyi tapşırığa əsasən həmin narkotik vasitə heroinin bir hissəsini aparıb Bakı şəhərinin Lökbatan qəsəbəsi ərazisinə yol kənarına qoymuşlar, çəkisini dəqiq bilmir, ümumilikdə bir neçə kiloqram sellofan bağlamalarda heroin olmuşdur. Polis əməkdaşları onun və Əzizin üzərinə şəxsi axtarış apararkən, həmçinin mənzilə baxış keçirdikdə isə sadəcə yerdə qalan heroinlər və metamfetamin aşkar olunmuşdur. Polis əməkdaşları tərəfindən saxlanılarkən, Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət edilib aparılarkən, şəxsi axtarış və mənzilə baxış keçirilərkən nə özünə, nə də Əzizə qarşı polis əməkdaşları tərəfindən heç bir təzyiq, zorakılıq edilməmişdir. Özü həmin İlqar adlı şəxslə üzbəüz həm Bakı şəhərində, həm də özü bir müddət əvvəl öz müalicəsi ilə bağlı İranın Ərdəbil şəhərində olarkən görüşmüş, onunla bir neçə dəfə telefonda videogörüntü ilə də danışmışdır. İlqar orta yaşlı kişidir, əlamətləri yadında deyil. Onun mobil nömrəsi də iran nömrəsidir, hazırda nömrəsi dəqiq yadında deyildir, İlqar həmin narkotik və psixotrop maddələri bildiyinə görə İrandan göndərir, lakin hansı şəraitdə, kimlərin vasitəsi ilə göndərdiyi özünə məlum deyil, bu barədə İlqar ona ətraflı bildirməmişdir. Bu işi özü və tanışı Əziz birlikdə etmiş, başqa heç kimin iştirakı və rolu olmamışdır. Özü narkotik vasitənin marixuana növündən qəbul edir, yəni nəşə çəkir, başqa növ maddələr qəbul etmir. Heç vaxt ruhi-psixi xəstəlikdən müalicə almamış və belə xəstəliklərdən də əziyyət çəkmir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək göstərmişdir ki, o, Məhəbbətlə uşaqlıq dostudur. Təqsirləndirilən şəxs1la uzun müddət eyni ərazidə yaşamışdır. Sonuncu ona zəng edərək bildirmişdir ki, gəlirli bir iş vardır. O da maddi sıxıntıları olduğundan, atası təzə rəhmətə getdiyi üçün vəziyyəti yaxşı olmadığından Bakıya, Məhəbbətin yanına gəlmiş, polis əməkdaşları isə onu mağazada tutmuşdurlar. O, tutulan zaman üzərində heç bir narkotik vasitə olmamışdır. O, Təqsirləndirilən şəxs1 yanına onları tutduqları gündən bir gün qabaq gəlmiş, gəldiyi gündən növbəti gün görəcəkləri iş barədə söhbətləşmişdirlər. Planlaşdırdıqları işin məzmununu müvafiq pul vəsaiti müqabilində narkotik vasitələrin iranlı şəxsin dediyi yerlərə qoyulmasıtəşkil etmişdir. Görəcəyi işin müqabilində alacağı pul vəsaitinin məbləği barədə Məhəbbətlə onun arasında danışıqlıqlar olmamışdır. O, Məhəbbətdə olan narkotik vasitəni görməmişdir və həmin narkotik vasitənin çəkisini bilmir. Özü narkotik vasitə istifadəçisidir. Onun istifadəsində olan mobil telefonda mövcud olan narkotik vasitələrlə bağlı şəkillərin və yazışmaların araşdırılan işlə əlaqəsi yoxdur. Həmin şəkilləri xoşuna gəldiyi üçün telefonda saxlamışdır. İstifadəsində olan mobil telefonda mövcud olan narkotik vasitələrlə bağlı şəkillərdən başqa video da olmuş, həmin video xoşuna gəldiyi üçün telefonunda saxlamışdır. Onun digər şəxslərlə narkotik vasitələr barəsində yazışmalarından görünür ki, istifadəçisi olduğu üçün həmişə digər şəxslərdən narkotik vasitə istəmiş, ondan isə heç kim narkotik vasitə istəməmişdir. Heç vaxt Biləsuvar rayonunda olmamışdır. İbtidai istintaq zamanı verdiyi ifadəni oxumadan imza etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 elan edilərək tədqiq edilmiş ibtidai istintaq dövründə verdiyi ifadələrdən görünür ki, narkotik vasitələrdən marixuana çəkib qəbul edir. Özü rəsmi olaraq heç yerdə işləmir. Təqsirləndirilən şəxs1 tanıyır, aralarında normal tanışlıq, yoldaşlıq münasibəti var, ədavət və düşmənçiliyi olmamışdır, hazırda da yoxdur. Məhəbbət Şirvan şəhərində özünün qonşuluğunda yaşayır, son vaxtlarda isə Bakı şəhərində kirayədə qalırdı. Təxminən iki gün qabaq Məhəbbətlə aralarındakı telefon danışığı zamanı Məhəbbət onu Bakı şəhərinə çağıraraq bildirmişdir ki, Bakı şəhərində özünün yanında köməkçi kimi işləsin, işlərində ona müəyyən qədər kömək etsin, ona da pul qazancı verəcəkdir. Özü Bakı şəhərinə gəlib Məhəbbətlə görüşmüş, söhbət zamanı tanışı Məhəbbət ona bildirmişdir ki, özünün İran İslam Respublikasında yaşayan İlqar adlı tanışı var, həmin İlqar onun üçün narkotik və psixotrop maddələr göndərmişdir, özü İlqarın tapşırığı ilə həmin maddələri onun qoydurduğu yerlərdən götürür, sonra isə Bakıda ayrıayrı yerlərə, ərazilərə aparıb qoyur, bu yolla pul qazanır. Məhəbbət ona demişdir ki, İranlı İlqarın malı olan narkotik və psixotrop maddələri özü ilə birlikdə daşımaqda, İlqarın deyəcəyi ayrı-ayrı ərazilərə aparıb qoymaqda ona kömək etsin, bu İşin müqabilində ona da müəyyən məbləğdə pul qazancı verəcəkdir, lakin dəqiq məbləği deməmişdir. Özü də Məhəbbətin bu təklifi ilə razılaşmış, etiraz etməmiş, çünki özünün də maddi cəhətdən dolanışığı zəif olmuş, pula ehtiyacı olmuşdur. İranlı İlqar adlı həmin şəxslə danışıqları Məhəbbət özü mobil telefonda “WhatsApp” proqramı İlə aparmış, özü sadəcə İlqarın adını Məhəbbətə görə eşidib bilmiş, özü İlqarı tanımamışdır. Məhəbbət onu Bakı şəhəri Yasamal rayonunda öz kirayə qaldığı evə də aparmış, qaldığı evdə saxladığı həmin narkotik və psixotrop maddələr olan çantaları da göstərmiş, çoxlu sayda heroin və metamfetamin bağlamaları olmuşdur. Sonra özü və tanışı Məhəbbət birlikdə gecə vaxtı Bakı şəhəri Lökbatan qəsəbəsi ərazisinə getmiş, Məhəbbət İlqarın sözü ilə yol kənarına bir neçə heroin bağlaması qoymuş, özü də kömək üçün Məhəbbətin yanında getmişdir. Bundan sonra birlikdə qayıdıb evə gəlmişlər, Məhəbbət həmin çantalardakı heroindən bir qədərini ayırıb bir sellofan bükümdə ona vermiş, bir büküm də özü ilə götürmüşdür. Deməsinə görə İranlı İlqar ona telefonla bildirmişdir ki, həmin heroinləri hara qoymaq lazım olduğunu yenə deyəcəkdir. Özü və Məhəbbət götürdükləri həmin heroinləri, eləcə də çantalarda qalan digər heroin və metamfetamini İlqarın sözündən asılı olaraq Bakı şəhərində hansısa yerlərə aparıb birlikdə qoyacaqdılar. 12 iyul 2022-ci il tarixdə gecə saat təxminən 02 radələrində özü və tanışı Məhəbbət Bakı şəhəri, Yasamal rayonu, Ş.Mehdiyev küçəsi, ev 3 ünvanın yaxınlığında, yəni Məhəbbətin kirayədə qaldığı evin yanında piyada olduqları zaman onlara tərəf mülki geyimdə bir neçə nəfər şəxs yaxınlaşıb saxlamış, özlərini təqdim edib Baş Narkotiklərlə Mübarizə İdarəsinin polis əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları bildirmişlər ki, onların narkotik və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaları barədə məlumatları var, əməliyyat axtarış tədbiri keçirilir. Polislər onu və Məhəbbəti Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət edib aparmış, orada hər ikisi şübhəli şəxs kimi tutulmuş, vəkillər də dəvət edilib təqdim olunmuşdur. Sonra polis əməkdaşları videoçəkiliş etməklə əvvəlcə Məhəbbətin üzərində, sonra özünün üzərində şəxsi axtarış aparmağa başlamışlar. Polis əməkdaşları Məhəbbətə təklif etmişlər ki, üzərində qanunsuz saxladığı əşya, maddə varsa təqdim etsin. Məhəbbət əynində olan qara rəngli cins şalvarının sağ yan cibindəki həmin bir ədəd sellofan bükümdə olan narkotik vasitə heroini çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşı onun üzərində də şəxsi axtarış aparmış, əynindəki şalvarının ciblərindən bir ədəd “Samsung” markalı mobil telefonu, sürücülük və şəxsiyyət vəsiqələri, 50 manat şəxsi pulu və kirayə yaşadığı həmin mənzilə aid bir ədəd açar da aşkar olunaraq götürülmüşdür. Sonra sellofan bükümdəki heroinə baxış keçirilmiş, elektron tərəzidə çəkilmişdir. Bundan sonra polis əməkdaşlarının təklifi ilə özü də əynindəki qara şalvarın sağ yan cibində saxladığı bir ədəd sellofan bükümdə olan narkotik vasitə heroini çıxarıb təqdim etmiş, öz üzərində şəxsi axtarış aparılmış və şalvarının cibindən özünə məxsus “Samsung” markalı mobil telefonu, 20 manat pulu və şəxsiyyət vəsiqəsi aşkar olunaraq götürülmüşdür. Özündən aşkar edilmiş heroin də elektron tərəzidə çəkilmişdir. Polis əməkdaşları Məhəbbətdən və özündən aşkar edilmiş həmin heroin bükümlərini götürüb zərfdə qablaşdırmışlar. Həmçinin iş üzrə əhəmiyyət kəsb etdiyini bildirib mobil telefonlarını da, Məhəbbətin sürücülük və şəxsiyyət vəsiqələrini, özünün şəxsiyyət vəsiqəsini götürmüşlər, mənzilin açarını və 50 manat pulunu Məhəbbətə qaytarmışlar, özünün də 20 manat pulu özünə qaytarılmışdır. Sorğu sual zamanı özü hazırki ifadəsində göstərdiyi kimi qeyd edilən narkotik maddə heroini İran İslam Respublikasının vətəndaşı İlqar adlı şəxsin göndərməsinə görə Məhəbbət vasitəsi ilə əldə etdiyini, İlqarın sözü ilə deyəcəyi ünvanlara çatdırıb qoymaq üçün saxladığını, bu işə görə Məhəbbətin ona pul qazancı verəcəyini, birlikdə bu işi gördüklərini səmimi şəkildə bildirmiş, Məhəbbət özü də etiraf etmişdir. Polis əməkdaşlarının sorğu sualına əsasən Məhəbbət səmimi şəkildə demişdir ki, kirayə yaşadığı mənzildə də narkotik və psixotrop maddələr vardır, onları təqdim edə bilər. Polis əməkdaşları həmin mənzilə baxış keçirmək istədiklərini bildirmişlər, Məhəbbət də, özü də etiraz etməmişlər. Sonra polis əməkdaşları tərəfindən aşkar edilənlərlə bağlı protokol yazılıb tərtib olunmuş, özləri də protokolun doğruluğunu imzalarla təsdiq etmişlər. Daha sonra Məhəbbətin kirayədə yaşadığı həmin mənzilə baxış keçirmək üçün getmişlər, həmin mənzil ünvan 2 ünvanında yerləşir. Həmin mənzilə daxil olandan sonra Məhəbbət özü narkotik və psixotrop maddələri saxladığı yeri polis əməkdaşlarına göstərib təqdim etmiş, belə ki o, İranlı İlqarın göndərdiyi qalan heroin və metamfetamin olan iki ədəd dəri çantaları mənzildə yataq otağındakı taxta dolabın içində alt hissədə saxlamışdır. Polis əməkdaşları həmin çantalarda olan heroin və metamfetamin bağlamalarına, həmçinin iki ədəd elektron tərəzilərə baxış keçirmişlər, belə ki çantaların içində ümumilikdə 75 ədəd sellofan bağlamalarda narkotik maddə heroin, 7 ədəd sellofan bağlamalarda isə psixotrop maddə metamfetamin olmuşdur. Polis əməkdaşları baxış keçirib onları elektron tərəzidə çəkmişlər, sonra hamısını götürüb qablaşdırmışlar. Bundan sonra polis əməkdaşları onları özləri ilə Baş Narkotikləriə Mübarizə İdarəsinə dəvət edib gətirmişlər, aşkar edilənlərlə bağlı protokol yazıb tərtib etmişlər, özü, tanışı Məhəbbət və digər iştirakçılar həmin protokolun doğruluğunu imzalarla təsdiq etmişlər. Təqsirləndirilən şəxs2 həmin ifadələrində əlavə olaraq göstərmişdir ki, özünün istifadə etdiyi mobil nömrəsi ***-***-**-** saylı nömrədir, həmin nömrə ilə danışıqlar aparmışdır. Həmin narkotik və psixotrop maddələri hansı ünvanlara yerləşdirməyi, kimlərə verməyi və həmin ünvanlardan kimlərin gəlib götürməsi barədə İran İslam Respublikasının vətəndaşı İlqar adlı şəxslə özünün telefon danışığı olmamışdır, nə də özü onu tanımır. İlqarla Məhəbbət özü danışmış, sonradan İlqarın sözü ilə özü və Məhəbbət birlikdə Lökbatan ərazisinə gedib bir neçə heroin bağlamasını yol kənarına qoymuşlar. Sonradan həmin maddələrin hansı müştərilərə çatmasını özü bilmir, heç həmin müştəriləri də tanımır. Özü heç kimə əlbəəl narkotik və ya psixotrop maddələr də verməmişdir. Bu işi görmək müqabilində özünün qazancı Məhəbbətin ona verəcəyi pul olacaqdı, lakin hələ heç bir pul vəsaiti almamışdır. Polis əməkdaşları tərəfindən saxlanılarkən, Baş Narkotikləriə Mübarizə İdarəsinə dəvət edilib aparılarkən, şəxsi axtarış və mənzilə baxış keçirilərkən nə özünə, nə də Məhəbbətə qarşı polis əməkdaşları tərəfindən heç bir təzyiq, zorakılıq edilməmişdir. Özü İlqar adlı şəxsi görməmiş, onunla danışmamış, nə də necə adam olduğunu bilmir. İlqarın mobil nömrəsini də bilmir. Onunla Məhəbbət özü əlaqə saxlamışdır. Məhəbbətin deməsinə görə İlqar həmin narkotik və psixotrop maddələri İrandan göndərmiş, lakin hansı şəraitdə, kimlərin vasitəsi ilə, necə göndərildiyini özü bilmir. Özü narkotik vasitə marixuana çəkib qəbul edir, bildiyinə görə Məhəbbət də marixuana qəbul edir. Özü heç vaxt ruhi-psixi xəstəlikdən müalicə almamış və belə xəstəliklərdən də əziyyət çəkmir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli ilə bağlı qismən etirafını, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən sübutların toplanması məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, onlara narkotik vasitələrinin külli miqdarda qanunsuz dövriyyəsi ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyat məlumatı Şahid2 daxil olduğundan onun xırdalıqları barədə məlumatı olmamışdır. Əməliyyata gedərkən narkotikin dəqiq çəkisini bilməmiş, amma külli miqdarda olduğundan xəbərləri olmuşdur. İttiham aktında göstərilən miqdarda narkotik vasitə olması gözlənilmişdir. Tərəflərindən əməliyyat-axtarış tədbiri keçirilmiş və hər iki şəxs Yasamal rayonu ərazisində “LİDER” TV-nin yaxınlığında saxlanılmışdır. Saxlanılan şəxslər idarəyə dəvət edilmiş, idarədə videoçəkiliş vasitəsilə onların və vəkilin iştirakı ilə təhqiqatçı saxlanılan şəxslərin üzərinə baxış keçirilmiş və narkotik vasitə aşkar edilmişdir. Daha sonra şəxslər qaldıqları evdə narkotik vasitə olduğunu bildirmiş və həmin evə baxış keçirilərək külli miqdarda narkotik vasitə aşkar edilmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tutulan zaman tanımışdır. Təqsirləndirilən şəxsləri axşam radələrində saat 10-dan sonra saxlamışdırlar. Onların üzərinə baxış idarədə həyata keçirilmişdir. Evdə öz razılıqları əsasında həyata keçirilərkən aşkar edilən malın çəkisi 80 kiloqramdan çox olmuşdur. Evdə çəkiliş zamanı 2 vəkil olmuşdur. Onlar narkotikə su vurub çoxaltmamışdırlar. Narkotik vasitələri evə daxil olduqda sağ tərəfdə otaqda şkafın içərisindən tapmış, narkotik çantaların içərisində olmuşdur. Saxlanılan şəxslər külli miqdarda narkotik vasitəni yəni, 100 kiloqramı İran vətəndaşından götürərək dedikləri ünvana qoymuşdurlar. Onlar narkotik vasitəni əlbəəl aparıb satmamışdırlar. Əməliyyat məlumatı şəxslərin narkotik vasitəni təyinat məntəqələrinə daşıması, yəni “kuryerlik” etmələri barəsində olmuşdur. Əməliyyat məlumatı narkotik vasitənin miqdarının 50 kiloqramdan çox olması ilə bağlı olmuşdur. Çünki miqdarı 50 kiloqramdan çox olan narkotik vasitə ölkəyə gətirilmiş, narkotik vasitə ölkəyə girdikdə isə onlara artıq məlumat daxil olmuşdur. Onlar saxlanılan şəxslər barəsində əməliyyat-axtarış tədbiri keçirdikdən 4 gün sonra, 35 kiloqram bir, 40 kiloqram da bir narkotik vasitənin daxil olduğunu aşkarlamışdırlar. Bunların hamısı 1 həftənin içərisində olmuşdur. Şəxslər narkotik vasitəni sərhəddən keçirərkən onların qarşısını almaq olur lakin, bəzən qaçaqmalçılıq yolu ilə həmin vasitə sərhəddən keçirilir. Narkotiki tellərdən keçirirlər, hansıkı boşluq ola hissələr var. Sərhədi yaxşı bilən insanlar var. Əməliyyat məzmununda şəxsləri qaçaqmalçılıq yolu ilə narkotik daşıması barədə olmamışdır. İl ərzində sərhəd xidməti onlardan daha çox külli miqdarda narkotik satışı ilə məşğul olan insanları tutur. Sərhəd xidməti ilə birlikdə əməliyyat-axtarış tədbirləri də olur. Sərhəd xidməti narkotik vasitə satanları tutur, tutulmayanları isə onlar şəhərdə tuturlar. Təqsirləndirilən şəxslər narkotiki çay vasitəsi ilə keçirmişdirlər. Bu səbəbdən narkotik vasitələrin yerləşdiyi çantalar sulu olmuşdur. Onlar narkotiki Salyanın körpüsünün altından götürmüşdürlər. Onlar selofanları açdıqda, onların sulu olduğunu görmüşdürlər. Narkotikin İran ərazisindən Azərbaycana gətirilməsi düzgündür. Çünki saxlanılan şəxslər İranla danışmış, İran vətəndaşının adı çəkilmişdir. Narkotiki hardan götürüb hara qoyacaqları barədə məlumat olmuşdur. Digər əməliyyatlarda da narkotikin həmin eyni iranlı şəxsdən götürülməsi ilə bağlı onlarda məlumat olmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Şahid2 əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyat qrupu yaradılmış və rəhbərliyə məruzə edilmişdir. Onlar təlimatlandırılmışdırlar. Təqsirləndirilən şəxslər Yasamal rayonu ərazisində saxlanılmış, hər iki saxlanılan şəxs Baş Narkotiklə Mübarizə İdarəsinə gətirilmişdirlər. Onların üzərinə təhqiqatçının və müdafiəçinin iştirakı ilə baxış keçirilmişdir. Şəxslərin üzərlərində narkotik maddə aşkar edildikdən sonra yaşadıqları evlərində də narkotikin olduğunu bildirmişdirlər. Onlar şəxslərin yaşadıqları ünvana gedərək, orada evlərinə baxış keçirilmişdir. Evdə külli miqdarda narkotik vasitə aşkar edilmişdir. Saxlanılan şəxslər özləri bildirmişdirlər ki, narkotik vasitə onlara İran İslam Respublikasından İran vətəndaşı tərəfindən veriləcəkdi. Təqsirləndirilən şəxslər iranlıdan əldə etdikləri narkotik vasitəni kiloqram şəklində 2-3 kiloqramlıq şəkildə zakladkaya qoyaraq iranlının deyəcəyi yerlərə qoymalı, müştərilər isə həmin yerlərdən narkotik vasitəni götürməli imişlər. Məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspert rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. 11 iyul 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət əməllərinin ifşa olunması, onların cinayət törədərkən, yaxud törətdikdən bilavasitə sonra yaxalanması, narkotik vasitələrin və cinayət izlərinin vaxtında aşkar edilərək götürülməsi məqsədilə “X6 haqqında” Qanununa uyğun olaraq müvafiq əməliyyataxtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır (Cild 1, iş vərəqə 7-8). Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 14 iyul 2022-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid2 tərəfindən qəbul edilmiş 11 iyul 2022-ci il tarixli qərar qanuni hesab edilmişdir (Cild 1, iş vərəqə 185). Şəxsi axtarış və götürmə aparılması haqqında 12 iyul 2022-ci il tarixli protokoldan və müvafiq istintaq hərəkətinin videogörüntülərini özündə əks etdirən DVD diskdən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olub razılaşmaqla qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edib Bakı şəhəri Yasamal rayonu ərazisində dövriyyəsi ilə məşğul olmaları barədə etimad doğuran, məlum və qərəzsiz mənbədən daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 12 iyul 2022-ci il tarixdə saat 02:00-da Bakı şəhəri, Yasamal rayonu, Ş.Mehdiyev küçəsi, ev 3 ünvanının yaxınlığında piyada hərəkət etdikləri zaman saxlanılıb Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət edildikdən sonra orada 12 iyul 2022-ci il tarixdə saat 04:00-dan etibarən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərilərində şəxsi axtarış və götürmə aparılarkən Təqsirləndirilən şəxs1 əynindəki qara rəngli cins şalvarının sağ yan cibindən çıxarıb təqdim etdiyi 01 ədəd sellofan bükümdə qablaşdırma ilə birlikdə çəkisi 58 qram təşkil edən narkotik vasitə heroinə bənzər maddə, eləcə də üzərindən ona məxsus 01 ədəd qırmızı rəngli “Samsung” markalı mobil telefon aparatı, şəxsiyyət və sürücülük vəsiqələri, 50 manat pul əskinası və yaşadığı mənzilə aid 01 ədəd açar aşkar edilmiş, 50 manat pul əskinası və yaşadığı mənzilə aid 01 ədəd açar özünə qaytarılmaqla digər aşkar edilənlər iş üzrə əhəmiyyət kəsb etdiyi üçün götürülmüşdür. Həmçinin, Təqsirləndirilən şəxs2 əynindəki qara rəngli cins şalvarının sağ yan cibindən çıxarıb təqdim etdiyi 01 ədəd sellofan bükümdə qablaşdırma ilə birlikdə çəkisi 102 qram təşkil edən narkotik vasitə heroinə bənzər maddə, eləcə də üzərindən ona məxsus 01 ədəd göy rəngli “Samsung” markalı mobil telefon aparatı, 20 manat pul əskinası və şəxsiyyət vəsiqəsi aşkar edilmiş, 20 manat pul əskinası özünə qaytarılmaqla digər aşkar edilənlər iş üzrə əhəmiyyət kəsb etdiyi üçün götürülmüşdür (cild 1, iş vərəqə 49-52). Təqsirləndirilən şəxs1 kirayədə yaşadığı ünvan 2 ünvanına baxış və götürmə istintaq hərəkəti keçirilməsi haqqında 12 iyul 2022-ci il tarixli protokoldan və müvafiq istintaq hərəkətinin həyata keçirilməsinin görüntülərini özündə əks etdirən DVD diskdən görünür ki, Təqsirləndirilən şəxs1 mənzildə girişdən sağ tərəfdəki yataq otağında olan taxta konstruksiyalı dolabın içərisində alt hissədə gizlədib saxladığı və çıxarıb təqdim etdiyi 02 ədəd dəri çantaların içərisindən ümumilikdə 75 ədəd sellofan bağlamalarda qablaşdırma ilə birlikdə çəkisi 84 kiloqram 30 qram təşkil edən narkotik vasitə heroinə bənzər maddələr, qablaşdırma ilə birlikdə çəkisi 8 kiloqram 950 qram təşkil edən psixotrop maddə metamfetaminə bənzər maddələr, şəffaf plastik qabla birgə 02 ədəd elektron tərəzilər aşkar edilərək götürülmüşdür (cild 1, 58-60). Məhkəmə-kimyəvi ekspertizasının 12 iyul 2022-ci il tarixli 6/3765 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Şübhəli şəxslər Təqsirləndirilən şəxs1... Təqsirləndirilən şəxs2....” yazı və imzalar olan zərfdə 01 ədəd bağlamada təmiz çəkisi 54,280 qram qəhvəyi rəngli tozşəkilli maddə və 01 ədəd bağlamada təmiz çəkisi 96,940 qram qəhvəyi rəngli tozşəkilli maddə öz aralarında xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə eyni olub kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs1... yaşadığı....” yazı və imzalar olan çantada 07 ədəd sellofanda hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 1000,0 qram, 1040,0 qram, 1070,0 qram, 1170,0 qram, 1330,0 qram, 1065,0 qram və 1010,0 qram olmaqla ümumi çəkisi 7685,0 qram ağ rəngli kristal şəkilli maddələr öz aralarında xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə eyni olub kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, 01 ədəd üzərində “Model EK 3350” yazılan, 01 ədəd 7x11 sm ölçüdə gümüşü rəngli elektron tərəzinin səthində və 01 ədəd içərisində qəhvəyi izlər olan şəffaf plastik qabın səthində narkotik vasitə olan heroinin izləri vardır. Heroin iz şəklində olduğundan onun çəkisini müəyyən etmək və eynilik tədqiqatı aparmaq mümkün deyildir. İki ədəd çantada olan 75 ədəd sellofanda ümumi çəkisi 77195,60 qram qəhvəyi rəngli tozşəkilli maddələr öz aralarında xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə eyni olub kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim olunan, Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş 01 ədəd bükümdə heroinlə, Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş 01 ədəd bükümdə heroin və yaşadığı ünvandan aşkar edilmiş 75 ədəd bağlamada heroinlər xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə eynidir. Heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in İ siyahısına əsasən, metamfetamin isə “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in İİ siyahısına daxildir. Həmin ekspert rəyinə əsasən təmiz çəkisi 54,280 qram heroinin 0,05 qramı tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 54,230 qram heroin, təmiz çəkisi 96,940 qram heroinin 0,05 qramı tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 96,890 qram heroin, ümumi təmiz çəkisi 77195,60 qram heroinin ümumi 3,0 qramı tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 77192,60 qram heroin, ümumi təmiz çəkisi 7685,0 qram metamfetaminin 0,35 qramı tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 7684,65 qram metamfetamin təşkil etmişdir( cild 1, iş vərəqə 87-93). Mobil telefon aparatının yaddaşındakı məlumatlara baxış keçirilməsi haqqında 02 avqust 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş və iş materiallarına əlavə edilmiş ona məxsus 01 ədəd “Samsung Galaxy A21s” markalı mobil telefon aparatına keçirilmiş baxış zamanı “Samsung Galaxy A21s” markalı mobil telefon aparatının yaddaşında “WA Business" adı ilə qeyd edilmiş yaşıl rəngli “Whatsapp” ani mesajlaşma mübadilə sistemi bölməsində İran İslam Respublikasının mobil operatoruna aid +98 904 *** **** saylı mobil nömrə istifadəçisinin “Tanımıram” adı altında, +98 914 *** **** saylı mobil nömrə istifadəçisinin “ana” adı altında, +98 903 *** **** saylı mobil nömrə istifadəçisinin isə “Xan” adı altında qeydə alındığı, lakin həmin mobil nömrələrin istifadəçiləri ilə “Whatsapp" ani mesajlaşma mübadilə sistemi bölməsində hər hansı SMS mətninin, səsli mesajın, foto və videogörüntülərin mövcud olmadığı müəyyən edilmişdir. Həmçinin, baxış zamanı həmin “Whatsapp” ani mesajlaşma mübadilə sistemi bölməsində iş üzrə digər Təqsirləndirilən şəxs2 istifadəsində olmuş digər +994 55 *** ** ** saylı mobil nömrənin “Eziz” adı altında qeydə alındığı, lakin həmin mobil nömrə istifadəçisi ilə hər hansı SMS mətninin, səsli mesajın, foto və videogörüntülərin mövcud olmadığı müəyyən edilmişdir. Bundan başqa, baxış zamanı “Samsung Galaxy A21s” markalı mobil telefon aparatının yaddaşında “Telefon” adı ilə qeyd edilmiş yaşıl rəngli zənglər bölməsində İran İslam Respublikasının mobil operatoruna aid +98 903 *** **** saylı mobil nömrə istifadəçisinin “Xan” adı altında, +98 914 *** **** saylı mobil nömrə istifadəçisinin “ana” adı altında, +98 904 *** **** saylı mobil nömrə istifadəçisinin “Attt” və “Tanımıram” adları altında, iş üzrə digər Təqsirləndirilən şəxs2 istifadəsində olmuş digər +994 55 *** ** ** saylı mobil nömrənin isə “Eziz” adı altında qeydə alındığı müəyyən edilmişdir. (cild 1, iş vərəqə 232-244). Mobil telefon aparatının yaddaşındakı məlumatlara baxış keçirilməsi haqqında 03 avqust 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilərək götürülmüş və iş materiallarına əlavə edilmiş ona məxsus 01 ədəd “Samsung Galaxy A21s" markalı mobil telefon aparatına keçirilmiş baxış zamanı həmin “Samsung Galaxy A21s” markalı mobil telefon aparatının yaddaşında “WhatsApp” ani mesajlaşma mübadilə sistemi bölməsində iş üzrə digər Təqsirləndirilən şəxs1 istifadəsində olmuş +994 55 *** ** ** saylı mobil nömrənin “Metleb Muellim” adı altında qeydə alındığı, lakin həmin mobil nömrə ilə hər hansı SMS mətninin, səsli mesajın, foto və videogörüntülərin mövcud olmadığı müəyyən edilmişdir. Bundan başqa, baxış zamanı həmin “Samsung Galaxy A21s” markalı mobil telefon aparatının yaddaşında “WhatsApp” ani mesajlaşma mübadilə sistemi bölməsində İran İslam Respublikasının mobil operatoruna aid +98 903 *** **** saylı mobil nömrə istifadəçisinin “lilqar 2 xarici” adı altında, +98 992 *** **** saylı mobil nömrə istifadəçisinin “Aslan" adı altında qeydə alındığı, lakin həmin mobil nömrələrin istifadəçiləri ilə hər hansı SMS mətni, səsli mesaj, foto və videogörüntü mübadilələrinin mövcud olmadığı müəyyən edilmişdir. Həmçinin, baxış zamanı həmin “Samsung Galaxy A21s” markalı mobil telefon aparatının yaddaşında “Kontaktlar” bölməsində İslam Respublikasının mobil operatoruna aid +98 992 *** **** saylı mobil nömrə istifadəçisinin “Aslan” adı altında, +98 903 *** **** saylı mobil nömrə istifadəçisinin “lilqar 2 xarici” adı altında, +98 936 *** **** mobil nömrə istifadəçisinin “Qaqaş” adı altında qeydə alındığı müəyyən edilmişdir. Bundan başqa, baxış zamanı həmin “Samsung Galaxy A21s” markalı mobil telefon aparatının yaddaşında “Qalereya” bölməsindəki videogörüntülər arasında hazırkı cinayət işi üzrə mənzilə baxış keçirilməsi və götürmə haqqında 12 iyul 2022-ci il tarixli protokola əlavə edilmiş 01 ədəd DVD diskin yaddaşında müvafiq prosesin həyata keçirilməsinə dair videogörüntüdə qeydə alınmış, içərisində narkotik vasitə heroin yığılmış sellofan bağlamalarla xarici görünüşcə oxşarlıq təşkil edən çoxsaylı heroin bağlamalarının otaq şəraitində 06 iyul 2022-ci il tarixdə saat 02:20-də və həmin tarixdə saat 02:26-da videoçəkilişinin qeydə alınmasına dair müvafiq olaraq 25 və 20 saniyə davam edən videogörüntü faktlarının mövcud olduğu müəyyən edilmişdir. Həmçinin, baxış zamanı həmin “Samsung Galaxy A21s” markalı mobil telefon aparatının yaddaşında “WhatsApp” ani mesajlaşma mübadilə sistemi bölməsində 11 iyul 2022-ci il tarixdə istifadəçisi istintaqa məlum olmayan +994 55 *** ** ** saylı mobil nömrə ilə narkotik vasitə heroinə “Torpaq” adı ilə, psixotrop maddə metamfetaminə isə “Daş” , 20-28 mart 2022-ci il tarixlərdə Sadiq Qon 2” adı altında qeydə alınmış istifadəçisi istintaqa məlum olmayan +994 55 *** ** ** saylı mobil nömrə ilə psixotrop maddə metamfetaminə “Şüşə” və “Pati” adları ilə işarə edilməklə, 16-31 may 2022-ci il tarixlərdə “Nahid Baki 2” adı altında qeydə alınmış istifadəçisi istintaqa məlum olmayan +994 55 *** ** ** saylı mobil nömrə İlə narkotik vasitələrə və psixotrop maddələrə “Mal”, 29 və 31 mart 2022-ci il tarixlərdə “Elektrik” adı altında qeydə alınmış istifadəçisi istintaqa məlum olmayan +994 *** ** ** 95 saylı mobil nömrə ilə narkotik vasitələrə və psixotrop maddələrə “Dərman”, habelə narkotik vasitə heroinə “Kola”, 06-17 iyun 2022-ci il tarixlərdə “Elnur Sahil” adı altında qeydə alınmış istifadəçisi istintaqa məlum olmayan +994 70 *** ** ** saylı mobil nömrə ilə psixotrop maddə metamfetaminə “Pati”, 04 və 12 iyun 2022-ci il tarixlərdə “X16” adı altında qeydə alınmış istifadəçisi istintaqa məlum olmayan +994 70 *** ** ** saylı mobil nömrə ilə narkotik vasitə heroinə “Kola”, psixotrop maddə metamfetaminə “Pati”, 25 mart-16 aprel 20220-ci il tarixlərdə “Eli Sim” adı altında qeydə alınmış istifadəçisi istintaqa məlum olmayan +994 50 *** ** ** saylı mobil nömrə ilə psixotrop maddə metamfetaminə “Pati”, “Amil" adı altında qeydə alınmış istifadəçisi istintaqa məlum olmayan +7 920 *** ** ** saylı mobil nömrə ilə narkotik vasitələrə və psixotrop maddələrə “Dərman", habelə narkotik vasitə heroinə “Kola” adı ilə işarə edilməklə həmin maddələrin qanunsuz ticarət faktını təsdiq edən məzmunlu SMS mətnlərinin və səsli mesajların qeydə alındığı müəyyən edilmişdir(cild 2 iş vərəqə 1-3). Əşyaların maddi sübut hesab edilməsi haqqında 18 iyul 2022-ci il tarixli qərarla iş üzrə şəxsi axtarış və götürmə aparılması, mənzilə baxış və götürmə aparılmasının videogörüntülərini özündə əks etdirən 02 ədəd DVD disk, ekspertiza tədqiqatından sonrakı qablaşdırılmış halda qalıq çəkisi 54,230 qram, qalıq çəkisi 96,890 qram və ümumilikdə qalıq çəkisi 77192,60 qram təmiz çəkilərdə narkotik vasitə heroinlər, ümumilikdə qalıq çəkisi 7684,65 qram təmiz çəkidə psixotrop maddə metamfetamin, 02 ədəd “Samsung Galaxy A21s” markalı mobil telefon aparatları, səthlərində heroin izləri olan 01 ədəd üzəri “Model EK 3350” yazılı və 01 ədəd 7x11 sm ölçüdə gümüşi rəngli elektron tərəzilər, 01 ədəd içərisində qəhvəyi izlər olan şəffaf plastik qab maddi sübut kimi tanınmış, cinayət işinin materiallarında saxlanılan təqsirləndirilən şəxsin üzərinə şəxsi axtarış və götürmə aparılması, mənzilə baxış və götürmə aparılmasının videogörüntülərini özündə əks etdirən 02 ədəd DVD disk istisna olmaqla, digər maddi sübutlar Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama kamerasına təhvil verilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “Şenk İsveçrəyə qarşı” Avropa İnsan Hüquqları Məhkəməsinin 12 iyul 1988-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu, ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir . “Yallo Almaniyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 11 iyul 2016cı il tarixli qərarında göstərilir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özülyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların, o cümlədən maddi sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçisi vasitəsi ilə suallar vermişdir. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349-cu maddəsinə əsasən məhkəmə hökmü qanuni olmalıdır, yəni Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosesual Məcəlləsinin, Cinayət Məcəlləsinin və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikasının CM-nin 3-cü maddəsinə əsasən yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma əməllərinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Qanunun mənasına görə CM-nin 234.4.3-cü maddəsində göstərilən cinayət əməli alternativ tərkibli olmaqla, obyektiv cəhətdən külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmada ifadə olunur. Belə ki, bu cinayət bir hərəkətin, yaxud alternativ hərəkətlərin mövcudluğu ilə səciyyələnir. Bundan başqa göstərilən cinayət əməli formal tərkibli olduğundan onun başa çatmış hesab olunması üçün təqsirkarın qeyd edilən maddə ilə nəzərdə tutulan hərəkətləri külli miqdarda törətməsi faktının müəyyən edilməsi kifayətdir. Həmçinin cinayətin subyektiv cəhətinin ünsürlərindən biri olan “məqsəd” Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə cinayət tərkibinin zəruri əlaməti olmaqla Cinayət-Prosessual Məcəlləsinin 139.0.3-cü maddəsinə əsasən sübut edilməli olan hallardan biridir. “Narkotik vasitələrin, psixotrop maddələri və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qanunda “satış” məqsədinin anlayışı verilməsə də, həmin Qanunun 1.0.11-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışına aydınlıq gətirilmişdir. Belə ki, miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər “satma ” kimi başa düşülür. Bu kontektsdə “satış” məqsədi də narkotik vasitələrin və ya psixortop maddələrin “əvəzli, qazanc əldə etmək və ya sair şəxsi maraqdan yayılması” məqsədi kimi şərh edilə bilər. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli, 2 №-li Qərarına əsasən Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Qeyd olunan Plenum qərarının 14-cü bəndinin 2-ci abzasına əsasən, bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi müəyyən edildikdə, külli miqdar tövsifedici əlamətin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı əsas götürülməli, hər hansı bir növ narkotikin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə əməl (satış məqsədi ilə həmin maddələrin əldə edilməsi, saxlanılması və sair) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilməlidir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın 1-ci Siyahısının 5-ci bəndinə əsasən təmiz halda 2 (iki) qram və daha artıq çəkidə narkotik vasitə heroin və Siyahıların 2-ci Siyahısının 67-ci bəndinə əsasən - təmiz halda 2 (iki) qram və daha artıq çəkidə psixotrop maddə metamfetamin külli miqdar təşkil edir. Məhkəmə, Təqsirləndirilən şəxs1 narkotik vasitənin və psixotrop maddənin ittiham aktında göstərilən miqdarda olmaması, Təqsirləndirilən şəxs2 narkotik vasitələrini ümumiyyətlə görməməsi barədə məhkəmədə verdiyi ifadəsinin onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək ittiham olunduğu cinayət əməlini törətmələrini sübuta yetirilmiş hesab edir. Belə ki, Təqsirləndirilən şəxs1 yaşadığı ünvan 2 ünvanına baxış keçirilməsi baxış və götürmə aparılmasının videogörüntülərini özündə əks etdirən DVD diskdən görünür ki, baxış və götürmə istintaq hərəkətləri hər iki təqsirləndirilən şəxsin və onların müdafiəçilərinin iştirakı ilə keçirilmiş, bükümlər tək-tək tərəzidə ölçülmüş, bükümlərin çəkisinin müəyyən edilməsi zamanı Təqsirləndirilən şəxs1 çəki ilə əlaqədar hər hansı narazılığının olmasını bildirməmiş, çəkiliş zamanı təqsirləndirilən şəxslərə “bundan başqa hardasa var? Sual verirəm sizə” sualına hər iki təqsirləndirilən şəxs, yəni Təqsirləndirilən şəxs2 da “xeyr” demiş, narkotik maddələri ümumiyyətlə görməməsi barədə hər hansı fikir söyləməmişdir. Bundan başqa təqsirləndirilən şəxslər məhkəmə kimyəvi ekspertiza rəyi ilə də tanış olmuş, həmin rəyin nəticələrinə dair hər hansı etirazları olmasını bildirməmişlər. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətmələri sübuta yetirilmişdir. Onlar qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidirlər. Onların cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ibtidai istintaq dövründə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2-ci maddəsi ilə də ittiham elan edilmiş, lakin məhkəmə baxışının gedişində, 14 aprel 2023-cü il tarixli məhkəmə iclasında dövlət ittihamçısı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərində həmin maddələrdə nəzərdə tutulan cinayət tərkibinin sübuta yetirilməməsi əsası ilə ittihamdan imtina etmiş, məhkəmənin 14 aprel 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2-ci maddəsi ilə aparılan cinayət təqibinə xitam verilmişdir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cümaddələri ilə cəza təyin edərkən həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işi materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində 28 sentyabr 2011-ci il, 31 yanvar 2011-ci il təvəllüdlü azyaşlı övladları var. 24 fevral 2023-cü il tarixli məhkəmə iclasında təqsirəndirilən şəxsin müdafiəçisi tərəfindən verilən və cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasından təqdim olunan 23 aprel 2022-ci il tarixli çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs1 həyat yoldaşı X4 şəxsiyyətin isterik tipli cizgiləri diaqnozu qoyulmuşdur. Eyni zamanda cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi ərazi bölmələrini idarəetmə birliyi” Publik hüquqi şəxsinin elmi-tədqiqat travmatologiya və ortopediya institutundan təqdim olunan arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 övladı X7 əsasən 2-ci və 3-cü dərəcəli yanıq xəsarəti izləri, Azərbaycan Respublikası Səhiyyə Nazirliyindən təqdim edilmiş çıxarışdan isə görünür ki, Təqsirləndirilən şəxs1 övladı X1 ağır debillik dərəcəsində anadangəlmə kəmağıllılıq, nəzərəçarpan psixopatabənzər davranış və nitq qüsurları xəstəlikləri diaqnozu qoyulmuşdur. Məhkəmə təqsirləndirilən şəxsin himayəsində azyaşlı uşaqlarının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsi 59.1.4-cü maddəsinə əsasən, ailə üzvlərinin xəstə olmasını, əməlini səmimi etiraf etməsini, peşmançılıq hissi keçirməsini həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən yüngülləşdirici hal kimi nəzərə alır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən təqdim olunan arayışa əsasən Təqsirləndirilən şəxs1 Şirvan şəhər məhkəməsinin 15 mart 2006-ci il tarixli hökmünə əsasən Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən barəsində 1 il sınaq müddəti təyin edilməklə hökmlə ona təyin edilən cəza şərti hesab edilmişdir. Sabirabad rayon məhkəməsinin 21 dekabr 2015-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 29,177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 3500 manat cərimə cəzasına məhkum edilmişdir. Şirvan şəhər məhkəməsinin 27 aprel 2016-ci il tarixli hökmü ilə 234.1ci maddəsilə ilə təqsirli bilinərək, 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən ona təyin olunmuş cəza əvvəlki hökmlə təyin edilmiş cəza ilə toplanma yolu ilə üzərində qəti olaraq 2 il müddətinə azadlıqdan məhrum etmə və 3500 manat cərimə cəzası saxlanılmış, Şirvan şəhər məhkəməsinin 26 sentyabr 2019-cu il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 194.1, 234.2ci maddələri ilə təqsirli bilinərək Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən ona qəti olaraq 3 il 8 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir (Cild 1, iş vərəqə 72-80). 14 dekabr 2021-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Amnistiya Aktının 2.2-ci bəndinə əsasən ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsini çəkməkdən azad edilmişdir. Həmin qərarın 7-ci bəndindən görünür ki, bu Qərar əsasında əsas və əlavə cəzanı çəkməkdən azad edilən böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş şəxslərin üzərindən məhkumluq götürülməsi qərara alınmışdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 əvvəllər törətdiyi cinayətlərə görə məhkumluqları Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinə əsasən ödənildiyindən, tərəfindən törədilən sonuncu cinayətə görə isə Amnistiya aktına əsasən cəzadan azad edildiyindən və törətdiyi cinayət az ağır cinayətlər kateqoriyasına aid olduğu üçün həmin qərarla həm də üzərindən məhkumluğu götürüldüyündən məhkumluğu olmayan şəxs hesab edilməlidir Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət işi materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 himayəsində 08 iyul 2010-cu il təvəllüdlü azyaşlı övladı var. Məhkəmə Təqsirləndirilən şəxs2 himayəsində azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü, əməlini səmimi etiraf etməsini, peşmançılıq hissi keçirməsini həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən yüngülləşdirici hal kimi nəzərə alır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən təqdim olunan arayışa əsasən Təqsirləndirilən şəxs2 Şirvan şəhər Məhkəməsinin 11 sentyabr 2017-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il 9 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Salyan rayon məhkəməsinin qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76-cı maddəsinə əsasən 9 ay 10 gün vaxtından əvvəl cəzadan şərti olaraq azad edilmiş, Şirvan şəhər məhkəməsinin 22 may 2019-cu il tarixli hökmü ilə 234.1ci maddəsi ilə təqsirli bilinirək Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən ona qəti olaraq 1 il 7 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, 07 oktyabr 2020ci il tarixdə cəzasının sonu ilə cəzadan azad edilmişdir (Cild 1, iş vərəqə 211-213). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.2-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər 2 dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin təhlükəli residivini yaradır. Göründüyü kimi, Təqsirləndirilən şəxs2 qəsdən az ağır cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, hər iki törədilən cinayətə görə məhkumluğun ödənilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddət keçmədən, yəni məhkumluğunun ödənilmədiyi dövrdə isə yenidən qəsdən ağır cinayət törətdiyindən əməlində cinayətin təhlükəli residivi vardır. Məhkəmə X3 əməlində cinayətin təhlükəli residivinin olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən az ola bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsinin sanksiyası həddində, Təqsirləndirilən şəxs2 isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsininin tələbləri nəzərə alınaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Təqsirləndirilən şəxs1 ona təyin olunacaq cəzanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən Təqsirləndirilən şəxs2 əməlində cinayətlərin təhlükəli residivi olduğu və o, əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkdiyi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 12 iyul 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş(cild 1, iş vərəqə 22), Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 13 iyul 2022-ci il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəllinin 12 iyul 2022-ci il tarixdən hesablanması qərara alınmışdır (cild 1, iş vərəqə 174-178). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs1 təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 12 iyul 2022-ci il tarixdən hesablanmalıdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 12 iyul 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş (cild 1, iş vərəqə 39), Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 13 iyul 2022-ci il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəllinin 12 iyul 2022-ci il tarixdən hesablanması qərara alınmışdır (cild 1, iş vərəqə 38, 179-184). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs2 təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 12 iyul 2022-ci il tarixdən hesablanmalıdır. 29 avqust 2022-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin 4796 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs1 opioidlərin qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. 05 sentyabr 2022-ci tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin 4956 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs2 opioidlərin birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məhkəmə qeyd edilən rəyləri və təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslərə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama kamerasına təhvil verilmiş ekspertiza tədqiqatından sonrakı qablaşdırılmış halda qalıq çəkisi 54,230 qram, qalıq çəkisi 96,890 qram və ümumilikdə qalıq çəkisi 77192,60 qram təmiz çəkilərdə narkotik vasitə heroinlər, ümumilikdə qalıq 7684,65 qram təmiz çəkidə psixotrop maddə metamfetamin, 01 ədəd üzərində “Model EK 3350” yazılı və 01 ədəd 7x11 sm ölçüdə gümüşi rəngli elektron tərəzilər, 01 ədəd içərisində qəhvəyi izlər olan şəffaf plastik qab məhv edilməli, saxlanılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinin maddi sübutları saxlama kamerasına təhvil verilmiş Təqsirləndirilən şəxs1 məxsus 01 ədəd “Samsung Galaxy A21s” markalı mobil telefon və Təqsirləndirilən şəxs2 məxsus 01 ədəd “Samsung Galaxy A21s” markalı mobil telefon təqsirləndirilən şəxslərin ailə üzvlərinə qaytarılmalı, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış, habelə Təqsirləndirilən şəxs1 kirayədə yaşadığı ünvan 2 ünvanına baxış və götürmə istintaq hərəkətlərinin video görüntülərini özündə əks etdirən 2 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198.3-cü maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, iş üzrə 88 manat ekspertiza xərci bərabər paylarla təqsirləndirilən şəxslərin üzərinə qoyulmalı, başqa sözlə desək təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 44 (qırx dörd) manat və Təqsirləndirilən şəxs2 44 (qırx dörd) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir (cild 1, iş vərəqə 87-93). Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarları ilə onların hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Başqa sözlə, Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəsi məhkəmə zamanı 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən, Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsi məhkəmə zamanı 12 saylı Vəkil Bürosunun vəkili X12 tərəfindən həyata keçirilmişdir. Cinayət-Prosessual Məcəllənin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, məhkəmə mərhələsində göstərilmiş 36 iş saatı həcmində hüquqi yardımla bağlı X10 vəkil işlədiyi Bakı şəhəri 12 saylı Vəkil Bürosunun hesabına ödənilməsi üçün 216 (iki yüz on altı) manat məbləğində, Müdafiəçi1 vəkil işlədiyi 12 saylı Vəkil Bürosunun hesabına ödənilməsi üçün 216 (iki yüz on altı) manat məbləğində pul köçürülməlidir. Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 11 (on bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin başlanğıcı 12 iyul 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 11 (on bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı 12 iyul 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin. İş üzrə maddi sübutlar: - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama kamerasına təhvil verilmiş, ekspertiza tədqiqatından sonra qalıq çəkiləri 54, 230 qram heroin, 96,890 qram heroin, 77192,60 qram narkotik vasitə heroin, ümumilikdə qalıq 7684,65 qram təmiz çəkidə psixotrop maddə metamfetamin, 01 ədəd üzərində “Model EK 3350” yazılı və 01 ədəd 7x11 sm ölçüdə gümüşi rəngli elektron tərəzilər, 01 ədəd içərisində qəhvəyi izlər olan şəffaf plastik qab məhv edilsin; - Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış, habelə Təqsirləndirilən şəxs1 kirayədə yaşadığı ünvan 2 ünvanına baxış və götürmə istintaq hərəkətlərinin video görüntülərini özündə əks etdirən 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinin maddi sübutları saxlama kamerasına təhvil verilmiş Təqsirləndirilən şəxs1 məxsus 01 ədəd “Samsung Galaxy A21s” markalı mobil telefon və Təqsirləndirilən şəxs2 məxsus 01 ədəd “Samsung Galaxy A21s” markalı mobil telefon onlarn ailə üzvərinə qaytarılsın. 88 (səksən səkkiz) manat məbləğində ekspertiza xərci bərabər şəkildə bölünməklə Təqsirləndirilən şəxs1 44 (qırx dörd) manat və Təqsirləndirilən şəxs2 44 (qırx dörd) tutularaq dövlət büdcəsinə ödənilsin. Məhkəmə mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 12 saylı Vəkil Bürosunun hesabına vəkil Müdafiəçi1 üçün 216 (iki yüz on altı) manat və vəkil X12 üçün 216 (iki yüz on altı) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surətinin onlara verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (sədrlik edən) Leyla Əsgərova-Məmmədova Rasim Sadıxov Novruz Kərimov
Məhkəmə qərarları › İş №1(101)-377/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-377/2023
14.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver