Məhkəmə qərarları › İş №1(101)-377/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-377/2024

01.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-377/2024 01.02.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Əliyev Samir İmamverdi oğlu (sədrlik edən), Qəniyev Faiq Əsəd oğlu və Ağalarov Mahmud Muradxan oğlundan ibarət tərkibdə Məhkəmə iclas katibi: Qasımzadə Banu Pənah qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin hüquqi varisi X2, Təqsirləndirilən şəxs müdafiəçisi: Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Bakı şəhəri 21 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, 22 avqust 1983-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, 2 azyaşlı övladı olan, ali təhsilli, "xxxx" MMC-də böyük inşaat mühəndisi işləmiş, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2assivi, Məlik Dadaşov küçəsi ev 7-də yaşamış, barəsində «həbs» növündə qətimkan tədbiri seçilməklə 3 saylı istintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 09 yanvar 2023-cü il tarixdə təxminən saat 02-03 radələrində yaşadığı ünvan 2assivi, Məlik Dadaşov küçəsi ev 7 ünvanında mətbəx otağında atası Zərərçəkmiş şəxs ilə aralarında şəxsi müasibətlərin pozulması zəmnində baş vermiş mübahisə zamanı sağlamlığına zərər vurmaq məqsədilə mətbəx mebelindən götürdüyü çapacaqla boyun nahiyəsinə zərbə vurmaqla özünə sağlamlığın qısa müddətə pozulmasına səbəb olduğuna görə YÜNGÜL dərəcəli zərərvurmaya aid boynun kəsilmiş yarası xəsarəti yetirdikdən sonra onun sağlamlığına zərər vurmasının qarşısını almaq üçün əlindən çapacağı almaq istəyən atası Zərərçəkmiş şəxs bədənin müxtəlif nahiyələrinə yumruq zərbələri endirməklə sonuncuya ölümlə səbəbli əlaqəsi olmayan, sağlamlığa zərərvurmayan xəsarətin əlamətinə malik hər iki gözətrafı nahiyənin qançırı, həmçinin ölümlə səbəbli əlaqəsi olmayan, həyat üçün təhlükəli olan sağlamlığa AĞİR dərəcəli zərərvurmanın əlamətlərinə malik ağciyərlərin kontuziyası, ikitərəfli homopnevmotoraksla müşayiət olunan döş qəfəsinin qapalı küt travması; eyni zamanda ölümlə səbəbli əlaqəli olan, eyni proyeksiya üzrə törənmiş zədələr hesab olunan, həyat üçün təhlükəli olan sağlamlığa AĞİR dərəcəli zərərvurmanın əlamətlərinə malik sağ təpə nahiyəsinin qançırı, başın yumşaq toxumalarının iç səthinə, beyin toxumasına və beynin yumşaq qişasına qansızmalar, baş beynin əzilməsi xəsarətləri yetirərək Zərərçəkmiş şəxs qəsdən sağlamlığına ağır zərər vurmaqla, sonuncunun müalicə aldığı X8 12 yanvar 2022-ci il tarixdə ehtiyatsızlıqdan ölümünə səbəb olmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, ifadəsində göstərmişdir ki, hadisə baş verən gün ona atasından zəng gəlmişdir. Telefonda danışarkən onun nəyəsə ehtiyacı olubolmadığını soruşmuş və atası da cavabında heç nəyə ehtiyacı olmadığını bildirərək gəlmək istədiyini demiş və o da gəlməsini demişdir. Öncəki vaxtlardan onunla münasibəti yaxşı olmamışdır. Atası gəlmiş və oturub söhbət etmişlər. Söhbət zamanı mübahisəli məqam yaranmışdır. O illərdir ki, bu mübahisəli məsələlərdən uzaq gəzirmiş. Daha sonra atası və o alkoqollu içki qəbul etmişlər. Bu zaman atası ilə arasındakı problemə görə əsəbləşərək mətbəxdəki çapacaq vasitəsilə özünə, boyun nahiyəsinə xəsarət yetirmişdir. Həmin vaxt atası zor gücü ilə ondan çapacağı alıb gizlətmişdir. Çöldən səsləri eşidib çölə çıxmış və atasını yerdə qan içində görmüşdür. Atasının üzərini təmizləmək üçün hamama aparmışdır. Bu zaman o mətbəxdə yatıb qalmışdır. Səhər artıq atasının vəfat etdiyini görmüşdür. Təcili yardım çağırmış, özü isə polis idarəsinə getmişdir. Ona və ailəsinə qarşı işgəncə tətbiq etməsinə görə atası ilə münasibətləri yaxşı olmamışdır. Atasına qarşı 15-16 yaşlarından etibarən münasibəti pis olsa belə müəyyən vaxtdan sonra ona yardım etmişdir. Atası bibisi ilə yaşayırmış. Atası ilə tez-tez yox, nəvələrini görmək istəyəndə görüşürmüş. Hadisə günü atasının hansı səbəbə gəldiyini bilmir. Hadisə baş verən günü o yox, atası onun yanına gəlmişdir. Atası ilə görüşən gün evdə heç kim olmamışdır. O evdə tək yaşayırmış. Özü içki aludəçisi olmuş, müyyən dövrdə içkiyə ara vermişdir. Hadisə günü içkini o təklif etmişdir. Əvvəlcədən alkoqollu içki qəbul edəcəklərini dəqiqləşdirməmişlər. Atası ilə olan söhbətdən qıcıqlanıb özünə xəsarət yetirmişdir. Pilləkənin əltutanları olmadığı üçün yıxıldığını güman edir. İçkinin təsirindən atasının bədənindəki digər yara və zədələri görməmişdir. Atası yeriyə bildiyi üçün o düşünmüşdür ki, atasının vəziyyəti yaxşıdır, ona görə də həkimə müraciət etməmişdir. Atasını öldürmək məqsədi olmamışdır. Atasına bir çox məsələlərdə maddi dəstək göstərmişdir. Atası yaralandığı vaxt atasının və onun yanında heç kim olmamışdır. Zərərçəkmiş şəxsin hüquqi varisi X3 məhkəmədə verdiyi ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxs onun qardaşı oğludur. O, hadisə günü yas yerinə getmişdir. İstintaqda ifadə verən zaman şok vəziyyətdə olduğu üçün nə dediyini xatırlamır. Hadisədən xəbəri olmamışdır. Əlaqələri yaxşı olub. Gəlini ona zəng edib İbrahimin nə etdiyini soruşmuş, o isə İbrahimin şəhərdə olduğunu demişdir. O isə İbrahimi komada olduğunu bildirmişdir. O, həmin vaxt hadisədən xəbər tutmuşdur. Həmin gün İbrahim özü ona şəhərə çıxıb sonra qayıdacağını demişdir. O qardaşı İbrahimlə bir evdə yaşamışdır. Bəzi söz-söhbətlər olmasına baxmayaraq ata və oğulun münasibəti yaxşı olmuşdur. Onun da qardaşı ilə münasibətləri yaxşı imiş. İstintaqdakı ifadəsini təsdiq edir, hər hansı şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, hadisə baş verən zaman o burada olmamışdır. Qardaşının hüzur yerinə, rayona getmişdir. Zərərçəkmiş şəxs onun əridir. 20 il əvvəl aralarındakı münasibət pozulmuşdur. Səhər gələndə oğlu ilə zəngləşmişdir. Ona demişdir ki, özü-özünü vurmaq istəmiş, ancaq atası ət çapacağını əlindən almaq istəyib. Atası sonra aparıb çapacağı gizlətmişdir. Oğlu deyib ki, bundan sonra atasını gözləyib. Görüb ki, gəlib çıxmır. Gedib baxıb ki atası yıxılıb. Oğlu ondan üzr istəyib, deyib ki heç nə etməyib, sonra aparıb hamama çimizdirib. Özü isə gedib yatıb. Səhər duranda isə görüb ki, zərərçəkmiş ölüb. Onun mərhumla münasibəti yaxşı olmuşdur. Hərdən gəlib-gedirmiş. Heç bir düşmənçiliyi olmamışdır. Atası oğluna qarşı qddar olmuşdur. Dəfələrlə mübahisə etsələr də oğlu həmişə atasına qayğı göstərmişdir. Azər ailəli olmuş, arvadından ayrılmışdır. Uşaqlarına da onlar baxırmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o növbəti dəfə təcili yardımda işdə imiş. Onlara polis bölməsindən çağırış gəlmişdir. Gedəndə orda xəstə ilə rastlaşmışdır. Boynunda kəsilmiş çapılmış yara var imiş. Yardım göstərib, xəstəxanaya aparmaq lazım olduğunu demişdir. Yara boynundan yaranmışdır. Yaranın niyə yarandığını Bilməmişdir. O Azəri xəstəxanaya aparmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, o istintaqdakı ifadədini təsdiq edir. Özü tibb bacısı işləmişdir. Səadət xanımla birgə getmiş, təqsirləndirilən şəxs Azəri xəstəxanaya aparmışlar. Onun boynunda çapıq olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o təcili yardım əməkdaşıdır. Mərhuma ilk yardımı o göstərmişdir. 3 saylı xəstəxanaya o aparmışdır. İstintaqdakı ifadəsini təsdiq edir. Azərlə atası evdə olmuşdur. Atası hamam otağında huşsuz vəziyyətdə uzanmışdır. Münaqişəni görməmişdir. Mərhum hamam otağında olmuş, Azərlə onları qapıda qarşılamışlar. Yolda danışmırmış, sızıldayırmış. Başında “Gimantuma” adlanan xəsarət olmuşdur. Ancaq dəqiq görmək mümkün deyildi. Yolda həyatda olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, 9 yanvar tarixində o işdə növbədə olmuş və 10 saylıdan onlara məlumat gəlmişdir. Onlar dərhal ünvana yaxınlaşmışlar. Azərin içkili vəziyyətdə imiş və boyun nahiyəsi açılmışdır. Azər getmək istəmirmiş, onu maşına mindirib şöbəyə, oradan da 3 saylıya aparıb tikiş qoymuşlar. Onlar gedən zaman atası olmamışdır, təcili yardım artıq aparmışdır. Daha sonra Azəri məcbur aparıb boynuna tikiş qoyub, içki yoxlanışına aparmışlar. Onlar 3 saylıya getdikdə atası reanimasiyada olmuşdur və onlar da arayış almışlar. 3 saatdan bir məlumat alırmışlar. Daha sonra Azərdən izahat aldıqda bildirmişdir ki, anlaqsız vəziyyətdə olub. Onlara bildirib ki içkili imiş və atası zəng edib onun evinə gələcəyini deyib amma Azərin atası ilə arası yaxşı deyilmiş, çünki uşaqlıqdan ailəvi problemləri ilə bağlı onda travma qaldığını demişdir. Onlara bildirmişdir ki, anasına and veribmiş ki içki içməyəcək, amma atası ora gələn zaman içki alıb gətiribmiş. Bu zaman aralarında mübahisə yaranmışdır. Olanlar barəsində Azər bildirmişdir ki, heç bir şey yadında deyil və onu nə ilə vurduğunu da bilmir. Təqsirləndirilən şəxsi bu işlə bağlı tanımışdır. İstintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Məhkəmə iş materiallarını araşdıb, işdə olan sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan 1/76 nömrəli tibbi müayinə protokolundan görünür ki, Təqsirləndirilən şəxs orta dərəcədə sərxoş olmuşdur. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan xx.xx.2023-cü il tarixli “cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokondan müəyyən olunur ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 4(003)-10/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 10 yanvar 2023-cü il tarixdən hesablanmaqla 04 (dörd) ay müddətinə həbs növündə qətimkan tədbiri seçilmişdir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan xx.xx.2023-cü il tarixli meyitə baxış keçirilməsi haqqında protokoldan görünür ki, meyit kişi cinslidir, meyit ləkələri gövdənin və ətrafların arxa səthlərində göyümtül-bənövşəyimtil rəngdə olub, barmaqla təzyiq etdikdə rəngsizləşir, 1-1,5 dəqiqəyə əvvəlki rənginə bərpa olunurlar. Sağ burun keçəcəklərində zəif seroz qanlı ifrazat və qurumuş qan vardır. Döş qəfəsinin ön səthinin yuxarı üçdə birinin sağ yarısında 1,0x0,2 sm ölçüdə 1 ədəd, sol yarısında 1,0x0,2 sm ölçüdə 1 ədəd üzərlərində cərrahi tikişləri olan yaralar - drenaj boru yaralan saxlanılır, borular çıxarıldı. Qamı qabırğalar qövsü səviyyəsindədir, simmetrikdir. Qannm ön divannda orta xətt üzrə göbəkdən yuxarıdı 5,0x0,2 sm ölçüdə, üzərində cərrahi tikişləri olan yara cərrahi əməliyyat (laporosintez) yarası vardır. Qarının ön divarının sağ yarısında 1,5x0,2 sm ölçülərdə 2 ədəd, sol yarısında 1,5x0,2 sm ölçüdə 1 ədəd üzərlərində cərrahi tikişləri olan yaralar - drenaj bom yarası saxlanılır, borulardan seroz ifrazat vardır, borular çıxarıldı. Xəsarətlər: Sağ təpə nahiyəsində 10,0x8,0 sm ölçüdə 1 ədəd, hər iki gözətrafı nahiyənin bənövşəyimtil-yaşılımtıl rəngli, qeyri-müəyyən formalı qançırlar vardır. Meyitin xarici müayinəsində digər xəsarət və dəyişiklik aşkar edilməmişdir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Məhkəmə Tibb Ekspertiza və X6» X15 Xəzər Rayon Şöbəsindən verilmiş xx.xx.2023-cü il tarixli, 10 saylı rəydən müəyyən olunmuşdur ki, mərhum Zərərçəkmiş şəxs meyitində başın yumşaq toxumalarının iç səthinə, beyin toxumasına və beynin yumşaq qişasına geniş qansızmalar, baş beynin əzilməsi, ağciyərlərin konluziyası, ikitərəfli hemopnevmotoraks, döş qəfəsinin qapalı küt travması, sağ təpə nahiyyəsinin və hər iki gözətrafı nahiyyənin qançırları aşkar edilmişdir. Qeyd olunan xəsarətlər küt əşya (əşyalar) təsirindən törənmişlər, törənmə müddətləri onun “X16” X14 müraciətindən az əvvəl olmaqla qərarda göstərilən xx.xx.2023-cü il tarixə uyğun gəlirlər. Qeyd olunan xəsarətlər həyatidirlər, dərəcəsinə görə: canlı şəxslərdə hər iki gözətrafı nahiyyənin qançırı sağlamlığa zərərvurınayan xəsarətin əlamətinə malikdir, ölümlə səbəbli əlaqəsi yoxdur. Ağciyərlərin konluziyası ikitərəfli henopnevmotoraksla müşayiət olunan döş qəfəsinin qapalı küt travması həyat üçün təhlükəli olan sağlamlığa AĞİR dərəcəli zərərvurmanın əlamətlərinə malikdirlər, ölümlə birbaşa səbəbli əlaqəsi yoxdur. Sağ təpə nahiyyəsinin qançırı, başın yumşaq toxumalarının iç səthinə, beyin toxumasına və beynin yumşaq qişasına qansızmalar. baş beynin əzilməsi eyni proksiya üzrə törənmiş zədələrdirlər, həyat üçün təhlükəli olan sağlamlığa AGİR dərəcəli zərərvurmanın əlamətlərinə malikdirlər və baş vermiş ölümlə birbaşa səbəbli əlaqəlidirlər. 2) Mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb baş-beyin toxumasına və beynin yumşaq qişasına geniş qansızmalar və baş beynin əzilməsi olmuşdur (məhkəmə-histoloji müayinə aktı № 94. xx.xx.2023). Hadisə haqqında olan məlumatlara, xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, mərhum Zərərçəkmiş şəxs bədənində aşkar olunan xəsarətlərdən: Hər iki gözətrafı nahiyyənin qançırı, ağciyərlərin kontuziyası, ikitərəfli hemopnevmotoraksla müşayiət olunan döş qəfəsinin qapalı küt travması müxtəlif şəraitdə, o cümlədən kənar şəxs tərəfindən yetirilməsi istisna olunmur. Sağ təpə nahiyyəsinin qançırı, başın yumşaq toxumalarının iç səthinə, beyin toxumasına və beynin yumşaq qişasına qansızmalar, baş beynin əzilməsi isə müxtəlif şəraitlərdə, o cümlədən onun öz boyu hündürlüyündən yerin sərt örtüyünə yıxılması nəticəsində əmələ gəlməsi inkar olunmur. Xəsarətlər yetirilərkən mərhum Zərərçəkmiş şəxs bədənin müxtəlif duruş vəziyyətlərində (ayaqüstü, yanoturaq. yarıuzanıqh və s. ola bilərdi). Mərhum Zərərçəkmiş şəxs ölümü xx.xx.2023-cü ildə, saat 14:30-da “X16" X10 baş vermişdir (“Sabunçu Tibb Mərkəzi" X10 tərtib olunmuş 007 saylı xəstəlik tarixinə əsasən). Mərhum Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti, narkotik maddələr və güclü təsiredicilər aşkar edilməmişdir (məhkəmə-kimyəvi müayinə aktı 162/K. xx.xx.2023). Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Məhkəmə Tibb Ekspertiza və Patoloji Anatomiya Birliyi» X15 Xəzər Rayon Şöbəsindən verilmiş xx.xx.2023-cü il tarixli, 30 saylı rəydən müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs bədənində aşkar edilmiş xəsarət - boynun kəsilmiş yarası kəsici təsirə malik əşya (alət) təsirindən törənmiş, törənmə müddəti onun X16 X17 müraciətindən az əvvəl olmaqla, qərarda göstərilən xx.xx.2023-cü il tarixə uyğun gələ bilər və sağlamlığın qısa müddətə pozulmasına səbəb olduğuna görə bu YÜNGÜL dərəcəli zərərvurmaya aiddir. Hadisə haqqında məlumatları, qeyd olunan xəsarətin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, Təqsirləndirilən şəxs bədənində aşkar olunmuş xəsarətin müxtəlif şəraitdə, o cümlədən özü tərəfindən özünə yetirilməsi istisna olunmur. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi» X9 verilmiş kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 838 saylı rəyi ilə müəyyən edilmişdir ki, məlıkəmə-psixiatrik ekspertizası üzrə motivləşdirici hissə: Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işi materialları, həmin cinayət işindəki anamnestik məlumatlar və hal-hazırki psixiatrik müayinənin nəticələri və.s. sübut edir. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Məhkəmə-psixoloji ekspertizası üzrə motivləşdirici hissə: aparılmış eksperimental-psixoloji müayinə gedişində Təqsirləndirilən şəxs əqli-intellektual imkanlarının normaya uyğun olması müəyyən edilir. Emosional-iradi sferasında qıcığa qarşı həssaslıq, interpersonal münasibətlərdə çəlin uyğunlaşmaq, ilişkənlik, kinlilik aşkar olunmaqla xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. İİ Yekun hissəsi: Məhkəmə-psixiatrik ekspertizası üzrə yekun hissə: Cinayət işi materiallarının və aparılmış psixiatrik müayinənin nəticələrinin tədqiqinə əsasən Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və sair psixi xəstəlik qeyd olunmamışdır. Cinayət işi materiallarına əsasən belə qənaətə gəlmək olar ki, Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə sadə alkoqol sərxoşluğu vəziyyətində olmuşdur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə özünə və ətrafındakılara zərər yetirmək təhlükəsi qeyd edilmir. Məhkəmə-psixoloji ekspertizası üzrə yekun hissə. Cinayət işi materiallarının təhlili və aparılmış psixoloji müayinənin nəticələrinə əsasən Təqsirləndirilən şəxs cinayət əməlini törətdiyi zaman emosional reaksiya halını keçirmişdir. Həmin hal uzun illər ərzində atası ilə əlaqədar keçirdiyi psixoloji travmaların yaratdığı gərginlik fonunda spirtli içkinin bilavasitə təsiri nəticəsində yaranmışdır. Təqsirləndirilən şəxs hadisəni törədərkən emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək və idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən qəflətən baş vermiş güclü ruhi həyəcan vəziyyətində (fizioloji affekt halında) olmamışdır. Cinayət işi materiallarına əlavə olunan xx.xx.2023-cü il tarixli, **********673 nömrəli notarial ərizədən görünür ki, zərərçəkmiş şəxsin hüquqi varisi X3 Təqsirləndirilən şəxs ilə barışmışdır, şikayət və tələbi yoxdur, gələcəkdə də olmayacaqdır. Məhkəmə iş üzrə sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilir və onun törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə tövsif edilmişdir. Azemis Elektron Məhkəmə İnformasiya Sistemindən sorğu edilərək əldə olunan qohumluq məlumatlarını əks etdirən sənədin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2008-ci il təvəllüdlü X4 adlı və xx.xx.2010-cu il təvəllüdlü X5 adlı iki yetkinlik yaşına çatmayan övladı vardır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəliliyini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Təqsirləndirilən şəxs törətdiyi cinayət Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən ağır cinayətlər kateqoriyasına aiddir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin məcələnnin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin məcəllənin ümumi hissələrinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin məqsədi və motivini, təqsirkarın cinayətin törədilməsində rolunu və cinayət hadisəsindən sonra onun davranışını nəzərə alaraq, barəsində təqsirli bilindiyi cinayət qanununun normasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə ilə əlaqədar cəzanın seçilməsini və cəzasını tutulduğu vaxtdan, yəni 10 yanvar 2023-cü il tarixdən hesablanmaqla, ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi mümkün sayır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmasını, zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı şikayət və tələbinin olmamasını, iki yetkinlik yaşına çatmayan övladının olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsi ilə nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” xx.xx.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib 9 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 10 yanvar 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilməsin. Hökmdən 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Bakı Ağır Cinayətlər məhkəməsinin hakimləri: Samir Əliyev (sədrlik edən) Faiq Qəniyev Mahmud Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar