Məhkəmə qərarları › İş №1(101)-377/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-377/2025

23.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-377/2025 23.04.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Cavid İbadulla oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclası katibi X1, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin böyük prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı2 və həmin idarənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı1, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, X5, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6 və Zərərçəkmiş şəxs7, Təqsirləndirilən şəxs və müdafiəçi - Bakı şəhəri, 27 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxx 1982-ci il tarixdə Mingəçevir şəhərində doğulmuş (FİN: xxxxxxx), Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, himayəsində iki uşağı olan, "Təzadlar" qəzetinin müxbiri işləyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2da yaşamış, 01 aprel 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Nərimanov rayon Məhkəməsinin 02 aprel 2024-cü il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs hədə-qorxu ilə tələb etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 2023-cü ilin sentyabr ayının sonlarında Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, A/B massivində yerləşən tikinti meydançasına gedərək, özünü “Təzadlar” qəzetinin müxbiri kimi təqdim edib istifadəsində olan mobil telefon vasitəsilə videoçəkiliş apardıqdan sonra inşaat işlərinin qanunsuz aparılmasını və tikinti qaydalarının pozulmasını əks etdirən videogörüntüləri işlədiyi qəzetdə dərc etdirəcəyini, özünə məxsus “Tik-Tok” sosial-şəbəkə hesabında paylaşıb ictimailəşdirəcəyini, dövlət orqanları tərəfindən cəzalandırılmasına nail olmaqla yanaşı işgüzar nüfuzuna mənfi təsir göstərib rüsvay edəcəyini bildirməklə, videogörüntülərin yayılmaması və sadalanan hərəkətləri etməməsi müqabilində tikinti işlərini həyata keçirən fərdi qaydada sahibkarlıq fəaliyyəti ilə məşğul olan Zərərçəkmiş şəxs8 hədə-qorxu ilə 300 manat məbləğində pul vəsaiti tələb etmiş və qeyd olunan ərəfədə hissə-hissə olmaqla 200 manat, 2024-cü ilin mart ayında isə 50 manat olmaqla, ümumilikdə vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs8 məxsus 250 manat məbləğində pul vəsaitini hədə-qorxu ilə tələb etmə yolu ilə ələ keçirmişdir. Bundan başqa, o, təkrar, hədə-qorxu ilə tələb etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 2023-cü ilin dekabr ayının sonlarında Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi ilə Xıdır Mustafayev küçələrinin kəsişməsində inşa olunan hündürmərtəbəli yaşayış binasının tikinti sahəsinə gedib özünü “Təzadlar” qəzetinin müxbiri kimi təqdim edərək, istifadəsində olan mobil telefon vasitəsilə videoçəkiliş apardıqdan sonra inşaat işlərinin qanunsuz aparılmasını və tikinti qaydalarının pozulmasını əks etdirən videogörüntüləri işlədiyi qəzetdə dərc etdirəcəyini, özünə məxsus “Tik-Tok” sosial-şəbəkə hesabında paylaşıb ictimailəşdirəcəyini, dövlət orqanları tərəfindən cəzalandırılmasına nail olmaqla yanaşı şirkətin işgüzar nüfuzuna mənfi təsir göstərib rüsvay edəcəyini bildirməklə videogörüntülərin yayılmaması və sadalanan hərəkətləri etməməsi müqabilində tikinti işlərini həyata keçirən "xxxx" Mənzil Tikinti Kooperativinin direktoru Zərərçəkmiş şəxs4 hədə-qorxu ilə 50 manat məbləğində pul vəsaiti tələb edərək almışdır. Bundan başqa, o, təkrar, hədə-qorxu ilə tələb etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 2023-cü ilin dekabr ayının sonlarında Abşeron rayonu ərazisində olduğu vaxt istifadəsində olan 050 ***-**-** nömrəli mobil telefon vasitəsilə həmin vaxt ünvan 3 ünvanında iş yerində olan Abşeron rayon Su-Kanal İdarəsinin rəisi vəzifəsində çalışan Zərərçəkmiş şəxs5 Kamal oğlunun istifadəsində olan 050 ***-**-** nömrəli mobil telefonuna zəng edib özünü “Təzadlar” qəzetinin müxbiri kimi təqdim edərək rəhbəri olduğu idarənin fəaliyyətində nöqsanlar aşkar etdiyini və həmin nöqsanlarla bağlı çəkdiyi rücvayedici və cinayət xarakterli videogörüntüləri işlədiyi qəzetdə dərc etdirəcəyini və özünə məxsus “Tik-Tok” sosial-şəbəkə hesabında paylaşıb ictimailəşdirəcəyini, işgüzar və cəmiyyətdə olan nüfuzuna mənfi təsir göstərəcəyini bildirməklə videogörüntülərin yayılmaması və sadalanan hərəkətləri etməməsi müqabilində Zərərçəkmiş şəxs5 hədəqorxu ilə 50 manat məbləğində pul vəsaiti tələb etmiş və qeyd olunan ərəfədə 30 manat, 2024-cü ilin mart ayında isə 50 manat olmaqla, ümumilikdə vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs5 Kamal oğluna məxsus 80 manat məbləğində pul vəsaitini hədəqorxu ilə tələb etmə yolu ilə ələ keçirmişdir. Bundan başqa, o, təkrar, hədə-qorxu ilə tələb etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 2024-cü ilin yanvar ayının ortalarında ünvan 5 ünvanında inşa olunan hündürmərtəbəli yaşayış binasının tikinti sahəsinə gedib özünü “Təzadlar” qəzetinin müxbiri kimi təqdim edərək, istifadəsində olan mobil telefon vasitəsilə videoçəkiliş apardıqdan sonra inşaat işlərinin qanunsuz aparılmasını və tikinti qaydalarının pozulmasını əks etdirən videogörüntüləri işlədiyi qəzetdə dərc etdirəcəyini, özünə məxsus “Tik-Tok” sosial-şəbəkə hesabında paylaşıb ictimailəşdirəcəyini, dövlət orqanları tərəfindən cəzalandırılmasına nail olmaqla yanaşı şirkətin işgüzar nüfuzuna mənfi təsir göstərib rüsvay edəcəyini bildirməklə, videogörüntülərin yayılmaması və sadalanan hərəkətləri etməməsi müqabilində tikinti işlərini həyata keçirən “X9” Mənzil Tikinti Kooperativinin direktoru Zərərçəkmiş şəxs7 hədə-qorxu ilə 300 manat məbləğində pul vəsaiti tələb etmiş və 2024-cü ilin yanvar ayından həmin ilin mart ayınadək olan müddət ərzində vahid niyyətlə əhatə olunan qəsdlə hissə-hissə bank kart kesabına köçürülən Zərərçəkmiş şəxs7 məxsus 300 manat məbləğində pul vəsaitini hədə-qorxu ilə tələb etmə yolu ilə ələ keçirmişdir. Bundan başqa, o, təkrar, hədə-qorxu ilə tələb etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 2024-cü ilin fevral ayının sonlarında Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində inşa edilən ticarət obyektinin tikinti sahəsinə gedib özünü “Təzadlar” qəzetinin müxbiri kimi təqdim edərək, istifadəsində olan mobil telefon vasitəsilə videoçəkiliş apardıqdan sonra inşaat işlərinin qanunsuz aparılmasını və tikinti qaydalarının pozulmasını əks etdirən videogörüntüləri işlədiyi qəzetdə dərc etdirəcəyini, özünə məxsus “Tik-Tok” sosial-şəbəkə hesabında paylaşıb ictimailəşdirəcəyini, dövlət orqanları tərəfindən cəzalandırılmasına nail olmaqla yanaşı şirkətin işgüzar nüfuzuna mənfi təsir göstərib rüsvay edəcəyini həmin vaxt 055 ***-**-** nömrəli mobil telefon vasitəsilə onun istifadəsində olan 050 ***-**-** nömrəli mobil telefona zəng edib əlaqə saxlayan tikinti işlərini həyata keçirən fərdi qaydada sahibkarlıq fəaliyyəti ilə məşğul olan Zərərçəkmiş şəxs6 bildirməklə, videogörüntülərin yayılmaması və sadalanan hərəkətləri etməməsi müqabilində sonuncudan hədə-qorxu ilə 1000 manat məbləğində pul tələb etmiş, tələb etdiyi pul vəsaiti ona ödənilmədiyi üçün guya inşaat işlərinin qanunsuz aparılması və tikinti qaydalarının pozulmasına dair videoreportaj hazırlayıb özünə məxsus “Tik-Tok” sosialşəbəkə hesabında yerləşdirməklə yaymış, hazırlayıb dərc etdiyi və internet üzərindən yayımladığı videogörüntülərin silinməsi xahişi ilə 2024-cü ilin fevral ayının sonlarında bir daha mobil telefon vasitəsilə ona müraciət edən Zərərçəkmiş şəxs6 məzmununda rüsvayedici xarakter daşıyan əlavə məlumatları da xəbər saytlarında yayıb ictimailəşdirəcəyini, şəxsi və işgüzar nüfuzuna mənfi təsir göstərəcəyini bildirməklə, hədəqorxu gəlib qeyd olunan videogörüntünün silinməsi və əlavə paylaşım edilməməsindən ötrü vahid niyyətlə əhatə olunan qəsdlə sonuncudan yenidən hədə-qorxu ilə 1000 manat məbləğində pul tələb etmiş və həmin tarixdə bank kart hesabına Zərərçəkmiş şəxs6 tərəfindən köçürülmüş 800 manat məbləğində pul vəsaitini hədə-qorxu ilə tələb etmə yolu ilə ələ keçirmişdir. Bundan başqa, o, təkrar, hədə-qorxu ilə tələb etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 2024-cü ilin mart ayının əvvəllərində Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində inşa olunan yaşayış binasının tikinti sahəsinə gedib özünü “Təzadlar” qəzetinin müxbiri kimi təqdim edərək, istifadəsində olan mobil telefon vasitəsilə videoçəkiliş apardıqdan sonra inşaat işlərinin qanunsuz aparılmasını və tikinti qaydalarının pozulmasını əks etdirən videogörüntüləri işlədiyi qəzetdə dərc etdirəcəyini, özünə məxsus “Tik-Tok" sosial-şəbəkə hesabında paylaşıb ictimailəşdirəcəyini, dövlət orqanları tərəfindən cəzalandırılmasına nail olmaqla yanaşı şirkətin işgüzar nüfuzuna mənfi təsir göstərib rüsvay edəcəyini bildirməklə, videogörüntülərin yayılmaması və sadalanan hərəkətləri etməməsi müqabilində tikinti işlərini həyata keçirən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbəri Zərərçəkmiş şəxs1 hədə-qorxu ilə 100 manat məbləğində pul vəsaiti tələb etmiş və 2024-cü ilin mart ayı ərzində vahid niyyətlə əhatə olunan qəsdlə hissə-hissə bank kart kesabına köçürülən Zərərçəkmiş şəxs1 məxsus 100 manat məbləğində pul vəsaitini hədə-qorxu ilə tələb etmə yolu ilə ələ keçirmişdir. Bundan başqa, o, təkrar, hədə-qorxu ilə tələb etmə yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə Sumqayıt şəhər İcra hakimiyyətinin sifarişi əsasında şəhər ərazisində quruyan ağacların budaqlarının kəsilməsini və digər təmizlik işlərini günəmuzd olaraq görən X2 ağacları guya qanunsuz kəsməsini və ekoloji qaydaları pozmasını əks etdirən videoreportaj hazırlayıb özünə məxsus “Tik-Tok” sosial-şəbəkə hesabında yerləşdirməklə yaymış, hazırlayıb dərc etdiyi və internet üzərindən yayımladığı videogörüntülərin silinməsi xahişi ilə 15 mart 2024-cü il tarixdə 050 ***-**-** nömrəli mobil telefon vasitəsilə onun istifadəsində olan 050 ***-**-** nömrəli mobil telefona zəng edib əlaqə saxlayan Elşən Hadıyevin qohumu, ünvan 6 ünvanında yerləşən Kliniki-Tibbi Mərkəzində çalışan X3 məzmununda rüsvayedici xarakter daşıyan Elşən Hadıyevə aid əlavə məlumatları da xəbər saytlarında yayıb ictimailəşdirəcəyini, sonuncunun şəxsi və işgüzar nüfuzuna mənfi təsir göstərəcəyini bildirməklə qeyd olunan videogörüntünün silinməsi və əlavə paylaşım edilməməsi müqabilində Ruzbeh Gülümovdan 500 manat məbləğində pul vəsaiti tələb etmiş və həmin ərəfədə bank kart hesabına zərərçəkmiş şəxs X5 tərəfindən köçürülən 300 manat məbləğində pul vəsaitini hədə-qorxu ilə tələb etmə yolu ilə ələ keçirmişdir. Bundan başqa, o, təkrar, hədə-qorxu ilə tələb etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 2024-cü ilin mart ayının sonlarında ünvan 7 ünvanında inşa olunan hündürmərtəbəli yaşayış binasının tikinti sahəsinə gedib özünü “Təzadlar” qəzetinin müxbiri kimi təqdim edərək, istifadəsində olan mobil telefon vasitəsilə videoçəkiliş apardıqdan sonra inşaat işlərinin qanunsuz aparılmasını və tikinti qaydalarının pozulmasını əks etdirən videogörüntüləri işlədiyi qəzetdə dərc etdirəcəyini, özünə məxsus “Tik-Tok” sosial-şəbəkə hesabında paylaşıb ictimailəşdirəcəyini, dövlət orqanları tərəfindən cəzalandırılmasına nail olmaqla yanaşı şirkətin işgüzar nüfuzuna mənfi təsir göstərib rüsvay edəcəyini bildirməklə, videogörüntülərin yayılmaması və sadalanan hərəkətləri etməməsi müqabilində tikinti işlərini həyata keçirən "xxxx" Mənzil Tikinti Kooperativinin nəzarətçisi Zərərçəkmiş şəxs3 hədə-qorxu ilə 100 manat məbləğində pul vəsaiti tələb etmiş və həmin ərəfədə bank kart kesabına Zərərçəkmiş şəxs3 tərəfindən köçürülən 100 manat məbləğində pul vəsaitini hədə-qorxu ilə tələb etmə yolu ilə ələ keçirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, heç kimdən hədə-qorxu yolu ilə pul almamış və heç kəsi şantaj etməmişdir. “Təzadlar” qəzetinin xüsusi müxbiri kimi fəaliyyət göstərmiş, ona edilmiş müraciətlər əsasında baş vermiş qanunsuzluqları həm yazı şəklində, həm də videoçəkiliş vasitəsi ilə çəkib internetdə paylaşmışdır. İşdə adları keçən zərərçəkmiş şəxslər ona özləri “qardaşlıq” təklif edib müəyyən məbləğlərdə “şirinlik” kimi pullar vermişlər. İttiham aktında adları qeyd olunan Zərərçəkmiş şəxs8 adlı şəxsin işçilərinin «28 May” ərazisində dəbilqəsiz, təhlükəli şəraitdə işlədiyini görmüşdür. Bu barədə videoreportaj hazırlayıb fikrini öyrənmək üçün Namiq adlı şəxsin yanına getmişdir. Namiq geyim dəstlərindən və kaskadan tez-tez istifadə etməyin mümkün olmadığını, bu səbəbdən işçilərin geyim dəstini və kaskaları kənara qoyduqlarını bildirmiş, həmçinin Namiq onun da düz dediyini, bunun qanunsuz olduğunu təsdiq etmişdir. Bununla belə, görüntüləri çəkib paylaşarsa, şirkətin adına ləkə gələcəyini deyərək onunla qardaşlıq etməyi təklif etmişdir. O, Namiqdən etdiyi çəkilişlə bağlı hədə-qorxu gələrək pul tələb etməmişdir. Namiq ondan həmin videogörüntüləri paylaşmamağı xahiş etmiş, bunun müqabilində ona 50 manat məbləğində pul vermişdir. Təqsirləndirilən şəxs ifadəsinə görə, bundan başqa o, Zərərçəkmiş şəxs4 qanunsuz ağac kəsməsi ilə bağlı videoçəkiliş aparmış, bunu nazirlikdə işləyən İradə adlı qadına göndərmişdir. Bununla bağlı Müqabil Ekologiya nazirliyi tərəfindən cərimə də edilmişdir. Bundan sonra Müqabil özü onu taparaq cərimə edildiyini bildirmiş, o da, İradə xanımdan bu məlumatı dəqiqləşdirmişdir. Bundan sonra Müqabil ona qardaşlıq etməsini, görüntüləri silməsini xahiş etmiş, bunun əvəzi olaraq təxminən 100 və ya 150 manat məbləğində pul vermişdir. Fərmayıl adlı zərərçəkmiş şəxslə bağlı ifadəsində Təqsirləndirilən şəxs bildirdi ki, ərazi üzrə suyun yola tökülməsi və yay aylarında suyun məhdudiyyətlə verilməsi barədə ona şikayət edilmişdir. Fərmayıl həmin məsələnin yayılacağı halda, idarənin adına ləkə gələcəyini demiş, məsələnin işıqlanmaması üçün ona qardaşlıq təklif etmiş və 80 manat pul vermişdir. Zərərçəkmiş şəxs7 tərəfindən Nərimanov rayonu ərazisində klinikanın sökülməsi və yerində çoxmərtəbəli yaşayış binalarının tikilməsi ilə əlaqədar olaraq ağacların yuxarı hissəsi əhəmiyyətli şəkildə kəsilmiş, daha sonra agaclar tamamilə yoxa çıxmışdır. O da, bununla bağlı videogörüntü hazırlamış, getmək istədikdə tikinti işçiləri onu çağırmış və rəhbərliyin onunla görüşmək istədiyini bildirmişlər. Görüş zamanı ona qarşı çox xoş münasibət göstərilmişdir. Azər ondan qardaşlıq etməsini və həmin görüntüləri sosial şəbəkələrdə yaymamasını xahiş etmişdir. Ona müxtəlif vaxtlarda cəmi 300 manat pul vermişdir. Təqsirləndirilən şəxs ifadəsinə görə, İsrayil Vəliyev ilə bağlı ona zəng gəlmiş, həmin şəxsin Binəqədi ərazisində, MəlikAslanov küçəsində yüksək gərginlikli elektrik xəttinin altında 3 mərtəbəli yaşayış evi tikdirdiyi barədə məlumat verilmişdir. Sonra İsrayil özü onunla əlaqə saxlamış, həmin tikilinin yaşayış evi yox, obyekt olduğunu bildirmişdir. O, həmin obyektdə videoreportaj hazırlamış və sosial şəbəkələrdə paylaşmışdır. Təxminən 10 dəqiqə sonra İsrayil Vəliyevdən ona zəng gəlmiş, sonuncu onunla xoş danışmışdır. O isə, bu xoş münasibətə görə İsrayil Vəliyevdən pul almadan videogörüntüləri silmişdir. Daha sonra özünün kart hesabına pul köçürüldüyünü görmüş, İsrayil ona zəng vuraraq pul göndərdiyini bildirmişdir. İsrayil Vəliyev ona əvvəlcə 700 manat, daha sonra isə 100 manat bir olmaqla, ümumilikdə 800 manat pul göndərilmişdir. Zərərçəkmiş şəxs kimi göstərilən Zərərçəkmiş şəxs1 Xırdalan ərazisində qanunsuz yaşayış binasının tikintisi ilə məşğul olmuş, o da, bununla bağlı videoreportaj hazırlayaraq Abşeron rayon İcra Hakimiyyətinə getmişdir. Orada Zərərçəkmiş şəxs1 onunla görüşmək istədiyini demişlər, o da, həmin şəxsin otağına getmişdir. Zərərçəkmiş şəxs1 ona 100 manat pul vermişdir. Təqsirləndirilən şəxs digər epizod üzrə ifadəsində bildirdi ki, Ruzbeh Gülümovun işçiləri Sumqayıt yolunda X7 İdarəsinin binası ilə üzbəüz yolda təhlükəsizlik qaydalarına əməl etmədən işləmiş, həmin ərazidə qanunsuz olaraq ağaclar kəsilmişdir. O, bununla bağlı videogörüntüləri Ekologiya və Təbii Sərvətlər Naziriliyinə göndərmiş, görüntülər ictimailəşdirilmişdir. Bundan sonra Ruzbeh Gülümov onunla əlaqə saxlayaraq həmin görüntüləri silməsini xahiş etmiş, bunun müqabilində ona 300 manat pul vermişlər. Digər cinayət epizodu üzrə ifadəsində Təqsirləndirilən şəxs bildirdi ki, o, Zərərçəkmiş şəxs3 Günəşli ərazisində qanunsuz əməllərini çəkmiş, daha sonra sonuncunun onunla görüşmək istədiyini bildirmişlər. Bir müddət sonra Zərərçəkmiş şəxs3 ona yaxınlaşaraq qardaşlıq təklif etmişdir. Namiq ondan videogörüntüləri yaymamağı xahiş etmişdir. Verilən sualları cavablandıran Təqsirləndirilən şəxs bildirdi ki, o, qanunsuzluqların qarşısını almaq, təhlükəsizliyə əməl edilməsini təmin etmək məqsədilə fəaliyyət göstərmiş, heç kimə hədə-qorxu gəlməmişdir. Həmin şəxslərin özləri ona pul təklif etmişlər. O, zərərçəkmiş şəxslərin xahişi ilə videogörüntüləri silmişdir. Zərərçəkmiş şəxslər tikintilərə qoyduqları vəsaitin batacağından, öz qanunsuz əməllərindən ehtiyat etdikləri üçün ondan videogörüntüləri silməsini xahiş etmiş və qarşılığında ona könüllü olaraq pul vermişlər. İşlədiyi redaksiyada əmək müqaviləsinə ehtiyac olmadığından orada ictimai əsaslarla işləmişdir. Həmin redaksiyadan ona əmək haqqı verilməmişdir. Zərərçəkmiş şəxslər təklif etdikləri pulun məbləğini də özləri müəyyənləşdirmişlər. “Təzadlar” qəzetinin baş redaktoru Asif Mərzili tərəfindən ona xidməti vəsiqə də verilmişdir. Redaksiya təxminən 30 il olar ki, yaradılmışdır və ilk vaxtlardan adı “Təzadlar” olmuşdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, o, tikinti işi ilə məşğuldur. Təqsirləndirilən şəxs əvvəllər tanımış, o, tikintiyə gəlmiş, onlar orada görüşmüş, şirinlik kimi ona iki dəfəyə 100 manat pul vermişdir. Verilən sualları cavablandıran Zərərçəkmiş şəxs1 bildirdi ki, Təqsirləndirilən şəxs ona dost kimi yaxınlaşmış, o da, 1-ci dəfə 50 manat, 2-ci dəfə də 50 manat pul vermişdir. Xəyyam tikintiyə gəlmiş, jurnalist olduğunu, nöqsanları işıqlandırmalı olduğunu bildirmişdir. Aralarında danışıb razılığa gələrək Xəyyama 50 manat pul vermişdir. Daha sonra Xəyyam yenə gəlmiş, bu dəfə də ona 50 manat vermişdir. İstintaqa verdiyi ifadəsini təsdiq edir. Xəyyam ondan hədə-qorxu ilə pul tələb etməmişdir. İstintaq zamanı onu çağırmışlar, o da, gedib şikayət ərizəsi yazmışdır. Hazırda onun təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi yoxdur. İfadələri arasında ziddiyyətlər olduğuna görə məhkəmədə zərərçəkmiş şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi tədqiq olundu. Həmin ifadəsində Zərərçəkmiş şəxs1 bildirmişdir ki, o, 4-5 mərtəbəli yaşayış evlərinin inşası ilə məşğul olur. Onlar hazırda Xırdalan şəhəri, H.Əliyev prospektində yaşayış və qeyri-yaşayış binası inşa edirlər. Təqsirləndirilən şəxs “Təzadlar” qəzetinin jurnalist kimi tanımışdır. Onunla heç bir ədavəti və ya qərəzli münasibəti yoxdur. 2024-cü ilin mart ayının əvvəllərində tikinti işləri apardığı Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən obyektə gələn Təqsirləndirilən şəxs özünü “Təzadlar” qəzetinin jurnalisti kimi təqdim edərək apardığı tikinti işlərində bəzi nöqsanlar aşkar etdiyini və həmin nöqsanları görməzdən gəlməsi üçün “hörmət” etməli olduğunu bildirmişdir. O isə, Xəyyama bayram qabağı gəldiyini söyləyərək, gördüyü nöqsanları görməzdən gəlməsini xahiş etmiş və 50 manat pul vermişdir. Pulu götürdükdən sonra Xəyyam yolu düşdükcə yanına gələcəyini və onunla “görüşəcəyini” bildirmişdir. Bir neçə gün sonra yenidən həmin məkana gələn Xəyyam ona hədə-qorxu gələrək aşkar olunan nöqsanlar barəsində və özü barədə məqalələr dərc edəcəyini bildirmişdir. O isə, buna ehtiyac olmadığını bildirib yenidən Xəyyama 50 manat pul vermişdir. Lakin Xəyyamın gəlib-getməyinin və hədə-qorxularının dayanmadığını görüb barəsində şikayət etmək qərarına gəlmişdir. Hadisə nəticəsində ona 100 manat maddi ziyan dəymişdir. Xəyyam onun barəsində yalan, böhtan xarakterli, onu rüsvay etmək məqsədi daşıyan məlumatları sosial şəbəkələrdə paylaşacağını demiş, o da, barəsində yalan məlumatların yayılmasını istəməmişdir. Sonda isə bu səbəblərdən şikayət etmək qərarına gəlmişdir (cild 1, iş vərəqi 79-81). Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, o, Yasamalda tikinti şirkətində işləyir. Xəyyamı əvvəldən tanımış və ona 100 manat yardım etmişdir. Xəyyam barədə heç yerə şikayət etməmişdir. Verilən sualları cavablandıran Zərərçəkmiş şəxs4 bildirdi ki, müstəntiqə verdiyi ifadəsini təsdiq etdiyini, Xəyyama ürəyindən keçdiyi üçün yardım etdiyini, Xəyyamın özünün ondan pul istəmədiyini bildirdi. İfadələri arasında ziddiyyətlər olduğuna görə məhkəmədə zərərçəkmiş şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi tədqiq olundu. Həmin ifadəsində Zərərçəkmiş şəxs4 göstərmişdir ki, o, təxminən 4-5 ildir tikinti fəaliyyəti ilə məşğul olur. Hazırda Yasamal rayonu, Şərifzadə küçəsi ilə Xıdır Mustafayev küçəsinin kəsişməsində hündürmərtəbəli yaşayış binasının inşası ilə məşğuldur. Təqsirləndirilən şəxs “Təzadlar” qəzetinin jurnalist kimi tanımışdır. Onunla heç bir ədavəti və qərəzli münasibəti yoxdur. 2024-cü ilin fevral ayının əvvəllərində Xəyyam onların tikinti apardıqları ünvana gedərək əlindəki telefonla çəkiliş aparmağa başlamışdır. O, bunu bilən kimi iş yerinə getmiş və Təqsirləndirilən şəxs adlı şəxsi görmüşdür. Xəyyam özünü ona jurnalist kimi təqdim etmişdir. Xəyyam ona apardığı tikinti işlərində bəzi nöqsanlar aşkar etdiyini və həmin nöqsanları görməzdən gəlməsi üçün “hörmət” etməli olduğunu bildirmişdir. O, Xəyyama apardığı inşaat işlərinin tam qanuni şəkildə aparıldığını bildirmişdir. Bundan sonra Xəyyam onun və MTK-nın barəsində rüsvayedici xarakterli məlumatlar paylaşacağını bildirmiş, o, Xəyyamın hədəqorxularından ehtiyat edib nə istədiyini soruşmuşdur. Xəyyam ondan hədə-qorxu ilə 100 manat pul istəmiş, o isə, Xəyyama 50 manat pul verə biləcəyini demişdir. Xəyyam da ondan 50 manat pul alıb getmişdir. Lakin Xəyyamın gəlib- getməyinin və hədə-qorxularının dayanmadığını görüb barəsində şikayət etmək qərarına gəlmişdir. Hadisə nəticəsində ona 50 manat maddi ziyan dəymişdir (cild 1, iş vərəqi 104-106). Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, Biləcəridə tikinti işi ilə məşğuldur. Təqsirləndirilən şəxs tanımış, onunla aralarında problemlər olmamışdır. Xəyyam onların tikintisinə gəlib çəkiliş aparmış və həmin görüntüləri “Tiktok” sosial şəbəkədə paylaşmışdır. Telefonla danışıb ilk dəfə 800 manat, daha sonra 200 manat pulu Xəyyamın kartına köçürmüşdür. Lakin Xəyyam ondan hədə-qorxu yolu ilə pul tələb etməmişdir. İfadələri arasında ziddiyyətlər olduğuna görə məhkəmədə zərərçəkmiş şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi tədqiq olundu. Həmin ifadəsində o, fərdi qaydada tikinti işləri ilə məşğuldur. 2024-cü ilin fevral ayında Biləcəri qəsəbəsində “91-in yolu” adlanan yerdə birmərtəbəli ticarət obyekti inşa etdirmiş, onun işçiləri həmin vaxt ona demişlər ki, bir nəfər gəlib tikinti gedən yerin videosunu çəkir. O, həmin şəxslə telefonla danışmış və həmin şəxs özünü ona “Təzadlar” qəzetinin jurnalisti Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. O, nə istədiyini Xəyyamdan soruşmuş, sonuncu ona demişdir ki, guya işçilər tikinti qaydalarını pozub işləyirlər və videonu sosial şəbəkələrdə paylaşacaqdır. O, başa düşmüşdür ki, Xəyyam adlı şəxs onları rüsvay etmək niyyətindədir və barələrində həqiqətəuyğun olmayan məzmunda video paylaşacaqdır. Bu səbəbdən istəyinin nə olduğunu soruşmuş, Xəyyam ondan 1.000 manat pul istəmiş, o isə, etiraz etmişdir. Sonradan demişlər ki, Xəyyam “Tik-tok” sosial şəbəkəsində onların barəsində rüsvayedici məzmunda video paylaşmışdır. O, Xəyyamın xatırlamadığı nömrəsinə zəng etmiş, ondan həmin videogörütüləri izləyən şəxslərin ünvanına nalayiq söyüşlər yazdığını əsas gətirərək videogörüntünü silməsini xahiş etmişdir. Bu zaman Xəyyam barəsində və apardığı tikinti işləri ilə bağlı əlavə olaraq rüsvayedici məqalələr dərc edəcəyini ona bildirərək sadalanan hərəkətləri etməməsi və videogörüntünü silməsi müqabilində ona “hörmət” etməli olduğunu söyləmişdir. O, yenə ondan nə tələb etdiyini soruşduqda, Xəyyam 1.000 manat pul verməli olduğunu bildirmişdir. Çoxsaylı xahişindən sonra Xəyyam həmin məbləği 800 manata endirmişdir. O da, Xəyyamla razılaşmış və sözü gedən pulu Xəyyamın ona “whatsapp” ani mesajlaşma şəbəkəsi vasitəsilə göndərdiyi plastik ödəniş kartının hesabına ilkin olaraq 100 manat, daha sonra isə 700 manat olmaqla, ümumilikdə 800 manat pul göndərmişdir. Pulun 100 manatını özünə məxsus “Kapitalbank” bank hesabından qalan vəsaiti isə ödəmə terminalı vasitəsi ilə ödəmişdir. Xəyyam isə pulu götürdükdən sonra həmin video görüntünü silmişdir. Buna baxmayaraq Xəyyam ona dəfələrlə zənglər edib yenidən pul tələb etdiyi üçün Xəyyamın barəsində şikayət etmişdir. Hadisə nəticəsində ona 800 manat maddi ziyan dəymişdir (cild 1, iş vərəqi 120-123). Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X5 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, bir gün dayısıoğlu ona zəng vuraraq iş yerində bir jurnalistin çəkiliş etdiyini və həmin çəkilişi də paylaşdığını bildirmişdir. Daha sonra, o, həmin görüntüləri kimin paylaşdığını tapmış, ona həmin paylaşımı silməsini təklif etmişdir. Görüntünü silməsi üçün dayısıoğlu Elşənin ona verdiyi 300 manat pulu Xəyyamın kartına atmışdır. Verilən sualları cavablandıran Ruzbeh Gülümov bildirdi ki, dayısıoğlu ondan görüntünü silməsi üçün Xəyyama pul təklif etməsini istəmişdir. O da, dayısıoğlunun dediyi kimi Xəyyamla danışaraq ona pul təklif etmişdir. Xəyyam ondan hədə-qorxu ilə pul tələb etməmişdir. Onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur. İfadələri arasında ziddiyyətlər olduğuna görə məhkəmədə zərərçəkmiş şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi tədqiq olundu. Ruzbeh Gülümov həmin ifadəsində göstərmişdir ki, o, 2009-cu ildən jurnalistika fəaliyyəti ilə məşğul olur. Əvvəllər müxtəlif xəbər agentliklərində çalışmış, hazırda da KTM-in mətbuat xidmətinin rəhbəridir. Təqsirləndirilən şəxs isə jurnalist kimi tanımış, onunla heç bir əlaqəsi və münasibəti yoxdur. 2024-cü ilin mart ayının 10-da dayısıoğlu X6 ona zəng edərək onun Sumqayıt şəhərində işlədiyi obyektin qarşısında təmizlik işləri gördüyü zaman bir nəfərin onun və yanındakıların videogörüntülərini çəkdiyini, həmin vaxt videonu çəkən şəxsə buna görə irad tutduğunu, sonradan həmin şəxsin videonu “Tiktok” sosial şəbəkəsində paylaşdığını, çəkilişi aparan şəxsin onun qanunsuz ağac kəsmə işləri gördüyünü iddia etdiyini, bu səbəbdən vətəndaşların onun ünvanına nalayiq söyüşlər yazdıqlarını və həmin görüntünü silməkdə ona köməklik etməyini xahiş etdiyini bildirmişdir. Onu da qeyd etmişdir ki, dayısıoğlu Elşən fəhləliklə məşğuldur. Sumqayıt şəhər icra hakimiyyəti Ekologiya Nazirliyi ilə razılaşdırılmış qaydada yol kənarlarında ağacların quruyan budaqlarını kəsmiş, hansısa sahibkar həmin kəsilən budaqların yığılmasında, eləcə də obyektinin qarşısının təmizlənməsində dayısıoğlu Elşəni və digər fəhlələri köməyə çağırmışdır. Elşən ona bu barədə deyəndən sonra o da, həmin videogörüntünü tapıb baxmış və videonun paylaşıldığı səhifənin sahibi ilə əlaqə saxlamışdır. Həmin şəxs özünü “Təzadlar” qəzetinin əməkdaşı kimi təqdim edərək adının Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. O, çəkilmiş videogörüntü barədə ətraflı məlumat aldıqdan sonra onun dayısıoğlu Elşən haqqında məqalə dərc etmək istədiyini və onu rüsvay etmək niyyətinin olduğunu başa düşüb, videogörüntünü silməsini və onun haqqında məqalə yazmamasını xahiş etmişdir. Bu zaman Xəyyam ondan 500 manat pul verməyini tələb etmişdir. O isə, Xəyyama imkanı çatmadığını söyləyib 300 manat pul verə biləcəyini bildirmişdir. Xəyyam isə onun da jurnalist olduğunu deyib silə biləciyini bildirmişdir. Danışıqlarından sonra Xəyyam ona “whatsapp” ani mesajlaşma şəbəkəsi vasitəsilə plastik ödəniş kartı göndərmiş, o, özünə məxsus “KapitalBank”a məxsus hesabdan həmin kartın hesabına 300 manat pul göndərmişdir. Xəyyam pulu götürdükdən sonra həmin videogörüntünü silmişdir. O isə, Xəyyamın etdiyi hərəkətin qanunsuz olduğunu və nəticələrinin cəmiyyətə ziyanlı olduğunu düşündüyü üçün Xəyyamın barəsində şikayət etmişdir. Hadisə nəticəsində ona 300 manat maddi ziyan dəymişdir (cild 1, iş vərəqi 87-90). Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs7 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, bir gün Xəyyam onların şirkətinin ofisinə gəlmiş, onlardan pul istəmiş, o da, Xəyyama hissə-hissə olmaqla 300 manat hörmət etmişlər. Verilən sualları cavablandıran Zərərçəkmiş şəxs7 təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi olmadığını, onun istintaq orqanı tərəfindən ifadə vermək üçün çağırıldığını, özünün əvvəlcədən şikayət ərizəsi ilə heç yerə müraciət etmədiyini bildirdi. İfadələri arasında ziddiyyətlər olduğuna görə məhkəmədə zərərçəkmiş şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi tədqiq olundu. Həmin ifadəsində Zərərçəkmiş şəxs7 göstərmişdir ki, 2016-cı ildən tikinti fəaliyyəti ilə məşğul olur, hazırda ünvan 5 ünvanında hündürmərtəbəli yaşayış binasının inşası ilə məşğuldur. Təqsirləndirilən şəxs “Təzadlar” qəzetinin jurnalisti kimi tanımış, onunla ədavəti və qərəzli münasibəti olmamışdır. 2023-cü ilin yanvar ayında Xəyyam onların tikinti apardıqları ünvana gedərək əlindəki telefonla çəkiliş aparmağa başlamışdır. O, bunu bilən kimi iş yerinə getmiş, Təqsirləndirilən şəxs adlı şəxsi görmüş və Xəyyam özünü ona jurnalist kimi təqdim etmişdir. Xəyyam ona apardığı tikinti işlərində bəzi nöqsanlar aşkar etdiyini və həmin nöqsanları görməzdən gəlməsi üçün “hörmət” etməli olduğunu bildirmiş, o, Xəyyama apardığı inşaat işlərinin tam qanuni şəkildə aparıldığını demişdir. Bundan sonra Xəyyam onun və rəhbəri olduğu MTKnın barəsində rüsvayedici xarakterli məlumatlar paylaşacağını bildirmiş, Xəyyamın hədəqorxularından ehtiyat edib nə istədiyini soruşmuşdur. Xəyyam ondan hədə-qorxu ilə pul istəmiş, hansı məbləğdə pul istəməsi yadında olmasa da, ilk dəfə Xəyyama 50 manat pul vermiş, Xəyyam pulu alıb getmişdir. Bundan sonra hədə-qorxular davam etmiş, bir-iki aydan bir gəlib ondan pul istəməyə başlamış, o da, Xəyyama 2024-cü ilin fevral ayınadək ümumilikdə ilkin verdiyi pulla birlikdə 300 manat pul vermişdir. Lakin Xəyyamın gəlibgetməyinin və hədə-qorxularının dayanmadığını görüb barəsində şikayət etmək qərarına gəlmişdir. Hadisə nəticəsində ona 300 manat maddi ziyan dəymişdir (cild 1, iş vərəqi 129- 131). Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, o, Xəyyamı çoxdan tanıyır. Lakin Xəyyamın barəsində o, heç yerə şikayət etməmişdir. Onu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə zəng edib çağırmışlar və orada onun izahatını almışlar. Verilən sualları cavablandıran Zərərçəkmiş şəxs5 bildirdi ki, o, 2-3 dəfə Xəyyama pul vermişdir. Xəyyam onun dostunun yanında gəlmiş, həmin vaxtdan onunla münasibəti olmuşdur. Xəyyam onun barəsində məqalə yazmamışdır. İfadələri arasında ziddiyyətlər olduğuna görə məhkəmədə zərərçəkmiş şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi tədqiq olundu. Həmin ifadəsində Zərərçəkmiş şəxs5 göstərmişdir ki, o, təxminən 1 il yarımdır Abşeron rayon Su-kanal idarəsinin rəisi vəzifəsində işləyir. Təqsirləndirilən şəxs “Təzadlar” qəzetinin jurnalisti kimi 7-8 il olar ki, tanımış, onunla heç bir ədavəti və qərəzli münasibəti olmamışdır. Belə ki, Xəyyam əvvəllər onun işlədiyi yerlərə gəlib hansısa məqaləni hazırladığını və sair adlarla ona kömək etməyini xahiş etmiş, o da, Xəyyama köməklik etmişdir. 2023-cü ilin dekabr ayında Xəyyam ona zəng edib pul istəmiş, o isə, Xəyyama etiraz etmişdir. Belə olanda Xəyyam onun barəsində rüsvaedici xarakterli məlumatlar paylaşacağını demişdir. Xəyyam ondan 50 manat istəmiş, lakin o, Xəyyamın plastik bank kartına ödəmə terminalı vasitəsi ilə 30 manat pul göndərmişdir. 2024-cü ilin mart ayının ortalarında Novruz bayramından əvvəl Xəyyam yenə ona zəng edib eyni formada rüsvayedici xarakterli məlumatlar paylaşacağını bildirib, ondan yenə 50 manat pul istəmişdir. O, 50 manat pulu verəndən sonra bu hədəqorxularından əl çəkəcəyini soruşmuş, Xəyyam da 50 manat veriləndən sonra məsələni bağlayacağını demişdir. Bu səbəbdən o, yenidən Xəyyamın kart hesabına 50 manat pul göndərmişdir. Lakin Xəyyamın zənglərinin və hədə-qorxularının dayanmadığını görüb barəsində şikayət etmək qərarına gəlmişdir. Hadisə nəticəsində ona 80 manat maddi ziyan dəymişdir. Xəyyam onun barəsində yalan, böhtan xarakterli, onu rüsvayetmək məqsədi daşıyan məlumatları sosial şəbəkələrdə paylaşacağını demiş, o da, dövlət işində rəhbər vəzifə tutduğundan barəsində belə yalan məlumatların yayılmasını istəməmiş, sonda bu səbəblərdən şikayət etmək qərarına gəlmişdir (cild 1, iş vərəqi 112-114). Məhkəmə iclaslarının tarixi, vaxtı və yeri barədə məlumatlandırılan digər Zərərçəkmiş şəxs3 məhkəmə iclaslarına gəlmədiyindən onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq edildi. Zərərçəkmiş şəxs3 həmin ifadəsində bildirmişdir ki, onun "xxxx" MTK-da briqada nəzarətçisi kimi işi binada olan tikintini tam yekunlaşdırıb təhvil verməkdən ibarət olmuşdur. Binada inşaat işləri 2018-ci ildən başlamış, 2022-ci ildə artıq bina təhvil verilmişdir. Lakin binada təmirlə bağlı bəzi yarımçıq məsələlər qalmışdır. Təqsirləndirilən şəxs “Təzadlar” qəzetinin jurnalisti kimi tanımışdır. Onunla heç bir ədavəti və qərəzli münasibəti olmamışdır. Belə ki, Xəyyam təxminən 2-3 il əvvəl onlar binanı inşa edərkən gəlmiş, özünü jurnalist kimi təqdim etmiş, sonralar onunla ümumi münasibət yaratmağa çalışmışdır. 2024-cü il mart ayının əvvəllərində mobil telefonuna gələn zəngə cavab vermiş, Təqsirləndirilən şəxs özünü yenə “Təzadlar” qəzetinin jurnalisti kimi təqdim etmişdir. O, Xəyyamı tanıdığından nə istədiyini soruşmuş, Xəyyam bu zaman ona guya apardıqları tikinti işlərində nöqsanlar aşkarladığını iddia etmişdir. O, Xəyyamdan ilk əvvəl nə kimi nöqsanlar aşkarladığını soruşmuş, lakin sonradan onun əsl niyyətini başa düşmüşdür. Belə ki, Xəyyam söhbət əsnasında həmin nöqsanları görməzdən gəlməsi üçün “əlinin cibində” olmasını söyləmişdir. O da, Xəyyamın sözündən sonra apardıqları tikinti işləri ilə bağlı heç bir qanunsuzluq və nöqsan olmadığını söyləyərək ona yoldaş kimi 100 manat verəcəyini söyləmişdir. Xəyyam ona “whatsapp” ani mesajlaşma şəbəkəsi vasitəsilə plastik kart göndərmiş və o, ödəmə terminalı vasitəsi ilə həmin plastik hesab nömrəsinə 50 manat göndərmişdir. Xəyyam hansı səbəbdən ona 50 manat pul göndərdiyini dedikdə, maddi vəziyyətinin aşağı olduğunu, bayramdan sonra imkanı olan təqdirdə qalan pulu ödəyəcəyini bildirmişdir. Bayramdan sonra Xəyyamın zəngləri çoxalmış, o, Xəyyamın zənglərinə cavab verməməyə çalışsa da, Xəyyam həddindən çox zəng etmişdir. Sonda o, Xəyyamın zənginə cavab verib nə istədiyini soruşmuş, Xəyyam ona qalan pulu, yəni 50 manatı verməyini, əks təqdirdə şirkətin barəsində məqalələr dərc edəcəyini demişdir. O, 50 manat pulu verəndən sonra bu hədə- qorxularından əl çəkəcəyini soruşmuş, Xəyyam 50 manat veriləndən sonra məsələni bağlayacağını demişdir. Bu səbəbdən o, yenidən Xəyyamın kart hesabına 50 manat pul göndərmişdir. Lakin Xəyyamın zənglərinin və hədə-qorxularının dayanmadığını görüb barəsində şikayət etmək qərarına gəlmişdir. Hadisə nəticəsində ona 100 manat maddi ziyan dəymişdir (cild 1, iş vərəqi 96-98). Məhkəmə iclaslarının tarixi, vaxtı və yeri barədə məlumatlandırılan digər Zərərçəkmiş şəxs8 məhkəməyə gəlmədiyindən onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq edildi. Zərərçəkmiş şəxs8 həmin ifadəsində bildirmişdir ki, o, təxminən 20 ildir tikinti fəaliyyəti ilə məşğul olur, hazırda Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində A/B massivində anbarların tikintisi ilə məşğuldur. Təqsirləndirilən şəxs “Təzadlar” qəzetinin jurnalisti kimi tanımışdır. Xəyyamla heç bir ədavəti və qərəzli münasibəti olmamışdır. 2023-cü ilin sentyabr ayında Xəyyam onların tikinti apardıqları ünvana gedərək əlindəki telefonla çəkiliş aparmağa başlamışdır. Belə ki, Xəyyam qabaq tərəfdən, yəni mühafizə olunan yerdən deyil, arxa tərəfdən gəlib onların tikinti apardıqları yerə girmiş, guya inşaat işlərinin standartlara uyğun olmadığını deyib hay-küy salmışdır. Əlindəki telefonla çəkiliş aparıb sosial şəbəkələrdə paylaşacağını demişdir. O, həmin vaxt orda olmasa da, bunu bilən kimi iş yerinə getmiş, Təqsirləndirilən şəxs adlı şəxsi görmüş və Xəyyam özünü ona jurnalist kimi təqdim etmişdir. Xəyyam ona apardığı tikinti işlərində bəzi nöqsanlar aşkar etdiyini və həmin nöqsanları görməzdən gəlməsi üçün “hörmət” etməli olduğunu bildirmişdir. O, Xəyyama apardığı inşaat işlərinin tam qanuni şəkildə aparıldığını demişdir. Bundan sonra Xəyyam onun barəsində rüsvayedici, böhtan xarakterli məlumatlar paylaşacağını söyləmiş, o, Xəyyamın hədəqorxusundan ehtiyat edib nə istədiyini soruşmuşdur. Xəyyam ondan hədə-qorxu ilə 300 manat pul istəmişdir. O isə, Xəyyama 200 manat pul vermiş, Xəyyam da pulu alıb getmişdir. Bundan sonra hədə-qorxular davam etmişdir. Sonuncu dəfə 2024-cü ilin mart ayında Xəyyam ona telefonla zəng edib eyni formada ona hədə-qorxu gəlib ondan pul istəmiş, o da, Xəyyama ödəmə terminalı vasitəsi ilə ona göndərdiyi bank hesab nömrəsinə 50 manat pul göndərmişdir. Lakin Xəyyamın gəlib-getməyinin və hədə-qorxularının dayanmadığını görüb barəsində şikayət etmək qərarına gəlmişdir. Hadisə nəticəsində ona 250 manat maddi ziyan dəymişdir. Xəyyam onun barəsində yalan, böhtan xarakterli, rüsvayedici məlumatları sosial şəbəkələrdə paylaşacağını dediyindən, o, barəsində yalan məlumatların yayılmasını istəməmiş, sonda bu səbəblərdən şikayət etmək qərarına gəlmişdir (cild 1, iş vərəqi 132-136). Məhkəmə kollegiyası iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxslərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarına əlavə edilmiş 02 aprel 2024-cü il tarixli üzləşdirmə protokollarına əsasən, Təqsirləndirilən şəxs ilə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs6 arasında aparılmış həmin istintaq hərəkətləri zamanı adları çəkilən zərərçəkmiş şəxslər istintaq orqanına verdiyi sərbəst ifadələrini bir daha təsdiq edərək, özlərinə qarşı törətdiyi cinayət əməllərinə görə Təqsirləndirilən şəxs ifşa etmişlər (cild 1, iş vərəqi 153-155, 156-158, 159-161). Cinayət işində olan xx.xx.2024-cü il tarixli ərizələrdən və izahatlardan görünür ki, X5, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs6 həmin tarixdə Azərbaycan Respublikası DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinə özünü jurnalist kimi təqdim edən Təqsirləndirilən şəxs onların fəaliyyəti ilə bağlı rüsvayedici məlumatlar paylaşacağı və məqalələr dərc edəcəyi ilə bağlı hədə-qorxu gələrək müxtəlif məbləğlərdə pullarını alması barədə müraciət etmiş, bu səbəbdən həmin şəxsin cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişlər (cild 1, iş vərəqi 5-35). Elektron Məhkəmə portalından əldə edilmiş məlumatdan görünür ki, Qurbanlı X4 şəhəri, C.Əliyev küçəsi, ev 22, mənzil 47 ünvanında qeydiyyatdadır, ailəlidir, himayəsində 2008-ci il və 2017-ci il təvəllüdlü iki uşağı vardır. Cinayət işində olan notarial qaydada təsdiq edilmiş ərizələrdən görünür ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs7, X5, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs3 həmin ərizələrində Təqsirləndirilən şəxs ilə barışdıqlarını, onlara vurulmuş maddi ziyanın ödənildiyini, təqsirləndirilən şəxsə qarşı şikayətlərinin və tələblərinin olmadıqlarını bildirmişlər. Həmçinin, məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs6 təqdim etdiyi xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və iddia tələbi yoxdur, ona vurulmuş ziyanı bağışlayır. Cinayət işinə əlavə olunmuş 11 iyun 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Nəsimi rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 178.2.3, 310-cu maddələri ilə təqsirli bilinərək, cəmin Məcəllənin 66.3-cü maddəsinə əsasən qəti olaraq 3 il 8 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2016-cı ildə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2016-cı il tarixli Amnistiya qərarının 1.2-ci bəndinə əsasən cəzadan azad olunmuşdur (cild 1, iş vərəqi 183-184). Göründüyü kimi, Təqsirləndirilən şəxs həmin cinayət əməlinə görə məhkumluğu ödənilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək, heç kimdən hədə-qorxu yolu ilə pul almadığını və heç kəsi şantaj etmədiyini, “Təzadlar” qəzetinin xüsusi müxbiri kimi ona edilmiş müraciətlər əsasında baş vermiş qanunsuzluqları həm yazı şəklində, həm də videoçəkiliş vasitəsi ilə çəkib internetdə paylaşdığını, işdə adları keçən zərərçəkmiş şəxslərin özlərinin ona “qardaşlıq” təklif edib müəyyən məbləğlərdə “şirinlik” kimi pullar verdiklərini bildirib, öz müdafiəsi üçün dəlillər gətirdi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli Qərarının 33-cü bəndində məhkəmələrə tövsiyyə edilir ki, hökmün təsviri-əsaslandırıcı hissəsində təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin məhkəmədə gətirdiyi dəlillərlə bağlı qeyd etməyi lazım bilir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 182.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsiri hazırkı hökmdə sadalanan və məhkəmədə tədqiq olunmuş çoxsaylı sübutlarla – təqsirləndirilən şəxsin özünün verdiyi qismən etirafedici ifadələri, zərərçəkmiş şəxslərin ibtidai istintaq zamanı və məhkəmədə verdikləri ifadələri və üzləşdirmə protokolları ilə, həmçinin zərərçəkmiş şəxslərin Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinə etdikləri rəsmi müraciətləri və izahatları ilə tam təsdiq olunur. Qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası təqsirləndirilən şəxsin məhkəmədə gətirdiyi dəlilləri onun cinayət məsuliyyətindən yayınmaq və ya məsuliyyətini yüngülləşdirmək üçün seçdiyi müdafiə taktikası kimi qiymətləndirir. Şərh olunanlara və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməllər düzgün tövsif edilmişdir, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayətdir, təsnifatına görə ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən, bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən, şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs əməllərinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən himayəsində azyaşlı uşağının olmasını, CM-nin 59.1.12-59.1.13-cü maddələrinə uyğun olaraq, zərərçəkmiş şəxslərlə barışıq əldə edilməsi və cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır, CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Cinayət Məcəlləsinin 59.1.12-59.1.13-cü maddələrində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən halların olması, eləcə də cəzanı ağırlaşdıran halların olmaması Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinin tətbiqini mümkün edir. Belə ki, həmin maddəyə görə, bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-cü maddəsinin tələbinə görə, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat və məhkəmə baxışı zamanı həbsdə saxlanıldığı bütün müddət cəzaçəkmə müddətinə daxil edilməli və Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 01 aprel 2024-cü il tarixdən hesablanmalıdır. Belə ki, iş materiallarına görə Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinin İstintaq idarəsi tərəfindən şübhəli şəxs qismində tutulmuş və hal-hazıra qədər həbsdə saxlanılır. Eyni zamanda, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 222 №-li qərarına əsasən hər iş saatı üçün 6 manat hesabı ilə müdafiə xərcləri hesablanmalıdır. Cinayət işinə əlavə edilmiş orderdən və hesabatdan görünür ki, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəsini təyinat əsasında vəkil Müdafiəçi həyata keçirmiş, bununla bağlı müdafiəçi 45 (qırx beş) saat vaxt sərf etmişdir. Ona görə də, dövlət büdcəsinin vəsaiti hesabına təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmiş vəkil Müdafiəçi ödəniləcək 270 (iki yüz yetmiş) manat məbləğində pul vəsaiti Bakı şəhəri, 27 saylı Vəkil bürosunun hesabına köçürülməlidir. Cinayət işi üzrə maddi sübutların olmaması, mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Məhkəməyədək icraat və məhkəmə baxışı zamanı həbsdə saxlanıldığı bütün müddət cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 01 aprel 2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə məhkəmə məsrəfləri - dövlət büdcəsinin vəsaiti hesabına məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmiş vəkil Müdafiəçi ödənilməli olan 270 (iki yüz yetmiş) manat məbləğində pul vəsaiti Bakı şəhəri, 27 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Cinayət işi üzrə maddi sübutların olmaması, mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Eldar İsmayılov Hakimlər Cavid Hüseynov, Səbuhi Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar