Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-378/2021 05.02.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən Mikayılov Eldar Əli oğlu Hakimlər Abasov Əliövsəd Məzahir oğlu və Ağalarov Mahmud Muradxan oğlundan ibarət tərkibdə Məhkəmə iclas katibi - X12, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər kollegiyası Ədalət Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxx 1957-ci ildə Ermənistanın Sisyan rayonunun Urud kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, əli təhsilli, işləməyən, ünvan 1 ünvanda qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, məhkumluğu olmayan, barəsində «həbs» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.2.1, 228.2.2 və 28,206.3.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə qismən qapalı məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs qanunsuz olaraq qəsdən odlu silah və döyüş sursatı əldə etmiş, saxlamış, daşımış və gəzdirmiş, bundan başqa qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq təkrarən odlu silah, döyüş sursatı və partlayıcı maddələr əldə etmiş, saxlamış, daşımış və gəzdirmişdir. Belə ki, Təqsirləndirilən şəxs 1988-ci ilin payız aylarında istintaqa məlum olmayan mənbədən qəsdən qanunsuz olaraq yivli odlu silahlar hesab edilən 5,6 mm. kalibrli 1 (bir) ədəd “TOZ-18” modelli 3223 nömrəli və eyni kalibrli və modelli 1 (bir) ədəd 9985 nömrəli ov karabinləri, 7,62x39 mm kalibrli “CKC-45’’ sistemli "TOZ-97 (Arxar)" modelli KO 8033 nömrəli və 9x53 mm. kalibrli " Медведь (SOK-9)" modelli A-142 nömrəli özüdolduran (yarımavtomatik) ov karabinləri, eləcə də döyüş sursatları hesab edilən 1995 (bir min doqquz yüz doxsan beş) ədəd 7,62x3N mm. kalibrli və 224 (iki yüz iyirmi dörd) ədəd 9x53 mm kalibrli patron əldə etmiş, həmin silah və patronları ayrı-ayrı vaxtlarda yaşadığı ünvan 1 ünvana, eləcə də Bakı şəhəri, Binəqədi rayonu, Goradil kəndi, 1162 nömrəli bağ evinə və Qusar rayonunun Ləzə kəndindəki fərdi yaşayış evinə qanunsuz daşıyaraq saxlamış və gəzdirmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən 1993-1996-cı illərdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində divizion komandiri vəzifəsində həqiqi hərbi xidmətdə olduğu zaman qəsdən taladığı həmin hərbi hissənin qeydiyyatında olan yivli odlu döyüş silahı hesab edilən N mm. kalibrli "Makarov” (“PM") konstruksiyalı ИВ 4545 nömrəli yarımavtomatık tapançanı xx xxxxxx 1996-cı ıl tarixdə Azərbaycan ordusunda həqiqi hərbi xidmətdən ehtiyata buraxılanadək olan müddətdə qanunsuz olaraq özündə saxlamış və gəzdirmiş, bundan sonra həmin silahı eləcə də göstərilən hərbi hissədə xidmətdə olduğu dövrdə naməlum mənbədən qanunsuz olaraq əldə etdiyi döyüş sursatları hesab edilən 2 (iki) ədəd 7,65 mm. kalibrli, N0 (yüz) ədəd 9x1N mm. kalibrli, 66 (altmış altı) ədəd 9x18 mm. kalibrli, 1 (bir) ədəd 5,45x3N mm. kalibrli və 1 (bır) ədəd 5,56x45 mm. kalibrli patronu qanunsuz daşıyaraq yaşadığı ünvan 1 ünvana aparıb 2003cü ilədək olan müddətdə həmin ünvanda, daha sonra isə Qusar rayonunun Ləzə kəndindəki evinə qanunsuz daşıyaraq orada saxlamışdır. Daha sonra, Təqsirləndirilən şəxs 1998-ci ilin payız aylarında «Vaxa» və «Ruslan» adlı şəxsiyyətləri istintaqa məlum olmayan şəxslərlə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, təkrarən, istintaq zamanı müəyyən olunmamış mənbədən həmin şəxslər tərəfindən qanunsuz olaraq əldə edilmiş yivli odlu avtomatik döyüş silahı hesab edilən 1 (bır) ədəd "Kalaşnikov: konstruksiyalı 5.45 mm. kalibrli "AKS-74U markalı 252900 nömrəli avtomat silah, yivli odlu avtomatik döyüş silahı hesab edilən 1 (bir) ədəd “Kalaşnikov” konstruksiyalı 5.45 mm. kalibrli “AKS-74U” markalı 273751 nömrəli avtomat silah, odlu döyüş silahı hesab edilən 6 (altı) ədəd 66 mm. kalibrli "M72A2 markalı birdəfəlik istifadə olunan tank əleyhinə reaktiv qumbaraatan, yivli odlu döyüş silahı hesab edilən 1 (bir) ədəd 40 mm kalibrli QP-25” markalı 9360 nömrəli lüləaltı qumbaraatan, döyüş sursatları hesab edilən 21 (iyirmi bir) ədəd 40 mm kalibrli qumbara, 229 (iki yüz iyirmi doqquz) ədəd 7.62x54 mm. kalibrli və 1860 (min səkkiz yüz altmış) ədəd 5,45x3N mm. kalibrli patron, normal qüvvəli brizant partlayıcı maddələr hesab edilən 89 (səksən doqquz) ədəd 200 qramlıq və 1 (bir) ədəd 400 qramlıq trotil şaşkaları, elektrik cərəyanından qidalanan, elektroimpulsla alışıb müvafiq partlayıcı qurğudakı partlayıcı maddəni alışdırmaqla partladılması üçün funksional əhəmiyyət daşıyan komplekt hissə kimi nəzərdə tutulmuş 46 (qırx altı) ədəd "EDP” və N (on) ədəd “GDP” markalı elektroalışdırıcılar (elektrodetonator), döyüş sursatları hesab edilən 13 (on üç) ədəd qəlpəli "RQD-5: əl qumbaralarının gövdələri və onların komplekt hissələrini təşkil edən 15 (on beş) ədəd “UZRQM-2” partladıcıları Bakı şəhəri, Binəqədi rayonu, Goradil kəndi, 1162 nömrəli bağ evinə qanunsuz daşıyıb saxlamaqla, bir müddət sonra həmin odlu silahlar, döyüş sursatları və partlayıcı maddələri Qusar rayonunun Ləzə kəndindəki fərdi yaşayış evinə qanunsuz daşıyıb orada saxlamaqla, 2019-cu ilin oktyabr ayında isə həmin ünvanda olan 1 (bir) ədəd “Kalaşnikov” konstruksiyalı 5,45 mm kalibrli "AKS-74U” markalı 273751 nömrəli avtomat silahı, 215 (iki yüz on beş) ədəd 5,45x3N mm. kalibrli patronu, 5 (beş) ədəd 200 qramlıq trotil şaşkaları və N (on) ədəd “GDP” markalı elektroalışdırıcıları (elektrodetonator) qanunsuz daşıyıb Xaçmaz rayonunun Mürşüdoba kəndindəki evində qanunsuz saxlamışdır. Bundan əlavə, Təqsirləndirilən şəxs təkrarən 2005-ci ilin fevral ayının əvvəllərində öz qohumu olmaqla istintaq zamanı şəxsiyyəti müəyyən edilmiş şəxsdən qanunsuz olaraq əldə etdiyi yivli odlu silah hesab edilən 5,6 mm kalibrli "СОБОЛЬ LR" modelli 01600526 nömrəli ov karabinini. döyüş sursatları hesab edilən 934 (doqquz yüz otuz dörd) ədəd 5,6 mm kalibrli patronları Qusar rayonunun Ləzə kəndi və Xaçmaz rayonunun Mürşüdoba kəndindəki evlərində, Bakı şəhəri. Binəqədi rayonu, Goradil kəndi, 1162 nömrəli bağ evində, eləcə də yaşadığı ünvan 8a ünvanda qanunsuz olaraq saxlamış, daşımış və gəzdirmişdir. Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən xx xxxxx 2020-ci il tarixdə keçirilmiş baxışlar zamanı Təqsirləndirilən şəxs oğluna məxsus Qusar rayonunun Ləzə kəndində yerləşən fərdi yaşayış evindən qanunsuz olaraq saxladığı yivli odlu avtomatik döyüş silahı hesab edilən 1 (bir) ədəd "Kalaşnikov" konstruksiyalı 5,45 mm. kalibrli “AKS-74U" markalı 252900 nömrəli avtomat silah, odlu döyüş silahı hesab edilən 6 (altı) ədəd 66 mm. kalibrli “M72A2" markalı birdəfəlik istifadə olunan tank əleyhinə reaktiv qumbaraatan, yivli odlu silah hesab edilən 5.6 mm. kalibrli “TOZ-18” modelli 3223 nömrəli 1 (ədəd) ov karabini yivli odlu döyüş silahı hesab edilən N mm. kalibrli "Makarov" (ПМ) konstruksiyalı ИВ 4545 nömrəli 1 (bir) ədəd yarımavtomatik tapança silah, yivli odlu döyüş silahı hesab edilən 1 (bir) ədəd 40 mm. «kalibrli ГП-25" markalı 9360 nömrəli lüləaltı qumbaraatan, döyüş sursatları hesab edilən 21 (iyirmi bir) ədəd 40 mm. kalibrli qumbara, 369 (üç yüz altmış doqquz) ədəd 5,6 mm. kalibrli, 2 (iki) ədəd 7,65 mm. kalibrli, 1920 (bir min doqquz yüz iyirmi) ədəd 7,62x3N mm. kalibrli, 94 (doxsan dörd) ədəd 9x1N mm. kalibrli, 229 (iki yüz iyirmi doqquz) ədəd 7,62x54 mm. kalibrli, 1635 (bir min altı yüz otuz beş) ədəd 5,45x3N mm. kalibrli, 203 (iki yüz üç) ədəd 9x53 mm. kalibrli və 65 (altmış beş) ədəd 9x18 mm. kalibrli patron, normal qüvvəli brizant partlayıcı maddələr hesab edilən 84 (səksən dörd) ədəd 200 qramlıq və 1 (bir) ədəd 400 qramlıq trotil şaşkaları, elektrik cərəyanından qidalanan, elektroimpulsla alışıb müvafiq partlayıcı qurğudakı partlayıcı maddəni alışdırmaqla pərtladılması üçün funksional əhəmiyyət daşıyan komplekt hissə kimi nəzərdə tutulmuş 46 (qırx altı) ədəd "EDP” markalı elektroalışdırıcılar (elektrodetonator), döyüş sursatları hesab edilən 13 (on üç) ədəd qəlpəli “RQD-5" əl qumbaralarının gövdələri və onların komplekt hissələrini təşkil edən 15 (on beş) ədəd "UZRQM-2" partlayıcıları; -ünvan 8a ünvanda yerləşən fərdi yaşayış evindən qanunsuz olaraq saxladığı yivli odlu silah hesab edilən 7,62x3N mm. kalibrli “CKC-45” sistemli "TOZ-97 (Arxar)" modelli KO 8033 nömrəli özüdolduran (yarımavtomatik) 1 (bir) ədəd ov karabini, yivli odlu silah hesab edilən 9x53 mm. kalibrli « Медведь» (SOK-9)" modelli A-142 nömrəli özüdolduran (yarımavtomatik) 1 (bir) ədəd ov karabini, döyüş sursatları hesab edilən 75 (yetmiş beş) ədəd 7,62x3N mm. kalibrli, 1 (bir) ədəd 9x1N mm. kalibrli, 1 (bir) ədəd 9x18 mm. kalibrli, 1 (bır) ədəd 5,45x3N mm. kalibrli, 1 (bır) ədəd 5,56x45 mm. kalibrli, 20 (iyirmi) ədəd 9x53 mm. kalibrli və 95 (doxsan beş) ədəd 5,6 mm. kalibrli patron; -Xaçmaz rayonunun Mürşüdoba kəndində yerləşən fərdi yaşayış evindən qanunsuz olaraq saxladığı yivli odlu avtomatik döyüş silahı hesab edilən 1 (bır) ədəd "Kalaşnikov" konstruksiyalı 5,45 mm. kalibrli “AKS-74U" markalı 273751 nömrəli avtomat silah, yivli odlu silah hesab edilən 1 (bir) ədəd 5,6 mm. kalibrli « СОБОЛЬ» LR" modelli 01600526 nömrəli ov karabini, döyüş sursatları hesab edilən 365 (üç yüz altmış beş) ədəd 5,6 mm. kalibrli və 215 (iki yüz on beş) ədəd 5.45x3N mm. kalibrli patron, normal qüvvəli brizant partlayıcı maddələr hesab edilən 5 beş) ədəd 200 qramlıq trotil şaşkaları, elektrik cərəyanından qidalanan, elektroimpulsla alışıb müvafiq partlayıcı qurğudakı partlayıcı maddəni alışdırmaqla partladılması üçün funksional əhəmiyyət daşıyan komplekt hissə kimi nəzərdə tutulmuş N (on) ədəd “GDP" markalı elektroaİışdırıcılar (elektrodetonator) və Bakı şəhəri, Binəqədı rayonu, Görədil kəndi, 1162 nömrəli bağ evindən qanunsuz olaraq saxladığı yivli odlu silah hesab edilən 1 (bır) ədəd 5.6 mm. kalibrli "TOZ-18" modelli 9985 nömrəli ov karabini və döyüş sursatları hesab edilən 99 (doxsan doqquz) ədəd 5.6 mm. kalibrli patron, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən davam etdirilmiş axtarış tədbirləri nəticəsində xx xxxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs məxsus Xaçmaz rayonunun Mürşüdoba kəndində yerləşən fərdi yaşayış evindən əlavə olaraq döyüş sursatları hesab edilən 5 (beş) ədəd 9x1N mm. kalibrli patron, xx xxxxx 2020-ci il tarixdə Qusar rayonunun Ləzə kəndində yerləşən fərdi yaşayış evindən isə döyüş sursatları hesab edilən 6 (altı) ədəd 5,6 mm. kalibrli və 1 (bir) ədəd 9x53 mm. kalibrli patron aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 228.2.1, 228.2.2 və 28,206.3.2-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü CM-nin 228.2.1 və 228.2.2-ci maddələri ilə tam təqsirli bilərək, lakin CM-nin 28,206.3.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, x xxxx 1957-ci ildə Ermənistanın Sisyan rayonunun Urud kəndində anadan olmuş və öz valideynləri ilə birlikdə uzun müddət həmin kənddə yaşamışdır. Onun özü 1973-ci ildə, valideynləri isə məlum hadisələrlə bağlı 1988-ci ildə Sisyan rayonunu tərk edərək Bakı şəhərinə köçmüşlər. Bakı şəhərinə köçdükdən sonra valideynləri ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evini almış və həmin vaxtdan hazırki iş üzrə həbs olunan vaxta qədər öz ailə üzvləri ilə birlikdə həmin ünvanda yaşamışdır. Onun özü ali təhsillidir və 1984-cü ildə qiyabi olaraq Azərbaycan Xalq Təsərrüfatı institutunu bitirmişdir. O zaman o, Azərbaycan geyim ticarət bazasında əvvəlcə fəhlə, sonrakı dövrdə isə orada əmtəəşünas vəzifəsində işləmiş və Qarabağ müharibəsi başlanana qədər həmin vəzifədə çalışmışdır. 1991-ci oktyabr ayında o, mərhum qardaşı Aqil Quliyev ilə birlikdə Qarabağ uğrunda gedən döyüşlərlə əlaqədar olaraq könüllü olaraq Azərbaycan Ordusu sıralarına daxil olmuş və o zaman ilk yaradılan 701 saylı briqadanın tərkibində döyüşmüşlər. Qardaşı Aqil 1992-cı ilin fevral ayının 25-dan 26-na keçən gecə Xocalı şəhərinin müdafiəsi zamanı şəhid olmuşdur. Ölümündən sonra qardaşı Aqilə Azərbaycanın Milli Qəhrəmanı adı verilmişdir. Sonrakı dövrdə də o, könüllü olaraq orudu sıralarında xidmətini davam etdirmiş və o zaman ilk dəfə yaradılan reaktiv batareyasına komandir təyin olunmuşdur. Təxminən 1992-ci ilin sonlarında xidmət etdiyi batareya böyüdülərək diviziona çevrilmişdir. Daha sonra isə həmin divizion Müdafiə Nazirliyinin N saylı briqadasının tərkibinə verilmiş və onun özü həmin divizion briqadasında 2-cı divizion komandiri vəzifəsinə təyin olunmuşdur. Həmin vəzifədə işləməklə atəşkəsin elan olunduğu 1994-cü ilin mart ayına kimi o, Xocalı, Ağdərə, Ağdam rayonları ərazilərində və digər istiqamətlərdə olan döyüşlərdə iştirak etmişdir. Döyüşlər zamanı yaralanmış və bununla bağlı müharibə veteranı kimi ona 2-ci qrup əlilik dərəcəsi verilmişdir. Azərbaycan Ordusunun zabiti və kapitan rütbəsində olmaqla o, 1995-ci ilin sentyabr ayınadək Müdafiə Nazirliyinin N saylı briqadasında 2-cı divizion komandiri kimi xidmətini davam etdirmişdir. Bildirmək istəyir ki, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində hərbi xidmətdə olduğu dövrdə vəzifəsindən sui-istifadə etmə hallarına yol verdiyi, qanunsuz olaraq odlu silah və döyüş sursatları əldə etdiyi və bir sıra odlu silah və sursatları qanunsuz olaraq başqa adamlara verdiyinə görə, 1995-ci ilin dekabr ayında Azərbaycan Respublikası Ali Məhkəməsi Hərbi kollegiyasının hökmü ilə o, vaxt qüvvədə olan Cinayət Məcəlləsinin 255, 220-1 və 220-cı maddələri ilə təqsirli bilinərək səkkiz il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. Lakin, müharibə veteranı olduğu nəzərə alınaraq ölkə rəhbərliyi tərəfindən xx xxxxxx 1996-cı ildə isə əfv edilərək azadlığa buraxılmışdır. Onu da bildirmək istəyir ki, onun özü əvvəllər məhkum olunduğuna görə azadlığa buraxıldıqdan sonrakı dövrdə də, yəni hazırda ona qarşı irəli sürülmüş ittihamlar üzrə qanunsuz olaraq saxladığı odlu silah, döyüş sursatları və partlayıcı maddələri dövlət orqanlarına təhvil verməyə çəkinmişdir. Bununla bağlı bildirmək istəyir ki, ona qarşı irəli sürülmüş ittihamlarla tam razı deyil. Özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 28,206.3.2-ci maddəsi ilə ümumiyyətlə təqsirli bilmir. Belə ki, o, heç bir şəxsə hər-hansı bir odlu silah, döyüş sursatı və yaxud partlayıcı maddələrin Azərbaycan Respublikasından başqa bir dövlətin ərazisinə keçirilməsi üçün hər-hansı bir formada köməklik edəcəyini heç vaxt söz verməmiş və bununla bağlı heç bir söhbət aparmamışdır. Onun yaşadığı evdən və ona məxsus olan bağ evlərindən 2020-ci ilin aprel ayında aşkar edilmiş odlu silah, döyüş sursatlarını və yaxud Xaçmaz rayonunun Mürşüdoba kəndindəki evində aşkar olunmuş odlu silah, döyüş sursatları və partlayıcı maddələrin qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasından başqa bir ölkəyə aparılması üçün heç kəslə sövdələşməmiş və həmin silah və sursatları bu məqsədlə əldə etməmiş və saxlamamışdır. Onun özü müharibə veteranı və keçmiş hərbi zabit olmaqla ölkəmizdən hər-hansı bir silahın başqa bir ölkəyə aparılmasına heç vaxt razılıq verməzdi və belə bir işdə kiməsə köməklik edəcəyini də o, heç vaxt vəd etməmişdir. Bununla yanaşı, bildirmək istəyir ki, Bakı şəhəri M.Ə.Rəsulzadə qəsəbəsində daimi yaşadığı evdən, həmçinin Bakı şəhəri Goradil kəndi, Qusar rayonunun Ləzə kəndi və Xaçmaz rayonunun Mürşüdoba kəndində yerləşən bağ evlərindən 2020-ci ilin aprel ayında aşkar edilmiş odlu silah, döyüş sursatları və partlayıcı maddələri qanunsuz olaraq əldə edib saxladığını etiraf edir və bununla bağlı özünü Azərbaycan Respublikası CM-nin 228.2.1 və 228.2.2-ci maddələri ilə təqsirli hesab edir və həmin əməlinə görə peşmançılıq çəkir. Onu da bildirmək istəyir ki, 2020-ci ilin aprel ayında Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları onun qanunsuz olaraq odlu silah, döyüş sursatları və partlayıcı maddələri əldə edib saxlamaqda şübhəli olmasını ona bildirdikdən sonra o, həmin odlu silah, döyüş sursatları və partlayıcı maddələri saxladığı yerləri könüllü olaraq həmin əməkdaşlara göstərmiş və qanunsuz olaraq saxladığı silah və sursatları onlara təhvil vermişdir. Onu da bildirmək istəyir ki, onun özü uzun müddət ərzində ovçuluqla məşğul olmuşdur və əvvəllər onun özündə rəsmi qaydada qeydiyyatdan keçmiş ov silahları olmuşdur. Lakin, qeyd etdiyi kimi, əvvəllər də odlu silah və döyüş sursatlarını qanunsuz olaraq əldə edib saxladığına görə 2005-ci ildə məhkum olunduğu üçün o, sonradan özünə məxsus olan bir neçə yivli və yivsiz od silahlarını öz qohumlarının adlarına rəsmiləşdirərək özündə saxlamışdır. Ona verilmiş ittiham epizodları ilə bağlı, yəni 1988-ci ilin payız aylarında qanunsuz olaraq yivli odlu silahlar hesab edilən 5,6 mm. kalibrli bir ədəd “TOZ-18” modelli 3223 nömrəli və eyni kalibrli və modelli bir ədəd 9985 nömrəli ov karabinləri, 7,62x3N mm. kalibrli “CKC-45’’ sistemli «TOZ-97» modelli KO 8033 nömrəli və 9x53 mm. kalibrli " Медведь» modelli A-142 nömrəli ov karabinləri, eləcə də döyüş sursatları hesab edilən 1995 ədəd 7,62x3N mm. kalibrli və 224 ədəd 9x53 mm. kalibrli patronları əldə edib həmin silah və patronları ayrı-ayrı vaxtlarda yaşadığı ünvan 4 ünvana, eləcə də Bakı şəhəri, Binəqədi rayonu, Goradil kəndi, 1162 nömrəli bağ evinə və Qusar rayonunun Ləzə kəndindəki fərdi yaşayış evinə qanunsuz daşıyaraq saxlamaqda və gəzdirməkdə özünü təqsirli hesab edir. Həmin silahlardan 5,6 mm kalibrli «TOZ-18» modelli ov karabinləri onun mərhum atası Sahib Quliyevin 1973-1988-ci illərdə direktoru olduğu Ermənistanın Sisyan rayonunun Urud kənd məktəbinə məxsus olmuşdur. 7,62x3N mm. kalibrli "CKC-45" sistemli «TOZ-97» modelli və 9.53 mm. kalibrli "Медведь" modelli ov kərabınlərini 1987- 1988-ci illərdə Ermənistanda milli münaqişə zaman o zaman özünü və ailə üzvülərini müdafiə etmək üçün tanımadığı şəxslərdən əldə etmişdir. 1988-ci ilin payız aylarında Ermənistandan Azərbaycana məcburi köçkün düşərkən ermənilərə qalmasın deyə atasının direktoru olduğu məktəbə aid olan həmin iki ədəd «TOZ-18" modelli, həmçinin "CKC-45" sistemli və "Медведь" markalı yivli ov karabinlərini də o, özü ilə Azərbaycana gətirmiş və rəsmiləşdirmədən saxlamışdır. Həmin 7x62 mm. kalibrli və 9x53 mm. kalibrli patronlar da 1988-ci ildə Ermənistandan Azərbaycana gətirdiyi döyüş sursatlarındandır. Ona qarşı irəli sürülmüş digər ittiham, yəni 1993-1996-cı illərdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində divizion komandiri vəzifəsində həqiqi hərbi xidmətdə olduğu zaman həmin hərbi hissənin qeydiyyatında olan yivli odlu döyüş silahı hesab edilən N mm. kalibrli "Makarov” (“ПМ”) konstruksiyalı “ИВ 4545” nömrəli yanmavtomatık tapançanı xx xxxxxx 1996-cı il tarixdə Azərbaycan ordusunda həqiqi hərbi xidmətdən ehtiyata buraxılanadək olan müddətdə qanunsuz olaraq özündə saxlayıb, gəzdirməkdə, həmin odlu silahı, eləcə də həmin hərbi hissədə xidmətdə olduğu dövrdə döyüş sursatları hesab edilən iki ədəd 7,65 mm. kalibrli, yüz ədəd 9x1N mm. kalibrli, altmış altı ədəd 9x18 mm. kalibrli, bir ədəd 5,45x3N mm. kalibrli və bir ədəd 5,56x45 mm. kalibrli patronu qanunsuz olaraq əldə etdiyi, daşıyaraq yaşadığı ünvan 1 ünvana aparıb 2003-cü ilədək olan müddətdə həmin ünvanda, daha sonra isə Qusar rayonunun Ləzə kəndindəki evinə qanunsuz daşıyaraq orada saxlamaqda özünü təqsirli hesab edir. Bununla bağlı bildirmək istəyir ki, həmin N mm. kalibrli “Makarov” konstruksiyalı tapançanı o, hərbi xidmətdə olduğu zaman əldə etmişdir və sonrakı dövrdə özündə saxlamışdır. Belə ki, 1992-ci ilin iyun ayında Bakı şəhəri Badamdar qəsəbəsində yerləşən sovet ordusuna məxsus artilleriya alayından o, döyüş sursatı və həmin sursatları daşıyan "Ural" avtomaşınlarını qəbul edərkən qeyd edilən tapança silahı da heç bir təhviltəslim aktı tərtib edilmədən qanunsuz olaraq həmin alayın silah-sursat anbarından özü üçün götürmüşdür. Bundan sonra təxminən bir ay ərzində həmin alay Azərbaycan ordusuna təhvil verilmiş və alay N saylı hərbi hissə adlandırılmışdır. Həmin tapança silahı bundan sonra özündə saxlamış və ordudan tərxis olunduqdan sonra yaşadığı ünvan 5 ünvanda gizlədib saxlamışdır. 2003-cü ildə Qusar rayonunun Ləzə kəndindəki torpaq sahəsini alıb orada ev tikdirdikdən sonra isə o, həmin silahı da oradakı evinə aparıb orada gizlədib saxlamışdır. Qeyd edilən 7,65 mm., 9x1N mm., 9x18 mm., 5,45x3N mm. kalibrli və 5,56x45 mm. kalibrli patronları isə o, 1990-cı illərdə döyüş bölgəsində hərbi xidmətdə olduğu zaman tanımadığı şəxslərdən əldə etdiyi və istifadə olunmamış sursatlardandır. Həmin patronları da ordudan tərxis olunan zaman təhvil verməyərək özündə saxlamışdır. Ona qarşı irəli sürülmüş digər ittiham, yəni 1998-ci ilin payız aylarında şəxsiyyətləri istintaqa «Vaxa» və «Ruslan» adları ilə məlum olan şəxslərlə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, sonradan Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli xarici ölkə ərazisinə keçirmək məqsədilə məlum olmayan mənbədən qanunsuz olaraq əldə etdikləri yivli odlu avtomatik döyüş silahı hesab edilən bir ədəd «Kalaşnıkov» konstruksiyalı 5.45 mm. kalibrli «AKS-74U» markalı 252900 nömrəli avtomat silah, yivli odlu avtomatik döyüş silahı hesab edilən bir ədəd “Kalaşnikov” konstruksiyalı 5.45 mm. kalibrli “AKS-74U” markalı 273751 nömrəli avtomat silah, odiu döyüş silahı hesab edilən altı ədəd 66 mm. kalibrli «M72A2» markalı birdəfəlik istifadə olunan tank əleyhinə reaktiv qumbaraatan, yivli odlu döyüş silahı hesab edilən bir ədəd 40 mm. kalibrli QP-25” markalı 9360 nömrəli lüləaltı qumbaraatan, döyüş sursatları hesab edilən iyirmi bir ədəd 40 mm. kalibrli qumbara, iki yüz iyirmi doqquz ədəd 7.62x54 mm. kalibrli və bir min səkkiz yüz altmış ədəd 5,45x3N mm. kalibrli patron, partlayıcı maddələr hesab edilən səksən doqquz ədəd 200 qramlıq və bir ədəd 400 qramlıq trotil şaşkaları, elektrik cərəyanından qidalanan müvafiq partlayıcı qurğudakı partlayıcı maddəni alışdırmaqla partladılması üçün komplekt hissə kimi nəzərdə tutulmuş qırx altı ədəd "EDP” və on ədəd “GDP” markalı elektroalışdırıcılar (elektrodetonator), döyüş sursatları hesab edilən on üç ədəd qəlpəli "RQD-5» əl qumbaralarının gövdələri və onların komplekt hissələrini təşkil edən on beş ədəd "UZRQM-2" tipli pərtladıcıları qrupun digər üzvləri ilə əvvəlcədən əldə edilmiş ümumi razılığa əsəsən Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli xarici ölkə ərazisinə keçirmək üçün əlverişli şəraitin yaranmasını gözləmək məqsədi ilə Bakı şəhəri, Binəqədi rayonu, Goradil kəndi, 1162 nömrəli bağ evinə qanunsuz daşıyıb saxlamaqla, 2009-2011-ci illərdə həmin odlu silahlar, döyüş sursatları və partlayıcı maddələri Qusar rayonunun Ləzə kəndindəki fərdi yaşayış evinə qanunsuz daşıyıb orada saxlamaqla, 2019-cu ilin oktyabr ayında isə həmin ünvanda olan bir ədəd "Kalaşnikov” konstruksiyalı 5,45 mm kalibrli "AKS-74LT markalı 273751 nömrəli avtomat silahı, iki yüz on beş ədəd 5,45x39 mm kalibrli patronu, beş ədəd 200 qramlıq trotil şaşkaları və on ədəd “GDP” markalı elektroalışdıncıları qanunsuz daşıyıb Xaçmaz rayonunun Mürşüdoba kəndindəki evində qanunsuz saxlamaqla qaçaqmalçılıq cinayətinə hazırlıq hərəkətləri etməkdə özünü təqsirli hesab etmir. Həmin ittihamla bağlı bildirmək istəyir ki, 1995-ci ilin yaz aylarında Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində divizion komandiri vəzifəsində hərbi xidmətdə olduğu həmin divizionun dislokasiya olunduğu Ağdam rayonunun Xındırıstan kəndində olduğu zaman orada təsadüfən özünü ona «Vaxa» adı ilə təqdim edən, lakin dəqiq adını, soyadını və ünvanını bilmədiyi bir şəxslə tanış olmuşdur. Aralarında olan söhbət zamanı həmin şəxs milliyətcə çeçen olduğunu və bir neçə həmyerlisi olan şəxslərlə birlikdə könüllü olaraq ermənilərə qarşı Ağdərə rayonu uğrunda aparılan döyüşlərdə iştirak etdiyini ona bildirmişdir. Bundan sonrakı dövrdə o, cəbhə bölgəsində bir neçə dəfə həmin şəxslə görüşüb bir tanış kimi söhbət etmişlər. Lakin, həmin şəxsin konkret olaraq hansı hərbi hissənin tərkibində döyüşməsi barədə onun heç bir məlumatı olmamış və sonrakı dövrdə həmin şəxslə heç bir əlaqə saxlamamışdır. Qeyd etdiyi kimi onun özü 1995-ci ilin dekabr ayında Azərbaycan Respublikası Ali Məhkəməsi Hərbi kollegiyasının hökmü ilə o, o zaman qüvvədə olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 255-cı maddəsinin «B» bəndi, 220-1-ci maddəsinin 2-cı hissəsi və 220-cı maddəsinin 3-cü hissəsi ilə səkkiz il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, xx xxxxxx 1996-cı ildə isə əfv edilərək azadlığa buraxılmışdır. Azadlığa buraxıldıqdan bir müddət sonra o, «Vaxa» adlı həmin şəxslə Bakı şəhər Nərimanov rayonu ərazisində təsadüfən rastlaşmış və bir tanış kimi sonrakı dövrdə də bir neçə dəfə onunla təsadüfi görüşərək öz aralarında söhbət etmişlər. Dəqiq tarix yadında deyil, lakin təxminən 1998-cı ilin payız aylarında «Vaxa» adlı həmin şəxslə Bakı şəhərində növbəti dəfə təsadüfən görüşüb söhbət edən zaman həmin şəxs onda bir qədər odlu silah və döyüş sursatları olduğunu, lakin həmin silah və sursatları saxlamağa yeri olmadığına görə həmin silah və sursatı müvəqqəti olaraq saxlamasını ondan xahiş etmişdir. Həmin «Vaxa» adlı şəxsin Azərbaycan torpaqlarının azad olunması uğrunda ermənilərə qarşı könüllü şəkildə döyüşlərlə iştirak etdiyinə görə o, onun xahişinə etiraz etməmiş və bu işdə ona köməklik edə biləcəyini demişdir. Onu da bildirmək istəyir ki, azadlığa buraxıldıqdan sonra o, şəxsi təsərrüfatla məşğul olmağa qərara almış və buna görə də Bakı şəhəri, Binəqədi rayonu Goradil bağlarında öz atasına məxsus 25 sot torpaq sahəsində meyvə bağı salmış və orada təsərrüfatla məşğul olmuşdur. Həmin «Vaxa» adlı şəxs ona həmin xahişlə müraciət edən zaman o, həmin bağ evinə yalnız özü gedib-gəldiyinə görə «Vaxa»nın təklif etdiyi silah və sursatı həmin bağ evində gizlədib saxlamağı nəzərdə tutmuş və buna görə də onun təklifi ilə razılamışdır. O, həmin «Vaxa» adlı şəxsdən həmin silah və sursatların nə kimi silah-sursat olması ilə maraqlanmamış və ondan yalnız həmin silah-sursatın hansı həcmdə olmasını soruşmuşdur. «Vaxa» isə onda olan silah və sursatın minik avtomobilin baqaj hissəsinə yerləşəcək həcmdə olduğunu ona bildirmişdir. Onu da bildirmək istəyir ki, hər ehtimala qarşı o, «Vaxa» adlı şəxsin onların bağ evinin yerini tanımasını istəməmiş və buna görə də həmin silah və sursatı dəqiq harada gizlədib saxlayacağını ona bildirməmişdir. Elə həmin gün onlar görüş təyin edərək axşam saatlarına Bakı şəhəri Fatmayı kəndinin qurtaracağında yerləşən məscidin qarşısında görüşmüşlər. Həmin görüş yerinə «Vaxa» adlı şəxs özünü ona «Ruslan» adı ilə təqdim edən şəxsin idarə etdiyi yaş asfalt rəngli, dövlət nömrəsinə fikir vermədiyi «Şevrolet CİP» markalı avtomobildə gəlmiş və həmin avtomobilin yük yerindən ölçüsü təxminən 80x60 sm. olmaqla ağzı bağlı vəziyyətdə olan bir ədəd taxta yeşik, həmçinin ağzı bağlı vəziyyətdə olan ölçüsü təxminən 50x50 sm. olan daha bir ədəd taxta yeşik və təxminən beş-altı ədəd bağlamanı götürərək onun özünə məxsus «Mazda 626» markalı ** CD *** dövlət qeydiyyat nişanlı avtomobilə qoymuşlar. «Vaxa» və «Ruslan» həmin yeşik və bağlamalarda konkret olaraq hansı sayda, nə kimi odlu silah və döyüş sursatı olduğunu ona deməmişlər. Onun özü də bu barədə onlardan heç nə soruşmamışdır. Lakin, həmin yeşiklərdə və bağlamalarda odlu silah və döyüş sursatlarının olmasını başa düşmüşdür. O zaman o, həmin şəxslərdən ona verdikləri yeşik və bağlamaları nə vaxt ondan götürəcəkləri ilə maraqlanmış, «Vaxa» isə həmin silah və sursatı yaxın vaxtda ondan götürəcəklərini bildirmişdir. Həmin silah və sursatları hara aparacağını onlara bildirməyərək o, bundan sonra onlardan ayrılmış və idarə etdiyi avtomobildə Goradil kəndindəki bağ evinə getmişdir. Həmin vaxt bağda heç kəs olmadığına görə o, avtomobili həyətə salaraq içərilərində odlu silah və döyüş sursatları olan həmin iki ədəd taxta yeşiyi və bağlamaları evin anbarında gizlətmişdir. Onu da bildirmək istəyir ki, həmin bağ evində olan anbarda o, müxtəlif tikinti materialları və başqa əşyaları saxlamış və onun özündən başqa oraya heç kim daxil olmamışdır. Həmçinin orada odlu silah və döyüş sursatları saxladığı və onu harada və kimdən əldə etdiyi barədə heç kəsə və o cümlədən ailə üzvlərinə də deməmişdir. Həmin iki ədəd taxta yeşik və bağlamalar xeyli müddət həmin anbarda qalmış və sonrakı dövrdə həmin «Vaxa» və «Ruslan» adlı şəxslər ona saxlamaq üçün yeşik və bağlamaların dalınca gəlməmiş və onunla heç bir əlaqə saxlamamışlar. O, həmin yeşik və bağlamaların içində nə kimi silah və sursat olmasını bilmək üçün təxminən iki sonra həmin yeşiklərdən təxminən 80x60 sm. ölçüdə olan taxta yeşikdən başqa o, digər taxta yeşiyi, yəni təxminən 50x50 sm. ölçüdə taxta yeşiyin və bağlamaların tamlığını pozmadan onları açıb içərilərinə baxmışdır. Həmin vaxt o, qeyd etdiyi taxta yeşiyin içrəsində təxminən 95 ədəd 200 qramlıq partlayıcı maddə olan trotıl şaşkaları və onların detonatorları olmasını görmüşdür. Bağlamaları yoxlayan zaman onlardan birinin içərisində «Kalaşnikov» konstruksiyalı iki ədəd «AKS-74U» markalı avtomat silahın, digər bağlamalarda içərisi patronlarla dolu olan bir neçə ədəd avtomat daraqları, bir ədədinin içərisində 7,62x3N mm. kalibrli patronlar, başqa bir bağlamanın içərisində 5,45 mm. kalibrli patronların olduğunu, digər bağlamalarda isə 7,62x3N mm. kalibrli LPS markalı ağzı bağlı dəmir sinklərin, içərisində müxtəlif kalibrli patronlar olan daha bir neçə karton qutu, onlara aid alışdırıcı kapsulaları ilə birlikdə cəmi on üç ədəd "RQD-5” markalı əl qumbaraları, bir ədəd lüləaltı qumbaraatan və onlara aid iyirmi bir ədəd mərmilərin olduğunu görmüşdür. Qeyd etdiyi kimi digər taxta yeşiyi, yəni təxminən 80x60 sm. ölçüdə olan taxta yeşiyi açmadığına görə onun içərisində hansı növ odlu silah və yaxud döyüş sursatları olduğunu bilməmişdir. Bundan sonrakı dövrdə də həmin yeşiklər və bağlamalar Goradil kəndindəki bağ evindəki anbarda qalmış və o, həmin silah və sursatlara toxunmamışdır. 2009-cu ilin yaz aylarında onun atası vəfat etmiş və həmçinin o, öz təsərrüfat işləri ilə bağlı arada Qusar rayonuna gedib-gəldiyinə görə Goradil kəndində yerləşən bağ evləri qismən nəzarətsiz qalmışdır. Belə ki, o, 2003-cü ildə Qusar rayonunun Ləzə kəndində 3,5 hektar torpaq sahəsi alaraq orada təsərrüfat qurmuş və arıçılıqla məşğul olmağa başlamışdır. Buna görə də Goradil kəndindəki bağ evində anbarda gizlətdiyi həmin odlu silah və sursatların oğurlana biləcəyindən ehtiyat edərək o, onları təxminən on il həmin bağ evində saxladıqdan sonra özünə məxsus «Tayota Pikap» markalı avtomobildə hissə-hissə olmaqla qeyd etdiyi silah və sursatları olduğu vəziyyətdə Qusar rayonunun Ləzə kəndindəki evinə daşıyaraq orada dəmirdən yığılmış anbarda gizlədib saxlamışdır. Həmin evdə tək olduğu vaxtlarda o, içərisində müxtəlif kalibrli patronlar olan dəmir sinkləri açmış və onların hər birində təxminən 1500-1600 ədəd patron olmasını görmüşdür. O, keçmiş döyüşçü və uzun müddət ovçuluqla məşğul olduğu və odlu silahlar həmişə onda maraq doğurduğuna görə, həmin evdə tək olduğu vaxtlarda o, 5,45 mm. kalibrli, həmçinin 7,62x3N mm. kalibrli patronlardan qismən istifadə etməklə həmin anbarda saxladığ «AKS-74U» markalı avtomat silahlardan, həmçinin özünə məxsus «SKS» markalı ov silahından həyətdə qurduğu nişangaha atəş açaraq onların saz vəziyyət olmasını yoxlamışdır. Onu da bildirmək istəyir ki, təxminən 2019-cu ilin oktyabr ayında Qusar rayonunun Ləzə kəndində saxladığı arıları qışlamaları üçün daha isti yer olan Xaçmaz rayonunun Mürşüdoba kəndindəki bağ evinə düşürərkən həvəsli olduğu üçün özü ilə «AKS-74U» markalı avtomat silahlardan bir ədədini, həmin silaha aid iki ədəd avtomat darağı və 215 ədəd 5x45 mm. kalibrli patronları da özü ilə götürmüş onları oradakı anbarda gizlədib saxlamışdır. Belə ki, təxminən 2015-ci ilin ortalarında o, Xaçmaz rayonunun Mürşüdoba kəndində üç hektar torpaq sahəsi alaraq orada toyuq-cücə təsərrüfatı qurmuş və arada həmin bağ evinə də gedib-gəlmişdir. Sonrakı dövrdə o, Mürşüdoba kəndində yaratdığı təsərrüfatı vəhşi heyvanlardan qorumaq məqsədilə Qusar rayonunun Ləzə kəndindəki bağ evində gizlədib saxladığı sursatlardan beş ədəd 200 qramlıq trotıl şaşkası və onlara aid on ədəd detonatoraları özü ilə Mürşüdoba kəndindəki bağ evinə aparıb orada gizlətmiş, lakin həmin sursatlardan istifadə etməmişdir. Qusar rayonun Ləzə kəndi və Xaçmaz rayonunun Mürşüdoba kəndində yerləşən bağ evlərində gizlədib saxladığı qeyd etdiyi həmin odlu silah və sursatları o, 2020-ci ilin aprel ayınadək, yəni Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən həmin bağ evlərində baxış keçirilənədək həmin ünvanlarda heç bir icazə olmadan saxlamışdır. Buna görə də o, özünü CM-nin 228.2.1 və 228.2.2-ci maddələri ilə təqsirli hesab edir. O zaman o, Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşlarına həmin avtomat silah və döyüş sursatlarını, həmçinin qeyd etdiyi partlayıcı maddələri təxminən 1998-ci ilin payız aylarında kimliyi barədə dəqiq məlumatı olmadığı «Vaxa» adlı şəxsdən yalnız saxlamaq üçün götürdüyünü, sonrakı iyirmi ildən çox müddətdə həmin şəxs onunla heç bir əlaqə saxlamadığına görə onları Qusar rayonun Ləzə kəndindəki və Xaçmaz rayonunun Mürşüdoba kəndində yerləşən bağ evlərinə aparıb orada gizlədib saxladığını, həmin «Vaxa» adlı şəxslə, yaxud başqa bir adamla heç bir cinayət törətmək istəmədiyini bildirmişdir. Bir daha bildirir ki, onun həmin «Vaxa» adlı şəxslə, yaxud başqa bir şəxslə həmin odlu silahları və döyüş sursatlarını, həmçinin partlayıcı maddələri Azərbaycan Respublikasının əraziəsindən hər-hansı bir üsulla başqa bir ölkənin ərazinə aparmaq barədə heç bir söhbət və ya razılaşma olmamışdır. Həmin odlu silahları və döyüş sursatlarını, həmçinin partlayıcı maddələri o, həmin «Vaxa» adlı şəxsdən bir əmanət kimi qəbul etdiyi, sonradan özü və ailə üzvüləri üçün problem yarana biləcəyindən ehtiyat etdiyinə görə onları gizlədib saxlamışdır. Buna görə də o, özünü CM-nin 28,206.3.2-ci maddəsi ilə ümümiyyətlə təqsirli hesab etmir. Ona qarşı irəli sürülmüş digər ittiham, yəni 2005-ci ilin fevral ayının əvvəllərində qohumu Şahid5 qanunsuz olaraq yivli odlu silah hesab edilən 5,6 mm. kalibrli "СОБОЛЬ LR" modelli 01600526 nömrəli ov karabinini, döyüş sursatları hesab edilən 934 ədəd 5,6 mm. kalibrli patronları əldə edərək həmin silah və sursatları Qusar rayonunun Ləzə kəndi və Xaçmaz rayonunun Mürşüdoba kəndindəki evlərində, Bakı şəhəri. Binəqədi rayonu, Goradil kəndi, 1162 nömrəli bağ evində, həmçinin yaşadığı ünvan 8a ünvanda qanunsuz olaraq saxlayıb, daşıyıb gəzdirməkdə özünü təqsirli hesab edir. Bununla bağlı bildirmək istəyir ki, həmin 5.6 mm. kalibrli "СОБОЛЬ LR" modelli 01600526 nömrəli ov karabini faktiki olaraq onun özünə məxsusdur. Həmin ov silahını və ona aid təxminən 2000 ədəd 5,6 mm. kalibrli patronu da onun xahişi ilə öz əmisi nəvəsi Şahid5 təxminən 2005-ci ilin əvvəllərində Gürcüstan Respublikasında olan ovçu mağazalarından rəsmi icazə əsasında alıb Azərbaycana gətirmişdir. Onun özü əvvəllər cinayət məsuliyyətinə cəlb edildiyinə görə həmin ov silahını öz adına rəsmiləşdirmək mümkün olmamışdır. Buna görə də həmin silahı qohumu Şahid5 adına rəsmiləşdirilmiş, lakin silah və patronlar onun özündə qalmışdır. Sonrakı dövrdə o, həmin patronların bir hissəsini ova gedərkən istifadə etmişdir. Yerdə qalan cəmi 934 ədəd 5,6 mm. kalibrli patronların bir qismi ona məxsus həmin evlərdə qalmış, patronların bir qismini və həmin "СОБОЛЬ LR" modelli ov karabinini isə Xaçmaz rayonunun Mürşüdoba kəndindəki bağ evində saxlamışdır. xx xxxxx 2020-ci il tarixdə Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları onun iştirakı ilə Xaçmaz rayonunun Mürşüdoba kəndindəki bağ evinə baxış keçirilən zaman həmin ov karabini də həmin evdə aşkar olunmuş və o, həmin "СОБОЛЬ LR" modelli ov karabinini və ona aid patronları 2005-ci ildə ov etmək məqsədi ilə əldə etdiyini və həmin silahın öz qohumu Şahid5 adına rəsmiləşdirildiyini, lakin həmin silahı özündə saxladığını etiraf etmişdir. Törətdiyi həmin əməllərə görə peşmançılıq çəkir. Onu da bildirmək istəyir ki, onun yaşadığı evdən, həmçinin Qusar rayonun Ləzə kəndi, Xaşmaz rayonunun Mürşüdoba kəndindəki və Goradil kəndindəki bağ evində saxladığı həmin odlu silah və döyüş sursatlarını o, iyirmi il bundan əvvəl əldə etmişdir. Həmin silah və döyüş sursatlarını başqa şəxslərə verməmiş və yaxud satmamışdır. Ailə üzvülərinin də həmin silah və sursatlar barədə məlumatları olmamışdır. Beləliklə, o, ona verilmiş ittihamla bağlı özünü yalnız Azərbaycan Respublikası CM-nin 228.2.1, 228.2.2-ci maddələri ilə, yəni qanunsuz olaraq odlu silah və döyüş sursatları, partlayıcı maddələri əldə edib, müxtəlif yerə daşıyıb saxlamaqda təqsirli hesab edir. Özünə məxsus odlu silah və sursatları o, uzun müddət cəbhə bölgələrində döyüşlərdə iştirak etdiyi, buna görə silahlara marağı olduğu və ovçuluqla məşğul olduğuna görə həmin silah və sursatları özünə məxsus bağ evlərində saxlamışdır. «Vaxa» adlı dəqiq tanımadığı şəxsdən 1998-ci ildə qəbul etdiyi iki ədəd «Kalaşnikov» markalı avtomat silahı və onlara aid patron və digər döyüş sursatlarını o zaman o, yalnız saxlamaq üçün qəbul etmiş və həmin silah-sursatı götürərkən sonuncunun verdiyi yeşiklərin və bağlamaların içində nə kimi silah və sursat olmasını o zaman bilməmişdir. Həmin «Vaxa» adlı şəxsin ona saxlamaq üçün verdiyi həmin odlu silahları, patronları və digər döyüş sursatlarını harada və kimdən əldə etdiyi barədə onun özünün məlumatı yoxdur. Belə hesab edir ki, özünə aid olmaqla 1988-ci ilin sonlarında Ermənistandan münaqişə vaxtı Azərbaycana köçüb gələrkən özü ilə gətirdiyi «TOZ-18» və «TOZ-97» modelli ov karabinləri və onlara aid patronları, həmçinin «Vaxa» adlı şəxsdən o zaman saxlamaq üçün götürdüyü qeyd etdiyi odlu silah, döyüş sursatları və partlayıcı maddələri qanunsuz yolla özündə saxladığı vaxtdan iyirmi ildən artıq vaxt keçdiyinə görə hal-hazırda o, cinayət məsuliyyəti daşımamalıdır və barəsində cinayət işinə xitam verilməlidir. Buna görə də barəsində olan işə düzgün baxılmasını xahiş edir. = Prok= İş üzrə ibtidai istintaq zamanı müstəntiq və yaxud digər şəxslər tərəfindən ona qarşı heç bir təsir və ya təzyiq olmamışdır. 2020-ci ilin aprel ayında yaşadığı ünvan 4 ünvanda yerləşən evindən, həmçinin Bakı şəhəri, Binəqədi rayonu, Goradil kəndi, Xaçmaz rayonunun Mürşüdoba kəndi və Qusar rayonunun Ləzə kəndində ona məxsus bağ evlərindən Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilmiş baxış və axtarışların nəticələri barədə tərtib edilmiş protokollarla və digər iş materialları ilə o, iş üzrə ibtidai istintaq zamanı öz müdafiəçisinin iştirakı ilə tanış edilmişdir. Daimi yaşadığı evdən və həmçinin qeyd edilən bağ evlərindən aşkar edilərək götürülmüş müvafiq odlu silah, döyüş sursatları və həmçinin partlayıcı maddələri nə zaman, harada və hansı məqsədlə əldə etdiyini, onları hansı ünvanlarda saxladığını səmimi olaraq etiraf etmişdir. Həmin odlu silah, döyüş sursatları və həmçinin partlayıcı maddələri hansı şəraitdə və nə məqsədlə əldə etdiyi barədə hal-hazırda məhkəmədə göstərdiyi kimi hər şeyi düzgün olaraq göstərmişdir. Bir daha bildirir ki, təxminən 1998-ci ilin payız aylarında «Vaxa» adlı şəxsdən sonuncunun təklif etdiyi odlu silah və döyüş sursatlarını o, yalnız müvəqqəti saxlamaq üçün o zaman qəbul etmişdir. «Vaxa» adlı şəxs ona yalnız iki ədəd taxta yeşik və beş-altı ədəd bağlama vermişdir. Həmin yeşik və bağlamalar qəbul edərkən onların içərisində odlu silah və döyüş sursatları olmasını başa düşmüş, lakin onları açıb yoxlamamış və yalnız təxminən iki ildən sonra həmin yeşiklərin birini açıb yoxladıqda onun içərisində təxminən 95 ədəd trotıl şaşkaları və onların alışdırıcılarının olmasını, bağlamaların içərisində isə iki ədəd «Kalaşnikov» konstruksiyalı «AKS-74U» markalı avtomat silahın, müxtəlif kalibrli patronlar və həmçinin cəmi on üç ədəd "RQD-5” markalı əl qumbaraları və bir ədəd lüləaltı qumbaraatan olduğunu görmüşdür. Həmin odlu silah, döyüş sursatı və partlayıcı maddələr olan yeşik və bağlamaları qəbul etməkdə onun özünün heç bir şəxsi marağı və məqsədi olmamışdır. «Vaxa» adlı şəxs ona verdiyi həmin odlu silah və döyüş sursatlarını yaxın vaxtda gəlib ondan götürəcəyini demiş, lakin bundan sonrakı dövrdə həmin «Vaxa» adlı şəxs onunla heç bir əlaqə saxlamamışdır. Həmin «Vaxa» adlı şəxslə o zaman döyüş bölgəsində tanış olduğu və sonuncunun Qarabağın erməni işğalçılarından azad olunması üçün könüllü şəkildə döyüşlərdə iştirak etdiyinə əmin olduğuna görə həmin silah və sursatları müvəqqəti olaraq özündə saxlamağa razılıq vermişdir. «Ruslan» adı şəxsi onun özü əvvəllər tanımamış və həmin şəxsi cəmi bir dəfə, yəni 1998-ci ilin payız aylarında axşam vaxtı «Vaxa» adlı şəxslə Bakı şəhəri Fatmayı kəndində yerləşən məscidin qarşısında görüşüb ondan sonuncunun idarə etdiyi avtomaşında gətirdiyi ağzı bağlı vəziyyətdə olan iki ədəd taxta yeşik və həmçinin bağlı vəziyyətdə olan bağlamaları onlardan qəbul edən zaman görmüşdür. Həmin vaxt özünü «Ruslan» adı ilə ona təqdim edən şəxsin kimliyi barədə onun özünün heç bir məlumatı yoxdur və onları bir daha görməmişdir. «Vaxa» adlı şəxsdən 1998-ci ilin payız aylarında qəbul etdiyi odlu silah, döyüş sursatları və partlayıcı maddələri sonradan Qusar rayonunun Ləzə kəndi, bir qismini isə sonradan Xaçmaz rayonunun Mürşüdoba kəndində yerləşən bağ evinə aparmaqda onun heç bir məqsədi olmamışdır. Qeyd etdiyi kimi, həmin silah və sursatları o, «Vaxa» adlı şəxsdən qəbul etdikdən sonra həmin yeşik və bağlamaları Goradil kəndindəki bağ evlərinə apararaq oradakı anbarda gizlətmişdir. Lakin, 2009-cu ilin yaz aylarında atası vəfat etdiyi, həmçinin onun özü Qusar rayonun Ləzə kəndində təsərrüfat yaradaraq çox vaxtını orada keçirdiyinə görə, Goradil kəndində yerləşən bağ evlərinə nəzarət edə bilməmişdir. Buna görə də həmin silah və sursatın bağ oğruları tərəfindən oğurlana biləcəyindən ehtiyat edərək, təxminən on il sonra həmin silah və sursatları özünə məxsus avtomobildə hissə-hissə olmaqla Ləzə kəndindəki bağ evinə daşıyaraq oradakı anbarda gizlədib saxlamışdır. Sonrakı dövrdə də «Vaxa» adlı şəxsdən bir xəbər çıxmadığına görə o, sonuncunun ona saxlamaq üçün verdiyi həmin avtomat silahlardan boş vaxtlarında nişangahlara atəş açaraq həmin patronların bir hissəsindən istifadə etmişdir. Qalan patronlar, həmçinin «Vaxa» adlı şəxsdən saxlamaq üçün qəbul etdiyi yeşik və bağlamalarda olmuş odlu silah, döyüş sursatları və yuxarıda qeyd etdiyi partlayıcı maddələr xx xxxxx 2020-ci il tarixdə Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən onun özünün iştirakı ilə Xaçmaz rayonunun Mürşüdoba kəndi və Qusar rayonunun Ləzə kəndindəki bağ evlərindən aşkar edilərək götürülmüşdür. O zaman o, həmin odlu silah, döyüş sursatları və partlayıcı maddələri könüllü olaraq həmin əməkdaşlara təqdim etmiş və onları 1998-ci ildə saxlamaq məqsədi üçün yalnız sifətdən tanıdığı «Vaxa» adlı şəxsdən saxlamaq üçün götürdüyünü, sonrakı həmin adam bir daha onunla əlaqə saxlamadığına görə aparıb həmin kəndlərdə yerləşən bağ evlərində gizlətdiyini demişdir. Bir daha bildirir ki, 2020-ci ilin aprel ayında Xaçmaz rayonunun Mürşüdoba kəndi və Qusar rayonunun Ləzə kəndindəki bağ evlərindən, eləcə də yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsində yerləşən evindən, həmçinin Bakı şəhəri, Goradil kəndində yerləşən bağ evindən Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən aşkar edilərək götürülmüş yuxarıda göstərilən odlu silah, döyüş sursatları və həmçinin partlayıcı maddələri və o cümlədən «Vaxa» adlı şəxsdən saxlamaq üçün qəbul etdiyi döyüş silahı və sursatları Azərbaycan Respublikasının ərazisindən başqa bir ölkənin ərazisinə keçirmək niyyəti olmamışdır. O, «Vaxa» adlı şəxsin dəqiq adını və soyadını, ünvanını bilmir və həmin şəxsin hal-hazırda harada yaşayıb-yaşamadığı ona məlum deyil. «Vaxa» adlı şəxs ona verdiyi həmin döyüş silah və sursatları, partlayıcı maddələri sonradan gizli yolla Azərbaycan Respublikasından başqa bir ölkəyə aparacağı barədə ona bir söz deməmiş və bununla bağlı onların arasında heç bir söhbət və razılaşma olmamışdır. Həmin silah və sursatları ona verərəkən «Vaxa» adlı şəxs yaxın vaxtda həmin silah və sursatları ondan götürəcəyini demişdir. Lakin, sonrakı on ildən ildən artıq müddət ərzində ondan heç bir xəbər çıxmadığı və Goradil kəndindəki bağ evinə nəzarət edə bilmədiyinə görə, uzun müdət sonra o, həmin silah və sursatları, partlayıcı maddələri Qusar rayonunun Ləzə və Xaçmaz rayonunun Mürşüdoba kəndində yerləşən bağ evlərinə apararaq orada gizlədib saxlamışdır. Sonrakı dövrdə də, yəni artıq iyirmi ildən artıq müddət ərzində «Vaxa» adlı şəxs onunla əlaqə saxlamadığına görə o, həmin patronların bir hissəsindən həmin avtomat silahlardan nişangahlara atəş açmaqla istifadə etmişdir. Bir daha bildirir ki, «Vaxa» adlı şəxsin həmin iki ədəd «Kalaşnikov» konstruksiyalı 5.45 mm. kalibrli "AKS-74U markalı avtomat silahları, qumbaraatanları, partlayıcı maddələr hesab edilən trotil şaşkalarını və döyüş sursatı hesab edilən müxtəlif kalibrli patronları nə zaman, harada və kimdən, nə məqsədlə əldə etdiyi barədə onun özünün heç bir məlumatı yoxdur. «Vaxa» adlı şəxslə o zaman Qarabağ bölgəsində tanış olduğu və sonuncunun döyüşlərdə könüllü iştirak etdiyini bildiyinə görə o, «Vaxa» adlı şəxsin həmin odlu silah və döyüş sursatlarını düşməndən qənimət kimi əldə etdiyini zənn etmişdir. «Vaxa» adlı şəxsdən o zaman qanunsuz olaraq qəbul etdiyi həmin döyüş silahlarından 273751 nömrəli 5,45 mm. «AKS-74U» markalı "Kalaşnikov" konstruksiyalı avtomat silahın sonradan ləğv olunmuş 850 nömrəli Qubadlı özünümüdafiə taboruna məxsus silah olduğu, həmin odlu silahın xx xxxxxxxx 1992-ci il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Silahlandırma idarəsinin anbarından rəsmi qaydada Qubadlı özünümüdafiə taboruna verildiyi, 1995-ci ildə həmin özünümüdafiə taboru ləğv olunduqdan sonra isə həmin silahın döyüş itkisi kimi həmin taborun qeydiyyatında qaldığı ona yalnız istintaq zamanı məlum olmuşdur. Onun özünün 850 nömrəli Qubadlı özünümüdafiə taboruna heç bir aidiyyatı olmamışdır. «Vaxa» adlı şəxsin və yaxud başqa bir şəxsin həmin tabora məxsus olmuş həmin avtomat silahı, həmçinin mənbəyi məlum olmayan 5.45 mm. «AKS- 74U» markalı avtomat silahı və digər döyüş silahlarını, partlayıcı maddələri nə zaman və kimdən əldə etdiyi barədə onun özünün heç bir məlumatı yoxdur. «Vaxa» adlı şəxsdən qəbul etdiyi yuxarıda qeyd edilən odlu silah və döyüş sursatların, partlayıcı maddələrin əldə edilməsində onun özünün heç bir iştirakı olmamışdır. Yuxarıda göstərdiyi kimi həmin odlu silah və sursatları «Vaxa» adlı şəxsdən 1998-ci ilin payızında Bakı şəhəri Fatmayı kəndindəki məscidin qarşısında görüşərək yalnız müvəqqəti saxlamaq məqsədi ilə götürmüşdür. Onun özü 1992-1994-cü illərdə hərbi xidmətdə olduğu zaman döyüş bölgəsində kontuziya almış və həmçinin yaralanaraq hərbi hospitalda müalicə almışdır. Əsəblərinin və yaddaşının pozulması, psixi durumunun pozulması ilə bağlı 2006-cı ildə və həmçinin 1999 və 2000-ci illərdə Respublika Psixiatriya Xəstəxanasında uzun müddət ərzində stasionar qaydada müalicə almışdır. Yuxarıda qeyd etdiyi kimi, 1995-ci ilin dekabr ayında o, Azərbaycan Respublikası Ali Məhkəməsi Hərbi kollegiyasının hökmü ilə vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, odlu silah və döyüş sursatı oğurlama, qanunsuz olaraq odlu silah, döyüş sursatı əldə etmə, saxlama, daşıma və satmaqda yəni həmin vaxt qüvvədə olan Cinayət Məcəlləsinin 255-ci maddəsinin “B” bəndi, 220-1-ci maddəsinin 2-ci hissəsi və 220-ci maddəsinin 3-cü hissəsi ilə nəzərdə tutulan cinayətlərin törədilməsində təqsirli bilinərək səkkiz il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Əslində isə o zaman da o, həmin cinayətləri törətməmiş və işində səhlənkarlığa yol vermişdir. Belə ki, əslində həmin cinayətləri o zaman o, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində 2-ci raket artilleriya divizionunun komandiri vəzifəsində işləyən zaman tabeçiliyində olmuş bir neçə hərbi qulluqçu etmişlər. Həmin şəxslər hərbi hissəyə aid bir sıra döyüş sursatlarını qanunsuz olaraq ələ keçirmişlər. Bununla bağlı həmin şəxslər də o zaman məhkum olunmuşlar. Lakin, sonrakı dövrdə bütün bunlar nəzərə alınmış və Azərbaycan Respublikası Prezidentinin fərmanına əsasən xx xxxxxx 1996-cı il tarixdə o, əfv edilərək azadlığa buraxılmışdır. Sonuncu dəfə o, qanunsuz olaraq odlu silah və döyüş sursatı əldə edib saxlamaqda təqsirli bilinərək məhkum olunmuşdur. Belə ki, o zaman, yəni təxminən 1995-ci ilin əvvəllərində o, X3 Respublikasında tanımadığı şəxsdən bir ədəd tapança silahı əldə edərək qanunsuz olaraq Azərbaycan Respublikasına gətirdiyi, həmçinin yaşadığı ünvanda qanunsuz olaraq müxtəlif odlu silah və döyüş sursatları həmçinin müxtəlif saxta sənədlər saxladığına görə o zaman Bakı şəhər Baş polis idarəsinin əməkdaşları tərəfindən həbs edilmişdir. Bununla bağlı o zaman onun barəsində CM-nin 71-ci, 194-cü və 220-ci maddəsi ilə cinayət işi başlanmışdır. Lakin, onun özü müharibə iştirakçısı və bununla bağlı ikinci qrup əlil olmaqla psixi pozuntuları olması, bununla bağlı həmin cinayət əməllərini anlaqsız vəziyyətdə törətdiyi müəyyən edildiyinə görə o, 1999-cu ilin iyul ayında Bakı şəhər məhkəməsinin qərarına əsasən məcburi qaydada müalicə olunması üçün Respublika Psixiatriya xəstəxanasına yerləşdirilmiş və orada 2000-ci ilin ortalarına qədər məcburi qaydada müalicədə olmuşdur. İfadəsində qeyd etdiyi kimi 1988-ci ildə Ermənistandan məcburi olaraq köçkün düşən zaman oradan gətirdiyi iki ədəd 5,6 mm. kalibrli “TOZ-18” modelli və bir ədəd 7,62x3N mm. kalibrli "TOZ- 97 modelli ov karabinlərini və həmin silahlara aid patronları o, yalnız ovda istifadə etmək üçün özünə məxsus evlərdə saxlamışdır. O zaman hərbi xidmətdə olduğu Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinə aid bir ədəd N mm. kalibrli "Makarov” markalı tapançanı 1996-cı ildə həqiqi hərbi xidmətdən ehtiyata buraxılan zaman həmin silahı hərbi hissəyə təhvil verməməsinin səbəbini onunla izah edir ki, o, həmin silahın Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində qeydiyyatda alınmasını bilməmişdir. Qeyd etdiyi kimi, həmin tapançanı o, xidmət etdiyi hərbi hissədən deyil, 1992-ci ilin iyun ayında Bakı şəhəri Badamdar qəsəbəsində keçmiş sovet ordusuna məxsus artilleriya alayından silah və sursatları qəbul edən zaman oradakı anbardan götürmüş və buna görə də sənədlər üzrə həmin silahın N saylı hərbi hissəyə verildiyi qeydiyyatda alındığını o zaman bilməmişdir. Elan edilməklə ona təqdim edilmiş müvafiq olaraq cinayət işinin birinci cildinin 96-N1-ci vərəqlərində olmaqla onun iş üzrə Azərbaycan Respublikası CM-nin 228.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində dindirilməsi barədə xx xxxxx 2020-ci il tarixli, həmçinin cinayət işinin üçüncü cildinin 196-202-ci vərəqlərində olmaqla onun iş üzrə Azərbaycan Respublikası CM-nin 228.2.1, 228.2.2 və 28,206.3.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində dindirilməsi barədə xx xxxxxxxx 2020-ci il tarixli protokollar ona tanışdır və həmin sənədlərdə «Təqsirləndirilən şəxs» qeydləri qarşısındakı imzalar onun özünə məxsusdur. Həmin tarixlərdə dindirilən zaman bir nəfər vəkil onun müdafiəçisi qismində iştirak etmiş və sonuncu da onunla birlikdə həmin protokolları imzalamışdır. Həmin tarixlərdə dindirilən zaman o, onun yaşadığı ünvan 8a ünvanda yerləşən evindən, həmçinin Bakı şəhəri, Binəqədi rayonu, Goradil kəndi, həmçinin Qusar rayonunun Ləzə və Xaçmaz rayonunun Mürşüdoba kəndində yerləşən bağ evlərindən aşkar edilərək götürülmüş yuxarıda qeyd edilən odlu silah, döyüş sursatları və partlayıcı maddələri nə vaxt və harada əldə etdiyini ətraflı olaraq bildirmiş və həmin silah və sursatları qanunsuz olaraq əldə edib özündə saxladığını etiraf etmişdir. Bir daha bildirir ki, 1998-ci ilin payız aylarında yalnız sifətdən tanıdığı «Vaxa» adlı şəxsdən sonuncunun ona saxlamaq üçün verdiyi iki ədəd taxta yeşik və təxminən beş-altı ədəd bağlamalarda olan silah və sursatları o zaman yalnız müvəqqəti olaraq saxlamaq üçün götürmüşdür. «Vaxa» adlı şəxs ona həmin silah və sursatları, həmçinin partlayıcı maddələri haradan və nə məqsədlə əldə etdiyi barədə ona bir söz deməmişdir. İş üzrə ibtidai istintaq zamanı dindirilən zaman 1998-ci ilin payız aylarında həmin «Vaxa» adlı şəxslə Bakı şəhərində növbəti görüşləri zamanı sonuncunun Çeçenistana aparmaq üçün bir qədər odlu silah və döyüş sursatları əldə etdiklərini, lakin hazırda dövlət sərhədinin mühafizəsinin güclü təşkil olunması səbəbindən həmin silah və sursatları həmin ölkəyə apara bilmədiklərini ona bildirdiyi, həmçinin həmin silah və sursatları müvəqqəti saxlamaq üçün etibar etdikləri yer olmadığına görə onları müvəqqəti saxlamasını ondan xahiş etdikləri barədə olan hissədə iş üzrə ibtidai istintaq zamanı verdiyi ifadələri hal-hazırda tam təsdiq etmir. Həqiqətən o zaman «Vaxa» adlı şəxs özündə bir qədər odlu silah və döyüş sursatları olduğunu, onları müvəqqəti saxlamaq üçün etibar etdiyi yer olmadığını ona deyərək, ondan həmin silah və sursatları müvəqqəti olaraq saxlamasını ondan xahiş etmiş və o, buna razılıq vermişdir. Lakin, «Vaxa» adlı şəxs ona saxlamaq üçün təklif etdiyi həmin silah və sursatları Çeçenistana və yaxud başqa bir ölkəyə aparmaq istədiyi, dövlət sərhədinin mühafizəsi güclü olduğuna görə onları həmin ölkəyə apara bilmədikləri barədə bir söz deməmişdir. Bu barədə onun ifadəsində müstəntiq tərəfindən yazılıb göstərilənləri təsdiq etmir. «Vaxa» adlı şəxs ona həmin silah və sursatları sonradan Çeçenistana və yaxud başqa bir ölkəyə aparmaq istədiyini bildirsəydi, onun özü buna heç vaxt razılıq verməzdi. Onu da bildirmək istəyir ki, onun o zaman müstəntiq tərəfindən onun adından çap edilib yazılmış ifadəsində bu kimi sözlər yazıldığını o, həmin protokolun məzmununu öz müdafiəçisi ilə birlikdə oxuyub tanış olan zaman görmüş və buna etiraz etmişdir. Məhz buna görə də o, onun iş üzrə cinayət təqsirləndirilən şəxs qismində dindirilməsi barədə xx xxxxxxxx 2020-ci il tarixli protokolun sonunda şəxsən özü yazılı qeydlər apararaq «Protokolu oxudum, doğru yazılıb. İfadəmə onu əlavə etmək istəyirəm ki, mənə elan olunmuş 28,206.3.2-ci maddəsi ilə özümü təqsirli bilmirəm. Ona görə ki, həmin silah-sursatın qaçaqmalçılıq yolu ilə ölkədən çıxarılmasında məlumatım və fikrim olmamışdır. Əlavə və düzəlişim yoxdur, təsdiq edirəm» sözlərini yazmış və bundan sonra həmin protokolu imzalamağa razılıq verərək mülafiəçisi ilə birlikdə həmin protokolu imzalamışdır. Bir daha bildirir ki, onun özü Qarabağ müharibəsi iştirakçısı və Azərbaycan Ordusunun zabiti olmaqla ölkədən hər-hansı bir silah və sursatın nə yolla olursa-olsun Azərbaycan Respublikasından başqa bir ölkəyə aparılmasına heç vaxt razılıq verməz və bununla bağlı köməklik etməzdi. Bir daha bildirir ki, ona qarşı irəli sürülmüş ittihamla bağlı özünü CM-in 28,206.3.2-ci maddəsi ilə ümumiyyətlə təqsirli hesab etmir. «Vaxa» adlı şəxsin ona müvəqqəti olaraq saxlamaq üçün verdiyi silah və sursatları o zaman o, səhlənkarlıq edərək həmin şəxs Qarabağ uğrunda döyüşlərdə iştirak etdiyi üçün razılıq vermişdir. Lakin, həmin şəxslə onun arasında həmin silah və sursatların sonradan başqa bir ölkəyə aparılacağı barədə heç bir söhbət və razılaşma olmamışdır. Ona qarşı irəli sürülmüş digər ittiham, yəni qanunsuz olaraq «Vaxa» adlı şəxsdən qəbul etdiyi silah və sursatları, həmçinin özü Müdafiə Nazirliyinin N saylı hərbi hissədə xidmət edən zaman həmin hərbi hissəyə təhvil verilməli olan bir ədəd «Makarov» markalı tapança silahı, həmçinin 1988-ci ildə milli münaqişə zamanı Ermənistandan ailəvi köçüb Azərbaycana gələrkən özü ilə ilə gətirdiyi üç ədəd «TOZ» modelli karabini, həmçinin müxtəlif kalibrli patronları qanunsuz olaraq əldə edib saxlayıb daşımaqda, yəni özünü Azərbaycan Respublikası CM-nin 228.2.1 və 228.2.2-ci maddələri ilə tam təqsirli bilir və bununla bağlı peşmançılıq çəkir. Həmçinin bununla bağlı bildirmək istəyir ki, həmin odlu silah və sursatlar onları əldə etdiyi vaxtdan iyirmi ildən artıq vaxt keçdikdən sonra Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən onun özü könüllü olaraq göstərdiyi yerlərdən aşkar edilərək götürmüşdür. O, həmin əməkdaşlara qeyd etdiyi silah və sursatları nə zaman, harada əldə etdiyini, onları hansı yerlərdə gizlədib saxladığını bildirmiş və o cümlədən Qusar rayonunun Ləzə kəndi və Xaçmaz rayonunun Mürşüdoba kəndində olan bağ evlərində gizlətdiyi silah və sursatları özü könüllü olaraq Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşlarına təhvil vermişdir. Bununla bağlı belə hesab edir ki, həmin silah və sursatları, partlayıcı maddələri qanunsuz əldə edib özündə saxladığı vaxtdan iyirmi ildən də çox müddət keçdiyinə görə o, bununla bağlı cinayət məsuliyyətinə cəlb edilə bilməz. Odur ki, özünün Qarabağ müharibəsi iştirakçısı olmaqla bununla bağlı ikinci qrup əlil olmasını, mərhum qardaşı Aqil Quliyevin də Qarabağ uğrunda gedən döyüşlərlə könüllü olaraq iştirak etdiyi və 1992-ci ilin fevral ayının 25-dan 26-na keçən gecə Xocalı şəhərinin müdafiəsi zamanı şəhid olduğu və bununla bağlı mərhum qardaşı Aqil Quliyevə Azərbaycan Respublikası Prezidenti tərəfindən Azərbaycanın Milli Qəhrəmanı adı verildiyi, özünün yaşını və müxtəlif xəstəliklərdən əziyyət çəkdiyini də nəzərə alaraq, barəsində olan işə düzgün baxılıb ona Azərbaycan Respublikası CM-nin 28,206.3.2-ci maddəsi ilə bəraət verilməsini, özünü təqsirli bildiyi Azərbaycan Respublikası CM-nin 228.2.1 və 228.2.2-ci maddələri ilə isə müddətlərin keçməsi ilə bağlı Azərbaycan Respublikası CPM-nin 39.1, 39.1.3-cü maddəsinə görə cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçdikdə cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməllərini törətməkdə təqsirli olması onun özünün işin faktiki hallarına uyğun olan etirafedici ifadələri ilə yanaşı, məhkəmədə tədqiq olunmuş şahid ifadələri, ekspertiza rəyləri, maddi sübut və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 göstərmişdir ki, öz ailə üzvləri ilə birlikdə ünvan 8 ünvanda yerləşən fərdi yaşayış evində yaşayır və həmin ünvanda qeydiyyatdadır. İş üzrə Təqsirləndirilən şəxs və sonuncunun ailə üzvlərini yaxşı tanıyır və ailə üzvləri ilə birlikdə onların qonşuluqlarında yerləşən evdə yaşayır. Bir qonşu kimi Təqsirləndirilən şəxs və ailə üzvləri ilə həmişə yaxşı münasibətlərdə olmuş və halhazırda da onlarla yaxşı münasibətdədir. Bildiyinə görə Təqsirləndirilən şəxs Qusar və Xaçmaz rayonlarında və həmçinin Bakı şəhəri Goradil kəndində də bağ evləri vardır. Bir qonşu kimi Təqsirləndirilən şəxs və sonuncunun ailə üzvlərini yalnız müsbət insanlar kimi tanıyır və bir-birlərinin xeyir işlərində həmişə iştirak etmişlər. Onu da bildirmək istəyir ki, Təqsirləndirilən şəxs Qusar və Xaçmaz rayonlarında fərdi təsərrüfatla məşğul olduğu üçün ilin çox hissəsini həmin rayonlarda olmuşdur. Çünki qalan ailə üzvləri Bakı şəhərində olmuş, Nəsimi isə Bakı şəhərindəki evlərinə arada gedib-gəlmişdir. 2020-ci ilin aprel ayında onun özü və onlarla qonşuluqda yaşayan X11 Quliyevin evində baxış keçirilən zaman hal şahidi kimi iştirak etmişlər. Belə ki, xx xxxxx 2020-ci il tarixdə günorta vaxtı əvvəllər tanımadığı özlərinin Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları olduqlarını bildirən bir neçə şəxs Təqsirləndirilən şəxs evinin yanına gəlmiş və onun özünü, həmçinin qonşuları Ruqiyyə Əhmədovanı oraya dəvət edərək onlar tərəfindən Təqsirləndirilən şəxs evində keçiriləcək baxışda hal şahidi qismində iştirak etmələrini onlardan xahiş etmişlər. Onlar buna etiraz etməmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs özü evdə olmadığı üçün həmin əməkdaşlar baxış keçirilməsi barədə qərarı Nəsiminin arvadı Şahid7 təqdim etmiş və sonuncu evə baxış keçirilməsinə etiraz etməmişdir. Onların hamısına hüquq və vəzifələri izah olunmuş, evdən qanunsuz nə kimi əşya tapılsa bu barədə protokol tərtib edəcəklərini və həmin protokolla tanış olduqdan sonra onu imzalamalı olmalarını bildirmişlər. Bundan sonra evin sahibi Şahid7, eləcə də onunla Ruqiyyə Əhmədovanın iştirakı ilə həmin evə baxış keçirilmişdir. Baxış zamanı evin birinci mərtəbəsindəki qarajda olan dəmir seyfdən və rəflərdən bir neçə ədəd ov tüfəngi, çoxlu sayda patronlar və hal-hazırda xatırlamadığı digər əşya və sənədlər aşkar edilərək götürülmüşdür. Baxış başa çatdıqdan sonra həmin əşyalar onların yanında ayrı-ayrı bağlamalara qablaşdırılaraq möhürlənib həmin əməkdaşlar tərəfindən götürülmüşdür. Bu barədə protokol tərtib edilərək onlara ucadan oxunmuşdur. Bundan sonra isə həmin protokolun doğruluğunu onun özü, qonşuları Ruqiyyə Əhmədova və həmçinin ev sahibi Şahid7 da heç bir etiraz bildirmədən imzalamışlar. Sonradan ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Goradil kəndindəki, həmçinin Qusar və Xaçmaz rayonlarında olan bağ evlərində də müxtəlif silah və patronlar aşkar olunmuşdur. Lakin, həmin evlərdən nə kimi silah və yaxud patronların aşkar olunduğu barədə onun özünün heç bir məlumatı yoxdur. Elan edilməklə ona təqdim edilmiş cinayət işinin birinci cildinin 12-16-ci vərəqlərində olmaqla Təqsirləndirilən şəxs məxsus ünvan 8a ünvanda yerləşən fərdi yaşayış evinə baxış keçirilməsi barədə xx xxxxx 2020-ci il tarixli protokol ona tanışdır və həmin sənəddə «hal şahidi Şahid8» qeydləri qarşısında imzalar onun özünə məxsusdur. Həmin sənəddə göstərildiyi kimi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən, xx xxxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs yaşadığı ünvan 9 ünvanda yerləşən yaşayış evinə baxış keçirilən zaman foto və video çəkiliş aparılmaqla həmin evdən üç ədəd karabin deyilən tüfəng, müxtəlif kalibrli patronlar və həmçinin müxtəlif ov ləvazimatı, həmçinin müxtəlif sənədlər həmin əməkdaşlar tərəfindən aşkar edilərək onların yanında qablaşdırılıb möhürlənib götürülmüşdür. Həmin protokolun doğruluğunu təsdiq edir. Onu da bildirmək istəyir ki, Şahid7 öz əri Təqsirləndirilən şəxs ovçu olmasını, lakin Nəsiminin həmin tüfəng və patronlar nə zaman və haradan əldə etdiyi və evdə gizlədib saxladığı barədə məlumatı olmadığını bildirmişdir. Onun özünün də Təqsirləndirilən şəxs öz evində hansısa silah və yaxud patronları evində saxladığı barədə əvvəllər heç bir məlumatı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 Şahid8 ifadəsinə uyğun eyni məzmunlu ifadə verərək, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən onlarla qonşuluqda yaşayan Təqsirləndirilən şəxs məxsus ünvan 8a ünvanda yerləşən fərdi yaşayış evinə xx xxxxx 2020-ci il tarixdə keçirilmiş baxış zamanı qonşuları Şahid8 ilə birlikdə hal şahidi qismində iştirak etdiyini, baxış zamanı həmin evin birinci mərtəbəsindəki qarajda olan dəmir seyfdən və rəflərdən bir neçə ədəd ov tüfəngi, çoxlu sayda patronlar, digər əşya və sənədlərin aşkar edilərək edilərək onların iştirakı ilə qablaşdırılıb möhürlənib götürüldüyünü, bu barədə protokol tərtib edilərək həmin protokolun onlara oxunduğu və həmin sənədin doğruluğunu öz imzaları ilə təsdiq etdikləri, elan edilməklə ona təqdim edilmiş cinayət işinin birinci cildinin 12-16-ci vərəqlərində olmaqla Təqsirləndirilən şəxs məxsus ünvan 8a ünvanda yerləşən fərdi yaşayış evinə baxış keçirilməsi barədə xx xxxxx 2020-ci il tarixli protokolda «hal şahidi Şahid9» qeydləri qarşısında imzalar onun özünə məxsus olmasını və həmin sənədin doğruluğunu təsdiq etdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş ŞahidN göstərmişdir ki, öz ailə üzvləri ilə birlikdə Astara rayonunun Siləkəran kəndində yaşasa da, bir neçə ildir ki, Bakı şəhərinə gəlmişdir və hal-hazırda Binəqədi rayonu Fatmai bağ evlərində yaşayır. İş üzrə Təqsirləndirilən şəxs ilə əvvəllər heç bir münasibəti olmamış və aralarında heç bir ədavət və ya düşmənçilik yoxdur. Onun özü öz həmyerlisi, yəni əslən Masallı rayonundan olan tanışı Şahid11 ilə birlikdə son illər ərzində Binəqədi rayonu Goradil kəndində ayrı-ayrı şəxslərə məxsus bağ evlərində müvəqqəti yaşayıb bağbanlıqla məşğul olmuş və günəmuzd fəhləlik etməklə ailələrini dolandırmışlar. Həmin kənddə, yəni Goradil kəndində Təqsirləndirilən şəxs adlı şəxsə məxsus bağ evində Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən keçirilmiş baxış zamanı o, hal şahidi qismində iştirak etmişdir. Belə ki, xx xxxxx 2020-ci il tarixdə axşam saatlarında o, öz tanışı Şahid11la birlikdə Goradil kəndindəki bağların birində olan zaman özünü Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşı kimi təqdim edən mülki geyimli bir şəxs onlara yaxınlaşıb yaxınlıqda yerləşən bağ evlərindən birində keçirəcəkləri baxışda hal şahidi qismində iştirak etmələrini onlardan xahiş etmiş və onlar buna etiraz etməmişlər. Bundan sonra onlar birlikdə yaxınlıqda olan bağ evlərinin birinin qarşısına gəlmişlər. O zaman ilk dəfə gördüyü Aydın adlı cavan oğlan həmin bağ evinin sahibinin oğlu olmasını həmin əməkdaşları bildirmiş və bağ evinə baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Baxış keçirilməzdən əvvəl bu barədə qərar həmin Aydın adlı şəxsə elan edilmiş və onların hamısına öz hüquq və vəzifələri, yəni baxış keçirilən zaman nə aşkar edilərək götürəcəkləri bütün əşyaları protokolda yazıb göstərəcəklərini və onları həmin protokolla tanış edəcəklərini bildirmişlər. Bundan sonra Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları onun özü və tanışı Şahid11, həmçinin Aydın adlı cavan oğlanın iştirakı ilə həmin bağın həyətyanı sahəsinə və oradakı iki mərtəbəli yaşayış evində baxış keçirmişlər. Baxış zamanı həmin evin birinci mərtəbəsində olan dəmir seyfin içərisindən bir ədəd ov tüfəngi və müxtəlif kalibrli bir neçə ədəd patron və halhazırda xatırlamadıqları başqa əşyalar aşkar edilərək qablaşdırılıb möhürlənib götürülmüşdür. Bu barədə protokol tərtib olunaraq onlara ucadan oxunmuş və baxış zamanı aşkar edilərək götürülmüş bütün əşyalar həmin protokolda qeyd olunduğuna görə, onun özü, tanışı Şahid11 və həmçinin bağ sahibinin oğlu olmasını bildirən Aydın adlı cavan oğlan heç bir etiraz bildirmədən həmin protokolu imzalamışlar. Elan edilməklə ona təqdim edilmiş cinayət işinin birinci cildinin 24-27-ci vərəqlərində olmaqla Təqsirləndirilən şəxs məxsus olmaqla Bakı şəhəri, Binəqədi rayonu, Goradil kəndində yerləşən 1162 saylı bağ evinə baxış keçirilməsi barədə xx xxxxx 2020-ci il tarixli protokol ona tanışdır və həmin sənəddə «hal şahidi ŞahidN» qeydləri qarşısında imzalar onun özünə məxsusdur. Həmin sənəddə göstərildiyi kimi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən, xx xxxxx 2020-ci il tarixdə onun özü və tanışı Şahid11, həmçinin bağ sahibinin oğlu Aydın adlı şəxsin iştirakı ilə həmin bağ evinə foto və video çəkiliş aparılmaqla baxış keçirilmişdir. Həmin protokolda göstərildiyi kimi, baxış zamanı həmin evin birinci mərtəbəsində olan dəmir seyfdən bir ədəd «TOZ-18» markalı ov karabıni və həmçinin doxsan doqquz ədəd 5,6 mm. kalibrli patron və digər əşyalar aşkar edilərək onların yanında qablaşdırılıb möhürlənib götürülmüşdür. Həmin protokolun doğruluğunu təsdiq edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid11 ŞahidN ifadəsinə uyğun eyni məzmunda ifadə verərək, xx xxxxx 2020-ci il tarixdə öz tanışı ŞahidN və həmçinin özünü həmin bağ evinin sahibi kimi təqdim etmiş Aydın adlı şəxsin iştirakı ilə Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən Binəqədi rayonu, Goradil kəndində yerləşən 1162 saylı bağ evinə baxış keçirilməsində hal şahidi kimi iştirak etdiyini və həmin bağ evinə baxış keçirilən zaman evin birinci mərtəbəsində olan dəmir seyfdən bir ədəd «TOZ-18» markalı ov karabini və həmçinin doxsan doqquz ədəd 5,6 mm. kalibrli patronların və digər əşyaların aşkar edilərək onların yanında qablaşdırılıb möhürlənib götürüldüyünü, bu barədə protokol tərtib edilərək onlara ucadan oxunduğu, onun özü, tanışı ŞahidN və Aydın adlı şəxsin heç bir etiraz bildirmədən həmin protokolu imzaladıqlarını, elan edilməklə ona təqdim edilmiş cinayət işinin birinci cildinin 24-27-ci vərəqlərində olmaqla Təqsirləndirilən şəxs məxsus olmaqla Bakı şəhəri, Binəqədi rayonu, Goradil kəndində yerləşən 1162 saylı bağ evinə baxış keçirilməsi barədə xx xxxxx 2020-ci il tarixli protokolda «hal şahidi Şahid11» qeydləri qarşısında imzalar onun özünə məxsus olduğunu, həmin bağ evinə keçirilmiş baxış zamanı evin birinci mərtəbəsində olan dəmir seyfdən bir ədəd «TOZ-18» markalı ov karabini və həmçinin doxsan doqquz ədəd 5,6 mm. kalibrli patron aşkar edilərək onların yanında qablaşdırılıb möhürlənib götürüldüyü və həmin protokolun doğruluğunu təsdiq etdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 göstərmişdir ki. iş üzrə Təqsirləndirilən şəxs onun atasıdır. O, öz atası Təqsirləndirilən şəxs, anası Şahid7, həmçinin öz həyat yoldaşı və iki azyaşlı uşaqları ilə birlikdə ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evlərində yaşayırlar. Bununla yanaşı onların Qusar rayonunun Ləzə və Xaçmaz rayonunun Mürşüdoba kəndlərində, həmçinin Binqədi rayonu Goradil kəndində bağ evləri vardır. Atası Təqsirləndirilən şəxs Qusar və Xaçmaz rayonlarındakı fərdi təsərrüfat sahələrində arı saxladığı və meyvə bağları saldığı üçün ilin çox hissəsini həmin rayonlarda olmuş və arada onların yanına gəlib-getmişdir. Onu da bildirmək istəyir ki, onun atası Təqsirləndirilən şəxs 1990-cı illərin əvvəllərində mərhum X16lə birlikdə könüllü olaraq Azərbaycan ordusu sıralarında Qarabağ uğrunda döyüşlərdə iştirak etmişlər. Əmisi Aqil Quliyev 1992-ci ilin fevral ayında Xocalı şəhərinin müdafiəsi zamanı şəhid olmuş və bununla bağlı ölümündən sonra Azərbaycan Respublikası Milli Qəhrəmanı adına layiq görülmüşdür. Atası Təqsirləndirilən şəxs vətənpərvər bir insan olmaqla atəşkəsdən sonra da ordu sıralarında qalaraq divizion komandiri kimi xidmətini davam etdirmişdir. Atası Qarabağ uğrunda gedən döyüşlərdə kontuziya almış və həmçinin yaralanmış və buna görə ona ikinci qrup əlillik müəyyən edilmişdir. Onu da bildirmək istəyir ki, atası Təqsirləndirilən şəxs Müdafiə Nazirliyində xidmətdə olduğu zaman işində bir sıra nöqsanlara yol verdiyinə görə 1995-ci ildə Azərbaycan Respublikası Ali Məhkəməsinin hərbi kollegiyasının hökmü ilə qanunsuz olaraq odlu silah və döyüş sursatları əldə edib saxladığına görə səkkiz il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. O zaman onun özü uşaq yaşlarında olduğuna görə atasının o zaman nə kimi qanunsuz hərəkətlərə yol verdiyi barədə onun özünün dəqiq məlumatı yoxdur. Lakin, həmin məhkəmə hökmündən bir il sonra ölkə rəhbərliyi tərəfindən atası əfv edilərək azadlığa buraxılmışdır. Bundan sonrakı dövrdə atası qanunsuz olaraq odlu silah və döyüş sursatları saxladığına görə 1999-cu ilin əvvəllərində yenidən həbs edilmiş, lakin o zaman onda psixi pozuntuların olması müəyyən olunduğuna görə barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş və atası bir ildən artıq müddətdə Respublika Psixiatriya Xəstəxanasında məcburi müalicə aldıqdan sonra evə buraxılmışdır. Belə hesab edir ki, atası Təqsirləndirilən şəxs uzun müddət cəbhə bölgəsində vuruşduğu, kontuziya keçirdiyi və həmçinin mərhum X16in o zaman döyüşdə həlak olması ona pis təsir etdiyinə görə atası Təqsirləndirilən şəxs evdə özünü sakit aparsa da onu da psixi pozuntuların olmasını onun özü də hiss etmişdir. Onu da bildirmək istəyir ki, atası Təqsirləndirilən şəxs təsərrüfatla məşğul olmaqla yanaşı, həmişə ovçuluqla da məşğul olmuşdur. Belə ki, atasının ov silah-sursatlarına böyük marağı olmuş, bildiyinə görə Qusar rayonunda dağlara heyvan ovuna, həmçinin Xəzər dənizinin sahilində olan müxtəlif yerlərə gedərək quş ovu ilə də məşğul olmuşdur. Onu bildirmək istəyir ki, öz atası olduğu və həmişə ona hörmətlə yanaşdığına görə onun özü heç vaxt atasının işlərinə qarışmamış və onun qanunsuz olaraq hər-hansı bir odlu silah və yaxud sursatlar əldə edib saxlamasından onun özünün məlumatı olmamışdır. Lakin, bununla yanaşı atası Təqsirləndirilən şəxs saxlanmasına icazə verilən ov silahları olmuşdur. Lakin, atası əvvəllər cinayət məsuliyyətinə cəlb edildiyi üçün adına ov silahı rəsmiləşdirilməsi mümkün olmamışdır. Bu səbəbdən atası ayrı-ayrı vaxtlarda aldığı ov silahlarından bir neçəsini onun, eləcə də digər yaxın qohumlarının adlarına rəsmiləşdirmiş və həmin ov tüfənglərinə icazə sənədləri olduğuna görə o, bunun qanunsuz olmasını bilməmişdir. Hadisə ilə bağlı bildirmək istəyir ki, xx xxxxx 2020-ci il tarixdə günorta saat 15 radələrində yaşadıqları ünvan 11 ünvandakı evlərində olduğu zaman onlara özlərini Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları kimi təqdim edən mülki geyimli bir neçə şəxs gələrək onların yaşadığı evdə və həmçinin Goradil kəndindəki bağ evlərinə baxış keçirəcəklərini ona və anası Şahid7 bildirmiş və bu barədə məhkəmə qərarlarını onlara təqdim etmişlər. Onlar buna etiraz etməmişlər. Bundan sonra həmin əməkdaşların bir neçəsi onların evində qalaraq yaşadıqları evə baxış keçirəcəklərini bildirmiş və buna görə anası evdə qalmışdır. Onun özü isə digər əməkdaşlar ilə birlikdə Goradil kəndindəki bağ evlərinə getmişlər. Onu da bildirmək istəyir ki, həmin bağda son illər boyu heç kəs qalmamışdır. Ora yalnız atası Bakı şəhərində olduğu vaxtlarda hərdən gedib birlikdə baş çəkmişlər. Onlar həmin bağ evinə gəldikdən sonra Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları baxışda iştirak etmək üçün onun özü əvvəllər tanımadığı iki nəfər şəxsi hal şahidi qismində dəvət etmiş və sonra isə onun özü və həmin şəxslərin iştirakı ilə həmin bağ evinin həyətinə və oradakı yaşayış evinə baxış keçirmişlər. Baxış zamanı oradakı evin birinci mərtəbəsində olan dəmir seyfin içərisindən atasına məxsus bir ədəd ov tüfəngi və müxtəlif kalibrli bir neçə ədəd patron, eləcə də hazırda xatırlamadığı başqa əşyalar aşkar edilərək onların yanında qablaşdırılıb möhürlənib götürülmüşdür. Bu barədə protokol tərtib olunaraq onlara oxunmuş və onun özü də həmin protokolun məzmunu ilə tanış olaraq həmin şəxslərlə birlikdə həmin protokolu imzalamışdır. Bundan sonra o, yaşadığı M.Ə.Rəsulzadə qəsəbəsindəki evlərinə qayıtmış və bu zaman həmin evdə baxışın keçirilməsinin davam etdiyini görmüşdür. Həmin evə baxış keçirilməsində qonşulardan iki nəfər qadın və öz anası Şahid7 iştirak etmişlər. Evlərinə baxış həmin gün təxminən saat 23 radələrinədək davam etmişdir. Baxış zamanı həmin evin birinci mərtəbəsindəki qarajda olan dəmir seyfdən və rəflərdən müxtəlif markalı və kalibrli beş ədəd ov tüfəngi, müxtəlif kalibrdə və sayda patronlar, atasının ov zamanı istifadə etdiyi müxtəlif ov ləvazimatı və sənədlər aşkar edilərək qablaşdırılıb möhürlənib götürülmüşdür. Bu barədə protokol tərtib edilərək onlara oxunmuş və həmin protokolun doğruluğu anası və hal şahidləri öz imzaları ilə təsdiq etmişlər. Sonradan ona məlum olmuşdur ki, elə həmin gün Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları onun atası Təqsirləndirilən şəxs iştirakı ilə Xaçmaz rayonunun Mürşüdoba və Qusar rayonunun Ləzə kəndlərindəki bağ evlərinə baxış keçirilmiş və baxış zamanı həmin ünvanlardan da müxtəlif ov silahları, müxtəlif kalibrli patronlar və o cümlədən Qusar rayonu Ləzə kəndindəki evdən bir neçə ədəd qumbaraatan və əl qumbaraları, trotil şaşkaları, bir ədəd tapança silahı, Xaçmaz rayonunun Mürşüdoba kəndlərindəki evdən isə iki ədəd avtomat silahı, müxtəlif kalibrlik patronlar və müxtəlif ov ləvazimatları aşkar edilərək götürülməsi məlum olmuşdur. Onu da bildirmək istəyir ki, həmin ünvanlarda atasına məxsus ov silahlarının, həmin silahlara aid müxtəlif kalibrli patronların və ov üçün nəzərdə tutulmuş müxtəlif aksessuarların olduğunu bilsə də, atası Təqsirləndirilən şəxs həmin bağ evlərində odlu silah olan avtomat, tapança, müxtəlif döyüş sursatları saxlaması barədə onun özünün heç bir məlumatı olmamış və atası Təqsirləndirilən şəxs həmin silah və döyüş sursatlarını nə vaxt və haradan, hansı məqsədlə əldə edərək həmin ünvanlarda saxladığı barədə onun özünün və digər ailə üzvlərinin heç bir məlumatı olmamışdır. Atası Təqsirləndirilən şəxs müxtəlif ov tüfəngləri və onlara aid patronların olması barədə məlumatı olmuşdur. Lakin, onun özü ovçuluqla məşğul olmadığına görə atasının həmin ov tüfənglərini harada saxladığı barədə özünün məlumatı olmamışdır. Atası ov tüfənglərini adətən dəmir seyflərdə saxlamış və seyflərin açarları da həmişə atasında olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 göstərmişdir ki, öz ailə üzvləri ilə birlikdə Xaçmaz şəhərində yaşayır və «Azəriqaz» birliyinin Xaçmaz rayon idarəsində nəzarətçi vəzifəsində işləyir. İş üzrə Təqsirləndirilən şəxslə onun arasında heç bir münasibət olmamış və aralarında düşmənçilik və ya ədavət yoxdur. Onun özü 2020-ci ilin aprel ayında Təqsirləndirilən şəxs özünün iştirakı ilə sonuncunun Xaçmaz rayonunun Mürşüdoba kəndində yerləşən yaşayış evinə baxış keçirilməsində hal şahidi qismində iştirak etmişdir. Həmin hadisə ilə bağlı bildirmək istəyir ki, xx xxxxx 2020-ci il tarixdə yaşadığı Xaçmaz rayonu ərazisində olduğu zaman əvvəllər tanımadığı, özlərinin Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları olduğunu bildirən mülki geyimli şəxslər ona və iş yoldaşı Şahid4 yaxınlaşaraq Xaçmaz rayonunun Mürşüdoba kəndində yerləşən fərdi yaşayış evlərindən birində axtarış aparmaq istədiklərini və bununla bağlı hal şahidi qismində iştirak etmələrini təklif edilmişlər. Onlar buna etiraz etməmiş və birlikdə həmin ünvana getmişlər. Axtarış aparılmazdan əvvəl bu barədə qərar həmin ünvanda təsərrüfat sahəsində çalışan Murad Yusifov adlı şəxsə elan edilmiş, eləcə də onunla Şahid4 hal şahidləri kimi malik olduqları hüquq və vəzifələri izah olunmuşdur. Bundan sonra Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən onların iştirakları ilə bağın ərazisində olan həyətyanı sahədə və tikililərdə axtarışın aparılmasına başlanılmışdır. Axtarış zamanı həmin ünvanda olan tikililərin birindən tapança güllələri, silahın səs boğucu hissələri, bir neçə qutuda qırmalar, silahın komplekt hissəsinə bənzər əşyalar, orada həyətdə olan «Toyota» markalı avtomobildən isə müxtəlif sənədlər aşkar edilərək onların yanında qablaşdırılıb möhürlənib götürülmüşdür. Bu barədə protokol tərtib edilərək onlara ucadan oxunmuş, onun özü, həmçinin iş yoldaşı Şahid4 və Murad Yusifov adlı şəxs heç bir etiraz bildirmədən həmin protokolu imzalamışlar. Elan edilməklə ona təqdim edilmiş cinayət işinin birinci cildinin 168-171-ci vərəqlərində olmaqla Təqsirləndirilən şəxs məxsus Xaçmaz rayonunun Mürşüdoba kəndində yerləşən fərdi yaşayış evində axtarış keçirilməsi haqqında xx xxxxx 2020-cı il tarixli protokol ona tanışdır və həmin sənəddə “hal şahidi Şahid3” qeydləri qarşısında imzalar onun özünə məxsusdur. Həmin protokolda göstərildiyi kimi, həmin tarixdə o, öz iş yoldaşı Şahid4 və Murad Yusifov adlı şəxsin iştirakı ilə Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən Xaçmaz rayonunun Mürşüdoba kəndində yerləşən bağ evində axtarış keçirilməsində hal şahidi qismində iştirak etmişlər. Axtarış keçirilən zaman videoçəkiliş aparılmışdır. Axtarış zamanı həmin bağ evində olan tikililərin birindən beş ədəd 9x1N mm. kalibrli patron, 11 ədəd silah üçün səsboğucu hissələri, digər xırda əşyalar, orada anbarın qarşısında olan «Toyota» markalı ** ME *** nömrəli avtomobildən isə müxtəlif sənədlər aşkar edilərək onların yanında qablaşdırılıb möhürlənib götürülmüşdür. Həmin protokolun doğruluğunu təsdiq edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 göstərmişdir ki, Quliyev, anası Şahid7, həmçinin öz həyat yoldaşı və iki azyaşlı uşaqları ilə birlikdə ünvan 12 ünvanda yaşayırlar. İş üzrə Təqsirləndirilən şəxs onun atasının əmisi oğludur və bir qohum kimi həmişə yaxşı münasibətlərdə olmuşlar. Qohumu Təqsirləndirilən şəxs Qarabağ müharibəsi veteranı olmaqla o zaman döyüşlərdə iştirak etdiyi və vətənpərvər bir insan olduğuna görə həmişə ona hörmətlə yanaşmışdır. Belə ki, onun özü o zaman cəbhə bölgəsində xidmət etmiş və Təqsirləndirilən şəxs o zaman Ağdam rayonunda yerləşən N saylı briqadanın divizion komandiri vəzifəsində xidmət etdiyi zaman onun özü də həmin divizionda bir əsgər kimi xidmət etmişdir. Qohumu Təqsirləndirilən şəxs ordudan tərxis olunduqdan sonra təsərrüfatla və həmçinin ovçuluqla məşğul olmuşdur. Lakin, onun qanunsuz olaraq döyüş silah və sursatları saxlaması barədə onun məlumatı olmamışdır. Belə ki, Təqsirləndirilən şəxs Qusar rayonunun Ləzə kəndində və Xaçmaz rayonunda bağ evləri vardır və Nəsimi çox vaxt orada qalmış və orada ovçuluqla məşğul olmuşdur. Münasibətləri yaxşı olduğuna görə Təqsirləndirilən şəxs arada onun özünü də ova aparmışdır. Təqsirləndirilən şəxs bir neçə ov tüfəngi olmuşdur. Lakin, Nəsimi əvvəllər cinayət məsuliyyətinə cəlb edildiyi üçün öz adına ov silahı rəsmiləşdirməyin mümkün olmadığına görə həmin ov silahlarının bir neçəsini onun adına rəsmiləşdirmişdir. Sonradan ona məlum olmuşdur ki, 2020-ci ilin oktyabr ayında Təqsirləndirilən şəxs Xaçmaz rayonunun Mürşüdoba kəndindəki evində axtarış aparılan zaman onun özünün adına rəsmiləşdirilmiş bir ədəd 5,6mm kalibrli “Соболь” markalı 01600526 nömrəli ov silahı da aşkar olunmuşdur. Bununla bağlı bildirmək istəyir ki, həmin ov tüfəngini Təqsirləndirilən şəxs xahişi ilə 2005-ci ilin əvvəllərində onun özü alıb gətirmişdir. Belə ki, 2005-ci ilin əvvəllərində o, öz şəxsi işləri ilə bağlı Gürcüstana gedən zaman Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb edildiyi üçün adına ov silahı rəsmiləşdirməyin mümkün olmadığını bildirərək Gürcüstandan onun üçün üç ədəd ov silahı alıb gətirməsini ondan xahiş etmişdir. Həmçinin ona bildirmişdir ki, bununla bağlı icazə sənədlərini Azərbaycan Respublikası DİN-nin Baş X4ndən alınmasında ona köməklik edəcəkdir. O, buna etiraz etməmiş və həmin idarəyə rəsmi qaydada müraciət edərək Gürcüstan Respublikasından öz adına üç ədəd ov silahı alıb gətirmək üçün icazə almışdır. Bundan sonra isə o, Tbilisi şəhərinə gedərək həmin ölkənin DİN-dən «SKS», «Remington» və “Соболь” markalı ov silahlarının alınıb Azərbaycan Respublikasına gətirilməsinə icazə verilməsinə dair rəsmi sənəd almışdır. Sonra isə Tbilisi şəhərində olan ovçuluq mağazalarından həmin markalı üç ədəd ov tüfəngini və onlara aid olmaqla hazırda dəqiq xatırlamadığı sayda patron almış, Azərbaycana qayıtdıqdan sonra isə həmin ov tüfəngləri və onlara aid patronları Təqsirləndirilən şəxs vermişdir. Qeyd etdiyi ov silahları Azərbaycan Respublikası DİN-də onun öz adına rəsmi qaydada qeydiyyata alındığına görə o, bunun qanunsuz bir iş olmasını o zaman bilməmişdir. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş, iş üzrə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, xx xxxxx 2020-ci il tarixdə tarixdə yaşadığı Xaçmaz rayonu ərazisində olduğu zaman Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən həmin rayonun Mürşüdoba kəndində yerləşən fərdi yaşayış evlərindən birində keçiriləcək baxışda hal şahidi qismində iştirak etməsi təklif edilmişdir. O, etiraz etməmiş və birlikdə baxış keçiriləcək ünvana gəlmişlər. Baxışın keçirilməsində iştirak etmək üçün ikinci hal şahidi kimi onun iş yoldaşı Şahid2 da dəvət olunmuşdur. Baxış keçirilməzdən əvvəl bu barədə müvafiq qərar evin sahibi Nəsimi adlı şəxsə elan edilmiş, eləcə də onunla Şahid2 hal şahidləri kimi malik olduqları hüquq və vəzifələri izah olunmuşdur. Bundan sonra Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən onların iştirakları ilə bağın ərazisində olan həyətyanı sahədə və dörd ədəd tikilidə baxış keçirilməyə başlanmışdır. Baxış zamanı həmin ünvanda olan birinci tikilidən trotil şaşkaları, hərbi təyinatlı elektrodetonatorlar, optik nişangah, tüfəng, bir ədəd avtomat silah, içərilərində patronlar olan bükümlər və üçüncü tikilidən bir neçə ədəd tüfəng və patronlar, gecə görmə cihazı aşkar olunmuşdur. Həmçinin oradan Təqsirləndirilən şəxs adına verilmiş şəhadətnamələr və digər sənədlər aşkar olunmuşdur. Baxış zamanı aşkar edilərək götürülmüş əşya və sənədlərin dəqiq sayı və məzmunlarını tam xatırlamasa da, onlar Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşının tərtib etdiyi protokolda dəqiqliyi ilə əksini tapmışdır. Daha sonra aşkar olunaraq götürülmüş bütün əşya və sənədlər müvafiq qaydada qablaşdırılaraq möhürlənmişdir. Aşkar edilmiş bir ədəd elektrodetonator deformasiyaya uğradığından baxış keçirən Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən xüsusi qaydada qablaşdırılmış və üzərinə müvafiq qeyd aparılmışdır. Daha sonra o digər hal şahidi Şahid2, eləcə də baxışda iştirak etmiş evin sahibi Təqsirləndirilən şəxs protokolu oxuyub düzgünlüyünə əmin olduqdan sonra onu imzalamışlar. (cild 3, iş vər. 18-20). Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş iş üzrə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 22 aprel 2020-ci il tarixdə yaşadığı Xaçmaz rayonu ərazisində olduğu zaman Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən həmin rayonun Mürşüdoba kəndində yerləşən fərdi yaşayış evlərindən birində aparılacaq axtarışda hal şahidi qismində iştirak etməsi təklif edilmişdir. O, etiraz etməmiş və birlikdə axtarış aparılacaq ünvana gəlmişlər. Axtarışın aparılmasında iştirak etmək üçün ikinci hal şahidi kimi onun iş yoldaşı Şahid3 da dəvət olunmuşdur. Axtarış aparılmazdan əvvəl bu barədə müvafiq qərar həmin ünvanda təsərrüfat sahəsində çalışan X7 elan edilmiş, eləcə də onunla Şahid3 hal şahidləri kimi hüquq və vəzifələri izah olunmuşdur. Bundan sonra Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən onların iştirakları ilə bağın ərazisində olan həyətyanı sahədə və tikililərdə axtarışın aparılmasına başlanılmışdır. Axtarış zamanı həmin ünvanda olan tikililərin birindən tapança güllələri, silahın səs boğucu hissələri, bir neçə qutuda qırmalar, silahın komplekt hissəsinə bənzər əşya, silah təmizlənməsi üçün nəzərdə tutulmuş avadanlıqlar, tikilinin arı saxlamaq üçün olan yerindən əleyhqaz. anbardan qandal, tikilinin qarşısında olan "Toyota" markalı ** ME *** qeydiyyat nişanlı avtomobildən isə sənədlər aşkar edilərək götürülmüşdür Axtarış zamanı aşkar edilərək götürülmüş əşya və sənədlərin dəqiq sayı və məzmunlarım tam xatırlamasa da onlar Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşının tərtib etdiyi protokolda dəqiqliyi ilə əksini tapmışdır. Daha sonra aşkar olunaraq götürülmüş bütün əşya və sənədlər müvafiq qaydada qablaşdırılaraq möhürlənmiş və bu barədə müvafiq protokol tərtib edilmişdir. Daha sonra o, digər hal şahidi Şahid3 eləcə də axtarışda iştirak etmiş Murad Yusifov protokolu oxuyub düzgünlüyünə əmin olduqdan sonra onu imzalamışlar. (cild 3, iş vər. 27-29). Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş iş üzrə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid12 Şıxəli oğlu ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanımış, sonuncu təxminən 2003-2005-cı illərdə Qusar rayonunun Ləzə kəndinin ərazisindən təxminən üç hektar pay torpağı almış və orada yaşayış üçün şərait yaratmış, arıçılıq təsərrüfatı ilə məşğul olmuşdur. O, Təqsirləndirilən şəxs təsərrüfat işlərində köməklik etdiyi üçün münasibətləri yaxşı olmuşdur. Nəsimi özü orada olmadığı müddətdə onun xahişi ilə evi və təsərrüfatına nəzarəti həyata keçirmişdir. Təqsirləndirilən şəxs ovçuluğa böyük həvəsi olmuş, mütəmadi olaraq tanışları, yaxud da Ləzə kəndinin ovçuluqla məşğul olan sakinləri ilə dağlara keçi ovuna getmişdir. xx xxxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs həmin evində özünün iştirakı ilə Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən baxış keçirilmişdir. O, bu baxışda iştirak etməsə də sonradan ona həmin ünvandan müxtəlif adda və sayda odlu silah, döyüş sursatı və partlayıcı maddələrin aşkar edilərək götürüldüyü məlum olmuşdur. xx xxxxx 2020-ci il tarixdə saat N radələrində həmin kənddə olduğu zaman Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları ona müraciət edərək Təqsirləndirilən şəxs məxsus həmin evdə iştirakı ilə axtarış aparmaq istədiklərini bildirmiş, sonuncunun özü orada olmadığı müddətdə evinə və təsərrüfatına nəzarəti o həyata keçirdiyi üçün həmin əməkdaşların təklifinə etiraz etməmiş və birlikdə göstərilən ünvana gəlmişlər. Axtarış keçirilməzdən əvvəl bu barədə müvafiq qərar ona elan edilmiş, eləcə də axtarışın keçirilməsində hal şahidi qismində iştirak etmək üçün dəvət edilmiş kəndlərinin sakini Şahid15 və qonşu Çəikın kəndinin sakini İmran Hacıəliyevə hüquq və vəzifələri izah olunmuşdur. Bundan sonra axtarış başlanmış, axtarış onun və hal şahidlərinin iştirakı ilə ünvanda yerləşən bir mərtəbəli yaşayış evindən başlayaraq ardıcıl olaraq ərazidə olan anbar və yardımçı tikililərdə, eləcə də həyətyanı sahədə aparılmışdır. Axtarış zamanı həmin ünvandan bir neçə ədəd müxtəlif kalibrli patronlar, siqnal şaşkaları. metal borudan hazırlanmış əşyalar, patron daraqları, mobil telefonlar, optik nişangahın hissələri, silah təmizləmək üçün avadanlıqlar, əleyhqaz və hazırda xatırlamadığı başqa əşyalar aşkar edilərək qablaşdırılmaqla götürülmüşdür. Axtarış təxminən saat 18 radələrində başa çatmışdır. Axtarışın keçirilməsi başa çatdıqdan sonra bu barədə müvafiq protokol tərtib olunmuş və aşkar edilərək götürülmüş bütün əşyaların sayı və adı dəqiqliklə həmin protokolda qeyd edilmişdir. Protokolla tanış olduqdan sonra axtarışın keçirilmə qaydası və protokolun məzmununa dair qeyd və etirazları olmadığı üçün bu protokolun doğruluğu onun və ha! şahidlərinin imzaları ilə təsdiq edilmişdir. (cild 3. iş vər. 68-71). Məhkəmə iclasında ifadəsi elan edilməklə iş üzrə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid15 ifadəsində göstərmişdir ki, xx xxxxx 2020-ci il tarixdə, saat N radələrində yaşadığı Qusar rayonunun Ləzə kəndində olduğu zaman Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən həmin kəndin ərazisində olan fərdi yaşayış evlərindən birində aparılacaq axtarışda hal şahidi qismində iştirak etməsi təklif edilmişdir. O, etiraz etməmiş və kənddəki yaşayış evlərindən bir qədər aralı hündür ərazidə yerləşən evlərdən birinə gəlmişlər. Axtarışda iştirak etmək üçün ikinci hal şahidi kimi qonşu Çətkün kəndinin sakini İmran adlı şəxs də dəvət olunmuşdur. Axtarış aparılacaq ünvanın sahibi Nəsimi adlı şəxsi üzdən tanısa da münasibətləri olmamışdır. Sonuncu bu sahəni bir neçə il əvvəl almış və oranı hasara alaraq içərisində yaşayış evi tikmiş, arıçılıqla məşğul olmuşdur. Bir neçə gün əvvəl həmin ünvanda Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən baxış keçirildiyini eşitmişdir. Hazırda bu ünvanda axtarış aparacaq əməkdaşların sözlərindən ona evin sahibi Nəsimi adlı şəxsin tərəflərindən həbs edilməsi, bu səbəbdən axtarışın həmin şəxslə münasibəti olan və rayonda olmadığı müddətdə evinə nəzarət edən kəndin sakini Şahid12 iştirakı ilə aparılacağı məlum olmuşdur. Axtarış aparılmasına başlamazdan əvvəl bu barədə müvafiq qərar Şahid12 elan edilmiş, eləcə də onunla İmran Hacıəliyevə hal şahidlərinin malik olduqları hüquq və vəzifələri izah olunmuşdur Bundan sonra axtarışın aparılmasına başlanılmışdır. Axtarış Şahid12 və onunla İmran Hacıəlıyevın iştirakı ilə ünvanda yerləşən birmərtəbəli yaşayış evindən başlayaraq ardıcıl olaraq ərazidə olan anbar və yardımçı tikililərdə, eləcə də həyətyanı sahədə aparılmışdır. Axtarış zamanı həmin ünvandan bir neçə ədəd müxtəlif kalibrli patronlar, siqnal şaşkaları, metal borudan hazırlanmış əşyalar, patron daraqları, mobil telefonlar, optik nişangahın hissələri, silah təmizləmək üçün avadanlıqlar, əleyhqaz və hazırda xatırlamadığı başqa əşyalar aşkar edilib qablaşdırılmaqla götürülmüşdür. Axtarış təxminən saat 18 radələrində başa çatdıqdan sonra bu barədə müvafiq protokol tərtib olunmuş və aşkar edilərək götürülmüş bütün əşyaların sayı və adı dəqiqliklə həmin protokolda qeyd edilmişdir. Protokolla tanış olduqdan sonra axtarışın aparılma qaydası və protokolun məzmununa dair qeyd və etirazları olmadığı üçün bu protokolun doğruluğu Şahid12 və onunla İmran Hacıəlıyevın imzalan ilə təsdiq edilmişdir. (cild 3, iş vər. 78-80). Məhkəmə iclasında ifadəsi elan edilməklə iş üzrə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid16 ifadəsində göstərmişdir ki, yaşadığı Ləzə kəndi Qusar rayonunun ucqar dağ kəndidir. xx xxxxx 2020-ci il tarixdə saat 19 radələrində kənddə olduğu zaman Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən həmin kəndin ərazisində olan fərdi yaşayış evlərindən birində keçiriləcək baxışda hal şahidi qismində iştirak etməsi ona təklif edilmişdir. 0; etiraz etməmiş və kəndlərindəki yaşayış evlərindən bir qədər aralı hündür ərazidə yerləşən ünvana gəlmişdir. Baxışın keçirilməsində iştirak etmək üçün ikinci hal şahidi kimi həmin ünvana həmkəndlisi Əzizov Mövlud Ramazan oğlu da dəvət olunmuşdur. Baxış keçiriləcək ünvanın sahibi Nəsimi adlı şəxsi tanısa da böyük yaş fərqlən olduğu üçün münasibətləri olmamışdır. Sonuncu bu ərazini bir neçə il bundan əvvəl almış və oranı hasarlayaraq içərisində yaşayış evi tikmiş, arıçılıqla məşğul olmuşdur. Baxış keçirilməzdən əvvəl bu bərədə müvafiq qərar evin sahibi Nəsimi adlı şəxsə elan edilmiş, eləcə də hal şahidlərinin kimi malik olduqları hüquq və vəzifələri onunla Mövlud Əzizova izah olunmuşdur. Bundan sonra Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən onların iştirakları ilə bağın həyətyanı sahəsində və orada olan evdə anbarda və yardımçı tikililərdə baxış keçirilməyə başlanılmışdır. Baxış zamanı həmin ünvandan bir neçə ədəd birdəfəlik qumbaraatan, əl qumbaraları və onların alışdırıcıları, trotil şaşkaları lüləaltı qumbaraatan və onların mərmiləri, bir ədəd tapança və bir ədəd avtomat silahları, ov tüfəngləri, müxtəlif kalibrli çoxlu sayda patronlar, binokllar, ratsiyalar və onların qidalandırıcıları, sənədlər və hazırda xatırlamadığı başqa əşyalar aşkar edilərək qablaşdırılmaqla götürülmüşdür. Baxış təxminən saat 23 radələrində başa çatmış, sonra bu barədə müvafiq protokol tərtib olunmuş və aşkar edilərək götürülmüş bütün əşyalar sayı və adı dəqiqliklə göstərilməklə həmin protokolda qeyd edilmişdir. Protokolla tanış olduqdan sonra baxışın keçirilmə qaydası və protokolun məzmununa dair qeyd və etirazları olmadığı üçün bu protokolun doğruluğu hal şahidləri olaraq onunla Mövlud Əzizov, eləcə də evin sahibi Nəsimi adlı şəxsin imzaları ilə təsdiq edilmişdir. (cild 3, iş vərəq: 81-83). Təqsirləndirilən şəxs yuxarıda qeyd edilən cinayət əməllərini törətməkdə təqsirli olması cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tərəflərə elan edilməklə tədqiq edilmiş aşağıda qeyd edilən digər sübutlarla da təsdiq olunur. Belə ki, “Cinayət işi başlanılması barədə” və “Cinayət işinin icraata qəbul edilməsi haqqında” xx xxxxx 2020-cı il tarixli qərarlardan görünür ki, həmin ********* saylı cinayət işi xx xxxxx 2020-cı il tarixdə Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti Səbail rayon idarəsindən daxil olmuş materiallar əsasında həmin Xidmətin İstintaq baş idarəsi İbtidai istintaq idarəsinin İ şöbəsinin rəisi ədliyyə polkovnik-leytenantı V.F.Quliyev tərəfindən Təqsirləndirilən şəxs və qeyriləri barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.2.1-ci maddəsi ilə başlanılmış, iş üzrə istintaq qrupu yaradılmaqla qrupa rəhbərlik və həmin şöbənin rəis müavini ədliyyə polkovniki N.H.Mustafayevə həvalə olunmuş və həmin tarixdə sonuncu tərəfindən cinayət işi icraata qəbul qəbul edilərək iş üzrə ibtidai istintaq aparılmışdır. (cild 01, iş vər. 1-2, 3). Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin Səbail Rİ-nin əməkdaşları tərəfindən, Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli iş № 5(009)-4030/2019 saylı qərarına uyğun olaraq Təqsirləndirilən şəxs məxsus ünvan 9 ünvanda yerləşən fərdi yaşayış evinə baxış keçirilməsi haqqında xx xxxxx 2020-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə dəvət edilmiş hal şahidlərinin iştirakları ilə foto və video çəkilişdən istifadə edilməklə keçirilmiş baxış zamanı həmin ünvandan iş üzrə əhəmiyyət kəsb edən 7,62x3N mm. kalibrli "CKC-45” sistemli KO 8033 nömrəli 1 (bir) ədəd ov karabıni, 9x53 mm. kalibrli "Медведь» modelli A-142 nömrəli 1 (bir) ədəd ov karabıni, döyüş sursatları hesab edilən 75 (yetmiş beş) ədəd 7.62x39 mm kalibrli. 1 (bir) ədəd 9x19 mm kalibrli. 1 (bir) ədəd 9x18 mm kalibrli. 1 (bir) ədəd 5.45x39 mm kalibrli, 1 (bir) ədəd 5.56x45 mm kalibrli, 20 (iyirmi) ədəd 9x53 mm. kalibrli və 95 (doxsan beş) ədəd 5,6 mm kalibrli patron aşkar edilərək müvafiq qaydada qablaşdırılıb möhürlənib götürülmüşdür. (cild 1, iş vər. 11, 12-15). Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin Səbail Rİ-nin əməkdaşları tərəfindən Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli iş № 5(009)-4030/2019 saylı qərarına uyğun olaraq Təqsirləndirilən şəxs məxsus Xaçmaz rayonunun Mürşüdoba kəndində yerləşən fərdi yaşayış evinə baxış keçirilməsi haqqında xx xxxxx 2020-cı il tarixli protokoldan görünür ki, həmin tarixdə dəvət edilmiş hal şahidləri, həmçinin Təqsirləndirilən şəxs özünün iştirakı ilə foto və video çəkilişdən istifadə edilməklə keçirilmiş baxış zamanı həmin ünvandan iş üzrə əhəmiyyət kəsb edən 1 (bir) ədəd «Kataşnikov» konstruksiyalı 5,45 mm. kalibrli “AKS-74U" markalı 273751 nömrəli avtomat silah, 1 (bir) ədəd 5.6 mm kalibrli “Cоболь» modelli 01600526 nömrəli ov karabıni, döyüş sursatları hesab edilən 365 (üç yüz altmış beş) ədəd 5,6 mm. kalibrli və 215 (iki yüz on beş) ədəd 5,45x39 mm kalibrli patron, partlayıcı maddələr hesab edilən 5 (beş) ədəd 200 qramlıq trotil şaşkaları və N (on) ədəd elektroalışdırıcı aşkar edilərək müvafiq qaydada qablaşdırılıb möhürlənib götürülmüşdür. (cild 1, iş vər. 16,17-22). Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli iş № 5(009)-4030/2019 saylı qərarına uyğun olaraq Təqsirləndirilən şəxs məxsus Bakı şəhəri, Bınəqədi rayonu, Görədil kəndi, 1162 nömrəli bağ evinə baxış keçirilməsi haqqında xx xxxxx 2020-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə dəvət edilmiş hal şahidlərinin iştirakları ilə foto və video çəkilişdən istifadə edilməklə keçirilmiş baxış zamanı həmin ünvandan iş üzrə əhəmiyyət kəsb edən 1 (bir) ədəd 5,6 mm. kalibrli «TOZ-18» modelli 9985 nömrəli ov karabıni və döyüş sursatları hesab edilən 99 (doxsan doqquz) ədəd 5,6 mm. kalibrli patron aşkar edilərək müvafiq qaydada qablaşdırılıb möhürlənib götürülmüşdür. (cild 1. iş vər. 23, 24-27). Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin Səbail Rİ-nin əməkdaşları tərəfindən Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli iş № 5(009)-4030/2019 saylı qərarına uyğun olaraq Təqsirləndirilən şəxs məxsus Qusar rayonunun Ləzə kəndində yerləşən fərdi yaşayış evinə baxış keçirilməsi haqqında xx xxxxx 2020-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə dəvət edilmiş hal şahidləri, həmçinin Təqsirləndirilən şəxs özünün iştirakı ilə foto və video çəkilişdən istifadə edilməklə keçirilmiş baxış zamanı həmin ünvandan iş üzrə əhəmiyyət kəsb edən 1 (bir) ədəd “Kalaşnikov” konstruksiyalı 5,45 mm. kalibrli «AKS-74» markalı 252900 nömrəli avtomat silah, 6 (altı) ədəd 66 mm. kalibrli «M72A2» markalı birdəfəlik istifadə olunan qumbaraatan, 5,6 mm. kalibrli «TOZ-18» modelli 3223 nömrəli 1 (ədəd) ov karabini, N mm. kalibrli "Makarov” (“ПМ”) konstruksiyalı “ИВ 4545” nömrəli 1 (bir) ədəd tapança silah, 1 (bir) ədəd 40 mm. kalibrli "QP-25” markalı 9360 nömrəli lüləaltı qumbaraatan, döyüş sursatları hesab edilən 21 (iyirmi bir) ədəd 40 mm. kalibrli qumbara, 369 (üç yüz altmış doqquz) ədəd 5.6 mm. kalibrli, 2 (iki) ədəd 7.65 mm. kalibrli, 1920 (min doqquz yüz iyirmi) ədəd 7,62x3N mm. kalibrli. 94 (doxsan dörd) ədəd 9x1N mm. kalibrli, 229 (iki yüz iyirmi doqquz) ədəd 7,62x54 mm. kalibrli. 1635 (min altı yüz otuz beş) ədəd 5,45x3N mm. kalibrli. 203 (iki yüz üç) ədəd 9x53 mm. kalibrli və 65 (altmış beş) ədəd 9x18 mm. kalibrli patron, partlayıcı maddələr hesab edilən 84 (səksən dörd) ədəd 200 qramlıq və 1 (bir) ədəd 400 qramlıq trotil şaşkaları, 46 (qırx altı) ədəd elektroalışdırıcı, 13 (on üç) ədəd “RQD-5” əl qumbaralarının gövdələri və 15 (on beş) ədəd "UZRQM-2” partladıcıları aşkar edilərək müvafiq qaydada qablaşdırılıb möhürlənib götürülmüşdür. (cild 1, iş vər. 28, 29- 32). “Şübhəli şəxsin tutulması haqqında” protokol və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs xx xxxxx 2020-ci il tarixdə CM-in 228.2.1-ci maddəsi nəzərdə tutulmuş cinayət əməli törətməkdə müdafiəçisinin iştirakı ilə şübhəli şəxs qismində tutulmuş və həmin tarixdə şübhəli şəxs qismində dindirilmiş, xx xxxxx 2020-ci il tarixdə CM-in 228.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona müdafiəçisinin iştirakı ilə CM-in 228.2.1-ci maddəsi ilə ittiham elan edilmiş və Bakı şəhəri Səbail rayon məhkəməsinin xx xxxxx 2020-ci il tarixli, iş №4 (009)-196/2020 saylı qərarı ilə bərəsində «həbs» qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs azadlığı həmin iş üzrə xx xxxxx 2020-ci il tarixdə saat 23-30 radələrində məhdudlaşdırıldığı nəzərə alınaraq «həbs» müddətinin əvvəli xx xxxxx 2020-cu il tarixdən hesablanmışdır. (cil 1, iş vər. 57-58, 67-72, 83-84, N9-112). «Baxış keçirilməsi haqqında» xx xxxxx 2020-cı il tarixli protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs istifadəsində olmuş mobil telefon aparatlarına baxış keçirilmiş və o cümlədən «Samsung Galaxy A50» markalı mobil telefon aparatına keçirilmiş baxış zamanı həmin telefonun üzərində «Azərfon» mobil telefon aparatına məxsus ***-***-**-** nömrəli danışıq kartının, həmçinin «xxxx» mobil telefon aparatına məxsus ***-***-**-** nömrəli danışıq kartının olduğu; «Apple İphone 7» markalı mobil telefon aparatına keçirilmiş baxış zamanı həmin telefonun üzərində bir ədəd «xxxx» mobil telefon aparatına məxsus ***-***-**-** nömrəli danışıq kartının olduğu müəyyən olunmuşdur. Baxış zaman qeyd edilən mobil telefon aparatlarının yaddaşlarında müxtəlif şəxslərin adları və həmin şəxslərin istifadəsində olan mobil telefon nömrələri barədə məlumatların olduğu müəyyən edilmişdir. Baxış zamanı yuxarıda qeyd edilən mobil telefon aparatlarının «qalereya», «göndərilən» və «gələn» mesajlar qovluqlarında, eləcə də çıxan, qəbul olunmuş və cavabsız zənglər menyularında iş üçün əhəmiyyət kəsb edən hər hansı bir məlumat aşkar olunmamışdır. (cild 1, iş vər. 75-81). İşdə olan «Giriş-çıxış və qeydiyyat» İAMAS üzrə sərhədkeçmə barədə məlumatlardan görünür ki, təqsirləndirilən şəxs, xx.xx.1957-cu ildə Ermənistanın Sisyan rayonunun Urud kəndində anadan olmuş Təqsirləndirilən şəxs «P» 838429 AZE seriya və nömrəli pasportdan istifadə etməklə xx.xx.2003-cü il tarixdə Bakı aeroportundan BƏƏ-nin Dubay şəhərinə gedərək, xx.xx.2003-ci il tarixdə həmin şəhərdən Bakı aeroportu sərhədnəzarət məntəqəsindən Azərbaycan Respublikasına qayıtmış, növbəti dəfə xx.xx.2005-ci il tarixdə Böyük-kəsik sərhəd-nəzarət məntəqəsindən Azərbaycan Respublikasını tərk edərək Gürcüstan Respublikasına getmiş, xx.xx.2005-ci il tarixdə həmin sərhəd-nəzarət məntəqəsindən keçməklə Gürcüstandan Azərbaycan Respublikasına qayıtmış, xx.xx.2006-ci il tarixdə Böyük-kəsik sərhəd-nəzarət məntəqəsindən Azərbaycan Respublikasını tərk edərək Gürcüstana getmiş, xx.xx.2006-cı il tarixdə həmin sərhədnəzarət məntəqəsindən Gürcüstandan Azərbaycan Respublikasına qayıtmışdır. Sonuncu dəfə isə «P» ******* AZE seriya və nömrəli pasportdan istifadə etməklə xx.xx.2011-ci il tarixdə Bakı aeroportundan Almaniya Respublikasına gedərək, xx.xx.2011-ci il tarixdə isə Gürcüstan Respublikasından keçməklə Balakən sərhəd-nəzarət məntəqəsindən Azərbaycan Respublikasına qayıtmışdır. (cild 1, iş vər. 159). Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsinin mühüm işlər üzrə baş müstəntiqi M.M.Babayev tərəfindən, Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin xx xxxxx 2020-ci il tarixli iş № 5(009)-1634/2020 saylı qərarına uyğun olaraq Təqsirləndirilən şəxs məxsus Xaçmaz rayonunun Mürşüdoba kəndində yerləşən fərdi yaşayış evində axtarış keçirilməsi haqqında xx xxxxx 2020-cı il tarixli protokoldan görünür ki, həmin tarixdə dəvət edilmiş hal şahidlərinin iştirakları ilə video çəkilişdən istifadə edilməklə keçirilmiş axtarış zamanı həmin ünvandan iş üzrə əhəmiyyət kəsb etməklə əlavə olaraq döyüş sursatları hesab edilən 5 (beş) ədəd 9x1N mm. kalibrli patron aşkar edilərək patron müvafiq qaydada qablaşdırılıb möhürlənib götürülmüşdür. (cild 1, iş vər. 166-167, 168-171). Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsinin mühüm işlər üzrə baş müstəntiqi M.M.Babayev tərəfindən, Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin xx xxxxx 2020-ci il tarixli iş № 5(009)-1634/2020 saylı qərarına uyğun olaraq Təqsirləndirilən şəxs məxsus Qusar rayonunun Ləzə kəndində yerləşən fərdi yaşayış evində axtarış aparılması haqqında xx xxxxx 2020-ci ii tarixli protokoldan görünür ki, həmin tarixdə dəvət edilmiş hal şahidlərinin iştirakları ilə video çəkilişdən istifadə edilməklə keçirilmiş axtarış zamanı həmin ünvandan iş üzrə əhəmiyyət kəsb etməklə əlavə olaraq döyüş sursatları hesab edilən 6 (altı) ədəd 5,6 mm kalibrli və 1 (bir) ədəd 9x53 mm kalibrli patron aşkar edilərək müvafiq qaydada qablaşdırılıb möhürlənib götürülmüşdür. (cild 1. iş vər. 179-180, 181-185). Təqsirləndirilən şəxs məxsus olmaqla Qusar rayonunun Ləzə və Xaçmaz rayonunun Mürşüdoba kəndindlərində yerləşən yaşayış evlərində, həmçinin yaşadığı ünvan 4 ünvanda yerləşən evində və Bakı şəhəri, Binəqədi rayonu, Goradil kəndi, 1162 nömrəli bağ evində 16, 22 və xx xxxxx 2020-ci tarixlərdə keçirilmiş baxış və axtarış zamanı aparılmış foto və video çəkilişlərin əks etdirildiyi bir ədəd “flash card” cinayət işinin materiallarına əlavə edilmişdir. (cild 1. iş vər. 186). Azərbaycan Respublikası DİN Baş Əməliyyat və X1 xx xxx 2020-ci il tarixli, № 012- 9824-1220 nömrəli məktubundan görünür ki, 5.6 mm kalibrli, 1962-cı istehsallı “TOZ-17” markalı 3223 №-li; 5,6 mm. kalibrli, 1963-cü istehsallı “TOZ-17:” markalı 9985 №-li; 7.62 mm. kalibrli 1968-ci il istehsallı "Medved” markalı A-142 №-li; N mm. kalibrli 1985-ci il istehsallı "Makarov” konstruksiyalı "PM” markalı ИВ-4545 №-li; 5,45 mm. kalibrli 1985-ci ii istehsallı "Kalaşnikov” konstruksiyalı “AKS-74U” markalı 273751 №-li; 5,45 mm. kalibrli 1988-ci il istehsallı “Kalaşnikov” konstruksiyalı "AKS-74U” markalı 252900 №-li; 5,56 mm. kalibrli “HECKLER SL-8” markalı 48-0022441 №-li; 7,62 mm. kalibrli “SKS-47” markalı KO- 8033 №-li və 5,6 mm. kalibrli "Sobol” markalı 01600526 №-li; -"Makarov” konstruksiyalı "PM” markalı tapançaya aid 0203-2 №-li, 3626 №-li və 3693 №-li daraq, “SKS-47” markalı karabinə aid KO-8033 №- daraq,- silah və sursatların mərkəzləşdirilmiş axtarış uçotlarında olması barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X2 məlumat yoxdur. (cild 1, iş vər. 243). Azərbaycan Respublikası DİN Baş X4nin xx.xx.2020-ci il tarixli 013-11566-1280 №li məktubdan görünür ki, iş üzrə əhəmiyyət kəsb etməklə, Təqsirləndirilən şəxs məxsus Xaçmaz rayonunun Mürşüdoba kəndindəki evində xx xxxxx 2020-ci il tarixdə keçirilmiş baxış zamanı aşkar edilərək götürülmüş 5,6 mm. kalibrli "Sobol” modelli 01600526 nömrəli ov karabininin DİN-in mülki silah sahiblərinin vahid mərkəzləşdirilmiş elektron reyestrində ünvan 14 ünvanda yaşayan xx.xx.1972-ci il təvəllüdlü Şahid5 adına 2012-ci il tarixli, Ə-212 nömrəli şəhadətnamə üzrə qeydə alındığı müəyyən edilmişdir. (cild 2, iş vər. 27-28). «Baxış keçirilməsi haqqında» xx xxx 2020-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə müvafiq məhkəmə qərarları əsasında «xxxx» MMC-nin xx xxx 2020-ci il tarixli 7- N44 saylı, «xxxx» MMC-nin xx xxx 2020-ci il tarixli 7-N45 saylı və “xxxx» MMC-nin xx xxx 2020-ci il tarixli 7-N57 saylı məktubları ilə Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***- **-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-** və ***-***- **-** nömrəli mobil telefon nömrələri üzrə telefon əlaqələri barədə üç ədəd CD diskdə olmaqla istintaqa təqdim edilmiş məlumatlara baxış keçirilmiş və həmin CD disklər iş materiallarına əlavə olunmuşdur. Baxış zamanı müvafiq CD disklərdə həmin telefon nömrələrinin aktivləşdirmə tarixindən xx xxxxx 2020-ci il tarixədək olan müddətdə mövcud olan zənglər, SMS-lər siyahısı və mətnləri, abunəçilər və telefon əhatə dairəsinə dair məlumatların olduğu aşkar edilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olmuş qeyd edilən mobil telefon nömrəli üzrə iş üçün əhəmiyyət kəsb edən məlumatlar aşkar edilməmişdir. (cild 2, iş vər. 42-47, 50). Azərbaycan Respublikası DİN BƏSİİ-dən verilmiş xx xxxxx 2020-cu il tarixli tələbnamə, həmçinin məhkəmə hökm və qərardadların surətindən görünür ki, xx xxxx 1957-ci il təvəllüdlü Təqsirləndirilən şəxs əvvəllər də cinayət məsuliyyətinə cəlb edilməklə, keçmiş Bakı şəhəri Nəsimi rayon xalq məhkəməsinin xx xxxx 1987-ci il tarixli hökmü ilə o zaman qüvvədə olmuş Azərbaycan SSR Cinayət Məcəlləsinin 167-ci maddəsinin 2-ci hissəsi ilə təqsirli bilinib cəzasını ümumi rejimli islah əmək koloniyasında çəkməklə 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhər məhkəməsinin Cinayət İşləri üzrə məhkəmə kollegiyasının xx xxxxxxxx 1987-ci il tarixli iş 2K-351 saylı qərardadı ilə o zaman qüvvədə olmuş Azərbaycan SSR Cinayət Məcəlləsinin 23-1 maddəsinə tətbiq edilərək ona əvvəlki hökm üzrə təyin edilmiş 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası şərti hesab edilməklə, cəza müddətində Təqsirləndirilən şəxs hökmü icra edən orqanların göstərəcəkləri yerlərdə məcburi əməyə cəlb edilməsi qərara alınmışdır. Daha sonra Təqsirləndirilən şəxs keçmiş Azərbaycan Respublikası Ali məhkəməsinin Hərbi kollegiyasının xx xxxxxx 1995-ci ıl tarixli iş № 22-1995 saylı hökmü ilə o zaman qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 255-ci maddəsinin «B» bəndi (Hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə,- həmin maddənin “a” və “b” bəndlərində nəzərdə tutulmuş əməllər müharibə vaxtı və ya döyüş şəraitində edildikdə), 220-ci maddəsinin 2-ci hissəsi və 220-cı maddəsinin 3-cü hissəsi (müvafiq icazə olmadan odlu silah, döyüş sursatı və partlayıcı maddələr gəzdirmə, saxlama, daşıma və ya satma) ilə təqsirli bilinib, cəzaçəkmə müddətinin əvvəli xx xxxxxxxx 1995-ci ildən hesablanmaqla qəti olaraq 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, lakin Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 1996-cı il tarixli 511 №-li Fərmanı ilə həmin tarixdə azadlığa buraxılmışdır. Sonuncu dəfə isə Təqsirləndirilən şəxs Bakı şəhər məhkəməsinin Cinayət işləri üzrə məhkəmə kollegiyasının xx xxxx 1999-cu il tarixli, iş №1-125/99 1999-il saylı qərarı ilə ona qarşı irəli sürülmüş ittiham, yəni o zaman qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71-ci maddəsinin 2-ci hissəsi (Qaçaqmalçılıq), 194-cü maddəsinin 1-ci hissəsi (Rəsmi sənədi, möhürü, ştampı və ya blankı qanunsuz hazırlama, saxtalaşdırma, satma, əldə etmə, və ya onlardan istifadə etmə) və 220-ci maddəsinin 2-ci hissəsi (Müvafiq icazə olmadan odlu silah, döyüş sursatı və partlayıcı maddələr gəzdirmə, saxlama, daşıma və ya satma) ilə nəzərdə tutulmuş cinayət əməllərini anlaqsız vəziyyətdə törətdiyi müəyyən edildiyinə görə o, cinayət məsuliyyətindən azad edilmiş və onun haqqında haqqında tibbi xarakterli məcburi müalicə tətbiq edilməklə adi müşahidə altında psixiatrik xəstəxanada məcburi müalicə təyin olunmuşdur. Həmin iş üzrə Təqsirləndirilən şəxs xx xxxxxx 1999-cu il tarixdən həbsdə saxlanıldığı nəzərə alınaraq onun müalicə müəssisəsinə yerləşdirildikdən sonra barəsində seçilmiş “həbs” qətimkan tədbirinin ləğv edilməsi qərara alınmışdır. Bakı şəhər məhkəməsinin Cinayət işləri üzrə məhkəmə kollegiyasının xx xxx 2000-ci il tarixli iş №1-125/99 2000-ci il saylı qərarı ilə qərarı ilə Təqsirləndirilən şəxs barəsində tətbiq edilmiş tibbi xarakterli məcburi müalicənin ləğv olunması və onun müalicə olunduğu Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 1 №-li Ruhi-əsəb xəstəxanasından ümumi əsaslarla yaşayış yeri üzrə müalicəyə keçməsi qərara alınmışdır. (cild 1, iş vər. 188, cild 2, iş vər. 55-62, 69-75, 76-92, 93-98). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası"nın xx xxx 2020-ci il tarixli 3453 saylı məktubundan görünür ki, xx.xx.1957-ci il təvəllüdlü Təqsirləndirilən şəxs arxiv məlumatlarına əsasən “Kəllə-beyin zədəsi nəticəsində əmələ gələn şəxsiyyət dəyişməsi kəskin psixopatabənzər davranışla” diaqnozu ilə xx xxxx 1999cu il tarixdən xx xxxx 2000-ci il tarixədək, həmçinin xx xxxxxxxx 2006-cı il tarixdən xx xxxxxxx 2006-cı il tarixədək həmin xəstəxanada müalicədə olmuşdur. (cild 2, iş vər. 99). Bakı şəhəri Binəqədi RİHB-nın M.Ə.Rəsulzadə qəsəbəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2020-cu il tarixli, N88 saylı arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanda qeydiyyatda olmaqla, üç övladı və həyat yoldaşı ilə birlikdə həmin ünvanda yaşayır. Daimi yaşayış yeri üzrə müsbət xarakterizə olunur. (cild 2, iş vər. 1N-111, 112). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası" pubiık hüquqi şəxsin ambulator məhkəmə psixiatrık ekspertizasının xx xxx 2020-ci il tarixli 896 nömrəli rəyinə əsasən yoxlanılan şəxs Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs oğlunun məcburi müalicəyə ehtiyacı yoxdur. Bununla yanaşı qeyd olunmalıdır ki, yoxlanılan şəxs onda aşkar edilən «Üzvi emosional ləbil pozuntusu diaqnozlu xəstəliklə əlaqədar öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam dərk etmək və onları tam idarə etmək iqtidarında olmayan şəxs kimi onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 22.1-ci maddəsinin təsiri aitına düşür. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. (cild 2, iş vər. 134-135). Təqsirləndirilən şəxs məxsus Bakı şəhəri, Binəqədi rayonu, Goradil kəndi, 1162 nömrəli bağ evində xx xxxxx 2020-ci il tarixdə aparılmış axtarış zamanı aşkar edilərək götürülmüş sənədlərə xx xxxx 2020-ci il tarixli baxış protokolundan görünür ki, ünvan 16 ünvanda yaşayan Şahid5 Azərbaycan Respublikası DİN X4 tərəfindən Gürcüstandan Azərbaycan Respublikasına 2 ədəd yivli lüləli ov silahı aparmaq (keçirmək, gətirmək) üçün xx xxxxxx 2005-ci il tarixli 18/1 nömrəli xüsusi icazə sənədi verilmiş, eləcə də X13 Nazirliyi Analitik-İnformasiya İdarəsi tərəfindən həmin şəxsə bu ölkənin ərazisindən digər silahlarla yanaşı, həmçinin 1 ədəd “Собол” markalı 01600526 nömrəli yivli ov silahının çıxarılmasına icazə verilməsinə dair xx xxxxxx 2005-ci il tarixli A/60 nömrəli müvafiq icazə sənədi verilmişdir. (cild 2, iş vər. 137, 138-140). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertləri tərəfindən verilmiş xx xxx 2020-ci il tarixli 3/296-297-298 nömrəli məhkəməballistik ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs məxsus Bakı şəhəri. Binəqədi rayonu, Görədil kəndi, 1162 nömrəli bağ evində xx xxxxx 2020-ci il tarixdə keçirilmiş baxış zamanı aşkar edilərək götürülmüş, tədqiqata təqdim edilmiş 1 (bir) ədəd silah -1963-cü ildə keçmiş SSRİ-də Tula silah zavodunda istehsal edilmiş 5,6 mm kalibrli olmaqla, həmin kalibrə malik, pistonları yandan alışan patronlardan istifadə etməklə atəş açılan, “TOZ-18" modelli, 9985 nömrəli, kiçik heyvan və quşların ovlanması üçün nəzərdə tutulmuş ov karabinidir, sonradan konstruksiyasında nəzərdə tutulan mexaniki nişangah arpacığı çıxarılıb lüləağzı sahəsi kustar üsulla yivli işlənərək səsboğucu bağlanması üçün uyğunlaşdırılmışdır, lakin həmin əlavə və dəyişikliklər az əhəmiyyətli olduğu üçün silahın ilkin təyinatı dəyişməmişdir -yivli odlu silah hesab edilir, saz vəziyyətdədir və atəş açmaq üçün yararlıdır; Tədqiqata təqdim edilmiş cəmi 99 (doxsan doqquz) ədəd patron - zavod üsulu ilə hazırlanmış, pistonları yandan alışan, 5,6 mm. kalibrli olmaqla, həmin kalibrə malik “TOZ- 8" (TOZ-8m"), "TOZ-7” (“TOZ-7A”), “TOZ-11", “TOZ-16", 'TOZ-17", “TOZ-18", “TOZ-21-1», “TOZ-29” və s. modelli idman-ov tüfəng və karabinlərində, “TOZ-35", “İJ-1" markalı idman tapançalarında, «Смирин» markalı revolverlərdə, “Amerikan-180" markalı avtomatlarda, habelə digər yivli odlu silahlarda istifadə edilmək üçün nəzərdə tutulmuş patronlardır -döyüş sursatıdır və atəşə yararlıdır: Tədqiqata təqdim edilmiş, üzərində “KO 8033" yazıları həkk olunmuş 1 (bir) ədəd silah sandıqçası - zavod üsulu ilə hazırlanmış. 7,62 mm kalibrli, 1945-ci il nümunəli, “Симонов " sistemli “CKC-45:' markalı KO 8033 nömrəli yivli odlu döyüş silah hesab olunan özüdolduran karabinin funksional əhəmiyyət daşımayan komplekt hissəsidir -N (on) ədəd 1943-cü il nümunəli 7,62x3N mm. kalibrli patron tutumuna malik olan sandıqçasıdır; Tədqiqata təqdim edilmiş, odlu silahın qaz borusunun örtüyünə bənzər 1 (bir) ədəd ağac predmet - zavod üsulu ilə hazırlanmış, 7,62 mm kalibrli, 1945-ci ıl nümunəli, “Симонов " sistemli, “CKC-45' markalı yivli odlu döyüş silah hesab olunan özüdolduran karabinin funksional əhəmiyyət daşımayan komplekt hissəsidir - qaz borusunun örtüyüdür. Həmin detalın hissəsini təşkil etmiş olduğu karabinlər keçmiş SSRİ-də Tula silah zavodunda istehsal olunmuşlar, lakin təqdim edilmiş örtüyün üzərində istehsal yerinə və tarixinə dair müvafiq yazı, işarə olmadığına görə onun hissəsini təşkil edən olduğu “CKC-45' markalı karabinin dəqiq harada və nə vaxt hazırlandığını müəyyən etmək mümkün deyildir. (cild 2, iş vər. 145-151). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertləri tərəfindən verilmiş xx xxx 2020-ci il tarixli 3/299;300;301:3/415 nömrəli məhkəmə-ballistik ekspertizasının rəyiindən görünür ki, Təqsirləndirilən şəxs məxsus Qusar rayonunun Ləzə kəndində yerləşən fərdi yaşayış evində xx xxxxx 2020-ci il tarixdə keçirilmiş baxış zamanı aşkar edilərək götürülmüş: Tədqiqata təqdim edilmiş, üzərində “252900” rəqəmləri həkk olunmuş avtomat silah – 1988-ci ildə, İjevsk mexaniki zavodunda istehsal olunmuş, “Kalaşnikov” konstruksiyalı, 5,45 mm kalibrli, “AKS-74U” markalı, 252900 №-li avtomat silahdır, lüləağzı alovsöndürücü-kompensatoru yerində yoxdur, lakin həmin detalın olmaması ilə silahın təyinatında dəyişiklik yaranmamışdır - yivli odlu avtomatik döyüş silahı hesab edilir, saz vəziyyətdədir və atəş açmaq üçün yararlıdır; Tədqiqata təqdim edilmiş, üzərlərində “ROCKET” yazısı həkk olunmuş 6 (altı) ədəd reaktiv qumbaraatan formalı qurğular – 1977-ci ildə, X5, zavod üsulu ilə hazırlanmış, 66 mm kalibrli kumulyativ təsirli qumbaralardan istifadə olunmaqla atəş açmaq üçün nəzərdə tutulmuş, müəyyən məsafədəki hədəfi (zirehli və digər texnikanı, bağlı yerləri, eləcə də canlı qüvvəni) atəş açaraq, zədə yetirməklə məhv etmək təyinatına malik olan, “M72A2” markalı, birdəfəlik istifadə olunan, tank əleyhinə reaktiv qumbaraatanlardır – odlu döyüş silahı hesab edilir və təyinatları üzrə istifadəyə (atəşə) yararlıdır; Tədqiqata təqdim edilmiş, üzərində “9360” rəqəmləri həkk olunmuş lüləaltı qumbaraatan formalı qurğu – zavod üsulu ilə hazırlanmış, “Kalaşnikov” konstruksiyalı, 7,62 mm kalibrli “AKM”, “AKMC” və 5,45 mm kalibrli “AK-74”, “AKC-74” markalı avtomat silahlara birləşdirilməklə, qəlpəli “VOQ-25” markalı qumbaralardan istifadə olunmaqla atəş açmaq üçün nəzərdə tutulmuş, müəyyən məsafədəki canlı hədəfə atəş açıb zədə yetirməklə məhv etmək təyinatına malik olan, 40 mm kalibrli, “ГП-25” markalı, 9360 №-li lüləaltı qumbaraatandır – yivli odlu döyüş silahı hesab edilir və təyinatı üzrə istifadəyə (atəşə) yararlıdır; Tədqiqata təqdim edilmiş, üzərində “3223” rəqəmləri həkk olunmuş silah – 1962-ci ildə, keçmiş SSRİ-də, Tula silah zavodunda istehsal edilmiş, 5,6 mm kalibrli olmaqla, həmin kalibrə malik, pistonları yandan alışan patronlardan istifadə etməklə atəş açılan, “TOZ-18” modelli, 3223 №-li, kiçik heyvan və quşların ovlanması üçün nəzərdə tutulmuş ov karabinidir - yivli odlu silah hesab edilir, saz vəziyyətdədir və atəş açmaq üçün yararlıdır; Tədqiqata təqdim edilmiş, üzərində “ИВ 4545” rəqəmləri həkk olunmuş silah – 1985-ci ildə, keçmiş SSRİ-də, İjevsk mexaniki zavodunda istehsal olunmuş, 9 mm kalibrli, “Makarov” (“PM”) konstruksiyalı, ИВ 4545 №li, yarımavtomatik tapançadır – yivli odlu döyüş silahı hesab edilir, saz vəziyyətdədir və atəş açmaq üçün yararlıdır: Tədqiqata təqdim edilmiş cəmi 369 (üç yüz altmış doqquz) ədəd güllələrinin diametri 5,6 mm olan patronlar – zavod üsulu ilə hazırlanmış, pistonları yandan alışan, 5,6 mm kalibrli olmaqla, həmin kalibrə malik “TOZ-8” (“TOZ-8m”), “TOZ-7” (“TOZ-7A”), “TOZ-11”, “TOZ-16”, “TOZ-17”, “TOZ-18”, “TOZ-21-1”, “TOZ-29” və s. modelli idman-ov tüfəng və karabinlərində, “TOZ-35”, “İJ-1” markalı idman tapançalarında, “Smirin” markalı revolverlərdə, “Amerikan-180” markalı avtomatlarda, habelə digər müvafiq kalibrli yivli odlu silahlarda istifadə edilmək üçün nəzərdə tutulmuş patronlardır döyüş sursatıdır və təyinatları üzrə istifadəyə - atəşə yararlıdır; Tədqiqata təqdim edilmiş 2 (iki) ədəd 7,65 mm kalibrli döyüş patronları – zavod üsulu ilə hazırlanmış, pistonları mərkəzdən alışan, 7,65 mm kalibrli olmaqla, həmin kalibrə malik “Browninq” sistemli 1900, 19N, 1922-ci il modelli, “Bulwark” modelli, “Walther” sistemli “4”, “PP”, “PPK” modelli, 1906-cı il modelli “Webley”, 1915-ci il modelli “Astra”, 1934-cü il modelli “Beretta”, 1923-cü il modelli “Bayard”, “Vesta” modelli, “Sauer” sistemli 1913, 1930, 1938-ci il modelli, “Colt Pocket” modelli və s. tapançalarda, habelə bir sıra digər yivli odlu silahlarda istifadə edilmək üçün nəzərdə tutulmuş patronlardır - döyüş sursatıdır və təyinatları üzrə istifadəyə - atəşə yararlıdır; Tədqiqata təqdim edilmiş 203 (iki yüz üç) ədəd 9x53 mm ölçülü patronlar – zavod üsulu ilə hazırlanmış, pistonları mərkəzdən alışan, 9x53 mm kalibrli olmaqla, həmin kalibrə malik “Медведь”, “Лось”, “Беркут-3”, “Сайга-9”, “ВПО-N3” markalı ov karabinlərində, “ТОЗ-84-12/9,27”, “ИЖ-94-Экспресс” modelli kombinəedilmiş ov tüfənglərində və s. yivsiz odlu ov silahlarında döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulmuş “9x53R SP” tipli patronlardır və təyinatları üzrə istifadəyə - atəşə yararlıdır; Tədqiqata təqdim edilmiş 21 (iyirmi bir) ədəd lüləaltı qumbaraatan qumbaraları formalı mərmilər – zavod üsulu ilə hazırlanmış, müəyyən məsafədəki canlı hədəfə atəş açıb zədə yetirməklə məhv etmək təyinatına malik olan, “Калашников” konstruksiyalı 7,62 mm kalibrli “AKM”, “AKMC” və 5,45 mm kalibrli “AK-74”, “AKC-74” markalı avtomat silahlara birləşdirilməklə atəş açılan, yivli odlu döyüş silahı hesab edilən, “ГП-25” markalı lüləaltı qumbaraatanlarda istifadə edilmək üçün nəzərdə tutulmuş, 40 mm kalibrli qumbaralardır - döyüş sursatıdır və təyinatları üzrə istifadəyə - atəşə yararlıdır; Tədqiqata təqdim edilmiş 94 (doxsan dörd) ədəd 9x19 mm ölçülü patronlar – zavod üsulu ilə hazırlanmış, pistonları mərkəzdən alışan, “Luger” tipli, 9x19 mm kalibrli olmaqla, həmin kalibrə malik “Parabellum”, “Mauser”, “Walter P.38”, 1935-ci il modelli “Browning”, “Colt Commander” və digər konstruksiyalı tapançalarda, “STEN Mk1”, “Sterling L2A3”, “Bergmann MP34-1”, “Erma”, “Schmeisser JR 18-1”, “MP-38”, “MP-40”, “UZİ” markalı tapança-pulemyotlarda və s. yivli odlu döyüş silahlarında istifadə edilmək üçün nəzərdə tutulmuş patronlardır - döyüş sursatıdır və təyinatları üzrə istifadəyə - atəşə yararlıdır; Tədqiqata təqdim edilmiş cəmi 1920 (min doqquz yüz iyirmi) ədəd 7,62x39 mm ölçülü patronlar – zavod üsulu ilə hazırlanmış, pistonları mərkəzdən alışan, 1943-cü il nümunəli, 7,62 mm kalibrli olmaqla, həmin kalibrə malik “Калашников” konstruksiyalı “AK” (“AKM”, “AKC”, “AKMC”) markalı avtomat silahlarda, “PПK” (“PПKС”) markalı əl pulemyotlarında, “СКС” karabinində və s. yivli odlu döyüş silahlarında istifadə edilmək üçün nəzərdə tutulmuş patronlardır - döyüş sursatıdır və təyinatları üzrə istifadəyə - atəşə yararlıdır. Tədqiqata təqdim edilmiş cəmi 229 (iki yüz iyirmi doqquz) ədəd 7,62x54 mm ölçülü patronlar – zavod üsulu ilə hazırlanmış, pistonları mərkəzdən alışan, 1908-ci il nümunəli, 7,62x54 mm kalibrli olmaqla, həmin kalibrə malik 1891/30-cu il nümunəli “Moсин” sistemli tüfəngdə, 1931-ci il nümunəli və “Драгунов” (“СВД”) konstruksiyalı snayper tüfənglərində, 1936-cı il nümunəli avtomatik “Симонов” tüfəngində, 1938-ci (“СВТ-38”) və 1940-cı (“СВТ- 40”) illər nümunəli özüdolduran “Токарев” sistemli tüfənglərdə, 1938-ci və 1944-cü illər nümunəli karabinlərdə, lentə doldurulmuş vəziyyətdə isə “Дектярев” (“ДП-24”, “ДТ”, “ДТМ”) sistemli, “Максим”, “Горюнов” (“СГ-43”, “СГМ”, “СГМТ”) dəzgahlı pulemyotlarda, rota pulemyotunda (“РП-46”), “Калашников” (“ПК”, “ПКM”, “ПКТ”, “ПКС”) konstruksiyalı pulemyotlarda və s. yivli odlu döyüş silahlarında istifadə edilmək üçün nəzərdə tutulmuş patronlardır - döyüş sursatıdır və təyinatları üzrə istifadəyə - atəşə yararlıdır; Tədqiqata təqdim edilmiş cəmi 1635 (min altı yüz otuz beş) ədəd 5,45x39 mm ölçülü patronlar – zavod üsulu ilə hazırlanmış, pistonları mərkəzdən alışan, 5,45 mm kalibrli olmaqla, həmin kalibrə malik, patronluğunun uzunluğu 39 mm olan, “Калашников” konstruksiyalı “AK-74” (“AKC-74”, “AKC-74У”) markalı avtomat silahlarda, “PПK-74” (“PПKC-74”) markalı əl pulemyotlarında və s. yivli odlu döyüş silahlarında istifadə edilmək üçün nəzərdə tutulmuş patronlardır - döyüş sursatıdır və təyinatları üzrə istifadəyə - atəşə yararlıdır; Tədqiqata təqdim edilmiş 84 (səksən dörd) ədəd 200-qramlıq, 1 (bir) ədəd 400-qramlıq olmaqla, cəmi: 85 (səksən beş) ədəd bərkləşmiş kütlələrdən və üzərində “43 əd. 5 ədəd” yazısı olan metal qutuda göndərilmiş 46 (qırx altı) ədəd bir uclarına naqil bərkidilmiş predmetlərdən: a) üzərlərində “Тротиловая шашка вес 200 г.” yazıları olan 84 (səksən dörd) ədəd və üzərində “Тротиловая шашка вес 400 г. С резбой MİOX1” yazıları olan 1 (bir) ədəd, cəmi: 85 (səksən beş) ədəd bərkləşmiş kütlələr – zavod üsulu ilə hazırlanmış, hərbidə və xalq təsərrüfatının partlayış işləri tələb olunan müvafiq sahələrində istifadə edilən, müvafiq olaraq: 84 ədədi 200-qramlıq, 01 ədədi 400-qramlıq trotil şaşkalarıdırlar – normal qüvvəli brizant partlayıcı maddələr hesab edilirlər; b) bir uclarına naqil bərkidilmiş 43 (qırx üç) ədəd predmet – zavod üsulu ilə hazırlanmış, elektrik cərəyanından qidalanan, elektroimpulsla alışıb müvafiq partlayıcı qurğudakı partlayıcı maddəni alışdırmaqla partladılması üçün funksional əhəmiyyət daşıyan komplekt hissə kimi nəzərdə tutulmuş – “ЭДП” markalı elektroalışdırıcılardır (elektrodetonatorlardır) və təqdim edilmiş, cəmi: 85 (səksən beş) ədəd trotil şaşkalarının hər hansı birinin gövdəsindəki alışdırıcı-detonator yuvasına, funksional əhəmiyyət daşıyan komplekt hissəsini təşkil edən, təqdim edilmiş 43 (qırx üç) ədəd “ЭДП” markalı elektroalışdırıcıların (elektrodetonatorların) hər hansı birini müvafiq qaydada yerləşdirdikdə, istifadə sahəsindən asılı olmaqla, müxtəlif obyektləri (o cümlədən canlı hədəfi) atəş-partlayışla məhv etmək (zədələmək) təyinatına malik olan, müvafiq olaraq: 84 ədəd 200-qramlıq, 01 ədəd 400-qramlıq trotil şaşkalı partlayıcı qurğuları təşkil edirlər və onlar təyinatları üzrə istifadəyə - atəş-partlayışa yararlıdırlar; Tədqiqata təqdim edilmiş 13 (on üç) ədəd qumbara gövdələrindən və cəmi: 15 (on beş) ədəd qumbara partladıcılarından: a) təqdim edilmiş 13 (on üç) ədəd qumbara gövdələri – zavod üsulu ilə hazırlanmış, qəlpəli “РГД-5” əl qumbaralarının gövdə hissələridirlər; b) təqdim edilmiş 15 (on beş) ədəd partladıcılar isə – “Ф-1”, “РГД-5”, “РГ-42” markalı qəlpəli əl qumbaralarının partladılmasında funksional əhəmiyyət daşıyan komplekt hissə kimi istifadə edilmək üçün nəzərdə tutulmuş, zavod üsulu ilə hazırlanmış, “УЗРГМ-2” markalı qumbara partladıcılarıdırlar və təqdim edilmiş 13 (on üç) ədəd “РГД-5” markalı qumbara gövdələrinin hər hansı birinə, komplekt hissələrini təşkil edən, təqdim edilmiş 15 (on beş) ədəd “УЗРГМ-2” partladıcılarınının hər hansı birini bağladıqda, döyüş sursatı hesab olunan “РГД-5” markalı qəlpəli əl qumbaralarını təşkil edirlər və onlar təyinatları üzrə istifadəyə – atəş-partlayışa yararlıdırlar; Tədqiqata təqdim edilmiş, üzərində “49 ədəd 9.18 mm patron” yazısı olan kağız paketdə göndərilmiş 49 (qırx doqquz) ədəd və üzərində “1 ədəd PM 2 əd. daraq 16 əd. 9.18” yazısı olan kağız paketdə ИВ 4545 №-li tapança ilə birlikdə 2 (iki) ədəd sandıqçaya doldurulmuş vəziyyətdə göndərilmiş 16 (on altı) ədəd olmaqla, cəmi: 65 (altmış beş) ədəd 9x18 mm ölçülü patronlar – zavod üsulu ilə hazırlanmış, pistonları mərkəzdən alışan, 9 mm kalibrli olmaqla, həmin kalibrə malik “Макаров” (“ПМ”), “ПА-63”, “П64”, “РК59”, “П61” konstruksiyalı tapançalarda, “Стечкин” (“АПС”) konstruksiyalı avtomatik tapançalarda və s. yivli odlu döyüş silahlarında istifadə edilmək üçün nəzərdə tutulmuş patronlardır - döyüş sursatıdır və təyinatları üzrə istifadəyə – atəşə yararlıdır; Tədqiqata təqdim edilmiş “1” rəqəmi ilə işarələnmiş sandıqça – Rusiyada, İjevsk mexaniki zavodunda istehsal edilmiş, “Калашников” konstruksiyalı “PПK- 74” (“PПKC-74”) markalı əl pulemyotlarının funksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla, 45 (qırx beş) ədəd 5,45x39 mm kalibrli patron tutumuna malik olan sandıqçadır və təyinatı üzrə istifadəyə yararlıdır; Tədqiqata təqdim edilmiş “2”, “3”, “4” rəqəmləri ilə işarələnmiş sandıqçalar – Rusiyada, İjevsk mexaniki zavodunda istehsal edilmiş, “Калашников” konstruksiyalı “AK-74” (“AKC-74”, “AKC-74У”) markalı avtomat silahların funksional əhəmiyyət daşımayan komplekt hissələri olmaqla, 30 (otuz) ədəd 5,45x39 mm kalibrli patron tutumuna malik olan sandıqçalardır və təyinatları üzrə istifadəyə yararlıdır; Tədqiqata “Makarov” (ПМ) konstruksiyalı tapança silahla birlikdə təqdim olunmuş 2 (iki) ədəd sandıqça hər biri 8 (səkkiz) ədəd 9x18 mm kalibrli patron tutumuna malikdir və təyinatları üzrə istifadəyə yararlıdır; (cild 2. iş vər: 154-174). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertləri tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli 3/302-303-304-305 nömrəli məhkəmə-ballistik ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs məxsus ünvan 8 A ünvanda yerləşən fərdi yaşayış evində xx xxxxx 2020-ci il tarixdə keçirilmiş baxış zamanı aşkar edilərək götürülmüş: Tədqiqata təqdim edilmiş, üzərində “KO 8033” yazıları həkk olunmuş silah – Rusiya Federasiyasında, Tula silah zavodunda istehsal edilmiş, “CKC-45” sistemli, 7,62x39 mm kalibrli, “TOZ-97 (Arxar)” modelli, KO 8033 №-li, özüdolduran (yarımavtomatik) ov karabinidir, zavod işarələrində pozuntu, dəyişiklik edilməmişdir, sandıqçası yerində yoxdur, lakin həmin detalının olmaması ilə silahın təyinatında dəyişiklik yaranmamışdır - yivli odlu silah hesab edilir, saz vəziyyətdədir və atəş açmaq üçün yararlıdır; Tədqiqata təqdim edilmiş, üzərində “A-142” yazıları həkk olunmuş silah – 1968-ci ildə, keçmiş SSRİ-də, İjevsk maşınqayırma zavodunda istehsal edilmiş, 9x53 mm kalibrli, “Медведь (SOK-9)” modelli, A-142 №-li, özüdolduran (yarımavtomatik) ov karabinidir, zavod işarələrində pozuntu, dəyişiklik edilməmişdir - yivli odlu silah hesab edilir, saz vəziyyətdədir və atəş açmaq üçün yararlıdır; Tədqiqata təqdim edilmiş 54 (əlli dörd) ədəd 7,62x39 mm ölçülü patronlar – zavod üsulu ilə hazırlanmış, pistonları mərkəzdən alışan, 1943-cü il nümunəli, 7,62 mm kalibrli olmaqla, həmin kalibrə malik “Kalaşnikov” konstruksiyalı “AK” (“AKM”, “AKC”, “AKMC”) markalı avtomat silahlarda, “PПK” (“PПKС”) markalı əl pulemyotlarında, “СKС” karabinində və s. yivli odlu döyüş silahlarında istifadə edilmək üçün nəzərdə tutulmuş, polad özəkcikli adi gülləli patronlardır - döyüş sursatıdır və təyinatları üzrə istifadəyə - atəşə yararlıdır; Tədqiqata təqdim edilmiş 21 (iyirmi bir) ədəd 7,62x39 mm ölçülü patronlar – zavod üsulu ilə hazırlanmış, pistonları mərkəzdən alışan, 1943-cü il nümunəli, 7,62 mm kalibrli olmaqla, həmin kalibrə malik “Kalaşnikov” konstruksiyalı “AK” (“AKM”, “AKC”, “AKMC”) markalı avtomat silahlarda, “PПK” (“PПKС”) markalı əl pulemyotlarında, “СKС” karabinində və s. yivli odlu döyüş silahlarında istifadə edilmək üçün nəzərdə tutulmuş, 1 (bir) ədədi polad özəkcikli adi gülləli, 20 (iyirmi) ədədi isə zirehdələn-yandırıcı gülləli patronlardır - döyüş sursatıdır və təyinatları üzrə istifadəyə - atəşə yararlıdır; Tədqiqata təqdim edilmiş, 20 (iyirmi) ədəd 9x53 mm ölçülü patronlar – zavod üsulu ilə hazırlanmış, pistonları mərkəzdən alışan, 9x53 mm kalibrli olmaqla, həmin kalibrə malik “Mедведь”, “Лось”, “Беркут-3”, “Сайга-9”, “ВПО-N3” markalı ov karabinlərində, “TOЗ-84-12/9,27”, “ИЖ-94-Эkспресс” modelli kombinəedilmiş ov tüfənglərində və s. yivsiz odlu ov silahlarında döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulmuş, “9x53R SP” tipli patronlardır və təyinatları üzrə istifadəyə - atəşə yararlıdır; Tədqiqata təqdim edilmiş, dib hissəsində “FC 9 mm Luger” yazıları həkk olunmuş 1 (bir) ədəd 9x19 mm ölçülü patron – zavod üsulu ilə hazırlanmış, pistonu mərkəzdən alışan, “Luger” tipli, 9x19 mm kalibrli olmaqla, həmin kalibrə malik “Parabellum”, “Mauser”, “Walter P.38”, 1935-ci il modelli “Browning”, “Colt Commander” və digər konstruksiyalı tapançalarda, “STEN Mk1”, “Sterling L2A3”, “Bergmann MP34-1”, “Erma”, “Schmeisser JR 18-1”, “MP-38”, “MP-40”, “UZİ” markalı tapança-pulemyotlarda və s. yivli odlu döyüş silahlarında istifadə edilmək üçün nəzərdə tutulmuş patrondur - döyüş sursatıdır və təyinatı üzrə istifadəyə - atəşə yararlıdır; Tədqiqata təqdim edilmiş, dib hissəsində “38-88” rəqəmləri həkk olunmuş 1 (bir) ədəd 9x18 mm ölçülü patron – zavod üsulu ilə hazırlanmış, pistonu mərkəzdən alışan, 9 mm kalibrli olmaqla, həmin kalibrə malik “Makarov” (“ПM”), “ПA-63”, “П64”, “РK59”, “П61” konstruksiyalı tapançalarda, “Стечкин” (“AПС”) konstruksiyalı avtomatik tapançalarda və s. yivli odlu döyüş silahlarında istifadə edilmək üçün nəzərdə tutulmuş patrondur - döyüş sursatıdır və təyinatı üzrə istifadəyə - atəşə yararlıdır; Tədqiqata təqdim edilmiş, dib hissəsində “270-81” rəqəmləri həkk olunmuş 1 (bir) ədəd 5,45x39 mm ölçülü patron – zavod üsulu ilə hazırlanmış, pistonu mərkəzdən alışan, 5,45 mm kalibrli olmaqla, həmin kalibrə malik, patronluğunun uzunluğu 39 mm olan, “Kalaşnikov” konstruksiyalı “AK-74” (“AKC-74”, “AKC-74У”) markalı avtomat silahlarda, “PПK-74” (“PПKC-74”) markalı əl pulemyotlarında və s. yivli odlu döyüş silahlarında istifadə edilmək üçün nəzərdə tutulmuş patrondur - döyüş sursatıdır və təyinatı üzrə istifadəyə - atəşə yararlıdır; Tədqiqata təqdim edilmiş, dib hissəsində “LC 86” yazıları həkk olunmuş 1 (bir) ədəd 5,56x45 mm ölçülü patron – zavod üsulu ilə hazırlanmış, pistonları mərkəzdən alışan, “5,56x45 NATO” tipli, 5,56x45 mm (.223 Rem.) kalibrli olmaqla, həmin kalibrə malik “AR-15”, “AR-18”, “Beretta ARX-160”, “CZ 805”, “AK- N8”, “AK-N1”, “5,56A-91”, “Застава M80” və digər markalı avtomat silahlarda, “Вепрь” markalı karabində və s. yivli odlu döyüş silahlarında, habelə “HK SL-8” modelli idman-ov tüfənglərində istifadə edilmək üçün nəzərdə tutulmuş patrondur - döyüş sursatıdır və təyinatı üzrə istifadəyə - atəşə yararlıdır; Tədqiqata təqdim edilmiş, güllələrinin diametri 5,6 mm olan 95 (doxsan beş) ədəd patron - zavod üsulu ilə hazırlanmış, pistonları yandan alışan, 5,6 mm kalibrli olmaqla, həmin kalibrə malik “TOЗ-8” (“TOЗ-8m”), “TOЗ-7” (“TOЗ- 7A”), “TOЗ-11”, “TOЗ-16”, “TOЗ-17”, “TOЗ-18”, “TOЗ-21-1”, “TOЗ-29” və s. modelli idmanov tüfəng və karabinlərində, “TOЗ-35”, “ИЖ-1” markalı idman tapançalarında, “Смирин” markalı revolverlərdə, “Amerikan-180” markalı avtomatlarda, habelə digər müvafiq kalibrli yivli odlu silahlarda istifadə edilmək üçün nəzərdə tutulmuş patronlardır - döyüş sursatıdır və təyinatları üzrə istifadəyə - atəşə yararlıdır; Tədqiqata təqdim edilmiş “1” rəqəmi ilə işarələnmiş sandıqça – Avstriyada, zavod üsulu ilə hazırlanmış, yivli odlu silah hesab olunan “GLOCK-18” markalı tapançanın və digər müvafiq modelli silahların funksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla, 31 (otuz bir) ədəd 9x19 mm kalibrli patron tutumuna malik olan sandıqçadır və təyinatı üzrə istifadəyə yararlıdır; Tədqiqata təqdim edilmiş “2” nömrəli predmet - “Калашников” konstruksiyalı, 5,45 mm kalibrli, “AK- 74” markalı avtomat silahlara texniki qulluq edilərkən (sökülüb-yığılarkən və təmizlənərkən) istifadə olunmaq üçün nəzərdə tutulmuş ləvazimat dəstidir – avtomat silahların funksional əhəmiyyət daşıyan komplekt hissələri hesab edilmir və təyinatı üzrə istifadəyə yararlıdır; Tədqiqata təqdim edilmiş “1” rəqəmi ilə işarələnmiş predmet – zavod üsulu ilə hazırlanmış, döyüş sıxlığını artırmaqdan və qaytarıcı enerjini azaltmaqdan ötrü “Калашников” konstruksiyalı, 5,45 mm kalibrli, “AKC-74У” markalı avtomat silahların lüləsinin ağız kəsiyinə bağlanmaq üçün nəzərdə tutulmuş detaldır – mazğalın alovsöndürücü-kompensatorudur. avtomat silahın funksional əhəmiyyət daşıyan komplekt hissəsi hesab edilmir və təyinatı üzrə istifadəyə yararlıdır. (cild 2, iş vər. 177-196). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertləri tərəfindən verilmiş xx xxxx 2020-cı ıl tarixli 3/364 nömrəli məhkəmə-ballistik ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs məxsus Qusar rayonunun Ləzə kəndində yerləşən fərdi yaşayış evində xx xxxxx 2020-ci il tarixdə aparılmış axtarış zamanı aşkar edilərək götürülmüş: Tədqiqata təqdim edilmiş dib hissəsində “188-92” rəqəmləri həkk olunmuş 1 (bir) ədəd 9x53 mm ölçülü patron – Rusiya Federasiyasında, 1992-ci ildə, Novosibirsk patron zavodunda istehsal edilmiş, pistonu mərkəzdən alışan, 9x53 mm kalibrli olmaqla, həmin kalibrə malik “Медведь”, “Лось”, “Беркут-3”, “Сайга-9”, “ВПО-N3” markalı ov karabinlərində, “ТОЗ-84-12/9,27”, “ИЖ-94-Экспресс” modelli kombinəedilmiş ov tüfənglərində və s. yivsiz odlu ov silahlarında döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulmuş “9x53R SP” tipli patrondur və təyinatı üzrə istifadəyə atəşə yararlıdır; Tədqiqata təqdim edilmiş 6 (altı) ədəd patron – zavod üsulu ilə hazırlanmış, pistonları yandan alışan, 5,6 mm kalibrli olmaqla, həmin kalibrə malik “TOZ- 8” (“TOZ-8m”), “TOZ-7” (“TOZ-7A”), “TOZ-11”, “TOZ-16”, “TOZ-17”, “TOZ-18”, “TOZ-21-1”, “TOZ-29” və s. modelli idman-ov tüfəng və karabinlərində, “TOZ-35”, “İJ-1” markalı idman tapançalarında, “Smirin” markalı revolverlərdə, “Amerikan-180” markalı avtomatlarda, habelə digər müvafiq kalibrli yivli odlu silahlarda istifadə edilmək üçün nəzərdə tutulmuş, “Super-X” markalı patronlardır – döyüş sursatıdır və təyinatları üzrə istifadəyə - atəşə yararlıdır; Tədqiqata təqdim edilmiş “1” rəqəmi ilə işarələnmiş detal – zavod üsulu ilə hazırlanmış, döyüş sıxlığını artırmaqdan və qaytarıcı enerjini azaltmaqdan ötrü “Калашников” konstruksiyalı, 5,45 mm kalibrli, “AKC-74У” markalı avtomat silahların lüləsinin ağız kəsiyinə bağlanmaq üçün nəzərdə tutulmuş detaldır – mazğalın alovsöndürücü-kompensatorudur, avtomat silahın funksional əhəmiyyət daşıyan komplekt hissəsi hesab edilmir və təyinatı üzrə istifadəyə yararlıdır; Tədqiqata təqdim edilmiş “2” rəqəmi ilə işarələnmiş detal – zavod üsulu ilə hazırlanmış, sabit olmayan vəziyyətlərdən atəş zamanı döyüş sıxlığını artırmaqdan ötrü “Калашников” konstruksiyalı, 7,62 mm kalibrli, “AKM” (“AKMC”) markalı avtomat silahların lüləsinin ağız kəsiyinə bağlanmaq üçün nəzərdə tutulmuş detaldır – mazğalın kompensatorudur, avtomat silahın funksional əhəmiyyət daşıyan komplekt hissəsi hesab edilmir və təyinatı üzrə istifadəyə yararlıdır; Tədqiqata təqdim edilmiş 1 (bir) ədəd patron doldurulması üçün 2 (iki) ədəd detaldan ibarət ləvazimat dəsti – zavod üsulu ilə hazırlanmış, “Калашников” konstruksiyalı, 5,45 mm kalibrli, “AK-74” markalı avtomat silahlarda istifadə olunan sandıqçalara 5,45x39 kalibrli patronların tez doldurulması üçün nəzərdə tutulan – patrondoldurma ləvazimatı dəstidir, yivli odlu silahın funksional əhəmiyyət daşıyan komplekt hissəsi hesab olunmur və təyinatı üzrə istifadəyə yararlıdır. (ciid 2, iş vər. 200-211). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertləri tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli 3/306-307-308-363 nömrəli məhkəmə-ballistik ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs məxsus Xaçmaz rayonunun Mürşüdoba kəndində yerləşən fərdi yaşayış evində xx xxxxx 2020-ci il tarixdə keçirilmiş baxış, eləcə də xx xxxxx 2020-ci il tarixdə aparılmış axtarış zamanı aşkar edilərək götürülmüş: Tədqiqata təqdim edilmiş 1 (bir) ədəd predmet Rusiya Federasiyasında, «İjmaş» silah zavodunda istehsal edilmiş, 5,6 mm kalibrli, «COБОЛЬ LR» modelli, «01600526» nömrəli, kiçik heyvan və quşların ovlanması üçün nəzərdə tutulmuş ov karabinidir, sonradan konstruksiyasında nəzərdə tutulan mexaniki nişangah arpacığı çıxarılıb, lüləağzı sahəsi kustar üsulla yivli işlənərək səsboğucu bağlanması üçün uyğunlaşdırılmışdır, lakin həmin əlavə və dəyişikliklər az əhəmiyyətli olduğu üçün silahın ilkin təyinatı dəyişməmişdir - yivli odlu silah hesab edilir, saz vəziyyətdədir və atəş açmaq üçün yararlıdır; Tədqiqata təqdim edilmiş 1 (bir) ədəd predmet 1985-ci ildə İjevsk mexaniki zavodunda hazırlanmış, “Kalaşnikov” konstruksiyalı, 5,45 mm kalibrli, “AKS-74U” markalı, “273751” nömrəli avtomat silahdır – yivli odlu avtomatik döyüş silahı hesab edilir, təyinatı üzrə istifadə (atəş) üçün yararlıdır; Tədqiqata təqdim edilmiş 205 (iki yüz beş) ədəd predmet 5,45 mm kalibrli «AK-74», «AKS-74», «AKS-74U» və s. konstruksiyalı avtomatik silahlarda, «RPK-74» və s. uyğun kalibrli odlu döyüş silahlarında istifadə edilmək üçün nəzərdə tutulan, zavod üsulu ilə istehsal edilmiş 5,45x39 mm kalibrli döyüş sursatı hesab edilən patronlardır, təyinatı üzrə istifadəyə (atəşə) yararlıdır; Tədqiqata təqdim edilmiş 365 (üç yüz əlli yeddi) ədəd predmet zavod üsulu ilə istehsal edilmiş, 5,6 mm kalibrli, (TOZ-8, TOZ-16, TOZ-17, TOZ-8M, TOZ-18 və s.) tüfənglərdə, (TOZ-35, İJ-1 və s.) təlim-məşq tapançalarında, (WALTER MOD PP Cal 22) konstruksiyalı tapançalarda, (GSG-5, AR-7 və s.) karabinlərində və s. yivli odlu silahlarda istifadə edilmək üçün nəzərdə tutulmuş döyüş sursatlarıdır-patronlardır, təyinatı üzrə istifadəyə (atəşə) yararlıdır; Tədqiqata təqdim edilmiş, üzərində 5 (beş) ədəd 200-qramlıq bərkləşmiş kütlələrin və plastmas qutularda göndərilmiş N (on) ədəd bir uclarına naqil bərkidilmiş predmetlər– zavod üsulu ilə hazırlanmış, hərbidə və xalq təsərrüfatının partlayış işləri tələb olunan müvafiq sahələrində istifadə edilən, müvafiq olaraq 200-qramlıq trotil şaşkalarıdırlar – normal qüvvəli brizant partlayıcı maddələr hesab edilirlər; bir uclarına naqil bərkidilmiş N (on) ədəd predmet – zavod üsulu ilə hazırlanmış, elektrik cərəyanından qidalanan, elektroimpulsla alışıb müvafiq partlayıcı qurğudakı partlayıcı maddəni alışdırmaqla partladılması üçün funksional əhəmiyyət daşıyan komplekt hissə kimi nəzərdə tutulmuş – “GDP” markalı elektroalışdırıcılardırlar (elektrodetonatorlardırlar) və təqdim edilmiş, 5 (beş) ədəd trotil şaşkalarının hər hansı birinin gövdəsindəki alışdırıcıdetonator yuvasına, funksional əhəmiyyət daşıyan komplekt hissəsini təşkil edən, təqdim edilmiş N (on) ədəd “GDP” markalı elektroalışdırıcıların (elektrodetonatorların) hər hansı birini müvafiq qaydada yerləşdirdikdə, istifadə sahəsindən asılı olmaqla, müxtəlif obyektləri (o cümlədən canlı hədəfi) atəş-partlayışla məhv etmək (zədələmək) təyinatına malik olan, müvafiq olaraq: 200-qramlıq trotil şaşkalı partlayıcı qurğuları təşkil edirlər və onlar təyinatları üzrə istifadəyə – atəş-partlayışa yararlıdır; Tədqiqata təqdim edilmiş 05 (beş) ədəd predmet zavod üsulu ilə hazırlanmış, pistonları mərkəzdən alışan, “Luger” tipli, 9x19 mm kalibrli olmaqla, həmin kalibrə malik “Parabellum”, “Mauser”, “Walter P.38”, 1935-ci il modelli “Browning”, “Colt Commander” və digər konstruksiyalı tapançalarda, “STEN Mk1”, “Sterling L2A3”, “Bergmann MP34-1”, “Erma”, “Schmeisser JR 18-1”, “MP-38”, “MP-40”, “UZİ” markalı tapança-pulemyotlarda və s. yivli odlu döyüş silahlarında istifadə edilmək üçün nəzərdə tutulmuş patronlardır - döyüş sursatıdırlar və təyinatları üzrə istifadəyə atəşə yararlıdır; Tədqiqata təqdim edilmiş N (on) ədəd predmet 5,45 mm kalibrli «AK-74», «AKS-74», «AKS-74U» və s. konstruksiyalı avtomatik silahlarda, «RPK-74» və s. uyğun kalibrli odlu döyüş silahlarında istifadə edilmək üçün nəzərdə tutulan, zavod üsulu ilə istehsal edilmiş 5,45x39 mm kalibrli döyüş sursatı hesab edilən patronlardır, təyinatı üzrə istifadəyə (atəşə) yararlıdır. (cild 2, iş vər. 214-227). İş materiallarında olmaqla Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin xx xxxx 2020-ci tarixli 1/1564 saylı, xx xxxx 2020-ci il tarixdə 7-1367 № üzrə qeydiyyata alınmış məktubundan görünür ki, istefada olan kapitan Təqsirləndirilən şəxs ehtiyatdan çağırılaraq xx xxx 1993-cü il tarixdən xx xxxx 1993-cü il tarixədək N nömrəli hərbi hissədə divizion komandiri, xx xxxx 1993-cü il tarixdən xx xxxxxx 1993-cü il tarixədək N nömrəli hərbi hissədə alay komandiri, xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 1996-cı il tarixədək N nömrəli hərbi hissədə divizion komandiri vəzifəsində həqiqi hərbi xidmətdə olmuşdur. Azərbaycan Respublikası Müdafiə nazirinin xx xxxxxx 1996-cı ıl tarixli müvafiq əmrinə əsasən “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq 18-ci maddənin “ə” bəndinə (törədilmiş cinayətə görə məhkəmə tərəfindən hərbi xidməti istisna edən cəzaya məhkum edildiyinə görə) əsasən Azərbaycan ordusunda həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış və sənədləri Binəqədi rayon Hərbi komissarlığına göndərilmişdir. Azərbaycan Respublikasının Müdafiə Nazirinin xx.xx.2008-ci il tarixli müvafiq əmrinə əsasən “Hərbi xidmət keçmə haqqında” Əsasnamənin 68-ci maddəsinə müvafiq olaraq, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli qətnaməsinə əsasən, Binəqədi rayon Hərbi komissarlığında qeydiyyatda olan Təqsirləndirilən şəxs «kapitan» hərbi rütbəsində bərpa olunmuşdur. (cild 2, iş vər. 250- 251). Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin xx xxxx 2020-ci il tarixli 7-1443 saylı məktubundan görünür kt, ИВ 4545 zavod nömrəli 9 mm-lik «Makarov” tapançası Maddi-Texniki Təminat Baş İdarəsi Silah və XN-Artilleriya Silahları xidmətində N nömrəli hərbi hissənin döyüş itkisi olaraq qeydiyyatdadır. Silahın hansı şəraitdə itirilməsi, oğurlanması və eləcə də təhkim olunması barədə məlumat yoxdur. N nömrəli hərbi hissənin qeydiyyatında olan döyüş itkisi 1991-1994-cü illərdə döyüş əməliyyatlarının aparılması zamanı yaranmışdır; 273751 zavod nömrəli 5,45 mm-lik “AKS-74U” markalı “Kalaşnikov” avtomatı ləğv olunmuş 850 nömrəli Qubadlı özünümüdafiə taborunun silahı olub, Maddi-Texniki Təminat Baş İdarəsi Silah və XN-Artilleriya Silahları xidmətində döyüş itkisi olaraq qeydiyyatdadır. Silah xx xxxxxxxx 1992-ci il tarixli 959 a nömrəli naryad əsasında Silahlandırma İdarəsinin anbarından 850 nömrəli Qubadlı özünümüdafiə taboruna verilmişdir. 1995-ci ildə 850 nömrəli Qubadlı özünümüdafiə taboru ləğv olunduqdan sonra silah döyüş itkisi kimi həmin taborun qeydiyyatında qalmışdır; 252900 zavod nömrəli 5,45 mm-lik “AKS-74U” markalı “Kalaşnikov” avtomatı və 179360 zavod nömrəli 40 mm-lik QP-25 lüləaltı qumbaraatanı Müdafiə Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsi Silah və XN-Artilleriya Silahları xidmətində silahların nömrəli uçotunda qeydiyyatdan keçmir; 66 mm-lik LAW (M72A2) birdəfəlik qumbaraatanı 1992-1995-ci illərdə döyüş əməliyyatlarının təmin edilməsi məqsədilə hərbi hissələrə verilmişdir. Həmin dövrlərdə hər hansı silinmə sənədi aşkar olunmayan qumbaraatanlar döyüş itkisi kimi hərbi hissələrin qeydiyyatında qalmışdır. 1995-ci ildən 2003-cü ilədək hərbi hissələr tərəfindən döyüş itkisi kimi qeydiyyatda olan raket və döyüş sursatları aktlar əsasında uçotdan silinmişdir. (cild 2, iş vər. 253-254). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İctimai Təhlükəsizlik İdarəsininin xx xxxx 2020-ci il tarixli 7-1465 saylı məktubundan görünür ki, DİN-in mülki silah sahiblərinin vahid mərkəzləşdirilmiş elektron reyestrində 5,6 mm kalibrli “TOZ-18” markalı 3223 və 9985 nömrəli, 9x53 mm kalibrli “Medved” markalı A-142 nömrəli silahlar barədə məlumat yoxdur. (cild 2, iş vər. 255). Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin Müvəqqəti saxlama yeri və İstintaq təcridxanasının xx.xx.2020-ci il tarixli 22/744 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs «Hipertoniya xəstəliyi, Şəkərli diabet 2-ci tip, Postravmatik ensefaloratiya, Nevrotik reaksiya» diaqnozları aşkarlandığından xx xxxx 2020-ci il tarixdə ƏN-nin Penitensiar Xidmətinin Müalicə müəssisəsinə köçürülmüşdür. (cild 3, iş vər. 16). “Maddi sübut kimi tanıma haqqında” xx xxxxxx 2020-ci il tarixli və xx xxxxxx 2020-ci il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs məxsus Bakı şəhəri, Binəqədi rayonu Goradil kəndindəki bağ evində xx xxxxx 2020-ci il tarixdə aparılmış axtarış zamanı aşkar edilərək götürülmüş yivli odlu silah hesab edilən “COБОЛЬ LR” modelli 01600526 nömrəli ov karabininin Şahid5 adına alınmasını təsdiq edən Azərbaycan Respublikası DİN X4 tərəfindən verilmiş xx xxxxxx 2006-cı ıl tarixli 19/1 nömrəli və Gürcüstandan Respublikası DİN Analitik- İnformasiya İdarəsi tərəfindən verilmiş xx xxxxxx 2005-cı ıl tarixli A/60 nömrəli müvafiq icazə sənədləri, həmçinin Təqsirləndirilən şəxs məxsus Qusar rayonunun Ləzə və Xaçmaz rayonunun Mürşüdoba kəndlərində yerləşən fərdi yaşayış evlərində, ünvan 8a ünvanda və Bakı şəhəri, Binəqədi rayonu, Goradil kəndi, 1162 nömrəli bağ evində 16, 22 və xx xxxxx 2020-ci il tarixlərdə keçirilmiş baxış və axtarışlar zamanı aşkar edilərək götürülmüş döyüş sursatları, odlu silahlar və partlayıcı maddələr, eləcə də odlu silahların funksional əhəmiyyət daşımayan hissələri hazırkı cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün xx xxxxxxxx 2020-ci il tarixdə Dövlət Təhlükəsizliyi Xidmətinin Xüsusi təyinatlı baş idarəsinin Maddi-texniki təminat şöbəsinə təhvil verilmişdir. (cild 3, iş vər. 89-90, 91-93, 94-N3, 126-128). «Sübutların qiymətləndirilməsi barədə» xx xxxxxxxx 2020-cu il tarixli qərardan görünür ki, həmin tarixli qərarla istintaq orqanı tərəfindən iş üzrə Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası CM-nin 228.2.1, 228.2.2 və 28,206.3.2-cü maddələri ilə tövsif edilərək həmin maddələr ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələr ilə yenidən yeni məzmunda ittiham elan edilməsi, onun bərəsində Azərbaycan Respublikası CM-nin 232.1 və 320.1-ci, həmçinin CM-nin 228.4-cü maddələri ilə müvafiq olaraq cinayət təqibinə Azərbaycan Respublikası CPM-nin 39.1.3, 39.1.2-ci maddələrinə əsasən xitam verilməsi, vətəndaş Şahid5 barəsində Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə cinayət təqibinə Azərbaycan Respublikası CPM-nin 39.1.3-cü maddələrinə əsasən xitam verilməsi, həmin cinayət işinin materiallarından istintaqa «Vaxa» və «Ruslan» adları ilə məlum olan şəxslərin barəsində Azərbaycan Respublikası CM-nin 228.2.1, 228.2.2 və 28,206.3.2-cü maddələri ilə, eləcə də işin digər xüsusatları üzrə başqa cinayət işinin ayrılması haqqında qərar qəbul edilmişdir. (cild 3, iş vər. 131- 163). İş üzrə Təqsirləndirilən şəxs xx xxxxxxxx 2020-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 228.2.1. 228.2.2 və 28,206.3.2-cı maddələri ilə yeni ittiham elan edilmişdir.(cild 3, iş vər. 182-185). Hazırkı ********* saylı cinayət işinin materiallarından xx xxxxxxx 2020-ci il tarixdə şəxsiyyətləri istintaqa məlum olmayan «Vaxa» və «Ruslan» adlı şəxslər barəsində Azərbaycan Respublikası CM-nin 228.2.1 və 28,206.3.2-ci maddələri ilə, eləcə də işin digər xüsusatları üzrə başqa cinayət ışı ayrı icraata ayrılmışdır. (cild 3. iş vər. 206-213). Beləliklə, məhkəmə təqsirləndirilən şəxs və şahidləri dinləyərək iş materiallarını nəzərdən keçirib, iş üzrə əldə olmuş sübutları müqayisəli qaydada tədqiq edərək, sübutlara hərtərəfli və obyektiv qiymət verməklə belə hesab edir ki, Təqsirləndirilən şəxs yuxarıda qeyd edilən cinayət əməllərini törətməkdə təqsirli olması, yəni yuxarıda göstərilən şəraitdə qanunsuz olaraq qəsdən odlu silah və döyüş sursatı əldə etmiş, saxlamış, daşımış və gəzdirmiş olduğu, bundan başqa qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq təkrarən odlu silah, döyüş sursatı və partlayıcı maddələr əldə etmiş, saxlamış, daşımış və gəzdirmiş olduğu, hadisələrin baş vermə yeri, vaxtı və inkişafı ardıcıllığı, bununla bağlı özünün aktiv hərəkətlərinin məhz nədən ibarət olması barədə Təqsirləndirilən şəxs işin faktiki hallarına uyğun etirafedici ifadələri ilə yanaşı, iş üzrə ibtidai istintaq və məhkəmə istintaqı zamanı toplanmaqla məhkəmə baxışı zamanı tədqiq edilmiş yuxarıda qeyd edilən obyektiv sübutların məcmusu, şahidlərin məhkəmə iclasında verdikləri və elan edilməklə tədqiq edilmiş ibtidai istintaq zamanı verdikləri ifadələr, maddi sübutlar, ekspertiza rəyləri və məhkəmə iclasında elan edilmiş digər sənəd və iş materialları ilə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci hissəsi, 127-ci maddəsinin 2-ci hissəsi və 129-cu maddəsinin 3-cü hissəsinin müddəalarına əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməli, hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxmalı və məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 6-c maddəsinin müddəalarına əsasən hər kəs ona qarşı hər hansı cinayət ittihamı sürülərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası CPM-nin N.1-ci maddəsinin tələblərinə əsasən məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, həmin Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsinin müddəalarına əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Həmin Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikası CPM-nin 28.1 və 28.4-cü maddələrinin müddəalarına əsasən məhkəmələr cinayət işlərinə həmin Məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalı, cinayət prosesində cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etməli, təqsirləndirilən şəxsi həm ifşa edən, həm də ona bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdırlar. Məhkəmə Qanunvericiliyin yuxarıda qeyd edilən tələblərini nəzərə alıb, iş üzrə ibtidai istintaq və məhkəmə baxışı zamanı toplanmaqla tədqiq edilmiş obyektiv sübutların məcmusunu nəzərə alaraq belə hesab edir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq qəsdən odlu silah və döyüş sursatı əldə etmiş, saxlamış, daşımış və gəzdirmiş olduğu, həmçinin qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq təkrarən odlu silah, döyüş sursatı və partlayıcı maddələr əldə etmiş, saxlamış, daşımış və gəzdirmiş olması iş üzrə ibtidai istintaq və məhkəmə baxışı zamanı tam sübuta yetirilmişdir. Lakin, bununla yanaşı məhkəmə belə hesab edir ki, baş vermiş həmin hadisə ilə bağlı Təqsirləndirilən şəxs həmçinin qabaqcadan əlbir olan bir qrup şəxs halında da təkrarən yuxarıda qeyd edilən qanunsuz olaraq qəsdən əldə əldə edərək, saxlamış, daşımış və gəzdirmiş olduğu odlu silah, döyüş sursatı və partlayıcı maddələri məhz Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilməsinə hazırlıq hərəkətləri etmiş olduğunda dair hissədə təqsirləndirilən şəxsə verilmiş ittiham məhkəmə baxışı zamanı öz təsdiqini tapmamış və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin həmçinin 28,206.3.2-ci maddəsi ilə də nəzərdə nəzərdə tutulmuş cinayət əməli törətməkdə təqsirli olması sübuta yetirilməmişdir. Belə ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası CM-nin CM-nin 228.2.1, 228.2.2 və 28,206.3.2-cü maddələri ilə ittiham ona görə irəli sürülmüşdür ki, o, qanunsuz olaraq qəsdən odlu silah və döyüş sursatı əldə etmiş, saxlamış, daşımış və gəzdirmiş, bundan başqa qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq təkrarən odlu silah, döyüş sursatı və partlayıcı maddələr əldə etmiş, saxlamış, daşımış və gəzdirmiş, eləcə də qabaqcadan əlbir olan bir qrup şəxs halında partlayıcı maddələrin, odlu silah və döyüş sursatlarının Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilməsinə hazırlıq hərəkətləri etmiş, lakin iradəsindən asılı olmayaraq bu cinayət əməlini başa çatdıra bilməmişdir. Belə ki, Təqsirləndirilən şəxs 1988-ci ilin payız aylarında istintaqa məlum olmayan mənbədən qəsdən qanunsuz olaraq yivli odlu silahlar hesab edilən 5,6 mm. kalibrli 1 (bir) ədəd “TOZ-18” modelli 3223 nömrəli və eyni kalibrli və modelli 1 (bir) ədəd 9985 nömrəli ov karabinləri, 7,62x3N mm. kalibrli ‘CKC-45’’ sistemli "TOZ-97 (Arxar)" modelli KO 8033 nömrəli və 9x53 mm. kalibrli "Медведь (SOK-9)" modelli A-142 nömrəli özüdolduran (yarımavtomatik) ov karabinləri, eləcə də döyüş sursatları hesab edilən 1995 (bir min doqquz yüz doxsan beş) ədəd 7,62x3N mm. kalibrli və 224 (iki yüz iyirmi dörd) ədəd 9x53 mm. kalibrli patron əldə etmiş, həmin silah və patronları ayrı-ayrı vaxtlarda yaşadığı ünvan 4 ünvana, eləcə də Bakı şəhəri, Binəqədi rayonu, Goradil kəndi, 1162 nömrəli bağ evinə və Qusar rayonunun Ləzə kəndindəki fərdi yaşayış evinə qanunsuz daşıyaraq saxlamış və gəzdirmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən 1993-1996-cı illərdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində divizion komandiri vəzifəsində həqiqi hərbi xidmətdə olduğu zaman qəsdən taladığı həmin hərbi hissənin qeydiyyatında olan yivli odlu döyüş silahı hesab edilən N mm. kalibrli "Makarov” (“ПМ”) konstruksiyalı “ИВ 4545” nömrəli yanmavtomatık tapançanı xx xxxxxx 1996-cı ıl tarixdə Azərbaycan ordusunda həqiqi hərbi xidmətdən ehtiyata buraxılanadək olan müddətdə qanunsuz olaraq özündə saxlamış və gəzdirmiş, bundan sonra həmin silahı eləcə də göstərilən hərbi hissədə xidmətdə olduğu dövrdə naməlum mənbədən qanunsuz olaraq əldə etdiyi döyüş sursatları hesab edilən 2 (iki) ədəd 7,65 mm. kalibrli, N0 (yüz) ədəd 9x1N mm. kalibrli, 66 (altmış altı) ədəd 9x18 mm. kalibrli, 1 (bir) ədəd 5,45x3N mm. kalibrli və 1 (bir) ədəd 5,56x45 mm. kalibrli patronu qanunsuz daşıyaraq yaşadığı ünvan 1 ünvana aparıb 2003cü ilədək olan müddətdə həmin ünvanda, daha sonra isə Qusar rayonunun Ləzə kəndindəki evinə qanunsuz daşıyaraq orada saxlamışdır. Daha sonra, Təqsirləndirilən şəxs 1998-ci ilin payız aylarında şəxsiyyətləri istintaqa «Vaxa» və «Ruslan» adları ilə məlum olan şəxslərlə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, sonradan Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli xarici ölkə ərazisinə keçirmək məqsədilə təkrarən istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq əldə etdikləri yivli odlu avtomatik döyüş silahı hesab edilən 1 (bir) ədəd «Kalaşnıkov» konstruksiyalı 5.45 mm. kalibrli "AKS- 74U» markalı 252900 nömrəli avtomat silah, yiviı odlu avtomatik döyüş silahı hesab edilən 1 (bir) ədəd “Kalaşnikov” konstruksiyalı 5.45 mm. kalibrli “AKS-74U” markalı 273751 nömrəli avtomat silah, odiu döyüş silahı hesab edilən 6 (altı) ədəd 66 mm. kalibrli "M72A2” markalı birdəfəlik istifadə olunan tank əleyhinə reaktiv qumbaraatan, yivli odlu döyüş silahı hesab edilən 1 (bir) ədəd 40 mm kalibrli QP-25” markalı 9360 nömrəli lüləaltı qumbaraatan, döyüş sursatları hesab edilən 21 (iyirmi bir) ədəd 40 mm kalibrli qumbara, 229 (iki yüz iyirmi doqquz) ədəd 7.62x54 mm. kalibrli və 1860 (min səkkiz yüz altmış) ədəd 5,45x3N mm. kalibrli patron, normal qüvvəli brizant partlayıcı maddələr hesab edilən 89 (səksən doqquz) ədəd 200 qramlıq və 1 (bir) ədəd 400 qramlıq trotil şaşkalərı, elektrik cərəyanından qidalanan, elektroimpulsla alışıb müvafiq partlayıcı qurğudakı partlayıcı maddəni alışdırmaqla partladılması üçün funksional əhəmiyyət daşıyan komplekt hissə kimi nəzərdə tutulmuş 46 (qırx altı) ədəd "EDP” və N (on) ədəd “GDP” markalı elektroalışdırıcılar (elektrodetonator), döyüş sursatları hesab edilən 13 (on üç) ədəd qəlpəli "RQD-5» əl qumbaralarının gövdələri və onların komplekt hissələrini təşkil edən 15 (on beş) ədəd "UZRQM-2" pərtladıcıları qrupun digər üzvləri ilə əvvəlcədən əldə edilmiş ümumi razılığa əsəsən Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli xarici ölkə ərazisinə keçirmək üçün əlverişli şəraitin yaranmasını gözləmək məqsədi ilə Bakı şəhəri, Binəqədi rayonu, Goradil kəndi, 1162 nömrəli bağ evinə qanunsuzdaşıyıb saxlamaqla, 2009-2011-ci illərdə həmin odlu silahlar, döyüş sursatları və partlayıcı maddələri Qusar rayonunun Ləzə kəndindəki fərdi yaşayış evinə qanunsuz daşıyıb orada saxlamaqla, 2019-cu ilin oktyabr ayında isə həmin ünvanda olan 1 (bir) ədəd "Kalaşnikov” konstruksiyalı 5,45 mm kalibrli "AKS-74LT» markalı 273751 nömrəli avtomat silahı. 215 (iki yüz on beş) ədəd 5,45x39 mm kalibrli patronu, 5 (beş) ədəd 200 qramlıq trotil şaşkaları və N (on) ədəd “GDP” markalı elektroalışdıncıları (elektrodetonator) qanunsuz daşıyıb Xaçmaz rayonunun Mürşüdoba kəndindəki evində qanunsuz saxlamaqla qaçaqmalçılıq cinayətinə hazırlıq hərəkətləri etmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs təkrarən 2005-ci ilin fevral ayının əvvəllərində qohumu Şahid5 qanunsuz olaraq əldə etdiyi yivli odlu silah hesab edilən 5,6 mm kalibrli "СОБОЛЬ LR" modelli 01600526 nömrəli ov karabinini, döyüş sursatları hesab edilən 934 (doqquz yüz otuz dörd) ədəd 5,6 mm. kalibrli patronları Qusar rayonunun Ləzə kəndi və Xaçmaz rayonunun Mürşüdoba kəndindəki evlərində, Bakı şəhəri. Binəqədi rayonu, Goradil kəndi, 1162 nömrəli bağ evində, eləcə də yaşadığı ünvan 8a ünvanda qanunsuz olaraq saxlamış, daşımış və gəzdirmişdir. Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən xx xxxxx 2020-ci ıi tarixdə keçirilmiş baxışlar zamanı Təqsirləndirilən şəxs məxsus Qusar rayonunun Ləzə kəndində yerləşən fərdi yaşayış evindən qanunsuz olaraq saxladığı yivli odlu avtomatik döyüş silahı hesab edilən 1 (bir) ədəd "Kalaşnikov" konstruksiyalı 5,45 mm kalibrli “AKS-74U" markalı 252900 nömrəli avtomat silah, odlu döyüş silahı hesab edilən 6 (altı) ədəd 66 mm kalibrli “M72A2" markalı birdəfəlik istifadə olunan tank əleyhinə reaktiv qumbaraatan, yivli odlu silah hesab edilən 5.6 mm kalibrli "T0Z-18:‘ modelli 3223 nömrəli 1 (ədəd) ov karadım yivli odlu döyüş silahı hesab edilən 9 mm kalibrli "Makarov" (TUVA) konstruksiyalı “ИВ 4545” nömrəli 1 (bir) ədəd yarımavtomatik tapança silah, yivli odlu döyüş silahı hesab edilən 1 (bir) ədəd 40 mm kalibrli TP-25" markalı 9360 nömrəli lüləəltı qumbaraatan, döyüş sursatları hesab edilən 21 (iyirmi bir) ədəd 40 mm kalibrli qumbara, 369 (üç yüz altmış doqquz) ədəd 5,6 mm kalibrli, 2 (iki) ədəd 7,65 mm kalibrli, 1920 (min doqquz yüz iyirmi) ədəd 7,62x3N mm. kalibrli, 94 (doxsan dörd)ədəd 9x19 mm kalibrli, 229 (iki yüz iyirmi doqquz) ədəd 7,62x54 mm kalibrli, 1635 (min altı yüz otuz beş) ədəd 5,45x39 mm kalibrli, 203 (iki yüz üç) ədəd 9x53 mm kalibrli və 65 (altmış beş) ədəd 9x18 mm kalibrli patron, normal qüvvəli brizant partlayıcı maddələr hesab edilən 84 (səksən dörd) ədəd 200 qramlıq və 1 (bir) ədəd 400 qramlıq trotil şaşkaları. elektrik cərəyanından qidalanan, elektroımpulsla alışıb müvafiq partlayıcı qurğudakı partlayıcı maddəni alışdırmaqla pərtladılması üçün funksional əhəmiyyət daşıyan komplekt hissə kimi nəzərdə tutulmuş 46 (qırx altı) ədəd "EDP” markalı elektroəlışdırıcılar (elektrodetonator), döyüş sursatları hesab edilən 13 (on üç) ədəd qəlpəli “RQD-5" əl qumbaralarının gövdələri və onların komplekt hissələrini təşkil edən 15 (on beş) ədəd "UZRQM-2" partiədıcılari; ünvan 18 ünvanında yerləşən fərdi yaşayış evindən qanunsuz olaraq saxladığı yivli odlu silah hesab edilən 7,62x39 mm kalibrli “CKC- 45” sistemli "TOZ-97 (Arxar)" modelli KO 8033 nömrəli özüdolduran (yarımavtomatik) 1 (bir) ədəd ov karabini, yivli odlu silah hesab edilən 9x53 mm kalibrli “Медведь (SOK-9)" modelli A-142 nömrəli özüdolduran (yarımavtomatik) 1 (bir) ədəd ov karabini. döyüş sursatları hesab edilən 75 (yetmiş beş) ədəd 7,62x39 mm kalibrli. 1 (bir) ədəd 9x19 mm kalibrli, 1 (bir) ədəd 9x18 mm kalibrli, 1 (bir) ədəd 5,45x39 mm kalibrli, 1 (bir) ədəd 5,56x45 mm kalibrli. 20 (iyirmi) ədəd 9x53 mm kalibrli və 95 (doxsan beş) ədəd 5,6 mm kalibrli patron; Xaçmaz rayonunun Mürşüdoba kəndində yerləşən fərdi yaşayış evindən qanunsuz olaraq saxladığı yivli odlu avtomatik döyüş silahı hesab edilən 1 (bir) ədəd "Kalaşnikov" konstruksiyalı 5,45 mm kalibrli “AKS-74U" markalı 273751 nömrəli avtomat silah, yivli odlu silah hesab edilən 1 (bir) ədəd 5,6 mm kalibrli “СОБОЛЬ LR" modelli 01600526 nömrəli ov karabini, döyüş sursatları hesab edilən 365 (üç yüz altmış beş) ədəd 5,6 mm kalibrli və 215 (iki yüz on beş) ədəd 5.45x39 mm kalibrli patron, normal qüvvəli brizant partlayıcı maddələr hesab edilən 5 beş) ədəd 200 qramlıq trotil şaşkaları, elektrik cərəyanından qidalanan, elektroımpulsla alışıb müvafiq partlayıcı qurğudakı partlayıcı maddəni alışdırmaqla pərtladılması üçün funksional əhəmiyyət daşıyan komplekt hissə kimi nəzərdə tutulmuş N (on) ədəd “GDP" markalı elektroaİışdırıcılar (elektrodetonator) və Bakı şəhəri, Binəqədı rayonu, Görədil kəndi, 1162 nömrəli bağ evindən qanunsuz olaraq saxladığı yivli odlu silah hesab edilən 1 (bir) ədəd 5.6 mm kalibrli "TOZ-18" modelli 9985 nömrəli ov karabini və döyüş sursatları hesab edilən 99 (doxsan doqquz) ədəd 5.6 mm. kalibrli patron, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən davam etdirilmiş axtarış tədbirləri nəticəsində xx xxxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs məxsus Xaçmaz rayonunun Mürşüdoba kəndində yerləşən fərdi yaşayış evindən əlavə olaraq döyüş sursatları hesab edilən 5 (beş) ədəd 9x19 mm kalibrli patron, xx xxxxx 2020-ci il tarixdə Qusar rayonunun Ləzə kəndində yerləşən fərdi yaşayış evindən isə döyüş sursatları hesab edilən 6 (altı) ədəd 5,6 mm kalibrli və 1 (bir) ədəd 9x53 mm kalibrli patron aşkar edilərək götürülmüş, qabaqcadan əlbir otən bir qrup şəxs halında Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya gizli xarici ölkə ərazisinə keçirmək məqsədilə qanunsuz olaraq saxladığı odlu silah, döyüş sursatı və partlayıcı maddələr aşkar edilərək götürüldüyündən öz iradəsindən asılı olmayaraq bu cinayət əməlim başa çatdıra bilməmiş, bununla də qaçaqmalçılıq cinayəti törətməyə hazırlıq etmişdir. Beləliklə, istintaq orqanı tərəfindən hadisənin öz mahiyyət etibarı ilə məhz yuxarıda göstərilən şəraitdə Təqsirləndirilən şəxs qanunsuz olaraq qəsdən odlu silah və döyüş sursatı əldə etmiş, saxlamış, daşımış və gəzdirmiş, bundan başqa qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq təkrarən odlu silah, döyüş sursatı və partlayıcı maddələr əldə etmiş, saxlamış, daşımış və gəzdirmiş, eləcə də qabaqcadan əlbir olan bir qrup şəxs halında partlayıcı maddələrin, odlu silah və döyüş sursatlarının Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilməsinə hazırlıq hərəkətləri etmiş, lakin iradəsindən asılı olmayaraq bu cinayət əməlini başa çatdıra bilmədiyi barədə nəticəyə gəlmişdir. Lakin, qeyd edildiyi kimi həmin cinayət işi üzrə məhkəmə baxışı zamanı iş üzrə Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə onun həmçinin Azərbaycan Respublikası CM-nin 28,206.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini, yəni qabaqcadan əlbir olan bir qrup şəxs halında partlayıcı maddələrin, odlu silah və döyüş sursatlarının Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilməsinə hazırlıq hərəkətləri etmiş olduğu, lakin iradəsindən asılı olmayaraq bu cinayət əməlini başa çatdıra bilmədiyi barədə olan hissədə olan ittiham öz təsdiqini tapmamış və bununla bağlı heç bir mötəbər və təkzibolunmaz sübut əldə olunmamışdır. Belə ki, yuxarıda qeyd olunduğu kimi iş üzrə ibtidai istintaq və məhkəmə baxışı zamanı Azərbaycan Respublikası CM-nin 228.2.1, 228.2.2 və 28,206.3.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamlar üzrə özünü CM-nin 228.2.1 və 228.2.2-ci maddələri ilə tam təqsirli bilərək, lakin özünü Azərbaycan Respublikası CM-nin 28,206.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilməyərək, həmin xüsusatla bağlı işin faktiki halları, yəni istintaq zamanı şəxsiyyəti müəyyən edilməmiş «Vaxa» adlı şəxslə nə vaxt və hansı şəraitdə tanış olduğu, axırıncı dəfə həmin şəxslə nə zaman və harada görüşərək sonuncunun özündə olmuş odlu silah və döyüş sursatlarını hansı məqsədlə ondan götürüb saxlamasını ondan xahiş etdiyi, aralarında bu kimi razılaşma əldə olunduqdan sonra, hadisələrin sonrakı inkişafı, yəni həmin razılaşmadan sonra «Vaxa» və sonuncu ilə o zaman birlikdə olmuş «Ruslan» adlı şəxsiyyəti istintaq zamanı müəyyən edilməmiş digər şəxslə də məhz nə vaxt və hansı şəraitdə görüşərək sonuncularda olmuş qeyd edilən odlu silah, döyüş sursatı və partlayıcı maddələri hansı vəziyyətdə onlardan qanunsuz olaraq qəbul edərək onları hansı ünvanda aparıb gizlədib saxlamış olduğu, daha sonra həmin odlu silah, döyüş sursatı və partlayıcı maddələri nə zaman, hansı ünvanlara daşıyıb gizlətmiş olduğu, onun həmin şəxslərdən qanunsuz olaraq əldə edərək, saxlayıb, daşımış və gəzdirmiş olduğu odlu silah, döyüş sursatı və partlayıcı maddələrin nə zaman, hansı şəraitdə Azərbaycan Respublikası Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən aşkar edilərək götürüldüyü barədə öz mahiyyəti üzrə eyni məzmunda ifadə vermişdir. Belə ki, iş üzrə ibtidai istintaq və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məhz 1995-ci ilin yaz aylarında, yəni onun özü Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində divizion komandiri vəzifəsində hərbi xidmətdə olduğu zaman Ağdam rayonu ərazisində özünü ona «Vaxa» adı ilə təqdim etmiş həmin şəxslə təsadüfən tanış olduğunu, sonuncunun şəxsiyyəti barədə dəqiq məlumatı olmadığını, sonrakı dövrdə cəbhə bölgəsində bir neçə dəfə həmin şəxslə təsadüfən görüşüb söhbət etdiklərini, sonrakı dövrdə həmin şəxslə heç bir əlaqəsi olmadığı və bundan uzun müddət sonra, yəni 1996-cı ilin noyabr ayında nun özü əfv edilərək cəzaçəkmə yerindən azadlığa buraxıldıqdan bir müddət sonra «Vaxa» adlı həmin şəxslə Bakı şəhər Nərimanov rayonu ərazisində təsadüfən rastlaşdıqdan sonra bir neçə dəfə onunla görüşərək öz aralarında söhbət etdikləri, məhz 1998-cı ilin payız aylarında «Vaxa» adlı həmin şəxslə Bakı şəhərində növbəti dəfə təsadüfən görüşüb söhbət edən zaman sonuncunun ona özündə onda bir qədər odlu silah və döyüş sursatları olduğunu, saxlamağa yeri olmadığına görə həmin silah və sursatı müvəqqəti olaraq saxlamasını ondan xahiş etdiyi, «Vaxa» adlı şəxsin Qarabağ uğrunda düşmənlərə qarşı gedən döyüşlərdə iştirak etdiyinə onun bu kimi xahişinə etiraz etməyərək buna razılıq verdiyini, elə həmin gün onlar görüş təyin edərək axşam saatlarına Bakı şəhəri Fatmayı kəndinin qurtaracağında yerləşən məscidin qarşısında görüşdükləri, həmin görüş yerinə «Vaxa» adlı şəxs özünü ona «Ruslan» adı ilə təqdim edən şəxslə birlikdə gəldikləri, sonuncuların özlərində olan «Chevrolet CİP» markalı avtomobilin yük yerindəki ağzı bağlı vəziyyətdə olmaqla içərsində silah və sursat olan iki ədəd taxta yeşik və təxminən beş-altı ədəd bağlamanı götürərək onun özünə məxsus «Mazda 626'» markalı avtomobilə qoyduqlarını, həmin şəxslərin həmin silah və sursatları yaxın vaxtda ondan götürəcəklərini ona bildirdiklərini, bundan sonra həmin şəxslərdən ayrılaraq idarə etdiyi həmin avtomobildə Bakı şəhəri, Binəqədi rayonu Goradil kəndindəki bağ evinə gedərək içərilərində odlu silah və döyüş sursatları olan həmin iki ədəd taxta yeşiyi və bağlamaları oradakı evin anbarında gizlədib saxladığı, bundan sonra həmin şəxslərin onunla heç bir əlaqə saxlamadıqları, təxminən iki sonra onlardan qəbul etdiyi həmin yeşiklərdən birini və bağlamaları açaraq onların içərisində silah və sursat olmasını yoxladığı, həmin odlu silah, döyüş sursatı və partlayıcı maddələrin hansı konstruksiyalı, kalibrli odlu silah, döyüş sursatı və partlayıcı maddələrin olduğu, onların çeşidi və miqdarı və s. nədən ibarət olduğu, həmin odlu silah və sursatlarını Binəqədi rayonu Goradil kəndindəki bağ evinə on ildən çox müddət ərzində saxladığı, özü Qusar rayonu və Xaçmaz rayonu ərazisində təsərrüfat yaratdığı və əsasən həmin ünvanlarda yaşadığı üçün Goradil kəndindəki bağ evinin nəzarətsiz qaldığı, həmin müddət ərzində də «Vaxa» və «Ruslan» adlı şəxslərin onunla heç bir əlaqə saxlamadıqları, qeyd edilən odlu silah, döyüş sursatı və partlayıcı maddələrin oğurlana biləcəyindən ehtiyat edərək onları özünə məxsus «Toyota Pikap» markalı avtomobildə hissə-hissə olmaqla Qusar rayonunun Ləzə kəndindəki evinə daşıyaraq orada dəmirdən yığılmış anbarda gizlədib saxladığını, təxminən 2019-cu ilin oktyabr ayında isə Qusar rayonunun Ləzə kəndində saxladığı həmin silah, sursat və partlayıcı maddələrdən bir ədəd «AKS-74U» markalı avtomat silahı, həmin silaha aid iki ədəd avtomat darağı və həmin silaha aid patronların bir qismini, daha sonra isə beş ədəd 200 qramlıq trotıl şaşkası və onlara aid on ədəd detonatoraları özü ilə Xaçmaz rayonunun Mürşüdoba kəndindəki bağ evinə aparıb orada gizlədib saxladığını, «Vaxa» adlı şəxsdən qanunsuz olaraq əldə edib, saxlayıb, daşıdığı həmin odlu silah, sursat və partlayıcı maddələri 2020-ci ilin aprel ayının 16-dək, yəni Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən həmin bağ evlərində onun iştirakı ilə baxış keçirilib aşkar olunub götürülənədək həmin ünvanlarda qanunsuz olaraq saxladığını göstərmişdir. Bununla yanaşı Təqsirləndirilən şəxs həmin hissədə ona qarşı irəli sürülmüş ittihamla bağlı onun həmin «Vaxa» adlı şəxslə, yaxud başqa bir şəxslə həmin odlu silah, döyüş sursatı və partlayıcı maddələri Azərbaycan Respublikasının ərazisindən qaçaqmalçılıq yolu ilə başqa bir ölkənin ərazinə aparmaq barədə heç bir söhbət və ya razılaşma olmadığını, həmin odlu silah, döyüş sursatı və partlayıcı maddələri «Vaxa» adlı şəxsdən yalnız müvəqqəti saxlamaq üçün qəbul etdiyini, həmin şəxs sonrakı dövrdə də onunla heç bir əlaqə saxlamadığına görə, sonuncudan 1998-ci ilin payız aylarında qəbul etdiyi silahlardan iki ədəd «AKS-74U» markalı avtomat silah və həmin silaha aid patronlardın istifadə edərək boş vaxtlarında nişangahlara atəş açaraq həmin patronların bir qismindən istifadə etdiyini, həmin odlu silah və döyüş sursatlarından heç bir kəsə vermədiyini və yaxud satmadığını göstərmişdir. Bununla yanaşı, qeyd etmək lazımdır ki, iş üzrə məhkəmə baxışı zamanı tədqiq edilməklə Təqsirləndirilən şəxs iş üzrə Azərbaycan Respublikası CM-nin 228.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində dindirilməsi barədə xx xxxxx 2020-ci il tarixli (cild 1, iş vər. 96-N1) və həmçinin onun iş üzrə Azərbaycan Respublikası CM-nin 228.2.1, 228.2.2 və 28,206.3.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində dindirilməsi barədə xx xxxxxxxx 2020-ci il tarixli (cild 3, iş vər. 196-202) protokollardan da görünür ki, iş üzrə ibtidai istintaq zamanı xx xxxxx 2020-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 228.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs həmin «Vaxa» və «Ruslan» adlı şəxslərdən 1998-ci ildə qanunsuz olaraq əldə edib, saxlayıb, daşıdığı oldu silah, döyüş sursatı və partlayıcı maddələrlə bağlı yuxarıda qeyd edilən məzmunda ifadə verməklə yanaşı, 2020-ci ilin aprel ayında Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən ona məxsus Qusar rayonu Ləzə kəndi və Xaçmaz rayonun Mürşüdoba kəndində yerləşən bağ evlərindən aşkar edilmiş silah və sursatlarla bağlı, -1988-ci ildə milliyətcə çeçen olan «Vaxa» və «Ruslan» adlı tanışları ilə Bakı şəhərində görüşdükləri zaman həmin şəxslərin müvəqqəti saxlamaq üçün ona bir neçə ədəd trotil şaşkası, həmin şaşkalarda istifadə edilməsi üçün nəzərdə tutulmuş detonatorları, iki ədəd «AKSU» markalı avtomat və həmin silahlara aid patronlar və s. sursat və partlayıcı maddələri verdiklərini bildirməklə yanaşı, -«Həmin silah və sursatları onlar Çeçenistana aparmalı idilər. Lakin, sözlərinə görə hazırda həmin dövrdə yolda nəzarət güclü olduğundan münasib vaxtda göstərilənləri götürəcəklərini mənə bildirdilər» məzmunda ifadə vermişdir. Həmçinin Təqsirləndirilən şəxs iş üzrə CM-nin 228.2.1, 228.2.2 və 28,206.3.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində dindirilməsi barədə xx xxxxxxxx 2020-ci il tarixli protokolun məzmunundan görünür ki, Təqsirləndirilən şəxs həmin xüsusatla, yəni «Vaxa» və «Ruslan» adlı şəxslərdən qanunsuz olaraq əldə edib, saxlayıb, daşıdığı oldu silah, döyüş sursatı və partlayıcı maddələrlə bağlı yuxarıda qeyd edilən məzmunda ifadə verməklə, yanaşı, -«1998-ci ilin payız ayları olardı. Bakı şəhərində çeçen nümayəndəliyinin qarşısında təsadüfən «Vaxa» ilə rastlaşdım. Söhbət əsnasında o, Çeçenistana aparmaq üçün bir qədər odlu silah və döyüş sursatının olduğunu, lakini hazırda dövlət sərhədinin mühafizəsinin daha ciddi qorunması səbəbindən onları apara bilmədiklərini, bu silah, sursatı müvəqqəti saxlamağımı xahiş etdi» məzmunda ifadə verdiyi müəyyən olunmuşdur. Bununla yanaşı, Təqsirləndirilən şəxs iş üzrə CM-nin 228.2.1, 228.2.2 və 28,206.3.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində dindirilməsi barədə qeyd edilən xx xxxxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs adından həmin protokolun sonunda Azərbaycan dilində, latın əlifbası ilə göy rəngli qələmlə «Protokolu oxudum, doğru yazılıb. İfadəmə onu əlavə etmək istəyirəm ki, mənə elan olunmuş 28,206.3.2-ci maddəsi ilə özümü təqsirli bilmirəm. Ona görə ki, həmin silah-sursatın qaçaqmalçılıq yolu ilə ölkədən çıxarılmasında məlumatım və fikrim olmamışdır. Əlavə və düzəlişim yoxdur, təsdiq edirəm» əlyazma qeydi yazılmış, «Təqsirlən dirilən şəxs – Təqsirləndirilən şəxs», «Müdafiəçi- Əzizağa Əliyev», «Müdafiəçi- Yaqub Məmmədli» və həmçinin «müstəntiq..» çap mətnləri qarşısında müvafiq imzalar edilmişdir. Yuxarıda qeyd edildiyi kimi məhkəmə baxışı zamanı Azərbaycan Respublikası CMnin 228.2.1, 228.2.2 və 28,206.3.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs işin müvafiq halları ilə bağlı yuxarıda şərh olunmuş məzmunda ifadə verməklə yanaşı, qeyd edilən xüsusatla bağlı, onun iş üzrə təqsirləndirilən şəxs qismində dindirilməsi barədə xx xxxxx 2020-ci il tarixli və həmçinin xx xxxxxxxx 2020-ci il tarixli protokollarla tanış edildiyi, həmin tarixlərdə müstəntiq tərəfindən dindirilən zaman bir nəfər vəkilin onun müdafiəçisi qismində iştirak etdiyi və sonuncu da onunla birlikdə həmin protokolları imzaladığını, iş üzrə ibtidai istintaq zamanı dindirilən zaman 1998-cı ilin payız aylarında həmin «Vaxa» adlı şəxslə Bakı şəhərində növbəti görüşləri zamanı sonuncun Çeçenistana aparmaq üçün bir qədər odlu silah və döyüş sursatları əldə etdiklərini, lakin hazırda dövlət sərhədinin mühafizəsinin güclü təşkil olunması səbəbindən həmin silah və sursatları həmin ölkəyə apara bilmədiklərini ona bildirdiyi, həmçinin həmin silah və sursatları müvəqqəti saxlamaq üçün etibar etdikləri yer olmadığına onları müvəqqəti saxlamasını ondan xahiş etdikləri barədə olan hissədə iş üzrə ibtidai istintaq zamanı verdiyi ifadələri hal-hazırda tam təsdiq etmədiyini, «Vaxa» adlı şəxsin ona saxlamaq üçün təklif etdiyi həmin silah və sursatları Çeçenistana və yaxud başqa bir ölkəyə aparmaq istədiyi, dövlət sərhədinin mühafizəsi güclü olduğuna görə onları həmin ölkəyə apara bilmədikləri barədə bir söz demədiyini və bu barədə onun ifadəsində müstəntiq tərəfindən yazılıb göstərilənləri təsdiq etmədiyini, onun adından çap edilib yazılmış ifadəsində bu kimi sözlər yazıldığını o, həmin protokolun məzmununu öz müdafiəçisi ilə birlikdə oxuyub tanış olan zaman görüb buna etiraz etdiyini və məhz buna görə də o, onun iş üzrə cinayət təqsirləndirilən şəxs qismində dindirilməsi barədə xx xxxxxxxx 2020-ci il tarixli protokolun sonunda şəxsən özü yazılı qeydlər apararaq «Protokolu oxudum, doğru yazılıb. İfadəmə onu əlavə etmək istəyirəm ki, mənə elan olunmuş 28,206.3.2-ci maddəsi ilə özümü təqsirli bilmirəm. Ona görə ki, həmin silahsursatın qaçaqmalçılıq yolu ilə ölkədən çıxarılmasında məlumatım və firkrim olmamışdır. Əlavə və düzəlişim yoxdur, təsdiq edirəm» sözlərini yazmış və bundan sonra həmin protokolu imzalamağa razılıq verərək müdafiəçisi ilə birlikdə həmin protokolu imzaladığını bildirmişdir. İş materiallarından göründüyü kimi iş üzrə aparılmış ibtidai istintaq və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs CM-in 228.2.1, 228-2.2-ci maddələri ilə irəli sürülmüş ittiham üzrə hadisələrin yuxarıda göstərilən şəraitdə baş verdiyi, yəni Təqsirləndirilən şəxs qanunsuz olaraq qəsdən odlu silah və döyüş sursatı əldə etmiş, saxlamış, daşımış və gəzdirmiş olduğu, bundan başqa qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq təkrarən odlu silah, döyüş sursatı və partlayıcı maddələr əldə etmiş, saxlamış, daşımış və gəzdirmiş olduğu və həmin maddələrlə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Lakin, yuxarıda qeyd edildiyi kimi həmin cinayət işi üzrə məhkəmə baxışı zamanı və eləcə də iş üzrə ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə onun həmçinin Azərbaycan Respublikası CM-nin 28,206.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olduğu, yəni Təqsirləndirilən şəxs 1998-ci ilin payız aylarında «Vaxa» və «Ruslan» adlı şəxsiyyətləri məlum olmayan şəxslərlə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, təkrarən qanunsuz olaraq həmin şəxslərdən əldə edərək, saxlamış, daşımış və gəzdirmiş olduğu yuxarıda qeyd edilən odlu silah, döyüş sursatı və partlayıcı maddələri, məhz onun özünün də qabaqcadan əlbir olan bir qrup şəxs halında həmin partlayıcı maddələri, odlu silah və döyüş sursatlarının Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirmək və bunun üçün əlverişli şəraitin yaranmasını gözləmək məqsədi ilə həmin odlu silah, döyüş sursatı və partlayıcı maddələri əldə edərək, saxlamış, daşımış və gəzdirmiş olduğu və bu kimi hərəkətləri ilə qaçaqmalçılıq cinayət əməlinin törədilməsinə hazırlıq hərəkətləri etmiş etmiş olduğu ilə bağlı olan hissədə onun təqsirli olması öz təsdiqini tapmamış və bununla bağlı heç bir mötəbər və təkzibolunmaz sübut əldə olunmamışdır. Belə ki, Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2016-cı il tarixli qərarının müvafiq olaraq 18-ci bəndində qeyd olunmudur ki, məhkəmələrin diqqətinə çatdırılsın ki, təqsirkarın hərəkətləri qaçaqmalçılığa hazırlıq və ya bu cinayəti törətməyə cəhd etmə kimi qiymətləndirilərkən CM-nin 28 və 29-cu maddələrinin tələbləri ilə yanaşı həmçinin malların və ya digər əşyaların gömrük ərazisinə gətirilib-gətirilməməsi və burada gömrük prosedurlarının başlanılıb-başlanılmaması, habelə qaçaqmalçılığın törədilməsi üçün əvvəlcədən müəyyən hərəkətlərin edilib-edilməməsi nəzərə alınmalıdır. Şəxs CM-nin 206.3 və 206.4-cü maddələrində nəzərdə tutulmuş tövsifedici əlamətlərlə qaçaqmalçılığın törədilməsi üçün gömrük ərazisinə daxil olana qədər və ya gömrük sərhədini qanunsuz keçənədək qaçaq malın keçirilməsi üçün nəqliyyat vasitələrini gizli saxlanc yerləri ilə təchiz etdikdə, yaxud da xarici ölkəyə aparmaq niyyəti ilə dövriyyəsi məhdudlaşdırılmış və ya qadağan olunmuş malları və digər əşyaları əldə etdikdə, habelə sair bu kimi hazırlıq tədbirləri gördükdə, lakin iradəsindən asılı olmayaraq cinayəti başa çatdıra bilmədikdə onun əməlləri qaçaqmalçılığa hazırlıq kimi qiymətləndirilir. Həmin Qərarın 19-cu bəndində qeyd olunur ki, məhkəmələrə tövsiyə edilsin ki, əməli qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq (CM-nin 206.3.2-ci maddəsi) kimi qiymətləndirərkən bu tövsifedici əlamətin anlayışı verilmiş CM-nin 34.2-ci maddəsinin tələblərinə əsaslansınlar. Bu zaman nəzərə alınmalıdır ki, iki və ya daha çox şəxsin qabaqcadan razılaşmaqla qaçaqmalçılıq cinayətinin obyektiv cəhətini təşkil edən, CM-nin 206.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərdən hər hansı birinin və ya bir neçəsinin edilməsi qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq hesab edilir. Bununla yanaşı, qaçaqmalçılığın törədilməsi barədə qabaqcadan razılaşmış şəxslərdən biri (bir neçəsi) bu cinayətin bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması istiqamətində müəyyən hərəkətlər etdikdə (məsələn, qaçaqmalçılığın predmeti olan mal və ya digər əşyaları gömrük sərhədinədək müşayiət etdikdə, malların və ya digər əşyaların gömrük sərhədindən qanunsuz, o cümlədən gizli keçirilməsinin təmin edilməsi məqsədilə bilavasitə icraçını xüsusi avadanlıqla və ya nəqliyyat vasitələri ilə təmin etdikdə, yaxud gömrük nəzarətindən kənar yerlərdə gömrük sərhədini maneəsiz keçmək üçün şərait yaratdıqda, yaxud qeyd olunan əşyaların bilavasitə keçirildiyi yerlərdə onları qəbul etdikdə və sair), digəri (digərləri) isə mal və ya digər əşyaları bilavasitə ölkəyə gətirdikdə və ya ölkədən apardıqda da təqsirkarların hamısının əməlləri CM-nin 206.3.2-ci maddəsi ilə tövsif edilir. Təqsirləndirilən şəxsə verilmiş ittihamdan və qarşılıqlı olaraq iş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs digər şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında qaçaqmalçılıq cinayəti törətməyə hazırlıq etməsi ilə istintaq orqanı tərəfindən ona qarşı ittiham irəli sürməsinə baxmayraq, əldə olunmuş sübutlar yalnız yuxarıda qeyd edilən odlu silah, döyüş sursatı və partlayıcı maddələri qanunsuz olaraq əldə edərək, saxlamış, daşımış və gəzdirmiş olmasına dəlalət etmiş, həmi şəxslər, eləcə də Təqsirləndirilən şəxs tərəfindən məhz həmin odlu silah, döyüş sursatı və partlayıcı maddələri hər hansı bir formada qaçaqmalçılığın törədilməsi üçün əvvəlcədən müəyyən hərəkətlərin edilməsinə dair sübutlar əldə olunmamışdır. İş materiallarında ittihamda qeyd olunduğu kimi qabaqcadan əlbir olar qrup üzlərinin, eləcə də Təqsirləndirilən şəxs gömrük ərazisinə daxil olana qədər və ya gömrük sərhədini qanunsuz keçənədək qaçaq malın keçirilməsi üçün nəqliyyat vasitələrini gizli saxlanc yerləri ilə təchiz etməsi kimi hərəkətləri etmələrinə dəlalət edən hallar ümumiyyətlə müəyyən edilməmişdir. Həmçinin qeyd olunmalıdır ki, iş üzrə ibtidai istintaq və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs 1998-ci ilin payız aylarında «Vaxa» və «Ruslan» adlı şəxsiyyətləri məlum olmayan şəxslərdən, təkrarən qanunsuz olaraq əldə edərək, saxlamış, daşımış və gəzdirmiş olduğu yuxarıda qeyd edilən odlu silah, döyüş sursatı və partlayıcı maddələrin mənbəyi, (Təqsirləndirilən şəxs «Vaxa» adlı şəxsdən o zaman qanunsuz olaraq əldə edib, saxlamış, daşımış və gəzdirmiş olduğu odlu silahlardan yalnız 273751 nömrəli 5,45 mm. «AKS-74U» markalı "Kalaşnikov" konstruksiyalı avtomat silahın sonradan ləğv olunmuş 850 nömrəli Qubadlı özünümüdafiə taboruna məxsus silah olduğu, həmin odlu silahın xx xxxxxxxx 1992-ci il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Silahlandırma idarəsinin anbarından rəsmi qaydada Qubadlı özünümüdafiə taboruna verildiyi, 1995-ci ildə həmin özünümüdafiə taboru ləğv olunduqdan sonra isə həmin silahın döyüş itkisi kimi həmin taborun qeydiyyatında qaldığı müəyyən olunduğu istisna olunmaqla) həmin şəxslərdən əldə etmiş olduğu digər odlu silah, sursat və partlayıcı maddələrin nə kimi müvafiq dövlət qurumları və s. məxsus olduğu, onların nə zaman, haradan və hansı şəraitdə əldə olunduğu və s. müvafiq hallar müəyyən edilməmişdir. Yuxarıda qeyd edildiyi kimi, iş üzrə ibtidai istintaq və məhkəmə baxışı zamanı iş üzrə Təqsirləndirilən şəxs 1998-ci ilin payız aylarında «Vaxa» və «Ruslan» adlı şəxsiyyətləri məlum olmayan şəxslərdən, qanunsuz olaraq əldə edərək, saxlamış, daşımış və gəzdirmiş olduğu yuxarıda qeyd edilən odlu silah, döyüş sursatı və partlayıcı maddələrin onun tərəfindən yuxarıda qeyd edilən şəraitdə məhz qeyd edilən şəxslərdən onun tərəfindən əldə olunduğu mahiyyət etibarı ilə iş üzrə Təqsirləndirilən şəxs özünün iş üzrə ibtidai istintaq və məhkəmə baxışı zamanı vermiş olduğu tam etirafedici ifadələri ilə müəyyən olunmuşdur. Bununla yanaşı, yuxarıda qeyd edildiyi kimi iş üzrə məhkəmə baxışı zamanı tədqiq edilməklə iş üzrə ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs istifadəsində olmuş mobil telefon aparatları və həmin telefon aparatlarına aid mobil telefon nömrələri müəyyən edilərək həmin telefon aparatlarında olan məlumatlar yoxlanılmış, həmçinin müvafiq məhkəmə qərarlarına əsasən həmin telefon nömrələri üzrə Təqsirləndirilən şəxs həmin telefon nömrələri üzrə əlaqələri və s. xüsusatlar yoxlanılmış, lakin Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamla bağlı bu və ya digər xüsusatlar üzrə əlavə sübutlar əldə olunmamışdır. Belə ki, yuxarıda qeyd edildiyi kimi iş üzrə ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs istifadəsində olmuş «Samsung Galaxy A50» markalı və mobil telefon, «Apple İphone 7» markalı mobil telefon aparatları və onların üzərində olan mobil telefon nömrələri üzrə kartların yaddaşlarında olan məlumatlara baxış keçirilən zaman (cild 1, iş vər. 75-81), həmçinin Təqsirləndirilən şəxs istifadəsində olmaqla müvafiq məhkəmə qərarları əsasında «xxxx», «Azerfon» və “xxxx» MMC-lərdən istintaqa təqdim edilməklə Təqsirləndirilən şəxs müvafiq təqdim edilmiş dövr üzrə onun istifadəsində olmuş ***-***-**-**, ***-***-**-**, ***-***- **-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-** və ***-***-**-** nömrəli mobil telefon nömrələri üzrə telefon əlaqələri barədə məlumatlara keçirilmiş baxış zamanı (cild 2, iş vər. 42-47) üzrə iş üçün əhəmiyyət kəsb hallar müəyyən edilməmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə onun həmçinin Azərbaycan Respublikası CM-nin 28,206.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olduğu, yəni onun 1998-ci ilin payız aylarında «Vaxa» və «Ruslan» adlı şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında yuxarıda qeyd edilən partlayıcı maddələr, odlu silah və döyüş sursatlarının Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirmək və bunun üçün əlverişli şəraitin yaranmasını gözləmək məqsədi ilə əldə edərək, saxlamış, daşımış və gəzdirmiş olduğu və bu kimi hərəkətləri ilə qaçaqmalçılıq cinayət əməlinin törədilməsinə hazırlıq hərəkətləri etmiş olduğu, yalnız Təqsirləndirilən şəxs həmin xüsusatlarla bağlı iş üzrə ibtidai istintaq zamanı özünün vermiş olduğu, yəni qeyd edilən şəxslərin -«Həmin silah və sursatları onlar Çeçenistana aparmalı idilər. Lakin, sözlərinə görə hazırda həmin dövrdə yolda nəzarət güclü olduğundan münasib vaxtda göstərilənləri götürəcəklərini mənə bildirdilər» məzmunda, həmçinin 1998-ci ilin payız aylarında «Vaxa» adlı şəxslə yuxarıda qeyd edilən şəraitdə təsadüfən görüşüb söhbət edən zaman, - «Vaxa» ilə söhbət əsnasında sonuncunun Çeçenistana aparmaq üçün bir qədər odlu silah və döyüş sursatının olduğunu, lakini hazırda dövlət sərhədinin mühafizəsinin daha ciddi qarunması səbəbindən onları apara bilmədiklərini, bu silah, sursatı müvəqqəti saxlamağını ondan xahiş etdi»yi məzmunda vermiş olduğu ifadələr əsas götürülmüş və həmin xüsusatla bağlı hər-hansı bir sənəd, şahid olması və digər mötəbər sübut əldə olunmamışdır. Yuxarıda qeyd edildiyi kimi, məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs həmin xüsusatla bağlı olan hissədə iş üzrə ibtidai istintaq zamanı vermiş olduğu ifadələri təsdiq etməyərək «Vaxa» adlı şəxsin ona saxlamaq üçün verdiyi həmin silah və sursatları sonunucunun Çeçenistana və yaxud başqa bir ölkəyə aparmaq istədiyi və s. barədə ona heç nə bildirmədiyini, bununla bağlı onun təqsirləndirilən şəxs qismində dindirilməsi barədə xx xxxxxxxx 2020-ci il tarixli protokolun sonunda yuxarıda göstərilən qeydini yazdığını, həmin «Vaxa» adlı şəxs ona həmin silah və sursatları sonradan Çeçenistana və yaxud başqa bir ölkəyə aparmaq istədiyini ona bildirdiyi halda, həmin silah və sursatları ondan götürüb müvəqqəti saxlamağa heç vaxt razılaşmayacığını bildirmişdir. Beləliklə, göründüyü kimi, iş üzrə ibtidai istintaq və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə onun Azərbaycan Respublikası CM-nin 28,206.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olduğu, yəni 1998-ci ilin payız aylarında «Vaxa» və «Ruslan» adlı şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında yuxarıda qeyd edilən partlayıcı maddələr, odlu silah və döyüş sursatlarının Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirmək məqsədi ilə əldə edərək, saxlamış, daşımış və gəzdirmiş olduğu, yəni onun qaçaqmalçılıq cinayət əməlinin törədilməsinə hazırlıq hərəkətləri etmiş etmiş olduğu ilə bağlı olan hissədə təqsirli olması sübuta yetirilməmiş və bununla bağlı heç bir mötəbər və təkzibolunmaz sübut əldə olunmamışdır. Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələblərinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli və cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.2-ci maddəsinin tələblərinə əsasən ittihamın sübut olunmasında şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinin tələblərinə görə ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” xx xxxx 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi, cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Odur ki, məhkəmə cinayət prosessual qanunvericiliyin tələblərini və həmçinin qeyd olunan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Qərarında göstərilənləri nəzərə alaraq, təqsirləndirilən şəxs və şahidləri dinləyərək, iş materiallarını nəzərdən keçirib, iş üzrə əldə olmuş sübutlara hərtərəfli və obyektiv qiymət verməklə Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməllərinin tövsifi məsələsini müzakirə edərək, hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən onun qanunsuz olaraq qəsdən odlu silah və döyüş sursatı əldə etmiş, saxlamış, daşımış və gəzdirmiş olduğu, həmçinin qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq təkrarən odlu silah, döyüş sursatı və partlayıcı maddələr əldə etmiş, saxlamış, daşımış və gəzdirmiş olması iş üzrə ibtidai istintaq və məhkəmə baxışı zamanı tam sübuta yetirilmişdir və ibtidai istintaq orqanı tərəfindən həmin hissədə onun əməlləri Azərbaycan Respublikası CM-nin 228.2.1 və 228.2.2-ci maddələri ilə düzgün tövsif edilmişdir. Bununla yanaşı, məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 28,206.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmiş olduğu məhkəmə istintaqı zamanı öz təsdiqini tapmadığı nəzərə alınaraq, Təqsirləndirilən şəxs irəli sürülmüş ittihamdan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 28,206.3.2-ci maddəsi ilə olan hissəsi xaric edilməli və o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.2.1 və 228.2.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.2.1 və 228.2.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlində təqsirini təkzib edə biləcək hal məhkəmə tərəfindən müəyyən edilmədi. Yuxarıda qeyd edildiyi kimi həmin iş üzrə Təqsirləndirilən şəxs oğlu əvvəllər cinayət məsuliyyətinə cəlb olunmaqla sonuncu dəfə onun keçmiş Azərbaycan Respublikası Ali məhkəməsinin Hərbi kollegiyasının xx xxxxxx 1995-ci ıl tarixli hökmü ilə o zaman qüvvədə olmuş Azərbaycan Respublikası CM-nin 255-ci maddəsinin «B» bəndi (Hakimiyyətdən suiistifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə,- həmin maddənin “a” və “b” bəndlərində nəzərdə tutulmuş əməllər müharibə vaxtı və ya döyüş şəraitində edildikdə), 220-ci maddəsinin 2-ci hissəsi və 220-ci maddəsinin 3-cü hissəsi (müvafiq icazə olmadan odlu silah, döyüş sursatı və partlayıcı maddələr gəzlirmə, saxlama, daşıma və ya satma) ilə təqsirli bilinib, qəti olaraq 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, lakin Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 1996-cı il tarixli 511 №-li Fərmanı ilə həmin tarixdə azadlığa buraxılmışdır. Daha sonra isə o, o zamankı Bakı şəhər məhkəməsinin Cinayət işləri üzrə məhkəmə kollegiyasının xx xxxx 1999-cu il tarixli, iş №1-125/99 1999-il saylı qərarı ilə ona qarşı irəli sürülmüş ittiham, yəni o zaman qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71-ci maddəsinin 2-ci hissəsi (Qaçaqmalçılıq), 194-cü maddəsinin 1ci hissəsi (Rəsmi sənədi, möhürü, ştampı və ya blankı qanunsuz hazırlama, saxtalaşdırma, satma, əldə etmə, və ya onlardan istifadə etmə) və 220-ci maddəsinin 2-ci hissəsi (Müvafiq icazə olmadan odlu silah, döyüş sursatı və partlayıcı maddələr gəzlirmə, saxlama, daşıma və ya satma) ilə nəzərdə tutulmuş cinayət əməllərini anlaqsız vəziyyətdə törətdiyi müəyyən edildiyinə görə o, cinayət məsuliyyətindən azad edilmiş və onun haqqında tibbi xarakterli məcburi müalicə tətbiq edilməklə adi müşahidə altında psixiatrik xəstəxanada məcburi müalicə təyin olunmuş, sonra həmin məhkəmənin Cinayət işləri üzrə məhkəmə kollegiyasının xx xxx 2000-ci il tarixli qərarı ilə qərarı ilə Təqsirləndirilən şəxs barəsində tətbiq edilmiş tibbi xarakterli məcburi müalicə ləğv olunaraq o, müalicə olunduğu Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 1 №-li Ruhi-əsəb xəstəxanasından ümumi əsaslarla yaşayış yeri üzrə müalicəyə keçirilmişdir. Təqsirləndirilən şəxs əvvəllər ağır cinayətlər kateqoriyasına aid olan cinayət əməli törətməkdə təqsirli bilinərək məhkum olunduğu, lakin Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 1996-cı il tarixli 511 №-li Fərmanı ilə həmin tarixdə azadlığa buraxıldığı nəzərə alınaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin müddəalarına əsasən müvafiq müddət keçdiyi nəzərə alınmaqla o, məhkum olmamış şəxs hesab olunmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularına “Azərbaycanın Milli Qəhrəmanı” adı verilməsi haqqında xx.xx.1992-ci il tarixli Azərbaycan Respublikası Prezidentinin fərmanından görünür ki, Təqsirləndirilən şəxs qardaşı X8 Azərbaycan Respublikası Prezidenti tərəfindən Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunmasında, dinc əhalinin təhlükəsizliyinin təmin edilməsində şəxsi igidlik və şücaət göstərdiyinə görə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçusu – leytenant olaraq ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cinayət əməlini etiraf edib peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olmasını, Azərbaycan Respublikasının müharibə veteranı olmaqla Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsində iştirak etməklə 2-ci qrup əlil olmasını, qardaşı X8 xx.xx.1992-ci il tarixli Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilməsini, təqaüdçü olmasını, «Hipertoniya xəstəliyi, Şəkərli diabet İİ tip, Postravmatik ensefaloratiya, Nevrotik reaksiya» diaqnozları xəstəliklərindən əziyyət çəkməsini, iş üzrə keçirilmiş məhkəmə-psixiatrik ekspertizasının rəyinə əsasən onun hərəkətləri Azərbaycan RespublikasıCinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmədiyi, lakin onda aşkar edilən «Üzvi emosional ləbil pozuntusu diaqnozlu xəstəliklə əlaqədar öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam dərk etmək və onları tam idarə etmək iqtidarında olmayan şəxs kimi onun əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 22.1-cı maddəsinin təsiri altına düşdüyünü onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və ona cəza təyin edərkən nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal məhkəmədə müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qəsdən az ağır cinayət törətməkdə təqsirli bilindiyi nəzərə alınaraq Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən o cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli xx xxxxx 2020-ci il tarixdən hesablanmalıdır. İş üzrə maddi sübutlar: cinayətin predmeti olmaqla Təqsirləndirilən şəxs məxsus Qusar rayonunun Ləzə və Xaçmaz rayonunun Mürşüdoba kəndlərində yerləşən fərdi yaşayış evlərində, ünvan 8a ünvanda və Bakı şəhəri, Binəqədi rayonu. Goradil kəndi, 1162 nömrəli bağ evində 16, 22 və xx xxxxx 2020-ci il tarixlərdə keçirilmiş baxış və axtarışlar zamanı aşkar edilərək götürülmüş yuxarıda qeyd edilən döyüş sursatları, odlu silahlar və partlayıcı maddələr, eləcə də odlu silahların funksional əhəmiyyət daşımayan hissələri hökm qanuni qüvvəyə mindikdən sonra dövlət nəfinə müsadirə edilməli və iş üzrə ibtidai istintaq zamanı saxlanılması üçün xx xxxxxxxx 2020-ci il tarixdə Dövlət Təhlükəsizliyi Xidmətinin Xüsusi təyinatlı baş idarəsinin Maddi-texniki təminat şöbəsinə təhvil verildiyi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs məxsus Bakı şəhəri, Binəqədi rayonu, Goradil kəndi, 1162 nömrəli bağ evində xx xxxxx 2020-ci il tarixdə aparılmış axtarış zamanı aşkar edilərək götürülmüş yivli odlu silah hesab edilən 5,6 mm. kalibrli “COБОЛЬ LR” modelli 01600526 nömrəli ov karabininin vətəndaş Şahid5 adına alınmasını təsdiq edən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 tərəfindən verilmiş xx xxxxxx 2006-cı il tarixli 18/1 nömrəli və X13 Nazirliyi Analitik İnformasiya idarəsi tərəfindən verilmiş xx xxxxxx 2006-cı il tarixli A/60 nömrəli xüsusi icazə sənədlərinin surətləri, Təqsirləndirilən şəxs məxsus olmaqla Qusar rayonunun Ləzə və Xaçmaz rayonunun Mürşüdoba kəndindlərində yerləşən yaşayış evlərində, həmçinin yaşadığı ünvan 4 ünvanda yerləşən evində və Bakı şəhəri, Binəqədi rayonu, Goradil kəndi, 1162 nömrəli bağ evində 16, 22 və xx xxxxx 2020-ci tarixlərdə keçirilmiş baxış və axtarış zamanı aparılmış foto və video çəkilişlərin əks etdirildiyi bir ədəd “flash card” cinayət işinin materiallarında saxlanılmalıdır. Bununla yanaşı iş üzrə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs yuxarıda qeyd edilən şəraitdə qanunsuz olaraq qəsdən əldə edərək, saxlamış, daşımış və gəzdirmiş olduğu yuxarıda qeyd edilən odlu silahlardan HB 4545 zavod nömrəli 9 mm-lik «Makarov" tapança silahının Azərbaycan Respublikası Müdafiə Nazirliyi Maddi-Texniki Təminat Baş İdarəsi Silah və XN-Artılleriyə Silahlan xidmətində N nömrəli hərbi hissənin döyüş itkisi olaraq qeydiyyatda olması, həmçinin 273751 zavod nömrəli 5,45 mm-lik “AKS-74U” markalı "Kalaşnıkov" avtomatı ləğv olunmuş 850 nömrəli Qubadlı özünümüdafiə taborunun silahı olub həmin idarənin Raket-Artilleriya Silahlan xidmətində döyüş itkisi olaraq qeydiyyatda olduğu müəyyən olunduğu, iş üzrə qeyd edilən silahların dövlət nəfinə müsadirə olunması və saxlanılması üçün xx xxxxxxxx 2020-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Xüsusi təyinatlı baş idarəsinin Maddi-texniki təminat şöbəsinə təhvil verildiyi nəzərə alınaraq bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyi Maddi-Texniki Təminat Baş İdarəsinə məlumat verilməlidir. İş üzrə ekspertiza xərcləri cəmi 1455 (min dörd yüz əlli beş manat) manat iş üzrə Təqsirləndirilən şəxs dövlətin xeyrinə tutulmalıdır. İş üzrə üzərinə həbs qoyulmuş əmlak və mülki iddia olmadığı nəzərə alınmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 345-349, 351-353 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.2.1 və 228.2.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli xx xxxxx 2020-cu il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübutlar: cinayətin predmeti olmaqla Təqsirləndirilən şəxs məxsus Qusar rayonunun Ləzə və Xaçmaz rayonunun Mürşüdoba kəndlərində yerləşən fərdi yaşayış evlərində, ünvan 8a ünvanda və Bakı şəhəri, Binəqədi rayonu. Goradil kəndi, 1162 nömrəli bağ evində 16, 22 və xx xxxxx 2020-ci il tarixlərdə keçirilmiş baxış və axtarışlar zamanı aşkar edilərək götürülmüş yuxarıda qeyd edilən döyüş sursatları, odlu silahlar və partlayıcı maddələr, eləcə də odlu silahların funksional əhəmiyyət daşımayan hissələri hökm qanuni qüvvəyə mindikdən sonra dövlət nəfinə müsadirə edilsin və iş üzrə ibtidai istintaq zamanı saxlanılması üçün xx xxxxxxxx 2020-ci il tarixdə Dövlət Təhlükəsizliyi Xidmətinin Xüsusi təyinatlı baş idarəsinin Maddi-texniki təminat şöbəsinə təhvil verildiyi nəzərə alınsın. Təqsirləndirilən şəxs məxsus Bakı şəhəri, Binəqədi rayonu, Goradil kəndi, 1162 nömrəli bağ evində xx xxxxx 2020-ci il tarixdə aparılmış axtarış zamanı aşkar edilərək götürülmüş yivli odlu silah hesab edilən 5,6 mm. kalibrli “COБОЛЬ LR” modelli 01600526 nömrəli ov karabininin vətəndaş Şahid5 adına alınmasını təsdiq edən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 tərəfindən verilmiş xx xxxxxx 2006-cı il tarixli 18/1 nömrəli və X13 Nazirliyi Analitik İnformasiya idarəsi tərəfindən verilmiş xx xxxxxx 2006-cı il tarixli A/60 nömrəli xüsusi icazə sənədləri, Təqsirləndirilən şəxs məxsus olmaqla Qusar rayonunun Ləzə və Xaçmaz rayonunun Mürşüdoba kəndindlərində yerləşən yaşayış evlərində, həmçinin yaşadığı ünvan 4 ünvanda yerləşən evində və Bakı şəhəri, Binəqədi rayonu, Goradil kəndi, 1162 nömrəli bağ evində 16, 22 və xx xxxxx 2020-ci tarixlərdə keçirilmiş baxış və axtarış zamanı aparılmış foto və video çəkilişlərin əks etdirildiyi bir ədəd “flash card” cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məxsus Bakı şəhəri, Binəqədi rayonu, Goradil kəndi, 1162 nömrəli bağ evində xx xxxxx 2020-ci il tarixdə aparılmış axtarş zamanı aşkar edilərək götürülmüş yivli odlu silah hesab edilən 5,6 mm kalibrli “Sobol LR” modelli 01600526 nömrəli ov karabininin vətəndaş Şahid5 adına alınmasını təsdiq edən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 tərəfindən verilmiş xx xxxxxx 2006-cı il tarixli 18/1 nömrəli və X13 Nazirliyi Analitik İnformasiya idarəsi tərəfindən verilmiş xx xxxxxx 2006-cı il tarixli A/60 nömrəli xüsusi icazə sənədlərinin surətləri cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs qanunsuz olaraq qəsdən əldə edərək, saxlamış, daşımış və gəzdirmiş olduğu odlu silahlardan HB 4545 zavod nömrəli 9 mm-lik «Makarov" tapança silahının Azərbaycan Respublikası Müdafiə Nazirliyi Maddi-Texniki Təminat Baş İdarəsi Silah və XN-Artılleriyə Silahlan xidmətində N nömrəli hərbi hissənin döyüş itkisi olaraq qeydiyyatda olması, həmçinin 273751 zavod nömrəli 5,45 mm-lik “AKS-74U” markalı "Kalaşnıkov" avtomatı ləğv olunmuş 850 nömrəli Qubadlı özünümüdafiə taborunun silahı olub həmin idarənin Raket-Artilleriya Silahlan xidmətində döyüş itkisi olaraq qeydiyyatda olduğu müəyyən olunduğu, iş üzrə qeyd edilən silahların dövlət nəfinə müsadirə olunması və saxlanılması üçün xx xxxxxxxx 2020-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Xüsusi təyinatlı baş idarəsinin Maddi-texniki təminat şöbəsinə təhvil verildiyi barədə nəzərə alınaraq bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyi Maddi-Texniki Təminat Baş İdarəsinə məlumat verilsin. İş üzrə ekspertiza xərcləri cəmi 1455 (min dörd yüz əlli beş manat) manat iş üzrə Təqsirləndirilən şəxs dövlətin xeyrinə tutulsun. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu, məhkumlara isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Eldar Mikayılov Hakimlər: Əliövsəd Abasov Mahmud Ağalarov Əsli ilə düzdür, Hakim Eldar Mikayılov
Məhkəmə qərarları › İş №1(101)-378/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-378/2021
05.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver