Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-378/2022 18.03.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Zeynal Qurban oğlu Ağayevin sədrliyi ilə, Hakimlər: X15 Məcidov, Səbuhi Sabir oğlu Hüseynovdan ibarət tərkibdə, Kazımov Məhəmməd Arif oğlunun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 8 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs (xx.xx.1985-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində bir azyaşlı övladı olan, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Bakı şəhəri Nəsimi rayonu S.Vurğun küçəsi ev 116 mənzil 103-də qeydiyyatda olan, Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi Şimal/Dres yaşayış sahəsində yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq təcridxanasında həbsdə saxlanılan) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni hazırlayıb saxlamış və qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri külli miqdarda əkib yetişdirməklə kultivasiya etmiş və onların hissələrini toplamışdır. Belə ki, o, məlum olmayan mənbədən əldə etdiyi tərkibində narkotik maddələr olan çətənə bitkisinin toxumlarını yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Şimal Dres yaşayış sahəsində yerləşən nömrəsiz fərdi yaşayış evinin həyətyanı sahəsində qanunsuz olaraq külli miqdarda narkotik təbiətli çətənə (kannabis) bitkilərini əkib yetişdirərək, onlara aqrotexniki qaydada qulluq etməklə kultivasiya etmiş, bu barədə daxil olmuş məlumat əsasında Xəzər RPİ-nin 1-ci PŞ-nin və Xəzər RPİ-nin NMB-nin əməkdaşlarının iştirakı ilə 28 iyul 2021-ci il tarixdə, saat 21:50 radələrində Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Şimal Dres yaşayış sahəsində yerləşən həyətyanı sahəyə baxış keçirilərkən Təqsirləndirilən şəxs qanunsuz olaraq əkib yetişdirməklə kultivasiya etdiyi yaş vəziyyət ümumi çəkisi 35730,0 qram olan ümumilikdə 131 (bir yüz otuz bir) ədəd, yəni külli miqdarda bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüş, tədbirin davamı olaraq Təqsirləndirilən şəxs Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Şimal Dres yaşayış sahəsində yerləşən nömrəsiz fərdi yaşayış evinə baxış keçirilmiş və baxış zamanı evin boş otağında Təqsirləndirilən şəxs qurutmaq məqsədilə ipdən asdığı ümumilikdə 51 ədəd nəm vəziyyətdə ümumi təmiz çəkisi 6000,0 qram olan tərkiblərinə görə eynilik təşkil edən bitki hissələri, əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkisinin hissələri, yataq otağındakı şifonerdən isə Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq, satış məqsədi ilə əldə etdiyi külli miqdarda ümumi təmiz çəkisi 2258,7 qram olan tərkiblərinə görə eynilik təşkil edən 3 ədəd 15 kiloqramlıq şüşə balonlarda ayrı-ayrılıqda təmiz çəkiləri 320,0 qram; 405,0 qram; 445,0 qram, ümumi çəkisi 1170,0 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanalar, 9 ədəd şüşə, 1 ədəd plastmas bankaların içərisində ayrı-ayrılıqda təmiz çəkiləri 85,0 qram; 265 qram; 255,0 qram; 35,0 qram; 135,0 qram; 10, 142 qram; 12, 386 qram; 10, 219 qram; 17,965 qram; 95,0 qram, ümumi çəkisi 920,712 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanalar, bir ədəd “BERQA” çay qutusunun içərisində 7 ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri 1,242 qram; 2,597 qram; 3,421 qram; 2,945 qram; 3,211 qram; 3,011 qram; 2,889 qram, ümumi çəkisi 19,316 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanalar, 8 ədəd şüşə bankalarda ayrıayrılıqda təmiz çəkiləri 25,0 qram; 20,0 qram; 30,0 qram; 4,457 qram; 6,455 qram; 1,468 qram; 30,0 qram; 6,789 qram; bir ədəd şüşə bankada açıq vəziyyətdə təmiz çəkisi 15,084 qram və həmin şüşə bankanın içərisindəki bir ədəd kibrit qutusunda təmiz çəkisi 3,943 qram; bir ədəd bankada açıq vəziyyətdə təmiz çəkisi 0,790 qram və həmin bankan içərisindəki iki ədəd kibrit qutusunda təmiz çəkiləri 3,360 qram; 1,168 qram, bir ədəd bankada bir ədəd gümüşü rəngli kağız bükümdə təmiz çəkisi 0,158 qram, ümumi çəkisi 148,672 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanalar, bundan başqa ümumi təmiz çəkisi 564,522 qram olan, narkotik vasitələrə aid edilməyən bir ədəd “BERQA” çay qutusunun içərisində 5 ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri 1,756 qram; 1,736 qram; 0,781 qram; 1,789 qram; 0,214 qram, ümumi çəkisi 6,276 qram olan bitki toxumları əkilib-becərilməsi qadağan olunmuş, çətənə (kannabis) bitkisinin toxumları, bir ədəd “BERQA” çay qutusunun içərisində 6 ədəd kibrit qutusunda ayrıayrılıqda təmiz çəkiləri 7,123 qram; 0,393 qram; 2,522 qram; 2,612 qram; 7,942 qram; 5,139 qram, ümumi çəkisi 25, 731 qram olan bitki toxumları əkilib-becərilməsi qadağan olunmuş, çətənə (kannabis) bitkisinin toxumları, bir ədəd “AKBAR” çay qutusunun içərisində 5 ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri 1,259 qram; 8,719 qram; 3,366 qram; 10,422 qram; 1,366 qram, ümumi çəkisi 25,132 qram olan bitki toxumları əkilib-becərilməsi qadağan olunmuş, çətənə (kannabis) bitkisinin toxumları, 5 ədəd kibrit qutusunun içərisində ayrı-ayrılıqda təmiz çəkiləri 10,311 qram; 10,435 qram; 1,808 qram; 0,710 qram; 5,302 qram, ümumi çəkisi 28,566 qram olan bitki toxumları əkilib-becərilməsi qadağan olunmuş, çətənə (kannabis) bitkisinin toxumları, iki ədəd kibrit qutusunda təmiz çəkiləri 0,426 qram; 0,996 qram, bir ədəd bankada açıq vəziyyətdə təmiz çəkisi 58,201 qram; bir ədəd bankada açıq vəziyyətdə 225,0 qram və 3 ədəd kibrit qutusunda ayrayrılıqda təmiz çəkiləri 12,644 qram; 9,203 qram; 3,603 qram, bir ədəd bankada açıq vəziyyətdə təmiz çəkisi 150,0 qram və 2 ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri 9,263 qram; 9,481 qram, ümumi çəkisi 478,817 qram olan bitki toxumları əkilibbecərilməsi qadağan olunmuş, çətənə (kannabis) bitkisinin toxumları, eləcə də həmin yataq otağındakı pəncərənin qarşısından bir ədəd üzərində bitki mənşəli narkotik vasitə hissəcikləri olmayan elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi Şimal Dres yaşayış sahəsində nömrəsiz fərdi evdə yaşamışdır. 5 il olar ki, narkotik vasitə qurudulmuş marixuanadan istifadə etmişdir. İstifadə üçün narkotik vasitə qurudulmuş marixuananı adətən yaşadığı evin həyətində əkib yetişdirdiyi çətənə bitkisinin hissələrindən əldə etmişdir. Əkdiyi çətənə bitkilərinin toxumlarını isə hazırda ölmüş dayısından almış və həmin vaxtdan sonra əkdiyi çətənə bitkilərindən toxum da əldə etmişdir. 28.07.2021-ci il tarixdə saat 18 radələrində yaşadığı evin yaxınlığında olan zaman özlərini polis əməkdaşları kimi təqdim edən şəxslər ona yaxınlaşaraq, onun narkotik vasitələrin kultivasiyası ilə məşğul olmaqda şübhəli olduğumu bildirmişlər və bununla bağlı onu Xəzər RPİ-nə dəvət etmişlər. O da heç bir etiraz etmədən polis əməkdaşları ilə birlikdə Xəzər RPİ-nə getmişdir. Orada müstəntiq tərəfindən ona bir daha bildirilmişdir ki, narkotik vasitələrin kultivasiyasında şübhəli bilindiyi üçün Polis idarəsinə gətirilmişdir. Sonra ona şübhəli şəxs qismində tutulmağı barədə qərar elan edilmiş və hüquqlarının müdafiə olunmasından ötrü vəkillə təmin olunmuşdur. Hüquq və vəzifələri izah olunduqdan sonra polis əməkdaşlarının və vəkilin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmiş, lakin üzərindən qadağan edilmiş heç nə aşkar olunmamışdır. Sorğu zamanı etiraf etmişdir ki, yaşadığı evin həyətində çətənə bitkiləri əkmiş və onları təqdim edə bilər. Sonra bununla bağlı ondan ərizə alınmış və Xəzər rayonu Şüvəlan qəsəbəsi Şimal Dres yaşayış sahəsində yerləşən yaşadığı evə getmişlər. Baxış keçirilməsində ondan başqa vəkil, aqronom, üç nəfər polis əməkdaşları da iştirak etmişlər. O, çətənə bitkiləri əkdiyi yeri təqdim etmiş, aqronom bitkilərə və əkildiyi yerə baxış keçirərək bitkilərin çətənə bitkiləri olduğunu və onlara aqrotexniki qaydada qulluq göstərdiyimi təsdiq etmişdir. Bundan sonra çətənə bitkiləri birbir kökündən çıxarılmaqla sayılmış və ümumilikdə 131 ədəd çətənə bitkisinin olduğu məlum olmuşdur. Sorğu zamanı bildirmişdir ki, çətənə bitkilərini şəxsi istifadəsi üçün əkmişdir. Aşkar olunmuş 131 ədəd çətənə bitkisi kisələrə yığılaraq qablaşdırılıb götürülmüş, sonra yaşadığı evdə həyətdə əkdiyi çətənə bitkilərinin hissələrindən yığıb qurutduğu narkotik vasitələrin olduğunu bildirmişdir. Evə baxış keçirilməsi barədə ərizə vermiş, yuxarıda qeyd olunan yaşadığı evə baxış keçirilmişdir. Baxış zamanı əvvəlcə yataq otağındakı şifoneri təqdim etmiş və bildirmişdir ki, şifonerin içərisində qurudulmuş marixuana və çətənə bitkisinin toxumlarını saxlayır. Həmin yataq otağındakı şifonerə baxış zamanı bankaların, kibrit qutularının, çay qutularının və müxtəlif qabların içərisinə yığıb saxladığım qurudulmuş marixuana və çətənə bitkisinin toxumları və bir ədəd elektron tərəzi aşkar edilib götürülmüş, iki ədəd sintetik kisə və bir ədəd əl çantasına yığılaraq qablaşdırılmışdır. Sonra yataq otağının yanındakı boş otaqdan qurutmaq məqsədilə ipdən asdığı 51 ədəd çətənə kolunun hissələri də aşkar olunmuşdur. Aşkar olunan həmin 51 ədəd çətənə kolu da bir ədəd sintetik kisəyə yığılaraq qablaşdırılmışdır. Əkdiyi həmin kolları şəxsi istifadəsi üçün əkmiş və qulluq etmişdim. Narkotik vasitənin satışı ilə məşğul olmamış və heç vaxt narkotik vasitə satmamışdır. Hazırda da əməlimdən peşmandır. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid1 ifadəsində göstərmişdir ki, Xəzər RPİ-nin 1-ci PB-ndə baş əməliyyat müvəkkili işləyir. Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi, o cümlədən satışı ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatının yoxlanılması və həmin şəxsin cinayət əməlinin ifşa olunması məqsədi ilə onun və Xəzər RPİ-nin 1-ci PŞ-nin sahə inspektoru, polis kapitanı Şahid2 tərkibinə daxil olduğu müvafiq əməliyyat qrupu yaradılmış, keçirilən əməliyyat axtarış tədbirləri çərçivəsində Təqsirləndirilən şəxs Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində saxlayaraq ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib Xəzər RPİ-yə gətirmişlər və aidiyyəti üzrə təqdim etmişlər. Bir qədər sonra Xəzər RPİ-nin İstintaq şöbəsinin baş müstəntiqi, polis mayoru Ramil Mehdiyev onun, Şahid2, Şahid3 və müdafiəçi Bəhruz Səfərovun iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində hər-hansı dövriyyəsi qanunla qadağan edilmiş əşya maddə və ya predmet aşkar edilməmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Şimal Dres yaşayış sahəsində yerləşən nömrəsiz fərdi evin həyətində qanunsuz olaraq çətənə bitkiləri əkdiyini bildirmiş, bundan sonra yuxarıda adını qeyd etdiyi şəxslər və aqronomla birlikdə Təqsirləndirilən şəxs yaşadığı ünvana getmişlər, Təqsirləndirilən şəxs çətənə koluna bnzər bitkiləri əkdiyi yeri təqdim etmiş, aqranom həmin kollara baxaraq onların aqrotexniki qaydada qulluq göstərilmiş çətənə bitkiləri olduğunu bildirmişdir. Müstəntiq tərəfindən həmin kollar sayılmış və kökləri ilə birlikdə torpaqdan çıxırılmışdır. Sayım zamanı müəyyən edilmişdir ki, ümumilikdə 131 ədəd çətənə bitkisənə oxşar kol vardır. Bundan sonra həmin kollar müstəntiq tərəfindən qablaşdırılmış və mühürlənmişdir. Bu barədə protokol tərtib edilmiş və ucadan oxunmuş, doğru olduğu üçün imza etmişdir. Daha sonra aparılan sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, əkdiyi çətənə birkilərinin hissələrini toplayaraq yaşadığı evin içərisində saxlayır. Onun icazəsi ilə yaşadığı evə baxış keçirilmişdir. Baxış zamanı evin yataq otağında olan şifonerdə müxtəlif həcmlərdə olan içərisində qurudulmuş marixuanaya bənzər maddələr və toxumlar aşkar edilərək götürülmüşdür. Belə ki, içərisində qurudulmuş marixuanaya bənzər maddələr olan 21 ədəd müxtəlif həcmli balonlar, bir ədəd şüşə balonun içərisində toxuma bənzər maddələr və həmin balonun içərisindən içində toxuma bənzər maddələr olan 03 ədəd kibrit qutusu, bundan başqa bir ədəd şüşə balonun içərisində içində qurudulmuş marixuanaya bənzər maddələr olan bir ədəd gümüşü rəngli kağız büküm və 02 ədəd kibrit qutusu, bundan başqa bir ədəd şüşə balonun içərisində toxuma bənzər maddələr və həmin balonun içərisində içində qurudulmuş marixuanaya bənzər maddələr olan 02 ədəd kibrit qutusu, bir ədəd şüşə balonun içərisində içində qurudulmuş marixuanaya bənzər maddə olan kibrit qutusu, bundan başqa bir ədəd şüşə balonda içərisində qurudulmuş marixuanaya bənzər maddələr olan iki ədəd kibrit qutusu, bir ədəd plastik qabda içərisində qurudulmuş marixuanaya bənzər maddələr və boş kibrit qutuları, bir ədəd Berqa çayı qutusunda içərisində qurudulmuş marixuanaya bənzər 07 ədəd kibrit qutusu, bir ədəd Berqa çayı qutusunda boş kibrit qutuları və içərisində toxuma bənzər maddələr olan beş ədəd kibrit qutusu, bir ədəd Berqa çayı qutusunda boş kibrit qutuları və içində toxuma bənzər maddələr olan 06 ədəd kibrit qutusu, bir ədəd Akbar çayı qutusunun içində toxuma bənzər maddələr və boş kibrit qutusu və içində toxuma bənzər maddələr olan 5 ədəd kibrit qutusu aşkar edilərək götürülmüşdür. Bundan başqa həmin yataq otağında pəncərinin qarşısında bir ədəd elektron tərəzi aşkar edilmiş və götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs göstərməsi ilə yataq otağının yanındakı otağa baxış keçirilmişdir. Burada ipdən asılmış vəziyyətdə 51 ədəd çətənə kolu aşkar edilmiş və götürülmüşdür. Götürülən əşyalar müstəntiq tərəfindən qablaşdırılmış və möhürlənmişdir. Bu barədə protokol tərtib edilmiş və ucadan oxunmuş, doğru olduğu üçün imzalarla təsdiq etmişlər. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid2 və Şahid3 da Şahid1 ifadəsindəki xüsusatları təsdiq etmişlər. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri üzrə təqsirli olması özünün ifadəsi ilə yanaşı iş üzrə dindirilmiş şahidlərin ifadələri, məhkəmədə tədqiq edilən aparılmış istintaq hərəkətlərinin protokolları, ekspert rəyi və digər sübut növləri ilə də tam sübuta yetirilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən alınmış tələbnamə ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Bakı şəhəri Xəzər rayon məhkəməsinin hakimi X2 09 avqust 2021-ci il tarixli 5(003)- 297/2021 nömrəli qərarı ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Xəzər RPİ-nin 1ci Polis Bölməsinin əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul edilmiş “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” 28 iyul 2021-ci il tarixli qərarı qanuni sayılmışdır. Cinayət işinin materiallarında olan cinayət törətməkdə şübhə edilən şəxsin tutulması haqqında 28 iyul 2021-ci il tarixli protokoldan məlum olur ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan Bakı şəhəri rayon Xəzər rayon Məhkəməsinin «həbs» qətimkan tədbirinin seçilməsi barədə 30 iyul 2021-ci il tarixli qərarından məlum olur ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 28 iyul 2021-ci il tarixdən hesablanmaqla «həbs» qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan şəxsi axtarış aparılması haqqında 28 iyul 2021ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş, lakin dövriyyəsi qanunla qadağan edilmiş və ya məhdudlaşdırılmış heç bir əşya və ya maddə aşkar edilməmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi Şimal Dres yaşayış sahəsində yerləşən yaşadığı nömrəsiz fərdi evin həyətində qanunsuz olaraq çətənə bitkiləri əkdiyini etiraf etmişdir. Cinayət işinin materiallarında olan baxış keçirilməsi və götürmə aparılması haqqında 28 iyul 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evin həyətində qanunsuz olaraq kultivasiya etdiyi çətənə koluna bənzər bitkiləri əkdiyi yeri təqdim etmiş və baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evin həyətində ətrafı metal torla hasarlanmış torpaq sahəsində qanunsuz olaraq kultivasiya etdiyi çətənə koluna bənzər bitkilər aşkar edilmişdir. Aqronom-alim X4 bildirmişdir ki, həmin bitkilər narkotik vasitə çətənə bitkiləridir və onlara aqrotexniki qaydada qulluq göstərilmiş, damcı yolu ilə suvarılmış, alaq otlarından təmizlənmiş, kultivasiya olunmuşdur. Bundan sonra çətənə bitkilərinə oxşar bitkilər bir-bir sayılmaqla kökləri ilə birlikdə torpaqdan çıxarılmış və ümumilikdə 131 ədəd çətənə koluna bənzər bitkilərin əkildiyi məlum olmuşdur. Həmin çətənə kollarına bənzər bitkilər altı ədəd sintetik kisələrə yığılaraq qablaşdırılmış və Xəzər RPİ-nin 43 saylı ştampı ilə möhürlənərək götürülmüşdür. Cinayət işinin materiallarında olan baxış keçirilməsi və götürmə aparılması haqqında 28 iyul 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi Şimal Dres yaşayış sahəsində yerləşən evə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs əvvəlcə yataq otağındakı şifoneri təqdim etmiş və bildirmişdir ki, həmin şifonerin içərisində qurudulmuş marixuana və çətənə bitkisinin toxumlarını saxlayır. Həmin yataq otağındakı şifonerə baxış zamanı üç ədəd 15 litrlik şüşə balonda qurudulmuş marixuanaya bənzər maddələr, üç ədəd 3 litrlik şüşə balonda qurudulmuş marixuanaya bənzər maddələr, iki ədəd 2 litrlik şüşə balonda qurudulmuş marixuanaya bənzər maddələr, bir ədəd 1 litrlik şüşə balonda üzərinə çəhrayı böyük karlik yazısı yazılmış kağız parçası qoyulan qurudulmuş marixuanaya bənzər maddələr, bir ədəd 1 litrlik şüşə balonda qurudulmuş marixuanaya bənzər maddələr, bir ədəd 1 litrlik şüşə balonda qurudulmuş marixuanaya bənzər maddələr, bir ədəd 0,9 litrlik şüşə balonda qurudulmuş marixuanaya bənzər maddələr, bir ədəd 1 litrlik şüşə balonda toxuma bənzər kütlə və həmin balonun içərisində bir ədəd üzərində uzun karlik payız tumu yazısı olan kibrit qutusunda, bir ədəd üzərində gombul karliklə balaca karlikin qarışığı yazısı olan kibrit qutusunda və bir ədəd üzərində balaca karlik payız tumu tökülən yazısı olan kibrit qutusunda olan toxuma bənzər kütlələr, bir ədəd 0,710 litrlik şüşə balonda qurudulmuş marixuanaya bənzər maddələr, bir ədəd 0,67 litrlik şüşə balonda üzərinə əla yazısı yazılmış kağız parçası qoyulan qurudulmuş marixuanaya bənzər maddələr, bir ədəd 0,430 litrlik şüşə balonda qurudulmuş marixuanaya bənzər maddələr, bir ədəd 0,5 litrlik şüşə balonda qurudulmuş marixuanaya bənzər maddələr, bir ədəd 0,5 litrlik şüşə balonda qurudulmuş marixuanaya bənzər maddələr, bir ədəd 0,5 litrlik şüşə balonun içərisində bir ədəd gümüşü rəngli kağız bükümündə, bir ədəd üzərində böyük ağac, yaxşı hamısından yazısı olan kibrit qutusunda, bir ədəd üzərində balaca karlik, qarışıq, tüklü çox yazısı olan kibrit qutusunda olan qurudulmuş marixuanaya bənzər maddələr, bir ədəd 0,48 litrlik şüşə balonda toxuma bənzər maddələr və həmin balonun içərisində bir ədəd üzərində böyük ağac, qarışıq əla tum yazısı olan kibrit qutusunda, bir ədəd üzərində böyük ağac qarışıq əla tum yazısı olan kibrit qutusunda olan qurudulmuş marixuanaya bənzər maddələr, bir ədəd 0,350 litrlik şüşə balonda üzərinə əla, yaxşı yazısı yazılmış kağız parçası qoyulan qurudulmuş marixuanaya bənzər maddələr, bir ədəd 0,250 litrlik şüşə balonda bir ədəd üzərində payız tumu, balaca karliklə uzun karlikin qarışığı yazısı olan kibrit qutusunda olan qurudulmuş marixuanaya bənzər maddələr, bir ədəd 0,250 litrlik şüşə balonda bir ədəd üzərində karlik qırmızı yazısı olan və bir ədəd üzərində yazısı olmayan kibrit qutusunda olan qurudulmuş marixuanaya bənzər maddələr, bir ədəd 0,250 litrlik şüşə balonda üzərinə uzun karlikin tumları yazısı yazılmış kağız parçası qoyulan qurudulmuş marixuanaya bənzər maddələr, bir ədəd 0,250 litrlik şüşə balonda qurudulmuş marixuanaya bənzər maddələr, bir ədəd 0,330 litrlik şüşə balonda qurudulmuş marixuanaya bənzər maddələr, bir ədəd içərisində üç ədəd boş kibrit qutusunun olduğu 2 litrlik plastik qabda olan qurudulmuş marixuanaya bənzər maddələr, bir ədəd Berqa çayı qutusunun içərisindəki yeddi ədəd kibrit qutusunda qurudulmuş marixuanaya bənzər maddələr, bir ədəd içərisində üç ədəd boş kibrit qutusunun olduğu Berqa çayı qutusunun içərisindəki beş ədəd kibrit qutusunda toxuma bənzər maddələr, bir ədəd içərisində altı ədəd boş kibrit qutusunun olduğu Berqa çayı qutusunun içərisindəki altı ədəd kibrit qutusunda toxuma bənzər maddələr, bir ədəd içərisində bir ədəd boş kibrit qutusunun olsuğu Akbar çayı qutusunda toxuma bənzər maddələr və həmin qutunun içərisində dörd ədəd kibrit qutusunda olan toxuma bənzər maddələr, beş ədəd kibrit qutusunda olan toxuma bənzər maddələr, eləcə də həmin yataq otağındakı pəncərənin qarşısından bir ədəd üzərində SF-400 yazısı olan elektron tərəzi aşkar edilib götürülərək iki ədəd sintetik kisə və bir ədəd əl çantasına yığılaraq qablaşdırılmışdır. Daha sonra Təqsirləndirilən şəxs yataq otağının yanındakı boş otağı təqdim etmiş, həmin boş otaqda qurutmaq məqsədilə ipdən asılmış vəziyyətdə 51 ədəd çətənə koluna bənzər bitkinin hissələri aşkar olunmuş, aşkar olunan həmin 51 ədəd çətənə koluna bənzər bitkinin hissələri bir ədəd sintetik kisəyə yığılaraq qablaşdırılmışdır. Baxış zamanı götürülərək qablaşdırılmış dörd ədəd kisələr və bir ədəd əl çantası Xəzər RPİ-nin 43 saylı ştampı ilə möhürlənmişdir. Cinayət işinin materiallarında olan məhkəmə-bioloji ekspertizasının 29 iyul 2021-ci il tarixli 7/720 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş ağ kağız üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindən götürülmüş narkotik vasitə çətənə bitkilərinə oxşar kütlələr” yazılar və imzalar olan 4 ədəd qara rəngli, 1 ədəd baş-başa keçirilmiş göy-qara rəngli və 1 ədəd baş-başa keçirilmiş ağ-qara rəngli polietilen torbalarda yaş vəziyyətdə, ümumi sayı 131 ədəd, ümumi çəkisi – 35730,0 bitki nümunələri, əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkiləridir. Aqronomun (mütəxəssisin) rəyinə əsasən həmin bitkilərə aqrotexniki qaydada qulluq edilmişdir. Tədqiqata təqdim edilmiş ağ kağız üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı evdən götürülmüş narkotik maddələrə bənzər maddələr” yazılar və imzalar olan baş-başa keçirilmiş ağ-qara rəngli polietilen torbada nəm vəziyyətdə, 51 ədəd, ümumi çəkisi – 6000,0 qram bitki hissələri, əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkisinin hissələridir. Tədqiqata təqdim olunmuş ağ kağız üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı evdən götürülmüş narkotik vasitələr” yazılar və imzalar olan qara rəngli polietilen torbada 3 ədəd 15 kq-lıq şüşə balonlarda ayrı-ayrılıqda təmiz çəkiləri – 320,0 qram; 4-5,0 qram; 445,0 qram, ümumi çəkisi – 1170,0 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanalardır. Tədqiqata təqdim olunmuş ağ kağız üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı evdən götürülmüş narkotik vasitələr” yazılar və imzalar olan qara rəngli polietilen torbada 9 ədəd şüşə, 1 ədəd plastmas bankaların içərisində ayrı-ayrılıqda təmiz çəkiləri – 85,0 qram; 265,0 qram; 255,0 qram; 35,0 qram; 135,0 qram, 10,142 qram; 12,386 qram; 10,219 qram; 17,965 qram; 95,0 qram, ümumi çəkisi – 920,712 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanalardır. Həmin qara rəngli polietilen torbada 1 №-li “BERQA” çay qutusunda 7 ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri 1,242 qram; 2,597 qram; 3,421 qram; 2,945 qram; 3,211 qram; 3,011 qram; 2,889 qram, ümumi çəkisi – 19,316 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanalardır. 2 №-li “BERQA” çay qutusunda 8 ədəd kibrit qutularından 3 ədədi boş, 5 ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri – 1,756 qram; 1,736 qram; 0,781 qram; 1,789 qram; 0,214 qram, ümumi çəkisi – 6,276 qram olan bitki toxumları əkilib-becərilməsi qadağan olunmuş, çətənə (kannabis) bitkisinin toxumlarıdır. 3 №-li “BERQA” çay qutusunda 12 ədəd kibrit qutularından 6 ədədi boş, 6 ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri 7,123 qram; 0,393 qram; 2,522 qram; 2,612 qram; 7,942 qram, 5,139 qram, ümumi çəkisi – 25,731 qram olan bitki toxumları əkilibbecərilməsi qadağan olunmuş, çətənə (kannabis) bitkisinin toxumlarıdır. 4 №-li “AKBAR” çay qutusunda 5 ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri 1,259 qram; 8,719 qram; 3,366 qram; 10,422 qram; 1,366 qram, ümumi çəkisi – 25,132 qram olan bitki toxumları əkilib-becərilməsi qadağan olunmuş, çətənə (kannabis) bitkisinin toxumlarıdır. Tədqiqata təqdim olunmuş ağ kağız üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı evdən götürülmüş narkotik vasitəyə bənzər maddə” yazılar və imzalar olan əl çantasında 5 ədəd kibrit qutusunun içərisində ayrı-ayrılıqda təmiz çəkiləri 10,311 qram; 10,435 qram; 1,808 qram; 0,710 qram; 5,302 qram, ümumi çəkisi – 28,566 qram olan bitki toxumları əkilib-becərilməsi qadağan olunmuş, çətənə (kannabis) bitkisinin toxumlarıdır. Həmin əl çantasında 14 ədəd şüşə bankalardan 8 ədədinin içərisində ayrı-ayrılıqda təmiz çəkiləri – 25,0 qram; 20,0 qram; 30,0 qram; 4,457 qram; 6,455 qram; 1,468 qram; 30,0 qram; 6,789 qram; 9-cu şüşə bankada açıq vəziyyətdə təmiz çəkisi – 15,084 qramvə 1 ədəd kibrit qutusunda çəkisi – 3,943 qram; 10-cu bankada açıq vəziyyətdə təmiz çəkisi 0,790 qram və 2 ədəd kibrit qutusunda təmiz çəkiləri – 3,360 qram; 1,168 qram, 11-ci bankada 1 ədəd gümüşü rəngli kağız bükümdə təmiz çəkisi – 0,158 qram, ümumi çəkisi – 148,672 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanalardır. Təqdim olunmuş marixuanaların ümumi çəkisi – 2258,7 qramdır. Onlar tərkiblərinə görə eynidir. Həmin çantada 11-ci bankada 2 ədəd kibrit qutusunda təmiz çəkiləri 0,426 qram; 0,996 qram, 12-ci bankada açıq vəziyyətdə təmiz çəkisi 58,201 qram, 13-cü bankada açıq vəziyyətdə 225,0 qram və 3 ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri 12,644 qram; 9,203 qram; 3,603 qram, 14-cü bankada açıq vəziyyətdə təmiz çəkisi – 150,0 qram və 2 ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri – 9,263 qram; 9,481 qram, ümumi çəkisi – 478,817 qram olan bitki toxumları çətənə (kannabis) bitkisinin toxumlarıdır. Təqdim olunmuş çətənə (kannabis) bitkisinin toxumlarının ümumi çəkisi – 564,522 qramdır. Çətənə (kannabis) bitkisinin toxumları narkotik vasitələrə aid deyil. Tədqiqata təqdim olunmuş çətənə bitkiləri, çətənə bitkilərinin hissələri və marixuanalar tərkiblərinə görə eynidirlər. Təqdim olunmuş bir ədəd elktron tərəzinin üzərində bitki mənşəli narkotik vasitə hissəcikləri yoxdur. Cinayət işinin materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 11 avqust 2021-ci il tarixli, 2809 saylı rəyindən görünür ki, Səlimov X1 qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarından məlum oolur ki, 29 oktyabr 2021-ci il tarixli qərarla iş üzrə götürülmüş yaş vəziyyətdə ümumi çəkisi 35730,0 qram olan 131 ədəd narkotik təbiətli çətənə bitkiləri, nəm vəziyyətdə ümumi çəkisi 6000,0 qram olan 51 ədəd çətənə bitkisinin hissələri, ümumi çəkisi 2258,7 qram qurudulmuş marixuana və ümumi çəkisi 564,522 qram çətənə bitkisinin toxumları maddi sübut kimi tanınmış və hazırkı çəkisi 35727,38 qram olan 131 ədəd narkotik təbiətli çətənə bitkiləri, hazırkı çəkisi 5998,98 qram olan 151 ədəd çətənə bitkisinin hissələri, hazırki çəkisi 2258,04 qram qurudulmuş marixuana və hazırki çəkisi 563,902 qram çətənə bitkisinin toxumları məhkəmənin hökmünə qədər Xəzər RPİ-nin maddi sübutların saxlanılması otağında saxlanılması üçün təhvil verilmiş, iş üzrə əldə olunmuş şəxsi axtarış, baxış və götürmə zamanı çəkilmiş video görüntülər olan 03 ədəd disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə olunmuşdur. Məhkəmə araşdırılmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.2.3 və 234.4.3-cü maddələrində nəzərdə tutulan əməlləri törətməsini, əməllərində cinayət tərkibinin olmasını, bununla da onun təqsirliliyini tam sübuta yetirilmiş hesab edir. İbtidai araşdırma orqanı tərəfindən onun əməli Azərbaycan Respublikası CM-nin 237.2.3 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə baxışı zamanı verdiyi ifadələrində yaşadığı evdən aşkar edilmiş narkotik vasitələrin satışı ilə məşğul olmaması, narkotik vasitələri özünün istifadəsi üçün əkib becərdiyi kimi ifadələrini özünü müdafiə məqsədi ilə uydurulmuş ifadələr kimi qiymətləndirir. Təqsirləndirilən şəxsin törətdiyi əməllərin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əməllərə görə təqsirli bilinib cəzalanmalıdır. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2011-ci il 4 mart tarixli 2 №-li Qərarının 9-cu bəndinə görə, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 41.2-ci və 58.3-cü maddələrinə əsaslanaraq cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hal himayəsində bir azyaşlı övladının olmasıdır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsini əsas tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduğu üçün ona təyin ediləcək cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hesab edir ki, müvafiq ekspertiza rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə tədbirləri təyin edilməməli, lakin ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə mülki iddia, müsadirə olunması təklif edilən cinayət törədərkən istifadə olunan alət və vasitələr, cinayətin predmetləri, cinayət yolu ilə əldə edilmiş əmlak yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Qeyd edilən normaların tələblərinə əsasən xüsusi müsadirə məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin Azərbaycan Respublikasının CM-nin 99-1.1.ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Azərbaycan Respublikasının CPM-nin 132.1.4-cü maddəsinə uyğun olaraq, mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Azərbaycan Respublikasının CPM-nin 132.1.6-cı maddəsinin tələblərinə əsasən sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan Xəzər RPİ-nin maddi sübutların saxlanılması otağında saxlanılması üçün təhvil verilmiş yaş vəziyyətdə ümumi çəkisi 35730,0 qram olan 131 ədəd narkotik təbiətli çətənə bitkiləri, nəm vəziyyətdə ümumi çəkisi 6000,0 qram olan 51 ədəd çətənə bitkisinin hissələri, ümumi çəkisi 2258,7 qram qurudulmuş marixuana və ümumi çəkisi 564,522 qram çətənə bitkisinin toxumları maddi sübut kimi tanınmış və hazırkı çəkisi 35727,38 qram olan 131 ədəd narkotik təbiətli çətənə bitkiləri, hazırkı çəkisi 5998,98 qram olan 151 ədəd çətənə bitkisinin hissələri, hazırki çəkisi 2258,04 qram qurudulmuş marixuana və hazırki çəkisi 563,902 qram çətənə bitkisinin toxumları .hökm qüvvəsini aldıqdan sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürməni əks etdirən 03(üç) ədəd disk, cinayət işi materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli tutulduğu vaxtdan – 28 iyul 2021-ci il tarixdən hesablanmalıdır. İş üzrə ekspertiza tədqiqatının dəyəri – 66,46 (altmış altı manat qırx altı qəpik) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 5 saylı vəkil bürosunun vəkili X3 60 (altmış) manat məbləğində pul ödənilməlidir. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 344-347, 349, 351-353, 384-cü maddələrini rəhbər tutaraq h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü və 234.4.3-cü maddələrində nəzərdə tutulan əməli törətməkdə təqsirli bilinərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 28 iyul 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə tədbirləri təyin olunmasın, lakin ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Barəsində xüsusi müsadirə tətbiq edilməsin. İş üzrə maddi sübut olan Xəzər RPİ-nin maddi sübutların saxlanılması otağında saxlanılması üçün təhvil verilmiş yaş vəziyyətdə ümumi çəkisi 35730,0 qram olan 131 ədəd narkotik təbiətli çətənə bitkiləri, nəm vəziyyətdə ümumi çəkisi 6000,0 qram olan 51 ədəd çətənə bitkisinin hissələri, ümumi çəkisi 2258,7 qram qurudulmuş marixuana və ümumi çəkisi 564,522 qram çətənə bitkisinin toxumları maddi sübut kimi tanınmış və hazırkı çəkisi 35727,38 qram olan 131 ədəd narkotik təbiətli çətənə bitkiləri, hazırkı çəkisi 5998,98 qram olan 151 ədəd çətənə bitkisinin hissələri, hazırki çəkisi 2258,04 qram qurudulmuş marixuana və hazırki çəkisi 563,902 qram çətənə bitkisinin toxumları hökm qüvvəsini aldıqdan sonra məhv edilsin, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürməni əks etdirən 03(üç) ədəd disk, cinayət işi materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri – 66,46 (altmış altı manat qırx altı qəpik) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Məhkəmədə Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 5 saylı vəkil bürosunun vəkili X3 60 (altmış) manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarılandan 20 (iyirmi) gün sonra qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-378/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-378/2022
18.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver