Məhkəmə qərarları › İş №1(101)-378/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-378/2023

20.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-378/2023 20.06.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Məmmədzadə Səbinə Adil qızının sədrliyi ilə, Hakimlər: Məmmədov Əli İrfan oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə, Niyazova Nəzrin Əbülfət qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı və X2, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, 26 avqust 1988-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi qaydada bilyard üzrə məşqçi işləyən, məhkum olunmamış, ünvan 1 ünvanda yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 03 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2, 234.4.3 və 240.3.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, təkrar satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəsini, psixotrop maddəni və külli miqdarda narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddəni əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, ittiham aktına əsasən Təqsirləndirilən şəxs satış məqsədi ilə istintaqa məlum olmayan vaxtda və mənbədən külli miqdar təşkil edən ümumi çəkisi 75,759 qram qəhvəyi rəngli, kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini qanunsuz olaraq əldə edib üzərində daşıyaraq saxlamış, 17 fevral 2022-ci il tarixdə, gecə saat 02 radələrində ünvan 2 ünvanda yerləşən “X15”-nın qarşısında tanışı Şahid10 həmin külli miqdar təşkil edən ümumi çəkisi 75,759 qram olan narkotik vasitə heroini 400 manat müqabilində satmışdır. Bundan başqa, o, təkrarən satış məqsədi ilə istintaqa məlum olmayan vaxtda və mənbədən külli miqdar təşkil edən üç bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,546 qram, 0,206 qram, 10,195 qram, ümumi təmiz çəkisi 10,947 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr, kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib üzərində daşıyaraq saxlamış, 19 fevral 2022-ci il tarixdə, gecə saat 02 radələrində ünvan 4 ünvanında yerləşən “Empire” otelin 214 saylı otağında tanışı Şahid1 həmin üç bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,546 qram, 0,206 qram, 10,195 qram, ümumi təmiz çəkisi 10,947 qram olan külli miqdarda psixotrop maddə metamfetamini “Empire” otelində bir günlük otaq təşkil etməsi müqabilində satmışdır. Bundan başqa, o, satış məqsədi ilə istintaqa məlum olmayan vaxtda və mənbədən üzərində “Alyse 150 mg pregabaline” göstəriciləri olan 3 ədəd derman konvalutlarında 42 ədəd dərman kapsulunu, həmin kapsullarda əsas təsiredici maddəsi preqabalinin təsir maddəsinin ümumi miqdarı 6,3 qram təşkil etməklə külli miqdarda narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddəni qanunsuz olaraq əldə edib üzərində daşıyaraq saxlamış, 19 fevral 2022-ci il tarixdə gecə saat 02 radələrində, ünvan 4 ünvanda yerləşən “Empire” otelin 214 saylı otağında tanışı Şahid1 həmin üzərində “Alyse 150 mg pregabaline” göstəriciləri olan 3 ədəd dərman konvalutlarında 42 ədəd dərman kapsulunu, həmin kapsullarda əsas təsiredici maddəsi preqabalinin təsir maddəsinin ümumi miqdarı 6,3 qram təşkil etməklə külli miqdarda narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddəni “Empire” otelində bir günlük otaq təşkil etməsi müqabilində satmışdır. Bununla da Təqsirləndirilən şəxs həmin hərəkətləri ilə Azərbaycan Respublikası CMnin 234.4.2, 234.4.3 və 240.3.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.2, 234.4.3 və 240.3.2-ci maddələri ilə ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, tutulduğu gün tanışı Fazillə danışıb, həmin şəxsin qohumunun işlətdiyi oteldə bir günlük istirahət etmək məqsədi ilə otaq istəmiş, pulu olmadığı üçün otağın ödənişini daha sonra edəcəyini bildirmişdir. Fazil otelin resepşın otağına onun pulu bir neçə gündən sonra verəcəyi barədə məlumat verdikdən sonra o, otelə daxil olmuş, onunla birlikdə tanış bir qız da gəlmişdir. Onlara ayrılmış otaqda təmizlik işi aparıldığından, təmizliyin bitməsini gözlədiyi müddət ərzində Fazilin otağında əyləşmişlər. Daha sonra bir qədər müddət keçdikdən sonra Hacıqabul RPİ-nin işçiləri qapını döyərək içəri daxil olmuş, onları özlərinin idarə etdikləri avtomaşına əyləşdirərək Hacıqabul RPİ-yə aparmışlar. Polis idarəsində olduğu müddət ərzində səhərə qədər onu döyərək narkotik vasitələr satdığını etiraf etməsini tələb etmişlər. Bir müddət sonra onu qaytarıb yenidən otelə gətirmişlər. Bu dəfə orada çəkiliş olmuşdur. Sonra isə onu təzədən Badamdar qəsəbəsinə aparmışlar. Yolda ona demişlər ki, 50 qram metamfetamini öz boynuna götürsün, sonra isə evindən 1 kq narkotik vasitə çıxarmışlar. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, o, bilyard müəllimi işləyir, tələbləri var, tələbələrə bilyard oynamağı öyrədir və bunun müqabilində onlardan aylıq ödənişlər alır. Ünvanından asılı olmayaraq istənilən yerdə tələbələri hazırlaşdıra bilir və aylıq qazancı təxminən 1000-1500 manat təşkil etmişdir. O, narkotik vasitə istifadəçisidir. Həftədə bir-iki dəfə əsasən narkotik vasitə olan marixuana istifadə edir. İfadəsində qeyd etdiyi otelə gedərkən üzərində 46 qram narkotik vasitə olan marixuana olmuşdur. Narkotik vasitə marixuananı öz qohumu X1 almış və o, narkotik vasitələrin satışı ilə məşğul olmur. Belə ki, narkotik vasitə istədikdə dayısı oğlu Şamil Zeynalova pul vermiş, sonuncu da bunun müqabilində ona narkotik vasitə tapmışdır. Sonuncu dəfə isə o, Şamilə 200 manat pul vermiş və həmin məbləğə marixuana almışdır. Şamilin narkotik vasitəni haradan aldığı barədə məlumatı yoxdur. Həmçinin sonuncu dəfə 1 qram “şüşə” adı ilə tanıdığı metamfetamin və 45 qram marixuana istəmişdir. O, narkotik vasitələrin qiymətlərini tam dəqiq bilmir. Otelə yaşadığı məhəllədən tanışı olan Nigar adlı qızla getmişdir. Nigarın onun üzərində narkotik vasitə olmasından xəbəri olmamışdır. Həmin gün onun üzərində pul olmadığı üçün Nigar marketə gedib içki alan zaman, o, üzərində olan narkotik vasitəni həmin qadının çantasına atmışdır ki, otelə girən zaman əlində narkotik vasitənin olması görünməsin. Lakin Nigarın bundan xəbəri olmamışdır. O, Fazilə narkotik vasitə verməmiş, Fazilin üzərindən narkotik vasitənin aşkar olunubolunmaması barədə məlumatı olmamış, narkotik vasitəni elə otelə getdiyi gün almışdır. O, Fazillə 17 fevral 2022-ci il tarixində gecə görüşmüş, Fazil ilə bir məhəllədə yaşayır və işdən sonra demək olar ki, hər gün onunla görüşür. Fazilin narkotik vasitə qəbul etməsini görməmiş və bu barədə heç bir məlumatı olmamışdır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq həmçinin bildirmişdir ki, o, saxlanılan zaman otelə 7-8 nəfər polis işçisi gəlmişdir. İlk dəfə oteldə saxlanıldığı zaman elə orada üzərinə baxış keçirilmiş, polis işçiləri otel otağına daxil olan zaman masanın üzərində 0.9 qram metamfetamin olmuş, Nigarın çantasına qoyduğu marixuana isə çantada olmuşdur. Nigar və Fazil narkotik vasitə istifadə etmədiklərini bildirmişlər. Fazildən oteldə otaq istəməyinin səbəbi də odur ki, Fazilin qardaşı həmin oteldə müdir işlədiyinə görə o, Bakı şəhərinə gəldikdə daimi olaraq həmin oteldə qalmışdır. Bu səbəbdən ondan xahiş etmişdir ki, ona bir gecəlik otaq təşkil etsin. Həmin gün üzərində pul olmadığına görə pulunu daha sonra verəcəyinə dair razılığa gəlmişlər. Polis işçiləri otağa girən zaman, masanın üzərində olan 0.9 qram metamfetamini Fazil götürüb cibinə qoymuşdur. Oteldən çıxdıqdan sonra onları Hacıqabula aparmışlar. Hacıqabulda polis idarəsində olan zaman adlarını dəqiq xatırlamadığı polis işçiləri onu döyərək narkotik vasitə satdığını etiraf etməyi tələb etmişlər. Polis işçiləri onu Rəşada narkotik vasitəni onun satdığını etiraf etməsi üçün döymüşlər. Rəşadla üzləşdirmə aparmalarını tələb etsə də, Rəşad ilə onu üzləşdirməmişlər. O, heç kimə narkotik vasitə satmamış və verməmişdir. Həmçinin döyülməsi ilə əlaqədar olaraq şikayət etməmişdir. Fazilin bu barədə müxtəlif orqanlara şikayət etdiyindən məlumatı yoxdur. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq həmçinin bildirmişdir ki, o, orta təhsillidir, 9-cu sinfə qədər oxumuş, əvvəllər məhkum olunmamış, Fazil ilə əvvəldən tanışlığı olmuş, polis əməkdaşları oteldə üzərinə baxış keçirmişlər, onu döyən polis işçilərinin adlarını bilmir, İstintaq Təcridxanasına daxil olarkən onun üzərində xəsarət olmuş, lakin xəsarətlərlə əlaqədar qeydlər aparılmamışdır. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi hallarla iş üzrə ibtidai istintaq zamanı şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələri arasında əhəmiyyətli ziddiyyətlər olduğundan Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin iş üzrə ibtidai istintaq zamanı verdiyi ifadələri elan edilərək tədqiq edilmiş və bu zaman müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2, 234.4.3 və 240.3.2-ci maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir, o, ünvan 5 ünvanında rəsmi pasport qeydiyyatında olmaqla yaşayır və heç bir yerdə işləmir. Şahid1 təxminən son bir ildə tanımış, normal münasibətləri olmuş, heç bir ədavətləri olmamışdır. Fazillə o, ünvan 4 ünvanda yerləşən “Empire” otelinə müştəri kimi gedərkən tanış olmuş, həmin oteli işlədən şəxs Fazilin qohumu olduğundan, sonuncu Bakı şəhərinə gəldiyi zaman həmin oteldə yaşamış, o da hərdən Fazilə zəng edib oteldə ucuz qiymətə otaq təşkil etməsini xahiş etmiş, sonuncu da təşkil etmişdir. X9 və X10 tanımamış və heç bir zaman görüşməmişdir. Şahid10 ilə bir məhəllədə böyüdüyündən uşaqlıqdan tanıyır. O, bir neçə ildir ki, metafetamin və qurudulmuş marixuananı çəkərək qəbul edir, həmçinin tanışı Rəşadın da narkotik vasitə qəbul etməsini bilmişdir. Bir neçə il öncə onun istifadə etdiyi ***-***-**-** saylı mobil telefon nömrəsinin “votsap” şəbəkəsinə xatırlamadığı mobil nömrədən müxtəlif narkotik vasitələrin adının və qiymətlərinin siyahısı gəlmiş, siyahını göndərən şəxs özünü “Ağa” adı ilə təqdim edərək İran vətəndaşı olmasını bildirmişdir. Ağa həmin narkotik tərkibli maddələri o, istədiyi halda hər dəfə ayrı-ayrı bank kart nömrəsini göndərmiş, o da həmin karta pul qoyduqdan sonra, sifariş verdiyi narkotik maddəni Ağa hər dəfə bir ünvana qoyaraq, həmin ünvanın yerini və şəklini ona “votsapa” atmış, o da həmin ünvana gedib qoyulmuş narkotik vasitənin bükümlərini götürmüşdür. Bu yolla o, Ağa adlı iranlıdan təxminən 2-3 dəfə narkotik vasitə almışdır. 16 fevral 2022-ci il tarixdə axşam üstü Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsində o, tanışı Rəşadla görüşərkən və sonuncu onun narkotik vasitə istifadəçisi olmasını bildiyi üçün 400 manatlıq “kakos” adlanan narkotik vasitə lazım olmasını demiş, o da Rəşada təşkil edə biləcəyini deyərək, sonuncunun verdiyi 400 manatı Ağa adlı şəxsin bank kartına yükləmiş, 2-3 saatdan sonra Ağa ona Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal ərazisində, dairəvi yola çatmamış yerləşən zibil qutusunun yanında qoyduğu narkotik vasitənin bükümün şəklini atmış, o da tək həmin yerə gedib bükümü götürmüşdür. Sonra 2022-ci ilin fevral ayının 16-dan 17-nə keçən gecə saat 02 radələrində Yasamal rayonu, Şərifzadə küçəsində yerləşən “ATS”-in yanında, o, təklikdə Rəşadla görüşüb vermişdir. 18 fevral 2022-ci il tarixdə axşam saat 22 radələrində, təxminən iki ilə yaxın tanıdığı tanışı Şahid2 ilə görüşmüş, bir neçə saat sonuncunun idarə etdiyi qara rəngli “Kia” markalı avtomobillə şəhərdə gəzmişlər. Sonra birlikdə otelə gedib gecələyərək istirahət etməyi razılaşmışlar. O, üstündə pulu olmadığından oteldə qalan tanışı Fazilə zəng edərək, oteldə otaq təşkil etməsini xahiş etmiş, otelin pulunu isə bir neçə günə verə biləcəyini demiş, Fazil də razılaşaraq bədənində ağrılar olduğundan əvəzində gələrkən güclü təsir edici dərman preparatı gətirməsini xahiş etmiş, o da təşkil edəcəyinə söz vermişdir. O, bir neçə gün öncə aldığı bir list “Alyse” adlanan preqabalin dərman preparatını, bir büküm metafetamin və bir sellofan torba qurudulmuş marixuana olduğundan, Nigarla otelə gedərkən, marixuana torbasının həcmi böyük olduğundan, avtomobildə olan Nigarın əl çantasının içindəki əşyaları oturacağın üzərinə boşaldaraq, marixuana torbasını əl çantanın içərisinə qoymuş və özü ilə otelə götürmüşdür. Eyni zamanda Nigar otelə gedərkən yolda öz puluna marketdən içmək üçün bir neçə şüşə pivə, cips və siqaret almışdır. 19 fevral 2022-ci il tarixdə, gecə saat 02 radələrində o, Nigarla otelə çatmış, resepşındakı oğlana Fazilin yanına gəldiklərini deyərək, 2-ci mərtəbəyə qalxıb 214 saylı otağa gəlmişlər. Sonra Fazilin yanında otaqda oturub pivə içərək Nigarla ona ayrılmış otağın təmizlənib hazır olmasını gözləmiş, həmin otaqda olarkən Nigar bir neçə dəqiqəlik hamam otağına keçmiş, bu zaman o, Fazilə gətirdiyi dərman preparatının listini vermiş, bir büküm metamfetamini isə masaya qoymuşdur. Bu zaman otağın qapısı döyülmüş, buna görə də Fazil həmin metamfetamin bükümünü masadan götürüb cibinə qoymuş, həmin vaxt Nigar hamam otağından çıxmış və Fazil qapıya yaxınlaşıb açdıqda otağa 7-8 nəfər mülki geyimdə şəxs daxil olaraq polis əməkdaşları olduqlarını bildirmişlər. Sonra onu, Nigarı və Fazili avtomobillərə əyləşdirib Hacıqabul rayon polis şöbəsinə aparmışlar. Polis əməkdaşları onu və Nigarı bir avtomobildə, Fazili isə ayrıca Nigarın avtomobilində aparmışlar. Sonra polis şöbəsində onu qorxudaraq ortaya qoyduqları bir neçə büküm narkotik vasitə bükümlərini boynuna götürməsini, əks halda evindən gedib bir kilo narkotik vasitə çıxarıb, onu Nigarla birlikdə həbsə göndərəcəklərini bildirdikdə, o da polislərin dedikləri ilə razılaşmışdır. Sonra 19 fevral 2022-ci il tarixdə səhər 11 radələrində, onu, Fazili və Nigarı yenidən Bakı şəhərinə “Empire” otelinə gətirərək, oraya Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları çağırılmış, onun, Fazilin və Nigarın iştirakı ilə Baş İdarənin əməkdaşları oteldə gecə olduqları otağa baxış keçirməklə videoçəkiliş aparmışlar. Bu zaman otaqdakı mavi rəngli divanın altından Nigarın əl çantasında otağa gətirdiyi, bir ədəd sellofan torbadakı marixuana və bir büküm metamfetamin aşkar edilib götürülmüş, həmin bükümlərin ona və Fazilə aid olmasını dedirtməklə, həmin vaxt Nigarın üzərinə baxış keçirilməmişdir. Nigarın çantasından çıxmış marixuananı otaqdan çıxmış kimi sənədləşdirmişlər. Sonra onu və Fazili Baş Norkotiklərlə Mübarizə İdarəsinə aparıb orada üzərlərinə baxış keçirmişlər, orada da onun üzərindən bir neçə büküm narkotik vasitə heroin, metafetamin və qurudulmuş marixuana çıxmış, Fazilin üstündən üç list “Alyse” adlanan preqabalin dərmanını və üç büküm metamfetamin aşkar edilməsini əks etdirən videoçəkiliş aparılmışdır. O da Nigarın məsuliyyətdən kənarda qalması və edilmiş psixoloji təsirdən bunu etiraf etmiş, həmçinin Fazil də edilmiş psixoloji təzyiqə görə üzərindən güclü təsir edici preqabalin dərman preparatının və metamfetamin bükümlərinin özünə aid olmasını etiraf etmişdir. Eyni zamanda Fazilin üzərindən aşkar edilmiş bir list “Alyse” adlanan preqabalin dərmanı və bir büküm metamfetamini o, sonuncuya oteldə sonralar pulunu ödəmək şərti ilə bir günlük otaq təşkil etməsi üçün verməsini, Ağa adlı şəxslə yalnız özü tək əlaqə saxlayaraq, sonuncunun qoyduğu yerdən narkotik vasitə heroinin bükümlərini götürməsini və tanışı Rəşadın verdiyi pulun müqabilində satmasını, Ağa adlı şəxslə Fazil və Rəşadın heç bir əlaqələri olmamasını, bir-birilərini tanımamalarını, tanışı Nigarın onda narkotik vasitə və dərman preparatı olmasını, həmçinin əl çantasına qurudulmuş marixuana bükümünü qoymasını bilsə də, sonuncu heç bir zaman narkotik vasitələrin satışı ilə məşğul olmamasını, etmiş olduğu cinayət əməlindən səmimi peşman olmasını bildirmişdir. Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması, onun özünü təqsirli bilməsə də, cinayət işinin materiallarında olan obyektiv sübutların məcmusu ilə uzlaşan ibtidai istintaq zamanı vermiş olduğu etirafedici ifadələri, məhkəmədə tədqiq olunmuş şahidlərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, istintaq hərəkətinin keçirilməsinə dair tərtib olunmuş protokollar və Şahid1 üzərində “şəxsi axtarış və götürmə aparılması haqqında” 19 fevral 2022-ci il tarixli protokolun əyani olaraq qeydə alındığı videogörüntü və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilən Şahid8 ifadəsində göstərmişdir ki, o, “Empire” otelin gecə növbəsində receptionda çalışır. Gecə növbəsini təhvil aldıqdan bir müddət sonra Ceyhun adlı şəxs yanında tanımadığı bir qadınla otelə daxil olmuş və Fazilə onun gəlməsi barədə məlumat verməyi xahiş etmişdir. Daha sonra onlar arxa qapıdan Fazilin yanına qalxmışlar. Fazilin yanına qalxdıqdan bir neçə dəqiqə sonra Fazil ona zəng vuraraq onlara otaq vermək haqqında ona tapşırıq vermişdi. Fazillə danışığı bitirdikdən 5-10 dəqiqə sonra mülkü geyimli polis əməkdaşları otelə daxil olaraq özlərini təqdim edərək oteldə axtarışda olan müştəri qismində Təqsirləndirilən şəxs soruşmuşlar. O da kompyuter qeydiyyatına baxmış, baxdıqdan sonra Təqsirləndirilən şəxs adlı şəxsin qeydiyyatda olmadığını bildirmişdir. Polis əməkdaşları bildirmişlər ki, Təqsirləndirilən şəxs adlı şəxs oteldədir və az öncə otelə daxil olmuşdur. O, polis əməkdaşlarına bildirmişdir ki, Təqsirləndirilən şəxs oteldə müştəri qismində deyil, Şahid1 yanına qonaq kimi gəlmiş, bu səbəbdən də qeydiyyata alınmamışdır. Polis işçiləri Fazilin hansı otaqda olması haqqında soruşmuşlar, oteldə ofsiant işləyən şəxs polis əməkdaşlarını Fazilin olduğu otağa aparmışdır. Bir müddət keçdikdən sonra Fazil, Ceyhun və yanlarında olan tanımadığı qadını polis əməkdaşları aparmışdır. Səhəri gün polis əməkdaşları otelə hadisə yerinə baxış üçün gəlmişlər, hadisə yerinə baxış keçirdikdən sonra həmin şəxslər Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparılmışlar. Məhkəmə iclasında ona verilən suallara cavab olaraq Şahid8 bildirmişdir ki, Fazil oteli işlədən şəxsin qardaşıdır. Ona görə də ona daimi olaraq bir otaq verilmiş, o, həmin otaqda qalmışdır. Oteldə baxış keçirilərkən o da iştirak etmiş, baxış zamanını tam xatırlamır, lakin xatırladığı qədəri ilə otaqda olan göy divanın alt hissəsindən büküm bağlamada narkotik vasitə və çəkməcədən telefon aşkarlanmışdır. Oteldə heç bir şəxsə qarşı fiziki təsir göstərilməmiş, hal-hazırda məhkəmə iclas zalında təqsirləndirilən şəxs qismində iştirak edən şəxs də oteldə baxış zamanı iştirak etmişdir. Təqsirləndirilən şəxs başqa oteldə baxış zamanı Şahid1 və tanımadığı qadın da olmuşdur. Fazil və həmin qadına qarşı heç bir fiziki təsir göstərilməmiş, belə bir hala şahid olmamış, nə Ceyhunun, nə də digər şəxslərin üzlərində xəsarət izləri görməmiş, oteldə baxış zamanı iştirak etmiş, baxış keçirildikdən sonra protokol tərtib edilmiş, təqsirləndirilən şəxsin protokol ilə tanış olub-olmamasını xatırlamır. Ceyhun saxlanıldığı gün oteldə baxış keçirilməmiş, baxış səhəri günü keçirilmişdir. Otaqda baxış bir dəfə keçirilmiş, həmin proses də o iştirak etmişdir. Onun yanında Təqsirləndirilən şəxs qarşı heç bir fiziki təsir göstərilməmiş, Təqsirləndirilən şəxs gördüyü müddət ərzində onun üzündə hansısa bir xəsarət və ya göyərmə izləri olmamışdır. Təqsirləndirilən şəxs saxlanıldığı günün səhəri gün otelə baxış üçün gətirildiyi zaman onun davranışlarında xəsarət almasını və ya axsamasını əks etdirən bir hərəkət görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid3 ifadəsində göstərmişdir ki, o, 18 fevral 2022-ci il tarixdə, Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar keçirdikləri əməliyyat tədbirinin davamı olaraq Bakı şəhəri ərazisində narkotik vasitə və psixotrop maddələrin külli miqdarda qanunsuz dövriyyəsi ilə, yəni istifadəsi və satışı ilə məşğul olan Təqsirləndirilən şəxs ünvan 6 ünvanında yerləşən “Empire” otelin 214 nömrəli otaqda müvəqqəti yaşayan Şahid1 barədə məlumat əldə olunmuş, həmin məlumatı yoxlamaq və həmin şəxsləri müəyyən edib ifşa etmək məqsədi ilə əməliyyat axtarış tədbirlərinin keçirilməsi üçün Bakı şəhəri, Səbail rayonu ərazisində onun rəhbərliyi ilə Baş Narkotiklərlə Mübarizə İdarəsinin TQ-nun təhqiqatçısı, polis mayoru Şahid9, Hacıqabul Rayon Polis Şöbəsinin CAB-in baş əməliyyat müvəkkilləri, polis kapitanları Şahid5, Şahid6 və X5 iştirakı ilə əməliyyat qrupunun təşkil edilməsi və əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə, onun tərəfindən qərar qəbul edilmişdir. Qərar Baş İdarənin rəisi tərəfindən təsdiq edilərək, onun rəhbərliyi ilə əməliyyat qrupunun yaradılması barədə əmr imzalamışdır. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs və Şahid1 Səbail rayonu, Xəqani küçəsi 49 ünvanında yerləşən “Empire” otelin yaxınlığında tanışları Şahid2 ilə birlikdə piyada hərəkətdə olarkən saxlanılaraq saat 02:50 dəqiqədə “Empire” otelin 214 nömrəli otel otağına dəvət olunaraq otelin inzibatçısı X6 iştirakları ilə video-çəkiliş vasitəsilə baxış və götürmə aparılmasından əvvəl, narkotik vasitələrin saxlanmalarında və satışı ilə məşğul olmalarına dair barələrində əməliyyat məlumatı olan Təqsirləndirilən şəxs və Şahid1 yaşadıqları otel otağında təxirə salına bilməyən hal kimi axtarış və götürmə keçirilməli barədə qərarla tanış edilmişdir. Otel otağında olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmişdir. Təklifdən sonra Təqsirləndirilən şəxs və Şahid1 214 saylı otel otağında olan mavi rəngli kreslonun alt hissəsindən bir ədəd sellofan torbanı çıxarıb masa üzərinə qoyaraq təqdim etmişlər. Sonra Təqsirləndirilən şəxs və Şahid1 Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasına dəvət edilərək Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasında otaqların birində video-çəkiliş aparılmaqla, Təqsirləndirilən şəxs, Şahid1 və müdafiəçiləri şəxsi axtarış və götürülmə aparılmasına dair qərarla tanış edilmiş, şəxsi axtarış və götürməyə başlamazdan əvvəl Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və yaxud hər hansı dövriyyəsi qanunla qadağan edilmiş əşyanın olduğu təqdirdə təqdim etməsi təhqiqatçı tərəfindən təklif edilmişdir. Təqsirləndirilən şəxs əynində olan gödəkçənin sağ yan cibindən iki ədəd, bir ədəd sellofan büküm və bir ədəd “Sobraniya” siqaretinin qutusunu çıxarıb təqdim edərək, içərisində narkotik vasitə və psixotrop maddələr olmasını bildirmişdir. Məhkəmə iclasında ona verilən suallara cavab olaraq Şahid3 bildirmişdir ki, Şahid1, Təqsirləndirilən şəxs və bir qadın oteldə onlarla birlikdə olmuş, Şahid1 və Təqsirləndirilən şəxs oteldən çöldə saxlamışlar, qadın isə otelin içərisində otaqların birində olmuşdur. Otelin kabinetinə baxış keçirən zaman qadın otaqda olmuşdur. Qadın Ceyhunun tanışı olmuşdur. Otel otağından bükümlərdə, narkotik vasitə metamfetamin və marixuana aşkarlanmışdır. Fazilin üzərindən isə narkotik vasitə olan metamfetamin və həblər aşkarlanmışdır. Ceyhun və Fazil bildirmişlər ki, narkotik vasitəni Yasamaldan birlikdə götürmüşlər. Fazil oteldə qalmış, Ceyhun onun yanına gedib-gəlmişdir. Fazil və Ceyhuna qarşı heç bir fiziki və psixoloji təsir göstərilməmişdir. Oteldə deyil, idarədə təhqiqatçı tərəfindən protokol yazılmışdır. Ceyhun özü könüllü olaraq bildirmişdir ki, narkotik vasitə onundur və Rəşad adlı şəxsə satmışdır. Təqsirləndirilən şəxsin üzərinə baxış Baş Narkotiklərlə Mübarizə İdarəsində keçirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid9 ifadəsində göstərmişdir ki, o, Baş Narkotiklərlə Mübarizə İdarəsinin və Hacıqabul RPŞ-nin əməkdaşlarının birgə keçirdikləri əməliyyat axtarış nəticəsində 19 fevral 2022-ci il tarixdə şəxs və şəxsin yanında olan Şahid1 və Təqsirləndirilən şəxs müvvəqqəti yaşadıqları Bakı şəhəri Səbail rayon ərazisində yerləşən “Emperio” otelin qarşısında narkotik vasitələrin dövriyyəsində şübhəli bilindikləri üçün saxlanılmışlar. Onlar qərarla tanış edildikdən sonra müvvəqqəti yaşadıqları “Emperio” otelin 214 nömrəli mənzilinə onlar tərəfindən baxış keçirilmişdir. Baxışda şəxslərin yanında olan Nigar adlı qadının və otelin inzibatçısının iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı bir ədəd bükümdə narkotik vasitə hesab edilən marixuana və bir ədəd bükümdə psixotrop maddə metamfetamin aşkar edilmişdir. Şəxslər Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət olunmuşlar. İdarədə olan zaman şəxslərin üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı üzərlərində narkotik vasitə və psixotrop maddə Təqsirləndirilən şəxs və digər şəxsin üzərindən üç bükümdə psixotrop maddə və 42 ədəd həb aşkar edildilmişdir. Məhkəmə iclasında ona verilən suallara cavab olaraq Şahid9 bildirmişdir ki, həmin şəxslər oteldə olmamış, Fazil və Ceyhunu oteldən kənarda saxlamışlar. Otel otağında Nigar adlı qadın olmuş və şahid qismində iştirak etmişdir. Təqsirləndirilən şəxsə qarşı fiziki və psixoloji təsir olmamışdır. Otel otağında aşkar edilmiş narkotik vasitəni İran İslam Respublikasının vətəndaşından əldə etmişlər, otelə baxış keçirmişlər, narkotik vasitələrin dövriyyəsində şübhəli bilindikləri üçün, birbaşa saxlama prosesində iştirak etməmiş, cinayət işinin materiallarından bilmişdir ki, şəxslər otelin yaxınlığında saxlanılmışlar. Şəxs saxlanılan günün səhəri gün otelə getməmişlər. Şəxsi axtarış Baş Narkotiklərlə Mübarizə İdarəsində keçirilmişdir. Nigar adlı qadın şəxsi axtarışda iştirak etməmiş, sadəcə olaraq baxışda iştirak etdiyi üçün şəxsi axtarış haqqında protokola imza etdirmişlər. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid7 ifadəsində göstərmişdir ki, iş üzrə maddi sübut əməliyyatçının iştirakı ilə kamera görüntüləri altında açılmışdır. Adətən maddi sübut açılır, çəkisi çəkilir, daha sonra maddi sübutu təqdim edən şəxslə birlikdə akta imza edilərək aktlaşdırılır. Əlavə olaraq qərarda elektron tərəzi qeyd olunmuş, lakin təqdim edilmədiyi üçün onu aydınlaşdırmışlar və bildirilmişdir ki, elektron tərəzi olmamışdır. Elektron tərəzi olmadığı üçün onunla bağlı qoyulmuş sual cavablandırılmamışdır. Məhkəmə iclasında ona verilən suallara cavab olaraq Şahid7 bildirmişdir ki, təqdim etdiyi rəyi təsdiq edir, onun təcrübəsində heç vaxt cırıq zərfdə maddi sübut təqdim edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs Yasamal rayonunda yaşadığı üçün oradan tanımış, Ceyhun ilə dostluq münasibəti olmuş, arada görüşüb istirahət etdikləri üçün, hadisə olan gecə istirahət etmək məqsədi ilə Ceyhun ilə görüşüb onun öz şəxsi avtomobili ilə “Emperio” otelə getmişlər. Otelə getməmişdən öncə Ceyhun demişdir ki, dostu oteldədir və onun yanına getməyi təklif etmişdir. Otelə getməmişdən öncə mağazadan pivə və siqaret alıb otelə getmişlər. Otelə daxil olmuşlar, otelə daxil olmaqlarından 5-10 dəqiqə vaxt keçməmiş, qarışıqlıq düşdüyünü görmüş, polislər gəlmişlər. Ceyhun və Ceyhunun dostu olan Fazilə qarşı polislər tərəfindən kobudluq olmuşdur, o, ağlıyıb özünü pis hiss etmiş, həmin an nə baş verdiyini anlamamışdır. Daha sonra oteldə olduğu otaqda polis işçiləri tərəfindən axtarış keçirilməyə başlanılmışdır. Axtarış bitdikdən sonra onları Hacıqabul rayon polis idarəsinə aparmışlar, orada bir gecə qaldıqdan sonra, geri gətirmişlər. Bakı şəhəri Baş Narkotiklərlə Mübarizə İdarəsinə, daha sonra “Emperio” otelə gətirərək orada video çəkiliş olmuş, daha sonra o, sərbəst buraxılmışdır. Məhkəmə iclasında ona verilən suallara cavab olaraq Şahid2 bildirmişdir ki, polis işçiləri gəldiyi zaman o, otel otağında olmuş, polis işçiləri otağa gəldiyi zaman otaqda o, Ceyhun və Fazil olmuş, otağa daxil olduqdan sonra stəkanlara pivə süzmüşlər, daha sonra masanın üzərində marixuana görmüşdür, lakin həmin marixuananı kimin gətirdiyini bilmir. Ceyhunun otelə narkotik vasitə gətirdiyindən məlumatı olmamış, Ceyhun narkotik vasitəni onun çantasına onun xəbəri olmadan yerləşdirmişdir. Çanta avtomobilin arxa hissəsində olmuş, Ceyhun arxada oturan zaman narkotik vasitəni ondan xəbərsiz çantanın içərisinə yerləşdirmişdir. Ceyhun avtomobildə arxada əyləşmişdir. O, qadın sürən avtomobildə öndə əyləşmir. Axtarış keçirilən zaman Fazilin üzərindən həb aşkar olunaraq götürüldüyünü görmüş, otelə getməmişdən öncə Ceyhunun əlində hər hansı bir şey görməmiş, narkotik vasitənin çantasına qoyulmasından xəbəri olmamışdır. Avtomobil sürərkən Ceyhun arxa oturacaqda əyləşmiş, onun çantası da arxa oturacaqda olmuşdur. Ceyhunun üzərində narkotik vasitə olmasından məlumatı olmamışdır. Ceyhunla otelə birlikdə daxil olmuşdur. Polis işçiləri otağa daxil olan zaman Ceyhun ilə birlikdə olmuş, Fazilin otaqda olub-olmamasını xatırlamır. Polis işçiləri tərəfindən Ceyhun və Fazilə kobudluq döymək mənasında deyil, sadəcə səs-küy salıb kobudluq göstərmişlər. Oteldə saxlanıldıqları zaman həmin gün onları Hacıqabul RPİ-yə aparmışlar. Hacıqabula onun avtomaşını və polis işçilərinin avtomaşınları ilə birlikdə getmişlər. Haciqabulda onun, Ceyhunun və Fazilin üzərlərinə baxış keçirmişlər. Ceyhunun və Fazilin üzərindən hansısa əşyanın aşkar edildiyini xatırlamır. Onun üzərində qanunla qadağan olunmuş əşya aşkar olunmamışdır. Yalnız oteldə baxış keçirilmiş, digər baxışlarda iştirak etməmişdir. Polislər otağa daxil olarkən masanın üzərində az miqdarda marixuana və pivə olmuşdur. Oteldə polislərin aşkar etdiyi narkotik vasitənin haradan aşkar olunması barədə məlumatı olmamışdır. Dərman baxış zamanı Fazilin üzərindən aşkar olunmuşdur. Axşam otel otağında Ceyhunun üzərinə baxış keçirilən zaman nəyinsə aşkar olmasını görməmişdir. Hacıqabuldan qayıdıb otelə gəldikləri gün, saxlanıldıqları gün oteldə nələr baş vermişdirsə onların hamısını çəkiliş apararaq yenidən təkrarlamışlar. O, istintaq zamanı məhkəmə iclas zalında verdiyi ifadənin eynisini verdiyini bildirmişdir. Şahid həmçinin bildirmişdir ki, məhkəmə iclas zalında verdiyi ifadəsini təsdiqləyir, Ceyhunun üzərində narkotik vasitə olan marixuananın çox olduğunu bilməmiş, az olduğunu bilmişdir. Ceyhun ilə birlikdə bir dəfə narkotik vasitə olan marixuanadan istifadə etmişə, Narkotik vasitə olan marixuananın Ceyhunun haradan əldə etməsini bilməmiş, Ceyhun ilə birgə istifadə etmişdir. Otelə getdikdə o, pivə almış, pivə içəcəyini, narkotik vasitə olan marixuanadan istifadə etməyəcəyini düşünmüşdür. Video çəkiliş zamanı o, Ceyhunun dediklərini demiş, Narkotik vasitə olan heroinin kimdən aşkar olunduğunu bilmir. Fazilin üzərindən narkotik vasitə dərman aşkar olunduğunu bilir. Narkotik vasitə olan heroini heç kimin üzərində görməmişdir. Narkotik vasitə olan heroinin adını eşitmiş, hansı formada olduğunu görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid5 ifadəsində göstərmişdir ki, o, ifadəsində göstərmişdir ki, o, Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları ilə birlikdə əməliyyat zamanı Ceyhun adlı şəxsin yerini müəyyən etmək üçün əməliyyat tədbiri qurmuşlar. Əməliyyat zamanı məlum olmuşdur ki, Ceyhun “Empire” otelindədir. Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları ilə birlikdə otelin nəzarətçinin icazəsi ilə “214” nömrəli otağa baxış keçirmişlər. Otağa baxan zaman Ceyhun və Fazil adlı şəxslər həmin otaqda olmuşlar. Otağa daxil olan zaman onlara hüquq və vəzifələri izah olunmuş və otaqda qanunsuz əşya və ya predmet olduğu halda təqdim etmələri təklif olunmuşdur. Həmin şəxslər təklif olunan zaman marixuanaya bənzər və metamfetaminə bənzər maddələri təqdim etmişlər. Təqdim olunan predmetlər təhqiqatçının və müdafiəçinin iştirakı ilə ekspertizaya təqdim olunması üçün sənədləşdirilmiş, möhürlənmiş, daha sonra şəxsi axtarış aparılması üçün Baş Narkotiklərlə Mübarizə İdarəsinin idarəsinə aparılmışdır. Xidməti otaqda axtarış aparılan zaman Ceyhun adlı şəxsin üzərindən narkotik maddəyə bənzər 3 bükümdə marixuana, 2 bükümdə heroin, 2 büküm metamfetamin aşkar edilmişdir. Ceyhun adlı şəxsdən həmin narkotik vasitələri haradan əldə etdiyi soruşulduqda İran İslam Respublikasının vətəndaşı Ağa adlı şəxsdən əldə etdiyini demişdir. Həmin vaxt üzərindən çıxan narkotik vasitələr qablaşdırılmış və ekspertizaya təqdim edilmişdir. Məhkəmə iclasında ona verilən suallara cavab olaraq Şahid5 bildirmişdir ki, əvvəlcədən tutulan Rəşad adlı şəxsdən narkotik vasitəni haradan əldə etdiyini soruşduqda Ceyhun adlı şəxsdən əldə etdiyini bildirmişdir. Ceyhun adlı şəxsin şəxsiyyətini və yerini müəyyən etmək üçün Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları ilə birlikdə əməliyyat keçirilmiş, həmin zaman müəyyən olunmuşdur ki, Ceyhun adlı şəxs “Empire” otelindədir. O, Rəşad adlı şəxsin tutulması zamanı keçirilən əməliyyatda iştirak etməmişdir. Ceyhun oteldə saxlanılmış, otaqda Ceyhun, Fazil və Nigar adlı qadın olmuşdur. Nigar adlı qadından kim olduğunu soruşduqda Ceyhun adlı şəxslə münasibəti olduğunu bildirmişdir. Həmin şəxslər narkotik vasitəni özləri təqdim etmişlər. Təqsirləndirilən şəxsi “Empire ” oteldə saxlamışlar, üzərinə baxış keçirilməsi üçün Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparılmış, Hacıqabula aparılmamış, təqsirləndirilən şəxsə heç bir təzyiq göstərilməmiş, otelə daxil olub nəzarətçidən otağa daxil olmaq üçün icazə istəmişlər, otağa daxil olanda Ceyhun, Fazil və Nigar adlı şəxs stolda oturub pivə içdiklərinin şahidi olmuşlar. Məlumat daxil olduğunda Ceyhunun kim olduğunu bilmişlər. O, Şahid4, Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları və müdafiəçi otağa daxil olmuşlar. Vəkil əvvəldən dəvət olunmuşdur. Otelin əməkdaşı otağa baxış zamanı iştirak etməmişdir. Otağa baxış keçirilərkən marixuana, heroin və metamfetaminə bənzər maddə aşkar edilmiş, protokol tərtib olunmuş və iştirakçılar imzalamışdır. Ceyhunu Baş Narkotiklərlə Mübarizə İdarəsinə apardıqdan sonra Hacıqabula aparmışlar. Narkotik vasitə Baş Narkotiklərlə Mübarizə İdarəsində aşkar olunmuşdur. Baxış zamanı o, Cavid, Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları, təhqiqatçı və müdafiəçi iştirak etmişdir. Nigar adlı şəxs baxış zamanı iştirak etməmişdir. 19 fevral 2022-ci il tarixində oteldəki otağa baxış zamanı iştirak etmiş, həmin gün baxış keçirilib Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparılmış, səhəri gün otelə getməmişlər. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid4 Şahid5 ifadəsinə uyğun məzmunda ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 ifadəsində göstərmişdir ki, o, rayonda yaşayır. Bakı şəhərinə iş tapmaq məqsədi ilə gəlmiş və oteldə yaşamağa başlamışdır. Təqsirləndirilən şəxs həmin otelə gələn müştəri kimi tanımışdır. 19 fevral 2022-ci il tarixində Ceyhun axşam tərəfi ona zəng edərək harada olduğunu soruşduqda, o, “Empire” oteldə olduğunu demişdir. Ceyhun onunla işi olduğunu bildirərək otelə onun yanına bir qadınla gəlmişdir. Ceyhun otelin pulunu verməyə imkanı olmadığına görə ona otaq verilməsini, 2-3 günə də pulu verəcəyini bildirmişdir. O da otel işçilərindən boş otaq olub-olmadığını soruşduqda onlar boş otaq olmadığını demişlər. O, Ceyhuna hələlik onun otağında qalmalarını, boş otaq kimi xəbər edəcəklərini bildirmişdir. O, içəri girəndə stolun üstündə “Alisya” adlı dərman olmuş, Ceyhun ona yemək sifariş etmək istədiyini bildirmişdir. O, stolun üstündə olan dərmanı cibinə qoymuşdur ki, otağa ofisiant gələndə dərmanı görməsin. Birdən onun qohumlarına bu barədə məlumat verərlər. Həmin dərman Ceyhuna məxsus olmuşdur. Sonra ofisiant qapını döymüş, ofisiantla birlikdə 8 nəfər mülki geyimli şəxs otağa daxil olmuşdur. Onlar özlərini polis əməkdaşı kimi təqdim edərək çəkilişlə içəri girmişlər. Onun üzərindən dərmanı çıxarmışlar və onları Hacıqabul RPŞ-yə aparmışlar. Polis əməkdaşları tərəfindən Ceyhunla birlikdə otağa gəlmiş qızın çantasına baxılsa da, həmin çantadan nə çıxdığını görməmişdir. Hacıqabul RPŞ-də onları döymüşlər. O, həmin vaxt vəkil istəsə də, qanunun buna yol vermədiyi əsas göstərilərək, müdafiə hüququ təmin edilməmişdir. Bundan sonra onlar Bakı şəhərinə saxlanıldıqları otelə qaytarılmışlar. Otel otağında çəkiliş edilməyə başlanılmışdır. Oteldə çəkiliş bitdikdən sonra Baş Narkotiklərlə Mübarizə İdarəsinə gətirilmişlər və orada qeydiyyata alınmışlar. İdarədə onlara qarşı hər hansı fiziki təsir olunmamışdır. Sonradan onları Hacıqabula qaytarmışlar. Daha sonra Səbail Rayon Polis İdarəsində Ceyhunla onun işini ayırmışlar. Hal-hazırda barəsində başlanmış cinayət işinin istintaqı davam edir. Məhkəmə iclasında ona verilən suallara cavab olaraq Şahid1 bildirmişdir ki, həbs olunduğu ərəfədə rayonda yaşayaraq işləmişdir. Bakı şəhərinə Azər adlı qohumunun yanına qonaq gəlmişdir. Təqsirləndirilən şəxs bir ilə yaxın müddətdir ki, otelin müştərisi kimi tanımışdır. Ceyhun otelə həmişə qadınla gəlmişdir. Ceyhunla neçə dəfə görüşdüyünü xatırlamır. Otelin bir günü 40 manat təşkil edir. Ceyhun və Nigar onun yaşadığı otağa yer olmadığı üçün gəlsələr də, həmin otaqda qalmayacaqdılar. Onun özü ara-sıra narkotik vasitə qəbul etsə də, marixuana istifadə etməmişdir. Təqsirləndirilən şəxsin narkotik vasitə qəbul edib-etmədiyindən isə məlumatı yoxdur. O, saxlanıldıqları gün masanın üzərində olan narkotik vasitəni yemək gətirəcək ofisiantın görməməsi üçün öz cibinə qoymuşdur. Onun həmin narkotik vasitəni qəbul etmək fikri olmamışdır. Ceyhun ona hədiyyə olaraq 1 büküm metamfetamin vermiş, lakin o, həmin maddəni qəbul etmişdir. Ceyhundan ona verdiyi metamfetamini pul ilə alıb-almadığını soruşmamış, həmçinin masanın üzərindəki narkotik vasitəni ona verib-verməyəcəyini bilməmişdir. O, Səbail RPİ-də verdiyi ifadəsini təsdiq edir. Onlar saxlanılarkən stolun üstündə 3 büküm narkotik vasitə olmamış, 1 büküm narkotik vasitə olmuşdur. “Alisya”nın yanında 1 büküm metamfetamin olmuş, o, stolun üstündən dərmanı götürəndə metamfetamini görməmiş, oteldə onun üzərinə baxış keçirilmişdir. Həmin narkotik vasitəni əməliyyatçılar çıxaranda görmüşdür. Həmçinin oteldəki görüntüləri əməliyyatçılar silmişlər. Ceyhundan narkotiki kimdən aldığını soruşmamışdır. O, Ceyhuna zəng edib narkotik vasitə istəmiş, o da narkotik vasitəni tapıb gətirmişdir. Ceyhun ona narkotik vasitəni pulsuz vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid6 ifadəsində göstərmişdir ki, o, Hacıqabul RPİ-nin cinayət axtarış şöbəsinin həyata keçirdiyi əməliyyat axtarış tədbirləri nəticəsində Şəmkir rayon sakini narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında şübhəli şəxs qismində saxlanılmışdır. Suallara cavab olaraq həmin şəxs narkotik vasitəni Bakı şəhər sakini Rəşad adlı şəxsdən əldə etdiyini bildirmişdir. Rəşad adlı şəxs barəsində də əməliyyat axtarış tədbiri keçirilmiş, saxlanılan zaman Rəşad ifadəsində həmin şəxsə narkotik vasitə satdığını etiraf etmiş və həmin narkotik vasitəni Bakı şəhər sakini Ceyhun adlı şəxsdən əldə etdiyini bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs ətrafında Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları ilə birlikdə əməliyyat tədbiri keçirmiş, əməliyyat zamanı məlum olmuşdur ki, Ceyhun “Empire” otelindədir. Həmin otelə Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları ilə birlikdə otelin nəzarətçinin icazəsi ilə “214” nömrəli otağa daxil olmuş və Ceyhun və Fazil adlı şəxslərin həmin otaqda olduğunu müəyyən etmişlər. Otaqda olan divanın altında marixuana, metamfetaminə bənzər narkotik vasitələr aşkar edilmişdir. Suallara cavab olaraq Təqsirləndirilən şəxs həmin narkotik vasitələrin ona məxsus olduğunu və Ağa adlı İran vətəndaşından əldə etdiyini bildirmişdir. Daha sonra Baş Narkotiklərlə Mübarizə İdarəsinin binasında Şahid1 və Təqsirləndirilən şəxs üzərinə axtarış keçirilmiş, şəxsi axtarış keçirilən zaman Şahid1 və Təqsirləndirilən şəxs üzərindən heroin, metamfetamin və marixuanaya bənzər narkotik vasitələr aşkar edilmişdir. Məhkəmə iclasında ona verilən suallara cavab olaraq Şahid6 bildirmişdir ki, təqsirləndirilən şəxsi “Empire” otelin “214” nömrəli otağında saxlamışlar, otelə baxış keçirilərkən iştirak etmiş, otağa baxış zamanı marixuana və metamfetaminə bənzər narkotik vasitələr aşkar edilərək sənədləşdirilmişdir. Şahid1 və Təqsirləndirilən şəxs üzərində narkotik vasitələrin olması ehtimalı olduğundan onları bölməyə dəvət etmiş və üzərlərinə baxış keçirmişlər. Təqsirləndirilən şəxsi Xəqani küçəsində yerləşən “Empire” otelin “214” nömrəli otağında saxlamışlar, 19 fevral tarixində otelə baxış keçirmişlər, təqsirləndirilən şəxsin saxlanılması zamanı iştirak etmişdir, otaqda olan divanın altında marixuana, metamfetaminə bənzər narkotik vasitə aşkar edilmişdir. Video çəkiliş otağa daxil olan zaman aparılmış və protokol tərtib edilib sənədləşdirilmişdir. Təqsirləndirilən şəxsin üzərinə oteldə baxış keçirməmişlər. Təhqiqatçının qərarı ilə Baş Narkotiklərlə Mübarizə İdarəsinin binasında şəxsin üzərinə baxış keçirilmiş, şəxsi axtarışda iştirak etmiş, axtarış zamanı o, təhqiqatçı, vəkil və əməliyyat müvəkkili iştirak emişdir. Nigar adlı qadın şəxsi axtarışda iştirak etməmişdir. Otelin otağına baxış keçirildikdən sonra təqsirləndirilən şəxs dərhal Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparılmışdır. Otağa daxil olarkən otelin inzibatçısı iştirak etmişdir. Video çəkiliş otelin otağına daxil olarkən olmuşdur. Təqsirləndirilən şəxsin vəsatəti əsasında məhkəmə iclasında şahid qismində dindirilən Şahid10 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxsla uşaqlıqdan bir məhəllədə böyümüşdür. İbtidai istintaq zamanı psixotrop maddələrin təsiri altında olduğuna görə verdiyi ifadəni xatırlamır. Məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, Ceyhun ona 20 qram narkotik vasitə verməmişdir. Ceyhun narkotik vasitələrin istifadəçisidir. Onlar özlərində olduqda bir-birilərinə narkotik vasitə vermiş, lakin Ceyhun ona narkotik vasitə satmamış və aralarında pul söhbəti olmamışdır. O, saxlanılarkən üzərində 75,759 qram narkotik vasitə heroin olmamış, üzərində cəmi şəxsi istifadəsi üçün 2 qram narkotik vasitə heroin olmuşdur. O, barəsində olan cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 7 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. O, narkotik vasitəni götürüb başqasına verməmiş, sadəcə olaraq narkotik vasitəni götürmüşdür. Həmin narkotik vasitəni Ceyhundan almamışdır. O, məhkəmədə ifadə verərkən Şəmkirdən uşaqlar gəldiyini, pulları olduğunu və narkotik vasitə istədiklərində onlara cavab olaraq maraqlanıb onlara verəcəyini bildirmişdir. Buna görə Ceyhuna zəng etmiş, Ceyhun da ona maraqlanacağını bildirmişdir. Sonra bir yerə yığışıb, pulu bir yerə qoyaraq bölgü etmiş, hər kəs öz payına düşəni götürüb getmişdir. O, Ceyhundan narkotik vasitəni götürdüyünü istintaq zamanı demiş, lakin məhkəmədə ifadə verərkən belə bir söz deməmişdir. Narkotik vasitənin əldə edilməsi üçün pulu Ceyhun aparat vasitəsi ilə yükləmişdir. Həmin vaxt onun Ceyhunda 125 manat pulu olmuş, o, əlavə olaraq 100 manat da pul qoymuş, digər iki nəfər Şəmkirdən gələn şəxslər isə 400 manat pul qoymuşlar. Onlar pulu göndərdikləri adamı tanımamışlar, həmin şəxsi Ceyhun tanımışdır. Pulu köçürdükdən sonra bir yerdə yığışaraq xəbər gözləmişlər, daha sonra xəbər gəlmiş, gedib narkotik vasitəni götürmüşlər. Narkotik vasitə olan yerin şəkili Ceyhunun telefonuna göndərilmişdir. Bundan sonra o, Ceyhun və həmin iki nəfər şəxs maşınla Yasamal rayonu ərazisində həmin şəkildə göstərilən yerə gedərək, göndərilən yerdən 20 qram narkotik vasitə heroini götürmüşlər. Narkotik vasitəni həmin yerdən bilavasitə Ceyhun götürmüşdür. Onun barəsində baxılan cinayət işi üzrə Ceyhunu məhkəməyə çağırıb dindirməmişlər. O, 7 il 6 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, halhazırda barəsində olan cinayət işinə apellyasiya məhkəməsində baxılır. Təqsirləndirilən şəxs yuxarıda qeyd edilən cinayət əməlini törətməkdə təqsirli olması cinayət işinin materiallarında olmaqla, məhkəmə istintaqı zamanı elan edilməklə və tərəflərə təqdim edilməklə tədqiq edilmiş aşağıda qeyd edilən digər sübutlarla da təsdiq olunur. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan «şəxsi axtarış və götürmə aparılması haqqında» 19 fevral 2022ci il tarixli protokoldan görünür ki, “Şəxsi axtarış və götürmə aparılması haqqında” 19 fevral 2022-ci il tarixli qərara əsasən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasında xidməti iş otaqlarından birində videoçəkilişdən istifadə edilməklə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs və Şahid1 barələrində şəxsi axtarış və götürmə aparılmışdır. Təqsirləndirilən şəxs və Şahid1 şəxsi axtarış və götürmə aparılması haqqında qərarla tanış edilərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim edilməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan gödəkçənin sağ yan cibindən 2 (iki) ədəd bükümdə açıq qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə olan heroinə bənzər kütləni, 3 (üç) ədəd bükümdə açıq yaşıl rəngli spesifik iyə malik narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütləni, 2 (iki) ədəd bükümdə ağ rəngli, kristalşəkilli, psixotrop maddə olan metamfetaminə bənzər kütləni təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra şübhəli şəxsin üzərinə şəxsi axtarış keçirilmiş və əynində olan şalvarın arxa sağ cibindən üzərində 1 (bir) ədəd 4169 7385 9513 8052 nömrəsi olan plastik bank kartı, 1 (bir) ədəd Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqəsi aşkar edilərək götürülmüşdür. Daha sonra şəxsi axtarış zamanı sonuncunun üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi kütlələr elektron tərəzidə çəkilmiş, heroinə bənzər kütlənin çəkisi ümumilikdə 2,7 qram, metamfetaminə bənzər kütlənin çəkisi ümumilikdə 55 qram və qurudulmuş marixuananın çəkisi ümumilikdə 2 qram olmuşdur. Sonra aşkar olunmuş həmin kütlələr içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənmiş, şübhəli şəxs Təqsirləndirilən şəxs və hər bir iştirakçı tərəfindən həmin zərfin üzəri imzalanmış, iş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1 (bir) ədəd 4169 7385 9513 8052 nömrəsi olan plastik bank kartı, 1 ədəd Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqəsi bu barədə sonuncuya izah verildikdən sonra götürülmüşdür. Daha sonra Şahid1 əynində olan şalvarın sağ yan cibindən 3 (üç) ədəd bükümdə ağ rəngli, kristal şəkilli, psixotrop maddə olan metamfetaminə bənzər kütləni və 42 (qırx iki) ədəd Preqabalin həblərinə bənzər kütləni təqdim edərək masanın üzərinə qoymuş, sonra şübhəli şəxsin üzərinə şəxsi axtarış keçirilmiş və əynində olan gödəkçənin sol yan cibindən Şahid1 məxsus 1 (bir) ədəd xarici pasport aşkar edilərək götürülmüşdür. Daha sonra şəxsi axtarış zamanı sonuncunun üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Daha sonra Şahid1 təqdim etdiyi kütlələr elektron tərəzidə çəkilmişdir. Metamfetaminə bənzər kütlənin çəkisi ümumilikdə 12,2 qram olmuşdur. Sonra aşkar olunmuş həmin kütlələr içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənmiş, şübhəli şəxs Şahid1 və hər bir iştirakçı tərəfindən həmin zərfin üzəri imzalanmışdır. Tədqiq edilən protokoldan görünür ki, Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq aşkar olunmuş kütlələrin özünə məxsus olduğunu, həmin kütlələri 1 (bir) gün əvvəl sosial şəbəkədə tanış olduğu, İran İslam Respublikası vətəndaşı “Ağa” adlı şəxsin vasitəsi ilə əvvəlcədən təyin edilmiş yerdən Yasamal rayonunda Şahid1la birlikdə satmaq məqsədi ilə götürdüyünü, həmin narkotik maddədən Rəşad adlı şəxsə və Şahid1 satdığını, “Ağa” adlı şəxsə götürdüyü narkotik vasitəyə görə bank kartı vasitəsi ilə 450 manat pul köçürdüyünü, narkotik vasitə istifadəçisi olduğunu, əvvəllər məhkum olunmadığını, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. Tədqiq edilən protokoldan həmçinin görünür ki, Şahid1 ona verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs dediklərini təsdiq edərək, İran İslam Respublikası vətəndaşı “Ağa” adlı şəxs barəsində eşitdiyini, Ceyhunla birlikdə gedərək əvvəlcədən təyin edilmiş yerdən Yasamal rayonundan narkotik maddə götürdüyünü, Təqsirləndirilən şəxs öz istifadəsi üçün narkotik vasitə aldığını, əvvəllər məhkum olunduğunu, verilən sualları baş düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. Şəxsi axtarış və götürmə zamanı şübhəli şəxslər və digər iştirakçılar tərəfindən heç bir şikayət, təklif və protokola dair qeydlər daxil olmamışdır. (iş vərəqə: cild İ, səh. 110- 113) Məhkəmə baxışı zamanı tədqiq olunan iş üzrə şəxsi axtarış və götürmə aparılması prosesinin videogörüntülərini özündə əks etdirən «CD diskə baxış keçirilməsi haqqında» 06 may 2022-ci il tarixli protokoldan görünür ki, həmin protokolun məzmunu şübhəli şəxs qismində tutulmuş Şahid1 üzərində şəxsi axtarış aparılmasına dair tərtib olunan «şəxsi axtarış və götürmə aparılması haqqında» 19 fevral 2022-ci il tarixli protokolun məzmununa uyğundur. (iş vərəqə: cild İİ, səh. 22-23) Tədqiq olunan protokoldan görünür ki, diskə baxış keçirilməsi prosesində Şahid1 üzərində şəxsi axtarış aparılmasına dair hissədə prosessual pozuntulara yol verilməmişdir. Eyni zamanda cinayət işinin materiallarına əlavə edilmiş şəxsi axtarış və götürmə aparılması prosesinin videogörüntüləri məhkəmə iclası zamanı nümayiş etdirilməklə bilavasitə tədqiq olunmuş və müəyyən edilmişdir ki, qeyd olunan videogörüntülər və şəxsi axtarış və götürmə aparılması haqqında protokolun məzmunu arasında ziddiyyətlər mövcud deyildir. İşdə olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan materialların məhkəmə ekspertizası üzrə 18 fevral 2022-ci il tarixli, 18/207 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində: “...X7 üzərindən...” sözləri yazılmış və imzalar olan kağız paketdə 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi- 26,940 qram, 29,635 qram, ümumi çəkisi 56,575 qram olan qəhvəyimtil rəngli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə olan heroindir. 2). Tədqiqata təqdim edilmiş üzərində “...X3 üzərindən..” sözləri yazılmış kağız paketdə 06 bükümdə ayrı-ayrılıqda təmiz çəkisi- 4,198 qram, 3,088 qram, 1,879 qram, 4,229 qram, 1,205 qram, 4,585 qram, ümumi çəkisi -19,184 qram olan qəhvəyimtil rəngli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə olan heroindir. 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,427 qram, 0,319 qram, ümumi çəkisi 0,746 qram olan ağımtıl rəngli, kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. X7 və Şahid10 üzərindən aşkar olunmuş narkotik vasitə heroin əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkiblidir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Metamfetamin - 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildir. (iş vərəqə: cild İ, səh. 29-30). İşdə olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan materialların məhkəmə ekspertizasının 19 fevral 2022-ci il tarixli, 6/1036 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs və Şahid1 yaşadığı mənzildən aşkar edilmiş ...” sözləri olan 1 saylı paketdəki bir ədəd bükümdə təmiz çəkisi 0,575 qram olan ağ rəngli kristallik hissəciklərindən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir; - üzərində “... Təqsirləndirilən şəxs üzərindən...” sözləri olan 2 saylı paketdəki bir ədəd bükümdə təmiz çəkisi 1,124 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 3 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,066 qram, 0,450 qram, 55,644 qram, ümumi təmiz çəkisi 56,160 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə - metamfetamindir; - üzərində “... Şahid1 üzərindən...” sözləri olan 3 saylı paketdəki üç ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,546 qram, 0,206 qram, 10,195 qram ümumi təmiz çəkisi 10,947 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə - metamfetamindir, üzərilərində “Alyse 150 mg pregabaline” göstəriciləri olan 3 ədəd dərman konvolutlarında 42 ədəd dərman kapsulunun əsas təsiredici maddə preqabalindir və həmin kapsulların tərkiblərində preqabalinin təsir maddəsinin ümumi miqdarı 6,3 qram təşkil edir. - 1, 2, 3 saylı kağız paketlərdəki psixotrop maddə mentamfetaminlər xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eynidirlər. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Preqabalin 18 mart 2016-cı il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahısına” (1 nömrəli əlavə) daxildir. (iş vərəqə: cild İ, səh. 124-131). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan «maddi sübut kimi tanıma haqqında» 04 aprel 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs mənzilindən 19 fevral 2022-ci il tarixdə tərtib edilmiş protokolla götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 41,848 qram kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən marixuana, Təqsirləndirilən şəxs və Şahid1 üzərlərindən 19 fevral 2022-ci il tarixdə tərtib edilmiş protokolla götürülmüş, ekspertiza tədqiqatından sonra ayrı-ayrılıqda qalıq çəkiləri 0,525 qram olan metamfetamin, 1,074 qram olan heroin, 56,010 qram olan metamfetamin, 10,797 qram olan metafetamin, 40 ədəd kapsul olan preqabalin iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Səbail RPİ-nin maddi sübutları saxlama otağına təhvil verilmişdir. (iş vərəqə: cild İİ, səh. 157-159). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan ambulator məcburi-narkoloji tibbi yoxlama üzrə 12 may 2022-ci il tarixli 2404 nömrəli rəydən görünür ki, müayinə zamanı Şahid1 psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (iş vərəqə: cild İİ, səh. 160-161). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan ambulator məcburi-narkoloji tibbi yoxlama üzrə 04 aprel 2022-ci il tarixli 1561 nömrəli rəydən görünür ki, Təqsirləndirilən şəxs psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (iş vərəqə: cild İİ, səh. 162-163). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan sübutların qiymətləndirilməsi haqqında 18 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, iş üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs və Şahid1 əməllərində qabaqcadan əlbir olub bir qrup şəxs tərəfindən satış məqsədi ilə üzərində narkotik vasitələri, psixotrop maddələri və həmin maddələrə aid olmayan güclü təsir edən maddəni əldə etmə və ya saxlamaları cinayətinin tərkibi olmadığından, barələrində Azərbaycan Respublikası CM-nin 234.4.1 və 240.2.1 maddələri ilə başlanmış cinayət təqibinə xitam verilməsi, iş üzrə Təqsirləndirilən şəxs əvvəllər elan edilmiş ittihamdan üzərindən aşkar edilmiş narkotik vasitə və psixotrop maddə, habelə otel otağından aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuana və psixotrop maddə metamfetaminlə bağlı xüsusat xaric edilməklə, barəsində həmin epizodlar üzrə başlanmış cinayət təqibinə xitam verilməsi, iş üzrə 19 fevral 2022-ci il tarixdə şəxsi axtarış və götürmə aparılmasına dair tərtib edilmiş protokolun Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitələrin və psixotrop maddələrin götürülməsi, həmçinin Şahid1 yaşadığı otel otağından aşkar edilmiş narkotik vasitə və psixotrop maddənin götürülməsi prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldığından, mənzilə baxış protokolu və Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürməyə dair protokolun həmin hissəsinin sübutlar siyahısından çıxarılması qərara alınmışdır. İş üzrə 19 fevral 2022-ci il tarixdə şəxsi axtarış və götürmə aparılan zamanı tərtib edilmiş protokolun Şahid1 üzərindən üç ədəd bükümdə psixotrop maddəmetamfetamin və üç ədəd dərman konvolutlarında 42 ədəd dərman kapsulunun aşkar edilmiş hissəsi sübut növü kimi qəbul edilmiş, Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş narkotik vasitələrin və psixotrop maddələrin götürülməsi zamanı tərtib edilmiş protokol prossesual hərəkətlərin icraatı qaydalarının kobud pozuntusu ilə aparıldığından, protokolun həmin hissəsinin sübutlar siyahısından çıxarılması qərara alınmışdır. İş üzrə 19 fevral 2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılan zaman tərtib edilmiş protokolun Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitələrin və psixotrop maddələrin götürülməsi zamanı tərtib edilmiş protokol prosessual hərəkətlərin icraatı qaydalarının kobud pozuntusu ilə aparıldığından, protokolun həmin hissəsinin sübutlar siyahısından çıxarılması qərara alınmışdır (iş vərəqə: cild İİİ, səh. 30-49). İbtidai istintaq orqanının işdə olan «cinayət təqibi üzrə icraatın ayrılması və icraata qəbul edilməsi haqqında» 20 oktyabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.2, 234.4.3 və 240.3.2-ci maddələri ilə təqsirləndirilməsinə dair ********* saylı cinayət işindən, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* saylı cinayət işi ayrıca icraata ayrılmışdır (iş vərəqə: cild İİİ, səh. 66-69) İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-73/2023 saylı, 01 fevral 2023-cü il tarixli hökmünün surətindən görünür ki, Şahid10 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinərək 7 il 6 ay müddətinə, X9 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinərək 6 il 6 ay müddətinə və X11 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək 6 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Hökmlə həmçinin maddi sübut kimi tanınmaqla Hacıqabul Rayon Polis Şöbəsində saxlanılan 75,359 qram narkotik vasitə heroin və 0,646 qram psixotrop maddə metamfetaminin məhv edilməsi hökm edilmişdir. Həmin hökmlə məhkəmə tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Şəmkir rayonu Posanlı qəsəbə sakinləri X9 və X4 məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan heroin əldə etmə, saxlama, daşıma və satmaq barədə razılığa gələrək qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, bu məqsədlə 16 fevral 2022-ci il tarixdə Tehran Musayevin idarə etdiyi “VAZ-2107” markalı, **-TC-*** qeydiyyat nişanlı avtomobil ilə Şəmkir rayonundan yola düşərək gecə saatlarında Bakı şəhəri, Yasamal rayonu, H.B.ünvan 7 ünvanda yaşayan Şahid10 ilə görüşərək ona 400 manat məbləğində pul verməklə Şahid10 26,940 və 29,635 qram çəkilərində olmaqla, ümumilikdə 56,575 qram, külli miqdarda narkotik vasitə heroini birlikdə satın almaqla qanunsuz olaraq satış məqsədi ilə əldə edib, Yusif Əmiraslanovun üzərində saxlamaqla Tehran Musayevin idarə etdiyi avtomobildə Bakı şəhərindən yaşadıqları Şəmkir rayonu istiqamətində hərəkət etməklə birlikdə daşıdıqları zaman bu barədə daxil olmuş əməliyyat məlumatı əsasında 17 fevral 2022-ci il tarixdə saat 11:10-da Hacıqabul rayonu ərazisində yerləşən “Qədir Xum” ailəvi istirahət mərkəzinin qarşısında saxlanılaraq polis şöbəsinə gətirilib üzərlərində şəxsi axtarış aparılarkən qeyd olunan narkotik vasitə heroin Yusif Əmiraslanovun əynində olan qış gödəkçəsinin sağ cibindən aşkar olunaraq götürülmüşdür. Şahid10 öz növbəsində 16 fevral 2022-ci il tarixdə Bakı şəhərində digər şəxsdən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda – 75,759 qram narkotik vasitə olan heroini və 0,746 qram psixotrop maddə metamfetamini əldə edib daşıyaraq saxlamış, həmin gün axşam saatlarında yaşadığı Bakı şəhəri, H.B.Zərdabi küçəsində yerləşən 92A nömrəli binanın yaxınlığında tanışı X9 və onunla birlikdə olan X11 ilə görüşərək heroinin külli miqdar təşkil etməklə 56,575 qram çəkidə olan hissəsini 400 manat pul müqabilində həmin şəxslərə satmış, heroinin qalan 19,184 qram çəkidə olan hissəsini isə 4,198 qram, 3,088 qram, 1,879 qram, 4,229 qram, 1,205 qram və 4,585 qram çəkilərdə olmaqla 6 ədəd sellofan kəsiyi bükümdə qablaşdırılmış halda, metamfetamin isə 0,427 qram və 0,319 qram çəkilərdə olmaqla iki ədəd sellofan kəsiyi bükümündə qablaşdırılmış halda üzərində saxlamaqla daşımışdır. Ondan narkotik vasitə heroin almış Yusif Əmiraslanov və Tehran Musayevin 17 fevral 2022-ci il tarixdə saat 11:10-da Hacıqabul rayonu ərazisində polis əməkdaşları tərəfindən saxlanılmalarından sonra Hacıqabul rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində o, 17 fevral 2022ci il tarixdə saat 16 radələrində Bakı şəhəri, Yasamal rayonu, H.B.Zərdabi küçəsində yerləşən 92A nömrəli binanın yaxınlığında saxlanılaraq Hacıqabul rayon polis şöbəsinə gətirilib üzərində şəxsi axtarış və götürmə aparılan zaman qeyd olunan narkotik vasitə heroin və psixotrop maddə metamfetamin üzərində aşkar edilərək götürülmüşdür. Məhkəmə təqsirləndirilən şəxsin əməlinin cinayət-hüquqi tövsifinə qiymət verərkən «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı»nın konkret müddəalarını, “Güclü təsir edən maddələr və onların külli miqdarının, habelə zəhərli maddələrin siyahılarının təsdiq edilməsi haqqında” 18 mart 2016-cı il Azərbaycan Respublikası Qanununun və 18 mart 2016-cı il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş 1 nömrəli əlavənin güclü təsir edən maddələrin və onların külli miqdarının siyahısının konkret müddəalarını rəhbər tutmuşdur. Belə ki, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən «heroin» narkotik vasitəsinin və metamfetamin psixotrop maddəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla aşağı həddi 2 qram müəyyən edilmişdir. Həmçinin 18 mart 2016-cı il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahısı»na əsasən Preqabalin güclü təsiredici maddənin külli miqdar daxil olmaqla aşağı həddi 5 qram müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı isə müəyyən edildi ki, aşkar edilib götürülmüş narkotik vasitə heroinin ümumi təmiz çəkisi 75,759 qram və metamfetamin psixotrop maddəsinin ümumi təmiz çəkisi 10,947 qram olmaqla «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılar»da (İ və İİ siyahılar) nəzərdə tutulmuş külli miqdar həddində olmuşdur. Habelə Preqabalin təsir maddəsinin ümumi miqdarı 6,3 qram təşkil etməklə «güclü təsir edən maddələrin və onların külli miqdarının siyahısı»nda nəzərdə tutulmuş külli miqdar həddində olmuşdur. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının 14-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, Azərbaycan Respublikası CM-nin 234.2 və 234.3cü maddələrində nəzərdə tutulan əməllərin külli miqdarda törədilib-törədilməməsi məsələsi Azərbaycan Respublikasının «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən siyahılara uyğun (İ və İİ siyahılar) olaraq həll olunmalıdır. Həmin Plenum qərarının 22-ci bəndində məhkəmələrə tövsiyə edilir ki, Azərbaycan Respublikası CM-in 240-cı maddəsində nəzərdə tutulmuş cinayətin tərkibinin olubolmamasını müəyyən edərkən məhkəmələr maddələrin güclü təsir edən və ya zəhərli olub-olmamasını, avadanlığın belə maddələr hazırlamaq, emal etmək üçün nəzərdə tutulub-tutulmadığını araşdırmalıdırlar. Bunlara dair nəticə müvafiq ekspert rəyinə əsaslanmalıdır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanununun 1.0.11.-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması – miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli həmin qərarının doqquzuncu bəndində məhkəmələrə tövsiyə olunur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Ali Məhkəmə Plenumunun 04 mart 2011-ci il tarixli qərarının bu hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs təkrar satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə, psixotrop maddəni bükümlərdə daşıyıb saxlaması, həmin narkotik vasitə və psixotrop maddənin, həmçinin narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddənin satışı ilə bağlı istehlakçı(lar) ilə əvvəlcədən razılıq əldə edilməsi onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələri, məhkəmə iclası zamanı Şahid1 və təqsirləndirilən şəxsin özünün vəsatətinə əsasən şahid qismində dindirilmiş Şahid10 Təqsirləndirilən şəxs narkotik vasitə almalarını etiraf etmələrinə dair ifadələri, iş materiallarında olan mötəbər sübutlarla, həmçinin bununla yanaşı Şahid10, X7 və X8 təqsirləndirilməsinə dair baxılan digər cinayət işi üzrə qəbul edilmiş məhkəmə hökmündə müəyyən edilənlərlə tam təsdiq olunur. Göstərilənlər Təqsirləndirilən şəxs satış məqsədilə təkrar qanunsuz olaraq külli miqdarda narkotik vasitə, psixotrop maddə və narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddənin əldə etməsinə, saxlamasına və daşımasına dəlalət edir. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı verdiyi ifadələrində özünü təqsirli bilməyib, narkotik vasitə istifadəçisi olduğunu, narkotik vasitələrin satışı ilə məşğul olmadığını, Şahid10 hər hansı narkotik vasitə satmadığını, Şahid1 üzərindən aşkar edilmiş 10,947 qram metamfetaminin və 6,3 qram külli miqdarda narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddənin ona məxsus olmadığını və ona otaq təşkil etməsi müqabilində sonuncuya verməməsi məzmunundakı ifadələrinə də qiymət verərək məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı ifadəsində göstərilənlər tədqiq edilmiş sübutların məcmusu, həmçinin məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələrində göstərdikləri ilə tam təkzib olunmuşdur. Belə ki, təqsirləndirilən şəxsin özünün vəsatəti əsasında məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid10 ifadəsində ilk öncə Təqsirləndirilən şəxs ona narkotik vasitə satmadığını, 75,759 qram narkotik vasitə heroini Təqsirləndirilən şəxs almadığını bildirsə də, lakin daha sonra ona verilmiş suallara cavab olaraq Şəmkir rayonundan iki nəfər şəxsin 400 manat pul müqabilində narkotik vasitə almaq üçün ona müraciət etdiyini, onun da Ceyhun vasitəsi ilə həmin şəxslərə narkotik vasitə olan heroin alıb verdiyini, əldə etdikləri həmin narkotik vasitəni satan şəxsi Ceyhunun tanıdığını, narkotik vasitənin alınması üçün pulun göndərildiyi şəxsi Ceyhunun tanıdığını, pulun ödəniş aparatı vasitəsilə Ceyhun tərəfindən həmin şəxsə ötürüldüyünü, narkotik vasitənin qoyulduğu yerin şəklinin Ceyhunun telefonuna göndərildiyini, narkotik vasitəni birlikdə götürdüklərini və aralarında bölüşdürdüklərini bildirmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, hazırkı cinayət işi üzrə Şahid10 ifadəsində göstərdiyi xüsusatların həqiqliyi onun və X7, X8 təqsirləndirilməsinə dair cinayət işi üzrə qəbul edilmiş Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-73/2023 saylı, 01 fevral 2023-cü il tarixli hökmündə də öz təsdiqini tapmışdır. Həmçinin irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxsin “Empire” otelində bir günlük otaq təşkil etməsi müqabilində metamfetamini, həmçinin narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddəni satmış olduğu Şahid1 məhkəmə istintaqı zamanı şahid qismində dindirilərkən verdiyi ifadəsində Təqsirləndirilən şəxs tərəfindən ona psixotrop maddə metafetaminin verildiyini təkzib etməmiş, həmçinin baxış zamanı üzərindən aşkar olunmuş “Alyse” adlanan preqabalin dərmanın Ceyhun tərəfindən onun olduğu yerə gətirildiyini və heç kimin görməməsi üçün cibinə qoyduğunu təsdiq etmişdir. Bundan başqa Şahid1 öz ifadəsində əvvəllər də bir neçə dəfə Təqsirləndirilən şəxs vasitəsi ilə narkotik maddə aldığını bildirmişdir. Bu səbəbdən Təqsirləndirilən şəxs ifadəsində özünü təqsirli bilməməsinə dair göstərdiyi həmin xüsusatlar onun daha ağır məsuliyyətdən yaxa qurtarmaq məqsədi ilə özünü müdafiə etmək üçün irəli sürdüyü dəlillər kimi qiymətləndirilməlidir. Bundan başqa təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyüldüyünü və təzyiqlərə məruz qaldığını, bu səbəb də ibtidai istintaq zamanı etirafedici ifadələr verdiyini bildirsə də, onun qeyd etdiyi bu xüsusatların yoxlanılması məqsədi ilə məhkəmənin sorğusuna əsasən saxlanıldığı istintaq təcridxanasından onun adına açılmış “Şəxsi iş” və “Tibbi kitabça” alınaraq məhkəmə iclasında bilavasitə tədqiq edilmiş və müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istintaq təcridxanasına daxil olan zaman üzərində heç bir xəsarət olmamışdır. Bundan əlavə məhkəmə iclasında dindirilmiş şahidlər, o cümlədən Şahid8 təqsirləndirilən şəxsin polis əməkdaşları tərəfindən saxladığı günün səhəri gün otel otağına baxış keçirilən zaman onun üzərində hər hansı bir xəsarət olmasının, döyülməsinə dair şübhə doğuracaq hər hansı bir davranışın şahidi olmadığını bildirmişdir. Bundan əlavə təqsirləndirilən şəxsin üzərinə, mənzilinə, otel otağına baxış və götürmə aparılmasına dair videogörüntülər bilavasitə məhkəmə iclasında tədqiq olunmuş və təqsirləndirilən şəxsin bədəninin görünən hissələrində hər hansı bir xəsarət izinin olmadığı müəyyən edilmişdir. Məhkəmə kollegiyası həmçinin onu da qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən istintaq hərəkətlərinin icraatı zamanı kobud prosessual pozuntulara yol verilsə də, lakin əldə edilmiş sübutlar üzrə təqsirləndirilən şəxsə qarşı həmin hissədə ittiham irəli sürülmədiyindən, göstərilən hallar ittiham xaricindədir. Buna görə də məhkəmə hesab edir ki, hazırkı halda Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinin tələblərinə əsasən həmin pozuntulara hüquqi qiymət verilməsi məhkəmənin səlahiyyətinə daxil deyildir. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər elan edilmiş ittihamdan otel otağında aşkar edilmiş narkotik vasitə və psixotrop maddə ilə bağlı xüsusatla bağlı ittiham irəli sürülsə də, lakin daha sonra sübutların qiymətləndirilməsi barədə 18 oktyabr 2022-ci il tarixli qərarda göstərilən pozuntulara qiymət verilmiş və həmin hissədə elan olunmuş ittiham üzrə əldə edilmiş sübutlar kobud prosessual pozuntularla əldə edildiyindən təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamdan xaric edilməklə, barəsində həmin epizod üzrə başlanmış cinayət təqibinə xitam verilmişdir. Sözügedən qərarda göstərilmişdir ki, polis əməkdaşları Təqsirləndirilən şəxs və Şahid1 olduqları otel otağına gəlib daxil olaraq sonuncuların narkotik vasitələrin və psixotrop maddələri əldə edib qanunsuz saxlamaqla satışında şübhəli bilib, həmin otağa dərhal baxış keçirilsə də, həmin an bu barədə qanunun tələblərinə uyğun qaydada sənədləşmə aparılmadan, həmin şəxslər Hacıqabul RPŞ-yə aparılaraq orada bir neçə saat ərzində müvafiq istintaq hərəkətləri aparıldıqdan sonra yenidən Bakı şəhərinə “Empire” otelinə gətirilməklə formal şəkildə sənədləşmə və videoçəkiliş aparılaraq protokol tərtib edilmişdir. Qeyd edilən istintaq hərəkətləri aparılması zamanı sənədləşmədə kobud və aradan qaldırılması mümkün olmayan qanun pozuntularına yol verildiyindən, həmin xüsusatlar üzrə toplanmış sübutlar ittihamın əsası kimi çıxış edə bilməz. Buna görə də Təqsirləndirilən şəxs əvvəllər elan edilmiş ittihamdan otel otağında aşkar edilmiş narkotik vasitə və psixotrop maddə ilə bağlı xüsusat xaric edilməklə, barəsində həmin epizod üzrə başlanmış cinayət təqibinə xitam verilməlidir. Həmçinin həmin qərarda Təqsirləndirilən şəxs üzərindən şəxsi axtarış və götürmənin aparılmasına dair 19 fevral 2022-ci il tarixli protokol üzrə göstərilmişdir ki, Təqsirləndirilən şəxs üzərindən 03 (üç) ədəd qurudulmuş marixuanaya, 02 (iki) ədəd metamfetaminə və 02 (iki) ədəd heroinə bənzər maddələr olan bükümlər aşkar edilib qablaşdırılaraq möhürlənib götürülmüş, lakin həmin protokola əlavə edilmiş videogörüntüyə baxış zamanı, həmin istintaq hərəkəti aparılarkən Təqsirləndirilən şəxs üzərindən 03 (üç) ədəd qurudulmuş marixuanaya, 03 (üç) ədəd metamfetaminə və 02 (iki) ədəd heroinə bənzər maddələr olan bükümlər aşkar edilib qablaşdırılaraq möhürlənib götürülmüşdür. Məhkəmə-kimyəvi ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs üzərindən 01 (bir) ədəd bükümdə təmiz çəkisi 1,124 qram narkotik vasitə heroin, 03 (üç) ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri 0,066 qr., 0,450 qr., 55,644 qram, ümumi təmiz çəkisi 56,160 qram eyni tərkibli psixotrop maddə metamfetamin və 03 (üç) ədəd bükülüdə ayrı-ayrılıqda təmiz çəkiləri: 0,28 qram, 0,24 qram və 0,29 qram olmaqla, ümumi çəkisi - 0,81 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana olması göstərilmişdir. Qeyd edilən istintaq hərəkəti aparılması zamanı sənədləşmədə kobud və aradan qaldırılması mümkün olmayan qanun pozuntularına yol verildiyindən, həmin xüsusatlar üzrə toplanmış sübutlar ittihamın əsası kimi çıxış edə bilməz. Buna görə də Təqsirləndirilən şəxs əvvəllər elan edilmiş ittihamdan üzərindən aşkar edilmiş narkotik vasitə və psixotrop maddə ilə bağlı xüsusat xaric edilməklə, barəsində həmin epizot üzrə başlanmış cinayət təqibinə xitam verilməlidir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs təkrar satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni, külli miqdarda psixotrop maddəni və külli miqdarda narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddəni əldə etməklə, daşımaqla və saxlamaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2, 234.4.3 və 240.3.2-ci maddələrində nəzərdə tutulan cinayəti törətməsi məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onun cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 234.4.2, 234.4.3 və 240.3.2-ci maddələri ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.2, 234.4.3 və 240.3.2-ci maddələri ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. Məhkəmə baxışı zamanı cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-nin əməliyyat-sorğu arayışı ilə müəyyən edildi ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (iş vərəqə: cild İİ, səh. 14-16) Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, gənc olmasını, onun şəxsiyyətini, yəni idman çempionatlarında dəfələrlə təltif olunmasını, habelə yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, həmçinin himayəsində xəstə və İİ dərəcəli əlil valideynlərinin olmasını onun barəsində Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar qismində nəzərə alır. Belə ki, Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinin tələblərinə görə cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə baxışı nəticəsində Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, sosial ədalətin bərpası və təqsirləndirilən şəxsin islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə ona Azərbaycan Respublikası CM-nin 234.4.2, 234.4.3 və 240.3.2-ci maddələrinin sanksiyası daxilində, şəxsiyyətinə uyğun müəyyən müddətə azadlıqdan məhrum etmə növündə ədalətli cəza təyin olunmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirlilik və cəza məsələsi ilə yanaşı, həm də belə nəticəyə gəlir ki, işdə olan məhkəmə-narkoloji ekspertizasının 04 aprel 2022-ci il tarixli 1561 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixostimlyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunması və onun narkomaniyadan məcburi müalicəyə ehtiyacının olması nəzərə alınmalı və barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi-xarakterli məcburi tədbirlər tətbiq edilməli, həmçinin tibbi rəyin tövsiyələrinə uyğun olaraq o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, eyni zamanda təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün Təqsirləndirilən şəxs barəsində cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən, törədilən cinayətin ağır cinayətlər kateqoriyasına aid olmasını, onun ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən şəxs olmasını nəzərə alaraq, onun təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini qanuna uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Bundan başqa, məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli ilə əlaqədar məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli 19 fevral 2022-ci il tarixdən hesablanmalıdır. Belə ki, məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs 19 fevral 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Hacıqabul Rayon Məhkəməsinin 21 fevral 2022-ci il tarixli qərarı ilə barəsində «həbs» qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 19 fevral 2022-ci il tarixdən 02:45-dən hesablanmışdır. Bundan sonra məhkəmə hökmü çıxarılanadək təqsirləndirilən şəxs qanuni əsaslarla fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs 19 fevral 2022-ci il tarixdən başlayaraq həbsdə saxlanıldığı bütün müddət ona təyin olunmalı olan cəza müddətinə daxil edilməlidir. Azərbaycan Respublikası CPM-nin 90 və 90.1.2-ci maddələrinin tələbinə görə cinayət törətməkdə şübhələnildiyinə görə tutulmuş şəxs şübhəli şəxs hesab edilir. Həmin Məcəllənin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanır. Həmin Məcəllənin 158.2 və 158.2.1, 158.2.2-ci maddəsinin tələbinə görə isə təqsirləndirilən şəxsin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə, Azərbaycan Respublikası CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, Səbail RPİ-nin saxlanc anbarında saxlanılan 19 fevral 2022-ci il tarixli mənzilə baxış keçirilməsi və götürülmə aparılması haqqında protokolla götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 41,848 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən marixuana, Təqsirləndirilən şəxs və Şahid1 üzərlərindən 19 fevral 2022-ci il tarixdə tərtib edilmiş protokolla götürülmüş, ekspertiza tədqiqatından sonra ayrıayrılıqda qalıq çəkiləri 0,525 qram olan metamfetamin, 1,074 qram olan heroin, 56,010 qram olan metamfetamin, 10,797 qram olan metamfetamin, 40 ədəd kapsul olan preqabalin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarış zamanı qeydə alınmış videogörüntülərin olduğu 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı, habelə “mənzilə baxış keçirilməsi” haqqında 19 fevral 2022-ci il tarixli protokolla götürülmüş Təqsirləndirilən şəxs məxsus, içərisində ***-***-**-** saylı mobil nömrə olan “Samsung” markalı mobil telefon təqsirləndirilən şəxsə qaytarılması üçün onun yaxın qohumlarına təhvil verilməlidir. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, iş üzrə məhkəmə məsrəfləri olaraq 170 (yüz yetmiş) manat məbləğində ekspertiza xərci müəyyən edilmişdir ki, qeyd olunan həmin məbləğ Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 2012-ci il 7 mart tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2.-ci maddəsi əsasında, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Azərbaycan Respublikasının CPM-nin 132.0.1.-ci maddəsinə uyğun olaraq, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında" 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 27 yanvar 2010-cu il tarixdə edilmiş dəyişikliklərə əsasən məhkəmə hazırlıq iclasında Təqsirləndirilən şəxs göstərdiyi 42 saat hüquqi yardıma görə dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 252 (iki yüz əlli iki) manat məbləğində pul ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351- 354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2, 234.4.3 və 240.3.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələri ilə 6 (altı) il müddətinə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 240.3.2-ci maddəsi ilə 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 6 (altı) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmənin əvvəli 19 fevral 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin. O, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübutlar - Səbail RPİ-nin saxlanc anbarında saxlanılan təqsirləndirilən şəxs ekspertiza tədqiqatından sonra qalıq çəkisi 41,848 qram kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən marixuana, Təqsirləndirilən şəxs və Şahid1 üzərlərindən xx.xx.2022-ci il tarixdə tərtib edilmiş protokolla götürülmüş, ekspertiza tədqiqatından sonra ayrı-ayrılıqda qalıq çəkiləri 0,525 qram olan metamfetamin, 1,074 qram olan heroin, 56,010 qram olan metamfetamin, 10,797 qram olan metamfetamin, 40 ədəd kapsul olan preqabalin məhv edilsin, və habelə Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarış zamanı qeydə alınmış videogörüntülərin olduğu 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın, “mənzilə baxış keçirilməsi” haqqında 19 fevral 2022-ci il tarixli protokolla götürülmüş Təqsirləndirilən şəxs məxsus, içərisində ***-***-**-** saylı mobil nömrə olan “Samsung” markalı mobil telefon təqsirləndirilən şəxsə qaytarılması üçün onun yaxın qohumlarına təhvil verilsin. İş üzrə məhkəmə məsrəfləri – 170 (yüz yetmiş) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Məhkəmədə Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 252 (iki yüz əlli iki) manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Səbinə Məmmədzadə Hakimlər Əli Məmmədov Telman Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar