Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-378/2024 15.01.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ saat 12:55-də Hakim Namazov Fərid Arif oğlunun sədrliyi, hakimlər Quliyev Əhməd Qəhrəman oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X5 və X1 və X11, dövlət ittihamçıları- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokurorları X3, X9, Dövlət ittihamçısı və X10, zərərçəkmiş şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs3, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs5, müdafiəçi-Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1987-ci il tarixdə Tərtər rayonu, Sarıcalı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, himayəsində bir azyaşlı uşağı olan, natamam-orta təhsilli, əvvəllər məhkum olunmuş, işləməyən, Ağdam rayonu, Papravənd kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Nərimanov rayonu ərazisində ünvansız evdə kirayə yaşamış, barəsində seçilmiş həbs qətimkan tədbiri ilə əlaqədar Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 185.1, 177.2.2, 177.2.3, 181.2.2, 181.2.3 və 181.2.5-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İttiham aktına görə, Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, 12 iyun 2022-ci il tarixdə gecə saatlarında Bakı şəhəri, Xətai rayonu, S.Vəzirov küçəsində yolun kənarında saxlanılmış “X7 Kompani” şirkətinə məxsus “Hyundai Accent” markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobilin yan şüşəsinin açıq vəziyyətdə olmasından istifadə edərək avtomobilin qapısını açıb salona daxil olmuş və avtomobilin saxlanc qutusunda olan ehtiyat açarı ilə mühərriki işə salaraq avtomobili sürüb qaçıraraq talama məqsədi olmadan qanunsuz ələ keçirmişdir. Bundan başqa o, özgənin əmlakını talamaq məqsədi ilə 10 yanvar 2023-cü il tarixdə saat 14:15 dəqiqədə ünvan 2 ünvanında yerləşən, Zərərçəkmiş şəxs5 icarə əsasında işlətdiyi “Qardaşlar” marketə müştəri qismində daxil olub marketdə heç kimin olmamasından istifadə edərək saxlanc yeri hesab olunan kassa aparatına qanunsuz daxil olmaqla oradan 300 manat nağd pul vəsaitini gizli olaraq talayıb zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs5 300 (üç yüz) manat miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən, özgənin əmlakını talamaq məqsədi ilə, 14 yanvar 2023-cü il tarixdə saat 12 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Keşlə yük həyəti 1B ünvanında yerləşən Zərərçəkmiş şəxs4 icarə əsasında işlətdiyi “Seyid” marketə müştəri qismində daxil olub marketdə heç kimin olmamasından istifadə edərək saxlanc yeri hesab olunan kassa aparatının alt hissəsindəki siyirtməyə qanunsuz daxil olaraq oradan 500 manat nağd pul vəsaitini və Zərərçəkmiş şəxs4 məxsus hesabında 4 manat olan 5 manat dəyərində ***-***-**-** GSM nömrəsi ilə birlikdə 300 manat dəyərində “Samsung Galaxy A02” markalı mobil telefonu gizli olaraq talayıb zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs4 ümumilikdə 809 (səkkiz yüz doqquz) manat miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını talama məqsədi ilə, 22 yanvar 2023-cü il tarixdə saat 20:30-da ünvan 3 ünvanda yerləşən ərzaq mağazasına müştəri qismində daxil olub, piştaxtanın üzərindən götürdüyü istintaqla müəyyən edilməyən silah qismində istifadə etdiyi bıçağı Zərərçəkmiş şəxs1 tərəf yönəldib tətbiq etməklə sonuncunun həyat və sağlamlığı üçün təhlükəli zorakılıqla basqın edib, hücuma məruz qamış Zərərçəkmiş şəxs1 bıçaqla vuracağı ilə hədələyərək içərisində 160 manat nağd pul olan 25 manat dəyərində əl çantasını və mağazanın saxlanc yeri hesab olunan kassa aparatına qanunsuz girib, mağazanın icarədarı Zərərçəkmiş şəxs2 məxsus 30 manat nağd pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək zərərçəkmiş Zərərçəkmiş şəxs1 ümumilikdə 185 (yüz səksən beş) manat, Zərərçəkmiş şəxs2 isə 30 (otuz) manat miqdarında maddi ziyan vurmaqla quldurluq etmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ittiham aktında göstərilənlərin doğru olduğunu, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Belə ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Nərimanov rayonu, “Çermet” adalanan ərazidə müxtəlif ünvansız evlərdə kirayədə yaşamışdır. Əvvəllər fərdi olaraq fəhləlik etməklə dolansa da, uzun müddətdir ki, işsizdir. xx.xx.2022-ci il tarixdə müxtəlif yerlərdə gəzib iş axtarsa da, tapa bilməmiş, xx.xx.2022-ci il tarixdə gecə saatlarında Bakı Metropoliteninin “Xətai” metrostansiyasının yaxınlığına çatdıqda “Neftçilər” metrostansiyasının yaxınlığında gecəlik qalmaq üçün 2 manat olan evlərdən birinə piyada gedərək gecəni həmin evdə keçirmək və səhər saatlarından etibarən yenidən özünə iş axtarmaq qərarına gəlmişdir. Bu səbəbdən piyada hərəkət edərkən Xətai Rayon İcra Hakimiyyətinin yaxınlığına çatdıqda yolun kənarında olan “Hyundai Accent” markalı avtomobilin qabaq sağ yan şüşəsinin açıq olduğunu görüb bundan istifadə edərək qapını açdıqdan sonra avtomobilin sürücü oturacağında əyləşmişdir. Həmin gün gün ərzində hərəkət etdiyindən yorğun olmuş, oturaqlı vəziyyətdə olarkən onu yuxu tutmuşdur. Təxminən 1 saat sonra yuxudan oyanıb avtomobilin saxlanc qutusuna baxan zaman orada avtomobilə məxsus açarın olduğunu görüb “Neftçilər” metrostansiyasına kimi avtomobil ilə gedib orada yolun kənarında avtomobili saxlayıb kirayə evə yollanmaq qərarına gəlmişdir. Bundan sonra avtomobilin mühərrikini işə salıb “Neftçilər” metrostansiyası istiqamətinə getmək məqsədi ilə hərəkətdə olan zaman ünvanı dəqiq tanımadığı üçün yolda azmışdır. Avtomobili bir qədər sürdükdən sonra tanımadığı ünvanda məhəllə arası yerdə park edərək avtomobildən düşmüş və artıq səhərə yaxın olması səbəbindən təsadüfi taksilərin birinə əyləşərək üzərində olan 4 manatdan 2 manatını həmin taksiyə ödəniş etmişdir ki, qalan 2 manatını gündəlik evə verə bilsin. Avtomobili oğurlamaq niyyəti olmamışdır. Yorğun olmağı ucbatından avtomobildən sadəcə mənzil başına getmək üçün istifadə etmişdir. Həmin avtomobili idarə edərkən də hər hansı hissəsinə ziyan vurmamışdır. Bundan başqa, o, 10 yanvar 2023-cü il tarixdə, saat 12 radələrində Bakı şəhəri, Nərimanov rayonu, İ.Abışov küçəsi ilə hərəkətdə olan zaman siqaret almaq istədiyindən yaxınlıqdakı “Qardaşlar” marketi diqqətini çəkib həmin marketə yaxınlaşıb marketin qapısını açaraq oraya daxil olmuşdur. Həmin vaxt marketdə heç kim olmamış, təxminən 1 dəqiqə marketdə işləyən şəxsin gəlməsini gözləsə də, heç kim gəlmədiyindən, marketdə şkafın rəfinin açıq olduğunu və orada pul olduğunu görmüş, maddi cəhətdən sıxıntıları olduğu üçün həmin pulu oğurlamaq qərarına gəlib marketin qarşı tərəfindən kassa rəfində olan pulları götürərək cibinə qoymuş və marketdən çıxıb qaçaraq oradan uzaqlaşmışdır. Təxminən 10 dəqiqə yol qət etdikdən sonra heç kimin onun arxası ilə gəlmədiyini dəqiqləşdirdikdən sonra dayanmış və oğurluq yolu ilə əldə etdiyi pulu saymağa başlamışdır. Oğurluq yolu ilə əldə etdiyi pulun 300 manat olduğunu görmüş və bir neçə gün həmin pulu öz ehtiyacları üçün xərcləmişdir. Bundan sonra, o, 14 yanvar 2023-cü il tarixdə saat 12 radələrində ünvan 5 ünvanda “Seyid” marketə siqaret almaq üçün daxil olan zaman satıcının olmadığını görüb gözləmiş, bu zaman marketdə kassa aparatının arxasındakı mobil telefon diqqətini çəkmiş, mobil telefonu olmadığından həmin mobil telefonu oğurlayaraq içərisinə nömrə taxıb işlətməyi, əlavə olaraq kassadakı pulları da oğurlayaraq öz ehtiyaclarını xərcləməyi fikirləşmişdir. Həmin mobil telefonu götürərək cibinə qoymuş və əlavə olaraq şkafın siyirtməsini açıb orada olan bütün pulu cibinə qoymuş, lakin kassada olan qəpik pulları oğurlamamışdır. Bundan sonra iti addımlarla mağazadan çıxıb qaçaraq oradan uzaqlaşmışdır. Təxminən 10 dəqiqə qaçdıqdan sonra dayanmış, oğurladığı pulların 500 manat olduğunu, mobil telefonun isə “Samsung” markalı olduğunu görmüş, oradan uzaqlaşaraq çıxıb getmiş, əldə etdiyi pulu öz ehtiyacı üçün xərcləmiş, mobil telefonu isə “Nərimanov” metrostansiyasının çıxışının yaxınlığında ilk dəfə gördüyü və tanımadığı şəxsə 60 manata heç bir sənədsiz satmış, əldə etdiyi pulu da öz gündəlik ehtiyaclarına xərcləmişdir. Bundan başqa, o, 22 yanvar 2023-cü il tarixdə saat 19 radələrində pula ehtiyacı olduğu üçün yenidən oğurluq etməyi fikirləşmişdir. Bu məqsədlə ünvan 6 ünvanında yerləşən ərzaq mağazasına daxil olaraq oradan nə cür pul oğurlaya biləcəyini planlaşdırmış, satıcı qadından onun üçün şirniyyat və başqa yeyinti məhsulları seçərək paketləşdirməsini istəmiş və həmin an onun başının qarışmasından istifadə edib kassadan oğurluq etməyi fikirləşmişdir. Lakin satıcı qadın onun yanında dayanmaqla gizli olaraq nəsə ələ keçirməyinə mane olduğundan, satıcı qadın onun seçdiyi məhsulları paketləşdirdikdən sonra ödəniş etməli olduğu üçün pulunu unutduğunu və evdən götürüb qayıdacağını bəhanə edərək çölə çıxmışdır. Bundan sonra mağazadan aralanıb bir qədər gəzmiş və bir müddət sonra, yəni saat 20:30 radələrində nə yolla olursa olsun pulu ələ keçirmək niyyəti ilə həmin mağazaya geri qayıtmış, həmin vaxt yenidən satıcı qadına bir neçə məhsul göstərib paketləşdirməyini istəmişdir. Onun istəyinə uyğun kolbasa paketləşdirildikdən sonra piştaxtanın üzərində kolbasa kəsmək üçün istifadə olunan bıçağı görüb satıcı qadını qorxudaraq pullarını tələb etmək üçün həmin bıçağı sağ əlinə götürmüş, sol əli ilə qadının sağ bilək nahiyəsindən tutaraq mağazadakı pulları ona verməyini tələb etdikdə həmin qadın qorxaraq razılaşmış və pul saxlanan kassanı ona göstərmişdir. O, bu vaxt qadının biləyini buraxıb kassada olan bir neçə əskinaslardan ibarət pulu cəld formada əynindəki gödəkçənin sağ cibinə qoymuşdur. Həmçinin ətrafa göz gəzdirib kassanın yanında olan masanın üzərindəki kiçik əl çantasını götürüb mağazadan çıxmaq üçün qapıya tərəf getmiş, satıcı qadın bir qədər arxası ilə gələrək pulları geri qaytarmağını istəsə də, o, satıcıya məhəl qoymadan mağazadan çıxaraq cəld formada uzaqlaşmış və bir qədər getdikdən sonra istifadə etdiyi bıçağı dəqiq xatırlamadığı yerə atmışdır. Bir qədər də getdikdən sonra kimsə olmayan yerdə mağazadan taladığı çantanın içərisinə baxmış, həmin çantada 160 manat məbləğində pul olduğunu görmüş, pulları götürüb çantanı dəqiq xatırlamadığı yerə atmışdır. Daha sonra mağazadan quldurluq yolu ilə ələ keçirərək gödəkçənin sağ yan cibinə qoyduğu pulları çıxarıb ümumilikdə 30 manat olduğunu görmüşdür. Bundan sonra həmin pullardan müxtəlif yerlərdə şəxsi ehtiyacı üçün istifadə etmişdir. 25 yanvar 2023-cü il tarixdə polis əməkdaşları tərəfindən saxlanılmışdır. Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs "xxxx" MMC-nin nümayəndəsi Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, 2022-ci ilin iyul aylarında etibarnamə əsasında idarə etdiyi “Hyundai Accent” markalı, **-PD-*** dövlət nömrə nişanlı avtomobilini Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinin arxasında saxlayaraq həmin gün orada olan binada gecələmiş, növbəti gün səhər vaxtı avtomobilin orada olmadığını görmüşdür. Daha sonra həmin avtomobil tapılmışdır. Hazırda Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və ya tələbi yoxdur. Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Nərimanov rayonunda yerləşən “Seyid” adlı marketi icarə əsasında işlədir. O, 14 yanvar 2023-cü il tarixdə səhər vaxtı market üçün alış-verişə getmiş, qayıtdıqda mobil telefonunu marketdə tapmamış, tanışlarına zəng etsə də, heç biri mobil telefonunu götürmədiklərini bildirmişlər. Daha sonra kassadakı pulun da olmadığını gördükdə kiminsə kassada olan 500 manat pulu və “Samsung” markalı mobil telefonunu oğurladığını başa düşmüşdür. Həmçinin, mağazaya aid videokameraya baxdıqda da Təqsirləndirilən şəxs kassadan 500 manat və mobil telefonu oğurladığı görünür. Hazırda Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və ya tələbi yoxdur. Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən “Qardaşlar” adlı marketi icarə əsasında işlədir. 2023-cü ilin yanvar ayında həmin marketdən qısa müddət çölə çıxıb qayıdan zaman kassanın boş olduğunu, həmin marketin kamerasına baxanda Təqsirləndirilən şəxs gəlib kassada olan 300 manat pulu götürdüyü görmüşdür. Təqsirləndirilən şəxs qarşı şikayətçidir və dəymiş zərərin ödənilməsini xahiş edir. Məhkəmə baxışı zamanı ifadəsi elan olunmuş Zərərçəkmiş şəxs1 ifadəsində bildirmişdir ki, o, Bakı şəhəri, Xətai rayonu, Xəqani Rüstəmov küçəsi 23 ünvanında yerləşən mağazada satıcı kimi işlədiyi vaxt 22 yanvar 2023-cü il tarixdə saat 19 radələrində tanımadığı bir nəfər cavan oğlan müştəri qismində işlədiyi mağazaya daxil olaraq ona bir neçə ərzaq məhsulu göstərib almaq istədiyini dediyindən, seçilmiş məhsulları paketləşdirmişdir. Ödəniş vaxt həmin şəxs təəccüblü halda pulunu evdə unutduğunu deyib bir qədər sonra geri qayıdacağını bildirib mağazanı tərk etmiş, bir müddət gözləməsinə baxmayaraq geri qayıtmamışdır. Buna görə də o, həmin şəxsin seçdiyi məhsulları öz yerlərinə qoymuşdur. Lakin saat 20:30 radələrində həmin şəxs yenidən mağazaya gələrək pulu götürdüyünü deyib ondan bir qədər əvvəl seçdiyi bir neçə məhsulu, yəni şirniyyat, meyvə suyu və kolbasanı paketləşdirməsini istədiyinə görə o, bu cür də etmiş və həmin şəxsin ona bildirdiyi kolbasadan bir qədər çəkib paketləşdirəndən dərhal sonra həmin şəxs kolbasa kəsmək üçün istifadə etdiyi bıçağı piştaxtanın üzərindən götürmüş və sol əli ilə onun sağ bilək nahiyəsindən tutmuş, sağ əlində saxladığı həmin bıçağı ona tərəf tutaraq vuracağı ilə hədələmiş və mağazadakı pulları verməsini tələb etmişdir. O, bundan qorxaraq sakit dayanmış və onun biləyindən tutmaqla kassa tərəfə keçmişdir. Əvvəlcə kassada saxladığı 30 manat məbləğində pulu götürmüş, daha sonra isə masanın üzərində qoyduğu özünə məxsus əl çantasını götürüb əlindəki bıçaqla çölə çıxmışdır. O, həmin şəxsdən götürdüklərini geri qoymasını istəmək, həmçinin çöldən kömək çağırmaq məqsədi ilə həmin şəxsin arxası ilə bir qədər getsə də, həmin şəxs tələsik uzaqlaşdığından mağazaya geri qayıtmışdır. Bundan sonra o, həyəcanlı halda mağazanı icarə əsasında işlədən Zərərçəkmiş şəxs2 telefon vasitəsi ilə bildirmişdir. Zərərçəkmiş şəxs2 isə hadisə barədə Daxili İşlər Nazirliyinin “102” Xidməti Zəng Mərkəzinə məlumat vermişdir. Həmin hadisə nəticəsində talanmış çanta içərisindəkilərlə birlikdə ona məxsusdur. Həmin çantanın içərisində ancaq 160 manat məbləğində pul, çanta isə kiçik ölçülü, qara rəngli əl çantası olmaqla 25 manat dəyərində olmuşdur. Buna görə də baş vermiş quldurluq hadisəsi nəticəsində ona ümumilikdə 185 manat məbləğində maddi ziyan dəymişdir. 22 yanvar 2023-cü il tarixdə Bakı şəhəri, Xətai rayonu, Xəqani Rüstəmov küçəsi 23 ünvanında baş vermiş hadisə nəticəsində ona hər hansı xəsarət yetirilməmişdir. Həmin şəxs onun sağ bilək nahiyəsindən tutsa da, xəsarət yetirməmiş, ancaq onu əlində saxladığı bıçaqla qorxutmuşdur. Həmin şəxsi əvvəllər görmədiyini, ilk dəfə gördüyünü bildirmişdir. Ona qarşı quldurluq törətmiş şəxs orta boylu, arıq bədən quruluşlu, qarayanız, seyrək saçlı, üzü nisbətən tüklü, təxminən 30 yaşlarında, əynində qara rəngli geyim, başında qara rəngli papaq olan cavan oğlan olmuşdur. Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs1 ifadəsi elan edildikdən sonra Təqsirləndirilən şəxs həmin vaxt pul vəsaiti və çantanı taladığını etiraf etsə də, yalnız həmin epizod üzrə, yəni ona qarşı irəli sürülmüş quldurluq cinayəti ilə bağlı hissədə razı olmadığını, Zərərçəkmiş şəxs1 bıçaqla hədələmədiyini, bıçağı Zərərçəkmiş şəxs1 qorxutmaq üçün götürdüyünü bildirmişdir. Məhkəmə baxışı zamanı ifadəsi elan olunmuş Zərərçəkmiş şəxs2 ifadəsində bildirmişdir ki, o, ünvan 3 ünvanda yerləşən ərzaq mağazasını icarə əsasında işlətmiş, orada günün əsas vaxtında Zərərçəkmiş şəxs1 satıcı kimi işləmişdir. Belə ki, bəzi vaxtlarda Zərərçəkmiş şəxs1 özü mağazanı bağlayıb səhər açmışdır. Lakin sonuncu dəfə 22 yanvar 2023-cü il tarixdə Zərərçəkmiş şəxs1 mağazanı bağladıqdan sonra ona məlumat verməli olduğu halda saat 20:40 radələrində zəng edərək mağazaya tanımadığı bir nəfər şəxsin daxil olaraq əlində bıçaqla hücum etdiyini, hədə-qorxu gələrək mağazadan nağd pul ələ keçirib qaçdığını bildirmişdir. Bunu öyrəndikdən sonra o, tez vaxtda Daxili İşlər Nazirliyinin “102” Xidməti Zəng Mərkəzinə məlumat vermiş və özü həmin mağazaya yollanmışdır. Oraya çatdıqdan sonra Zərərçəkmiş şəxs1 sağlamlığının yaxşı olduğunu, quldurluq etmiş şəxsin mağazanın kassasından 30 manat nağd pul, Zərərçəkmiş şəxs1 məxsus içərisində 160 manat nağd pul olan əl çantasının ələ keçirildiyini öyrənmişdir. Həmin hadisə nəticəsində mağazanın kassasında olan 30 manat nağd pul talandığından ona dəymiş maddi ziyan 30 manatdır. Quldurluq etmiş şəxsi tanımamışdır. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin və zərərçəkmiş şəxslərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspert rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli, HK-1 1498 nömrəli raportdan görünür ki, həmin gün saat 09:09-da Zərərçəkmiş şəxs3 Bakı şəhəri, Xətai rayonu, S.Vəzirov küçəsinin arxasında saxladığı Hyundai markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobilin qaçırılması barədə Daxili İşlər Nazirliyinin “102” Xidməti Zəng Mərkəzinə məlumat vermişdir. (Cild 1, iş vərəqə 143) xx.xx.2022-ci il tarixli “Hadisə yerinə baxış keçirilməsi barədə” protokoldan görünür ki, ünvan 7 ünvanına baxış keçirilmişdir. (Cild 1, iş vərəqə 146) xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs3 zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi qismində tanınmışdır. (Cild 1, iş vərəqə 163) xx.xx.2022-ci il tarixli “Şübhəli şəxs barəsində axtarış elan edilməsi haqqında” qərardan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs barəsində axtarış elan olunmuşdur. (Cild 1, iş vərəqə 175) xx.xx.2023-cü il tarixli MK-1 124 nömrəli raportdan görünür ki, X6 mobil telefon və 400-500 manat məbləğində pulun oğurlanması barədə Daxili İşlər Nazirliyinin “102” Xidməti Zəng Mərkəzinə məlumat verilmişdir. (Cild 2, iş vərəqə 15) xx.xx.2023-cü il tarixli “Hadisə yerinə baxış keçirilməsi barədə” protokoldan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Keşlə yük həyəti 1 ünvanına baxış keçirilmişdir. (Cild 1, iş vərəqə 19) xx.xx.2023-cü il tarixli “Diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, xx.xx.2023-cü il tarixə saat 12:10-da bir nəfər şəxsin Bakı şəhəri, Nərimanov rayonu, Keşlə yük həyəti 1 ünvanında yerləşən “Seyid” adlı marketdən mobil telefon və kassadan pulu oğurlaması müəyyən edilmişdir. (Cild 2, iş vərəqə 25) xx.xx.2023-ci il tarixli “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin gün saat 20:00-da Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. (Cild 2, iş vərəqə 45) xx.xx.2023-cü il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla, ona həmin maddələrlə ittiham elan edilmişdir. (Cild 2, iş vərəqə 59-60) xx.xx.2023-cü il tarixli “Təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs saxlanıldığı Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin Müvəqqəti saxlama yerindən azad olunmaqla barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (Cild 2, iş vərəqə 74-76) xx.xx.2023-cü il tarixli “Axtarışda olan şəxsin tutulması barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin gün polis əməkdaşları tərəfindən saxlanılmışdır. (Cild 1, iş vərəqə 187) xx.xx.2023-cü il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 185.1ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla, ona həmin maddə ilə ittiham elan edilmişdir. (Cild 1, iş vərəqə 203-204) xx.xx.2023-cü il tarixli “İfadənin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılarkən Bakı şəhəri, Xətai rayonu, S.Vəzirov küçəsində yolun kənarında dayanmış vəziyyətdə olan “X7 Kompani” şirkətinə məxsus “Hyundai Accent” markalı **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobili talama məqsədi olmadan qaçırdığı hadisə yerini göstərmişdir. (Cild 1, iş vərəqə 217-218) xx.xx.2023-cü il tarixli “Təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Xətai rayon Polis İdarəsinin Müvəqqəti saxlama yerindən azad olunmaqla, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (Cild 1, iş vərəqə 219-220) xx.xx.2023-cü il tarixli, HK-1 222 nömrəli raportdan görünür ki, həmin gün saat 21:06da Zərərçəkmiş şəxs2 ona məxsus şirniyyat mağazasından naməlum şəxsin əlində bıçaqla satıcıya hücum edib hədə-qorxu gələrək nağd pulu oğurlaması barədə Daxili İşlər Nazirliyinin “102” Xidməti Zəng Mərkəzinə məlumat verilmişdir. (Cild 1, iş vərəqə 6) xx.xx.2023-cü il tarixli “Hadisə yerinə baxış keçirilməsi barədə” protokoldan görünür ki, Bakı şəhəri, Xətai rayonu, X.Rüstəmov küçəsi 23 ünvanında yerləşən marketə baxış keçirilmişdir. (Cild 1, iş vərəqə 9) xx.xx.2023-cü il tarixli “Video görüntüyə baxılması barədə” protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs1 etdiyi müraciət əsasında baş vermiş hadisənin video görüntüsü Xətai rayonu, Xəqani Rüstəmov küçəsi 23 ünvanında yerləşən “1-ci” marketin təhlükəsizlik kamerasından götürülmüşdür. Həmin video görüntüyə baxış keçirilən zaman marketə daxil olan əynində tünd-göy rəngli cins şalvar, qara kurtka və qara kepka olan şəxsin əvvəlcə özünü ərzaq alıcısı kimi göstərdikdən sonra piştaxtaya yaxınlaşaraq, oradan kolbasa kəsmək üçün qoyulan bıçağı götürüb marketdə satıcı işləyən qıza bıçaqla hədə-qorxu gəldiyi, daha sonra kassadan pul və satıcı işləyən qızın çantasını götürərək oradan uzaqlaşdığı müəyyən edilmişdir. (Cild 1, iş vərəqə 12-13) xx.xx.2023-cü il tarixli “Zərərçəkmiş şəxs qismində tanınma haqqında” qərardan görünür ki, həmin tarixdə Zərərçəkmiş şəxs5 zərərçəkmiş şəxs qismində tanınmışdır. (Cild 2, iş vərəqə 78) xx.xx.2023-cü il tarixli “Zərərçəkmiş şəxs qismində tanınma haqqında” qərardan görünür ki, həmin tarixdə Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində tanınmışdır. (Cild 1, iş vərəqə 19) xx.xx.2023-cü il tarixli “Zərərçəkmiş şəxs qismində tanınma haqqında” qərardan görünür ki, həmin tarixdə Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində tanınmışdır. (Cild 1, iş vərəqə 32) xx.xx.2023-cü il tarixli “Zərərçəkmiş şəxs qismində tanınma haqqında” qərardan görünür ki, həmin tarixdə Zərərçəkmiş şəxs4 zərərçəkmiş şəxs qismində tanınmışdır. (Cild 2, iş vərəqə 86-87) xx.xx.2023-cü il tarixli “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin gün saat 22:00-da Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. (Cild 1, iş vərəqə 54-55) xx.xx.2023-cü il tarixli “Üzləşdirmə” protokolundan görünür ki, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs tanıyaraq üzünə qarşı baş vermiş hadisə barədə bildirmiş, Təqsirləndirilən şəxs da Zərərçəkmiş şəxs1 dediklərini təsdiqləmişdir. (Cild 1, iş vərəqə 68- 70) xx.xx.2023-cü il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.2.3 və 181.2.5-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla, ona həmin maddələrlə ittiham elan edilmişdir. (Cild 1, iş vərəqə 71-72) Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Krimnalistik Tədqiqatlar İdarəsinin xx.xx.2023-cü il tarixli 3-13-11/2-1347/2023 nömrəli məktubundan görünür ki, Bakı şəhəri, Xətai Rayon Polis İdarəsindən xx.xx.2023-cü il tarixli, 3-13-55/2-2650/2023 nömrəli məktub vasitəsilə xx.xx.2023-cü il tarixdə Xətai rayonu X.Rüstəmov 23 ünvanında Zərərçəkmiş şəxs2 işlətdiyi marketdə ona qarşı törədilmiş quldurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş əl izləri xx.xx.2023-cü il tarixdə KTİ-yə daxil olmuş, tədqiqata təqdim edilmiş əl izləri DİN-in KTİ-nin ADİS-in məlumat bankında olan şəxslərin əl əksləri ilə müqayisəli tədqiqatı nəticəsində əl izlərindən 04 ədədi (ADİS-in məlumat CS i-dən, Nərimanov RPİ-dən, Nərimanov RPİ-nin 17-ci p.b-dən, Binəqədi MSYdən, Xətai MSY-dən daxil olan) xx.xx.1987-ci il tarixdə Tərtər rayonunda anadan olmuş Təqsirləndirilən şəxs sağ əlin böyük (“Capy" meyvə şirəsi qabının üzərindən götürülmüş iz), şəhadət barmağı (Coca Cola” içkisinin qabı üzərindən götürülmüş iz), sol əlin böyük barmağı və sağ əlin ovucu ( Coca Cola içkisinin qabı üzərindən götürülmüş izlər) ilə eynilik müəyyən edilmişdir. (Cild 1, iş vərəqə 87-88) xx.xx.2023-cü il tarixli “İfadənin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti zamanı 22 yanvar 2023-cü il tarixdə ünvan 9 ünvanda yerləşən Zərərçəkmiş şəxs2 məxsus ərzaq mağazasında törətdiyi quldurluq cinayət hadisəsini bir daha əyani şəkildə göstərmişdir. (Cild 1, iş vərəqə 99-102) Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(011)-49/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli tutulduğu gündən, yəni xx.xx.2023-cü il tarixdən hesablanmaqla, 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdır. (Cild 1, iş vərəqə 109-112) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X8” X16 xx.xx.2023-cü il tarixli, 96 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədənində hər hansı bir xəsarət aşkar edilməmişdir. (Cild 1, iş vərəqə 114-116) Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2023-ci il tarixli tələbnaməsindən və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(101)-133/2020 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 il 06 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya Qərarının 4-cü bəndinə əsasən cəzası 06 ay azaldıldığından xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. (Cild 1, iş vərəqə 117-119) Azərbaycan Respublikası DİN-in Kriminalistik Tədqiqatlar İdarəsinin xx.xx.2023-cü il tarixli 23/131 nömrəli rəyindən görünür ki, xx.xx.2023-cü il tarixdə ünvan 3 ünvanda Zərərçəkmiş şəxs2 işlətdiyi marketdə baş vermiş quldurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülərək tədqiqata təqdim edilmiş 12 ədəd yapışqan lent kəsikləri üzərində olan əl izlərindən 07 ədəd əl-barmaq izi və 01 ədəd ovuc izi şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdır, tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs daktiloskopik xəritələri müqayisəli tədqiqat üçün yararlıdır, şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan əl izlərindən 05 ədədi xx.xx.1987-ci il təvəllüdlü Təqsirləndirilən şəxs sağ əlinin böyük (02 dəfə), şəhadət, sol əlin böyük barmaqları və sol əlin ovuc əksləri ilə eynilik müəyyən edilmişdir. (Cild 1, iş vərəqə 225-233) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X16 xx.xx.2023-cü il tarixli 317 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə “emosional davamsız şəxsiyyət pozuntusu” qeyd edilmişdir. Təqsirləndirilən şəxs aşkar edilən “emosional davamsız şəxsiyyət pozuntusu” onu törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etməmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk emək və onları idarə etmək iqtidarında olduğundan törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əqli inkişafında gerilik əlamətləri (kəmağıllıq) qeyd olunmur. Təqsirləndirilən şəxs hazırda ifadə vermək qabiliyyətinə və baş verənləri düzgün qavrayıb təsvir edə bilmək imkanına malikdir. Təqsirləndirilən şəxs qeyd olunan “emosional davamsız şəxsiyyət pozuntusu” onu törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etməmişdir. Təqsirləndirilən şəxs ona ittiham onunan əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmk iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs əqli-intellektual imkanları normaya uyğundur. Əqli intellektual imkanlarına görə törətdiyi əməli adekvat olaraq qavramaq, təsvir etmək, bu barədə düzgün məlumat vermək, həmçinin öz hərəkətlərini ölçüb-biçmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs cinayət törədən zaman fizioloji affekt vəziyyətində olmamışdır. Cinayət törədildiyi zaman Təqsirləndirilən şəxs şüuruna və fəaliyyətinə mühüm təsir göstərə bilən psixi-emosional vəziyyətdə olmamışdır. (Cild 1, iş vərəqə 234-238) xx.xx.2023-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 185.1, 177.2.2, 177.2.3, 181.2.2, 181.2.3 və 181.2.5-ci maddələri ilə tövsif edilməklə ona həmin maddələrlə yenidən ittiham elan olunmuş, iş üzrə təqsirləndirilən şəxsin etiraf ifadəsi, zərərçəkmiş şəxslərin ifadələri, ifadənin yerində yoxlanılması haqqında və digər istintaq hərəkətlərinə dair protokollar, məhkəmə-tibbi, məhkəmə-daktiloskopik, kompleks məhkəmə-psixoloji və ambulator məhkəmə psixiatrik ekspertizaların rəyləri, 03 ədəd CD disk və iş üzrə toplanmış digər sənədlər iş materiallarına uyğun gəldiyindən sübut növü kimi qəbul edilmişdir. (Cild 2, iş vərəqə 106-115) xx.xx.2023-cü il tarixli “Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 185.1, 177.2.2, 177.2.3, 181.2.2, 181.2.3 və 181.2.5-ci maddələri ilə yenidən ittiham elan edilmişdir. (Cild 1, iş vərəqə 122-123) Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 349-cu maddəsinə əsasən, məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə, məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən, hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların, o cümlədən maddi sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şəxslərə bilavasitə və müdafiəçi vasitəsi ilə suallar verilmiş, eyni zamanda öz lehinə ifadə verə biləcək şəxsi dindirilmək imkanı təqdim edilmiş, öz alibisini sübut etmək üçün ona şərait yaradılmışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 185.1-ci maddəsinə əsasən, avtomobil və ya başqa nəqliyyat vasitəsini talama məqsədi olmadan qanunsuz ələ keçirmə (qaçırma), həmin Məcəllənin 177.2.2 və 177.2.3-cü maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama təkrar törədildikdə, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə, həmin Məcəllənin 181.2.2, 181.2.3 və 181.2.5-ci maddələrinə əsasən, quldurluq, yəni özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla və ya belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın təkrar törədildikdə, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz olaraq girməklə törədildikdə, silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədildikdə cinayət hesab olunur. Məhkəmə Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş quldurluq cinayəti ilə bağlı hissədə razı olmadığını, Zərərçəkmiş şəxs1 bıçaqla hədələmədiyini, bıçağı Zərərçəkmiş şəxs1 qorxutmaq üçün götürdüyünü deməsi ilə bağlı qeyd edir ki, məhkəmə baxışı zamanı cinayət işinin materiallarına əlavə edilmiş hadisənin görüntülərini əks etdirən videodiskə baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs silah qismində istifadə edilən əşyanı zərərçəkmiş şəxsə yalnız nümayiş etdirməsi ilə kifayətlənməmiş, sol əli ilə Zərərçəkmiş şəxs1 sağ bilək nahiyəsindən tutmuş, sağ əlində saxladığı bıçağı Zərərçəkmiş şəxs1 tərəf tutaraq vuracağı ilə hədələmiş və mağazadakı pulları verməsini tələb etmişdir. Hədə real olmuş, bu hal Zərərçəkmiş şəxs1 həyəcanlı davranışlarından müəyyən edilmişdir. Bu hal, həm təqsirləndirilən şəxs, həm də zərərçəkmiş şəxsin məhkəməyədək icraat zamanı verdikləri ifadələri ilə təsdiq olunmuşdur. Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsi hər hansı dəlillərə söykənməmiş, əsaslı şübhə mövcud deyil. O, fikirlərini heç bir dəlillə möhkəmləndirməmişdir. Bu səbəbdən, məhkəmə həmin xüsusatla bağlı Təqsirləndirilən şəxs dediklərini həmin hissədə özünü müdafiə xarakterli verdiyi ifadə kimi qiymətləndirir və göstərdiyi xüsusatı rədd etməklə, həqiqətə uyğun olmayan hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs irəli sürülmüş ittiham üzrə bəzi məsələləri qeyd etməyi zəruri bilir. Belə ki, “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2005-ci il tarixli qərarının müvafiq bəndlərinə əsasən, talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə, həmin şəxslər talama hadisəsini görmüş olsalar belə, təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Oğurluq edilərkən, təqsirli şəxsin hərəkətləri mülkiyyətçi və ya əmlakın digər sahibi, yaxud da digər şəxs tərəfindən aşkar edilərsə, təqsirli şəxs bunu dərk etsə də, əmlakın qanunsuz götürülməsindən ibarət hərəkətlərini davam etdirərsə və ya həmin əmlakı saxlamağa çalışarsa, o zaman belə hərəkətlər soyğunçuluq, həyat və ya sağlamlıq üçün təhlükəli zorakılıqla, yaxud da belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə müşayiət edildiyi hallarda isə quldurluq kimi tövsif edilməlidir. Təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir. Quldurluq cinayəti isə özgənin əmlakını talamaq məqsədilə, həyat və ya sağlamlıq üçün təhlükəli zorakılıqla, yaxud da belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə edilmiş basqın anından bitmiş sayılır. Cinayət Məcəlləsinin 177-ci maddəsinin qeydinin 3-cü bəndinə görə müvafiq olaraq oğurluq, soyğunçuluq və quldurluq cinayətlərinin “təkrar törədilməsi” əlaməti üzrə tövsif edilməsi üçün Cinayət Məcəlləsinin 177, 180, 181-ci maddələri ilə, habelə Cinayət Məcəlləsinin 178, 179, 182, 183-cü maddələri ilə nəzərdə tutulan iki və ya daha çox cinayətlərin (hər hansı ardıcıllıqla) törədilməsi tələb olunur. Cinayət Məcəlləsinin 16.3-cü maddəsinə müvafiq olaraq oğurluq və ya soyğunçuluq və ya quldurluq cinayətini törətmiş şəxsin əməlini “cinayətlərin təkrarən törədilməsi” əlaməti üzrə o halda tövsif etmək olar ki, yeni cinayəti törədən vaxt şəxs əvvəllər törətdiyi cinayətə görə məhkum edilmiş (o cümlədən məhkumluğu götürülmüş və ya ödənilmiş) və yaxud cinayət məsuliyyətindən azad edilmiş olmasın, eləcə də əvvəlki əmələ görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçməsin. Məhkəmələr nəzərə almalıdırlar ki, Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd”inin 1-ci bəndinə əsasən, həmin Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1ci maddələrində nəzərdə tutulmuş cinayətlərə görə cinayət məsuliyyəti vurulmuş ziyan yüz manatdan yuxarı məbləğdə olduqda yaranır. Vurulmuş ziyanın cinayət məsuliyyətini şərtləndirən minimal məbləği barədə tələb soyğunçuluq və quldurluq cinayətlərinə şamil olunmur və həmin əməllərə görə cinayət məsuliyyəti vurulmuş ziyanın Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd”inin 1-ci bəndində göstərilən məbləğlərdən az olub-olmamasından asılı olmayaraq yaranır. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, iş üzrə toplanmış mötəbər sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs talama məqsədi olmadan avtomobili qanunsuz ələ keçirmiş (qaçırmış), təkrarən, saxlanc yerinə qanunsuz olaraq girməklə oğurluq, eləcə də təkrarən, saxlanc yerinə qanunsuz olaraq girməklə, silah qismində istifadə edilən əşyanı tətbiq etməklə quldurluq cinayətlərini törətmişdir. Məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, digər sənədləri də mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, iş üzrə məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmamışdır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri özünün etirafedici ifadəsi ilə yanaşı, zərər çəkmiş şəxslərin ifadələri, eləcə də, cinayət işi üzrə əldə edilmiş digər şübhə doğurmayan mötəbər faktlarla tam sübuta yetirilmişdir. Əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 185.1, 177.2.2, 177.2.3, 181.2.2, 181.2.3 və 181.2.5-ci maddələri ilə düzgün tövsif edilmişdir və o, törətdiyi cinayət əməlinə görə həmin maddə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən, cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinin tələbinə görə, ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.3.4-cü maddəsinə əsasən, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərindən görünür ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində 1 (bir) azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Cinayət Məcəlləsinin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə Təqsirləndirilən şəxs əməlini etiraf etməsi, törətdiyi əməldən peşman olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən, cəzanı ağırlaşdıran hal kimi cinayətlərin residivi müəyyən edilmişdir. Belə ki, Cinayət Məcəlləsinin 18.4.3-cü maddəsinə əsasən, həmin Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Belə ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 il 06 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya Qərarının 4-cü bəndinə əsasən cəzası 06 ay azaldılmış, xx.xx.2022-ci il tarixdə isə o, cəzasının sonu ilə azad edilmişdir. Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət az ağır kateqoriyaya aiddir və həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən, cəza çəkilib qurtardığı gündən 2 il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi və cəza təyin edilərkən məhkumluq Məcəlləyə uyğun nəzərə alınır. Cinayət Məcəlləsinin 83.4-cü maddəsinə əsasən, məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Göründüyü kimi, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixli hökmü ilə müəyyən edilmiş cəzadan cəzasının sonu ilə xx.xx.2022-ci il tarixdə azad olmuş, azad olduğu tarixdən isə yeni cinayət törədənək 2 il müddət keçməmişdir. Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən, əsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən, residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusilə təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 185.1-ci maddəsinin sanksiyasında min manatdan iki min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası, həmin Məcəllənin 177.2.2, 177.2.3-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası, həmin Məcəllənin 181.2.2, 181.2.3 və 181.2.5-ci maddəsinin sanksiyasında səkkiz ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 185.1-ci maddəsi böyük ictimai təhlükə törətməyən, həmin Məcəllənin 177.2.2, 177.2.3-ci maddəsi az ağır, Məcəllənin 181.2.2, 181.2.3 və 181.2.5-ci maddəsi ağır cinayətlər kateqoriyasına daxildir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun tərəfindən törədilmiş cinayət əməllərinin xarakterini, törətdiyi cinayətin ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, ardıcıl olaraq bir neçə talama cinayətlərini törətməsini, cəzasını yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran hal kimi residivin mövcud olmasını, eləcə də, işin digər hallarını nəzərə alaraq ona təqsirləndirildiyi maddələrin sanskiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini ədalətli hesab edib təqsirləndirilən şəxsin yalnız azadlıqdan məhrum edilməklə islah və yenidən tərbiyə olunacağı və bununla da cəzanın məqsədlərinə cavab verəcəyi qənaətinə gəlir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 17.1-ci maddəsinə əsasən, həmin Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, həmin cinayətləri törətmiş şəxs onlardan heç birinə görə məhkum olunmamışdırsa və ya qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmişdirsə, habelə bu cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçməmişdirsə, cinayətlərin məcmusunu yaradır. Qeyd edilən Məcəllənin 17.3-cü maddəsinə əsasən, şəxs bu Məcəllənin müvafiq maddələrinə uyğun olaraq cinayətlərin məcmusunu yaradan hər cinayətə görə cinayət məsuliyyətinə cəlb edilir. Cinayətlərin məcmusu üzrə cəzanın təyin edilməsini təsbit edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 185.1, 177.2.2, 177.2.3, 181.2.2, 181.2.3 və 181.2.5-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməli, təyin olunan cəzaları həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə qismən toplamaqla qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən, xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar cəzalarını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi müəyyən edilir. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Cinayət-Prosessual Məcəlləsinin 158.6-ci maddəsinə əsasən, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı xx.xx.2023-cü il tarixdən, xx.xx.2023-ci il tarixədək 3 (üç) gün müddətə, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək 3 (üç) gün müddətə şübhəli şəxs qismində tutularaq saxlanılmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(011)- 49/2023 nömrəli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində əvvəli tutulduğu gündən, yəni xx.xx.2023-cü il tarixdən hesablanmaqla, 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdır. Həmin tarixdən hazıradək Təqsirləndirilən şəxs fasiləsiz olaraq həbsdə saxlanılır. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Ona görə də, məhkəmə hesab edir ki, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-ci il tarixədək tutulduğu 3 (üç) gün müddət, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək tutulduğu 3 (üç) gün müddət, ümumilikdə 6 (altı) gün müddət bir günə bir gün hesabı ilə cəmi 6 (altı) gün azadlıqdan məhrumetmə cəzasına bərabər tutulmalı və təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın əvvəli 25 yanvar 2023-cü il tarixdən hesablanmalıdır. Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll edir. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla); 99-1.1.2-ci maddəsinə əsasən isə şəxsin cinayət yolu ilə əldə etdiyi əmlak, habelə həmin əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla) məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalıdır. Bununla belə, hazırki iş üzrə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən olunmamışdır. İş üzrə mülki iddia və ekspertiza xərci yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Göstərilənlərə əsasən və Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 185.1, 177.2.2, 177.2.3, 181.2.2, 181.2.3 və 181.2.5-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respukblikasının Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası, həmin Məcəllənin 177.2.2, 177.2.3-ci maddəsi ilə 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası, həmin Məcəllənin 181.2.2, 181.2.3 və 181.2.5-ci maddələri ilə 08 (səkkiz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-ci il tarixədək tutulduğu 03 (üç) gün müddət, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək tutulduğu 03 (üç) gün müddət bir günə bir gün hesabı ilə cəmi 06 (altı) gün azadlıqdan məhrumetmə cəzasına bərabər tutulsun və təyin edilmiş cəzadan çıxılaraq 09 (doqquz) il 11 (on bir) ay 24 (iyirmi dörd) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 25 yanvar 2023-cü il tarixdən hesablansın. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilsin. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlakın olmadığı nəzərə alınsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim Fərid Namazov Hakimlər Əhməd Quliyev Telman Hüseynov
Məhkəmə qərarları › İş №1(101)-378/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-378/2024
15.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver