Məhkəmə qərarları › İş №1(101)-379/2020

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-379/2020

04.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-379/2020 04.09.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsi hakim Xankişiyev Mirzə Aslan oğlunun sədrliyi ilə, hakimlər Qəniyev Faiq Əsəd oğlu və Mahmudov İlham Ağa oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X5, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı və Mehrəliyev Cövdət Sərvər oğlu, müdafiəçilər Müdafiəçik Məhəmməd qızı və X2 iştiraklarıilə xx xxx 1991-ciildə Astara rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllərməhkumolunmamış, Bakışəhəri, Xətai rayonu, Q.Məmmədov küçəsi, ev 3/20, mənzil 78də qeydiyyatda olmaqla, hazırda Azərbaycan RespublikasıƏdliyyə Nazirliyi Penitensiar Xidməti Bakıİstintaq Təcridxanasında həbsdəsaxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və istintaqa məlum olmayan tarixdə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda ümumi təmiz çəkisi 14,474 qram olan, kustar üsulla hazırlanmış narkotik vasitə heroin və külli miqdarda Azərbaycan Respublikasının ərazisində döriyyəsi qadağan olunmuş psixatrop maddələr»in İ siyahısına daxil edilmiş psixotrop maddə sayılan 6,768 qram metamfetamin əldə edib, daşıyaraq üzərində saxlamış, xx xxxxxxxx 2019- cu il tarixdə saat 17:55-də ünvan 1 saylı ünvanın yaxınlığında yerləşən 315 saylı uşaq bağçasının qarşısında DİN-in ƏÇPA-nın 3cü patrul bolüyünün əməkdaşları tərəfindən saxlanılaraq Xətai RPİ-nin 36-cı PB-nə gətirilmiş, polis bölməsində üzərində şəxsi axtarış aparılarkən gəzdirdiyi çantanın içərisində olan dəmir qutudan səkkiz ədəd selofan kəsiyi bükümdə ayrı-ayrılıqda çəkisi 9,360 qram, 2,860 qram, 0,367 qram, 0,361 qram, 0,361 qram, 0,404 qram, 0,400 qram və 0,361 qram olmaqla, ümumilikdə xalis çəkiləri külli miqdarda 14,474 qram kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə olan “heroin”, həmçinin üç ədəd selofan kəsiyi bükümündə ağ rəngli kristal formada olan, ayrı-ayrılıqda 0,878 qram, 3,220 qram və 2,670 qram olmaqla, ümumi xalis çəkisi külli miqdara 6,768 qram Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan olunmuş psixatrop maddələr»-in İ siyahısına daxil edilmiş psixotrop maddə sayılan “metamfetamin”, bir ədəd rulon şəkilli gümüşü kağız, bir ədəd boz rəngdə elektron tərəzi, bir ədəd balaca dəmir qaşıq, xırda şəkilli gümüşü rəngdə kəsilmiş kağızlar, bir ədəd elektron hesablayıcı, üç ədəd rulon şəkildə siqaret çeşidli gilizlər, kağız falqalar və bir ədəd sınmış kəsici alət aşkar edilərək gotürülmüşdür. Təqsirləndirilən şəxsməhkəməiclasındaifadə verərəkgöstərdiki, o, təxminən 5-6 ay olar ki, narkotik vasitələriçəkmək, iyləmək vəiynədən istifadə etmək yolu ilə qəbul edir. Narkotik maddələriəvvəllər müxtəlif ünvanlarda, tanımadığışəxslərdən almışdır. xx xxxxxxxx 2019-cu iltarixdə Astara rayonunda olarkən, təsadüfən İran İslam Respublikası vətəndaşından istifadə etmək məqsədiilə, 11 büküm narkotik maddə olan metamfetamin və heroini 600 manat verərəkalmışdır. xx xxxxxxxx 2019-cu ildə saat 17 radələrində yaşadığı evdəçantasını götürüb evdən çıxaraq gəzişmək məqsədilə piyada 315 saylı uşaq bağçasının qarşısına getmişdir. Həmin vaxt, ona polis əməkdaşları yaxınlaşmışdır. Üzərində narkotik vasitə olduğu üçün qorxub qaçmaq istədikdə polis əməkdaşlarıonu tutub 36-cı PB-nə aparmışlar. Polis bölməsində xidməti otaqların birindəona polis əməkdaşı tərəfindən hüquq və vəzifələriizah edilmiş və dəvət edilmiş müdafiəçinin iştirakıilə videoçəkilişləüzərinəşəxsi axtarış aparılmışdır. Axtarış zamanıçantasınıniçərisindən 11 ədəd bükümdə olan narkotik maddələr, yəni narkotik vasitə olan 8 büküm heroini və 3 büküm metamfemtamini, yənişüşəni polis əməkdaşlarına təqdim etmişdir. Təqsirləndirilən şəxs yuxarıda göstərilən cinayət əməlini törətməsi məhkəmə iclasında dindirilmiş, şahid ifadələri, ekspert rəyləri və digər sübutlarla kifayət qədər sübuta yetirilmişdir. Məhkəməiclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN- in ƏÇPA-nm 3-cü patrul bölüyünün polis nəfəri, polis serjantı Şahid1 ifadəsində göstərdi ki, o, iş yoldaşı ilə birlikdə, ünvan 1 saylı ünvanın yaxınlığında yerləşən 315 saylı uşaq bağçasının qarşısında xidmətdə olarkən Elvinin özünü şübhəli apardığını görüb ona yaxınlaşmışlar. Elvin onların yaxınlaşdığını görüb qaçmaq istədikdə onu tutub saxlayıb və özlərini təqdim etmişlər. Özünü şübhəli apardığına görə onun şəxsiyyətini müəyyənləşdirmək üçün birlikdə Xətai RPİ-in 36-cı PByə getməsini təklif etmişlər. Polis bölməsinə gedərkən Elvin çantasında narkotik vasitə olduğunu etiraf etmişdir. Polis bölməsində xidməti otaqların birində təhqiqatçı Vüsal Xəlilov tərəfindən dəvət olunmuş vəkilin və onların iştirakı ilə videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində axtarış keçirilmiş, axtarış zamanı Təqsirləndirilən şəxs Müqəddəs oğlunun əlində olan çantasındakı qızılı rəngli dəmir qutunun içərisində olan 11 ədəd bükülünü, bir ədəd rulon şəkilli gümüşü kağızı, bir ədəd boz metal rəngdə elektron tərəzini, bir ədəd balaca qaşığı, xırda şəkilli kəsilmiş gümüşü rəngdə kağızları, bir ədəd elektron kalkulyatoru, üç ədəd rulon şəkildə siqaretin gilizi çeşidində kağızları, kağız falqaları və sınmış vəziyyətdə dəmirdən kəsici aləti çıxarıb təqdim edərək bildirmişdir ki, bükümlərdə olanlar narkotik vasitə heroin və şüşə, yəni metamfetamindir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükülü açıldıqda içərisində spesifik iyli, ağ və açıq qəhvəyi rəngli toz şəkilli narkotik maddə hesab olunan heroin və metamfetamin aşkar olunmuşdur. Təqsirləndirilən şəxs səmimi etiraf edib bildirmişdir ki, həmin maddələr narkotik maddə olan heroin və metamfetamindir, həmin narkotik vasitələri çanta ilə birlirlikdə xx xxxxxxxx 2019-cu ildə Astara rayonunda üzdən tanıdığı, adını bilmədiyi İran İslam Respublikası vətəndaşından özü istifadə etmək üçün 600 manata almışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, lakin özünün təqdim etdiyi yuxarıda qeyd olunan əşyalardan başqa hər hansı bir qanunla qadağan olunan əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik maddələr və əşyalar təhqiqatçı tərəfindən müvafiq qaydada qablaşdırılıb götürülmüş, bu barədə protokol tərtib edilmiş. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN-in ƏÇPA-nm 3-cü patrul bölüyünün polis nəfəri, polis serjantı Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə vermişlər. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş Məhkəmə Ekspertizası Mərkəzinin materialların məhkəmə ekspertizasının xx xxxxxxxx 2019-cu il tarixli 24123 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd zərfdə, içərisində 8 ədəd sellofan kəsiyi bükümdə, qəhvəyi rəngli maddələr, təmiz çəkisi ayrı-ayrılıqda: 9,360 qram, 2,860 qram, 0,367 qram, 0,361 qram, 0,361 qram, 0,404 qram, 0,400 qram, 0,361 qram (ümumi təmiz çəkisi 14,474 qram) kustar üsulla hazırlanmış, eyni tərkibli narkotik vasitə - heroindir. Üç ədəd sellofan kəsiyi bükümdə ağ rəngli kristallik formada maddələr təmiz çəkisi ayrı-ayrılıqda: 0,878 qram, 3,220 qram, 2,670 qram (ümumi təmiz çəkisi 6,768 qram) metamfetamindir. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş Məhkəmə Ekspertizası Mərkəzinin materialların məhkəmə ekspertizasının xx xxxxxxx 2019-cu il tarixli 25487 №-li rəyi ilə müəyyən olunur ki, tədqiqata təqdim edilmiş üzərində «Təqsirləndirilən şəxs götürülmüş digər əşyalar...» sozlər və imzalar olan bir ədəd kağız paketdəki bir ədəd rulon şəkildə siqaret çeşidli gilizin və bir ədəd üzərində izlər olan boz rəngdə elektron tərəzinin üzərində heroin izləri vardır. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 dair xx xxxxxx 2019-cu il tarixli 2764 №-li rəydən müəyyən olunur ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi möalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekusorlarının qanunsuz dovriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun x xxxx 2011-ci il tarixli, 2 saylı Qərarının 9-cu bəndinə əsasən təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Beləliklə, məhkəmə iclasında dindirilmişşahidlərinifadələri, habelə cinayət işinin materiallarıüzrə toplanmış sübutların məcmusu ona elan olunmuş ittihamın əsasını təşkil etdiyinə görə məhkəmə hesab edir ki, təqsirləndirilənşəxsinittiham olunduğu cinayət əməlini törətməsi kifayət qədər sübut olunmuşdur. Cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməli və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını və himayəsində yetkinlik yaşına çatmayan bir uşağının olunmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasənəməlində ağırlaşdırıcı halların olması müəyyən olunmadı. Məhkəmə hesabedirki, Təqsirləndirilən şəxs ittiham olunduğumaddəninsanksiyasıhəddindəazadlıqdanməhrumetmənövündə cəzatəyinedilməli, Azərbaycan Respublikası CinayətMəcəlləsinin 56.1.2cimaddəsinəəsasəntəyinedilmiş cəzaümumirejimli cəzaçəkməmüəssisəsindəçəkilməlidir. İşmateriallarındangörünürki, Təqsirləndirilən şəxs xx xxxxxxxx 2019-cu iltarixdəşübhəlişəxsqismindəsaxlanılaraqtutulmuşdur.Odurki, Təqsirləndirilən şəxstəyinediləcəkazadlıqdanməhrum etmə cəzasının əvvəli onun şübhəli şəxsqismindətutulduğu xx xxxxxxxx 2019-cu iltarixdənhesablanmalıdır. İş üzrə 158 manat 40 qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. İş üzrə maddi sübut olan və Xətai RPİ-də saxlanılan tədqiqatdan sonra qalıq çəkisi 14,424 qram heroin və 6,718 qram metamfetamin məhv edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CinayətMəcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəməistintaqızamanı “İnsanhüquqlarınıvəəsasazadlıqlarınınmüdafiəsihaqqında” Konvensiyanın 6-cımaddəsinin 3-cühissəsinincbəndinə, AzərbaycanRespublikasıCPM-nin 19-cumaddəsinin 19.4.4-cü bəndinə və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cümaddələrinintələblərinəzərəalınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərəödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ciil tarixli, 31 nömrəli qərarına 3.05.2018-ciil tarixdə edilmiş dəyişikliklərəəsasən Təqsirləndirilən şəxsmüdafiəçisiqismindəişəburaxılmışvəonunhüquqlarınımüdafiəetmişBakışəhəri 02 saylıvəkilbürosununvəkiliMəmmədovaRənaMəhəmmədqızına, yardımgöstərdiyiüçündövlətbüdcəsininhesabındanBakışəhər 02 saylı vəkil bürosunun hesabına 195 (yüzdoxsanbeş) manatpulödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-346, 349, 351-354, 356-cı maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxsAzərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinsinvəona 06 (altı) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasınıümumirejimlicəzaçəkməmüəssisəsindəçəksin, cəzaçəkməmüddətininəvvəli xx xxxxxxxx 2019-cu iltarixdənhesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlansın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələblərinə əsasən, Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək, ona narkomaniyadan məcburi möalicə təyin edilsin vəəraziözrə narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə 158 manat 40 qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. İş üzrə maddi sübut olan və Xətai RPİ-də saxlanılan tədqiqatdan sonra qalıq çəkisi 14,424 qram heroin və 6,718 qram metamfetamin məhv edilsin. Bakı şəhəri 02 saylı vəkil bürosunun vəkili Müdafiəçinahüquqiyardımgöstərdiyiüçündövlətbüdcəsininhesabından Bakışəhər 02 saylıvəkilbürosununhesabına 195 (yüzdoxsanbeş) manatpulödənilsin. Hökmdən elanolunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar