Məhkəmə qərarları › İş №1(101)-379/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-379/2023

14.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-379/2023 14.02.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Əliyev Samir İmamverdi oğlu (sədrlik edən), Hüseynov Cavid İbadulla oğlu və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə Məhkəmə iclas katibi: X6 və Bayramlı Ləman Bünyad qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, X3 və X2, Təqsirləndirilən şəxs müdafiəçisi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1989-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, 2 azyaşlı uşağı olan, Bakı Metropolitendə yol briqadiri işləyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş və götürülməmiş, ünvan 1 ünvanda qeydiyyatda olmaqla, həmin ünvanda yaşamış, barəsində “həbs" qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Pentensiar Xidmərin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Məlikov X5 Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinərək 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və cəzasını çəkdiyi dövürdə məhkumluğu ödənilmədiyi və götürülmədiyi halda 21 iyun 2022-ci il tarixdə axşam saatlarında satış məqsədi ilə qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən külli miqdarda, yəni 03 ədəd bükümdə ümumi çəkisi 25,733 qram qəhvəyi rəngli toz şəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroini alaraq əldə edib daşıyaraq əynindəki qara rəngli şalvarın arxa sağ yan cibində saxlamış, 22 iyun 2022-ci il tarixdə saat 11:20-da Suraxanı RPİ-nin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün ünvan 2 ünvanın qarşısında saxlanılıb ünvan 3erləşən Suraxanı RPİ-nin inzibati binasına gətirilərək inzibati otaqların birində video çəklişdən istifadə olunmaqla üzərində şəxsi axtarış həyata keçirilərkən onun əynində olan qara rəngli şalvarın arxa sağ yan cibindən 03 ədəd şəffaf polietilen bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 9,467 qram, 7,018 qram və 9,248 qram olmaqla ümumi təmiz çəkisi 25,733 qram olan qəhvəyi rəngli toz şəkilli, xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, ifadəsində göstərmişdir ki, o, 22 iyun tarixdə səhər saat 10-11 arası dükandan evinə gedirmiş. Məhəllədə 5-6 dənə maşın dayanıbmış. Elə bilmişdir ki, kino çəkirlər. O, onlara yaxınlaşıb “Keçmək olar?” deyə soruşmuşdur. Bu vaxt qollarını qandallamışlar. Üst-başını axtarmışlar, heç nə çıxmamışdır. Onu “upravleniyaya” aparmışlar. Orada məcbur üzərinə 25 qram qoymuşlar. O, ümumiyyətlə istifadəçi də deyil. Onu Maştağaya həkimə də aparmışlar. Onu orada yoxlamamışlar, bir-iki dənə sual vermişlər. Oraya 0,55 yazmışlar. Xahiş etmişdir ki, ekspertizaya, laboratoriyaya göndərsinlər. O, ümumiyyətlə onun istifadəçisi olmamışdır. O, onu görməmiş, heç onun nə olduğunu bilmirmiş. Üzərinə 3 ədəd ağ rəngli paketdə büküm qoymuşlar. Orada yazılmışdır ki, şəffaf paketdə amma heç onun içərisi görsənmirmiş. Demişlər ki, desin ki, onundur və onu tanımadığı adamdan 20 manata almışdır. O da elə demiş və onu videoya çəkmişlər. İstintaqda 25 qram olmuşdur. 25 qram 20 manata olduqda, 1 qramı 80 qəpikə düşür. 80 qəpikə nəsə bir şey satılır? 2 uşağı var, metroda işləmişdir, 1000 manata yaxın maaş alırmış. Gül kimi işindən də olmuşdur. Ancaq nəşə çəkmişdir. Nəşəni çoxdan çəkmişdir, ildə-ayda bir dəfə olmuşdur. Onu niyə axtardıqlarını soruşmuşdur. Demişlər ki, şübhəli şəxs kimi saxlayıblar. Axtarmışlar, ancaq üzərindən heç nə tapmamışlar. Üzərində büküm olmayıb. Videonu “upravleniya”-da çəkmişlər. Üzərindən, ümumiyyətlə, çıxmayıb, veriblər əlinə saxlamışdır. Demişlər ki, verdiklərini qoysun stolun üzərinə və desin ki, 20 manata tanımadığı şəxsdən almışdır. O da elə demişdir. Videoda da görünür. Fiziki təzyiq bir qırağa, ona həm də mənəvi təzyiq edirmişlər. Ancaq xəsarət yoxdur. 2 litrlik butulkanı su ilə doldurub ağzını bağlayıb başına vururmuşlar, izi də qalmışdır. O buna dözmüşdür, bu bir qırağa. Onu hədələyirmişlər ki, boynuna götürməsən evinin həyətinə narkotik vasitə qoyacaqlar və sonra onu gedib çıxaracaqlar. Heç bir yerə şikayət etməmişdir. Kimə şikayət etsin ki? Xəsarət olmadığından heç kimə deyə bilməmişdir. Vəkili videoçəkilişdə olmamışdır. Vəkil ondan xəsarət olub-olmadığını soruşmuş, o da demişdir ki, izi qalmayıb. O demişdir ki, onun üzərindən çıxmayıb. Yazmışlar ki, vəkillə bir yerdə qol çəkmişlər, amma vəkil videoçəkilişdə olmamışdır. Vəkilinə demişdir, o Şüvəlana gələndə ona demişdir, amma o heç bir tədbir görməmişdir. Bir dəfə avtoqəzası omuşdur. 4 il X9 müəssəsində cəza çəkməli imiş, 4 ayı qalmışdı ki, tutulmuşdur. Müəssisəyə vaxtında gedib-gəlirmiş. Məntəqə tipli olduğu üçün işləməyə icazə verirmişlər. Cəza çəkərkən işləyirmiş. 11 il imiş ki, işləyirmiş. 5-6 nəfər əməliyyatçı onu saxlamışlar, onlar 3 maşında imişlər. Saxlanıldığı zaman üzərini axtarmağa başlamışlar. Videoçəkiliş aparılanda 2 nəfər iştirak edirmiş. Məhkəmədə danışdıqlarını ibtidai istintaqda deməmişdir. Məhkəmədə sanksiya verilmişdir. Müstəntiq onu dindirməyib, izahat almayıb ki, necə olub. 3 ədəd bükümə qol çəkdiriblər, onu MSY-ə salıblar. Sabahsı da müstəntiq gəlib kağızları imzalatmışdır. O, ibtidai istintaqda ifadə verməmişdir, qol çəkmişdir. Müstəntiq ona qol çəkməsə, işinin bağlanıb gedəcəyini bildirmişdir. Həmin imzalar ona məxsusdur. Onların heç birindən onun xəbəri olmayıb. Ona həmin sənədlər izah olunmayıb. Onların heç birindən xəbəri olmayıb. Ona demişlər ki, razılaşmasan, həyətindən kiloqramla narkotik vasitə çıxaracaqlar. İldə-ayda bir dəfə marixuana istifadə etmişdir, heç vaxt heroindən istifadə etməmişdir. Polis əməkdaşları, Anar adlı şəxs də daxil olmaqla qarşısına sənəd qoyaraq onu imzalamağını, imzalamadığı təqdirdə evinə 1 kiloqram narkotik vasitə yerləşdirəcəkləri ilə onu hədələmişlər. Polis əməkdaşları saxlanıldığı gün onu hədələmişlər. Saxlanıldığı gündən əvvəlki günlərdə polis əməkdaşları onu saxlayıb hədələməmişlər. Hətta bir dəfə Anar adlı polis əməkdaşı onu saxlayıb, üzərini yoxlayıb “Bunda bir şey yoxdur” deyərək onu buraxmışdır. Saxlanıldığı gün polis əməkdaşlarının ona qarşı olan bu rəftarlarının səbəbini bilmir. Yəqin onların onun barəsində planları var imiş. Şahid1 saxlanıldığı günə qədər tanımırmış. Şahid1 və digər polis əməkdaşları onu elə döymüşlər ki, üzərində xəsarət izi qalmamışdır. Ona sillə və təpik vururmuşlar. Ona təzyiq göstərilməsi barədə heç bir yerə şikayət etməmişdir, hara şikayət edəcəyini bilmir, şikayət etmək üçün məhkəmə icraatı mərhələsini gözləmişdir. Toydan-toya, bayramdan-bayrama narkotik vasitədən istifadə edirmiş. Şəxsi istifadəsi üçün narkotik vasitəni gedib kimdənsə almırmış, axtarmırmış, toyda kimlərsə təklif edəndə qəbul edib istifadə edirmiş. Toyda kənd uşaqları çəkirmiş, heç onları da yaxşı tanımırmış. Narkotik vasitədən istifadə etməyinin qanunazidd əməl olduğunu bilirmiş və buna görə də öz əməlini etiraf edir. Polis əməkdaşlarının dedikləri etməsə, onlar evinə 1 kiloqram narkotik vasitə yerləşdirəcəklərmiş. Evində bu biabırçılığın baş verməsi ilə razılaşa bilməzmiş. Üzərinə yerləşdirdikləri narkotik vasitənin çəkisini bilmirmiş. O polis əməkdaşları ilə 234.1-ci maddə ilə məsuliyyətə cəlb ediləcəyi barədə razılaşmışdır. Barəsində həbs qətimkan tədbiri seçilməsi üzrə məhkəmə prosesində təzyiqə məruz qaldığını deməmişdir. O oradakı polis əməkdaşından bunu deməyinin ona faydasının olubolmadığını soruşmuşdur, o isə faydasının olmayacağını bildirmişdir. Saxlanıldığı günədək Bakı Metropolitenində yol briqadiri işləyirmiş. Həftənin 5 günü saat 11:30-da işə gəlib, saat 05:30-da işdən çıxırmış. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o Suraxanı rayon Polis İdarəsinin Cinayət-axtarış Şöbəsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. 2022-ci ilin yay aylarında, dəqiq xatırlamadığı tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələri gəzdirməsi və istifadə etməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyat məlumatının yoxlanılması məqsədilə əməliyyat qrupu yaradılmışdır. Tərəflərindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi ərazisində köhnə hamamın arxasında Təqsirləndirilən şəxs tərəflərindən saxlanılmışdır. Ona özlərini təqdim etmişlər və o da özünü onlara təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs Suraxanı rayon Polis İdarəsinə aparmışlar və orada otaqların birində onun üzərinə videoçəkilişdən istifadə olunmaqla müdafiəçinin iştirakı ilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməsi zamanı Təqsirləndirilən şəxs üzərində bir ədəd telefon, ona məxsus xidməti vəsiqəsi, əmək haqqı kartı və 3 büküm heroinə bənzər maddə aşkar edilmişdir. Təqsirləndirilən şəxs üzərində aşkar edilən heroinə bənzər maddəni 20 manata öz şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Dəqiq xatırlamır, ola bilsin ki, əməliyyat məlumatı ona yox, Anar İbrahimova daxil olmuşdur. Əməliyyat məlumatı Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsilə məşğul olması barədə imiş. İbtidai istintaqda verdiyi ifadəsində qanunsuz dövriyyə dedikdə, yəqin ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmasını nəzərdə tutmuşdur. Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar çoxsaylı işlər olduğundan ola bilsin ki, qarışdırır. O və tanışlarının bu şəxsə qarşı heç bir qərəzləri yoxdur, bu şəxsi saxladığı gün hadisə ilə əlaqədar tanımışdır. Onu hamamın arxa tərəfində tutmuşlar. Onda 3 büküm aşkar edilmişdir. Təqsirləndirilən şəxs döyməmiş və ona təzyiq göstərməmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iş üzrə sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli olması sübuta yetirilir və onun törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs üzərindən narkotik vasitənin aşkar olunmamasına və polis idarəsində ona təzyiq olmasına dair verdiyi ifadəsinə tənqidi yanaşaraq, özünü müdafiə üsulu kimi qiymətləndirir və hesab edir ki, o, cinayət məsuliyyətindən yayınmaq üçün digər sübutlarla öz təsdiqini tapan ilkin ifadələrindən imtina edir. Cinayət işində olan təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, xeyli müddətdir ki, narkotik maddələr heroindən və metamfetamindən istifadə edir. Narkotik maddələri Bakı şəhərində müxtəlif yerlərdə tanımadığı şəxslərdən öz istifadəsi üçün alıb əldə etmişdir. 21 iyun 2022ci il tarixdə axşam saatlarında Suraxanı rayon, Əmircan qəsəbəsində üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 3 ədəd politelen bükümdə narkotik vasitə olan heroini 20 manata alaraq münasib vaxtda istifadə etmək üçün əynində olan qara rəngli şalvarın arxa sağ yan cibinə qoyaraq yaşadığı ünvana getmişdir. 22 iyun 2022-ci il tarixdə səhər saat 10 radələrində yaşadığı evin yaxınlığında olan zaman mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşı olduqlarını bildirmişlər və ondan özünü təqdim etməyini istəmişir. O da özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Polis əməkdaşları onun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək üzərində şəxsi axtarış aparılması üçün məni Suraxanı RPİ-nə dəvət etmişlər. O da razılaşmış və polis əməkdaşları ilə birlikdə Suraxanı RPİ-nə gəlmişdir. RPİ-də ona hüquq və vəzifələri izah edildikdən sonra dövlət hesabına vəkil təyin olunmuşdur. Vəkili ilə görüşdükdən sonra videoçəkilişlə onun üzərində şəxsi axtarış aparılmağa başlanmışdır. Əvvəlcə ondan üzərində saxlanması, daşınması və ya gəzdirilməsi qadağan olunmuş hər hansı əşya və ya maddə varsa təqdim etməyi təklif olunmuşdur. Bu zaman o, əynində olan qara rəngli şalvarının sol arxa cibindən iş vəsiqəsini, özünə məxsus olan “X15”-a aid əməkhaqqı plastik kartını, həmin şalvarın sağ yan cibindən üzərində mobil nömrə olmayan ağ rəngli “Samsung” markalı mobil telefonu və həmin şalvarın arxa sağ yan cibindən 3 ədəd polietilen bükümləri çıxarıb təqdim etmişdir. Polis əməkdaşları həmin bükümləri açıb içərisinə baxmışlar və ondan həmin bükümlərin içərisində nə olması və nə vaxt, kimdən hansı üsulla əldə etməyi barədə soruşulmuşdur. O da həmin bükümlərin narkotik vasitə heroin olduğunu, onları öz istifadəsi üçün 21 iyun 2022-ci il tarixdə Əmircan qəsəbəsində tanımadığı şəxsdən 20 manat müqabilində öz istifadəsi üçün alıb əldə etdiyini bildirmişdir. Ondan aşkar edilmiş həmin bükümlər polis əməkdaşları tərəfindən götürülərək zərfə qoyularaq qablaşdırılmış və möhürlənmişdir. Sonra isə polis əməkdaşları tərəfindən üzərinə baxılmış və hər hansı bir qanunsuz əşya və ya maddə aşkar olunmamışdır. Axırda isə üzərində şəxsi axtarış aparılması barədə protokol tərtib edilmiş, tərtib edilmiş protokol ucadan oxunmuş və qablaşdırılmış zərflə birlikdə protokol o və iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra polis əməkdaşları ona yaşadığı ev baxış keçirilməsinin zəruri olduğunu bildirmiş v ə yaşadığı evə baxış keçirilməsinə etirazının olub-olmadığını soruşmuşlar. O da etirazının olmadığını bildirmişdir. Bundan sonra onun və vəkilinin də iştirakı ilə yaşadığı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə baxış keçirilmişdir. Baxış zamanı həmin evdən və evin həyətyanı sahəsindən hər hansı bir qanunsuz əşya və ya maddə aşkar olunmamış və götürülməmişdir. Sonra isə yaşadığı evə baxış keçirilməsi barədə protokol tərtib edilmiş və onunla birlikdə bütün iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur. Üzərindən aşkar edilmiş narkotik vasitəni əldə etdiyi şəxsi Əmircan qəsəbəsində taparaq ondan narkotik almış, lakin onun anket məlumatlarını bilməmişdir. O, xx.xx.2022-ci il tarixdə həmin şəxsdən 25q narkotik maddə almışdır. O, narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Polis əməkdaşları tərəfindən hər hansı təzyiqə məruz qalmamışdır. Cinayət işində olan Bakı şəhər Suraxanı RPİ-nin 31-ci Polis Bölməsinin təhqiatçısı, polis baş leytenantı Elnur Mənsimov tərəfindən tərtib olunmuş şəxsi axtarış və götürmə aparılması haqqında 22 iyun 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 11:20-də Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Ə.Bayramov küçəsində yaşadığı ünvanın qarşısında saxlanılaraq Suraxanı RPİ-nə gətirilmiş və orada onun üzərində şəxsi axtarış və götürmə keçirilmişdir. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edilərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli parça şalvarın sol arxa cibindən iş vəsiqəsini, özünə məxsus "AzərTürkbank”a aid əməkhaqqı bank kartı, əynindəki qara rəngli parça şalvarın sağ yan cibindən ağ rəngli üzərində zədələr olan “Samsung” markalı mobil telefonunu və əynindəki qara rəngli parça şalvarın arxa sağ cibindən 03(üç) ədəd içərisində qəhvəyi rəngli maddə olan şəffaf sellofan bükümlər aşkar edilərək götürülmüşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi 03(üç) ədəd içərisində qəhvəyi rəngli maddə olan şəffaf sellofan bükümlərin içərisində narkotik vasitə heroin olduğunu, narkotik vasitəni tanımadığı şəxsdən öz istifadəsi üçün qramını 20 manata alaraq üzərində gəzdirdiyini bildirmişdir. cinayət işinin materiallarına əlavə olunmuşdur. Aşkar olunmuş maddi sübutlar 01 ədəd kağız zərfdə qablaşdırılaraq üzəri möhürlənmiş və götürülmüşdür. Cinayət işində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin materialların məhkəmə ekspertizasının 23 iyun 2022-ci il tarixli 6/3493 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №195” dairəvi möhür əksi, “şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bükümlər” yazısı və imzalar olan zərfdəki 3 (üç) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 9,467 qram, 7,018 qram və 9,248 qram olmaqla, ümumi təmiz çəkisi 25,733 qram qəhvəyi rəngli tozşəkilli maddələr kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq edilmiş siyahılara əsasən heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin” İ siyahısına daxildir. Qeyd: heroinin ümumi təmiz çəkisi – 25,733 qram, tədqiqata sərf edildi: ümumi 0,15 qram, qalıq: 25,583 qram. (ekpertiza tədqiqatın dəyəri 114 (yüz on dörd) manat. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan diskə baxış keçirilməsi haqqında 24 iyun 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış həyata keçirilən zaman çəkilmiş videogörüntünü özündə əks etdirən bir ədəd DVD diskə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs üzərində polis əməkdaşları tərəfindən şəxsi axtarış keçirilməsi, əvvəlcə ondan üzərində saxlanması, daşınması və ya gəzdirilməsi qadağan olunmuş hər hansı bir əşya və ya predmet varsa təqdim etməsi təklif edilməsi, Təqsirləndirilən şəxs əynində olan qara rəngli parça şalvarın sol arxa cibindən iş vəsiqəsi və özünə məxsus “AzərTürkbank”a aid bank kartını, əynindəki qara rəngli parça şalvarın sağ yan cibindən “Samsung” markalı mobil telefonu və əynindəki qara rəngli parça şalvarın arxa sağ cibindən 03 ədəd bükümü çıxarıb təqdim etməsi, həmin 03 ədəd bükümün açılaraq içərisinə baxış keçirildikdən sonra Təqsirləndirilən şəxs həmin bükümlərin içərisində nə olması və nə vaxt, kimdən, hansı üsulla və hansı məqsədlə əldə etməsi barədə soruşulması, Təqsirləndirilən şəxs isə həmin 03 ədəd bükümün içərisində heroin kimi tanıdığı narkotik maddə olduğunu və həmin narkotik maddələrin onun özünə məxsus olduğunu, həmin narkotik maddələri tanımadığı şəxsdən öz istifadəsi üçün bir qramını 20 manata alaraq sonra istifadə etməsi üçün üzərində gəzdirdiyini bildirməsi, sonra Təqsirləndirilən şəxs üzərində polis əməkdaşları tərəfindən şəxsi axtarışın davam etdirilməsi və onun üzərindən hər hansı bir əşya və ya predmet aşkar edilməməsi, bundan sonra aşkar edilmiş həmin 03 ədəd bükümün, 01 ədəd mobil telefonun, bir ədəd bank kartının və bir ədəd iş vəsiqəsinin götürülərək qablaşdırılıb üzəri imzalarla təsdiq olunması müəyyən olunmuşdur. Bununla bağlı protokol tərtib edilmiş və cinayət işinə əlavə olunmuşdur. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 4(010)-380/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 22 iyun 2022ci il tarixdən hesablanmaqla 04 (dörd) ay müddətinə həbs növündə qətimkan tədbiri seçilmişdir. Cinayət işində olan DİN-in BƏSİİ-dən təqdim olunmuş xx.xx.2022-ci il tarixli tələbnamədən və Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 1(010)-151/2018 saylı xx.xx.2018-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 1 (bir) il 6 (altı) aymüddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 4 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cəzasını X9 müəssisəsində çəkməsi hökm edilmişdir. Cinayət işində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı X9 Müəssisəsindən Bakı Ağır Cinayətlər məhkəməsinə daxil olmuş 17/42-918 saylı xx.xx.2022-cİ il tarixli məktubundan görünür ki, Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 1(010)-151/2018 saylı, xx.xx.2018-ci il tarixli hökmü üzrə məhkum Təqsirləndirilən şəxs cəzasının 5 ay 12 gün hissəsi çəkilməmiş qalmışdır. Məhkəmə Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuş şəxs kimi qəbul etsə də, əvvəlki cinayəti ehtiyyatsızlıqdan törətdiyi üçün, onu residiv kimi qəbul etmir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən cinayət törətdikdə cinayətin residivini yaradır. Cinayət işində olan 22 iyun 2022-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X11 Şəxsinin xx.xx.2022-ci il tarixli 5416 nömrəli rəyindən məlum olur ki, müayinə zamanı Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azemis elektron məhkəmə sistemində sorğu edilərək əldə olunan və cinayət işi materiallarına əlavə olunan, qohumluq məlumatlarını əks etdirən sənədin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2014-cü il təvəllüdlü X4 və xx.xx.2015-ci il təvəllüdlü X7 adlı iki azyaşlı övladı var. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəliliyini halları nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcələnnin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin məcəllənin ümumi hissələrinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin məqsədi və motivini, təqsirkarın cinayətin törədilməsində rolunu nəzərə alıb barəsində təqsirli bilindiyi cinayət qanununun normasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə ilə əlaqədar cəzanın seçilməsini və cəzasını tutulduğu vaxtdan, yəni 22 iyun 2022-ci il tarixdən hesablanmaqla, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı övladının olması cəzanı yüngülləşdirən hal kimi qiymətləndirilir, cəzanı ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının CM-də dəyişikliklər edilməsi haqqında” xx.xx.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Suraxanı rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 25,583 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1.1-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalı, Təqsirləndirilən şəxs ekspertiza xərci təşkil edən 114 (yüz on dörd) manat alınıb dövlət büdcəsinə verilməli və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilrkən həmin istintaq hərəkətlərinin videogörüntüsünü özündə əks etdirən 01 ədəd “DVD-R” formatlı diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197 və 198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib 6 (altı) il 5 (beş) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 1(010)-151/2018 saylı xx.xx.2018-ci il tarixli tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona təyin edilmiş 1 (bir) il 6 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 4 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş 5 ay 12 gün hissəsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.4, 67.1-ci maddələrinə əsasən hazırki hökmlə təyin edilmiş cəza ilə qismən birləşdirməklə, Təqsirləndirilən şəxs qəti olaraq 1 (bir) il 6 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 6 (altı) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 22 iyun 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93-1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs ekspertiza xərci təşkil edən 114 (yüz on dörd) manat alınaraq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut olan və Suraxanı rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 25,583 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilrkən həmin istintaq hərəkətlərinin videogörüntüsünü özündə əks etdirən 01 ədəd “DVD-R” formatlı disk cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Hökmdən 20 gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Bakı Ağır Cinayətlər məhkəməsinin hakimləri: Samir Əliyev (sədrlik edən) Cavid Hüseynov Eldar İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar