Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-379/2025 17.01.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X2 (sədrlik edən), X4 və X3 ibarət tərkibdə, Məhkəmə iclasının katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 26 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxxx 1985-ci ildə Beyləqan rayonunun Kəbirli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ikisi azyaşlı olmaqla himayəsində dörd yetkinlik yaşına çatmamış uşağı olan, orta təhsilli, məhkumluğu olmayan, fərdi əməklə məşğul olmuş, ünvan 1 ünvanda yaşamış, 16 fevral 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 4(003)-66/2024 saylı, 17 fevral 2024-cü il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və istintaqa məlum olmayan vaxtda satış məqsədi ilə qanunsuz olaraq ümumi təmiz çəkisi 227,718 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin və ümumi təmiz çəkisi 93,980 qram ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metamfetamin əldə etdib üzərində saxlamaqla ünvan 2 ünvanda yerləşən yaşadığı fərdi evin həyətinədək daşımış, bundan sonra həmin narkotik vasitə heroini hissələrə bölüb təmiz çəkisi 195,0 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış külü miqdarda hissəsini bir ədəd bükümdə qablaşdıraraq, eləcə də həmin psixotrop maddə metamfetami hissələrə bölüb təmiz çəkisi 85,0 qram ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış külli miqdarda hissəsini bir ədəd bükümdə qablaşdıraraq həmin həyətindəki tövlə adlandırdığı yardımçı tikilidə gizlətməklə satış məqsədilə saxlamış, qalan narkotik vasitə heroini hissələrə bölüb ayrı-ayrılıqda təmiz çəkisi 11,088 qram, 3,014 qram, 5,684 qram, 3,288 qram, 6,711 qram, 2,380 qram və 0,553 qram olmaqla ümumi təmiz çəkisi 32,718 qram olan külli miqdarda hissəsini 7 ədəd bükümdə qablaşdırmaqla əynində olan ağ-qara rəngli dama-dama gödəkçəsinin sol iç cibində, eləcə də qalan psixotrop maddə metamfetamini hissələrə bölüb ayrı-ayrılıqda təmiz çəkisi 0,835 qram, 2,812 qram, 0,851 qram, 1,818 qram, 0,849 qram və 1,815 qram olmaqla ümumi təmiz çəkisi 8,980 qram olan külli miqdarda hissəsini 6 ədəd bükümdə qablaşdırmaqla üzərində saxlayaraq, Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi B.Əliyev küçəsinədək üzərində saxlamaqla satış məqsədilə daşımış, ünvan 2 ünvanda yerləşən yaşadığı fərdi evin həyətindəki tövlə adlandırdığı yardımçı tikilidə gizlətməklə saxlamış, Təqsirləndirilən şəxs 16 fevral 2024-cü il tarixdə saat 00:30 radələrində Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 1-ci PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi B.Əliyev küçəsində saxlanılaraq Xəzər rayon Polis İdarəsinin 1-ci PŞ-nin inzibati binasına gətirilmiş və həmin gün saat 01:15 radələrində Xəzər rayon Polis İdarəsinin 1-ci PŞ-nin inzibati binasında xidməti otaqda Təqsirləndirilən şəxs üzərində video çəkiliş vasitəsi ilə keçirilmiş şəxsi axtarış zamanı əynində olan ağ-qara rəngli dama-dama gödəkçəsinin sol iç cibindən satış məqsədilə gizlədib saxladığı 7 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 11,088 qram, 3,014 qram, 5,684 qram, 3,288 qram, 6,711 qram, 2,380 qram, 0,553 qram ümumi təmiz çəkisi 32,718 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin, eyni zamanda 6 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,835 qram, 2,812 qram, 0,851 qram, 1,818 qram, 0,849 qram, 1,815 qram ümumi təmiz çəkisi 8,980 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metamfetamin aşkar edilərək Təqsirləndirilən şəxs götürülmüş, 16 fevral 2024-cü il tarixdə saat 02:20 radələrində Xəzər rayon Polis İdarəsinin 1-ci Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirlərinin davamı olaraq Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 ünvanda aparılan baxış zamanı Təqsirləndirilən şəxs evinin həyətindəki tövlə adlandırdığı yardımçı tikilinin otağında stolun üzərindən bir ədəd bükümdə satış məqsədilə gizlədib saxladığı təmiz çəkisi 85,0 qram olan xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə üzərindən aşkar edilmiş psixotrop maddə metamfetaminlə eynilik təşkil edən ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metamfetamin, bir ədəd bükümdə satış məqsədilə gizlədib saxladığı təmiz çəkisi 195,0 qram olan xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə üzərindən aşkar edilmiş narkotik vasitə heroinlə eynilik təşkil edən qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin, həmçinin üzərində metamfetaminə məxsus izlər aşkar edilən iki ədəd elektron tərəzi, narkotik vasitə qəbul etmək üçün istifadə etdiyi falqa və narkotik vasitəni bükümlərə yığmaq üçün istifadə etdiyi qara rəngli polietilen torba aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ona elan olunmuş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, hazırki cinayət işi ilə bağlı təqsirləndirilən şəxs qismində cəlb olunmazdan bir müddət əvvəl ona Xəzər rayon Polis İdarəsinin 1-ci Polis Bölməsindən zəng edilərək barəsində şikayət olduğu bildirilmiş, şikayətin əsası kimi isə avtomobillə hansısa qızın yanından sürətlə keçməyi göstərilmişdir. Bu səbəbdən bölməyə gedib növbətçi hissəyə yaxınlaşmış, orada adını dedikdən sonra polis əməkdaşları onun üstünə gələrək “elə səni axtarırdıq” demiş və onu 3-4 gün polis bölməsində saxladıqdan sonra məhkəməyə aparmışlar. Məhkəmənin qərarı ilə 300 manat məbləğində cərimə edilmişdir. Bunun səbəbini sonradan maraqlandıqda ona narkotik vasitələrin istifadəçisi kimi cəza təyin etdiklərini öyrənmişdir. Bundan 1-2 ay sonra həyat yoldaşı ilə marketə gedərkən yaşadığı evdən ona zəng edərək tanımadıqları, əlində ona məxsus şəxsiyyət vəsiqəsi məlumatları və telefon nömrələri olan kağızla bir nəfər şəxsin yaxınlaşdığını bildirmişlər. Evə qayıtdıqda həmin adamın avtomobildə oturub onu gözlədiyini görmüşdür. Sonuncu ona yaxınlaşıb İran İslam Respublikasının vətəndaşı ilə danışıqlarının olduğunu bildirmiş, bundan əlavə ondan pul tələb edərək 1 həftə ərzində hazır etməli olduğunu demişdir. O, bu barədə zəng edib atası ilə danışmışdır. Onun maddi imkanı zəifdir və atası şəkər xəstəsidir. Həmin şəxsə onun pul verməyəcəyini bildirdikdə onu təhdid etmişdir. Sözügedən hadisədən təxminən 2 aya yaxın bir müddət sonra taksi fəaliyyəti ilə məşğul olduğu vaxt müştəri sifarişi ilə əlaqədar evdən çıxmışdır. Avtomobili ilə bir az getdikdən sonra yaşadığı ərazidə polis kimi fəaliyyət göstərən şəxs idarə etdiyi avtomobili ilə ona yaxınlaşmış, onun avtomobilini saxlatmış, o, avtomobilindən düşərək sonuncu ilə görüşmüşdür. Bu zaman dövlət yol polis avtomobilinin arxasından üç nəfərin ona tərəf gəldiyini görmüş, sonuncular onun əllərini arxadan bağlamışdır. Həmin şəxslərdən biri onun avtomobilinə əyləşmiş, digərləri isə onu öz avtomobillərinə salaraq yanında oturmuşlar. Sonuncular onu Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Bölməsinə aparmışlar. Bölmədə üzərindən 6 və ya 7 ədəd büküm çıxararaq onun olub-olmadığını soruşanda bükümlərin onun olmadığını bildirmişdir. Bundan sonra 500 qramlıq şüşə banka gətirərək ondan nəsə düzəltməyə başlamış, üzərinə kağızla yazıb qarşısına qoyurmuşlar. Bunun nə olduğunu dəqiq bilməsə də, xına olduğunu təxmin etmişdir. Bundan sonra ona izahat yazdıraraq qol çəkməyini tələb etmişlər. Ona qarşı hər hansı fiziki təzyiq və təsir olmasa da, evinə gəlib dağıdacaqlarını, axtaracaqlarını, həmçinin ailə üzvlərini narahat edəcəklərini deyərək psixoloji təzyiq göstərmişlər. Məcbur qalıb cibindən çıxan bükümlərlə bağlı ifadəyə qol çəkməli olmuşdur. Bundan sonra polis əməkdaşları yaşadığı evin həyətində olan toyuq hini kimi yerdə axtarış həyata keçirmiş və iki sellofan paketdə “kakos” və “şüşə” və ya “patı” adlanan maddələr aşkar etmişlər. Halbuki o, həbs olunmazdan təxminən 3-4 ay əvvələ qədər narkotik vasitə olan qurudulmuş marixuna istifadə etsə də, polis əməkdaşları tərəfindən tutularkən üzərində narkotik vasitə olmayıb. Polis əməkdaşları narkotik vasitələri özləri hazırlamış, videoçəkiliş də bundan sonra həyata keçirilmişdir. Ona verilmiş suallara cavab olaraq göstərmişdir ki, narkotik vasitələrin satışı ilə məşğul olan “Əli” adlı İranlı şəxs ona 2-3 ay ərzində yazaraq narkotik vasitələrin satışı ilə məşğul olmasını təklif etmişdir, o isə bu təkliflə razılaşmamışdır. Narkotik vasitələri yalnız öz şəxsi istifadəsi üçün əldə etmişdir. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun özünün qismən etirafedici ifadəsi ilə yanaşı aşağıda göstərilən sübutlarla təsdiq edilir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Xəzər Polis İdarəsinin CA üzrə əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 Mirkamil oğlu ifadəsində göstərmişdir ki, ünvan 4 ünvanda yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Bakı şəhəri, Xəzər rayonu ərazisində qanunsuz dövriyyəsi ilə məşğul olması ilə əlaqədar alınmış əməliyyat məlumatı ilə əlaqədar 16 fevral 2024-cü il tarixdə, saat gecə saat 00:00 radələrindən sonra Xəzər Rayon Polis İdarəsinin 1-ci PŞ-nin əməkdaşları Şahid2 və Şahid3 ilə birlikdə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi B. Əliyev küçəsinə getmişlər. Həmin gün gecə saat 00:30 radələrində Xəzər rayonu Mərdəkan qəsəbəsi B.Əliyev küçəsində Təqsirləndirilən şəxs olduğu yeri müəyyən edib ona yaxınlaşaraq əvvəlcə özlərini təqdim etməklə külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrinin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmişlər və bununla bağlı onlarla birlikdə Xəzər Rayon Polis İdarəsinin 1-ci PŞ-nin inzibati binasına getməli olduğunu nəzərinə çatdırmışlar. Sonuncu heç bir etiraz etməyərək onlarla birlikdə Xəzər Rayon Polis İdarəsinin 1-ci PŞ-nin inzibati binasına getmişdir. Bundan sonra hadisə barədə raport yazıb məruzə etmişlər. Bununla əlaqədar araşdırmanın aparılması Xəzər Rayon Polis İdarəsinin 1-ci PŞ-nin təhqiqatçısı, polis mayoru Xəzər Yolçuyevə həvalə edilmişdir. Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis şöbəsinin inzibati binasında xidməti otaqların birində təhqiqatçı Xəzər Yolçuyev tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. Daha sonra dəvət edilmiş müdafiəçi və təhqiqatçı Xəzər Yolçuyev tərəfindən Təqsirləndirilən şəxs əvvəlcə hüquq və vəzifələri izah olunmuşdur. Şəxsi axtarış aparılmasından əvvəl videoçəkilişdən istifadə olunaraq Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və ya digər qeyri-qanuni əşyalar olduğu təqdirdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan ağ qara rəngli dama-dama gödəkçənin sol iç cibində olan 7 ədəd qara selofana bükülmüş üzəri skoçla bağlanmış, açıldıqda içərisində 7 ədəd qara selofana bükülmüş qəhvəyi rəngli palçıq şəkilli narkotik vasitə olan heroinə bənzər maddə və 6 ədəd qara selofana bükülmüş ağ rəngli kristal şəkilli narkotik vasitə olan metamfetaminə bənzər maddəni təqdim etmişdir. Bundan sonra onun üzərində şəxsi axtarış keçirilmiş, əynindən və üzərindən əlavə heç bir qeyri qanuni maddə və ya əşya aşkar edilməmişdir, aşkar olunmuş maddələr götürülərək iki ədəd zərfə qoyularaq qablaşdırılıb möhürlənmiş, şəxsi axtarış keçirilməsinə dair protokol tərtib edilmiş, protokolun doğruluğu iştirakçılar tərəfindən imza etməklə təsdiq edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs və ailə üzvünün razılığı ilə yaşadığı ünvan 5 ünvanına baxış keçirilmişdir. Baxış zamanı evin həyətinə daxil olan zaman darvazadan sağ tərəfdə yerləşən otaqdakı stolun üzərindən bir ədəd şəffaf sellofan torbada qəhvəyi rəngli palçıq şəkilli narkotik vasitə heroin, bir ədəd şəffaf sellofan torbada ağ rəngli kristal şəkilli psixotrop maddə metamfetamin, iki ədəd elektron tərəzi, narkotik maddə istifadə etmək üçün falqa və narkotik vasitələri büküm şəklinə salmaq üçün lazım olan qara sellofan aşkar edilərək götürülüb qablaşdırılmış, möhürlənmiş, bu barədə protokol tərtib edilərək iştirakçılara ucadan oxunmuş, heç bir şikayət və ərizə daxil olmadığı üçün imzalarla təsdiq olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis şöbəsinin CA üzrə əməliyyat müvəkkili Şahid3 Şahid1 Mirkamil oğlunun ifadəsinə uyğun məzmunda ifadə verməklə sonuncunun ifadəsini təsdiq etmişdir. Cinayət işinin ibtidai istintaqı zamanı şahid qismində dindirilmiş Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis şöbəsinin CA üzrə əməliyyat müvəkkili Şahid2 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, sonuncu Şahid1 Mirkamil oğlunun ifadəsinə uyğun məzmunda ifadə verməklə sonuncunun ifadəsini təsdiq etmişdir. Cinayət işinin materiallarında olan DVD diskə məhkəmə iclasında baxış keçirilərkən, həmçinin 16 fevral 2024-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs əynində olan ağ qara rəngli dama-dama gödəkçənin sol iç cibində olan 7 ədəd qara selofana bükülmüş üzəri skoçla bağlanmış, açıldıqda içərisində 7 ədəd qara selofana bükülmüş qəhvəyi rəngli palçıq şəkilli narkotik vasitə olan heroinə bənzər maddə və 6 ədəd qara selofana bükülmüş ağ rəngli kristal şəkilli narkotik vasitə olan metamfetaminə bənzər maddəni təqdim etmiş, bundan sonra onun üzərində şəxsi axtarış keçirilmiş, əynindən və üzərindən əlavə heç bir qeyri qanuni maddə və ya əşya aşkar edilməmişdir, aşkar olunmuş maddələr götürülərək iki ədəd zərfə qoyularaq qablaşdırılıb möhürlənmişdir. Cinayət işinin materiallarında olan DVD diskə məhkəmə iclasında baxış keçirilərkən, həmçinin 16 fevral 2024-cü il tarixli “Evə baxış keçirilməsi və götürmə haqqında” protokoldan müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs və ailə üzvünün razılığı ilə yaşadığı ünvan 5 ünvanına baxış keçirilmişdir. Baxış zamanı evin həyətinə daxil olan zaman darvazadan sağ tərəfdə yerləşən otaqdakı stolun üzərindən bir ədəd şəffaf sellofan torbada qəhvəyi rəngli palçıq şəkilli narkotik vasitə heroin, bir ədəd şəffaf sellofan torbada ağ rəngli kristal şəkilli psixotrop maddə metamfetamin, iki ədəd elektron tərəzi, narkotik maddə istifadə etmək üçün falqa və narkotik vasitələri büküm şəklinə salmaq üçün lazım olan qara sellofan aşkar edilərək götürülüb qablaşdırılmış və möhürlənmişdir. Cinayət işinin materiallarında olan CD diskə məhkəmə iclasında baxış keçirilərkən, həmçinin “Diskə baxış keçirilməsi haqqında” 02 may 2024-cü il tarixli protokoldan görünür ki, Azercell Telekom MMC-dən daxil olmuş diskdə Təqsirləndirilən şəxs istifadə etdiyini mobil nömrə ilə ayrı-ayrı şəxslərlə narkotik vasitələrin dövriyyəsi məzmununda mesajlaşma etdiyi öz əksini tapmışdır. Cinayət işinin materiallarında olan məhkəmə fiziki-kimyəvi ekspertizasının 16 fevral 2024-cü il tarixli 3-16-16/2-6/948 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №157" dairəvi möhür əksi olan "Şübhəli şəxs R. Abdullayev" sözləri, soyad və imzalar qeyd edilmiş 4 ədəd zərfdə (şərti olaraq 1,2,3,4 nömrə ilə işarələnmiş) olan; 1 №-li zərfi açdıqda içərisindən 7 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 11,088 qram, 3,014 qram, 5,684 qram, 3,288 qram, 6,711 qram, 2,380 qram, 0,553 qram ümumi təmiz çəkisi 32,718 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. 2 №-li zərfi açdıqda içərəsindən 6 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,835 qram, 2,812 qram, 0,851 qram, 1,818 qram, 0,849 qram, 1,815 qram ümumi təmiz çəkisi 8,980 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. 3 №-li zərfdə bir ədəd bükümdə təmiz çəkisi 85,0 qram ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. 4 №-li zərfdə bir ədəd bükümdə təmiz çəkisi 195,0 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş 7 ədəd bükümdə olan metamfetamin xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynilik təşkil edir. Tədqiqata təqdim edilmiş 8 ədəd bükümdə olan metamfetamin xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynilik təşkil edir. Cinayət işinin materiallarında olan məhkəmə fiziki-kimyəvi ekspertizasının 16 may 2024-cü il tarixli 3-16-16/2-6/2180 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №43" dairəvi möhür əksi olan, "Təqsirləndirilən şəxs evindən...” sözləri, soyad və imzalar qeyd edilmiş sellofan paketdə iki ədəd elektron tərəzidə metamfetaminə məxsus izlər aşkar edildi. Metamfetamin iz şəklində olduğu üçün onun çəkisini müəyyən etmək mümkün deyildir. Təqdim edilmiş qara rəngli polietilen rulonda və bir ədəd falqa kağızı rulonunda narkotik vasitələrə, psixotrop maddələrə və güclü təsiredən maddələrə məxsus izlər aşkar edilmədi. Cinayət işinin materiallarında olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 2192 nömrəli rəyi ilə müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müaliəcəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özü tərəfindən inkar edilsə də şahidlərin ifadələri, mavfiq istintaq hərəkətlərinin protokolları, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, narkotik vasitələrin və psixiotrop maddələrin satşını həyata keçirməməsi, şübhəli şəxs qismində tutularkən üzərində və yaşadığı evdə heç bir qanunla qadağan olunmuş əşya və ya predmetin olmaması, buna baxmayaraq polis əməkdaşları tərəfindən psixoloji təsir və təzyiqlərə məruz qalması, bunun nəticəsi olaraq ittiham aktında qeyd edilən narkotik vasitərin və psixotrop maddələrin özünə məxsus olması barədə etirafedici izahat verməsi barədə Təqsirləndirilən şəxs ifadəsi işdə olan sübutlarla təsdiq olunmadığına görə qəbul edilə bilməz və cinayət məsuliyyətindən yayınmaq üçün özünümüdafiə məqsədi ilə verilmiş sayılmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli qərarının 26-cı bəndinə əsasən, CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Məhkəmə Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı vermiş olduğu etirafedici ifadəsini mötəbər sübut qismində qəbul edir və sonuncunun ibtidai istintaq zamanı verdiyi ifadəsindən də görünür ki, narkotik vasitələrdən istifadə etmir. Maddi imkansızlıq səbəbindən ilk dəfə narkotik vasitənin alveri ilə məşğul olmaq qərarına gəlmişdir. Belə ki, xx.xx.2024-cü il tarix axşam saatlarında İran İslam Respublikasının vətəndaşı ona məxsus olan mobil telefona “Whatsapp” vasitəsi ilə məkan ataraq narkotik vasitə olan heroin və metamfetaminin yerini bildirmiş, o da Xəzər rayonu, Binə qəsəbəsi Atçılıq massivində yolun kənarında qoyulmuş təxminən 300-400 qram narkotik vasitə olan herion və metamfetamini götürüb yaşadığı Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Dəmiryolçular küçəsi döngə 6 ev 19 ünvanında yerləşən evə gəlib həyətdə olan otağa daxil olmuşdur. Həmin otaqda 7 ədəd qara selofana narkotik vasitə olan heroin və metamfetamin büküb əynində olan ağ qara rəngli dama-dama gödəkçənin sol iç cibinə qoyub evdən çıxmış, qalan narkotik vasitə olan metamfetamini və heroini həmin otaqda olan stulun üzərinə qoymuşdur. Cibində olan 7 büküm narkotik vasitəni İran İslam Respublikasının vətəndaşı Əli adlı şəxsin “Whatsapp” vasitəsi ilə ona atdığı konuma aparan zaman Xəzər rayonu, Mərdəkan qəsəbəsi B.Əliyev küçəsində 3 nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşmış və özlərini polis əməkdaşları kimi təqdim etmişlər. Həmin şəxslər ona bildirmişlər ki, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün PŞ-nə getməlidir. O, etiraz etməmiş, polis əməkdaşları ilə birlikdə Xəzər Rayon Polis İdarəsinin 1-ci PŞ-nin inzibati binasına getmişdir. Orada polis əməkdaşları ona bildirmişlər ki, o, narkotik vasitələrin qəbulunda, gəzdirilməsində və saxlanılmasında şübhəli bilindiyi üçün polis şöbəsinə gətirilmişdir və bundan sonra onu Xəzər Rayon Polis İdarəsinin 1-ci PŞ-nin TQna təhvil vermişlər. Xəzər Rayon Polis İdarəsinin 1-ci PŞ-nin inzibati binasında xidməti otaqda polis əməkdaşlarının iştirakı ilə videoçəkiliş vasitəsi ilə üzərinə şəxsi axtarış keçirmişlər. Üzərinə şəxsi axtarış keçirməzdən əvvəl ona üzərində hər hansı bir qadağan olunmuş əşya və maddə olub-olmadığını soruşmuşlar və o, əynində olan ağ qara rəngli dama-dama gödəkçənin sol iç cibində olan 7 ədəd qara selofana bükülmüş üzəri skoçla bağlanmış, açıldıqda içərisində 7 ədəd qara selofana bükülmüş qəhvəyi rəngli palçıq şəkilli narkotik vasitə olan heroinə bənzər maddə və 6 ədəd qara selofana bükülmüş ağ rəngli kristal şəkilli narkotik vasitə olan metamfetaminə bənzər maddəni təqdim etmişdir. Bundan sonra polis əməkdaşları onun üzərinə şəxsi axtarış keçirmişlər və əynindən üzərindən heç bir qeyri qanuni maddə və əşya aşkar edilməmişdir. Polis əməkdaşları üzərinə şəxsi axtarış keçirilməsinə dair protokol tərtib etmişlər. Tərtib olunmuş protokolu ucadan oxumuşlar. Düz yazdıqları üçün o, da protokolu imzalamışdır. Bundan sonra polis əməkdaşları onun və ailə üzvlərinin razılığı ilə yaşadığı ünvan 5 ünvanına baxış keçirməyə getmişlər. Yaşadığı evin həyətində daxil olan zaman darvazadan sağ tərəfdə yerləşən otaqda olan stulun üzərində ağ rəngli sellofan torbanın içərisində olan qəhvəyi rəngli palçıq şəkilli narkotik vasitə olan heroini, şəffaf sellofanın içərisində olan ağ rəngli kristal şəkilli psixotrop maddə metamfetamini, orada olan iki ədə elektron tərəzini, narkotik maddə istifadə etmək üçün falqanı və narkotik vasitələri büküm şəklinə salmaq üçün lazım olan qara sellofanı götürmüşlər. O, ifadəsinə əlavə olaraq bildirmişdir ki, üzərindən aşkar edilmiş narkotik vasitələri İran İslam respublikasının vətəndaşı Əli adlı şəxsin ona atdığı konum əsasında Xəzər rayonu, Binə qəsəbəsi Atçılıq massivində yolun kənarından götürüb evə gətirib bükümləyib onun ona konum atdığı yerə qoyacaqmış, bunun müqabilində İran İslam Respublikasının vətəndaşı Əli adlı şəxs narkotik vasitənin hər qramına görə ona 2 manat pul verəcəkmiş. Qeyd etmişdir ki, ona polis şöbəsində heç kim fiziki və ya psixi güc tətbiq etməmişdir, yuxarıda qeyd etdiklərindən əlavə heç bir cinayət törətməmişdir. Həmin narkotik vasitəni şəxsi istifadə və Əli adlı şəxsin dediyi şəxslərə vermək üçün saxlamışdır. Belə ki, Əli ona demişdir ki, sonra kimə verilməli olduğunu ona bildirəcəkdir. Beləliklə, Təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla - şahidlərin ifadələri, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları, cinayət işinin digər materialları ilə təkzib olunur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə bağlı, yəni satış məqsədi ilə külli miqdarda psixotrop maddə olan metamfetaminin və narkotik vasitə heroinin əldə etməsinə dair ibtidai istintaqın ilkin mərhələsində dindirilərkən verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş etiraf ifadəsi iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadəni də sübut kimi qəbul edir. Həmçinin aparılmış araşdırma zamanı polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs münasibətdə bu və ya digər qanunzidd əməl törətmələri müəyyən olunmadı. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli qərarının izah və tələblərini də rəhbər tutur. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanuna əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir.Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Qeyd olunan Plenum qərarının 14-cü bəndinin 2-ci abzasına əsasən, bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi müəyyən edildikdə, külli miqdar tövsifedici əlamətin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı əsas götürülməli, hər hansı bir növ narkotikin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə əməl (satış məqsədi ilə həmin maddələrin əldə edilməsi, saxlanılması və sair) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilməlidir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş müvafiq siyahıya əsasən təmiz halda 2 qramdan artıq çəkidə narkotik vasitə heroin və təmiz halda 2 qramdan artıq çəkidə psixotrop maddə metamfetamin külli miqdar təşkil edir. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş əməli qəsdən törətmişdir, həmin əməl başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, xarakterizə olunmayan şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində ikisi azyaşlı olmaqla dörd yetkinlik yaşına çatmamış uşağının olmasını onun cəzasını yüngülləşdirən hal qismində nəzərə alır. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə olunmuş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs 17 sentyabr 2008-ci il, 20 may 2010-cu il, 01 fevral 2020ci il və 31 dekabr 2020-ci il təvəllüdlü ikisi azyaşlı olmaqla dörd yetkinlik yaşına çatmamış uşağı var. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 16 fevral 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 17 fevral 2024-cü il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin 16 fevral 2024-cü il tarixdən hesablanması qərara alınmışdır. Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 16 fevral 2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Məһkəmə һesab edir ki, iş üzrə müsadirə edilməli əmlak yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. İş üzrə maddi sübut olub Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin maddi sübutların saxlanılması otağına təhvil verilmiş, ekspert tədqiqatından sonra qalıq çəkiləri 227,478 qram təşkil edən narkotik vasitə - heroin, 93,770 qram psixotrop maddə - metamfetamin, 02 (iki) ədəd elektron tərəzi, 01 (bir) ədəd falqa və 01 (bir) ədəd qara rəngli polietilen torba məhv edilməlidir. Bundan başqa cinayət işinin materiallarına əlavə edilmiş 02 (iki) ədəd “DVD” və 01 (bir) ədəd CD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 130 (yüz otuz) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə məsrəfləri ilə bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında hüquqlarını müdafiə etmiş Bakı şəhəri 26 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 06 manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi pulsuz hüquqi yardıma görə 60 (altmış) iş saatı üçün 360 (üç yüz altmış) manat məbləğində vəsait Bakı şəhəri 26 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 26 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347-349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək qəti olaraq 07 (yeddi) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrumetmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməs müddətinin əvvəli 16 fevral 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınaraq Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin maddi sübutların saxlanılması otağına təhvil verilmiş qalıq çəkiləri 227,478 qram təşkil edən narkotik vasitə - heroin, 93,770 qram psixotrop maddə - metamfetamin, 02 (iki) ədəd elektron tərəzi, 01 (bir) ədəd falqa və 01 (bir) ədəd qara rəngli polietilen torba hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmiş 02 (iki) ədəd “DVD” və 01 (bir) ədəd CD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Təqsirləndirilən şəxs 130 (yüz otuz) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs məhkəmə iclasında göstərdiyi pulsuz hüquqi yardıma görə 60 (altmış) iş saatı üçün 360 (üç yüz altmış) manat məbləğində vəsait Bakı şəhəri 26 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 26 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Elnur Nuriyev (sədrlik edən) Azər Tağıyev Kamran Muxtarov
Məhkəmə qərarları › İş №1(101)-379/2025
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-379/2025
17.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver