Məhkəmə qərarları › İş №1(101)-380/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-380/2024

07.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-380/2024 07.11.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Hüseynov Cavid İbadulla oğlunun sədrliyi, hakimlər İsmayılov Eldar Herov oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, X11, X14 və Cəbizadə Aybəniz Emin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X4 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Bakı Ağır Cinayətlər Məhkəməsi üzrə prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərər çəkmiş şəxslər - Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 və təqsirləndiridlən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Bakı Ağır Cinaytlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xx xxxxxx 1979-cu il tarixdə Şuşa şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işləməyən, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2n 7 saylı Yataqxanası, otaq 50 ünvanında yaşayan, 20 aprel 2023-cü il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Bakı Ağır Cinaytlər Məhkəməsinin 03 noyabr 2023-cü il tarixli qərarına əsasən barəsində axtarış elan edilməklə “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin dəyişdirilib həbs qətimkan tədbiri ilə əvəz olunmuş, 01 sentyabr 2024-cü il tarixdə tutulmuş və faktiki həbsdə olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4 və 32.4, 312.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, aldatma və etibardan suiistifadə etmə yolu ilə özgə əmlakını vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla ələ keçirib dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar qeyrisinin xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemətin rüşvət qismində verilməsinə qeyrilərini vahid niyyətlə təhrik etmişdir. Belə ki, Təqsirləndirilən şəxs aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə Bakı Ağır Cinayətlər Məhkəməsində barələrində məhkəmə baxışında olan 1(101)-307/2022 nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-in 178.2.1, 178.2.2, 178.2.4, 32.4, 312.2 və 320.1-ci maddələri ilə təqsirləndirilən övladları X18 və X2 cinayət məsuliyyətindən azad edilməsində köməklik göstərilməsi ilə bağlı 2022-ci ilin oktyabr ayının əvvəlində özünə cinayətdən xəbərsiz Şahid2 vasitəsi ilə müraciət etmiş Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 Şahavad qızına özünü işgüzar və çoxşaxəli əlaqələrə malik şəxs kimi təqdim edib məhkəmə və hüquq mühafizə orqanlarında işləyən yüksək vəzifəli tanışları vasitəsilə istənilən məsələni həll etmək imkanına malik olduğunu yalandan bildirib, həmin vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Emil Abbasov və Mətləb Hüseynovun xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə, yəni Emil Abbasov və Mətləb Hüseynovun məsuliyyətdən azad edilmələrinin məhkəmə qərarı əsasında mümkün olmasına baxmayaraq, sonuncuların əməlinin daha yüngül maddəyə tövsif edilərək onlara yüngül cəza təyin edilməsi üçün zəruri olan tədbirlərin görülməsinə görə birbaşa yolla özü vasitəsilə maddi nemət qismində 30.000 manat, daha sonra işə vəkil buraxılması və əlavə olaraq müxtəlif məbləğdə pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını 2022ci ilin oktyabr ayının əvvəlində Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq metrosunun yaxınlığında yerləşən “Odun” restoranında görüşləri zamanı Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 aldatmaqla bildirərək, onlarla həmin pul vəsaitinin hissə-hissə verilməsinə dair razılığını alıb, həmin niyyətlə 2022-ci ilin oktyabr ayının əvvəllərində Zərərçəkmiş şəxs1 ünvan 4 ünvanında yerləşən, yaşadığı evin yaxınlığında 1.500 manat, xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs2 tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Gülüstan küçəsində yerləşən «Asim» marketdə quraşdırılmış "xxxx" ödəmə terminalından özünə aid olan "xxxx" ASC-yə məxsus 4098********3178 saylı bank kartına köçürülmüş 1.500 manat, həmin tarixdə Zərərçəkmiş şəxs1 ünvan 4 ünvanında yerləşən yaşadığı evin yaxınlığında cinayətdən xəbərsiz Şahid2 vasitəsi ilə 1.500 manat,xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs1 tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsində fəaliyyət göstərən «Bravo» marketdə quraşdırılmış "xxxx" ödəmə terminalı vasitəsilə özünə aid olan "xxxx" ASC-yə məxsus 4098********3178 saylı bank kartına köçürülmüş 666 manat, həmin gün Zərərçəkmiş şəxs2 tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Gülüstan küçəsində yerləşən «Asim» marketdə quraşdırılmış "xxxx" ödəmə terminalından özünün adına olan "xxxx" ASC-yə məxsus 4098********3178 saylı bank kartına köçürülmüş 1.330 manat, 2022-ci ilin noyabr ayının ortalarında Zərərçəkmiş şəxs1 ünvan 4 ünvanında yerləşən yaşadığı evin yaxınlığında 11.500 manat, həmin gün Zərərçəkmiş şəxs2 Bakı şəhəri, Binəqədi rayonu, Gülüstan küçəsi, “AL” marketin yaxınlığında 8.500 manat, xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs2 Bakı şəhəri, Binəqədi rayonu, Gülüstan küçəsi, “AL” marketin yaxınlığında 3.500 manat, ünvan 5 ünvanında yerləşən «Azərbaycan Kooperasiya Universiteti»-nin qarşısında Zərərçəkmiş şəxs2 cinayətdən xəbərsiz qohumu X9 vasitəsi ilə 1.500 manat, xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs1 ünvan 6 ünvanında yerləşən yaşadığı evin yaxınlığında cinayətdən xəbərsiz Şahid2 vasitəsi ilə 5.000 manat olmaqla göstərilən qaydada Zərərçəkmiş şəxs2 məxsus cəmi 16.330 manat, Zərərçəkmiş şəxs1 məxsus cəmi 20.166 manat məbləğində pul vəsaitini alıb, nağd və nağdsız qaydada şəxsi ehtiyaclarına sərf edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 məxsus ümumilikdə 36.496 (otuz altı min dörd yüz doxsan altı) manat məbləğində pul vəsaitini vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla ələ keçirib dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətinin) icrası ilə əlaqədar Emil Abbasov və Mətləb Hüseynovun xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitini rüşvət qismində verməyə Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 vahid niyyətlə təhrik etmişdir, yəni qeyd olunan bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4 və 32.4,312.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs münasibətdə Azərbaycan Respublikası CM-nin 178.2.4 və 32.4,312.2-ci maddələri ilə irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış, onun etibardan suiistifadə etmə və aldatma yolu ilə zərər çəkmiş şəxslərin xeyli miqdarda əmlakını ələ keçirmədə ehtiva olunan Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan dələduzluq cinayətini törətməkdə təqsirliliyi araşdırılan mötəbər və təkzibolunmaz sübutlarla öz təsdiqini tapsa da, onun Azərbaycan Respublikası CM-nin 32.4,312.2-ci maddəsi ilə nəzərdə tutulan vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar qeyrilərinin xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə özü vasitəsilə birbaşa yolla maddi nemətin vahid niyyətlə rüşvət qismində verilməsinə qeyrilərini təhrik etmə cinayətini törətməkdə təqsirliliyi təsdiq olunmamışdır. Belə ki, cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası CM-nin 178.2.4 və 32.4,312.2-ci maddələri ilə elan edilmiş ittihamla özünü qismən, yəni yalnız CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilərək cinayət işinin btidai istintaqı zamanı verdiyi ifadəsini bir daha təsdiq edib məhkəmədəki ifadəsində göstərdi ki, 2022-ci ilin oktyabr ayının əvvəlində çoxdankı tanışı Şahid2 ona yaxınlaşaraq tanışı Fatmanisə adlı xanımın və Şükür adlı müəllimin övladlarının Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Respublikası CM-in 178.2.1, 178.2.2, 178.2.4, 32.4, 312.2 və 320.1-ci maddələri ilə təqsirləndirilən övladları X18 və X2 barələrində olan cinayət işi üzrə onlara elan edilmiş CM-nin 32.4, 312.2 maddələrinin götürülməklə aşağı həddə cəza verilməsi və ya məsuliyyətindən azad edilmələrində köməklik göstərilməsini xahiş etmişdir. Həmin ərəfələr onun maddi vəziyyəti zəif olduğundan və pula ehtiyacı olduğundan, Aynura maraqlanıb köməklik edəcəyini bildirmişdir. Daha sonra Aynurdan həmin şəxslərin həbs olunma səbəblərini öyrənmişdir. Aynurun deməsinə görə tutulmuş şəxslərin bir qrup şəklində «MİDA» tərəfindən inşa edilmiş mənzilləri ucuz qiymətə ayrılması müqabilində müxtəlif şəxsləri aldatmaqla pullarını ələ keçirib, şəxsləri rüşvət verməyə təhrik etmişlər. O, Aynur vasitəsi ilə həm də onların barəsində olan iş üzrə məhkəmə baxışının yekunlaşmaq üzrə olduğunu da öyrənmişdir. Bu məsələ ilə bağlı həbsdə olan şəxslərin valideyinləri ilə birlikdə görüş təşkil etmiş və 2022-ci ilin oktyabr ayının ilk günlərində Bakı şəhəri, Binəqədi rayonu, «Azadlıq» metrostansiyasının yaxınlığında yerləşən “Odun” restoranında təqsirləndirilən şəxslər Mətləb Hüseynovun anası Zərərçəkmiş şəxs1 və Emil Abbasovun atası Zərərçəkmiş şəxs2la görüşmüşlər. Həmin görüşdə onlar övladlarının hüquqlarını müdafiə edən vəkillərindən narazı olduqlarını və inanmadıqlarını bildirdikdən sonra o, savadlı vəkil tanışının olduğunu və bu işin öhdəsindən gələrək övladlarına ittiham edilmiş Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.4,312.2-ci maddəsinin götürülməsinə nail ola biləcəyini qətiyyətlə bildirmişdir. Bu işin xərcini soruşarkən o, vəkillə danışıb xəbər verəcəyini bildirmişdir. Bundan sonra o, “BHM və Partnyorları” Vəkil bürosunda işləyən vəkil tanışı Şahid1 ilə görüşüb qeyd edilənlərlə bağlı sonuncu ilə müzakirə aparmışdır. Şahid1 da işlə tanış olmaq üçün müqavilə bağlayıb məhkəməyə təqdim etdikdən sonra işə buraxılıb işlə tanış ola biləcəyini 178 və 312-ci maddələr üzrə adətən zərərçəkmişlərlə barışıq əldə edildikdə və ziyan ödənildikdə məhkəmələr tərəfindən aşağı cəza təyin edilməsinin ümumi praktikada şahidi olduğunu bildirmişdir. Həmin şəxslərə elan edilmiş ittiham maddələri ilə o, özü də məsuliyyətə cəlb edilmiş, lakin vurulan zərəri ödədikdən sonra məhkəmə tərəfindən yüngül cəzaya məhkum olunmuşdur. Bu səbəbdən də, o, onlara iş üzrə yeni, savadlı və etibar etdiyi vəkili cəlb edəcəyini, bunun üçün 1.500 manat müqabilində müqavilə bağlamalı olduqlarını, daha sonra onlara prokurorluq və məhkəmədə işləyən yüksək vəzifəli şəxslərlə geniş əlaqələrinin olduğunu və bu işin həll edilməsi üçün 30.000 manat pul lazım olduğunu bildirərək onları inandırmışdır. Bir qədər söhbətdən sonra Fatmanisə qeyd olunan miqdarda pulunun olmadığını bildirdiyi üçün Şükür Abassovla həmin pulu birbaşa yox, hisssə-hissə verəcəklərini bildirərək onunla razılaşmış və vəkilə pulu Fatmanisənin ödəyəcəyini bildirmişdir. Həmin gün və ya növbəti gün maşınla Bakı şəhərində Yasamal rayonu, Xıdır Mustafayev küçəsində Fatmanisənin evinin yaxınlığına gedib orada 1.500 manat pulu götürmüşdür. Bundan sonra maraqlanıb, məhkəmə baxışının tamamlanmaq üzrə olduğunu üöyrənmiş, ona görə də vəkil tanışı Şahid1 valideynlə müqavilə bağlayıb işə vəkil kimi qoşulmasını xahiş etmişdir. Könül ona razılıq verərək müqaviləni tərtib etmiş və valideynlərdən birinə imzalatmağı ona tapşırmışdır. O, Könülə həbsdə olan Emil Abbasovun guya onun qohumu olduğunu bildirib onu inandırmışdır. Könüldən aldığı müqaviləyə də, onun özü valideynlərin əvəzindən imza edib həmin müqaviləni Könülə qaytarmışdır. Bu işin müqabilində Könülə xidmət haqqı olaraq 50 manat pul ödəmişdir. Bundan sonra Könül işə yeni qoşulan vəkil kimi ərizəsini məhkəməyə təqdim edərək işi başqa vaxta təxirə saldırmışdır. Bundan bir neçə gün sonra o, Fatmanisə xanımla əlaqə saxlayaraq, məsələnin həll edilməsi üçün ilkin olaraq 3.000 manat pul tələb etmişdir. Fatmanisə razılaşıb həmin pulun 1.500 manatını yaşadığı evin yaxınlığında Şahid2 yanında versə də, qalan 1.500 manatı Zərərçəkmiş şəxs2 xx.xx.2022-ci il tarixdə, saat 09:24-də onun istifadəsində olan «Leo kart» hesabına göndərmişdir. Təqsirləndirilən şəxs ifadəsinin davamında göstərdi ki, o, 04 noyabr 2022-ci il tarixdə Fatmanisə ilə əlaqə saxlayaraq onların əlavə olaraq 2.000 manat pul verilməli olduqlarını bildirmişdir. Elə həmin gün yəni, 04 noyabr 2022-ci il tarixdə, saat 20:12 radələrində 666 manat məbləği Şahid2 vasitəsilə “Leo kart” hesabına köçürmüşdür. Həmin məbləğin tam yarısını verməyə imkanı çatmadığından yerdə qalan məbləğin yəni, 1.330 manatını Zərərçəkmiş şəxs2 həmin tarixdə, saat 20:49-da "xxxx" ödəmə terminalı vasitəsilə «Leo kart» hesabına köçürmüşdür. Bundan sonra 2022-ci ilin noyabr ayının təxminən ortalarında Könüldən işə əlindən gələn köməkliyi etməsini xahiş etmişdir. Lakin, Könül ona həmin işdə ilk növbədə zərərçəkmişlərə dəymiş ziyanın ödənilməsinin vacib olduğunu, daha sonra məhkəmə tərəfindən hökm çıxarılarkən yüngülləşdirən hal kimi qəbul ediləcəyini bildirmiş, həmçinin ziyan məbləğini ödəmək istədikləri təqdirdə, notariat qaydada ödəmə aparmalarının daha məsləhətli olduğunu bildirmiş, Nərimanov rayonunda tanıdığı notaris olduğunu və onlara köməklik edə biləcəyini demişdir. O, fürsət bilib, Könülün sözlərini Fatmanisəyə bildirmiş, ziyan ödəniləcəyi təqdirdə uşaqlara aşağı cəza veriləcəyini demişdir. Fatmanisə xanımla əlaqə saxlayaraq guya zərərçəkmiş şəxslərdən Kəmalə adlı xanımın şəhid ailəsi olduğu üçün ona 23.000 manat məbləğdə pulu ödəməli olduqlarını bildirmiş, gələcəkdə yuxarı instansiyalara şikayətlər edə biləcəyini deyib Fatmanisəni inandırmışdır. O, Fatmanisəyə övladlarına verilmiş ittihamdan rüşvətverməyə təhriketmə maddəsinin çıxarılması üçün mütləq həmin şəhid ailəsinin zərərinin qaytarılmalı olduğunu, həmin zərəri ödəyəcəkləri halda vəkil Şahid1 həmin zərərçəkmiş şəxsi Nərimanov rayonunda yerləşən notariat kontoruna çağıracağını, sonuncunun zərərin tam ödənilməsi və övladlarından heç bir şikayətlərinin olmaması ilə bağlı notarial təsdiq edilmiş ərizəni alıb məhkəməyə təqdim olunacağını və rüşvətverməyə təhriketmə maddəsinin ittihamdan çıxarılacağını bildirmişdir. Həm Fatmanisə, həm də ki, Zərərçəkmiş şəxs2 həmin zərərçəkmiş şəxsə dəymiş ziyanın qaytarılmasına razı olmuş, qısa bitr müddət sonra Fatmanisə yaşadığı evin qarşısında həmin puldan 11.500 manat, Zərərçəkmiş şəxs2 isə Binəqədi rayonu, Gülüstan küçəsi, AL marketin yaxınlığında 8.500 manat ona pul vermişdir. Bundan bir müddət sonra isə, yəni 24 noyabr 2022-ci il tarixdə, məhkəmə hökmü elan edilməmişdən bir gün əvvəl Şükür və Fatmanisə ilə əlaqə saxlayaraq, güya hakimin əlavə olaraq 10.000 manat pul tələb etdiyini bildirmişdir. Şükür həmin məbləğin 3.500 manatını Binəqədi rayonu, Gülüstan küçəsi, «AL» marketin yaxınlığında onunla görüşüb ona vermiş, 1.500 manat isə Kooperasiya Universitetinin qarşısında yaşayan qohumu bir xanımdan gedib götürməyi xahiş etmişdir. Elə həmin tarixdə, saat 23 radələrində o, Şahid3 vasitəsilə 1.500 manat pulu alıb ona vermişdir. X9 adlı şəxsin adını əvvəllər eşitməmiş, onu tanımamışdır. Həmin qadının adı müstəntiq tərəfindən onun ifadəsində qeyd olunmuşdur. Fatmanisə xanım isə məhkəmə baş tutacağı gün yəni, xx.xx.2022-ci il tarixdə, saat 09:30-da yaşadığı evdə 5.000 manatı ona çatdırması üçün Şahid2 vermiş, Aynur da həmin məbləğin bir hissəsini yəni, 3.696 manatını onun istifadəsində olan «Leo kart» hesabına göndərmiş, yerdə qalan məbləği isə o, bir neçə gün sonra kirayədə yaşadığı Bakı şəhəri, Yasamal rayonu, Məhəmməd Xiyabani küçəsində yerləşən evdə Aynurdan almışdır. 25 noyabr 2022-ci il tarixdə baş tutmuş məhkəmə baxışı başa çatmış və Bakı Ağır Cinayətlər Məhkəmənin hökmü ilə Emin Abbasov və Mətləb Hüseynov hər biri 11 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişlər. Sonradan yuxarı məhkəmələr həmin məhkumların cəzasını 11 ildən 5 ilə endirilmişdir. Cəzalarının 5 ilə endirilməsində onun heç bir köməyi olmamış, zərər çəkmiş şəxslərə heç bir məbləğdə pul verməmiş, hökm elan olunan gün o, heç məhkəmə iclas zalında olmamışdır. O, Fatmanisə ilə Şükürün onu danlayacaqlarından və sonuncuları aldatdığı üçün ona acıqlanacaqlarından ehtiyat edərək məhkəmədən uzaqlaşmış və Fatmanisəyə zəng edərək işin alınmadığını və aldığı pulu qısa zamanda qaytaracağını bildirmişdir. Təqsirləndirilən şəxs ifadəsinin davamında daha sonra göstərdi ki, zərər çəkmişlərə vurulan ziyan onun günahı ucbatıqdan vurulmuşdur. Onlardan 36.496 manat pulu alan şəxzsən o, özü olmuş, həmin pulları zərər çəkmiş şəxslərə vurulmuş zərəri ödəmək lazım olması adı altında, vəkilə vermək adı altında və s. məqsədlərlə almışdır. Vəkilə iki dəfəyə 600 manat, daha sonra 900 manat olmaqla cəmi 1500 manat pul verilmiş, həmin pul, vəkilin problemləri olduğundan, hadisələrdən sonra onun tərəfindən tam qaytarılmış, həmin pul Şükür müəllimə verilmişdir. Heç bir vəzifəli şəxsə pul vermək məqsədilə o, pul almamış, bununla bağlı heç bir niyyəti olmamış və zərər çəkmiş şəxsləri hansısa vəzifəli şəxsə pul və ya rüşvət verməyə təhrik etməmişdir. Ona verilən 312.2-ci maddə ilə özünü təqsirli bilir. Məhkəməyədək icraatda 11.400 manat, sonrakı mərhələdə isə daha 11.000 manat zərər çəkmiş şəxslər Fatmanisə xanıma və Şükür müəllimə qaytarmış, qalan hissəni isə qısa zaman ərzində ödəməyi öhtəsinə götürümşdür. Cinayət işinə məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, oğlu Mətləb Hüseynov DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsi tərəfindən dələduzluğa görə tutulmuş, cinayət işi istintaq edilmiş, həmin cinayət işi üzrə oğlundan başqa daha 2 nəfər qabaqcadan əlbir olan bir qrup şəxs kimi Cinayət Məcəlləsinin 178.2.2 və 32.4,312.2-ci maddələri ilə məhkəməyə - Bakı Ağır Cinayətlər Məhkəməsinə verilmişdir. Həmin 3 nəfərdən biri baxılan iş üzrə zərər çəkmiş Zərərçəkmiş şəxs2 oğlu Emil Abbasov olmuşdur. O, Zərərçəkmiş şəxs2 ilə məhz bu məsələ ilə bağlı tanış olmuş, sonralar valideyn kimi aralarında normal münasibətlər yaranmışdır. O və digər məhkumların valideynləri əslində CM-nin 32.4,312.2ci maddəsi ilə razılaşmamışlar. Zərər çəkmiş Zərərçəkmiş şəxs1 ifadəsinin davamında göstərdi ki, 2022-ci ilin oktyabr ayının əvvəllərində oğlu Mətləbin məhkəmədə olan işi ilə bağlı tanışı Şahid2 ilə təsadüfi söhbət apararkən Aynur bu işdə kömək edə biləcək bir tanışının olduğunu bildirmiş və köməkliklə bağlı tanışı ilə görüşüb dəqiqləşdirdikdən sonra ona xəbər edəcəyini bildirmişdir. O, Zərərçəkmiş şəxs2la əlaqə saxlayaraq Şahid2 ilə olan söhbətini ona demiş, Aynurun yüksək vəzifəli şəxslərlə sıx əlaqəsi olan Təqsirləndirilən şəxs adlı tanışının övladlarına verilmiş ittihamdan 32.4,312.2-ci maddəni çıxara biləcəyini və övladlarına aşağı həddə cəza verilməsində köməklik edə biləcəyini bildirmişdir. O, və Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs və Şahid2 ilə görüşmək və bu barədə danışmaq qərarına gəlmiş, Aynurgillə razılaşıb 2022-ci ilin oktyabr ayının əvvəllərində Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq metrosunun yaxınlığında yerləşən “Odun” restoranında Təqsirləndirilən şəxs, Şahid2 və Yamənin tanışı Şahid3 adlı şəxslərlə görüşmüşlər. Onlar görüşdükdən sonra onlar Təqsirləndirilən şəxs onun kim olması, hansı işlə məşğul olması ilə maraqlanmışlar. Təqsirləndirilən şəxs övladlarının cinayət işindən məlumatlı olduğunu, ittiham edildiyi rüşvətverməyə təhriketmə maddəsinin ittihamdan çıxarılmasına köməklik göstərə biləcəyini, bunu özünün deyil, Baş prokurorluğun və Bakı Ağır Cinayətlər Məhkəməsinin rəhbər vəzifəli şəxslərinin vasitəsilə həll edəcəyini, bunun müqabilində 30.000 manat pul verilməli olduğunu bildirmişdir. Onlar ilkin olaraq inanmasalar da, həmin maddənin istintaqın sonunda əlavə edildiyini və o maddənin haqsız olaraq əlavə edildiyini düşündüklərindən, Təqsirləndirilən şəxs vəd etdiyini həll edə biləcəyinə inanmış və hər ikisi razılaşmışlar. Bundan sonra Təqsirləndirilən şəxs vədini yerinə yetirə bilməsi üçün ilkin olaraq Şahid1 vəkil kimi işlərə cəlb edilməli olduğunu, bunun üçün 1.500 manat pul verilməli olduğunu bildirmişdir. Həmin vaxt oğlunun dövlət hesabına təyin olunmuş Azər adlı vəkili olmuşdur. Zərərçəkmiş şəxs2 həmin vaxt pulunun olmadığını bildirərək pulu verməkdən imtina etmiş, o isə vəkilə ödənilməsi adı ilə tələb edilən 1.500 manatı özünün verəcəyinə söz vermişdir. Tələb olunan 1.500 manatı 2022-ci ilin oktyabr ayının əvvəllərində Yasamal rayonunda yaşadığı evin yaxınlığında yerləşən «Həmid-market»in qarşısında Təqsirləndirilən şəxs idarə etdiyi ağ rəngli, markasını xatırlamadığı avtomobildə əyləşən Şahid2 və Şahid3 yanında Yamənə vermişdir. Bundan bir neçə gün sonra Yamən onunla əlaqə saxlayaraq məsələnin həll edilməsi üçün əlavə olaraq baş prokurorluğun rəhbər vəzifəli şəxslərinə verilməsi adı ilə 3.000 manat pul tələb etmişdir. O, bununla əlaqədar Zərərçəkmiş şəxs2la əlaqə saxlamış, 22 oktyabr 2022-ci il tarixdə, səhər saatlarında Şükür həmin məbləğin 1.500 manatını Bakı şəhəri, Binəqədi rayonu, Gülüstan küçəsində yerləşən Asim marketdə olan "xxxx" ödəmə terminalı vasitəsilə Təqsirləndirilən şəxs hazırda xatırlamadığı “Leo bank” kartına göndərmiş, qalan 1.500 manatı isə o, Yasamal rayonu ərazisində Şahid2 və Fazilin iştirakı ilə şəxsən Təqsirləndirilən şəxs vermişdir. Zərər çəkmiş Zərərçəkmiş şəxs1 ifadəsinin davamında göstərdi ki, bundan bir neçə gün sonra Təqsirləndirilən şəxs təkrarən onunla əlaqə saxlamış, əlavə olaraq 2.000 manat verməli olduqlarını bildirmiş, bununla bağlı 04 noyabr 2022-ci il tarixdə, saat 20 radələrində tələb edilən məbləğin 1.320 manatını Şükür "xxxx" ödəmə terminalı vasitəsilə Təqsirləndirilən şəxs kartına göndərmiş, o isə Aynurla birlikdə saat 20 radələrində Bakı şəhəri Yasamal rayonu Şərifzadə küçəsində fəaliyyət göstərən «Bravo» marketə gedərək orada quraşdırılmış "xxxx" ödəmə terminalı vasitəsilə 666 manat pulu Təqsirləndirilən şəxs göndərdiyi “Leo bank” kartına göndərmişdir. Bundan başqa, zərər çəkmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, 2022-ci ilin noyabr ayının ortalarında Təqsirləndirilən şəxs Şahid2 ilə birlikdə, övladlarının barəsində olan cinayət işinə baxan Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Zeynal Ağayevlə görüşüb məsələ barəsində danışıb bu barədə ona və Zərərçəkmiş şəxs2 məlumat verəcəyini bildirmiş, onlar isə buna razılaşmışlar. Təqsirləndirilən şəxs hakimlə görüşə Şahid2 ilə birlikdə gedəcəyini bildirmişdir. Həmin gün axşam saatlarında Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 və onunla əlaqə saxlayaraq hakimlə danışdığını, övladlarının barəsində baxılan cinayət işi üzrə zərərçəkmiş şəxslərə dəymiş 23.000 manat ziyanı bağlamalı olduqlarını bildirmiş, əks təqdirdə yuxarı instansiyalara şikayətlər ediləcəyini, övladlarına verilmiş ittihamdan rüşvətverməyə təhriketmə maddəsinin çıxarılması üçün mütləq həmin zərəri qaytarmalı olduqlarını onlara demişdir. Yamən vəkil Şahid1 zərərçəkmiş şəxsi Nərimanov rayonunda yerləşən notariat kontoruna çağıracağını, sonuncunun zərərin tam ödənilməsi və övladlarından heç bir şikayətlərinin olmaması ilə bağlı notarial təsdiq edilmiş ərizəsini alacağını, həmin ərizənin köməyi ilə də məhkəmədə rüşvətverməyə təhriketmə maddəsinin ittihamdan çıxarılacağını bildirmişdir. Onlar Yamənin təklifi ilə razılaşmış və zərəri ödəməyi qərara almışlar. Odur ki, o, həmin məbləğin özünün payına düşən 11.500 manatını 2022-ci ilin noyabr ayının ortalarında yaşadığı ünvanın yaxınlığında Təqsirləndirilən şəxs idarə etdiyi ağ rəngli avtomobildə Şahid2 yanında Yamənə vermişdir. Zərərçəkmiş şəxs2 isə öz payına düşən 11.500 manatı düzəldə bilmədiyinə görə Yamənə pulun yalnız 8.500 manatını verə biləcəyini bildirmiş, Təqsirləndirilən şəxs da bununla razılaşmışdır. Bakı şəhəri, Binəqədi rayonu, Gülüstan küçəsi, «AL market»in yaxınlığında Təqsirləndirilən şəxs Şahid3, Şahid2 və onun iştirakıyla Zərərçəkmiş şəxs2 ilə görüşmüş, görüş zamanı Zərərçəkmiş şəxs2 onların yanında 8.500 manatı Yamənə vermişdir. Yamən qalan məbləği yaxın günlərdə verməsini Şükürdən tələb etmiş və Zərərçəkmiş şəxs2 da həmin təkliflə razılaşmışdır. 24 noyabr 2022-ci il tarixdə Yamən onunla və Zərərçəkmiş şəxs2la əlaqə saxlayaraq guya hakimin əlavə olaraq 10.000 manat pul tələb etdiyini bildirdiyindən Zərərçəkmiş şəxs2 tələb edilən məbləğin özünün üzərinə düşən hissəsinin, yəni 5.000 manatın 3.500 manatını Binəqədi rayonu, Gülüstan küçəsi, «AL market»in yaxınlığında Təqsirləndirilən şəxs və Şahid3 vermişdir. Qalan 1.500 manat isə Kooperasiya Universitetinin qarşısında Zərərçəkmiş şəxs2 qohumu X6 vasitəsi ilə Şahid3 verilmişdir. 25 noyabr 2022-ci il tarixdə saat 09:30-da Şahid2 onun yaşadığı evə gəldiyi zaman isə o, Yamənə çatdırması üçün 5.000 manatı sonuncuya vermişdir. Sonra Yamənlə zəngləşdiyi vaxt Yamən həmin gün məhkəmə iclası keçiriləcəyini, pulu məhkəmənin vəzifəli şəxslərinə verəcəyini, hakimin də müvafiq maddəni ittihamdan çıxaracağını bir daha bildirmişdir. Elə həmin gün onlar məhkəməyə getmiş lakin, məhkəmə övladlarının hər biri barəsində 11 il azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Bundan bir saat sonra Yamən onunla əlaqə saxlayaraq 1 saat ərzində alınmış ümumi məbləği qaytarılacağını bildirsə də, bir neçə gün ondan hər hansı bir xəbər çıxmamış, onlar Yamənlə əlaqə saxlaya bilməmişlər. Həmin tarixdən sonra Zərərçəkmiş şəxs2 və o, vəkil kimi onlara təqdim edilən Şahid1 da Təqsirləndirilən şəxs və digərləri ilə əlbir olduğunu düşünərək barəsində Vəkillər Kollegiyasına müraciət etmiş, onun barəsində araşdırma başlanılmışdır. Bundan sonra Şahid1 Zərərçəkmiş şəxs2la görüşərək bu işdə vəkil olması müqabilində hər hansı məbləğdə pul almadığını, Təqsirləndirilən şəxs zəhmət haqqını verəcəyini vəd etməsinə baxmayaraq ona pul vermədiyini bildirmişdir. O, Təqsirləndirilən şəxs tərəfindən aldanıldığı üçün barəsində qanuna müvafiq tədbir görülməsi üçün Baş Prokurorluğa müraciət etdiyi zaman Şahid3 və Şahid2 da Yamənlə əlbir olduqlarını düşünsə də, aparılmış istintaq zamanı Təqsirləndirilən şəxs Şahid3lə və Şahid2 ilə əlbir olmadıqlarını müəyyən etmiş, o, yalnız Təqsirləndirilən şəxs tərəfindən aldadılaraq pulunun ələ keçirildiyini öyrənmişdir. Zərər çəkmiş Zərərçəkmiş şəxs1 ifadəsinin yekununda göstərdi ki, etdiyi şikayətlərdən sonra Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə dəfələrlə əlaqə saxladıqdan sonra ona və Zərərçəkmiş şəxs2 ümumilikdə hissə-hissə 11.466 manat pul ödəmişdir. Cinayət nəticəsində Zərərçəkmiş şəxs2 ümumilikdə 16.300 manat zərər dəymişdir. Ödənilmiş məbləğin 4.666 manatı ona, 6800 manat məbləği isə Zərərçəkmiş şəxs2 qaytarılmışdır. Axırıncı məhkəmədən sonra Yamən hakimin 10 min manatı qaytaracağını onlara demişdir. O, Yamənə verilməsi üçün AccesBankdan 15.000 manat pul götürmüş, buna görə ayda banka 800 manat pul ödəmişdir. Yamənə «işləri alınmayıbsa, az-az pulumu qaytar, mən borcumu ödəyim» demişdir. Əvvəl az-az ödəsə də, sonralar ödənişi dayandırmışdır. Onun banka olan kreditləri ödənilməmiş qalmışdır. Yamən onun qızlarının kartlarına da sonralar, yəni iş məhkəməyə getdikdən sonra ödənişlər etmiş, nəticədə Yamənin ona 10.176 manat ödənilməmiş bocu qalmışdır, ki, həmin məbləğ Yaməndən tələb etməkdədir. Cinayət işinə məhkəm əbaxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs2 məhkəməyədək icraat mərhələsində vermiş olduğu ifadəsini bir daha təsdiq edib göstərdi ki, onu oğlu X18 barəsində 2021-ci ildə qabaqcadan əlbir olan bir qrup şəxs kimi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 32.4,312.2-ci maddələri ilə Bakı Ağır Cinayətlər Məhkəməsində cinayət işinə baxılmışdır. İbtidai istintaq və məhkəmə proseslərində təqsirləndiridlən şəxslərdən X2 anası Zərərçəkmiş şəxs1 ilə tanış olmuş, valideyn kimi aralarında normal münasibətlər yaranmışdır. İbtidai istintaqın ilkin mərhələlərində övladları yalnız CM-in 178-ci maddəsi ilə, yəni dələduzluqla məsuliyyətə cəlb edilmiş, lakin istintaqın sonlarında onlara əlavə olaraq rüşvət verməyə təhrik etmə, yəni CM-nin 32.4,312.2-ci maddəsi ilə də ittiham elan edilmişdir. Onlar və məhkumlar özləri CM-nin 32.4,312.2-ci maddəsi ilə razı olmamışlar. 2022-ci ilin oktyabr ayının əvvəllərində Zərərçəkmiş şəxs1 onunla əlaqə saxlayaraq Şahid2 adlı tanışının olduğunu, Aynurla övladlarının vəziyyəti barədə danışdıqlarını, Aynurun yüksək vəzifəli şəxslərlə sıx əlaqəsinin olduğunu bildirdiyi Təqsirləndirilən şəxs adlı tanışının övladlarına verilmiş ittihamdan rüşvətverməyə təhrik etmə maddəsini çıxara biləcəyini bildirmişdir. O, əvvəlcə inanmamış, lakin Fatmanisə xanımın təkidi vəm xahişi ilə 2022-ci ilin oktyabr ayının əvvəllərində Bakı şəhəri, Binəqədi rayonu, «Azadlıq» metrostansiyasının yaxınlığında yerləşən “Odun” restoranında Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs, Şahid2 və Şahid3 adlı şəxslərlə görüşüb tanış olmuş və Təqsirləndirilən şəxs kimliyi ilə maraqlanmışlar. Yamən övladlarının cinayət işindən məlumatlı olduğunu, onların ittiham edildiyi rüşvətverməyə təhriketmə maddəsinin ittihamdan çıxarılmasına və aşağı cəza verilməsində baş prokurorluğun və Bakı Ağır Cinayətlər Məhkəməsinin rəhbər vəzifəli şəxslərinin vasitəsilə köməklik göstərə biləcəyini və bunun müqabilində 30.000 manat pul verməli olduqlarını bildirmişdir. CM-nin 32.4,312.2-ci maddəsi istintaqın sonunda ittihama əlavə edildiyindən onlar Təqsirləndirilən şəxs vəd etdiyini həll edə biləcəyini düşünmüş və hər ikisi razılaşmışlar. Təqsirləndirilən şəxs vədini yerinə yetirməsi üçün ilkin olaraq Şahid1 adlı vəkilin işə cəlb edilməli olduğunu, bunun üçün vəkillə müqaviləyə görə vəkilə 1.500 manat pul verilməli olduğunu bildirmişdir. Həmin vaxt o, pulu olmadığını bildirmiş, həmin məbləği verməkdən imtina etmiş, amma Fatmanisə vəkilə ödənilməsi adı ilə tələb edilən 1.500 manatı pulu özünün verəcəyini bildirmişdir. 2022-ci ilin oktyabr ayının əvvəlində Təqsirləndirilən şəxs Fatmanisədən sonuncunun yaşadığı Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən evinə gedib həmin məbləği ondan almışdır. Bir neçə gün sonra Yamən Fatmanisə xanımla əlaqə saxlayaraq, məsələnin həll edilməsi üçün baş prokurorluğun rəhbər vəzifəli şəxslərinə verilməsi adı ilə 3.000 manat tələb etmiş, Fatmanisə xanım bununla əlaqədar onunla əlaqə saxlamış, o, Bakı şəhəri, Binəqədi rayonu, Gülüstan qəsəbəsində yerləşən «Asim» marketdə quraşdırılmış "xxxx" ödəmə terminalı vasitəsilə xx.xx.2022-ci il tarixdə, saat 09:24-də 1500 manat pulu Təqsirləndirilən şəxs istifadəsində olan «Leo banka» məxsus kart hesabına göndərmişdir. Sonra isə Fatmanisənin 1.500 manat pulu Təqsirləndirilən şəxs Şahid2 və Fazilin iştirakı ilə verdiyini öyrənmişdir. Bir neçə gün sonra Təqsirləndirilən şəxs təkrarən Fatmanisə xanımla əlaqə saxlamış əlavə olaraq 2.000 manat verilməli olduğunu bildirmişdir. Bununla bağlı tələb edilən məbləğin Fatmanisə xanım tərəfindən 04 noyabr 2022-ci il tarixdə, saat 20:12 radələrində 666 manat məbləği Şahid2 vasitəsilə Təqsirləndirilən şəxs göndərdiyi “Leo bank” kartına köçürülmüşdür. Fatmanisənin həmin məbləği tam verməyə imkanı çatmadığı üçün yerdə qalan məbləği yəni, 1.330 manatını o, 04 noyabr 2022-ci il tarixdə, saat 20:49-da Bakı şəhəri, Binəqədi rayonu, Gülüstan qəsəbəsində yerləşən «Asim» marketdə qurraşdırılmış "xxxx" ödəmə terminalı vasitəsilə Təqsirləndirilən şəxs ona daha əvvəl mobil telefonla şifrəsini verdiyi «Leo banka» məxsus hesab kartına köçürmüşdür. Zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs2 ifadəsinin davamında göstərdi ki, 2022-ci ilin noyabr ayının ortalarında Təqsirləndirilən şəxs Şahid2 ilə birlikdə Fatmanisə xanıma və ona övladları barəsində olan cinayət işinə baxan Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Zeynal Ağayevlə görüşüb məsələ barəsində danışacağını, ondan sonra bu barədə məlumat verəcəyini bildirmiş, onlar da razılaşmışlar. Təqsirləndirilən şəxs hakimlə görüşə Şahid2 ilə birlikdə gedəcəyini bildirmişdir. Həmin gün axşam saatlarında Təqsirləndirilən şəxs Fatmanisə xanım və onunla əlaqə saxlayaraq hakimlə danışdığını, övladlarının barəsində baxılan cinayət işi üzrə zərərçəkmiş şəxslərin birinin şəhid ailəsi olduğunu, həmin şəxsə 23.000 manat zərər vurulduğunu, Kəmalə adlı həmin xanımın yuxarı instansiyalara şikayətlər etdiyini, övladlarına verilmiş ittihamdan rüşvətverməyə təhriketmə maddəsinin çıxarılması üçün mütləq həmin şəhid ailəsinin zərərinin qaytarılmalı olduğunu bildirmiş, həmin zərəri ödəyəcəkləri halda vəkil Şahid1 həmin zərərçəkmiş şəxsi Nərimanov rayonunda yerləşən notariat kontoruna çağıracağını, sonuncunun zərərin tam ödənilməsi və övladlarından heç bir şikayətlərinin olmaması ilə bağlı notarial təsdiq edilmiş ərizə alacağını, həmin ərizənin vasitəsilə də məhkəmədə rüşvətverməyə təhriketmə maddəsinin ittihamdan çıxarılacağını onlara izah etmişdir. Onlar da razılaşmışlar. Fatmanisə xanım 2022-ci ilin noyabr ayının ortalarında yaşadığı ünvanın yaxınlığında Təqsirləndirilən şəxs idarə etdiyi ağ rəngli avtomobildə Şahid2 yanında öz payına düşən pulu Təqsirləndirilən şəxs vermişdir. O, isə öz payına düşən 11.500 manatı düzəldə bilmədiyini, Yamənə pulun yalnız 8.500 manatını verə biləcəyini bildirdikdə Yamən razılaşmışdır. Bakı şəhəri, Binəqədi rayonu, Gülüstan küçəsi, «AL market»in yaxınlığında Təqsirləndirilən şəxsla Şahid3, Şahid2, Zərərçəkmiş şəxs1 iştirakı ilə görüşmüş, görüş zamanı onların yanında 8.500 manatı Yamənə vermişdir. Yamən isə qalan məbləği yaxın günlərdə verməyi ondan tələb etmiş, o isə razılaşmışdır. Zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs2 ifadəsinin davamında daha sonra göstərdi ki, 24 noyabr 2022-ci il tarixdə Yamən onunla və Fatmanisə ilə əlaqə saxlayaraq, guya hakimin əlavə olaraq 10.000 manat pul tələb etdiyini bildirmişdir. Bundan sonra o, Binəqədi rayonu, Gülüstan küçəsində yerləşən «AL market»in yaxınlığında Təqsirləndirilən şəxs və Şahid3lə görüşmüş, tələb edilən məbləğin onun payına düşən 5.000 manatın 3.500 manatını görüş zamanı Yamənə vermiş, qalan 1.500 manatı isə Kooperasiya Universitetinin qarşısında yaşayan qohumu X5 gedib götürməyi xahiş etmişdir. Həmin tarixdə, saat 23 radələrində Şahid3 Cəmilə Bədəlova ilə görüşüb Yamənə çatası 1.500 manat pulu ondan almışdır. Fatmanisə isə məhkəmə baş tutacağı gün, yəni 25 noyabr 2022-ci il tarixdə, saat 09:30-da yaşadığı evdə 5.000 manatı Təqsirləndirilən şəxs çatdırması üçün Şahid2 verdiyini ona bildirmişdir. Yamənin verdiyi vədlərə görə onların övladlarına verilmiş 312-ci maddə ittihamdan çıxarılmalı və onlara daha yüngül cəza verilməli idi. Lakin 25 noyabr 2022-ci il tarixdə baş tutmuş məhkəmə prosesi başa çatdırılmış, məhkəmənin hökmü ilə övladlarının hər birinə 11 il azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Elan edilmiş hökmdən bir saat sonra Təqsirləndirilən şəxs Fatmanisə ilə əlaqə saxlayaraq, təxminən 1-2 saat ərzində alınmış ümumi məbləğin qaytarılacağını bildirsə də, Yamən görüşlərdən qaçmağa çalışmış, zənglərə də cavab verməmişdir. Belə olduqda o, aldadaraq pullarını ələ keçirdiyi üçün Fatmanisə vasitəsi ilə Yaməni hüquqmühafizə orqanlarına müraciət edəcəyi barədə xəbərdan etmişdir. Həmin tarixdən sonra o, vəkil kimi təqdim edilən Şahid1 da Təqsirləndirilən şəxs və digərləri ilə əlbir olduğunu düşünərək Könül barəsində Vəkillər Kollegiyasına müraciət etmiş, orada araşdırma aparılmağa başlamışdır. Bundan sonra Şahid1 onunla görüşərək bu işdə vəkil olması müqabilində hər hansı məbləğdə pul almadığını, Təqsirləndirilən şəxs zəhmət haqqı olaraq ona pul verəcəyini vəd etməsinə baxmayaraq ona pul vermədiyini bildirmişdir. Zərərçəkmiş şəxs2 ifadəsinin davamında daha sonra göstərdi ki, müraciəti əsasında hərtərəfli araşdırma aparılmış, bu işdə Şahid3 və Şahid2 Yamənlə əlbir olmadıqları müəyyən edilmişdir. o, yalnız Təqsirləndirilən şəxs tərəfindən aldadılaraq pulunun ələ keçirildiyini öyrənmişdir. Etdiyi şikayətdən sonra Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs1 ümumilikdə 6.166 manat, ona isə istifadəsində olan «Kapital Bank» kart hesabına hissə-hissə ümumilikdə 5.300 manat pulu qaytarılmış, daha sonra Zərərçəkmiş şəxs1 tərəfindən Yamən tərəfindən köçürülmüş məbləğ üzrə 1.500 manat pul onun kartına köçürülmüşdür. Beləliklə ümumilikdə Yamənə verdiyi 16.300 manat puldan ona cəmi 6.800 manat pul qaytarılmışdır. Hazırda ona vurulan maddi zərərin ödənilməmiş hissəsini Yaməndən tələb etməkdədir. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Şahid1 cinayət işinin məhkəməyədək icraatı mərhələsində ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq edib göstərdi ki, 2012-ci ildən Vəkillər Kollegiyasının üzvüdür və “BHM və Partnyorları” Vəkil Bürosunda vəkil kimi fəaliyyətini davam etdirir. 2022-ci il noyabr ayının əvvəllərində ona özünü «Polad» kimi təqdim edən, adının Təqsirləndirilən şəxs olduğunu sonradan öyrənib bildiyi şəxs zəng edərək onun mobil nömrəsini vergidən keçmiş iş yoldaşı Elmanın verdiyini bildirmiş, qohumu Emil Abbasovun tutulduğunu, onun öz vəkili olduğunu, lakin məhkəmənin son iclası olduğunu və hökm oxunacağını bildirərək, zərərçəkmiş şəxsin şəhid ailəsi olduğunu, şəhid ailəsinə dəymiş ziyanı ödəmək niyyətində olduqları üçün təyin olunmuş məhkəmə iclasını təxirə saldırmaq üçün xahiş etmişdir. Belə ki, o, yeni vəkil kimi işə daxil olmalı və pulu qaytarmaları üçün vaxt qazanmış olsunlar. O, Yamənlə 50 manat xidmət haqqı müqabilində razılaşaraq təqsirləndirilən şəxsin yaxın qohumu ilə müqavilə bağlamaq lazım olduğunu, gələcəkdə bu işdə hüquqlarını müdafiə edəcəyi Emil Abbasovun vəsiqəsini, doğum haqqında şəhadətnaməsini götürüb ona yaxınlaşmalarını bildirmişdir. Bundan sonra Yamən «Qış Parkı»nın yaxınlığında işlədiyi büroya gələrək həmin sənədləri ona təqdim etmişdir. Yamən məhkəmənin yekunlaşmasına az bir vaxt qaldığını bildirərək, prosesin təxirə salınması üçün ərizə və orderi məhkəmənin dəftərxanasına təqdim etmək lazım olduğunu demişdir. O, məhkəmə iclası başlayacağını nəzərə alaraq, təcili olduğu üçün hazırladığı və imzaladığı müqaviləni Yamənə vermişdir ki, Zərərçəkmiş şəxs2 tez imzalatdırıb ona təqdim etsin. Sonradan yəni, imzalatdırıb geri qaytardıqdan sonra o, dərhal orderini təxir ərizəsilə birlikdə məhkəməyə göndərmişdir. Təqsirləndirilən şəxs müdafiə etdiyi şəxsin mənafeyi üçün məhkəmənin təxirə düşməsinin zəruri olduğunu, həmçinin bu işdə Azərbaycan Respublikasının CM-in 32.4,312.2-ci maddəsi üzrə ittihamın çıxarılmasında onlara bir vəkil kimi kömək etməyi xahiş etmişdir. Sonradan 1 dəfə iclasda iştirak etmək barədə təklifə baxmayaraq, Yamən Emilin valideynlərinin pulu hələ tam düzəldə bilmədiyini bildirərək, sonrakı iki iclasda da iştirak etməyini xahiş etmişdir. Vəkil olaraq müdafiədən imtina etmək hüququ olmadığı üçün daha 2 iclas, cəmi 3 iclasda vəkil olaraq Emilin işində vəkil kimi iştirak etmiş, adı hökmə də əlavə edilmişdir. İlk məhkəmə iclasında ona 1 qadın yaxınlaşaraq uşaqların işinin taleyini soruşduqda o, 178-ci maddə üzrə vurulmuş zərər ödənilmədən, zərərçəkmişlərlə barışmadan təqsirləndirilənlərə güzəşt olmayacağını bildirmişdir. Ona müraciət edən qadın Zərərçəkmiş şəxs1 olmuş, o, əvvəlcə sonuncunun Emil Abbasovun anası olduğunu düşünmüşdür. Lakin sonradan Zərərçəkmiş şəxs2 ondan kollegiyaya şikayət yazdıqdan sonra sonuncu ilə görüş zamanı Şükür ona həmin qadının digər təqsirləndirilən şəxs Mətləb Hüseynovun anası olduğunu bildirmişdir. Hətta məhkəmədə də, onu vəkil kimi Emilə hakim təqdim etdiyi zaman ailəsi tərəfindən onunla müqavilə bağlanmasını bildiyini və onu vəkil olaraq qəbul etmiş, lakin sonralar Zərərçəkmiş şəxs2 şikayətini notarial ərizə ilə geri götürmüş və onun haqqında yanlış fikirdə olduğunu bildirmişdir. Şahid1 ifadəsinin davamında göstərdi ki, ilk iclasdan sonra Zərərçəkmiş şəxs2 onunla görüşmək istəyərkən Yamən ona zəng edərək Şükürlə görüşməyini və hər şeyin yaxşı olacağını deməyi ondan xahiş etmişdir. Lakin o, Şükürə ya düzünü, yəni uşaqların ağır cəza alacağını deyəcəyini, ya da Şükürlə, ən yaxşı halda görüşməyəcəyini bildirmiş, çünki valideynləri yalandan ümidləndirmək istəməmişdir. Yamən də, Zərərçəkmiş şəxs2 vəkilin vaxtının olmadığını və onunla görüşə bilmədiyini bildirmişdir. O, hüquqlarını müdafiə etdiyi Emil Abbasovun son məhkəmə prosesində də iştirak etmiş, Emil Abbasov barəsində azadlıqdan məhrum etmə cəzası təyin edildiyi tarixdə Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 görməmişdir. Xidmət haqqı olaraq X8 filialına onunçün 50 manat pul ödəniş ödəniş qəbzini ona Təqsirləndirilən şəxs təqdim etmişdir. Bundan əlavə o, nə Yaməndən və nə də zərər çəkmiş şəxsdən hər hansı məbləğdə pul almamışdır. Yamənin vəkilə pul ödənilməsi adı ilə Zərərçəkmiş şəxs2 pul almasından onun məlumatı olmamışdır. Təqsirləndirilən şəxs və ya Zərərçəkmiş şəxs2la sonuncunun övladı ilə bağlı, Emil Abbasova elan edilmiş Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.4,312.2ci maddəsi üzrə ittihamın çıxarılması ilə bağlı söhbətlər aparılarkən Baş prokurorluğun və Bakı Ağır Cinayətlər Məhkəməsinin rəhbər vəzifəli şəxslərinin adının çəkilməsi və bunun müqabilində Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 hissə-hissə olmaqla ümumilikdə 36.500 manat pulu tələb edərək ələ keçirməsi barədə heç bir məlumatı olmamış, o, yalnız vəkil kimi Emil Abbasovun hüquqlarını müdafiə etmək üçün məhkəmə prossesində iştirak etmişdir. Təqsirləndiriən şəxslər E.Abbasov və M.Hüseynovun valideyinləri tərəfindən məhkəmə prossesi zamanı zərərçəkmişlərə pul ödənilməsi halları olmamışdır. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Şahid2 ifadəsində göstərdi ki, o, Zərərçəkmiş şəxs1 2018-ci ildən, Zərərçəkmiş şəxs2 isə 2022-ci ildən Zərərçəkmiş şəxs1 görə tanımışdır. Belə ki, 2022-ci ilin oktyabr ayında Zərərçəkmiş şəxs1 Yasamal rayonunda yerləşən evində olarkən onun əvvəldən tanıdığı oğlu Mətləb Hüseynovun həbsdə olması barədə məlumat almışdır. Belə ki, X20 və Babaratma Sadıqzadə adlı şəxslərlə birlikdə Azərbaycan Respublikasının CM-in 178.2.1, 178.2.2, 178.2.4, 32.4, 312.2 və 320.1-ci maddələri ilə təqsirləndirildiklərini və işlərinə Bakı Ağır Cinayətlər məhkəməsində baxıldığını öyrənmişdir. Eşitdiyinə görə onlar müxtəlif şəxsləri guya Bakı şəhəri Yasamal rayonu ərazisində Mənzil İnşaat Dövlət agentliyi (MİDA) tərəfindən inşa edilmiş sosial evlərin ucuz qiymətə ayrılması adı ilə aldadıb onların pullarını ələ keçirmişlər. Fatmanisə ilə aralarında olan söhbət zamanı anası Fatmanisə Mətləbə elan olunmuş CM-in 32.4,312.2-ci maddəsinin götürülməsində kömək edə biləcək adam axtardığnı bildirmişdir. O, da əvvəllər Təqsirləndirilən şəxs adlı tanışının olduğunu, həmin şəxsin geniş əlaqələri olduğunu və yüksək vəzifəli şəxslərlə münasibəti olduğunu bildiyi üçün Yamənlə əlaqə saxlayaraq bu işdə köməklik göstərə bilib-bilməyəcəyini dəqiqləşdirib, Fatmanisəyə xəbər edəcəyini sonuncuya söz vermişdir. O, bununla bağlı Yamənlə danışıq aparmış, Yamən Fatmanisənin oğlunun işinin yüngülləşdirilməsində ona kömək edə biləcəyini bildirmiş, o, da öz növbəsində bu barədə Fatmanisəyə məlumat vermiş, danışıqları əsnasında Fatmanisəyə Yamən adlı tanışının olduğunu, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 32.4,312.2-ci maddələri ilə təqsirləndirilməklə İstintaq Təcridxanasında saxlanılan X2 və onunla həmin cinayətdə iştirak edən tanışlarının işinin yüngülləşdirilməsində kömək edə biləcəyini bildirmişdir. Fatmanisə ona inandığı üçün Yamənlə görüşüb ətraflı söhbət aparmaq istədiyini demiş və oğlu ilə birlikdə həbsdə olan Emil Abbasova da köməklik etməsi üçün sonuncunun atasını da görüşə gətirəcəyini bildirmişdir. O da bu barədə Yamənə məlumat vermiş və razılaşdıqdan sonra 2022-ci ilin oktyabr ayının əvvəllərində Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq metrosunun yaxınlığında yerləşən “Odun” restoranında təqsirləndirilən şəxs Mətləb Hüseynovun anası Zərərçəkmiş şəxs1 və digər təqsirləndirilən Emil Abbasovun atası Zərərçəkmiş şəxs2la o, və Yamən görüşmüşlər. Həmin görüşdə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 vəzifəli şəxslərin, həmçinin tanıdığı savadlı vəkil vasitəsi ilə onların övladlarının işində Cinayət Məcəlləsinin 32.4,312.2-ci maddəsinin götürülməsinə köməklik edə biləcəyini bildirmişdir. Onlar bu işin xərcini Yaməndən soruşarkən Yamən vəkillə danışıb xəbər verəcəyini bildirmişdir. Bundan sonra Yamən “BHM və Partnyorları” Vəkil bürosunda vəkil işləyən tanışı Şahid1 ilə görüşüb qeyd edilənlərlə bağlı müzakirə aparacağını demişdir. Bir neçə gün sonra Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 ilə əlaqə saxlayaraq vəkil kimi Şahid1 bu işdə çıxış edəcəyini, həmçinin işlə şifahi tanış olduqdan sonra qeyd edilən şəxslərə ittiham edilmiş Cinayət Məcəlləsinin 32.4,312.2-ci maddəsinin əsassız olduğunu bildirib həmin maddə ilə elan edilmiş ittihamın xitam edilməsinə nail olacağına çalışacağını və bunun üçün vəkillə müqavilə bağlanmalı, işə buraxılmalı və bu bağlanacaq müqavilə haqqı olaraq 1.500 manat pul alacağını bildirmişdir. Bu söhbətdən 2 gün sonra o, Təqsirləndirilən şəxs ilə Fatmanisənin Yasamal rayonunda yerləşən evinə gedərək görüşmüş və Yamən vəziyyəti onlara izah etmişdir. Fatmanisə vəkilə müqavilə üçün 1.500 manat pul verməyə razılaşdıqdan sonra Yamən onun iştirakıyla Fatmanisədən 1500 manat pulu almışdır. Bir gün sonra Yamən və o, yenidən Fatmanisəgilə gedərək işlərin qaydasında olduğunu, Emin Abbasov və Mətləb Hüseynova verilmiş ittihamdan Cinayət Məcəlləsinin 32.4, 312.2-ci maddəsinin xitam edilməsi üçün 30.000 manat pul lazım olduğunu, həmin pulun vəkil vasitəsilə lazımi adamlara çatdırılacağını bildirmişlər. Bir qədər söhbətdən sonra Fatmanisə o miqdarda pul əlində olmadığı üçün Şükür Abassovla həmin pulu birbaşa yox hisssə-hissə verəcəklərini bildirmişdir. Bundan bir neçə gün sonra Yamən Fatmanisə xanımla əlaqə saxlayaraq, məsələnin həll edilməsi üçün ilkin olaraq 3.000 manat pul tələb etmişdir. Həmin pulun 1500 manatını Fatmanisə Yamənə şəxsən evində onun yanında versə də, qalan 1500 manatı Zərərçəkmiş şəxs2 Yamənə məxsus “Leo Bank”-a aid bank kartına göndərmişdir. 2-3 gün sonra Yamən təkrarən Fatmanisə xanımla əlaqə saxlayaraq əlavə olaraq 2.000 manat verilməli olduğunu bildirmişdir. Elə həmin gün Zərərçəkmiş şəxs2 Yamənə məxsus “Leo Bank”-a aid bank kartına 1.332 manat, Fatmanisə xanım isə 666 manat pul göndərmişdir. Şahid2 ifadəsinin davamında göstərdi ki, 2022-ci ilin noyabr ayının təxminən ortalarında Təqsirləndirilən şəxs Fatmanisə və Zərərçəkmiş şəxs2 iş üzrə zərərçəkmiş şəxslərdən birinin şəhid ailəsi olduğunu, onlara qarşı övladları tərəfindən 23.000 manat dələduzluq edildiyini, həmin ailənin yaxını olan Kəmalə adlı xanımın yuxarı instansiyalara şikayətlər etdiyini bildirmiş, onların övladlarına verilmiş ittihamdan rüşvətverməyə təhriketmə maddəsinin çıxarılması üçün mütləq həmin şəhid ailəsinin zərərinin qaytarılmalı olduğunu demişdir. Təqsirləndirilən şəxs deməsinə görə onlar həmin zərəri ödəyəcəkləri halda, vəkil Şahid1 həmin zərərçəkmiş şəxsi Nərimanov rayonunda yerləşən notariat kontoruna çağıracağını, sonuncunun zərərin tam ödənilməsi və övladlarından heç bir şikayətlərinin olmaması ilə bağlı notarial təsdiq edilmiş ərizəni alacağını, həmin ərizə vasitəsilə də məhkəmədə rüşvətverməyə təhriketmə maddəsinin ittihamdan çıxarılacağını bildirmişdir. Həm Fatmanisə xanım, həm də ki, Zərərçəkmiş şəxs2 həmin zərərçəkmiş şəxsə dəymiş ziyanın qaytarılmasına razı olmuşlar. Elə həmin ərəfədə həmin puldan 11.500 manatını Fatmanisə Yamənə onun iştirakıyla yaşadığı evin qarşısında, Zərərçəkmiş şəxs2 isə dəqiq miqdarını bilmədiyi, qara bükülü şəkildə pulu inəqədi rayonu, Gülüstan küçəsində yerləşən «AL market»in yaxınlığında vermiş, lakin sonradan Şükürün verdiyi həmin məbləğin 8.500 manat olduğunu öyrənmişdir. Bundan başqa, Şahid2 ifadəsində göstərdi ki, Yamən onun yanında Fatmanisə və Şükürə Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Zeynal Ağayevlə görüşə gedəcəklərini bildirmiş və onlar X21 kimi təqdim etdiyi şəxslə görüşə getmişlər. O, Zeynal Ağayevi şəxsən tanımasa da, Yamən görüşdüyü adamın Zeynal Ağayev olduğunu bildirmişdir. Görüş zamanı o, kənarda dayandığı üçün söhbətin məzmununu eşitməmişdir. Yamən həmin görüşdən sonra artıq məsələnin həll olunduğunu bildirmişdir. Yamənin ona Zeynal Ağayev kimi təqdim etdiyi şəxs orta boylu, kök bədən quruluşlu, təxminən 45-50 yaşlarda, bığsız, tünd saçları olan bir şəxs olmuşdur. 24 noyabr 2022-ci il tarixdə Yamən onlara hakimin əlavə olaraq 10.000 manat pul istədiyini bildirmişdir. Bu səbəbdən də, Yamənin sözü ilə o, Fatmanisə xanımdan sonuncunun yaşıdığı evdən 5.000 manat pulu alıb, səhər saat 12:10-da Yasamal rayonu Şərifzadə küçəsində yerləşən «Asan xidmət»də quraşdırılmış "xxxx" ödəmə terminalı vasitəsi ilə Təqsirləndirilən şəxs adına olan «Leobank» kart hesabına 3.696 manat göndərmiş, yerdə qalan məbləği isə nağd şəkildə Bakı şəhəri, Yasamal rayonu, Yeni-Yasamal rayonu M.Xiyabani küçəsində əvvəllər kirayədə yaşadığı mənzildə Yamənə vermişdir. Daha sonra Zərərçəkmiş şəxs2 da Yamənə özü və qohumu vasitəsi ilə həmin məbləği çatdırdığını Zərərçəkmiş şəxs2 özündən eşitmişdir. 25 noyabr 2022-ci il tarixdə isə Bakı Ağır Cinayətlər Məhkəməsi Emin Abbasov və Mətləb Hüseynovun hər birini 11 il azadlıqdan məhrumetmə cəzasına məhkum etmişdir. Yamən işin alınmadığını görüb Fatmanisə xanımla əlaqə saxlayaraq aldığı pulları qısa zamanda qaytaracağını bildirmiş və onun bildiyi qədər həmin puldan bir qismini də qaytarmış və pulun qalan hissəsini qaytaracağına dair söz vermişdir. Şahid2 ifadəsinin yekununda göstərdi ki, məhkəmə hökmü elan olunduqdan bir müddət sonra Yamən əldə etdiyi pulları qaytaracağına dair söz versə də, pulu vaxtında qaytarmadığı üçün o da narahatlıq keçirməyə başlamışdır. X10 fotoşəkli qarşısına çıxmış və Yamənlə görüşə getdiyi zaman ona təqdim etdiyi başqa bir şəxsin olduğunu dəqiqləşdirmiş və Yamənin onları aldatdığına tam əmin olmuşdur. O, Yamənin həmin şəxsləri aldatdığını bilməmiş, özü də Yamənə inanmışdır. Təqsirləndirilən şəxs həmin şəxslərdən aldığı puldan ona hər hansı bir məbləğdə pul verməmişdir. Daha sonra cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Şahid3 ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs 10 ilə yaxın bir müddətidə tanımış, Yamənin qardaşı Amir ilə birlikdə bir müddət Bakıda bir neçə restoranda ofisiant işləmişlər. Həmin vaxtdan da Amirin qardaşı kimi tanıdığı Təqsirləndirilən şəxsla yoldaşlıq münasibətləri yaranmışdır. Boş vaxtları çox olduğundan Yamənlə tez-tez görüşmüşlər. 2022-ci ilin oktyabr ayının təxminən əvvəllərində o, Təqsirləndirilən şəxsla birlikdə olarkən Yamən ona bir nəfərlə görüşməli olduğunu bildirmiş və adlarını sonradan bildiyi Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1, Şahid2 ilə Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq metrosunun yaxınlığında yerləşən “Odun” restoranında görüşmüşlər. Lakin o, bir- iki dəqiqə oturduqdan sonra bayıra siqaret çəkməyə çıxmış, sonra isə maşının yanında dayanaraq Yamənin çıxmağını gözləmişdir. Onlar içəridə olduqları müddətdə onların nə barədə danışdıqlarından məlumatı olmamışdır. Daha sonra bir neçə dəfə də, Yamən onunla birlikdə Fatmanisənin Yasamal rayonu ərazisindəki evinə getsə də, danışdıqlarına fikir verməmiş, apardıqları danışıqlardan məlumatsız olmuşdur. Şahid3 ifadəsinin davamında göstərdi ki, 2022-ci ilin təxminən noyabr ayında o, Yamənlə birlikdə olarkən Binəqədi rayonunda, Gülüstan küçəsi, «AL market»in yaxınlığında Şükür və bir neçə nəfərin görüşdüyünün şahidi olmuş, lakin o, həmin vaxt maşının içərisində əyləşmiş, Yamən isə avtomobildən düşərək kənarda onlarla danışmış, Yamənin onlardan hər hansı məbləğdə pul aldığını görməmiş və ya eşitməmişdir. O, görüşlərin bir neçəsində Yamənlə birlikdə getsə də, Yamənin Fatmanisə və Şükürlə hansı məqsədlə görüşmələrini dəqiq bilməmiş, yalnız gedən söhbətlərdən Yamənin onlara hansısa işləri ilə bağlı köməklik göstərmək istədiyini başa düşmüşdür. Şahid3 ifadəsində, həmçinin göstərdi ki, 2022-ci ilin noyabr ayında Yamən ondan bir nəfərdən Kooperasiya universitetinin qarşısında adını xatırlamadığı bir xanımdan 1500 manat pulu götürüb ona çatdırmağı xahiş etmişdir. O da öz növbəsində axşam vaxtı Kooperasiya universitetinin qarşısına getmiş və orada ona yaşlı bir qadın yaxınlaşaraq Yamənə çatdırması üçün ona 1500 manat pul vermişdir. O, həmin pulu qadından alıb Yamənin yaşadığı ev tərəfdə Yamənin özünə çatdırmışdır. Lakin həmin xanımın pulu hansı məqsədlə Yamənə göndərdiyini o, bilməmişdir. Qadını ilk dəfə görmüş, onun adını və ya anket məlumatlarını bilməmiş, yalnız araşdırma zamanı həmin qadının Zərərçəkmiş şəxs2 qohumu olduğunu öyrənmişdir. Lakin sonralar Fatmanisə ona bir-iki dəfə zəng edərək Yamənlə əlaqə saxlaya bilmədiyini demiş və ondan sonuncunu tapmaqda köməklik istəmişdir. O da Yamənə bu barədə məlumat vermiş, Fatmanisə ilə əlaqə saxlamasını tapşırmışdır. Təqsirləndirilən şəxs hazırki dövrədək Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 aldadıb aldığı pulların bir qismini qaytardığını o, Yamənin özündən eşitmişdir. Yamənin Şükürdən və Fatmanisədən hansı məqsədlə pul alıb aldatdığını yalnız araşdırma zamanı bilmişdir. O, görüşlərdə getsə Yamənlə qeyrilərinin arasında gedən söhbətlərə müdaxilə etməmiş, yalnız kənarda dayanıb Yaməni gözləmişdir. Yamən aldığı pullardan ona hər hansı məbləğdə pul verməmişdir. İş üzrə Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə baxışı zamanı tədqiq olunan sənədlərlə də təsdiq edilmişdir. Belə ki, işdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 tərəfindən təqdim edilmiş "xxxx" terminalına məxsus üç ədəd qəbzlərə və Təqsirləndirilən şəxs, Şahid2 və Şahid3lə aralarında «WhatsApp» mobil tədbiqi vasitəsi ilə aparılmış danışıqlarla bağlı səs yazılarının və yazışmaların qeydə alındığı 2 ədəd «Verbatim CD-R» CD formatlı diskə baxış keçirilməsi haqqında 27 mart 2023-cü il tarixli protokoldan aşağıdakılar müəyyən edildi: - 1-ci üzərində «Verbatim CD-R» (700MB/80Min,52X CD-R) yazıları olan ağ parıltılı diskə daxil olarkən müəyyən edildi ki, Tras01-cda. Tras02-cda. Tras03-cda. Tras04-cda. Tras05-cda. Tras06-cda. adlı səs yazıları olan fayllar aşkar olunur, Tras01-cda. adlı fayla daxil olub dinlədikdə Şahid3 Şahid2 ilə aralarında aparılmış söhbətdən müəyyən olunur ki, Fazil Yamənin sözlərindən sonuncunun hissə-hissə də olsa pulları qaytarılacağını Aynura bildirir, Tras02-cda. adlı fayla daxil olub dinlədikdə müəyyən olunur ki, Təqsirləndirilən şəxs Şahid3 şəhərdə olmadığını bildirərək Aynurla əlaqə saxlamağı və ona Fatmanisə ilə Şükürün pullarını ayın 28-nə kimi çatdıracağını, bu günə kimi dözüb gözlüyüblərsə, bir qədər də gözləmələrini, heç bir problem olmadığını və ola da bilməyəcəyini Aynura deməsini tapşırmış, sonuncunun Fatmanisə ilə Şükürə çatdırmasını xahiş etmişdir. Tras03-cda. Tras04-cda. adlı fayllara daxil olub dinlədikdə müəyyən olunur ki, Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs arasında aparılmış danışıqlarda Yamənin Fatmanisənin istifadəsində olan qızlarının kartına əldə etdiyi pulların məbləğləri ilə müzakirə apardıqlarını və ödəmələrlə bağlı qəbzlərin olduğunu, Yamən ona pulu qaytaracağını bildirərək onu arxayın etməsi müəyyən olundu. Tras05-cda. Tras06-cda. adlı fayllara daxil olub dinlədikdə müəyyən olunur ki, Zərərçəkmiş şəxs1 Şahid2 ilə Yamənin onları aldatmaları, pulu qaytaracağına söz versə də, qaytarmaması və Yaməndən necə və hansı yolla pulun geri almaları ilə bağlı söhbətlər aparmışlar. - 2-ci üzərində «Verbatim CD-R» (700MB/80Min,52X CD-R) yazıları olan ağ parıltılı diskə daxil olarkən müəyyən edildi ki, WhatsApp İmage 2023-02-21 at 11.06.29.jpeg, WhatsApp İmage 2023-02-21 at 11.06.30.jpeg, WhatsApp İmage 2023-02-21 at 11.10.18.jpeg, WhatsApp İmage 2023-02-21 at 11.10.38.jpeg və WhatsApp İmage 2023- 02-21 at 11.10.50.jpeg telefonun ekranından çəkilmiş yazışmalar və qəbzlərin fotoşəkilləri vardır. Tədqiq olunan protokoldan görünür ki, həmin fayllara baxdıqda Təqsirləndirilən şəxsla aparılmış yazışmalarda onun yalan məlumatlar verdiyi, şəxsləri aldadıb pullarını ələ keçirməsi və pulların geri qaytarılması ilə bağlı aparılmış yazışmalar və X3 adına olan son 8 rəqəmi 62917954 №-li “Leobank” kart hesabına xx/xx/2022 tarixdə, saat 19:02:24-də 2000 AZN pulun köçürülməsi barədə, fotoşəkildə tam görünməsə də, Lalə Nüsrəddin qızının adına olan son 8 rəqəmi 58029673 №-li kart hesabına 1500 AZN pulun köçürülməsi, "xxxx" terminalına məxsus qəbzdə Təqsirləndirilən şəxs istifadəsində olan son 8 rəqəmi 65063178 №-li “Leobank” kart hesabına xx/xx/2022 tarixdə, saat 20:12-də 666 AZN pulun köçürülməsi barədə mobil telefonun ekranından çəkilmiş yazışmalar və qəbzlərin fotoşəkilləri müəyyən olunmuşdur. Daha sonra, tədqiq olunan protokoldan görünür ki, işdə olan üç ədəd "xxxx" terminalına məxsus qəbzlərə baxış keçirilən zaman 1-ci qəbzin üzərində Modenis MMC VÖEN№ **********, nömrəsi 73389, Terminal nömrəsi 481, Terminal ünvanı-ünvan 11 market, tarix xx.xx.2022 09:24:56, “Leobank”, ödənilən məbləğ: AZN 1500,00, daxil edilən məbləğ: AZN 1500,00, Ad, soyad, ata adı: Təqsirləndirilən şəxs, Kartın son 8 rəqəmi: 65063178, əməliyyat nömrəsi: 596138592, Xahiş edirik məbləğ hesaba köçürülənədək qəbzi özünüzdə saxlayın, müştəri xidmətləri Tel:012404-48-88, Email Elektron ünvan 1, ünvanı Bakı, Nərimanov rn, Albert Aqarunov küç.7A.yazılarının olduğu müəyyən edilmişdir. 2-ci qəbzin üzərində MPEY QSC VÖEN№ **********, nömrəsi 3853, Terminal nömrəsi 4773, Terminal ünvanı-Bravo Supermarket, Yasamal rayonu, A.M.Şərifzadə küç 66, məhəllə 3142, tarix 04.11.22 20:12, “Leobank” ödənilən məbləğ: AZN 666,00, daxil edilən məbləğ: AZN 666,00, Kartın son 8 rəqəmi: 65063178, S.A.A. Təqsirləndirilən şəxs, əməliyyat nömrəsi: **********, Xahiş edirik məbləğ hesaba köçürülənədək qəbzi özünüzdə saxlayın, müştəri xidmətləri Tel:012404-48-88, Email Elektron ünvan 2, ünvanı Bakı, Nərimanov rn, Albert Aqarunov küç.7B. yazılarının olduğu müəyyən edilmişdir. Ən nəhayət, 3-cü qəbzin üzərində Modenis MMC VÖEN№ **********, nömrəsi 73956, Terminal nömrəsi 481, Terminal ünvanı-ünvan 11 market, tarix 04.11.22 20:49:26, Leobank ödənilən məbləğ: AZN 1330,00, daxil edilən məbləğ: AZN 1330,00, Ad, soyad, ata adı: Təqsirləndirilən şəxs, Kartın son 8 rəqəmi: 65063178, əməliyyat nömrəsi: **********, Xahiş edirik məbləğ hesaba köçürülənədək qəbzi özünüzdə saxlayın, müştəri xidmətləri Tel:012404-48-88, Email Elektron ünvan 1, ünvanı Bakı, Nərimanov rn,Albert Aqarunov küç.7A. yazılarının olduğu müəyyən edilmişdir. Tədqiq olunan protokoldan, həmçinin görünür ki, baxış zamanı Təqsirləndirilən şəxs bank hesab kartına 1500, 666, 1330 manat məbləğində pulların vurulması, onun tərəfindən Zərərçəkmiş şəxs1 istifadəsində olan qızları Leylanın adına olan kart hesabına 2000 manat, Lalənin adına olan kart hesabına 1500 manat pul köçürməsi təsdiq olunmuşdur (iş vərəqə: cild İ, səh.41-43). Bundan başqa, işdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan Təqsirləndirilən şəxs təqdim etdiyi, adına olan “Leobank” "xxxx" ASC-yə məxsus 4098********3178 nömrəli bank kartından edilmiş çıxarışa baxış keçirilməsi haqqında 17 aprel 2023-cü il tarixli protokoldan görünür ki, həmin kart hesabına «Leobank” "xxxx" ASC-yə məxsus 4098********3178 nömrəli bank kartından edilmiş çıxarışdan görünür ki, xx.xx.2022-ci il tarixdə, saat 09:26:38-də 1.500 manat, xx.xx.2022-ci il tarixdə, saat 20:12:35-də 666 manat, xx.xx.2022-ci il tarixdə, saat 20:51:39-da 1.330 manat və xx.xx.2022-ci il tarixdə, saat 12:10:25-də 3.696 manat məbləğində pul vəsaiti "xxxx" terminalı vasitəsi ilə mədaxil edilmiş və həmin pul vəsaitləri üzrə nağdsız qaydada əməliyyatlar aparılmışdır. Tədqiq olunan həmin protokoldan, həmçinin görünür ki, baxış zamanı Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Şahid2 verdikləri ifadələri ilə və təqdim etdikləri "xxxx" terminalına məxsus qəbzlərlə Təqsirləndirilən şəxs təqdim etdiyi hesabdan çıxarışlar arasında uyğunluq olduğundan və həqiqətən də, qeyd edilən tarixlərdə Zərərçəkmiş şəxs1 tərəfindən xx.xx.2022-ci il tarixdə 666 manat, Zərərçəkmiş şəxs2 tərəfindən xx.xx.2022-ci il tarixdə 1500 və xx.xx.2022-ci il tarixdə 1330 manat və Şahid2 tərəfindən xx.xx.2022-ci il tarixdə 3.696 manat məbləğində pul vəsaitləri Təqsirləndirilən şəxs adına olan Leobank "xxxx" ASC-ə məxsus 4098********3178 nömrəli bank kartına "xxxx" terminalı vasitəsi ilə köçürülməsi müəyyən edilmişdir(iş vərəqə: cild İ, səh.122-134). Cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan ibtidai istintaq orqanının “sübutların qiymətləndirilməsi barədə” 25 aprel 2023-cü il tarixli qərarından görünür ki, məhkəmədə tədqiq edilmiş "xxxx" terminalına məxsus üç ədəd qəbzlər və «WhatsApp» mobil tətbiqi vasitəsi ilə aparılmış danışıqlarla bağlı səs yazıları və yazışmaların qeydə alınması ilə bağlı 2 ədəd «Verbatim CD-R» CD formatlı disklər və «Leobank” "xxxx" ASCyə məxsus 4098********3178 nömrəli bank kartından edilmiş çıxarış iş üzrə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir(iş vərəqə: cild İ, səh.228-244). Daha sonra məhkəmə baxışı zamanı tədqiq edilmiş Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 noyabr 2022-ci il tarixli hökmündən görünür ki, X7 və X18 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4, 32.4, 312.2 və 320.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək hər biri 11 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişlər(iş vərəqə: cild İ, səh.135- 150). Beləliklə, məhkəmə tam, hərtərəfli və obyektiv araşdırma aparıb, tədqiq olunan sübutlar toplusuna məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs oğlunun etibardan sui-istifadə etmə və aldatma yolu ilə zərər çəkmiş şəxslərin xeyli Təqsirləndirilən şəxs miqdarda əmlakını ələ keçirmədə ehtiva olunan Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddələri ilə nəzərdə tutulan dələduzluq cinayətini törətməkdə təqsirliliyi araşdırılan mötəbər və təkzibolunmaz sübutlarla təsdiqini tapdığından onun cinayət əməli bu hissədə ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə düzgün ixtisaslaşdırılmışdır. Lakin məhkəmə baxışı nəticəsində Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 32.4,312.2-ci maddəsi ilə nəzərdə tutulan vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar qeyrilərinin xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə özü vasitəsilə birbaşa yolla maddi nemətin vahid niyyətlə rüşvət qismində verilməsinə qeyrilərini təhrik etmə cinayətini törətməkdə təqsirliliyi təsdiq olunmamışdır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə tərəfindən Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə tövsif edilməli, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalı, lakin Azərbaycan Respublikası CM-nin 32.4, 312.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsiri sübuta yetirilmədiyindən ona bəraət verilməlidir. Belə ki, "Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarının 1ci bəndində qeyd olunur ki, Cinayət Məcəlləsinin İX bölməsinin iyirmi üçüncü fəslində nəzərdə tutulmuş başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirməsinə, yaxud da əmlak hüquqlarının əldə etməsinə yönəlmiş olsun. Həmin qərarın 5-ci bəndində məhkəmələrə tövsiyə olunur ki, şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarından irəli gələn və yuxarıda qeyd olunan tövsiyyələr, müəyyən olunduğu kimi, Azərbaycan Respublikası CM-nin 178-ci maddəsində ehtiva olunan əlamətlər Təqsirləndirilən şəxs cinayət əməlində əhatə olunur. Azərbaycan Respublikası CM-nin 7.1-ci maddəsinin tələbinə görə yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri (burada: Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi) müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onu Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə cinayət məsuliyyətindən və cəzadan azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs zərər çəkmiş şəxslərə msəxsus xeyli miqdarda əmlakı aldatma və etibardan istifadə etmə yolu ilə talama cinayətini törətməkdə təqsirsizliyi ilə bağlı bu və ya sair formada dəlil gətirməmiş, cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq məqsədilə müdafiə üsulu seçməmiş, əksinə tutduğu əməldən səmimi peşimanlığını bildirmişdir. Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası CM-nin 32.4,312.2-ci maddəsi ilə irəli sürülmüş ittihamın təsdiq olunmamasına gəldikdə isə məhkəmə belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 32.4,312.2-ci maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinə bilməz. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəmənin Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 2015-ci il 11 iyun tarixli Qərarının 36-cı bəndində göstərilmişdir ki, şəxs, o cümlədən müvafiq səlahiyyətləri olmayan vəzifəli şəxs rüşvətxorluqda vasitəçilik etmək adı altında hər hansı hərəkətin (hərəkətsizliyin) edilməsinə görə səlahiyyətli vəzifəli şəxsə vermək adı ilə digər şəxsi rüşvət verməyə təhrik etdikdə və vədinə əməl etmək niyyətində olmayaraq pul və ya sair nemətləri ondan alıb ələ keçirdikdə onun əməli həm dələduzluq (Cinayət Məcəlləsinin 178ci maddəsi), həm də rüşvət verməyə təhrik etmə (Cinayət Məcəlləsinin 32.4, 312-ci maddələri) kimi qiymətləndirilir. Məhkəmə baxışı zamanı isə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs cinayət hadisəsinin baş verdiyi mərhələdə heç bir yerdə işləməmiş, onun Azərbaycan Respublikasında fəaliyət göstərən hər hansı məhkəmə instansiyası ilə bağlılığı, o cümlədən Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri, və konkret olaraq X7 və X12 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 178.2.4, 32.4, 312.2 və 320.1-ci maddələri ilə təqsirlənmələrinə dair işə baxan məhkəmə tərkibi ilə yaxından-uzaqdan əlaqəsi olmamış, ona bu sahələrdə qanunla müəyyən olunan vəzifə və ya səlahiyyətlər verilməmişdir. Müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs faktiki zərər görmüş şəxslərə məxsus əmlakı əldə edərək onların verilməsinin şərtləri ilə bağlı, yəni barələrində cinayət işinə baxan hakimə və ya qeyri-müəyyən vəzifəli şəxsə rüşvət verməklə onların xeyrinə qərar qəbul elətdirəcəyi barədə götürdüyü öhdəlikləri yerinə yetirmək niyyətində olmamış və nəticədə cinayət işində adı keçən müəyyən şəxslərə faktiki maddi zərər vurulmuşdur. Həmçinin müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmışdır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikasında fəaliyət göstərən hər hansı məhkəmə instansiyası ilə istər faktiki və istərsə də dolayısı ilə hər hansı bir bağlılığının olması, məhkəmə haikmləri ilə yaxından və ya uzuqdan münasibətlərinin olması, baxılan iş üzrə törənmiş cinayət hadisəsinə hər hansı aidiyyətlərinin olması müəyyənləşdirilməmişdir. Məhkəmə “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1, 178-ci maddələrinin və 312-ci maddəsinin qeyd hissəsinin əlaqəli şəkildə şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 iyul 2022-ci il tarixli Qərarına istinadən qeyd edir ki, hüquq ədəbiyyatında belə fikir ifadə olunur ki, yalançı vasitəçinin hərəkətləri rüşvət verməyə təhrik kimi qiymətləndirilə bilməz, çünki yalançı vasitəçinin niyyəti bütün digər iştirakçılarla birgə bir cinayət əməlini törətməyə (rüşvət verməyə) deyil, digər şəxslərin əmlakını ələ keçirməyə şərait yaratmağa yönəlmişdir. Rüşvət verməyə təhrik kimi görünən hərəkətlər əslində dələduzluğun üsuludur. Bundan əlavə, yalançı vasitəçi rüşvət verənlə rüşvət alan arasında korrupsiya razılaşmasının əldə olunmasına çalışmır, ona görə də onun əməli korrupsiya cinayətinin obyektinə zərər vura, yəni dövlət orqanlarını nüfuzdan sala bilməz. Yalançı vasitəçinin niyyəti dövlət qulluğunun mənafeyinə deyil, müstəsna olaraq əmlak münasibətlərinə zərər vurmağa yönəlmişdir. Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirliliyinin sübuta yetirilməməsi (maddə 42.1.4.) əsasları ilə bəraət hökmü çıxarılır. Lakin məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası CM-nin 32.4,312.2-ci maddəsi üzrə irəli sürülmüş ittiham təsdiq olunmadığından məhkəmə çıxışları mərhələsində dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Bakı Ağır Cinayətlər Məhkəməsi üzrə prokuroru Dövlət ittihamçısı Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4,312.2-ci maddəsi üzrə irəli sürülmüş ittihamdan, həmin ittihamın məhkəmə baxışı zamanı təsdiq edilməməsi əsası ilə imtina edərək Təqsirləndirilən şəxs barəsində CM-nin 32.4,312.2-ci maddəsi ilə olan ittihamın ümumi ittihamdan xaric olunmasını və cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxılan iş üzrə təqdim olunan sübutları tam, obyektiv və hərtərəfli araşdıraraq belə nəticəyə gəlmişdir ki, dövlət ittihamçısının ittihamdan imtinası əsaslı olduğundan təmin olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 314.2-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı dövlət ittihamçısı qanunun tələblərini və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanan öz daxili inamını rəhbər tutur. Məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxsə elan edilmiş ittiham məhkəmə baxışı zamanı təsdiq edilmədikdə, o, həmin ittihamdan imtina etməyə haqlıdır. Məhkəmə baxışı zamanı dövlət ittihamçısının və xüsusi ittihamçının ittihamın müdafiəsindən imtina etdikləri halda (yekun məhkəmə qərarının çıxarılması üçün məhkəmənin müşavirə otağına getməsindən əvvəl) məhkəmə bu Məcəllənin 43.1-ci maddəsinin müddəalarına əsasən cinayət təqibinə xitam verməlidir. Həmin Məcəllənin 43.1 və 43.1.1-ci maddələrinə əsasən dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. Cinayət işinə məhkəmə baxışı zamanı işdə olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin əməliyyat-sorğu arayışından və müvafiq məhkəmə hökməndən görünür ki, Məmmədov X15 Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib qəti olaraq 1 (bir) il 5 (beş) ay 04 (dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir(iş vərəqə: cild İ, səh.107). Məhkəmə baxışı zamanı əldə olunmuş Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli, GK-169 saylı və Bakı şəhər Probasiya İdarəsinin xx.xx.2024-cü il tarixli, 22113 saylı arayışları ilə müəyyən edilmişdir ki, Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü üzrə Təqsirləndirilən şəxs təyin olunan 1 (bir) il 5 (beş) ay 04 (dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası çəkilməmiş və bununla da sonuncunun həmin hökm üzrə olan məhkumluğu ödənməmişdir. Azərbaycan Respublikası CM-nin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Lakin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 18.4.4-cü maddəsinin tələbləri baxımından Təqsirləndirilən şəxs məhkumluğunun ödənilməməsi, onun barəsində residivin müəyyən edilməsi zamanı nəzərə alınmayacaq, həmçinin CMnin 61-ci maddəsinə əsasən cəza təyin olunarkən cəzanı ağırlaşdıran hal kimi qiymətləndirilməyəcəkdir. Belə ki, Azərbaycan Respublikası CM-nin 18.4 və 18.4.4-cü maddəsinin tələblərinə görə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Cinayət işinə məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində faktiki yetirilmiş maddi zərər zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 Şahavad qızının hər birinə tam şəkildə ödənilmiş, cinayətin zərərli nəticələri aradan qaldırılmış, zərər çəkmiş şəxslərlə Təqsirləndirilən şəxs arasında barışıq əldə edilmişdir. Belə ki, məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs təqsirli olaraq yetirdiyi 36.496 manat ümumi maddi ziyanın 11.466 manatı cinayət işinin məhkəməyədək icraatı mərhələsində, qalan hissəsi isə məhkəmə baxışı mərhələsində Təqsirləndirilən şəxs tərəfindən tam olaraq ödənilmişdir. Hər iki zərər çəkmiş şəxs ayrı-ayrılıqda müvafiq ərizələrini məhkəməyə təqdim edib, onlara vurulmuş maddi zərərin tam ödənildiyini bildirmiş, Təqsirləndirilən şəxs bağışladıqlarını və ona qarşı şikayət və tələblərinin olmadığını qeyd etmişlər. İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan sənədlərlə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs himayəsində 2011-ci il təvəllüdlü bir nəfər azyaşlı uşağı vardır, Şuşa rayon İcra Hakimiyyəti Başçısının Şuşa şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 19 aprel 2023-cü il tarixli xasiyyətnaməsinə əsasən Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur, eyni qurumun eyni tarixli arayışına əsasən Təqsirləndirilən şəxs 1992-ci ildə Şuşa şəhərinin işğalı zamanı ailəsi ilə birlikdə məcburi köçkün düşmüş, Bakı şəhərində yataqxanada məskunlaşmışdır(iş vərəqə: cild İ, səh.184, 185). Qeyd olunanlara əsasən məhkəmə Təqsirləndirilən şəxs ilə zərər çəkmiş şəxslər arasında barışıq əldə olunmasını Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə, cinayət nəticəsində dəymiş ziyanın tam ödənilməsini və aradan qaldırılmasını həmin Məcəllənin 59.1.13-cü maddəsinə, onun himayəsində bir nəfər azyaşlı uşağının olmasını həmin Məcəllənin 59.1.4-cu maddəsinə, müsbət xarakterizə olunmasını və məcburi köçkün statusuna malik şəxs olmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar qismində nəzərə alır. Belə ki, Azərbaycan Respublikası CM-nin Azərbaycan Respublikası CM-nin 59.1.4cü maddəsinə əsasən cinayəti törətmiş şəxsin himayəsində azyaşlı uşağın olması, həmin Məcəllənin 59.1.12-ci maddəsinə əsasən təqsirləndirilən şəxslə zərər çəkmiş şəxslər arasında barışıq əldə olunması və həmin Məcəllənin 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın tam ödənilməsi və aradan qaldırılması cəzanı yüngülləşdirən hal olaraq nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinin tələbləri baxımından cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə baxışı nəticəsində Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, onun Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan qəsdən az ağır cinayət törətməsi nəzərə alınmalı, sosial ədalətin bərpası, onun islah olunması, həm təqsirləndirilən şəxsin özü və həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsinin sanksiyası daxilində, həmçinin cinayətlərin məcmusuna görə (Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə qəti olaraq təyin edilmiş, lakin çəkilməmiş 1 (bir) il 5 (beş) ay 04 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzası) cəza təyin etmənin prinsipləri nəzərə alınmaqla, şəxsiyyətinə uyğun azadlığın məhdudlaşdırılması növündə ədalətli cəza təyin olunmalıdır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli, 2668 nömrəli sərəncamının 8-ci bəndində ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunması, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi qərara alınmışdır. Həmin Sərəncamın 13-cü bəndində cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutulması məhkəmələrə tövsiyyə olunmuşdur. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzası təyin edilməsi, onun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılması və üzərinə bu cəzadan irəli gələn müəyyən vəzifələr qoyulması məqsədə müvafiqdir. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2 və 52-1.3-cü maddələrinə əsasən məhkəmə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxslər üzərində bu Məcəllənin 52-1.2.1 - 52-1.2.4-cü və 52-1.3.1 - 52-1.3.4-cü maddələrində nəzərdə tutulan əsas və əlavə vəzifələr müəyyən edir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, daimi yaşadığı Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə azadlığın məhdudlaşdırılması növündə əsas cəza ilə yanaşı, Cinayət Məcəlləsinin qeyd olunan maddələrinin sanksiyasında nəzərdə tutulmasa belə, ona həm də müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əlavə caza təyin olunmasını məqsədə müvafiq hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 46.1-ci maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın və ya konkret peşə və ya digər fəaliyyətlə məşğul olmağın qadağan edilməsindən ibarətdir. Bu cəza növü əsas cəza kimi bir ildən beş ilədək müddətə, əlavə cəza kimi isə bir ildən üç ilədək müddətə təyin edilir. Həmin Məcəllənin 46.2-ci maddəsinin tələblərinə görə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 67.2-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə təyin edilmiş və azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan qəti cəzanın müddəti və ya həcmi, bu Məcəllənin Ümumi hissəsində həmin cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Azərbaycan Respublikası CM-nin 52-1.4-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması altı aydan beş ilədək müddətə təyin edilir. Həmin Məcəllənin 67.4-cü maddəsinə əsasən hökmlərin məcmusu üzrə qəti cəza həm yeni törədilmiş cinayətə görə təyin edilmiş cəzadan, həm də məhkəmənin əvvəlki hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən çox olmalıdır. Qeyd olunanlara əsasən məhkəmə bu hissədə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs yeni hökmlə təyin olunan əsas və əlavə cəza Ağcabədi Rayon Məhkəməsinin 18 dekabr 2019-cu il tarixli hökmü üzrə qəti olaraq təyin edilmiş və çəkilməmiş 1 (bir) il 5 (beş) ay 04 (dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə qismən birləşdirilməli və ona hökmlərin məcmusu üzrə qəti olaraq azadlığın məhdudlaşdırılması növündə əsas və müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əlavə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı ilə bağlı məsələni müzakirə edib belə nəticəyə gəlir ki, onun cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Bundan başqa, məhkəmə Təqsirləndirilən şəxs təyin olunmalı azadlığın məhdudlaşdırılması növündə qəti cəzanın müddəti ilə bağlı məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinaytlər Məhkəməsinin 03 noyabr 2023cü il tarixli axtarış elan edilməsi barədə qərarına əsasən 01 sentyabr 2024-cü il tarixdə tutulmaqla haqqında həbs qətimkan tədbiri tətbiq edilib, məhkəmə hökmü çıxarılanadək həbsdə saxlanıldığı müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə azadlığın məhdudlaşdırılması cəzasına hesablanmaqla həmin cəzadan çıxılmalı və məhkum tərəfindən çəkilməli olan cəzanın müddəti qətiləşdirilməlidir. Belə ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat mərhələsində barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbirinin şərtlərini cinayət işinin məhkəmə baxışı mərhələsində pozduğundan Bakı Ağır Cinaytlər Məhkəməsinin 03 noyabr 2023-cü il tarixli qərarına əsasən onun barəsində axtarış elan edilmiş, görülən əməliyyataxtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 01 sentyabr 2024-cü il tarixdə tutularaq haqqında həbs qətimkan tədbiri tətbiq edilib məhkəmə hökmü çıxarılanadək fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Qeyd olunanlarla yanaşı məhkəmə, həmçinin qeyd edir ki, azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunan Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, hökmün icrası isə onun daimi yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinə dair məsələni müzakirə edib belə nəticəyə gəlir ki, cinqayət işinin məhkəmə baxışı mərhələsində Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilib “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz olunmalı, o, dərhal məhkəmə iclas zalından həbsdən azad olunmalı və Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə baxışı zamanı Azərbaycan Respublikası CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələ həll olunarkən məhkəmə belə nəticəyə gəlir ki, iş üzrə maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll edilməlidir: - "xxxx" terminalına məxsus üç ədəd qəbzlər və «WhatsApp» mobil tətbiqi vasitəsi ilə aparılmış danışıqlarla bağlı səs yazıları və yazışmaların qeydə alınması ilə bağlı 2 ədəd «Verbatim CD-R» CD formatlı disklər və «Leobank” "xxxx" ASC-yə məxsus 4098********3178 nömrəli bank kartından edilmiş çıxarış cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə məsrəflərinin olmaması, qanunla müəyyən olunan qaydada iş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması nəzərə alınsın. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 314.2, 345-347, 349, 351-354, 356, 381, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib Cinayət Məcəlləsinin 46.2-ci maddəsi tətbiq edilməklə 1 (bir) il müddətə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında, dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarında təşkilatisərəncamverici və ya inzibati-təsərrüfat funksiyalarını yerinə yetirmə hüququndan məhrum edilməklə 2 (iki) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə hesablanmaqla Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri tətbiq olunmaqla 01 sentyabr 2024-cü il tarixdən hökmün elan olunduğu 07 noyabr 2024-cü il tarixədək həbsdə saxlanıldığı 02 (iki) ay 07 (yeddi) gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 2 (iki) il 1 (bir) ay 16 (on altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs yeni hökmlə təyin olunan 1 (bir) il müddətinə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında, dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarında təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat funksiyalarını yerinə yetirmə hüququndan məhrum edilməklə qəti olaraq təyin edilmiş 2 (iki) il 1 (bir) ay 16 (on altı) gün azadlığın məhdudlaşdırılması cəzası Ağcabədi Rayon Məhkəməsinin 18 dekabr 2019-cu il tarixli hökmü üzrə qəti olaraq təyin edilmiş və çəkilməmiş 1 (bir) il 5 (beş) ay 04 (dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə qismən birləşdirilsin və ona qəti olaraq 1 (bir) il müddətə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında, dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarında təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat funksiyalarını yerinə yetirmə hüququndan məhrum edilməklə 3 (üç) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Bakı Ağır Cinayətlər Məhkəməsi üzrə prokuroru Dövlət ittihamçısı Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4,312.2-ci maddəsi ilə irəli sürülmüş ittihamdan imtinası təmin edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 32.4,312.2-ci maddəsi ilə olan cinayət təqibinə xitam verilsin və o, Cinayət Məcəlləsinin 32.4,312.2-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, daimi yaşadığı Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilib “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz olunsun və Təqsirləndirilən şəxs dərhal məhkəmə iclas zalından həbsdən azad olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübutlar - "xxxx" terminalına məxsus üç ədəd qəbzlər, «WatsApp» mobil tədbiqi vasitəsi ilə aparılmış danışıqlarla bağlı səs yazıları və yazışmaların qeydə alınması ilə bağlı 2 ədəd «Verbatim CD-R» adlı CD disklər və Leobank "xxxx" ASC-yə məxsus 4098********3178 nömrəli bank kartından edilmiş çıxarış cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəflərinin olmaması, qanunla müəyyən olunan qaydada mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar