Məhkəmə qərarları › İş №1(101)-380/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-380/2025

15.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-380/2025 15.01.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Ağakərim oğlu Kərimovun sədrliyi ilə, hakimlər Rasim Əkrəm oğlu Sadıxovdan və X6-Məmmədovadan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X1, X3, dövlət ittihamçıları, Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, X4, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 33 saylı Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə məhkəmə, Təqsirləndirilən şəxs, xx xxxxxx 1993-cü ildə Göyçay rayonu 2-cı Ərəb kəndində anadan olmuş. Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmuş, Göyçay rayonu Qaraman kəndində qeydiyyatda olan, daimi yaşayış ünvanı olmayan, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan, Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs başqa mənbədən və başqa vaxtda, satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda, yəni bir ədəd bükümdə təmiz çəkisi 2,929 qram narkotik vasitə heroini və bir ədəd bükümdə təmiz çəkisi 1,902 qram psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, 11 mart 2024-cü il tarixdə saat 12:10-dəqiqə radələrində Xətai RPİ-nın 36-cı PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri nəticəsində ünvan 2 ünvanının qarşısında saxlanılıb, ünvan 3-nin 36-cı PŞ-yə gətirilərək şəxsi axtarış və götürmə zamanı əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən külli miqdarda,yəni bir ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 2.929 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin və bir ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 1,902 qram ağ rəngli kristal şəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs ifadələrində ona elan olunmuş ittihamda özünü təqsirli bilməyib ifadələrində göstərdi ki, narkotik vasitə istifadəçisidir, ancaq saxlanılan zaman üzərində narkotik vasitə olmayıb. Onun 36-cı polis bölməsinin əməliyyatçısı ilə səmimi münasibəti olub. O, polis bölməsindən iki ədəd telefon oğurlayıb satmışdır. Sonra polislər onu saxlamışlır. Bölmədə onu döyüb, narkotik vasitəni boynuna qoymuşlar. Onun üzərində xəsarətlər var idi, ancaq təcridxananın həkimi sənədə yazmadı. O, ibtidai istintaq zamanı heç bir sənədə imza etməmişdir. Çəkilişdən əvvəl narkotik vasitəni cibinə qoymuşlar. Əvvəllər dəfələrlə məhkum olunmuşdur. Məhkumluğu ödənilməyib. O, polislə əməkdaşlıq etmişdir. Polisə məlumat ötürmüşdür. Onu Xətai rayonu, Cavanşir küçəsində deyil, 09 mart 2024-cü il tarixdə rus qəbirsanlığının yanında saxlanılmışdır. Saxlanılan zaman onun üzərində telefon olmayıb. Üzərində Polis bölməsindən oğurladığı telefonları Neftçilər metrosu yaxınlığında dükana satmışdır. İttihamda göstərilən narkotik vasitənin ona aidiyyəti yoxdur.Telefonun birini 70 manata, digərini isə 100 manata lombarda vermişdir. İbtidai istintaq zamanı tututlduğu tarixi 11 mart 2024-cü il kimi göstərməsinin səbəbini bilmir. O, ibtidai istintaq zamanı etirafedici ifadələr verməmişdir. O,həmin ifadələri oxumayıb imza etmişdir. Həmin ifadələrini təsdiq etmir. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində ibtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Göyçay rayonu, Qaraman Ə/D, Qaraman kəndində qeydiyyatdadır, Bakı şəhərinin müxtəlif yerlərində fərdi olaraq təmir ustası kimi çalışıb, ailəli olub, 2 azyaşlı övladı var, 2013-cü ildə boşanıb, həmin vaxtdan subaydır, əvvəllər məhkum olunmuşdur, hazırda işsizdir, küçələrdən dəmir-metal əşya yığmaqla məşğul olur, daimi yaşadığı ünvanı yoxdur və Bakı şəhərində müxtəlif ünvanlarda gündəlik kirayə evlərdə yaşayır. Təxminən 3 il müddətdir narkotik vasitə, psixotrop maddələrdən istifadə edir, son zamanlarda isə narkotik vasitə və psixotrop maddələri qarşıdıraraq iynə ilə damar yoluna vurmaqla istifadə edir. Buna onu heç kim təhrik etməsə də, narkotik vasitə və psixotrop maddələri tanımadığı, şəxsiyyətləri haqqında məlumatı olmadığı şəxslərdən almışdır. Sonuncu dəfə xx.xx.2024-cü il tarixdə saat 08 radələrində Bakı şəhəri Nizami rayonunda yerləşən metronun “Neftçilər" stansiyasının ətrafında yerləşən obyektlərin qarşısından və zibilliklərdən dəmir metal yığmağa başlamış, bir qədər sonra bədənində olan kəskin ağrılar səbəbindən heroin və metamfetamin əldə etmək qərarına gəlmiş, sözü gedən metronun yaxınlığında təsadüfən əvvəllər tanımadığı şəxslə rastlaşıb həmsöhbət olmuş və ünsiyyət əsnasında həmin şəxsə psixotrop maddə metamfetamin və narkotik vasitə heroin istifadə etdiyini, bədənində kəskin ağrılarının olduğunu bildirmişdir. Həmin şəxs özüdə ona uzun müddətdir ki, narkotik vasitə və psixotrop maddə istifadəçisi olduğunu demiş və narkotik vasitə heroin, psixotrop maddə olan metamfetamin tapmaqda köməklik edəcəyini bildirmişdir. Bundan sonra o, üzərində olan 90 manat pulu həmin şəxsə vermiş, sonuncu ona bir qədər gözləməyini təklif etmişdir. Təxminən 15-25 dəqiqə müddət ərzində həmin şəxsi gözləmiş və sonuncuya verdiyi 90 manat pulun qarşılığında ona, ümumilikdə 03 ədəd büküm olmaqla, 02 ədəd sellofan bükümlərdə psixotrop maddə metamfetamini və 01 ədəd sellofan bükümdə narkotik vasitə heroini vermişdir. O, həmin bükümləri əynində olan qara rəngli cins şalvarının sağ yan cibinə qoymuş, piyada hərəkət etməklə qarşısına çıxan metal əşyaları yığaraq Bakı şəhəri Xətai rayonu ərazisinə gəlmişdir. Xətai rayonu ərazisində olan zaman üzərində olan psixotrop maddə və narkotik vasitəni istifadə etmək üçün gizlin yer axtararkən xx.xx.2024-cü il tarixdə saat 12:10-da Xətai rayonu, Cavanşir küçəsi 17 ünvanının qarşısında ona mülki geyimli polis əməkdaşları yaxınlaşıb özlərini təqdim edərək onu PŞ-nə dəvət etdilər. Polis əməkdaşları ilə birlikdə 36-cı PŞ-nə gəlmiş, PŞ-də olarkən narkotik vasitə və psixotrop maddə istifadəçisi olduğunu, eyni zamanda üzərində bir büküm “kakos” və iki büküm “patı” olduğunu bildirmişdir. Bundan sonra orada xidməti otaqların birində polis əməkdaşları və ona təqdim edilmiş müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmişdir. İştirakçıların iştirakı ilə üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən həmin 03 (üç) ədəd bükümlərdə olan maddələri çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Həmin bükümlər elektron tərəzi vasitəsi ilə çəkilmiş, içərisində qəhvəyi rəngli tozşəkilli maddə olan şəffaf sellofan bükümün çəkisi qablaşdırma ilə birlikdə 3,07 qram, içərisində ağ rəngli kristalşəkilli maddələr olan şəffaf sellofan bükümlərin birinin qablaşdırma ilə birlikdə çəkisi 4,44 qram və digərinin qablaşdırma ilə birlikdə çəkisi 2,20 qramda olmaları müəyyən edilmişdir. Həmin maddələrin olduğu şəffaf sellofan bükümlər zərfə qoyulub möhürlənmiş və özü daxil olmaqla bütün iştirakçılar tərəfindən zərf imzalanmışdır. Bundan sonra polis əməkdaşı başqa harada hər hansı qanunsuz əşya saxlayıbsaxlamadığını ondan soruşanda, təqdim etdiyi narkotik vasitə və psixotrop maddələrdən başqa heç bir yerdə qanunsuz əşya, narkotik vasitə və ya psixotrop maddə saxlamadığını bildirmiş, özü narkotik vasitə psixotrop maddələrdən istifadə etsə də, heç vaxt narkotik vasitə və psixotrop maddələri heç kəsə satmamış və heç kəsə pay olaraq verməmişdir. Onu polis əməkdaşları saxlayan zaman və polis şöbəsinə dəvət edilərkən polis əməkdaşlarına tabe olmuş və ona qarşı hər hansı fiziki güc tətbiq edilməmişdir. Şahid2 ifadələrində göstərdi ki, Təqsirləndirilən şəxs psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdu. Həmin məlumat əsasında əməliyyat qrupu yaradıldı. 11 mart 2024-cü il tarixində ünvan 6 ünvanın qarşısına gəlmişlər. Həmin vaxt orada əməliyyat məlumatına əsasən xarici görünüş əlamətlərinə görə Təqsirləndirilən şəxs əlamətləri ilə üst-üstə düşən bir nəfər şəxsin piyada hərəkət edtiyini görüb yaxınlaşaraq, özlərini təqdim edib, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olduğunu və buna görə də onlarla birlikdə Xətai RPİ-nin 36-cı PŞ-nə getmək lazım olduğunu bildirdilər. Təqsirləndirilən şəxs etiraz etmədən onlarla birlikdə şöbəyə gəldi. Şöbədə Təqsirləndirilən şəxs barəsində video çəkiliş vasitəsi ilə şəxsi axtarış aparıldı. Şəxsi axtarış zamanı şəxsin üzərindən üç qrama qədər heroin və iki qrama qədər də metamfetamin aşkar olundu. Şifahi sorğu zamanı Orxan narkotik vasitəni və psixotrop maddəni Nizami rayonu ərazisində yerləşən metronun “Neftçilər” stansiyasının yaxınlığında tanımadığı şəxsdən aldığını bildirdi. Təqsirləndirilən şəxs zahiri əlamətləri barədə məlumat var idi. Hansı əlamətlər olduğu yadında deyil. Təqsirləndirilən şəxs polis bölməsindən telefon oğurlaması səbəbindən tutulması barəsində verdiyi ifadələr yalandır. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, DİN-nin Bakı şəhəri Xətai RPl-nin 36-cı PŞ-nin əməliyyat müvəkkili vəzifəsində işləyir və polis baş leytenantı rütbəsini daşıyır. Təqsirləndirilən şəxs Bakı şəhəri, Xətai rayonu ərazisində narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə ona etimad doğuran, məlum və qərəzsiz mənbədən əməliyyat məlumatı daxil olmuş, məlumatını yoxlamaq məqsədilə tərəfindən şöbə rəhbərliyinə məruzə edilmiş, şöbə rəhbərliyinin göstərişindən sonra Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa olunması üçün əməliyyat tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuşdur. Əməliyyat tədbirlərinin keçirilməsi üçün o və Xətai RPl-nin 36-cı PŞ-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid1 iştirakı ilə əməliyyat qrupu yaradılmış və qrupa rəhbərlik ona həvalə edilmişdir. Bundan sonra Şahid1la birlikdə daxil olmuş əməliyyat məlumatı əsasında 11 mart 2024-cü il tarixdə saat 12:00 radələrində ünvan 6 ünvanın qarşısına gəlmişlər. Həmin vaxt orada əməliyyat məlumatına əsasən xarici görünüş əlamətlərinə görə Təqsirləndirilən şəxs əlamətləri ilə üst-üstə düşən bir nəfər şəxsin piyada hərəkət edtiyini görüb yaxınlaşaraq xidməti vəsiqələrini göstərib özlərini təqdim etmişlər. Bundan sonra həmin şəxsdən şəxsiyyəti barədə məlumat soruşduqda, sonuncu özünü xx.xx.1993-cü il təvəllüdlü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Daha sonra həmin şəxsə narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək, Xətai RPl-nin 36-cı PŞ-nə dəvət etmişlər. Sonuncu, buna etiraz etmədikdən sonra Xətai RPl-nin 36-cı PŞ-nə apararaq barəsində araşdırma aparılması üçün X9a təhvil vermişlər. Şöbədə olan zaman həmin şəxsin xx.xx.1993-cü ildə Göyçay rayonunda anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, Göyçay rayonu, Qaraman kəndində qeydiyyatda olan və daimi yaşayış ünvanı olmayan Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. X9, Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etməsi üçün vəkil dəvət etdikdən sonra həmin vəkilin iştirakı ilə onu şübhəli şəxs qismində tutmaqla hüquq və vəzifələrini izah etmiş, bundan sonra onların və müdafiəçinin iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməyə başlanmışdır. Şəxsi axtarış keçirməmişdən əvvəl Təqsirləndirilən şəxs üzərində qeyri-qanuni maddə və ya əşya varsa çıxarıb təqdim etməsi təklif edilmiş, Təqsirləndirilən şəxs də əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən üç ədəd şəffaf sellofan bükümləri çıxarıb masanın üzərinə qoymuşdur. Sonuncudan üç ədəd sellofana bükülmüş bükümlərin içərisində nə olması soruşulduqda, həmin içərisində qəhvəyi rəngli tozşəkilli maddə olan bükümdə narkotik vasitə heroin, içərisində ağ rəngli kristalşəkilli maddələr olan digər iki bükümlərin içərisində isə psixotrop maddə olan metamfetamin olduğunu və bundan başqa həmin heroin və metamfetamini Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən metronun “Neftçilər” stansiyasının yaxınlığında tanımadığı şəxsdən aldığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş üç ədəd sellofan bükümlər elektron tərəziyə qoyularaq çəkilmiş, içərisində narkotik vasitə heroinə bənzər qəhvəyi rəngli tozşəkilli maddə olan bir ədəd sellofan bükümün çəkisi qablaşdırması ilə birlikdə 3.07 qram, içərisində psixotrop maddə metamfetaminə bənzər ağ rəngli maddə olan bir ədəd sellofan bükümün qablaşdırması ilə birlikdə çəkisi 4 44 qram və içərisində psixotrop maddə metamfetminə bənzər ağ rəngli kristalşəkilli maddə olan bir ədəd şəffaf sellofan bükümün qablaşdırması ilə birlikdə çəkisi 2.20 qramda olmaları müəyyən olunmuşdur. Ardınca Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və axtarış zamanı üzərindən başqa heç bir qanunsuz maddə və ya əşya aşkar olunmamışdır. Bundan sonra axtarış iştirakçılarının iştirakı ilə Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddələr qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bu barədə protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş, iştirakçılar və Təqsirləndirilən şəxs tərəfindən həmin protokolun doğruluğu imzalarla təsdiqlənmişdir. Təqsirləndirilən şəxs qarşı heç bır fiziki və ya psixi zor tətbiq edilməmişdir. Sonuncudan narkotik vasitəni haradan əldə etməsi barədə soruşulduqda isə üzərindən aşkar olunmuş narkotik vasitə və psixotrop maddələri Bakı şəhəri, Nizami rayonunda yerləşən “Neftçilər” metrostansiyasının yaxınlığında tanımadığı şəxsdən şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Şahid1 ifadələrində göstərdi ki, 2024-cü il mart ayının əvvəlləri Təqsirləndirilən şəxs Bakı şəhəri, Xətai rayonu ərazisində narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə Şahid2 əməliyyat məlumat daxil olmuşdu. Həmin məlumat əsasında əməliyyat qrupu yaradıldı. Əməliyyat məlumatına əsasən xarici görünüş əlamətlərinə görə Təqsirləndirilən şəxs əlamətləri ilə üst-üstə düşən bir nəfər şəxsin piyada hərəkət edtiyini görüb yaxınlaşaraq, özlərini təqdim edib, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olduğunu və buna görə də onlarla birlikdə Xətai RPİ-nin 36-cı PŞ-nə getmək lazım olduğunu bildirdilər. Təqsirləndirilən şəxs etiraz etmədən onlarla birlikdə şöbəyə gəldi. Şöbədə Təqsirləndirilən şəxs barəsində video çəkiliş vasitəsi ilə şəxsi axtarış aparıldı. Şəxsi axtarış zamanı şəxsin üzərindən heroin və metanfetamin aşkar olundu. Orxanı əməliyyat məlumatı daxil olduğuna görə saxladılar. Təqsirləndirilən şəxs polis bölməsindən telefon oğurlaması səbəbindən tutulması barəsində verdiyi ifadələr yalandır. İbtidai istintaq zamanı verdiyi ifadələrini təsdiq edir. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 analoji məzmunda ifadə verərək şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdiklərini eynilə təsdiqləmişdir. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş: xx.xx.2024-cü il tarixli şəxsi axtarış protokolundan görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə gətirilmiş və onun üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf selofan bükümdə 3,07 qram çəkidə narkotik vasitə heroin, 01 ədəd şəffaf sellofan bükümdə 2,20 qram çəkidə psixotrop maddə metamfetamin aşkar edilmiş, həmin bükümlər şəxsi axtarış zamanı qablaşdırmaları ilə birlikdə elektron tərəzi ilə çəkilmiş, 01 ədəd şəffaf selofan bükümdə narkotik vasitə heroin 3,07 qram çəkidə, 01 ədəd şəffaf sellofan bükümdə psixotrop maddə metamfetamin 2,20 qram çəkidə olmaları müəyyən edilmiş və keçirilmiş istintaq hərəkətinin görüntüsü olan 01 ədəd DVD-R disk protokola əlavə edilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntüsü olan 01 ədəd DVD-R formatlı diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindən 01 ədəd şəffaf selofan bükümdə 3.07 qram çəkidə narkotik vasitə heroin və 01 ədəd şəffaf sellofan bükümdə 2,20 qram çəkidə psixotrop maddə metamfetaminin aşkar edilərək götürülməsi əks olunmuşdur. Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli, 3-16-16/2-6/1436 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, Tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün № 15T’ möhür əksi, “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən..." və s. soyadlar, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 2,929 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir: 01 ədəd bükümdə təmiz çəkisi 1.902 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 01 ədəd bükümdə ilkin təmiz çəkisi 2,929 qram olan narkotik vasitə heroin, 01 ədəd bükümdə təmiz çəkisi 1,902 qram olan psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış və qalıq qalmış 2,829 qramda narkotik vasitə heroin, 1,802 qramda psixotrop maddə metamfetamin saxlanış üçün Xətai RPl-nin saxlanc anbarına təhvil verilmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda nəzərdə tutulan cinayət əməlini törətməkdə özünü təqsirli bilməyib ifadələrində göstərdi ki, narkotik vasitə istifadəçisidir, lakin ona elan olunmuş ittihamda nəzərdə tutulan narkotik vasitənin ona aidiyyəti yoxdur, o, ibtidai istintaq zamanı etirafedici ifadələr verməmişdir, ona polis əməkdaşları tərəfindən təzyiq edildiyi üçün ittihamda nəzərdə tutulan narkotik vasitənin özünə məxsus olmasını etiraf etmişdir. O, polis bölməsindən telefon oğurladığı üçün tutulmuşdur. Həmçinin o, ittihamda göstərilən ünvanda deyil, rus qəbirsanlığının yanında saxlanılmışdır. Məhkəmədə Təqsirləndirilən şəxs bu ifadələri araşdırılarkən həmin ifadələri təsdiq edən sübut müəyyən olunmadı. Əksinə onun saxlanılıb polis bölməsinə aparılmasını həyata keçirmiş və bu iş üzrə şahid qismində dindirilmiş Şahid1 və Şahid2 onun ifadələrinində göstərdiyi halları təkzib etdilər. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarından görünür ki, 11 mart 2024-ci il tarixdə Xətai RPİ-nin 36-cı bölməsinin əməliyyat müvəkkli polis baş leytenantı X13 həmin bölmənin rəhbərinə raportla müraciət edib Təqsirləndirilən şəxs narkotik vasitənin qəbulu, üzərində saxlanması barədə etimad doğuran mənbədən məlumat daxil olduğunu məruzə etmiş və məlumatı yoxlamaq üçün əməliyyat axtarış tədbirləri keçirmək üçün razılq verilmiş, həmin məlumatın yoxlanılması məqsədi ilə əməliyyat tədbiri keçirilməsi qərara alınıb əməliyyat qrupu yaradılmış, həmin tarixdə əməliyyat keçirilmiş, əməliyyat nəticəsində Təqsirləndirilən şəxs 11 mart saat 12:10 dəqiqədə ünvan 8 ünvanın qarşısında saxlanılaraq 36-cı Polis bölməsinin inzibati binasını gətirilmişdir. Orada ona 13 saylı Vəkil bürosunun vəkili X10 müdafiəçi qismində təqdim olunmuş, o, müdafiəçini qəbul etmişdir. Müdafiəçinin iştirakı ilə ona hüquq və vəzifələri izah edilib onun hüquq və vəzifələrinin siyahısını özündə əks etdirən Azərbaycan CPM-dən çıxarış ona təqdim olunduqdan sonra müdafəçinin iştirakı ilə 11 mart 2024-cü il tarixdə saaat 12:50 dəqiqədən saat 12:58 dəqiqəyədək onun üzərində axtarış aparılmışdır. Axtarış zamanı Təqsirləndirilən şəxs könüllü olaraq bükümlərdə psixotrop maddə və narkotik vasitə heroin olduğunu bildirərək təqdim etmiş, həmin halları əks etdirən şəxsi axtarış və götürmə protokolunu müdafiəçisinin iştirakı ilə öz imzası ilə təsdiq etmişdir. Axtarışın aparılmasına və nəticələrinə dair onun və müdafiəçisi tərəfindən etiraz daxil olmamış və axtarış və götürmə zamanı qeydə alınan video yazı kompakt diskə qeydə alınmışdır. Bundan sonra Təqsirləndirilən şəxs onun üzərindən narkotik vasitə və psixotrop maddə aşkar olunması, həmin vasitə və maddələri Bakı şəhərində «Neftçilər» metrostasiyasının yaxınlığında tanmadığı şəxsdən aldığı barəsində etiraf edici ilkin izahat, sonrada ifadələr vermişdir. Məhkəmədə də həmin halları onun saxlanılıb polis bölməsinə aparılmasını həyata keçirmiş və bu iş üzrə şahid qismində dindirilmiş Şahid1 və Şahid2 təsdiq etdilər. Məhkəmə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Konstitutsiyasının 63-cü maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası hüququna əsasən özünün təqsirsizliyini sübut etməyə borclu olmadığını nəzərə alır, lakin onun özünün müdafiəsi üçün göstərdiyi halları təsdiq edən sübutları məhkəməyə təqdim etmək vəzifəsi daşadığını qeyd edir. O isə bunu etmədi və həmin halları təsdiq edən sübut təqdim etmədi. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs sərbəst ifadə vermək hüquna malikdir. O, biləbilə yalan xəbərçilik etməkdən başqa özünün müdafiəsi üçün göstərdiyi hallara görə məsuliyyət daşımır. O, xəbərçilik etdikdə isə bunu təsdiq edən sübutları da təqdim etməlidir. Əks halda özündə dəqiq faktı nəzərdə tutmayan məlumatın əsassız olaraq yoxlanılması hüquq müstəvisinə çıxarılardı. Bu da hüququ müəyyənlikdən “in abstrakto”-ya, yəni mücərəddiyə, qeyri-müəyyənliyə çevirərdi. Buna isə qanunla yol verilmir. Bu səbəbdən də, yuxarıda göstərilənlər əsasında məhkəmə, Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadələrini həqiqətə uyğun olmayan, özünün müdafiəsinə yönələn ifadələr kimi qiymətləndirir. Odur ki, məhkəmə, Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadələrini həqiqətə uyğun olmayan, özünün müdafiəsinə yönələn ifadələr kimi qiymətləndirdiyindən onun ibtidai istintaq zamanı vermiş olduğu etirafedici ifadələrini əsas götürür. Beləliklə də, yuxarıda təsvir olunan ittihamı təsdiq edən sübutlar əsasında məhkəmə, Təqsirləndirilən şəxs elan olunmuş ittihamda nəzərdə tutulan cinayət əməlinin onun tərəfindən qəsdən törədilməsinin sübuta yetirildiyinin, onun əməlinin Azərbaycan Respublikası CM-nin 234.1- 1 ci maddəsi ilə tövsif olunmasını əsaslı sayır. Məhkəmə, Təqsirləndirilən şəxs təqsirli bilinib onun bu əmələ görə həmin maddədə nəzərdə tutulan qaydada cəzalanmasını əsaslı sayır. Çünki onun təqsirli bilindiyi əməlin cinayət olmasını aradan qaldıran hal və onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas müəyyən olunmadı. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məxsus cinayət qanununun tələblərinə uyğun müsadirə edilə bilən əmlak müəyyən edilmədi. İş üzrə mülki iddia verilməmişdir. Məhkəmədə istintaq zamanı materialların məhkəmə ekspertizasının keçirilməsinə 110 (yüz on ) manat xərclənməsi müəyyən olundu. Məhkəmə bu məbləğin Təqsirləndirilən şəxs tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsini əsaslı sayır. Məhkəmə, iş üzrə maddi sübut kimi tanınıb ekspertiza tədqiqatından sona qalıq qalmış, saxlanılması üçün Bakı şəhəri Xətai RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 2,829 qram narkotik vasitə heroin, 1,802 qram psixotrop maddə metamfetaminin sərbəst dövriyyəsi qədağan olunmuş əşya kimi məhv edilməsini, 01 ədəd DVD diskin cinayət işinin materiallarında saxlanılmasını əsaslı sayır. Məhkəmə, cinayət işinin predmetini təşkil edən və iş üzrə maddi sübut kimi tanınmış narkotik vasitələrin və maddələrin miqdarları arasında yaranmış fərqi onların ekspertiza tədqiqatı zamanı istifadə edilib aşınmasının nəticəsi kimi qəbul edir. Məhkəmə, narkotik xassəli vasitələrin məhv edilməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq, yaradılmış komissiya tərəfindən həyata keçirilməsini nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirən hallar kimi ibtidai istintaq zamanı etirafedici ifadələr verib cinayətin üstünün açılmasında iştirak etməsi, ikinci qrup əlil olması və himayəsində 01 nəfər yetkinlik yaşına çatmayan uşağının olması müəyyən olundu. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş DİN-in BƏSll-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2017-ci il tarixdə Göyçay rayon məhkəməsinin hökmü ilə 02 il islah işləri cəzasına, xx.xx.2017-ci il tarixdə Göyçay rayon məhkəməsinin hökmü ilə 02 il islah işləri və 1000 manat cərimə cəzasına, xx.xx.2018-ci il il tarixdə Yevlax rayon məhkəməsinin qərarı ilə 04 il azadlıqdan məhum etmə və 1000 manat cərimə cəzasın məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə cəza müddətinin sonu ilə azad edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədən xx.xx.2023-cü il tarixdə Nəsimi rayon məhkəməsi tərəfindən CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 01 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş və xx.xx.2023-cü il tarixdə Nizami rayon məhkəməsinin qərarı ilə 02 ay 08 gün vaxtından əvvəl şərti azad edilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.2.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda cinayətlərin residivi təhlükəli hesab olunur. Bu səbəbdən məhkəmə, Təqsirləndirilən şəxs əməllərində cinayətlərin təhlükəli residivi olması qənaətinə gəlir. Məhkəmədə Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hal kimi əməllərində cinayətlərin təlükəli residivi olması müəyyən olundu. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələblərinin rəhbər tutulmasını əsaslı sayır. Belə ki, təhlükəli residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün üçdə ikisindən az ola bilməz. Məhkəmədə Təqsirləndirilən şəxs hazırkı iş üzrə 11 mart 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulub 13 mart 2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində həbs qətimkan tədbiri seçilməsi müəyyən olundu. Məhkəmə bu halı Təqsirləndirilən şəxs cəzasının çəkilməsinin başlanğıcını müəyyən edərkən nəzərə alır. Məhkəmə, yuxarıda göstərilən halları, həmçinin cinayət əməlinin xarakterini və Təqsirləndirilən şəxs şəxsiyyətini xarakterizə edən məlumatları nəzərə alıb ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini əsaslı sayır və ona qəsdən ağır cinayət törətməyə görə azadlıqdan məhrumetmə cəzası təyin edildiyini və əməllərində cinayətlərin residivinin olduğunu nəzərə alıb təyin edilmiş cəzanın Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli olmasını nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs cəzalandırılmalı və barəsində azadlıqdan məhrumetmə cəzası tətbiq edilməli olması qənaətinə gəldiyindən hökm qanuni qüvvəyə minənə qədər onun barəsində qətimkan tədbiri qismində seçilmiş həbsin dəyişdirilmədən saxlanılmasını əsaslı sayır. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş iş üzrə keçirilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 2292 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs Opioidlərin və Psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” Qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən nakomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq hal-hazırda Təqsirləndirilən şəxs İİ dərəcəli əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür. Məhkəmə Təqsirləndirilən şəxs narkomaniya ilə əlaqədar ərazi narkoloji dispanserində qeydiyyata alınmasını əsaslı sayır. Məhkəmə, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın müddətini müəyyən edərkən, onun tərəfindən törədilmiş cinayət əməlinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən halların olmasını, ağırlaşdıran halın olmasını, o cümlədən də, təyin ediləcək cəzanın onun islah olunmasına, həyat və ailə şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın çəkilməsinin başlanğıcı 11 mart 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ona təyin edilmiş cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniya ilə əlaqədar ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Dövlət büdcəsi hesabına məhkəmə ekspertizasının keçirilməsinə sərf olunmuş 110 (yüz on ) manat vəsait Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə qaytarılsın. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərmiş olduğu hüquqi yardıma görə 216 (iki yüz on altı) manat pul vəsaiti Bakı şəhəri 13 saylı Vəkil bürosunun vəkili X8 ödənilməsi üçün, məhkəmədə Təqsirləndirilən şəxs göstərmiş olduğu hüquqi yardıma görə 330 (üç yüz otuz) manat pul vəsaiti Bakı şəhəri 33 saylı Vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikası Vəkillər X5 və Tədris Mərkəzinin hesabına ödənilsin. Təqsirləndirilən şəxs müdafiə xərclərindən azad olunsun. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində ibtidai istintaq zamanı maddi sübut kimi tanınıb saxlanılması üçün Xətai RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 2,829 qram narkotik vasitə heroin, 1,802 qram psixotrop maddə metamfetamin məhv edilsin, 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti ona təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm yuxarıdakı müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Novruz Kərimov Hakimlər: Rasim Sadıxov Leyla Əsgərova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar