Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-381/2020 11.02.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), Məcidov x10 və Ağayev Zeynal Qurban oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi x6, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxxxx 1983-cü il tarixdə Masallı rayonunun Qızılavar kəndində anadan olmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, işləməmiş, əvvəllər məhkum olunmuş (x8 Məhkəməsinin 30 oktyabr 2014-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 206.2-ci maddələri ilə təqsirli bilinərək 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş), məhkumluğu ödənilməmiş, Masallı rayonunun Qızılavar kəndində qeydiyyatda olan, həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddəniəldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs qəsdən, tamah niyyəti və satış məqsədi ilə qanunsuz olaraq istintaqa məlum olmayan şəxsdən və istintaqa məlum olmayan vaxtda külli miqdarda dövriyyəsi qadağan edilmiş psixotrop maddə olan metamfetamini əldə edib özündə saxlayaraq daşımış və 23 sentyabr 2019-cu il tarixdə saat 21:30 radələrində Nəsimi rayonu, A.Mustafayev küçəsi, 2 saylı ünvanda yerləşən “Velotrek” ticarət mərkəzinin sanitar qovşağında həmin psixotrop maddənin bir qismini istifadə edərkən Nəsimi rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinin əməliyyat müvəkkili və RPİ-nin postpatrul xidmətinin əməkdaşları tərəfindən saxlanılıb 20-ci Polis Bölməsinə gətirilərək orada xidməti otaqların birində müdafiəçinin iştirakı ilə videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki qara rəngli dəri materialdan hazırlanmış gödəkcənin sağ iç cibindən 5 ədəd şəffaf sellofana bükülmüş içərisində hər birinin ayrı-ayrılıqda çəkiləri 9,848 qram, 7,285 qram, 9,543 qram, 9,814 qram, 9,820 qram olmaqla, ümumi təmiz çəkisi 46,310 qram ağ rəngli kristal hissəciklərdən ibarət Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən maddələr siyahısına daxil olan kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, narkotik vasitədən əvvəllər də istifadəetmişdir.23 sentyabr 2019-cu il tarixdə təxminən 6 il əvvəl Masallı rayonunda tanımadığı şəxsdən aldığı şüşə kimi tanınan narkotik maddəni satmaq üçün Bakı şəhərinə gəlmiş, lakin orada narkotik vasitəni sata bilməmişdir. O, təxminən saat 20:30 radələrində yaşadığı Masallı rayonuna getmək üçün ünvan 2 ünvanında yerləşən “Velotrek” ticarət mərkəzinə gəlmişdir. Orada bir qədər gəzdikdən sonra 5 büküm metamfetamini sata bilmədiyini görüb həmin metamfetamindən istifadə etmək üçün ticarət mərkəzinin sanitar qovşağına getmişdir. Həmin maddədən cüzi miqdarda istifadə etdikdən bir müddət sonra sanitar qovşağında olduğu yerin qapısı polis əməkdaşları tərəfindən açılmış və polis əməkdaşları ondan orada nə etdiyini soruşduqda onlara şüşə kimi tanınan narkotik maddə çəkdiyini bildirmişdir. Sonra onu Nəsimi rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinə aparıb üzərinə baxış keçirmişlər. Polis əməkdaşları tərəfindən ona qarşı heç bir fiziki və psixi təsir göstərilməmiş, üzərinə baxış keçirilərkən videoçəkilişdən istifadə olunmuşdur. Törətdiyi cinayət əməlindən peşmandır. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə tam təqsirli olması özünün etirafedici ifadəsi ilə yanaşı aşağıdakı sübutlarla da öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 23 sentyabr 2019-cu il tarixdə saat 21:30 radələrində Nəsimi RPİ-nin PPXB-nin polis nəfərləri Şahid1, Şahid4 və Şahid5 ilə 20-ci PB-nin inzibati ərazisinə aid olan ünvan 3 ünvanında yerləşən “Velotrek” ticarət mərkəzinin yaxınlığnda xidmət aparan zaman ticarət mərkəzinin sanitar qovşağını işlədən, sonradan şəxsiyyəti ona Şahid2 kimi məlum olan şəxs yaxınlaşaraq bir nəfər şəxsin artıq 20 dəqiqəyə yaxındır ki, sanitar qovşağında olduğunu və çıxmadığına görə ondan şübhələndiyini dediyinə görə onlar dərhal həmin sanitar qovşağına getmiş və həmin şəxsin olduğu sanuzel otağının qapısını açdıqda həmin şəxsin əlindəki sellofan bükümü tez cibinə qoyduğunu görüb onun narkotik vasitə qəbul etməsində onlarda şübhə yarandığına görə ondan otaqdan çıxmasını xahiş etmişlər. Həmin şəxs otaqdan çıxdıqdan sonra ondan şəxsiyyəti barədə məlumat verməsini soruşduqda o, əslən Masallı rayonundan olan Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya və ya maddə olub-olmadığını soruşduqda o, üzərində şüşə kimi tanınan metamfetamin və bıçaq olduğunu onlara demişdir. Bundan sonra onlar Təqsirləndirilən şəxs post-patrul avtomobili ilə 20-ci PB-nin inzibati binasına gətirərək bu barədə 20-ci PB-nin rəisinə raportla məruzə etmiş və araşdırmanın aparılması təhqiqatçıya həvalə edilmişdir. Təqsirləndirilən şəxs həqiqətən də gəzidirilməsi qanunla qadağan olan maddə və əşyanın olub-olmadığını müəyyən etmək məqsədilə onun üzərinə şəxsi axtarış aparılması zərurəti yarandığından şəxsi axtarışa başlamazdan əvvəl Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi məqsədilə araşdırmanı aparan təhqiqatçının qərarı ilə 14 saylı Vəkil Bürosundan vəkil və şəxsi axtarışın gedişatını video ilə çəkmək üçün Nəsimi RPİ-nin inspektor-kriminalisti Bahadur Bəxtiyarov dəvət edilmişdir. Şəxsi axtarışa başlamazdan əvvəl təhqiqatçı tərəfindən iştirakçılara hüquq və vəzifələri, həmçinin şəxsi axtarışın aparılma səbəbi izah edilmişdir. Bundan sonra şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində dövriyyəsi qadağan edilmiş maddə və əşyanın olub-olmadığı yenə soruşulduqda o, əynindəolantünd boz rəngli parça materialdan olan şalvarın sol cibindən açılıb-bağlanan bıçağı, şəxsiyyət vəsiqəsini, iki ədəd mobil telefonu, bundan başqa həmin şalvarın sağ cibindən bir qutu “Kent” markalı siqaret qutusunu, bir ədəd 100 manatlıq, bir ədəd 50 manatlıq, 1 ədəd 20 manatlıq və beş ədəd 5 manatlıq pul əskinazlarını çıxarıb masanın üstünə qoymuşdur. Daha sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli dəri gödəkcənin içəri tərəfdən sağ cibindən beş ədəd sellofan büküm də çıxarıb masanın üstünə qoymuşdur. Həmin bükümlər açılıb içərisinə baxıldıqda içərisində ağ rəngli kristallaşmış maddə olduğu aşkar olunmuşdur. Təqsirləndirilən şəxs beş ədəd bükümdəkilərin nə olduğunu soruşduqda o, bükümlərin hər birinin çəkisinin 9 qram olduğunu, şüşə kimi tanınan həmin maddəni çəkəndə yuxunu qaçırdığını və həmin maddənin keçmişdən evində qaldığını və həmin narkotik vasitəni 6 il əvvəl adını bilmədiyi şəxsdən aldığını bildirmişdir. Təqsirləndirilən şəxs həmçinin maddi vəziyyətinin ağır olduğunu, uşaqlara məktəb paltarı ala bilmədiyini, buna görə də məcbur olub evdən həmin bükümləri götürüb satmaq istədiyini demişdir. Təqsirləndirilən şəxs götürülmüş bükümlər zərfə qoyularaq qablaşdırılmış və üzəri möhürlənmişdir. Şəxsi axtarışın nəticəsi barədə təhqiqatçı tərəfindən protokol tərtib edilmiş, sonra həmin protokolun düzgünlüyü baxış iştirakçılarının imzaları ilə təsdiq edilmişdir. Təqsirləndirilən şəxs qarşı heç bir fiziki və psixi təsir göstərilməmiş, Təqsirləndirilən şəxs da onlara qarşı heç bir müqavimət göstərməmişdir. Şəxsi axtarış zamanı videoçəkilişdən istifadə olunmuşdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid5 Şahid3 ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 23 sentyabr 2019-cu il tarixdə saat 21:00 radələrində ünvan 3 ünvanında yerləşən “Velotrek” ticarət mərkəzinin yaxınlığında iş yeri olan tualetin giriş qapısında olarkən bir nəfər cavan oğlan gəlib tualetə keçib otaqlardan birinə girmişdir. 20 dəqiqə keçməsinə baxmayaraq o, həmin şəxsin tualetdən çıxmadığını görüb onda şübhələr yarandığına görə küçəyə çıxaraq post-patrul avtomobilinə yaxınlaşıb bu barədə polis əməkdaşlarına demişdir. Bundan sonra polis əməkdaşları həmin yerə gəlib cavan oğlanı oradan çıxartmış və polis avtomobilinə mindirib Polis Bölməsinə aparmışlar. Polis əməkdaşları ora gəldikdən sonra həmin şəxsin orada narkotik vasitədən istifadə etdiyini bilmiş, həmin şəxs polis əməkdaşlarına müqavimət göstərməmişdir. Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid1 və Şahid4 ibtidai araşdırma orqanına verdiyi ifadəsindən görünür ki, onlar Şahid3 ifadəsinə uyğun eyni məzmunlu ifadə vermişdir (cild 1, iş vərəqə 106-108; 112-114). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24 sentyabr 2019-cuiltarixli24124 saylırəyindəngörünürki, tədqiqatatəqdimedilmişüzərində“vət. Təqsirləndirilən şəxs üzərindən...” və s. qeydlər olan 5 ədəd bükümdəki ümumi təmiz çəkisi 46,310 qram olan ağ rəngli, kristal hissəciklərdən ibarət maddə Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr siyahısına daxil olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir (Qeyd: Metamfetaminin ümumi təmiz çəkisi 46,310 qram, tədqiqata sərf edildi 0,050 qram, ümumi qalıq 46,260 qramdır, cild 1, iş vərəqə 58-60). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 4 dekabr 2019-cuiltarixli28913 saylırəyindəngörünürki, 1 ədəd zərfdəki ümumi 5 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 9,838 qram, 7,275 qram, 9,533 qram, 9,804 qram və 9,810 qram, ümumi təmiz çəkisi 46,260 qram maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetaminlər xarici görünüşünə və kimyəvi tərkiblərinə görə eynidir (Qeyd: Metamfetaminin ümumi çəkisi 46,260 qram, tədqiqata sərf edildi 0,05 qram, qalıq 46,210 qram, cild 1, iş vərəqə 186-187). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 1 oktyabr 2019-cuiltarixli24220 saylırəyindəngörünürki, təqdiqata təqdim edilmiş bir ədəd bıçaq zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu batıcı xassəyə malik olan turist bıçağıdır və soyuq silah hesab edilməmişdir (cild 1,iş vərəqə 104). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik x3 Məhkəmə Psixiatrik Ekspertizasının 26 noyabr 2019-cu il tarixli 2428 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs həmin dövrdə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ittiham olunduğu əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21 və 22-ci maddələrinin təsiri altına düşməmiş, o, hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur və istintaq hərəkətlərində iştirak etmək qabiliyyətinə malikdir (cild 1, iş vərəqə 156-157). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator x1 27 noyabr 2019-cu il tarixli2793 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuşdur. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı olmuş, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür (cild 1, iş vərəqə 158-159). Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət işinin materiallarından görünür ki, 23 sentyabr 2019-cu il tarixdə videoçəkilişdən istifadə edilərək Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, bu barədə tərtib edilmiş protokol, həmçinin şəxsi axtarış və götürməni özündə əks etdirən videogörüntülər olan “DVD” disk iş üzrə sübut növü kimi qiymətləndirilərək cinayətişinəəlavəedilmişdir (cild 1, iş vərəqə 40-47; 208-218). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs aşkar edilmiş 46,310 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin maddi sübut kimi tanınmış və tədqiqatdan sonra qalıq qalmış 46,210 qram metamfetamin Nəsimi RPİ-nin maddi sübutların saxlanma kamerasına təhvil verilmişdir (cild 1, iş vərəqə 208-218). Cinayət işinin materiallarında olan “cinayət işindən cinayət işinin ayrılması haqqında” 25 dekabr 2019-cu il tarixli qərardan görünür ki,Təqsirləndirilən şəxs külli miqdarda psixotrop maddə olan metamfetamini əldə etdiyi mənbəni müəyyən etmək məqsədi ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə başqa cinayət işi ayrılmışdır (cild 1, iş vərəqə 198-199). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və x2 verilmiş tələbnamədən görünür ki, təqsirləndirilən şəxs Kazımov x5 Ağır Cinayətlər Məhkəməsinin 30 oktyabr 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 206.2-ci maddələri ilə təqsirli bilinərək 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Xəzər rayon məhkəməsinin 4 dekabr 2018-ci il tarixli qərarı ilə cəzasının qalan hissəsini çəkməsi üçün məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilmişdir (cild 1, iş vərəqə 145; 148-154, cild 2). Cinayət işinin materiallarında olan 3 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsinin arayışından görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayəti törətdiyi vaxt 1 (bir) il 2 (iki) ay 6 (altı) gün çəkilməmiş cəzası qalmışdır (cild 2). Təqsirləndirilən şəxs törətdiyi əvvəlki cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinin tələbinə görə “ağır” cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.2.2-ci maddəsinə əsasən qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən ağır cinayətin törədilməsi cinayətlərin təhlükəli residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.4-cü maddəsinin tələbinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən 6 il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər ağır cinayət törətməyə görə məhkum olunmuş və cəzasını çəkib qurtardıqdan sonra 6 il keçmədən yenidən qəsdən ağır cinayət törətdiyindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.4-cü maddəsinin tələbinə əsasən məhkumluğu ödənilməmiş və buna görə də, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.2.2-ci maddəsinin tələbinə əsasən onun əməlində cinayətlərin təhlükəli residivi vardır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Təqsirləndirilən şəxs əməlində cinayətlərin təhlükəli residivi olduğundan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələbinə əsasən ona təyin ediləcək cəzanın müddəti Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyasının yuxarı həddinin üçdə ikisindən az ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirə bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs x8 Məhkəməsinin 30 oktyabr 2014-cü il tarixli hökmü ilə təyin olunmuş 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 1 (bir) il 2 (iki) ay 6 (altı) gün hissəsi yeni hökmlə təyin ediləcək cəzaya qismən birləşdirilməlidir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. O, həmin cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin, cinayət məsuliyyətindən və cəzadan azad edilməsi uçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2 azyaşlı uşağı vardır (cild 1, iş vərəqə 143-144). Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 2 azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edərək səmimi peşman olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən digər hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində cinayətlərin təhlükəli residivi olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. İş materiallarında olan Nəsimi rayon məhkəməsinin 25 sentyabr 2019-cu il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 23 sentyabr 2019-cu il tarixdən hesablanmışdır (cild 1, iş vərəqə 99-100). Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinin tələbinə əsasən “ağır” cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisələrində cəzanın çəkilməsi nəzərdə tutulur. Həmin normaların tələblərinə görə Təqsirləndirilən şəxsəməlində cinayətlərin təhlükəli residivi mövcud olduğundan və əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkdiyindən ona təyin olunacaq cəzanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmaqla cəza çəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu gündən, yəni 23 sentyabr 2019-cu il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri – 213,40 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. İş üzrə maddi sübut olan və Nəsimi rayon Polis İdarəsinin maddi sübutların saxlanılması kamerasında saxlanılan 46,210 qram psixotrop maddə olan metamfetamin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.0.1-ci maddəsinə əsasən məhv edilməli, şəxsi axtarış və götürməni özündə əks etdirən videogörüntülər olan “DVD” diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 197, 198, 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. x8 Məhkəməsinin 30 oktyabr 2014-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 1 (bir) il 2 (iki) ay 6 (altı) gün hissəsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş cəza ilə qismən birləşdirilməklə ona qəti olaraq 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həmin cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 23 sentyabr 2019-cu il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri – 213,40 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut olan və Nəsimi rayon Polis İdarəsinin maddi sübutların saxlanılması kamerasında saxlanılan 46,210 qram psixotrop maddə olan metamfetamin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.0.1-ci maddəsinə əsasən məhv edilsin, şəxsi axtarış və götürməni özündə əks etdirən videogörüntülər olan “DVD” diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınsın. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-381/2020
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-381/2020
11.02.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver