Məhkəmə qərarları › İş №1(101)-381/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(101)-381/2021

27.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(101)-381/2021 27.04.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Mahmudov İlham Ağa oğlu (sədrlik edən), Xankişiyev Mirzə Aslan oğlu vә Qəniyev Faiq Əsəd oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi X3, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şöbəsinin prokuroru X8 oğlunun, Müdafiəçi – Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili X4, xx xxxxxx 1988-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işləməyən, orta təhsilli, məhkum olunmamış, Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, C.Xədan küçəsi, v 42A, mənzil 231-də qeydiyyatda olan və yaşayan barəsində “Başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsi barədə cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə edib satmaq məqsədi ilə 2019-cu ilin noyabr ayının axırlarında Bakı şəhəri, «Papanin» yerdə şəxsiyyəti istintaqa məlum olmayan şəxslə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək sonuncudan satış məqsədi İlə qanunsuz olaraq külli miqdarda təmiz çəkisi 65,179 qram olan kustar üsulla hazırlanmış heroin narkotik vasitə əldə edib daşıyaraq yaşadığı Bakı şəhəri, Bİnəqədi rayonu, S-ci mikrorayon, C.Xəndan küçəsi, ev 42A. mənzil 231-də saxlamış və bu barədə daxil olmuş əməliyyat məlumatı əsasında 29 dekabr 2019-eu il tarixdə saat 14:12-də Bİnəqədi RPİ-nin 5-ei PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində onun yaşadığı qeyd edilən mənzilə baxış keçirilən zaman yataq otağında olan taxta çarpayının döşəyinin altında gizlədib saxladığı kiilli miqdarda olan həmin heroin narkotik vasitə aşkar olunaraq götürülmüşdür. İş materiallarına əlavə edimiş İstintaq zamanı keçirilmiş məhkəmə kimyəvi ekspertizanın 28 dekabr 2019-cu il tarixli, 32304 №-li rəyi ilə miiyəyyən edilmişdir ki. tədqiqata təndim edilmiş, üzərində «HəsənovA» yazısı olan zərfdə 01 ədəd bükümdə təmiz çəkisi 65,179 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. İş materiallarına əlavə edilmiş məhkəmə kimyəvi ekspertizasının 28 dekabr 2019cu il tarixli, 32304 №-li və məhkəmə narkoloji ekspertizanın 12 fevral 2020-ci il tarixli, 359 Xh-li rəylərini tədqiq edərək həmin rəylərin işin müəyyən edilmiş hallarına uyğun gəldiyini və iş üzrə digər sübutlarla təsdiq edildiyini müəyyən etmiş və ona görə də sübut növü kimi qiymətləndirilmişdir. İstintaq zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs evinə baxış keçirilməsi zamanı videoçəkilişdən istifadə edilmiş və həmin videogöriintülər olan disk istintaqa təqdim edilmişdir. Təqdim edimlmiş videogörüntü olan CD disk iş üçün mühüm əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi qiymətiləndirilərək cinayət işinə əlavə edilmişdir. İstintaqın sonrakı mərhələsində Binəqədi rayon məhkəməsinin hakimi Elçin Ağayevin 25 fevral 2020-ci il tarixli qərarı ilə X5 həbsdə saxlama müddəti 28 iyul 2020-ci il tarixədək uzadılmışdır. Təqsirləndirilən şəxs 28.06.2020-ci il tarixdə saxlandığı Bakı İstintaq Təcridxa nasından azad edilmiş və həmin tarixdə onun barəsində "Başqa yerə getməmək haqqında iltizam " qəimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası ”X14 üzrə X12 Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik Hüquqi şəxsindən daxil olmuş 02 aprel 2021-ci il tarixli, PHŞ/1,1-1-2021-562 saylı Birləşmiş Şəhər Xəstəxanasında vəfat etmişdir. Məhkəmə işin bütün hallarına, cinayətin törədilməsi üsuluna və mexanizminə hüquqi qiymət verərək X5 törətdiyi cinayət əməlini Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin icraatına bəraətverici əsaslar olmadan xitam verilməlidir. Təqsirləndirilən şəxsin vəkili X4 Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.5-ci maddəsinə əsasən xitam verilməsi üçün ərizə verdiyindən cinayət işinin icraatına xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3-1-ci maddəsinə əsasən – məhkəmə baxışı gedişində cinayət təqibinə bu məcəllənin 39.1.5-ci maddəsində nəzərdə tutulmuş halda xitam verilməsinə, ölmüş şəxsin hüquqi varisinin, hüquqi varis müəyyən edilmədiyi halda, bu məcəllənin 106-1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda müdafiəçisinin razılığı ilə yol verilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X5 Azərbaycan Respublikası CM-nin 99- 1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə olunmalı əmlak müəyyən olunmadığından onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Odur ki, vəfat etmiş Təqsirləndirilən şəxs vəkili X4 Ağarıza Həsənov barəsində olan cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilməsinə razılıq verməsini nəzərə alaraq məhkəmə hesab edir ki, Salman Tahirovun barəsində cinayət işinin icraatına xitam verilməsi barədə qərar qəbul olunmalıdır. Məhkəmədə təqsirləndirilən şəxs X6 göstərilən hüquqi yardımla əlaqədar Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından ibtidai istintaqdakı müdafiəçisi X7 işlədiyi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesabına 480 (dörd yüzsəksən) manat, məhkəmədə göstərdiyi hüquqi yardıma görə isə X2 işlədiyi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına 210 (iki yüz on) manat köçürülməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-nın 39.1.5, 43.3-1-ci maddələrini rəhbər tutub, məhkəmə Qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə və cinayət işi üzrə icraata, Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 39.1.5-ci maddəsinin müddəlarına əsasən şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətdikdən sonra öldüyündən bəraətverici əsaslar olmadan xitam verilsin. Məhkəmədə təqsirləndirilən şəxs X6 göstərilən hüquqi yardımla əlaqədar Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından ibtidai istintaqdakı müdafiəçisi X7 işlədiyi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesabına 480 (dörd yüzsəksən) manat, məhkəmədə göstərdiyi hüquqi yardıma görə isə X2 işlədiyi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına 210 (iki yüz on) manat köçürülsün. Qərardan, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Qərardan, apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar