Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-381/2022 11.03.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hacıyev Siyavuş Həbib oğlu (sədrlik edən), Salmanov Rahib Vaqif oğlu və Ağalarov Mahmud Muradxan oğlundan ibarət tərkibdə məhkəmə iclasının katibi X4, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı və müdafiəçi – “Femida” Vəkil Bürosunun vəkili X1, zərərçəkmiş şəxslər Qanuni nümayəndə və Zərərçəkmiş şəxs2 iştirakı ilə, 16 avqust 1986-cı ildə Masallı rayonunun Ərkivan qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, fərdi əməklə məşğul olmuş, məhkum olunmamış, Masallı rayonunun Ərkivan qəsəbəsində qeydiyyatda olan və yaşayan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.3 və 157.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan, mənzildə yaşayanın iradəsi ziddinə mənzilə daxil olmuş, habelə xüsusi amansızlıqla zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur; belə ki, o, 30 iyul 2021-ci il tarixdə saat 17 radələrində arvadı Qanuni nümayəndə ilə münasibətlərini aydınlaşdırmaq məqsədilə sonuncunun müvəqqəti yaşadığı ünvan 1 ünvanında yerləşən 4 nömrəli mənzilə gəlib, giriş qapısını döymüş, mənzildə daimi yaşayan Zərərçəkmiş şəxs2 tərəfindən mənzilə buraxılmadığını bilib sonuncunun iradəsinə zidd olaraq, Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan mənzilə pəncərədən qanunsuz daxil olmuş və həmin mənzilin yataq otağında arvadı Qanuni nümayəndə ilə aralarında şəxsi münasibətlərin pozulması zəminində yaranmış mübahisə zamanı xüsusi amansızlıqla - azyaşlı övladlarının gözü qarşısında üzərində gəzdirdiyi zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağı ilə arvadı Qanuni nümayəndəmn qarın nahiyəsindən bir dəfə vuraraq yetirildiyi anda insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid döş qəfəsinin sağ yan səthinin daxilə nüfuz edərək qaraciyərin zədələnməsi və kəskin daxili qanitirmə ilə müşayiət olunan deşilmiş-kəsilmiş yarası xəsarətlərini yetirməklə гясдян sağlamlığına ağır zərər vurmuşdur: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.3 və 157.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmişdir. Təqsirləndirilən şəxs məhkəmə zamanı özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.3 və 157.1-ci maddələri ilə elan edilmiş ittiham üzrə təqsirli bilərək göstərmişdir ki, 30 iyul 2021-ci il tarixdə saat 13 radələrində 20 Yanvar dairəsində kafelərin birində tək əyləşib 2 bokal pivə içmiş, bundan sonra orada məişət avadanlıqları satışı mağzasından 2 manata bıçaq almış, həmin bıçağı belində gizlətmiş, sərxoş olduğu üçün bıçağı nəyə görə aldığını və üzərində gəzdirdiyini xatırlamamış, daha sonra o, 20 Yanvar dairəsindən taksi ilə arvadı Ülviyyənin yaşadığı ünvan 1 ünvanında yerləşən 4 nömrəli mənzilin qarşısına gəlmiş, bundan sonra o, mənzilin qapısını döymüş, lakin evdə adam olmasına baxmayaraq qapını açan olmamış, o, mənzilin eyvanına qalxmış, oradan zala keçmiş, yataq otağına daxil olmuş, həmin vaxt yataq otağında olan azyaşlı övladları Aysun, Nigar və Fəriddən anaları Ülviyyənin harada olduğunu soruşmuş, övladları ona anaları Ülviyyənin hamam otağında olduğunu bildirmiş, o, otaqdan çıxaraq hamam otağına tərəfə getmiş, hamam otağının giriş hissəsində Ülviyyə ilə rastlaşmış, Ülviyyə onu görmüş və evə necə daxil olduğunu soruşmuş, o, Ülviyyəyə evin eyvanından içəriyə daxil olduğunu bildirmiş, bu zaman qaynanası Xatirə onun Ülviyyə ilə söhbət etdiyini görüb evində nə işi olduğunu soruşmuş, o, isə ona arvadı Ülviyyə ilə söhbət edib gedəcəyini bildirmiş, Ülviyyə ilə o, otağa keçmiş və orada söhbət etmişlər, Ülviyyə ilə söhbət edən zaman azyaşlı övladları Aysun, Nigar və Fərid də onların yanında otaqda olmuş, övladlarının yanında Ülviyyədən hansı səbəblərə görə ondan boşanmaq istədiyinin məqsədini soruşmuş, Ülviyyə ona atası Zahir Şiriyev onları boşandırmaq istədiyini bildirmiş, ona (Ülviyyəyə) və uşaqlara baxmadığını, onu (Ülviyyəni) və uşaqları döydüyünü bildirərək boşanmaq istədiyini demiş, o, təkidlə Ülviyyəyə boşanmayacağını demiş, Ülviyyə isə artıq başqa yolu olmadığını və boşanmaq fikirinin dəqiq olduğunu bildirmiş, belə olan halda o, əsəblərini cilovlaya bilməyərək Ülviyyə ilə mübahisə etməyə başlamış və mübahisə zamanı belindəki bıçağı çıxardıb bir dəfə Ülviyyənin qarın nahiyyəsindən vurmuş, Ülviyyəni bıçaqla vuran zaman azyaşlı övladları Aysun, Nigar və Fərid otaqda onların yanında olmuş, Ülviyyənin qarın nahiyyəsindən qan axmağa başlamış və Ülviyyə qarın nahiyyəsini əli ilə tutaraq otaqdan çölə çıxmış və qışqırmağa başlamış, o, da Ülviyyənin arxasınca otaqdan çıxmış və oradan da onların evindən çölə çıxmış, Ülviyyəni öldürmək niyyəti olmamış, Ülviyyəni qorxutmaq və onun boşanmaq fikrindən daşındırmaq olmuş, Ülviyyənin evinin giriş qapısının qarşısında olarkən törətdiyi əməlinə görə peşmançılıq hissi keçirdiyinə görə özünə qəsd etmək istəmiş, lakin nail ola bilməmiş, bıçaqla özünə xəsarət yetirmiş, o, bıçaqla boğaz, sol qol və qarın nahiyyələrinə xəsarət yetirmiş, daha sonra hadisə yerinə polis əməkdaşları gələrək onu xəstəxanaya aparmış, ilkin tibbi yardım göstərildikdən sonra özünü yaxşı hiss etdiyinə görə polis əməkdaşları onu Qaradağ RPİ-nin istintaq şöbəsinə gətirmiş, polis idarəsində olarkən törətdiyi cinayəti səmimi etiraf etmişdir. Azərbaycan Respublikasının CPM-in 143-145-ci maddələrinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir; hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir; məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmə zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Qanuni nümayəndə ifadə verərək göstərmişdir ki, 1 dekabr 2008-ci il tarixdə Təqsirləndirilən şəxs ilə ailə həyatı qurmuş, həmin ildə toyları olmuş, 2016-cı ildə isə Təqsirləndirilən şəxs ilə rəsmi nikaha daxil olmuş, birgə nikahdan xx.xx.2009-cu il təvəllüdlü Şahid2, xx.xx.2011-ci il təvəllüdlü Şahid1 və 23.07.2014-cü il təvəllüdlü X6 anadan olmuş, Təqsirləndirilən şəxsla ailə həyatı qurduğu gündən aralarında soyuqluq olmuş, İsmayıl əvvəllər çörək zavodunda sürücü işləmiş, qazandığı pulları spirtli içkiyə verirmiş, daimi olaraq evə sərxoş halda gəlib onunla mübahisə edərək onu uşaqlarının gözünün qarşısında təhqir edib döymüş, 2020-ci ilin oktyabr ayında Masallı rayonu Ərkivan qəsəbəsindən əri İsmayıl və azyaşlı övladları ilə birlikdə Bakı şəhərinə köçərək Dərnəgül şossesində kirayədə yaşamış, həmin müddət ərzində də İsmayıl evə sərxoş halda gələrək evdə onunla mübahisə edərək onu uşaqlarının gözünün qarşısında təhqir etmiş və döymüşdür; əri İsmayıl evin kirayə pulunu vermədiyinə görə o, uşaqlarını götürüb valdeynlərinin yaşadığı Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Nizami küçəsi, ev 19 ünvanında yerləşən 4 nömrəli mənzilə gedərək orada azyaşlı uşaqları ilə birlikdə yaşamağa davam etmişdir; əri İsmayılın ona və övladlarına baxmadığına onu və uşaqlarını döydüyünə görə valdeyinlərinin məsləhəti ilə boşanmaq qərarına gəlmiş, boşanmaq istədiyini telefon danışığı zamanı İsmayıla bildirmiş, İsmayıl isə boşanmayacağını bildirmiş, 30.07.2021-ci il tarixdə saat 17:00 radələrində ünvan 2 ünvanında yerləşən evin hamam otağında əl-üzünü yuyarkən hamam otağının qarşısında əri İsmayılı görmüş, həmin zaman anası Zərərçəkmiş şəxs2 Naib qızı mətbəxdən çıxaraq ona tərəf gəlmiş və İsmayılı görüb evdə nə işi olduğunu soruşmuş, İsmayıl onunla söhbət etikdən sonra evi tərk edəcəyini bildirmiş, anası Xatirə İsmayıldan evi tərk etməsini tələb etmiş, o isə anası Xatirədən İsmayılla söhbət etməsi üçün icazə istəmiş, bundan sonra əri İsmayıl, o, və azyaşlı övladları yataq otağına keçmiş, İsmayıl azyaşlı övladlarını otaqdan çıxartmaq istəyəndə anası Xatirə buna icazə verməmiş, sonra anası Xatirə evin mətbəxinə getmişdir; otaqda uşaqların yanında əri İsmayıl onu boşanmaq fikrindən daşındırmaq istəmiş, İsmayıla valdeynlərinin sözündən çıxa bilməyəcəyini və boşanmaq fikrindən daşınmayacağını və artıq ərizə ilə məhkəməyə müraciət etdiyini bildirmiş, həqiqətdə isə boşanmaqla bağlı məhkəməyə hələ müraciət etməmişdir; Aysun atası İsmayılın bel nahiyəsində bıçaq olduğunu görüb ona demiş, sonra Aysun otaqdan çıxaraq nənəsi Xatirəni çağırmaq üçün mətbəxə getmiş, Xatirə onların yanına gəlmiş və İsmayıldan hansı səbəbdən üzərində bıçaq gəzdirdiyini və onların evinə hansı məqsədlə bıçaqla gəldiyini soruşmuş, İsmayıl kiməsə borclu olduğunu, borc sahibindən qorxduğu üçün üzərində bıçaq gəzdirdiyini demiş, İsmayılın sözlərinə inanmamış, bundan sonra Xatirə otaqdan çıxaraq mətbəxə getmiş, o, boşanmaq üçün məhkəməyə ərizə ilə müraciət etdiyini bildirmiş, bunu eşidən İsmayıl aqressivləşərək sol əlini onun çiyin nahiyyəsinə qoymuş və sağ əli ilə bel kəmərində olan bıçağı götürərək, bir dəfə onun qarın nahiyəsindən vurmuş, qarın nahiyəsindən qan gəlməyə başlamış, əli ilə qarın nahiyyəsindən tutub, qışqıraraq otaqdan çıxmış, anası Xatirə onun qışqırıq səsinə gəlmiş, bir neçə dəqiqədən sonra onların evinə gəlmiş Qaradağ RPİ-nin 10-cu PB-nin əməkdaşları polis maşını ilə onu Respublika Klinik xəstəxanasına aparmışlar; təxminən 8 gün müddətində Respublika Klinik xəstəxanasında müalicə almışdır. Məhkəmə zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadə verərərək göstərmişdir ki, Qanuni nümayəndə onun qızı, Təqsirləndirilən şəxs isə kürəkənidir, təxminən 13 ildir ki, İsmayıl ilə Ülviyyə nikahdadır. Nikah bağlandığı gündən ailə münasibətləri yaxşı olmamış, İsmayıl öz ailəsinə yaxşı baxmamış, demək olar ki, ailənin qayğısına onun özü qalmışdır; 2020-ci ilin oktyabr ayında qızı Ülviyyə həyat yoldaşı İsmayıl və uşaqlarla birlikdə Masallı rayonunun Ərkivan qəsəbəsindən çıxaraq yaşamaq üçün Bakı şəhərinə gəlmiş və həmin vaxtdan Bakı şəhəri Dərnəgül şossesində kirayədə yaşamışlar, İsmayıl ailəsinə yaxşı baxmadığına görə Ülviyyə uşaqlarını götürərək onun kirayədə yaşadığı ünvan 1 ünvanda yerləşən 4 №-li mənzilə köçərək onunla birlikdə yaşamağa başlamış, qızı Ülviyyəni İsmayıldan boşatdırmaq qərarına gəlmiş, Ülviyyə onun fikri ilə razılaşmış, boşanmaq qərarını telefon danışıqları zamanı İsmayıla bildirmiş, lakin İsmayıl buna qarşı çıxmışdır; 30 iyul 2021-ci il tarixdə saat 17:00 radələrində o, Bakı şəhər, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Nizami küçəsi, ev 19, mənzil 4 ünvanında yerləşən evinin mətbəxtində olaraq ev işləri ilə məşğul olmuş, qızı Ülviyyə, nəvələri Nigar, Aysun və Fərid də evdə olmuşlar. Həmin vaxt evin qapısı döyülmüş, qapını döyənin İsmayıl olduğunu bilmiş, evin qapısını açmamış və İsmayılı evə buraxmamış, 5-10 dəqiqədən sonra İsmayılın evin hamamının qarşısında Ülviyyə ilə söhbət etdiyini görmüş, İsmayıldan onun evində nə işi olduğunu soruşmuş, İsmayıl ona evə eyvandan daxil olduğunu, Ülviyyə ilə söhbət edib gedəcəyini demiş, İsmayıl və Ülviyyə evin otağına keçmişlər, nəvələrinə analarının yanında olmalırını demiş, İsmayıl buna etiraz etmiş, İsmayılın etirazına məhəl qoymayaraq nəvələrinin analarının yanında olmasını tapşıraraq mətbəxə getmiş, 5 dəqiqədən sonra nəvəsi Aysun mətbəxtə gəlib atası İsmayılın belində bıçaq olduğunu ona demiş, o, qızı Ülviyyə olan otağa keçib İsmayıldan hansı məqsədlə bıçaqla gəlməsini soruşmuş, İsmayıl ona kiməsə borclu olduğunu, borc sahibindən qorxduğu üçün üzərində bıçaq gəzdirdiyini və Ülviyyə ilə söhbət etdikdən sonra evdən çıxıb gedəcəyini bildirmişdir; bundan sonra o, öz işlərini davam etmək üçün mətbəxə keçmiş, bir neçə dəqiqədən sonra Ülviyyənin qışqırıq səsini eşidib, Ülviyyənin yanına, mətbəxə, qaçmış, Ülviyyənin qarın nahiyyəsindən qan gəldiyini, İsmayılın isə otaqda olduğunu görmüş, bundan sonra İsmayıl evin giriş qapısından çölə çıxmışdır; bundan sonra hadisə yerinə Qaradağ RPİ-nin 10-cu PB-nin əməkdaşları gəlmişlər; Ülviyyə ilə İsmayılın münasibətləri çox gərgin olmuş, İsmayılın xoş niyyətlə gəlmədiyini düşünərək, sonuncunu yaşadığı evə buraxmaq istəməmiş, İsmayıl isə onun razı olmadığı halda eyvandan evə daxil olmuş, İsmayılı evin içərisində görəndən sonra əlavə problem yaranmasın deyə, çarəsiz qalıb İsmayılı evdən güc tətbiq etməklə çıxarmağa cəhd göstərməmişdir. Məhkəmə zamanı Bakı şəhəri F.Rəfiyev adına 166 №-li məktəb-liseyin müəllimi X5 və qanuni nümayəndəsi olan anası X3 iştirakı ilə şahid qismində dindirilmiş azyaşlı Şahid1 ifadə verərək göstərmişdir ki, Təqsirləndirilən şəxs onun atası, Səfərova Zahir qızı isə onun anasıdır; bacısı, qardaşı və anası Ülviyyə ilə birlikdə nənələrinin yanında - ünvan 4 ünvanında yerləşən 4 nömrəli mənzildə yaşayırlar; 30.07.2021-ci il tarixdə saat 17:00 radələrində mənzilin mətbəxində olarkən balkondan səs gəldiyini eşidib balkona tərəf getmiş və atası İsmayılın evin eyvanından zala və oradan da yataq otağına keçdiyini görmüşdür, həmin vaxtı qardaşı və bacısı da onun yanında, anası isə hamam otağında olmuşlar, həmin vaxt anası hamam otağından çıxaraq atası İsmayılla qarşılaşmış və söhbət etmək üçün yataq otağına keçmişlər, o, qardaşı və bacısı analarını ataları ilə bir otaqda tək qoymamaq üçün onların dalınca yataq otağına keçmişlər, atası onları otaqdan çıxartmaq istədikdə, nənəsi Xatirə onlara otaqdan çıxamağa icazə verməmiş, bundan sonra nənəsi Xatirə mətbəxə keçmişdir; bir neçə dəqiqədən sonra atası İsmayılın bel nahiyəsində bıçaq olmasını görüb tez otaqdan çıxmış və mətbəxə gedib atası İsmayılın bel nahiyyəsində bıçaq gördüyünü nənəsi Xatirəyə demiş, Nənəsi Xatirə mətbəxdən çıxaraq qaça-qaça yataq otağına getmiş və atası İsmayıldan üzərində bıçaqla onların evinə gəlməsinin səbəbini soruşmuş, İsmayıl pul borcu olduğu şəxslərdən qorxması səbəbindən üzərində bıçaq gəzdirdiyini bildirmiş, başqa məqsədlə bıçaqla evlərinə gəlmədiyini demişdir; bundan sonra nənəsi Xatirə otaqdan çıxaraq mətbəxə getmişdir; atası ilə anası boşanma haqqında söhbət etmişlər, bacısı və qardaşı ilə birlikdə kənarda dayanaraq valideynlərinin söhbətlərini eşitmişlər, atası İsmayıl boşanmaq istəmədiyini bildirmiş, valideynləri mübahisə etməyə başlamış, atası İsmayıl bel nahiyəsindən bıçaq çıxardaraq anası Ülviyyənin qarın nahiyəsinə bıçaqla vurmuş, anasının qarın nahiyəsindən qan gəlmiş, anası əli ilə qarın nahiyyəsindən tutaraq otağdan çıxmış, onun qışqırıq səsinə nənəsi Xatirə gəlib anası Ülviyyənin qarın nahiyyəsindən qan gəldiyini görmüşdür; atası İsmayıl evdən qaçaraq getmişdir. Məhkəmə zamanı Bakı şəhəri F.Rəfiyev adına 166 №-li məktəb-liseyin müəllimi X5 və qanuni nümayəndəsi olan anası X3 iştirakı ilə şahid qismində dindirilmiş azyaşlı Şahid2 Şahid1 ifadəsinə və işin faktik hallarına uyğun ifadə vermişdir. Məhkəmə iş üzrə dindirilmiş və tədqiq edilmiş təqsirləndirilən şəxsin, zərərcəkmiş şəxslərin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut kimi qəbul edir. İşdə olan 31 iyul 2021-ci il tarixli ifadənin yerində yoxlanması prokolundan və ona əlavə edilmiş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs Qanuni nümayəndə bıçaqla vurduğu yeri, yəni cinayət hadisəsini törətdiyi yeri və şəraiti təsvir edərək göstərmişdir. Təqsirləndirilən şəxs ifadəsi hadisə yerində yoxlanılan zaman göstərdiyi və təqdim etdiyi yerlər və şəraitin ifadəsində göstərdiyi hallar və hadisə yerinin müayinəsi zamanı aşkar edilmiş hallarla və yerlərlə üst-üstə düşməsi müəyyən edilmişdir. İfadəsi hadisə yerində yoxlanılarkən Təqsirləndirilən şəxs təqdim etdiyi yerlərin foto çəkilişləri aparılmış, foto çəkiliş Təqsirləndirilən şəxs təqdim edilmiş, Təqsirləndirilən şəxs foto görüntüdə olanların protokolla eyni olmasını təsdiq etmişdir (1-ci cild iş vərəqi 67-70). İşdə olan məhkəmə-tibb ekspertizası üzrə 08 sentyabr 2021-ci il tarixli 561 saylı ekspert rəyindən görünür ki, Qanuni nümayəndə aldığı xəsarətlər - döş qəfəsinin sağ yan səthinin daxilə nüfuz edərək qaraciyərin zədələnməsi və kəskin daxili qanitirmə ilə müşayiət olunan deşilmiş-kəsilmiş yarası deşici-kəsici əşya (alət) (ola bilsin bıçaq) təsirindən qərarın təsviri hissəsində göstərilən onun tibbi yardım üçün Respublika Klinik Xəstəxanasına müraicət etdiyi 30.07.2021-ci il tarixdə və şəraitdə törənməsi mümkündür və dərəcəsinə görə həyat təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid edilir (1-ci cild iş vərəqi 141-143). İşdə olan məhkəmə-tibbi ekspertizası üzrə 29 yanvar 2021-ci il tarixli 524 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs almış olduğu xəsarətlər- boyunun, qarınin və sol mil-bilək oynağının kəsilmiş yaraları, boyunun səthi kəsilmiş yarası iti kənara və ya iti uca malik əşya (alət) (ola bilsin bıçaq) təsirindən, qərarın təsviri hissəsində göstərilən və onun tibbi yardım üçün Respublika Klinik Xəstəxanasına müraciət etdiyi 30.07.2021-ci il tarixdə və şəraitdə törənməsi mümkündür və dərəcəsinə görə ümumilikdə sağlamlığa qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir (1-ci cild iş vərəqi 154-157). İşdə olan məhkəmə-tibbi kriminalistik ekspertiza üzrə 29 oktyabr 2021-ci il tarixli 597- MTKŞ saylı ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş zərərçəkmiş şəxs Qanuni nümayəndə məxsus köynək fraqmentinin ön səthinin sağ nahiyəsində aşkar edilmiş bir ədəd deşilmiş-kəsilmiş zədə ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin təsirindən törənmişdir. Ekspertizaya təqdim edilmiş zərərçəkmiş şəxs Qanuni nümayəndə məxsus köynək fraqmentinin ön səthinin sağ nahiyəsində aşkar edilmiş bir ədəd deşilmiş-kəsilmiş zədə onun bədəninin döş qəfəsinin sağ yan səthində olan bir ədəd deşilmiş-kəsilmiş yarası ilə yerləşməsinə görə nisbi olaraq üst-üstə düşürlər. Ekspertizaya təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış, məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir. Qanuni nümayəndə məhkəmə-tibbi ekspertizası zamanı döş qəfəsinin sağ yan səthinin daxilə nüfuz edərək qaraciyərin zədələnməsi və kəskin daxili qanitirmə ilə müşayiət olunan deşilmiş-kəsilmiş xəsarətin ekspertizaya təqdim edilmiş bıçağın tiyəsi ilə və ya ona oxşar konstruktiv xüsusiyyətinə malik digər bıçaqla yetirilməsi inkar olunmur (1-ci cild iş vərəqi 149-153). İşdə olan məhkəmə tibbi-bioloji ekspertiza üzrə 21 oktyabr 2021-ci il tarixli 707/2021 - MTBŞ saylı ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Qanuni nümayəndə məxsus bir ədəd qısaqol kofta, bıçağın tiyəsi üzərində insan qanı ləkələri aşkar olundu, qan ləkələri ABO sistemi üzrə alfa, beta (İ) qruplu şəxsə, o cümlədən Qanuni nümayəndə Zahr qızına və ya Təqsirləndirilən şəxs (əgər sonuncuda hadisə zamanı qanaxma ilə müşahidə olunan xəsarətlər olmuşdursa) məxsus ola bilər. Təqdim olunmuş bıçağın dəstəyi üzərinə qan aşkar olunmadı (1-ci cild iş vərəqi 144-148) İşdə olan 18 noyabr 2021-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, zərərçəkmiş şəxs Qanuni nümayəndə əynində olmuş bir ədəd qısaqol kofta və Təqsirləndirilən şəxs istifadə etdiyi bıçaq maddi sübut kimi tanınaraq saxlanılması üçün Qaradağ rayon prokurorluğuna təhvil verilmişdir (1-ci cild iş vərəqi 200-209). İşdə olan Masallı rayon İcra hakimiyyəti başçısının Ərkivan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayyəndəsinin verdiyi xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur (1-ci cild iş vərəqi 126). İşdə olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnqamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan AZ-İİ №818558, AZ-İİ №818559, AZ-İİİ №792630 saylı doğum haqqında şəhadəğnamələrin suratlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx xxxxxxx 2009-cu il, xx xxxxxx 2011-ci il və 23 iyul 2014-cü il təvəllüdlü üç azyaşlı uşaqları vardır (1ci cildi iş vərəqi 129-131) İşdə olan axtarışda olan şəxsin tutulması haqqında 30 iyul 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 30 iyul 2021-ci il tarixdə tutulmuşdur (1-ci cild iş vərəqi 27-28). İşdə olan Bakı şəhəri Qaradağ rayon məhkəməsinin 31 iyul 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 30 iyul 2021-ci il tarixdən hesablanmışdır (1-ci cild iş vərəqi 76-77). Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələblərinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə, məhkəmə toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlləri istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 126.2.3 və 157.1-ci maddələri ilə düzgün tövsif edilmiş və məhkəmə zamanı tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası CM-in 126.2.3-cü maddəsinin sanksiyasında altı ildən on bir ilədək müddətə azadlıqdan məhrum etmə cəzası və Cinayət Məcəlləsinin 157.1-ci maddəsinin sanksiyasında min manatdan iki min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri nəzərdə tutulmuşdur. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası CM-in 126.2.3-cü maddəsi ağır cinayətlər və həmin Məcəllənin 157.1-ci maddəsi böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına daxildir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə həmin Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər və Azərbaycan Respublikası 15.4-cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olub-olmamasını, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən himayəsində 3 azyaşlı uşağının olması Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirən hal kimi müəyyən edir. Azərbaycan Respublikası CM-in 61.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 60.1-ci maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs Cinayət Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrində nəzərdə tutulan cəzasını yüngülləşdirən halların olmaması səbəbindən Cinayət Məcəlləsinin 60-cı maddəsinin tələblərinin tətbiq edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 №-li qərarının 1-ci bəndinin tövsiyyəsinə görə: - hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir; - cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır; - cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmin qərarın tövsiyyəsinə əsasən məhkəmələr işin konkret hallarını nəzərə alaraq daha yüngül cəza təyin edilməsi məsələsini də müzakirə etməlidirlər. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. «Məhkəmə Hökmü Haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li qərarının 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun” 12 dekabr 2002-ci il tarixli 3 №-li qərarın 8ci bəndinə əsasən təqsirkarın əməli xüsusi amansızlıqla qəsdən adam öldürmə kimi CM-in 120.2.4-cü maddəsi ilə tövsif edilərkən nəzərə almaq lazımdır ki, burada xüsusi amansızlıq anlayışı həm adam öldürmənin üsulu ilə, həm də təqsirkarın cinayət törədərkən xüsusi amansızlıq göstərdiyini təsdiq edən digər hallarla bağlı olur. Əməl xüsusi amansızlıqla adam öldürmə kimi tövsif edilərkən müəyyən edilməlidir ki, təqsirkarın qəsdi zərərçəkmişi məhz xüsusi amansızlıqla həyatdan məhrum etməyə yönəldilmişdir. Xüsusi amansızlığın əlamətləri həyatdan məhrumetmə ərəfəsində və ya adam öldürmə prosesində zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar (çoxlu miqdarda xəsarətlər yetirmə, şiddətli ağrı verən zəhərdən istifadə edilməsi, diri-diri yandırılması, uzun müddət ac-susuz saxlanması və s.) yetirilməsi hallarında mövcud olur. Xüsusi amansızlıq həmçinin təqsirkarın zərərçəkmiş şəxsi onun yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini dərk etdiyi hallarda öldürməkdə də ifadə oluna bilər. Təqsirləndirilən şəxs zərərçəkmiş Qanuni nümayəndə azyaşlı uşaqlarının gözü qarşısında bıçaqla vurması qeyd edilən Plenum qərarında göstərilən xüsusi amansızlığa aid edilən əlaməti (təqsirkarın zərərçəkmiş şəxsi onun yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini dərk etdiyi hallarda) tam əhatə edir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi ağır və böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid edilən cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsində nəzərdə tutulmuş cəzasını yüngülləşdirən halın olmasını və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran halların olmamasını, təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, onun cəza çəkmədən islah olunmasını mümkün saymır, törətdiyi cinayətləri nəzərdə tutan Azərbaycan Respublikası CM-in 126.2.3-cü maddəsinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının və Cinayət Məcəlləsinin 157.1-ci maddəsinin sanksiyanda müəyyən edilmiş həddə islah işləri cəzasının təyin edilməsini cəzanın məqsədlərinə uyğun hesab edir. Cinayətlərin məcmusu üzrə cəzanın təyin edilməsini təsbit edən Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna (az ağır, ağır və ya xüsusilə ağır (ya az ağırı da əlavə etmək ya da xüsusilə ağırı göstərməmək.) cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1 və 68.1.3-cü maddələrinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə islah işlərinin dörd günü bərabər tutulur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsində birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalıdır. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi plenumunun 30 mart 2006-cı il tarixli 5 saylı qərarının 15-ci bəndində göstərilir ki, «İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən, onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır». Məhkəmə Avropa Məhkəməsinin hüquqi mövqeyini və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsini əsas tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə olduğu müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəza çəkməsinin başlanğıcı 30 iyul 2021-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinin tələblərinə əsasən ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəzaçəkmə müəssisələri müəyyən edilir. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi ağır və böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid edilən cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsində nəzərdə tutulmuş cəzasını yüngülləşdirən halın olmasını və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran halların olmamasını, təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, onun cəza çəkmədən islah olunmasını mümkün saymır, törətdiyi cinayətləri nəzərdə tutan Azərbaycan Respublikası CM-in 126.2.3-cü maddəsinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının və Cinayət Məcəlləsinin 157.1-ci maddəsinin sanksiyanda müəyyən edilmiş həddə islah işləri cəzasının təyin edilməsini, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir gününə islah işlərinin dörd günü bərabər tutulmaqla həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən təyin olunan cəzaları qismən toplamaq yolu ilə cəza təyin etməyi, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən cəzaçəkməsinin başlanğıcının 30 iyul 2021-ci il tarixdən hesablanmasını və həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzanı ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməsini cəzanın məqsədlərinə uyğun hesab edir. Məhkəmə kolegiyası Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 62 və 70-ci maddələrini tətbiqinə heç bir əsas görmür. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının CM-nin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Azərbaycan Respublikasının CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. İş üzrə maddi sübutlar - Qaradağ rayon prokurorluğunun arxivinə təhvil verilmiş zərərçəkmiş şəxs Qanuni nümayəndə məxsus bir ədəd qısaqol kofta və Təqsirləndirilən şəxs istifadə etdiyi bir ədəd bıçaq hökm qanuni qüvvəyə mindindən sonra məhv edilməlidir. İş üzrə ekspertiza xərci və mülki iddianın olmaması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 65-ci maddəsinə əsasən məhkəmənin məhkum etdiyi hər bir şəxsin öz barəsində çıxarılmış hökmə qanunla nəzərdə tutulan qaydada yuxarı məhkəmədə yenidən baxılması, habelə özünün əfv edilməsi və cəzasının yüngülləşdirilməsi haqqında müraciət etmək hüququ vardır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkminləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli sərəncamının, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 65-ci maddəsinə əsasən məhkəmənin məhkum etdiyi hər bir şəxsin öz barəsində çıxarılmış hökmə qanunla nəzərdə tutulan qaydada yuxarı məhkəmədə yenidən baxılması, habelə özünün əfv edilməsi və cəzasının yüngülləşdirilməsi haqqında müraciət etmək hüququ vardır. Məhkəmə gəldiyi nəticələri “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-349, 351-353, 356, 358, 383-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.3 və 157.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası, həmin Məcəlləsinin 157.1-ci maddəsi ilə 10 ay müddətə islah işləri cəzası təyin edilsin. Azərbaycan Respublikasının 68.1.3-cü maddəsinə əsasən təyin edilmiş 10 (on) ay müddətə islah işləri cəzası 2 ay 15 gün müddətə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 8 (səkkiz) il 1 (bir) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 30 iyul 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İş üzrə maddi sübutlar - Qaradağ rayon prokurorluğunun arxivinə təhvil verilmiş zərərçəkmiş şəxs Qanuni nümayəndə məxsus bir ədəd qısaqol kofta və Təqsirləndirilən şəxs istifadə etdiyi bir ədəd bıçaq hökm qanuni qüvvəyə mindindən sonra məhv edilsin. İş üzrə ekspertiza xərci və mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə elan olunduğu, həbsdə saxlanılan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Siyavuş Hacıyev hakimlər: Rahib Salmanov Mahmud Ağalarov
Məhkəmə qərarları › İş №1(101)-381/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-381/2022
11.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver