Məhkəmə qərarları › İş №1(101)-381/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-381/2023

27.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-381/2023 27.02.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Əli İrfan oğlunun sədrliyi, Hüseynov Telman Qulaməli oğlu və Məmmədzadə Səbinə Adil qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, müdafiəçi - Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxx 1996-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmayan, Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Dəmiryol küçəsi, döngə 1, ev 11-də qeydiyyatda olan və həbs olunanadək həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.3, 126.2.4 və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, ictimai qaydanın pozulmasının qarşısını alan digər şəxsə müqavimət göstərməklə, silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərlə xuliqanliq etmiş, eləcə də xüsusi amansızlıqla və xuliqanlıq niyyəti ilə insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə, o, 25 iyun 2022-ci il tarixdə, saat 00:30 radələrində ictimai yerdə, yəni Bakı şəhəri, Binəqədi rayonu, 2-ci mədən, korpus 75, ev 104A ünvanının qarşısında Zərərçəkmiş şəxs1 naməlum şəxsə borclu olduğunu bəhanə edib, heç bir səbəb olmadan ictimai qaydanı kobud surətdə pozub, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tədbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edib üzərində olan bıçağı silah qismində istifadə edərək Zərərçəkmiş şəxs1 qarın nahiyəsindən 1 (bir) dəfə qəsdən vuraraq sonuncuya qarın nahiyəsinin sağ yan səthinin kəsilmiş yarası ilə müşayiət edilən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərər vurmaya aid və sağ said nahiyəsinin və sağ baldır nahiyəsinin sıyrıqları ilə müşayiət edilən həm ümumilikdə, həm də ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin olunmayan bədən xəsarətləri yetirərək qərəzli xuliqanlıq etmiş və bundan sonra xuliqanlıq hərəkətlərini davam etdirərək hadisə yerinə gəlmiş Zərərçəkmiş şəxs1 dayısı Zərərçəkmiş şəxs2 ictimai qaydanın pozulmasının qarşısını almaq istəyərkən sonuncuya müqavimət göstərməklə, öz şəxsiyyətini digər şəxslərin şəxsiyyəti fövqündə qoyub xuliqanlıq niyyəti ilə Zərərçəkmiş şəxs1 gözü qarşısında sonuncuya xüsusi əzab verdiyini dərk edərək, xüsusi amansızlıqla həmin silah qismində istifadə etdiyi bıçaq ilə Zərərçəkmiş şəxs2 bədəninin müxtəlif nahiyələrindən 8 (səkkiz) dəfə vuraraq qarın nahiyəsinin sol yarısının ön səthinin qarın boşluğuna nüfuz edərək piyliyi və nazik bağırsağı zədələyən deşilmiş-kəsilmiş yarası, döş qəfəsinin sol yarısının ön səthinin qarın boşluğuna nüfuz edən deşilmişkəsilmiş yarası ilə müşayiət edilən həm ümumilikdə, həm də ayrı-ayrılıqda dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid, döş qəfəsinin sağ yarısının ön səthinin daxilə nüfuz etməyən deşilmiş-kəsilmiş yarası, sol bazu oynağı nahiyəsinin, sol bazu nahiyəsinin, qarın nahiyəsinin sağ yan səthinin daxilə nüfuz etməyən deşilmiş-kəsilmiş yaraları ilə müşayiət edilən həm ümumilikdə, həm də ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərər vurmaya aid, sag bazu nahiyəsinin və sol əlin səthi kəsilmiş yaraları ilə müşayiət edilən həm ümumilikdə, həm də ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin olunmayan bədən xəsarətləri yetirməklə insan həyatı üçün təhlükəli olan xüsusi amansızlıqla və xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməmiş, habelə məhkəmədə onun dindirilməsi mümkün olmamışdır. Təqsirləndirilən şəxs həm məhkəmə hazırlıq iclasında, həm də məhkəmə baxış iclaslarında özünü qəribə apardığından, verilmiş suallara qeyri-müəyyən şəkildə cavablar verdiyindən, habelə cinayət işinin materialları əsasında onun uzun müddət psixi xəstəlikdən əziyyət çəkməklə, mütəmadi olaraq müalicə aldığından onun davranışı məhkəmədə onun psixi vəziyyəti ilə bağlı ciddi şübhələr yaratmış və bu səbəbdən də məhkəmə baxışının ilkin mərhələsində onun barəsində komisyon məhkəmə-psixiatrik ekspertizası təyin edilmişdir. Məhkəmə qərarı əsasında onun barəsində komisyon məhkəmə-psixiatrik ekspertiza keçirilmiş və ekspertiza rəyi ilə onun anlaqlı olması müəyyən edilmişdir. Bu səbəbdən də təqsirləndirilən şəxs barəsində məhkəmə baxışının davam etdirilməsi məqsədə müvafiq hesab edilmişdir. Lakin buna baxmayaraq, təqsirləndirilən şəxs məhkəmə baxışında özünü qeyri-adekvat aparmağa davam etmiş və nəticədə onun dindirilməsi mümkün olmamışdır. Bu hissədə məhkəmə xüsusilə qeyd edir ki, təqsirləndirilən şəxsin məhkəmə baxışında sərgilədiyi davranış nəticəsində məhkəmə istintaqının səmərəli şəkildə keçirilməsi mümkün olmamışdır. Belə ki, təqsirləndirilən şəxs məhkəmədə ifadə vermək iqtidarında olmadığından məhkəmə onun ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini tədqiq etmək məcburiyyətində qalmışdır. Təəssüf ki, məhkəmədə onun ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan olunduqdan sonra da bununla bağlı təqsirləndirilən şəxsin mövqeyini aydınlaşdırmaq mümkün olmamışdır. Məhz bu səbəbdən məhkəmə ibtidai araşdırma zamanı əldə edilmiş digər sübutları tədqiq edib araşdırmaqla iş üzrə yekun nəticəyə gəlmişdir. Belə ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, o, 2013-cü il tarixdən etibarən psixiatrik mərkəzində qeydiyyatdadır, eləcə də 2018-ci il tarixdən etibarən psixotrop maddə metamfetamin istifadə edir. 24 iyun 2022-ci il tarixdə o, əvvələr tanımadığı Kənan adlı şəxsin onun tanışına borclu olduğunu eşitmişdir. Bu səbəbdən də o, Kənana zəng etmiş və bundan sonra aralarında sözlü mübahisə baş vermişdir. Bundan sonra o, Kənanla görüşmək üçün Kənanın yaşadığı ünvana getmək qərarına gəlmişdir. O, Kənan adlı şəxsin yaşadığı evin qarşısına gəlmiş və sonra Kənan adlı şəxsin evinin qarşısında dayanmışdır. Bir neçə dəqiqədən sonra həmin evin qarşısında qara avtomobil dayanmışdır. Avtomobildən düşən şəxs özünün Kənan olduğunu demiş və ondan telefonla danışan şəxsin olub-olmadığını soruşmuşdur. O da telefonla danışan şəxs olduğunu demişdir. Sonra Kənan onun üzərinə hücum çəkmişdir. O, başa düşmüşdür ki, Kənan onu döyəcək və ona görə də özü ilə gətirdiyi qara dəstəli bıcağı şalvarının arxasından çıxarıb 1 (bir) dəfə Kənanın qarnının sağ aşağı tərəfindən vurmuşdur. Kənan yerə yıxılaraq qışqırmağa başlamışdır. Həmin vaxt Kənanın evindən əvvələr onun tanımadığı iri cüssəli şəxs çıxmış və onun üzərinə hücum çəkmişdir. O, həmin şəxsin onu vuracağını ehtimal edərək sağ əlində olan bıçaqla həmin şəxsin qarın, çiyin, ayaq nahiyələrinə zərbələr vurmuşdur. Həmin şəxs isə yumruq zərbələri ilə onu vurmağa başlamışdır. Bundan sonra o, qaçaraq oradan uzaqlaşmışdır. O, əlində olan bıçağı yaxınlıqda olan zibil qutularının birinin içərisinə atmışdır. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, o, axşam saatlarında yaşadığı evə qayıdan zaman idarə etdiyi avtomobili yaşadığı evin qarşısında saxlamışdır. Hadisə baş verən zaman da o, idarə etdiyi avtomobili yaşadığı evin qarşısında saxlamış və avtomobildən düşmüşdür. Bu vaxt o, əvvəllər tanımadığı Təqsirləndirilən şəxs ona tərəf gəldiyini görmüşdür. Yaxınlaşan zaman Təqsirləndirilən şəxs heç bir səbəb bildirmədən anidən ona hücum edərək əlində tutduğu bıçaqla ona dəfələrlə ağır dərəcəli bədən xəsarətləri yetirmişdir. Zərərçəkmiş şəxs ifadəsində, həmçinin təqsirləndirilən şəxslə barışmadığını, ona cinayət nəticəsində vurulmuş maddi ziyanın ödənilmədiyini bildirmişdir. Zərərçəkmiş şəxs2 ifadəsində qeyd etdiklərinin nəzərə alınmaqla Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş həddə cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, o, axşam saatlarında işdən evə qayıtdıqda idarə etdiyi avtomobili yaşadığı evin həyətinə sürərkən uzaqdan bacısı oğlu Zərərçəkmiş şəxs1 qışqırıq səsini eşitmişdir. O, dərhal avtomobilindən enərək yaşadığı evin qarşısına gəlmişdir. Bu zaman o, bacısı oğlu Zərərçəkmiş şəxs1 qan içində olduğunu görmüşdür. Həmin vaxt bacısı oğlu Zərərçəkmiş şəxs1 arxasınca Təqsirləndirilən şəxs əlində bıçaq ilə gəlmişdir. Təqsirləndirilən şəxs onların üzərinə qaçmışdır. O, bacısı oğlu Zərərçəkmiş şəxs1 qarşısına keçən zaman təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs əlində tutduğu bıçaqla ona çoxsaylı bədən xəsarətləri yetirmişdir. Zərərçəkmiş şəxs ifadəsində, həmçinin təqsirləndirilən şəxslə barışmadığını, ona cinayət nəticəsində vurulmuş maddi ziyanın ödənilmədiyini bildirmişdir. Zərərçəkmiş şəxs2 ifadəsində qeyd etdiklərinin nəzərə alınmaqla Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş həddə cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxslərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 25 iyun 2022-ci il tarixli raportdan (cild 1, iş vərəqə 4) görünür ki, TTYS-nin həkimi zəng edərək Zərərçəkmiş şəxs2 qarının ön divarının və döş qəfəsinin çoxsaylı deşilmiş yarası xəsarəti ilə xəstəxanaya yerləşdirildiyini bildirmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 25 iyun 2022-ci il tarixli baxış keçirilməsi barədə protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən (cild 1, iş vərəqə 8-12) görünür ki, cinayət hadisəsi baş verən ünvan 1 ünvanına baxış keçirilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 25 iyun 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan (cild 1, iş vərəqə 39) görünür ki, həmin gün Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 25 iyun 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild 1, iş vərəqə 40) görünür ki, həmin gün Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 25 iyun 2022-ci il tarixli şübhəli şəxsin dindirilməsi haqqında protokoldan (cild 1, iş vərəqə 45-46) görünür ki, Təqsirləndirilən şəxs tanışının borc məsələsinə görə Zərərçəkmiş şəxs1 zəng edərək etirazını bildirmiş, daha sonra sonuncu ilə sözlü mübahisə etməyə başlamış, bundan sonra Zərərçəkmiş şəxs1 yaşadığı ünvana gedərək orada sonuncunu gözləmiş, Zərərçəkmiş şəxs1 ona yaxınlaşan zaman bıçaqla 1 (bir) dəfə Zərərçəkmiş şəxs1 xəsarət yetirmiş, Zərərçəkmiş şəxs1 kömək məqsədi ilə həmin yerə gələn Zərərçəkmiş şəxs2 hərəkətlərindən qorxaraq sonuncuya da bıçaqla xəsarət yetirdiyini bildirmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 26 iyun 2022-ci il tarixli protokoldan (cild 1, iş vərəqə 30) görünür ki, Zərərçəkmiş şəxs2 məxsus və hadisə vaxtı onun əynində olmuş şalvar, Zərərçəkmiş şəxs1 məxsus və hadisə vaxtı onun əynində olmuş qısaqol mayka iş üzrə maddi sübut əhəmiyyətinə malik olduğundan istintaq orqanı tərəfindən maddi sübut kimi götürülmüşdür. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 27 iyun 2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 1, iş vərəqə 60-61) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 27 iyun 2022-ci il tarixli təqsirləndirilən şəxsin dindirilməsi haqqında protokoldan (cild 1, iş vərəqə 67-68) görünür ki, Təqsirləndirilən şəxs tanışının borc məsələsinə görə Zərərçəkmiş şəxs1 zəng edərək etirazını bildirmiş, daha sonra sonuncu ilə sözlü mübahisə etməyə başlamış, bundan sonra Zərərçəkmiş şəxs1 yaşadığı ünvana gedərək orada sonuncunu gözləmiş, Zərərçəkmiş şəxs1 ona yaxınlaşan zaman bıçaqla 1 (bir) dəfə xəsarət yetirmiş, Zərərçəkmiş şəxs1 kömək məqsədi ilə həmin yerə gələn Zərərçəkmiş şəxs2 hərəkətlərindən qorxaraq sonuncuya da bıçaqla xəsarət yetirmiş, habelə hadisədən sonra cinayətin aləti qismində istifadə etdiyi bıçağı zibil qutularının birinin içərisinə atdığını bildirmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 27 iyun 2022-ci il tarixli Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 4(001)-744/2022 saylı qərarından (cild 1, iş vərəqə 84-88) görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli onun tutulduğu vaxtdan, yəni 25 iyun 2022-ci il tarixdən hesablanmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş tibbi sənədlərdən (cild 1, iş vərəqə 90-94) görünür ki, Təqsirləndirilən şəxs baş beyin zədələnməsi və disfunksiyası və ya somatik xəstəliyi nəticəsində yaranan digər dəqiqləşdirilməmiş psixi pozğunluqlar, baş beyinin üzvi xəstəliyi nəticəsində psixi pozuntular, suiqəsd cəhdləri ilə davranış pozuntuları ilə əlaqədar diaqnoz qoyulmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 16 iyul 2022-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən (cild 1, iş vərəqə 95) görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 28 iyul 2022-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X3” X5 1315 nömrəli canlı şəxsin ekspertizası rəyindən (cild 1, iş vərəqə 107-108) görünür ki, Təqsirləndirilən şəxs bədən səthində aşkar edilmiş xəsarətlər – sağ gözün ağlı qişasına qansızma ilə müşayiət olunan sağ göz qapaqları və gözaltı nahiyənin dərialtı hematoması, sol gözün ağlı qişasına qansızma ilə müşayiət olunan sol göz qapaqları və gözaltı nahiyənin dərialtı hematoması, sol baldır nahiyəsinin, sol ayaq pəncəsinin qançırları, sol qaş nahiyəsinin, sol qulaq seyvanı nahiyəsinin, sağ və sol bazu oynağı nahiyələrinin, döş qəfəsinin sağ və sol yarasının arxa səthlərinin, bel nahiyəsinin, sağ bazu nahiyəsinin, sağ və sol dirsək oynağı nahiyələrinin, sağ və sol said nahiyələrinin, qarın nahiyəsinin, sağ əlin arxa səthinin, sol əlin ovuc səthinin, sol diz oynağı nahiyəsinin, sağ baldır nahiyəsinin sıyrıqları bərk ket əşyanın (əşyaların) təsirindən onun tibbi yardım üçün “X6” PHŞ-yə müraciət etdiyi, yəni xx.xx.2022-ci il, saat 11:48-dən bir qədər əvvəl əmələ gəlmişdilər. Qeyd olunan xəsarətlərdən ağlı qişasına qansızma ilə müşayiət olunan sağ göz qapaqları və gözaltı nahiyənin dərialtı hematoması, sol gözün ağlı qişasına qansızma ilə müşayiət olunan sol göz qapaqları və gözaltı nahiyənin dərialtı hematoması dərəcəsinə görə həm ümumilikdə, həm ayrı-ayrılıqda sağlamlığı qısa müddətə pozan sağlamlığa yüngül zərərvurmaya aiddirlər, digər xəsarətlər isə həm ümumilikdə, həm ayrı-ayrılıqda sağlamlığı qısa müddətə sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin olunmur. Təqsirləndirilən şəxs bədən səthində aşkar olunmuş xəsarətlərin xarakterini və lokalizasiyalarını nəzərə alaraq demək olar ki, həmin xəsarətlər qərarda göstərilən tarixdə və zərərçəkənlərin təsvir etdiyi şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə insan bədəninin hissələri (əl barmaqlarının dırnaqları, yumruq, təpik və sair) taxta və dəmir parçası ilə endirilmiş zərbələr nəticəsində əmələ gələ bilərdilər. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 01 avqust 2022-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X3” X5 1352 nömrəli ekspertiza rəyindən (cild 1, iş vərəqə 110-111) görünür ki, vət. Zərərçəkmiş şəxs1 bədən səthində aşkar olunmuş xəsarətlər qarın nahiyəsinin sağ yan səthinin kəsilmiş yarası kəsici əşyanın (alətin) təsirindən, sağ said nahiyəsinin və sağ baldır nahiyəsinin sıyrıqları isə bərk küt əşyanın (əşyaların) təsirindən onun tibbi yardım üçün "X6" PHŞ-nə müraciət eldiyi xx.xx.2022-ci il, saat 14:00-dən əvvəl əmələ gəlmişdirlər. Qeyd olunan xəsarətlərdən qarın nahiyəsinin sağ yan səthinin kəsilmiş yarası dərəcəsinə görə sağlamlığı qısa müddətə pozan sağlamlığa yüngül zərərvurmaya aiddir, digər xəsarətlər isə həm ümumilikdə, həm də ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin olunmur. Vət.Zərərçəkmiş şəxs1 bədən səthində aşkar olunmuş xəsarətlərin xarakterini və lokalizasiyalarını nəzərə alaraq demək olar ki, həmin xəsarətlərdən qarın nahiyəsinin kəsilmiş yarası bıçağın tiyəsinin kəsici təsirindən, digər xəsarətlər isə insan bədənin hissələri (əl barmaqlarının dırnağı, ləpik və s) ilə endirilmiş zərbələr nəticəsində qərarda göstərilən tarixdə və şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə əmələ gələ bilərdilər. Vət.Zərərçəkmiş şəxs1 "X6" PHŞ müraciət edərkən ona "qarnın sol yarısının kəsilmiş yarası" diaqnozu qoyulsada məhkəmə-tibbi müayinə zamanı həmin nahiyədə xəsarət aşkar olunmamışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 01 avqust 2022-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X3” X5 3/1018 nömrəli ekspertiza rəyindən (cild 1, iş vərəqə 113-115) görünür ki, tədqiqata təqdim edilmiş geyim əşyalarından Zərərçəkmiş şəxs1 məxsus maykanın üzərində rəyin təsviri hissəsində qeyd olunan zədənin yerləşdiyi yeri və ölçüsü verilib. Həmin kəsici ucu deşici xassəyə malik olan predmetin təsiri nəticəsində yaranmağa xarakterikdir. Belə predmetə oxşar bıçaq tiyələri də aiddir. Təqdim edilmiş şalvarın üzərində hər hansı mexaniki zədə aşkar edilmədi. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 09 avqust 2022-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X5 2110 nömrəli ekspertiza rəyindən (cild 1, iş vərəqə 132-134) görünür ki, Təqsirləndirilən şəxs üzvi şəxsiyyət pozuntusu formasında psixi patologiya aşkar olunur. Təqsirləndirilən şəxs aşkar edilən «üzvi şəxsiyyət pozuntusu» onu törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etməmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs öz psixi vəziyyətinə görə özünə və ətrafdakılara qarşı təhlükə kəsb etmir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 12 avqust 2022-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X3” X5 1580 nömrəli ekspertiza rəyindən (cild 1, iş vərəqə 128-130) görünür ki, vət. Zərərçəkmiş şəxs2 bədənində aşkar olunmuş xəsarətlər - qarın nahiyəsinin sol yarısının ön səthinin qarın boşluğuna nüfuz edərək piyliyi və nazik bağırsağı zədələyən deşilmiş-kəsilmiş yarası, döş qəfəsinin sol yarısının ön səthinin qarın boşluğuna nüfuz edən deşilmişkəsilmiş yarası, döş qəfəsinin sağ yarısının ön səthinin daxilə nüfuz etməyən deşilmişkəsilmiş yarası, qarın nahiyəsinin sağ yan səthinin daxilə nüfuz etməyən deşilmiş-kəsilmiş yarası, sol bazu oynağı nahiyəsinin, sol bazu nahiyəsinin deşilmis-kəsilmiş yaraları deşicikəsici əşyanın (alətin) təsirindən, sağ bazu nahiyəsinin və sol əlin səthi kəsilmiş yaraları isə kəsici əşyanın təsirindən onun tibbi yardım üçün «X6» PHŞ-nə müraciət etdiyi xx.xx.2022-ci il saat 02:10-dan bir qədər əvvəl əmələ gəlmişdirlər. Qeyd olunan xəsarətlərdən qarın nahiyəsinin sol yarısının ön səthinin qarın boşluğuna nüfuz edərək piyliyi və nazik bağırsağı zədələyən deşilmiş-kəsilmiş yarası, döş qəfəsinin sol yarısının ön səthinin qarın boşluğuna nüfuz edən deşilmiş-kəsilmiş yarası həm ümumilikdə, həm də ayrı-ayrılıqda dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya, döş qəfəsinin sağ yarısının ön səthinin daxilə nüfuz etməyən deşilmiş-kəsilmiş yarası, sol bazu oynağı nahiyəsinin, sol bazu nahiyəsinin, qarın nahiyəsinin sağ-yan səthinin daxilə nüfuz etməyən deşilmiş-kəsilmiş yaraları həm ümumilikdə, həm də ayrı-ayrılıqda sağlamlığı qısa müddətə pozan sağlamlığa yüngül zərər vurmaya aiddirlər, sag bazu nahiyəsinin yə sol əlin səthi kəsilmiş yaraları isə həm ümumilikdə, həm də ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin olunmur. Vət. Zərərçəkmiş şəxs2 bədənində aşkar olunmuş xəsarətlərin xarakterlərini və lokalizasiyalarını nəzərə alaraq demək olar ki, həmin xəsarətlər qərarda göstərilən tarixdə və şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə bıçağın tiyəsinin deşici-kəsici və kəsici təsirindən əmələ gələ bilərdilər. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 13 oktyabr 2022-ci il tarixli maddi sübut kimi tanıma barədə qərardan (cild 1, iş vərəqə 135) görünür ki, 1 (bir) ədəd şalvar və 1 (bir) qısaqol köynək maddi sübut kimi tanınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 13 oktyabr 2022-ci il tarixli sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında qərardan (cild 1, iş vərəqə 136-146) görünür ki, Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsindən həmin Məcəllənin 126.2.3, 126.2.4 və 221.3cü maddələrinə tövsif edilməsi və həmin maddələr üzrə ona yeni məzmunda ittiham elan olunması, 1 (bir) ədəd şalvar və 1 (bir) ədəd qısaqol köynəyin maddi sübut kimi tanınaraq saxlanılması üçün Binəqədi rayon Polis İdarəsinin saxlanc otağına təhvil verilməsi qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 13 oktyabr 2022-ci il tarixli təqsirləndirilən şəxsə yeni ittihamın elan edilməsi haqqında qərardan (cild 1, iş vərəqə 151-153) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.3, 126.2.4 və 221.3-cü maddələri ilə yeni məzmunda ittiham elan olunmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 13 yanvar 2023-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X5 04 nömrəli komisyon stasionar məhkəmə-psixiatrik ekspertizası rəyindən (cild 1, iş vərəqə 230-235) görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs «Üzvi mənşəli şəxsiyyət pozuntusu» formasında psixi patologiyadan əziyyət çəkir. Ekspertizaya təqdim olunan tibbi sənədlərdən məlum olur ki, N.Təqsirləndirilən şəxs uzun müddətdir ki, qeyd edilən psixi patologiyadan əziyyət çəkmiş, 2018-ci ildən bununla bağlı stasionar şəraitdə müalicələr almışdır. Təqsirləndirilən şəxs cinayət əməlini törədən zaman onun əziyyət çəkdiyi üzvi mənşəli şəxsiyyət pozuntusunun gedişində natamam kompensasiya vəziyyəti olmuşdur. Bununla əlaqədar olaraq Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam ölçüdə dərk etmək və onları tam ölçüdə idarə etmək iqtidarında olmamışdır. Təqsirləndirilən şəxs əqli inkişafında gerilik əlamətləri müəyyən edilmir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində şərh olunan və ona ittiham edilən cinayət əməlini törədən zaman «Üzvi şəxsiyyət pozuntusu» kimi psixi patologiyadan əziyyət çəkməsi və həmin patologiyanın natamam kompensasiya mərhələsində olması səbəbindən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam ölçüdə dərk etmək və onlan tam ölçüdə idarə etmək iqtidarından məhrum olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs anlaqlılığı istisna etməyən psixi pozuntulu şəxs kimi cinayət əməlini törətməsi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs anlaqlılığı istisna etməyən psixi pozuntulu şəxs kimi ona ittiham olunan əmələ görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 22.1-ci maddəsinin təsiri altına düşür. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs ona ittiham olunan cinayət əməlini törətməmişdən əvvəl və həmin əməlini törədərkən üzvi şəxsiyyət pozuntusundan əziyyət çəkmişdir. Təqsirləndirilən şəxs ittiham edildiyi cinayət əməlini törədərkən onda müəyyən edilən üzvi şəxsiyyət pozuntusunun gedişində natamam kompensasiya vəziyyəti olmuşdur. Natamam kompensasiya vəziyyəti hal-hazırda da davam edir. Buna görə də onun hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 22.2-ci maddəsinin təsiri altına düşür. Qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs üzvi şəxsiyyət pozuntusu cinayət əməlini törətdikdən sonra yaranmamışdır. Odur ki, onun hal-hazırkı hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.3-cü maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs əziyyət çəkdiyi «Üzvi mənşəli şəxsiyyət pozuntusu» natamam kompensasiya vəziyyətində olduğundan anlaqlılığı istisna etməyən psixi pozuntu hesab edilir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs anlaqlılığı istisna etməyən psixi pozuntulu şəxs kimi ona ittiham olunan cinayət əməlinə münasibətdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 22.1-ci maddəsinin təsiri altına düşür. Hal-hazırkı psixi vəziyyətinə görə Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 22.2-ci maddəsinin təsiri altına düşür. Hal-hazırkı psixi vəziyyətinə görə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 95.0.1-ci maddəsinə uyğun olaraq məcburi ambulatoriya müşahidəsi və psixiatr müalicəsi şəklində tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsi məsləhət görülür. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 17.1-ci maddəsinə əsasən məhkuma anlaqlılığı istisna etməyən psixi pozuntuya görə məhkəmə tərəfindən tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərsə, bu tədbirlər cəza müddəti ərzində cəzanı icra edən müəssisə və ya orqan tərəfindən həyata keçirilir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırkı psixi vəziyyətinə görə özü və ətrafdakılar üçün aşkar sosial təhlükə kəsb etmir. Bununla yanaşı Təqsirləndirilən şəxs üzvi şəxsiyyət pozuntusu formasında psixi patologiyadan əziyyət çəkməsi və belə bir patologiyanın gedişində dekompensasiya vəziyyətinin yarana bilməsi nəzərə alınaraq onun vaxtaşırı olaraq həkim-psixiatr tərəfindən konsultasiya edilməsi tövsiyə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X2 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs iştirak etsə də, psixi xəstəliyi səbəbindən müstəqil şəkildə müdafiəsini həyata keçirə bilməmiş, bu səbəbdən də onun müdafiə hüququ müdafiəçisi vasitəsi ilə həyata keçirilmişdir. Belə ki, məhkəmə istintaqında müdafiə tərəfi təqsirləndirilən şəxsin əleyhinə olan bütün sübutların tədqiqində iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuşdur. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində müdafiə tərəfinə imkan yaradılmış, müdafiə tərəfi isə həmin sübutlara dair öz etirazlarını bildirmişlər, eləcə də məhkəmə istintaqında təqsirləndirilən şəxsə irəli sürülmüş ittihamı və tədqiq edilmiş sübutları mübahisələndirmişlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Həmin Məcəllənin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda, həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Məhkəmə istintaqında araşdırılmış mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, cinayət hadisəsi baş verənədək Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 tanımamış və onların arasında heç bir münasibət olmamışdır. Hadisə baş verməmişdən əvvəl Təqsirləndirilən şəxs şəxsiyyəti istintaqa məlum olmayan tanışı ilə Zərərçəkmiş şəxs1 arasında borc məsələsinin olduğunu öyrənmiş, bundan sonra heç bir səbəb və əsas olmadan Kənan Ağzadəyə zəng edərək əsassız şəkildə borcla bağlı iradını bildirmişdir. Nəticədə isə Elşənlə Kənan arasında sözlü mübahisə baş vermişdir. Sözlü mübahisəyə səbəb isə Elşənin əsassız şəkildə Kənana zəng edərək borcla bağlı irad bildirməsi olmuşdur. Telefonla danışan zaman artıq onların arasında gərginlik yaranmış və faktiki olaraq bir-birini tanımayan şəxslərin bir-birinə aqressiv münasibəti yaranmışdır. Nəticədə Təqsirləndirilən şəxs 25 iyun 2022-ci il tarixdə, saat 00:30 radələrində Zərərçəkmiş şəxs1 yaşadığı ünvana, yəni ünvan 2etmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs1 həmin yerə gəldikdə onlar telefonda etdikləri sözlü mübahisəni üzbəüz davam etdirməyə başlamışlar. Daha sonra onların arasında yaranmış sözlü mübahisə real dava-dalaşa çevrilmişdir. Həmin dava-dalaş zamanı onlar qarşılıqlı şəkildə bir-birinə xəsarət yetirmişlər. Təqsirləndirilən şəxs dava-dalaş zamanı xəsarət yetirilməsi 28 iyul 2022-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X3” X5 1315 nömrəli canlı şəxsin ekspertiza rəyi ilə təsdiq olunmuşdur. Belə ki, qeyd edilən rəydən görünür ki, Təqsirləndirilən şəxs bədəni səthində xəsarətlər aşkar edilmiş, həmin xəsarətlər isə sağ gözün ağlı qişasına qansızma ilə müşayiət olunan sağ göz qapaqları və gözaltı nahiyənin dərialtı hematoması, sol gözün ağlı qişasına qansızma ilə müşayiət olunan sol göz qapaqları və gözaltı nahiyənin dərialtı hematoması, sol baldır nahiyəsinin, sol ayaq pəncəsinin qançırları, sol qaş nahiyəsinin, sol qulaq seyvanı nahiyəsinin, sağ və sol bazu oynağı nahiyələrinin, döş qəfəsinin sağ və sol yarasının arxa səthlərinin, bel nahiyəsinin, sağ bazu nahiyəsinin, sağ və sol dirsək oynağı nahiyələrinin, sağ və sol said nahiyələrinin, qarın nahiyəsinin, sağ əlin arxa səthinin, sol əlin ovuc səthinin, sol diz oynağı nahiyəsinin, sağ baldır nahiyəsinin sıyrıqlardan ibarət olmuş, həmçinin qeyd edilən xəsarətlər bərk küt əşyanın təsirindən xx.xx.2022-ci il, saat 11:48-dən bir qədər əvvəl əmələ gəlmişdilər. Qeyd olunan xəsarətlərdən ağlı qişasına qansızma ilə müşayiət olunan sağ göz qapaqları və gözaltı nahiyənin dərialtı hematoması, sol gözün ağlı qişasına qansızma ilə müşayiət olunan sol göz qapaqları və gözaltı nahiyənin dərialtı hematoması dərəcəsinə görə həm ümumilikdə, həm ayrı-ayrılıqda sağlamlığı qısa müddətə pozan sağlamlığa yüngül zərərvurmaya aiddirlər, digər xəsarətlər isə həm ümumilikdə, həm ayrı-ayrılıqda sağlamlığı qısa müddətə sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin olunmur. Təqsirləndirilən şəxs bədən səthində aşkar olunmuş xəsarətlərin xarakterini və lokalizasiyalarını nəzərə alaraq demək olar ki, həmin xəsarətlər xx.xx.2022-ci il tarixdə insan bədəninin hissəəri (əl barmaqlarının dırnaqları, yumruq, təpik və sair) taxta və dəmir parçası ilə endirilmiş zərbələr nəticəsində əmələ gələ bilərdilər. Sözügedən rəydən açıq aşkar görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə müxtəlif xəsarətlər almış, həmin xəsarətlər isə insan bədəninin hissələri (əl barmaqlarının dırnaqları, yumruq, təpik və sair), taxta və dəmir parçası ilə endirilmiş zərbələr nəticəsində əmələ gələ bilərdilər. Bu səbəbdən də Elşənin Kənan ilə dalaşması nəticəsində Elşənə xəsarətlərin yetirilməsi cinayət işinin mübahisəsiz hallarıdır. Elşənlə Kənan arasında dava-dalaş davam edərkən Elşən heç bir səbəb olmadan ictimai qaydanı kobud surətdə pozub, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən, zor tədbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətləri edib üzərində gəzdirdiyi bıçaqla Zərərçəkmiş şəxs1 qarın nahiyyəsindən 1 (bir) dəfə qəsdən vuraraq sonuncuya qarın nahiyəsinin sağ yan səthinin kəsilmiş yarası ilə müşayiət edilən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərər vurmaya aid və sağ said nahiyəsinin və sağ baldır nahiyəsinin sıyrıqları ilə müşayiət edilən həm ümumilikdə, həm də ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin olunmayan bədən xəsarətləri yetirərək qərəzli xuliqanlıq etmişdir. Bu vaxt Zərərçəkmiş şəxs1 qışqırmasını eşidən Kənanın dayısı Zərərçəkmiş şəxs2 hadisə yerinə gələrək Təqsirləndirilən şəxs qanunsuz hərəkətlərinin qarşısını almaq istəmişdir. Təqsirləndirilən şəxs isə bundan daha da qəzəblənərək xuliqanlıq hərəkətlərini davam etdirib hadisə yerinə gəlmiş Zərərçəkmiş şəxs1 dayısı Zərərçəkmiş şəxs2 xuliqanlıq niyyəti ilə Zərərçəkmiş şəxs1 gözü qarşısında sonuncuya xüsusi əzab verdiyini dərk edərək, xüsusi amansızlıqla həmin silah qismində istifadə etdiyi bıçaq ilə Zərərçəkmiş şəxs2 bədəninin müxtəlif nahiyələrindən ümumilikdə 8 (səkkiz) dəfə vuraraq qarın nahiyəsinin sol yarısının ön səthinin qarın boşluğuna nüfuz edərək piyliyi və nazik bağırsağı zədələyən deşilmiş-kəsilmiş yarası, döş qəfəsinin sol yarısının ön səthinin qarın boşluğuna nüfuz edən deşilmiş-kəsilmiş yarası ilə müşayiət edilən ümumilikdə, həm də ayrı-ayrılıqda dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid, döş qəfəsinin sağ yarısının ön səthinin daxilə nüfuz etməyən deşilmiş-kəsilmiş yarası, sol bazu oynağı nahiyəsinin, sol bazu nahiyəsinin, qarın nahiyəsinin sağ-yan səthinin daxilə nüfuz etməyən deşilmiş-kəsilmiş yaraları ilə müşayiət edilən ümumilikdə, həm də ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərər vurmaya aid, sag bazu nahiyəsinin və sol əlin səthi kəsilmiş yaraları ilə müşayiət edilən həm ümumilikdə, həm də ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin olunmayan bədən xəsarətləri yetirməklə insan həyatı üçün təhlükəli olan xüsusi amansızlıqla və xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Cinayət hüququ nəzəriyyəsinə görə Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulmuş cinayət yalnız qəsdən törədilə bilər. Həmin cinayətin ictimai təhlükəliliyi ondan ibarətdir ki, həmin cinayətin törədilməsi nəticəsində ən mühüm dəyərlərdən biri olan insan sağlamlığına zərər vurulur. Bu cinayətin obyektiv tərəfi bir şəxs tərəfindən başqa şəxsin sağlamlığına ağır zərərin vurulmasından ibarətdir. Obyektiv tərəfə daxil olan əməllər təqsirkarın xarici aləmin mexaniki, fiziki, kimyəvi, bioloji amillərdən istifadə etməklə təsir göstərməsində və ya psixi təsir göstərməsində ifadə oluna bilər. Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin dispozisiyası sağlamlığa vurulan ağır zərərin iki növünü nəzərdə tutmuşdur: həyat üçün təhlükəli olan zərər və həyat üçün təhlükəli olmayan, lakin öz nəticəsinə görə ağır hesab edilən zərər. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2002-cı il tarixli 3 №-li qərarının 6-cı bəndində məhkəmələrə tövsiyə olunmuşdur ki, qəsdən adam öldürmə cinayəti xuliqanlıq niyyəti ilə o vaxt tövsif edilməlidir ki, təqsirkar öz davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törətmiş olsun (məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə). Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.3, 126.2.4 və 221.3-cü maddələrində nəzərdə tutulan cinayətlərin bütün əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş və qeyd edilən cinayət əməlləri məhz onun tərəfindən törədilmişdir. Həmçinin bu cinayətlərin törədilməsində o, təqsirlidir. Bundan başqa, Təqsirləndirilən şəxs hər bir cinayət əməlini qəsdən törətmişdir. Onun hər bir cinayət əməli ayrı-ayrılıqda başa çatmış cinayətdir, həmin cinayətlərdən ikisi (Cinayət Məcəlləsinin 126.2.3 və 126.2.4-cü maddələri) cinayətlərin təsnifatına görə ağır cinayət, digəri isə (Cinayət Məcəlləsinin 221.3-cü maddəsi) cinayətlərin təsnifatına görə az ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxs əməllərinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.3, 126.2.4 və 221.3-cü maddələri ilə təqsirli bilinməklə həmin maddələrin sanksiyası həddində cinayətlərin məcmusu qaydasında cəzalandırılmalıdır. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, cavan olmasını, uzun müddət psixi xəstəliklərdən əziyyət çəkməsini, onun hərəkətlərinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 22.1 və 22.2-ci maddələrinin təsiri altına düşməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Yuxarıda göstərilən halları nəzərə alaraq, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin əməllərində cinayətlərin məcmusu var və ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla onun təqsirli bilindiyi həmin Məcəllənin 126.2.3, 126.2.4 (Cinayət Məcəlləsinin 126.2.3 və 126.2.4-cü maddələri üzrə vahid cəza) və 221.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli və təyin edilmiş cəzalar qismən toplanmaqla ona qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 17.1-ci maddəsinə əsasən - bu Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, həmin cinayətləri törətmiş şəxs onlardan heç birinə görə məhkum olunmamışdırsa və ya qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmişdirsə, habelə bu cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçməmişdirsə, cinayətlərin məcmusunu yaradır. Qeyd edilən Məcəllənin 17.3-cü maddəsinə əsasən - şəxs bu Məcəllənin müvafiq maddələrinə uyğun olaraq cinayətlərin məcmusunu yaradan hər cinayətə görə cinayət məsuliyyətinə cəlb edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna az ağır, ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzalar tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs yalnız azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə, o cümlədən pozulmuş sosial ədalətin bərpasına nail olmaq olar. Lakin ona elə bir həddə cəza təyin edilməlidir ki, həmin cəza həm onu islah etməyə kifayət etsin, həm də həmin cəza çəkilərkən onun psixi vəziyyəti daha da ağırlaşmasın. Buna isə ona aşağı həddə cəza təyin etməklə müvəffəq olmaq olar. Məhkəmə Təqsirləndirilən şəxs psixi xəstəlikdən uzun müddət əziyyət çəkməsini cəza təyini zamanı nəzərə alınmalı olan əsas hal kimi qəbul edir və hesab edir ki, bu hal ona mümkün qədər aşağı həddə cəzanın təyin edilməsinə kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.3 və 126.2.4-cü maddələrində göstərilən cinayət əməlləri cinayətlərin təsnifatına görə ağır cinayətlər sırasına daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi nəzərdə tutulmuşdur. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən təqsirləndirilən şəxsin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə aid edildiyindən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət ona təyin olunacaq qəti cəza müddətinə daxil edilməli və Təqsirləndirilən şəxs təyin ediləcək qəti cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 25 iyun 2022-ci il tarixdən hesablanmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda 13 yanvar 2023-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X5 04 nömrəli komisyon stasionar məhkəmə-psixiatrik ekspertizası rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs ona ittiham olunan cinayət əməlini törətməmişdən əvvəl və həmin əməlini törədərkən üzvi şəxsiyyət pozuntusundan əziyyət çəkmişdir. Təqsirləndirilən şəxs ittiham edildiyi cinayət əməlini törədərkən onda müəyyən edilən üzvi şəxsiyyət pozuntusunun gedişində natamam kompensasiya vəziyyəti olmuşdur. Natamam kompensasiya vəziyyəti hal-hazırda da davam edir. Buna görə də onun hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 22.2-ci maddəsinin təsiri altına düşür. Hal-hazırkı psixi vəziyyətinə görə Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 22.2-ci maddəsinin təsiri altına düşür. Hal-hazırkı psixi vəziyyətinə görə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 95.0.1-ci maddəsinə uyğun olaraq məcburi ambulatoriya müşahidəsi və psixiatr müalicəsi şəklində tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsi məsləhət görülür. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 17.1-ci maddəsinə əsasən məhkuma anlaqlılığı istisna etməyən psixi pozuntuya görə məhkəmə tərəfindən tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərsə, bu tədbirlər cəza müddəti ərzində cəzanı icra edən müəssisə və ya orqan tərəfindən həyata keçirilir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırkı psixi vəziyyətinə görə özü və ətrafdakılar üçün aşkar sosial təhlükə kəsb etmir. Bununla yanaşı Təqsirləndirilən şəxs üzvi şəxsiyyət pozuntusu formasında psixi patologiyadan əziyyət çəkməsi və belə bir patologiyanın gedişində dekompensasiya vəziyyətinin yarana bilməsi nəzərə alınaraq onun vaxtaşırı olaraq həkim-psixiatr tərəfindən konsultasiya edilməsi tövsiyə olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 95.0.1-ci maddəsinə əsasən məhkəmə psixi pozuntusu olan şəxslərə məcburi ambulatoriya müşahidəsi və psixiatr müalicəsi növündə tibbi xarakterli məcburi tədbir təyin edə bilər. Həmin Məcəllənin 94-cü maddəsinə əsasən - psixi pozuntusu olan şəxslərə tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi məqsədi bu Məcəllənin 93.1-1-ci maddəsində göstərilən şəxslərin müalicə olunması və ya psixi vəziyyətinin yaxşılaşdırılmasından, habelə həmin şəxslər tərəfindən yeni cinayət törədilməsinin qarşısının alınmasından ibarətdir. Göstərilənləri və 13 yanvar 2023-cü il tarixli ekspertiza rəyini nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə məcburi ambulatoriya müşahidəsi və psixiatr müalicəsi şəklində tibbi xarakterli məcburi tədbir təyin edilməlidir. Məhkəmə iş üzrə maddi sübutun taleyini həll edərkən qeyd edir ki, iş üzrə maddi sübut olub Binəqədi rayon Polis İdarəsinin saxlanc otağında saxlanılan 1 (bir) ədəd şalvar və 1 (bir) ədəd qısaqol köynək məhv edilməlidir. İş üzrə ekspertiza xərci və mülki iddia yoxdur. Hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakı məhkəmə tərəfindən müəyyən edilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.3, 126.2.4 və 221.3-cü maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.3 və 126.2.4-cü maddələri ilə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 6 (altı) il 2 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və ona qəti olaraq təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının əvvəli onun tutulduğu vaxtdan, yəni 25 iyun 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə məcburi ambulatoriya müşahidəsi və psixiatr müalicəsi növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin. İş üzrə maddi sübut olub Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin saxlanc otağında saxlanılan 1 (bir) ədəd şalvar və 1 (bir) ədəd qısaqol köynək məhv edilsin. İş üzrə ekspertiza xərci, mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar