Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-381/2024 23.09.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Ağalarov Mahmud Muradxan oğlunun sədrliyi ilə, hakimlər Qəniyev Faiq Əsəd oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, Əfəndiyev Emil Habil oğlunun katibliyi ilə, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər: Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Bakı şəhəri 38 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs5 və zərərçəkmiş şəxsin hüquqi varisi X7 iştirakı ilə, xx xxx 1961-ci il tarixdə Beyləqan rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, əvvəllər məhkum olunmamış, hazırda işləməyən, Abşeron rayonu, Digah qəsəbəsində qeydiyyatda olmaqla, Bakı şəhəri, Yasamal rayonu, Ü.Ələkbərov küçəsi 421-də yaşayan, Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4, 29,178.3.2, 32.4,312.2 və 320.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: Təqsirləndirilən şəxs aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədi ilə Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mkr ərazisində yerləşən 680 m2 torpaq sahəsinə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən torpaq sahəsinin ilkin sənədlərinin, yəni Nəsimi rayon icra hakimiyyətinin başçısının sərəncamı və həmin sərəncamın Milli Arxiv İdarəsində mövcudluğu barədə arayışın qanuni yollarla alınmasına köməklik göstərilməsi ilə bağlı tanışı Zərərçəkmiş şəxs1 2020-ci ilin oktyabr ayında özünə müraciəti ilə əlaqədar özünü işgüzar və çoxşaxəli əlaqələrə malik şəxs kimi təqdim edib özü barədə formalaşdırdığı inam və etibardan sui-istifadə edərək Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin və Milli Arxiv İdarəsinin yüksək vəzifədə işləyən səlahiyyətli şəxsləri ilə münasibətlərinin olmasını, həmin şəxslərin vasitəsilə ona müvafiq köməkliyi göstərə biləcəyi imkanına malik olduğunuı yalandan bildirib, tanışı olan həmin vəzifəli şəxslərə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Zərərçəkmiş şəxs1 xeyrinə edəcəyi hərəkətə, yəni Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mkr ərazisində yerləşən 680 m2 torpaq sahəsinə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən torpaq sahəsinin ilkin sənədlərinin, yəni Nəsimi rayon icra hakimiyyətinin başçısının sərəncamı və həmin sərəncamın Milli Arxiv İdarəsində mövcudluğu barədə arayışın qanuni yollarla alınması üçün zəruri tədbirləri görməsinə görə maddi nemət olan 5.500 (beş min beş yüz) manat məbləğində pul vəsaitinin birbaşa yolla özü vasitəsilə rüşvət qismində verilməsinin zəruri olmasını 2020-ci ilin oktyabr ayında Bakı şəhərində görüşləri zamanı Zərərçəkmiş şəxs1 aldatmaqla bildirib, sonuncunun razılığını almaqla sövdələşdikdən sonra verdiyi vədə inandırmaq və özünə olan inamı möhkəmləndirmək məqsədilə qeyd edilən ərəfədə Bakı şəhəri ərazisində istintaqla müəyyən edilməyən tarixdə və yerdə hüquq verən rəsmi sənəd hesab edilən, çap makinası vasitəsilə bilə-bilə yalan məlumatlar daxil etməklə Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mkr ərazisində yerləşən 680 m2 torpaq sahəsinin sahibkarlıq məqsədi üçün X14 ayrılması görüntüsü yaradan, Milli Arxiv İdarəsində mövcud olmayan xx.xx.1996-cı il tarixli 1825 saylı Bakı şəhəri Nəsimi Rayon İcra başçısının sərəncamını və həmin sərəncamın Milli Arxiv İdarəsində mövcud olması barədə xx.xx.2022-ci il tarixli, BA-05748-2022 saylı arayışı istintaqa məlum olmayan şəraitdə həmin vaxtda tərtib edib, qeyd edilən sərəncamı həmin müddətdə Bakı şəhəri ərazisində istintaqla müəyyən edilməyən şəraitdə kustar üsulla hazırladığı üzərində «Azərbaycan Respublikası Nəsimi Rayon İcra Hakimiyyəti Başçısı» yazısı olan möhürlə təsdiq etdikdən sonra, «İcra başçısı: T.M.Quliyev» yazısının qarşısında olan qrafam istintaqa məlum olmayan şəraitdə qəsdən fərqli formada imzalamaqla, eləcə də qeyd edilən arxiv arayışlarını həmin müddətdə Bakı şəhəri ərazisində istintaqla müəyyən edilməyən şəraitdə kustar üsulla hazırladığı üzərində «Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi» yazısı olan möhürlə təsdiq etdikdən sonra, «Elektron sənədin surətini təsdiq edən» yazısının qarşısında olan qrafada istintaqa məlum olmayan şəraitdə «Şahid2» yazaraq fərqli formada imzalamaqla, hazırladıqdan sonra həmin sərəncam və arayışların kserosurətini Zərərçəkmiş şəxs1 2020-ci ilin oktyabr ayında Bakı şəhəri Nərimanov rayonunda yerləşən parkın yaxınlığında təqdim edərək əvvəlcədən Zərərçəkmiş şəxs1la razılaşaraq sözdələşdiyi 5.500 (beş min beş yüz) pul vəsaitini alıb şəxsi ehtiyaclarına sərf edərək, qeyd edilən qaydada Zərərçəkmiş şəxs1 məxsus cəmi 5.500 (beş min beş yüz) manat məbləğində pul vəsaitini xeyli miqdarda ziyan vurmaqla ələ keçirib dələduzluq etmiş, hüquq verən rəsmi sənədi istifadə etmək məqsədilə qanunsuz olaraq vahid niyyətlə saxtalaşdırmaqla hazırlamış, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət möhürünü hazırlamışdır. Bundan başqa o, təkrarən, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədi tanışı X15 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Bakı-Ələt-Qazax yolunun 53-cü km-də yerləşən, hər birinin sahəsi 0,50 ha olan 2 ədəd torpaq sahəsinə çıxarışın alınmasına köməklik göstərilməsi üçün qabaqcadan əlbir olduğu X8 2022-ci ilin fevral ayında Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs5 müraciətləri ilə əlaqədar özlərini işgüzar və çoxşaxəli əlaqələrə malik şəxs kimi təqdim edib formalaşdırdıqları inam və etibardan sui-istifadə edərək Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında «Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri» PHŞ-də yüksək vəzifədə işləyən səlahiyyətli şəxslə münasibətlərinin olmasını, həmin şəxsin vasitəsilə Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs5 məxsus torpaq sahəsi üzrə çıxarışın verilməsini təmin etmək imkanına malik olduqlarını yalandan bildirib, tanışları olan həmin vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs5 xeyrinə edəcəyi hərəkətə, yəni Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Bakı-Ələt- Qazax yolunun 53-cü km-də yerləşən, hər birinin sahəsi 0,50 ha olan 2 ədəd torpaq sahəsinə çıxarışın alınmasına köməklik göstərilməsi üçün zəruri tədbirləri görməsinə görə maddi nemət olan 100.000 (bir yüz min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını 2022-ci ilin fevral ayında Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsində görüşləri zamanı aldatmaqla bildirərək, sonuncuların razılığını almaqla sövdələşdikdən sonra verdikləri vədə inandırmaq və özlərinə olan inamı möhkəmləndirmək məqsədilə qabaqcadan əlbir olduğu X15 ilə aralarındakı cinayətkar niyyətə uyğun olaraq, istintaqla müəyyən edilməyən tarixdə və yerdə hüquq verən rəsmi sənəd hesab edilən, çap makinası vasitəsilə bilə-bilə yalan məlumatlar daxil etməklə Bakı şəhəri, Qaradağ rayonu Bakı-Ələt-Qazax yolunun 53-cü km-də yerləşən ümumi sahəsi 40x125m ölçüsündə torpaq sahəsinin Zərərçəkmiş şəxs4 ayrılması və həmin torpaq sahəsində 18x12m ölçüdə kafe tikintisinə icazə verilməsi görüntüsü yaradan, Milli Arxiv İdarəsində mövcud olmayan 10 noyabr 1997-ci il tarixli 801 saylı Bakı şəhəri Qaradağ Rayon İcra başçısının sərəncamını və həmin sərəncamın Milli Arxiv İdarəsində mövcud olması barədə 02 fevral 2022-ci il tarixli BA-05758-2022 saylı arayışı, eləcə də Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0,50 ha ölçüsündə torpaq sahəsinin sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün Zaur Mehtiyevə ayrılması görüntüsü yaradan, Milli Arxiv İdarəsində mövcud olmayan 24 mart 1999-cu il tarixli 214 saylı Bakı şəhəri Qaradağ Rayon İcra başçısının sərəncamını və həmin sərəncamın Milli Arxiv İdarəsində mövcud olması barədə 10 yanvar 2022-ci il tarixli BA-05757-2022 saylı arayışı qeyd edilən Bakı şəhəri ərazisində istintaqa məlum olmayan şəraitdə və vaxtda qabaqcadan əlbir olduğu X15 ilə tərtib edib, qeyd edilən sərəncamları həmin müddətdə Bakı şəhəri ərazisində istintaqla müəyyən edilməyən şəraitdə qabaqcadan əlbir olduğu X15 ilə kustar üsulla hazırladığı üzərində «Azərbaycan Respublikası Qaradağ Rayon İcra Hakimiyyəti Başçısı» yazısı olan möhürlə təsdiq etdikdən sonra, «İcra başçısı: Y.Əliyev» yazısının qarşısında olan qrafanı istintaqa məlum olmayan şəraitdə qəsdən fərqli formada imzalamaqla, eləcə də qeyd edilən arxiv arayışlarını həmin müddətdə Bakı şəhəri ərazisində istintaqla müəyyən edilməyən şəraitdə qabaqcadan əlbir olduğu X15 ilə kustar üsulla hazırladığı üzərində «Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi» yazısı olan möhürlə təsdiq etdikdən sonra, «Elektron sənədin surətini təsdiq edən» yazısının qarşısında olan qrafaları istintaqa məlum olmayan şəraitdə «Şahid2» yazaraq fərqli formada imzalamaqla, qabaqcadan əlbir olduğu X15 ilə hazırladıqdan sonra həmin sərəncam və arayışların kserosurətini qabaqcadan əlbir olduğu X15 vasitəsi ilə Zərərçəkmiş şəxs4 və Zaur Mehtiyevə 2022-ci ilin mart ayında "xxxx" MMC-nin ünvan 2 ünvanında yerləşən inzibati binasının qarşısında təqdim edərək X15 ilə qabaqcadan əlbir olan bir qrup halında hüquq verən rəsmi sənədi istifadə etmək məqsədilə qanunsuz olaraq təkrarən saxtalaşdırmaqla hazırlamış, sonuncular həmin sənədlərin saxta olması və aldadıldıqlarını başa düşərək razılaşdırılmış ümumilikdə, 100.000 (bir yüz min) manat məbləğində pul vəsaitini onlara verməkdən imtina etdiyindən, bilavasitə cinayət törətməyə yönələn qəsdən edilən əməllərini özlərinin iradələrindən asılı olmayan səbəbdən başa çatdıra bilməyib sonunculara məxsus qeyd olunan pul vəsaitini ələ keçirməyə nail olmayaraq, Zaur Şahvələdov ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs4 və Zaur Mehtiyevə məxsus 100.000 (bir yüz min) manat məbləğində pul vəsaitini onlara vahid niyyətlə külli miqdarda ziyan vurmaqla dələduzluq yolu ilə ələ keçirməyə təkrarən cəhd etmiş, X15 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında hüquq verən rəsmi sənədi istifadə etmək məqsədilə qanunsuz olaraq təkrarən vahid niyyətlə saxtalaşdırmaqla hazırlamış, habelə eyni məqsədlə X15 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikasının saxta möhürünü təkrarən vahid niyyətlə hazırlamışdır. Bundan başqa o, təkrarən, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədi ilə Bakı şəhəri, Suraxanı rayonu, Günəşli qəsəbəsi, AB massivində yerləşən 0,80 ha torpaq sahəsinin özünə məxsus olduğunu tanışı Zərərçəkmiş şəxs2 ilə 2021-ci ilin noyabr ayının sonlarında Bakı Metropoliteninin «Memar Əcəmi» stansiyasının yaxınlığında yerləşən «Şəki» kafesində sonuncuya yalandan bildirib, həmin torpaq sahəsinin 0.50 ha hissəsinə Zərərçəkmiş şəxs2, geridə qalan 0.30 ha hissəsinə tanışı Zərərçəkmiş şəxs3 adına Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən torpaq sahəsinin dövlət qeydiyyatına dair çıxarış alaraq, 200.000 (iki yüz min) manat müqabilində Zərərçəkmiş şəxs2 satışı barədə sonuncunun razılığını almaqla sövdələşdikdən sonra verdiyi vədə inandırmaq və özünə olan inamı möhkəmləndirmək məqsədilə hüquq verən rəsmi sənəd hesab edilən, çap makinası vasitəsilə bilə-bilə yalan məlumatlar daxil etməklə Bakı şəhəri, Suraxanı rayonu, Günəşli qəsəbəsi, AB massivində yerləşən 0,50 ha torpaq sahəsinin sahibkarlıqla məşğul olmaq üçün Zərərçəkmiş şəxs2 ayrılması görüntüsü yaradan Milli Arxiv İdarəsində mövcud olmayan Suraxanı rayon icra hakimiyyəti başçısının xx.xx.1998-ci il tarixli 67 saylı sərəncamını və həmin torpaq sahəsinin sxemini, eləcə də həmin sərəncamın Milli Arxiv İdarəsində mövcud olması barədə xx.xx.2022-ci il tarixli BA-05755-2022 saylı arayışı, Zərərçəkmiş şəxs2 Suraxanı rayonu ərazisində yerləşən 0,50 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarının dəqiqləşdirilməsi və yerquruluşu planının hazırlanmasına dair müraciətinə baxıldığı və müvafiq yerquruluşu planı tərtib edilərək yaşayış yeri üzrə sonuncuya göndərilməsinə dair Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2022-ci il tarixli **********91 saylı məktubu, Suraxanı RİH başçısının xx.xx.1998-ci il tarixli 67 saylı sərəncamına əsasən Zərərçəkmiş şəxs2 ayrılmış 0,50 torpaq sahəsinin xx.xx.2022-ci il tarixli yerquruluşu planını, eləcə də Bakı şəhəri, Suraxanı rayonu, Günəşli qəsəbəsi, AB massivində yerləşən 0,30 ha torpaq sahəsinin sahibkarlıqla məşğul olmaq üçün Zərərçəkmiş şəxs3 ayrılması görüntüsü yaradan Suraxanı rayon icra hakimiyyəti başçısının xx.xx.1998-ci il tarixli 41 saylı sərəncamını və həmin torpaq sahəsinin sxemini, eləcə də həmin sərəncamın Milli Arxiv İdarəsində mövcud olması barədə xx.xx.2022-ci il tarixli BA-05752-2022 saylı arayışı, Zərərçəkmiş şəxs3 Suraxanı rayonu ərazisində yerləşən 0,30 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarının dəqiqləşdirilməsi və yerquruluşu planının hazırlanmasına dair müraciətinə baxıldığı və müvafiq yerquruluşu planı tərtib edilərək yaşayış yeri üzrə sonuncuya göndərilməsinə dair Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2022-ci il tarixli **********90 saylı məktubunu, Suraxanı RİH başçısının xx.xx.1998-ci il tarixli 41 saylı sərəncamına əsasən Zərərçəkmiş şəxs3 ayrılmış 0,30 ha torpaq sahəsinin xx.xx.2022-ci il tarixli yerquruluşu planını istintaqa məlum olmayan şəraitdə həmin vaxtda tərtib edib, qeyd edilən sərəncamları həmin müddətdə Bakı şəhəri ərazisində istintaqla müəyyən edilməyən şəraitdə kustar üsulla hazırladığı üzərində «Azərbaycan Respublikası Suraxanı Rayon İcra Hakimiyyəti Başçısı» yazısı olan möhürlə təsdiq etdikdən sonra, «İcra başçısı: Y.Əliyev» yazısının qarşısında olan qrafanı istintaqa məlum olmayan şəraitdə fərqli formada imzalamaqla, eləcə də qeyd edilən arxiv arayışlarını həmin müddətdə Bakı şəhəri ərazisində istintaqla müəyyən edilməyən şəraitdə kustar üsulla hazırladığı üzərində «Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi» yazısı olan möhürlə təsdiq etdikdən sonra, «Elektron sənədin surətini təsdiq edən» yazısının qarşısında olan qrafaları istintaqa məlum olmayan şəraitdə «Şahid2» yazaraq fərqli formada imzalamaqla, eləcə də istintaqla müəyyən edilməyən tarixdə və yerdə yerquruluşu planlarının sağ aşağı küncündə olan «Direktor müavini A.T.Əliyev», «Baş mühəndis Ç.Q.Tanrıverdiyev», «Şöbə müdiri R.A.Dadaşov», «Bakı LTİ-nin sahə rəisi, müvəqəti rəis vəzifəsini icra edən S.B.Əzizov», «Bakı LTİ-nin sahə rəisi Ə.K.Aslanov», «Bakı LTİ-nin mühəndisi Şahid3», Bakı LTİ-nin mühəndisi Ə.Ə.Abdullayev» qrafalarında fərqli formada imzalamaqla və həmin müddətdə Bakı şəhəri ərazisində istintaqla müəyyən edilməyən şəraitdə kustar üsulla hazırladığı üzərində «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Kadastr və ünvan reyestri Xidmətinin Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi» yazılmış möhürlə təsdiq etdikdən sonra, o cümlədən yer quruluşu planlarının sol orta tərəfində olan «ƏMDX Bakı ərazi şöbəsinin müdiri» qrafasını istintaqa məlum olmayan tarixdə və şəraitdə fərqli formada imzalamaqla və həmin müddətdə Bakı şəhəri ərazisində istintaqla müəyyən edilməyən şəraitdə kustar üsulla hazırladığı üzərində «Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Bakı Ərazi Şöbəsi» sözləri yazılmış ştampla təsdiq etdikdən sonra, yerquruluşu planlarının sol yuxarı küncündə «Bakı şəhər İcra Hakimiyyətinin Ərazinin planlaşdırılması və inkişafı şöbəsinin müdiri» qrafasını istintaqa məlum olmayan tarixdə və şəraitdə fərqli formada imzalamaqla və həmin müddətdə Bakı şəhəri ərazisində istintaqla müəyyən edilməyən şəraitdə kustar üsulla hazırladığı üzərində «Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısının aparatı Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsi» sözləri yazılmış möhürlə təsdiq etdikdən sonra, həmin sərəncam, arayışların və məktubun kserosurətini, yerquruluşu planlarının isə əsillərini Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 2022-ci ilin iyun ayında «Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri» PHŞ-nin ünvan 3 ünvanında yerləşən inzibati binasının qarşısında təqdim edərək hüquq verən rəsmi sənədi istifadə etmək məqsədilə qanunsuz olaraq təkrarən saxtalaşdırmaqla hazırlamış, sonuncular həmin sənədləri «Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri» PHŞ-nə təqdim etmələrinə baxmayaraq, müəssisədə aparılmış araşdırma nəticəsində təqdim edilmiş sənədlərin saxta olması müəyyən edildiyi üçün müvafiq torpaq sahələrinə çıxarışların verilməsindən imtina edilmiş, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 aldadıldıqlarını başa düşərək razılaşdırılmış ümumilikdə, 200.000 (iki yüz min) manat məbləğində pul vəsaitini ona verməkdən imtina etdiyindən, bilavasitə cinayət törətməyə yönələn qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyib sonunculara məxsus qeyd olunan pul vəsaitini ələ keçirməyə nail olmayaraq, aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 məxsus 200.000 (bir yüz min) manat məbləğində pul vəsaitini onlara vahid niyyətlə külli miqdarda ziyan vurmaqla dələduzluq yolu ilə ələ keçirməyə təkrarən cəhd etmiş, hüquq verən rəsmi sənədi istifadə etmək məqsədilə qanunsuz olaraq təkrarən vahid niyyətlə saxtalaşdırmaqla hazırlamış, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta ştampını və möhürünü təkrarən vahid niyyətlə hazırlamışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 178.2.4, 29,178.3.2, 32.4,312.2 və 320.1-ci maddələri ilə elan edilmiş ittihamlar üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, 1991-ci ildən 2004-cü ilədək Beyləqan Beyləqan Rayon İcra Hakimiyyətində şöbə müdiri vəzifəsində işləmiş, 2000-ci ildə X3 əyani təhsil almışdır. 2009-2010-cu illərdə isə DƏDRX-nin Beyləqan ərazi dairəsində hüquqların dövlət qeydiyyatı şöbəsinin müdiri olmuşdur. Daha sonra Mülkiyyətçi Layihə MMC-də işləyib, eskiz layihələri tərtib etmişdir. Zərərçəkmiş şəxs1 Beyləqan RİH-də işləyərkən tanımışdır. Sonuncu məcburi köçkün kimi sənədlərlə bağlı icra hakimiyyətinə müraciət etmiş və aralarında tanışlıq yaranmışdır. Sonradan o, Mülkiyyətçi Layihə MMC-də işləyərkən Zərərçəkmiş şəxs1la Sumqayıtda təsadüfən rastlaşmışdır. Sonuncu həmin vaxtı dəmir darvaza ustası işləmişdir. Habil ona tanışlarının olduğunu, çıxarış alınması ilə məşğul olduqlarını, DƏDRX-ya müraciəti olsa, ona bildirməyini demişdir. Zərərçəkmiş şəxslər Sabir və Zərərçəkmiş şəxs3 qardaşlarını tanıyır, onlarla 2020-ci il Memar Əcəmi metrostansiyasının yaxınlığında Şəki kafesində tanış olmuşdur. Orada bir tanışı ilə çay içmişdir. Sabir də yanında başqa bir adamla əyləşmişdir. Sabir onların söhbətini eşidib söhbətə qoşulmuş, ona Dəniz Administrasiyasında işlədiyini, polkovnik rütbəsində olduğunu bildirmişdir. Yeni Günəşli qəsəbəsi, AB Massivində yerləşən 50 ha torpaq sahəsi dövlət mülkiyyətindədir, hərrac yolu ilə satışa çıxarılmaqla satıla bilərdi. Sabirlə danışıqları belə olmuşdur ki, həmin torpaq sahəsini sənədləşdirib sataraq xeyir götürsünlər. Daha sonra bu iş üçün Habilə müraciət etmişlər. Sonuncu onlara kömək edəcəyinə söz vermiş, Binəqədi rayonunda bir tanışı olduğunu, həmin şəxsin məsələləri həll edə biləcəyini demişdir. Həmin şəxsi tanımır. O, torpağın çertyojunu çəkib, Habilə vermiş, sonuncu da həmin şəxsdən torpağa dair arxasında cizgisi olmaqla bir sənəd gətirmişdir. Sonradan onlar DƏDRX-ya müraciət etdikdə sənədlərin saxta olduğu müəyyən edilərək iş prokurorluğa göndərilmişdir. İbtidai istintaq zamanı müstəntiq Orxan Daşdurov onu Zərərçəkmiş şəxs1la üzləşdirmiş, üzləşdirmə zamanı Habilə ona pul vermədiyini demişdir. Sonuncunun ona qarşı niyə belə ifadə verdiyini, niyə ondan pul aldığını dediyini bilmir. Habilə sadəcə Sabirin işi ilə bağlı sənəd düzəltməyi üçün müraciət etmişdir. Zərərçəkmiş şəxs1la aralarında pul məsələsi olmamış, sonuncudan 5500 manat almamış və ona ziyan vurmamışdır. Digər zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs5 tanımır, onlara 100 min manat ziyan vurmamış, onların epizodları barədə heç bir məlumatı yoxdur. Zaur Şahvələdov adlı şəxsi də tanımır. Nəsimi rayonu, 3-cü mikrorayon ərazisində olan torpaq sahəsi ilə bağlı heç bir məlumatı yoxdur, bu işlə bağlı heç bir sənəd düzəltməmiş, ona pul verilməmişdir. İşlərinin alınması üçün zərərçəkmiş şəxsləri tanış etdiyi üçün özünü qismən təqsirli bilir. Barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs tanıyır. 1993-cü ildə Cəbrayıl rayonu işğal edildikdən sonra Beyləqan rayonuna köçüb 4 saylı sovxozda məskunlaşmışdır. Həmin ərəfədə ev heyvanlarını yerləşdirmək üçün icra hakimiyyətinə gedərkən Məzahiri həmin vaxtı tanımışdır. Mal-qaranı yerləşdirməyi üçün Məzahir ona kömək etmiş və bundan sonra münasibətləri yaranmışdır. Beyləqandan köçdükdən sonra Məzahirlə əvvəlki qədər əlaqələri qalmamış, nadir hallarda görüşmüşlər. 2015-ci ildə o, Bakı şəhəri, Memar Əcəmi rayonu, Moskva univermağında olarkən təsadüfən Məzahirlə rastlaşmışdır. Salamlaşıb söhbət etmiş və bir-birlərinin nömrələrini götürmüşlər. Təxminən 2000-ci ildə Nəsimi rayonu, 3-cü mikrorayon ərazisində yerləşən 6.8 ha torpaq sahəsini boş olduğu üçün çəpərləmiş, orada müxtəlik ağaclar əkmişdir. Həmin torpaq sahəsi maili vəziyyətdə olmaqla, əlverişsiz yerdə yerləşmişdir. 2020-ci ilin oktyabr ayında Məzahirlə yas məclisində qarşılaşmışdır. Həmin vaxt sonuncu ona boş torpaq olarsa sənəd düzəldə biləcəyini demişdir. 2020-ci ilin dekabr ayında o, Məzahirə zəng edib görüşmək istədiyini bildirmişdir. Məzahirlə Binəqədi rayonunda Yeganə şadlıq evinin yaxınlığında görüşmüşlər. Sonuncuya torpaq sahəsinin olduğunu, lakin sənədlərinin olmadığını bildirmişdir. Məzahir icra hakimiyyətində tanışlarının olduğunu bildirib, torpaq sahəsinin sənədlərini qanuni formada düzəltdirəcəyini demişdir. Bunun qarşılığında Məzahir ondan 5.000 manat pul istəmiş, o isə 5500 manat verəcəyini, lakin pulu sənədlər hazır olandan sonra verəcəyini demişdir. Birlikdə gedib torpaq sahəsinə baxış keçirmişlər. Bir müddət sonra Məzahir ona zəng edib işin həlli üçün 2.000 manat pul lazım olduğunu bildirmişdir. O isə yenə də işi həll etdikdən sonra pulu verəcəyini bildirmişdir. Təxminən 2020-ci ilin noyabr ayında Məzahir ona Nərimanov rayonunda parkın yaxınlığında 6.8 ha torpaq sahəsinə dair Nəsimi Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1996-cı il tarixli, 1825 nömrəli sərəncamını, Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialının xx.xx.2022-ci il tarixli, BA-05748-2022 nömrəli məktubu və məktubun əlavəsi, eləcə də torpaq sahəsinə dair plan sxemini təqdim etmişdir. O, da Məzahirə əvvəl 4.000 manat, bir gün sonra isə 1.500 manat pul vermişdir. O, sənədləri aparıb evə qoymuşdur. Bundan sonra pandemiya və müharibə olmuş, bundan başqa iş zamanı ayağını kəsdiyi üçün görə kadastr planı almaq üçün müraciət edə bilməmişdir. O, sənədlərin saxta olduğunu bilməmiş, həmin sənədləri qanuni sənəd kimi aldığını, icra hakimiyyəti başçısının sərəncamının onun həmin torpaq sahəsini çəpərlədiyi dövrə aid olduğu üçün qanuni olduğunu düşünmüşdür. 2022-ci ildə Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsindən ona zəng gəlmiş, təhqiqatçı onu izahat vermək üçün dəvət etmişdir. Sonuncu ona saxta sənədlər əsasında kadastr planı aldığını bildirmişdir. Təhqiqatçı onu çağırıb izahat aldıqdan sonra Məzahirlə Niaqaranın yanında görüşməmişdir. Məzahiri çağırsa da gəlməmişdir. Məzahir ondan korrupsiyada onun dediyi məzmunda izahat verməyi və sənədi ondan aldığını deməməsini xahiş etmişdir. 2023-cü ilin avqust-sentyabr ayları ərzində Məzahir onun pulunu qaytarmışdır. Bundan əlavə Zaur Şahvələdovu 2018-ci ildə tanıyır. 2021-ci ildə qardaşının yasında Zaur Xəqani adlı şəxsə 35000 manat borcu olduğunu bildirmişdir. Sonuncu ondan Xəqani ilə danışıb ona möhlət verməsi üçün vaxt verməyini xahiş etməyimi istəmiş, o da Xəqani ilə danışmışdır. Xəqani isə razılıq verməmişdir. İbtidai istintaq zamanı ondan Xəqani və Zaurla bağlı ifadə alınmamışdır. O, yalnız Məzahirlə bağlı ifadə vermişdir. Hazırda onun da barəsində Azərbaycan Respublikası CM-in 178-ci maddəsi ilə cinayət işi vardır. Ona dəymiş ziyan ödənilmişdir. Təqsirləndirilən şəxs qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, 2021-ci ilin noyabr ayının sonlarında Bakı Metropoliteninin «Memar Əcəmi» stansiyasının yaxınlığında yerləşən «Şəki» kafesində Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Sonuncu özünə məxsus Bakı şəhəri, Suraxanı rayonu, Günəşli qəsəbəsində 0,50 ha və 0,30 ha torpaq sahələrini satmaq istədiyini, lakin torpaq sahələri ilə bağlı sənədlər tam olmadığından bazar qiymətindən ucuz satdığını bildirmişdir. Torpaq sahələri Bakı şəhəri, Suraxanı rayonu, Günəşli qəsəbəsində yerləşən «Şir» heykəlindən təxminən 5 km aralıda yerləşmişdir. O, torpaq sahələrinin yerləşdiyi ərazini bəyənmişdir. Məzahirlə arasında olan razılaşmaya əsasən torpaq sahələrinin sənədləri onun və qardaşı Zərərçəkmiş şəxs3 adına rəsmiləşdirilməli olmuşdur. Torpaq sahəsinin qiyməti barədə danışıqları olmamışdır. Məzahir torpağı onun adına rəsmiləşdiriləcəyini və bazar qiymətindən aşağı qiymətə satacağını bildirmişdir. O, 0,50 ha və 0,30 ha torpaq sahələrini 150.000-200.000 manata almağı nəzərdə tutmuşdur. Bundan sonra Məzahir sənədlərin Bakı şəhəri, Binəqədi rayonunda yerləşən «Mal bazarı» adlanan ərazidə Fariz adlı şəxs tərəfindən hazırlanacağını bildirmişdir. Məzahirə yalnız şəxsiyyət vəsiqələrin surətini təqdim etmişdir. Bir müddət sonra o, və qardaşı Zərərçəkmiş şəxs3 Məzahirlə birlikdə «Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri» PHŞ-nin Əmlak Xidmətləri Məkanına getmişlər. Onun tərəfindən rəsmi ərizə yazılaraq Məzahirin onlara verdiyi sənədlərlə birlikdə Əmlak Xidmətləri Məkanına təqdim edilmişdir. Həmin vaxt Məzahirin təqdim etdiyi sənədlərlə tanış olmadığından, onların saxta olduğunu bilməmişdir. Bir müddət sonra sənədlərin saxta olması və onlara hüquqi qiymət verilməsi üçün İqtisadiyyat Nazirliyi tərəfindən Baş Prokurorluğa göndərilməsindən xəbər tutmuşdur. Məzahir torpaq sahəsinin ona məxsus olduğunu bildirsə də, bunu təsdiq edən heç bir sənəd təqdim etməmişdir. Buna baxmayaraq sonuncu torpağın pulunu əvvəlcədən istəmədiyinə və torpağın sənədlərini birbaşa olaraq onun və qardaşının adına rəsmiləşdirəcəyini bildirdiyinə görə ona inanmışdır. Təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs ilə böyük qardaşı Zərərçəkmiş şəxs2 vasitəsilə tanış olmuşdur. Belə ki, Zərərçəkmiş şəxs2 2021-ci ilin noyabr ayının sonlarında Məzahir adlı şəxslə tanış olmuşdur. Sonuncu Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində 0,50 ha və 0,30 ha torpaq sahələri olduğunu, onları satmaq istədiyini, lakin, sənədlər tam olmadığından sata bilmədiyini bildirmiş, torpaq sahəsini sənədləşdirmək üçün xərcləri qardaşı Zərərçəkmiş şəxs2 çəkməsini xahiş edib, torpaq sahəsini onun adına rəsmiləşdirməklə gələcəkdə torpaq sahəsinin satılması məsələsinin razılaşdıracaqlarını demişdir. Belə ki, qardaşı ona Məzahirin vasitəsilə ilə torpaq satıb xeyir götürə biləcəklərini demişdir. Zərərçəkmiş şəxs2 isə 0,30 ha hissəsinin onun adına sənədləşdirilməyi təklif etmişdir. O, qardaşı Sabirə Məzahirin dediklərinin inandırıcı olmadığını bildirmiş, lakin Sabir demişdir ki, onun itirəcəyi heçnə yoxdur, Məzahir torpağın pulunu əvvəlcədən istəmir, yalnız müvafiq rüsumları ödəmək lazım olacaq, torpaq sahəsi adına rəsmiləşdirildikdən sonra pul məsələsi razılaşdırılacaq. Bundan sonra özü bu təkliflə razılaşmış və pulu yalnız torpaq sahəsi adına rəsmiləşdirildikdən sonra ödəyəcəyini bildirmişdir. Həmin torpaq sahəsi ilə əlaqədar Məzahirə yalnız şəxsiyyət vəsiqəsinin surətini təqdim etmişdir. Torpağın sənədləşdirilməsi ilə bağlı iki dəfə rüsum ödəmişdir. Bir müddət sonra Məzahirlə birlikdə «Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri» PHŞnin Əmlak Xidmətləri Məkanına getmiş və tərəfindən ərizə yazıldıqdan sonra sənədləri Məzahir təqdim etmişlər. O, həmin sənədlərlə tanış olmamış və onların mahiyyətini bilməmişdir. Bir neçə aydan sonra onu və qardaşını prokurorluqdan çağırmışlar, bundan sonra sənədlərin saxta olduğunu bilmişlər. Təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs4 onun bibisi oğlu olmuşdur. Zaur Şahvələdov və Zərərçəkmiş şəxs1 ilə «Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri» Publik hüquqi şəxsin tabeçiliyindəki «Kadastr Yerqurluşu və X20» MMC-nin inzibati binasının yanında görüşmüşlər. Zərərçəkmiş şəxs1 Zaur Şahvələdova məxsus avtomobildə olarkən sonradan saxta olduğunu bildikləri sənədləri təqdim etmişdir. O, həmin vaxt həm Zaur Şahvələdovun, həm də Zərərçəkmiş şəxs1 şəklini çəkmişdir. Sonradan həmin sənədləşmədən daha sonra həm özünün, həm də bibisi oğlu Zərərçəkmiş şəxs4 imtina etmişlər. Təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi yoxdur. İbtidai istintaq zamanı dindirilmiş və ifadəsi məhkəmədə tədqiq edilmiş Zərərçəkmiş şəxs4 ifadəsindən görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Salyan şosesi, 51-ci km, 2 ünvanında atası X4 adına 234.9 kv.m sahədə yerləşən tikililəri var. Həmin tikilini torpaq sahəsi ilə birlikdə təxminən 10 il bundan əvvəl həmyerliləri mərhum Məhəmməd Mehtiyevdən almışlar. 10 dekabr 2014-cü il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətindən həmin tikiliyə texniki pasport alınmışdır. Qeyd edilən torpaq sahəsinin sağ və sol, eləcə də arxa tərəfində olan boş torpaq sahəsi hasara alınmaqla, 10 dekabr 2014-cü il tarixli texniki pasportda qeyd edilmiş və istifadələrində olmuşdur. Həmin qeyri-yaşayış obyekti uzun müddətdir ki, market kimi fəaliyyət göstərir. Torpaq sahəsi isə cəmi 3000 kv.m-dir. Həmin torpaq sahəsini özəlləşdirmək istəmişdir. Həmyerlisi Vahid adlı şəxs sənədləşmə işləri ilə məşğul olan Zaur adlı tanışının olduğunu, həmin şəxsin ona kömək edə biləcəyini demişdir. O, Vahidin təklifini qəbul etmiş, Zaur adlı şəxslə görüşüb danışa biləcəyini demişdir. Vahid özü Zaurla danışıb ona məlumat verəcəyini bildirmişdir. Elə həmin gün Vahid ona Zaur ilə danışdığını, atası Əmirşah Mehdiyevin adına olan qeyriyaşayış obyektinin altında və arxa tərəfində olan 60x50 kv.m sahəsi olan torpaq sahəsinə dair mülkiyyət hüququ ilə bağlı sənədin müqabilində 55.000 manat pul alacağını dediyini bildirmişdir. O, Vahidin arada olmasını nəzərə alıb razılıq vermişdir. Eyni zamanda, Zaur ilkin olaraq sənədləşmənin başlaması üçün verəcəyi pulun 30%-ni əvvəlcədən verməli olduğunu demişdir. Razılaşdıqları kimi təxminən 2022-ci ilin yanvar ayında Vahid, o və Zaur birlikdə «Elmlər Akademiyası» metrosunun yaxınlığındakı «Hüseyn Cavid» parkı ilə üzbəüz ərazidə yerləşən çayxanada görüşmüşlər. Görüşə gəlməmişdən əvvəl Vahid torpaq sahəsinin sənədləşmə işlərini görəcək Zaur adlı şəxsin Əmlak Məsələləri Dövlət Xidmətində qohumunun işlədiyini, sonuncunun köməkliyi ilə bu işləri gördüyü barədə məlumat vermişdir. Görüş zamanı atası Əmirşah Mehdiyevin adına olan texniki pasportu Zaura təqdim etmişdir. Zaur da məsələni həll edəcəyini bildirmişdir. O, da özü ilə gətirdiyi sellofanın içində olan 25.000 manat vəsaiti elə oradaca Vahidə vermiş, Vahid də, həmin vəsaitdən 18.000 manatı ayırıb yanında Zaura vermiş və həmin vəsaitin veriləcək pulun təxminən 30%-i təşkil etdiyini demişdir. Qalan 7000 manatı Vahid özündə saxlayaraq, Zaura sənədləşmə işlərini başlamasını, həmin məbləği, eləcə də qalan məbləğin üzərinə götürdüyü işi icra edildikcə veriləcəyini bildirmişdir. İlkin görüş zamanı 10 dekabr 2014-cü il tarixli texniki pasportun surətini Zaura vermişdir. Həmin vaxtdan bir müddət sonra, Vahid onda qalan 7.000 manat pulu hissə-hissə Zaura verdiyini ona demişdir. İlk görüşdən təxminən bir ay sonra Zaur əvvəlcədən razılaşdıqları kimi sənədləşmə ilə bağlı pul lazım olduğunu bildirib işlətdikləri «101» marketə gəlib şəxsən ondan 2.000 manat pul almışdır. Həmin vaxtdan təxminən bir ay sonra Zaur istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə ona zəng edib 2.000 manat pul lazım olduğunu, həmin pulu Vahidlə ona çatdırmağını demişdir. O, da 2.000 manat pulu yaşadıqları qəsəbədə görüşüb Vahidə vermişdir. Həmin vaxtdan təxminən 20 gün sonra, Zaur istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə ona zəng edib Vahidlə 10.000 manat göndərməyini, sənədləşmə işlərinin aparılması üçün lazım olduğunu demişdir. Təxminən 2022-ci ilin fevral ayının sonlarında, bayram ərəfələrində 10.000 manatı Vahidin yaşadığı evin yanında görüşüb təklikdə şəxsən Vahidə vermişdir. Həmin gün Vahid pulu Zaura vermək üçün Bakı şəhərinə getmiş, Zaur mobil telefonuna zəng edib qeyri-iş günləri olduğunu, pulu qaytaracağını, iş günləri olanda pulu göndərməyini demişdir. Elə həmin gün Vahid ilə yaşadığı evin yanında görüşmüş və o, 10.000 manatı ona qaytarmışdır. Mart ayında olan bayram günləri qurtardıqdan sonra, Vahid ona zəng edib həmin 10.000 manatı gətirməyini demişdir. O, da həmin 10.000 manat pulu yenə Vahidin yaşadığı evin yanında görüşüb təklikdə, şəxsən Vahidə vermişdir. Elə həmin gün, Zaur onunla əlaqə saxlayıb Vahidin 10.000 manatı çatdırdığını bildirmişdir. Zaur hər telefon danışığında narahat olmamağı, torpağın sənədlərini qısa müddətə hazırlatdırıb verəcəyini demişdir. Zaur ona torpaq sahələri ilə bağlı sənədləşmə işləri olsa, kömək edə biləcəyini demişdir. Həmin ərəfədə dayısı oğlu Mehdiyev X11 qəsəbəsində yerləşən 24kv.m torpaq sahəsini sənədləşdirmək istəmiş, alınsa Zaurun onun torpağını da sənədləşdirməyini xahiş etmişdir. O, da dayısı oğlu Zaura torpağının sənədlərini düzəldəcək Zaurla danışıb xəbər edəcəyini demişdir. Dayısı oğlu «Whatsapp» proqramı vasitəsilə torpağının sənədini ona, o, da öz növbəsində həmin sənədi «Whatsapp» proqramı vasitəsilə Zaura göndərmiş, daha sonra özü ilə telefon ilə danışıb həmin sənədin dayısı oğlu Zaurun yol kənarında olan sökülmüş obyektinin yerləşdiyi torpaq sahəsinin sənədi olduğunu demiş, həmin torpaq sahəsini sənədləşdirə biləcəyini soruşmuş, sonuncu da həll edə biləcəyini demişdir. Həmin vaxtdan iki gün sonra, Zaur dayısı oğlunun ona göndərdiyi sənədlə işin həll olunmayacağını, özünün yeni sənəd düzəldib verə biləcəyini demişdir. O, da bu barədə dayısı oğlu Zaurla danışaraq razılıq vermişdir. Daha sonra, sənədləşmə işlərini görən Zaur mobil telefonuna zəng edib həmin ərazinin peyk görüntülərinə baxacaqlarını, həmin yerin boş olacağı halda, dayısı oğlu Zaur üçün düzüb-qoşacağını demişdir. Təxminən Zaurla 10 gün telefon danışığından sonra Zaur «Whatsapp» proqramı vasitəsilə dayısı oğlu Zaurun sənədləşdirmək istədiyi torpaq sahəsinin yerləşdiyi yerin «peyk» çəklişinin şəklini ona atıb həmin torpaq sahəsinin boş olduğunu, görüşüb bu məsələni danışmağı bildirmişdir. Zaur həmin yerdən 50 sot torpaq sahəsini, sotu 1000 manatdan olmaqla, ümumilikdə 50.000 manata kadastr sənədi ilə birlikdə verə biləcəyini demişdir. Zaurun bu sözündən sonra şübhəyə düşmüş və ona atasının adına olan torpaq sahəsini sənədləşdirə bilmirsə, verdiyi pulun əvəzinə dayısı oğlu Zaurun torpaq sahəsinin yanından ona da 50 sot torpaq sahəsini sənədləşdirməyi xahiş etmişdir. Zaur da həmin ərazinin peyk görüntülərinə birdə baxıb yanında boş 50 sot torpaq sahəsi ola biləcəyi halda ona məlumat verəcəyini bildirmişdir. Bir neçə gün sonra, Zaur mobil telefonuna zəng edib qeyd edilən torpaq sahəsinin də boş olduğunu demişdir. Daha sonra, Zaur özü avtomobili ilə qeyd edilən torpaq sahəsinə onun iştirakı ilə baxmışdır. Həmin gündən bir neçə gün sonra, Zaur mobil telefonuna zəng edib dayısı oğlu Zaur ilə birlikdə Bakı şəhəri, keçmiş «Lider» TV-nin inzibati binasının yanında olan «Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri» Publik hüquqi şəxsin tabeçiliyindəki «Kadastr Yerqurluşu və X20» MMC-yə gəlmələrini istəmişdir. O, da dayısı oğlu Zaur ilə Bakı şəhəri, keçmiş «Lider» TV-nin inzibati binasının yanında olan «Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri» Publik hüquqi şəxsin tabeçiliyindəki «Kadastr Yerqurluşu və X20» MMC-nin inzibati binasının yanına getmişlər. Həmin yerdə Zaur onları qarşılamış və həmin MMC-nin sağ tərəfində saxladığı avtomobilinin yanına aparmışdır. Həmin vaxt avtomobildən adını sonradan bildiyi Habil adlı şəxs düşüb onlarla görüşmüşdür. Zaur həmin Habil adlı şəxsin dostu olduğunu demişdir. Zaur «Reno» markalı avtomobilinə əyləşməyi təklif etmiş, o, və dayısı oğlu avtomobilin arxa oturacağında, Zaur sükan arxasında, Habil isə qabaq sağ oturacaqda əyləşmişdir. Həmin vaxt Habilin əlində sənədlər olmuş, Habil sənədləri ayırıb birini ona, birini isə dayısı oğlu Zaura verib həmin sənədlərlə MMC-nin inzibati binasına daxil olmağı, orada qapıda duran polisin yanına adını unutduğu bir nəfər şəxsin gəlib ərizə yazdıracağını demişdir. O və dayısı oğlu Zaur avtomobildən düşüb Habilin dediyi kimi MMC-nin inzibati binasına daxil olmuş, polisə yaxınlaşıb adını unutduğu şəxsin adını deyib yanına gəldiklərini demişlər. Polis isə həmin şəxsə məlumat vermiş, qısa müddət sonra təxminən 25-30 yaş arasında olan, orta boylu, qara saçlı, kostyum geyinmiş adını unutduğu həmin şəxs onları qəbul etmiş və inzibati binanın içərisində olan kafeyə aparmışdır. Həmin vaxt kafedə başqa adam olmamış, çünki kafe işləməmişdir və qapısını həmin şəxs özü açar ilə açmışdır. Qeyd etdiyi şəxs ona və dayısı oğlu Zaura məzmununu tam xatırlamadığı ərizə yazdırmışdır. Həmin ərizənin məzmunu torpaq sahəsinin sənədləşməsi ilə bağlı olmuşdur. O, və dayısı oğlu Zaur həmin şəxsin diqtəsi ilə ərizəni yazıb ona təqdim etmiş, daha sonra oradan çıxıb Habilgilin yanına gəlmişlər. Habil ilə Zaur avtomobildən yerə düşüb necə olduğunu, necə qarşıladıqlarını soruşmuşlar. O, da etiraz edib ərizəni bağlı, işləməyən kafeyə aparıb yazdırdıqlarını bildirmişdir. Habil də narahat olmamağını, adam çox olduğu üçün orada qəbul etdiklərini demiş, lakin həmin vaxt onlardan başqa orada heç kim olmamışdır. Bu vaxt Habil ona «Vəsait hanı?» demiş, o da Habilə vəsaitin olmayacağını, bu haqda danışılmadığını, ümumiyyətlə bu işin dürüst, qanuni aparılmadığını və etibarsız iş gördüklərini bildirmiş, Habil isə kiməsə söz verdiyini deyib Zaurla mübahisə etməyə başlamışdır. Bundan sonra, Habilin verdiyi sənədləri özünə qaytararaq, onların təklifindən imtina etmişlər. Daha sonra dayısı oğlu Zaurla sağollaşıb oradan uzaqlaşmışlar. Həmin vaxtdan sonra, bir neçə gün Habil və Zaur mobil telefonuna zəng edərək, şirin dil ilə sənədləşməyə xərc çəkdiklərini, gəlib bu işi başa çatdırmağını və razılaşmağını bildirmiş, lakin o, artıq şübhələndiyi üçün bundan imtina etmişdir. Həmin vaxtdan təxminən bir həftə sonra, Zaur atasının torpaq sahəsinin sənədləşməsi ilə əlaqədar kadastr üçün dövlət rüsumu ödəməli olduğunu demiş, o, da atası Əmirşah Mehtiyevin adına olan torpaq sahəsi ilə bağlıdırsa, ödəyə biləcəyini bildirmiş, daha sonra, üç dəfəyə olmaqla, Zaurun göndərdiyi, öz adına olan karta ümumilikdə 1.500 manat pul göndərmişdir. Həmin vaxtdan dəfələrlə Zaurla telefon danışığı olsa da, o, müxtəlif bəhanələr gətirib nə torpağın sənədlərini düzəltdirmiş, nə də ki, ondan aldığı ümumilikdə 40.500 manat pulu qaytarmamışdır. Təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi yoxdr. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X16 ifadəsində göstərdi ki, mərhum Zərərçəkmiş şəxs4 onun atası olmuş, Zərərçəkmiş şəxs5 isə atasının dayısı oğludur. Sənədləşmə işlərindən məlumatı olmamışdır. Təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi yoxdr. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Zaur Şahvələdov ilə Zərərçəkmiş şəxs4 atasına məxsus torpaq sahəsinin sənədləşməsi ilə əlaqədar görüşmüşlər. Zaur Şahvələdovun torpağın sənədləşməsi üçün pul tələb etmiş, 40.500 manat pulun bir hissəsinin şəxsən özü, bir hissəsinin isə Zərərçəkmiş şəxs4 tərəfindən Zaur Şahvələdova verilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, xx.xx.2007-ci il tarixdən etibarən Azərbaycan Respublikasının Dövlət Arxivinin Sənədlərin nəşri və istifadəsi şöbəsində aparıcı arxioqraf vəzifəsində işləyir. Təxminən 10 ildir ki, 5 saylı «Asan Xidmət»ə ezam edilmişdir. İş fəaliyyəti vətəndaşların müraciətlərinin qəbul edilməsi və Arxiv İdarəsində hazırlanmış cavabları möhürləyərək çap edib vətəndaşa təqdim etməkdən ibarətdir. X14 ünvanlanmış 11 fevral 2022-ci il tarixli, BA- 05748-2022 saylı, Zərərçəkmiş şəxs5 ünvanlanmış xx.xx.2022-ci il tarixli BA -05757-2022 saylı, Zərərçəkmiş şəxs4 ünvanlanmış xx.xx.2022-ci il tarixli BA-05758-2022 saylı məktublar və onlara əlavə edilmiş sərəncamlardakı yazı və imza nümunələri, eləcə də Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialından vətəndaş Zərərçəkmiş şəxs2 ünvanlanmış xx.xx.2022-ci il tarixli BA-05755-2022 saylı və vətəndaş Zərərçəkmiş şəxs3 ünvanlanmış xx.xx.2022-ci il tarixli BA-05752-2022 saylı məktublarda adının qarşısındakı imzalar ona məxsus deyil. Həmin şəxslərə qeyd olunan məktublar göndərilməmişdir. Həmin imza 2020-ci ildə çəkdiyi imzaya oxşadılsa da həmin imza olmamış, soyadının ilk hərfini fərqli yazmışdır. Onunla birlikdə 5 Saylı «Asan Xidmətdə işləyən əməkdaşın yazı və imza nümunələri oxunaqlı olmadığı üçün məhz onun imzasından istifadə edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, AB yaşayış massivində yerləşən Zərərçəkmiş şəxs2 adına ayrılmış 0,50 ha və həmin ərazidə Zərərçəkmiş şəxs3 adına ayrılmış 0,30 ha torpaq sahəsinin yerquruluşu planlarda ad və soyadının qarşısında olan imzalar onun tərəfindən icra edilməmişdir. Həmçinin, həmin yerquruluşu planlarında bir neçə nöqsana yol verilmişdir ki, bu da həmin sənədlərin saxta olmasını təsdiq edir. Belə ki, yerquruluşu planlarında ərazinin sxem hissəsində olan işarələr rəngli olaraq çap olunur, yəni yaşıllıqlar, torpaq sahəsinin yerləşdiyi ərazi və digər işarələr müvafiq rəngdə göstərilir. İstintaq zamanı ona təqdim edilən planlarda olan sxemdəki işarələrin hamısı eyni - qara rəngdə göstərilmişdir. Onun tərəfindən belə bir yerquruluşu planına imza edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, 1989-cu ildən Qaradağ Rayon İcra Hakimiyyəti aparatında memar vəzifəsində işləmişdir. 2020-ci ilin iyul ayının 5-dən yaşa görə əmək pensiyasına çıxmışdır. Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Təqsirləndirilən şəxs və X9 tanımır. Zərərçəkmiş şəxs4 və Zaur Mehtiyevə ayrılmış torpaq sahəsinin yerləşmə sxemlərindəki yazı və imza nümunəsi ona məxsus deyil, işlədiyi dövrdə 50 sot torpaq sahəsinə plan sxem çəkdiyini xatırlamır, əsasən 20-50 kv.m. qeyri-yaşayış sahələrinin sxemlərini çəkmişdir. İbtidai istintaq zamanı dindirilmiş və ifadəsi məhkəmədə tədqiq edilmiş Şahid4 ifadəsindən görünür ki, fərdi sahibkarlıqla məşğul olur, özünə məxsus Xəzər rayonunda yerləşən 12 sot torpaq sahəsinə dair rayon icra hakiminin sərəncamının surətini almaq, həmçinin müvafiq sərəncamın Milli Arxiv idarəsində olub-olmadığını müəyyən etmək üçün xx.xx.2021-ci il tarixdə Milli Arxiv idarəsinə müraciət etmişdir. Dövlət Arxivinin Bakı filialının xx.xx.2021-ci il tarixli BA-01917-204 saylı məktubu ilə həmin sərəncamın həqiqətən də arxiv idarəsində mövcud olduğu qeyd edilmiş və sərəncamın surəti məktuba əlavə edilmişdir. X17, X12, Zərərçəkmiş şəxs5 tanımır. Ona məxsus məktubdakı QR kodun hansı formada həmin şəxslərə göndərilmiş məktublarda əks olunduğunu bilmir. Təqsirləndirilən şəxs tanışı Musa İsmayılovun vasitəsilə tanımışdır. Belə ki, özünə məxsus Qala kəndində yerləşən torpaq sahəsinə çıxarış almaq üçün tanışı Musa İsmayılova müraciət etmiş, sonuncu onu Təqsirləndirilən şəxsla tanış etmiş və sonuncunun ona köməklik edə biləcəyini bildirmişdir. Məzahirlə görüşüb, həmin məsələni müzakirə edərkən, sonuncu ona çıxarış almaq üçün ilk olaraq, sərəncam və arxiv arayışı almağın lazım olduğunu, həmçinin həmin sənədləri onun üçün təşkil edə biləcəyini bildirmiş, həmin sənədləri hansı formada təşkil edəcəyini soruşanda ona dəqiq cavab verməmişdir. Bu isə onda şübhə yaratmışdır. Bundan əlavə, Təqsirləndirilən şəxs ona nümunə üçün ayrı-ayrı şəxslərin adına bir neçə sərəncam və arxiv arayışı vermişdir. Həmin sənədləri tanışları vasitəsilə yoxladarkən qeyd edilən sənədlərin saxta olduğu məlum olduğundan, Məzahirlə əlaqələrini kəsmişdir. O, Dövlət Arxivinin Bakı filialından ona ünvanlanmış xx.xx.2021-ci il tarixli BA-01917-204 saylı məktubu Təqsirləndirilən şəxs təqdim edib-etmədiyini hazırda xatırlamır. İşin 2-ci cildinin 12-23-cü vərəqlərindəki Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyindən daxil olmuş sənədlərdən görünür ki, Zərərçəkmiş şəxs2 Bakı şəhərində yerləşən torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması məqsədilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə xx.xx.2022-ci il tarixli ərizə ilə müraciət edərək aşağıdaki sənədləri ərizəsinə əlavə etmişdir: Bakı şəhəri, Suraxanı rayonu, Günəşli qəsəbəsi, AB massivində yerləşən 0,50 ha torpaq sahəsinin sahibkarlıqla məşğul olmaq üçün Zərərçəkmiş şəxs2 ayrılmasına dair Suraxanı rayon icra hakimiyyəti başçısının xx.xx.1998-ci il tarixli 67 saylı sərəncamı və həmin torpaq sahəsinin sxemi, Suraxanı RİH-nin arxiv fondu üzrə xx.xx.1998-ci il tarixli 67 saylı sərəncamın təsdiq edilmiş kserosurətinin Zərərçəkmiş şəxs2 təqdim edilməsinə dair Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialının xx.xx.2022-ci il tarixli BA- 05755-2022 saylı məktubu, Zərərçəkmiş şəxs2 Suraxanı rayonu ərazisində yerləşən 0,50 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarının dəqiqləşdirilməsi və yerquruluşu planının hazırlanmasına dair müraciətinə baxıldığı və müvafiq yerquruluşu planı tərtib edilərək yaşayış yeri üzrə sonuncuya göndərilməsinə dair Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2022-ci il tarixli **********91 saylı məktubu, Suraxanı RİH başçısının xx.xx.1998-ci il tarixli 67 saylı sərəncamına əsasən Zərərçəkmiş şəxs2 ayrılmış 0,50 torpaq sahəsinin xx.xx.2022-ci il tarixli yerquruluşu planı. İşin 2-ci cildinin 303-309-cu vərəqlərindəki Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyindən daxil olmuş sənədlərdən görünür ki, Zərərçəkmiş şəxs3 Bakı şəhərində yerləşən torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması məqsədilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edərək aşağıdakı sənədləri ərizəsinə əlavə etmişdir: Bakı şəhəri, Suraxanı rayonu, Günəşli qəsəbəsi, AB massivində yerləşən 0,30 ha torpaq sahəsinin sahibkarlıqla məşğul olmaq üçün Zərərçəkmiş şəxs3 ayrılmasına dair Suraxanı rayon icra hakimiyyəti başçısının xx.xx.1998-ci il tarixli 41 saylı sərəncamı və həmin torpaq sahəsinin sxemi, Suraxanı RİH-nin arxiv fondu üzrə xx.xx.1998-ci il tarixli 41 saylı sərəncamın təsdiq edilmiş kserosurətinin Zərərçəkmiş şəxs3 təqdim edilməsinə dair Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialının xx.xx.2022-ci il tarixli BA-05752-2022 saylı məktubu, Zərərçəkmiş şəxs3 Suraxanı rayonu ərazisində yerləşən 0,30 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarının dəqiqləşdirilməsi və yerquruluşu planının hazırlanmasına dair müraciətinə baxıldığı və müvafiq yerquruluşu planı tərtib edilərək yaşayış yeri üzrə sonuncuya göndərilməsinə dair Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2022-ci il tarixli **********90 saylı məktubu, Suraxanı RİH başçısının xx.xx.1998-ci il tarixli 41 saylı sərəncamına əsasən Zərərçəkmiş şəxs3 ayrılmış 0,30 ha torpaq sahəsinin xx.xx.2022-ci il tarixli yerquruluşu planı. İşin 2-ci cildinin 138-145-ci vərəqlərindəki Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialına göndərilmiş sorğunun xx.xx.2022-ci il tarixli cavab məktubu və əlavə edilmiş sənədlərdən görünür ki, güya vətəndaş Zərərçəkmiş şəxs2 Dövlət Arxivinin Bakı filialı tərəfindən xx.xx.2022-ci il tarixli BA-05755-2022 saylı çıxış nömrəsi ilə verilmiş arxiv sənədi reallığı əks etdirmir, həmin çıxış nömrəsi Dövlət Arxivinin Bakı filialında mövcud deyil, Suraxanı RİH başçısının 67 saylı sərəncamı xx.xx.1998-cİ il tarixli deyil, xx.xx.1998ci il tarixli olmaqla Suraxanı qəsəbəsində yerləşən küçənin adının dəyişdirilməsi ilə əlaqədar verilmişdir. İşin 1-ci cildinin 13-32-ci vərəqlərindəki Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, X17, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs5 Bakı şəhərində yerləşən torpaq sahələrinin döngə nöqtələrinin təyin edilməsinə və yerquruluşu planının hazırlanmasına köməklik göstərilməsi məqsədi ilə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 Saylı Bakı Ərazi İdarəsinə müraciət etmiş, sənədlərin ekspertizası zamanı onların tərtibatına, möhürün və imzanın həqiqiliyinə şübhə yaranmış, Dövlət Arxivinin Bakı Filialının elektron məktublarının və onlara əlavə edilmiş sərəncamların QR kodunun yoxlanılması zamanı məlum olmuşdur ki, həmin kod başqa şəxsin, yəni Şahid4 adına tərtib olunmuş Dövlət Arxivinin elektron dövriyyəsindən çıxarışa və ona əlavə edilmiş sərəncama aiddir. İşin 1-ci cildinin 34-55, 2-ci cildinin 138-145-ci vərəqlərindəki Azərbaycan Respublikasının Dövlət Arxivinin Bakı Filialının 23 avqust 2022-ci il tarixli məktubundan görünür ki, Nəsimi rayon İH-nin arxiv fondu üzrə xx.xx.1996-cı il tarixli, 1825 saylı sərəncam Dövlət Arxivinin Bakı filialında mövcuddur. Lakin, həmin sərəncam vətəndaş X17 deyil, X10 barəsindədir. Bundan əlavə, X13 5 Saylı Bakı «ASAN Xidmət» Mərkəzindən daxil olmuş xx.xx.2022-ci il tarixli müraciətinə əsasən Dövlət Arxivinin Bakı filialı tərəfindən 11,02.2022-ci il tarixli, BA-05748-2022 çıxarış nömrəsi ilə ona verilmiş surəti reallığı əks etdirmir və saxtadır. Belə ki, həmin çıxarış nömrəsi Dövlət Arxivinin Bakı filialında ümumiyyətlə yoxdur. Bundan əlavə, güya təqdim olunmuş arxiv surətində Dövlət Arxivinin Bakı filialında saxlanma vahidlərini göstərən əsas olan hissədə qeyd olunan fond nömrəsində Nəsimi rayonunun fondu 137 olduğu halda, 139 kimi göstərilmişdir. 139 saylı fond isə Səbail rayonuna aiddir. Bundan başqa, güya Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs5 5 Saylı Bakı «ASAN XİDMƏT» Mərkəzindən daxil olmuş müraciətlərinə əsasən, müvafiq çıxış nömrələri ilə verilmiş arxiv surətləri reallığı əks etdirmir və saxtadır. Belə ki, həmin çıxarış nömrələri Dövlət Arxivinin Bakı filialında ümumiyyətlə yoxdur. Bundan əlavə, Azərbaycan Respublikasının Dövlət Arxivinin Bakı Filialının 9 sentyabr 2022-ci il tarixli məktubundan görünür ki, Suraxanı RİH-in arxiv fondu üzrə 1998-ci il tarixli 67 Saylı sərəncam xx.xx.1998-ci il tarixli deyil, xx.xx.1998-ci il tarixlidir. Habelə, Zərərçəkmiş şəxs2 güya Dövlət Arxivinin Bakı filialı tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, BA-05755-2022 saylı çıxış nömrəsi ilə ona verilmiş arxiv sənədi reallığı əks etdirmir. Belə ki, həmin çıxarış nömrəsi Dövlət Arxivinin Bakı filialında ümumiyyətlə yoxdur. İşin 1-ci cildinin 16, 22, 30, 2-ci cildinin 297, 304-c vərəqlərindəki Azərbaycan Respublikasının Dövlət Arxivinin Bakı X1 göndərilməsi görüntüsü yaradılmış xx.xx.2022-ci il tarixli BA-05748-2022 saylı məktubunun surətində səhifənin yuxarı hissəsində dövlət gerbi və «Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi», eləcə də «Azərbaycan Respublikasının Dövlət Arxivinin Bakı Filialı» yazıları və Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin rekvizitləri, daha sonra məktubun göndəriləcəyi ünvan qeyd edilmədən «Vət. X14» yazısı, habelə «5 Saylı Bakı «ASAN XİDMƏT» Mərkəzindən daxil olmuş xx.xx.2022-ci il tarixli müraciətə əsasən Nəsimi RİH-nin arxiv fondu üzrə xx.xx.1996-cı il tarixli, 1825 saylı sərəncamın təsdiq edilmiş kserosurəti 1 (bir) vərəqdən ibarət Sizə təqdim olunur. Qeyd: Sərəncama cizgi və akt əlavə edilməmişdir.» yazıları, qeyd edilən yazıdan aşağıda isə «Direktor: Ağakişi Allahverdiyev» yazısı qeyd edilmişdir. Sənədin aşağı sağ küncündə «QR kod» qeyd edilmişdir. Vərəqin sol küncündən QR koda kimi olan hissədə isə «Sənədli elektron imza ilə təsdiq edən: AĞAKİŞİ ALLAHVERDİEV İMAMVERDİ OĞLU/Direktor, İcraçı: Elvira Quliyeva/Aparıcı arxivçi», həmçinin «Azəebaycan Respublikası Milli Arxiv İdarəsinin Elektron X6 Çıxarış», «Elektron sənədin surətini təsdiq edən», eləcə də həmin qrafanın qarşısında əlyazma ilə «Şamilova N,» yazısı və «İmza:» qrafasının qarşısında isə əlyazma ilə imza nümunəsi qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs4 göndərilməsi görüntüsü yaradılmış xx.xx.2022-ci il tarixli BA-05758-2022 saylı, Zərərçəkmiş şəxs5 göndərilməsi görüntüsü yaradılmış xx.xx.2022- ci il tarixli BA-05757-2022 saylı və Zərərçəkmiş şəxs2 göndərilməsi görüntüsü yaradılmış xx.xx.2022-ci il tarixli BA-05755-2022 saylı məktublar da X19ma göndərilməsi görüntüsü yaradılmış xx.xx.2022-ci il tarixli BA-05748-2022 saylı məktubla eyni məzmunlu tərtib edilmişdir. İşin 1-ci cildinin 19-cu vərəqindəki Nəsimi Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1996-cı il tarixli 1825 saylı sərəncamının surətindən görünür ki, sərəncam kiril qrafikalı əlifba ilə və çap maşınında yazılmışdır. Vərəqin üst hissəsində ortada «Nəsimi Rayon İcra Başçısı» altında böyük hərflərlə vərəqin ortasında «SƏRƏNCAM» yazısı, altında tarix və nömrə, daha aşağıda isə vərəqin ortasında «Sahibkarlıq məqsədi ilə torpaq sahəsinin ayrılması haqqında» sözləri qeyd edilmişdir. Daha sonra aşağıda yeni abzasla aşağıdakı məzmunda mətn öz əksini tapmışdır: «Nəsimi rayon icra hakimiyyətinə Cəbrayıl rayonu, Papı kəndində qeydiyyatda olan X17 ərizə ilə müraciət edərək, 3-cü mikrorayon ərazisində yerləşən, xeyli vaxtdır onun istifadəsində olan 680 kv.m. torpaq sahəsinin sahibkarlıq məqsədi ilə ona verilməsini xahiş etmişdir. Yuxarıdakıları nəzərə alaraq: 1. Nəsimi rayonu, 3-cü kmr ərazisində yerləşən 680 kv.m. torpaq sahəsi sahibkarlıqla məşğul olmaq üçün X14 ayrılsın. 2. Ayrılmış torpaq sahəsinin istifadəsi zamanı sanitariya normalarına riayət olunması, kommunikasiya xətləri aşkar edilərsə aidiyyəti təşkilatlara müraciət edilməsi mülkiyyət hüquqlarının təsdiqinə dair çıxarışın alınması üçün Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsinə və Bakı şəhər texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsinə müraciət edilməsi X14 tapşırılsın. 3. Tikintinin layihəsi və tikinti işləri xüsusi hazırlığı olan fiziki və hüquqi şəxslər tərəfindən icra olunsun. 4. Rayon Vergi Müfəttişliyinə tapşırılsın ki, mülkiyyətçinin torpaq vergisinə cəlb olunmasını təmin etsin. 5. Ayrılmış torpaq sahəsində tikintinin layihə üzrə aparılmasına və torpağın məqsədli təyinatına görə istifadə olunmasına nəzarət RİH-nin Baş memarına tapşırılsın.» Bundan sonra vərəqin aşağıda sağ tərəfində «T.M.Quliyev» yazısı, biraz daha aşağı sol tərəfdə isə «Əsli ilə düzdür:» yazısı və əlyazma ilə imza əks olunmuşdur. Sərəncam sonda imzanın üzərində dairəvi formada, üzərində latın qrafikalı əlifba ilə yazılmış ‘Azərbaycan Respublikası Bakı şəhəri Nəsimi rayonu İcra Hakimiyyəti» yazısı, orta hissədə isə dövlət gerbi əks olunmuş möhür ilə təsdiq edilmişdir. İşin 1-ci cildinin 25-ci vərəqindəki Qaradağ Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1997-ci il tarixli 801 saylı sərəncamının surətindən görünür ki, sərəncam kiril qrafikalı əlifba ilə və çap maşınında yazılmışdır. Vərəqin üst hissəsində ortada «Azərbaycan Respublikasının Qaradağ Rayon İcra Başçısı» altında böyük hərflərlə vərəqin ortasında «SƏRƏNCAM» yazısı, altında tarix və nömrə qeyd edilmişdir. Daha sonra aşağıda yeni abzasla aşağıdakı məzmunda mətn öz əksini tapmışdır: «Bakı şəhər İcra Hakimiyyəti Başçısının «Bakı şəhərində İstirahət obyektlərinin yaradılması üçün torpaq sahələrinin ayrılması haqqında» 610 saylı xx.xx.1997-ci il tarixli sərəncamına müvafiq olaraq - 1. Qaradağ rayonunun Bakı-Ələt-Qazax yolunun 53-cü km-də yolun sağ tərəf hissəsində abadlıq işləri aparılması üçün Qobustan qəsəbəsi Axundov küçəsi ev 26, mənzil 1-də yaşayan X5 40x125 m ölçüdə torpaq sahəsi ayrılsın və ona həmin sahədə 18x12m ölçüdə kafe tikintisinə icazə verilsin. 2. Abadlıq və tikinti işlərinin görülməsi rayon İHB-sı aparatının memarlıq şöbəsi tərəfindən təsdiq edilmiş eskiz əsasında və X.Ə.Mehdiyevin şəxsi vəsaiti hesabına aparılsın. 3. Sərəncamın icrasına nəzarət rayon İHB-sı aparatının memarlıq şöbəsinə və rayon İcra Hakimiyyəti Başçısının qəsəbə üzrə nümayəndəliyinə tapşırılsın. Bundan sonra vərəqin aşağıda sağ tərəfində «Y.Əliyev» yazısı, biraz daha aşağı sol tərəfdə isə «Əsli ilə düzdür:» yazısı və əlyazma ilə imza əks olunmuşdur. Sərəncam sonda imzanın üzərində dairəvi formada, üzərində latın qrafikalı əlifba ilə yazılmış «Azərbaycan Respublikası Bakı şəhəri Qaradağ rayonu İcra Hakimiyyəti» yazısı, orta hissədə isə dövlət gerbi əks olunmuş möhür ilə təsdiq edilmişdir. Sərəncama üzərində «Qardağ rayon İH-ti aparatının memarı Şahid5» tərəfindən imzalanması görüntüsü yaradılmış torpaq sahəsinin yerləşmə sxemi əlavə edilib. Sxem sonra üzərində latın qrafikalı əlifba ilə yazılmış «Azərbaycan Respublikası Bakı şəhəri Qaradağ rayonu İcra Hakimiyyəti» yazısı, orta hissədə isə dövlət gerbi əks olunmuş möhür ilə təsdiq edilmişdir. İşin 1-ci cildinin 28-ci vərəqindəki Qaradağ Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1999-cu il tarixli 214 saylı sərəncamının surətindən görünür ki, sərəncam kiril qrafikalı əlifba ilə və çap maşınında yazılmışdır. Vərəqin üst hissəsində ortada «Azərbaycan Respublikasının Qaradağ Rayon İcra Başçısı» altında böyük hərflərlə vərəqin ortasında «SƏRƏNCAM» yazısı, altında tarix və nömrə, daha aşağıda isə vərəqin ortasında «Kommersiya və sahibkarlıq fəaliyyətinə icazə verilməsi haqqında» sözləri qeyd edilmişdir. Aşağıda «Bakı şəhər sakini Z.Mehtiyevin müraciətini nəzərə alaraq - Sərəncam verirəm» sözləri, daha sonra aşağıda yeni abzasla aşağıdakı məzmunda mətn öz əksini tapmışdır: «1.11.Bakı şəhəri ünvan 1-də yaşayan Zərərçəkmiş şəxs5 sahibkarlıq fəaliyyəti ilə məşğul olması üçün Bakı-Ələt-Qazax yolunun 53-cü m-də yolun sağ tərəf hissəsində 0,50 ha torpaq sahəsi ayrılsın. 2. Obyektin fəaliyyətinə rayon gigiyena-epidemiologiya mərkəzinin, rayon yanğından mühafizə idarəsinin razılığı alındıqdan və rayon vergi müfəttişliyində müvafiq qeydiyyatdan keçdikdən sonra başlanılsın. 3. Sərəncamın icrasına nəzarət rayon İcra Hakimiyyəti Başçısının qəsəbə üzrə nümayəndəliyinə və rayon polis idarəsinin 11-ci polis bölməsinə tapşırılsın.» Bundan sonra vərəqin aşağıda sağ tərəfində «Y.Əliyev» yazısı, biraz daha aşağı sol tərəfdə isə «Əsli ilə düzdür:» yazısı və əlyazma ilə imza əks olunmuşdur. Sərəncam sonda imzanın üzərində dairəvi formada, üzərində latın qrafikalı əlifba ilə yazılmış «Azərbaycan Respublikası Bakı şəhəri Qaradağ rayonu İcra Hakimiyyəti» yazısı, orta hissədə isə dövlət gerbi əks olunmuş möhür ilə təsdiq edilmişdir. Sərəncama üzərində «Qaradağ rayon İH-ti aparatının memarı Şahid5» tərəfindən imzalanması görüntüsü yaradılmış torpaq sahəsinin yerləşmə sxemi əlavə edilib. Sxem sonra üzərində latın qrafikalı əlifba ilə yazılmış «Azərbaycan Respublikası Bakı şəhəri Qaradağ rayonu İcra Hakimiyyəti» yazısı, orta hissədə isə dövlət gerbi əks olunmuş möhür ilə təsdiq edilmişdir. İşin 2-ci cildinin 296, 299-cu vərəqlərindəki Suraxanı Rayon İcra Hakimiyyəti Başçısının 21,05.1998-ci il tarixli 67 saylı sərəncamının surətindən görünür ki, sərəncam kiril qrafikalı əlifba ilə və çap maşınında yazılmışdır. Vərəqin üst hissəsində ortada «Suraxanı Rayon İcra Hakimiyyətinin Başçısı» altında böyük hərflərlə vərəqin ortasında «SƏRƏNCAM» yazısı, altında tarix və nömrə, daha aşağıda isə vərəqin ortasında «Vətəndaş Zərərçəkmiş şəxs2 sahibkarlıq məqsədi ilə torpaq sahəsinin ayrılması haqqında» sözləri qeyd edilmişdir. Daha sonra aşağıda yeni abzasla aşağıdakı məzmunda mətn öz əksini tapmışdır: «Suraxanı rayon icra hakimiyyətinə Bakı şəhər sakini Zərərçəkmiş şəxs2 müraciət edərək, ona sahibkarlıqla məşğul olmaq üçün torpaq sahəsinin ayrılmasını xahiş etmişdir. Vətəndaş Zərərçəkmiş şəxs2 xahişini nəzərə alaraq:
1. Suraxanı rayonu, Günəşli qəsəbəsi, «AV» massivində yerləşən 0,50 ha torpaq sahəsi sahibkarlıqla məşğul olmaq üçün Zərərçəkmiş şəxs2 ayrılsın. 2. İcraçıya tapşırılsın: 2.1. Rayon Layihə Smeta Bürosu ilə layihə işinin hazırlanması haqqında müqavilə bağlansın. 2.2. Obyektin tikintisi sxemə verilən sahədə aparılsın. 2.3. Sahədən keçən yeraltı kommunikasiya qurğularını qoruyub saxlasın və obyektin tikintisi zamanı sahəni və ətrafı abadlaşdırsın. 3. Rayon Vergi Müfəttişliyinə torpaq sahəsindən istifadə üçün vergi ödənilməsi təmin edilsin. 4. Sərəncamın icrasına nəzarət rayon Polis İdarəsinə və rayon İcra Hakimiyyətinin tikinti şöbəsinə tapşırılsın. 5. Sərəncamın surəti rayon Polis İdarəsinə, memarlıq və tikinti şöbəsinə, rayon DVM-nə və məlumat üçün göndərilsin.» Bundan sonra vərəqin aşağıda sağ tərəfində «H.Abutalıbov» yazısı, biraz daha aşağı sol tərəfdə isə «Əsli ilə düzdür:» yazısı və əlyazma ilə imza əks olunmuşdur. Sərəncam sonda imzanın üzərində dairəvi formada, üzərində latın qrafikalı əlifba ilə yazılmış «Azərbaycan Respublikası Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti» yazısı, orta hissədə isə dövlət gerbi əks olunmuş möhür ilə təsdiq edilmişdir. Sərəncama üzərində «Suraxanı RİH-nin memarı M.Hüseynov" tərəfindən imzalanması görüntüsü yaradılmış torpaq sahəsinin yerləşmə sxemi əlavə edilib. Sxem sonra üzərində latın qrafikalı əlifba ilə yazılmış «Azərbaycan Respublikası Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti» yazısı, orta hissədə isə dövlət gerbi əks olunmuş möhür ilə təsdiq edilmişdir. İşin 2-ci cildinin 303, 306-cı vərəqlərindəki Suraxanı Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1998-ci il tarixli 41 saylı sərəncamının surətindən görünür ki, sərəncam kiril qrafikalı əlifba ilə və çap maşınında yazılmışdır. Vərəqin üst hissəsində ortada «Suraxanı Rayon İcra Hakimiyyətinin Başçısı» altında böyük hərflərlə vərəqin ortasında «SƏRƏNCAM» yazısı, altında tarix və nömrə, daha aşağıda isə vərəqin ortasında «Vətəndaş Zərərçəkmiş şəxs3 sahibkarlıq məqsədi ilə torpaq sahəsinin ayrılması haqqında» sözləri qeyd edilmişdir. Daha sonra aşağıda yeni abzasla aşağıdakı məzmunda mətn öz əksini tapmışdır: «Suraxanı rayon icra hakimiyyətinə Bakı şəhər sakini Zərərçəkmiş şəxs2 müraciət edərək, ona sahibkarlıqla məşğul olmaq üçün torpaq sahəsinin ayrılmasını xahiş etmişdir. Vətəndaş Zərərçəkmiş şəxs2 xahişini nəzərə alaraq:
1. Suraxanı rayonu, Günəşli qəsəbəsi, «AV» massivində yerləşən 0,50 ha torpaq sahəsi sahibkarlıqla məşğul olmaq üçün Zərərçəkmiş şəxs2 ayrılsın. 2. İcraçıya tapşırılsın: 2.1. Rayon Layihə Smeta Bürosu ilə layihə işinin hazırlanması haqqında müqavilə bağlansın. 2.2. Obyektin tikintisi sxemə verilən sahədə aparılsın. 2.3. Sahədən keçən yeraltı kommunikasiya qurğularını qoruyub saxlasın və obyektin tikintisi zamanı sahəni və ətrafı abadlaşdırsın. 3. Rayon Vergi Müfəttişliyinə torpaq sahəsindən istifadə üçün vergi ödənilməsi təmin edilsin. 4. Sərəncamın icrasına nəzarət rayon Polis İdarəsinə və rayon İcra Hakimiyyətinin tikinti şöbəsinə tapşırılsın. 5. Sərəncamın surəti rayon Polis İdarəsinə, memarlıq və tikinti şöbəsinə, rayon DVM-nə və məlumat üçün göndərilsin.» Bundan sonra vərəqin aşağıda sağ tərəfində «H.Abutalıbov» yazısı, biraz daha aşağı so] tərəfdə isə «Əsli ilə düzdür:» yazısı və əlyazma ilə imza əks olunmuşdur. Sərəncam sonda imzanın üzərində dairəvi formada, üzərində latın qrafikalı əlifba ilə yazılmış «Azərbaycan Respublikası Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti» yazısı, orta hissədə isə dövlət gerbi əks olunmuş möhür ilə təsdiq edilmişdir. Sərəncama üzərində «Suraxanı RİH-nin memarı M.Hüseynov» tərəfindən imzalanması görüntüsü yaradılmış torpaq sahəsinin yerləşmə sxemi əlavə edilib. Sxem sonra üzərində latın qrafikalı əlifba ilə yazılmış «Azərbaycan Respublikası Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti» yazısı, orta hissədə isə dövlət gerbi əks olunmuş möhür ilə təsdiq edilmişdir. İşin 2-ci cildinin 217-ci vərəqindəki Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən xx.xx.2022-ci il tarixli **********91 nömrəli və xx.xx.2022-ci il tarixli **********90 nömrəli məktublar göndərilməmişdir. İşin 2-ci cildinin 300, 307-ci vərəqlərindəki Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən Zərərçəkmiş şəxs2 göndərilməsi görüntüsü yaradılmış xx.xx.2022-ci il tarixli **********91 nömrəli məktubun yuxarı hissəsində Xidmətin adı və rekvizitləri, o cümlədən məktubun nömrəsi və tarixi öz əksini tapmışdır. Aşağıda məktubun Zərərçəkmiş şəxs2 ünvanlandığı və onun ünvanı qeyd edilmişdir. Daha aşağıda orta hissədə «Torpaq sahəsinin yerquruluşu planının hazırlanması barədə» yazısı yazılmışdır. Aşağıda yeni abzasla müvafiq məzmunda mətn öz əksini tapmışdır: «Hörmətli Zərərçəkmiş şəxs2! Suraxanı rayonu ərazisində yerləşən 0,50 hektar torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarının dəqiqləşdirilməsi və yerquruluşu planının hazırlanmasına köməklik göstərilməsi barədə müraciətinizə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətində aidiyyəti üzrə baxılmışdır. Bildiririk ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65-ci maddəsinin tələblərinə uyğun olaraq qeyd olunan torpaq sahəsinin yerquruluşu qaydasında hüdudları yerdə (naturada) dəqiqləşdirilərkən həmin sahənin faktiki ölçüsünün 0,50 hektar olduğu müəyyən edilmiş və müvafiq yerquruluşu planı tərtib edilərək yaşayış yeri üzrə ünvanınıza göndərilmişdir.» Vərəqin sonunda sağ tərəfdə «Hörmətlə, Rəis müavini», sağ tərəfdə İsə «Elçin Yusubov» yazılaraq, qarşısında imza nümunəsi əks edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən Zərərçəkmiş şəxs2 göndərilməsi görüntüsü yaradılmış xx.xx.2022-ci il tarixli **********90 nömrəli məktub da Zərərçəkmiş şəxs2 göndərilməsi görüntüsü yaradılmış qeyd edilən sənədlə oxşar məzmunda və formada tərtib edilmişdir. İşin 2-ci cildinin 301-302, 308-309-cu vərəqlərindəki Bakı şəhəri Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Yeni Günəşli «AB» massivində Zərərçəkmiş şəxs2 ayrılmış 0,50 ha torpaq sahəsinin, Zərərçəkmiş şəxs3 ayrılmış 0,30 ha torpaq sahəsinin yerquruluşu planları 2 səhifədən ibarət olub, A3 formatda tərtib edilmişdir. Üz qabığında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Kadastr Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi, aşağı hissədə isə «Əsas: X2 Təşkili və Geodeziya Şöbəsinin xx.xx.2022-ci il tarixli ********** nömrəli məktubu» qeyd edilmişdir. İkinci səhifədə vərəqin ortasında torpaq sahəsinin sxemi öz əksini tapır. Sxemin sol tərəfində yuxarı hissədə « «Razılaşdırılmışdır» Bakı şəhər İcra Hakimiyyətinin Ərazinin planlaşdırılması və inkişafı şöbəsinin müdiri Mübariz Əlmədətov» yazılmış və imza edilərək 39x37x28 mm ölçülü 3 ədəd konsentrik dairədən ibarət olub, dairələr boyunca və orta dairədə «Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatı Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsi» yazıları olan möhürlə təsdiq edilmişdir. Bundan aşağıda «ƏMDX-nin Bakı ərazi şöbəsinin müdiri Ruslan Əliyev» yazılmış və imza edilərək 57x20 mm ölçülü düzbucaq formada olub, içərisində «Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Bakı Ərazi Şöbəsi» yazıları ştampla təsdiq edilmişdir. Vərəqin sol aşağı küncündə müxtəlif şərti işarələr öz əksini tapmışdır. Vərəqin sağ tərəfində isə «Eksplikasiya Ayrılması nəzərdə tutulan torpaq sahəsi: 0,50 ha Faktiki torpaq sahəsi: 0,50 ha. Qonşu torpaqlar 1-dən 1-ə dövlət mülkiyyətində olan torpaq sahəsi» yazıları, daha aşağıda isə qırmızı rəngdə «Ayrılması nəzərdə tutulan torpaq sahəsi dövlət mülkiyyətindədir və yaşayış binalarının həyətində, ümumi istifadədə olan yol kənarı yaşıllıq ərazidir. Ayrılması nəzərdə tutulan torpaq sahəsi 9 mərtəbəli yaşayış binasından 9.80 m, Abbas Fətullayev küçəsindən isə 9.40 m məsafədə yerləşir və ərazinin daxilində çoxillik şam ağacı, iri həcmli su xətti mövcuddur» yazıları öz əksini tapmışdır. Aşağı sol küncdə isə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Kadastr Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi yazısı və «Direktor müavini: A.T.Əliyev», «Baş mühəndiz: Ç.Q.Tanırverdiyev», «Şöbə müdiri: R.A.Dadaşov», «Bakı LTİ-nin sahə rəisi, müvəqqəti rəis vəzifəsini icra edən: S.B.Əzizov», «Bakı LTİ-nin sahə rəisi: Ə.K.Aslanov», "Bakı LTİ-nin mühəndisi: Şahid3», «Bakı LTİ-nin mühəndisi: Ə.Ə.Abdullayev» adlan qeyd olunaraq, qarşılarındakı qrafalar əlyazma ilə imzalanmışdır. 39x38x31x25 mm ölçülü 4 ədəd konsentrik dairədən ibarət olub, dairələr boyunca və orta dairədə «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında daşınmaz əmlakın kadastrı və ünvan reyestri xidmətinin Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC» yazıları olan möhürlə təsdiq edilmişdir. Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 ayrılması götüntüsü yaradılan torpaq sahələri barəsində tərtib edilmiş yerquruluşu planları oxşar məzmunda və formada tərtib edilmişdir. İşin 4-cü cildinin 122-129-cu vərəqlərindəki Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin sənədlərin kompleks məhkəmə xətşünaslıq, sənədlərin texniki ekspertizasının 19 aprel 2023-cü il tarixli 4/549-5/477 saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, 06 aprel 2022- ci il tarixli № BA-05755-2022 nömrəli məktubun sonunda «Şahid2» Yazısı və 22 aprel 2022-ci il tarixli № BA-05752-2022 nömrəli məktubun sonunda «Şahid2» yazısı - Təqsirləndirilən şəxs tərəfindən icra olunmuşdur. Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti Başçısının 27 may 1998-ci il tarixli, 41 saylı sərəncamına əsasən Zərərçəkmiş şəxs3 ayrılmış 0,30 ha torpaq sahəsinin və Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti Başçısının 21 may 1998-ci il tarixli, 67 saylı sərəncamına əsasən Zərərçəkmiş şəxs2 ayrılmış 0,50 ha torpaq sahəsinin yerquruluşu planında ikinci səhifənin sağ aşğı küncündə «Direktor müavini: A.T.Əliyev», «Baş mühəndis: Ç.Q.Tanırverdiyev», «Şöbə müdiri: R.A.Dadaşov», «Bakı LTİ-nin sahə rəisi, müvəqqəti rəis vəzifəsini icra edən: S.B.Əzizov», «Bakı LTİ-nin sahə rəisi: Ə.K.Aslanov», "Bakı LTİ-nin mühəndisi: Şahid3», «Bakı LTİ-nin mühəndisi: Ə.Ə.Abdullayev» adları qarşısındakı, eləcə də sağ küncündə "Ruslan Əliyev» və «Mübariz Əlmədətov» qrafalarının qarşısındakı imzalar həmin şəxslərin özləri tərəfindən deyil, başqa şəxs tərəfindən icra olunmuşdur. Həmin imzaların Təqsirləndirilən şəxs və ya başqa şəxs tərəfindən icra edilməsi tədqiqat zamanı müəyyən edilməmişdir. Bundan əlavə, Zərərçəkmiş şəxs2 ayrılmış 0,50 ha torpaq sahəsinin, Zərərçəkmiş şəxs3 ayrılmış 0,30 ha torpaq sahəsinin yerquruluşu planlarında olan möhür və ştamp əksləri relyef klişe vasitəsilə sənədin üzərinə birbaşa vurulmuş və əsilləri ilə eynilik təşkil etmir. İşin 4-cü cildinin 131-139-cu vərəqlərindəki Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin sənədlərin kompleks məhkəmə xətşünaslıq, sənədlərin texniki ekspertizasının 25 aprel 2023-cü il tarixli 4/609-5/517 saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, 11 fevral 2022-ci il tarixli 05748-2022 saylı məktubun, eləcə də arxiv arayışının kserosurətlərində «elektron sənədin surətini təsdiq edən» qrafalarında əks olunmuş «Şahid2» yazıları, 2 fevral 2022-ci il tarixli 05758-2022 saylı məktubun, eləcə də arxiv arayışının kserosurətlərində «elektron sənədin surətini təsdiq edən» qrafalarında əks olunmuş «Şahid2» yazıları, 10 yanvar 2022-ci il tarixli 05757-2022 saylı məktubun, eləcə də arxiv arayışının kserosurətlərində «elektron sənədin surətini təsdiq edən» qrafalarında əks olunmuş «Şahid2» yazıları, 28 yanvar 2022-ci il tarixli 05746-2022 saylı məktubun, eləcə də arxiv arayışının kserosurətlərində «elektron sənədin surətini təsdiq edən» qrafalarında əks olunmuş «Şahid2» yazıları - Təqsirləndirilən şəxs tərəfindən icra olunmuş, həmin yazıların qarşılarındakı imzalar isə Şahid2 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. 10 noyabr 1997-ci il tarixli 801 saylı sərəncam əsasında verildiyi qeyd edilən yerləşmə sxeminin kserosurətində əks olunmuş əlyazmalar və «Şahid5» qrafasında əks olunmuş imza, 24 mart 1999-cu il tarixli 214 saylı sərəncam əsasında verildiyi qeyd edilən yerləşmə sxeminin kserosurətində əks olunmuş əlyazmalar və «Şahid5» qrafasında əks olunmuş imza - Şahid5 tərəfindən yox, başqa şəxs (şəxslər) tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, 10 noyabr 1997-ci il tarixli 801 saylı və 24 mart 1999-cu il tarixli 214 saylı sərəncamların kserosurətində «Y.Əliyev» qrafası qarşısında əks olunmuş imzalar əsilləri ilə eynilik təşkil etmir, müxtəlif şəxslər tərəfindən icra edilmişdir. Tədqiqata təqdim edilmiş Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinin Başçısının xx.xx.1996-cı il tarixli 1825 nömrəli möhür əksi ekspertizaya təqdim edilmiş xx.xx.1996-cı il tarixli 1819 və 1820 nömrəli sərəncamlarındakı möhür əksi ilə eynilik təşkil etmir. İşin 4-cü cildinin 173-cü vərəqindəki 25 aprel 2023-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə öz xüsusiyyətinə, əlamətlərinə, habelə üzərində hadisənin izlərini saxladığına görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən Azərbaycan Respublikasının Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli BA-05748-2022 saylı, xx.xx.2022-ci il tarixli BA-05758-2022 saylı, xx.xx.2022-ci il tarixli BA-05757-2022 saylı, xx.xx.2022-ci il tarixli BA-05755-2022 saylı və xx.xx.2022-ci il tarixli BA-05752-2022 saylı məktubları, həmin məktublara əlavə edilmiş Nəsimi rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1996-cı il tarixli 1825 nömrəli, Qaradağ rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1997-ci il tarixli 801 və xx.xx.1999-cu il tarixli 214 nömrəli, Suraxanı rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1998-ci il tarixli 67 və xx.xx.1998-ci il tarixli 41 nömrəli sərəncamları, habelə onlara əlavə edilmiş torpaq sahələrinə aid plan sxemlər, o cümlədən Bakı şəhəri Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Yeni Günəşli «AB» massivində Zərərçəkmiş şəxs2 ayrılmış 0,50 ha torpaq sahəsinin, Zərərçəkmiş şəxs3 ayrılmış 0,30 ha torpaq sahəsinin yerquruluşu planları maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. İşin 1-ci cildinin 136-cı vərəqindəki Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşin 1-ci cildinin 200-cü vərəqindəki protokoldan görünür ki, axtarışda olan Təqsirləndirilən şəxs 30 mart 2023-cü il tarixdə tutulmuşdur. İşin 1-ci cildinin 228-229-cu vərəqlərindəki qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 30 mart 2023-cü il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İşdəki Bakı Ağır Cinayətlər Məhkəməsinin 5 fevral 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilmiş, onun barəsində axtarış elan edilmişdir. İşdəki Bakı İstintaq Təcridxanasından daxil olmuş məktubdan görünür ki, Təqsirləndirilən şəxs 27 mart 2024-cü il tarixdə Nəsimi RPİ-nin əməkdaşları tərəfindən tutularaq istintaq təcridxanasına yerləşdirilmişdir. İşdəki Zərərçəkmiş şəxs1 ərizəsindən görünür ki, ona dəymiş ziyan ödənilmişdir. Təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi yoxdur. İşdəki Zərərçəkmiş şəxs2 ərizəsindən görünür ki, təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi yoxdur. İşdəki Zərərçəkmiş şəxs5 ərizəsindən görünür ki, təqsirləndirilən şəxslə barışmış, ona qarşı şikayəti və tələbi yoxdur. İş materiallarından görünür ki, Zərərçəkmiş şəxs4 xx.xx.2024-cü il tarixdə ölmüş, oğlu X16 zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmışdır. Məhkəmədə çıxışı zamanı dövlət ittihamçısı «Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» 2015-ci il 11 iyun tarixli 7 nömrəli Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 19 may 2023-cü il tarixli Qərarına, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1, 178-ci maddələrinin və 312-ci maddəsinin Qeyd hissəsinin əlaqəli şəkildə şərh edilməsinə dair» 2022-ci il 14 iyul tarixli Qərarına əsasən, Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamdan Azərbaycan Respublikası CM-in 32.4,312.2-ci maddələrinin xaric edilməsini xahiş etmişdir. «Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» 2015-ci il 11 iyun tarixli 7 nömrəli Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 19 may 2023-cü il tarixli Qərarına əsasən qeyd edilən qərarın 36-cı bəndi aşağıdakı redaksiyada verilmişdir: Dələduzluq cinayətlərinə dair işlərə baxarkən məhkəmələrin diqqəti bu əməllərin vəzifəli şəxslər, habelə rüşvətxorluqda vasitəçilik etmə adı ilə dələduzluq etmiş («rüşvətxorluqda yalançı vasitəçi» - «psevdorüşvətçi») şəxslər tərəfindən törədilməsi ilə bağlı olan aşağıdakı məsələlərə cəlb edilsin. Dələduzluğun törədilməsi zamanı aldadılmış və ya etibarından sui-istifadə edilmiş və öz əmlakını bunun nəticəsində başqa şəxsə vermiş zərər çəkmiş şəxs bir qayda olaraq qısa və ya uzun müddətdən sonra əmlakının geri qaytarılmasını ehtimal edir, gözləyir, lakin əmlakı ələ keçirmiş şəxs onu qaytarmaq niyyətində olmadığından və öz ehtiyaclarına sərf etdiyindən buna nail ola bilmir. Rüşvət vermə və ya rüşvət verməyə cəhd etmə cinayətlərinin törədilməsi zamanı isə şəxs tərəfindən istər vəzifəli şəxsə, istərsə də rüşvətxorluqda vasitəçilik etmiş və ya rüşvətxorluqda vasitəçilik etmək adı ilə dələduzluq etmiş şəxsə verilmiş pul, qiymətli kağızlar və ya sair maddi nemətlər onları vermiş şəxsin subyektiv qiymətləndirilməsində artıq rüşvətin predmetinə çevrilir və həmin şəxs bu maddi nemətlərin nə vaxtsa qaytarılmasına yox, rüşvətin müqabilində onun xeyrinə vəzifəli şəxs tərəfindən qanuni və ya qanunsuz hərəkətlərin (hərəkətsizliyin) edilməsini gözləyir. Özgənin əmlakını ələ keçirmək məqsədi ilə vəzifəli şəxs öz qulluq mövqeyinə görə onun səlahiyyətlərinə aid olmayan hər hansı hərəkətin (hərəkətsizliyin) edilməsini vəd edib aldadaraq və ya etibardan sui-istifadə edərək pul, qiymətli kağızlar və ya sair maddi nemətlər aldıqda təqsirkarın əməli dələduzluq kimi qiymətləndirilməlidir. Şəxs heç bir səlahiyyətə malik olmayan digər şəxsdən onun xeyrinə olan hər hansı hərəkətin (hərəkətsizliyin) vəzifəli şəxs tərəfindən edilməsində köməklik göstərilməsini xahiş etdikdə və onun razılığını aldıqdan sonra bunun müqabilində vəzifəli şəxsə çatdırılması üçün vasitəçiyə pul və ya sair nemətlər verdikdə, lakin vasitəçi pulu və ya sair nemətləri hansısa vəzifəli şəxsə çatdırmaq niyyətində olmayaraq, yəni aldatmaqla və ya etibardan sui-istifadə etməklə ələ keçirdikdə sonuncunun əməli dələduzluq kimi qiymətləndirilir. Rüşvət verməyə cəhd edən şəxsin təşəbbüsü ilə vəzifəli şəxsə vermək məqsədi ilə pul və ya sair maddi nemətləri almış şəxs ondan asılı olmayan səbəblərdən (məsələn, vəzifəli şəxslə sövdələşmənin baş tutmaması, hüquq mühafizə orqanları tərəfindən ifşa edilməsi, son nəticədə rüşvət kimi verməli olduğu maddi nemətləri mənimsəmək niyyətinin yaranması və sair) rüşvətin predmetini səlahiyyətli şəxsə verə bilmədikdə onun əməli dələduzluq deyil, rüşvət verməyə cəhd etmədə iştirakçılıq və işin hallarından asılı olaraq özgənin əmlakını mənimsəmə kimi qiymətləndirilir. Vəzifəli şəxsə rüşvət vermək barədə təşəbbüsü bu yolla özgə əmlakını ələ keçirmək məqsədini həyata keçirən şəxsin özü irəli sürdükdə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73- 1, 178-ci maddələrinin və 312-ci maddəsinin Qeyd hissəsinin əlaqəli şəkildə şərh edilməsinə dair» 2022-ci il 14 iyul tarixli Qərarında və Konstitusiya Məhkəməsi Palatasının «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsinin həmin Məcəllənin 312ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsi barədə Şəki Apellyasiya Məhkəməsinin müraciətinə dair» 2023-cü il 17 aprel tarixli Qərardadında (bu Qərar və Qərardad birlikdə götürülməklə, onların təsviri-əsaslandırıcı hissələrində) ifadə olunmuş hüquqi mövqelərə əsasən təqsirkarın əməli CM-in 178.1-ci maddəsinin dispozisiyası ilə əhatə olunduğundan və burada rüşvət verməyə təhrik etmə cinayətinin (CM-in 32.4, 312-ci maddələri) tərkibinin yaranması üçün zəruri olan obyektiv və subyektiv əlamətlər mövcud olmadığından əməl qeyd edilən cinayətlərin ideal məcmusu kimi deyil, yalnız CM-in 178-ci maddəsi ilə dələduzluq cinayəti kimi tövsif olunmalıdır. Odur ki, Təqsirləndirilən şəxs irəli sürülmüş ittihamdan Azərbaycan Respublikası CMin 32.4, 312.2-ci maddələri xaric edilməlidir. Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutların məcmusuna hüquqi qiymət verərək nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.4, 29,178.3.2 və 320.1-ci maddələrində nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli olmaları kifayət qədər sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs təqsirini təkzib edə biləcək hal müəyyən olunmadı. Təqsirləndirilən şəxs məhkəmədə elan olunmuş ittihamlar üzrə özünü qismən təqsirli bildi. Onun bu ifadəsi məhkəmədə dindirilmiş və tədqiq edilmiş zərərçəkmiş şəxslər və şahidlərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, sənədlər, cinayət işi materiallarına əlavə edilmiş çoxsaylı protokollar və işin digər faktiki halları ilə təkzib olunduğundan məhkəmə, ifadəsinə tənqidi yanaşır və cəzasını yüngülləşdirmək məqsədi güdən ifadə kimi qiymətləndirir. Yuxarıda sadalanan və bir-birini tamamlayan sübutları isə mötəbər hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs əməllərinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun əməlləri Azərbaycan Respublikası CM-in 178.2.4, 29,178.3.2 və 320.1-ci maddələri ilə tövsif edilməli, o, həmin maddələrlə təqsirli bilinməli və ona CM-in 178.2.4, 29,178.3.2-ci maddələri ilə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və onların şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, cinayətin törədilməsində rollarını, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun həyat şəraitinə təsirini nəzərə alır. Zərərçəkmiş şəxslə barışıq əldə edilməsi və cinayət nəticəsində dəymiş ziyanın ödənilməsi Azərbaycan Respublikası CM-in 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallardır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərək nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-in 29,178.3.2-ci maddəsi ilə CM-in 63.3-cü maddəsinin tələbi nəzərə alınmaqla sanksiyasında nəzərdə tutulmuş müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-in 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Təqsirləndirilən şəxs irəli sürülmüş ittihamdan Azərbaycan Respublikası CM-in 32.4, 312.2-ci maddəsi xaric edilməli, Azərbaycan Respublikası CPM-in 44.2.1-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən Azərbaycan Respublikası CM-in 320.1-ci maddəsi ilə ona cəza təyin edilməməlidir. Lakin onun şəxsiyyətini, cəzanı yüngülləşdirən halların olmasını nəzərə alaraq məhkəmə nəticəyə gəlir ki, onun qəti olaraq təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını çəkmədən də islah olunması mümkündür. Odur ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilməli, sınaq müddəti müəyyən edilməklə, onun üzərinə müəyyən vəzifələr qoyulmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilməli və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilməli, başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs sınaq müddəti ərzində onun davranışına nəzarət Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhər Probasiya idarəsinə tapşırılmalı, üzərinə davranışına nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. İş üzrə mülki iddianın olmadığı nəzərə alınmalıdır. Maddi sübutlar: Azərbaycan Respublikasının Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli BA-05748-2022 saylı, xx.xx.2022-ci il tarixli BA-05758-2022 saylı, xx.xx.2022-ci il tarixli BA-05757- 2022 saylı, xx.xx.2022-ci il tarixli BA-05755-2022 saylı və xx.xx.2022-ci il tarixli BA-05752-2022 saylı məktubları, həmin məktublara əlavə edilmiş Nəsimi rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1996-cı il tarixli 1825 nömrəli, Qaradağ rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1997-ci il tarixli 801 və xx.xx.1999-cu il tarixli 214 nömrəli, Suraxanı rayon İcra Hakimiyyəti Başçısının 21,05.1998-ci il tarixli 67 və xx.xx.1998-ci il tarixli 41 nömrəli sərəncamları, habelə onlara əlavə edilmiş torpaq sahələrinə aid plan sxemlər, o cümlədən Bakı şəhəri Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Yeni Günəşli «AB» massivində Zərərçəkmiş şəxs2 ayrılmış 0,50 ha torpaq sahəsinin, Zərərçəkmiş şəxs3 ayrılmış 0,30 ha torpaq sahəsinin yerquruluşu planları cinayət işində saxlanılmalıdır. Məhkəmə məsrəfi olan ekspertiza tədqiqatına sərf edilmiş 250 (iki yüz əlli) manat Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə,
Hökmetdi:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4, 29,178.3.2 və 320.1-ci maddələrində nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinsin. Ona CM-in 178.2.4-cü maddəsi ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 29,178.3.2-ci maddəsi ilə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs irəli sürülmüş ittihamdan Azərbaycan Respublikası CM-in 32.4, 312.2-ci maddəsi xaric edilsin. Azərbaycan Respublikası CPM-in 44.2.1-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən Azərbaycan Respublikası CM-in 320.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs cəza təyin edilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilsin və 2 (iki) il sınaq müddəti müəyyən edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs davranışına nəzarət Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı Şəhər Probasiya İdarəsinə tapşırılsın. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. İş üzrə mülki iddianın olmadığı nəzərə alınsın. Maddi sübutlar: Azərbaycan Respublikasının Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli BA-05748-2022 saylı, xx.xx.2022-ci il tarixli BA-05758-2022 saylı, xx.xx.2022-ci il tarixli BA-05757- 2022 saylı, xx.xx.2022-ci il tarixli BA-05755-2022 saylı və xx.xx.2022-ci il tarixli BA-05752-2022 saylı məktubları, həmin məktublara əlavə edilmiş Nəsimi rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1996-cı il tarixli 1825 nömrəli, Qaradağ rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1997-ci il tarixli 801 və xx.xx.1999-cu il tarixli 214 nömrəli, Suraxanı rayon İcra Hakimiyyəti Başçısının 21,05.1998-ci il tarixli 67 və xx.xx.1998-ci il tarixli 41 nömrəli sərəncamları, habelə onlara əlavə edilmiş torpaq sahələrinə aid plan sxemlər, o cümlədən Bakı şəhəri Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Yeni Günəşli «AB» massivində Zərərçəkmiş şəxs2 ayrılmış 0,50 ha torpaq sahəsinin, Zərərçəkmiş şəxs3 ayrılmış 0,30 ha torpaq sahəsinin yerquruluşu planları cinayət işində saxlanılsın. Məhkəmə məsrəfi olan ekspertiza tədqiqatına sərf edilmiş 250 (iki yüz əlli) manat Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.