Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(101)-381/2025 01.07.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, X6 və X4 ibarət tərkibdə, X9 oğlunun katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında xx xxxxxx 1994-cü ildə Saatlı rayonu, Yeni Novruzlu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkum olunmuş, Saatlı rayonu, Bəylik Ərazi Dairəsi, Yeni Novruzlu kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşamış, hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin məhkəmə baxışı zamanı dövlət ittihamçısı X3 yazılı vəsatət verərək cinayət işinin baxılmasına xitam verilməsini və təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasını xahiş etmişdir. Dövlət ittihamçısının vəsatəti onunla əsaslandırılmışdır ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham irəli sürülərək cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilsə də, məhkəmə istintaqı zamanı onun hərəkətlərində daha ağır cinayətin əlamətləri müəyən edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs elan edilmiş ittihamdan görünür ki, o, satış məqsədilə 3500 qram çəkidə qurudulmuş marixuananı, 1525,37 qram çəkidə heroini və 503,1 qram çəkidə psixotrop maddə metamfetamini əldə edərək çantada gəzdirməklə daşımışdır. 14 dekabr 2023-cü il tarixdən qüvvədə olan “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə” 1-ci və 2-ci siyahısına əsasən narkotik vasitə heroinin 800 qramdan artıq olması və psixotrop maddə metamfetaminin 400 qramdan artıq olması xüsusilə külli miqdar hesab olunur və bu da hazırda və əməlin törədildiyi vaxt qüvvədə olan Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsinin tərkibini yaradır. İbtidai istintaq orqanı tərəfindən verilmiş ittihama və məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutlarla müəyyən edilir ki, Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitə heroinin miqdarı 1525,37 qram, psixotrop maddə metamfetaminin çəkisi isə 503,1 qram olmuşdur. Göründüyü kimi, Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə müqayisədə daha ağır cinayətin, yəni Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsində nəzərdə tutulmuş cinayətin əlamətləri vardır. Odur ki, göstərilənlərə əsasən, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 84 və 318-ci maddələrini rəhbər tutaraq, cinayət işinin baxılmasına xitam verilməsini və təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasına dair qərar qəbul edilməsini, həmçinin məhkəməyədək icraat zamanı kobud pozuntuya yol vermiş Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin İstintaq şöbəsinin baş müstəntiqi, polis mayoru X2 barəsində xüsusi qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Təqsirləndirilən şəxs və onun müdafiəçisi verilmiş vəsatətə münasibət bildirərək, vəsatətin təmin edilməməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə cinayət prosesinin tərəflərinin fikirlərini dinləyərək, həmçinin vəsatətdə qeyd olunan dəlilləri nəzərə alaraq hesab edir ki, dövlət ittihamçısı X3 tərəfindən verilmiş vəsatət təmin edilməli və cinayət işinin baxılmasına xitam verilməklə təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs ona görə ittiham elan edilmişdir ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı, külli miqdarda narkotik vasitə heroini və külli miqdarda psixotrop maddə metamfetamini əldə edib saxlayaraq daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən, naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq 1 ədəd qara rəngli polietilen bağlamada təmiz çəkisi 3500 qram olan bitki mənşəli tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı, 1 ədəd bağlamada təmiz çəkisi 1525,3 qram (1 kiloqram 525,3 qram) olan qəhvəyi rəngli kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroini və 1 ədəd bükümdə təmiz çəkisi 503,1 qram olan ağ rəngli kristalşəkilli kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metamfetamini əldə edib qara rəngli idman çantasında saxlayaraq əlində daşımış, Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin və Cinayət Axtarışı Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 28 mart 2024-cü il tarixdə, saat 20:25 radələrində Bakı şəhəri, Səbail rayonu, Teymur Elçin küçəsi, 5 saylı binanın həyətində saxlanılıb, Bakı şəhəri Səbail Rayon Polis İdarəsinə gətirilərək, həmin tarixdə, saat 21:50 radələrində əlində olan qara rəngli idman çantasına keçirilən şəxsi axtarış zamanı həmin çantanın içərisindən 1 ədəd qara rəngli polietilen bağlamada təmiz çəkisi 3500 qram olan bitki mənşəli tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə qurudulmuş marixuana, 1 ədəd bağlamada təmiz çəkisi 1525,37 qram (1 kiloqram 525,37 qram) olan qəhvəyi rəngli kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin və 1 ədəd bükümdə təmiz çəkisi 503,1 qram olan ağ rəngli kristalşəkilli kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxsə elan edilmiş ittihamdan göründüyü kimi, o, satış məqsədilə qanunsuz olaraq üç növdə – 3500 qram narkotik vasitə qurudulmuş marixuananı, 1525,3 qram heroini və 503,1 qram psixotrop maddə metamfetamini əldə edib saxlayaraq daşımaqda təqsirləndirilir. Həmin ittihamdan həmçinin görünür ki, həmin maddələrdən 1525,3 qram heroinin və 503,1 qram psixotrop maddə metamfetaminin çəkiləri külli miqdar kimi qiymətləndirilmiş və həmin cinayət əməlinin 28 mart 2024-cü il tarixdə törədilməsi göstərilmişdir. Bununla bağlı qeyd edilməlidir ki, Azərbaycan Respublikasının 26 aprel 2022-ci il tarixdə qəbul edilmiş və 20 may 2022-ci il tarixdə qüvvəyə minmiş, 516-VİQD nömrəli Qanununun 1.3.4-cü maddəsinə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə aşağıdakı məzmunda 234.4-1-ci maddə əlavə edilmişdir: “234.4-1. Bu Məcəllənin 234.1–234.4-cü maddələrində nəzərdə tutulmuş əməllər xüsusilə külli miqdarda törədildikdə – səkkiz ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Həmin Qanunun “Keçid müddəaları” adlı 2-ci maddəsində bu Qanunun 1.3.1-ci, 1.3.4-cü, 1.3.5-ci, 1.4-cü, 1.5-ci maddələrinin narkotik vasitələrin və ya psixotrop maddələrin xeyli və xüsusilə külli miqdarını, habelə prekursorların və qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan bitkilərin xüsusilə külli miqdarını müəyyən edən müvafiq qanunla eyni gündə qüvvəyə mindiyi müəyyən edilmişdir. Azərbaycan Respublikasının 21 noyabr 2023-cü il tarixdə qəbul edilmiş və 13 dekabr 2023-cü il tarixdə qüvvəyə minmiş, 1025-VİQD nömrəli Qanunu ilə “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı”ya dəyişiklik edilərək həmin siyahı yeni redaksiyada verilmiş, həmçinin həmin Qanunun 1-ci maddəsində müəyyən edilmişdir ki, “Adında və İ maddədə “edilməsi üçün kifayət edən” sözləri “edilməsinə əsas verən” sözləri ilə, “miqdarına, habelə onların külli miqdarına” sözləri “xeyli, külli və xüsusilə külli miqdarlarına” sözləri ilə əvəz edilsin.” Göstərilən 21 noyabr 2023-cü il tarixdə qəbul edilmiş və 13 dekabr 2023-cü il tarixdə qüvvəyə minmiş, 1025-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahı”da narkotik vasitə olan heroinin xüsusilə külli miqdar həddi 800 qram, psixotrop maddə olan metamfetaminin xüsusilə külli miqdar həddi isə 400 qram olması göstərilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 10.1-ci maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edilir. Beləliklə də, yuxarıda təsvir edilənlərə əsasən müəyyən edilir ki, Təqsirləndirilən şəxs elan edilmiş ittihama əsasən ona istinad edilən cinayət əməlinin, yəni ondan aşkar edilmiş, satış məqsədilə qanunsuz olaraq 1525,3 qram narkotik maddə heroini və 503,1 qram psixotrop maddə metamfetamini əldə edib saxlayaraq daşımasının 28 mart 2024-cü il tarixdə törədilməsi və həmin zaman 21 noyabr 2023-cü il tarixdə qəbul edilmiş və 13 dekabr 2023-cü il tarixdə qüvvəyə minmiş, 1025-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahı”ya əsasən 1525,3 qram narkotik maddə heroinin və 503,1 qram psixotrop maddə metamfetaminin xüsusilə külli miqdar həddində olmasının müəyyən edilməsi Təqsirləndirilən şəxs əməlində daha ağır cinayətin əlamətlərinin mövcudluğuna dəlalət edir. Beləliklə, məhkəmə tərkibi hesab edir ki, dövlət ittihamçısı X3 tərəfindən verilmiş vəsatət təmin edilməli və cinayət işinin baxılmasına xitam verilməklə təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 318.2-ci maddəsində göstərilmişdir ki, məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu müəyyən edildikdə, dövlət ittihamçısının vəsatəti əsasında məhkəmə irəli sürülmüş ittiham üzrə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə əsaslandırılmış qərar çıxarır. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu barədə zərər çəkmiş şəxsin və ya onun qanuni nümayəndəsinin vəsatəti əsasında məhkəmə bu maddədə nəzərdə tutulmuş qaydada qərar çıxara bilər. Cinayət-Prosessual Məcəlləsinin 318.2-1-ci maddəsinə əsasən, bu Məcəllənin 318.2-ci maddəsində nəzərdə tutulmuş qərar çıxarıldıqda, məhkəmə həbsdə saxlanılan təqsirləndirilən şəxs barəsində həbsdə saxlama müddətinin müəyyən edilməsi məsələsinə baxmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 318.3-cü maddəsinə əsasən, bu Məcəllənin 318.2ci maddəsində nəzərdə tutulmuş halda məhkəmə eyni zamanda ibtidai istintaqı aparan müstəntiq və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror haqqında xüsusi qərar çıxara bilər. Bu qərar müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının rəhbərinə və Azərbaycan Respublikasının Baş prokuroruna göndərilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirinin müddəti əvvəli 01 iyul 2025-ci il tarixdən hesablanmaqla 1 (bir) ay müddətə uzadılmalıdır. Odur ki, yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 159, 318 və 321-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Dövlət ittihamçısı X1 vəsatəti təmin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə cinayət işinin baxılmasına xitam verilsin və təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Səbail rayon prokuroruna qaytarılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirinin müddəti əvvəli 01 iyul 2025-ci il tarixdən hesablanmaqla 1 (bir) ay müddətinə uzadılsın. Hakimlər: Roman Ələkbərli (sədrlik edən) Elnur Nuriyev Azər Tağıyev
Məhkəmə qərarları › İş №1(101)-381/2025
Bakı Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(101)-381/2025
01.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver