Məhkəmə qərarları › İş №1(101)-382/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-382/2021

11.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-382/2021 11.08.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Xankişiyev Mirzə Aslan oğlunun sədrliyi ilə, hakimlər Qəniyev Faiq Əsəd oğlu və Mahmudov İlham Ağa oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X6, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər Müdafiəçi1 və Müdafiəçi2 iştirakları ilə 26.08.1990-ci ildə Abşeron rayonunda doğulmuş, Azəbaycan Respulikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, Bakı şəhəri, Abşeron rayonu, Novxanı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi PX-nin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1, 234.4.1, 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs şəxsiyyəti istintaqa məlum olmayan mənbədən, qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda yəni bir bükümdə 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələrin siyahısına” daxil olan təmiz çəkisi 3,870 qram kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə olan heroini, şəxsi istehlak miqdarından artıq miqdarda 4 ədəd kağız bükümdə ayrı-ayrılıqda çəkiləri 0,110 qram, 0,210 qram, 0, 200 qram, 0,160 qram ümumi çəkisi 0,680 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı, 1 bükümdə 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixiatrop maddələrin siyahısına” daxil olan təmiz çəkisi 0,333 qram kustar üsulla hazırlanmış psixatrop maddə metamfetamini, 65 ədəd çətənə bitkisi üçün nəzərdə tutulmuş toxumu, yaşadığı Abşeron rayonu, Novxanl qəsəbəsində yerləşən fərdi evinə daşıyaraq evin yataq otağında olan masanın üzərində saxlamış, 65 ədəd çətənə bitkisi üçün nəzərdə tutulmuş toxumu yaşadığı evinin həyətində əkib beçərərək 65 ədəd kol halında böyütmüş, 04 iyul 2020-ci il tarixdə saat 02 radələrində Abşeron rayon polis idarəsinin əməkdaşları tərəfindən Abşeron rayonu, Novxanı kəndində saxlanılaraq üzərində şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş bükümdə təmiz çəkisi 3,870 qram kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə olan heroin, yaşadğı evin yataq otağına baxış keçirilərkən masanın üzərindəki dəmir qutuda olan 4 ədəd kağız bükümdə ayrıayrılıqda çəkiləri 0,110 qram, 0,210 qram, 0, 200 qram, 0,160 qram ümumi çəkisi 0,680 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanan, 1 ədəd dəmir külqabının içərisində təmiz çəkisi 0,333 qram kustar üsulla hazırlanmış psixatrop maddə metamfetamin və onun yaşadığı evin həyətyanı sahəsinə baxış keçrən zaman baxçada qanunsuz olaraq əkib yetişdirməklə kultivasiya etdiyi, yaş vəziyyətdə ümumi çəkisi 12150 qram olan 65 (altmış beş) ədəd, külli miqdarda narkotik təbiətli çətənə (kannabis) bitkiləri polis əməkdaşları tərəfindən aşkar edilərək götürmüşlər. Təqsirləndirilən şəxs məhkəmə iclasında ifadə verərək göstərdi ki, o, narkotik vasitə qurudulmuş marixuanadan qəbul etmişdir. O, bir müddət bundan Abşeron rayonu, Novxanı kəndi ilə gedərkən yolda kibrit qutusu tapmışdır. Həmin kibrit qutusunun içərisinə baxanda görmüşdür ki, marixuana toxumlarıdır. Bundan sonra qərara gəlmişdir ki, həmin toxumları əkim becərsin. Buna görə də o, 2020-ci ilin fevral ayından həmin toxumların 42 ədədini yaşadığı evin qarşı hissəsində olan torpaq sahəsində əkmişdir. Sonradan əkdiyi toxumlara qulluq göstərməyə başlamışdır. Həmin toxumlar böyüməyə başlayaraq kol kimi olmuşdur. Bundan sonra 04 iyul 2020-ci il tarixdə saat 02 radələrində Abşeron rayon polis idarəsinin əməkdaşları onun yaşadığı evə gələrək onu saxlayıb ona qraşı təzyiq göstərərək döymüşlər və sonra ona evində və üzərində narkotik vasitə olduğunu bildirmişlər. Baxış zamanı həyətində əkdiyi 42 ədəd kolu aşkar etmişlər, üzərində az miqdarda narkotik olub, o da öz istifadəsi üçün olmuşdur. Lakin polis əməkdaşları onu döyüb qabırğasını qırmışlar və evindən heroin, metamfetamin və marixuana aşkar olunduğunu yazıb imza etdirmişlər. Əkilmiş kollar ona məxsusdur, lakin heroin ona məxsus deyildir. Təqsirləndirilən şəxs yuxarıda göstərilən cinayət əməlini törətməsi məhkəmə iclasında dindirilmiş, şahid ifadələri, ekspert rəyləri və digər sübutlarla kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, X2 meyvə tərəvəzi- üzümçülük fakultəsini bitirmişdir. Ali aqronom ixtisası üzrə çalışır. 2000-ci ildən "xxxx" MMC-də bağban vəzifəsində işləyir. 04 iyul 2020-ci il tarixdə saat 02 radalərində onu, Abşeron rayonu, Polis İdarəsinin əməkdaşları bölməyə dəvət edərək bildirmişlər ki, Abşeron rayonu, Novxanı kəndində yerləşən fərdi evin həyatyanı sahəsində aşkar olunmuş narkotik vasitələrə baxış keçirilməsində o da iştirak etsin. O razılaşmış və hadisə yerinə getdikdən sonra narkotik vasitənin aşkar olunduğu nəzərdə tutulmuş evin həyətinə daxil olduqda bir nəfər onların qarşısına çıxmış, polis əməktaşları ona demişlər ki, bu ev Təqsirləndirilən şəxs məxsusdur. Onun iştrakı ilə İntiqamın üzərində və evində axtarış keçirilmişdir. İntiqamın üzərində axtarış zamanı, əynində olan qara rəngli idman şalvarın sağ cibindən bir ədəd şəffaf selofana bükülmüş bir büküm aşkar olunmuşdur. Bundan sonra otağa baxış keçirilən zaman masanın üzərində dəmir qutuda 4 ədəd kagiz büküm və bir dəmir qutusunun içində isə 2 ədəd açıq çəkildə ağ rənğlı kristal maddə olmuşdur. Bundan başqa İntiqamın həyətində baxış keçirəndə orda evin həyətyanı sahəsində 25 ədəd 50-60 sm ölçüdə və 40 ədəd 2 metrdən hündür kollar aşkar olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3ov Fikrət oğlu ifadəsində göstərdi ki, o, Abşeron rayon Polis İdarəsində Cinayət Axtarış Şöbəsində baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Abşeron rayonu Novxanı kəndində yerləşən fərdi evdə yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin saxlanması, satması və yaşadığı fərdi evin həyətində narkotik tərkibli çətənə bitkisi əkib becərməsi ilə bağlı 04 iyul 2020-ci ildə məlumatı daxil olmuşdur. Məlumatın yoxlunması üçün əməliyyat tədbirlərin həyata keçirilməsinə icazə verilməsi ilə əlaqədar o, raportla rəhbərliyinə muraciət etmişdir. İcazə veriləndən sonra o, Abşeron RPİ-nin TŞ-nin təhqiqatçısı, polis kapitanı X1, əməliyyat müvəkkili, polis leytenantı Şahid4 ibarət əməliyyat qrupunun yaradılması ilə bağlı qərar qəbul edilmiş və əməliyyat qrupuna Abşeron rayonu, Xırdalan şəhəri, "xxxx" MMC-də bağban vəzifəsində işləyən X3 əlavə olaraq mütəxəssis kimi dəvət olunmuşdur. Bir yerdə 04 iyul 2020-ci il tarixdə saat 02 radələrində əməliyyat tədbirləri keçirməyə başlamışlar. Sonra Təqsirləndirilən şəxs yaşadığı evin qaşısına gəlmişlər. Həmin evin həyətinə daxil olduqda evin sahibi 35-40 yaşlarında olan iki kişi onların qarşısına çıxmışdır. Onlar ev sahibi olan İntiqamın üzərində şəxsi baxış keçirəndən sonra yaşadığı evinin həyatyanı sahəsinə baxış keçirilməsi ilə bağlı bildirdikdə ev sahibi həmdə onlara polis əməkdaşlarına baxış keçirilməsinə etiraz etməmişdir. Onlar axtarış etmədən öncə Abşeron rayon Vəkil Bürosundan təyin olunmuş vəkil X5 təyin olunaraq Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirməyə başlamazdan əvvəl İntiqama vəkil tərəfdən hüquqları izah olunmuş, sonra isə təklif edilmişdir ki, üzərində qanunsuz qanunla qadağan edilmiş əşyalar, o cümlədən narkotik vasitə varsa könüllü olaraq təqdim edtsin. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparan zaman onun əynində olan qara rəngi idman şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş büküm çıxaraq təqdim etmiş, həmin bir ədəd şəffaf rəngli sellofana bükülmüş bükümün içərisənə baxdıqda qəhvəyi rəngli tozşəkilli maddə müşahidə olunmuşdur. Təqsirləndirilən şəxs yaşadığı evin yataq otağına baxış keçirilərkən masanın üzərindəki dəmir qutuda olan 4 ədəd kagız büküm və bir ədəd balaca dəmir qabın içərisində 2 ədəd açıq çəkildə ağ rəngli kristal formada maddəni təqdim etmişdir. Həmin bükümlərə baxdıqa içərisində yaşıl rəngli ot kütələsi müşahidə olunmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə baxış keçirən zaman evin həyətyanı sahəsində 25 ədəd 50-60 sm ölçüdə, 40 ədəd isə 2 metrdən çox olmaqla çətənə kolları müşühidə olunmuş, axırda mütəxəssis kimi iştrak edən onlara Nofal Mustafayev kimi təqdim olunan şəxs bildirmişdir ki, həyətində aşkar olunan ümümilikdə 65 ədəd çətənə bitkisidir, onlara xüsisi qaydada qulluq olaraq yetişdirilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən çixararaq təqdim etdiyi bir edəd şəffaf sellofana bükülmüş bükümdə olan maddə narkotik vasitə heroin, yaşadığı evin yataq otağında masanın üzərindəki dəmir qutuda olan 4 ədəd kagız bükümdə olan ağ rəngli kristal formada maddə psixiatrop maddə metafetamin, həyətyanı sahəsində aşkar olunan 65 ədəd kol marixuanadır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 Şahid3 oğlunun ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılanda o da həmin yerdə olmuş və hadisələri görmüşdür. Polis əməkdaşları İntiqamı vəhşicəsinə döyüb ona işgəncə vermişlər. Həmin vaxt İntiqamın üzərindən narkotik vasitə aşkar olunduğunu görməmişdir. O, hesab edir ki, İntiqamın üzərinə narkotik vasitəni polis əməkdaşları qoymuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 Şahid1 ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəmə-bioloji ekspertizası təyin edilib rəy alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Eksprtizası Mərkəzinin 04 iyul 2020-ci il tarixli 7/399 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs.. ” yazısı və imzalar olan kağız paketdəki dəmir qutunun içərisində 04(dörd) ədəd kağız bükümlərdə tütün və təmiz çəkisi O.HOqram, 0.210qram, 0.200qram, 0.160 qram olan birki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan şətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. -Təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs həyətindən .. ” yazısı və imzalar olan iki ədəd ağ rəngli sintetik torbalardakı ümumi sayı 65(altımıç beş) ədəd yaş vəziyyətdə ümumi çəkisi 12150qram(12kql50qram) olan bitki nümunələri əkilib-becərilməsi qadağan olmuş narkotik təbiətli çətənə (kannabis) bitkiləridir. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəmə-kimyəvi ekspertizası təyin edilib rəy alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Eksprtizası Mərkəzinin 04 iyul 2020-ci il tarixli 6/1231 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs,.U sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0.333 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla Hazirlamiş psixiatrop maddə metamfetamindir, bir ədəd bükümdə təmiz çəkisi 3.870 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəmə-narkoloji ekspertizası təyin edilib rəy alınmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin 24 avqust 2020-ci il tarixli 2319 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs Tiryək alkolidlərini tərkibində saxlayan maddələrdən Çətənə bitkisi pereparatlarından və psixiatrop maddə olan metamfetamindən sui-istifadə edilməsi ilə nəticələnən NARKOMANİYA xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman və yaşadığı evə baxış keçirilən zaman götürülmüş və ekspertizadan sonra 0.600 qram çəkidə qurudulmuş marixuana, 12148 qram qalmış yaş halda narkotik tərkibli çətənə (kannabis) bitkisi, 0.283 qram metamfetamin və 3.870 qram heroin maddi sübut qismində tanınaraq, saxlanılmasından ötrü Abşeron rayon Pİ-nin saxlanc anbarına təhvil verilmişdir. Abşeron RPİ-nin Təhqiqat Şöbəsi tərəfindən təqdim edilmiş iki ədəd Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və yaşadığı evə baxış keçirilməsi barədə video çəkiliş görüntüləri olan ağ rəngli üzərində “PRİNCO DVD-R 16X 47GB 120 min” sözləri yazılmış DVD farmatlı disk iş üzrə maddi sübut kimi tanınaraq və cinayət işinə əlavə edilmişdir. Beləliklə, məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələri, habelə cinayət işinin materialları üzrə toplanmış sübutların məcmusu ona elan olunmuş ittihamın əsasını təşkil etdiyinə görə məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin ittiham olunduğu cinayət əməlini törətməsi kifayət qədər sübut olunmuşdur. Cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1., 234.4.3 və 237.2.3-cü maddələri ilə tövsif edilməli və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən əməlində ağırlaşdırıcı halların olması müəyyən olunmadı. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu maddənin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin edilmiş cəza ümumi rejimli cəza çəkmə müəssisəsində çəkilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 04 iyul 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Odur ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli onun şübhəli şəxs qismində tutulduğu 04 iyul 2020-ci il tarixdən hesablanmalıdır. İş üzrə 151 manat 64 qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. İş üzrə maddi sübut olan və Abşeron RPİ-də saxlanılan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman və yaşadığı evə baxış keçirilən zaman götürülmüş və ekspertizadan sonra qalıq çəkisi 0.600 qram qurudulmuş marixuana, 12148 qram yaş halda narkotik tərkibli 65 ədəd çətənə bitkisi, 0.283 qram metamfetamin və 3.870 qram heroin məhv edilməlidir. Abşeron RPİ-nin Təhqiqat Şöbəsi tərəfindən təqdim edilmiş iki ədəd Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və yaşadığı evə baxış keçirilməsi barədə video çəkiliş görüntüləri olan ağ rəngli üzərində “PRİNCO DVD-R 16X 47GB 120 min” sözləri yazılmış DVD farmatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə istintaqı zamanı “İnsan hüquqlarını və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 3-cü hissəsinin c bəndinə, Azərbaycan Respublikası CPM-nin 19-cu maddəsinin 19.4.4-cü bəndinə və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01.02.2001ci il tarixli, 31 nömrəli qərarına 3.05.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş Bakı şəhəri 12 saylı vəkil bürosunun vəkili Müdafiəçi1, yardım göstərdiyi üçün dövlət büdcəsinin hesabından Bakı şəhər 12 saylı vəkil bürosunun hesabına 120 (yüz iyirmi) manat pul ödənilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-346, 349, 351-354, 356-cı maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1. 234.4.3, 237.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 02 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə 06 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə 04 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq Təqsirləndirilən şəxs 07 (yeddi) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 04 iyul 2020-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlansın. İş üzrə 151 manat 64 qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. İş üzrə maddi sübut olan və Abşeron RPİ-də saxlanılan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman və yaşadığı evə baxış keçirilən zaman götürülmüş və ekspertizadan sonra qalıq çəkisi 0.600 qram qurudulmuş marixuana, 12148 qram yaş halda narkotik tərkibli 65 ədəd çətənə bitkisi, 0.283 qram metamfetamin və 3.870 qram heroin məhv edilsin. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və yaşadığı evə baxış keçirilməsi barədə video çəkiliş görüntüləri olan ağ rəngli üzərində “PRİNCO DVD-R 16X 47GB 120 min” sözləri yazılmış DVD farmatlı disk cinayət işinin materiallarında saxlanılsın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələblərinə əsasən, Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək, ona narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınsın. Müdafiəçi1, hüquqi yardım göstərdiyi üçün dövlət büdcəsinin hesabından Bakı şəhər 12 saylı vəkil bürosunun hesabına 120 (yüz iyirmi) manat pul ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən, apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar