Məhkəmə qərarları › İş №1(101)-383/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-383/2021

07.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-383/2021 07.06.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Zeynal Qurban oğlu Ağayevin sədrliyi ilə, Hakimlər: X2 və Səbuhi Sabir oğlu Hüseynovdan ibarət tərkibdə, Məhəmməd Arif oğlu Kazımovun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 14 saylı vəkil bürosunun vəkili vəkili Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs (xx xxxxx 1987-cü ildə Naxçıvan MR, Naxçıvan şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, ali təhsilli, məhkum olunmayan, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, ev 86-da qeydiyyatda olan, hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs İbtidai araşdırma orqanı tərəfindən ittiham verilmişdir ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə əldə etmiş, saxlamış və daşımışdır. Verilmiş ittihama görə Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in İ siyahısına daxil olan külli miqdarda 13,298 qram təmiz çəkidə psixotrop maddə metamfetamini əldə edib üzərində qanunsuz saxlamaqla Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski prospekti 144 ünvanına qanunsuz daşımış, bu barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 05 noyabr 2019-cu il tarixdə saat 19:00-da Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski prospekti 144 ünvanının qarşısında saxlanılıb üzərinə baxış keçirilən zaman əynindəki cins şalvarının sağ yan cibində satış məqsədilə qanunsuz olaraq əldə edib saxladığı 38 ədəd bükümlərdə, ayrı-ayrılıqda çəkiləri 0,153 qram; 0,122 qram; 0,098 qram; 0,065 qram; 0,143 qram, 0,082 qram; 0,153 qram; 0,111 qram; 0,082 qram; 0,148 qram; 0,143 qram; 0,137 qram; 0,141 qram; 0,072 qram; 0,067 qram; 0,085 qram; 0,092 qram; 0,166 qram; 0,154 qram; 0,062 qram; 0,070 qram; 0,151 qram; 0,063 qram; 0,588 qram; 1,050 qram, 1,105 qram; 0,599 qram; 0,668 qram; 1,045 qram; 0,422 qram; 0,460 qram; 0,573 qram; 0,528 qram; 0,536 qram; 0,750 qram; 0,786 qram; 0,498 qram və 1,104 qram, ümumilikdə təmiz çəkisi 13,272 qram olan eyni xarici görünüşlü və kimyəvi tərkibli psixotrop maddə metamfetamin və üzərində təmiz çəkisi 0,026 qram metamfetamin olan bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə ittiham verilmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, 05 noyabr 2019-cu il tarixdə mobil telefonunu təmir etdirmək üçün yaşadığı Buzovna qəsəbəsindən çıxıb Bakı şəhərinin mərkəzinə getmişdir. O, internet şəbəkəsi vasitəsilə özü üçün 01 qram çəkidə narkotik vasitə sifaris etmişdir. Telefonunu təmir etdikdən sonra "MC DONALDS" restoranının yanından "2111" taksi şirkətindən özünə taksi sifariş edərək həmin taksiylə "Sovetstki" deyilən məhəlləyə getmişdir. Narkotik vasitə sifariş etdiyi adam narkotik vasitəni gizlətdiyi yeri ona demişdir. O, "Sovetski" küçəsində olarkən orada yaşayan 5-6 nəfərlə mübahisəi yaranmışdır. O həmin mübahisədən yayınıb gəldiyi taksiyə minərək, oradan uzaqlaşmışdır. O, taksidən düşməmiş polis əməkdaşları olduğu taksini saxlayıb onu avtomobildən endirib, döyə-döyə özlərinin gəldiyi "Nissan Sunny" markalı avtomobilə mindirmişlər. O təxminən 2 saat polis əməkdaşlarının onu mindirdiyi avtomobildə olmuşdur. Polis əməkdaşları ilə sonuncu söhbəti Odlar Yurdu Universiteti ilə üzbəüz yerləşən ara küçədə olmuşdur. O, polis əməkdaşlarının onu niyə tutmasının səbəbini bilməmişdir. O, polis əməkdaşlarından Zahid adlı şəxsi tanımışdır. Zahid onun yaşadığım küçədə əvvəllər sahə müvəkkili vəzifəsində işləmişdir. O, Zahidi gördükdən sonra onu hansısa rayon polis bölməsinin tutduğunu düşünmüşdür. O, polis əməkdaşları ilə həmin ərazidə bir müddət qaldıqdan sonra polis əməkdaşları onu Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparmışlar. O, Baş Narkotiklərlə Mübarizə İdarəsində heç bir sənədə imza etməmişdir. Ola bilsin ki, o həmin İdarədə təzyiq və təhdit altında hansısa sənədlərə imza etmiş, lakin o, cinayət işi ilə bağlı başlıca sənədlərə imza etməmişdir. O, bir gün Baş Narkotiklərlə Mübarizə İdarəsində qalmış, o həmin İdarədə qaldığı müddətdə tanımadığı bir nəfər onun cinayət işi ilə bağlı sənədlərə gəlib imza etmişdir. Daha sonra daha bir nəfər gələrək, sənədlərə imza etmişdir. Səhər açıldıqdan sonra onun üçün dövlət hesabına ayrılmış vəkil yanına gəlmişdir. Həmin vəkil və polis əməkdaşları onun Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılacağını bildirmişlər. Daha sonra onu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparmışlar. Həmin İdarədə polis əməkdaşları tərəfindən təzyiq və şiddətə məruz qaldığından müəyyən sənədlərə imza etmək məcburiyyətində qalmışdır. Daha sonra onu məhkəmə nəzarəti funksiyasını həyata keçirən məhkəməyə aparmışlar, o elə bilmişdir ki, dava-dalaşa görə cinayət məsuliyyətinə cəlb edilmişdir. O, məhkəmədə anlamışdır ki, onu narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə cinayət məsuliyyətinə cəlb etmişlər. İttiham aktında qeyd edilib ki, o, X6 küçəsində iki dəfə olmuşdur. O, X6 küçəsində bir dəfə olmuş və tutulmuşdur. Bundan başqa ittiham aktında qeyd edilib ki, o, X6 küçəsinə Narin adlı xanımın yaşadığı evə getmişdir. Halbuki Narin adlı xanım həmin ünvanda yox, əvvəllər "Şəki" restoranı ilə üzbəüz yerləşən mənzildə kirayə yaşamışdır. Narinin hazırda harada yaşadığını bilmir. Onun əleyhinə ittiham aktında qeyd edilən məlumatlar yalandır. Onun üzərinə polis əməkdaşları tərəfindən keçirilən baxış zamanı üzərindən narkotik vasitə aşkar edilməmiş, sadəcə polis əməkdaşları onu hədə-qorxu, təzyiq göstərərk sənədləri imzalatmışlar. O, suallara cavab olaraq bildirmişdir ki, İlkin adlı şəxsi ümumiyyətlə tanımamışdır. O, "şüşə" adlanan narkotik vasitələrdən istifadə etmiş, narkotik vasitəni "Paypoint" vasitəsilə narkotik aldığı adamın hesabına qramına 80-100 manata pul köçürməklə əldə etmişdir. Tibbi müayinə zamanı heç bir xəsarət aşkar edilməmişdir. O, polis əməkdaşları tərəfindən tutularkən, üzərdində nə narkotik vasitə, nə də tərəzi olmamışdır. Polis əməkdaşları onu aldadaraq onu məhkəmədə həbsdən azad edəcəklərini bildirmişlər. İbtidai araşdırma zamanı Təqsirləndirilən şəxs 18 yanvar 2020-ci il tarixli ifadəsində göstərmişdir ki, camaat arasında “şüşə” kimi tanınan psixotrop maddə olan metamfetamin də istifadə etmişdir. Heroini və metamfetamini tanımadığı şəxslərdən almışdır. 05 noyabr 2019-cu il tarixdə səhər saat 10 radələrində yaşadığı evdən çıxıb metamfetamin almaq üçün Yasamal rayonu ərazisində yerləşən “Sovetski” deyilən yerə getmişdir. Orda digər anket məlumatlarını bilmədiyi İlkin adlı şəxslə görüşmüşdür. İlkinin narkotik vasitə və psixotrop maddə satdığını eşitmişdir. Orada İlkinlə söhbət etdikdə İlkinə psixotrop maddəyə ehtiyacı olduğunu bildirmişdir. İlkin də onu şifahi tanıdığına görə metamfetamin satmağa razılıq vermişdir. İlkin ona metamfetaminin 0,5 qramını 40 manata, bir çetini (təxminən 0,10-0,20 qramını) 10 manata satdığını bildirmişdir. Həmin zaman onun üstündə 300 manat pul olmuşdur. O, İlkinə 5 büküm 0,5 qramlıq və 10 büküm bir çetlik metamfetamin verməsini bildirmişdir. O həmin bükümləri özü istifadə etmək üçün istəmişdir. Belə ki, o gün ərzində bir-iki çet metamfetamin istifadə etmişdir. Həmçinin uzaqda qaldığından istəmişdir ki, bir müddət istifadə etmək üçün metafetamin alsın. İlkin ona ümumilikdə 5 ədəd büküm və 10 çet psixotrop maddə metamfetmin verən zaman o, İlkinin əlindəki çantada xeyli sayda büküm olduğunu görmüşdür. Buna görə də o, İlkindən xahiş etmişdir ki, əlindəki bükümlərin hamısını versin, pulunu gələn səfər gələndə verəcək. İlkin onunla razılaşmaq istəməsə də o, əlini atıb İlkinin sumkasının içərisində olan büküm bükümləri götürüb şalvarının sağ yan cibinə qoymuşdur. İlkin də onu tanıdığı üçün heç nə deməmiş və pulu olanda götürdüyü metamfetaminlərin də pulunu verməsini bildirmişdir. O da İlkinin yanından ayrılmış və öz şəxsi işləri ilə məşğul olmağa başlamışdır. Oradan sonra Nərimanov rayonu, F.X.Xoyski prospekti 144 ünvanının yaxınlığında yerləşən ünvanını dəqiq bilmədiyi mənzildə yaşayan “Narin” adlı tanışının yanına getmişdir. Bir müddət onlarda qaldıqdan sonra özünə məxsus mobil telefonu təmir etdirmək üçün “2111 taksi” şirkətindən taksi sifariş vermiş və dövlət nömrə nişanını xatrılamadığı taksi avtomobili ilə “Sahil metrostansiyası” yaxınlığında mobil telefonunu təmir etdirmişdir. Həmin müddətdə İlkin adlı şəxsdən götürüdüyü sonradan 38 ədəd büküm olduğunu bildiyi metamfetamin bükümləri və elektron tərəzi üzərində olmuşdur. Tanışı “Narin” adlı şəxsin belə üzərində metamfetamin olmasından məlumatı olmamışdır. Həmin taksi ilə də yenidən Nərimanov rayonu, F.X.Xoyski prospekti 144 ünvanına getmişdir. Ünvanın qarşısında taksidən düşdükdən sonra bir neçə mülki geyimli şəxs ona yaxınlaşmışlar. Həmin şəxslərdən biri ona xidməti vəsiqəsini göstərərək özünü təqdim edərək Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirmişdir. Həmin şəxs ondan anket məlumatlarını soruşduqda özü barədə onlara məlumat vermişdir. Polis əməkdaşı ona barəsində əməliyyat axtarış tədbirinin keçirilməsi haqqında qərarla tanış etmişdir. Eləcə də ona psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu və təqdim etdikləri iki nəfər hal şahidinin iştirakı ilə üzərinə baxış keçirəcəklərini bildirmişlər. O da polis əməkdaşlarına üzərində 38 ədəd bükümdə metamfetamin və bir ədəd elektron tərəzi olduğunu bildirmişdir. Ona üzərində olan bütün əşyaları təqdim etmək təklifi olunduqdan sonra əynindəki boz rəngli şalvarının sağ yan cibindən 14 ədəd şəffaf politelin bükümdə və 24 ədəd ağ rəngli kağız bükümdə içərisində metamfetamini və bir ədəd elektron tərəzini, şalvarının sol yan cibindən 10 manat pul və özünə məxsus şəxsiyyət vəsiqəsini çıxardıb polis əməkdaşlarına təqdim etmişdir. Təqdim etdiyim bükümləri onun və hal şahidlərinin iştirakı ilə açılaraq içərilərinə baxış keçirilərək içərisində ağ rəngli toz-kristal formalı maddə aşkar edilmişdir. O həmin maddənin metamfetamin olduğunu bildirmişdir. Həmin bükümlər zərfə qoyulmuş və üzəri onun tərəfindən imzalanmışdır. Bundan sonra polis əməkdaşları üzərinə baxış keçirmişlər və üzərindən heç bir əşya aşkar edilməmişdir. O elə orda da polis əməkdaşlarına bildirmişdir ki, təqdim etdiyi metamfetaminləri “Sovetski” deyilən yerdə tanımadığı şəxsdən almışdır. Daha sonra ona Baş Nartkotiklərlə Mübarizə İdarəsində dəvət etmişlər. İdarədə hüquqlarını müdafiə etmək üçün müdafiəçi dəvət edilərək ona təqdim olunmuş və müdafiəçinin iştirakı ilə üzərinə baxışın keçirilməsi barədə protokol tərtib olunmuşdur. Doğru yazıldığı üçün o da protokola imza etmişdir. İbtidai araşdırma zamanı Təqsirləndirilən şəxs 13 oktyabr 2020-ci il tarixdə ona Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli hesab etmədiyini bildirərək saxlanılan zaman üzərində psixotrop maddə olmadığını, həmin maddələrin polis əməkdaşları tərəfindən onun üzərinə qoyulduğunu, buna səbəb isə Səbail rayon ərazisində xatırlamdığı şəxslərlə dalaşması olduğunu, onun saxlayan zaman narkotik vasitənin istifadəçisi kimi sənədləşdirəcəklərini və məhkəməyə də istifadəçi kimi göndərildiyi üçün törətmədiyi cinayəti boynuna aldığını bildirərək ona elan olunan ittihamın əsasız olduğunu əsas gətirməklə ifadə verməkdən imtina edib sərbəst ifadəsini məhkəmədə verəcəyini bildirmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaş Şahid1 ifadəsində göstərmişdir ki, 05 noyabr 2019-cu il tarixdə onlara Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr əldə etməsi və gəzdirməsi ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat əsasında tərəflərindən əməliyyat-axtarış tədbiri həyata keçirilmişdir. Onlar Təqsirləndirilən şəxs axşam saat 7-dən sonra Nərimanov rayonu ərazisində saxlamışlar. Hal şahidlərinin iştirakı ilə Təqsirləndirilən şəxs Məmməd oğlunun üzərinə baxış keçirilmiş və Təqsirləndirilən şəxs könüllü şəkildə cibindən 38 büküm metanfetaminə bənzər narkotik vasitəni və 1 ədəd elektron tərəzini onlara təqdim etmişdir. Hal şahidlərinin iştirakı ilə həmin bükümlər və elektron tərəzi zərfə qoyularaq qablaşdırılmışdır. Daha sonra Təqsirləndirilən şəxs Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparmışlar. Həmin İdarədə müdafiəçinin iştirakı ilə müvafiq sənədləşdirmə işləri aparıılmışdır. Şahid1 verilən suallara cavab olaraq bildirmişdir ki, əməliyyat məlumatı Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz olaraq əldə etməsi, saxlaması və daşıması ilə bağlı daxil olmuş, Təqsirləndirilən şəxs hər hansı şəxsə narkotik vasitə satması tərəflərindən müəyyən olunmamışdır. Onlar hal şahidlərini Təqsirləndirilən şəxs saxlamamışdan qabaq həmin ərazidən cəlb etmişlər. Müdafiəçinin iştirakı Baş Narkotiklərlə Mübarizə İdarəsində müvafiq sənədləşmələr aparılan zaman təmin edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilən narkotik vasitələ bükümlərinin hamısı onun eyni cibindən aşkar olunmuşdur. Onlar Təqsirləndirilən şəxs saxlayanda o, Nərimanov rayonu ərazisində yerləşən 5 nömrəli Poliklinikanın yanında yolun kənarında dayanmışdır. Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsi barədə protokolu Baş Narkotiklərlə Mübarizə İdarəsində tərtib etmişlər. Təqsirləndirilən şəxs üzərindən aşkar olunan narkotik vasitələr artıq hissələrə bölündüyündən tərəzini hansı məqsədlə üzərində gəzdirdiyinin səbəbini bilmir. Təqsirləndirilən şəxs saxlayarkən, ona qarşı hər hansı zorakı hərəkətlər tətbiq edilməmişdir. Şahid1 məhkəmədə verdiyi ifadə ilə ibtidai istintaq zamanı verdiyi ifadələrdən aasında ziddiyət olduğu üçün onun ibtidai istintaq zamanı və Nərimanov məhkəməsində verdiyi ifadələrin ziddiyətli hissəsi məhkəmədə elan edilmişdir. Həmin ifadəsində o göstərmişdir ki, işlədiyi Baş idarəyə Təqsirləndirilən şəxs mütəmadi olaraq Bakı şəhəri Nərimanov rayonu ərazisində psixotrop maddə metamfetaminin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Bu barədə Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəhbərliyinə raportla məruzə edildikdən sonra Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin ifşa olunması istiqamətində Bakı şəhəri Nərimanov rayonu ərazisində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmişdir. Baş İdarə əməkdaşlarından ibarət əməliyyat qrupu yaradılmışdır. Keçiriləcək əməliyyat tədibirində iştirak etmələri üçün Baş İdarəyə iki nəfər hal şahidi dəvət olunaraq onlara keçiriləcək əməliyyat tədbirinin mahiyyəti izah olunmaqla Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 94-cü maddəsində nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilmişdir. Bundan sonra hal şahidləri ilə birlikdə Təqsirləndirilən şəxs olması ehtimal edilən Nərimanov rayonu ərazisinə getmişlər. Şahid1 bildirmişdir ki, o, ibtidai istintaq zamanı verdiyi ifadələri oxumadan imzalamışdır. Onun məhkəmədə verdiyi ifadə düzgündür. Onlar hal şahidlərini Təqsirləndirilən şəxs saxlamamışdan qabaq həmin ərazidən cəlb etmişlər. Keçiriləcək əməliyyat tədibirində iştirak etmələri üçün iki nəfər hal şahidinin Baş İdarəyə dəvət olunması yalandır. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid4 ifadəsində göstərmişdir ki, o 05 noyabr 2019-cu il tarixdə Nərimanov rayon ərazisində yerləşən 5 nömrəli Poliklinikanın yanındakı küçədən aşağı düşərkən polis əməkdaşları ona yaxınlaşaraq bir nəfər şəxsin üzərinə baxış keçirəcəklərini bilidirib, ona da həmin əməliyyat-axtarış tədbirində iştirak etməyi təklif etmişlər. O, polis əməkdaşlarının təklifi ilə razılaşmış, daha sonra o və polis əməkdaşkları Təqsirləndirilən şəxs yaxınlaşaraq üzərində axtarış keçirmişlər. Təqsirləndirilən şəxs şalvarının sağ yan cibindən eletron tərəzi və içərisində narkotik vasitələr olan 38 ədəd bükümlər aşkar edilmişdir. Həmin bükümlərin yarısı kağız, yarısı isə sellafon olmuşdur. Daha sonra polis əməkdaşları onu Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət etmişlər. O, polis əməkdaşları ilə birlikdə Baş Narkotiklərlə Mübarizə İdarəsinə getmişdir. Orada müvafiq sənədləşdirmələr aparılmışdır. Şahid4 məhkəmədə verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadələr arasında zidiyyətlər olduğu üçün onun ibtidai aistinaq zamanı verdiyi ifadəsinin ziddiyətli hissəsi məhkəmədə elan edilmişdir. Həmin ifadəsində Şahid4 göstərmişdir ki, 05 noyabr 2019-cu il tarixdə Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirində hal şahidi qismində iştirak etmişdir. Tədbirdən qabaq Baş İdarədə ona və onunla birlikdə olan digər hal şahidinə keçiriləcək əməliyyat tədbirinin mahiyyətini, həmçinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulmuş hüquq və vəzifələrini izah etmişlər. Bundan sonra polis əməkdaşları ilə birlikdə Nərimanov rayonu ərazisinə getmişlər. Həmin gün saat 19:00 radələrində Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski prospekti 144 ünvanının yaxınlığında polis əməkdaşları bir nəfər şəxsə yaxınlaşaraq xidməti vəsiqələrini göstərib özlərini təqdim etmişlər. Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadələri oxumadan imzalamasını bildirərək göstərmişdir ki, onun məhkəmədə verdiyi ifadə düzgündür. O 05 noyabr 2019-cu il tarixdə Nərimanov rayon ərazisində yerləşən 5 nömrəli Poliklinikanın yanındakı küçədən aşağı düşərkən polis əməkdaşları ona yaxınlaşaraq bir nəfər şəxsin üzərinə baxış keçirəcəklərini bilidirmişlər, o tədbirdən qabaq Baş İdarəyə dəvət olunmamışdır. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid3 ifadəsində göstərmişdir ki, 05 noyabr 2019-cu il tarixdə yaşadığı məhəllədə olarkən, polis əməkdaşları ona yaxınlaşaraq, əməliyyat axtarış tədbirinin keçirilməsində hal şahidi qismində iştirak etməyi təklif etmişlər. O polis əməkdaşlarının təklifi ilə razılaşaraq o və polis əməkdaşları Təqsirləndirilən şəxs yaxınlaşmışlar. Təqsirləndirilən şəxs üzərinə polis əməkdaşları tərəfindən keçirilən baxış zamanı onun üzərindən içində narkotik vasitələrin olduğu bükümlər və tərəzi aşkar edilmişdir. Həmin bükümlərin yarısı kağız, yarısı isə sellafon imiş. Şahid3 məhkəmədə verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadələr arasında zidiyyətlər olduğu üçün onun ibtidai aistinaq zamanı verdiyi ifadəsinin ziddiyətli hissəsi məhkəmədə elan edilmişdir. Həmin ifadəsində Şahid3 göstərmişdir ki, 05 noyabr 2019-cu il tarixdə Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirində hal şahidi qismində iştirak etmişdir. Tədbirdən qabaq Baş İdarədə ona və onunla birlikdə olan digər hal şahidinə keçiriləcək əməliyyat tədbirinin mahiyyətini, həmçinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulmuş hüquq və vəzifələrini izah etmişlər. Bundan sonra polis əməkdaşları ilə birlikdə Nərimanov rayonu ərazisinə getmişlər. Həmin gün saat 19:00 radələrində Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski prospekti 144 ünvanının yaxınlığında polis əməkdaşları bir nəfər şəxsə yaxınlaşaraq xidməti vəsiqələrini göstərib özlərini təqdim etmişlər. Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadələri oxumadan imzalamasını bildirərək göstərmişdir ki, onun məhkəmədə verdiyi ifadə düzgündür. O 05 noyabr 2019-cu il tarixdə Nərimanov rayon ərazisində yerləşən 5 nömrəli Poliklinikanın yanındakı küçədən aşağı düşərkən polis əməkdaşları ona yaxınlaşaraq bir nəfər şəxsin üzərinə baxış keçirəcəklərini bilidirmişlər, o tədbirdən qabaq Baş İdarəyə dəvət olunmamışdır. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid2 ifadəsində göstərmişdir ki, 05 noyabr 2019-cu il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr əldə etməsi və gəzdirməsi ilə bağlı əməliyyat məlumatına əsasən tərəflərindən əməliyyat-axtarış tədbiri həyata keçirilmişdir. Onlar təxminən saat 7 radələrində Təqsirləndirilən şəxs Nərimanov rayonu ərazisində saxlayaraq hal şahidlərinin iştirakı ilə Təqsirləndirilən şəxs Məmməd oğlunun üzərinə baxış keçirmişlər. Təqsirləndirilən şəxs könüllü şəkildə cibindən 37 büküm metanfetaminə bənzər narkotik vasitəni və 1 ədəd elektron tərəzini onlara təqdim etmişdir. Hal şahidlərinin iştirakı ilə həmin bükümlər və elektron tərəzi zərfə qoyularaq qablaşdırılmışdır. Daha sonra Təqsirləndirilən şəxs hal şahidləri ilə birlikdə Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparmışlar. Həmin İdarədə müdafiəçinin iştirakı ilə protokol tərtib olunmuşdur. Əməliyyat məlumatı Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz olaraq əldə etməsi, saxlaması və daşıması ilə bağlı daxil olmuşdur. Təqsirləndirilən şəxs hər hansı şəxsə narkotik vasitə satması müəyyən olunmamışdır. Hal şahidlərini Təqsirləndirilən şəxs saxlamamışdan qabaq həmin ərazidən cəlb etmişlər. O, Təqsirləndirilən şəxs əvvəllər Nəsimi Rayon Polis İdarəsinin 20-ci polis bölməsində əməliyyat müvəkkili işləyəndən tanımışdır. Şahid2 məhkəmədə verdiyi ifadə ilə ibtidai istintaq zamanı verdiyi ifadələrdən aasında ziddiyət olduğu üçün onun ibtidai istintaq zamanı verdiyi ifadələrin ziddiyətli hissəsi məhkəmədə elan edilmişdir. Həmin ifadəsində o göstərmişdir ki, işlədiyi Baş idarəyə Təqsirləndirilən şəxs mütəmadi olaraq Bakı şəhəri Nərimanov rayonu ərazisində psixotrop maddə metamfetaminin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Bu barədə Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəhbərliyinə raportla məruzə edildikdən sonra Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin ifşa olunması istiqamətində Bakı şəhəri Nərimanov rayonu ərazisində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmişdir. Baş İdarə əməkdaşlarından ibarət əməliyyat qrupu yaradılmışdır. Keçiriləcək əməliyyat tədbirində iştirak etmələri üçün Baş İdarəyə iki nəfər hal şahidi dəvət olunaraq onlara keçiriləcək əməliyyat tədbirinin mahiyyəti izah olunmaqla Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 94-cü maddəsində nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilmişdir. Bundan sonra hal şahidləri ilə birlikdə Təqsirləndirilən şəxs olması ehtimal edilən Nərimanov rayonu ərazisinə getmişlər. Şahid Paşayev X3 İbrahimin üzərinə baxış keçirilməsindən əvvəl hal şahidlərini Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət etmələrini təsdiq etmişdir. Məhkəmədə həmçinin aşağıdakı sübutlar da araşdırılmışdır Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 noyabr 2019-cu il tarixli 27631 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “...Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş...” sözlər və imzalar olan zərfdəki ümumi sayı 38 ədəd bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,153 qram; 0,122 qram; 0,098 qram; 0,065 qram; 0,143 qram, 0,082 qram; 0,153 qram; 0,111 qram; 0,082 qram; 0,148 qram; 0,143 qram; 0,137 qram; 0,141 qram; 0,072 qram; 0,067 qram; 0,085 qram; 0,092 qram; 0,166 qram; 0,154 qram; 0,062 qram; 0,070 qram; 0,151 qram; 0,063 qram; 0,588 qram; 1,050 qram, 1,105 qram; 0,599 qram; 0,668 qram; 1,045 qram; 0,422 qram; 0,460 qram; 0,573 qram; 0,528 qram; 0,536 qram; 0,750 qram; 0,786 qram; 0,498 qram; 1,104 qram, ümumilikdə təmiz çəkisi 13,272 qram olan ağ rəngli kristallardan ibarət maddələr və 01 ədəd elektron tərəzinin üzərində təmiz çəkisi 0,026 qram olan ağ rəngli kristallardan ibarət maddə metamfetamindirlər, onlar xarici görünüşlərinə və kimyəvi tərkiblərinə görə eynidirlər. Metamfetamin adlı preperat 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələrin siyahısına” daxildir. (Siyahı İ) Qeyd: Metamfetaminin ümumi çəkisi-13,298, tədqiqata sərf edildi-0,39 qram, qalıq-12,908 qram. Həmin külli miqdarda ümumi təmiz çəkisi- 13,298 qram psixotrop maddə metamfetaminin ekspertiza tədqiqatdan sonrakı qalıq 12,908 qramı və bir ədəd elektron tərəzi öz xüsusiyyətlərinə və əlamətlərinə, mənşəyinə, aşkar edildiyi yerə və vaxta görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə köməklik etdiyi üçün maddi sübut hesab edilmiş və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanmasından ötrü Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş ambulator məcburi narkoloji ekspertizasının 18 dekabr 2019-cu il tarixli 2957 nömrəli rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarına əlavə edilmiş Əməliyyat-axtarış tədbirlərini həyata keçirən orqan tərəfindən 05 noyabr 2019-cu il tarixdə Bakı şəhərində tərtib olunmuş 03 vərəqdən ibarət əməliyyat tədbirinin keçirilməsi və maddi sübutun götürülməsi barədə protokoldan göstərilmişdir ki, Təqsirləndirilən şəxs 05 noyabr 2019-cu il tarixdə saat 19:00 radələrində Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski prospekti 144 ünvanının qarşısında saxlanılmış və polis əməkdaşlarının təklifindən sonra əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən ümumilikdə 38 ədəd bükümdə 13,272 qram çəkidə psixotrop maddə metamfetamin və bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Cinayət işinin materiallarına əlavə edilmiş Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 5(005)-596/2019 saylı, 14.11.2019-cu il tarixli qərarına əsasən “Əməliyyat axtarış tədbirlərinin keçirilməsi barədə” Azərbaycan Respublikası DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul edilmiş 05.11.2019-cu il tarixli qərar qanunsuz hesab edilmişdir. Məhkəmə yuxarıda sadalanan sübutları tədqiq edərək bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə verilmiş ittiham üzrə bəraət verilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsində və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumsiyası prinsipinə əsasən şəxsin təqsirli olmasına əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 21.3-cü maddəsinə görə cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-145-ci maddələrini rəhbər tutaraq iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamış, müqayisəli şəkildə təhlil etmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə verilmiş ittihamlar üzrə təqsirsiz olması nəticəsinə gəlmişdir. Belə ki, Cinayət işinin materiallarına əlavə edilmiş Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 5(005)-596/2019 saylı, 14.11.2019-cu il tarixli qərarından görünür ki, “Əməliyyat axtarış tədbirlərinin keçirilməsi barədə” Azərbaycan Respublikası DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul edilmiş 05.11.2019-cu il tarixli qərar qanunsuz hesab edilmişdir. İstintaq orqanı həmin qərarın qanunsuz hesab edildiyini, iş üzrə sübut qismində qəbul edilə bilməyəcəyini bildiyi halda, şəxsin qanunsuz olaraq həbsdə saxlnılmasına, onun istintaq müddətinin və həbsdə qalma müddətinin uzadılmasına göz yummuş və qanunun tələblərini kobud şəkildə pozaraq, 2020-ci ilin yanvar ayında istintaqı tamamlayıb işi məhkəməyə göndərən zaman, həmin qərarı iş materiallarına əlavə etməmişdir. Həmin qərar yalnız 2020-c ilin oktyabr ayında müdafiəçinin həmin məsələ ilə bağlı Nərimanov rayon Məhkəməsinə vəsatətlə müraciət edərək, əməliyyat tədbirinin qanuniliyinin yoxlanılması barədə qərarın təqdim edilməsini məhkəmədən xahiş etdikdən sonra iş materiallarına əlavə edilmişdir. Bütün bu qeyd edilənlər Təqsirləndirilən şəxs üzərindən narkotik maddənin aşkar olunması faktını əsaslı şübhə altına almaqla yanaşı şəxsin üzərinə baxış keçirilməsinin ümumilikdə qanunsuz olduğunu müəyyən edilir. Azərbaycan Respublikasının CPM-nın 442.1. maddəsində qeyd edilir ki, məhkəmə nəzarəti istintaq hərəkətlərinin məcburi aparıldığı, prosessual məcburiyyət tədbirinin tətbiq edildiyi və ya əməliyyat-axtarış tədbirinin həyata kecirildiyi yer üzrə səlahiyyəti daxilində muvafiq birinci instansiya məhkəməsi tərəfindən həyata kecirilir. Azərbaycan Respublikasının CPM-nin 445.2-ci maddəsinin tələblərinə əsasən «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin dördüncü hissəsində nəzərdə tutulmuş hallarda bu Məcəllənin 445.1-ci maddəsində göstərilən əməliyyat-axtarış tədbirləri məhkəmənin qərarı olmadan, əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanın səlahiyyətli şəxsinin əsaslandırılmış qərarı ilə həyata keçirilə bilər. Bu halda əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanın səlahiyyətli şəxsi müvafiq tədbir aparıldıqdan sonra 48 saat müddətində əməliyyat-axtarış tədbirinin aparılması barədə əsaslandırılmış qərarı məhkəmə nəzarətini həyata keçirən məhkəməyə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora təqdim etməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 137 və 445.2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 fevral 2015-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 445.2-ci maddəsinə müvafiq olaraq əməliyyat-axtarış tədbirinin aparılması barədə qərar məhkəməyə daxil olduqda, insan hüquq və azadlıqlarının təmin edilməsi baxımından onun qanuniliyi və əsaslılığı məhkəmə nəzarəti qaydasında yoxlanılmalıdır. Həmçinin qeyd olunur ki, Əməliyyat-axtarış tədbirinin aparılması barədə qərara əsasən əldə edilmiş materiallar “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun təqdim edildikdə, habelə məhkəmə nəzarəti qaydasında ətraflı yoxlanıldıqda, həmin Məcəllənin 137-ci maddəsinin tələblərinə uyğun olaraq cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Lakin, hazırki iş üzrə Azərbaycan Respublikası DİN Baş Narkotiklərlə Mübarizə İdarəsi tərəfindən qəbul eidlmiş “Əməliyyat axtarış tədbirlərinin keçirilməsi barədə” 05.11.2019-cu il tarixli qərar qanunsuz hesab edildiyindən, həmin qərar və həmin qərara əsasən toplanmış sübutlar iş üzrə sübut kimi qəbul edilə bilməz. Cinayət Məcəlləsinin qeyd olunan prinsiplərinə əsasən əməlin (hərəkət və hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası CPM-nin 145.3-cü maddəsinə əsasən, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 33-cü maddəsində qeyd olunur ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən Cinayət Məcəlləsinin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində hec bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə cox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. Azərbaycan Respublikası CPM-nin 125.2.7-ci maddəsinə əsasən, istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Azərbaycan Respublikası CPM-nin 42.1.4-cü maddəsinə əsasən, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü, o cümlədən təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. Azərbaycan Respublikası CPM-nin 350.2-cimaddəsinə əsasən, bu Məcəllənin 42.1 -ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü cıxarmalıdır. Həmin Məcəllənin 55.1 -ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının təqsirsizlik prezumpsiyasından bəhs edən 63-cü maddəsinin 2-ci hissəsində göstərilir ki, şəxsin təqsirli olduğuna əsaslı sübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxsin təqsirsiz sayılmaq hüququ Azərbaycan Respublikasının tərəfdar cıxdığı dövlətlərarası müqavilələrdə və onların tətbiqi təcrübəsində də öz əksini tapmışdır. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 2-ci bəndinə əsasən, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası CPM-nin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair » 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həmdə mənəvi borcudur. Məhkəmə işə baxdıqdan sonra, öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı, həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli, cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli, cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli, şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, təqsirliliyi sübuta yetirilmədiyindən, həmin əsasla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 234.4.3-cü maddəsi ilə bəraət verilməlidir. Bundan başqa Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42ci maddəsində göstərilmişdir: Məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: "42.1.1. cinayət hadisəsi olmadıqda; 42.1.2. əməldə cinayət tərkibi olmadıqda; 42.1.3. cinayətin törədilməsinə aidiyyəti olmadıqda; 42.1.4. təqsirliliyi sübuta yetirilmədikdə; 42.2. Bəraət hökmü aşağıdakı hallarda çıxarılır: 42.2.1. bu Məcəllənin 42.1.1-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə hadisənin baş verməməsi sübut olunduqda və ya baş vermiş hadisədə cinayət hadisəsi sübut olunmadıqda; 42.2.2. bu Məcəllənin 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi yoxdursa və ya əməlin cinayət olmasını aradan qaldıran hallar mövcud olduqda; 42.2.3. bu Məcəllənin 42.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirləndirildiyi cinayətin törədilməsinə aidiyyəti olmaması sübut edildikdə və ya onun həmin əmələ aidiyyəti sübut edilmədikdə; 42.2.4. bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə". Odur ki, Təqsirləndirilən şəxs AzərbaycanRespublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsi üçün onun təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadığ üçün ona Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən bəraət verilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş "həbs" qətimkan tədbiri ləğv edilməli və o, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 357.0.1-ci maddəsinə əsasən məhkəmə iclası zalında dərhal həbsdən azad edilməlidirlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 353.3.4-cü maddəsinə əsasən bəraət alması ilə əlaqədar Təqsirləndirilən şəxs cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın, məhkəmə xərclərinin ödənilməsi tələbi ilə müraciət hüququnun olması izah olunmalıdır. Cinayət işi üzrə maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş külli miqdarda ümumi təmiz çəkisi-13,298 qram psixotrop maddə metamfetaminin ekspertiza tədqiqatdan sonrakı qalıq 12,908 qramı və bir ədəd elektron tərəzi hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə məhkəmə məsrəfi olan 65 (altmış beş) manatın ödənilməsindən Təqsirləndirilən şəxs azad edilməlidir. Azərbaycan Respublikası CPM-nin 56.0.1-ci maddəsinə əsasən bəraət almış şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 42, 55, 346, 347,349-350, 352-353, 357-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: AzərbaycanRespublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham olunan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən təqsiri sübuta yetmədiyinə görə bəraət verilsin. Təqsirləndirilən şəxsun barəsində seçilmiş "həbs" qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə zalından dərhal həbsdən azad edilsin. Bəraət alması ilə əlaqədar Təqsirləndirilən şəxs cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın, məhkəmə xərclərinin ödənilməsi tələbi ilə müraciət hüququnun olması izah olunsun. Cinayət işi üzrə maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş külli miqdarda ümumi təmiz çəkisi-13,298 qram psixotrop maddə metamfetaminin ekspertiza tədqiqatdan sonrakı qalıq 12,908 qramı və bir ədəd elektron tərəzi hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə məhkəmə məsrəfi olan 65 (altmış beş) manatın ödənilməsindən Təqsirləndirilən şəxs azad edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarılandan 20 (iyirmi) gün sonra qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar