Məhkəmə qərarları › İş №1(101)-383/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-383/2022

07.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-383/2022 07.07.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Ağalarov Mahmud Muradxan oğlunun sədrliyi ilə, hakimlər Salmanov Rahib Vaqif oğlu və Hacıyev Siyavuş Həbib oğlundan ibarət tərkibdə, məsləhətçi Bağırova Arifə Arif qızının katibliyi ilə, dövlət ittihamçıları: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı, X7 və X8, müdafiəçi: Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxx 1984-cü ildə Əli-Bayramlı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, məhkumluğu olan, orta təhsilli, Yardımlı şəhəri R.İsmayılov küçəsi ev 1-də qeydiyyatda olub, Bakı şəhəri Nizami rayonu, Nəsimi küçəsi, ev 27, mənzil 38-də yaşamış, Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: Təqsirləndirilən şəxs məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilmədiyi və götürülmədiyi halda yenidən qəsdən qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddələri Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilməsinə və satılmasına qabaqcadan vəd verməklə köməklik etmiş, habelə, qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddələri əldə edərək daşıyıb saxlamışdır. Belə ki, o, Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin 15 dekabr 2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.4.3, 181.2.1, 181.2.3, 181.2.4 və 181.2.5-ci maddələri ilə 11 (on bir) il müddətinə, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 17 noyabr 2009-cu il tarixli hökmü ilə CM-in 234.1-cİ maddəsi ilə 2 (iki) il olmaqla cəzaları qismən birləşdirilərək 11 (on bir) il müddətinə, daha sonra Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 27 aprel 2016-cı il tarixli hökmü ilə CM-in 317-2.1-ci maddəsi ilə 5 (beş) ay olmaqla cəzasının çəkilməmiş hissəsi ilə birləşdirilərək qəti olaraq 4 (dörd) il 7 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə, Bakı Apellyasiya Məhkəməsinin 29 avqust 2018-ci il tarixli qərarı ilə üzərində qəti olaraq 4 (dörd) il 6 (altı) ay azadlıqdan məhrumetmə cəzasının saxlanılmasına, 19 dekabr 2019-cu il tarixli Nizami rayon məhkəməsinin qərarı ilə cəzasının çəkilməmiş 10 (on) ay 8 (səkkiz) gün hissəsindən şərti olaraq vaxtında əvvəl azad edilərək 27 oktyabr 2020-ci il tarixdə cəzasını tam çəkib qurtarmasına baxmayaraq, qanunla müəyyən edilmiş qaydada məhkumluğu götürülmədən və ödənilmədən yenidən qəsdən satış məqsədi və tamah niyyəti ilə naməlum şəraitdə və vaxtda qabaqcadan əlbir olan bir qrup şəxs halında, yəni şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikası vətəndaşı «Fərşad» adlı şəxs və qeyriləri tərəfindən Azərbaycan Respublikasının gömrük sərhədindən, gömrük nəzarətindən kənar və ya ondan gizli külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddələri İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasının gömrük sərhədindən, gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilməsinə və satılmasına qabaqcadan vəd verməklə köməklik etmiş, bu məqsədlə «Fərşad» adlı şəxs və qeyriləri İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə qaçaqmalçılıq yolu ilə həmin narkotik vasitə və psixotrop maddələri keçirdikdən sonra Təqsirləndirilən şəxs yenidən qəsdən Bakı şəhəri Xətai rayonu ərazisində yerləşən Əhmədli metrostansiyasının yaxınlığından naməlum şəraitdə və vaxtda, satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda 6479,232 qram çəkidə narkotik vasitə heroin və külli miqdarda 105,122 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib və «Fərşad» adlı şəxsin və qeyrilərinin göstərişinə əsasən Bakı şəhəri ərazisinə daşıma, saxlama və satışını həyata keçirmək üçün razılaşıb kirayədə yaşadığı ünvan 1 ünvanda saxlamış, onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 25 yanvar 2021 -ci il tarixdə həyata keçirilmiş əməliyyataxtarış tədbiri zamanı Təqsirləndirilən şəxs həmin tarixdə saat 02:00-da yaşadığı mənzildə saxlanılmaqla özünün razılığı və iştirakı ilə qeyd olunan ünvana baxış keçirilərkən evin qonaq otağına girişdə sağ tərəfdə yerləşən dolabda olan bir ədəd sellofan torbanın içərisindən 63 (altmış üç) ədəd bükümdə kimyəvi komponent tərkibi və xarici əlamətlərinə görə eynilik təşkil edən ayrı-ayrılıqda çəkiləri 0,968 qram, 0,965 qram, 0,960 qram, 0,950 qram, 0,969 qram, 0,964 qram, 0,948 qram, 0,936 qram, 0,946 qram, 0,976 qram, 0,949 qram, 0,974 qram, 0,942 qram, 0,962 qram, 1,000 qram, 0,963 qram, 0,936 qram, 0,928 qram, 0,999 qram, 0,974 qram, 0,948 qram, 0,968 qram, 0,981 qram, 14,916 qram, 0,955 qram, 0,939 qram, 0,969 qram, 1,001 qram, 0,984 qram, 0,965 qram, 0,992 qram, 0,983 qram, 0,994 qram, 0,995 qram, 0,957 qram, 0,889 qram, 0,944 qram, 0,989 qram, 0,986 qram, 0,953 qram, 0,935 qram, 0,931 qram, 0,936 qram, 1,012 qram, 0,922 qram, 0,940 qram, 0,941 qram, 0,969 qram, 0,985 qram, 0,932 qram, 0,508 qram, 0,895 qram, 0,855 qram, 3,312 qram, 4,963 qram, 4,931 qram, 0,957 qram, 0,953 qram, 0,931 qram, 22,192 qram, 0,930 qram, 0,940 qram, 0,935 qram olmaqla ümumi təmiz çəkisi külli miqdar- 105,122 qram təşkil edən psixotrop maddə metamfetamin, 3 ədəd bükümdə kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynilik təşkil edən ayrı-ayrılıqda 2325,0 qram, 2260,0 qram, 1670 qram və kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə öz aralarında eynilik təşkil edən, lakin, qeyd edilən 3 bükümlə fərqli tərkibli olan 17 ədəd bükümdə ayrı-ayrılıqda çəkiləri 170,0 qram, 0,925 qram, 0,881 qram, 0,837 qram, 0,943 qram, 0,898 qram, 3,813 qram, 0,884 qram, 0,923 qram, 0,871 qram, 0,830 qram, 4,474 qram, 9,991 qram, 4,198 qram, 14,046 qram, 8,893 qram, 0,825 qram olmaqla ümumi təmiz çəkiləri külli miqdar - 6479,232 qram təşkil edən narkotik vasitə heroin və üzərində narkotik vasitə heroin İzləri olan 2 (iki) ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azrbaycan Respublikası CM-nin 32.5, 206.3.2, 234.41 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittihamlar üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, əvvəllər dəfələrlə Azərbaycan Respublikası CM-in müxtəlif maddələri ilə məhkum olunmuşdur. Narkotik vasitə heroindən və psixotrop maddədən istifadə edir. 2019-cu ilin dekabr ayının 19-da cəzaçəkmə yerindən azad olunandan sonra X2 ilə tanış olmuş və bundan sonra sonuncu ilə qanuni nigah olmadan bir yerdə yaşamağa başlamışdır. Arif Ağayevi tutulmamışdan bir ay öncə tanımışdır. Belə ki, 2020-ci ilin dekabr ayında Arif cəza çəkdiyi 8 saylı cəzaçəkmə müəsisəsindən ona zəng vurub, tanış olmaq istədiyini demişdir. Telefonda bir qədər danışdıqdan sonra onların ortaq tanışlarının olduğu ona məlum olmuşdur. Ariflə tez-tez əlaqə saxlasa da, heç vaxt onunla görüşməmişdir. 24 yanvar 2021-ci il tarixdə saat 20 radələrində Arif ona zəng vurub Masallı rayon sakini İlqar adlı şəxsin ona 11.000 manat borcu olduğunu bildirib, həmin pulu sonuncudan götürüb, qardışına verməyini xahiş etmiş və o, razılaşmışdır. Arifdən pulu nə səbəbə qardaşının götürmədiyini soruşduqda, sonuncu qardaşının xəstə olduğunu, buna görə də ondan bu barədə xahiş etdiyini bildirmişdir. Həmin gün saat 22 radələrində İlqar ona məxsus ***-***- **-** mobil nömrəsinə zəng vurub Neftçilər metrostansiyası yaxınlağında onu gözləyəcəyini demişdir. Həmin vaxt Elyanora ilə birlikdə kirayədə yaşadığı mənzildə evdə olmuşdur. Odur ki, evdən çıxıb İlqarla görüşmək üçün deyilən ünvana gedib Neftçilər metrostansiyası yaxınlığından İlqara zəng vurmuşdur. Sonuncu dövlət nömrə nişanı 42 rəqəmi ilə başlayan «Mersedes» markalı avtomobildə olduğunu bildirib yaxınlaşmasını demişdir. Avtomobilə yaxınlaşıb qabaq oturacaqda əyləşmiş və bu zaman avtomobilin salonunda arxa oturacaqda əvvəllər tanımadığı daha 3 nəfərin əyləşdiklərini görmüşdür. Salamlaşıb İlqardan pulu verməsini tələb etmişdir. Həmin vaxt arxa oturacaqda ortada əyləşmiş şəxs onun boğazından tutmuş və digər bir nəfər qapını açıb əlinə qandal vurub onu avtomobildən düşürtmüşdür. Bu zaman həmin şəxslərin 10-12 nəfər olduqlarını görmüşdür. Nə baş verdiyini soruşduqda sonuncular onu yumruq və təpik zərbələri ilə döyməyə başlamışlar. Həmin vaxt sonuncuların deməsindən onların Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Reqional şöbəsinin əməkdaşları olduqlarını bilmişdir. Daha sonra o, kirayədə yaşadığı mənzilə gətirilmişdir. Mənzilin içində də sonuncular tərəfindən döyülmüşdür. Bu zaman Elyanora digər otaqda olmuşdur. Polis əməkdaşları mənzildə axtarış aparmağa başlamışlar. Onlardan nə axtardıqlarını soruşanda, dedikləri ilə razılaşmasını, narkotik vasitələrin satışı ilə məşğul olmasını etiraf etməsini, əks təqdirdə ona Elyanoranı da tutacaqları bildirilmişdir. Sonuncuların təklifi ilə razılaşamamış və bu səbəbdən onu yenidən döyməyə başlamışlar. Onların əl çəkmədiklərini görüb və Elyanoranı da tutucaqlarını düşünb, sonuncuların təklifi ilə razılaşmışdır. Bundan sonra yaşadığı mənzildə videoçəkilişlə axtarış aparılmağa başlanılmışdır. Çəkiliş aparılmazdan əvvəl bir nəfər polis əməkdaşı qonaq otağında olan televizorun yanına sellofan torbada narkotik vasitə qoymuş, sonuncuların deməsinə görə həmin narkotik vasitənin çəkisi 1500 qram olmuşdur. Bundan sonra Baş Narkotiklərlə Mübarizə İdarəsinə gətirilmişdir. İdarədə polis əməkdaşlarının deməsindən mənzilindən 6 kq. narkotik maddənin aşkar edildiyi ona məlum olmuşdur. Buna etirazını bildirdikdə, yenidən polis əməkdaşları tərəfindən döyülmüşdür. Bir qədər sonra onu başqa otağa aparmışlar. Həmin otaqda Elyanoranı görmüşdür. Polislər ona narkotik vasitəni boynuna almasa Elyanoranı da tutucaqlarını demiş, odur ki, çıxılmaz vəziyyətdə qalıb sonuncuların təklifi ilə razılaşmışdır. Bundan sonra polis əməkdaşları ilə birlikdə yaşadığı mənzilə gəlmiş və mənzildə videoçəkiliş aparılmışdır. Polis əməkdaşlarının tələbi ilə girişdə sağ tərəfdə televizorun altında olan şkafdan içərisində narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olan torbanı götürüb təqdim etmişdir. Baxış zamanı həmin torbadan 20 bükümdə narkotik vasitə heroin, 63 bükümdə psixotrop maddə metamfetamin və 2 ədəd tərəzi aşkar edilmişdir. Baxış keçirildikdən sonra hər bir büküm ayrı-ayrılıqda elektron tərəzidə çəkilərək torbanın içərisinə yığılmış, torbanın ağzı bağlanaraq üzəri yazılaraq imzalanmışdır. Eyni zamanda polislər tərəfindən ona məxsus 5 ədəd mobil telefon da götürülmüşdür. Videoçəkiliş qurtardıqdan sonra yenidən Baş Narkotiklərlə Mübarizə İdarəsinnə gətirilmişdir. Orada ona Müdafiəçi təqdim edilmiş və müdafiəçinin iştirakı ilə tərtib edilmiş sənədlərə imza etmişdir. Bundan sonra müdafiəçinin iştirakı üzərində şəxsi axtarış aparılmış, lakin, qanunla qadağan edilmiş əşya və ya maddə aşkar edilməmişdir. Saxlanıldığı zaman və saxlanıldıqdan sonra 3-4 nəfər polis əməkdaşı tərəfindən döyülmüşdür. Onu döyən şəxslərin ad və soyadlarını bilmir. Fiziki və psixi zorakılıq altında, həm də Elyanoranın tutulacağından qorxub yaşadığı mənzilindən aşkar edilmiş narkotik vasitə heroin və psixotrop maddənin İİR-nın vətəndaşı Fərşad adlı şəxsin ona satmaq məqsədi ilə göndərdiyi barədə ifadə vermişdir. Həmin ifadələri təsdiq etmir. Heç vaxt narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olmamışdır. Barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X6 Şöbəsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. 24 yanvar 2021-ci il tarixdə Bakı şəhəri Nizami rayonu, Nəsimi küçəsi, ev 27, mənzil 38-də yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə etməsi və qanunsuz dövriyyəsi ilə məşğul olması bərədə əməliyyat məlumatı daxil olmuşdur. Bu barədə raportla Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəhbərliyinə məruzə edildikdən sonra Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul edilmişdir. Əməliyyat qrupu yaradılmış və qrupa rəhbərlik ona həvalə edilmişdir. Qərarın icrası ilə əlaqədar 24 yanvar 2021-ci il tarixdə şöbənin baş əməliyyat müvəkkili polis kapitanı Şahid2, baş əməliyyat müvəkkili polis mayoru Şahid4, təhqiqatçı polis mayoru X5, polis nəfəri polis baş serjantı X1 və BNMİ-nin baş əməliyyat müvəkkili polis polkovnik-leytenantı Şahid3 ilə birlikdə Bakı şəhəri Nizami rayonu, Nəsimi küçəsi ərazisinə getmişlər. 25 oktyabr 2021-ci il tarixdə saat 02:00-da Təqsirləndirilən şəxs yaşadığı Nizami rayonu Nəsimi küçəsi, ev 27, mənzil 38 saylı mənzilin qapısını döyüb, sonuncunu çölə dəvət etmişlər. Özlərini təqdim etdikdən sonra onun şəxsiyyətini müəyyən etmiş və sonuncunu barəsində qəbul edilmiş qərarla tanış etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı mənzilə baxış keçirilməli olduğunu demiş, sonuncu buna razılıq vermiş və bu barədə ərizə ilə müraciət etmişdir. Bundan sonra mənzilin giriş qapısından içəri hissədə videoçəkilişlə baxış keçirilməsinə başlanmışdır. Baxış zamanı Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmişdir. Sonuncu hüquqlarının aydın olduğunu bildirdikdən sonra ona təklif edilmişdir ki, yaşadığı mənzildə narkotik vasitə, psixotrop maddə varsa təqdim etsin. Təqsirləndirilən şəxs mənzilin girişdə sağ tərəfdə yerləşən dolabın içərisindən bir ədəd sellofan torbanı çıxardıb təqdim etmişdir. Torbaya baxış zamanı içərisində iki ədəd elektron tərəzi, 3 ədəd sellofan bağlamada və 17 ədəd sellofan bükümdə heroinə bənzər kütlə və 63 ədəd sellofan bükümdə psixotrop maddə metamfetaminə bənzər kütlə olduğu müəyyən edilmişdir. Sellofan bağlamalardakı maddələrin nə olduğu barədə soruşulduqda Təqsirləndirilən şəxs onların narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin olduğunu bildirmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələri İran İslam Respublikası vətəndaşının dediyi yerdən götürərək yaşadığı evə gətirdiyini, həmin maddələrin satışının müqabilində ona istifadə etməsi üçün narkoik vasitə veriləcəyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı mənzildən aşkar olunmuş maddələr və iki ədəd elektron tərəzi özünün iştirakı ilə müvafiq qaydada qablaşdırılaraq möhürlənmişdir. İştirakçılarla birlikdə Təqsirləndirilən şəxs həmin qablaşdırmanın üzərinə imza etmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs məxsus 5 ədəd mobil telefon sübut əhəmiyyətinə malik ola biləcəyindən təhqiqatçı tərəfindən götürülmüşdür. Bundan sonra baxış keçirilən otağa və mənzilin digər otaqlarına da baxış keçirilmiş, lakin, sübut əhəmiyyətinə malik ola biləcək başqa maddə aşkar olunmadığından videoçəkiliş dayandırılmışdır. Daha sonra Təqsirləndirilən şəxs BNMİ-nə aparılmış, orada hüquqlarının müdafiəsi məqsədi ilə müdafiəçi dəvət olunaraq ona təqdim olunmuş, onun tutulması ilə bağlı qərar və protokollar tərtib edilmişdir. Təqsirləndirilən şəxs yaşadığı mənzilə keçirilən baxışla bağlı protokolun tərtibi zamanı müdafiəçisi də iştirak etmişdir. Bundan sonra mənzilə baxış və götürmənin keçirilməsi barədə protokol tərtib edilmiş və bütün iştirakçılar tərəfindən imzalanmışdır. Baş İdarəyə gəldikdən sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərinə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış aparılmazdan əvvəl Təqsirləndirilən şəxs üzərində qanunla dövriyyəsi qadağan edilmiş əşya və ya predmet varsa, könüllü təqdim etməsi təklif edilmiş və sonuncu üzərində hər hansı qanunla qadağan edilmiş əşya və predmet olmadığını bildirmişdir. Bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, lakin sonuncunun üzərindən qanunla qadağan edilmiş hər hansı əşya və predmet aşkar olunmamışdır. Bundan sonra videoçəkiliş dayandırılaraq protokol tərtib edilmiş, oxunduqdan sonra bütün iştirakçılar protokola imza etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları Şahid2, Şahid3 və Şahid4 Şahid1 ifadəsinə oxşar ifadələr verdilər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs 2015-ci ildən tanıyır. Rüstəm atası ilə eyni cəzaçəkmə müəsisəsində cəza çəkmişdir. 2019-cu ildən etibarən Rüstəmlə Neftçilər metrostansiyasının yaxınlığında kirayə tutduqları mənzildə qeyri-rəsmi ər-arvad kimi yaşamağa başlamışdır. 2021-ci ilin yanvar ayının 24-də saat 20 radələrində hazırda 8 saylı cəzaçəkmə müəsisəsində cəza çəkən Arif adlı tanışı Rüstəmə zəng vurub, İlqar adlı şəxsin ona 11.000 manat borcunun olduğunu, həmin pulu sonuncudan götürüb qardaşına çatdırmasını xahiş etmiş və Rüstəm Arifin təklifi ilə razılaşmışdır. Saat təxminən 22 radələrində İlqar Rüstəmə zəng vurub Neftçilər metrostansiyasının yaxınlığında onu gözləyəcəyini bildirmişdir. Rustəm İlqarla görüşmək adı ilə evdən çıxmış və gedərkən 10 dəqiqəyə qayıdacağını demişdir. Təxminən 40 dəqiqə gözləmiş və Rüstəmin qayıtmadığını görüb ona sms yazmış, lakin, sonuncu ona cavab verməmişdir. Bir qədər sonra Rüstəm 7-8 nəfər şəxslə birlikdə mənzilə daxil olmuşdur. Rüstəmdən nə baş verdiyini soruşduqda, sonuncu ona narahat olmamasını, gələnlərin polis əməkdaşları olduqlarını deyib, ona digər otağa keçməsini tapşırmışdır. Polis əməkdaşları videoçəkiliş aparmaqla mənzildə axtarış aparmağa başlamışlar. Bundan sonra polis əməkdaşları Rüstəmi Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparmışlar. Mənzildən çıxarkən Rüstəm ona Arifin pulu ilə bağlı polislər tərəfindən saxlanıldığını demişdir. Baş verənlər barədə zəng edib anasına məlumat vermiş və sonuncudan gəlib onu aparmasını xahiş etmişdir. Bir qədər sonra mənzilin qapısı döyülmüşdür. Qapını açdıqda polis əməkdaşının dayandığını görüb, ondan nə istədiyini soruşmuşdur. Sonuncu Rüstəmin onunla görüşmək istədiyini demişdir. Razılaşıb polis əməkdaşı ilə birlikdə Baş Narkotiklərlə Mübarizə İdarəsinə getmişdir. Mənzildən çıxarkən polis əməkdaşı ondan evin açarını götürüb qapını bağlayandan sonra açarı özündə saxlamışdır. Gələn polis əməkdaşı ilə birlikdə Baş Narkotiklərlə Mübarizə İdarəsinə getmiş və sonuncu onu Rüstəmlə görüşdürmüşdür. Bu zaman Rüstəmin polis əməkdaşları tərəfindən döyülərək xəsarətlər aldığını görmüşdür. Rüstəmdən nə səbəbə döyüldüyünü soruşmuşdur. Onun deməsindən bilmişdir ki, polis əməkdaşları Rüstəmə yaşadıqları mənzilə 6 kiloqrama yaxın narkotik maddə qoyacaqlarını deyib, həmin narkotikin ona məxsus olmasını etiraf etməsini tələb etmiş və Rüstəm polis əməkdaşlarının təklifi ilə razılaşmamışdır. Bu səbəbdən Rüstəm döyülmüş və xəsarətlər almışdır. Bundan sonra polislər Rüstəmə onunla birlikdə arvadını, yəni onu da cinayət məsuliyyətə cəlb edəcəklərini demiş və Rüstəm çıxılmaz vəzəyyətdə qalıb, polislərin təklifi ilə razılaşıb, qeyd olunan narkotik vasitənin ona məxsus olduğu barədə tərtib edilmiş sənədlərə imza etmişdir. Bundan sonra polis əməkdaşları ilə birlikdə yaşadıqları evə gəlmiş və mənzildə videoçəkilişlə axtarış aparılmışdır. Videoçəkiliş zamanı polislərin tələbi ilə digər arxa otağa keçmişdir. Bu zaman onun yanında üzdən tanıdığı, lakin, adlarını bilmədiyi iki nəfər polis əməkdaşı olmuşdur. Özünün olduğu və çəkiliş aparıldığı zal otağının qapıları açıq olduğundan polis əməkdaşları ilə Rüstəm arasında olan danışıqları eşitmişdir. Polis əməkdaşları Rüstəmə mənzilə bir kiloqram yarım narkotik vasitə qoyacaqlarını və həmin narkotik vasitənin ona məxsus olmasının etiraf etməsini tələb etmiş və Rüstəm razılaşmışdır. Videoçəkiliş qurtardıqdan sonra polis əməkdaşları Rüstəmi özləri ilə aparmışlar. Rüstəm həbs edildikdən bir müddət sonra Ariflə mobil telefon vasitəsi ilə əlaqə saxlamışdır. Danışıq zamanı Arif Rüstəmin həbs edilməsi ilə bağlı əməliyyatı onun təşkil etdiyini, həmin əməliyyat nəticəsində pul qazanmaq istədiyini, lakin, Rüstəm həbs edildiyindən məqsədinə nail ola bilmədiyini bildirmişdir. Ariflə olan bu danışığı «Samsunq» markalı mobil telefon ilə qeydə almış, lakin, həmin telefonu itirdiyindən həmin səs yazını istintaq orqanına təqdim edə bilməmişdir. Arifin hansı nömrədən istifadə etdiyini xatırlamır. Rüstəm narkotik vasitələrdən istifadə etsə də, heç vaxt belə vasitələrin satışı və qanunsuz dövriyyəsi ilə məşğul olmamışdır. Yaşadıqları mənzildə narkotik vasitə olmamış və Rüstəm mənzilə narkotik maddələr gətirməmişdir. Mənzildən aşkar edilmiş narkotik vasitə Rüstəmə məxsus olmamışdır. Həmin narkotik vasitə polis əməkdaşları tərəfindən gətiriilb, yaşadıqları evə qoyulmuşdur. X12 vasitəsi ilə tanımışdır. Rüstəmin bir neçə dəfə Fərşadla danışmasının şahidi olmuş, lakin, onların hansı mövzuda danışmalarını bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində göstərdi ki, əvvəllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunmuşdur. 2016-cı ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə qəsdən adam öldürmə cinayəti törətdiyinə görə 17 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. Hazırda Azərbaycan Respublikası Penitensiar Xidmətin 8 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkir. Təqsirləndirilən şəxs, X2 və İlqar adlı şəxsi tanımır. Sonuncuların heç biri ilə münasibəti, ədavəti və düşmənçiliyi olmamışdır. Səs yazısı ilə bağlı ekspertin yanına getdiyini xatırlayır. Ekspertin nə barədə rəy verdiyi yadında deyildir. Heç kimi heç yerə göndərməmişdir. İşdəki məhkəmə-kimyəvi ekspertizasının 25 yanvar 2021-ci il tarixli 6/325 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №7 (1)» dairəvi möhür əksi, «Təqsirləndirilən şəxs təqdim etdiyi...» sözləri və imzalar olan üzəri yapışqanlı lentlə bağlanmış bir ədəd sellofan paketdə olan bir ədəd bir ədəd bağlamada 63 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,968 qram, 0,965 qram, 0,960 qram, 0,950 qram, 0,969 qram, 0,964 qram, 0,948 qram, 0,936 qram, 0,946 qram, 0,976 qram, 949 qram, 0,974 qram, 0,942 qram, 0,962 qram, 1,000 qram, 0,963 qram, 0,936 qram, 928 qram, 0,999 qram, 0,974 qram, 0,948 qram, 0,968 qram, 0,981 qram, 14,916 qram, 0,955 qram, 0,939 qram, 0,969 qram, 1,001 qram, 0,984 qram, 0,965 qram, 0,992 qram, 983 qram, 0,994 qram, 0,995 qram, 0,957 qram, 0,889 qram, 0,944 qram, 0,989 qram, 0,986 qram, 0,953 qram, 0,935 qram, 0,931 qram, 0,936 qram, 1,012 qram, 0,922 qram, 0,940 qram, 0,941 qram, 0,969 qram, 0,985 qram, 0,932 qram, 0,508 qram, 0,895 qram, 0,855 qram, 3,312 qram, 4,963 qram, 4,931 qram, 0,957 qram, 0,953 qram, 0,931 qram, 22,192 qram, 0,930 qram, 0,940 qram, 0,935 qram ümumi təmiz çəkisi 105,122 qram qram olan ağ rəngli kristallik formada olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Digər 20 ədəd bükümdə ayrıayrılıqda təmiz çəkisi 2325,0 qram, 2260,0 qram, 1670 qram, 170,0 qram, 0,925 qram, 0,881 qram, 0,837 qram, 0,943 qram, 0,898 qram, 3,813 qram, 0,884 qram, 0,923 qram, 0,871 qram, 0,830 qram, 4,474 qram, 9,991 qram, 4,198 qram, 14,046 qram, 8,893 qram, 0,825 qram ümumi təmiz çəkisi 6479,232 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş 3 ədəd bükümdə olan təmiz çəkiləri 2325,0 qram, 2260,0 qram və 1670,0 qram olan heroinlər xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eynidirlər. Tədqiqata təqdim edilmiş təmiz çəkiləri 170,0 qram, 0,925 qram, 0,881 qram, 0,837 qram, 0,943 qram, 0,898 qram, 3,813 qram, 0,884 qram, 0,923 qram, 0,871 qram, 0,830 qram, 4,474 qram, 9,991 qram, 4,198 qram, 14,046 qram, 8,893 qram, 0,825 qram olan heroinlər xarici görünüş əlamətləri və kimyəvi komponent tərkibinə görə eynidirlər. 3 ədəd bükümdə olan heroinlər ilə 17 ədəd bükümdə olan heroinlər xarici görünüş əlamətləri və kimyəvi komponent tərkibinə görə fərqlidirlər. Tədqiqata təqdim edilmiş 63 ədəd bükümdə olan metamfetaminlər xarici görünüş əlamətləri və kimyəvi komponent tərkibinə görə eyndirlər. İki ədəd elektron tərəzidə narkotik vasitə olan heroinin izləri vardır. Heroin iz şəklində olduğu üçün çəkisini müəyyən etmək mümkün olmadı və Təqsirləndirilən şəxs aşkar edilmiş heroin ilə müqayisəli tədqiqat aparılması mümkün deyildir (cild İ, iş vərəqə 44-50). İşdəki ambulator məcburi-narkoloji ekspertizasının 5 aprel 2021-ci il tarixli 967 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild İ, iş vərəqə 189-190). İşdəki kompleks ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizasının 3 avqust 2021-ci il tarixli 1690 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırda öz hərkətlərinə cavab vermək iqtidarındadır. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hövsələsizlik, inadkarlıq, hirslilik, qıcığa qarşı tez reaksiya vermək, emosionallıq, eqosentrizm kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Emosionallıq halından asılı olaraq Təqsirləndirilən şəxs öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. Qeyd edilmiş cinayət əməlini törədən zaman Təqsirləndirilən şəxs psixi-emosional sferasında iş üçün əhəmiyyət kəsb edə biləcək hər hansı dəyişiklik yaranmamışdır (cild 2, iş vərəqə 93-96). İşin 1-ci cildinin 100-101-ci vərəqələrindəki 26 yanvar 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı mənzildən aşkar edilmiş 6479,232 qram narkotik vasitə olan heroin, 105,122 qram psixotrop maddə metamfetamin və 2 ədəd elektron tərəzi maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatından sonrakı qalığı- 6478,432 qram heroin, 103,232 qram fetamfetamin və 2 ədəd elektron tərəzi saxlanılmasından ötrü Azərbaycan Respublikası DİN-in BMCMİ-in maddi sübutları saxlama yerinə təhvil verilmişdir. Cinayət işinin 1-ci cildinin 30-31-ci vərəqələrindəki 25 yanvar 2021-ci il tarixli protokoldan görünür ki, BNMİ-nin X6 Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs həmin tarixdə saat 02:00-da kirayədə yaşadığı ünvan 2 ünvanda saxlanılaraq həmin ünvana baxış keçirilən zaman bir ədəd sellofan torbanın içərisindən ümumilikdə iyirmi ədəd bükümdə heroinə bənzər kütlə, altmış üç ədəd ədəd bükümdə psixotrop maddə metamfetaminə bənzər kütlələr və iki ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Baxış zamanı videoçəkilişdən istifadə edilmiş və 1 ədəd diskə köçürülərək protokola əlavə edilmişdir. Baxış və götürmə aparılması zamanı çəkilmiş videogörüntü olan 1 ədəd DVD disk öz xüsusiyyətləri və əlamətlərinə, mənşəyi, aşkar edildiyi yer və vaxta görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə köməklik etdiyi üçün maddi sübut hesab edilmiş və iş materiallarında tikilmişdir. İşin 1-ci cildinin 100-101-ci vərəqələrindəki 26 yanvar 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs evindən aşkar edilmiş 6479,232 qram narkotik vasitə olan heroin, 105,122 qram psixotrop maddə metamfetamin və 2 ədəd elektron tərəzi maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatından sonrakı qalıq qalan - 6478,432 qram heroin, 103,232 qram metamfetamin və 2 ədəd elektron tərəzi saxlanması üçün DİN-in BMCMİnin maddi sübutların saxlanma kamerasına təhvil verilmişdir. İşin 2-ci cildinin 72-ci vərəqəsindəki 11 oktyabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilən zaman «Samsung Galaxy» markalı mobil telefon aşkar edilərək götürülmüş və telefonun yaddaşına keçirilən baxış zamanı İran mobil operatorlarına məxsus +98 905 *** **** nömrəsi «Arif İran» kimi qeyd edilmişdir. İşin 2-ci cildinin 118-136-cı vərəqələrindəki 12 noyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı mənzilə baxış keçirilərkən götürülmüş 1 ədəd «Samsung Galaxy» markalı telefon maddi sübut kimi tanınmış və saxlanması üçün DİN-in BMCMİ-nin maddi sübutların saxlanma kamerasına təhvil verilmişdir. İşin 1-ci cildinin 130-131-ci vərəqələrindəki 4 mart 2021-ci il tarixli protokoldan görünür ki, "xxxx" MMC-dən götürülmüş və özündə giriş-çıxış zənglərini, sms mətnlərini və anten əhatə dairələri barədə məlumatları özündə əks etdirən SD diskə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olmuş +**********00 saylı mobil telefon nömrəsindən müxtəlif mobil telefon nömrələrinə, habelə əks istiqamətdə müxtəlif vaxtlarda zənglər daxil olduğu, habelə onlar arasında əvvəllərdən olan yazışmaların sms mətnləri, eyni zamanda istintaq materiallarına uyğun gələn onların olduqları yer üzrə anten əhatə dairələri müəyyən edilmişdir. Təqsirləndirilən şəxs istifadəsində olmuş +**********00 saylı mobil telefon nömrəsinə gələn ismariclərə baxış zamanı aşağıdakılar müəyyən edildi: 1.xx.xx.2020-ci il tarixdə saat 19:20-də + **********27 saylı mobil nömrəsinə «Mene biraz (P) verersende?» Təqsirləndirilən şəxs istifadəsində olmuş +**********00 saylı mobil telefon nömrəsindən gedən ismariclərə baxış zamanı aşağıdakılar müəyyən edildi: xx.xx.2020-ci il tarixdə saat 18:37-də +**********62 saylı mobil nömrəsinə «Qaqa köhnə pulu gətirəssən 10 m borcun var yarım patı sora» xx.xx.2020-ci il tarixdə saat 19:36-da +**********11 saylı mobil nömrəsinə «25m pulu 3 dənə ptmı, 3 dənədə Kolanı gətir gətirməsən qeyrətin s****» İşin 1-ci cildinin 137-139-cu vərəqələrindəki 30 mart 2021-ci il tarixli protokoldan görünür ki, "xxxx" MMC-dən götürülmüş diskə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olmuş +**********87 saylı mobil telefon nömrəsindən müxtəlif mobil telefon nömrələrinə, habelə əks istiqamətdə müxtəlif vaxtlarda zənglər daxil olduğu, habelə onlar arasında əvvəllərdən olan yazışmaların sms mətnləri, eyni zamanda istintaq materiallarına uyğun gələn onların olduqları yer üzrə anten əhatə dairələri müəyyən edilmişdir. Təqsirləndirilən şəxs istifadəsində olmuş +**********87 saylı mobil telefon nömrəsindən gedən ismariclərə baxış zamanı aşağıdakılar müəyyən edildi:

1. xx.xx.2020-ci il tarixdə saat 18:19-da +**********06 saylı mobil nömrəsinə «Sən 7 qr gətir yerdə nə qalıb onu hesablaşağ»

2. xx.xx.2020-ci il tarixdə saat 18:26-da +**********06 saylı mobil nömrəsinə «Gaga 43 dənənin pulu hanı» 3.xx.xx.2020-ci il tarixdə saat 22:52-də +**********06 saylı mobil nömrəsinə «Sabah tək patı göndərir kolanı saxladı isdiyən olsa patı m 25 m ver» 4.xx.xx.2020-ci il tarixdə saat 11:50-də +**********06 saylı mobil nömrəsinə «Gaga kola vermir pula görə rayonnan galmışam mən necə eliyim uje yalançı çıxıram surac sənə pis gardaş olmamışam mən gardaşdığda axsasam özümü öldürərəm» 5.xx.xx.2020-ci il tarixdə saat 13:07-də +**********06 saylı mobil nömrəsinə «Gəl özün tərəziyə vur apar Patı nagdı» 6.xx.xx.2020-ci il tarixdə saat 13:13-də +**********06 saylı mobil nömrəsinə «indi rayondakı pul gözdüyür mənnən onu verməliyik ki kola göndərsin» 7.xx.xx.2020-ci il tarixdə saat 13:21-də +**********06 saylı mobil nömrəsinə «Sənöl patını gücnən almışam dimişəm nisyə vermiyəcəm» 8.xx.xx.2020-ci il tarixdə saat 13:33-də +**********66 saylı mobil nömrəsinə «Basa dusmedim nece vermiyecem bes kola pulari hani bes 10 gundu uje ortada birsey yox camatin pulunu vermiyecem nedi meni but un isderimi sarvat eledin uje patini gucnen aidim sende olan pula gore vermedi mene kolani» 9.xx.xx.2020-ci il tarixdə saat 13:40-da +**********06 saylı mobil nömrəsinə «Mene 10deneni 25m verem oda mecbur qalib rayonda ki pula gore oyun cixarir 4 5 deneni vermirəm o qiymete alimir bu deqe patini gucnen aidim sende olan pula gore vermedi mene kolani» 10.xx.xx.2020-ci il tarixdə saat 13:56-da +**********06 saylı mobil nömrəsinə «y qardaş bu 50denen pulu hani bele daniwmisdin bes negdi iwdeyirdin soyuw vermişdin nisye vermiyecem mene maraqlidi hani o pul ve qalani 50 denenin surac yaxsi hereketdi menim qabagimi bağlamaq 6min bangim evimde xesde mene qardaş deyib bulara goz yumanin adini mendende yaxsi bilirsen qaldi ki bu vezyetimde seninde evindeki dolanisiqa goz yumadim ama bu gun ku gun rayondaki zeng vurur ne deyeceyimi bilmirem ona sene gore Sene 5defe yazdim 50 pulu hani onda bele cixir ya yemisen yada satibsan satdigin pulu hani niye cvip vermisen tele hardasan de men gelem otraq sobet edek men kiminse yanda pula gore dili kisa qalmaram teli ac yerivi de gelem sen 3dene ile 330manati nece veresen lOÖvarindi ama bu 330qalir verende 100 ne elemek fikirdesen teli ac» 11.xx.xx.2020-ci il tarixdə saat 21:01-də +**********06 saylı mobil nömrəsinə «Patını 25 dən verirəmdə heçə» 12.xx.xx.2020-ci il tarixdə saat 14:28-də +**********06 saylı mobil nömrəsinə «Məni boşdu çıxardirsan borcu verməmiş diyirsən gətir hardan gətirim Galdı ki sənə didim ki 50g yerinə 500 m verim əlinə maya sal razılaşmadın məndə verdim öz mayasına ki qalxasan sən neynədin məni pis vəzyətdə qoydun qazancımı verdim sənin yerinəündi hərəkətdən danişırsan Pulu olanın balası ölsün malida nisyə alıram dosdara inanıb verirəm» 13.xx.xx.2020-ci il tarixdə saat 13:39-da +**********87 saylı mobil nömrəsinə «Rufata 5 kola 1 pati ver geliH 14.xx.xx.2020-ci il tarixdə saat 12:11-də +**********00 saylı mobil nömrəsinə «Ürəyim 5 dənə kola 1 dənə pati hazırla. 5 kolanı bir bir elə başa Dusdum kim gelecey Samirdi kolanın çəkisin düzəlt o çəkiyə baxandı» 15.xx.xx.2020-ci il tarixdə saat 14:14-də +**********00 saylı mobil nömrəsinə «Ürəyim Rüfət gəlir 5 dənə kola çəkisin düzəlt hürməsin» 16.xx.xx.2020-ci il tarixdə saat 14:17-də +**********87 saylı mobil nömrəsinə «3 dənə Kola. Yarım pati. Hazırla Samir gəliK 17.xx.xx.2021-ci il tarixdə saat 13:24-də +**********55 saylı mobil nömrəsinə «qaqa evdə varda qara mal 150 q var ya 22 yada 23 məndə kolanı diyirəm eybi yox ver 18» Təqsirləndirilən şəxs istifadəsində olmuş +**********87 saylı mobil telefon nömrəsinə gələn ismariclərə baxış zamanı aşağıdakılar müəyyən edildi: 1.xx.xx.2020-ci il tarixdə saat 13:35-də +**********06 saylı mobil nömrəsindən «Gozde yigma qaqa emanederi payliyiram isdiyen oldu sebirli ol sen qalx eve nefcilerdeyem mende qalxacam pramoy size 10 denede nagdi pulu wuwe hazira sen gelirem» 2.xx.xx.2020-ci il tarixdə saat 18:09-da +**********06 saylı mobil nömrəsindən «Ne olub qoy satilsin ki gonderim sene senin puluvu qaytarmaq ucun oz isderim qalib bilirem komeklik etin mene amma birez gozdede bu nedi bilsəydim bele götürməzdim senden hec bu nedi Men vermeyine verim mende 7 qram mal qalib men onu versem sene serf etmiyecek ona gore deyirem qoy satim verim Qaqa satilani dunen atmisam pulun Hede 430 qalib mende 7 deneden o pulu cixardacam ona gore birez sebirli ol ki hele edim» 3.xx.xx.2020-ci il tarixdə saat 13:09-da +**********06 saylı mobil nömrəsindən «Qaqa gah deyirsen gel apar indi deyirsən ki nagdi 100 kola pulun vercem» 4.xx.xx.2020-ci il tarixdə saat 14:58-də +**********06 saylı mobil nömrəsindən «Elesinda hereketni camat axiwirda bura pati kakos coxwey isdiyilerda bu tez hereketi elesin Gelirsen adamlaru caxirsin emin» 5.xx.xx.2020-ci il tarixdə saat 18:07-də +**********27 saylı mobil nömrəsindən «10 Manat verİM Mene pati versinde dinen» 6.xx.xx.2020-ci il tarixdə saat 19:23-də +**********85 saylı mobil nömrəsindən «Rüstem bu ne oyundur ala, bularin biride Çekide duz deyil, 0.7-08» 7.xx.xx.2021-ci il tarixdə saat 13:27-də +**********55 saylı mobil nömrəsindən «Axir qiymet ne deyim Kola deyirem 15 manata negd 50 dene isteyi?» İşin 2-ci cildinin 116-137-ci vərəqələrindəki 12 noyabr 2021-ci il tarixli qərardan görünür ki, "xxxx" MMC və "xxxx" MMC-dən götürülmüş Təqsirləndirilən şəxs istifadəsində olmuş mobil telefon nömrələrindən müxtəlif mobil telefon nömrələrinə, habelə əks istiqamətdə müxtəlif vaxtlarda zənglərin daxil olduğu, habelə aralarında narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı əvvəllərdən olan yazışmaların sms mətnləri, onların olduqları yer üzrə anten əhatə dairələrinin əks olunduğu iki ədəd CD disk maddi sübut kimi tanınmış və cinayət işi materiallarına əlavə edilmişdir. İşin 1-ci cildinin 154-cü vərəqəsindəki 25 mart 2021-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələri nə vaxt, haradan, kimdən əldə etməsini, əvvəllər narkotik vasitələrin satışı ilə məşğul olub-olmadığını, əlaqə saxladığı şəxslərin dairəsini, onların həyat tərzini, məşğuliyyətlərini, narkotik vasitələrin daşınmasında başqa şəxslərin iştirakının olub-olmadığı və başqa cinayətlərdə iştirak edib-etmədiyinin yoxlanılması istiqamətində bir sıra əməliyyat-axtarış tədbirləri keçirilmişdir. Müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs heç bir yerdə işləmir, tüfeyli həyat tərzi keçirir. Əvvəllər dəfələrlə məhkum olunmuşdur. Külli miqdarda narkotik vasitələr və psixotrop maddələrin İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə daşınması, satışı və qəbulu ilə məşğul olmuşdur. Təqsirləndirilən şəxs narkotik vasitələr və psixotrop maddələrin İİR-dan Azərbaycan Respublikası ərazisinə gətirilməsində ona kömək etmiş İİR-nın vətəndaşı «Fərşad» adlı şəxsin şəxsiyyətinin müəyyən edilməsi, həmin cinayətdə daha kimlərin iştirakları və onların şəxsiyyətlərinin müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir. İşin 1-ci cildinin 235-ci vərəqəsindəki 10 iyul 2021-ci il tarixli istintaq tapşırığına cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər narkotik vasitələrin və psixotrop maddələrin satışı və ya istifadəsi İlə məşğul olmasını görə biləcək şahidlərin dairəsini, onun yaxın əlaqələrini, İran İslam Respublikasının vətəndaşı «Fərşad» adlı şəxsin, «Arif» və «llqar» adlı şəxslərin, eləcə də cinayətin digər İştirakçılarının şəxsiyyətlərini müəyyən etmək məqsədilə bir sıra əməliyyat-axtarış tədbirləri keçirilmişdir. Keçirilmiş tədbirlər nəticəsində Təqsirləndirilən şəxs yaşadığı mənzildən aşkar edilmiş həmin narkotik vasitələri satış məqsədi ilə əldə edib saxladığına, bu kimi maddələrin qanunsuz dövriyyəsində İİR-nın vətəndaşı «Fərşad» adlı şəxslə birgə əlaqəsinin olmasına, «Fərşad» adlı şəxsin həmin narkotik vasitələri digər naməlum şəxslər vasitəsi ilə İrandan qaçaqmalçılıq yolu ilə göndərdiyinə dair əlavə məlumatlar əldə edilmiş, lakin «Fərşad» adlı şəxs və cinayətin digər iştirakçılarının, eləcə də «Arİf» və «İlqar» adlı şəxslərin şəxsiyyətlərinin, onların yaxın əlaqələrinin müəyyən edilməsi hələlik mümkün olmamışdır. Əməliyyat-axtarış tədbirləri davam etdirilir. İşin 2-ci cildinin 135-137-ci vərəqələrindəki 13 noyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair istintaq edilən ********* nömrəli cinayət işinin materiallarından şəxsiyti istintaqa məlum olmayan şəxs tərəfindən qanunsuz olaraq külli miqdarda 6479,232 qram çəkidə narkotik vasitə heroin və külli miqdarda 105,122 qram çəkidə psixotrop maddə metamfetaminin əldə edilməsi, saxlanması və qanunsuz olaraq Təqsirləndirilən şəxs verilməsi, habelə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli qaçaqmalçılıqla keçirməsi, İran İslam Respublikası vətəndaşı «Fərşad» adlı şəxsin və qeyrilərinin müəyyən edilməsi, X9 və «İlqar» adlı şəxslərin əməllərinə hüquqi qiymət verilməsi məqsədilə Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə ayrıca icraata ********* nömrəli cinayət işi ayrılmışdır. İşin 1-ci cildinin 104-106-cı vərəqələrindəki DİN-in BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin 15 dekabr 2008-ci İl tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.4.3, 181.2.1, 181.2.3, 181.2.4 və 181.2.5-cİ maddələri ilə təqsirli bilinib, əmlakı müsadirə olunmaqla 11 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Həmçinin Qaradağ rayon Məhkəməsinin 27 aprel 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 317-2.1-ci maddəsi ilə təqsirli bilinib 4 (dörd) il 7 (yeddi) ay müddətinə azadlıqdan məhruketmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizamİ rayon Məhkəməsinin 18 dekabr 2019-cu il tarixli qərarı ilə CM-in 76-cı maddəsinə əsasən 10 (on) ay 8 (səkkiz) gün vaxtından əvvəl şərti azad edilmiş, 27 oktyabr 2020-ci il tarixdə cəza müddəti başa çatmışdır. Azərbaycan Respublikası CM-in 83.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu hazırda ödənməmişdir. Təqsirləndirilən şəxs hazırda törətdiyi cimayət əməli Azərbaycan Respublikası CM-in 18.2.2-ci maddəsinə isə cinayətin residivini yaradır. İşin 1-ci cildinin 22-ci vərəqəsindəki protokoldan görünür ki, Təqsirləndirilən şəxs 25 yanvar 2021-ci il tarixdə saat 02-00-da Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutların məcmusuna hüquqi qiymət verərək nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirilmişdir. Təqsirləndirilən şəxsin təqsirini təkzib edə biləcək hal müəyyən olunmadı. Təqsirləndirilən şəxs məhkəmədə özünü təqsirli bilmədi. Onun bu ifadəsi ibtidai istintaq zamanı müdafiəçisinin iştirakı ilə verdiyi etirafedici ifadəsi, məhkəmədə dindirilmiş şahid ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, cinayət işi materiallarına əlavə edilmiş protokollar və işin faktiki halları ilə təkzib olunduğundan, məhkəmə ifadəsinə tənqidi yanaşır. Yuxarıda sadalanan və bir-birini tamamlayan sübutları isə mötəbər hesab edir. Məhkəmə bu nəticəyə gələrkən «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 mart 2011-ci il tarixli Qərarının tövsiyyələrini də nəzərə alır. Belə ki, həmin Qərarın 9-cu bəndində qeyd olunur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs əməllərinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun əməlləri Azərbaycan Respublikası CM-nin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif olunmalı, o, həmin maddələrlə təqsirli bilinməli və ona cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59-cu maddəsində nəzərdə tutulmuş cəzasını yüngülləşdirən hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs əməlində cinayətlərin təhlükəli residivinin olmasını məhkəmə, Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə CM-nin 65.2-ci maddəsinin tələbi nəzərə alınmaqla azadlıqdan məhrum etmə cəzaları təyin edilməli, CM-nin 66.3-cü madəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 56.1.3-cü maddəsinə əsasən o, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı 25 yanvar 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, CM-nin 93.1.2-ci maddəsinə əsasən ona narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə mülki iddianın olmadığı nəzərə alınmalıdır. Maddi sübutlar: Azərbaycan Respublikası DİN BMCMİ-də saxlanılan Təqsirləndirilən şəxs yaşadığı mənzildən aşkar edilərək götürülmüş 6479. 232 qram narkotik vasitə heroinin ekspertizadan sonra qalıq qalan 6478, 432 qram çəkidə heroin, 105,122 qram psixoitrik maddə metamfetiamin ekspertiza tədqiqatından sonra qalıq qalan 103,232 qram çəkidə metamfetamin və 2 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, videogörüntülərini özündə əks etdirən 1 ədəd DVD disk və "xxxx" MMC və "xxxx" MMC-dən götürülmüş 2 ədəd SD disk cinayət işi materiallarında saxlanılmalıdır. Məhkəmə məsrəfi olan ekspertiza tədqiqatına sərf edilmiş 215 (iki yüz on beş) manat pul Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə,

H ö k m e t d i:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinsin. Ona CM-nin 32.5, 206.3.2-ci maddəsi ilə 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası, 234.4.1 və 234.4.3-cü maddəsi ilə 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs oğluna qəti olaraq 14 (on dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 25 yanvar 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə mülki iddianın olmadığı nəzərə alınsın. Maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası DİN BMCMİ-də saxlanılan Təqsirləndirilən şəxs yaşadığı mənzildən aşkar edilərək götürülmüş 6479. 232 qram narkotik vasitə heroinin ekspertizadan sonra qalıq qalan 6478, 432 qram çəkidə heroin, 105,122 qram psixoitrik maddə metamfetaminin ekspertiza tədqiqatından sonra qalıq qalan 103,232 qram çəkidə metamfetamin və 2 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Videogörüntüləri özündə əks etdirən 1 ədəd DVD disk və "xxxx" MMC və "xxxx" MMC-dən götürülmüş 2 ədəd SD disk cinayət işi materiallarında saxlanılsın. Məhkəmə məsrəfi olan ekspertiza tədqiqatına sərf edilmiş 215 (iki yüz on beş) manat pul Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Hökmdən elan olunduğu (məhkuma isə hökmün surətinin verildiyi) andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar