Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-383/2024 31.01.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Cavid İbadulla oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin böyük prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı2 və həmin idarənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı1, Təqsirləndirilən şəxs, müdafiəçilər - Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və "Pro Bono" Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, xx xxxxxx 1985-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Mərkəz küçədə nömrəsiz fərdi evdə yaşamış, 24 yanvar 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Binəqədi rayon Məhkəməsinin 26 yanvar 2023cü il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasmda saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bır qrup şəxs tərəfindən qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə edib satmaq məqsədi ilə şəxsiyyəti məlum olmayan İran İslam Respublikası vətəndaşı kimi bilinən "Orxan" adlı şəxslə əlbir olub cinayət əlaqəsinə girərək, 24 yanvar 2023-cü il tarixdə səhər saatlarında əvvəlcədən aralarında olan razılaşmaya əsasən "Orxan” adlı şəxsin nömrəsini xatırlamadığı mobil telefonun "WhatsApp" proqramı vasitəsi ilə danışıqları əsasında, sonuncunun kart hesabına 100 manat pul köçürmək yolu ilə həmin şəxs tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, DSK yolunda zibil qutusunun içərisinə qoyulmuş təmiz çəkisi 503,4 qram olan külli miqdarda narkotik vasitə heroini və təmiz çəkisi 19,677 qram olan külli miqdarda psixotrop maddə metamfetamini qanunsuz olaraq satış məqsədi ilə əldə edərək üzərində saxlamış, 24 yanvar 2023-cü il tarixdə saat 15:30-da Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, mərkəz küçədə tərdi yaşayış evinin yaxınlığında piyada olan zaman Bakı şəhəri, Binəqədi rayon Polis idarəsi 4-cü Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində saxlanılaraq Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, 191 ünvanında yerləşən Bakı şəhəri, Binəqədi RPİ, 4-cü Polis şöbəsinə aparılmış və polis şöbəsinin inzibati binasında şübhəli şəxs qismində tutulduqdan sonra üzərinə şəxsi axtarış keçirilərkən əynində olan göy rəngli gödəkçənin sağ cibindən 1 ədəd qara rəngli selofan bükümün içərisindən 1 ədəd qara rəngli selofana bükülmüş halda təmiz çəkisi 503,4 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin və 1 ədəd ağ rəngli selofana bükülmüş halda təmiz çəkisi 19,677 qram olan ağ rəngli knstallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metamfetamin və qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd üzərində heroin izləri olan «Aosai» markalı elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, saxlanılarkən evdə olmuş, polis əməkdaşları onu küçədə saxlamamışlar. Polis işçiləri evinə girərək onu tutmuşlar. Bu zaman onun evindən marixuana çıxmışdır, həmin marixuananın özünə məxsus olduğunu etiraf edir. İstintaq vaxtı onun telefonu müstəntiqdə olmuşdur. Məhkəmədə dedikləri araşdırılarsa, hər şey öz təsdiqini tapacıqdır. Verilən sualları cavablandıran Təqsirləndirilən şəxs bildirdi ki, o, narkotik vasitə kimi marixuana istifadəçisidir, həmin narkotik vasitəni çoxdan qəbul edir. Özü istifadə etmək üçün lazım olanda narkotik vasitəni İran vətəndaşından almışdır. Həmin iranlı narkotiki müəyyən yerlərə qoymuş, o da, gedib həmin yerdən narkotikləri götürmüşdür. Aldığı narkotikin pulunu əvvəlcədən iranlının göndərdiyi kart hesabına vurmuşdur. Sonuncu dəfə 20 qram narkotik vasitə almışdır. İranlı ilə votsap nömrəsindən istifadə etməklə danışmışdır. Polis bölməsində təzyiqlər altında olmuşdur. O, bir xanımla qeyri-rəsmi qaydada yaşamışdır. Polis əməkdaşları onu yanvar ayının 24-də səhər saatlarında tutmuşlar. Bölməyə aparılandan sonra polislər tərəfindən üstü yoxlanılmış, 1-2 saat sonra isə videoçəkilişlə baxış keçirilmişdir. Marixuana evində yanvar ayının 24-də aşkar olunmuşdur. O, polis işçiləri tərəfindən döyülməmiş, saxlanılarkən və bölmədə olarkən onda xəsarət izləri olmamışdır. Tutulduqdan sonra onu prokurorun və hakimin yanına aparmışlar, onlara heç bir şikayət etməmişdir. Polis bölməsində ona təzyiqlər göstərərək, dedikləri kimi izahat verməyi tələb etmişlər və əks təqdirdə, qeyri-rəsmi yaşadığı xanıma da onunla əlbirlik ittihamı verəcəklərini bildirmişlər. Polislər tərəfindən saxlanıldığını qonşuları və komendant da görmüş, lakin onların adlarını bilmir. Polis bölməsində ona vəkil təqdim etməmişlər. İfadələri arasında ziddiyyətlər olduğuna görə məhkəmə iclasında təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olundu. Təqsirləndirilən şəxs həmin ifadəsində Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, təxminən 6 aydır narkotik vasitələrdən, əsasən də narkotik vasitə kokos ılə metamfetamindən istifadə edir. 24 yanvar 2023-cü il tarixdə səhər saatlarında narkotik vasitə, psixotrop maddələrdən istifadə etmək üçün həmin maddələri satan, lakin üzünü görmədiyi və tanımadığı İran İslam Respublikası vətəndaşı, özünü «Orxan» kimi təqdim edən şəxslə xatırlamadığı votsap nömrəsi ilə əlaqə saxlamışdır. Həmin şəxs ona narkotik vasitə və psixotrop maddə satacağını bildirib, ona satdığı narkotik vasitəni və psixotrop maddəni Bakı şəhəri, Binəqədı rayonu, DSK yolunda zibil qutusunun içərisinə qoyacağını bildirdiyi üçün həmin şəxsin nömrəsini xatıılamadığı kart hesabına 100 manat pul göndərmişdir. Həmin gün saat 13 radələrində Binəqədi rayonu, DSK yolunda zibil qutusunun içindən bır ədəd qara rəngli selofanda olan bükümü götürmüş, həmin selofanı əynindəki gödəkçəsinin sağ cibinə qoyub həmin yerdən uzaqlaşmışdır. Yaşadığı evin yaxınlığına çatanda selofanı çıxarıb içinə baxmış, iki ədəd qara və ağ rəngli selofan bükümlər olduğunu görmüş, yenidən həmin bükümləri qaytarıb cibinə qoymuşdur. 24 yanvar 2023cü il tarixdə saat 15:10 radalərində evə doğru piyada gedən zaman polis əməkdaşları ona yaxınlaşaraq Binəqədi rayon Polis idarəsi 4-cü Polis şöbəsinin əməkdaşları olduqlarını bildirib, onun narkotik vasitələrin istifadəsində şübhəli olduğu üçün 4-cü Polis şöbəsinə dəvət etmişlər. O, etiraz etməmiş, birlikdə 4-cü Polis şöbəsinə getmişlər. Orada təhqıqatçı tərəfindən hüquq və vəzifələri ona izah edilərək, öz razılığı ilə dövlət hesabına təyin edilmiş müdafiəçinin iştirakı ilə videoçəkiliş vasitəsi aparılmaqla üzərinə şəxsi axtarış keçirilmişdir. Bu zaman ona üzərində qeyriqanuni əşyanın olub-olmadığı soruşulmuş, o, əynində olan göy rəngli gödəkçənin sağ cibindən bir ədəd qara rəngli selofan bükümünü, əynindəki qara rəngli şalvarın sağ yan cibindən bir ədəd elektron tərəzini, arxa cibindən «Samsunq» markalı mobil telefonu çıxarıb masanın üzərinə qoymuşdur. Sonra onun iştirakı ilə həmin qara rəngli selofan büküm açılmış, içərisindən bir ədəd qara rəngli və bir ədəd ağ rəngli selofan bükümlər aşkar olunmuşdur. Ondan soruşulduqda, həmin biükümlərdən bir ədədinin içərisindəki kütlənin «kokos», yəni narkotik vasitə heroin, bir ədədinin içərisindəki kütlələrin isə «patı», yəni psixotrop maddə metamfetamin olduğunu, həmin narkotik vasitəni, psixotrop maddələri öz şəxsi istifadəsi üçün 24 yanvar 2023-cü il tarixdə saat 13 radələrində Bakı şəhəri, Binəqədi rayonu, DSK yolunda zibil qutusunun içərisindən əvvəldən razılaşdığı İran İslam Respublikası vətəndaşı, özünü «Orxan» kimi təqdim edən şəxsin qoyması nəticəsində onun kart hesabına «Million» ödəmə terminalı vasitəsi ilə 100 (yüz) manat ödədikdən sonra götürdüyünü, həmin vaxtdan da öz istifadə etməsi üçün üzərində saxladığını bildirmişdir. Sonra üzərindən aşkar edilmiş bükümlər həmin qara rəngli selofana bükülərək ağ rəngli zərfə qoyularaq möhürlənmiş, zərfin üzərini digər iştirakçılarla birlikdə imzalamış, daha sonra protokol tərtib edilmiş, həmin protokolun doğru tərtib edilməsim də iştirakçılarla birlikdə imzalamışdır. Aldığı narkotik vasitə heroini, psixotrop maddə metamfetamini çəkmək məqsədi ilə elektron tərəzidən istifadə etdiyindən üzərində gəzdirmişdir. Tanımadığı şəxs onun narkotik vasitələrdən istifadə etməsinin asan olması üçün ona verilən pula görə həmin narkotik vasitələri və psixotrop maddələri bükümlərə bölüşdürmüşdür. Polis əməkdaşları tərəfindən saxlanılarkən, polis şöbəsinə aparılarkən, polis şöbəsində olduğu zaman polis əməkdaşları tərəfindən ona qarşı heç bir təzyiq və ya təsir edilməmişdir (cild 1, iş vərəqi 139-141). Elan olunmuş ifadə ilə bağlı sualları cavablandıran Təqsirləndirilən şəxs dindirmə protokolundakı imzaların ona məxsus olduğunu, istintaq zamanı ona təzyiq olunmadığını, tutularkən onda tərəzi olmadığını bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Binəqədi RPİ, 4-cü Polis şöbəsinin cinayət axtarışı üzrə əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, 24 yanvar 2023cü il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri gəzdirməsi, istifadə etməsi və saxlaması barədə etibarlı mənbədən məlumat daxıl olmuşdur. Həmin məlumatı yoxlamaq məqsədilə əməliyyat tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuş, ondan və şöbənin polis sahə rəisi Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. 24 yanvar 2023-cü il tarixdə saat 15:30 radələrində Binəqədı qəsəbəsi, mərkəz küçədə fərdi yaşayış evinin yaxınlığında piyada olan zaman xarici görünüşcə Əflatuna oxşar şəxs saxlanılmışdır. Həmin şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Əflatuna üzərində narkotik vasitələrin və psixotrop maddələrin gəzdirməsində şübhəli olması bildirilib, onlarla birlikdə 4-cü Polis şöbəsinə getməyi təklif edilmiş, şübhəli şəxs heç bir etiraz etməyərək polis şöbəsinə getmişlər. Şöbədə xidməti otaqların birində tədqiqatçı tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş, üzərində şəxsi axtarış aparılması barədə qərarla tanış edilmişdir. Sonra videoçəkiliş vasitəsilə şəxsin üzərində şəxsi axtarış keçirilmiş, Təqsirləndirilən şəxs əynindəki gödəkçənin cibindən 1 ədəd qara rəngli selofan bükülünü, şalvarın ciblərindən elektron tərəzini və mobil telefonu çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi selofan bükümə baxış zamanı içərisində bir ədəd qara rəngli və bir ədəd ağ rəngli selofanda olan bükümlər müəyyən edilmiş, həmin bükümlərə baxış keçirildikdə qara rəngli bükümdə heroinə bənzər kütlə, ağ rəglı bükümdə isə psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi kütlələrin «patı» və «kokos», yəni psixotrop maddə metamfetamin və narkotik vasitə heroin olduğunu, onları öz şəxsi istifadəsi üçün 24 yanvar 2023-cü il tarixdə saat 13 radələrində tanımadığı, özünü «Orxan» kimi təqdim edən İran vətəndaşından kart hesabına 100 manat ödəməklə aldığını, həmin şəxs tərəfindən narkotiklərine Binəqədi rayonu, DSK yolunda zibil qutusunun içərisinə qoyulduğunu və oradan götürdüyünü bildirmişdir. Daha sonra həmin narkotik və psixotrop maddələr ekspertizaya göndərilməsi üçün kağız zərfə qoyularaq qablaşdırılmış, zərfin üstü və sonradan yazılmış protokol iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Binəqədi RPİ, 4-cü Polis şöbəsinin sahə rəisi Şahid2 şübhəli şəxs Təqsirləndirilən şəxs müəyyən edilərək saxlanılması, 4-ci Polis şöbəsinə gətirilərək üzərində şəxsi axtarış keçirilməsi zamanı külli miqdarda psixotrop maddə və narkotik vasitələrin aşkar edilərək götürülməsi prosesində əməliyyat qrupunun üzvü kimi iştirak etdiyini bildirərək, həmkarı Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadə verdi. Məhkəmə kollegiyası iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarına əlavə edilmiş şəxsi axtarış və götürmə aparılması haqqında 24 yanvar 2023-cü il tarixli protokola əsasən, həmin tarixdə saat 15:30-da Təqsirləndirilən şəxs Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi mərkəz küçədə fərdi yaşayış evinin yaxınlığında piyada olan zaman saxlanılaraq Binəqədi RPİ-nin 4-cü Polis şöbəsinə aparıldıqdan sonra şöbədə Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan göy rəngli gödəkçənin sağ yan cibindən 1 ədəd qara rəngli selofana bükülmüş bükümü və qara rəngli şalvarın sağ yan cibindən bir ədəd elektron tərəzini və arxa sağ cibindən isə "Samsunq" markalı mobil telefonu təqdim etmişdir. Həmin qara rəngli selofana baxış keçirilərkən içərisində 1 ədəd qara rəngli və 1 ədəd ağ rəngli selofanda olan bükümlər müəyyən edilmişdir. Qara rəngli bükümün içərisinə baxış keçirilərkən narkotik vasitə heroinə bənzər kütlə, ağ rəngli selofana baxış zamanı isə ağ rəngli psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlələrin «kokos» və «ratı» kimi tanıdığı maddələr olduğu və həmin kütlələri tanımadığı, lakin özünü İran vətəndaşı kiını təqdim edən şəxslə əlaqə saxlayaraq, xx.xx.2023-cü il tarixdə narkotik vasitə və psixotrop maddə almaq məqsədi ilə onun nömrəsini xatırlamadığı kart hesabına 100 manat pul göndərdiyini, həmin gün saat 13 radələrində Binəqədi rayonu, DSK yolu deyilən yerə gedib zibilliyin içərisindən götürdüyünü bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş bükümlər zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş, zərfin üstü və həmin tədbirlə bağlı tərtib olunmuş protokol Təqsirləndirilən şəxs və digər iştirakçılar tərəfindən imzalanmışdır (cild 1, iş vərəqi 29-31). Məhkəmə-kimyəvi ekspertizanın 25 yanvar 2023- cü il tarixli 6/457 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «..Təqsirləndirilən şəxs məxsus..» sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 503,4 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, bir ədəd bükümdə, təmiz çəkisi 19,677 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psıxotrop maddə metamfetamindir. Bir ədəd elektron tərəzinin səthində narkotik vasitə heroinə məxsus izlər vardır. İz mikrohissəcikləri cüzi miqdarda olduğu üçün onların çəkisini müəyyən etmək mümkün olmamışdır. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitəİər»in siyahısına (Siyahı İ) daxildir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr''in siyahısına (Siyahı 1) daxildir (cild 1, iş vərəqi 34-40). Məhkəmə-narkoloji ekspertizasının 13 may 2023-cü il tarixli 2897 №-li №-li rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqi 108-109). İbtidai istintaq orqanının 27 yanvar 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 1 ədəd bükümdə təmiz çəkisi 503,4 qram olan narkotik vasitə heroin və 1 ədəd bükümdə təmiz çəkisi 19,677 qram olan psixotrop maddə metamfetamin, üzərində narkoık vasitə heroinə məxsus izlər olan elektron tərəzi iş üzrə maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatından sonra qalıq qalan 503,3 qram çəkidə narkotik vasitə heroin, 19,577 qram çəkidə psixotrop maddə metamfetamin və 1 ədəd elektron tərəzi məhkəmənin müvafiq qərarına qədər saxlanılması üçün Binəqədi RPİ-nin saxlanc yerinə təhvil verilmişdir (cild 1, iş vərəqi 76-78). Həmçinin, istintaq orqanının 15 may 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı «Panasonic» markalı vıdeokamerdan istifadə edilməklə aparılmış videogörüntülərin qeydə alındığı 1 ədəd DVD disk maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir (cild 1, iş vərəqi 110-117). İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs istifadəsində olmuş «Samsung» markalı mobil telefona baxış keçirilmiş, bu zaman telefonda istifadə olunan 050 ***-**-** nömrə ilə «**********11 Allah», «+**********00 Baba» və «+**********40 SSSS» kimi qeyd edilmiş mobil nömrələr arasında votsap proqram vasitəsi ilə şəxsiyyəti məlum olmayan X2 vətəndaşı kimi bilinən "Orxan" adlı şəxslə aralarında müxtəlif günlərdə və saatlarda öz istifadəsi və satış məqsədi ilə narkotik vasitələrin və psixotrop maddələrin əldə edilməsi ilə bağlı səsli mesajların, ağ rəngli elektron tərəzidə narkotik vasitənin və psixotrop maddənin çəkilməsinin şəkillərinin və yerləşdıklərı yerin koordinatların sxeminin olması müəyyən edilmiş, həmçinin Təqsirləndirilən şəxs məxsus mobil nömrəyə dair "xxxx" MMC-dən daxil olmuş məlumatlarda müxtəlif şəxslərə məxsus mobil telefonlarla narkotik vasitələrin alqı-satqısına dair yazışmaların aparıldığı müəyyən olunmuşdur. İstintaq orqanının qərarı ilə «Samsung» markalı mobil telefon maddi sübut kimi tanınaraq məhkəmənin müvafiq qərarına qədər saxlanılması üçün Binəqədi RPİ-nin saxlanc anbarına təhvil verilmişdir (cild 1, iş vərəqi 92, 101-102). Cinayət işində olan arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanında qeydiyyatda olmaqla Binəqədi qəsəbəsi, Mərkəz küçədə nömrəsiz fərdi evdə yaşamış, ərazi üzrə müsbət xarakterizə olunur (cild 1, iş vərəqi 106-107). Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya idarəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Baş idarənin əməliyyat-sorğu kartotekasında Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur (cild 1, iş vərəqi 92). Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək, saxlanılarkən evdə olduğunu və polis əməkdaşlarının onu küçədə deyil, evdə saxladıqlarını, bu zaman onun evindən marixuana çıxdığını, polis bölməsində təzyiqlər altında olduğunu, onu qeyri-rəsmi qaydada yaşadığı qadınla təhdid etdiklərini və polis bölməsində ona vəkil təqdim etmədiklərini bildirərək, öz müdafiəsi üçün dəlillər gətirdi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli Qərarının 33-cü bəndində məhkəmələrə tövsiyyə edilir ki, hökmün təsviriəsaslandırıcı hissəsində təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin gətirdiyi həmin dəlillərlə bağlı qeyd etməyi lazım bilir ki, iş materiallarına görə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulub müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış keçirilərkən özü heç bir kənar təsir olmadan ittihamda qeyd olunmuş narkotik vasitələri və psixotrop maddələri polis əməkdaşlarına təqdim etmiş, həmin maddi sübutlar prosessual qaydada qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs ilkin izahatında, həmçinin şübhəli şəxs və təqsirləndirilən şəxs qismində istintaqa verdiyi bütün ifadələrində üzərindən aşkar edilmiş narkotik vasitələrin və psixotrop maddələrin ona məxsus olduğunu, həmin maddələri «Orxan» adı ilə tanıdığı İran vətəndaşından şəxsi istifadəsi üçün əldə edib üzərində mənzildə saxladığını, polis əməkdaşları tərəfindən saxlanılan zaman və üzərinə şəxsi axtarış keçirilərkən ona qarşı hər hansı zor və təzyiq göstərilmədiyini bildirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxsin polis bölməsində ona vəkil təqdim edilməməsi, evindən narkotik vasitə marixuana aşkar edilməsi ilə bağlı gətirdiyi dəlillərlə bağlı qeyd edilməlidir ki, Binəqədi RPİ-nin 4-cü Polis şöbəsində üzərinə şəxsi axtarış keçirilərkən müdafiəçi Rübail Xəlilov iştirak etmiş, bu hal həm şəxsi axtarış protokolu, həm də videogörüntülərin qeydə alındığı diskə baxışla öz təsdiqini tapmışdır. Həmçinin, cirayət işinin materiallarına görə hazırkı iş üzrə şübhəli şəxs qismində saxlanılarkən Təqsirləndirilən şəxs marixuana narkotik vasitəsi aşkar edilib götürülməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş və istifadəsində olan «Samsunq» markalı mobil telefonun “Whatsapp” proqramında olan yazışmalara baxış zamanı telefonda istifadə olunan 050 ***-**-** nömrə ilə «**********11 Allah», «+**********00 Baba» və «+**********40 SSSS» kimi qeyd edilmiş mobil nömrələr arasında votsap proqram vasitəsi ilə şəxsiyyəti məlum olmayan X2 vətəndaşı kimi bilinən "Orxan" adlı şəxslə aralarında müxtəlif günlərdə və saatlarda öz istifadəsi və satış məqsədi ilə narkotik vasitələrin və psixotrop maddələrin əldə edilməsi ilə bağlı səsli mesajların, ağ rəngli elektron tərəzidə narkotik vasitənin və psixotrop maddənin çəkilməsinin şəkillərinin və yerləşdıklərı yerin koordinatların sxeminin olması müəyyən edilmiş, həmçinin Təqsirləndirilən şəxs məxsus mobil nömrəyə dair "xxxx" MMC-dən daxil olmuş məlumatlarda müxtəlif şəxslərə məxsus mobil telefonlarla narkotik vasitələrin alqı-satqısına dair yazışmaların aparıldığı müəyyən olunmuşdur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin xx.xx.2006-cı il tarixli “Andandonski Rusiyaya qarşı” işi üzrə qərarında qeyd edilmişdir ki, təqsirləndirilən şəxs tərəfindən ibtidai istintaq və məhkəmə baxışında müdafiə hüququ pozulmamaqla verilmiş ifadələr məhkəmə tərəfindən yekun qərar qəbul edilərkən sübut kimi nəzərə alınmaqla, bu, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin və 3-cü bəndinin “d” yarımbəndinin pozuntusu hesab edilə bilməz. Ona görə də, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin məhkəmə iclasında ibtidai istintaq zamanı verdiyi ifadələrlə ziddiyyətli ifadə verməsini, özünün təzyiqlər altında və qeyri-rəsmi yaşadığı qadınla təhdid edilməsi nəticəsində cinayət əməlini etiraf etməsi barədə bildirdiklərini onun məsuliyyətini yüngülləşdirmək üçün seçdiyi müdafiə taktikası kimi qiymətləndirir, iş üzrə digər sübutlarla təsdiq olunduğuna görə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələrini iş üzrə obyektiv həqiqəti əks etdirən sübutlar kimi qəbul edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarında məhkəmələrə edilən tövsiyyələrə əsasən, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin narkotik vasitələri və psixotrop maddələri məhz satış məqsədi ilə əldə edib saxlaması və daşıması nəticəsinə gələrkən, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ondan aşkar olunmuş narkotik və psixotrop maddələrin özünə məxsus olduğunu, həmin maddələri satmaq məqsədilə İran vətəndaşı kimi tanıdığı “Orxan” adlı şəxsdən aldığını səmimi etiraf etməsini, həmçinin aşkar olunmuş maddələrin həm narkotik vasitə heroin, həm də psixotrop maddə metamfetamin olmaqla 2 ayrı-ayrı növlərdə olmasını, onların hər birinin ayrı-ayrı bağlamalara bükülməsini və xırda bükümlərə çəkilib bölünməsi üçün elektron tərəzinin mövcudluğunu, həmçinin aşkar edilmiş narkotik və psixotrop maddələrin kütləsinin külli miqdar həcmindən dəfələrlə artıq olmasını nəzərə alır. Şərh olunanlara və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayətdir, təsnifatına görə ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilmədi. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır, Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzası ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq cəzanın başlanğıcı 24 yanvar 2023-cü il tarixli tarixdən hesablanmalıdır. Belə ki, iş materiallarına əsasən Təqsirləndirilən şəxs həmin tarixdə Bakı şəhəri, Binəqədi RPİ, 4-cü Polis şöbəsinin əməkdaşları tərəfindən tutulmuş və hal-hazıra qədər həbsdə saxlanılır. Həmçinin Təqsirləndirilən şəxs 24 yanvar 2023-cü il tarixdən başlayaraq həbsdə saxlanıldığı bütün müddət ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Eyni zamanda məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə kollegiyası məhkəmə-narkoloji ekspertizasının 13 may 2023-cü il tarixli 2897 №-li №-li rəyini əsas tutaraq hesab edir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunduğundan, onun narkomanıyadan məcburi müalicəyə ehtiyacı olduğundan və məcburi müalicəyə əks göstərişi olmadığından, ona narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.4 və 132.1.6-cı maddələrinin tələblərinə əsasən, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, həmçinin maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Qeyd olunan müddəalara əsasən məhkəmə kollegiyası hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübutlar - Bakı şəhəri, Binəqədi RPİ-nin saxlanc yerinə təhvil verilməklə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalan 503,3 qram çəkidə narkotik vasitə heroin, 19,577 qram çəkidə psixotrop maddə metamfetamin, həmçinin 1 ədəd səthində narkoik vasitə heroinə məxsus izlər olan "Aosai" markalı elektron tərəzi məhv edilməli, 1 ədəd «Samsunq» markalı mobil telefon aparatı Təqsirləndirilən şəxs ailə üzvlərinə qaytarılmalı, həmçinin şəxsi axtarış və götürmə zamanı qeydə alınmış videogörüntülərin qeydə alındığı 1 ədəd DVD disk iş materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 222 №-li qərarına əsasən hər iş saatı üçün 6 manat hesabı ilə müdafiə xərcləri hesablanmalıdır. İş materiallarına əlavə edilmiş orderdən və hesabatdan görünür ki, cinayət işi məhkəməyə daxil olduqdan sonra 20 sentyabr 2023-cü il tarixədək olan dövrdə məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs hüquqlarını dövlət büdcəsinin vəsaiti hesabına vəkil Müdafiəçi1 müdafiə etmiş, vəkil bununla bağlı 25 saat vaxt sərf etmişdir. Odur ki, vəkil Müdafiəçi1 ödənilməli olan 150 (yüz əlli) manat məbləğində pul vəsaiti Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə keçirilmiş ekspertiza tədqiqatı 81 (səksən bir) manat dəyərində qiymətləndirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Bu səbəbdən, məhkəmə məsrəfləri hesab edilən 81 (səksən bir) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülməlidir. İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 24 yanvar 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll olunsun: - Bakı şəhəri, Binəqədi RPİ-nin saxlanc yerinə təhvil verilməklə Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalan 503,3 qram çəkidə narkotik vasitə heroin, 19,577 qram çəkidə psixotrop maddə metamfetamin və 1 ədəd "Aosai" markalı elektron tərəzi məhv edilsin; - Təqsirləndirilən şəxs götürülmüş 1 ədəd «Samsunq» markalı mobil telefon aparatı onun ailə üzvlərinə qaytarılsın; - Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı çəkilmiş videogörüntülərin qeydə alındığı 1 ədəd DVD disk və "xxxx" MMC-dən daxil olmuş 1 ədəd CD disk iş materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri hesab edilən: - 81 (səksən bir) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülsün; - məhkəmə baxışı zamanı dövlət büdcəsinin vəsaiti hesabına təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmiş vəkil Müdafiəçi1 ödənilməli olan 150 (yüz əlli) manat məbləğində pul vəsaiti Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Eldar İsmayılov Hakimlər Cavid Hüseynov Səbuhi Hüseynov
Məhkəmə qərarları › İş №1(101)-383/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-383/2024
31.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver