Məhkəmə qərarları › İş №1(101)-383/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-383/2025

30.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-383/2025 30.04.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Ağakərim oğlu Kərimovun sədrliyi ilə, hakimlər Rasim Əkrəm oğlu Sadıxovdan və X5-Məmmədovadan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X1, X3, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Bakı şəhəri 20 saylı Vəkil bürosunun vəkili Müdafiəçi1, “Yusif Allahverdiyev və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi3, Müdafiəçi2, Zərərçəkmiş şəxs iştirakları ilə məhkəmə, Təqsirləndirilən şəxs1, xx.xx.1996-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Füzuli rayonu, Seyidmahmudlu kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Bakı İstintaq Təcridxanasmda saxlanılan Azərbaycan Respublikası CM-in 182.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə , Təqsirləndirilən şəxs2, xx.xx.1980-cı ildə Ermənistan Respublikasında anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 3 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Bakı İstintaq Təcridxanasında saxlanılan Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İttiham aktına əsasən, Təqsirləndirilən şəxs1 13 fevral 2024-cü il tarixdə saat 02 radələrində ünvan 6 ünvanında yerləşən “45” adlı restorana gəlib 150 manat dəyərində sifariş etdiyi şam yeməyi ilə bir neçə dəqiqə ərzində qidalandıqdan sonra orada həmin restoranın inzibatçısı işləyən Zərərçəkmiş şəxs özünü cinayətkar aləmin nüfuzlu şəxsi kimi təqdim edərək ona özü üçün sifariş etdiyi yemək dəstinə görə hesablanmış 150 manat məbləğində pulu özünün kriminal statusu üzrə ödəmək öhdəliyindən azad olduğuna dair əsassız fikirlər bildirib nəzərə almadığı və yerinə yetirməyəcəyi halda Zərərçəkmiş şəxs fiziki xəsarət yetirməklə şəxsiyyəti üzərində zor göstərmə, əmlakını güllələyərək tələf etmə barədə hədə-qorxular gələrək hesabın ödənilməsi təklifindən vaz keçməsini tələb etməklə özünün xeyrinə 150 manat dəyərində əmlak xarakteri daşıyan hərəkətlər etməsini Zərərçəkmiş şəxs hədə-qorxu ilə tələb etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə etmək, saxlamaq və daşımaq barədə tanışı Təqsirləndirilən şəxs2 ilə razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə aralarında əldə olunmuş cinayətkar razılaşmaya əsasən istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda 10,568 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib külli miqdarda 5,116 qram çəkidə olan hissəsini Təqsirləndirilən şəxs2, külli miqdarda 5,452 qram çəkidə olan hissəsini isə Təqsirləndirilən şəxs1 öz üzərilərində saxlamaqla ünvan 7 ünvanın yaxınlığına daşımışlar, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 01 aprel 2024-cü il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin gün saat 20.15-də qeyd olunan ünvanda saxlanılaraq ünvan 8n Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət olunub həmin gün saat 22.07-dən üzərilərinə şəxsi axtarış və götürmə keçirilərkən Təqsirləndirilən şəxs1 əynindəki göy rəngli cins şalvarının sol yan cibindən bir ədəd bükümdə külli miqdarda 5,452 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, Təqsirləndirilən şəxs2 isə əynindəki göy rəngli cins şalvarının sol yan cibindən bir ədəd bükümdə külli miqdarda 5,116 qram çəkidə Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş psixotrop maddə metamfetaminlə xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. İttiham aktına əsasən, Təqsirləndirilən şəxs2 satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə etmək, saxlamaq və daşımaq barədə tanışı Təqsirləndirilən şəxs1 ilə razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə aralarında əldə olunmuş cinayətkar razılaşmaya əsasən istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda 10,568 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib külli miqdarda 5,116 qram çəkidə olan hissəsini Təqsirləndirilən şəxs2, külli miqdarda 5,452 qram çəkidə olan hissəsini isə Təqsirləndirilən şəxs1 öz üzərilərində saxlamaqla ünvan 7 ünvanın yaxınlığına daşımışlar, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 01 aprel 2024-cü il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin gün saat 20.15-də qeyd olunan ünvanda saxlanılaraq ünvan 8n Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət olunub həmin gün saat 22.07-dən üzərilərinə şəxsi axtarış və götürmə keçirilərkən Təqsirləndirilən şəxs1 əynindəki göy rəngli cins şalvarının sol yan cibindən bir ədəd bükümdə külli miqdarda 5,452 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, Təqsirləndirilən şəxs2 isə əynindəki göy rəngli cins şalvarının sol yan cibindən bir ədəd bükümdə külli miqdarda 5,116 qram çəkidə Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş psixotrop maddə metamfetaminlə xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadələrində göstərdi ki, o, 01 aprel 2024-cü il tarixində dostlarıyla birlikdə “50 Qəpik” çay evinə getmişdi. Çay evinin qabağında dayanarkən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin 6-7 nəfər əməkdaşı üzərinə silah çəkərək onu saxladılar və idarəyə apardılar. Ona ” sən bizdən bəraət almısan “ dedilər və cibinə narkotik vasitə qoydular. Çəkilişdə də o, həmin narkotik vasiitəni öz istifadəsi üçün tanımadığı şəxsdən aldığını bildirmişdir. Onu döydüklərinə görə, narkotik vasitənin onun olmadığını deməmişdir. Onu saxlayarkən silah çıxarmışdılar. Saxlanıldığı yerin kamerasının yaddaş qurğusunu götürüb, siliblər. O, narkotik vasitə istifadə etmir. İdarədə çayın içində ona narkotik vasitə veriblər. Təcridxanaya qəbul olarkən tibbi muayinədən keçmişdir. Onu ğeş nəfər saxlamışdır. Həmin şəxslər Şahin, Asiman, İlqar və adını bilmədiyi digər şəxslərdir. Onu axşam tərəfi saxlayıblar. Onun üzərini maşının içərisində yoxlamışdılar. Maşını İlqar sürürdü. Zaminlə eyni maşında olmuşdular. Özləri ona dövlət hesabına vəkil vermişdilər. Zərərçəkmiş şəxsı tanıyır. Cinayət mcəlləsinin 182.1-ci maddə ilə təqsirləndirilməsinə dair epizodla bağlı bildirir ki, axşam vaxtı restorana getmişdilər, üç nəfər idilər. Onun yanında adam var idi, ondan hesabı əvvəlcədən istəmişdilər. Bu səbəbdən bunların arasında mübahisə yarandı, bir-birinə yumruq-təpik vurublar, heç bir hədə-qorxu olmayıb. O, restoranın pulunu verməmişdir. Hesabın ödənilib -ödəməməsini bilmir. O, mübahisə etməmişdir. O, restorandakı şəxsləri hədələməmişdir. Dava-dalaşda iştirak etməmişdir. Onunla gedən uşaqlar dalaşıb. Restoranda hesabı onlardan əvvəlcədən istədiyinə görə dalaşdılar. Özünü CM-nin 182.1-ci maddəsi ilə təqsirli bilmir. O, 150 manat ödəməmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etmir. Məhkəmədə elan edilib araşdırılmış ifadələrində Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində dindirilərkən özünü təqsirli bilərək ilkin araşdırma zamanı verdiyi izahatında və şübhəli şəxs qismində ifadəsində göstərdikdərini təsdiq edərək bildirmişdir ki, arabir patı kimi tanıdığı narkotik vasitəni qəbul etmiş, daha dəqiq desə, patı dediyi narkotik vasitə deyil, psixotrop maddə metamfetamindir. Patmı tanımadığı, təsadüfən görüşdüyü şəxslərdən almışdır. Sonuncu dəfə 31 mart 2024-cü il tarixdə yaşadığı evin yaxınlığında olan zaman Bayıl qəsəbəsi ərazisində təsadüfən rastlaşdığı tanımadığı və anket məlumatlarını bilmədiyi şəxsdən 70 manata 5 qram patı almış ki, rahat vaxtı qəbul edər. Lakin qəbul etməyə vaxt tapa bilməmiş və üstündə saxlamışdır. Növbəti gün 01 aprel 2024-cü il tarixdə təxminən bir ay bundan əvvəl tanış olduğu tanışı Təqsirləndirilən şəxs2la birlikdə dəqiq ünvanı bilmədiyi Nərimanov rayonu ərazisində olan zaman onlara bir neçə polis əməkdaşı yaxınlaşıb özlərini təqdim edib DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirib onlardan anket məlumatlarını soruşmuşlar. Onlar özlərini təqdim etdikdən sonra polis əməkdaşları onun və Təqsirləndirilən şəxs2 narkotik vasitə və psixotrop maddələrin, eləcə də soyuq silahların qanunsuz dövriyyəsi ilə məşğul olduqlarını bildirib, barələrində qəbul edilmiş qərarla tanış etmişlər. O, yalan danışmağın əhəmiyyət kəsb etmədiyini başa düşüb səmimi olaraq etiraf edib bildirmişdir ki, hazırda üzərində psixotrop maddə vardır. Zamin də, demiş ki, onda da patı vardır. Bundan sonra polis əməkdaşları onları birlikdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etmişlər. Onlar buna etiraz etməyib polis əməkdaşları ilə birlikdə həmin idarəyə gəlmişlər. Polis idarəsində hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuşlar. Onlara hüquq və vəzifələri izah olunmuş, sonra üzərilərinə video çəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilmişdir. Ona üzərində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə əhəmiyyətli digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmiş, bu təklifdən sonra “patı” adı ilə tanıdığı psixotrop maddə olduğunu bildirib əynində olan göy rəngli cins şalvarının sol yan cibindən 01 ədəd “Samsung” markalı mobil telefonu və 01 ədəd sellofan bükümü, şalvarının sağ yan cibindən 8 manat pulu çıxarıb masanın üstünə qoymaqla təqdim etmişdir. Təqdim etdiyi 01 ədəd sellofan bükümün içində psixotrop maddə olduğunu qeyd etmişdir. Təqdim etdiyi 01 ədəd sellofan büküm iştirakçıların şahidliyi ilə açıldıqda həmin bükümün içərisində psixotrop maddə metamfetamin olması müşahidə edilmişdir. Şəxsi axtarış davam etdirilərkən üzərindən digər əşya və predmetlər aşkar edilməmişdir. Bundan sonra üzərindən aşkar olunmuş 01 ədəd şəffaf sellofan bükümdə olan psixotrop maddə metamfetamin polis əməkdaşları tərəfindən 01 ədəd kağız zərfdə qablaşdırılıb möhürlənmişdir. Şəxsi axtarış zamanı üzərindən aşkar edilmiş 01 ədəd “Samsung” markalı mobil telefon polis əməkdaşları tərəfindən götürülmüş, 8 manat pul isə özünə qaytarılmışdır. Daha sonra Zaminə şəxsi axtarış və götürmənin videoçəkiliş vasitəsi ilə aparılacağı barədə məlumat verilmiş, Zamin buna etiraz etmədiyini bildirdikdən sonra onu şəxsi axtarış və götürmə aparılması haqqında qərarla tanış edərək, ona üzərində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmiş, bu təklifdən sonra Zamin üzərində psixotrop maddə olduğunu bildirmişdir. Daha sonra polis əməkdaşları həmin predmeti onun belindən çıxarıb masanın üstünə qoymuşdur. Bundan sonra Zamin əynində olan göy rəngli cins şalvarının sol yan cibindən 01 ədəd sellofan bükümü, şalvarının sağ yan cibindən isə 01 ədəd “İphone” markalı mobil telefonu çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Şəxsi axtarış davam etdirilərkən Zaminin üzərindən digər əşya və predmetlər aşkar edilməmişdir. Aşkar edilmiş 01 ədəd sellofan büküm iştirakçıların şahidliyi ilə açıldıqda həmin bükümün içərisində psixotrop maddə metamfetamin olması müşahidə edilmişdir. Şəxsi axtarış davam etdirilərkən Zaminin üzərindən digər əşya və predmetlər aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunmuş 01 ədəd şəffaf sellofan bükümdə olan psixotrop maddə metamfetamin qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış zamanı aşkar edilmiş 01 ədəd “İphone” markalı mobil telefon polis əməkdaşları tərəfindən götürülmüşdür. Şifahi sorğu zamanı o, üzərindən aşkar edilmiş 01 ədəd sellofan bükümdə olan psixotrop maddə metamfetamini 31 mart 2024-cü il tarixdə tanımadığı şəxsdən 70 manata şəxsi istifadəsi üçün aldığını, həmin maddədən heç kimə vermədiyini, heç kimə satmadığını, maddənin üstündə olmasından heç kimin, eləcə də tanışı Zaminin məlumatının olmadığını bildirmişdir. Zamin üstündə olan maddəni 31 mart 2024-cü il tarixdə tanımadığı şəxsdən 70 manata şəxsi istifadəsi üçün aldığını, həmin maddədən heç kimə vermədiyini, heç kimə satmadığını, eləcə də onun belə məlumatımın olmadığını bildirmişdir. Bundan sonra şəxsi axtarış keçirilməsi barədə protokol tərtib olunmuş, hamıya ucadan oxunmuş, protokol düzgün tərtib edildiyi üçün o və digər iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. O, törətdiyi cinayət əməlindən çox peşmandır. ünvan 10 ünvanında yerləşən “45” adlı çay evinin Səbail filialında tez-tez olduğunu, hər dəfə hesabı ödədiyini, hesabı verməmək və buna görə kafenin hər hansı işçisi ilə mübahisə etmək hallarının heç vaxt əsasən də, 13 fevral 2024-cü il tarixdə olmadığını, həmin kafenin İlham və Xəyal adlı şəxslərini tanımadığını, eləcə də onlara hədə-qorxu gəlmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadələrində göstərdi ki, dostu Vaqif axşam iftardan sonra zəng vuraraq, onu “50 Qəpik” çay evinə dəvət etdi. Çay evinin qabağında dayanarkən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları onları saxladılar və idarəyə apardılar. Əvvəlcə Sübhanı maşına apardılar, sonra onu apardılar. İkisi də eyni maşında oturmuşdur. Maşında dörd nəfər var idi. İki nəfər polis və iki nəfər də onlar olublar. Onun üzərini “50 Qəpik” çay evində və idarədə yoxlamışdılar. Heç nə çıxmayıb. İbtidai istintaq zamanı verdiyi ifadələrini təsdiq etmir. Həmin ifadələri məcbur olub verib. Ona fizik təsir edilməyib, psixi təsir edilib. Evdəkilərini də tutmaqla hədələyiblər. Məhkəmədə elan edilib araşdırılmış ifadələrində Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində dindirilərkən özünü təqsirli bilərək ilkin araşdırma zamanı verdiyi izahatında və şübhəli şəxs qismində ifadəsində göstərdikdərini təsdiq edərək bildirmişdir ki, əvvəllər odlu silah daşıma və soyğunçuluq maddələri ilə iki dəfə məhkum olunmuşdur, təxminən 10 ilə yaxındır ki, azadlıqdadır, hazırda məhkumluğu ödənilmişdir. Xırda ticarətlə məşğul olmuş, arabir patı kimi tanıdığı psixotrop maddə qəbul etmişdir. Patını müxtəlif tanımadığı təsadüfən görüşdüyü şəxslərdən almışdır. Sonuncu dəfə 31 mart 2024-cü il tarixdə yaşadığı evin yaxınlığında təsadüfən rastlaşdığı tanımadığı və anket məlumatlarını bilmədiyi şəxsdən 70 manata 5 qram patı almışdır ki, rahat vaxtda qəbul edər. Lakin qəbul etməyə vaxt tapa bilməmiş və üstündə saxlamışdır. Növbəti gün 01 aprel 2024-cü il tarixdə tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə olduğu zaman onlara bir neçə nəfər mülki geyimdə olan şəxs yaxınlaşıb DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirib onlardan anket məlumatlarını soruşmuşlar. Onlar özlərini təqdim etdikdən sonra polis əməkdaşları onları narkotik vasitə və psixotrop maddələrin, eləcə də soyuq silahların qanunsuz dövriyyəsi ilə məşğul olduqlarını bildirib, barələrində qəbul edilmiş “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla tanış etmişlər. Onlar səmimi olaraq etiraf edib bildirmişdir ki, hazırda üzərilərində psixotrop maddə olmuşdur. Bundan sonra polis əməkdaşları onları birlikdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etmişlər. Onlar buna etiraz etməyib polis əməkdaşları ilə birlikdə həmin idarəyə gəlmişlər. Polis idarəsində hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuşlar. Onlara hüquq və vəzifələri izah olunmuşdur. Sonra üzərilərinə video çəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilmişdir. İlk öncə Təqsirləndirilən şəxs1 paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmiş, bu təklifdən sonra Sübhan üzərində “patı” adı ilə tanıdığı psixotrop maddə olduğunu bildirib əynində olan göy rəngli cins şalvarının sol yan cibindən 01 ədəd “Samsung” markalı mobil telefonu və 01 ədəd sellofan bükümü, şalvarının sağ yan cibindən 8 manat pulu çıxarıb masanın üstünə qoymaqla təqdim etmişdir. Təqsirləndirilən şəxs1 təqdim etdiyi 01 ədəd sellofan bükümün içində psixotrop maddə olduğunu qeyd etmişdir. Təqsirləndirilən şəxs1 təqdim etdiyi 01 ədəd sellofan büküm iştirakçıların şahidliyi ilə açıldıqda həmin bükümün içərisində psixotrop maddə metamfetamin olması müşahidə edilmişdir. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs1 üzərindən digər əşya və predmetlər aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş 01 ədəd şəffaf sellofan bükümdə olan psixotrop maddə metamfetamin polis əməkdaşları tərəfindən 01 ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş 01 ədəd “Samsung” markalı mobil telefon polis əməkdaşları tərəfindən götürülmüşdür, 8 manat pul isə onun özünə qaytarılmışdır. Daha sonra polis əməkdaşı tərəfindən ona paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmiş, bu təklifdən sonra o, üzərində psixotrop maddə olduğunu bildirmişdir. Daha sonra əməkdaşların iştirakı ilə həmin predmet çıxarılıb masanın üstünə qoyulmuşdur. Bundan sonra əynində olan göy rəngli cins şalvarının sol yan cibindən 01 ədəd sellofan bükümü, şalvarının sağ yan cibindən isə 01 ədəd “İphone” markalı mobil telefonu çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Şəxsi axtarış davam etdirilərkən üzərindən digər əşya və predmetlər aşkar edilməmişdir. Aşkar edilmiş 01 ədəd sellofan büküm iştirakçıların şahidliyi ilə açıldıqda həmin bükümün içərisində psixotrop maddə metamfetamin olması müşahidə edilmişdir. Şəxsi axtarış davam etdirilərkən üzərindən digər əşya və predmetlər aşkar edilməmişdir. Bundan sonra üzərindən aşkar olunmuş 01 ədəd şəffaf sellofan bükümdə olan psixotrop maddə metamfetamin polis əməkdaşları tərəfindən 02 ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış zamanı aşkar edilmiş 01 ədəd “İphone” markalı mobil telefon polis əməkdaşları tərəfindən götürülmüşdür. Şifahi sorğu zamanı şübhəli şəxs Sübhan tanışı olduğunu, üzərindən aşkar edilmiş 01 ədəd sellofan bükümdə olan psixotrop maddə metamfetamini 31 mart 2024-cü il tarixdə tanımadığı şəxsdən 70 manata şəxsi istifadəsi üçün aldığını, həmin maddədən heç kimə vermədiyini, heç kimə satmadığını, maddənin üstündə olmasından heç kimin, eləcə də onun məlumatımın olmadığını bildirmişdir. Şifahi sorğu zamanı o, birlikdə saxlanıldığı Sübhanın tanışı olduğunu, üstündə olan maddəni 31 mart 2024-cü il tarixdə tanımadığı şəxsdən 70 manata şəxsi istifadəsi üçün aldığını, həmin maddədən heç kimə vermədiyini, heç kimə satmadığını, eləcə də Təqsirləndirilən şəxs1 belə məlumatının olmadığını bildirmişdir. Bundan sonra şəxsi axtarış keçirilməsi barədə protokol tərtib olunmuş, protokol düzgün tərtib edildiyi üçün o və digər iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. O törətdiyim cinayət əməlindən çox peşman olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs ifadələrində göstərdi ki, o, İbişov Sübanı tanıyır, digər təqsirləndirilən şəxsi tanımır. Hadisə 7-8 ay əvvəl baş verib, Sübhangil restorana gəlmişdilər. Restorandan çıxanda Sübhangil hesabı ödəmək istəmirdilər. Bu zaman aralarında mübahisə oldu və onların üzərilərinə hücum etmişlər. Onlar 102 qaynar xəttinə zəng etmişlər. Bir müddət sonra Sübhan geri qayıdıb, onları təhdid etdi ki, şikayətlərini geri götürsünlər, o da şikayətini geri götürmüşdür. O özü həmin restoranda inzibatçı işləmişdir. Sübhangil restorana 3-4 nəfər gəlmişdilər. Restoranda depozit yox idi. Sübhangil içkili olduqlarına görə ofsiant onlardan depozit istəmişdi. Sübhangil ofisanta qarşı kriminal ifadələr işlətmişdilər. Onlara hesabı ödəyin dedikdə, Sübhangil onu bayıra çağırdılar və dedilər ki, hesabı ödəməyəcəklər. Sübhan şikayəti geri çəkmək üçün onu təhdid etmişdir. Əvvəlcə Sübhan kənarda idi, sonra onu yerə yıxıb təpiklədi. Onun üçün problem olar deyə şikayətini geri çəkmişdir. Sübhan özünü kriminal aləmin üzvü kimi təqdim etdi. Sübhan onu pilləkandan itələmişdir. Sübhan onu təklikdə hədələdi. Birinci dəfə Sübhan dedi ki, məhkum olub. Əvvəllər o, Sübhanı görməmişdir. Hadisədən dörd-beş ay əvvəldən həmin restoranda işləmişdir. O, sifariş edənlərə yaxınlaşmır. Sübhangil ona yaxınlaşmışdılar. O, Sübhangilə hesabı ödəmədiklərinə görə yaxınlaşmışdır. Ofisantın kim olması yadında deyil. Restorandan bildirdilər ki, “ödənilməyən hesabı get al və ödə”. Şikayətdə hesabın verilməməyini də bildirmişdir. Restoranı işlədən Sevinc Muradlı idi. Hazırda Sevinc xanım orada işləmir. Sübhan getdikdən 15- 20 dəqiqə sonra yenidən restorana qayıtmışdı. Sübhanın bıçağı olmasını ehtimal etmişdilər. Sübhanın özünü kriminal aləmin üzvü kimi təqdim etdiyi yadından çıxdığına görə üzləşdirmə zamanı deməmişdir. Sübhanın gözləri qızarmışdı və düz dayanmırdı deyə, onun sərxoş olduğunu anlamışdır. Gecə klubundan gəldiklərini özləri demişdilər. Xəsarət almağı ilə bağlı rəy yoxdur, çünki şikayət etməmişdir. Ödənməyən hesabı özü ödəmişdir. Sübhan ona dedi ki, “sizə problem yaradaram şikayəti geri götürün”. Sübhan gedib qayıdanda tək qayıtmışdı. Sübhan qayıdanda Xəyal yanında idi. Sübhan onu və Xəyalı hədələdi. Təqsirləndirilən şəxs1 şikayətçi deyil. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı göstərmişdir ki, son bir aya yaxındır ki, “45” çay evinin Gənclik filialında inzibatçı vəzifəsində işləmiş, ondan əvvəl 2023-cü ilin noyabe ayından ünvan 6 ünvanında yerləşən “45” restoranın Səbail filialında işləmişdir. Həmin çay evindən ondan başqa ofisiant Xəyal və qəlyançı Eynar işləmişdir. xx.xx.2024-cü il tarixdə gecə təxminən saat 2- 3 radələrində otaqların birinə əvvəllər tanımadığı 4 nəfər şəxs oturub çay dəskahı və şam yeməyi sifariş vermişlər. Həmin şəxslər məkana daxil olduqda onların problem yaratmağa və davaya meyilli şəxslər olduqlarını görüb ofisiant Xəyala demişdir ki, onlara hesabın əvvəlcədən alındığını bildirsin. Xəyal bu barədə onlara bildirmiş, ancaq onlar buna məhəl qoymadan əvvəlcədən tələb olunan depozit hesabını ödəməmişlər. Demişlər ki, sonunda hesablarını verəcəklər. Restoran tərəfindən onlara müvafiq xidmət göstərilmişdir. Belə ki, yekun hesabları təxminən 150 manat təşkil etmişdir. Hesabı onlara demədən 1-2 dəqiqə öncə həmin şəxslərdən biri kafeni tərk etmişdir. Restoranın ofisiantı Xəyal onlara yaxınlaşıb hesabı ödəməklərini xahiş etdikdə həmin şəxslərdən biri, özünü Bayıllı Sübhan kimi təqdim edən şəxs Xəyala hesabı ödəməyəcəyini bildirmişdir. Zərərçəkmiş şəxs onlara yaxınlaşıb mübahisə etmədiklərini və hesabı ödəmələrini xahiş etmişdir. Təqsirləndirilən şəxs1 onları kriminal aləmin üzvləri ilə, eləcə də, həmin obyekti güllələyəcəyi ilə hədələmişdir. O, buna məhəl qoymayıb pulu tələb etdikdə başda Təqsirləndirilən şəxs1 olmaqla həmin şəxslər onu və Xəyallə əlləri və ayaqları ilə onları döymüşlər. Mübahisə zamanı Təqsirləndirilən şəxs1 digər şəxslərə hesabı ödəməmək və mübahisə yaratmaq kimi göstərişlər vermiş və özünü kriminal aləmin üzvü kimi təqdim etmişdir. Bu cür o, digər şəxslərdə və onlarda özünə qarşı qorxu hissi yaratmağa çalışmışdır. Hadisə zamanı onlar bədən xəsarətləri almışlar. Onları döydükdən sonra Sübhan və digər tanımadığı şəxslər oradan uzaqlaşmışlar. O, dərhal telefonla baş verənlər barədə 102 xidmətinə məlumat vermişdir. Bundan təxminən 10-15 dəqiqədən sonra Sübhan tək kafeyə gəlib onu küçəyə çağırmış və onu hədələyərək polisə onun barəsində şikayət etdiyi halda ona problemlər yaradacaq, başına oyun açacağını, kafeni dağıdacağını əmlakını və öldürəcəyini bildirməklə onu hədələmişdir. O, Sübhanın onlara xəsarətlər yetirəcəyindən və çay evinə ziyan vura biləcəyindən, bundan başqa yenidən döyəcəyindən qorxaraq ondan şikayət etməyəcəklərini bildirmişlər. Bundan sonra, Sübhan getmiş, bir neçə dəqiqədən sonra çay evinə Səbail RPİ-nin 9cu Polis Bölməsinin əməkdaşları gəlmiş, onlar polis əməkdaşlarına hesab vermədiklərinə görə 3 nəfər şəxslə mübahisə etdiklərini deyib, həmin şəxslərdən şikayətlərinin olmadığını bildirmişlər. Beləliklə də, Təqsirləndirilən şəxs1 cəzasız qalmış, 150 manat məbləğində olan hesabı isə Təqsirləndirilən şəxs1 yerinə ödəmişdir. Şahid2 ifadələrində göstərdi ki, məhkəmədə ona təqdim olunan Təqsirləndirilən şəxs1 tanıyır, digər Təqsirləndirilən şəxs2 isə tanımır. O əvvəllər “45” restoranında ofisant işləmişdir. 2024-cü ilin fevral ayında “45” restoranında dava olmuşdu, həmin davada onları təkləmişdilər. Dava zamanı Təqsirləndirilən şəxs1 kənarda dayanmışdı, sonra Sübhan yanındakı şəxslərə bildirdi ki,” hesabı ödəyin gedək”. O, Sübhanın özünü kriminal avtoritet kimi təqdim etməsini eşitməmişdir. Hadisədən əvvəl Sübhan 1-2 dəfə restorana gəlmişdi. Müştərilərdən depozit kimi əvvəlcədən pul alınırdı. Sübhan daimi müştəriləri olduğuna görə ondan depozit istəmirdilər. İçkili vəziyyətdə gəlmişdilər deyə, İlham onların hesabı ödəməyəcəklərindən şübhələndiyinə görə, depozit istəmişdi. Sübhanın içkili vəziyyətdə olması yadında deyil. Sübhanın kiməsə hədə-qorxu gəlməsini görməmişdir. Sübhanın kimisə vurmasını görməmişdir. Sübhanı “45” restoranında görmüşdür. Həmin gün hesabı vermədilər. Hesabı ödəmələrini tələb etmişdilər. Sübhanın yanındakı şəxslər dedilər ki, hesabı karta göndərəcəklər. Sübhan dedi ki, hesabı karta köçürəcəklər. Sonra restorandan çıxdılar və hesabı karta köçürdüklərini bildirdilər. İlham hesabı həmin şəxslərin hamısından istədi. Restorana gələndə mülayim danışırdılar, sonra aqressiv danışmağa başladılar. Kimin aqressiv danışdığını xatırlamır. Bu proseslər hesabı ödəməyəndən sonra oldu. O, İlhama həmin masaya xidmət etmək istəmədiyini bildirmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etmir, o bu cür ifadə verməmişdir. Məhkəmədə elan edilib araşdırılmış ifadələrində Şahid2 ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs1 barəsində Zərərçəkmiş şəxs ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Şahid1 ifadələrində göstərdi ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil olmuş məlumat əsasında 01 aprel 2024-cü il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ünvan 13 ünvanının yaxınlığında olduqları zaman saxlanılaraq Baş İdarəyə gətirildi və Baş İdarənin inzibati binasında şəxsi axtarış və götürmə aparıldı. Təqsirləndirilən şəxs1 üzərindən metanfetamin və Samsung markalı telefon aşkar edildi. Daha sonra Təqsirləndirilən şəxs2 barəsində şəxsi axtarış keçirildi və onun üzərindən bir büküm metamfetamin və “İphone” markalı mobil telefon aşkar edildi. Əməliyyat məlumatı Ayaz Həsənliyə daxil olmuşdu. Əməliyyatda İlqar iştirak etməyib. Sübhanın üzərində xəsarət görməmişdir. Sübhana xəsarət yetirməmişdir. Sübhan psixotrop maddəni 70 manata aldığını bildirdi. Təqsirləndirilən şəxsləri yolun kənarında saxlamışdılar. Təqsirləndirilən şəxsləri saxlayarkən üzərlərinə baxış keçirməmişdilər. Təqsirləndirilən şəxslərin cibinə narkotik vasitə qoyulmasının şahidi olmamışdır. Onları ayrı maşında aparmışdılar. Onları apardıqları qara rəng «Prado» markalı maşın idi. Maşını o, sürmüşdür. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində şahid X9 ibtidai istintaq zamanı göstərmişdir ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil olmuş məlumat əsasında 01 aprel 2024-cü il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ünvan 13 ünvanının yaxınlığında olduqları zaman saxlanılaraq Baş İdarəyə gətirilmiş və onların üzərində narkotik vasitələrin, psixotrop maddələrin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan Baş İdarənin inzibati binasında şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs1 üzərində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs1 üzərində “patı” adı ilə tanıdığı psixotrop maddə olduğunu bildirib əynindəki göy rəngli cins şalvarının sol yan cibindən bir ədəd “Samsung” markalı mobil telefonu və bir ədəd sellofan bükümü, şalvarının sağ yan cibindən 8 manat pulu çıxarıb masanın üstünə qoymaqla təqdim etmişdir. Təqsirləndirilən şəxs1 təqdim etdiyi bir ədəd sellofan bükümün içində psixotrop maddə olduğunu qeyd etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş bir ədəd bükümdəki psixotrop maddə metamfetaminə oxşar maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılıb möhürlənmişdir. Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş bir ədəd “Samsung” markalı mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüş, pul vəsaiti isə onun özünə qaytarılmışdır. Daha sonra Təqsirləndirilən şəxs2 üzərində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs2 üzərində psixotrop maddə olduğunu bildirmişdir. Daha sonra əməkdaşların iştirakı ilə həmin predmet çıxarılıb masanın üstünə qoyulmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs2 əynindəki göy rəngli cins şalvarının sol yan cibindən bir ədəd sellofan bükümü, şalvarının sağ yan cibindən isə bir ədəd “İphone” markalı mobil telefonu çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunmuş bir ədəd şəffaf sellofan bükümdə olan psixotrop maddə metamfetaminə oxşar maddə qablaşdırılıb möhürlənmişdir. Şəxsi axtarış zamanı aşkar edilmiş bir ədəd “İphone” markalı mobil telefon götürülmüşdür. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 tanışı olduğunu, üzərindən aşkar edilmiş bir ədəd sellofan bükümdə olan psixotrop maddə metamfetaminə oxşar maddəni 31 mart 2024-cü il tarixdə tanımadığı şəxsdən 70 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir, Təqsirləndirilən şəxs2 şifahi sorğu zamanı üstündə olan maddəni 31 mart 2024-cü il tarixdə tanımadığı şəxsdən 70 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Məhkəmədə elan edilib araşdırılmış ifadələrində Şahid1 ibtidai istintaq zamanı X9 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş: Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsində Zərərçəkmiş şəxs müraciəti əsasında toplamış materialdan görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarikxdə saat 04.12-də DİN-in 102 Xidməti- Zəng Mərkəzinə zəng edərək işlədiyi “45” restoranında hesabı ödəmək istəməyən şəxs tərəfindən döyülməsini bildirsə də, sonradan hadisə yerinə gəlmiş əməliyyat qrupuna ərizə ilə müraciət edərək hesabı ödəmək istəməyən şəxs tərəfindən döyülsə də, həmin şəxsdən şikayət və tələbinin olmadığını bildirərək araşdırmanın dayandırılmasını xahiş etmişdir. Əlavə xəsarəti olmadığı üçün tibbi müayinədən keçməkdən imtina etdiyini bildirmişdir. Toplanmış materialda cinayət hadisəsi müəyyən edilmədiyindən xx.xx.2024- cü il tarixdə Azərbaycan Respublikası CPM-in 39.1.1-ci maddəsinə əsasən toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Respublika Baş Prokurorluğunun xx.xx.2024-cü il tarixli qərarı ilə Zərərçəkmiş şəxs müraciəti əsasında toplanmış material üzrə Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin baş təhqiqatçısı X7 tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərar ləğv edilərək toplanmış material araşdırmanın davam etdirilməsi üçün DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə göndərilmişdir. Şəxsi axtarış və götürmə aparılması barədə protokoldan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 01 aprel 2024-cü il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin gün saat 20.15-də saxlanılaraq ünvan 8n Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət olunub həmin gün saat 22.07-dən üzərilərinə şəxsi axtarış və götürmə keçirilərkən Təqsirləndirilən şəxs1 əynindəki göy rəngli cins şalvarının sol yan cibindən bir ədəd bükümdə külli miqdarda 5,452 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, Təqsirləndirilən şəxs2 isə əynindəki göy rəngli cins şalvarının sol yan cibindən bir ədəd bükümdə külli miqdarda 5,116 qram çəkidə Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş psixotrop maddə metamfetaminlə xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 02 aprel 2024-cü il tarixli 6/1776 nömrəli rəylərində göstərilir ki, tədqiqata təqdim edilmiş üzərində: “...Təqsirləndirilən şəxs2 üzərindən....” sözləri yazılmış zərfdə bir ədəd bükümdə ümumilikdə təmiz çəkilsi 5,116 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Qalıq 5,016 qram. “...Təqsirləndirilən şəxs1 üzərindən....” sözləri yazılmış zərfdə bir ədəd bükümdə külli miqdarda 5,452 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Qalıq 5,352 qram. Təqdim edilmiş iki bükümdə olan psixotrop maddə metamfetamin kimyəvi komponent tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzin Ambulator məcburi-narkoloji tibbi yoxlamasının 03 aprel 2024-cü il tarixli 2132 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 Kannabinoidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Deməsinə görə, 1995-ci ildən narkotik vasitə olan qurudulmuş marixuananı siqaretə doldurub çəkməklə istifadə edir. Həmçinin psixotrop maddə olan metamfetamin istifadə edir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzin Ambulator məcburi-narkoloji tibbi yoxlamasının 03 aprel 2024-cü il tarixli 2133 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 opioidlərin və psixostimulyatorlardan birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Deməsinə görə, iki ildir ki, psixotrop maddə metamfetamini yandırıb tüstüsünü nəfəsinə çəkməklə qəbul edir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya birliyi” publik hüquqi şəxsin məhkəmə-kimyəvi ekspertizasının 19 aprel 2024- cü il tarixli 1305A/K nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 götürülmüş qan və sidik nümunələrinin tərkibində tiryək qrupuna aid olan alkaloid və çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən “Kannabinoid” aşkar edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya birliyi” publik hüquqi şəxsin məhkəmə-kimyəvi ekspertizasının 19 aprel 2024- cü il tarixli 1305/K nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 götürülmüş qan və sidik nümunələrinin tərkibində tiryək qrupuna aid olan alkaloid aşkar edilmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 götürülmüş iki ədəd kağız paketdə qablaşdırılan tədqiqatdan sonra qalıq qalan 10,368 qram çəkidə psixotrop maddə metamfetaminin 03 aprel 2024-cü il tarixli qərarla iş üzrə maddi sübut hesab edilmişdir. “Mobil telefon aparatlarına baxış keçirilməsi haqqında” 21 may 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 məxsus bir ədəd “İphone” və Təqsirləndirilən şəxs1 məxsus bir ədəd “Samsung” markalı mobil telefon aparatlarına baxış keçirilmiş, baxış zamanı mobil telefonların yaddaşında cinayət işi üzrə əhəmiyyət kəsb edə biləcək məlumat müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs1 DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən qanunsuz əməllərə məruz qalması ilə bağlı Baş Prokurorluğuna daxil olmuş məlumat əsasında aparılan araşdırma zamanı qeyd olunan xüsusat öz təsdiqini tapmadığından prokurorluğun 31 may 2024-cü il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilmişdir. Təqsirləndirilən şəxs2 DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən qanunsuz əməllərə məruz qalması ilə bağlı Baş Prokurorluğuna daxil olmuş məlumat əsasında aparılan araşdırma zamanı qeyd olunan xüsusat öz təsdiqini tapmadığından prokurorluğun 31 may 2024-cü il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilmişdir. 05 iyun 2024-cü il tarixli qərara əsasən cinayət işinin materiallarına əlavə olunmuş Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 üstünə şəxsi axtarış və götürmə aparılmasını özündə əks etdirən 01 ədəd DVD disk maddi sübut hesab edilmişdir. Məhkəmənin hüquqi qiymətləndirməsi: İstintaq orqanı yuxarıda sadalanan sübutlar əsasında Təqsirləndirilən şəxs1 əməllərini Azərbaycan Respublikası CM-in 182.1, 234.4.1 və 234.4.3-cü maddələri, Təqsirləndirilən şəxs2 əməllərini isə Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif etmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarına əsasən, hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibətini öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-ci il tarixli Qərarında göstərilir ki, 234-cü maddənin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitlərin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitələrin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avdanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Verilən ittiham üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 istinad olunan əməllərdə onların təqsirliliyinin sübuta yetirilməsi üçün Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olmuş bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə metamfetamini əldə edib saxlamaqla daşıması və zərərçəkmiş şəxsin şəxsiyyəti üzərində zor göstərmə, habelə, əmlakını tələf etmə hədəsi ilə özgənin əmlak xarakteri daşıyan hərəkətlər etməsini hədə-qorxu ilə tələb etməsi, Təqsirləndirilən şəxs2 isə qabaqcadan əlbir olmuş bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə metamfetamini əldə edib saxlamaqla daşıması sübut edilməlidir. Məhkəmə təqsirləndirilən şəxslərin gətirdiyi dəlilləri araşdırmış, müdafiə tərəfi ittihamı mübahisələndirdiyi hissələrdəki mövqeyini onlara qarşı ibtidai istintaq zamanı fiziki və psixi təzyiqlər edilməsi ilə əlaqələndirdilər. Belə ki, məhkəmədə Təqsirləndirilən şəxs1 məhkəmədə ona elan edilmiş ittihamlar üzrə özünü təqsirli bilməyərək heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmadığını, narkotik vasitə istifadə etmədiyini, üzərindən aşkar edilmiş narkotik vasitələrin ona məxsus olmadığını, polis əməkdaşları tərəfindən ona zor tətbiq olunduğunu, zərərçəkmiş şəxsə hədə-qorxu gəlmədiyini, Təqsirləndirilən şəxs2 da anoloji ifadə verərək heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmadığını, narkotik vasitə istifadə etmədiyini, üzərindən aşkar edilmiş narkotik vasitələrin ona məxsus olmadığını, polis əməkdaşları tərəfindən ona psixi zor tətbiq olunduğunu göstərdi. Məhkəmədə onların bu ifadələri araşdırılarkən öz təsdiqini tapmadı. Lakin məhkəmə məhkəmədə araşdırılmış sübutlar əsasında hesab edir ki, Təqsirləndirilən şəxs1 külli miqdarda psixotrop maddəni satış məqsədiylə deyil, satış məqsədi olmadan əldə etmə, saxlama, daşımada və zərərçəkmiş şəxsin şəxsiyyəti üzərində zor göstərmə, habelə, əmlakını tələf etmə hədəsi ilə özgənin əmlak xarakteri daşıyan hərəkətlər etməsini hədə-qorxu ilə tələb etmədə, Təqsirləndirilən şəxs2 isə külli miqdarda psixotrop maddəni satış məqsədiylə deyil, satış məqsədi olmadan əldə etmə, saxlama, daşımada təqsirli bilinməlidir. Məhkəmə gəldiyi bu nəticəni onunla əsaslandırır ki, məhkəmədə təqsirləndirilən şəxslərin narkotik vasitələrin satışı ilə məşğul olması barədə ittiham tərəfindən məhkəməyə hər hansı bir mötəbər sübut təqdim olunmamışdır. Məhkəmənin bu mövqeyi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21.3-cü maddəsi baxımından da əsaslıdır. Belə ki, həmin maddəyə əsasən cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Məhkəmə, təqsirləndirilən şəxslərin müxtəlif növ narkotik vasitə və psixo-aktiv maddələrdən istifadə etməsini təsdiq edən məhkəmə-narkoloji ekspertizalarının rəylərini və məhkəmə-kimyəvi ekspertizasının rəylərini nəzərə alıb onların narkotik vasitələrin və psixotrop maddələrdən istifadə etməmələri haqqında iddialarının, həmçinin üzərilərindən aşkar olunmuş psixotrop maddələrin onlara aid olmaması barəsindəki ifadələrinin şübhələrlə müşahidə olunduğu qənaətinə gəlir. Həmin şübhələri təqsirləndirilən şəxslərin xeyrinə həll etmək üçün sübut müəyyən olunmadı. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 da məhkəməyə belə sübut təqdim etmədilər. Məhkəmədə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərində Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan əməllərin törədilməsini təsdiq edən sübut müəyyən olunmadı. Məhkəmədə təqsirləndirilən şəxslərin satış məqsədi ilə qabaqcadan razılığa gəlmələrini, psixotrop maddələri və ya narkotik vasitələri birinin əldə edib digərinə verməsini, psixotrop maddənin birgə alıb aralarında bölüşdürmələrini təsdiq edən sübut müəyyən olunmadı. İbtidai istintaq zamanı təqsirləndirilən şəxslərin istifadəsində olmuş mobil telefona baxış keçirilməsi zamanı, tərəflər arasında danışıqlarda onlar arasında bu məqsədlə əlaqəyə girmələrini təsdiq edən məlumat aşkar olunmamışdır. Təqsirləndirilən şəxslərin əldə etdikləri psixotrop maddələrin eyni komponentlərdən ibarət tərkibli olması, onların cinayət əlaqəsinə girməsini təsdiq edən sübut kimi qəbul edilə bilməz. Çünki təqsirləndirilən şəxslərin psixotrop maddələri eyni mənbədən əldə edilməsinin prezumsiyası nə istintaq zamanı, nə də məhkəmədə təkzib olunmadı. Məhkəmənin bu qənaəti təqsirləndirilən şəxslərin hər birinin üzərindən aşkar olunmuş satış məqsədi ilə əldə edilməsi iddia olunan psixotrop maddənin bir bükümdə olub, alıcının olmaması, təqsirləndirilən şəxslər tərəfindən alıcı axtarılması üçün cəhd edilməməsi və işin faktiki halları baxımından da əsaslıdır. Məhkəmə, göstərilənlərlə bərabər qeyd edir ki, təqsirləndirilən şəxslərin polis əməkdaşları tərəfindən onlara bu və ya başqa formada təsir göstərilməsi ilə bağlı olan ifadələri araşdırılarkən bu ifadələr öz təsdiqini tapmadı. Bu səbəbdən də məhkəmə, onun bu iddialarını faktiki əsası olmayan və təqsirləndirilən şəxslərin öz müdafiəsinə yönələn uydurma ifadələr kimi qiymətləndirir. Məhkəmənin bu mövqeyi Baş Prokurorluqdan daxil olmuş 31 may 2024-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar baxımından da əsaslıdır. Məhkəmə, təqsirləndirilən şəxslərin bu iddiaları ilə əlaqədar qeyd edir ki, təqsirləndirilən şəxs sərbəst ifadə vermək hüquna malikdir. O, bilə-bilə yalan xəbərçilik etməkdən başqa özünün müdafiəsi üçün göstərdiyi hallara görə məsuliyyət daşımır. O, xəbərçilik etdikdə isə bunu təsdiq edən sübutları da təqdim etməlidir. Əks halda özündə faktı nəzərdə tutmayan məlumatın əsassız olaraq yoxlanılması hüquq müstəvisinə çıxarılardı. Bu da hüququ müəyyənlikdən “in abstrakto”ya, yəni qeyri-müəyyənliyə çevirərdi. Buna isə qanunla yol verilmir. Bu səbəbdən də məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilməsi iddia olunan psixotrop maddələrin polis əməkdaşları tərfiəndən onlara verilib, çəkiliş zamanı özününkü kimi təqdim edilməsi barədə göstəriş verdikləri və polis əməkdaşları tərəfindən onlara fiziki zor göstərilməsi barəsindəki ifadələrini onların təqsirləndirilən şəxs kimi malik olduğu ifadə verməkdə sərbəst olmaq hüququndan yanlış yararlanmaq cəhdi kimi qiymətləndirir. Həmçinin məhkəmə ittihama əsasən, psixotrop maddələrin başqa mənbədən Təqsirləndirilən şəxs1 tərəfindən əldə olunub 5,116 qram hissəsini Təqsirləndirilən şəxs2 verərək, 5,452 qram çəkidə olan hissəsini üzərində saxlamaqla daşımasına münasibətdə qeyd edir ki, bu fakt məhkəmədə araşdırılmış digər sübutlarla qarşılıqlı tədqiq olunduqda öz təsdiqini tapmadı. Beləliklə məhkəmə, psixotrop maddələrin təqsirləndirilən şəxslər tərəfindən ayrıayrılıqda naməlum vaxtda başqa mənbədən əldə edildiyi kimi qiymətləndirir. Çünki bunun əksi müəyyən olunmadı. Bununla yanaşı məhkəmə, Şahid2 Təqsirləndirilən şəxs1 müdafiəsinə yönələn məzmunda ifadələrini Təqsirləndirilən şəxs1 təyin olunacağını ehtimal etdiyi cəzadan yayınmasına cəhd kimi qiymətləndirir. Məhkəmə onun bu cəhdini Təqsirləndirilən şəxs1 əleyhinə ifadə verəcəyi təqdirdə cəmiyyət, o cümlədən, Təqsirləndirilən şəxs1 yaxınları tərəfindən üzləşəcəyini yanlış güman etdiyi ictimai qınaqdan qurtulmaq cəhdi kimi qiymətləndirərək həmin ifadələri həqiqəti əks etdirməyən, işin faktiki halları ilə uzlaşmayan Təqsirləndirilən şəxs1 müdafiəsinə yönəlmiş uğursuz ifadələr kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.1-ci maddəsi ilə təqsirli bilməməsinə dair verdiyi ifadələrinə münasibətdə qeyd edir ki, onun bu hissədə vermiş olduğu ifadələr də faktiki əsası olmayan, cinayət işinin materialları ilə təkzib olunan, öz müdafiəsinə yönəlmiş, müdafiə xarakterli ifadələrdir. Məhkəmənin bu mövqeyi Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs1 tərəfindən ona zor tətbiq olunması, hesabı ödəməyəcəyini bildirib ona hədə-qorxu gəlməsi baxımından da əsaslıdır. Bu epizodla bağlı məhkəmə qeyd edir ki, hədə-qorxu ilə tələb etmə işləri üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin 25 dekabr 1998-ci il tarixli 2 nömrəli qərarının 1-2-ci bəndində göstərilmişdir ki, hədə-qorxu ilə yerinə yetirilməsi tələb edilən əmlak xarakteri daşıyan digər hərəkətlər dedikdə əmlakın verilməsini, bilavasitə əmlaka dair mülkiyyət hüququnun və yaxud digər əşya hüquqlarının təqsirkara keçməsini nəzərdə tutmayan hərəkətlər, məsələn adi mülki dövriyyədə əvəzli olan bu və ya digər işlərin əvəzsiz görülməsi, xidmətlərin əvəzsiz göstərilməsi, təqsirkarın əvəzinə öhdəliklərin icrası, təqsirkardan borcun ödənilməsini, işlərin yerinə yetirilməsini, xidmətlərin göstərilməsini tələb etmək hüququndan imtina başa düşülür. Beləliklə də, məhkəmə, yuxarıda təsvir olunan sübutlar əsasında Təqsirləndirilən şəxs1 əməllərinin Azərbaycan Respublikası CM-nin 182.1 və 234.1-1-ci, Təqsirləndirilən şəxs2 əməllərinin isə Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə tövsif olunmasını əsaslı sayır. Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri əməlləri qəsdən törətdikləri qənaətinə gəldiyindən onların təqsirli bilinib bu əməllərə görə həmin maddələrdə nəzərdə tutulan qaydada cəzalanmalarını əsaslı sayır. Çünki onların təqsirli bilindiyi əməllərin cinayət olmasını aradan qaldıran hal və onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsas müəyyən olunmadı. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məxsus cinayət qanununun tələblərinə uyğun müsadirə edilə bilən əmlak müəyyən edilmədi. İş üzrə mülki iddia verilməmişdir. Məhkəmədə iş üzrə ibtidai istintaq zamanı məhkəmə ekspertizasının keçirilməsinə 174 (yüz yetmiş dörd) manat xərclənməsi müəyyən olundu. Məhkəmə bu məbləğlərin dövlət büdcəsi hesabına ödənilməsini və məhkəmə xərci kimi bərabər hissələrlə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tutulub dövlət büdcəsinə ödənilməsini əsaslı sayır. Çünki onları bu ödəmədən azad etmək üçün əsas müəyyən olunmadı. Məhkəmədə Təqsirləndirilən şəxs1 “Yusif Allahverdiyev və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən 15 saat hüquqi yardım göstərilməsi və bu səbəbdən də ona 90(doxsan) manat ödənilməli olması müəyyən olundu. Məhkəmə bu məbləğin dövlət büdcəsi hesabına Azərbaycan Respublikası Vəkillər X4 və Tədris Mərkəzinin hesabına ödənilməsini təmin edib Təqsirləndirilən şəxs1 bu ödəmədən azad olunmasını əsaslı sayır. Məhkəmə, iş üzrə maddi sübut kimi tanınıb saxlanılması üçün Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsininin maddi sübutların saxlanc yerinə təhvil verilmiş iki ədəd kağız paketdə qablaşdırılan tədqiqatdan sonra qalıq qalan 10,368 qram çəkidə psixotrop maddə metamfetaminin məhv edilməsini, cinayət işinin materiallarına əlavə olunmuş 01 ədəd DVD diskin cinayət işinin materiallarında saxlanılmasını əsaslı sayır. Məhkəmə, cinayət işinin predmetini təşkil edən və iş üzrə maddi sübut kimi tanınmış narkotik vasitələrin miqdarları arasında yaranmış fərqi onların ekspertiza tədqiqatı zamanı istifadə edilib aşınmasının nəticəsi kimi qəbul edir. Məhkəmə, narkotik xassəli vasitələrin məhv edilməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq, yaradılmış komissiya tərəfindən həyata keçirilməsini nəzərə alır. Məhkəmədə elan olunub araşdırılmış, cinayət işinin materiallarına əlavə olunmuş DİN BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunublar, hazırda məhkumluqları yoxdur. Məhkəmədə Təqsirləndirilən şəxs1 məsuliyyətini yüngülləşdirən hallar kimi ibtidai istintaq zamanı etirafedici ifadələr verib cinayətin açılmasında iştirak etməsi və zərərçəkmiş şəxsin onunla barışması müəyyən olundu. Məhkəmədə Təqsirləndirilən şəxs1 məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmadı. Məhkəmədə Təqsirləndirilən şəxs2 məsuliyyətini yüngülləşdirən hallar kimi ibtidai istintaq zamanı etirafedici ifadələr verib cinayətin açılmasında iştirak etməsi, himayəsində iki nəfər yetkinlik yaşına çatmayan, bir nəfər isə azyaşlı uşağının olması müəyyən olundu. Məhkəmədə Təqsirləndirilən şəxs2 məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmadı. Məhkəmə, yuxarıda göstərilən halları, həmçinin cinayət əməlinin xarakterini və təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 şəxsiyyətini xarakterizə edən məlumatları nəzərə alıb onların təqsirli bilindikləri maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini əsaslı sayır və onlara qəsdən ağır cinayət törətməyə görə azadlıqdan məhrumetmə cəzası təyin edildiyini nəzərə alıb təyin edilmiş cəzaların Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli olmasını nəzərə alır. Məhkəmədə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 01 aprel 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulub hazırki vaxtadək həbsdə saxlanılmaları müəyyən olundu. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həbsdə saxlanıldıqları müddəti cəza təyin edərkən nəzərə alır. Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzalandırılmalı və barələrində azadlıqdan məhrumetmə cəzası tətbiq edilməli olması qənaətinə gəldiyindən onların barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmasını əsaslı sayır. Məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkomaniyadan məcburi müalicə təyin edilməsini və narkomaniya ilə əlaqədar ərazi narkoloji dispanserində qeydiyyata alınmalarını əsaslı sayır. Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2ə təyin ediləcək cəzanın müddətini müəyyən edərkən onlar tərəfindən törədilmiş cinayət əməllərinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onların şəxsiyyətlərini, onların məsuliyyətlərini yüngülləşdirən halların olmasını, ağırlaşdıran halın olmamasını, o cümlədən də, təyin ediləcək cəzanın onların islah olunmasına, həyat və ailə şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 182.1, 234.1-1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası CM-nin 182.1-ci maddəsi ilə 03 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə 03 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzanı qismən toplamaq yolu ilə ona qəti olaraq 04 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 ona təyin edilmiş cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 təyin edilmiş cəzanın çəkilməsinin başlanğıcı 01 aprel 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 ona təyin edilmiş cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 təyin edilmiş cəzanın çəkilməsinin başlanğıcı 01 aprel 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Dövlət büdcəsi hesabına məhkəmədə Təqsirləndirilən şəxs1 göstərdiyi hüquqi yardıma görə “Yusif Allahverdiyev və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi2 ödənilməsi üçün 90(doxsan) manat pul vəsaiti Azərbaycan Respublikası Vəkillər X4 və Tədris Mərkəzinin hesabına ödənilsin. Təqsirləndirilən şəxs1 bu məbləği ödəməkdən azad olunsun. Məhkəmə ekspertizasının keçirilməsinə sərf olunmuş 174 (yüz yetmiş dörd) manat məhkəmə məsrəfi qismində bərabər hissələrlə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tutulub dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut kimi tanınıb saxlanılması üçün DİN BMCMİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilən iki ədəd kağız paketdə qablaşdırılan tədqiqatdan sonra qalıq qalan 10,368 qram çəkidə psixotrop maddə metamfetamin məhv edilsin, 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surəti onlara təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm yuxarıdakı müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Novruz Kərimov Hakimlər: Rasim Sadıxov Leyla Əsgərova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar