Məhkəmə qərarları › İş №1(101)-384/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-384/2022

17.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-384/2022 17.03.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Hüseynov Cavid İbadulla oğlunun sədrliyi, hakimlər İsmayılov Eldar Herov oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, Hazıqov Əliqismət Nurəli oğlunun katibliyi, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Bakı Ağır Cinayətlər Məhkəməsi üzrə prokurorları, İ dərəcəli hüquqşünaslar Dövlət ittihamçısı1, Dövlət ittihamçısı2, zərər çəkmiş hüquqi şəxsin nümayəndələri – Nümayəndə1, Nümayəndə2 və müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, “Hümbətov və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə açıq məhkəmə iclasında xx xxxx 1960-cı il tarixdə Quba rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, əvvəllər məhkum olunmamış, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin strukturuna daxil olan Zərərçəkmiş şəxs MMC-nin 3 saylı Poçt Filialının 02 saylı poçt şöbəsinin rəisi vəzifəsində işləmiş, hazırda işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, 18 oktyabr 2021-ci il tarixdə tutulmuş, 18 oktyabr 2021-ci il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 179.3.2 və 308.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsinin binasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 01 iyul 2020-ci il tarixdən Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin strukturuna daxil olan Zərərçəkmiş şəxs Məhdud Məsuliyyəli Cəmiyyətinin 3 saylı Poçt filialının ünvan 3 ünvanında fəaliyyət göstərən 02 saylı poçt şöbəsinin rəisi vəzifəsinin icrasına başlamaqla 13 sentyabr 2021-ci il tarixədək həmin vəzifədə işləyərkən “Poçt haqqında” Azərbaycan Respublikasının 29 iyun 2004-cü il tarixli Qanunu, həmin Nazirlik üzrə 6 fevral 2016-cı il tarixli qərarla təsdiq edilmiş "xxxx", habelə Zərərçəkmiş şəxs MMC ilə aralarında bağlanmış 27 noyabr 2013-cü il tarixli əmək və tam maddi məsuliyyət haqqında müqavilələr və vəzifə təlimatına əsasən, Cəmiyyətin həmin şöbə üzrə tutduğu vəzifəsinə uyğun olaraq əmək münasibətləri prosesində ona işəgötürən tərəfindən etibar edilmiş əmlakın və digər sərvətlərin saxlanması, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması zamanı onların bütövlüyünə, qorunub-saxlanmasına və mühafizəsinə görə tam həcmdə maddi məsuliyyət daşımaqla poçt müəssisəsinin baş kassasında olan nağd pulun və digər qiymətlilərin, ona etibar edilmiş başqa maddi sərvətlərin qorunmasının təmin edilməsi, onlara təhlükə yaradan hallar barədə rəhbərliyə vaxtında xəbər verilməsi və təhlükəsinin qarşısını almaq üçün öz imkanı daxilində lazımi tədbirlərin görülməsi, kassada nağd pulun və digər qiymətlilərin qəbulu və verilməsi zamanı əməliyyat prosedurlarının müvafiq qaydalara uyğun olaraq həyata keçirilməsi, ona etibar edilmiş nağd pul və digər qiymətlilərin mühafizə qaydalarına uyğun olaraq qorunub saxlanmasının təmin edilməsi və digər təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarına malik maddi məsul vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük, yəni qazanc əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə edərək həmin Nazirlik üzrə 30 aprel 2008-ci il tarixli 52 nömrəli əmrlə təsdiq edilmiş “Milli Operatorun poçt müəssisələrində kassa əməliyyatlarının aparılması və bu əməliyyatlar üzrə hesabatların təsdiq edilməsinə dair Müvəqqəti Qaydalar”-a uyğun olaraq poçt şöbələrində aparılan əməliyyatlardan formalaşan limitdən artıq pul vəsaitlərinin Zərərçəkmiş şəxs MMC-nin Mərkəzi xəzinəsinə təqdim edilməli olması tələblərinin müəyyən edilməsinə və Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən 22 iyul 2010-cu il tarixdə həmin Poçt şöbəsinə maliyyə xidməti fəaliyyətinin həyata keçirilməsi üçün verilmiş 1-MO/12 nömrəli icazəyə əsasən, şöbədə əməliyyat günü başa çatdıqdan sonra 500 manata qədər nağd pul vəsaitinin saxlanılmasına icazə verilməsinə baxmayaraq, qulluq mövqeyindən istifadə edərək özünə etibar edilmiş Zərərçəkmiş şəxs MMC-yə məxsus pul vəsaitini mənimsəməklə talamaq məqsədilə 1 aprel 2021-ci il tarixdən 17 iyun 2021-ci il tarixədək olan müddətdə 3 saylı Poçt filialının ünvan 3 ünvanında fəaliyyət göstərən 02 saylı poçt şöbəsində əməliyyatçı işləyən cinayətdən xəbərsiz Şahid3 və Şahid4 ayrı-ayrı şəxslərə X1 Sistemi (AKİS), X6 (HÖP) və “SmartPay” sistemləri vasitəsilə göstərilən poçt xidmətlərinə görə yığılan pul vəsaitini gündəlik tərtib edilən F.RN-42 kassa arayışlarına əsasən təhvil alıb şöbə xərclərinə uyğun həmin vəsaitin müəyyən hissəsi məxaric edildikdən sonra qalan pul vəsaitini icazə verilən həddən artıq miqdarda özündə saxlayıb gündəlik inkassasiya zamanı baş xəzinəyə yuxarıda qeyd edilən tələbləri pozub gün ərzində mədaxil və məxariclər edildikdən sonra günün əvvəlinə kassa qalığı kimi müxtəlif məbləğdə, o cümlədən, 01.04.2021-ci il tarixə iş gününün əvvəlinə kassa qalığı 943 ABŞ dolları, 02.04.2021-ci il tarixə iş gününün əvvəlinə kassa qalığı 3.193 ABŞ dolları, 03.04.2021-ci il tarixə iş gününün əvvəlinə kassa qalığı 8.843 ABŞ dolları, 04.04.2021-ci il tarixə iş gününün əvvəlinə kassa qalığı 643 ABŞ dolları, 05.04.2021-ci il tarixə iş gününün əvvəlinə kassa qalığı 643 ABŞ dolları, 06.04.2021-ci il tarixə iş gününün əvvəlinə kassa qalığı 473 ABŞ dolları, 07.04.2021-ci il tarixə iş gününün əvvəlinə kassa qalığı 5.173 ABŞ dolları, 08.04.2021-ci il tarixə iş gününün əvvəlinə kassa qalığı 8.183 ABŞ dolları, 09.04.2021-ci il tarixə iş gününün əvvəlinə kassa qalığı 8.233 ABŞ dolları, 10.04.2021-ci il tarixə iş gününün əvvəlinə kassa qalığı 733 ABŞ dolları, 11.04.2021-ci il tarixə iş gününün əvvəlinə kassa qalığı 683 ABŞ dolları, 12.04.2021-ci il tarixə iş gününün əvvəlinə kassa qalığı 683 ABŞ dolları, 13.04.2021-ci il tarixə iş gününün əvvəlinə kassa qalığı 6.403 ABŞ dolları, 14.04.2021-ci il tarixə iş gününün əvvəlinə kassa qalığı 7.323 ABŞ dolları, 15.04.2021-ci il tarixə iş gününün əvvəlinə kassa qalığı 20.193 ABŞ dolları, 16.04.2021-ci il tarixə iş gününün əvvəlinə kassa qalığı 23.733 ABŞ dolları, 17.04.2021-ci il tarixə iş gününün əvvəlinə kassa qalığı 24.062 ABŞ dolları, 18.04.2021-ci il tarixə iş gününün əvvəlinə kassa qalığı 27.582 ABŞ dolları, 19.04.2021-ci il tarixə iş gününün əvvəlinə kassa qalığı 27.582 ABŞ dolları, 20.04.2021-ci il tarixə iş gününün əvvəlinə kassa qalığı 33.137 ABŞ dolları, 21.04.2021-ci il tarixə iş gününün əvvəlinə kassa qalığı 32.373 ABŞ dolları, 22.04.2021-ci il tarixə iş gününün əvvəlinə kassa qalığı 31.438 ABŞ dolları, 23.04.2021-ci il tarixə iş gününün əvvəlinə kassa qalığı 31.287 ABŞ dolları, 24.04.2021-ci il tarixə iş gününün əvvəlinə kassa qalığı 34.137 ABŞ dolları, 25.04.2021-ci il tarixə iş gününün əvvəlinə kassa qalığı 34.137 ABŞ dolları, 26.04.2021-ci il tarixə iş gününün əvvəlinə kassa qalığı 34.137 ABŞ dolları, 27.04.2021-ci il tarixə iş gününün əvvəlinə kassa qalığı 36.587 ABŞ dolları, 28.04.2021-ci il tarixə iş gününün əvvəlinə kassa qalığı 40.161 ABŞ dolları, 29.04.2021-ci il tarixə iş gününün əvvəlinə kassa qalığı 46.791 ABŞ dolları, 30.04.2021-ci il tarixə iş gününün əvvəlinə kassa qalığı 46.247 ABŞ dolları, 01.05.2021-ci il tarixə iş gününün əvvəlinə kassa qalığı 47.847 ABŞ dolları, 02.05.2021-ci il tarixə iş gününün əvvəlinə kassa qalığı 46.767 ABŞ dolları, 03.05.2021-ci il tarixə iş gününün əvvəlinə kassa qalığı 46.767 ABŞ dolları, 04.05.2021-ci il tarixə iş gününün əvvəlinə kassa qalığı 34.168 ABŞ dolları, 05.05.2021-ci il tarixə iş gününün əvvəlinə kassa qalığı 23.702 ABŞ dolları, 06.05.2021-ci il tarixə iş gününün əvvəlinə kassa qalığı 26.701 ABŞ dolları, 07.05.2021-ci il tarixə iş gününün əvvəlinə kassa qalığı 31.791 ABŞ dolları, 08.05.2021-ci il tarixə iş gününün əvvəlinə kassa qalığı 37.801 ABŞ dolları, 09.05.2021-ci il tarixə iş gününün əvvəlinə kassa qalığı 37.231 ABŞ dolları, 10.05.2021-ci il tarixə iş gününün əvvəlinə kassa qalığı 37.231 ABŞ dolları, 11.05.2021-ci il tarixə iş gününün əvvəlinə kassa qalığı 37.351 ABŞ dolları, 12.05.2021-ci il tarixə iş gününün əvvəlinə kassa qalığı 37.151 ABŞ dolları, 13.05.2021-ci il tarixə iş gününün əvvəlinə kassa qalığı 38.157 ABŞ dolları, 14.05.2021-ci il tarixə iş gününün əvvəlinə kassa qalığı 45.387 ABŞ dolları, 15.05.2021-ci il tarixə iş gününün əvvəlinə kassa qalığı 50.487 ABŞ dolları, 16.05.2021-ci il tarixə iş gününün əvvəlinə kassa qalığı 53.727 ABŞ dolları, 17.05.2021-ci il tarixə iş gününün əvvəlinə kassa qalığı 63.147 ABŞ dolları, 18.05.2021-ci il tarixə iş gününün əvvəlinə kassa qalığı 69.652 ABŞ dolları, 19.05.2021-ci il tarixə iş gününün əvvəlinə kassa qalığı 69.552 ABŞ dolları, 20.05.2021-ci il tarixə iş gününün əvvəlinə kassa qalığı 81.220 ABŞ dolları, 21.05.2021-ci il tarixə iş gününün əvvəlinə kassa qalığı 97.370 ABŞ dolları, 22.05.2021-ci il tarixə iş gününün əvvəlinə kassa qalığı 101.250 ABŞ dolları, 23.05.2021-ci il tarixə iş gününün əvvəlinə kassa qalığı 100.275 ABŞ dolları, 24.05.2021-ci il tarixə iş gününün əvvəlinə kassa qalığı 100.275 ABŞ dolları, 25.05.2021-ci il tarixə iş gününün əvvəlinə kassa qalığı 99.062 ABŞ dolları, 26.05.2021-ci il tarixə iş gününün əvvəlinə kassa qalığı 106.772 ABŞ dolları, 27.05.2021-ci il tarixə iş gününün əvvəlinə kassa qalığı 112.822 ABŞ dolları, 28.05.2021-ci il tarixə iş gününün əvvəlinə kassa qalığı 115.897 ABŞ dolları, 29.05.2021-ci il tarixə iş gününün əvvəlinə kassa qalığı 123.022 ABŞ dolları, 30.05.2021-ci il tarixə iş gününün əvvəlinə kassa qalığı 130.873 ABŞ dolları, 31.05.2021-ci il tarixə iş gününün əvvəlinə kassa qalığı 130.873 ABŞ dolları, 01.06.2021-ci il tarixə iş gününün əvvəlinə kassa qalığı 135.233 ABŞ dolları, 02.06.2021-ci il tarixə iş gününün əvvəlinə kassa qalığı 115.316 ABŞ dolları, 03.06.2021-ci il tarixə iş gününün əvvəlinə kassa qalığı 119.326 ABŞ dolları, 04.06.2021-ci il tarixə iş gününün əvvəlinə kassa qalığı 124.336 ABŞ dolları, 05.06.2021-ci il tarixə iş gününün əvvəlinə kassa qalığı 127.826 ABŞ dolları, 06.06.2021-ci il tarixə iş gününün əvvəlinə kassa qalığı 128.427 ABŞ dolları, 07.06.2021-ci il tarixə iş gününün əvvəlinə kassa qalığı 128.427 ABŞ dolları, 08.06.2021-ci il tarixə iş gününün əvvəlinə kassa qalığı 129.707 ABŞ dolları, 09.06.2021-ci il tarixə iş gününün əvvəlinə kassa qalığı 130.301 ABŞ dolları, 10.06.2021-ci il tarixə iş gününün əvvəlinə kassa qalığı 122.787 ABŞ dolları, 11.06.2021-ci il tarixə iş gününün əvvəlinə kassa qalığı 117.383 ABŞ dolları, 12.06.2021-ci il tarixə iş gününün əvvəlinə kassa qalığı 119.968 ABŞ dolları, 13.06.2021-ci il tarixə iş gününün əvvəlinə kassa qalığı 117.678 ABŞ dolları, 14.06.2021-ci il tarixə iş gününün əvvəlinə kassa qalığı 117.678 ABŞ dolları, 15.06.2021-ci il tarixə iş gününün əvvəlinə kassa qalığı 117.862 ABŞ dolları, 16.06.2021-ci il tarixə iş gününün əvvəlinə kassa qalığı 119.182 ABŞ dolları və 17.06.2021-ci il tarixə iş gününün əvvəlinə kassa qalığı 115.807 ABŞ dolları nağd pul vəsaiti olmasına baxmayaraq, qeyd edilən dövr ərzində inkassasiya vaxtı baş xəzinəyə pul göndərməyib, həmin gün təhvil-təslimin aparılması zamanı yoxlayıcılar tərəfindən özünün xidməti istifadəsində olan otaqda kassa qismində istifadə edilən dəmir seyfdən 4.598 ABŞ dolları aşkar olunmaqla, ona etibar edilmiş 111.209 ABŞ dolları məbləğində pul vəsaitini qeyd edilən müddət ərzində həmin poçt şöbəsinin ünvan 3 ünvanında yerləşən inzibati binasında götürüb şəxsi ehtiyaclarına sərf edərək, Zərərçəkmiş şəxs MMC-yə məxsus olmaqla ona etibar olunmuş cəmi 111.209 ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 189.055,3 manat (bir yüz səksən doqquz min əlli beş manat otuz qəpik) məbləğində pul vəsaitini vahid niyyətlə öz qulluq mövqeyindən istifadə edərək həmin cəmiyyətə külli miqdarda ziyan vurmaqla mənimsəyərək talamış, həmin hərəkətləri ilə Zərərçəkmiş şəxs MMC-nin əmlakının qorunub-saxlanılması və pul vəsaitinin müəyyən olunmuş fəaliyyət istiqamətlərinə uyğun sərf edilməsi ilə əlaqədar qanunla qorunan mənafelərinə vahid niyyətlə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən suiistifadə etmişdir. Təqsirləndirilən şəxs münasibətdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2 və 308.2-ci maddələri ilə irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış və onun qeyd olunan cinayət əməlini törətməkdə təqsirliliyi araşdırılan mötəbər və təkzibolunmaz sübutlarla öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı iş üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2 və 308.2-ci maddələri ilə ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bildi, ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini bildirdi və ifadə verməkdən imtina etdi. Odur ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadələri elan edilməklə tədqiq olundu. Təqsirləndirilən şəxs məhkəməyədək icraat mərhələsində verdiyi və məhkəmə baxışı zamanı tədqiq olunan ifadələrindən görünür ki, o, ibtidai istintaq mərhələsində Azərbaycan Respublikası CM-nin 179.3.2 və 308.2-ci maddələri ilə ona elan edilmiş ittihamla özünü təqsirli bilmiş və ittihamın mahiyyəti üzrə göstərmişdir ki, 2020-ci ilin mart ayından 17 iyun 2021-ci il tarixə kimi Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Zərərçəkmiş şəxs 3 saylı X4 Xidmətləri şöbəsinin rəisi vəzifəsində işləmiş, vəzifəsi poçt ilə bağlı bütün əməliyyatların, o cümlədən pulun kassaya mədaxil-məxaricinə nəzarət etmək, günün sonuna qalıqların yoxlanılması, işçilərin iş yerlərində lazımı avadanlıqlar və mal-materiallarla təmin edilməsi, poçt göndərişlərinin qəbulu, işlənməsi, çatdırılması və bu kimi işlərdən ibarət olmuşdur. İşinə uyğun olaraq kommunal xərclərlə bağlı ödənişlər, o cümlədən beynəlxalq köçürmələr, valyuta mübadiləsindən və s. xidmətlərdən daxil olan pul vəsaitləri xəzinəyə daxil olmuş, limitdən artıq pul vəsaiti onun rəhbərliyi ilə həmin gün və yaxud növbəti iş gününün səhəri inkassatorlar vasitəsi ilə baş xəzinəyə göndərilməli olmuşdur. 2021-ci ilin aprel ayında işlədiyi Poçtun daimi müştərisi və yaxın dostu Miribrahim Eminov biznesi ilə bağlı olaraq ondan borca 111.209 ABŞ dolları pul istəmiş, sonuncu ilə yaxın münasibətləri olduğundan xahişini yerə salmamış və aprel ayında 35.000 ABŞ dolları, may ayında 35.000 ABŞ dolları və iyun ayında isə 41209 ABŞ dolları məbləğində pulu borc olaraq Miribrahim Eminova vermişdir. Miribrahimin deməsinə görə həmin borcu, yəni 111.209 ABŞ dolları məbləğində pulu ona 2021-ci ilin iyun ayının sonuna kimi qaytarmalı olmuş, lakin sonuncunun işlərində müəyyən problemlər olduğundan qaytara bilməmişdir. 17 iyun 2021ci il tarixdə çalışdığı 3 saylı filialına Cəmiyyətin X9 tərəfindən növbədən kənar yoxlama gələrək təftiş aparmış, yoxlama zamanı kassada faktiki olaraq 59.123 manat 25 qəpik AZN manatı, 4.598 ABŞ dolları, 62.450 Rus Rublu və 310 EUR məbləğində pul vəsaiti aşkar edilmişdir. Mühasibat uçotu qalığına əsasən Rus Rublu ilə EUR-nun məbləğində heç bir əskiklik və artıqlıq olmasa da, Azərbaycan manatından 215 manat 26 qəpik artıqlıq, ABŞ dollarından isə 111.209 ABŞ dolları məbləğində əskiklik olduğu aşkar edilmişdir. Çatışmazlıqla bağlı 17 iyun 2021-ci il tarixli akt tərtib edilmiş, akt onun, filial müdiri, filialın baş mühasibi və X7 əməkdaşları tərəfindən imzalanmış, daha sonra izahat verərək 111.209 ABŞ dolları məbləğində pulu şəxsi məqsədləri üçün götürdüyünü etiraf edərək tezliklə yerinə qoyacağını demişdir. Təlimata uyğun olaraq, poçt filialının mühasibatlığı, konkret olaraq baş mühasib və filial direktoru gündəlik aparılan əməliyyatlar barədə yığılan pul vəsaitlərinə nəzarət etməli olmuş, hər bir şöbə üzrə günün sonunda mədaxil və məxaricdən sonra pul qalığı sistemdə görsənsə də, filial direktoru və baş mühasib diqqətsizlik səbəbindən həmin çatışmazlığı görməmişlər. Təqsirləndirilən şəxs tədqiq edilən həmin ifadələrinin davamında daha sonra göstərmişdir ki, işlədiyi poçt şöbəsinin kassasında mənimsədiyi 189.055,30 manat pul vəsaitini yüksək vəzifəyə təyin edilməsində köməklik göstərilməsi üçün tanışı Şahid11 vermiş, sonuncu onu aldadaraq pul vəsaitini ələ keçirmişdir (iş vərəqə: cild İİ, səh. 101- 105; cild İİİ, səh. 12-15, 40-45). Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Şahid11 ifadəsində göstərdi ki, 2020-ci ilin mart-aprel aylarında Təqsirləndirilən şəxsla 6 saylı poçt filialının 72 saylı poçt şöbəsinin yaxınlığında adını xatırlamadığı çayxanada söhbət edərkən Təqsirləndirilən şəxs iş yerini dəyişmək istəməsi barədə ona fikrini bildirmiş, həmin vaxt onun yadına Elçin Məmmədov adında dostu düşmüş, X8 Respublikasının İstanbul şəhərində bizneslə məşğul olsa da, dövlət işində işləyən yaxın dostları olmuşdur. O, Təqsirləndirilən şəxs yüksək vəzifəyə təyin edilməsinə köməklik etmək üçün sonuncunun yanında “whatsapp” proqramı vasitəsi ilə Elçin Məmmədovun xatırlamadığı Türkiyə nömrəsinə zəng etmiş, ondan Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs MMC-də “Ekspres” Poçta rəhbər vəzifəyə təyin edilməsinə köməklik etməsi üçün xahiş etmiş, Elçin Məmmədov da ona köməklik edə biləcəyini demiş, lakin kimin vasitəsi ilə köməklik edə biləcəyini deməmişdir. Bundan sonra Elçin Məmmədov ona Təqsirləndirilən şəxs işə düzəlməsi üçün 5.000 manat pul lazım olduğunu demiş, o da bunu Təqsirləndirilən şəxs deyib, sonuncu ilə razılaşdıqdan sonra 5.000 manat pulu 09.05.2020-ci il tarixdə, günorta saatlarında Bakı şəhəri Nərimanov rayonunda “Saatlı bina” deyilən yerdə Təqsirləndirilən şəxs alıb, iki-üç gün sonra Bakı şəhəri, Qaradağ rayonu ərazisində “Sədərək bazarı” deyilən yerdə “dollar alveri” ilə məşğul olan, tanımadığı şəxsə 5.000 manat pulu vermiş, Elçin Məmmədov isə həmin pulu Türkiyə Respublikasının İstanbul şəhərində götürmüşdür. Bundan sonra, Elçin Məmmədov ona cavab gözləməsini demiş, o da X5 Əhmədovu yüksək vəzifəyə təyin etdirməsini xahiş edərək, nə lazım olsa, verəcəklərinə söz vermişdir. Elçin Məmmədov 2021-ci ilin avqust ayında vəfat etmişdir. Təxminən 2020-ci ilin dekabr ayında ona pul lazım olduğundan Təqsirləndirilən şəxs bir-neçə dəfə xırda məbləğlərdə borca pul almışdır. Lakin sonradan Təqsirləndirilən şəxs borca pul almağa utandığı üçün sonuncuya yalan danışaraq, guya işi ilə bağlı olaraq Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin vəzifəli şəxslərinə pul vermək lazım olduğunu, həmçinin rəhbər vəzifəli şəxslərə hədiyyə almaq və onlar üçün hər hansı iş görmək üçün pul lazım olduğunu yalandan Təqsirləndirilən şəxs deyərək müxtəlif məbləğlərdə pullar almağa başlamışdır. Həmin pulların hamısını öz ehtiyaclarına xərcləmişdir. Həmçinin Təqsirləndirilən şəxs qohumları ilə şərikli torpaq sahəsi olmuş, həmin torpaq sahəsinin sənədlərində problem olduğundan, bir dəfə həmin sənədin düzəlməsi adı ilə Təqsirləndirilən şəxs Nərimanov rayonu ərazisində “Nərimanov” metrostansiyasının çıxışındakı parkda təxminən 2.700-2.800 manat pul almış, həmin pulu da özünə xərcləmişdir. Məhkəmə istintaqı zamanı qanunla müəyyən olunan qaydada məhkəmənin yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq məhkəmə baxışı zamanı iştirak etməmiş Şahid1 hazırkı məhkəmə baxışınadək icraat zamanı vermiş olduğu ifadələri elan edilməklə tədqiq olundu və müəyyən edildi ki, Şahid1 tədqiq olunan həmin ifadəsində göstərmişdir ki, 30 mart 2021-ci ildən Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Zərərçəkmiş şəxs MMC-nin 3 saylı Poçt filialının rəisi vəzifəsində işləyir, əsasnaməyə uyğun olaraq vəzifəsi filialda iş fəaliyyətini qurmaq, hüquqi və fiziki şəxslərə yüksək keyfiyyətli və fasiləsiz poçt, maliyyə xidmətlərinin göstərilməsinə nəzarət, rentabeli və mənfəətli fəaliyyəti təmin etmək, nizam intizamın qorunmasını təmin etmək, əsas istehsal fondlarının, maliyyə-material ehtiyatlarının səmərəli istifadəsini təmin etmək, əmək qanunvericiliyi və əməyin mühafizəsini, texniki təhlükəsizlik qaydalarına riayət etmək, poçt şöbələrində rabitə və rabitə avadanlıqlarının fasiləsiz işləməsini təmin etmək, poçt şöbələrində gündəlik aparılan bütün əməliyyatların mərkəzləşdirilmiş sistemə, proqrama vaxtında işlənməsinə nəzarət, poçtun fəaliyyəti haqqında hesabatların verilməsinin təmin edilməsi və kadrların seçilməsi, qəbulu və bu kimi işlərin aparılmasından ibarət olmuşdur. 17 iyun 2021-ci il tarixdə rəhbəri olduğu 3 saylı filiala Cəmiyyətin X9 tərəfindən növbədən kənar yoxlama gələrək təftiş aparmış və filialın müştəri xidmətləri şöbəsində 111.209 ABŞ dolları məbləğində əskiklik olması müəyyən edilmişdir. Bu barədə yerindəcə Müştəri xidmətləri şöbəsinin rəisi Təqsirləndirilən şəxs soruşulduqda sonuncu çatışmazlığı etiraf edərək öz şəxsi məqsədləri üçün xərclədiyini bildirmişdir. Gündəlik olaraq komunal ödənişlər, poçt göndərişləri, moniqram və beynəlxalq pul köçürmələrindən gələn vəsaitlər günün sonunda Müştəri Xidmətləri Şöbəsinin rəisi Təqsirləndirilən şəxs təhvil verilməli, Təqsirləndirilən şəxs da yığılan pul vəsaitlərindən gündəlik limit olan 10.000 manat ekvivalentində ABŞ dolları puldan başqa qalan pul vəsaitini inkassatorlar vasitəsi ilə MMC-nin baş xəzinədarlığına göndərməli olmuşdur. Lakin Təqsirləndirilən şəxs günün sonunda yığılan pul vəsaitini limiti ayırdıqdan sonra tam şəkildə baş xəzinədarlığa göndərməmişdir. Bundan başqa Təqsirləndirilən şəxs aprel ayında öz xidməti otağında qanunsuz olaraq tanışlarına ABŞ dolları satmasına görə xəbərdarlıqla şiddətli töhmət verilmiş, bununla yanaşı Təqsirləndirilən şəxs xidməti fəaliyyəti ilə əlaqədar olaraq işə davamiyyəti mütəmadi pozduğuna və işində yol verdiyi digər nöqsanlara görə işdən azad edilməsi üçün o, 11 iyun 2021-ci il tarixdə təqdimatla rəhbərliyə müraciət ünvanlamışdır. Gündəlik olaraq aparılan əməliyyatlar nəticəsində Filialın Müştəri Xidmətləri şöbəsinə daxil olan pul vəsaitini Təqsirləndirilən şəxs başqa Zərərçəkmiş şəxs MMC-nin xəzinədarlıq departamentinin baş xəzinədarı, Monitorinq şöbəsinin əməkdaşları, Risklərin idarə edilməsi departamentinin əməkdaşları görmüş, həmçinin filialda gündəlik olaraq aparılan əməliyyatlar nəticəsində Filialın Müştəri Xidmətləri şöbəsinə daxil olan pul vəsaitini Filialın baş mühasibi, filial rəhbəri kimi özü görmüş, lakin onun və baş mühasibin birbaşa olaraq həmin pul vəsaitlərini yoxlamağa səlahiyyəti olmamış, belə ki, 2019-cu ildən sonra Bakı şəhəri üzrə 6 filial üzrə xəzinədarlıq şöbəsi ləğv olunaraq Zərərçəkmiş şəxs MMC-ə keçirilmiş, filialda xəzinədarlıq şöbəsi olmadığına görə də konkret olaraq Filial müdiri yalnız aparılan əməliyyatlara nəzarət etmiş, əməliyyat zamanı yığılan pul vəsaitinə isə nəzarət etməmiş, o cümlədən inkasassiya xidməti də filiallardan alınaraq Zərərçəkmiş şəxs MMC-nin Xəzinədarlıq Departamentinə verilmişdir. Buna görə də pul vəsaitlərinin inkasassiyasını həyata keçirmək onun öhdəliyində olmamışdır (iş vərəqə: cild İ, səh. 70-73). Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Zərərçəkmiş şəxs MMCnin 3 saylı poçt filialının baş mühasibi Şahid2 məhkəməyədək icraat zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsinə uyğun ifadə verərək, ifadəsində sonuncunun göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən 3 saylı poçt filialının 2 saylı poçt şöbəsinin əməliyyatçısı Şahid3 ifadəsində göstərdi ki, 2020-ci ilin aprel ayından Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Zərərçəkmiş şəxs 3 saylı X4 Xidmətləri şöbəsində əməliyatçı vəzifəsində işləmiş, işi beynəlxalq ödənişlərin, kommunal ödənişlər və digər bütün ödənişlərin qəbulundan, eləcə də vətəndaşlara pul vəsaitlərinin ödənişlərindən ibarət olmuşdur. İşin qaydasına uyğun olaraq əməliyatçı günün əvvəlində işə başlamazdan əvvəl müştərilərə ilkin xidmət göstərmək üçün şöbə müdirindən K.Ə-5 kitabına imza etməklə pul vəsaiti götürmüş, bundan sonra gün ərzində şöbədə aparılan mədaxil və məxaricdən sonra toplanan pul vəsaiti RN-42 arayışına əsasən şöbə müdiri Təqsirləndirilən şəxs təhvil verilmişdir. Şöbədə 6 əməliyyatçı fəaliyyət göstərmiş, yalnız o, xarici valyutanın qəbuluna və ödənişə baxmışdır. Lakin 2021-ci ilin may və iyun aylarında iş yükü çox olduğundan əməliyyatçı Şahid4 da xarici valyuta qəbuluna və ödənişlərinə baxmışdır. Xarici valyutanı Təqsirləndirilən şəxs RN-42 arayışına əsasən yalnız həmin valyuta ilə işləyən əməliyyatçılar vermişdir. Təqsirləndirilən şəxs günün sonunda əməliyyatçılardan toplanan pul vəsaitini yığdıqdan sonra RN-42 arayışına əsasən “Forma-130” arayışını tərtib etmiş, hər iş gününün sonunda Təqsirləndirilən şəxs limitdən artıq yığılan pul vəsaitini RN-4 arayışına əsasən inkassatorlar vasitəsi ilə baş xəzinədarlığa göndərməli olmuşdur. “Forma-130” arayışında bütün mədaxil və məxariclər, o cümlədən baş xəzinədarlığa göndərilən pul vəsaiti də öz əksini tapmışdır. Bununla yanaşı Təqsirləndirilən şəxs “Forma- 130” arayışında qeyd edilən mədaxil-məxaricləri “Kassa-qalıq jurnalına” da işləməli olsa da, həmin jurnalı o, işləmişdir. Təqsirləndirilən şəxs 2021-ci ilin aprel ayına kimi hər günün sonunda limitdən artıq yığılan pul vəsaitini baş xəzinədarlığa göndərsə də, aprel ayından etibarən limitdən artıq yığılan pul vəsaitini baş xəzinədarlığa ya ümumiyyətlə göndərməmiş, göndərəndə isə tam şəkildə göndərməmişdir. Bu barədə bir neçə dəfə Təqsirləndirilən şəxs özünə desə də, sonuncu ona narahat olmamağı demişdir. 17 iyun 2021-ci ildə Zərərçəkmiş şəxs MMC-nin X3 əməkdaşları qəfləti olaraq Müştəri xidmətləri şöbəsində yoxlama aparmışlar, yoxlamada şöbə rəisi Təqsirləndirilən şəxs, filial rəisi Şahid1 və baş mühasib Şahid2 də iştirak etmişdir. Yoxlama zamanı kassada ABŞ dollarında əksiklik olduğu müəyyən edilsə də, o, çatışmazlığın dəqiq məbləğini bilməmişdir. Şahid3 ifadəsinin davamında göstərdi ki, Təqsirləndirilən şəxs tapşırığı əsasında 2021-ci ilin yanvar ayından may ayının sonlarına kimi 3-4 dəfə bir nəfər orta yaşlı kişiyə bir dəfə 1.000 manat, bir neçə dəfə də 300-500 manat pul vermişdir. Həmin pulu bir dəfə isə 2021-ci ilin mart ayının sonlarında “Novruz bayramı” ilə əlaqədar tətil günlərində növbətçi olduğu gün vermişdir. Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən 3 saylı poçt filialının 2 saylı poçt şöbəsinin əməliyyatçısı Şahid4 məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid3 ifadəsinə uyğun ifadə verərək, ifadəsində sonuncunun göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Şahid5 ifadəsində göstərdi ki, 2014-cü ildən Zərərçəkmiş şəxs MMC-nin X3 müdiri vəzifəsində işləmiş, vəzifəsi müəyyən olunmuş iş planına əsasən birbaşa tabeli strukturlarda aparılan audit yoxlamalarının nəticələrinin aidiyyəti üzrə Zərərçəkmiş şəxs MMC-nin müşahidə şurasına və MMC-nin rəhbərliyinə təqdim edilməsindən ibarət olmuşdur. X9 Zərərçəkmiş şəxs MMC-nin müşahidə şurasına tabe olmuş, hər ilin əvvəlində müşahidə şurası tərəfindən təsdiq olunmuş audit planına uyğun olaraq ildə bir dəfə, bəzən zərurət yaranarsa bir neçə dəfə poçt filiallarının və poçt şöbələrinin maliyyə təsərrüfat planı yoxlanılmışdır. 17 iyun 2021-ci il tarixdə onun rəhbərliyi ilə şöbənin müdir müavini Şahid6, aparıcı auditorlar Şahid8, Şahid9 və Şahid7 iştirakı ilə Bakı şəhəri 3 saylı X4 Xidmətləri Şöbəsində maddiməsul şəxs Təqsirləndirilən şəxs hesabında olan milli və xarici valyutada nağd pul vəsaitlərinin həqiqi varlığının qəfləti yoxlanılmasını həyata keçirmişdir. Yoxlamada 3 saylı Poçt Filialından rəis Şahid1, baş mühasib Şahid2 və Müştəri Xidmətlər Şöbəsinin müdiri Təqsirləndirilən şəxs da iştirak etmişdir. Yoxlama zamanı kassada faktiki olaraq 59.123 manat 25 qəpik AZN manatı, 4598 ABŞ dolları, 62450 Rus Rublu və 310 EUR məbləğində pul vəsaiti aşkar edilmiş, mühasibat uçotu qalığına əsasən Rus Rublu ilə EUR-nun məbləğində heç bir əskiklik və artıqlıq olmasa da, Azərbaycan manatından 215 manat 26 qəpik artıqlıq, ABŞ dollarından isə 111.209 ABŞ dolları məbləğində əskiklik olduğu aşkar edilmişdir. Həmin çatışmazlıqla bağlı Təqsirləndirilən şəxs şifahi və yazılı izahatında 2021ci ilin aprel, may və iyun ayında hissə-hissə olmaqla 3 dəfə 111.209 ABŞ dolları məbləğində pulu şəxsi məqsədləri üçün qısa müddətə götürdüyü etiraf edərək həmin vəsaiti tezlikdə yerinə qoyacağına söz vermiş, daha sonra yoxlama iştirakçıları tərəfindən 17 iyun 2021-ci il tarixdə kassa aktı tərtib edilmiş, həmin akt onların, o cümlədən Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. Müştəri xidmətləri şöbəsində kommunal ödənişlərin, pul göndərişlərinin və sair əməliyyatlar əsasında gündəlik pul vəsaiti toplanmış, pul vəsaitləri günün sonunda əməliyyatçılar tərəfindən RN-42 arayışı əsasında Təqsirləndirilən şəxs təqdim edilmiş, sonuncu tərəfindən həmin arayış və aparılmış əməliyyatlara uyğun olaraq F-130 hesabatı sistemə işlənilmiş, mədaxil və məxaric çıxıldıqdan sonra limitdən artıq pul vəsaiti Təqsirləndirilən şəxs bilavasitə özü tərəfindən tərtib edilən RN-4 arayışı əsasında günün sonunda inkassatorlar vasitəsi ilə baş xəzinədarlığa göndərilməli olsa da, sonuncu limitdən artıq pul vəsaitini baş xəzidarlığa göndərməmişdir. Mərkəzi bank tərəfindən təqdim edilmiş lisenziyaya uyğun olaraq poçt şöbələrində gündəlik pul limiti 500 manat ekvivalentində olmuşdur. Bundan başqa, məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Şahid6 ifadəsində göstərdi ki, 2014-cü ildən Zərərçəkmiş şəxs MMC-nin X3 müdiri vəzifəsində işləmiş, vəzifəsi şöbənin cari fəaliyyətinin işlərinin tənzimlənməsi, iş fəaliyyətinə uyğun olaraq auditin yerlərdə təmin edilməsi, şöbə rəisinin göstərişlərinə uyğun olaraq şöbənin idarə edilməsindən ibarət olmuşdur. X9 Zərərçəkmiş şəxs MMC-nin müşahidə şurasına tabe olmuş, hər ilin əvvəlində müşahidə şurası tərəfindən təsdiq olunmuş audit planına uyğun olaraq ildə bir dəfə, bəzən zərurət yaranarsa bir neçə dəfə poçt filiallarının və poçt şöbələrinin maliyyə təsərrüfat planı yoxlanılmışdır. 17 iyun 2021-ci il tarixdə X7 rəisi Şahid5 rəhbərliyi ilə onun, aparıcı auditorlar Şahid8, Şahid9 və Şahid7 iştirakı ilə Bakı şəhəri 3 saylı X4 Xidmətləri Şöbəsində maddi-məsul şəxs Təqsirləndirilən şəxs hesabında olan milli və xarici valyutada nağd pul vəsaitlərinin həqiqi varlığının qəfləti yoxlanılmasını həyata keçirmişdir. Yoxlamada 3 saylı Poçt Filialından rəis Şahid1, baş mühasib Şahid2 və Müştəri Xidmətlər Şöbəsinin müdiri Təqsirləndirilən şəxs da iştirak etmişdir. Yoxlama zamanı kassada faktiki olaraq 59.123 manat 25 qəpik AZN manatı, 4598 ABŞ dolları, 62450 Rus Rublu və 310 EUR məbləğində pul vəsaiti aşkar edilmiş, mühasibat uçotu qalığına əsasən Rus Rublu ilə EUR-nun məbləğində heç bir əskiklik və artıqlıq olmasa da, Azərbaycan manatından 215 manat 26 qəpik artıqlıq, ABŞ dollarından isə 111.209 ABŞ dolları məbləğində əskiklik olduğu aşkar edilmişdir. Həmin çatışmazlıqla bağlı Təqsirləndirilən şəxs şifahi və yazılı izahatında 2021-ci ilin aprel, may və iyun ayında hissə-hissə olmaqla 3 dəfə 111.209 ABŞ dolları məbləğində pulu şəxsi məqsədləri üçün qısa müddətə götürdüyü etiraf edərək həmin vəsaiti tezlikdə yerinə qoyacağına söz vermiş, daha sonra yoxlama iştirakçıları tərəfindən 17 iyun 2021-ci il tarixdə kassa aktı tərtib edilmiş, həmin akt onların, o cümlədən Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Zərərçəkmiş şəxs MMCnin X3 auditorları Şahid7, Şahid8 və Şahid9 məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid6 oğunun ifadəsinə uyğun ifadə verərək, ifadələrində sonuncunun göstərdiyi xüsusatları bir daha təsdiq etmişlər. Məhkəmə istintaqı zamanı qanunla müəyyən olunan qaydada məhkəmənin yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq məhkəmə baxışı zamanı iştirak etməmiş Şahid10 hazırkı məhkəmə baxışınadək icraat zamanı vermiş olduğu ifadələri elan edilməklə tədqiq olundu və müəyyən edildi ki, Şahid10 tədqiq olunan həmin ifadəsində göstərmişdir ki, 2016-cı ilin fevral ayından 2021-ci ilin iyun ayına kimi Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Zərərçəkmiş şəxs 3 saylı poçt filialının 2 saylı poçt şöbəsində əməliyyatçı işləmişdir. 2 saylı poçt şöbəsinin rəisi Təqsirləndirilən şəxs tapşırığı əsasında 2021-ci ilin fevral-may aylarında həftənin bazar günü növbədə olduğu vaxtlarda 3-4 dəfə Təqsirləndirilən şəxs dostu, əslən Naxçıvan MRdan olan, lakin adını bilmədiyi şəxsə pul vermiş, sonuncu dəfə isə həmin şəxsə may ayının sonlarında həftənin bazar günü 2.700 manat pul vermişdir. Bundan əvvəl isə həmin şəxsə Təqsirləndirilən şəxs tapşırığı əsağında 200-500 manat arası pul vermişdir (iş vərəqə: cild İİİ, səh. 54-56). Məhkəmə baxışı zamanı tədqiq olunan, 17 iyun 2021-ci il tarixli kassa aktından görünür ki, Zərərçəkmiş şəxs MMC-nin 3 saylı poçt filialının 2 saylı poçt şöbəsində (müştəri xidmətləri şöbəsi) 17.06.2021-ci il tarixdə qəfləti xəzinə yoxlaması aparılmış, 17.06.2021-ci il tarixə günün əvvəlinə qalıq, 17.06.2021-ci il tarixdə yoxlamayadək aparılan mədaxil və məxaric əməliyyatları nəzərə alınmaqla 2 saylı poçt şöbəsinin xarici valyuta üzrə xəzinə qalığı (USD) 115.807 ABŞ dolları olmalı olduğu halda yoxlamaya 4.598 ABŞ dolları təqdim edilmişdir. Nəticədə 2 saylı poçt şöbəsində aparılan yoxlama zamanı xarici valtyuta üzrə 111.209 ABŞ dolları xəzinə çatışmazlığı aşkar edilmişdir (iş vərəqə: cild İ, səh. 17-18). Məhkəmə baxışı zamanı tədqiq olunan, Zərərçəkmiş şəxs MMC-nin X7 20 sentyabr 2021-ci il tarixli mütəxəssis rəyindən görünür ki, “Milli Operatorun poçt müəssisələrində kassa əməliyyatlarının aparılması və bu əməliyyatlar üzrə hesabatların tərtib edilməsinə dair” Müvəqqəti Qaydaların 3.3.10, 3.3.11 və 3.3.23 saylı bəndlərinə əsasən poçt şöbəsində əməliyyatçılar tərəfindən gündəlik olaraq aparılan mədaxil və məxaric əməliyyatlarının yekunu F.RN-42 kassa arayışında əks etdirilməklə poçt şöbə rəisinə təqdim edilməli və əməliyyatçılar tərəfindən F.RN-42 kassa arayışında qeyd olunan vəsaitlər poçt şöbəsinin rəisi tərəfindən yoxlanıldıqdan sonra hesabat sənədlərinə əlavə edilməlidir və 3.3.25 bəndinə əsasən əsas kassanı aparan şəxs F.RN-42 kassa arayışı üzrə nağd pulları və pul sənədlərini son haqq-hesab kimi qəbul edərkən F.KƏ-5 kassa kitabı ilə tutuşdurmalıdır. Yuxarıda göstərilən üzləşdirmə və təhlildən belə nəticəyə gəlmək olar ki, PŞ rəisi işlədiyi dövr ərzində mövcud qaydaların tələblərinə uyğun olaraq KƏ-5 kitabından tam olaraq istifadə edilmədiyindən, xüsusilə ABŞ dolları ilə limitdən artıq nağd pul qalığının tam şəkildə Zərərçəkmiş şəxs MMC-nin mərkəzi xəsinəsinə göndərilmədiyindən 17.06.2019-cu il tarixdə Zərərçəkmiş şəxs MMC-nin X7 müdiri Şahid5, şöbənin müdir müavini Şahid6, şöbənin aparıcı auditorları Şahid7, Şahid8 və Şahid9 tərəfindən şöbədə qəfləti xəzinə yoxlaması aparılarkən 111.209 ABŞ dolları tranzit vəsaitin təyinatından kənarlaşdırıldığı məlum olmuşdur. Xarici valyutada 111.209 ABŞ dolları məbləğində çatışmazlıq şöbənin rəisi Təqsirləndirilən şəxs öhdəliyindən yaranmış və bu çatışmazlığa görə bir başa məsuliyyət daşıyır (iş vərəqə: cild İ, səh. 28-41). Məhkəmə baxışı zamanı tədqiq olunan, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Mütəxəssis təhlilləri şöbəsinin 20 sentyabr 2021-ci il tarixli rəyindən görünür ki, ilkin araşdırma materiallarına, kassa mədaxil-məxaric sənədlərinə, təhvil-təslim aktına, 17 iyun 2021-ci il tarixli daxili audit aktına əsasən 17.06.2021-ci il tarixdə təhvil-təslim aktında Zərərçəkmiş şəxs MMC-nin 3 saylı filialının müştəri xidmətləri şöbəsinin kassasında 189.055,30 manat ekvivalentində 111.209 ABŞ dolları kassa çatışmazlığı müəyyən edilmişdir (iş vərəqə: cild İ, səh. 42-48). Məhkəmə baxışı zamanı tədqiq olunan, məhkəmə-mühasibatlıq ekspertizasının 14 oktyabr 2021-ci il tarixli, 9/6937 nömrəli rəyindən görünür ki, mühasibat uçotu sənədlərinə (17.06.2021-ci il tarixli kassa aktı, kassa arayışı (FRN-42), kassa kitabı (F.K-5), 130 saylı gündəlik mədaxil və məxariclərin hesabatları cədvəli, kassa jurnalı) əsasən Zərərçəkmiş şəxs MMC-nin 3 saylı X4 xidmətləri şöbəsinin xəzinəsində 17.06.2021-ci il tarixə milli valyutada 215.26 manat artıqlıq, 189.055,30 manat ekvivalentində 111.209 USD (ABŞ dolları) xəzinə çatışmazlığı müəyyən edilir (iş vərəqə: cild İİ, səh. 129-134). Məhkəmə baxışı zamanı tədqiq olunan, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən 22 iyul 2010-cu il tarixdə Poçt şöbəsinə maliyyə xidməti fəaliyyətinin həyata keçirilməsi üçün verilmiş 1-MO/12 nömrəli icazədən görünür ki, Zərərçəkmiş şəxs – poçt rabitəsi milli operatorunun 3 saylı Poçt filialına filialın Əsasnaməsində nəzərdə tutulan fəaliyyət növlərinin milli operatorun lisenziyası çərçivəsində həyata keçirilməsinə icazə verilir. Şöbədə əməliyyat günü başa çatdıqdan sonra 500 manata qədər nağd pul vəsaitləri saxlanıla bilər (iş vərəqə: cild İİ, səh. 179). Məhkəmə baxışı zamanı tədqiq olunan, “Forma RN-42” arayışlarının, kassa qalıq jurnalının, F.K-5 kassa kitabının və 130 saylı gündəlik mədaxil və məxariclərin hesabatları cədvəlindən görünür ki, Zərərçəkmiş şəxs MMC-nin 3 saylı poçt filialının 2 saylı poçt şöbəsində 01.04.2021-ci il tarixə iş gününün əvvəlinə kassa qalığı 943 ABŞ dolları, 02.04.2021-ci il tarixə iş gününün əvvəlinə kassa qalığı 3.193 ABŞ dolları, 03.04.2021-ci il tarixə iş gününün əvvəlinə kassa qalığı 8.843 ABŞ dolları, 04.04.2021-ci il tarixə iş gününün əvvəlinə kassa qalığı 643 ABŞ dolları, 05.04.2021-ci il tarixə iş gününün əvvəlinə kassa qalığı 643 ABŞ dolları, 06.04.2021-ci il tarixə iş gününün əvvəlinə kassa qalığı 473 ABŞ dolları, 07.04.2021-ci il tarixə iş gününün əvvəlinə kassa qalığı 5.173 ABŞ dolları, 08.04.2021-ci il tarixə iş gününün əvvəlinə kassa qalığı 8.183 ABŞ dolları, 09.04.2021-ci il tarixə iş gününün əvvəlinə kassa qalığı 8.233 ABŞ dolları, 10.04.2021-ci il tarixə iş gününün əvvəlinə kassa qalığı 733 ABŞ dolları, 11.04.2021-ci il tarixə iş gününün əvvəlinə kassa qalığı 683 ABŞ dolları, 12.04.2021-ci il tarixə iş gününün əvvəlinə kassa qalığı 683 ABŞ dolları, 13.04.2021-ci il tarixə iş gününün əvvəlinə kassa qalığı 6.403 ABŞ dolları, 14.04.2021-ci il tarixə iş gününün əvvəlinə kassa qalığı 7.323 ABŞ dolları, 15.04.2021-ci il tarixə iş gününün əvvəlinə kassa qalığı 20.193 ABŞ dolları, 16.04.2021-ci il tarixə iş gününün əvvəlinə kassa qalığı 23.733 ABŞ dolları, 17.04.2021-ci il tarixə iş gününün əvvəlinə kassa qalığı 24.062 ABŞ dolları, 18.04.2021-ci il tarixə iş gününün əvvəlinə kassa qalığı 27.582 ABŞ dolları, 19.04.2021-ci il tarixə iş gününün əvvəlinə kassa qalığı 27.582 ABŞ dolları, 20.04.2021-ci il tarixə iş gününün əvvəlinə kassa qalığı 33.137 ABŞ dolları, 21.04.2021-ci il tarixə iş gününün əvvəlinə kassa qalığı 32.373 ABŞ dolları, 22.04.2021-ci il tarixə iş gününün əvvəlinə kassa qalığı 31.438 ABŞ dolları, 23.04.2021-ci il tarixə iş gününün əvvəlinə kassa qalığı 31.287 ABŞ dolları, 24.04.2021-ci il tarixə iş gününün əvvəlinə kassa qalığı 34.137 ABŞ dolları, 25.04.2021-ci il tarixə iş gününün əvvəlinə kassa qalığı 34.137 ABŞ dolları, 26.04.2021-ci il tarixə iş gününün əvvəlinə kassa qalığı 34.137 ABŞ dolları, 27.04.2021-ci il tarixə iş gününün əvvəlinə kassa qalığı 36.587 ABŞ dolları, 28.04.2021-ci il tarixə iş gününün əvvəlinə kassa qalığı 40.161 ABŞ dolları, 29.04.2021-ci il tarixə iş gününün əvvəlinə kassa qalığı 46.791 ABŞ dolları, 30.04.2021-ci il tarixə iş gününün əvvəlinə kassa qalığı 46.247 ABŞ dolları, 01.05.2021-ci il tarixə iş gününün əvvəlinə kassa qalığı 47.847 ABŞ dolları, 02.05.2021-ci il tarixə iş gününün əvvəlinə kassa qalığı 46.767 ABŞ dolları, 03.05.2021-ci il tarixə iş gününün əvvəlinə kassa qalığı 46.767 ABŞ dolları, 04.05.2021-ci il tarixə iş gününün əvvəlinə kassa qalığı 34.168 ABŞ dolları, 05.05.2021-ci il tarixə iş gününün əvvəlinə kassa qalığı 23.702 ABŞ dolları, 06.05.2021-ci il tarixə iş gününün əvvəlinə kassa qalığı 26.701 ABŞ dolları, 07.05.2021-ci il tarixə iş gününün əvvəlinə kassa qalığı 31.791 ABŞ dolları, 08.05.2021-ci il tarixə iş gününün əvvəlinə kassa qalığı 37.801 ABŞ dolları, 09.05.2021-ci il tarixə iş gününün əvvəlinə kassa qalığı 37.231 ABŞ dolları, 10.05.2021-ci il tarixə iş gününün əvvəlinə kassa qalığı 37.231 ABŞ dolları, 11.05.2021-ci il tarixə iş gününün əvvəlinə kassa qalığı 37.351 ABŞ dolları, 12.05.2021-ci il tarixə iş gününün əvvəlinə kassa qalığı 37.151 ABŞ dolları, 13.05.2021-ci il tarixə iş gününün əvvəlinə kassa qalığı 38.157 ABŞ dolları, 14.05.2021-ci il tarixə iş gününün əvvəlinə kassa qalığı 45.387 ABŞ dolları, 15.05.2021-ci il tarixə iş gününün əvvəlinə kassa qalığı 50.487 ABŞ dolları, 16.05.2021-ci il tarixə iş gününün əvvəlinə kassa qalığı 53.727 ABŞ dolları, 17.05.2021-ci il tarixə iş gününün əvvəlinə kassa qalığı 63.147 ABŞ dolları, 18.05.2021-ci il tarixə iş gününün əvvəlinə kassa qalığı 69.652 ABŞ dolları, 19.05.2021-ci il tarixə iş gününün əvvəlinə kassa qalığı 69.552 ABŞ dolları, 20.05.2021-ci il tarixə iş gününün əvvəlinə kassa qalığı 81.220 ABŞ dolları, 21.05.2021-ci il tarixə iş gününün əvvəlinə kassa qalığı 97.370 ABŞ dolları, 22.05.2021-ci il tarixə iş gününün əvvəlinə kassa qalığı 101.250 ABŞ dolları, 23.05.2021-ci il tarixə iş gününün əvvəlinə kassa qalığı 100.275 ABŞ dolları, 24.05.2021-ci il tarixə iş gününün əvvəlinə kassa qalığı 100.275 ABŞ dolları, 25.05.2021-ci il tarixə iş gününün əvvəlinə kassa qalığı 99.062 ABŞ dolları, 26.05.2021-ci il tarixə iş gününün əvvəlinə kassa qalığı 106.772 ABŞ dolları, 27.05.2021-ci il tarixə iş gününün əvvəlinə kassa qalığı 112.822 ABŞ dolları, 28.05.2021-ci il tarixə iş gününün əvvəlinə kassa qalığı 115.897 ABŞ dolları, 29.05.2021-ci il tarixə iş gününün əvvəlinə kassa qalığı 123.022 ABŞ dolları, 30.05.2021-ci il tarixə iş gününün əvvəlinə kassa qalığı 130.873 ABŞ dolları, 31.05.2021-ci il tarixə iş gününün əvvəlinə kassa qalığı 130.873 ABŞ dolları, 01.06.2021-ci il tarixə iş gününün əvvəlinə kassa qalığı 135.233 ABŞ dolları, 02.06.2021-ci il tarixə iş gününün əvvəlinə kassa qalığı 115.316 ABŞ dolları, 03.06.2021-ci il tarixə iş gününün əvvəlinə kassa qalığı 119.326 ABŞ dolları, 04.06.2021-ci il tarixə iş gününün əvvəlinə kassa qalığı 124.336 ABŞ dolları, 05.06.2021-ci il tarixə iş gününün əvvəlinə kassa qalığı 127.826 ABŞ dolları, 06.06.2021-ci il tarixə iş gününün əvvəlinə kassa qalığı 128.427 ABŞ dolları, 07.06.2021-ci il tarixə iş gününün əvvəlinə kassa qalığı 128.427 ABŞ dolları, 08.06.2021-ci il tarixə iş gününün əvvəlinə kassa qalığı 129.707 ABŞ dolları, 09.06.2021-ci il tarixə iş gününün əvvəlinə kassa qalığı 130.301 ABŞ dolları, 10.06.2021-ci il tarixə iş gününün əvvəlinə kassa qalığı 122.787 ABŞ dolları, 11.06.2021-ci il tarixə iş gününün əvvəlinə kassa qalığı 117.383 ABŞ dolları, 12.06.2021-ci il tarixə iş gününün əvvəlinə kassa qalığı 119.968 ABŞ dolları, 13.06.2021-ci il tarixə iş gününün əvvəlinə kassa qalığı 117.678 ABŞ dolları, 14.06.2021-ci il tarixə iş gününün əvvəlinə kassa qalığı 117.678 ABŞ dolları, 15.06.2021-ci il tarixə iş gününün əvvəlinə kassa qalığı 117.862 ABŞ dolları, 16.06.2021-ci il tarixə iş gününün əvvəlinə kassa qalığı 119.182 ABŞ dolları və 17.06.2021-ci il tarixə iş gününün əvvəlinə kassa qalığı 115.807 ABŞ dolları nağd pul vəsaiti olmasına baxmayaraq, qeyd edilən dövr ərzində inkassasiya vaxtı baş xəzinəyə pul göndərilməmişdir. Qeyd edilən pul vəsaitləri gündəlik olaraq “Forma RN-42” arayışları əsasında Təqsirləndirilən şəxs təhvil verilsə də, sonuncu tərəfindən gündəlik pul limitindən artıq vəsait baş xəzinədarlığa göndərilmədiyindən “Forma RN-4” arayışları tərtib edilməmişdir (iş vərəqə: cild İ, səh. 107- 305). Məhkəmə baxışı zamanı tədqiq olunan, Zərərçəkmiş şəxs DM-in (əvvəlki adı) 52 saylı, 30 Aprel 2008-ci il tarixli əmri ilə təsdiq edilmiş “Milli Operatorun poçt müəssisələrində kassa əməliyyatlarının aparılması və bu əməliyyatlar üzrə hesabatların təsdiq edilməsinə dair Müvəqqəti Qaydalar”ın 3.3.10, 3.3.11 və 3.3.23-cü bəndlərindən görünür ki, nağd pullar və pul sənədləri iş gününün sonunda əsas kassa tərəfindən hər bir iş yeri üzrə, hər bir əməliyyatçı, poçtalyon və müqavilə ilə işləyən işçilər tərəfindən dəqiq və aydın tərtib olunmaqla yalnız F.RN-42 kassa arayışları üzrə qəbul edilir. Əməliyyatçının, poçtalyonun və müqavilə ilə işləyən digər işçilərin ilkin sənədlərə əsasən tərtib etdikləri F.RN.-42 kassa arayışı iş günü ərzində onların göstərdikləri poçt xidmətləri üzrə əsas kassa qarşısında hesabat sənədi sayılır. F.RN-42 kassa arayışını və ona əlavə olunmuş "Mədaxil" və "Məxaric" sənədlərini təhvil alan əsas kassanı aparan şəxs poçtalyon və əməliyyatçı tərəfindən "Mədaxil" və "Məxaric" sənədlərində hesablanmış yekunların düzgünlüyünü və bu məbləğlərin arayışda göstərilən və təhvil verilən məbləğlə uyğunluğunu ilkin sənədlər əsasında dərhal yoxlayır (iş vərəqə: cild İİ, səh. 192-221). Məhkəmə baxışı zamanı tədqiq olunan, “Poçt haqqında” Azərbaycan Respublikasının 29 iyun 2004-cü il tarixli Qanunu, həmin Nazirlik üzrə 6 fevral 2016-cı il tarixli qərarla təsdiq edilmiş "xxxx", habelə Azərpoçt MMC ilə bağlanmış əmək və tam maddi məsuliyyət haqqında müqavilələr və vəzifə təlimatından görünür ki, Cəmiyyətin həmin şöbə üzrə tutduğu vəzifəsinə uyğun olaraq əmək münasibətləri prosesində ona qorumağa və başqa məqsədlər üçün verilən maddi dəyərlilərə ziyanın qarşısının alınması üçün tədbirlər görülməsi, ona həvalə edilmiş maddi dəyərlilərin qorunmasına təhlükə yarandığı bütün hallarda təşkilatın müdiriyyətinə vaxtında məlumat verilməsi, poçt göndərişlərinin və pul vəsaitlərinin, poçt şöbəsinin əmlakının, avadanlıqlarının tam mühafizəini təmin edilməsi, iş gününün sonunda pul köçürmələrinin vaxtında və düzgün ödənilməsini, kommunal xidmət haqlarının və digər ödənişlərin, qəbulunun və mədaxilinin düzgünlüyünün təmin edilməsi, təhlükəsizlik və məxfilik tələblərinə riayət olunmaqla şöbədə xəzinənin işinin təşkil edilməsi, müştərilərə hesablaşma-kassa xidmətlərinin göstərilməsinin təmin edilməsi, o cümlədən iş gününün başlanğıcında anbarın bağlanmasında iştirak etmiş işçi ilə birlikdə anbarın şəxsən açılması, gündəlik məxaric və mədaxil sənədləri əsasında pul məbləğlərinin F.130 gündəliyinə işlənməsinin təmin edilməsi, nağd pulun və digər qiymətlilərin uçotunun aparılmasının, saxlanmasının və qorunmasının təmin edilməsi, şöbənin nağd vəsaitlərə tələbatının müəyyən edilməsi, nağd vəsaitlərin alınmasına, təhvil verilməsinə və təyin olunmuş kassa qalıqları limitinə riayət olunmasına nəzarət edilməsi, konvertasiya əməliyyatlarının təşkil edilməsi və onun qaydalara uyğun həyata keçirilməsinə nəzarət edilməsi və digər təşkilat-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarına malik maddi məsul vəzifəli şəxs kimi Təqsirləndirilən şəxs həmin Nazirlik üzrə 30 aprel 2008-ci il tarixli 52 nömrəli əmrlə təsdiq edilmiş “Milli Operatorun poçt müəssisələrində kassa əməliyyatlarının aparılması və bu əməliyyatlar üzrə hesabatların təsdiq edilməsinə dair Müvəqqəti Qaydalar”ın 3.3.10, 3.3.11 və 3.3.23cü bəndlərinə əsasən, poçt şöbəsində əməliyyatçılar tərəfindən gündəlik olaraq aparılan mədaxil və məxaric əməliyyatlarının yekunu F.RN-42 kassa arayışında əks etdirilməklə poçt şöbə rəisinə təqdim edilməli və əməliyyatçılar tərəfindən F.RN-42 kassa arayışında qeyd olunan vəsaitlər poçt şöbəsinin rəisi tərəfindən yoxlanıldıqdan sonra hesabat sənədlərinə əlavə edilməli, 3.3.25-ci bəndinə əsasən, əsas kassanı aparan şəxs F.RN-42 kassa arayışı üzrə nağd pulları və pul sənədlərini son haqq-hesab kimi qəbul edərkən F.KƏ-5 kassa kitabı ilə tutuşdurmalı, həmin Qaydaların 4.2-ci bəndinə uyğun olaraq poçt şöbələrində aparılan əməliyyatlardan formalaşan limitdən artıq pul vəsaitləri F.RN-4 müşayiət blankı əsasında Zərərçəkmiş şəxs MMC-nin Mərkəzi xəzinəsinə təqdim edilməli olması tələblərinin müəyyən edilməsinə və vaxtlı-vaxtında öhdəsində olan maddi sərvətlərin təhlükəsizliyi barədə rəhbərliyinə məlumat verməli və lazım gəldikdə təhlükəli vəziyyətin səbəbini aydınlaşdırmalıdır (iş vərəqə: cild İİ, səh. 141-143; 192-221). Məhkəmə baxışı zamanı tədqiq olunan, müvafiq müqavilələrdən və əmrdən görünür ki, Təqsirləndirilən şəxs 09.04.2020-ci il tarixli işə qəbul olunmağa dair Zərərçəkmiş şəxs MMC-nin baş direktoruna ərizə ilə müraciət edərək 01.07.2020-ci il tarixli əmək və 27.11.2013-cü il tarixli tam maddi məsuliyyət haqqında müqavilələrlə Zərərçəkmiş şəxs MMC-nin 3 saylı Poçt filialının 2 saylı Poçt şöbəsinin rəisi vəzifəsinə işə qəbul edilmiş və vəzifə təlimatına uyğun olaraq işini icra etmiş, 13.09.2021-ci il tarixli 2159 nömrəli əmrlə tutduğu vəzifədən kənarlaşdırılmışdır (iş vərəqə: cild İİ, səh. 137-140; 143-144). Cinayət işinə məhkəmə baxışı zamanı müəyyən olundu ki, ibtidai istintaq orqanının 17 noyabr 2021-ci il tarixli qərarına əsasən əmrlər, vəzifə təlimatları, qaydalar, “Forma RN- 42” arayışlarının, kassa qalıq jurnalının, F.K-5 kassa kitabının və 130 saylı gündəlik mədaxil və məxariclərin hesabatları cədvəlinin surətləri maddi sübut qismində tanınaraq istintaq materiallarına əlavə edilmişdir (iş vərəqə: cild İİİ, səh. 63-92). Beləliklə, məhkəmə tam, hərtərəfli və obyektiv araşdırma aparıb, tədqiq olunan sübutlar toplusuna məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs MMC-yə məxsus əmlakı vahid niyyətlə öz qulluq mövqeyindən istifadə edərək həmin cəmiyyətə külli miqdarda ziyan vurmaqla mənimsəməsi, habelə həmin hərəkətləri ilə Zərərçəkmiş şəxs MMC-nin əmlakının qorunub-saxlanılması və pul vəsaitinin müəyyən olunmuş fəaliyyət istiqamətlərinə uyğun sərf edilməsi ilə əlaqədar qanunla qorunan mənafelərinə vahid niyyətlə ağır nəticələrə səbəb olan mühüm zərər vurması mötəbər və təkzibedilməz sübutlarla tam təsdiq olunduğundan onun cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 179.3.2 və 308.2-ci maddələri ilə düzgün ixtisaslaşdırılmışdır. Ona görə də Təqsirləndirilən şəxs əməli məhkəmə tərəfindən həmin maddə ilə tövsif edilməli və o, Cinayət Məcəlləsinin 179.3.2 və 308.2-ci maddələri ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs törətmiş olduğu əməli səmimi etiraf etmiş, özünün müdafiəsi üçün heç bir dəlil gətirməmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onu cinayət məsuliyyətindən və cəzadan azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. İşdə olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin əməliyyat-sorğu arayışından görünür ki, Təqsirləndirilən şəxs hadisə baş verdiyi 1 aprel 2021-ci il - 17 iyun 2021-ci il tarixləri əhatə edən vapxtda məhkumluğu olmamışdır (iş vərəqə: cild İİ, səh. 56-57). Məhkəmə baxışı zamanı çəkmiş Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Zərərçəkmiş şəxs MMC-nin məhkəməyə təqdim etdiyi 23 fevral 2022-ci il tarixli, 103-1-11-422 saylı rəsmi məlumatla müəyyən edilmişdir ki, iş üzrə vurulmuş 189.055,30 manat (bir yüz səksən doqquz min əlli beş manat otuz qəpik) məbləğində maddi zərər tamamilə ödənilmişdir. Məhz buna görə Zərərçəkmiş şəxs MMC-nin Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi qalmamışdır (cinayət işinin materialları). Təqsirləndirilən şəxs şəxsiyyətini təsdiq edən sənədlərlə müəyyən olunur ki, Təqsirləndirilən şəxs 1960-cı il təvəllüdlü olmaqla 62 yaşındadır. Məhkəmə cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini Azərbaycan Respublikası CM-nin 59.1.13-cü maddəsinə, Təqsirləndirilən şəxs 62 yaşında olmaqla yaşlı insan olması isə həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması cəza təyin olunarkən cəzanı yüngülləşdirən hallar qismində nəzərə alınır. Həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmişbaşqa hallar da cəzanı yüngülləşdirən hallar qismində nəzərə alına bilər. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən ağır cinayət törətməsi nəzərə alınmalı, həm sosial ədalətin bərpası, həm onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə ona Azərbaycan Respublikası CM-nin 179.3.2 və 308.2-ci maddələrinin sanksiyası daxilində, barəsində cəzanı yüngülləşdirən halları nəzərə almaqla, cinayətlərin məcmusu qaydasında cəza təyinetmənin prinsiplərinə və cinayət törətmiş şəxsin şəxsiyyətinə uyğun ədalətli müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 179.3.2 və 308.2ci maddələri ilə azadlıqdan məhrum etmə növündə əsas cəza ilə yanaşı, Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmasa belə, ona təqsirli bilindiyi hər iki maddə ilə həm də müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əlavə caza təyin olunmasını məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası CM-nin 308.2-ci maddəsinin sanksiyasında isə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əlavə caza nəzərdə tutulmuşdur. Belə ki, Azərbaycan Respublikası CM-nin 46.1-ci maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın və ya konkret peşə və ya digər fəaliyyətlə məşğul olmağın qadağan edilməsindən ibarətdir. Bu cəza növü əsas cəza kimi bir ildən beş ilədək müddətə, əlavə cəza kimi isə bir ildən üç ilədək müddətə təyin edilir. Həmin Məcəllənin 46.2-ci maddəsinin tələblərinə görə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Azərbaycan Respublikası CM-nin 66.4-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün ğu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs haqqında olan yüngülləşdirici halları nəzərdən keçirib belə neticəyə gəlir ki, onun cəza çəkmədən də islah oluna biləcəyi mümkündür və onun barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq olunmaqla, həmin Məcəllənin 70.3-cü maddəsində göstərilən hədlər daxilində sınaq müddəti təyin olunaraq şərti məhkum edilməsi məqsədə müvafiqdir. Azərbaycan Respublikası CM-nin 70.1-ci maddəsinə görə islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Təyin ediləcək azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilərkən Azərbaycan Respublikası CM-nin 70.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə, həmçinin vəzifə qoyulmalı, həmin Məcəllənin 70.6-cı maddəsinə əsasən isə onların üzərində nəzarət müvafiq dövlət orqanlarına, bu halda Təqsirləndirilən şəxs daimi qeydiyyatda olduğu və yaşadığı yer üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya idarəsinə həvalə olunmalıdır. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 aprel 2021-ci il tarixli qərarının 2-ci bəndində nəzərdə tutulan “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2003-cü il 25 iyun tarixli, 4 nömrəli qərarında dəyişiklik edilmiş və həmin dəyişikliyə əsasən məhkəmələrə tövsiyə edilmişdir ki, cəza şərti olaraq tətbiq edilərkən nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 70.1-ci maddəsi məhz təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsini təsbit etdiyindən, təqsirləndirilən şəxsin hökm çıxarılanadək həbsdə, ev dustaqlığında olduğu müddətlər təyin edilən cəza müddətinə hesablanmamalı və qərar çəkilməli olan deyil, təyin olunmuş cəzanın şərti olaraq tətbiq edildiyini əks etdirməlidir. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 18 oktyabr 2021-ci il tarixdə tutulmuş, müvafiq məhkəmə qərarına əsasən 18 oktyabr 2021-ci il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmiş və o, məhkəmə hökmü çıxarılanadək qanuni əsaslarla fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 aprel 2021-ci il tarixli qərarının tövsiyyələrinə əsasən məhkəmə belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs təyin edilməli olan cəzanın şərti olaraq tətbiq edilməsi nəzərdə tutulduğundan onun hökm çıxarılanadək həbsdə olduğu müddətlər təyin edilən cəza müddətinə hesablanmamalı və şərti məhkum etmə təyin olunan cəzada ehtiva olunmalıdır. Məhkəmə kollegiyası, həmçinin təqsirləndirilən şəxsə təyin olunmalı olan azadlıqdan məhrum etmə cəzasının əvvəli ilə əlaqədar məsələni müzakirə edib belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin barəsində şərti məhkum etmə tətbiq edildiyindən qanunun bu müddəası istisna təşkil edəcəkdir. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində məhkəməyədək icraat zamanı seçilmiş və məhkəmənin hazırlıq iclasının müvafiq qərarına əsasən dəyişdirilmədən saxlanılmış "həbs" qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində şərti məhkum etmə ilə əlaqədar onun barəsində seçilmiş "həbs" qətimkan tədbiri “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri ilə əvəz olunmalı, Təqsirləndirilən şəxs məhkəmə iclas zalından dərhal azad olunmalı, həmçinin onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə iş üzrə maddi sübutlara dair məsələni müzakirə edib belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut qismində tanınmış əmrlər, vəzifə təlimatları, qaydalar, “Forma RN- 42” arayışlarının, kassa qalıq jurnalının, F.K-5 kassa kitabının və 130 saylı gündəlik mədaxil və məxariclərin hesabatları cədvəlinin surətləri cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə maddi zərərlə bağlı məsələni müzakirə edib belə nəticəyə gəlir ki, iş üzrə vurulmuş 189.055,30 manat (bir yüz səksən doqquz min əlli beş manat 30 qəpik) məbləğində maddi zərərin tamamilə ödənilməsi və Zərərçəkmiş şəxs MMC-nin Təqsirləndirilən şəxs qarşı 189.055,30 manat pul tələbinə dair iddiadan imtina etməsi nəzərə alınmalıdır. İş üzrə məhkəmə məsrəfləri - 150,00 (bir yüz əlli) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə ödənilməlidir. İş üzrə əmlak üzərinə həbs qoyulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351- 354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2 və 308.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə Cinayət Məcəlləsinin 46.2-ci maddəsi tətbiq edilməklə 1 (bir) il müddətə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında, dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarında təşkilatisərəncamverici və ya inzibati-təsərrüfat funksiyalarını yerinə yetirmə hüququndan məhrum edilməklə 6 (altı) il müddətinə, Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə 1 (bir) il müddətə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında, dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarında təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat funksiyalarını yerinə yetirmə hüququndan məhrum edilməklə 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 1 (bir) il 6 (altı) ay müddətə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında, dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarında təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat funksiyalarını yerinə yetirmə hüququndan məhrum edilməklə 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunan 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən şərti olaraq tətbiq edilsin və ona 2 (iki) il sınaq müddəti müəyyən olunsun. Sınaq müddətinin əvvəli hökmün qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz olunsun və o, məhkəmə iclas zalından dərhal həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs davranışı üzərində nəzarət onun yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. İş üzrə maddi sübutlar - əmrlər, vəzifə təlimatları, qaydalar, “Forma RN-42” arayışlarının, kassa qalıq jurnalının, F.K-5 kassa kitabının və 130 saylı gündəlik mədaxil və məxariclərin hesabatları cədvəlinin surətləri cinayət işinin materiallarında saxlanılsın. İş üzrə vurulmuş 189.055,30 manat (bir yüz səksən doqquz min əlli beş manat 30 qəpik) manat məbləğində maddi zərərin ödənilməsi və Zərərçəkmiş şəxs MMC-nin Təqsirləndirilən şəxs qarşı 189.055,30 manat pul tələbinə dair iddiadan imtina etməsi nəzərə alınsın. İş üzrə məhkəmə məsrəfləri - 150,00 (bir yüz əlli) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə ödənilsin. İş üzrə əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu vaxtdan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar