Məhkəmə qərarları › İş №1(101)-384/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-384/2023

17.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-384/2023 17.05.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hacıyev Siyavuş Həbib oğlu (sədrlik edən), Salmanov Rahib Vaqif oğlu və Ağalarov Mahmud Muradxan oğlundan ibarət tərkibdə məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı və müdafiəçi - Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxxx 1996-cı il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Sovxoz Ramana, nömrəsiz fərdi yaşayış evində yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 234.1-1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb təkrarən oğurluq etmiş və satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni külli miqdarda əldə edib saxlamaqla daşımışdır; belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 22 may 2022-ci il tarixdə gecə saatlarında Zərərçəkmiş şəxs1 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozunda yerləşən nömrəsiz fərdi yaşayış evin həyətinə hasardan keçərək qanunsuz daxil olmaqla evin həyətyanı sahəsindən bir ədəd 200 manat dəyərində yeniyetmələr üçün nəzərdə tutulmuş “Adidas” markalı, dəyişən sürətli, tam komplektli velosipedi gizli olaraq talamaqla Zərərçəkmiş şəxs1 cəmi 200 manat məbləğində zərər vuraraq oğurluq etmişdir; bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 29 may 2022-ci il tarixdə gecə saatlarında Zərərçəkmiş şəxs2 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozu, E. Məhərrəmli küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evin həyətinə hasardan keçərək qanunsuz daxil olmaqla evin həyətyanı sahəsindən bir ədəd 500 manat dəyərində qaynaq aparatını gizli olaraq talamaqla Zərərçəkmiş şəxs2 cəmi 500 manat məbləğində zərər vuraraq oğurluq etmişdir; bundan başqa o, satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan vaxtda və mənbədən külli miqdarda təmiz çəkisi 3,900 qram narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, 29 iyun 2022-ci il tarixdə saat 11:30 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Sovxoz Ramana ərazisində olarkən, həmin qəsəbədə baş vermiş oğurluq cinayətinin törədilməsində şübhəli şəxs kimi Sabunçu RPİnin 12-ci PŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinin inzibati binasına gətirilmiş, orada video çəkilişlə üzərində şəxsi axtarış və götürmə aparılarkən əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofan kəsiyi bükümündə təmiz çəkisi 3,900 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə təqsirli bilərək, həmin Məcəllənin 234.1-1-ci maddəsi elan olunmuş ittham üzrə təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 2022-ci ilin may ayının sonlarında gecə saatlarında Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük Sovxozu ərazisində bir fərdi yaşayış evinin həyətinə hasardan adlayıb orada evin həyətində olan «Adidas» markalı velosiped oğurlamış, həmin velosipedi oğurladıqdan sonra özü Ramana qəsəbəsi ərazisində sürmüş, velosipedi oğurladıqdan təxminən 3-4 gün sonra Ramana qəsəbəsi, Südçülük sovxozu ərazisində yerləşən «Şərab evi» mağazasının yaxınlığından keçdiyi zaman orada həmin ərazidə xidmət aparan adını bilmədiyi polis əməkdaşı onu görmüş, polis əməkdaşının ona diqqətlə baxıb yaxınlaşmaq istədiyini gördükdə velosipedi oğurladığını başa düşdüyünü zənn etmiş və bu səbəbdən qorxaraq velosipedi elə orada yerə atıb qaçmışdır. Bundan başqa velosipedi oğurladığı gündən təxminən 1 həftə sonra, 2022-ci ilin may ayının sonlarında gecə saatlarında Ramana qəsəbəsi, Südçülük sovxozu ərazisində yerləşən başqa bir fərdi yaşayış evinə hasardan adlayıb evin həyətinə daxil olmuş, orada evin həyətində qaynaq aparatını aşkar edib götürmüş və hasardan küçəyə keçərək yolunu davam etmişdir. Səhərisi gün həmin qaynaq aparatını Sabunçu bazarında xatırlamadığı şəxsə 90 manata satmış və əldə etdiyi pula özünə siqaret, yemək almışdır. 29 iyun 2022-ci il yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Sovxoz Ramana, nömrəsiz fərdi yaşayış evində olarkən oraya təxminən 5-6 nəfər polis əməkdaşları gəlmiş, evin həyətinə daxil olaraq onu oradan güc tətbiq edərək, onu vuraraq, ona alın nahiyəsindən xəsarət yetirərək xidməti avtomobillərinə əyləşdirmişlər və Suraxanı RPİ-nin 12-ci polis Bölməsinə aparmışlar, həmin vaxt onun üzərində narkotik vasitə olmamış, polis əməkdaşlarının psixoloji təzyiqi ilə və o cümlədən əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə qiymətləndiiləcəyinə yalan vədlər verilməklə sonuncular tərəfindən ona verilmiş bir bükümdə nakotik vasitə heroinin videoçəkilişlə aparılan şəxsi axtarış zamanı polis əməkdaşlarına təqdim etmiş, özünə məxsus olması və öz istifadəsi üçün əldə etməsi barədə həqiqətə uyğun olmayan izahat və ifadələr vermişdir. Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən, təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduqda (belə halda təqsirləndirilən şəxsin ifadələrinin elan edilməsi yalnız onun sərbəst ifadə verməsindən və verilmiş suallara cavab verməsindən sonra mümkündür) təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı, davam edən məhkəmə baxışı zamanı əvvəllər keçirilmiş məhkəmə iclasında və ya cari məhkəmə iclasında verdiyi ifadələr və həmin ifadələrin audio yazısı, video və ya kino çəkilişi elan edilə və ya göstərilə bilər. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmə baxşı zamanı elan olunaraq tədqiq olunmuş ifadəsində Azərbaycan Respublikası CM-in 177.2.2, 177.2.3 və 234.1-1-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, o, 5 ildir ki, narkotik vasitə olan “kokos”dan, yəni “heroin”dən istifadə edir. Belə ki, xx.xx.2022-ci il tarixində saat 11 radələrində yaşadığı ünvandan çıxaraq “Sovetski” adlı ərazidə yerləşən məscidin yanında getmiş və məscidin yaxınlığında özünü “Əli” kimi təqdim edən şəxsdən öz şəxsi tələbatı üçün 10 manata bir büküm narkotik vasitə “kokos” almış. Sonra da biraz gəzərək yaşadığı ünvana qayıtmış. Növbəti gün yəni, xx.xx.2022-ci il tarixində saat 11:30da, evin qarşısına çıxmış və həmin vaxt 2 nəfər mülki geyimli şəxslər ona yaxınlaşmışlar. Özlərinin polis olduqlarını təqdim etdikdən sonra ondan özünü təqdim etməyini təklif etmişlər. O, da özü haqda anket məlumatlarını şifahi təqdim etmiş və bundan sonra o özünü narkotik vasitənin təsiri altında şübhəli apardığını bildirib, onu Nəsimi RPİ-nin 21-ci PB-nin inzibati binasında xidməti otaqlardan birinə dəvət etmişlər, könüllü olaraq müdafiəçi istəmiş və ona dövlət hesabına müdafiəçi təyin edilmiş. Belə ki, müdafiəçinin iştirakı olmadan üzərinə baxış və axtarış keçirilməsinə icazə vermiş və ərizə ilə təsdiq etmiş. Baxışda iştirak etmək üçün video çəkiliş aparan bir nəfər mütəxəssis dəvət etmişlər. Ona müdafiəçinin iştirakı olmadan üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməyi təklif edilmiş. O, da əynindəki göy rəngli şalvarının sağ yan cibindən 1 ədəd üzəri gümüşü rəngli olan bükümü çıxarıb masanın üzərinə qoymuş. Ona üzərində başqa hər hansı bir əşyanın olub-olmaması sual edilmiş, o, da hər hansı bir əşya olmadığını bildirmiş. O üzəri tam olaraq yoxlanıldıqdan sonra heç bir qanunla qadağan edilən əşya tapılmamış. O, təqdim etdiyi 1 ədəd gümüşü rəngli bükümün içərisindəkinin nə olduğu soruşulduqda, həmin bükümün içərisində narkotik maddə olan “kokos” olduğunu, öz şəxsi tələbatı üçün 4 avqust 2022-ci il tarixində saat 11 radələrində “Sovetski” adlı yerdə məscidin yaxınlığında “Əli” adlı şəxsdən 10 manata aldığını bildirmiş. Bundan sonra içərisi boş olan zərf ona və iştirakçılara təqdim olunmuş və kağız büküm zərfə qoyularaq qablaşdırılacağı və möhürlənərək maddi sübut əhəmiyyəti kəsb etdiyi üçün götürüləcəyi bildirilmiş. Bundan sonra qeyd edilənlər zərfə qoyularaq zərfin ağzı Nəsimi RPİ-nin 21-ci PB-nin zərflər üçün nəzərdə tutulmuş “189” nömrəli möhürü ilə möhürlənmiş və hər bir iştirakçı tərəfindən həmin zərfin üzəri imzalanmışdır. Əlavə verilən suallara cavab olaraq bildirmiş ki, o, xeyli müddətdir ki, narkotik vasitədən istifadə edir. O, nə narkoloji, nə vərəm, nədə ki, psixo- nevroloji dispanserdə qeydiyyatda deyildir. O, xx.xx.2022-ci il tarixdə “Sovetski” adlanan ərazidə Əli adlı şəxsdən birinci dəfə idi ki, narkotik vasitə olan “kakos” almış və “Əli” adlı şəxsi əvəllər tanımamışdır. xx.xx.2022-ci il tarixdə Sovetski kimi adlanan ərazidən narkotik maddəni aldığı “Əli” adlı şəxsin mobil telefonunun olub-olmamasını dəqiq bilməmiş, lakin Əli adlı şəxs üzdən bir dəfə gördüyü üçün anket məlumatları və xarici əlamətləri barədə heç bir söz deyə bilməmiş. O, əldə etdiyi narkotik vasitəni özü üçün almış və öz istifadəsi üçün üstündə saxlamış. Onun əldə etdiyi həmin narkotik vasitəni kiməsə satmaq, bağışlamaq və ya kiməsə hədiyyə vermək fikri olmamış. Ona qarşı heç bir qanuna zidd hərəkətlərə yol verilməmişdir (1-ci cild iş vərəqi 58-60, 205-207). Azərbaycan Respublikasının CPM-in 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir; hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir; cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir; məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmə zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadə verərək göstərmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Balandin küçəsi 42, inzibati binada qeydiyyatdadır, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozu ərazisində nömrəsiz fərdi yaşayış evində ailəsi ilə birlikdə yaşayır, özü fərdi qaydada müxtəlif ünvanların təmir gedən mənzillərində rəngsaz işləyir. 21 may 2022ci il tarixdə 23:00 radələrində yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovvxozu ərazisində yerləşən nömrəsiz fərdi yaşayış evin həyətində siqaret çəkməyə çıxdıqda ona məxsus 26 Ölçülü, qara-narıncı rəngli «Adidas» markalı velosipedin mənzilin giriş qapısının qarşısında saxladığı yerdə olduğunu görmüşdür. Səhərisi gün, 22 may 2022-ci il tarixdə bazar günü olduğundan iş görməyə getmədiyi üçün evdə gec oyanmışdır. Saat 12:00 radələrində mənzildən çıxdıqda velosipedi yerində aşkar etməmişdir. Hər ehtimala oğlu və qonşuluqdakı uşaqlardan velosipedi sürmək üçün götürüb götürmədikləri barədə maraqlandıqda heç kimin götürmədiyinə əmin olmuş və velosipedin oğurlandığım bilmişdir. Belə ki, oğurluq edən şəxs hasardan evin həyətinə daxil olaraq velosipedi oğurlamışdır. Bununla bağlı 102 xidmətinə zəng edərək oğurluq barədə məlumat vermiş, daha sonra yaşadığı evin həyətinə 12-ci polis şöbəsinin əməkdaşları gəlmişlər və hadisə yerinə baxış keçirtmişlər, özü isə hadisə ilə bağlı ərizə ilə müraciət etmişdir. Sonradan ona məlum olmuşdur ki, evin həyətindən velosipedi oğurlayan şəxs tutulmuş, lakin həmin şəxsi tanımadığını göstərmişdir. Hadisə zamanı evin həyətindən başqa bir əşyanın oğurlanmadığını bildirmişdir. Əvvəlcə həyətdən velosipedin oğurlanması nəticəsində ona 300 manat maddi ziyan dəydiyini göstərmiş. Lakin sonrakı ifadəsində evindən oğurlanmış «Adidas» markalı velosipedi təxminən 1 il bundan əvvəl 470 manata aldığını, velosipedi istifadə etdiyi üçün oğurluq edilən vaxt onun dəyərinin təxminən 300 manat olduğunu göstərmiş, lakin ekspertlərin bu sahədə daha təcrübəli olduqlarını nəzərə alaraq rəydə velosipedin 200 manat dəyərində göstərildiyi üçün həmin rəylə razı olduğunu və oğurluq nəticəsində ona 200 manat maddi ziyan dəydiyini təsdiq etmişdir. Eyni zamanda göstərmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyan tam ödənilmiş, bu səbəbdən Təqsirləndirilən şəxsla barışmış, sonuncuya qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadə verərək göstərmişdir ki, 24 may 2022-ci il tarixdə faktiki yaşadığı evin həyətində qaynaq işləri görmək məqsədilə qonşuluqda yaşayan Əli İbrahimovdan qaynaq aparatını 2-3 günlüyə götürüb yaşadığı evin həyətində saxlamışdır. 28 may 2022-ci il tarixdə təxminən saat 16:00 radələrində ailə üzvləri ilə birlikdə yaşadığı evdən çıxmış və həmin vaxt qaynaq aparatı qoyduğu yerdə imiş. Həmin gün təxminən saat 19:00 radələrində yaşadığı evə qayıtmış, lakin qaynaq aparatının yerində olub- olmamadığına fikir verməmişdir. Həmin gün saat 23:00 radələrində evdə hamı yatmış, səhərisi gün, 29 may 2022-ci il tarixdə səhər saat 09:00 radələrində həyətə çıxdığı zaman qaynaq aparatının yerində olmadığını aşkar etmişdir. Əvvəlcə qonşusu Əlidən soruşmuş, sonuncu isə qaynaq aparatını götürmədiyini ona demişdir. Bundan sonra evdən oğurluq olduğunu başa düşmüş və bununla 102 xidmətinə zəng edərək oğurluq barədə məlumat vermişdir. Bundan sonra yaşadığı evin həyətinə 12-ci polis şöbəsinin əməkdaşları gəlmişlər və hadisə yerinə baxış keçirtmişlər. Daha sonra o, hadisə barədə ərizə ilə müraciət etmişdir. O, özündə məsuliyyət hissi keçirdiyi üçün qonşusu Əliyə məxsus qaynaq aparatının 500 manat pulunu ödəmiş, qaynaq aparatı onun evinin həyətində olduğu üçün faktiki Özünə məxsus olduğunu hesab etmiş, bu səbəbdən də zərər ona dəymişdir. Həyətdən qaynaq aparatının oğurlanması nəticəsində ona 500 manat maddi ziyan dəymiş, evdən və ya həyətyanı sahədən başqa heç bir əşya oğurlanmamışdır. Dəyəri 500 manat olan qaynaq aparatının pulunu qonşusu Əliyə ödəmişdir. Eyni zamanda göstərmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyan tam ödənilmiş, bu səbəbdən Təqsirləndirilən şəxsla barışmış, sonuncuya qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə zamanı şahid qismində dindirilmiş Sabunçu RPİ-nin 12-ci PŞ-in cinayət axtarışı üzrə əməliyyat müvəkkili Şahid1 ifadə verərək göstərmişdir ki, 29 iyun 2022-ci il tarixdə saat 11:30 radələrində 12-ci PŞ-nin əməliyyat müvəkkili Şahid2 ilə inzibati ərazidə baş vermiş oğurluq cinayətləri ilə əlaqədar xidmətdə olarkən Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Sovxoz Ramana ərazisində bir nəfər şəxsin şübhəli olduğunu görüb onu saxlamışlar. Həmin şəxsə yaxınlaşıb özlərini təqdim edib şəxsiyyətini təsdiq edən sənəd təqdim etməsini xahiş etmişlər. Bu zaman həmin şəxs üzərində sənədlərinin olmadığını bildirərək yayınmaq istəmiş, eləcə də nəsə gizlətdiyi və dağınıq cavab verməyi onlarda şübhə yaratmışdır. Bundan sonra onlar həmin şəxsi 12-ci polis şöbəsinə dəvət etmişlər. Şöbədə həmin şəxsin xx xxxxxxx 1996-cı ildə Yevlax rayonunda anadan olmuş, ünvan 3 ünvanında qeydiyyatda olan və Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Sovxoz Ramana, fərdi yaşayış evində yaşayan Təqsirləndirilən şəxs olduğunu müəyyən edilmişdir. Oraya hüquqlarının müdafiə olunması üçün təyin edilmiş vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edildikdən sonra sonuncunun üzərinə videoçəkilişdən istifadə etməklə axtarış aparılmışdır. Təqsirləndirilən şəxs axtarışın vəkilin iştirakı olmadan aparılmasına etiraz etməməsi barədə ərizə ilə müraciət etmişdir. Axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd sellofana bükülmüş maddəni çıxardaraq bildirmişdir ki, həmin bükümün içərisindəki narkotik vasitədir, onu tutulmamışdan bir gün əvvəl, 28 iyun 2022-ci il tarixdə axşam saatlarında Bakı şəhəri, Binəqədi rayonu ərazisində adını Anar kimi bildiyi şəxsdən öz istifadəsi üçün 30 manata almışdır. Bundan sonra bükümdəki həmin maddə zərfə qoyularaq möhürlə möhürlənmiş, bu barədə Sabunçu RPİ-nin 12-ci PŞ-nin təhqiqatçısı polis baş leytenantı Ülvi Fərhadlı tərəfindən protokol tərtib edilmişdir. Tərtib edilmiş protokol, o cümlədən möhürlənmiş zərfdə, iştirakçılar və Təqsirləndirilən şəxs tərəfindən imzalandıqdan sonra protokola əlavə edilmişdir. Təqsirləndirilən şəxs ilə şifahi apardıqları sorğu sual zamanı sonuncu bildirmişdir ki, Ramana qəsəbəsi, Südçülük sovxozu ərazisində 2 oğurluq hadisəsi törətmişdir. Həmin oğurluq hadisələrinin harada törədildiyi baradə maraqlandıqda məlum olmuşdur ki, hər iki oğurluq hadisəsi ona təhkim olunmuş ərazidə baş vermiş, Təqsirləndirilən şəxs 22 may 2022-ci il tarixdə gecə saatlarında Zərərçəkmiş şəxs1 Elşən oğluna məxsus Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozu, E.Məhərrəmli küçəsində nömrəsiz fərdi yaşayış evin həyətindən “Adidas” markalı velosipedi, habelə 29 may 2022-ci il tarixdə gecə saatlarında Zərərçəkmiş şəxs2 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozu nömrəsiz fərdi yaşayış evin həyətindən qaynaq aparatını oğurlamışdır. Təqsirləndirilən şəxs oğurladığı “Adidas” markalı velosipedi Ramana qəsəbəsi, Südçülük sovxozunda yerləşən Şərab evinin qarşısından sürüb keçərkən həmin ərazinin sahə rəisi polis mayoru Şahid3 gördüyü zaman velosipedi orada ataraq qaçıb getmişdir. Sahə rəisi Şahid3 maddi sübut əhəmiyyətli olan velosipedi qeyd olunan oğurluq hadisəsinin araşdırmasını aparan 12-ci PŞ-nin təhqiqatçısı Ülvi Fərhadlıya təqdim etmiş və özü də həmin şəxsin “göy göz” ləqəbli İlkin adlı şəxs olması barədə raportla müraciət etmişdir. Təqsirləndirilən şəxs bir bükümdə olan narkotik vasitə heroini özünün istifadə edəcəyi məqsədilə əldə etdiyini onlara bildirmiş, sonuncunun satışla məşğul olması və ya kiməsə satması ilə bağlı konkret faktlar müəyyən edilməmişdir. İbtiai istintaq zamanı şahid qismində dinidirilmiş, məhkəmə zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Sabunçu RPİ-nin 12-ci PŞ-in cinayət axtarışı üzrə əməliyyat müvəkkili Şahid2 Şahid1 ifadəsinə və işin faktiki hallarına uyğun ifadə vermişdir (1-ci cild iş vərəqi 145). Məhkəmə zamanı şahid qismində dindirilmiş Sabunçu RPİ-nin 12-ci PŞ-də sahə rəisi vəzifəsində xidmət edən Şahid3 ifadə verərək göstərmişdir ki,. 26 may 2022-ci il tarixdə günorta saatlarında ona təhkim olunmuş ərazidə xidmətdə olarkən Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozu ərazisində yerləşən «Şərab evi» mağazasının qarşısında dayandığı zaman Sovxoz Ramana ərazisində yaşayan, üzdən tanıdığı İlkin adlı şəxsin «Adidas» markalı velosipedi sürərək keçdiyini görmüşdür. Belə ki, xidmət etdiyi ərazidə, Südçülük sovxozunda vətəndaş Zərərçəkmiş şəxs1 yaşadığı evdən «Adidas» markalı velosipedin oğurlanması barədə məlumatı olduğu üçün həmin velosipedə nəzər yetirmiş və İlkin adlı şəxsə yaxınlaşaraq velosipedə baxmaq istədiyi zaman sonuncu velosipedi yerə ataraq oradan qaçıb getmişdir. O həmin velosipedi götürmüş və 12-ci polis şöbəsinə yollanmışdır. Oraya vətəndaş Zərərçəkmiş şəxs1 dəvət etmiş və sonuncu velosipedini tanıdığı üçün qeyd olunan oğurluq faktı ilə bağlı araşdırmam aparan şöbənin təhqiqatçısı Ülvi Fərhadlı protokolla velosipedi ondan götürmüşdür. Daha sonra Zərərçəkmiş şəxs1 izah edilmişdir ki, velosiped maddi sübut olduğu üçün ekspertizaya təqdim olunacaqdır, ondan sonra ona təhvil veriləcəkdir. Daha sonra ona məlum olmuşdur ki, velosipedi oğurlayan şəxs Təqsirləndirilən şəxs 29 may 2022-ci il tarixdə qeyd olunan şöbənin digər əməkdaşları tərəfindən saxlanılaraq üzərindən narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs Südçülük sovxozunda yerləşən başqa bir fərdi yaşayış evindən qaynaq aparatı da oğurlamışdır. Məhkəmə iş üzrə dindirilmiş və tədqiq edilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut kimi qəbul edir. İşdə olan 29 iyun 2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, həqiqətən də Təqsirləndirilən şəxs üzərindən axtarış zamanı bir bükümdə narkotik vasitə hesab olunan heroin aşkar olunaraq götürülmüşdür (1-ci cild iş vərəqəi 26-27). İşdə olan 12 oktyabr 2022-ci il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadələri hadisə yerlərində yoxlanılan zaman o, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 yaşadıqları evlərin həyətyanı sahəsini etdiyi oğurluqları, habelə oğurladığı velosipedi hara atdığı yeri göstərərək təsdiq etmişdir (1-ci cild iş vərəqi 180-182). İşdə olan məhkəmə-kimyəvi ekspertizası üzrə 30 iyun 2022-ci il tarixli 6/3623 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «...Vət. Təqsirləndirilən şəxs üzərindən...» yazı və imzalar olan zərfdə 1 ədəd bükümdə təmiz çəkisi 3,900 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı 1) daxildir (1-ci cild iş vərəqəi 35-38). İşdə olan məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə 06 sentyabr 2022-ci il tarixli 9/5687 nömrəli ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd yeniyetmələr üçün nəzərdə tutulmuş “Adidas” markalı, dəyişən sürətli, tam komplektli velosipedin istifadədə olunmasını nəzərə alınmaqla 2022-ci ilin may ayına olan orta bazar qiyməti təxminən 200,00 manat müəyyən olunur (1-ci cild iş vərəqi 171-173). İşdə olan məhkəmə-narkoloji ekspertizası üzrə 20 iyul 2022-ci il tarixli 3953 nömrəli ekspert rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur, narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (1-ci cild iş vərəqi 157-158). İşdə olan 12 oktyabr 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş təmiz çəkisi 3,900 qram çəkidə narkotik vasitə heroin maddi sübut kimi tanınmış, aparılmış kimyəvi ekspertizası nəticəsində qalmış 3,400 qram qalığı təqsirləndirilən şəxs cinayət işinin materialları ilə tanış olduqdan sonra saxlanılması üçün Sabunçu RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir, 01 ədəd yeniyetmələr üçün nəzərdə tutulmuş “Adidas” markalı, dəyişən sürətli, tam komplektli velosiped maddi sübut kimi tanınmış və zərərçəkmiş şəxs qəbzlə Zərərçəkmiş şəxs1 qaytarılmışdır (1-ci cild iş vərəqi 187-194). Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 29 sentyabr 2015-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 29 aprel 2016-cı il tarixdə Nizami rayon Məhəkəməsinin qərarı ilə 04 ay 28 gün vaxtından əvvəl şərti azad olunmuşdur (1-ci cild iş vərəqi 112-113). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluqları ödənilmiş hesab olunur. Təqsirləndirilən şəxs sonuncu məhkumluğu üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli az ağır cinayətlər kateqoriyasına aiddir. Təqsirləndirilən şəxs hazırki iş üzrə cinayət əməlini 2022-ci ildə, yəni cəzadan vaxtından əvvəl şərti azad edilməsindən 6 il sonra törətdiyindən Azərbaycan Respublikası CM-in 83.3.3-ci maddəsinə əsasən məhkumluğu ödənilmiş şəxs hesab edilir. İşdə olan İ-30769 №-li Azərbaycan Respublikası medalının vəsiqəsinin surətindən görünür ki, təqsirləndirilən şəxs X2 «Vətən müharibəsi iştirakçısı» medalı ilə təltif edilmişdir. İşdə olan şübhəli şəxsin tutulması haqqında 29 iyun 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 29 iyun 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (1-ci cild iş vərəqi 15). İşdə olan Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 01 iyul 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsin əvvəli 29 iyun 2022-ci il tarixdən hesablanmışdır (1-ci cild iş vərəqi 106-109). İşdə olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 noyabr 2022-ci il tarixli hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələblərinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən yaşadığı evdə saxlanılması, polis əməkdaşları tərəfindən saxlanılarkən ona zor tətbiq edib xəsaərt yetirmələri, üzərində narkotik vasitə olmaması, polis əməkdaşlarının Cinayət Məcəlləsinin daha yüngül maddəsi ilə məsuliyyətə cəlb ediləcəyi barədə yalan vədləri əsasında üzərinə narkotik vasitə qoyulması və etirafedici ifadələr verməsi barədə ifadəsinə tənqidi yanaşır, özünümüdafiə xarakterli hesab edir. Belə ki, təqsirləndirilən şəxs İlkin Təqsirləndirilən şəxs izahat və ifadələrində Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Sovxoz Ramana ərazisində küçədə deyil, həmin qəsəbədə yaşadığı növrəsiz evdə saxlanılması, polis əməkdaşları tərəfindən ona qarşı təzyiqlərə yol verilməsi, polis əməkdaşları tərəfindən vurularaq xəsarət alması barədə göstərməmiş, həmçinin barəsində qətimkan tədbiri seçilməsi üçün 01 iyul 2022-ci il tarixdə Bakı şəhəri Sabunçu rayon məhkəməsinə aparılarkən işə baxan hakimə bu barədə bildirməmiş, həmin məhkəmə prosesində Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməssini etiraf etmiş və peşimançılıq hissi keçirdiyini bildirmiş, cinayət işinin materiallarında təqsirləndirilən şəxsin ümumiyyətlə saxlanılması yerini mübahisələndirməsi barədə bir dənə də olsun qeydi olmamışdır. Bundan əlavə, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən ona qarşı fiziki zor tətbiq olunması və nəticədə xəsarət alması barədə göstərdiklərinin yoxlanılması məqsədilə məhkəmə tərəfindən 12 aprel 2023-cü il tarixli məktublarla Sabunçu RPİ-nin Müvəqqəti saxlama yerinə və Bakı İstintaq Təcridxanasına müvafiq sorğular göndərilmişdir. Məhkəmənin qeyd olunan sorğusuna cavab olaraq Sabunçu RPİ tərəfindən məhkəməyə göndərilmiş 15 may 2023-cü il tarixli məktubdan və ona əlavə edilmiş 30 iyun 2022-ci il tarixli aktın surətindən görünür ki, Təqsirləndirilən şəxs 30 iyun 2022-ci il tarixdə MSY-yə gətirilən vaxt onun üstünə tam baxış keçirilmiş, baxış zamanı onun hər iki gözünün altında qaralmış şiş, sol gözünün kənarında yara, sağ qulağı həm şişmiş, həm göyərmiş, qarın nahiyəsintə sıyrıntılar, sağ qolunda bilək və dirsəkdə yaralar, kürəyində xeyli sayda sıyrıqlar aşkar olunmuş, orğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, narkotik vasitənin təsiri altına olarkən yaşadığı Zabrat qəsəbəsində oğurluq edərkən qonşular görmüş və onu qovmuşlar, həmin vaxt yıxılmış və qonşuların əlindən sıyrılıb qaçmaq istəyərkən həmin xəsarətləri almışdır. Məhkəmənin qeyd olunan sorğusuna cavab olaraq Təqsirləndirilən şəxs saxlanıldığı Bakı istintaq Təcridxanasından daxil olmuş 09 may 2023-cü il tarixli 3-16-17/38-2-3124 №li məktubdan və həmin məktuba əlavə edilmiş məhkumun tibbi kibaçasından çıxarışlardan görünür ki, Təqsirləndirilən şəxs 01 iyul 2022-ci il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilmiş, bədəninə baxış zamanı hər iki gözaltı nahiyənin tünd bənbvşəyi qançırı, sol özün ağlı qişasına qansızma,yuxarı və orta 1/3-də üzəri qətməkli cızılmış-sıyrılmış, sol qabırğa altı nahiyədə üzəri qərtməkli sıyrılmış yaralar aşkar edilmiş, Təqsirləndirilən şəxs həmin xəsarətləri həbs olunmazdan qabaq yıxılaraq aldığını bildirmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən fiziki təsirə məruz qalması nəticəsində xəsarət alması barədə göstərdikləri məhkəmə baxışı zamanı tələb edilmiş sənədlərlə təkzib olunmuşdur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Van de Hark Niderlanda qarşı işində məhkəmə 51(b)-ci bəndində qeyd etmişdir ki, ədalətli məhkəmə araşdırması hüququ tələb edir ki, məhkəmə çıxardığı qərarları əsaslandırsın. Bu o demək deyil ki, tərəflərin irəli sürdüyü hər bir arqumentə ətraflı cavab verilməlidir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.1ci maddəsinə əsasən narkotik vasitələr - BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilərdir; həmin Qanununu 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir; həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun” 04 mart 2011-ci il tarixli 2 №-li qərarında göstərilmişdir ki, bəşəriyyəti düşündürən, cəmiyyətin ciddi bəlasına çevrilən, insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vuran narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq ən ağrılı problemlərdən biridir; Azərbaycan Respublikası narkotiklərin qanunsuz dövriyəsinə qarşı mübarizəni tənzimləyən beynəlxalq hüquq normalarını tam, hərtərəfli və sistemli şəkildə əks etdirən Birləşmiş Millətlər Təşkilatının Konvensiyalarına, o cümlədən 1972-ci il protokolu ilə edilmiş düzəlişlərlə “Narkotik vasitələrə dair 1961-ci il Vahid Konvensiyasına”, “Psixotrop maddələr haqqında” 1971-ci il Konvensiyasına və “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” 1988-ci il Konvensiyasına qoşulmaqla bu cinayətlərə qarşı mübarizədə öz üzərinə mühüm vəzifələr götürmüşdür. «Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli Qərarının 9-cu bəndində qeyd edilir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Cinayət işinin materialları ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 3,900 qram çəkidən nakotik vasitə heroin çəkilib xırda bağlamalara bükülməyərək cəmi 1 bükümdə olmuş, üzərindən narkotik vasitələrin çəkisinin müəyyən edilməsi üçün heç bir avadanlıq, o cümlədən tərəzi aşkar edilməmişdir, cinayət işinin materialarında Təqsirləndirilən şəxs istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsini, narkotik vasiətlərin satışı ilə məşğul olmasını təsdiq edəcək heç bir sübut növü müəyyən edilməmişdir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci tarixli № 961-İİQ №-li Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarına (1-ci siyahı narkotik vasitələr)» əsasən narkotik vasitə heroinin şəxsi istehlak miqdarından artıq miqdarın aşağı həddi 0,150 qram, külli miqdarının aşağı həddi isə 2 qram müəyyən edilmişdir; Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş narkotik vasitə heroinin çəkisi 3,900 qram olduğundan külli miqdar təşkil edir. «Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi 3 mart 2005-ci il tarixli Plenumun Qərarının 20 bəndinə əsasən yaşayış sahəsi dedikdə yaşayış və qeyri yaşayış sahələri də daxil olmaqla mülkiyyət formasından asılı olmayaraq mənzil fonduna daxil olan, daimi və ya müvəqqəti yaşamaq üçün yararlı hesab edilən, həmçinin mənzil fonduna daxil olmasa da müvəqqəti yaşamaq üçün nəzərdə tutulmuş fərdi yaşayış evi, mənzil sahəsi başa düşülür. Bina dedikdə istehsalat və ya digər xidməti məqsədlər üçün müvəqqəti olaraq insanların və ya maddi nemətlərin yerləşdirilməsi məqsədilə nəzərdə tutulmuş, mülkiyyət formasından asılı olmayan tikililər, qurğular başa düşülür; həmin Plenum Qərarının 21-ci bəndinə əsasən şəxs «daxil olmaq» əlamətilə özgə əmlakının talanması əməlində təqsirli bilinmişsə, onun hərəkətlərini əlavə olaraq CM-nin 157-ci maddəsi ilə də tövsif etməyə ehtiyac yoxdur. Belə ki, bu cür qanunsuz hərəkət oğurluq, soyğunçuluq və ya quldurluq cinayətlərinin tövsifedici əlamətidir. Qeyd olunanalara əsaən məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 234.1-1-ci maddələr ilə düzgün tövsif edilmişdir, onun həmin cinayət əməllərini törətməsi tam sübuta yetirilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 177.2.2, 177.2.3-cü maddələrinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları və həmin Məcəllənin 234.1-1-ci maddəsinin sanksiyasında üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.3-cü maddələri az ağır, həmin Məcəllənin 234.1-1-ci maddəsi ağır cinayətlər kateqoriyasına daxildir. Belə ki, Azərbaycan Respublikası CM-in 15.3-cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər və həmin Məcəllənin 15.4-cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları o cümlədən şəxsiyyətini səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-in 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxlərə vurduğu ziyanı tam ödəməsini və zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs oğuna cəza təyin edərkən onun Vətən müharibəsi iştirakçısı olması da nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12 və 59.1.13-cü maddələrində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən halların olması və cəzasını ağırlaşdıran halların olmaması və barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrə münasibətdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinin tələbləri də nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinə görə, bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən, yəni Təqsirləndirilən şəxs törətdiyi əməli nəzərdə tutan Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrənin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddi olan 5 il müddətə azadlıqdan məhərum etmə cəzasının dörddə üçündən - 3 (üç) il 9 (doqquz) aydan artıq ola bilməz. Azərbaycan Respublikası CM-in 8-ci maddəsinin tələbinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət - hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının 45-ci bəndinin tövsiyyəsinə görə, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə kollegiyası işin hallarına əsasən, Azərbaycan Respublikası CM-in tələblərinə riayət etməklə, ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsinə və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqla preventiv rol oynamasını və təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə kollegiyası xüsusilə vurğulayır ki, qanuni əsaslandırılmış və ədalətli cəzanın təyin edilməsi cinayətkarlıqla mübarizə aparılması və hüquq qaydalarının möhkəmləndirilməsi üçün vacib vasitə olmaqla, lazımi cəzalandırma tədbirini təmin edir. Məhkumun islah edilməsi - cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumun yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyillərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası CM-in 8 və 9-cu maddələrinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza ədalət və humanizm prinsiplərinə əsaslanaraq, hər bir halda zərər çəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Təsadüfi deyil ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə kollegiyası istinad edilən qanunvericilik nomalarını əsas tutaraq qeyd edir ki, təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri də nəzərə alınmalıdır. Qeyd etmək lazımdır ki, ədalətli cəzanın təyin edilməsi ilk növbədə cəzanın məqsədlərinə, yəni ədalətin bərpasına və məhkumun islah olunmasına nail olmaq sahəsində mühüm vasitədir. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi az ağır və ağır cinayətlər kateqoriyasına aid edilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12 və 59.1.13-cü maddələrində nəzərdə tutulan cəzasını yüngülləşdirən halların olmasını, onun Vətən müharibəsi iştirakçısı olmasını, həmin Məcəllənin 61.1-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq onun cəza çəkmədən islah olunmasını mümkün saymır və törətdiyi cinayətləri nəzərdə tutan Azərbaycan Respublikası CM-in 177.2.2, 177.2.3 və 234.1-1-ci maddələrinin sanksiyasında müəyyən edilmiş həddə (CM-in 177.2.2 və 177.2.3-cü maddələrinə münasibətdə həmin Məcəllənin 60-cı maddəsi nəzərə alınmaqla) azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini cəza siyasətinin məqsədlərinə uyğun hesab edir. Cinayətlərin məcmusu üzrə cəzanın təyin edilməsini təsbit edən Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsində birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalıdır. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsində birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalıdır. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi plenumunun 30 mart 2006-cı il tarixli 5 saylı qərarının 15-ci bəndində göstərilir ki, «İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən, onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır». Məhkəmə Avropa Məhkəməsinin hüquqi mövqeyini və Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı tutulduğu 29 iyun 2022-ci il tarixdən hesablanmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinin tələblərinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələri müəyyən edilir. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi ağır cinayətlər kateqoriyasına aid edilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halların olmasını və cəzasını ağırlaşdıran halların olmamasını və işin digər hallarını nəzərə alaraq törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası CM-in 177.2.2, 177.2.3 və 234.1-1-ci maddələrinin sanksiyasında müəyyən edilmiş həddə (CM-in 177.2.2 və 177.2.3-cü maddələrinə münasibətdə həmin Məcəllənin 60-cı maddəsi nəzərə alınmaqla) azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplaqmaq yolu cəza təyin edilməsini, həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən azadlıqdan məhrumetmə cəzasının çəkilməsi üçün ümumi rejimli cəzaçəkmə müəssisəsinin müəyyən edilməsini, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən cəza çəkməsinin başlanğıcının tutulduğu 29 iyun 2022-ci il tarixdən hesablanmasını cəzanın məqsədlərinə uyğun hesab edir. Məhkəmə kolegiyası Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 62 və 70-ci maddələrini tətbiqinə heç bir əsas görmür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edilir. İşdə olan məhkəmə-narkoloji ekspertiza üzrə 20 iyul 2022-ci il tarixli 3953 nömrəli ekspert rəyinə əsasən müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunduğundan, narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğundan və ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görüldüyündən Təqsirləndirilən şəxs narkomaniyadan tibbi xarakterli məcburi müalicə tədbirləri təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə kollegiyası hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının CM-in 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Azərbaycan Respublikasının CM-in 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının CPM-in 132.0.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 №-li qərarının 30cu bəndinə əsasən Narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlar, güclü təsir edən və zəhərli maddələr üzrə cinayət işlərində maddi sübutların məsələsi həll edilərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 oktyabr 2005-ci il tarixli 181 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müsadirə edilmiş narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi Qaydası” və “Qanunsuz dövriyyədən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müsadirə edilmiş, lakin dərman preparatları şəklində olduğuna və tibbi məqsədlərlə istifadə oluna biləcəyinə görə məhv edilməsi mədsədə uyğun olmayan narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi üçün təhvil verilməsi Qaydası”na uyğun olaraq məhkəmələr onların məhv edilməsini və ya tibb məqsədləri üçün istifadəyə yararlı olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə verilməsini hökmdə mütləq göstərməli və bu işlər üzrə hökmlərin icrası haqqında sənədlərin işə əlavə olunması təmin edilməlidir. İşdə olan məhkəmə-kimyəvi ekspertizası üzrə 30 iyun 2022-ci il tarixli 6/3623 nömrəli ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 3,900 qram narkotik vasitə heroin kustar üsulla hazırlanmışdır. Qeyd olunanlara əsasən hökm qüvvəyə mindikdən sonra iş üzrə maddi sübutlar – Bakı şəhəri Bakı şəhəri Sabunçu RPİ-nin maddi sübutların saxlanması otağına təhvil verilmiş 1 ədəd bükümdə ekspertiza tədqiqatından sonra qalıq qalmış 3,400 qram narkotik vasitə heroin məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və gütürmə keçirilən zaman çəkilmiş video görüntünün köçürüldüyü 1 ədəd “DVD” formatlı disk cinayət işinin materiallarında saxlanılmalı, 1 ədəd yeniyetmələr üçün nəzərdə tutulmuş «Adidas» markalı, dəyişən sürətli, tam komplektli velosipedin Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikasının CPM-in 346.1.2 və 353.4.10-cü maddələrinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Məhkəmə hesab edir ki, iş üzrə məhkəmə məsrəfləri - məhkəmə-kimyəvi ekspertizası üzrə tədqiqatın dəyəri 88 (səksən səkkiz) manat, məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə tədqiqatın dəyəri 50 (əlli) manat, cəmi 138 (yüz otuz səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkminləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli sərəncamının, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 65-ci maddəsinə əsasən məhkəmənin məhkum etdiyi hər bir şəxsin öz barəsində çıxarılmış hökmə qanunla nəzərdə tutulan qaydada yuxarı məhkəmədə yenidən baxılması, habelə özünün əfv edilməsi və cəzasının yüngülləşdirilməsi haqqında müraciət etmək hüququ vardır. Məhkəmə gəldiyi nəticələri “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-349, 351-353, 356, 358, 383-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 234.1-1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası, həmin Məcəllənin 234.1-1-ci maddəsi ilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 29 iyun 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Hökm qüvvəyə mindikdən sonra iş üzrə maddi sübutlar - saxlanılması üçün Bakı şəhəri Sabunçu RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalan 3,400 qram narkotik vasitə heroin məhv edilsin; Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkətlərinin keçirilməsinə dair görüntülərin əks olunduğu bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın, 1 ədəd yeniyetmələr üçün nəzərdə tutulmuş «Adidas» markalı, dəyişən sürətli, tam komplektli velosipedin Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınsın İş üzrə məhkəmə məsrəfləri (ekspertiza xərcləri) – məhkəmə-kimyəvi ekspertizası üzrə tədqiqatın dəyəri 88 (səksən səkkiz) manat, məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə tədqiqatın dəyəri 50 (əlli) manat, cəmi 138 (yüz otuz səkkiz) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə elan olunduğu, həbsdə saxlanılan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Siyavuş Hacıyev hakimlər: Rahib Salmanov Mahmud Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar