Məhkəmə qərarları › İş №1(101)-384/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-384/2025

17.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-384/2025 17.03.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əsgərova-X6 (sədrlik edən), Sadıxov Rasim Əkrəm oğlu və Kərimov Novruz Ağakərim oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X9, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı1 və Dövlət ittihamçısı2, tərcüməçilər X7 və X2, müdafiəçi - Azərbaycan Respublikasının Vəkillər Kollegiyası Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxxxx 1982-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 29 noyabr 2023-cü il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib üzərində və yaşadığı mənzildə saxlayaraq daşımışdır. Belə ki, o, qanunsuz olaraq külli miqdarda narkotik vasitənin satışını həyata keçirmək məqsədi ilə digər şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək əldə olunan razılığa əsasən aralarında aparılmış vəzifə bölgüsünə uyğun olaraq narkotik vasitələrin qoyulacağı ünvanlar barədə digər şəxsdən məlumat aldıqdan sonra külli miqdarda - ümumi təmiz çəkisi 86,800 qram təşkil edən narkotik vasitə heroini qanunsuz olaraq əldə edib yaşadığı ünvan 3 ünvanında saxlamış və üzərində saxlamaqla Bakı şəhəri, Nərimanov rayonu, Faiq Yusifov küçəsi, ev 7 ünvanının yaxınlığına daşımış, 27 noyabr 2023-cü il tarixdə saat 15:15 radələrində Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Nərimanov rayonu, Faiq Yusifov küçəsi, ev 7 ünvanının yaxınlığında saxlanılaraq, Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinin inzibati binasına aparılmış, orada müdafiəçinin iştirakı və videoçəkiliş aparılmaqla üzərinə şəxsi axtarış və götürmə keçirilərkən əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd bükümdə külli miqdarda - təmiz çəkisi 23,584 qram təşkil edən narkotik vasitə heroin aşkar edilərək götürüldükdən sonra, həmin gün saat 19:00 radələrində Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 ünvanına videoçəkiliş aparılmaqla baxış keçirilərkən mənzildə olan sanitar qovşağındakı duş kabinin altından 01 ədəd şəffaf rəngli sellofan torbanın içərisindən 01 ədəd bükümdə külli miqdarda - təmiz çəkisi 63,216 qram təşkil edən narkotik vasitə heroin və həmin torbanın içərisindən üzərində heroin izi olan 02 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilməyərək göstərmişdir ki, 27 noyabr 2023-cü il tarixdə günorta saat 1 radələrində qardaşı ilə evdə olan zaman polis əməkdaşları evin qapısını döyərək özlərini işıq idarəsinin əməkdaşı kimi təqdim edib evin işığını söndürdüklərini bildirmişlər. Qardaşı qapını açanda polis əməkdaşları qardaşını yerə yıxmışlar. Onu şortikdə Polis Bölməsinə aparmışlar. Bu hadisələrin əsas səbəbi polis əməkdaşlarının onların evinin qarşısında dayısını saxlamaqları olmuşdur. Polis əməkdaşları dayısı Qaməddin Əliyevi döyərək ondan hara getdiyini soruşduqda dayısı bacısıgilə getdiyini bildirmişdir. Bundan sonra polis əməkdaşları işıqları söndürərək onların evinə gəlmişlər. Polislər dayısını tutduqdan bir neçə saat sonra onları saxlamışlar. Dayısı özü narkotik vasitə istifadəçisi olmuş və onun barəsində hökm də çıxarılmışdır. O, İran vətəndaşı ilə danışmamış, Rəşad adlı iranlını da tanımır. Narkotik vasitəni iranlı Rəşad adlı şəxsdən almasını polis əməkdaşlarının təklifinə əsasən bildirmişdir. Belə ki, Polis Bölməsində polis əməkdaşları bir-birinə “gəl sənin adını yazaq” demiş, həmin əməkdaşlardan birinin adı isə həqiqətən Rəşad olmuşdur. Evin açarı və mobil telefonu Rəşad adlı polis əməkdaşında olmuşdur. Dayısının avtomobilindən “marixuana” aşkar olunduqdan sonra polis əməkdaşları onların evinə qalxmışlar. X12 gedən zaman orada görmüşdür. Onları günorta saat 1-də Polis Bölməsinə apardıqdan sonra axşam saat 8-9 aralığında vəkil də Polis Bölməsinə gəlmişdir. Şəxsi axtarış videosunda dayısı da iştirak etmişdir. Şəxsi axtarış vəkil gəldikdən sonra edilmişdir. Axşam saat 8-də Polis Bölməsində videoçəkiliş edildikdən sonra polis əməkdaşları onu evə aparmışlar. Onlar ikinci dəfə evə gələn zaman polis əməkdaşları narkotik vasitəni özləri ilə gətirərək onların evinə qoymuşlar. Polis Bölməsində olarkən ona “vəkilin iştirakı ilə evə baxış keçirəcəyik, sən də narkotik vasitəni evdən çıxaracaqsan” deyilmişdir. O, çəkilişdə cümlələri səhv deyən zaman dəfələrlə videoçəkiliş dayandırılmış və yenidən çəkiliş aparılmışdır. Narkotik vasitə vannanın altına qoyulduqdan sonra oradan götürmüşdür. Evdə axtarış edilən zaman vəkil də orada olmuşdur. Polis Bölməsinə qardaşını da aparmışlar, çəkiliş olduqdan sonra qardaşını sərbəst buraxmışlar. Qardaşı döyüldükdən sonra polislərin dediklərini etmiş, qardaşının sərbəst buraxılmağı müqabilində sənədləri imzalayacağını bildirmişdir. Qardaşı məsuliyyətə cəlb olunmamışdır. Qardaşı döyüldükdən sonra əməliyyat olunmuşdur. O, özü narkotik vasitə istifadəçisi deyil. Onun saxlanılarkən döyülməyinə görə sağ qolu qırılmış və qabırğaları əzilmişdir. Döyülməyi ilə bağlı həbs qətimkan tədbiri seçilərkən başa düşmədiyi üçün hakimə heç nə deməmişdir. Polis əməkdaşları birinci dəfə onların evinə gələndə anası uşaqlarını hazırlığa, sonra da idmana aparmış, həmin gün arvadı da evdə olmamışdır. Anası onlar Polis Bölməsinə aparıldıqdan sonra evə getmiş və evin dağınıq olduğunu görüb evi yığışdırmışdır. Polis əməkdaşları ikinci dəfə axşam radələrində onların evinə gələndə anası artıq uşaqları ilə birlikdə qardaşı və onu axtarmaq üçün getmişdir. Təqsirləndirilən şəxs məhkəmədə ona ünvanlanmış sualları cavablandırarkən bildirdi ki, Baş İdarədə ondan izahat almamışlar. Onu sonradan 16-cı və 18-ci Polis Bölmələrinə aparmışlar. Telefondakı danışıqlardan onu 17-ci Polis Bölməsinin qəbul edəcəyini eşitmişdir. Daha sonra onu 17-ci Polis Bölməsinə aparmışlar. Onun yaşadığı ünvan Polis İdarəsi ilə üzbəüz yerləşsə də, onu həmin həmin Polis Bölməsinə aparmamışlar. X20 aparan təhqiqatçı dindirməni həyata keçirməmişdir. 17-ci Polis Bölməsinin təhqiqatçısına məlumat verilmiş, ondan sonra təhqiqatçı dindirməni həyata keçirmişdir. Polis Bölməsində o, dayısı Qəməddin və qardaşı ilə birlikdə olmuşlar. Qardaşından izahat alınmamış, onu döydükdən sonra sənədlərə imza atmış və qardaşını buraxmışlar. Polis əməkdaşları ona videoçəkilişin olacağını və tapşırılan sözləri deməli olduğunu bildirmişlər. Qardaşı xəstə olduğu üçün sonuncuya zərər vurmaqla onu hədələdikləri üçün deyilənləri qəbul etmişdir. Onun üzərində narkotik vasitə olmamışdır. O, polis əməkdaşları ilə razılaşdıqdan sonra Nəcəf adlı təhqiqatçının tapşırığına əsasən Rəşad adlı şəxs maşından bir çanta gətirmişdir. Narkotik vasitənin az olduğunu gördükdə, biraz da gətirməsini tapşırmışdır.O, razılaşdığı kimi videoçəkilişlə barəsində şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilməsinə və narkotik vasitəni təqdim etməsinə razılıq verdikdən sonra evinə də narkotik vasitə qoyulmasının məqsədlərini bilmir. Evə baxış keçirilməsi haqqında ərizəni o, yazmamışdır, amma imza ona məxsusdur. Bunu da qardaşı Rəcəbə ziyan vurmamaları üçün qəbul etmişdir. Rəşad yaşadığı evin açarlarını ondan götürdükdə etiraz etmişdir.O, polis əməkdaşları tərəfindən saat 12-1 radələrində saxlanılmışdır. İstintaq bitdikdən sonra səhər saat 5-də Nərimanov rayon Polis İdarəsinin müvəqqəti saxlama yerinə aparılmışdır. Prokurorluğa polis əməkdaşları tərəfindən yetirilən bədən xəsarətləri barədə şikayət etmişdir. Cinayət işi prokurorluq tərəfindən geri qaytarılmış, istintaq yenidən davam etdirilmişdir. Şikayətinin nəticəsi barədə ona heç bir məlumat verilməmişdir.O, heç vaxt narkotik vasitədən istifadə etməmişdir. Məhkəmə iclasında verdiyi ifadəni təsdiq edir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs elan edilərək tədqiq edilmiş ifadəsindən görünür ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək göstərmişdir ki, uzun müddətdir ki, narkotik vasitə heroindən istifadə edir. Narkotik vasitələrdən istifadə etməyə başlayanda sosial şəbəkələrdə İran İslam Respublikasının vətəndaşı kimi tanıdığı Rəşad adlı şəxslə tanış olmuşlar. Rəşad ona bildirmişdir ki, narkotik vasitə və psixotrop maddə lazım olan zaman ondan ala bilər. O da bir neçə dəfə Rəşadın vasitəsilə narkotik vasitə əldə edərək istifadə etmişdir. Həmçinin Rəşad göndərdiyi narkotik vasitələri götürüb deyəcəyi ünvanlara qoymağı qarşılığında ona pul verəcəyini bildirmişdir. O da maddi cəhətdən sıxıntı çəkdiyi üçün Rəşadla razılaşmış və Rəşadın ona bildirdiyi yerlərdən narkotik vasitəni götürüb dediyi yerlərə qoyaraq həmin yerin şəklini və məkan, yəni konumunu sonuncuya göndərmişdir. Bunun qarşılığında isə Rəşad ona pul göndərmişdir. 27 noyabr 2023-cü il tarixdə saat 15:15 dəqiqədə yaşadığı Bakı şəhəri, Nərimanov rayonu, F.Yusifov küçəsi, ev 7 ünvanının yaxınlığında dayısı Şahid1 ilə birlikdə olan zaman üç nəfər mülki geyimli şəxs yaxınlaşaraq özlərini onlara polis əməkdaşı kimi təqdim edərək qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduqlarını bildirərək, xidməti vəsiqələrini göstərərək, əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış edib onları Nərimanov rayonu 17-ci Polis Şöbəsinə dəvət etmişlər, onlar da polis əməkdaşlarına etiraz etməyib birlikdə Polis Şöbəsinə getmişlər. Polis Şöbəsinə dəvət olunmuş müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində tutulmuş, ona hüquq və vəzifələri elan olunmuş və buna dair bildiriş təqdim edilmişdir.Bundan sonra onun və dayısı Şahid1 üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ilk olaraq ona üzərində olan qanunla qadağan olunmuş əşya varsa təqdim etməyi təklif olunmuşdur. Bu təklifdən sonra o, əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd bükümü çıxarıb masanın üzərinə qoyaraq, həmin bükümün içərisində olan maddənin narkotik vasitə heroin olduğunu bildirmişdir. Sonra üzərinə şəxsi axtarış keçirilmiş və axtarış zamanı əynindəki qara rəngli cins şalvarın sol yan cibindən 01 ədəd “Samsung” markalı və 01 ədəd “İphone” markalı mobil telefon, 01 ədəd yaşadığı mənzilin açarı aşkar edilmişdir. Sorğu zamanı o, üzərindən aşkar olunmuş narkotik vasitəni “İnstagram” sosial şəbəkəsində tanış olduğu Rəşad adlı şəxsin vasitəsilə Salyan rayonu ərazisində gizlədilən yerdən deyiləcək yerlərə çatdırıb pul qazanmaq məqsədi ilə əldə etdiyini, narkotik vasitə heroindən istifadə etdiyini, yaşadığı ünvan 5 ünvanında da narkotik vasitə heroin olduğunu və həmin narkotik vasitəni verə biləcəyini, həmin mənzilə baxış keçirilməsinə etirazı olmadığını bildirmişdir. Sonra dayısı Şahid1 üzərinə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı sonuncuya üzərində olan qanunla qadağan olunmuş əşya varsa təqdim etməyi təklif olunmuşdur. Bu təklifdən sonra Şahid1 də əynindəki göy rəngli qısaqol gödəkçənin sağ yan cibindən 01 ədəd bükümü çıxarıb masanın üzərinə qoyaraq təqdim etmiş və həmin bükümdə olan yaşıl rəngli bitki mənşəli kütlənin narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmişdir. Sonra Şahid1 əynindəki qara rəngli şalvarın sol yan cibindən 02 ədəd “Samsung” markalı mobil telefon, şəxsiyyət vəsiqəsi, bank kartı və 2 manat pul aşkar olunmuşdur. Sorğu zamanı Şahid1 üzərindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuananı Bakı şəhəri, Yasamal rayonu ərazisində tanımadığı şəxsdən əldə etdiyini bildirmişdir. Sonra aşkar olunmuş həmin kütlələr zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş, üzəri o, Qəməddin və iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra bütün hərəkətlər protokollaşdırılmış və onlar imzaları ilə protokolun doğruluğunu təsdiq etmişlər.Daha sonra o, müdafiəçi və polis əməkdaşları ilə birlikdə yaşadığı ünvan 3 ünvanına getmişlər. Orada polis əməkdaşları yaşadığı mənzilə baxış keçirilməsinə etirazı olmaması barədə ondan ərizə almışlar. Sonra polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə videoçəkilişlə yaşadığı mənzilə baxış keçirilmişdir. Baxış zamanı mənzildə qanunla qadağan olunmuş əşya, predmet və ya maddə varsa təqdim etməyi təklif olunmuşdur. Bu təklifdən sonra o, mənzilin giriş hissəsindən sağ tərəfdə yerləşən sanitar qovşağına daxil olaraq orda olan duş kabinin altından gizlətdiyi 01 ədəd şəffaf rəngli sellofan torbanı çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Həmin sellofan torbaya baxış keçirilən zaman içərisindən 02 ədəd elektron tərəzi və 01 ədəd bükümdə narkotik vasitə heroin aşkar edilmişdir. Sorğu zamanı o, aşkar olunmuş narkotik vasitəni “İnstagram” sosial şəbəkəsində tanış olduğu Rəşad adlı şəxsin vasitəsilə qoyulduğu Salyan rayonu ərazisində gizlədilən yerdən deyiləcək yerlərə çatdırıb pul qazanmaq məqsədi ilə əldə etdiyini bildirmişdir. Bundan sonra aşkar edilmiş kütlə və 02 ədəd elektron tərəzi qablaşdırılmış, möhürlənmiş, üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Sonra bütün hərəkətlər protokollaşdırılmış və onlar imzaları ilə protokolun doğruluğunu təsdiq etmişlər. O, narkotik vasitələrin istifadəsi ilə yanaşı, satışı ilə məşğul olmuşdur. O, İran İslam Respublikasının vətəndaşı kimi tanıdığı Rəşad adlı şəxsin bildirdiyi yerdən narkotik vasitələri götürüb Rəşadın dediyi ünvanlara aparıb qoyaraq həmin yerin şəklini və konumunu sonuncuya göndərmişdir. Bunun qarşılığında isə Rəşad ona müəyyən məbləğdə pullar göndərmişdir. Onun narkotik vasitələrin satışı ilə məşğul olmağı barədə dayısı Qəməddinin məlumatı olmamışdır. Həmçinin onun Qəməddinin üzərində narkotik vasitə olması barədə məlumatı olmamışdır. O, Rəşadla əlaqə saxlayıb sonuncudan narkotik vasitə olan heroin istəsə də, Rəşadın ona bildirdiyi ünvanlara narkotik vasitələrin kim tərəfindən qoyulmasını bilməmişdir. Rəşad sadəcə olaraq sonuncunun bildirdiyi yerdən narkotik vasitəni götürüb dediyi ünvana aparıb qoymağının qarşılığında ona pul vermişdir. Narkotik vasitələrin Rəşadın bildirdiyi yerlərə kim tərəfindən qoyulmasından məlumatı olmamışdır. O, Rəşadla “WhatsApp” proqramı vasitəsilə əlaqə saxlamışdır. Əlavə dindirmə zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, qısa müddətdir ki, az-az hallarda narkotik vasitə heroindən istifadə etmişdir. Narkotik vasitələrdən istifadə etməyə başlayanda sosial şəbəkələrdə İran İslam Respublikasının vətəndaşı kimi tanıdığı Rəşad adlı şəxslə tanış olmuşdur. Rəşad ona bildirmişdir ki, narkotik vasitə və psixotrop maddə lazım olan zaman ondan ala bilər. Buna görə də o, bir neçə dəfə Rəşadın vasitəsilə narkotik vasitə əldə edərək istifadə etmişdir. 27 noyabr 2023-cü il tarixdə saat 15 radələrində yaşadığı ünvan 6 ünvanında yatan zaman mənzilin qapısı döyüldüyü üçün qardaşı Rəcəb mənzilin qapısını açmışdır. Həmin vaxt bir neçə nəfər polis əməkdaşı dayısı Şahid1lə birlikdə mənzilə daxil olmuşdur. Polis əməkdaşları mənzilə daxil olan zaman qardaşı Rəcəbi döyərək yerə yıxmışlar və onu da otağa daxil olaraq yatdığı yerdən qaldırmışlar. Həmin vaxt o, nə baş verdiyini anlamadan polis əməkdaşları onu da döyərək yerə yıxmışlar və ondan narkotik vasitə varsa verməyini tələb etmişlər. O da polis əməkdaşlarına üzərində öz istifadəsi üçün təxminən 3-4 qram çəkidə narkotik vasitə heroin olduğunu bildirmiş və həmin narkotik vasitəni polis əməkdaşlarına təqdim etmişdir. Buna baxmayaraq polis əməkdaşları yenidən onu döyərək mənzildə narkotik vasitə varsa təqdim etməyini tələb edən zaman o, başqa heç bir yerdə narkotik vasitə saxlamadığını bildirmişdir. Sonra polis əməkdaşları yaşadığı mənzildə axtarış aparmışlar və bütün evi alt-üst edərək heç bir şey tapmamışlar. Bundan sonra Şahid1 və qardaşı Rəcəblə birlikdə onu Nərimanov rayonu 17-ci Polis Şöbəsinə aparmışlar. Polis Şöbəsinə dəvət olunmuş müdafiəçinin iştirakı ilə o, şübhəli şəxs qismində tutulmuşdur. Orada onu qardaşı Rəcəbi döyərək onu da bu işə qatacaqları ilə hədələmişlər. O da qardaşı Rəcəbin xəstə olduğundan, Rəcəbin bu əziyyətə dözə bilməyəcəyini görüb məcbur olaraq polis əməkdaşlarının dedikləri ilə razı olmuşdur. Bundan sonra qardaşı Rəcəbi 17-ci Polis Şöbəsindən buraxmışlar. Daha sonra polis əməkdaşları onlara təqdim etdiyi 01 ədəd bükümdə olan narkotik vasitə heroini götürüb əvəzində ona başqa bükümdə olan narkotik vasitə heroin verərək cibinə qoyaraq şəxsi axtarış keçirilən zaman çıxarıb təqdim etməyini, bundan əlavə yaşadığı mənzildə də, narkotik vasitə saxlamağını, həmin narkotik vasitəni “İnstagram” sosial şəbəkəsində tanış olduğu Rəşad adlı şəxsin vasitəsilə Salyan rayonu ərazisində gizlədilən yerdən deyiləcək yerlərə çatdırıb pul qazanmaq məqsədi ilə əldə etdiyini, bunun müqabilində sonuncunun ona pul göndərdiyini bildirməyini demişlər. O da polis əməkdaşları ilə razılaşmasa da, polis əməkdaşları ona təzyiq göstərib qardaşını da Polis Şöbəsinə gətirib döyəcəklərini və üzərinə narkotik vasitə qoyaraq sənədləşdirəcəklərini demişlər. Buna görə də, o, məcbur olub razılaşıb şəxsi axtarış keçirilən zaman yaşadığı ünvan 5 ünvanında da narkotik vasitə heroin olduğunu bildirəcəyini demişdir. Sonra xidməti otaqların birində polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilmişdir. Həmin vaxt ona üzərində qanunsuz əşya və ya maddə varsa könüllü olaraq təqdim etməyini bildirmişlər. O da əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd polis əməkdaşları tərəfindən cibinə qoyulmuş bükümü çıxarıb təqdim edərək, həmin bükümün içərisində olan maddənin narkotik vasitə heroin olduğunu bildirmişdir. Sonra üzərinə şəxsi axtarış keçirilmiş və axtarış zamanı əynindəki qara rəngli cins şalvarın sol yan cibindən 01 ədəd “Samsung” markalı və 01 ədəd “İphone” markalı mobil telefon, 01 ədəd yaşadığı mənzilin açarı aşkar edilmişdir. Polis əməkdaşları üzərindən aşkar olunaraq götürülmüş maddənin haradan aldığını soruşanda, əvvəlcədən polis əməkdaşlarının ona bildirdiyi kimi, yəni həmin narkotik vasitəni “İnstagram” sosial şəbəkəsində tanış olduğu Rəşad adlı şəxsin vasitəsilə Salyan rayonu ərazisində gizlədilən yerdən deyiləcək yerlərə çatdırıb pul qazanmaq məqsədi ilə əldə etdiyini, narkotik vasitə heroindən istifadə etdiyini, yaşadığı ünvan 5 ünvanında da narkotik vasitə heroin olduğunu və həmin narkotik vasitəni də təqdim edə biləcəyini, həmin mənzilə baxış keçirilməsinə etirazı olmadığını bildirmişdir. Bundan sonra üzərindən aşkar narkotik vasitə heroin elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə ümumi çəkisinin 27 qram olması müəyyən edilmişdir. Onun üzərində 3-4 qram çəkidə narkotik vasitə heroin olmuşdur. Polis əməkdaşları həmin bükümü götürüb ona başqa bükümü vermişlər.Sonra da dayısı Şahid1 üzərinə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı sonuncuya üzərində olan qanunla qadağan olunmuş əşya varsa təqdim etməyi təklif olunmuşdur. Bu təklifdən sonra Şahid1 də əynindəki göy rəngli qısaqol gödəkçənin sağ yan cibindən 01 ədəd bükümü çıxarıb masanın üzərinə qoyaraq təqdim etmiş və həmin bükümdə olan yaşıl rəngli bitki mənşəli kütlənin narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmişdir. Sonra Qəməddinin üzərinə şəxsi axtarış keçirilmiş və axtarış zamanı sonuncunun əynindəki qara rəngli şalvarın sol yan cibindən 02 ədəd “Samsung” markalı mobil telefon, şəxsiyyət vəsiqəsi, bank kartı və 2 manat pul aşkar olunmuşdur. Sorğu zamanı Qaməddin Əliyev üzərindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuananı Bakı şəhəri, Yasamal rayonu ərazisində tanımadığı şəxsdən əldə etdiyini bildirmişdir. Qəməddinin üzərindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuana elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə ümumi çəkisinin 20 qram olması aydın olmuşdur. Sonra aşkar olunmuş həmin kütlələr zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş, üzəri o, Qaməddin və iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra isə bütün hərəkətlər protokollaşdırılmış və onlar imzaları ilə protokolun doğruluğunu təsdiq etmişlər.Sonra polis əməkdaşları ilə birlikdə yaşadığı ünvan 6 ünvanına getmişlər. Orada polis əməkdaşları yaşadığı evə baxış keçirilməsinə etirazı olmaması barədə ondan ərizə almışlar. Polis əməkdaşları yaşadığı mənzilin sanitar qovşağında olan duş kabinin altına 01 ədəd şəffaf rəngli sellofan torbanın içərisində narkotik vasitə, 02 ədəd elektron tərəzi qoymuşlar və ona həmin maddəni videoçəkiliş zamanı təqdim etməyini bildirmişlər. O, etiraz etsə də, polis əməkdaşları ona təzyiq göstərib, həmin narkotik vasitəni təqdim etməsə ona və qardaşı Rəcəbə yenidən işgəncə verəcəklərini bildirmişlər. Qardaşı Rəcəb ağır xəstədir və ona bir təpik belə vurulması həyatı üçün təhlükəlidir. Buna görə o, məcbur olaraq polis əməkdaşları ilə razılaşmışdır. Bundan sonra yaşadığı mənzilə onun, müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə videoçəkilişlə baxış keçirilməyə başlanmışdır. Baxış zamanı ondan mənzildə saxladığı narkotik vasitəni təqdim etməyi təklif edilən zaman, o, polis əməkdaşları tərəfindən əvvəlcədən yaşadığı mənzildə sanitar qovşağında olan duş kabinin altına qoyulmuş 01 ədəd şəffaf rəngli sellofan torbanı çıxarıb təqdim etmişdir. Həmin sellofan torbaya baxış keçirilən zaman içərisindən 02 ədəd elektron tərəzi və 01 ədəd bükümdə narkotik vasitə heroin aşkar edilmişdir. Bundan sonra yaşadığı mənzilə baxış keçirilsə də, mənzildən heç bir qanunsuz əşya və ya maddə aşkar edilməmişdir. Sonra isə bütün hərəkətlər protokollaşdırılmış, həmin maddə zərfə qoyulub möhürlənmiş və onlar imzaları ilə protokolun doğruluğunu təsdiq etmişlər. Yaşadığı ünvan 5 ünvanından aşkar olunmuş narkotik vasitə heroin və 02 ədəd elektron tərəzi ona məxsus deyildir. Həmin narkotik vasitə polis əməkdaşları tərəfindən yaşadığı mənzilə qoyulmuşdur. Onun üzərində 3-4 qram çəkidə narkotik vasitə olsa da, polis əməkdaşları həmin bükümü götürüb əvəzində başqa bükümdə heroini cibinə qoymuşlar. Üzərindən və yaşadığı mənzildən aşkar olunmuş narkotik vasitə ona məxsus deyildir. O nə evdə, nə də başqa bir yerdə narkotik vasitə saxlamamışdır. O, narkotik vasitələrin və psixotrop maddələrdən istifadə etsə də, heç vaxt satışı ilə də məşğul olmamışdır. Polis əməkdaşları tərəfindən üzərinə şəxsi axtarış keçirilən zaman ona fiziki və psixoloji təzyiqlər göstərilmişdir. O, ilkin ifadə verən zaman polis əməkdaşları tərəfindən özü və qardaşı Rəcəbin işgəncəyə məruz qalacağını düşünüb ona qarşı heç bir fiziki zor tətbiq olunmadığını bildirmişdir. Əslində isə polis əməkdaşları tərəfindən yaşadığı mənzildə saxlanılmış və saxlanılan zaman isə işgəncələrə məruz qalaraq döyülmüşdür. Polis əməkdaşları ona üzərinə şəxsi axtarış keçirilən zaman yaşadığı mənzildə də narkotik vasitələr saxlamağını bildirməyini demişlər. Razılaşmadıqda ona təzyiq göstərib qardaşı Rəcəbi də Polis Şöbəsində döyərək işgəncə verəcəklərini bildirmişlər. Buna görə də, o, məcbur olaraq yaşadığı mənzildə də narkotik vasitələr saxladığını, eyni zamanda narkotik vasitəni İran İslam Respublikası vətəndaşı Rəşad adlı şəxsin vasitəsilə əldə edərək müxtəlif ünvanlara qoymağı qarşılığında pul əldə etdiyini bildirmişdir (cild 1, iş vərəqə 138-141, cild 2, iş vərəqə 55-59, cild 3, iş vərəqə 24-28). Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Adışirin oğlu ifadə verərək göstərmişdir ki, Nərimanov rayonu ərazisində səhər saat 10 radələrində avtomobilinin yanında olarkən polis əməkdaşları yaxınlaşaraq qoluna qandal vurub öz avtomobillərinə əyləşdirmişlər. Polis əməkdaşları axşama kimi onu avtomobildə saxlamışlar. Polis Bölməsinə gedərkən Sehran və qardaşı Rəcəbin də orada olduğunu görmüşdür. Polis Bölməsində olduqdan 3-4 saat sonra vəkillər də Bölməyə gəlmişlər. İdarədə onun üzərindən narkotik vasitə aşkar edilmiş, həmin narkotik vasitə onun özünə məxsus olmuşdur. Polis əməkdaşları onu və Sehranı ayrı-ayrılıqda saxlamışlar. Onların şəxsi axtarısı bir yerdə olmuş, Sehranla bağlı şəxsi axtarışda da iştirak etmişdir. O, Sehrandan narkotik vasitənin haradan aldığını soruşduqda Sehran heç nə bilmədiyini demişdir. Polis Bölməsində olduqdan 1 saat sonra Sehranı yaşadığı evə aparmışlar. Narkotik vasitənin Sehrana aid olub-olmamasını bilmir, Sehran narkotik vasitənin ona aid olmadığını bildirmişdir. Adını xatırlamadığı polis əməkdaşı narkotik vasitəni Sehranın cibinə qoymuşdur. Videoçəkilişdən sonra bir-birilərini görməmişlər. İki ay bundan əvvəl Nəriman Rayon Məhkəməsində onun barəsində hökm çıxarılmışdır. İbtidai istitntaq dövründəki ifadəsini oxumadan imzalamışdır. Məhkəmədə verdiyi ifadəni təsdiq edir. Məhkəmə iclasında şahid qismində dindirlmiş Şahid2 ifadə verərək göstərmişdir ki, 27 noyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs qohumu Qəməddin adlı şəxslə bir yerdə Nərimanov rayonu ərazisində saat 15:15 radələrində saxlayıb 17-ci Polis Bölməsinə aparmışlar. İdarədə Təqsirləndirilən şəxs üzərindən mobil telefon, ev açarı və narkotik vasitə olan heroin aşkar edilmiş, sonuncu evində də narkotik vasitə olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs narkotik vasitəni İran vətəndaşı olan Rəşad adlı şəxsdən “İnstagram” sosial şəbəkəsi vasitəsilə aldığını və Salyan yolundan götürdüyünü demişdir. Təqsirləndirilən şəxs evinə baxış keçirərkən onun evindən 50 qramdan çox narkotik vasitə və iki ədəd tərəzi aşkar edilmişdir. Şahid2 məhkəmədə ona ünvanlanmış sualları cavablandırarkən bildirmişdir ki, əməliyyat məlumatı narkotik vasitələrin satışı ilə bağlı, “Qəməddin” adlı şəxs və Təqsirləndirilən şəxs barəsində olmuşdur. Təqsirləndirilən şəxs küçədə olarkən saxlamışlar,həmin vaxt qardaşı yanında olmamışdır.Təqsirləndirilən şəxs saxlanılarkən əynində qara cins şalvar olmuşdur. Qəməddin Yasamal rayonu ərazisində yaşamışdır.Təqsirləndirilən şəxs evinə baxış keçirilməsi ilə bağlı özü ərizə yazmışdır. İcazə ərizəsini təhqiqatçı özü almışdır. Evə 1 dəfə baxış keçirilmişdir. Rəşad adlı İran vətəndaşının narkotik vasitə satışı ilə məşğul olmasını təqsirləndirilən şəxsdən eşitmişdir. Təqsirləndirilən şəxsə fiziki təzyiq olunmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadə verərək göstərmişdir ki, 27 noyabr 2023-cü il tarixdə saat 15:00 radələrində təqsirləndirilən şəxs Quliyev X5 rayonu ərazisində saxlanılaraq 17-ci Polis Bölməsinə aparılmışdır. Bölmədə onun üzərindən narkotik vasitə olan heroin adşkar edildikdən sonra təqsirləndirilən şəxs evində də narkotik vasitə olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs evində axtarış keçirilərkən evinin sanitar qovşağında da narkotik vasitə aşkar edilmiş, sonuncu həmin narkotik vasitəni özü təqdim etmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən onun yanında başqa şəxs də olmuş, həmin şəxsin üzərindən az miqdarda marixuana aşkar edilmişdir. Əməliyyat məlumatı Təqsirləndirilən şəxs barəsində olmuşdur. Təqsirləndirilən şəxs qarşı fiziki təzyiq etməmiş, sonuncunun evinə 20 nəfər polis əməkdaşı daxil olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadə verərək göstərmişdir ki, Təqsirləndirilən şəxs narkotiklə əlaqədar cinayət işi ilə bağlı tanımışdır. Təqsirləndirilən şəxs barəsində Şahid2 daxil olmuş əməliyyat məlumatı əsasında əməliyyat axtarış tədbirlərinin keçirilməsi məqsədilə 27 noyabr 2023-cü il tarixdə onlar tərəfindən əməliyyat qrupu yaradılmışdır. Polis əməkdaşları ilə birlikdə saat 15:15-də Nərimanov rayonu ərazisindəki saatlı binanın yanında Təqsirləndirilən şəxs yaxınlaşıb onu və qohumunu saxlayaraq 17-ci Polis Bölməsinə aparmışlar. X15 Quliyevin üzərinə baxış keçirilən zaman cibindən narkotik vasitə aşkar etmişlər. Təqsirləndirilən şəxs narkotik vasitənin özünə aid olduğunu və Salyan rayonundan əldə etdiyini bildirmişdir. Daha sonra narkotik vasitəni qablaşdıraraq ekspertizaya təqdim etmişlər. Təqsirləndirilən şəxsin özünün etirafı əsasında evində narkotik vasitənin olduğunu bilib evə baxış keçirmişlər. Evdə aşkarlanan narkotik vasitəni də qablaşdıraraq ekspertizaya təqdim etmişlər. Təqsirləndirilən şəxs həmin narkotik vasitələri Salyan rayonundan əldə etdiyini bildirmişdir. Əməliyyat məlumatı ona daxil olmadığı üçün təqsirləndirilən şəxsin narkotik vasitəni əldə etməkdə məqsədi barədə informasiyaya sahib deyil. Təqsirləndirilən şəxs narkotik vasitəni özünün istifadə etməsi üçün əldə etdiyini bildirmişdir.X15 Quliyevə fiziki zor tətbiq olunmamışdır. Şahid X4 məhkəmədə ona ünvanlanmış sualları cavablandırarkən bildirmişdir ki,təqsirləndirilən şəxsi qohumu ilə birlikdə saxlayıb hər ikisini 17-ci Polis Bölməsinə aparmışlar. Cinayət işinin aid olduğu əraziyə uyğun olduğu üçün təqsirləndirilən şəxsi 17-ci Polis Bölməsinə aparmışlar. Təqsirləndirilən şəxsin üzərində axtarışı onları saxladıqdan bir saat sonra 17-ci Polis Bölməsində həyata keçirmişlər. Təkrar axtarış həyata keçirməmişlər. Əməliyyat məlumatı ona daxil olmamış, təqsirləndirilən şəxs narkotik vasitədən istifadə etmiş, həmçinin satışı ilə məşğul olmuşdur. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiqləyir. Müdafiə tərəfinin vəsatəti əsasında məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadə verərək göstərmişdir ki, əri ilə uzun müddətdir ki, ayrılmışdır. Onun iki oğlu və bir qızı vardır. Oğlu Təqsirləndirilən şəxs evli olsa da digər oğlu evli deyil. Oğlu Sehranın iki uşağı, qızının da bir uşağı var. Qızının əri öldüyü üçün sonuncu onlarla birlikdə yaşayır. Oğlu gəlini ilə birlikdə onlarda yaşamışdır. Sehran və digər oğlu avtomobil alveri ilə məşğul olmuşlar. Hadisə günü qızının ad günü olmuşdur. Qızı ona “uşaqları hazırlığa qoy və evdə ad günü ilə əlaqədar olaraq hazırlıq işləri görək” demişdir. O, səhər saat 10-da nəvələrini hazırlığa qoymaq üçün evdən çıxmışdır. Hadisə günü gəlini atasının evində olmuşdur. Çünki gəlininin qardaşı rəhmətə getdiyi üçün cümə axşamı etmişlər. Qızı həmin zaman dükandan ərzaq almışdır. Qızı evdən ondan qabaq səhər saat 9 da çıxmışdı. O, nəvələrini hazırlığa qoyduqdan sonra evə qayıdan zaman bacısını da yolda görmüş, bacısı ilə birlikdə evə getmişlər. Təxminən evdən çıxdıqdan 2 saat sonra evə qayıtmışdır. Evə qalxan zaman qapını döysə də, evin qapısını açan olmamışdır. O, açarla qapını açan zaman təxminən saat 2-də evin dağınıq olduğunu görmüşdür. İki oğlunun ikisi də həmin vaxt evdə olmamışdır. O, evdən oğurluq olduğunu fikirləşmişdir. O, polis orqanlarına zəng etməmişdir. İki oğlu da əvvəllər məhkum olunmamışdır. Qardaşı Qaməddin onlarda yaşamamışdır. O, bacısı ilə birlikdə günorta saat 3-4 radələrində Nərimanov rayon Polis İdarəsinə getmişdir. O, Polis İdarəsinə evini yığışdırdıqdan sonra getmişdir. Polis İdarəsində ona oğlanlarının orada olmadığını bildirmişlər. O, Polis İdarəsindən birbaşa bacısıgilə getmişdir. Bacısıgildə olarkən axşam saat 8-9 radələrində oğlu Rəcəb ona zəng edərək narahat olmamaqlarını, gəlib hər şeyi danışacağını bildirmişdir. Rəcəb onlara polis əməkdaşlarının onları döydüklərini bildirmişdir. Rəcəb təxminən yarım saata bacısıgilə gəlmişdir. O, bundan sonra gecə saat 11-12 radələrində Təqsirləndirilən şəxs saxlanıldığı Polis Bölməsinə getmişdir. Polis Bölməsindən ona Sehranın dalaşdığını bildirmişər. Sonradan Sehranın narkotik vasitəyə görə tutulduğunu öyrənmişdir. Şahid5 məhkəmədə ona ünvanlanan sualları cavablandırarkən bildirdi ki, Sehranın uşağı hadisə günü anasının yanında olmuşdur. Hadisə günü evdə iki oğlu qalmışdır. Evin bütün əşyaları dağıdılmışdı.O, bacısıgildə olan zaman oğlu Rəcəb ona “polis əməkdaşları məni buraxıb Sehranı evə apardılar” demişdir.Qardaşı Dünyamalı da yığıncağa gəlmişdi. Hadisə günü qardaşı Qaməddini axtarmamışdır. Oğlu Rəcəb evə gəldikdən sonra qardaşı Qaməddinin də Polis Bölməsinə aparıldığını bilmişdir. Qardaşı Qaməddinin narkotik vasitə istifadəçisi olduğunu bilməmişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspert rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs ilə şahidlər Şahid2 və Şahid3 arasında həyata keçirilmiş üzləşdirmə istintaq hərəkətləri zamanı şahidlər ifadələrində göstərdikləri xüsusatları bir daha təsdiq edərək Təqsirləndirilən şəxs üzünə qarşı demiş, Təqsirləndirilən şəxs isə polis əməkdaşları tərəfindən təzyiqlərə məruz qaldığını, üzərindən aşkar olunmuş narkotik vasitənin ona məxsus olsa da, yaşadığı mənzildən aşkar olunmuş narkotik vasitə heroinin və elektron tərəzinin ona məxsus olmadığını, polis əməkdaşları tərəfindən qoyulduğunu bildirmişdir (cild 2, iş vərəqə 60-66, 67-73). 27 noyabr 2023-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan və ona əlavə edilmiş həmin istintaq hərəkətlərinin videogörüntülərini özündə əks etdirən 01 ədəd DVD diskdən görünür ki, Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd bükümdə, qəhvəyi rəngli, speifik iyə malik, narkotik vasitə heroinə bənzər kütləni təqdim etmişdir. Daha sonra həmin şalvarın sol yan cibindən 02 ədəd “Samsung” markalı mobil telefon, 01 ədəd mənzil açarı aşkar olunmuşdur.Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik maddələri “İnstagram”da tanış olduğu Rəşad adlı şəxsin vasitəsilə Salyan rayonu ərazisində gizlədilən yerdən deyiləcək yerlərə çatdırıb pul qazanmaq məqsədi ilə əldə etdiyini, heroindən istifadə etdiyini, şəxsi axtarışdan əvvəl üzərinin yoxlanılmadığını, polis əməkdaşları tərəfindən ona zor tətbiq edilmədiyini, ***-***-**-**, ***-***-**-** saylı mobil nömrələrini işlətdiyini, Bakı şəhəri Nərimanov rayonunda yaşadığı mənzildə narkotik maddə saxladığını, orada saxladığı narkotik maddələri təqdim edə biləcəyini, həmin mənzilə baxış keçirilməsinə etirazı olmadığını, onunla eyni vaxtda saxlanılan dayısı Şahid1lə narkotik vasitələrin dövriyyəsi ilə bağlı hər hansı əlbirliyinin olmadığını, ona narkotik vasitə satmadığını və ya vermədiyini bildirmişdir (cild 1, iş vərəqə 50-54, 195-196). 27 noyabr 2023-cü il tarixli mənzilə baxış keçrilməsi və götürmə haqqında protokoldan və və ona əlavə edilmiş həmin istintaq hərəkətlərinin videogörüntülərini özündə əks etdirən 01 ədəd DVD diskdən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 ünvanına videoçəkiliş aparılmaqla baxış keçirilərkən Təqsirləndirilən şəxs mənzildə olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs həmin evin girişindən sağ tərəfində yerləşən sanitar qovşağındakı duş kabinin altından 01 ədəd şəffaf rəngli sellofan torbanı təqdim etmişdir. Həmin torbanın içərisindən 01 ədəd bükümdə, qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə heroinə bənzər kütlə və 02 ədəd elektron tərəzi aşkar edilmişdir.Sorğu zamanı Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik maddələri “İnstagram”da tanış olduğu Rəşad adlı şəxsin vasitəsilə Salyan rayonu ərazisində gizlədilən yerdən deyiləcək yerlərə çatdırıb pul qazanmaq məqsədi ilə əldə etdiyini, heroindən istifadə etdiyini, burada narkotik vasitə saxlaması barədə heç kimin məlumatı olmadığını bildirmişdir (cild 1, iş vərəqə 57-59). 28 noyabr 2023-cü il tarixli məhkəmə-kimyəvi ekspertizasının rəyindən görünür ki, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №7” dairəvi möhür əksi, “şübhəli şəxslər Təqsirləndirilən şəxs və Şahid1 üzərindən aşkar edilmiş kütlələr Təqsirləndirilən şəxs (imza), Şahid1 (imza)” yazısı və imzalar olan paketdəki 01 ədəd bükümdə təmiz çəkisi 23,584 qram tünd qəhvəyi rəngli tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata tədim edilmiş üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №7” dairəvi möhür əksi, “şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilmiş kütlə (imza) Təqsirləndirilən şəxs” yazısı və imzalar olan bağlamadakı 01 ədəd bükümdə təmiz çəkisi 63,216 qram tünd qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və 02 ədəd tərəzinin üzərində heroinin izləri vardır. Tədqiqata tədim edilmiş Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar edilərək götürülmüş heroinin ümumi təmiz çəkisi 86,800 qram təşkil edir və həmin heroinlər xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə və görə eynidirlər.Ekspertiza tədqiqatından sonra narkotik vasitə heroinin qalıq çəkisi 86,600 qram təşkil etmişdir (cild 1, iş vərəqə 69-74). 18 yanvar 2024-cü il tarixli məhkəmə-psixiatrik ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Bunu cinayət işi materialları, anamnestik məlumatlar və hal-hazırki psixi müayinənin nəticələri və sair. sübut edir. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, onda hər hansı psixi pozuntu əlamətləri təsvir olunmamış, həmçinin hazırkı müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törətdiyi zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21-ci və 22ci maddələrinin təsiri altına düşmür (cild 2,vərəqə 23-25). 06 yanvar 2024-cü il tarixli 92 nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya Xəstəxanasının məktubundan görünür ki, Təqsirləndirilən şəxs göstərilən xəstəxanada müalicədə olmayıb (cild 1, iş vərəqə 212). Bakı şəhəri Sabunçu İcra Hakimiyyəti Başçısının Balaxanı qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə yazılı və şifahi şikayət ərizəsi daxil olmadığı göstərilmişdir (cild 1, iş vərəqə 215). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış 06 dekabr 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1,iş vərəqə 203-204). İbtidai istintaq orqanının 27 fevral 2024-cü il tarixli qərarı ilə X3 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi ayrıca icraata ayrılmışdır (cild 2, iş vərəqə 78-81). İbtidai istintaq orqanının 07 may 2024-cü il tarixli qərarı ilə X1 miqdarda narkotik vasitə heroini əldə etdiyi mənbəni və İran İslam Respublikasının vətəndaşı Rəşad adlı şəxsin müəyyən edilməsi üçün Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə ********* nömrəli cinayət işi ayrıca icraata ayrılmışdır (cild 2, iş vərəqə 153-155). 07 may 2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 02 ədəd bükümdə ilkin təmiz çəkisi 86,800 qram olan narkotik vasitə heroin, 02 ədəd elektron tərəzi maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 86,600 qram təşkil edən narkotik vasitə heroin, 02 ədəd elektron tərəzi saxlanılması üçün Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş, 02 ədəd DVD formatlı disk isə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir (cild 2, iş vərəqə 129-151). Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “Şenk İsveçrəyə qarşı” 12 iyul 1988-ci il tarixli Avropa İnsan Hüquqları Məhkəməsinin 11 iyul 2016-cı il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu, ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir. “Yallo Almaniyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 11 iyul 2016-cı il tarixli qərarında göstərilir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özülyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların, o cümlədən maddi sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçisi vasitəsi ilə suallar vermişdir. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349-cu maddəsinə əsasən, məhkəmə hökmü qanuni olmalıdır, yəni Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosesual Məcəlləsinin, Cinayət Məcəlləsinin və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikasının CM-nin 3-cü maddəsinə əsasən yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma əməllərinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Qanunun mənasına görə CM-nin 234.4.3-cü maddəsində göstərilən cinayət əməli alternativ tərkibli olmaqla, obyektiv cəhətdən külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmada ifadə olunur. Belə ki, bu cinayət bir hərəkətin, yaxud alternativ hərəkətlərin mövcudluğu ilə səciyyələnir. Bundan başqa göstərilən cinayət əməli formal tərkibli olduğundan onun başa çatmış hesab olunması üçün təqsirkarın qeyd edilən maddə ilə nəzərdə tutulan hərəkətləri külli miqdarda törətməsi faktının müəyyən edilməsi kifayətdir. Həmçinin cinayətin subyektiv cəhətinin ünsürlərindən biri olan “məqsəd” Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə cinayət tərkibinin zəruri əlaməti olmaqla Cinayət-Prosessual Məcəlləsinin 139.0.3-cü maddəsinə əsasən sübut edilməli olan hallardan biridir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qanunda “satış” məqsədinin anlayışı verilməsə də, həmin Qanunun 1.0.11-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışına aydınlıq gətirilmişdir. Belə ki, miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər “satma ” kimi başa düşülür. Bu kontektsdə “satış” məqsədi də narkotik vasitələrin və ya psixortop maddələrin “əvəzli, qazanc əldə etmək və ya sair şəxsi maraqdan yayılması” məqsədi kimi şərh edilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2024-cü il tarixli 8 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. X18 11-ci bəndində göstərilmişdir ki, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci, 234.3-cü və 234.3-1-ci maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, yəni cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərin icra edilməsinə başlanılana qədər cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qeyd olunan Plenum qərarının 16-cı bəndinin 3-cü abzasına əsasən, bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi və ya satış məqsədi olmadan əldə edilməsi, saxlanılması, hazırlanması, emal edilməsi, daşınması müəyyən edildikdə, külli miqdar və ya xüsusilə külli miqdar əlamətinin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı müəyyən edilib ittihamda ayrıca göstərilməli, lakin əməl miqdarı daha böyük olan narkotik vasitəyə görə (daha ciddi məsuliyyətə səbəb olan miqdar üzrə) tövsif olunmalıdır. Yəni aşkar edilmiş müxtəlif növ narkotik vasitələrdən (psixotrop maddələrdən) hər hansı birinin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl CM-in 234.1-1-ci və ya 234.4.3-cü maddəsi ilə, xüsusilə külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə satış məqsədinin olub-olmamasından asılı olmayaraq CM-in 234.4-1-ci maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə satış məqsədilə törədilən əməl (miqdarın xeyli miqdar təşkil edibetməməsindən asılı olmayaraq) CM-in 234.2-ci maddəsi ilə, belə məqsəd olmadan törədilən əməl isə (narkotik vasitənin və ya psixotrop maddənin miqdarı xeyli miqdar təşkil etdikdə) CM-in 234.1-ci maddəsi ilə tövsif edilməlidir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın 1-ci Siyahısının 5-ci bəndinə əsasən təmiz halda 2 (iki) qram və daha artıq çəkidə narkotik vasitə heroin külli miqdar təşkil edir. Məhkəmə, Təqsirləndirilən şəxs narkotik vasitənin satışını həyata keçirtməməsi, ümumiyyətlə şəxsi axtarış və götürmə, mənzilə baxış keçirilməsi zamanı aşkar edilmiş narkotik vasitələrin ona məxsus olmaması, məhkəmə iclasında və ibtidai istintaq dövründə verdiyi ifadələri arasındakı ziddiyyəti fiziki və psixi təzyiqə məruz qalması ilə əlaqələndirdiyi izahlarını onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Onun öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla - cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları tam təkzib olunur. İş materiallarından görünür ki, müdafiə tərəfi Təqsirləndirilən şəxs tutulma saatı və yerini mübahisələndirərək sonuncunun evindən saat 13:00 radələrində yatdığı yerdən tutularaq qardaşı Rəcəb Quliyev ilə birlikdə Polis Şöbəsinə aparıldığını, sonuncunun gah fiziki təzyiqə məruz qalması səbəbindən, gah qardaşı Rəcəb Quliyevin azad olunması müqabilində etiraf edici ifadələr verməsini, videoçəkiliş aparılmaqla narkotik vasitə və psixotrop maddə təqdim etməyə razı olduğunu göstərmişdir. Məhkəmə iclasında dindirilən Təqsirləndirilən şəxs dayısı X8, səhər 10:00 radələrində Polis Şöbəsinə aparılmasını, Polis Şöbəsinə gedərkən isə artıq Sehran Quliev və onun qardaşı Rəcəb Quliyevin orada olduğunu qeyd etmişdir. Göründüyü kimi Qaməddin Əliyevin 27 noyabr səhər 10:00 radələrində tutularaq Polis Şöbəsinə aparıldıqdan sonra həmin şöbədə Quliyev qardaşlarının, yəni Rəcəb Quliyevin və Təqsirləndirilən şəxs olması barədə ifadəsi ilə təqsirləndirilən şəxsin saat 13:00 radələrində evdən yatdığı yerdən qardaşı ilə birgə aparılması barədə ifadələri bir-biri ilə ziddiyyət təşkil etmişdir. Müdafiə tərəfinin vəsatəti əsasında müvafiq ziddiyyətlərin aradan qaldırılması məqsədilə təqsirləndirilən şəxsin anası Şahid5 məhkəmə iclasında şahid qismində dindirilərkən oğlu Təqsirləndirilən şəxslə bir evdə yaşamasını, oğlunun günorta saat 13:00 radələrində evdən aparıldığını, həmin vaxt nəvəsini hazırlığa apardığından evdə olmadığını, lakin evə qayıdarkən evin dağınıq olduğunu, narahat qaldığından oğlunu axtarmağa getdiyini bildirmişdir. Məhkəmə iclas materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs istifadəsində olan 070-500-00- 82 və ***-***-**-** telefon nömrələrinə, Qaməddin Əliyevin istifadəsində olan ***-***-**-** telefon nömrəsinə dair anten məlumatları özündə əks etdirən, habelə müdafiə tərəfinin vəsatəti əsasında təqsirləndirilən şəxsin qardaşı Rəcəb Quliyevin istifadəsində olan ***-***-**-** telefon nömrəsinin, məhkəmənin öz təşəbbüsü ilə təqsirləndirilən şəxsin anası Şahid5 istifadəsində olan ***-***-**-** telefon nömrəsinin anten məlumatlarının əldə edilməsi haqqında Bakı Ağır Cinayəltər Məhkəməsinin 06 yanvar 2025-ci il tarixli qərarına əsasən “Bakcell”, “Azercell”, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətlər tərəfindən daxil olmuş CD disk məlumatlarından görünür ki, - ***-***-**-** nömrə istifadəçisi kimi Təqsirləndirilən şəxs 27 noyabr 2023-cü il tarixdə anten məlumatları ona dəlalət etmişdir ki, sonuncu saat 14:00 radələrində “Clock Tower” ünvanında olmuşdur; - ***-***-**-** nömrə istifadəçisi kimi Təqsirləndirilən şəxs 27 noyabr 2023-cü il tarixdə anten məlumatları ona dəlalət etmişdir ki, sonuncu saat 11:05 radələrindən 14:43 radələrinə kimi Heydər Əliyev prospektində yerləşən ünvanda olmuşdur; - ***-***-**-** nömrə istifadəçisi kimi Qaməddin Əliyevin 27 noyabr 2023-cü il tarixə anten məlumatları ona dəlalət etmişdir ki, sonuncu saat 11:30 radələrində Heydər Əliyev prospektində yerləşən ünvanda olmuşdur; - ***-***-**-** telefon nömrə istifadəçisi kimi Şahid5 27 noyabr 2023-cü il tarixə anten məlumatları ona dəlalət etmişdir ki, sonuncu saat 12:44-13:45 radələrində Heydər Əliyev prospektində yerləşən ünvanda olmuşdur; - ***-***-**-** nömrə istifadəçisi kimi Rəcəb Quliyevin anten məlumatları ona dəlalət etmişdir ki, sonuncu 26 noyabr gece saat 02:50 radələrindən 27 noyabr 2023-cü il tarixdə saat 13:23 radələrinə kimi “Clock Tower” ünvanında, 16:16 radələrində ünvan 7nu yaxınlığında yerləşən ünvanda olmuşdur. Göründüyü ki, saat 13:00 radələrində həm Təqsirləndirilən şəxs, həm Rəcəb Quliyev, həm də anası Şahid5 yaşadıqları ünvanda, yəni “Clock Tower” ünvanı yaxınlığında olmuşdur (məlumatların təhlilindən həm də aydın olur ki, mobil telefon operatorlarının növündən asılı olaraq onların yaşadığı ünvan ya “Clock Tower” , ya da Heydər Əliyev prospekti kimi göstərilmişdir ). Məhkəmə qeyd edir ki, yuxarıda göstərilən CD disklərin əks etdirdiyi məlumatlarla həm Qaməddin Əliyevin səhər saat 10-11 radələrində Quliyev qardaşlarının şöbədə olması, istərsə də təqsirləndirilən şəxsin qardaşı Rəcəb Quliyevlə birlikdə saat 13:00 radələrində yatdığı yerdən aparılması, istərsə də təqsirləndirilən şəxsin anası Şahid5 hər iki oğlunun yatdığı yerdən aparılması və özünün həmin vaxt yaşadıqları ünvanda olmamaları barədə ifadələri təkzib edilir. İstifadəsində olan telefon nömrələrinə dair anten məlumatlarının təqdim edilməsi barədə vəsatət müdafiə tərəfindən verilsə də tutulmasını iddia etdiyi saatlarda evdə olması barədə anten məlumatlarının təhlili nəticəsində müəyyən edilmiş xüsusat üzrə Təqsirləndirilən şəxs dindirilərkən Polis Şöbəsinə aparılarkən telefonlarının evdə olduğunu(əgər telefonları evdə idisə qeyd edilən vəsatət niyə məhkəmə iclasında təqdim edilmişdir), ona görə həmin telefonların anten məlumatlarına əsasən yaşadığı ünvanda olması öz əksini tapdığını bildirsə də məhkəmə tərəfindən barəsində şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilərkən üzərindən aşkar edilən iki ədəd “Samsung” markalı mobil telefonun kimə məxsus olması barədə sualları cavablandıra bilməmişdir. Məhkəmə yuxarıda göstərilən halları nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin psixoloji təzyiqə məruz qalması, yəni qardaşı Rəcəb Quliyevin azad olunması müqabilində etiraf edici ifadələr verməsi barədə məhkəmə qeyd etdiyi xüsusatları iş materialları ilə təkzib edilir. Bundan başqa təqsirləndirilən şəxs məhkəmə iclasında fiziki təzyiqə məruz qaldığını göstərsə də məhkəmənin təşəbbüsü ilə əldə edilmiş 13 iyun 2024-cü il tarixli Qərardan görünür ki, qanunsuz hərəkət və davranışa məruz qalması barədə təqsirləndirilən şəxsin izahatı əsasında aparılmış araşdırma zamanı toplanmış material üzrə cinayət işi başlanılması rədd edilmişdir. Qərar onunla əsaslandırılmışdır ki, iş üzrə şahid qismində dindirilmiş polis əməkdaşları təqsirləndirilən şəxsə münasibətdə fiziki təzyiqə yol verməmələrini bildirmiş, 11 may 2024-cü il tarixli məhkəmə tibbi ekspertiza rəyi ilə təqsirləndirilən şəxsin bədən səthində xəsarət aşkar edilməmişdir. Məhkəmənin təşəbbüsü ilə əldə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasından daxil olmuş məktubdan görünmüşdür ki, təqsirləndirilən şəxs təcridxanaya daxil olarkən zədə aldığını qeyd etsə də, baxış zamanı bədənində yeni xəsarət izləri aşkar edilməmişdir. Məhkəmə onu da qeyd edir ki, təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi barədə vəsatətə 29 noyabr 2023-cü il tarixli Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində baxılarkən sonuncu üzərindən aşkar edilən narkotik vasitənin miqdarının ittihamda qeyd edilən miqdardan az olmasını, polis əməkdaşları tərəfindən şiddət və təzyiqə məruz qalmamasını bildirmişdir. Məhkəmə sadalanan halları müqayisə etmək yolu ilə qiymətləndirməklə təqsirləndirilən şəxsin fiziki təzyiqə məruz qalması barədə ifadələrinin iş materialları ilə təsdiq edilməməsi qənaətinə gəlir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs barəsində həyata keçirilmiş şəxsi axtarış və götürmə, habelə sonuncunun yaşayış yerinə baxış və götürmə istintaq hərəkəti zamanı aşkar edilmiş 86,800 qram olan narkotik vasitə heroinin özünə məxsus olması işin mübahisəsiz halını təşkil edir. Məhkəmə həm təqsirləndirilən şəxs tərəfindən əldə edilən narkotik vasitənin ümumi miqdarını, həm sonuncu tərəfindən əldə edilmiş narkotik vasitənin bir hissəsinin üzərində gəzdirilməsi, digər hissəsinin evdə saxlanılması, həm yaşayış yerindən iki ədəd elektron tərəzinin aşkar edilməsi kimi halları əsas götürərək onun əməlində qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədilə narkotik vasitə əldə etmə, saxlama və daşıma cinayət tərkibinin əlamətləri mövcuddur. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübuta yetirilmişdir. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələrində göstərilən cinayət əməli həmin Məcəllənin 15-ci maddəsinə əsasən ağır cinayətdir. Qeyd olunan əməl təqsirləndirilən şəxs tərəfindən qəsdən törədilmişdir və başa çatmış cinayətdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cəza təyin edərkən məhkəmə Təqsirləndirilən şəxs himayəsində 23 oktyabr 2012-ci il təvəllüdlü azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirici hal kimi qəbul edir və qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində olan yüngülləşdirici halı nəzərə alınmaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş həddə cəza təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Bundan başqa, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 27 noyabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş (cild 1, iş vərəqə 22), Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 29 noyabr 2023-cü il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin 27 noyabr 2023-cü il tarixdən hesablanması qərara alınmışdır (cild 1, iş vərəqə 156-160). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 27 noyabr 2023-cü il tarixdən hesablanmalıdır. 18 yanvar 2024-cü il tarixli ambulator məcburi-narkoloji tibbi yoxlama rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərdən istifadə etmə halları olub. Lakin, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur (cild 2,iş vərəqə 20-21). Məhkəmə qeyd edilən rəyi nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində narkamoniyadan məcburi müalicə təyin olunmamalıdır. Məhkəmə hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilmiş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 86,600 qram çəkidə narkotik vasitə heroin və 02 ədəd elektron tərəzi məhv edilməli, Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə, yaşadığı mənzilə baxış və götürmə istintaq hərəkətlərinin videogörüntülərini özündə əks etdirən 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsdən 114 (yüz on dörd) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir (cild 1, iş vərəqə 70). Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2024cü il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə 6 (altı) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 27 noyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İş üzrə maddi sübutlar: - Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilmiş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 86,600 qram çəkidə narkotik vasitə heroin və 02 ədəd elektron tərəzi məhv edilsin; - Təqsirləndirilən şəxs barəsində həyata keçirilmiş şəxsi axtarış və götürmə, yaşadığı mənzilə baxış keçirilməsinin videogörüntülərini özündə əks etdirən 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 114 ( bir yüz on dörd) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (sədrlik edən) Leyla Əsgərova-Məmmədova Rasim Sadıxov Novruz Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar