Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-385/2022 28.07.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ hakim İradə Xəlil qızı Həsənzadənin sədrliyi ilə hakimlər Əhməd Qəhrəman oğlu Quliyevdən və Azər İslah oğlu Paşayevdən ibarət tərkibdə Zülfiyyə Asif qızı Salmanzadənin katibliyi ilə dövlət ittihamçıları Azərbaycan Respublikası Baş X3 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokurorları X25 və Dövlət ittihamçısı müdafiəçilər Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3, Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi4 və Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakı ilə 1973-cü il yanvarın 12-də Neftçala şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum edilməmiş, işləməmiş, Neftçala şəhəri, məhəllə 7 ünvanında qeydiyyatda olmaqla ünvan 2vanında kirayədə yaşamış, barəsində həbs qismində qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanan Təqsirləndirilən şəxs1 1998-ci il fevralın 26-da Quba rayonunun Aşağı Atuc kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum edilməmiş, işləməmiş, Quba rayonunun Aşağı Xuc kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Bağlar küçəsində yerləşən fərdi tikilidə kirayədə yaşamış, barəsində həbs qismində qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanan Təqsirləndirilən şəxs2 və 1980-ci il avqustun 26-da Qubadlı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, məcburi köçkün, evli, himayəsində iki azyaşlı uşağı olan, əvvəllər məhkum edilməmiş, «MAK» məhdud məsuliyyətli cəmiyyətində satış təmsilçisi işləmiş, Qubadlı rayonunda qeydiyyatda olmaqla ünvan 3 ünvanında kirayədə yaşamış, barəsində həbs qismində qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanan Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5., 206.3.2.-ci, 234.4.1.-ci, 234.4.3.-cü və 240.3.2.-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İbtidai araşdırma orqanı tərəfindən ittiham irəli sürülmüşdür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 satış məqsədi və tamah niyyəti ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda narkotik vasitənin, psixotrop maddənin, narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələrin Azərbaycan Respublikasının gömrük sərhədindən, gömrük nəzarətindən kənar, ondan gizli qaçaqmalçılıqla keçirilməsinə qabaqcadan vəd verməklə köməklik etmiş, habelə qabaqcadan əlbir olan bir qrup şəxs halında, satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni, psixotrop maddəni, narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri əldə edib saxlamaqla daşımışlar. Belə ki, istintaqla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 istintaqa məlum olmayan tarixdə və şəraitdə satış məqsədi və tamah niyyəti ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşdikləri sonuncunun qohumu X26, şəxsiyyəti istintaqa məlum olmayan Fərzad adlı İran İslam Respublikasının vətəndaşı və qeyriləri ilə özləri tərəfindən Azərbaycan Respublikasının gömrük sərhədindən, gömrük nəzarətindən kənar və ondan gizli külli miqdarda təmiz çəkisi 6.307,126 qram olan narkotik vasitə heroinin, külli miqdarda təmiz çəkisi 3.179.949 qram olan narkotik vasitə qurudulmuş marixuananın, külli miqdarda təmiz çəkisi 130,148 qram olan narkotik vasitə tiryəkin, külli miqdarda tərkibində narkotik vasitə metadonun təsir maddəsinin ümumi miqdarı 410,4 qram təşkil edən 10.260 ədəd həbin, külli miqdarda təmiz çəkisi 12.237,847 qram olan psixotrop maddə metamfetaminin, külli miqdarda təmiz çəkisi 198,83 qram olan narkotik vasitə həşiş qətranının, külli miqdarda tərkibində narkotik vasitələrə ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddə tramadol hidroxloridin təsir maddəsinin ümumi miqdarı 1.428,75 qram təşkil edən 6.350 ədəd həbin, üç ədəd elektron tərəzinin İran İslam Respublikasından Azərbaycan Respublikasının ərazisinə qaçaqmalçılıq yolu ilə keçirilməsinə və həmin narkotik vasitələrin və psixotrop maddənin, habelə narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələrin Azərbaycan Respublikasının ərazisində satışının həyata keçirilməsinə əvvəlcədən vəd verməklə razılığa gələrək köməklik etmişlər, bu məqsədlə şəxsiyyəti istintaqla araşdırılan Fərzad adlı şəxs və qeyriləri İran İslam Respublikasından Azərbaycan Respublikasının ərazisinə qaçaqmalçılıq yolu ilə göstərilən narkotik vasitələri və psixotrop maddəni, habelə narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri keçirdikdən sonra Bakı şəhəri, Nəsimi rayonu, «Memar Əcəmi» metrostansiyasının yaxınlığında yerləşən ərazisindən satış məqsədi və tamah niyyəti ilə Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2la birlikdə qanunsuz əldə etməklə Fərzad adlı İran İslam Respublikasının vətəndaşı və qeyrilərinin tapşırığı ilə psixotrop maddə metamfetamindən 10.280,842 qram çəkidə, narkotik vasitə heroindən 5.224,332 qram çəkidə, narkotik vasitə qurudulmuş marixuanadan 3.020 qram çəkidə, narkotik vasitə metadondan 9.510 ədəd həbi, tərkibində narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmamaqla güclü təsiri edən maddə olan tramadol hidroxloriddən 6.000 ədəd həbi və bir ədəd elektron tərəzini ayırıb 2021-ci il aprelin 14-də saat 15:41-də Təqsirləndirilən şəxs2 vasitəsi ilə satış məqsədi ilə Bakı şəhərinin Nəsimi rayonundakı «İmperial» şadlıq sarayının qarşısına gələn Təqsirləndirilən şəxs3 və X22 təhvil verilməsini təşkil etdikdə Təqsirləndirilən şəxs2 sadalanları Təqsirləndirilən şəxs1 götürərək Təqsirləndirilən şəxs3 və X22 təhvil vermiş, bundan əlavə Təqsirləndirilən şəxs1 qanunsuz əldə olunan psixotrop maddə metamfetamindən bir ədəd bükümdə 12,005 qram çəkidə və narkotik vasitə heroindən bir ədəd bükümdə 14,246 qram çəkidə ayırıb götürməklə üzərində saxlamış, narkotik vasitə heroindən bir ədəd bükümdə 28,548 qram çəkidə, narkotik vasitə qurudulmuş marixuanadan bir ədəd bükümdə 50,325 qram çəkidə, narkotik vasitə metadondan 50 ədəd həbi və tərkibində narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmamaqla güclü təsir edən maddə olan tramadol hidroxloriddən 50 ədəd həbi ayırıb Təqsirləndirilən şəxs2 verdikdə sonuncu sadalanları götürmüşdür, Təqsirləndirilən şəxs1 qanunsuz olaraq əldə etmiş olduğu maddələrdən 1.040 qram çəkidə narkotik vasitə heroini, 130,148 qram çəkidə narkotik vasitə tiryəki, 1.945 qram çəkidə psixotrop maddə metamfetamini, 109,624 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı, 198,83 qram çəkidə narkotik vasitə həşiş qətranını, tərkibində narkotik vasitə metadonun təsir maddəsinin ümumi miqdarı 28 qram təşkil edən 700 ədəd həbi, tərkibində narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddə tramadol hidroxloridin təsir maddəsinin ümumi miqdarı 67,5 qram təşkil edən 300 ədəd həbi və iki ədəd elektron tərəzini Təqsirləndirilən şəxs2la birlikdə özünün kirayə tutduğu, ünvan 2vanına qanunsuz daşıyıb gizlətməklə saxlamışlar, bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinə daxil olmuş məlumat əsasında həmin idarənin əməkdaşları tərəfindən 2021-ci il aprelin 14-də saat 21:00-da əməliyyataxtarış tədbiri keçirilərkən Təqsirləndirilən şəxs3 ünvan 4 ünvanının yaxınlığında saxlanıb idarəyə dəvət edilmiş, orada xidməti otaqların birində saat 23:00-dan etibarən Təqsirləndirilən şəxs3 üzərində aparılan şəxsi axtarış və götürmə zamanı əynindəki qara rəngli gödəkcənin sağ yan cibindən bir ədəd qara rəngli sellofan torbadakı bir ədəd bükümdə külli miqdarda 124,332 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və bir ədəd bükümdə külli miqdarda 70,842 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüş, 2021-ci il aprelin 15-də saat 00:45-dən etibarən Təqsirləndirilən şəxs3 qohumu X14 birlikdə kirayələdikləri ünvan 5 ünvanına özünün icazəsi və razılığı ilə baxış keçirilən vaxt qonaq otağındakı dolabdan bir ədəd narıncı rəngli polietilen torbadakı beş ədəd bükümdə ayrı-ayrılıqda 1.025 qram, 1.030 qram, 1.025 qram, 1.005 qram və 1.015 qram, ümumilikdə təmiz çəkisi 5.100 qram olan külli miqdarda həm öz aralarında, həm də Təqsirləndirilən şəxs3 üzərindən aşkar edilən narkotik vasitə heroinlə eyni tərkibli olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin, bir ədəd narıncı rəngli polietilen torbadakı on ədəd bükümdə ayrı-ayrılıqda 1.025 qram, 1.010 qram, 1.020 qram, 1.050 qram, 990 qram, 995 qram, 995 qram, 1.050 qram 1.070 qram və 1.005 qram, ümumilikdə təmiz çəkisi 10.210 qram olan külli miqdarda həm öz aralarında, həm də Təqsirləndirilən şəxs3 üzərindən aşkar edilən psixotrop maddə metamfetaminlə eyni tərkibli olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, bir ədəd narıncı rəngli polietilen torbadakı bir ədəd parça və dörd ədəd sellofan torbalarda ayrı-ayrılıqda 590 qram, 600 qram, 685 qram, 595 qram, 550 qram, ümumilikdə təmiz çəkisi 3.020 qram olan külli miqdarda eyni tərkibli kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, iki ədəd polietilen torbadakı 951 ədəd «Methadone 40 04 2022» göstəriciləri olan dərman konvalyutlarında ümumi sayı 9.510 ədəd açıq qəhvəyi rəngli «F/M 40» göstəricili, eyni tərkibli, tərkibində narkotik vasitə metadonun təsir maddəsinin ümumi miqdarı 380,4 qram təşkil edən dərman həbləri, bir ədəd karton qutunun içərisindəki hər qutusunda 10 konvalyut olmaqla 60 qutu, ümumilikdə 600 ədəd üzərindəki «Tramadol Hydrochloride 225» göstəriciləri ilə dərman konvalyutlarında 6.000 ədəd qırmızı rəngli dairəvi formalı tərkibində narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddə tramadol hidroxloridin təsir maddəsinin ümumi miqdarı 1.350 qram təşkil edən eyni tərkibli dərman həbləri, səthində narkotik vasitə heroinə məxsus izlər olan bir ədəd elektron tərəzi və içərisində narkotik vasitələrin alqı-satqısına dair qeydlər aparılmış dəftər aşkar olunaraq götürülmüşdür. Daha sonra istintaqla müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 2021-ci il aprelin 17-də saat 12 radələrində əməliyyat-axtarış tədbiri keçirilən zaman Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal küçəsi, ev 48 ünvanının yaxınlığında saxlanıb idarəyə dəvət edilmiş, orada xidməti otaqların birində Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış və götürmə aparılarkən əynindəki qara rəngli şalvarın sol yan cibindən bir bükümdə 28,548 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, sol yan diz cibindən 50 ədəd açıq qəhvəyi rəngli «F/M 40» göstəricisi olan, tərkibində narkotik vasitə metadonun təsir maddəsinin ümumi miqdarı 02 qram və 50 ədəd qırmızı rəngli dairəvi formalı tərkibində narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddə tramadol hidroxloridin təsir maddəsinin ümumi miqdarı 11,25 qram təşkil edən dərman həbi, sağ yan diz cibindən bir bükümdə 50,325 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış və götürmə aparılarkən əynindəki tünd göy rəngli cins şalvarın sol yan cibindən bir bükümdə 12,005 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və bir bükümdə 14,246 qram çəkidə Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilən narkotik vasitə heroinlə eyni tərkibli kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olunaraq götürülmüş, göstərilən tarixdə Zaur Zakir oğlu X21 Məmmədovla birlikdə özünün kirayə tutduğu ünvan 2vanında Təqsirləndirilən şəxs1 icazəsi və razılığı ilə baxış keçirilərkən otaqdakı qəhvəyi rəngli dolabdan bir ədəd göy rəngli polietilen torbadakı iki ədəd plastik qabda ayrı-ayrılıqda 52,955 qram və 56,669 qram, ümumilikdə təmiz çəkisi 109,624 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, bir ədəd plastik qabda 700 ədəd açıq qəhvəyi rəngli «F/M 40» göstəricisi olan, tərkibində narkotik vasitə metadonun təsir maddəsinin ümumi miqdarı 28 qram təşkil edən həm öz aralarında, həm də Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş dərman həbləri ilə eynilik təşkil edən həb, 300 ədəd qırmızı rəngli dairəvi formalı tərkibində narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddə tramadol hidroxloridin təsir maddəsinin ümumi miqdarı 67,5 qram təşkil edən həm öz aralarında, həm də Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş dərman həbləri ilə eynilik təşkil edən həb, bir ədəd sellofan bükümdə 130,148 qram çəkidə narkotik vasitə tiryək, bir ədəd şüşə qabda 198,83 qram çəkidə narkotik vasitə həşiş qətranı, bir ədəd səthində narkotik vasitə heroinə məxsus izlər olan elektron tərəzi, bir ədəd göy rəngli polietilen torbadakı bir ədəd sellofan torbada təmiz çəkisi 600 qram, iki ədəd plastik qabda ayrı-ayrılıqda 355 qram və 990 qram, ümumilikdə təmiz çəkisi 1.945 qram olan külli miqdarda həm öz aralarında, həm öz üzərindən, həm də Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilən psixotrop maddə metamfetaminlə eynilik təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, bir ədəd plastik qabda təmiz çəkisi 1.040 qram olan külli miqdarda həm öz üzərindən, həm də Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş narkotik vasitə heroinlə eynilik təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroin, səthində narkotik vasitə heroinə məxsus izlər olan bir ədəd elektron tərəzi və narkotik vasitələrin qanunsuz dövriyyəsindən əldə olunan 5.000 manat məbləğində nağd pul aşkar olunub götürülmüşdür. İş üzrə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikasının CM-nin 32.5., 206.3.2.-ci, 234.4.1.-ci, 234.4.3.-cü və 240.3.2.-ci maddələri ilə elan edilən ittihamda özünü təqsirli bilməklə ifadəsində göstərdi ki, 7-8 ildir tanıdığı Fərzad adlı İran İslam Respublikasının vətəndaşının göndərdiyi narkotik vasitələri deyilən yerə aparmaq müqabilində ona 3.000 manat verəcəyi vədi ilə razılaşdıqda sonuncu Bakı şəhəri, Nəsimi rayonu, «Memar Əcəmi» metrostansiyasının yaxınlığında, 4-cü mikrorayon dairə ərazisində, yaşıllıq zolağında olan ağacların altından iki sellofan torbadakı narkotik maddələri götürməsini tapşırmışdır. O, evdə həmin torbaları açanda müxtəlif növ narkotik vasitələr, psixotrop maddə metamfetamin, çoxlu sayda metadon və tramadol həbləri, üç ədəd elektron tərəzi olduğunu görmüşdür. Həbs olunmamışdan 4-5 gün əvvəl Fərzad zəng edərək narkotik vasitə heroin, psixotrop maddə metamfetamin, metadon və tramadol həblərini iki ədəd sellofan torbaya yığmaqla Bakı şəhərinin «Şamaxinka» adlanan yerdəki «İmperial» şadlıq sarayının qarşısında gözləyən «Kia» markalı avtomaşına aparıb qoymasını bildirmişdir. O, tutulmaqdan qorxduğu üçün işi kiməsə gördürməyi qərarlaşdıraraq 1.000 manat müqabilində Təqsirləndirilən şəxs2 adlı şəxslə razılaşmışdır. 2021-ci il aprelin 17-də Fərzad 50 qram narkotik vasitə marixuana, 30 qram narkotik vasitə heroin, metadon və tramadol həblərinin hərəsindən 50 ədəd olmaqla 4-cü mikrorayon dairəsi yaxınlığına aparmasını, sonradan isə əlavə olaraq həmin yerə yaxın bir əraziyə 15 qram narkotik vasitə heroin və 12 qram psixotrop maddə metamfetamin atmaq lazım olduğunu bildirmiş, Zaur onunla razılaşmaqla gəlib ilk əvvəl qoyulmalı olan maddələri ondan götürmüş, ikinci bağlama isə öz üzərində qalmışdır. O və Zaur 2021-ci il aprelin 17-də kirayədə yaşadığı evin yaxınlığında olduqları vaxt mülki geyimli şəxslər yaxınlaşaraq özlərini təqdim etməklə Zaurun narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhəli olduğunu bildirib onları Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət etmişlər. Orada videoçəkilişlə müdafiəçilərin iştirakı ilə hər ikisinin üzərində şəxsi axtarış aparıldıqda o, əynindəki tünd göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd «Samsung» markalı mobil telefonu, özünə məxsus şəxsiyyət vəsiqəsini, «Kapital Bank»a, «Beynəlxalq Bank»a və «Unibank»a məxsus üç ədəd plastik kartı, sol yan cibindən iki ədəd sellofan bükümü, arxa sağ yan cibindən 200 manat məbləğində pulu, yaşadığı mənzilin açarını və arxa sol cibindən 20 manat məbləğində pulu çıxararaq təqdim etdiyi maddələri necə əldə etməsini ətraflı izah etmişdir. 220 manat məbləğində pul özünə qaytarılmış, şəxsiyyət vəsiqəsi, plastik kartlar və mobil telefon götürülməklə bükümlər ağ zərfə qablaşdırılıb möhürlənmiş və üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılarkən sonuncu əynindəki qara rəngli şalvarın arxa sağ yan cibindən öz şəxsiyyət vəsiqəsini, sağ yan cibindən bir ədəd «Samsung» markalı mobil telefonu, sol yan cibindən 100 manat məbləğində pulu, bir ədəd sellofan bükümü, sol yan diz cibindən 50 ədəd metadon və 50 ədəd tramadol həblərini, sağ yan diz cibindən bir ədəd sellofan bükümü təqdim edərək onun dediklərini təsdiq etmişdir. 100 manat məbləğində pul Zaura qaytarılmaqla şəxsiyyət vəsiqəsi və mobil telefon götürülmüş, aşkar edilən maddələr zərfə qablaşdırılıb möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra onun razılığı ilə yaşadığı evə baxış keçiriləndə o, mənzilin girişindən sol tərəfdə yerləşən otağın sağ tərəfindəki qəhvəyi rəngli dolabdan üç ədəd göy rəngli sellofan torbanı çıxarıb təqdim etməklə birinin içərisində narkotik vasitələrin qanunsuz dövriyyəsindən əldə edilən 5.000 manat məbləğində pul olduğunu bildirmiş, ikinci göy rəngli sellofan torbadan iki ədəd plastik qabda narkotik vasitə marixuana, bir ədəd plastik qabda üzərində «Tramadol» sözü yazılmış 300 ədəd və üzərində «Metadon-40» sözləri yazılmış 700 ədəd həblər, bir ədəd sellofan bükümdə narkotik vasitə tiryək, bir ədəd şüşə qabda narkotik vasitə həşiş qətranı və bir ədəd elektron tərəzi, üçüncü sellofan torbadan içərisində psixotrop maddə metamfetamin olan bir ədəd sellofan torba və iki ədəd plastik qab, bir ədəd içərisində narkotik vasitə heroin olan plastik qab və bir ədəd elektron tərəzi aşkar edilmişdir. Göstərilən pul vəsaiti və aşkar olunan maddələr qablaşdırılaraq götürülmüşdür. Polis əməkdaşları tərəfindən tutularkən və üzərinə baxış keçirilərkən ona qarşı hər hansı bir formada təzyiq olunmamışdır. Əməlindən peşmandır. İş üzrə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikasının CM-nin 32.5., 206.3.2.-ci, 234.4.1.-ci, 234.4.3.-cü və 240.3.2.-ci maddələri ilə elan edilən ittihamda özünü qismən təqsirli bilməklə ifadəsində göstərdi ki, o, narkotik aludəçisi olsa da heç zaman göstərilən maddələrin satışı və ya qanunsuz dövriyyəsi ilə məşğul olmamış, tutularkən üzərində 30-40 qram narkotik vasitə qurudulmuş marixuana olmuş, Təqsirləndirilən şəxs1 göndərdiyi bağlamada narkotik vasitə olmasını bilməmiş, belə ki, sonuncu ona verdiyi çantada ərzaq olduğunu söyləmişdir, o, polis əməkdaşları tərəfindən döyülərək üzərinə ittiham olunduğu əlavə qanunsuz maddələr qoyulmuşdur, Fərzad adlı iranlını tanımır, onun xarici pasportu yoxdur. Əməlindən peşman olmuşdur. İş üzrə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs3 ona Azərbaycan Respublikasının CM-nin 32.5., 206.3.2.-ci, 234.4.1.-ci, 234.4.3.-cü və 240.3.2.-ci maddələri ilə elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, maddi vəziyyəti pis olduğundan dayısı oğlu X15 istəyi ilə sonuncunu öz avtomaşını ilə Abşeron rayonunun Novxanı kəndində müxtəlif yerlərə aparmış, əvəzində Emin ona taksi pulu kimi 10-15 manat pul vermiş, sonuncunun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu bilməmiş, çörək pulu qazanmaq üçün taksiçilik etmiş, bir dəfə Eminin salondan nəsə atdığını görüb etiraz etdikdə sonuncu narahat olmamasını demiş, Emin ondan oxumağa gələn dayısı qızının qalması üçün kirayə ev tapmasını istəmiş, o, həmin mənzildə narkotik vasitələrin saxlandığını bilməmiş, heç vaxt İran İslam Respublikasında olmamaqla bu ölkənin Fərzad adlı vətəndaşı ilə tanışlığı olmamış, sonuncu və digərləri ilə əlbir olmayaraq bir qrup şəklində cinayət əlaqəsinə girməmiş, narkotikin qaçaqmalçılığında iştirak etməyərək satışı ilə məşğul olmamışdır. Emin hazırda axtarışda olmaqla barəsində cinayət işi açılmışdır, baxış keçirilən ünvan 5 ünvanında yaşamır, təqdim etdiyi dəftərdəki qeydlər Emin tərəfindən aparılmışdır, əvvəllər yaşadığı Sumqayıt şəhəri, 2-ci mikrorayon, ev 12/17 ünvanındakı 59 nömrəli mənzil satıldığından tutulduğu zaman ünvan 3 ünvanında kirayədə yaşayırdı, saxlanarkən və sonradan polis işçiləri tərəfindən heç bir zorakılığa məruz qalmamışdır, törətdiyi əməldən peşmandır. İş üzrə şahid qismində dindirilən hadisə ərəfəsində polis kapitanı olmaqla Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili işləmiş Şahid2 ifadəsində göstərdi ki, 2021-ci il aprelin 14-də Təqsirləndirilən şəxs3 satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələr və psixotrop maddələr əldə edib Sumqayıt şəhərinin ərazisində dövriyyəsi ilə məşğul olması barədə daxil olan məlumatı yoxlamaq üçün Baş Narkotiklərlə Mübarizə İdarəsinin polis baş leytenantı əməliyyat müvəkkili Şahid4 rəhbərliyi ilə ondan və əməliyyat müvəkkili polis kapitanı Şahid3 ibarət əməliyyat qrupu yaradılmışdır. 2021-ci il aprelin 14də saat 21 radələrində keçirilən əməliyyat-axtarış tədbirləri zamanı ünvan 4 ünvanının yanında zahiri əlamətləri Təqsirləndirilən şəxs3 oxşayan şəxsə yaxınlaşmaqla xidməti vəsiqələrini göstərərək özlərini təqdim etdikdən sonra sonuncunun şəxsiyyətini dəqiqləşdirmiş və Təqsirləndirilən şəxs3 narkotik vasitələri satış məqsədi ilə əldə edib Sumqayıt şəhərinin ərazisində qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli olduğunu bildirməklə idarəyə dəvət etmişlər. Orada videoçəkilişlə müdafiəçinin iştirakı ilə saxlanan şəxsin üzərində şəxsi axtarış aparılarkən Təqsirləndirilən şəxs3 əynində olan şalvarın sağ yan cibindən özünə məxsus mobil telefonu, qara rəngli dəri gödəkcənin sağ yan cibindən bir ədəd qara rəngli sellofan torbanı, sol iç cibindən öz şəxsiyyət vəsiqəsini, bir ədəd «Kapital Bank»a və iki ədəd «Rabitə Bank»a məxsus plastik kartları təqdim edərək bükümlərdəki narkotik vasitə heroini və psixotrop maddə metamfetamini tutulmamışdan əvvəl ünvan 6 ünvanından qohumu X15 ona deyiləcək yerlərə qoyması üçün götürməklə bunları lazımi yerə çatdırmaq üçün sonuncu ilə birlikdə getdiyini, 2021-ci il aprelin 14-də Bakı şəhəri Nəsimi rayonunun ərazisində yerləşən «İmperial» şadlıq sarayının qarşısında idarə etdiyi avtomobili ilə dayanan vaxt bir nəfər tanımadığı şəxsin iki ədəd sellofan torbanı gətirib Eminin əyləşdiyi avtomaşının salonuna qoyduğunu, həll etdiyi belə işlərə görə sonuncunun ona hər dəfə 25-30 manat məbləğində pul verdiyini, göstərilən ünvanda həmin maddələrdən yenə olduğunu, sözügedən mənzilə baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Şəxsiyyət vəsiqəsi, mobil telefon və plastik bank kartları iş üzrə əhəmiyyət kəsb etdiyindən, habelə aşkarlanan bükümlər qablaşdırılaraq götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs3 kirayə tutduğu ünvana videoçəkilişlə müdafiəçinin iştirakı ilə baxış keçirilməklə sonuncu mənzilin qonaq otağındakı qəhvəyi rəngli dolabdan üç ədəd narıncı, bir ədəd qırmızı rəngli və bir ədəd şəffaf sellofan torbaları, bir ədəd karton qutunu və bir ədəd dəftəri çıxarıb təqdim edərək dəftərin Emin tərəfindən narkotik vasitələrin alqı-satqısına dair qeydlərin aparılması üçün istifadə olunduğunu, narıncı rəngli sellofan torbalarda narkotik vasitələr qurudulmuş marixuana ilə heroin və psixotrop maddə metamfetamin, qırmızı və şəffaf rəngli torbalarda isə metadon və tramadol həbləri, habelə bir ədəd elektron tərəzi olduğunu, göstərilən maddələri Eminlə bərabər Bakı şəhərində tanımadığı şəxsdən götürdüyünü, məqsədlərinin sonradan konkret maddələrdən müəyyən çəkilərə ayırıb lazım olan ünvanlara çatdırmaq olduğunu, özünün bu işdə rolunun sürücü olduğunu və əvəzində Eminin ona pul verdiyini bildirmişdir. Aşkarlanan predmetlər qablaşdırılaraq üzəri iştirakçılar tərəfindən imzalandıqdan sonra götürülmüşdür. 2021-ci il aprelin 17-də Təqsirləndirilən şəxs2 külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olan məlumatı yoxlamaq üçün onun rəhbərliyi ilə Baş Narkotiklərlə Mübarizə İdarəsinin polis baş leytenantı əməliyyat müvəkkili Şahid4 və baş əməliyyat müvəkkili polis mayoru Şahid1 ibarət əməliyyat qrupu yaradılmışdır. Həmin tarixdə saat 12 radələrində keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal küçəsi, 48 ünvanının yaxınlığında zahiri əlamətlərinə görə Təqsirləndirilən şəxs2 oxşar şəxslə birgə piyada addımlayan Təqsirləndirilən şəxs1 yaxınlaşıb xidməti vəsiqələrini göstərməklə özlərini təqdim etmişlər, şəxsiyyətlərini dəqiqləşdirdikdən sonra Təqsirləndirilən şəxs2 külli miqdarda narkotik vasitələrin dövriyyəsi ilə məşğul olmasında şübhəli olduğu bildirərək sonuncunun və Təqsirləndirilən şəxs1 dəvət etdikləri idarədə videoçəkilişlə müdafiəçilərin iştirakı ilə hər ikisinin üzərində şəxsi axtarış aparıldıqda Təqsirləndirilən şəxs2 əynində olan şalvarın arxa sağ yan cibindən öz şəxsiyyət vəsiqəsini, sağ yan cibindən mobil telefonunu, sol yan cibindən 100 manat məbləğində pulu, bir ədəd sellofan bükümü, sol yan diz cibindən 50 ədəd üzərində «Metadon-40» və 50 ədəd «Tramadol» yazısı olan həbləri, sağ yan diz cibindən isə bir ədəd sellofan bükümü çıxarıb təqdim etməklə bükümlərdəki narkotik vasitələri və psixotrop maddəni Təqsirləndirilən şəxs1 bir neçə saat əvvəl Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrorayon dairəsi yaxınlığında sonuncunun deyəcəyi yerə qoyması üçün götürərək üzərində saxladığını, bir neçə gün qabaq Təqsirləndirilən şəxs1 tapşırığı əsasında «İmperial» şadlıq sarayının yaxınlığında «Kia» markalı avtomobilə əyləşib iki ədəd sellofan torbada olan narkotik maddələri ötürdüyünü, bu fəaliyyətinə görə sonuncunun ona 1.000-1.500 manat məbləğində pul verməli olduğunu bildirmişdir. Nağd pul Təqsirləndirilən şəxs2 qaytarılmaqla mobil telefon və şəxsiyyət vəsiqəsi götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs1 üzərində qanunsuz maddə və predmet olduğu təqdirdə təqdim etməsi təklif ediləndə sonuncu əynindəki şalvarın sağ yan cibindən mobil telefonu, şəxsiyyət vəsiqəsini, «Kapital Bank»a, «Beynəlxalq Bank»a və «Unibank»a məxsus üç ədəd plastik kartı, sol yan cibindən iki ədəd sellofan bükümü, arxa sağ yan cibindən 200 manat məbləğində pulu, yaşadığı mənzilin açarını, arxa sol cibindən 20 manat məbləğində pulu çıxarıb təqdim etməklə bükümlərin birində narkotik vasitə heroin, digərində isə psixotrop maddə metamfetamin olduğunu bildirərək Təqsirləndirilən şəxs2 dediklərini təsdiqləmiş, habelə Təqsirləndirilən şəxs1 şifahi sorğu vaxtı aşkar edilən maddələri tanışı Fərzad adlı İran İslam Respublikasının vətəndaşının vasitəsi ilə təxminən 15 gün əvvəl Bakı şəhəri, Nəsimi rayonu, «Memar Əcəmi» metrostansiyasının yaxınlığından götürüb deyiləcək yerlərə qoymaq müqabilində 2.000 manat məbləğində pul qazanmalı olduğunu, aşkar edilən maddələrin qalan hissəsini kirayədə yaşadığı mənzildə saxladığını söyləmişdir. Nağd pul Təqsirləndirilən şəxs1 qaytarılmaqla şəxsiyyət vəsiqəsi, mobil telefon və plastik bank kartları götürülmüşdür. Aşkarlanan digər predmetlər zərfə qoyularaq qablaşdırılmış və üzəri imzalanmışdır. Daha sonra Təqsirləndirilən şəxs1 kirayədə yaşadığı ünvan 7 ünvanına videoçəkilişlə baxış keçirilərkən sonuncu girişdən soldakı otaqda olan qəhvəyi rəngli dolabdan üç ədəd göy rəngli sellofan torbanı təqdim etməklə birinci torbada narkotik vasitələrin dövriyyəsindən əldə olunan 5.000 manat məbləğində pul, ikinci torbada iki ədəd plastik qabda narkotik vasitə qurudulmuş marixuana, bir ədəd plastik qabda 300 ədəd tramadol və 700 ədəd metadon həbləri, bir ədəd sellofan bükümdə narkotik vasitə tiryək, bir ədəd şüşə qabda narkotik vasitə həşiş qətranı və bir ədəd elektron tərəzi, üçüncü torbada iki ədəd plastik qabda və bir ədəd sellofan torbada psixotrop maddə metamfetamin, bir ədəd plastik qabda narkotik vasitə heroin və bir ədəd elektron tərəzi olduğunu bildirmişdir. Göstərilən maddələr və predmetlər müvafiq qaydada qablaşdırılıb üzəri iştirakçılar tərəfindən imzalanmış və götürülmüşdür. Tutularkən və şəxsi axtarış aparılarkən Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qarşı heç bir formada zorakılıq tətbiq olunmamışdır. İş üzrə şahid qismində dindirilən hadisə ərəfəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili vəzifəsində işləyən polis mayoru Şahid1 və əməliyyat müvəkkili vəzifəsində işləyən polis baş leytenantı Şahid4 Şahid2 ilə eyni məzmunlu ifadələr verdilər. Məhkəmə iclasında elan edilərək tədqiq olunmuş Təqsirləndirilən şəxs2 ibtidai araşdırma zamanı verdiyi izahatda, şübhəli və təqsirləndirilən şəxslər qismindəki ifadələrdə 2021-ci ilin aprel ayında tanışı Təqsirləndirilən şəxs1 zəng edib 1.000 manat müqabilində bir iranlının göndərdiyi narkotik vasitələri lazım olan yerlərə qoymaq lazım olduğunu dedikdə razılaşdığını, həmin maddələrin satışı ilə məşğul olmadığını, saxlanarkən ona qarşı hər hansı zorakılıq tətbiq olunmadığını, Fərzad adlı şəxslə Təqsirləndirilən şəxs1 ünsiyyətdə olduğunu, sonuncunun vəd etdiyi pulu ona vermədiyini, cəmi iki dəfə belə tapşırıqlarını icra etdiyini bildirməklə Şahid2 ilə uyğun ifadə vermiş, 2021-ci il oktyabrın 18də təqsirləndirilən şəxs qismindəki ifadəsində özünü qismən təqsirli bilib tutulduğu vaxt üzərində yalnız bir ədəd bükümdə narkotik vasitə marixuana olduğuna baxmayaraq cibinə əlavə narkotik maddə və dərman həbləri qoyduqlarını, bununla razılaşmadığına görə döyüldüyünü, Təqsirləndirilən şəxs1 öz istifadəsi üçün narkotik vasitə aldığından sonuncunu, ondan uzaqlaşmasın deyə, hərəkətlərinə inandırmaq istədiyini göstərmişdir (1-ci cild, iş vərəqi 65-66, 115-118 və 158-161; 2-ci cild, iş vərəqi 37-39; 4-cü cild, iş vərəqi 11-14). Məhkəmə iclasında elan edilərək tədqiq olunmuş Təqsirləndirilən şəxs3 ibtidai araşdırma zamanı verdiyi izahatda, şübhəli və təqsirləndirilən şəxslər qismindəki ifadələrdə 2021-ci il fevral ayında dayısı oğlu X15 onun idarə etdiyi avtomobillə Abşeron rayonunun Novxanı kəndinə gedərkən üzərindəki bir bağlamanı salondan bayıra tulladıqdan sonra telefonda Ağa deyə səsləndiyi birinə «falan yerə tulladım» dediyini, bu formada Eminlə gedib-gəldiyi üçün sonuncunun ona hər dəfə 25-30 manat məbləğində pul verdiyini, ilk əvvəl göstərilən bükümlərdə nə olmasından xəbərsiz olsa da sonradan narkotik vasitə olduğunu öyrəndikdə Eminə qorxduğunu bildirdiyini, sonuncunun isə ona narahat olmamağı söylədiyini, həmin maddələri Bakı şəhərində tanımadığı şəxsdən götürdüklərini, məqsədlərinin konkret maddələrdən müəyyən çəkilərə ayırmaqla lazım olan ünvanlara çatdırmaq olduğunu, özünün bu işdə rolunun sürücü olduğunu və əvəzində Eminin ona pul verdiyini bildirdiyini, polis əməkdaşları tərəfindən ona qarşı hər hansı bir formada təzyiq tətbiq olunmadığını, narkotik maddələrin satışı və ya qanunsuz dövriyyəsi ilə məşğul olmadığını, sadəcə sürücülük etdiyini göstərərək Şahid2 ilə analoji ifadə vermişdir (2-ci cild, iş vərəqi 157-159, 194-198 və 212-215; 4-cü cild, iş vərəqi 25-29). Məhkəmə iclasında ifadəsi elan edilərək tədqiq olunmuş hadisə ərəfəsində polis kapitanı olmaqla Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid3 şahid qismində dindirilərkən Şahid2 ilə analoji ifadə vermişdir (3-cü cild, iş vərəqi 55-59). İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin 2021-ci il 17 aprel tarixli raportlarından, əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərarından, Ə-102-008-21 №-li əməliyyat qrupunun yaradılması haqqında əmrindən və məktublarından, habelə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin 2021-ci il 18 aprel tarixli raportundan görünür ki, Təqsirləndirilən şəxs2 qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə daxil olan məlumatı yoxlamaq üçün əməliyyat-axtarış qrupu yaradılmış, sonuncu Təqsirləndirilən şəxs1 ilə birlikdə ünvan 2vanının yaxınlığında piyada hərəkət edərkən saxlanıb idarəyə gətirildikdə üzərlərindən ümumilikdə külli miqdarda 1.957,005 qram çəkidə psixotrop maddə metamfetamin, 1.082,794 qram çəkidə narkotik vasitə heroin, 159,949 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, 130,148 qram çəkidə narkotik vasitə tiryək, 198,83 qram çəkidə narkotik vasitə həşiş qətranı, 750 ədəd narkotik vasitə metadon və 350 ədəd güclü təsir edən maddə tramadol hidroxlorid həbləri, habelə elektron tərəzi aşkar olunaraq götürülmüş, əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair qərarın surətləri Azərbaycan Respublikasının Baş Prokurorluğuna və Bakı şəhərinin Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir (1-ci cild, iş vərəqi 5-12). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin tərtib etdiyi 2021-ci il 17 aprel və 2021-ci il 14 aprel tarixli protokollardan görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 2021-ci il aprelin 17-də saat 12:00-da, Təqsirləndirilən şəxs3 2021-ci il aprelin 14-də saat 21:00-da Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşlar (1-ci cild, iş vərəqi 23 və 41; 2-ci cild, iş vərəqi 138). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin tərtib etdiyi 2021-ci il 17 aprel tarixli protokoldan görünür ki, videoçəkilişlə müdafiəçilərin iştirakı ilə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 üzərlərində şəxsi axtarış və götürmə aparılarkən Təqsirləndirilən şəxs2 əynindəki qara rəngli şalvarın arxa sağ yan cibindən özünə məxsus şəxsiyyət vəsiqəsini, sağ yan cibindən bir ədəd «Samsung» markalı mobil telefonu, sol yan cibindən 100 manat məbləğində pulu, bir ədəd sellofan bükümdə narkotik vasitə heroinə bənzər kütləni, sol yan diz cibindən üzərində «Metadon-40» yazısı olan 50 ədəd və üzərində «Tramadol» yazısı olan 50 ədəd həbləri, sağ yan diz cibindən bir ədəd sellofan bükümdə narkotik vasitə marixuanaya bənzər kütləni, Təqsirləndirilən şəxs1 əynindəki tünd göy rəngli cins şalvarın sağ yan cibindən özünə məxsus şəxsiyyət vəsiqəsini, bir ədəd «Samsung» markalı mobil telefonu, «Kapital Bank»a, «Beynəlxalq Bank»a və «Unibank»a məxsus üç ədəd plastik kartı, sol yan cibindən iki ədəd sellofan bükümü, arxa sağ yan cibindən 200 manat məbləğində pulu, yaşadığı mənzilin açarını və arxa sol cibindən 20 manat məbləğində pulu çıxarıb təqdim etmişlər, Təqsirləndirilən şəxs2 aşkar edilən maddələri tutulduğu gün Təqsirləndirilən şəxs1 sonuncunun sözü ilə Bakı şəhəri, Nəsimi rayonu, 4cü mikrorayon ərazisindəki deyilən yerin yaxınlığına qoymaq üçün götürdüyünü, bundan beş gün qabaq Təqsirləndirilən şəxs1 tapşırığı ilə «İmperial» şadlıq sarayının yanında tanımadığı avtomobilə əyləşərək iki ədəd sellofan torbadakı narkotik maddələri verdiyini, saxlanarkən polis əməkdaşlarının ona qarşı heç bir zorakılıq tətbiq etmədiyini göstərmiş, Təqsirləndirilən şəxs1 isə Təqsirləndirilən şəxs2 dediklərini təsdiq etməklə həmin maddələri Fərzad adlı İran İslam Respublikasının vətəndaşının vasitəsi ilə 15-20 gün əvvəl Bakı şəhərinin Nəsimi rayonundakı «Memar Əcəmi» metrostansiyasının yaxınlığından götürüb 2.000 manat müqabilində ona deyilən yerə qoymaq üçün üzərində saxladığını, lakin göstərilən pulu əldə edə bilmədiyini, kirayə yaşadığı mənzildə də narkotik vasitələr olduğunu bildirmiş, pul məbləğləri saxlanan şəxslərə qaytarılmış, bükümlər zərfə qablaşdırılaraq digər aşkarlanan predmetlərlə yanaşı götürülmüş, bir ədəd DVD-R diski protokola əlavə olunmuşdur (1-ci cild, iş vərəqi 50-54). İş materiallarındakı şübhəli şəxs Təqsirləndirilən şəxs1 2021-ci il 17 aprel tarixli razılıq ərizəsindən və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin tərtib etdiyi eyni tarixli protokoldan görünür ki, onun Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal küçəsi, ev 48 ünvanındakı kirayədə yaşadığı 38 saylı mənzilə videoçəkilişlə müdafiəçinin iştirakı ilə baxış vaxtı sonuncunun girişdən sağ tərəfdəki qəhvəyi rəngli dolabdan çıxarıb təqdim etdiyi üç ədəd göy rəngli sellofan torbanın birində narkotik vasitələrin qanunsuz dövriyyəsindən əldə olunan 5.000 manat məbləğində pul, o birisindəki iki ədəd plastik qabda narkotik vasitə marixuanaya bənzər kütlə, bir ədəd plastik qabda üzərində «Tramadol» yazısı olan 300 ədəd və üzərində «Metadon-40» yazısı olan 700 ədəd həblər, bir ədəd sellofan bükümdə narkotik vasitə tiryəkə bənzər, bir ədəd şüşə qabda həşiş qətranına bənzər maddələr və bir ədəd elektron tərəzi, üçüncüdəki bir ədəd sellofan torbada və iki ədəd plastik qabda psixotrop maddə metamfetaminə, bir ədəd plastik qabda narkotik vasitə heroinə bənzər kütlə və bir ədəd elektron tərəzi aşkarlanmış, sonuncu təqdim etdiyi maddələri Fərzad adlı İran İslam Respublikasının vətəndaşının ona deyilən yerə qoymaq üçün pul vəd etməklə göndərdiyini bildirmiş, qeyd olunan maddələr sellofan torbaya qablaşdırılmaqla və digər aşkarlanan predmetlər götürülmüş, bir ədəd DVD-R diski protokola əlavə edilmişdir (1-ci cild, iş vərəqi 55 və 57-59). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 2021-ci il 18 aprel tarixli 7/365 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilməklə üzərində «Təqsirləndirilən şəxs2 üzərindən...» yazıları və imzalar olan bir ədəd kağız paketdəki sellofan torbanın içərisində bir ədəd sellofan bükümdə təmiz çəkisi 50,325 qram olan bitki mənşəli kütlə və üzərində «Təqsirləndirilən şəxs1 yaşadığı ünvandan...» yazıları və imzalar olan bir ədəd göy rəngli polietilen bağlamadakı iki ədəd plastik qabda ayrı-ayrılıqda 52,955 qram və 56,669 qram təmiz çəkilərdə bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana olmaqla tərkiblərinə görə eynidir və digər bir ədəd plastik qabda (Təqsirləndirilən şəxs1) olan marixuanadan fərqlənir, göy rəngli polietilen bağlamadakı bir ədəd şüşə bankada iki ədəd ayrı-ayrılıqda 102,657 qram və 96,173 qram təmiz çəkilərdə maddələr tərkiblərinə görə eyni olan narkotik təbiətli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə həşiş qətranıdır, iki ədəd elektron tərəzinin üzərində narkotik vasitə həşiş qətranının izləri və çətənə (kannabis) bitkisinin hissəcikləri yoxdur, narkotik vasitə qurudulmuş marixuananın tədqiqatdan sonrakı qalıqları müvafiq qaydada 50,225 qram, 52,855 qram və 56,569 qram, həşiş qətranının tədqiqatdan sonrakı qalığı 198,73 qram təşkil edir; ekspertiza tədqiqatının dəyəri 78,82 manatdır (1-ci cild, iş vərəqi 71-73). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 2021-ci il 18 aprel tarixli 6/1515 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilməklə üzərində «...Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş...» sözləri yazılmış kağız paketdəki bir ədəd bükümdə təmiz çəkisi 14,246 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, bir ədəd bükümdə təmiz çəkisi 12,005 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, üzərində «...Təqsirləndirilən şəxs2 üzərindən...» sözləri yazılmış kağız paketdəki bir ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 28,548 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, beş ədəd üzərlərində «Methadone 40 07 2022» göstəriciləri olan dərman konvalyutlarında ümumi sayı 50 ədəd (hər konvalyutda 10 ədəd həb olmaqla) açıq-qəhvəyi rəngli «F/M 40» göstəricili dərman həbinin əsas təsiredici maddəsi metadon olmaqla həmin həblərin tərkibində metadonun təsir maddəsinin ümumi miqdarı 2 qram təşkil edir, beş ədəd üzərlərində «Tramadol Hydrochloride 225» göstəriciləri olan dərman konvalyutlarında 50 ədəd (hər konvalyutda 10 ədəd olmaqla) qırmızı rəngli dairəvi formalı dərman həbinin əsas təsiredici maddəsi tramadol hidroxlorid olmaqla göstərilən həblərin tərkibində tramadol hidroxloridin təsir maddəsinin ümumi miqdarı 11,25 qram təşkil edir, üzərində «Təqsirləndirilən şəxs1 yaşadığı ünvandan...» sözləri yazılmış polietilen torbadakı bir ədəd bükümdə təmiz çəkisi 130,148 qram olan tünd-qəhvəyi rəngli qətrana bənzər maddə kustar üsulla hazırlanmış narkotik vasitə tiryək, 70 ədəd «Methadone 40 07 2022» göstəriciləri olan dərman konvalyutlarında ümumi sayı 700 ədəd (hər konvalyutda 10 ədəd həb olmaqla) açıq-qəhvəyi rəngli «F/M 40» göstəricili dərman həbinin əsas təsiredici maddəsi metadon olmaqla həmin həblərin tərkibində metadonun təsir maddəsinin ümumi miqdarı 28 qram təşkil edir, 30 ədəd üzərlərində «Tramadol Hydrochloride 225» göstəriciləri olan dərman konvalyutlarında 300 ədəd (hər konvalyutda 10 ədəd olmaqla) qırmızı rəngli dairəvi formalı dərman həbinin əsas təsiredici maddəsi tramadol hidroxlorid olmaqla göstərilən həblərin tərkibində tramadol hidroxloridin təsir maddəsinin ümumi miqdarı 67,5 qram təşkil edir, bir ədəd elektron tərəzinin səthində narkotik vasitə heroinə məxsus izlər olsa da iz mikrohissəcikləri cüzi miqdarda olduğundan çəkisini müəyyən etmək mümkün olmamışdır, üzərində «Təqsirləndirilən şəxs1 yaşadığı ünvandan...» sözləri yazılmış polietilen torbadakı bir ədəd sellofan torbada, iki ədəd plastik qabda ayrıayrılıqda 600 qram, 355 qram, 990 qram, ümumilikdə 1.945 qram təmiz çəkidə ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə metamfetamin, bir ədəd plastik qabda 1.040 qram təmiz çəkidə qəhvəyi rəngli tozşəkilli hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, bir ədəd elektron tərəzinin səthində narkotik vasitə heroinə məxsus izlər olsa da iz mikrohissəcikləri cüzi miqdarda olduğundan çəkisini müəyyən etmək mümkün olmamışdır, 1 №-li və 2 №-li kağız paketlərdəki, 2 №-li polietilen torbadakı narkotik vasitə heroin, 1 №li kağız paketdəki və 2 №-li polietilen torbadakı psixotrop maddə metamfetamin xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eynidir, 1 №-li və 2 №-li kağız paketlərdəki, habelə 2 №-li polietilen torbadakı narkotik vasitə heroinin tədqiqatdan sonrakı qalıqları müvafiq qaydada 14,146 qram, 28,448 qram və 1.039,9 qram, 1 №-li kağız paketdəki və 2 №-li polietilen torbadakı psixotrop maddə metamfetaminin tədqiqatdan sonrakı qalıqları müvafiq qaydada 11,905 qram və 1.944,88 qram, 1 №-li polietilen torbadakı narkotik vasitə tiryəkin tədqiqatdan sonrakı qalığı 130,048 qram, 1 №-li polietilen torbadakı və 2 №-li kağız paketdəki narkotik vasitə metadonun tədqiqatdan sonrakı qalıqları müvafiq qaydada 690 və 48 həb, 1 №-li polietilen torbadakı və 2 №-li kağız paketdəki tramadol həblərinin tədqiqatdan sonrakı qalıqları müvafiq qaydada 295 və 48 həb təşkil edir, ekspertiza tədqiqatının dəyəri 81,82 manatdır (1-ci cild, iş vərəqi 76-86). İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin 2021-ci il 18 aprel tarixli qərarlarından görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirləndirilən şəxs qismində cəlb edildikləri Azərbaycan Respublikasının CM-nin 234.4.1.-ci, 234.4.3.-cü və 240.3.2.-ci maddələrində nəzərdə tutulan ittiham elan olunmuşdur (1-ci cild, iş vərəqi 119-120 və 145-146). İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2021-ci il 19 aprel tarixli qərarlarının surətlərindən görünür ki, Azərbaycan Respublikasının CM-nin 234.4.1.-ci, 234.4.3.-cü və 240.3.2.-ci maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində əvvəli 2021-ci il aprelin 17-dən hesablanmaqla həbs qismində qətimkan tədbiri seçilmişdir (1-ci cild, iş vərəqi 180-193). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 2021-ci il aprelin 24-də tərtib etdiyi tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əvvəllər məhkum edilməmişlər (1-ci cild, iş vərəqi 220-221; 3-cü cild, iş vərəqi 4). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin tərtib etdiyi 2021-ci il 10 may tarixli protokoldan görünür ki, «Bakcell» məhdud məsuliyyətli cəmiyyətinin 2021-ci il 06 may tarixli BKC/LGL-7725/21 №-li məktubu ilə daxil olan bir ədəd CD diskinə baxış zamanı Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə 2021-ci il yanvarın 01-dən 2021-ci il aprelin 17-dək olan müddətdə ***-***-**-** saylı mobil nömrədən 2021-ci il fevralın 21-də «Qaqa men gellem 5 list met goturmeye yatma a gellem.... Sene ygiram bayagdan ajdanya gefir mene zeng ele tez qaqa... Qaqa oyan yatjusan coldeyem qaqa… Qardawim biraz. Evde prablem var deye bawiva dinum senen de sivyaza cxmamiwam bu g** balasi dunen mene dedi ki sabah gunortaya goturecem geceki zakazlari infi yigiram zeng catmir ama o mene seher 8 de ygb men yatili olmuwam indi hardasa zrng catar yegin men biraz evde sakitcilik edim goruwecem senen 1 sahata zada yeginki» və 2021-ci il martın 02-də «Ele ele artig duwmesin ne qoysan artig menim qalan malimda qoy yetim opurem seni maci» məzmunlu, ***-***-**-** saylı mobil nömrədən 2021ci il fevralın 21-də «Qaqa bilmirem men haqda sene Kim ne deyib ama bilmirem nie mene weraut yaratmirsan qardawm ehtyatini basa dusurem ama men de ehyatimi guden adamam nede q**be deilem kimese q**belik Edem ozunde gordunki sene hemse duz olmusam haqqivi yimemisem mene nine belesen bawa duwmjrem qaqa vezyet pisdi bidene qardawuva zeng ele yek kelme danisaqda sennen buqedee perde saxlamaqa qaqacani ehtyac yoxdu zeynalnan gelirdim oqede iw gordum ne sehfimi gordun qardawim niye bele edisenki» məzmunlu mesajların daxil olması müəyyənləşdirilmiş, CD diski cinayət işinin materiallarına əlavə edilmişdir (1-ci cild, iş vərəqi 236-238). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin tərtib etdiyi 2021-ci il 22 may tarixli protokoldan görünür ki, «Azerfon» məhdud məsuliyyətli cəmiyyətinin 2021-ci il 20 may tarixli AZF/LGL-14115/21 №-li məktubu ilə daxil olan bir ədəd CD diskinə baxış vaxtı Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə 2021-ci il yanvarın 01-dən 2021-ci il fevralın 17-dək olan müddətdə ***-***-**-** saylı mobil nömrədən 2021-ci il fevralın 07-də «Qardawim inen. Bele gec olar cxmagin?2 q pat lazim idi eli yandi vacib odaki 1 sahata Zada», 2021-ci il martın 02-də «Yetim bax quran haqqi daniwdim qaqaw gelir mendeki olan ota baxmaga dadina ozude pulnan gelir xowu gelse ele yerindece pulunu verecek imdo o razinen gelire sen 2 ce sahat sebrli ol cox ehtmal alinacga hamisi», 2021-ci il martın 08-də «Yetim yatmisan?meni malsiz qoyma a yetim getmemiwten qabag goruwey 3 +3 goturum axwama kimi yola verim», 2021-ci il martın 21-də «Yetim 3 pat elə 2 kola yeni bayag 2 + 2 dedim a indi ama 2 yox 3 + 2 olacag», 2021-ci il martın 22-də «Yetim bunun anasını s***m bax balam canı hələ də zakazı gözləyirəm p***el deyir gözlə deyirem indi daniwdim biri kilent yatıb qalıb birisi də indi deyəcək zakazi» və 2021-ci il aprelin 07-də «Yetim. 1 meti qoy bloka 2 kok 3 pat 5 deq catiram» məzmunlu mesajların daxil olması və Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** saylı mobil nömrənin ötürücü antenalarının 2021-ci il aprelin 14-də saat 16:03də Bakı şəhəri, ünvan 8 ünvanda qeydə alınması müəyyənləşdirilmiş, Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə 2021-ci il yanvarın 01-dən 2021ci il fevralın 17-dək olan müddətdə daxil olan mesajlarda iş üzrə əhəmiyyət kəsb edən hal aşkarlanmamış, CD diski cinayət işinin materiallarına əlavə edilmişdir (1-ci cild, iş vərəqi 239-240 və 243-244). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin tərtib etdiyi 2021-ci il 27 may tarixli protokoldan görünür ki, «Azərbaycan Beynəlxalq Bankı» açıq səhmdar cəmiyyətinin 2021-ci il 26 may tarixli 41-6535/2021 №-li məktubu ilə daxil olan bir ədəd CD-R diskinə və hesab üzrə məxaric-mədaxil əməliyyatlarına dair çıxarışlara baxış zamanı Təqsirləndirilən şəxs1 məxsus 4127-2081-2679-9427 nömrəli kart üzrə elektron hesaba 2020-ci il iyulun 28-dən 2021-ci il mayın 26-dək olan müddət ərzində terminallardan istifadə etməklə ayrı-ayrı vaxtlarda mədaxil edilən 500 manat və 60 manat məbləğində pulun çıxarılması, aparılan bank əməliyyatlarının sonuncu tərəfindən icra edilməsi müəyyənləşdirilmiş, CD-R diski cinayət işinin materiallarına əlavə edilmişdir (1-ci cild, iş vərəqi 245-249). İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin 2021-ci il 02 iyun tarixli məktubunun kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onlardan aşkar edilərək götürülmüş narkotik vasitələri və psixotrop maddələri İran İslam Respublikasının vətəndaşı Fərzad adlı şəxsin tapşırığı əsasında qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasının ərazisinə keçirildikdən sonra əldə etmişlər, Təqsirləndirilən şəxs3 və X16 narkotik vasitələri əldə etdikləri İran İslam Respublikasının vətəndaşı olan «Ağa» adlı şəxs məhz sözügedən Fərzad adlı şəxsdir (2-ci cild, iş vərəqi 2). İş materiallarındakı Quba Rayonu İcra Hakimiyyəti başçısının X27 Ərazi Dairəsi üzrə nümayəndəsinin tərtib etdiyi 2021-ci il 03 may tarixli xasiyyətnamədən, habelə eyni tarixli 325 №-li və 324 №-li arayışlardan görünür ki, Quba rayonunun Orta Xuc kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs2 ailəsi anası X1 və bacısı X6 ibarətdir, Təqsirləndirilən şəxs2 barəsində heç bir şikayət daxil olmamışdır (2-ci cild, iş vərəqi 4-6). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin tərtib etdiyi 2021-ci il 24 iyun tarixli protokoldan görünür ki, «Kapital Bank» açıq səhmdar cəmiyyətinin 2021-ci il 21 iyun tarixli 157000/2-3113 №-li məktubu ilə daxil olan bir ədəd CD-RW diskinə və hesab üzrə məxaric-mədaxil əməliyyatlarına dair çıxarışlara baxış zamanı Təqsirləndirilən şəxs1 məxsus **********049151 nömrəli kart üzrə elektron hesaba 2020-ci il fevralın 22-dən 2021-ci il yanvarın 11-dək olan müddət ərzində terminallardan istifadə etməklə ayrı-ayrı vaxtlarda 1.200 manat, 100 manat, 50 manat, 300 manat, 350 manat, 100 manat, 300 manat, 230 manat, 250 manat, 500 manat, 1.700 manat, 210 manat, 700 manat, 300 manat, 695 manat, 1.500 manat, 1.400 manat, 400 manat, 600 manat, 200 manat, 1.500 manat, 700 manat, 650 manat, 650 manat, 980 manat, 600 manat, 670 manat, 2.500 manat, 500 manat, 1.300 manat, 600 manat, 300 manat, 1.200 manat, 500 manat, 400 manat, 800 manat, 1.000 manat, 200 manat, 700 manat, 1.400 manat, 300 manat, 1.300 manat, 700 manat, 1.500 manat, 350 manat, 1.000 manat, 400 manat, 1.000 manat, 500 manat, 400 manat, 1.000 manat, 600 manat, 400 manat, 1.000 manat, 2.000 manat, 2.700 manat, 3.000 manat, 500 manat, 1.200 manat, 300 manat, 700 manat, 808 manat, 1.300 manat, 700 manat, 200 manat, 1.350 manat, 1.150 manat, 1.000 manat, 1.050 manat, 400 manat, 500 manat, 1.000 manat, 1.500 manat, 400 manat, 1.500 manat, 1.500 manat, 1.000 manat, 1.000 manat, 500 manat, 500 manat, 1.000 manat, 400 manat, 400 manat, 1.000 manat, 800 manat, 1.000 manat, 650 manat, 1.445 manat, 2.600 manat, 1.000 manat, 3.600 manat, 2.000 manat, 1.900 manat və 1.400 manat məbləğində pul mədaxil edilməsi, aparılan bank əməliyyatlarının sonuncu tərəfindən icra edilməsi müəyyənləşdirilmiş, CD-RW diski cinayət işinin materiallarına əlavə edilmişdir (2ci cild, iş vərəqi 7-24). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 2021-ci il 27 may tarixli 6/1673 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilməklə üzərində «Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi №67» dairəvi möhür əksi olan iki ədəd kağız paketin və bir ədəd parça torbanın içərisində olan, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 aşkarlanan narkotik vasitə heroin, tramadol və metadon həbləri Təqsirləndirilən şəxs3 aşkar edilən narkotik vasitə heroin, tramadol və metadon həbləri ilə, habelə Təqsirləndirilən şəxs1 aşkarlanan psixotrop maddə metamfetamin ilə Təqsirləndirilən şəxs3 aşkar edilən psixotrop maddə metamfetamin xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eynilik təşkil edir, Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilən narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin tədqiqatdan sonrakı qalıqları müvafiq qaydada 14,106 qram və 11,865 qram, yaşadığı ünvandan aşkar edilən narkotik vasitə heroinin, psixotrop maddə metamfetaminin, tramadol və metadon həblərinin tədqiqatdan sonrakı qalıqları müvafiq qaydada 1.039,86 qram, 1.944,76 qram, 292 və 597 həb, Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilən narkotik vasitə heroinin, tramadol və metadon həblərinin tədqiqatdan sonrakı qalıqları müvafiq qaydada 28,408 qram, 45 və 45 həb, yaşadığı ünvandan aşkar edilən narkotik vasitə heroinin, psixotrop maddə metamfetaminin, tramadol və metadon həblərinin tədqiqatdan sonrakı qalıqları müvafiq qaydada 5.099,7 qram, 10.209,5 qram, 9.457 və 5.977 həb, Təqsirləndirilən şəxs3 üzərindən aşkar edilən narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin tədqiqatdan sonrakı qalıqları müvafiq qaydada 124,192 qram və 70,692 qram təşkil edir, ekspertiza tədqiqatının dəyəri 65 manatdır (2-ci cild, iş vərəqi 26-29). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 2021-ci il 08 may tarixli 7/400 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilməklə üzərində «Təqsirləndirilən şəxs3 kirayə...mənzildən...sellofan bağlamada... marixuanaya bənzər...» yazısı və imzalar olan sarı rəngli polietilen bağlamadakı sellofan torbada bir ədəd parça bağlamada, bir ədəd narıncı rəngli sellofan torbada və üç ədəd şəffaf sellofan torbalarda üzərində «Təqsirləndirilən şəxs2 üzərindən...» yazıları və imzalar olan kağız paketdəki bir ədəd sellofan bükümdə, üzərində «Təqsirləndirilən şəxs1 yaşadığı evindən...» yazıları və imzalar olan göy rəngli polietilen bağlamadakı bir ədəd plastik qabda olan narkotik vasitə marixuana tərkibinə görə eyni olub digər bir ədəd plastik qabda (Təqsirləndirilən şəxs1) olan narkotik vasitə marixuanadan fərqlənir, narkotik vasitə marixuananın tədqiqatdan sonrakı qalıqları ümumi çəkiyə münasibətdə 3.019,4 qram (1-5 №-li obyekt), təmiz çəkilərə münasibətdə 50,205 qram (6 №-li obyekt), 52,835 qram (7 №-li obyekt) və 56,549 qram (8 №-li obyekt) təşkil edir, ekspertiza tədqiqatının dəyəri 78,82 manatdır (2-ci cild, iş vərəqi 31-33). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin tərtib etdiyi 2021-ci il 30 iyul tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müvafiq olaraq götürülmüş bir ədəd «Samsung Galaxy A51» və bir ədəd «Samsung Galaxy S10+» markalı mobil telefonlara baxış zamanı sonuncunun ***-***-**-** saylı mobil nömrəni istifadə etdiyi mobil telefonunda İran İslam Respublikasına məxsus olan +**********66 saylı nömrənin «Afşin.i», +**********47 saylı nömrənin «Rəşad», +**********98 saylı nömrənin «Şahin» kimi yazılması, Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələrin müvafiq olaraq «Adaş.c» və «Adaş N» kimi qeyd olunması, ***-***- **-** saylı mobil nömrə ilə qeydiyyatdan keçmiş «WhatsApp» proqramında «Afşin.i» kimi qeyd olunan +**********66 saylı nömrədən 2021-ci il aprelin 17-də bir neçə buraxılmış zəngin, Təqsirləndirilən şəxs1lə «Adaş N» kimi adı qeyd olunan nömrə arasındakı danışığın əks olunduğu dialoq pəncərəsinin olması, «Kamera» qovluğunda telefonla Təqsirləndirilən şəxs1 tərəfindən çəkilməklə naməlum şəxslərə müəyyən olunmayan tarixlərdə göndərilən çoxlu sayda narkotik vasitələrin, psixotrop maddələrin və dərman həblərinin ev şəraitində qablaşdırılaraq elektron tərəzidə çəkilmiş vəziyyətdə, habelə ünvanı məlum olmayan yerlərdə yerləşdirilib şəkli çəkilmiş ərazilərin fotogörüntülərinin olması, Təqsirləndirilən şəxs2 ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələri istifadə etdiyi mobil telefonunda ***-***-**-** saylı nömrənin «Zaur N» kimi qeyd olunması, sonuncunun ***-***-**-** saylı nömrə ilə qeydiyyatdan keçdiyi «WhatsApp» proqramında 2021-ci il aprelin 17-də saat 07:02-də «Amid Aqsu» kimi qeyd olunan şəxsin «qaqa salam 50q gul lazımdı, tez bazar alınar» məzmunlu mesajına Təqsirləndirilən şəxs2 «12 den tez alınmayacaq. alinsa yigaram sizi» yazması, həmin şəxsin «qaqaş gör alınsa tez olsa yaxsidi ki klient vardi» məzmunlu mesaj göndərməsi, saat 09:41-də sonuncunun «Zaur salam qardaş necəsən? başıva dönüm gör onu alındıra bilirsənsə tez bazar göndər də gəlsin..sən öl camaat gəlibe gözləyir..gör alınsa başıva dönərəm..çalış onu alındır..camaat gəlib Şamaxinkaya..rayondan çıxıb gəlib..çalış onu bu günki gün alındır..söz vermişik camaata.. daimi klietdir..heç olmasa əlimizdən çıxartmayaq başıva dönüm həll elə onu» məzmunlu mesajına Təqsirləndirilən şəxs2 «Gəlim ora..gələn kimi həll edəcəm..narahat olma..12 kimi orada olaram» sözləri ilə müşaiyət olunan səsli mesaj yollaması, «Amid Aqsu» kimi qeyd olunan şəxsin «Başıva dönərəm qaqa..sağ salamat tez gəl..gözləyirlər bizi...50 qram..gül...» səsli mesajına Təqsirləndirilən şəxs2 səsli mesajla «Oldu qaqa..gələn kimi xəbər edəcəm..nə lazımdı mənə deyərsən götürüb gələrəm» cavab verməsi müəyyən edilmiş, bundan başqa, Təqsirləndirilən şəxs2 2021-ci il aprelin 16-da saat 23:49-da Təqsirləndirilən şəxs1 «Axşamın xeyir catdım evdeyem sen kamile borcu 100 manat yaz 150 manatın verdi 100 manat qaldı», 2021-ci il aprelin 17-də saat 02:16-da «Adaş salam necesen sen Allah bir söz soruşum bu kamile meyve verdine 10 s onun kloku temiz idi..and içir ki 2 qram s gücle çıxardıram bunun içinden butun zibildi deyir bu be neden olar bele klok zibilli deyildiki..sen Allah bağışla seni de gece gece narahat eledim seher duranda yazarsan da mene..bu deyir and olsun zibildi..deyir seher getirim bax nolar deyir deyişde bunu mene temizin ver bele olmuyub axi deyir seher getirsin gelim ora baxaq gorek nedi o belke nese düşüb s-ya ya nedise..» mətnli mesajlar yazması, sonuncunun 2021-ci il aprelin 17-də saat 08:17-də cavab olaraq «salam...ona deyərsən gətirsin dəyişək...daha bundan sonra bizi narahat etməsin..nə lazımdısa artıqlaması ilə nə lazımdı edək..ancaq sonra bizi daha tanımasın salamat-sağol» məzmunlu, Təqsirləndirilən şəxs2 «hə yaxşı necə deyirsən elə də olsun, ürəyin necə istəyir...mənimçün heç bir fərqi yoxdur..prosto bir dənə gətirim baxaq da bəlkə günah bizdə deyil..deməli bizdə deyilsə qurtardı getdi də..sən hamısına diqqət edən adamsan..gətirsin görək nədir hələ» səsli mesajına Təqsirləndirilən şəxs1 «Bizi gij***lax sayırda o...onu götürüb zay sellofana tökmüşük...indi çox şey eliyirlər də..görürsən..qəhb***lər gətirərsən..dəyişərik..sonra onları rədd edəcəyik salamt bizi girinc eləməsinlər» səsli mesaj göndərməsi, saat 10:44-də Təqsirləndirilən şəxs2 «İmtahanı verdim..gözləyirəm indi pravanı versinlər..elə indi Kamillə danışırdım..dedim ki, kişi deyir onu gətirsin dəyişərik problem yoxdur, ancaq ki yəni uje vsyo biz saq biz salamat işləmirik daha..qayıtdı ki bəs niyə belə deyir ki, and içir ki içində toz var zir-zibil kimi..bu vaxta kimi olmayan bir şey olub..dərdi nədi yanı o mənada» məzmunlu səsli mesajına Təqsirləndirilən şəxs1 «Əmi oğlu başqalarına dünən verdüy haa..şikayət oldu yəni?ya biz başdan xarabıx..onlar ağıllıdı...dünən bir belə verdin onabuna..heç kim bir şey demədi..nə bilim Vallah nə deyim..balasının canına and içməsin, yazıxdı o po*-püsürün üstündə...onların andı var?» məzmunlu səsli mesaj göndərməsi, Təqsirləndirilən şəxs2 cavab olaraq «Mən özüm də deyirəm də ona iki dənə də verdiy..heç bir şey olmadı axı..o da deyir bəlkə kulyok zibilli olub fikir verməyib tökmüsüz içinə deyir..dedim yoxe təzə-təzə pinqvin kulyoklardı özüm almışam...dedi day heçnə qalsın özüm şey eliyəcəm..belə-elə..» mətnli səsli mesaj yollaması aşkarlanmış, 2021-ci il aprelin 15-də saat 18:02-dən etibarən İran İslam Respublikasına məxsus +**********62 saylı nömrə ilə qeydiyyatdan keçməklə adı qeyd olunmayan istifadəçi ilə Təqsirləndirilən şəxs2 arasında çoxsaylı yazışma və səsli mesajların, geolokasiya üzrə ünvanların və şəkli çəkilmiş ərazinin görüntülərinin göndərilməsi müəyyən edilsə də hər iki istifadəçi tərəfindən sonradan silindiyinə görə mətnləri və səsli mesajları oxumaq mümkün olmamışdır, fotocədvəl şəklində protokola əlavə edilmiş, qeyd olunan mobil telefonlar iş üzrə maddi sübut kimi tanınaraq saxlanması üçün idarənin növbətçi hissəsinə təhvil verilmişdir (2-ci cild, iş vərəqi 44-67). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin tərtib etdiyi 2021-ci il 09 avqust tarixli protokollardan görünür ki, iş üzrə şahidlər Şahid2 və Şahid4 Təqsirləndirilən şəxs2la üzləşdirilərkən birincisi və ikincisi ifadələrini təsdiq etmişlər, sonuncu onların dedikləri ilə qismən razılaşıb tutularkən üzərində ancaq narkotik vasitə marixuana olduğunu bildirmişdir (2-ci cild, iş vərəqi 68-79). İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin 2021-ci il 14 aprel tarixli raportlarından, eyni tarixli əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərarından, Ə-99-008-21 №-li əməliyyat qrupunun yaradılması haqqında əmrindən, 2021-ci il 15 aprel tarixli 008-2754- 1221 №-li məktubundan, habelə Sumqayıt Şəhər Məhkəməsinin 2021-ci il 22 aprel tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs3 satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri əldə edib Sumqayıt şəhəri ərazisində dövriyyəsi ilə məşğul olması barədə daxil olan məlumatı yoxlamaq üçün əməliyyat-axtarış qrupu yaradılmış, göstərilən şəxs 2021-ci il aprelin 14-də saat 21:00-da ünvan 4 ünvanının yaxınlığında piyada hərəkət edərkən saxlanmaqla idarəyə gətirilmiş, Təqsirləndirilən şəxs3 üzərindən 124,332 qram çəkidə narkotik vasitə heroin, 70,842 qram çəkidə psixotrop maddə metamfetamin, kirayə tutduğu ünvan 5 ünvanından 5.100 qram çəkidə narkotik vasitə heroin, 3.020 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, 10.210 qram çəkidə psixotrop maddə metamfetamin, 6.000 ədəd tramadol və 9.510 ədəd metadon həbləri, bir ədəd elektron tərəzi aşkar olunaraq götürülmüş, məhkəmə tərəfindən əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair qərarı qanuni hesab edilmişdir (2-ci cild, iş vərəqi 119-123 və 126; 3-cü cild, iş vərəqi 80-81). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin tərtib etdiyi 2021-ci il 14 aprel tarixli protokoldan görünür ki, müdafiəçinin iştirakı ilə videoçəkilişlə Təqsirləndirilən şəxs3 üzərində şəxsi axtarış və götürmə aparılarkən sonuncu əynindəki tünd göy rəngli şalvarın sağ yan cibindən bir ədəd qara rəngli «Honor» markalı mobil telefonu, qara rəngli dəri gödəkcənin sağ yan cibindən bir ədəd qara rəngli sellofan torbanı, sol iç cibindən özünə məxsus şəxsiyyət vəsiqəsini, bir ədəd «Kapital Bank»a və iki ədəd «Rabitə Bank»a məxsus plastik kartları çıxarıb təqdim etməklə sellofan torbadakı bükümlərdə olan narkotik vasitə heroini və psixotrop maddə metamfetamini qohumu X10 deyilən yerin yaxınlığına qoymaq üçün götürdüyünü, sonuncu ilə birlikdə gedərək hər hansı bir ünvana qoyacaqlarını, həmin maddələrdən kirayə tutduqları mənzildə də olduğunu, bunları 2021-ci il aprelin 14-də saat 16-17 radələrində Emin ilə Bakı şəhərinin Nəsimi rayonundakı «İmperial» şadlıq sarayının qarşısında idarə etdiyi avtomobili ilə dayanan vaxt tanımadığı şəxsin əlindəki iki ədəd sellofan torbada salona qoyduğunu, bu fəaliyyətinə görə Eminin ona hər dəfə 25-30 manat məbləğində pul verdiyini, sonuncu ilə birgə müvafiq yerlərə narkotik maddələri qoyduqdan sonra «WhatsApp» proqramı vasitəsi ilə «Ağa» adlı İran İslam Respublikasının vətəndaşına məlumat verdiyini, onun əsas rolunun avtomaşını idarə etmək olduğunu, tutularkən polis əməkdaşları tərəfindən ona qarşı heç bir zor tətbiq edilmədiyini bildirmiş, bükümlər zərfə qablaşdırılıb digər aşkarlanan predmetlər ilə yanaşı götürülmüş, bir ədəd DVD-R diski protokola əlavə olunmuşdur (2-ci cild, iş vərəqi 147-150). İş materiallarındakı şübhəli şəxs Təqsirləndirilən şəxs3 2021-ci il 14 aprel tarixli razılıq ərizəsindən və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin tərtib etdiyi 2021-ci il 15 aprel tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 kirayədə yaşadığı ünvan 5 ünvanına videoçəkilişlə müdafiəçinin iştirakı ilə baxış vaxtı göstərilən şəxs qonaq otağındakı qəhvəyi rəngli dolabdan üç ədəd narıncı, bir ədəd qırmızı rəngli və bir ədəd şəffaf sellofan torbaları, bir ədəd karton qutunu və Emin adlı qohumunun narkotik vasitələrin alqı-satqısına dair qeydlər apardığı bir ədəd dəftəri çıxarmaqla təqdim edərək narıncı rəngli sellofan torbaların birinin içərisində olan beş ədəd bağlamadan birində narkotik vasitə heroinə bənzər, ikincisində ağ rəngli kristalşəkilli kütlə, üçüncüsündə isə beş ədəd sellofan bağlamada tünd yaşıl rəngli kütlə, bir ədəd karton qutudan bir ədəd elektron tərəzi və 6.000 ədəd tramadol həbi, qırmızı rəngli və şəffaf sellofan torbalardan üzərində «Metadon-40» yazılan 9.510 ədəd həb aşkarlanmış, Təqsirləndirilən şəxs3 həmin maddələri pul əldə etmək üçün Emin adlı qohumu ilə Bakı şəhərində tanımadığı şəxsdən götürüb çəkilərini müəyyən etdikdən sonra onlara deyilən yerlərə qoyduqlarını, onun əsas rolunun avtomobili idarə etmək olduğunu bildirmiş, aşkarlanan predmetlər götürülmüş, bir ədəd DVD-R diski protokola əlavə edilmişdir (2-ci cild, iş vərəqi 151 və 153-156). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 2021-ci il 15 aprel tarixli 7/344 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilməklə üzərində «Təqsirləndirilən şəxs3 kirayə...mənzildən...sellofan bağlamada... marixuanaya bənzər...» yazısı və imzalar olan sarı rəngli polietilen bağlamanın sellofan torbadakı bir ədəd parça bağlamada, bir ədəd narıncı rəngli sellofan torbada və üç ədəd şəffaf sellofan torbalarda ayrı-ayrılıqda təmiz çəkiləri 590 qram, 600 qram, 685 qram, 595 qram və 550 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır, tədqiqata təqdim edilən narkotik vasitə qurudulmuş marixuanalar tərkiblərinə görə eynidir, bir ədəd elektron tərəzinin üzərində çətənə (kannabis) bitkisinin hissəcikləri yoxdur, narkotik vasitə qurudulmuş marixuananın tədqiqatdan sonrakı qalığı 3.019,5 qram təşkil edir, ekspertiza tədqiqatının dəyəri 78,82 manatdır (2-ci cild, iş vərəqi 165-167). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 2021-ci il 15 aprel tarixli 6/1477 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilməklə üzərində «...Təqsirləndirilən şəxs3 üzərindən..» sözləri yazılmış kağız paketdəki (1 №-li) bir ədəd bükümdə təmiz çəkisi 124,332 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, bir ədəd bükümdə təmiz çəkisi 70,842 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir; üzərində «...Təqsirləndirilən şəxs3 kirayə yaşadığı...heroinə bənzər...» sözləri yazılmış polietilen torbanı (2 №-li) açdıqda içərisində beş ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1.025 qram, 1.030 qram, 1.025 qram, 1.005 qram və 1.015 qram olmaqla ümumi təmiz çəkisi 5.100 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroindir; üzərində «...Təqsirləndirilən şəxs3 kirayə yaşadığı...metamfetaminə bənzər...» sözləri yazılmış polietilen torbadakı (3 №-li) 10 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1.025 qram, 1.010 qram, 1.020 qram, 1.050 qram, 990 qram, 995 qram, 995 qram, 1.050 qram, 1.070 qram və 1.005 qram olmaqla ümumi təmiz çəkisi 10.210 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə metamfetamindir; üzərində «...Təqsirləndirilən şəxs3 kirayə yaşadığı...metadon-40» sözləri yazılmış iki ədəd polietilen torbadakı 951 ədəd «Methadone 40 04 2022» göstəriciləri olan dərman konvalyutlarında ümumi sayı 9.510 ədəd olan açıq-qəhvəyi rəngli «F/M 40» göstəricili, eyni tərkibli dərman həblərinin əsas təsiredici maddəsi metadon olub həmin həblərin tərkibində metadonun təsir maddəsinin ümumi miqdarı 380,4 qram təşkil edir, bir ədəd elektron tərəzinin səthində narkotik vasitə heroinə məxsus izlər olsa da iz mikrohissəcikləri cüzi miqdarda olduğundan onların çəkisini müəyyən etmək mümkün olmamışdır, üzərində «...Təqsirləndirilən şəxs3 kirayə yaşadığı...tramadol…» sözləri yazılmış karton qutudakı 60 qutu, hər qutuda 10 konvalyut, ümumilikdə 600 ədəd üzərlərində «Tramadol Hydrochloride 225» göstəriciləri olan dərman konvalyutlarında 6.000 ədəd (hər konvalyutda 10 ədəd olmaqla) qırmızı rəngli dairəvi formalı dərman həblərinin əsas təsiredici maddəsinin ümumi miqdarı 1.350 qram təşkil edir, 1 №-li kağız və 2 №-li polietilen paketlərdəki heroin, 1 №-li kağız və 3 №-li polietilen paketlərdəki metamfetamin xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eynidir, 1 №-li kağız və 2 №-li polietilen paketlərdəki narkotik vasitə heroinin tədqiqatdan sonrakı qalıqları müvafiq qaydada 124,232 qram və 5.099,9 qram, 1 №-li kağız və 3 №-li polietilen paketlərdəki psixotrop maddə metamfetaminin tədqiqatdan sonrakı qalıqları müvafiq qaydada 70,742 qram və 10.209,9 qram, metadon və tramadol həblərinin tədqiqatdan sonrakı qalıqları müvafiq qaydada 9.460 və 5.980 həb təşkil edir, ekspertiza tədqiqatının dəyəri 81,82 manatdır (2-ci cild, iş vərəqi 171-180). İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin 2021-ci il 15 aprel tarixli 008-2753-1221 №-li arayışından və eyni tarixli raportundan görünür ki, Təqsirləndirilən şəxs3 2021-ci il aprelin 14-də saat 21:00-da saxlanıb idarəyə gətirilməklə 2021-ci il aprelin 15-i saat 19:00-dək idarənin inzibati binasında saxlanmış, göstərilən şəxsdən ümumilikdə külli miqdarda 5.224,332 qram çəkidə narkotik vasitə heroin, 3.020 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, 10.280,842 qram çəkidə psixotrop maddə metamfetamin, 6.000 ədəd tramadol və 9.510 ədəd metadon həbləri, bir ədəd elektron tərəzi aşkar olunaraq götürülmüşdür (2ci cild, iş vərəqi 183-184). İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin 2021-ci il 16 aprel tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs3 təqsirləndirilən şəxs qismində cəlb edildiyi Azərbaycan Respublikasının CM-nin 234.4.1.-ci, 234.4.3.-cü və 240.3.2.-ci maddələrində nəzərdə tutulan ittiham elan olunmuşdur (2-ci cild, iş vərəqi 199-200). İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2021-ci il 16 aprel tarixli qərarının surətlərindən görünür ki, Azərbaycan Respublikasının CM-nin 234.4.1.-ci, 234.4.3.-cü və 240.3.2.-ci maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs3 barəsində əvvəli 2021-ci il aprelin 14-dən hesablanmaqla həbs qismində qətimkan tədbiri seçilmişdir (2-ci cild, iş vərəqi 223-226). İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin 2021-ci il 17 aprel tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs3 üzərindən və kirayə yaşadığı mənzildən aşkar olunaraq götürülən narkotik vasitə heroinin, psixotrop maddə metamfetaminin, metadon və tramadol həblərinin tədqiqatdan sonrakı müvafiq qaydada 70,742 qram, 10.209,9 qram, 9.460 və 5.980 həb qalıqları maddi sübut kimi tanınıb saxlanılması üçün idarənin maddi sübutları saxlama yerinə təhvil verilmişdir (2-ci cild, iş vərəqi 227-229). İş materiallarında olan Sumqayıt Şəhər MKTİB-nin 12 saylı MKS-nin 2021-ci il 05 may tarixli 566 №-li arayışından görünür ki, Təqsirləndirilən şəxs3 ünvan 3 ünvanında yaşayır (3-cü cild, iş vərəqi 14). İş materiallarında olan «Bakcell» məhdud məsuliyyətli cəmiyyətinin 2021-ci il 05 may tarixli BKC/LGL-7720/21 №-li məktubundan görünür ki, Təqsirləndirilən şəxs3 istifadəsində olan ***-***-**-** saylı nömrə 2021-ci il yanvarın 14-dən 2021-ci il aprelin 14-dək şəbəkədə istifadə olunmamışdır (3-cü cild, iş vərəqi 15-16). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Respublika Psixiatriya Xəstəxanası» publik hüquqi şəxsinin 2021-ci il 07 may tarixli 3998 №-li məktubundan görünür ki, Təqsirləndirilən şəxs3 həmin tibb müəssisəsində müalicədə olmamışdır (3-cü cild, iş vərəqi 17). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin tərtib etdiyi 2021-ci il 25 may tarixli protokoldan görünür ki, «Azerfon» məhdud məsuliyyətli cəmiyyətinin 2021-ci il 20 may tarixli AZF/LGL-14116/21 №-li məktubu ilə daxil olan bir ədəd CD diskinə baxış zamanı Təqsirləndirilən şəxs3 adına qeydə alınmaqla istifadəsində olan ***-***-**-** saylı nömrə ilə başqa nömrələr arasında telefon danışıqlarının və sms yazışmalarının, sonuncunun «EMİN Q» kimi qeyd etdiyi ***-***-**-** saylı nömrə ilə çoxsaylı danışıqlarının olması müəyyənləşdirilmiş, qeyd edilən CD diski protokola əlavə olunmuşdur (3-cü cild, iş vərəqi 19-22). İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin 2021-ci il 02 iyun tarixli 008-3928-1221 №li məktubundan görünür ki, Təqsirləndirilən şəxs3 aşkarlanlanıb götürülən narkotik vasitələri və psixotrop maddələri sonuncunun Fərzad adlı İran İslam Respublikasının vətəndaşının tapşırığı əsasında Təqsirləndirilən şəxs1 vasitəsi ilə Təqsirləndirilən şəxs2 2021-ci il aprelin 14-də ünvan 9 ünvanındakı «İmperial» şadlıq sarayının qarşısında Təqsirləndirilən şəxs3 məxsus «Kia» markalı **-UP-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə qohumu X17 birlikdə gələrək təhvil alması müəyyənləşdirilmişdir (3-cü cild, iş vərəqi 23). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin tərtib etdiyi 2021-ci il 10 iyun tarixli protokoldan görünür ki, «Kapital Bank» açıq səhmdar cəmiyyətinin 2021-ci il 08 iyun tarixli 157000/2-2901 №-li məktubu ilə daxil olan hesab üzrə məxaric-mədaxil əməliyyatlarına dair çıxarışlara baxış vaxtı Təqsirləndirilən şəxs3 məxsus 510307******7008 nömrəli kart üzrə elektron hesaba 2021-ci il aprelin 07-də nağdsız mədaxil qaydasında 190 manat məbləğində pul köçürülməsi müəyyənləşdirilmişdir (3-cü cild, iş vərəqi 27-29). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin tərtib etdiyi 2021-ci il 03 iyul tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 götürülən bir ədəd üzərində ***- ***-**-** və ***-***-**-** saylı mobil nömrələr olan «Honor» markalı mobil telefona baxış vaxtı «Emin N qaqa», «EMİN Q» və «X29» kimi qeyd olunan müvafiq qaydada +**********2, ***-***-**-** və ***-***-**-** saylı mobil nömrəli konktaktların, ***-***-**-** saylı mobil nömrə ilə qeydiyyatdan keçməklə «WhatsApp» proqramında çoxsaylı istifadəçilərlə həm yazılı, həm səsli yazışmaların, o cümlədən «EMİN Q» kimi qeyd olunan şəxslə yazışmaların olması, 2021-ci il aprelin 14-də Təqsirləndirilən şəxs3 dənizkənarı ailəvi istirahət obyektlərinin girişi qarşısında çəkdiyi bir neçə fotogörüntüləri göstərilən istifadəçiyə yollaması və sonuncunun təşəbüsü ilə edilən bir neçə buraxılmış zəngin olması müəyyən edilmiş, Təqsirləndirilən şəxs3 təqdim etdiyi, sonuncunun Emin adlı qohumunun narkotik vasitələrin alqı-satqısına dair qeydlər apardığı bir ədəd dəftərə baxış zamanı dəftərin üz qabığının içəri tərəfində «Məhəmməd», ilk vərəqində əlyazma ilə icra olunaraq üst tərəfdə «Gələn mal» və «Məhəmməd» sözlərinin yazılması, aşağıya doğru üfüqi xətlərlə qrafalara bölünüb hər qrafanın adının müvafiq qaydada «Torpağ 904+925+912+955+950+932», «Ot 200», «Daş 865», «M40 651» və «Tramal 1006» kimi qeyd edilməsi, həmin vərəqin arxa tərəfindəki səhifədə eyni qaydada «Məndə olan pul 700+700 M40+», «Verilən pul 6000» və «Mənə verilən pul», dəftərin üçüncü və say hesabı ilə üzərində yazılar icra olunmuş axırıncı səhifəsinin də qeyd olunan formada qrafalara bölünərək «Verilən mal», «T 150+300+200+1000+200+200+200+100+300+1000+250», «D 100+100+ 200+100+100», «Ot», «M40 list 10+» və «Tramal» sözlərinin olması, dəftərin içərisindəki üzərində əlyazma formasında yazılar icra olunan iki ədəd kağız parçasına baxış vaxtı birinci kağız parçasının bir səthinin üzərində «Məhəmməd» yazısının olması və sonradan aşağıya doğru üfüqi xətlərlə qrafalara bölünməklə «Gül +200», «Elnur götürdüyü 50 pat, 1 list-», «Derman 695, 100+300 list, -10 -3 -10 -10 -20 - 50 - 50 - 40 - 50 - 200», «Torpaq 1850+778+744+780+554+1010+1010+1011+1007», «Perqabalin 24», «Güzgü 810+1850+ 240» və «Verilen mal», digər səthində isə «Gelen mal», «daş - 2000+6000+», «torpağ - 3350, M40 – 400» və «Tramal – 700», ikinci kağız parçasının üzərində «Toz 150+300+200+1000+200+200+200+100+300+1000+250», «Daş 100+100+200+ 100+100», «Ot 1000», «M40 +10+200+50+20+» və «tramal 200+100+» sözlərinin yazılması aşkar olunmuş, fotocədvəl protokola əlavə edilmiş, adı çəkilən dəftər iş üzrə maddi sübut kimi tanınaraq saxlanması üçün idarənin növbətçi hissəsinə təhvil verilmişdir (3-cü cild, iş vərəqi 33-40). İş materiallarındakı Sumqayıt Şəhər MKTİB-nin 6 saylı MKS-nin tərtib etdiyi 2021-ci il 30 sentyabr tarixli xasiyyətnamələrdən görünür ki, Qubadlı rayonundan məcburi köçkün olmaqla ünvan 10 ünvanında yaşayan Təqsirləndirilən şəxs3 barəsində heç bir şikayət daxil olmamışdır (3-cü cild, iş vərəqi 82-83). İş materiallarında olan 2019-cu il 20 fevral tarixli AZ-İV seriyalı 245283 №-li və 2009cu il 09 sentyabr tarixli AZ-İİ seriyalı 328264 №-li doğum haqqında şəhadətnamələrin kserosurətlərindən görünür ki, Təqsirləndirilən şəxs3 2019-cu il 14 fevral təvəllüdlü Rauf və 2009-cu il 28 avqust təvəllüdlü Kərim adlı övladları vardır (3-cü cild, iş vərəqi 84-85). İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin 2021-ci il 29 sentyabr tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ümumilikdə aşkar olunaraq götürülən narkotik vasitə heroinin, qurudulmuş marixuananın, həşiş qətranının, tiryəkin, psixotrop maddə metamfetaminin, metadon və tramadol həblərinin tədqiqatdan sonrakı müvafiq qaydada 6.306,266 qram, 3.178,989 qram, 198,73 qram, 130,048 qram, 12.236,817 qram, 10.099 və 6.314 həb qalıqları, eləcə də üç ədəd elektron tərəzi maddi sübut kimi tanınıb saxlanılması üçün idarənin maddi sübutları saxlama yerinə təhvil verilmişdir (3-cü cild, iş vərəqi 94-98). İş materiallarında olan «Rabitəbank» açıq səhmdar cəmiyyətinin 2021-ci il 27 sentyabr tarixli RB-02/2830 №-li məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 adına olmaqla 2017-ci il martın 06-da açılan **********344949 nömrəli kart 2018-ci il martın 31-də bağlanmışdır (3-cü cild, iş vərəqi 103). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin tərtib etdiyi 2021-ci il 02 oktyabr tarixli protokoldan görünür ki, «Rabitəbank» açıq səhmdar cəmiyyətinin 2021-ci il 28 sentyabr tarixli RB-02/2838 №-li məktubu ilə daxil olan bir ədəd CD-R diskinə və hesab üzrə məxaric-mədaxil əməliyyatlarına dair çıxarışlara baxış zamanı Təqsirləndirilən şəxs3 məxsus 526163******6897 və 418982******1660 nömrəli kartlardan birinci kart üzrə elektron hesaba 2020-ci il noyabrın 02-dən 2021-ci il sentyabrın 24-dək olan müddət ərzində terminallardan istifadə edərək ayrı-ayrı vaxtlarda 5 manat, 20 manat, 600 manat, 319 manat, 320 manat, 400 manat, 25 manat, 50 manat, 50 manat, 2.000 manat, 2.000 manat, 1.000 manat, 2.000 manat, 2.000 manat, 800 manat, 50 manat, 377 manat, 349 manat, 100 manat, 20 manat, 50 manat, 50 manat, 20 manat, 50 manat, 10 manat, 10 manat, 40 manat, 270 manat, 45 manat və 25 manat məbləğində, ikinci kart üzrə elektron hesaba isə qeyd olunan dövrdə sonuncuya əmək haqqı qismində müəyyən məbləğlərdə pul mədaxil edilməsi, habelə pul vəsaitlərinin məxaric olunması ilə bağlı aparılan bank əməliyyatlarının Təqsirləndirilən şəxs3 tərəfindən icra olunması müəyyənləşdirilmiş, CD-R diski cinayət işinin materiallarına əlavə edilmişdir (3-cü cild, iş vərəqi 110-135 və 151). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin tərtib etdiyi 2021-ci il 08 oktyabr tarixli protokoldan görünür ki, təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs2 ümumvətəndaş pasportunun olmaması, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 müvafiq surətdə C02976514 nömrəli və P3894514 nömrəli ümumvətəndaş pasportlarının olması, Təqsirləndirilən şəxs1 C02976514 nömrəli ümumvətəndaş pasportundan istifadə etməklə 2020-ci ildən etibarən bir neçə dəfə Astara sərhəd nəzarət-buraxılış məntəqəsindən İran İslam Respublikasına keçərək ölkə hüdudlarını tərk edib geri qayıtması, sonuncu dəfə 2020-ci il fevralın 26-da saat 09:02-də Azərbaycan Respublikasının dövlət sərhədini Astara nəzarət-buraxılış məntəqəsindən X24 keçməklə ölkə ərazisini tərk edərək 2020-ci il mayın 05-də saat 12:08-də ölkə ərazisinə daxil olması, Təqsirləndirilən şəxs3 P3894514 nömrəli ümumvətəndaş pasportundan istifadə etməklə 2012-ci ildən etibarən bir neçə dəfə Şıxlı sərhəd nəzarət-buraxılış məntəqəsindən Gürcüstana keçərək ölkə hüdudlarını tərk edib geri qayıtması, sonuncu dəfə 2019-cu il oktyabrın 15-də saat 08:04-də Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarətburaxılış məntəqəsindən Gürcüstana keçməklə ölkə ərazisini tərk edib 2019-cu il oktyabrın 16-da saat 20:31-də ölkə ərazisinə daxil olması aşkarlanmışdır (3-cü cild, iş vərəqi 153- 155). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin tərtib etdiyi 2021-ci il 12 oktyabr tarixli protokoldan görünür ki, «Azerfon» məhdud məsuliyyətli cəmiyyətinin 2021-ci il 11 oktyabr tarixli AZF/LGL-28186/21 №-li məktubu ilə daxil olan bir ədəd CD diskinə baxış zamanı Təqsirləndirilən şəxs3 istifadəsində olan ***-***-**-** saylı nömrəyə aid 2021ci il aprelin 14-nə olan zəng və anten məlumatlarından ötürücü antenaların sonuncunun saxlandığı 2021-ci il aprelin 14-də saat 15:25-də «İmperial» şadlıq sarayının olduğu ünvan 9 ünvanında qeydə alınması müəyyən edilmiş, CD diski protokola əlavə olunmuşdur (3-cü cild, iş vərəqi 156-159). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Respublika Narkoloji Mərkəzi» publik hüquqi şəxsinin ambulator məcburi-narkoloji tibbi yoxlamasının 2021-ci il 16 avqust tarixli 2892 №-li, 2021-ci il 23 avqust tarixli 3015 №-li və 3027 №-li rəylərindən müvafiq qaydada görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 narkomaniya xəstəliyindən əziyyət çəkməməklə məcburi müalicəyə ehtiyacları yoxdur, Təqsirləndirilən şəxs2 isə kannabioidlərin qəbulu nəticəsində yaranan narkomaniya xəstəliyi aşkarlanmaqla məcburi müalicəyə ehtiyacı vardır, sonuncunun ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (3-cü cild, iş vərəqi 160-165). İş materiallarında olan Qaçqınların və X13 üzrə Dövlət Komitəsinin 2017-ci il 26 iyul tarixli AA seriyalı 393962 №-li və 2004-cü il 24 mart tarixli AA seriyalı 085082 №-li vəsiqələrinin, Qubadlı Rayon Hərbi Komissarlığının 2001-ci il 05 iyun tarixli 062060 №-li vəsiqəsinin kserosurətlərindən, habelə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin 1 saylı regional ərazi filialının tərtib etdiyi 2021-ci il 12 oktyabr tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs3 valideynləri X18 və X19 Qubadlı rayonundan məcburi köçkün olmaqla sonuncu müharibə veteranı olub aylıq 130 manat müavinət və 80 manat təqaüd alır (3-cü cild, iş vərəqi 170-173). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin tərtib etdiyi 2021-ci il 14 oktyabr tarixli protokoldan görünür ki, Şahid2 istintaqa təqdim etdiyi sonuncu tərəfindən telefonla qeydə alınan, Təqsirləndirilən şəxs2 barəsində keçirilən əməliyyat-axtarış tədbirlərinə aid üç ədəd videogörüntünün olduğu bir ədəd CD-RW diskinə baxış vaxtı sonuncunun 2021-ci il aprelin 14-də Təqsirləndirilən şəxs1 götürdüyü iki ədəd sellofan torbanı aparıb dövlət qeydiyyat nişanı 680 rəqəmləri ilə bitən avtomobildə əyləşən tanımadığı şəxslərə təhvil verməsi müəyyənləşdirilmiş, CD-RW diski cinayət işinə əlavə edilmişdir (3-cü cild, iş vərəqi 61 və184). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin tərtib etdiyi 2021-ci il 14 oktyabr tarixli protokollardan görünür ki, Təqsirləndirilən şəxs2 «Kia» markalı **-UP-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə gəlib arxa oturacaqda əyləşməklə ondan narkotik maddələri təhvil alan şəxsi, axtarışı elan edilmiş olan X23 və avtomobili sürücüsü Təqsirləndirilən şəxs3 tanımışdır (3-cü cild, iş vərəqi 185-188). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin tərtib etdiyi 2021-ci il 14 oktyabr tarixli üzləşdirmə protokolundan görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 ifadəsini təsdiq etmiş, Təqsirləndirilən şəxs3 isə sonuncunu xatırlamadığını, fəaliyyətinin sürücülükdən ibarət olduğunu bildirmişdir (3-cü cild, iş vərəqi 199-200). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin tərtib etdiyi 2021-ci il 15 oktyabr tarixli üzləşdirmə protokolundan görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 ifadəsini təsdiq etmiş, Təqsirləndirilən şəxs2 sonuncunun dedikləri ilə qismən razılaşıb tutularkən üzərində cəmi bir bükümdə narkotik vasitə marixuana olduğunu bildirmişdir (3-cü cild, iş vərəqi 208-212). İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin 2021-ci il 16 oktyabr tarixli sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında, habelə 2021-ci il 18 oktyabr və 2021-ci il 26 oktyabr tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında, 2021-ci il 26 oktyabr tarixli cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması haqqında qərarlarından görünür ki, ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əməlləri Azərbaycan Respublikasının CM-nin 234.4.1.-ci, 234.4.3.-cü və 240.3.2.-ci maddələrindən həmin Məcəllənin 32.5., 206.3.2.-ci, 234.4.1.-ci, 234.4.3.-cü və 240.3.2.-ci maddələrinə tövsif olunmaqla sonunculara yenidən ittiham elan olunmuş, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barəsində Azərbaycan Respublikasının CM-nin 234.4.2.-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş, maddi sübut kimi tanınmaqla sonunculardan ümumilikdə aşkar edilərək götürülən narkotik vasitə heroinin, qurudulmuş marixuananın, həşiş qətranının, tiryəkin, psixotrop maddə metamfetaminin, metadon və tramadol həblərinin tədqiqatdan sonrakı müvafiq qaydada 6.306,266 qram, 3.178,989 qram, 198,73 qram, 130,048 qram, 12.236,817 qram, 10.099 və 6.314 həb qalıqlarının, eləcə də üç ədəd elektron tərəzinin saxlanılması üçün idarənin maddi sübutları saxlama yerinə təhvil verilməsi, dörd ədəd DVD və səkkiz ədəd CD disklərinin cinayət işinə əlavə olunması, Təqsirləndirilən şəxs1 kirayə yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal küçəsi, ev 48 ünvanında yerləşən 38 saylı mənzilə baxış zamanı aşkar edilmiş 5.000 manat məbləğində pul əskinasının saxlanılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maliyyə-Plan İdarəsinə təhvil verilməsi nəzərə alınmış, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 müvafiq olaraq götürülmüş iki ədəd «Samsung» və bir ədəd «Honor» markalı mobil telefonlar, habelə içərisində narkotik vasitələrin alqı-satqısına dair əlyazma şəklində müvafiq qeydiyyat aparılmış dəftər saxlanılması üçün idarənin maddi sübutları saxlama kamerasına təhvil verilmiş, cinayət işinin materiallarından şəxsiyyəti istintaqa məlum olmayan Fərzad adlı İran İslam Respublikasının vətəndaşı və digərləri tərəfindən qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin, psixotrop və güclü təsir edən maddələrin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirib əldə edilməsi mənbəyinə görə, habelə X26 barəsində Azərbaycan Respublikasının CM-nin 32.5., 206.3.2.-ci, 234.4.1.-ci, 234.4.3.-cü və 240.3.2.-ci maddələri ilə ayrıca icraata cinayət işi ayrılmışdır (3-cü cild, iş vərəqi 219-258; 4-cü cild, iş vərəqi 1-4, 15-18, 30-33 və 57-60). İş materiallarında olan Azərbaycan Respublikası Baş Prokurorluğunun 2021-ci il 10 noyabr tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 polis əməkdaşları tərəfindən istintaqda döyülməsi və üzərində olan qurudulmuş marixuanadan əlavə aşkar edilmiş maddələrin polis əməkdaşları tərəfindən qoyulması barədə göstərdiyi xüsusiyyətlər üzrə aparılan araşdırma vaxtı cinayət hadisəsi müəyyən edilmədiyindən cinayət təqibinin başlanması rədd edilmişdir (4-cü cild, iş vərəqi 105-113). Məhkəməyə təqdim olunan Neftçala Rayonu İcra Hakimiyyəti başçısının Neftçala Şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsinin tərtib etdiyi 2022-ci il 05 mart tarixli 545 №-li arayışdan görünür ki, Neftçala şəhəri, məhəllə 7 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs1 ailəsi 1941-ci il 03 fevral təvəllüdlü atası X7, 1948-ci il 07 fevral təvəllüdlü anası X2, 1975-ci il 16 aprel təvəllüdlü arvadı X4, 1996-cı il 06 sentyabr təvəllüdlü övladı X8 və 1996-cı il 06 sentyabr təvəllüdlü övladı X11 ibarətdir. Məhkəmə mövcud sübutlara qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs1 satış məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda narkotik vasitələrin, psixotrop maddənin, narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələrin Azərbaycan Respublikasının gömrük sərhədindən, gömrük nəzarətindən kənar, ondan gizli qaçaqmalçılıqla keçirilməsinə qabaqcadan vəd verməklə köməklik etməsi, habelə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni, psixotrop maddəni, narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri əldə edib saxlamaqla daşıması, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni, psixotrop maddəni, narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri əldə edib saxlamaqla daşımaları sübuta yetirilir. Bu mənada ibtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əməllərinin Azərbaycan Respublikasının CM-nin 234.4.1.-ci, 234.4.3.-cü və 240.3.2.-ci maddələri ilə tövsif olunması düzgün olsa da həmin Məcəllənin 32.5., 206.3.2.-ci maddəsi ilə tövsif olunması yanlışdır. Cinayət işinin materiallarından görünür ki, ibtidai araşdırma orqanı Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ittiham edildikləri maddələr şəxsi istehlak miqdarından artıq miqdar təşkil etsə də sonuncuların Təqsirləndirilən şəxs3 qohumu X26, şəxsiyyəti istintaqa məlum olmayan Fərzad adlı İran İslam Respublikasının vətəndaşı və qeyriləri ilə razılaşmaqla cinayət əlaqəsinə girmələri kimi qiymətləndirib bunu ümumi fikirlə əsaslandırmış, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 törətmiş olduğu cinayət əməllərini Azərbaycan Respublikasının CM-nin 234.4.1.-ci, 234.4.3.-cü və 240.3.2.-ci maddələri ilə düzgün tövsif etsə də həmin Məcəllənin 32.5., 206.3.2.-ci maddəsi ilə yanlış tövsif etmişdir. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 qarşı ittiham irəli sürülərkən qaçaqmalçılıq cinayətinin obyektiv cəhətinə aid olan hərəkətlərdən məhz hansının törədildiyi müəyyənləşdirilməmiş, alternativ hərəkətlər məcmusu halında qeyri-müəyyən ittiham formalaşdırılmışdır. Qaçaqmalçılıq cinayətinin nə vaxt və kim (kimlər) tərəfindən törədilməsi ilə bağlı isə ümumiyyətlə heç bir məlumat yoxdur. Şərh olunan hallar «Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 02 iyun 2016-cı il tarixli Qərarının izah və tövsiyələrində əks olunmuş hüquqi mövqe ilə də birbaşa ziddiyyət təşkil edir. Digər tərəfdən, həmin qərarda göstərilmişdir ki, mal və ya digər əşyalar qaçaqmalçılıq yolu ilə gömrük sərhədindən keçirildikdən sonra bu barədə məlumat alaraq onları qəbul etmiş şəxsin bu cinayətin törədilməsində iştirakı müəyyən edilmədikdə onun qaçaqmalçılıq cinayətini törətməsinə görə məsuliyyəti istisna edilir. İbtidai istintaq orqanının iştirakçılıqla bağlı mücərrəd mövqeyi də hər hansı sübuta əsaslanmamaqla Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda narkotik vasitənin, psixotrop maddənin, narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələrin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli qaçaqmalçılıqla keçirilməsinə qabaqcadan vəd etməklə köməklik etmələrinin hansı hərəkət və ya hərəkətsizliklə edilməsi barədə hər hansı dəlil mövcud deyildir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5.-ci maddəsinə əsasən, cinayətin törədilməsinə məsləhətləri, göstərişləri və məlumatları ilə, cinayət törədilməsi üçün alət və ya vasitələr vermək və ya maneələri aradan qaldırmaqla yardım etmiş şəxs, habelə cinayət törətmiş şəxsi, cinayət alətlərini və ya vasitələrini, cinayətin izlərini, yaxud cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı gizlətməyi, belə pul vəsaitlərini və ya digər əmlakı əldə etməyi, onlara sahiblik və ya onlardan istifadə etməyi, yaxud sərəncam verməyi qabaqcadan vəd etmiş şəxs köməkçi sayılır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 istintaqla müəyyən edilməmiş şəxslər tərəfindən və naməlum vaxtda törədilmiş külli miqdarda narkotik vasitənin, psixotrop maddənin, narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələrin dövlət sərhəddindən qaçaqmalçılıq yolu ilə keçirilməsi cinayətinin törədilməsində iştirak edərək sadalanan hərəkətlərdən hansı birini etməsi müəyyənləşdirilməmiş, onlara Azərbaycan Respublikasının CM-nin 32.5., 206.3.2.ci maddəsi ilə ittiham elan olunarkən bu əməli törətmələrinə dair Azərbaycan Respublikasının CPM-nin 223-cü maddəsində nəzərdə tutulmuş zəruri elementlərin heç biri göstərilməmişdir. «Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 02 iyun 2016-cı il tarixli 10 №-li Qərarının 19-cu bəndində göstərilmişdir ki, məhkəmələrə tövsiyə edilsin ki, əməli qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq (Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi) kimi qiymətləndirərkən bu tövsifedici əlamətin anlayışı verilmiş Cinayət Məcəlləsinin 34.2-ci maddəsinin tələblərinə əsaslansınlar. Bu zaman nəzərə alınmalıdır ki, iki və ya daha çox şəxsin qabaqcadan razılaşmaqla qaçaqmalçılıq cinayətinin obyektiv cəhətini təşkil edən, Cinayət Məcəlləsinin 206.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərdən hər hansı birinin və ya bir neçəsinin edilməsi qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq hesab edilir. Bununla yanaşı qaçaqmalçılığın törədilməsi barədə qabaqcadan razılaşmış şəxslərdən biri (bir neçəsi) bu cinayətin bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması istiqamətində müəyyən hərəkətlər etdikdə (məsələn, qaçaqmalçılığın predmeti olan mal və ya digər əşyaları gömrük sərhədinədək müşayiət etdikdə, malların və ya digər əşyaların gömrük sərhədindən qanunsuz, o cümlədən gizli keçirilməsinin təmin edilməsi məqsədilə bilavasitə icraçını xüsusi avadanlıqla və ya nəqliyyat vasitələri ilə təmin etdikdə, yaxud gömrük nəzarətindən kənar yerlərdə gömrük sərhədini maneəsiz keçmək üçün şərait yaratdıqda, yaxud qeyd olunan əşyaların bilavasitə keçirildiyi yerlərdə onları qəbul etdikdə və sair), digəri (digərləri) isə mal və ya digər əşyaları bilavasitə ölkəyə gətirdikdə və ya ölkədən apardıqda da təqsirkarların hamısının əməlləri Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə tövsif edilir. Hazırki cinayət işi üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 tərəfindən qeyd olunan hərəkətlərdən hər hansı birinin törədilməsi, yəni qaçaqmalçılığın predmeti olan mal və ya digər əşyaları gömrük sərhədinədək müşayiət etmə, malların və ya digər əşyaların gömrük sərhədindən qanunsuz, o cümlədən gizli keçirilməsinin təmin edilməsi məqsədilə bilavasitə icraçını xüsusi avadanlıqla və ya nəqliyyat vasitələri ilə təmin etmə, yaxud gömrük nəzarətindən kənar yerlərdə gömrük sərhədini maneəsiz keçmək üçün şərait yaratma, yaxud qeyd olunan əşyaların bilavasitə keçirildiyi yerlərdə onları qəbul etmə və sair bu kimi hərəkətlər müəyyən olunmamışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsinin İ hissəsinə əsasən, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Bu maddənin İİ hissəsində isə müəyyənləşdirilmişdir ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Azərbaycan Respublikasının Konstitusiyasının həmin normasını eynilə əks etdirən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsi həmçinin nəzərdə tutur ki, bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 42.1.4.-cü maddəsinə görə, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilmədikdə onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Məhkəmə istintaqı vaxtı aparılmış hərtərəfli araşdırma nəticəsində təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının CMnin 32.5., 206.3.2.-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətmələri, belə bir əməlin törədilməsində iştirakları və belə iştiraka yönəlmiş hər hansı qəsdləri sübuta yetirilməmişdir. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 234.4.1.-ci, 234.4.3.-cü və 240.3.2.-ci maddələri ilə ittiham elan edərkən iş üzrə toplanmış sübutların məcmusuna düzgün istinad edib obyektiv və əsaslı hüquqi nəticəyə gəlsə də Azərbaycan Respublikasının CM-nin 32.5., 206.3.2.-ci maddəsi ilə ittiham irəli sürməkdə əsassız qənaətə gəlmişdir. Məhkəmə, yuxarıda göstərilən sübutları tədqiq edərək hesab edir ki, ibtidai istintaq orqanının istinad etdiyi sübutlar təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ittiham edildikləri maddələri qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni, psixotrop maddəni, narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri əldə edib saxlamaqla daşımalarını göndərməsini təsdiq edir. Məhkəmə iş üzrə sübut edilən hallara qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının CM-nin 32.5., 206.3.2.-ci maddəsində nəzərdə tutulan əməli törətmələrində təqsirləri sübuta yetirilmədiyindən onlara həmin maddə ilə bəraət verilməlidir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əməllərinin Azərbaycan Respublikasının CM-nin 234.4.1.-ci, 234.4.3.-cü və 240.3.2.-ci maddələrinin, Təqsirləndirilən şəxs1 əməllərinin həmçinin Azərbaycan Respublikasının CM-nin 206.3.2.-ci maddəsinin dispozisiyalarında ehtiva olunmayan tamah niyyəti kimi qiymətləndirilməsi üçün heç bir hüquqi əsasın olmadığı qənaətindədir. Məhkəmə törətdikləri cinayətdə Təqsirləndirilən şəxs2 özünü təqsirli bilməməsinə və Təqsirləndirilən şəxs3 özünü qismən təqsirli bilməsinə tənqidi yanaşaraq hesab edir ki, onların göstərdikləri işin faktiki hallarına uyğun deyildir və digər mötəbər sübutlarla təkzib olunur. Məhkəmə onların bu ifadələrini özünümüdafiə xarakteri daşımaqla cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə yalan ifadələr verməsi qənaətinə gəlir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanununun 1.0.11.-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması – miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlərdir. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234-cü maddəsinin həmin Məcəllənin 237-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2021-ci 6 iyul tarixli qərarına əsasən, toplanılan narkotik tərkibli bitkilərdən və ya onların hissələrindən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda və yaxud satış məqsədi ilə istənilən miqdarda narkotik vasitənin hazırlanması və bundan sonra onun saxlanılması, daşınması, göndərilməsi, emal edilməsi, yaxud satılması kimi cinayət əməlləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 17.1-ci maddəsinin tələblərinə müvafiq olaraq bu Məcəllənin 234 və 237-ci maddələri ilə tövsif edilməlidir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2011-ci il 4 mart tarixli 2 nömrəli Qərarının 9cu bəndinə görə, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun həmin Qərarının 4-cü bəndinə görə, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qeyd edilən Qərarında həmçinin göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında» 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanununun şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə İ siyahısında narkotik vasitə heroin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 2 qram, narkotik vasitə həşiş qətranı şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,4 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 40 qram, narkotik vasitə qurudulmuş marixuana şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 5 qram külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 500 qram, narkotik vasitə metadon şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,02 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 1,6 qram, narkotik vasitə tiryək şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,5 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 50 qram, İİ siyahısında psixotrop maddə metamfetamin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 2 qram, «Güclü təsir edən maddələr və onların külli miqdarının, habelə zəhərli maddələrin siyahılarının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının 2016-cı il 18 mart tarixli 180-VQ nömrəli Qanununun güclü təsir edən maddələr və onların külli miqdarının siyahısında tramadol hidroxlorid külli miqdar (qramlarla) daxil olmaqla aşağı həddi 6 qram müəyyən olunmuşdur. Beləliklə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 32.5., 206.3.2.-ci, 234.4.1.-ci, 234.4.3.-cü və 240.3.2.-ci maddələrində, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının CM-nin 234.4.1.-ci, 234.4.3.-cü və 240.3.2.-ci maddələrində ittiham edildikləri cinayət əməllərini törətmələri məhkəmə istintaqında hərtərəfli araşdırılmışdır, şahidlərin ifadələri, məhkəmə istintaqında elan edilərək tədqiq olunmuş şahidin ifadəsi, maddi sübutların mövcudluğu, ekspert və tibbi yoxlamanın rəyləri, eləcə də iş üzrə başqa mötəbər sübutlarla tam təsdiq olunur. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 törətdikləri əməllərin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikasının CM-nin 8.1.-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cəza təyin edərkən Azərbaycan Respublikasının CM-nin 41.2.-ci və 58.3.-cü maddələrinə əsaslanaraq cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onların islah olunmalarına, ailə vəziyyətlərinə təsirini, habelə təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cinayətin törədilməsindəki rollarını nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsi əsasında Təqsirləndirilən şəxs3 himayəsində iki azyaşlı uşağının olmasının işdə cəzanı yüngülləşdirən hal olduğunu nəzərə almaqla sonuncunun və valideynlərinin məcburi köçkün olmaqla atasının müharibə veteranı olmasını, təqsirləndirilən şəxslərin hər üçünün ilk məhkumluqlarını, əməllərindən peşman olmalarını, Təqsirləndirilən şəxs2 barəsində qeydiyyatda olduğu, Təqsirləndirilən şəxs3 barəsində yaşadığı yerlər üzrə şikayət daxil olmamasını cəzalarını yüngülləşdirən hallar kimi qəbul edir. Məhkəmə habelə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əməllərində Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə görə cəzasını ağırlaşdıran hal yoxdur. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur və onlar törətdikləri əməllərə görə təqsirli bilinib cəzalandırılmalıdırlar. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 56.1.2.-ci maddəsini əsas tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 onlara təyin ediləcək azadlıqdan məhrumetmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Cinayət işi üzrə məcburi-narkoloji tibbi yoxlamaya əsasən Azərbaycan Respublikasının CM-nin 93.1.-ci və 93.1.2.-ci maddələrinə müvafiq olaraq təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs2 narkomaniyadan müalicə edilmək üçün tibbi xarakterli məcburi tədbirlər təyin olunmaqla ərazi narkoloji dispanserdə qeydiyyata götürülməli, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 isə narkomaniyadan müalicə edilmək üçün tibbi xarakterli məcburi tədbirlər təyin olunmamalıdır. İş üzrə mülki iddia və ya üzərinə həbs qoyulmuş əmlak yoxdur. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 2012-ci il 7 mart tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2.-ci maddəsi əsasında, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Azərbaycan Respublikasının CPM-nin 99-1.1.2.-ci maddəsinə əsasən, şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla) əvəzsiz olaraq dövlət nəfinə alınmalıdır. Azərbaycan Respublikasının CPM-nin 132.0.1.-ci maddəsinə uyğun olaraq, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Qeyd edilən normaların tələbləri isə ona dəlalət edir ki, əmlak müsadirəsi məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının CM-nin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədiyindən onların barələrində xüsusi müsadirə tətbiq olunmamalı, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maliyyə-Plan İdarəsinə təhvil verilib Təqsirləndirilən şəxs1 təqdim etdiyi narkotik vasitələrin qanunsuz dövriyyəsindən əldə olunan 5.000 manat məbləğində nağd pul xüsusi müsadirə olunmaqla əvəzsiz olaraq dövlət nəfinə alınmalıdır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 haqqında seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq saxlanılmaq üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin növbətçi hissəsinin maddi sübutların saxlanma kamerasına təhvil verilməklə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ümumilikdə aşkar edilərək götürülən narkotik vasitələr heroinin, qurudulmuş marixuananın, həşiş qətranının, tiryəkin, psixotrop maddə metamfetamin, metadon və tramadol həblərinin tədqiqatdan sonrakı müvafiq qaydada 6.306,266 qram, 3.178,989 qram, 198,73 qram, 130,048 qram, 12.236,817 qram, 10.099 və 6.314 həb qalıqları, eləcə də üç ədəd elektron tərəzi, plastik bank kartları və bir ədəd qeydiyyat dəftəri məhv edilməli, iki ədəd «Samsung» və bir ədəd «Honor» markalı mobil telefonlar sonuncuların yaxın qohumlarına qaytarılmalı, dörd ədəd DVD və səkkiz ədəd CD disklərinin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalıdır. İş üzrə 465,1 manat təşkil edən ekspertiza tədqiqatlarının dəyəri təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 hər birindən 155,03 manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmədə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 hüquqlarının müdafiəsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi3, Müdafiəçi2 və X9 tərəfindən müvafiq qaydada 100 iş saatı, 20 iş saatı və 05 iş saatı müddətində həyata keçirilmişdir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 3 may tarixli 202 №-li qərarına uyğun olaraq, təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Bununla da təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 göstərilən hüquqi yardımla əlaqədar Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından Müdafiəçi3, Müdafiəçi2 və X5 vəkil işlədikləri Bakı şəhəri 19 saylı Vəkil Bürosunun nəfinə (VÖEN: **********) 600 manat, 120 manat və 30 manat köçürülməlidir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2021-ci il 24 dekabr tarixli 15 saylı Qərarının 56-cı bəndində göstərilir ki, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzası təyin edilərkən hökmün nəticəvi hissəsində cəza çəkmə müddətinin hansı qaydada hesablandığı heç bir şübhə doğurmamalıdır. Nəzərə almaq lazımdır ki, hökmlə təyin olunan cəza müddətinə ibtidai həbs müddətindən başqa təqsirləndirilən şəxsin azadlığı faktiki məhdudlaşdırıldığı zaman da daxil olmaqla şübhəli şəxs qismində tutulduğu müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarına əsasən prosessual məcburiyyət tədbirlərinin tətbiqi qaydasında tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlanıldığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək davam edən müddət də daxildir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2006-cı il 30 mart tarixli 5 №-li qərarının 15-ci bəndində göstərilir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır. Məhkəmə «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2021-ci il 24 dekabr tarixli 15 saylı Qərarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq Azərbaycan Respublikasının CPM-nin 158.2.-ci maddəsinə əsaslanaraq hesab edir ki, cəzaçəkmənin əvvəli tutulduqları gündən, yəni Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində 2021-ci il aprelin 17-dən, Təqsirləndirilən şəxs3 barəsində isə 2021-ci il aprelin 14-dən hesablanmalıdır. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 193-cü, 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci, 384-cü maddələrini rəhbər tutaraq hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 32.5., 206.3.2.-ci maddəsi ilə təqsirli bilinib 07 (yeddi) il, Azərbaycan Respublikasının CM-nin 234.4.1.-ci və 234.4.3.-cü maddələri ilə təqsirli bilinib 11 (on bir) il 06 (altı) ay, Azərbaycan Respublikasının CM-nin 240.3.2.-ci maddəsi ilə təqsirli bilinib 06 (altı) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun, Azərbaycan Respublikasının CM-nin 66.3.-cü maddəsi əsasında Təqsirləndirilən şəxs1 təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə o, qəti olaraq 15 (on beş) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 2021-ci il aprelin 17-dən hesablansın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 234.4.1.-ci və 234.4.3.-cü maddələri ilə təqsirli bilinib 11 (on bir) il 06 (altı) ay, Azərbaycan Respublikasının CM-nin 240.3.2.-ci maddəsi ilə təqsirli bilinib 06 (altı) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun, Azərbaycan Respublikasının CM-nin 66.3.-cü maddəsi əsasında X20 təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə o, qəti olaraq 13 (on üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun. X12 Azərbaycan Respublikasının CM-nin 32.5., 206.3.2.-ci maddəsində nəzərdə tutulan əməli törətməsində təqsiri sübuta yetirilmədiyindən ona həmin maddə ilə bəraət verilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 2021-ci il aprelin 17-dən hesablansın. Təqsirləndirilən şəxs2 narkomaniyadan müalicə edilmək üçün tibbi xarakterli məcburi tədbirlər təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının CM-nin 234.4.1.-ci və 234.4.3.-cü maddələri ilə təqsirli bilinib 09 (doqquz) il 06 (altı) ay, Azərbaycan Respublikasının CM-nin 240.3.2.-ci maddəsi ilə təqsirli bilinib 05 (beş) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun, Azərbaycan Respublikasının CM-nin 66.3.-cü maddəsi əsasında Təqsirləndirilən şəxs3 təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə o, qəti olaraq 10 (on) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının CM-nin 32.5., 206.3.2.-ci maddəsində nəzərdə tutulan əməli törətməsində təqsiri sübuta yetirilmədiyindən ona həmin maddə ilə bəraət verilsin. Təqsirləndirilən şəxs3 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 2021-ci il aprelin 14-dən hesablansın. 465,1 manat təşkil edən ekspertiza tədqiqatlarının dəyəri təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 hər birindən 155,03 manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından Müdafiəçi3, Müdafiəçi2 və X5 vəkil işlədikləri Bakı şəhəri 19 saylı Vəkil Bürosunun nəfinə (VÖEN: **********) 600 manat, 120 manat və 30 manat köçürülsün. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınaraq saxlanılmaq üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin növbətçi hissəsinin maddi sübutların saxlanma kamerasına təhvil verilməklə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ümumilikdə aşkar edilərək götürülən narkotik vasitələr heroinin, qurudulmuş marixuananın, həşiş qətranının, tiryəkin, psixotrop maddə metamfetamin, metadon və tramadol həblərinin tədqiqatdan sonrakı müvafiq qaydada 6.306,266 qram, 3.178,989 qram, 198,73 qram, 130,048 qram, 12.236,817 qram, 10.099 və 6.314 həb qalıqları, üç ədəd elektron tərəzi, plastik bank kartları və bir ədəd qeydiyyat dəftəri məhv edilsin, iki ədəd «Samsung» və bir ədəd «Honor» markalı mobil telefonlar sonuncuların yaxın qohumlarına qaytarılsın, dörd ədəd DVD və səkkiz ədəd CD disklərinin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barəsində xüsusi müsadirə tətbiq edilməsin, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maliyyə-Plan İdarəsinə təhvil verilib Təqsirləndirilən şəxs1 təqdim etdiyi narkotik vasitələrin qanunsuz dövriyyəsindən əldə olunan 5.000 manat məbləğində nağd pul xüsusi müsadirə olunmaqla əvəzsiz olaraq dövlət nəfinə alınsın. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 haqqında seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 isə hökmün surətinin verildiyi) andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən İradə Həsənzadə Hakimlər Əhməd Quliyev Azər Paşayev
Məhkəmə qərarları › İş №1(101)-385/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-385/2022
28.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver