Məhkəmə qərarları › İş №1(101)-385/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-385/2024

13.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-385/2024 13.02.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Sadıxov Rasim Əkrəm oğlu (sədrlik edən), Kərimov Novruz Ağakərim oğlu və Əsgərova-X5 ibarət tərkibdə, məhkəmə iclasının katibi X4, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X6 nümayəndəsi «Güvən» Vəkil Bürosunun vəkili Nümayəndə, təqsirləndirilən şəxsin qanuni nümayəndəsi: Qanuni nümayəndə, müdafiəçi: Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Əsgər oğlunun, mütəxəssis (müəllim-psixoloq) X1 iştirakları ilə açıq məhkəmə iclasında xx.xx.2007-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Bakı şəhəri, Xətai rayonu, 261 nömrəli məktəb-liseyin 9-cu sinif şagirdi, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Xətai rayonu, Sarayev küçəsi, ev 14, mənzil 63-də qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs xx.xx.1977-ci ildə Ermənistan Respublikasının Tumanyan rayonunda anadan olmuş və onunla eyni mənzildə yaşayan anası Zərərçəkmiş şəxs daimi olaraq onun şərəf və ləyaqətini alçaldıb təhqir etməklə fiziki ağrılar yetirməsindən bezərək sonuncunu öldürməklə qisas almaq qərarına gəlib xx.xx.2023-cü il tarixdə, saat 06 radələrində yaşadıqları Bakı şəhəri, Xətai rayonu, Sarayev küçəsi ev 14 ünvanında yerləşən 63 nömrəli mənzilin mətbəxindən deşici-kəsici xassəyə malik zavod üsulu ilə hazırlanmış, tiyəsinin uzunluğu 150 mm, dəstəyinin uzunluğu 130 mm olan məişət təyinatlı mətbəx bıçağını götürüb mənzilin yataq otağına daxil olmuş və çarpayıda yatan Zərərçəkmiş şəxs müstəsna dərəcədə qəddarlıq və rəhimsizlik nümayiş etdirərək xüsusi amansızlıqla qəsdən öldürmək məqsədilə bədəninin müxtəlif nahiyələrinə həmin bıçaqla vurmağa başlamış, sonuncu oyanaraq həyatını xilas etmək üçün müqavimət göstərməklə yanaşı mənzilin digər yataq otağına qaçmış, o isə Zərərçəkmiş şəxs xüsusi amansızlıqla qəsdən öldürməyə yönələn hərəkətlərini davam etdirərək bacıları Şahid2 və Şahid3 gözü qarşısında sonunculara xüsusi əzab verməsini dərk edərək xüsusi amansızlıqla qəsdən öldürmək məqsədi ilə həmin yataq otağında, daha sonra isə hamam otağında bıçaqla Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə zərbələr vuraraq ümumilikdə və ayrıayrılıqda canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərərvurmanın əlamətlərinə malik və ölümü ilə bir başa səbəbli əlaqəli olan döş qəfəsinin arxa səthinin sol yarısında, daxilə-döş boşluğuna keçib, ətraf yumşaq toxumaları və sol ağciyəri zədələyən, sol tərəfli hemopnevmotoraks, ürəkdə çoxsaylı Minakov ləkələri, döş boşluğunda çoxlu miqdarda duru və laxtalı qan, daxili üzvlərin azqanlığı, kəskin və çoxlu qanitirmə ilə müşayət olunan 02 (iki) ədəd daxilə keçən deşilmiş – kəsilmiş yara xəsarətləri, habelə ümumilikdə və ayrı-ayrılıqda canlı şəxslərdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan YÜNGÜL zərərvurmanın əlamətlərinə malik baş nahiyəsində 16 (on altı) ədəd, sol yanaq nahiyəsində 01 (bir) ədəd, alt çənə nahiyəsində 04 (dörd) ədəd, döş qəfəsinin arxa səthində 10 (on) ədəd, sağ yuxarı ətraf nahiyəsinin bütün səviyyələrində 15 (on beş) ədəd, sağ əl nahiyəsinin arxa səthində 13 (on üç) ədəd, ümumilikdə 59 (əlli doqquz) ədəd kəsilmiş yara xəsarətləri, ümumilikdə və ayrı-ayrılıqda canlı şəxslərdə sağlamlığa zərərvurmayan xəsarətlərin əlamətlərinə malik baş nahiyəsinin bütün səviyyələrində 21 (iyirmi bir) ədəd, döş qəfəsinin ön səthinin sol yarısında 04 (dörd) ədəd, döş qəfəsinin arxa səthində 14 (on dörd) ədəd, sağ əlin ovuc səthində 09 (doqquz) ədəd, sol yuxarı ətraf nahiyəsinin bütün səviyyələrində 35 (otuz beş) ədəd, sol əl nahiyəsinin arxa səthində 06 (altı) ədəd, ovuc səthində isə 02 (iki) ədəd, sol aşağı ətraf nahiyəsinin bütün səviyyələrində 35 (otuz beş) ədəd və sağ bud nahiyəsinin bayır səthində 03 (üç) ədəd, ümumilikdə 129 (yüz iyirmi doqquz) ədəd kəsilmiş səthi dəri yara xəsarətləri - cəmi 190 (yüz doxsan) ədəd bədən xəsarətləri yetirərək Zərərçəkmiş şəxs xüsusi amansızlıqla qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, mərhum Zərərçəkmiş şəxs anası olmuşdur. Qanuni nümayəndə isə atasıdır. Onun ondan böyük bacıları Nigar və Nərmin adlı bacıları vardır. O, uşaqlıq dövründə anası tərəfindən pis rəftara məruz qalmış, anası onun ləyaqətini alçaldır, oxlovla onu mütəmadi olaraq döyürdü. Hətta bir dəfə sinif yoldaşı Adil ilə telefonla danışan zaman anası üstünə qışqıraraq onu təhqir etmiş, bunu hətta Adil eşidərək qorxusundan telefonu söndürmüşdür. Anasının ona, bacılarına və atasına pis rəftarından bezərək onu qətlə yetirmək qərarına gəlmişdir. Hətta atası anasını boşasın deyə anasının telefonunda gizlin olaraq Tofiq adlı şəxsin saxta profilini yaratmışdır ki, guya anası bu şəxslə ünsiyyət yaradır. xx.xx.2023-cü il tarixdə, saat 18 radələrində atası mühafizəçi işlədiyi şirkətə gecə növbəsinə işə getmiş və xx.xx.2023-cü il tarixdə saat 08 radələrində evə gəlməliymiş. 09 fevral 2023-cü il tarixdə o məktəbə getmiş, günorta saatlarında məktəbdən çıxaraq evə gəlib nahar edərək yenidən hazırlığa getmişdir. Hazırlıqdan evə gəldikdən sonra bir qədər telefonla oynadıqdan sonra gecə saat 12 radələrində yatmışdır. O, qonaq otağında, bacıları öz otaqlarında, anası isə öz yataq otağında yatmışdır. Anasına qarşı əsəbiləri soyumadığı üçün anasını öldürərək ondan canını qurtarmaq istəmişdir. Bütün gecə bunu fikirləşdiyi üçün yata bilməmişdir. O, xx.xx.2023-cü il tarixdə, saat təxminən 05-06 radələrində yatdığı otaqdan çıxaraq evin mətbəxinə getmiş, mətbəxdəki stolun üzərindən mətbəx bıçağını götürərək anasının yatdığı otağa keçmiş və öz çarpayısında yatan anasının başına və bədəninin müxtəlif nahiyələrinə ardıcıl bir neçə bıçaq zərbəsi vurmuşdur. Anası yuxudan ayılaraq qışqırıb bıçağı ondan almağa çalışmış, müqavimət göstərmiş, otaqdan onun əlindən qaçaraq bacıları yatan otağa keçmiş, o, bıçaq əlində anasının arxasınca qaçmış, səs-küyə oyanan bacıları Nigar və Nərmini qorxuzaraq qarşımamalarını deyərək və həmin otaqda anasının baş və bədənin müxtəlif nahiyələrinə bir neçə bıçaq zərbəsi vurmuş, anası güclə ayaq üstə qalaraq əvvəlcə tualetə, sonra isə hamam otağına keçib hamam otağının qapısını bağlamağa çalışsa da, o, qapını içəri doğru itələmiş və anası yerə yıxılmışdır. Hamam otağında da yıxıldığı yerdə anasına bir neçə bıçaq zərbəsi vurmuş, anasının səsi kəsilmiş və qan içində yerdə uzanıqlı vəziyyətdə qalmışdır. Bundan sonra anasının öldüyünü zənn edərək hamamdan çıxmış, halı pisləşmiş, şok vəziyyətinə düşmüşdür. Bacılarının atasına etdikləri zəngə görə atası evə gəlmi, həmçinin evə təcili yardım və polis əməkdaşları gəlmişlər. Etdiyi əməldən peşmandır. Məhkəmə iclasında ibtidai istintaq zamanı zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X6 ifadəsi elan olunaraq müəyyən edilmişdir ki, qızı Zərərçəkmiş şəxs Gəncə şəhərində yerləşən 39 nömrəli tam orta məktəbi bitirmiş və Gəncə şəhərində yerləşən Texnikumda orta-ixtisas təhsili almışdır. Zərərçəkmiş şəxs Qanuni nümayəndə ilə ailə həyatı qurmuş və onların birgə nikahından 21 yaşlı Şahid2, 19 yaşlı Şahid3 və 15 yaşlı Təqsirləndirilən şəxs doğulmuşdur. Solmaz öz ailə üzvləri ilə birlikdə ünvan 1-də yaşamışdır. Solmaz Bakı şəhərində yerləşən “8 KM” bazarında qadın paltarları satıcısı işləmişdir. Təxminən bir il yarımdan artıq müddət olar ki, Nigar və Ziya hansısa dini cərəyana qoşulmuş, valideynlərdən xəbərsiz müxtəlif yığıncaqlarda iştirak edərək dərslərdən yayınmışdırlar. Solmaz xəbər tutmuşdur ki, qızı Nigar təhsil aldığı universitetdən çıxmış, bacısı Nərmini də oxuduğu liseydən çıxarmış və onu aldadaraq demişdir ki, onların dini qrupunda yaxşı bir oğlan var, yığışdıqları kafedə onu dərslərdən hazırlayar, universitetə daxil olar. Solmaz bundan xəbər tutandan sonra uşaqların dini paltarlarını yandırmış, onlardan dini yığıncaqlara getməməyi tələb etmişdir. Bundan sonra ailədə dava-dalaş yaranmış və Ziya anasına demişdir ki, bu sənə baha başa gələcəkdir. Ziyanın bu dərəcədə aqressiv olmasına, dərsdən yayınaraq dini yığıncaqlara getməsinə səbəb bacısı Nigar olmuşdur. 25 oktyabr 2022-ci il tarixdə Solmazgilin evindən 18 min ABŞ dolları, 10 min manat və ailəyə məxsus 1 kq-a qədər qızıl-ziynət əşyaları oğurlanmışdır. Eyni zamanda evdə yanğın baş vermişdir. Təsadüfi deyildir ki, şkafın ancaq oğurlanan pulun və qızılın saxlandığı hissəsi yanmışdır. Solmaz və Faiq telefonla danışıb bunu onlara xəbər verəndə bildirmişdirlər ki, bu Nigarla Ziyanın işidir. Lakin, onlar uşaqların adına söz çıxmasın deyə oğurluq barədə polisə xəbər verməmişdirlər. Uşaqlar isə oğurladıqlarını kimlərə verdiklərini gizlədib heç nə deməmişdirlər. Bundan başqa onun həyat yoldaşı Anaxanım Hüseynova 2 yanvar 2023-cü ildə Bakı şəhərinə qızı Solmazın evinə qonaq gəlmişdir. Anaxanım boynunda olan 60 qramlıq qızıl boyunbağını çıxarıb evə qoymuş və həmin boyunbağı yoxa çıxmışdır. Evdə hamı bilmişdir ki, bu Ziya ilə Faiqin işidir. Lakin, onlar heç nəyi boynuna almamışdırlar. Bundan başqa, 4 fevral 2023-cü il tarixdə Ziya anası Solmazı balkondan itələyərək yerə yıxmaq istəmiş, lakin Solmaz özünü yıxılmaqdan güclə saxladığı üçün Ziyanın istəyi baş tutmamışdır. Solmaz Ziyadan nə üçün belə hərəkət etdiyini soruşduqda, Ziya demişdir ki, guya zərafat edir. Bütün bu olanları Solmaz telefonla danışıq zamanı onlara bildirmişdir. 10 fevral 2023-cü il tarixdə, saat 06 radələrində Təqsirləndirilən şəxs onun qızı Zərərçəkmiş şəxs yaşadığı evdə çoxsaylı bıçaq zərbələri vuraraq qəsdən öldürmüşdür. Hadisə baş verən vaxt uşaqların ataları Faiq evdə olmamış, cinayəti gizlətmək üçün Nigar Faiqə zəng vuraraq Solmazın özü-özünə bıçaq zərbələri vuraraq intihar etdiyini demişdir. Lakin, hüquq-mühafizə orqanı əməkdaşları hadisə yerinə gəldikdən sonra müəyyən edilmişdir ki, bu intihar hadisəsi deyil, qətldir. Təqsirləndirilən şəxs bu əməli törətməkdə kömək etmiş Şahid2 da cinayət məsuliyyətinə cəlb edilməsini tələb edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qanuni nümayəndə ifadəsində göstərmişdir ki, 15 yaşı olan Təqsirləndirilən şəxs doğma oğludur. Mərhum Zərərçəkmiş şəxs isə onun həyat yoldaşı olmuşdur. Solmaz çox əsəbi adam idi. Evdə və işlədiyi paltar geyimi mağazasında heç kəslə yola getmirdi. Kiçik bir səbəb onun hövsələdən çıxmasına, onu, oğlu Ziya, qızları Nigar və Nərmini söyüb təhqir etməsi, hətta fiziki zor tətbiq etməsi üçün əsas olurdu. Solmaz bir dəfə onunla mübahisə edən zaman mətbəx bıçağı ilə ayağından xəsarət yetirmişdir. Lakin Solmaz arvadı olduğu üçün ondan polisə şikayət etməmişdir. O, 2006-cı ildən hazıradək "xxxx" X3 xidmətinin mühafizəçisi işləyir. İşə gecə növbəsinə çıxmalı olur. Bu zaman Solmaz uşaqları ilə evdə olurdu. X17 lap kiçik yaşlarında ona qarşı daha soyuq olmuş, onu söyüb təhqir etmək üçün bəhanələr axtarırdı. Sonradan Ziyadan bilmişdir ki, hadisə günü, yəni xx.xx.2023-cü il tarixdə Ziya hansısa dostu ilə telefonla danışan zaman Solmaz onu danlamış, təhqiredici sözlər demiş və bu sözləri Ziyanın dostu eşitmişdir. Bu vəziyyət Ziyaya çox pis təsir etmiş və o, anasından qisas almaq qərarına gəlmişdir. Bundan əvvəl də Ziya onu anasından boşatdırmaq məqsədilə anasının telefonunda saxta profil yaratmış, guya həmin profildə anasının başqa bir şəxslə sevgi söhbətləri aparmasını göstərmişdir. Ziya həmin telefonda olan yazışmaları ona göstərmiş, o isə mətbəxdə olan Solmazın yanına keçərək həmin yazışmaları ona təqdim etmiş və bunun nə olduğunu soruşmuşdur. Solmaz həyəcan keçirmiş, bu yazışmaların ona aid olmadığını bildirmiş, əlini Qurana basa biləcəyini demişdir. O, Solmaza inanmışdır. Belə ki, Solmaz əsəbi qadın olsa da əxlaqsız olmamışdır, ona həmişə sadiq olmuşdur. Hadisə günü xx.xx.2023-cü il tarixdə, gün ərzində evdə olmuş, saat 18 radələrində işə getmiş, xx.xx.2023-cü il tarixdə, saat 08 radələrində evə qayıtmali idi. xx.xx.2023-cü il tarixdə, saat 06 radələrində qızı Nərmin Solmazın telefonundan ona zəng vuraraq demişdir ki, Ziya anaları Solmazı öldürübdür. Dərhal işdən çıxaraq evinə getmiş, mənzilə daxil olanda görmüşdür ki, qızları qonaq otağında divanda əyləşmiş, Ziya isə ayaq üstə dayanaraq ağlayırdı. Solmazı gözü axtardıqda hamam otağının qapısı açıq olduğu üçün onu yerdə uzanıqlı vəziyyətdə, bədəninin qana bulaşdığını görmüşdür. Solmaza yaxınlaşaraq barmağı ilə nəbzini yoxlamış və nəbzinin dayandığını görüb Solmazın öldüyünü başa düşmüşdür. Bundan sonra Ziyadan soruşmuşdur ki, “niyə belə elədin?, niyə öldürdün?” Ziya isə ağlamış və ona heç bir cavab verməmişdir. Sonra o, zəng edərək hadisə barədə qardaşı Nizamiyə və Gəncə şəhərində yaşayan qayınatası Sabir Hüseynova məlumat vermişdir. O, təcili tibbi yardıma məlumat vermiş, təcili tibbi yardım briqadasının əməkdaşları evinə gələrək Solmazın ölüm faktını təsdiq etmiş və bu barədə Xətai RPİ-nə məlumat vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun kiçik qardaşıdır, mərhum Zərərçəkmiş şəxs isə anası olmuşdur. Ailədə ata-ana, qardaşı Ziya, o və bacısı Nərmin olmaqla hamısı bir mənzildə yaşamışlar. Anaları əsəbi qadın olsa da ona, bacısına, qardaşına və atasına qayğı göstərmiş, onlara yemək bişirmiş, onlara paltar almış, bir ana kimi lazım olan hər bir şeyi etmişdir. Bununla yanaşı anası çox çılğın qadın olmuş, onları döyür, təhqir edir, hətta ataları ilə belə yola getmir, onu da söyüb təhqir edirdi. Əsəbləşdiyi zaman anaları mətbəxdəki bıçaqla atasına xəsarət yetirmiş, başqa bir vaxt isə bıçaqla onun bədəninə vurmaqla döymüşdür. xx.xx.2023-cü il tarixdə, anası Solmaz günorta saatlarında evə gəlmiş, həmin tarixdə, saat 18 radələrində atası Faiq isə gecə növbəsində olduğu üçün işə getmişdir. Həmin gün təxminən saat 23 radələrində o və bacısı Nərmin onlara aid yataq otağına keçərək yatmışlar. Bir vaxt qışqırıq səslərinə oyanmış, otaq qaranlıq olduğu üçün və yuxulu olduğu üçün heç bir şey anlaya bilməmiş, sonra isə qardaşı Ziyanın əlində bıçaq otaqda dayandığını görmüş, elə bilmişdir ki, Ziya onu və Nərmini vurmağa gəlmişdir. Lakin anasının qışqırıq səslərini eşidərək görmüşdür ki, anası da otaqdadır, özünü Ziyanın zərbələrindən qorumağa çalışır. Qorxaraq bacısı Nərmini otaqdan çıxarıb qonaq otağına keçib qapını bağlamışlar. Bundan əvvəl isə Ziya onları hədələyərək onun hərəkətlərinə müdaxilə etməməyi və qonaq otağından çıxmamağı tələb etmişdir. Həmin otaqda olan zaman anasının qışqırıq səslərini eşitmiş, lakin bir müddət sonra anasının qışqırıq səsləri kəsilmişdir. Bu vaxt artıq xx.xx.2023-cü il tarix saat 06 radələri olmuşdur. Bacısı ilə birlikdə qonaq otağından çıxaraq hamam otağında anasının hərəkətsiz vəziyyətdə uzanıb qaldığını görmüşlər. Analarının qan içində olmasını və artıq öldüyünü görmüşlər. Bundan sonra Nərmin atalarına zəng edərək hadisə barədə məlumat vermişdir. Bir azdan sonra ataları evə gələrək təcili tibbi yardım çağırmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun kiçik qardaşıdır, mərhum Zərərçəkmiş şəxs isə anası olmuşdur. Ailələri, yəni atası Qanuni nümayəndə, anası Zərərçəkmiş şəxs, böyük bacısı Şahid2 və qardaşı Təqsirləndirilən şəxs ünvan 1-də yaşamışlar. Atası Qanuni nümayəndə "xxxx" şirkətində mühafizəçi işləyir. Anası Solmaz isə “8-ci KM bazarı” deyilən yerdə qadın paltarları satıcısı işləmişdir. Bacısı Şahid2 “Xəzər” Universitetində təhsil almış, qardaşısı Ziya isə 261 saylı orta məktəbin 9-cu sinfində oxumuşdur. O isə “X18”ndə təhsil almışdır. Anası Solmaz ona, bacısı və qardaşına, həmçinin atalarına qarşı uzun illər sərt münasibət göstərmişdir. Hətta onlara qarşı fiziki zorakılıq etməkdən belə çəkinməmişdir. xx.xx.2023cü il tarixdə, saat 20 radələrində o, böyük bacısı Nigar və atası Faiq evin qonaq otağında olarkən qardaşı Ziya onlara yaxınlaşaraq anası Solmazın telefonunda xəbər saytlarına baxan zaman “İnstagram” sosial şəbəkəsinin mesaj bölməsində “Tofiq” adlı şəxsin anasına mesaj yazdığını gördüyünü demişdir. Həmin mesajlarda Solmaz “Tofiq” adlı şəxsə rus dilində “sevgilim” deyə müraciət etmiş və atası ilə qardaşını “biqeyrət” adlandırmışdır. Anası Solmaz isə həmin vaxt evin mətbəxində öz telefonu ilə məşğul olmuşdur. Atası Faiq bunu eşidəndə əsəbiləşmiş və anası Solmazın yanına gedərək “Tofiq” adlı şəxsin kim olduğunu anası Solmazdan soruşmuşdur. Anası Solmaz isə həmin şəxsi tanımadığını demişdir. Atası Faiq bir neçə dəfə təkidlə soruşsa da, anası Solmaz hətta “Quran”-a əl basaraq and içmişdir ki, həmin şəxsi tanımır. xx.xx.2023-cü il tarixdə, anası Solmaz günorta saatlarında evə gəlmiş, atası Faiq isə saat 18 radələrində işə getmişdir. Atası Faiq növbəli iş rejimində işlədiyindən xx.xx.2023-cü il tarixdə, saat 08 radələrində evə gəlməli idi. xx.xx.2023-cü il tarixdə, təxminən saat 23 radələrində o, bacısı Nigar, qardaşı Ziya və anası Solmaz yatmağa getmişlər. Ziya qonaq otağında, bacısı Nigar və o uşaq otağında, anası isə öz yataq otağında yatmışlar. xx.xx.2023-cü il tarixdə saat 05-06 radələrində anası Solmaz və qardaşı Ziya yüksək səs-küylə bacısı Nigarla onun yatdığı otağa daxil olduqları üçün o yuxudan oyanmış, lakin ilk anlarda nə baş verdiyini anlaya bilməmişdir. Tam ayıldıqda isə Ziyanın əlində mətbəxdə istifadə etdikləri bıçaqla anası Solmaza zərbə endirdiyini görmüşdür. Anası Solmazın bədəni qan içində olmuş və sonuncu, Ziyanın əlindən bıçağı almağa çalışırdı. O və bacısı qışqıraraq ağladıqları üçün Ziya onların üstünə qışqıraraq otaqdan çıxmalarını demişdir. O və bacısı Nigar qorxduqları üçün yatdıqları otaqdan qonaq otağına qaçıb gedərək, qonaq otağının qapısını örtmüşlər ki, Ziya həmin otağa daxil olmasın. Həmin otaqda olduqları zaman qardaşı analarının davadalaş səslərini, qışqırıqlarını eşitmişlər. Qonaq otağının qapısı bağlı olduğundan o və bacısı Nigar Ziyanın anaları Solmazı bıçaqla vurmağını görməmişlər. Təxminən 10-15 dəqiqə qonaq otağında qaldıqdan sonra anasının səsinin kəsilməsini eşidib, qonaq otağından çıxaraq görmüşlər ki, anaları Solmaz hamam otağında hərəkətsiz vəziyyətdə uzanıb qalmışdır. Anaları qan içində qalmış və artıq ölmüşdür. Bundan sonra o, atasına zəng edərək Ziyanın analarını öldürməsi barədə məlumat vermişdir. Atası Faiq qısa zamanda işdən evə gəlmiş, anaları Solmazın öldüyünü gördükdə təcili tibbi yardıma məlumat vermişdir. Daha sonra polis əməkdaşları hadisə yerinə gələrək qardaşını aparmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır. Belə ki, o, Bakı şəhəri, Xətai rayonu, 261 saylı məktəblitseyində rus dili-ədəbiyyat fənləri üzrə müəllim işləyir. Həmin məktəbdə Təqsirləndirilən şəxs və onun bacıları Nigar və Nərmin təhsil almışlar. O, Təqsirləndirilən şəxs 7-ci sinifdən həm müəllimi, həm də sinif rəhbəri olmuşdur. Ziyanı yalnız müsbət xarakterizə edə bilər. Ziya 7-ci sinfədək əlaçı olmuş, sonrakı müddətlərdə yaxşı şagird kimi özünü göstərmişdir. Ziyanın sinif yoldaşları ilə heç bir problemi olmamışdır. Hətta məktəbdə və sinifdə Ziyanın tutulduğunu bildikdə onun belə bir cinayət törətməsinə inanmamış, sinif yoldaşları bu xəbərdən sarsılaraq ağlamışlar. O, Ziyanın mərhum anası Zərərçəkmiş şəxs ilə yalnız telefon əlaqəsi saxlamışdır. Məktəbə yalnız Ziyanın atası Qanuni nümayəndə gəlibgetmişdir. Belə ki, bəzən digər müəllimlər Ziyanın dərsdə danışmasından gileyləndikdə o, Ziyanın anası Zərərçəkmiş şəxs zəng edib bu barədə məlumat verdikdə Zərərçəkmiş şəxs həmişə cavab verirdi ki, bəs atası gəlib maraqlanacaqdır. Təqsirləndirilən şəxs ailəsində mövcud olan hər hansı bir problem haqqında ona, digər müəllimlərə və yaxud sinif yoldaşlarına heç bir söz deməmişdir. Ziyanın belə bir ağır cinayətin törədilməsində ittiham olunmasının səbəbini məktəbdə heç kəs bilmir. Onu da qeyd etmək istəyir ki, Ziya mahnı ifaçısı olmaq istəyirdi. Bunun üçün vokal kurslarına getmək arzusunda olmuşdur. Lakin Ziyanın deməsinə görə vokalla məşğul olmağı anası qadağan etmiş, bu səbəbdən Ziya sinif yoldaşlarına deyirmiş ki, anası onu heç başa düşmür. Hətta o, Ziyanın anası Zərərçəkmiş şəxs zəng edib onun bu qadağasının səbəbi ilə maraqlanmış, Zərərçəkmiş şəxs ona cavab vermişdir ki, o, bu sənəti ciddi qəbul etmir, o sənətdə heç bir gəlir yoxdur. Ziyanın bacıları haqqında isə onu bildirir ki, onların müəllimi və sinif rəhbəri olmamış, onların barəsində bir söz deyə bilməz. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qardaşı Faiqin doğma oğludur. Mərhum Zərərçəkmiş şəxs isə qardaşı Faiqin arvadı olmuşdur. Qardaşı Faiqin yaşadığı mənzil atası Əliməmmədin mənzili olmuş, Faiq kiçik qardaşı olduğu üçün atası həmin mənzili Faiqə vermiş, özü də Faiqin ailəsi ilə həmin mənzildə bir müddət yaşamış, lakin sonra onun evinə yaşamağa gəlmişdir. Atası ona bildirmişdir ki, Faiqin arvadı Solmaz çox kobud qadındır, Faiqi, uşaqlarını və onu yola vermir, hamını incidir. O, qardaşı Faiqin evində üst-üstə 5-6 dəfə olmuş, baxmayaraq ki, evləri bir-birinə yaxındır. xx.xx.2023-cü il tarixdə qardaşı Faiq ona zəng edərək təcili evlərinə gəlməsini, Solmazın özünü intihar etməsini demişdir. Dərhal qardaşıgilə getmiş, hamısının təlaş içində olmasını görmuş, Solmazı isə hamam otağında döşəmədə üzüquylu olmaqla tərpənmədiyini görmüşdür. Elə zənn etmişdir ki, Solmaz özünə hamamda qəsd etmişdir. Lakin evə gəlmiş polis və prokurorluq əməkdaşları Ziya ilə mətbəxdə söhbət etmələrindən, Ziyanın mətbəxdən çıxaraq anasını harada bıçaqla vurduğu barədə verdiyi izahatından başa düşmüşdür ki, Solmazı oğlu Ziya qətlə yetirmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərində təqsirliliyi özünün, zərərçəkmiş şəxsin hüqui varisinin ibtidai istintaq zamanı verdiyi ifadəsi və şahidlərin verdikləri ifadələri ilə yanaşı məhkəmədə tədqiq edilən digər sübut növləri ilə də tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə elan edilib araşdırılmış «cinayət işinin başlanması haqqında» xx.xx.2023-c il tarixli qərardan müəyyən olunur ki, xx.xx.2023-cü il tarixdə, saat 08 radələrində Xətai RPİ-nin 34-cü PŞ-nin növbətçi hissəsindən rayon prokurorluğuna ünvan 1 ünvanında xx.xx.1977-ci ildə Zərərçəkmiş şəxs bədən səthi üzərində zorakılıq əlamətləri olan meyitinin aşkar edilməsi barədə məlumat daxil olmuşdur. Məhkəmədə elan edilib araşdırılmış “hadisə yerinə baxışin keçirilməsi haqqında» xx.xx.2023-cü il tarixli protokoldan müəyyən olunur ki, hadisə yeri Bakı şəhəri, Xətai rayonu, Sarayev küçəsi, ev 14, mənzil 63-dür. Hadisə yerində baxışda iştirak edən Təqsirləndirilən şəxs evin mətbəxindən götürdüyü bıçaqla anası Zərərçəkmiş şəxs xəsarətlər yetirməklə qəsdən öldürdüyünü etiraf etmişdir. Hadisə yerindən iş üçün əhəmiyyət kəsb edən dəstəyi qəhvəyi rəngdə, tiyəsi dəmir metaldan olan bıçaq qablaşdırılaraq götürülmüşdür. Məhkəmədə elan edilib araşdırılmış «şübhəli şəxsin tutulması haqqında» xx.xx.2023-cü il tarixli protokoldan müəyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli bilinərək tutulmuşdur. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Xətai rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından müəyyən olunur ki, Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həbsdə saxlama müddətinin əvvəli 10 fevral 2023-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmədə elan edilib araşdırılmış təqsirləndirilən şəxsin “ifadəsinin yerində yoxlanılması haqqında" xx.xx.2023-cü il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq edərək xx.xx.2023cü il tarixdə törətmiş olduğu cinayət əməlini hadisə yerində əyani şəkildə ardıcıllıqla göstərərək ünvan 1-də anası Zərərçəkmiş şəxs həmin mənzildə yataq otağında bacıları Nigar və Nərminin yataq otağında, dəhlizdə və hamam otağında bıçaqla vurduğunu təsdiq etmişdir. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X9 X22 Xətai rayon şöbəsinin xx.xx.2023-cü tarixli, 152 nömrəli rəyindən müəyyən olunur ki, 1973-cü il təvəllüdlü Qanuni nümayəndə bədənində hər hansı bir xəsarət aşkar edilməmişdir. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X9 X22 Xətai rayon şöbəsinin xx.xx.2023-cü tarixli, 153 nömrəli rəyindən müıyyən olunur ki, 2004-cü il təvəllüdlü Şahid3 bədənində hər hansı bir xəsarət aşkar edilməmişdir. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X9 X22 Xətai rayon şöbəsinin xx.xx.2023-cü tarixli, 154 nömrəli rəyindən müəyyən olunur ki, 2002-ci il təvəllüdlü Şahid2 bədənində hər hansı bir xəsarət aşkar edilməmişdir. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X9 X22 Xətai rayon şöbəsinin xx.xx.2023-cü il tarixli, 129 nömrəli rəyindən müəyyən olunur ki, 2007-ci il təvəllüdlü Təqsirləndirilən şəxs bədənində aşağıdakı qrup xəsarətlər müəyyən edilmişdir: boyun, sol mil-bilək oynağı və sol əlin arxa səthi nahiyələrində sıyrıqlar; sol əlin ovuc səthi və sol əlin çeçələ barmağın ovuc səthi nahiyələrində kəsilmiş səthi dəri yaraları. Qeyd olunan xəsarətlərdən boyun, sol mil-bilək oynağı və sol əlin arxa səthi nahiyələrində sıyrıqlar küt əşyanın (əşyaların), sol əlin ovuc səthi və sol əlin çeçələ barmağın ovuc səthi nahiyələrindəki kəsilmiş səthi dəri yaraları isə kəsici kənarlı əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixdə və şəraitdə, yəni anasını qətlə yetirərkən əmələ gələ bilərdilər, ümumilikdə və ayrı-ayrılıqda sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir. Vət. Təqsirləndirilən şəxs Faqi oğlunun bədənində müəyyən edilmiş xəsarətlərin sayına, xarakterinə və lokalizasiyasına görə həmin xəsarətlərin şəxsin özü tərəfindən yetirilməsi xarakterik deyildir. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X9 X22 Xətai rayon şöbəsinin xx.xx.2023-cü il tarixli, 15 nömrəli rəyindən müəyyən olunur ki, 1. Zərərçəkmiş şəxs meyitinin məhkəmətibbi ekspertizası zamanı bədənində aşağıdakı xəsarətlər aşkar edilmişdir : Döş qəfəsinin arxa səthinin sol yarısında, daxilə - döş boşluğuna keçib, ətraf yumşaq toxumaları və sol ağciyəri zədələyən, sol tərəfli hemopnevmotoraks, ürəkdə çoxsaylı Minakov ləkələri, döş boşluğunda çoxlu miqdarda duru və laxtalı qan, daxili üzvlərin azqanlığı, kəskin və çoxlu qanitirmə ilə müşayət olunan 02 (iki) ədəd daxilə keçən deşilmiş – kəsilmiş yaralar. Baş nahiyəsində 16 (on altı) ədəd, sol yanaq nahiyəsində 01 (bir) ədəd, alt çənə nahiyəsində 04 (dörd) ədəd, döş qəfəsinin arxa səthində 10 (on) ədəd, sağ yuxarı ətraf nahiyəsinin bütün səviyyələrində 15 (on beş) ədəd, sağ əl nahiyəsinin arxa səthində 13 (on üç) ədəd, ümumilikdə 59 (əlli doqquz) ədəd kəsilmiş yaralar. Baş nahiyəsinin bütün səviyyələrində 21 (iyirmi bir) ədəd, döş qəfəsinin ön səthinin sol yarısında 04 (dörd) ədəd, döş qəfəsinin arxa səthində 14 (on dörd) ədəd, sağ əlin ovuc səthində 09 (doqquz) ədəd, sol yuxarı ətraf nahiyəsinin bütün səviyyələrində 35 (otuz beş) ədəd, sol əl nahiyəsinin arxa səthində 06 (altı) ədəd, ovuc səthində isə 02 (iki) ədəd, sol aşağı ətraf nahiyəsinin bütün səviyyələrində 35 (otuz beş) ədəd və sağ bud nahiyəsinin bayır səthində 03 (üç) ədəd, ümumilikdə 129 (yüz iyirmi doqquz) ədəd kəsilmiş səthi dəri yaraları vardır.

2. Bu xəsarətlərdən döş qəfəsinin arxa səthinin sol yarısından, daxilə-döş boşluğuna keçib, ətraf yumşaq toxumaları və sol ağciyəri zədələyən, sol tərəfli hemopnevmotoraks, ürəkdə çoxsaylı Minakov ləkələri, döş boşluğunda çoxlu miqdarda duru və laxtalı qan, daxili üzvlərin azqanlığı, kəskin və çoxlu qanitirmə ilə müşayət olunan 02 (iki) ədəd daxilə keçən deşilmiş – kəsilmiş yaralar, ümumilikdə və ayrı-ayrılıqda canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərərvurmanın əlamətlərinə malikdirlər və mərhumun ölümü ilə birbaşa səbəbli əlaqəlidirlər. Baş, sol yanaq, alt çənə, döş qəfəsinin arxa səthi, sağ yuxarı ətraf və sağ əl nahiyələrindəki ümumi 59 ədəd kəsilmiş yaralar ümumilikdə və ayrı-ayrılıqda canlı şəxslərdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan YÜNGÜL zərərvurmaya aiddirlər. Baş, döş qəfəsinin ön səthi, döş qəfəsinin arxa səthi, sağ əlin ovuc səthi, sol yuxarı ətraf, sol əl, sol aşağı ətraf və sağ bud nahiyələrindəki ümumilikdə 129 ədəd kəsilmiş səthi dəri yaraları isə ümumilikdə və ayrı-ayrılıqda canlı şəxslərdə sağlamlığa zərərvurmayan xəsarətlərin əlamətlərinə malikdirlər. Kəsilmiş və kəsilmiş səthi dəri yaralarının ölümlə səbəbli əlaqəsi yoxdur. 3.Yuxarıda qeyd olunan xəsarətlər həyati olub, ölümün baş verməsindən az əvvəl (dəqiqələrlə ölçülən vaxt vahidi ilə) yetirilmişdir, qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixdə və şəraitdə, yəni kənar şəxs tərəfindən ülgücə və küpə malik yastı tiyə tipli deşici – kəsici və ya iti kənara malik deşici – kəsici əşya (əşyalar) ilə yetirilə bilərdilər. Yaraların xüsusiyyətləri və tibbi – kriminalistik tədqiqatlara əsəsən Zərərçəkmiş şəxs meyitindən götürülmüş üç ədəd dəri parçası üzərində dəlib keçən yaralar aşkar olunmuşdur (hər dəri parçasında bir ədəd). Sağ bazu və döş qəfəsi nahiyələrindən götürülmüş dəri parçaları üzərində olan yaralar deşilmiş-kəsilmiş yaralar olub, ülgücə və küpə malik yastı tiyə tipli hər hansı bir deşici – kəsici alətin (alətlərin) yaxud əşyanın (əşyaların) təsirindən törənmişdirlər. Baş nahiyəsindən götürülmüş dəri parçasında olan dəlib-keçən yara isə iti kənara malik hər hansı bir alətin (əşyanın), o cümlədən ola bilsin ki, deşici – kəsici alətin (əşyanın) təsirindən törənmişdir. Göstərilən yaraların yaranmasına səbəb olan alətin (alətlərin) yaxud əşyanın (əşyaların) fərdi xüsusiyyətləri barədə konkret fikir söyləmək üçün mərhumənin hadisə zamanı əynində olan (əgər olmuşsa) paltarların müayinəsi mütləqdir. Təqdim edilmiş dəri parçaları üzərində olan yaraların kənarlarında və divarlarında 3 valentli dəmir ionları aşkar olunmuşdur. ( Əsas MTKŞ-nın 79/2023 saylı aktı).

4. Zərərçəkmiş şəxs ölümünə səbəb – almış olduğu daxilə nüfuz edən iki ədəd deşilmiş – kəsilmiş yaralar nəticəsində baş vermiş kəskin və çoxlu qanitirmə olmuşdur. Mərhumun ölümünün baş vermə müddəti, meyit əlamətlərinin inkişaf dərəcəsinə əsasən, meyitinin meyitxanada müayinə olunduğu vaxtdan təxminən 5-8 saat əvvələ uyğun gəlir.

5. Özünü müdafiə və ya qarşılıqlı mübarizə məfhumları hüquqi məfhumlar olub, məhkəmə-tibb ekspertinin saləhiyyətlərinə aid deyildir.

6. Çoxsaylı xəsarətlər yetirilən anda zərərçəkmiş və hücum edən dinamikada (hərəkətdə) olduqları üçün hansı duruş vəziyyətində olmaqlarını dəqiq müəyyən etmək mümkün deyildir. Lakin, xəsarətlər Zərərçəkmiş şəxs baş və bədəninin bütün nahiyələrində (ön, arxa və yan səthlərində) yerləşdiyindən və xəsarətlərin çoxsaylı olmasından xəsarətlər yetirilən zaman onun özü və xəsarətləri yetirən şəxsin müxtəlif vəziyyətlərdə olması istisna olunmur.

7. Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, fenikilamin qrupuna aid olan amfetamin və metamfetamin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. (Əsas MKŞ-nın 651/K saylı aktı). Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-genetik ekspertizasının xx.xx.2023-cü il tarixli, 23/209R nömrəli rəydən müəyyən olunur ki, hadisə zamanı Təqsirləndirilən şəxs əynində olmuş – 01 (bir) ədəd qara rəngli uzunqol köynəyin – sağ qolunun çiyin hissəsində 1 №-li qanabənzər ləkələr, sağ qolunun aşağı hissəsində 2 №-li qanabənzər ləkələr, sol qolunun çiyin hissəsində 3 №-li qanabənzər ləkələr, sol qolunun aşağı hissəsində 4 №-li qanabənzər ləkələr, sinə hissəsində 5 №-li qanabənzər ləkələr, ön aşağı hissədə 6 №-li qanabənzər ləkələr, 01 (bir) ədəd sarımtıl, ətəyi göy rəngli jiletin ön hissəsində 7, 8, 9 və 10 №-li qanabənzər ləkələr, ön hissəsində 05 (beş) ədəd plastik və 01 (bir) ədəd metal düymə üzərində qanabənzər ləkələr, kürək hissəsində 11 və 12 №-li qanabənzər ləkələr, 01 (bir) cüt qara rəngli corabın alt hissələrində qanabənzər ləkələr, 01 (bir) ədəd ağ rəngli yataq örtüyü üzərində 13, 14, 15, 16, 17 və 18 №-li qanabənzər ləkələr, hadisə zamanı Zərərçəkmiş şəxs əynində olmuş – 01 (bir) ədəd qəhvəyi rəngli romb naxışlı puloverin – sağ qolunun çiyin hissəsində 19 №-li qanabənzər ləkələr, sağ qolunun aşağı hissəsində 20 №-li qanabənzər ləkələr, sol qolunun çiyin hissəsində 21 №-li qanabənzər ləkələr, sol qolunun aşağı hissəsində 22 №-li qanabənzər ləkələr, ön hissəsində 23 və 24 №-li qanabənzər ləkələr, 01 (bir) ədəd ağ-qırmızı zolaqlı uzunqol köynəyin – sağ qol, sol qol, sinə və kürək hissələrində qanabənzər ləkələr, 01 (bir) ədəd qırmızı rəngli qolsuz köynəyin üzərində 25 və 26 №-li qanabənzər ləkələr, 01 (bir) ədəd göy rəngli idman şalvarının – sağ ayaq, sol ayaq və ön yuxarı hissələrində qanabənzər ləkələr, 01 (bir) ədəd qəhvəyi rəngli gecə köynəyinin ön və arxa hissələrində qanabənzər ləkələr, həmçinin hadisə yerinə baxış zamanı 3 və 12 №-li qanabənzər ləkələrdən 04 (dörd) ədəd tampona hopdurulmaqla götürülmüş qanabənzər maddələr və 01 (bir) ədəd bıçağın dəstəyi və tiyəsindən götürülmüş yaxmada olan bioloji mənşəli materiallar insan qanıdır. 1) Hadisə zamanı Təqsirləndirilən şəxs əynində olmuş 01 (bir) ədəd sarımtıl, ətəyi göy rəngli jiletin ön hissəsində olan 9 və 10 №-li qan ləkələri, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs məxsus qan nümunələrinin qarışığından ibarətdir. 2) Hadisə zamanı Təqsirləndirilən şəxs əynində olmuş 01 (bir) ədəd sarımtıl, ətəyi göy rəngli jiletin boyun hissəsindən götürülmüş tədqiqat nümunəsində olan bioloji mənşəli materiallar, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs məxsus bioloji mənşəli materialların qarışığından ibarətdir. 3) Hadisə zamanı Təqsirləndirilən şəxs əynində olmuş – 01 (bir) ədəd qara rəngli uzunqol köynəyin – sağ qolunun çiyin hissəsində 1 №-li qan ləkələri, sağ qolunun aşağı hissəsində 2 №-li qan ləkələri, sol qolunun çiyin hissəsində 3 №-li qan ləkələri, sol qolunun aşağı hissəsində 4 №-li qan ləkələri, sinə hissəsində 5 №-li qan ləkələri, ön aşağı hissədə 6 №-li qan ləkələri, 01 (bir) ədəd sarımtıl, ətəyi göy rəngli jiletin ön hissəsində 7 və 8 №-li qan ləkələri, ön hissəsində 05 (beş) ədəd plastik və 01 (bir) ədəd metal düymə üzərində qan ləkələri, kürək hissəsində 11 və 12 №-li qan ləkələri, 01 (bir) cüt qara rəngli alt hissələrində qan ləkələri, hadisə yerindən götürülmüş 01 (bir) ədəd ağ rəngli yataq örtüyü üzərində 13, 14, 15, 16, 17 və 18 №-li qan ləkələri, hadisə zamanı Zərərçəkmiş şəxs əynində olmuş – 01 (bir) ədəd qəhvəyi rəngli romb naxışlı puloverin – boyun hissəsində olan bioloji mənşəli materiallar, sağ qolunun çiyin hissəsində 19 №-li qan ləkələri, sağ qolunun aşağı hissəsində 20 №-li qan ləkələri, sol qolunun çiyin hissəsində 21 №-li qan ləkələri, sol qolunun aşağı hissəsində 22 №-li qan ləkələri, ön hissəsində 23 və 24 №-li qan ləkələri, 01 (bir) ədəd ağ-qırmızı zolaqlı uzunqol köynəyin – boyun hissəsində olan bioloji mənşəli materiallar, sağ qol hissəsində qan ləkələri, sol qol hissəsində qan ləkələri, sinə hissəsində qan ləkələri və kürək hissəsində qan ləkələri, 01 (bir) ədəd qırmızı rəngli qolsuz köynəyin üzərində 25 və 26 №-li hissəsində qan ləkələri, boyun hissəsində olan bioloji mənşəli materiallar, 01 (bir) ədəd göy rəngli idman şalvarının – sağ ayaq hissəsində qan ləkələri, sol ayaq hissəsində qan ləkələri və ön yuxarı hissəsində qan ləkələri, 01 (bir) ədəd qəhvəyi rəngli gecə köynəyinin ön hissəsində qan ləkələri və arxa hissəsində qan ləkələri, 01 (bir) ədəd tuman üzərində olan bioloji mənşəli materiallar və hadisə yerinə baxış zamanı 3 və 12 №-li qan ləkələrindən 04 (dörd) ədəd tampona hopdurulmaqla götürülmüş qan nümunələri Zərərçəkmiş şəxs məxsusdur. 4) Hadisə zamanı Təqsirləndirilən şəxs əynində olmuş 01 (bir) ədəd qara rəngli uzunqol köynəyin boyun hissəsində olan bioloji mənşəli materiallar, 01 (bir) cüt qara rəngli corabın boğaz hissəsində olan bioloji mənşəli materiallar və 01 (bir) ədəd bıçağın dəstəyi və tiyəsindən götürülmüş yaxmada olan qan nümunələri, Təqsirləndirilən şəxs məxsusdur. 5) Təqdim edilmiş Şahid3 və Şahid2 “yanaq epiteli qaşıntısı” nümunələrindən əldə olunmuş DNT profilləri, DİN-nin Kriminalistik Tədqiqatlar İdarəsindəki DNT məlumat bankında olan DNT profilləri ilə eynilik təşkil etmir. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə- Tibbi Ekspertiza və X9 X21 Məhkəmə tibbi-kriminalistika şöbəsinin 27 aprel 2023-cü il tarixli, 146- 2023/MTKŞ nömrəli rəyindən müəyyən olunur ki, 1. Ekspertizaya təqdim edilmiş və mərhum Zərərçəkmiş şəxs məxsus olmuş puloverin ön səthinin sol yarısının yuxarı hissəsində 02 (iki) ədəd, arxa səthinin orta nahiyəsinin aşağı hissəsində 12 (on iki) ədəd, arxa səthinin orta nahiyəsinin yuxarı hissəsində 02 (iki) ədəd, arxa səthinin sol yarısının yuxarı hissəsində 07 (yeddi) ədəd, arxa səthinin sol yarısının yuxarı hissəsində, sol qoltuqaltı nahiyədə 01 (bir) ədəd, arxa səthinin sağ yarısının yuxarı hissəsində 03 (üç) ədəd, boyunluğunun arxa səthində 04 (dörd) ədəd, sağ qolunun arxa səthində 05 (beş) ədəd, sol qolunun ön səthində 01 (bir) ədəd və arxa səthində 10 (on) ədəd (cəmi 47 (qırx yeddi) ədəd; - uzunqol köynəyin ön səthinin sol yarısının yuxarı hissəsində 01 (bir) ədəd, arxa səthinin orta nahiyəsinin yuxarı hissəsində 11 (on bir) ədəd, arxa səthinin sol yarısının yuxarı hissəsində 12 (on iki) ədəd, arxa səthinin sağ yarısının yuxarı hissəsində 04 (dörd) ədəd, sol qolunun ön səthində 06 (altı) ədəd, sol qolunun arxa səthində 04 (dörd) ədəd, sağ qolunun ön səthində 01 (bir) ədəd və sağ qolunun üst hissəsində 01 (bir) ədəd (cəmi 40 (qırx) ədəd; - qolsuz köynəyin ön səthinin sol yarısının yuxarı hissəsində 01 (bir) ədəd, arxa səthinin orta nahiyəsinin yuxarı hissəsində 13 (on üç) ədəd və arxa səthinin sağ yarısının yuxarı hissəsində 02 (iki) ədəd (cəmi 16 (on altı) ədəd; - maykanın arxa səthinin sağ yarısının yuxarı hissəsində 02 (iki) ədəd və arxa səthinin sol yarısının yuxarı hissəsində 03 (üç) ədəd (cəmi 05 (beş) ədəd; - şalvarın isə sol ayaqlığının ön səthinin orta nahiyəsində 01 (bir) ədəd deşilmiş-kəsilmiş zədələr aşkar olundu. Bu zədələr iti ülgücü, iti ucu və özünü zəif dərəcədə büruzə edən küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən əmələ gəlmişdirlər. Bu zədələrin eyni alətlə əmələ gəlmələrinin mümkünlüyü istisna olunmur.

2. Mərhum Zərərçəkmiş şəxs meyitində aşkar olunmuş döş qəfəsinin ön səthinin sol yarısında müəyyən edilmiş xəsarətlər, sonuncuya məxsus olmuş və ekspertizaya təqdim edilmiş puloverin və köynəklərin ön səthinin sol yarısının yuxarı hissəsində aşkar olunmuş zədələrlə; meyitdə müəyyən edilmiş döş qəfəsinin arxa səthinin sol yarısı, sol kürək nahiyəsinin aşağı tış hissəsində, sol arxa qoltuqaltı xətt ilə sol kürək xətləri arasındakı (əsasən sol arxa qoltuqaltı xəttə yaxın) nahiyədə müəyyən edilmiş xəsarətlər isə, ona məxsus olmuş puloverin, maykanın və köynəklərin arxa səthinin sol yarısının yuxarı hissəsində aşkar olunmuş zədələrlə, mərhum Zərərçəkmiş şəxs meyitində müəyyən edilmiş digər xəsarətlər isə, ona məxsus olmuş geyim əşyaları üzərində olan digər deşilmiş-kəsilmiş zədələrlə yerləşmə nahiyələrinə görə nisbi olaraq uyğun gəlirlər.

3. Ekspertizaya təqdim edilmiş və Zərərçəkmiş şəxs məxsus olmuş tumanın üzərində əhəmiyyət kəsb edən heç bir zədə aşkar olunmadı.

4. Ekspertizaya təqdim olunmuş və Təqsirləndirilən şəxs məxsus puloverin, jiletin və bir cüt corabın üzərində əhəmiyyət kəsb edən heç bir zədə aşkar olunmadı.

5. Təqsirləndirilən şəxs bədənində müəyyən edilmiş xəsarətlər ona məxsus ekspertizaya təqdim edilmiş geyim əşyalarında öz əksini tapmamışdır, bu da yara nahiyələrinin geyim əşyaları ilə örtülməməsi ilə izah oluna bilər.

6. Ekspertizaya təqdim olunmuş mələfənin üzərində əhəmiyyət kəsb edən heç bir zədə aşkar olunmadı.

7. Ekspertizaya təqdim edilmiş bıçaq zavod üsulu ilə hazırlanmış, deşici-kəsici xassəyə malik məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab olunmur. Məhkəmədə elan edilib araşdırılmış kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 854 saylı nömrəli rəyindən müəyyən olunur ki, Məhkəmə-psixiatrik ekspertizası üzrə: Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində ANLAQLİ hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə psixoloji ekspertizası üzrə: Təqsirləndirilən şəxs ünsiyyətçilik, emosionallıq, inadkarlıq, kinlilik, iradi dözüm səviyyəsinin aşağı olması kimi fərdi psixi xüsusiyyətlərə malikdir. Onun fərdi xüsusiyyətlərində özündən uydurmağa meyillilik əlamətləri aşkar edilmədi. Təqsirləndirilən şəxs intellektual imkanları normaya uyğundur, əqli inkişafında gerilik əlamətləri müəyyən edilmədi. Belə nəticəyə gəlmək mümkündür ki, Təqsirləndirilən şəxs anasının kiçik yaşlarından bəri ona qarşı göstərdiyi mənəvi və fiziki zorakılıqlara tab gətirə bilməmiş, qeyd olunan vəziyyət onun emosional vəziyyətinə təsir göstərərək anasına qarşı olan münasibətində nifrət, aqressiya kimi hallar əmələ gətirmiş, hadisə günü daxili hiss və yaşantıları dərinləşmiş, anası Zərərçəkmiş şəxs qisas almaq niyyəti ilə qərarın təsviri hissəsində göstərilən cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməl zamanı fizioloji affekt vəziyyətində olmamışdır. Qeyd edilən rəylə Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunması və cinayət hadisəsini törədərkən qəflətən baş vermiş güclü ruhi həyəcan (fizioloji affekt) vəziyyətində olmaması öz təsdiqini tapmışdır. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X19 Şəxsin xx.xx.2023-ci il tarixli, xx/xx-2311 nömrəli məktubundan müəyyən olunur ki, Təqsirləndirilən şəxs həmin mərkəzdə müalicə olunmayıb və qeydiyyatda yoxdur. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya X12 Şəxsin xx.xx.2023-ci il tarixli, 2425 nömrəli cavab məktubundan müəyyən olunur ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada müalicə olunmamışdır. Məhkəmədə elan edilib araşdırılmış Təqsirləndirilən şəxs məhkumluğuna dair tələbnməndən müəyyən olunur ki, Təqsirləndirilən şəxs əvvələr məhkum olmamışdır. Məhkəmə iş üzrə toplanmış bütün sübutlara və işin obyektiv hallarına qiymət verməklə belə nəticəyə gəlir ki, ibtidai araşdırma Təqsirləndirilən şəxs əməllərini Azərbaycan Respublikası CM-nin 120.2.4-cü maddəsi ilə düzgün olaraq tövsif etmiş və Təqsirləndirilən şəxs bu maddə ilə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59.1.2-ci maddəsinə əsasən cinayəti yetkinlik yaşına çatmayan şəxs tərəfindən törədilməsini onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halları müəyyən etməmişdir. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli, 3 nömrəli Qərarının 8-ci bəndində göstərilmişdir ki, «təqsirkarın əməli xüsusi amansızlıqla qəsdən adam öldürmə kimi CM-nin 120.2.4-cü maddəsi ilə tövsif edilərkən nəzərə almaq lazımdır ki, burada xüsusi amansızlıq anlayışı həm adam öldürmənin üsulu ilə, həm də təqsirkarın cinayət törədərkən xüsusi amansızlıq göstərdiyini təsdiq edən digər hallarla bağlı olur. Əməl xüsusi amansızlıqla adam öldürmə kimi tövsif edilərkən müəyyən edilməlidir ki, təqsirkarın qəsdi zərərçəkmişi məhz xüsusi amansızlıqla həyatdan məhrum etməyə yönəldilmişdir. Xüsusi amansızlığın əlamətləri həyatdan məhrumetmə ərəfəsində və ya adam öldürmə prosesində zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar (çoxlu miqdarda xəsarətlər yetirmə, şiddətli ağrı verən zəhərdən istifadə edilməsi, diri-diri yandırılması, uzun müddət ac-susuz saxlanması və s.) yetirilməsi hallarında mövcud olur. Xüsusi amansızlıq həmçinin təqsirkarın zərərçəkmiş şəxsi onun yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini dərk etdiyi hallarda öldürməkdə də ifadə oluna bilər…». Beləliklə Təqsirləndirilən şəxs anası Zərərçəkmiş şəxs qəsdən öldürməyə yönələn hərəkətləri zamanı sonuncunun bədəninin müxtəlif nahiyələrinə müxtəlif dərəcəli 190 (yüz doxsan) ədəd bıçaq xəsarətləri yetirməsi Zərərçəkmiş şəxs qarşı müstəsna dərəcədə rəhmsizlik və qəddarlıq nümayiş etdirməsi kimi qiymətləndirilməlidir. Məhkəmə tərkibi hesab edir ki, məhkəmə istintaqı zamanı araşdırılan cinayət hadisəsinin baş vermə faktı və halları təqsirləndirilən şəxsin hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilən cinayət hadisəsi ilə əlaqəsi və həmin cinayət əməlini törədilməsində cinayət məsuliyyətinə cəlb edilən şəxsin təqsirliliyi toplanmış sübutların məcmusu ilə tam müəyyən edilmiş və ittiham hökmünün çıxarılması üçün kifayətdir. Məhkəmə tərkibi hesab edir ki, ibtidai araşdırma orqanı Təqsirləndirilən şəxs əməlini düzgün olaraq Azərbaycan Respublikası CM-nin 120.2.4-cü maddəsi ilə tövsif etmişdir. Beləliklə, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xüsusi amansızlıqla qəsdən həyatdan məhrum etməsi özünün, şahidlərin ifadələri, ekspertiza rəyləri və cinayət işinin məhkəmədə tədqiq edilmiş digər materialları ilə tam təsdiqini tapmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən hər bir şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cinayətin törədilməsində rolunu və iştirakçılıq dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, təyin olunan cəzanın onun islah edilməsinə və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Həmin Məcəllənin 86-cı maddəsinin tələblərinə görə yetkinlik yaşına çatmayana cəza təyin edərkən, məhkəmə bu Məcəllənin 58-ci maddəsində müəyyən olunmuş hallardan başqa, həmin şəxsin həyat və tərbiyyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə alır. Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən, cinayəti törətmiş şəxslər haqqında tətbiq olunan cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, cinayətin törədilməsi hallarına və cinayətin törədilməsində təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət işində olan Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsindən müəyyən olunur ki, o, xx xxxxxx 2007-ci il təvəllüdlü olmaqla, hadisə törətdiyi xx.xx.2023-cü il tarixə yetkinlik yaşına çatmamış, hal hazırda də yetkinlik yaşına çatmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 84-cü maddəsi 14 yaşından 18 yaşına kimi olan şəxsləri yetkinlik yaşına çatmayanlar qrupuna aid edərkən, onların kifayət qədər əqli yetkinliyə çatmadıqlarını və həyat təcrübələrinin az olmasını nəzərə almışdır. Buna görə də, qanunvericilik yetkinlik yaşına çatmayanın törətdiyi cinayətə görə əməlinin tövsifində, məsuliyyətinin həllində və cəza təyinində onların əqli və iradəvi xüsusiyyətlərinin məhkəmələr tərəfindən nəzərə alınmasını məcburi sayır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 85.5-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə yetkinlik yaşına çatmayanlara on ildən çox olmayan müddətə təyin edilir. Məhkəmə göstərilənləri və Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində nəzərdə tutulan cəzanın məqsədlərinə nail olmaq məqsədilə ona təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 120.2.4-cü maddəsi ilə CM-nin 85.5-ci maddəsinə əsasən cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs islah olunması onun cəmiyyətdən təcrid olunması yolu ilə mümkündür. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinin tələblərinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanır və təqsirləndirilən şəxsin ev dustaqlığında saxlanıldığı müddət onu həbsdə saxlama müddətinə daxildir. Həmin məcəllənin 158.3-cü maddəsinə əsasən şəxsin həbsdə, ev dustaqlığında saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Həmin Məcəllənin 158.3 və 158.6-cı maddələrinin tələblərinə əsasən isə şəxsin həbsdə saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır.Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Belə olan halda, məhkəmə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin etdikdə cəzaçəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə nəzərə alır ki, “Azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünün məhkəmələr tərəfindən təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun28 iyun 2002ci il tarixlə 2 saylı qərarının 12-ci bəndinə əsasən hökm çıxarılanadək 18 yaşı tamam olmamış şəxs azadlıqdan məhrum etmə cəzasına məhkum edilərsə (CM-nin 55.1-ci maddəsi), məhkəmə CM-nin 85.5-ci maddəsinə müvafiq olaraq onlara ümumi və ya möhkəm rejimli tərbiyə müəssisəsi təyin edir. Belə olan halda CM-nin 85.5.1-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs ilk dəfə azadlıqdan məhrum edilən şəxs kimi cəzasını ümumi rejimli tərbiyə müəssisəsində çəkməlidir. “Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında” 7 mart 2012-ci il tarixli Azərbaycan Respublikasının Qanununa 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi ilə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Belə olan halda iş üzrə maddi sübut olan və Bakı şəhəri Xətai rayon prokurorluğunun maddi sübutları saxlama otağında saxlanılan Zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş bir ədəd boz rəngli, qara zolaqlı uzunqol köynək, bir ədəd ağ-qırmızı zolaqlı uzunqol köynək, bir ədəd qırmızı rəngli qolsuz köynək, bir ədəd tünd göy rəngli idman şalvarı, bir ədəd qəhvəyi rəngli üzərində gül naxışları olan gecə köynəyi və qan nümunəsi; Təqsirləndirilən şəxs məxsus bir ədəd qara rəngli rəngli uzunqol köynək, bir ədəd sarımtıl rəngli, ətəyi göy rəngdə olan qolsuz jilet, bir cüt qara rəngli corab və üzərində qanabənzər ləkələr olan ağ rəngli yataq örtüyü, dəstəyi qəhvəyi rəngdə, tiyəsi dəmir materialdan olan məişət təyinatlı məbtəx bıçağı məhv edilməlidir. İş üzrə mülki iddia və məhkəmə xərcləri yoxdur. Hökmdə şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə,

hökm etdi:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli tərbiyə müəssisəsində çəksin. Cəzasının əvvəli “10 ” fevral 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. İş üzrə maddi sübut olan və Bakı şəhəri Xətai rayon prokurorluğunun maddi sübutları saxlama otağında saxlanılan Zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş bir ədəd boz rəngli, qara zolaqlı uzunqol köynək, bir ədəd ağ-qırmızı zolaqlı uzunqol köynək, bir ədəd qırmızı rəngli qolsuz köynək, bir ədəd tünd göy rəngli idman şalvarı, bir ədəd qəhvəyi rəngli üzərində gül naxışları olan gecə köynəyi və qan nümunəsi; Təqsirləndirilən şəxs məxsus bir ədəd qara rəngli rəngli uzunqol köynək, bir ədəd sarımtıl rəngli, ətəyi göy rəngdə olan qolsuz jilet, bir cüt qara rəngli corab və üzərində qanabənzər ləkələr olan ağ rəngli yataq örtüyü, dəstəyi qəhvəyi rəngdə, tiyəsi dəmir materialdan olan məişət təyinatlı məbtəx bıçağı məhv edilsin. Təqsirləndirilən şəxs məxsus “Samsunq Galaxy A22” və Zərərçəkmiş şəxs məxsus “Samsunq Galaxy A12” mobil telefonların Qanuni nümayəndə qaytarılması nəzərə alınsın. Telefon danışıqlarını əks etdirən 02 ədəd CD diskl cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Sədrlik edən: Rasim Sadıxov Hakimlər: Novruz Kərimov Leyla Əsgərova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar