Məhkəmə qərarları › İş №1(101)-386/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(101)-386/2021

30.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(101)-386/2021 30.06.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Ağakərim oğlu Kərimovun sədrliyi ilə, hakimlər Rasim Əkrəm oğlu Sadıxovdan və Azər İslah oğlu Paşayevdən ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi- Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 14 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3 və 237.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmə iclasında baxaraq, müəyyən e t d i: 15 sentyabr 2020-ci il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatına Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3 və 237.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi daxil olmuşdur. Məhkəmədə dövlət ittihaçısı vəsatət verərək Təqsirləndirilən şəxs oğlunun istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroin alaraq əldə edib, əynindəki açıq- göy rəngli köynəyinin sağ döş cibində saxlayıb, daşımış və yaşadığı ünvan 1 ünvanın həyətyanı sahəsində istintaqa məlum olmayan tarixdə qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilər, yəni istifadə edilməsi və əkilib becərilməsi qadağan olunmuş narkotik təbiətli (kannabis) bitki olan marixuana toxumlarını əkməklə onlara aqrotexniki qaydada qulluq edib yetişdirərək kultivasiya etmiş və 08 iyul 2020-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində onun yaşadığı ünvan 2 ünvanına videoçəkilişdən istifadə olunmaqla baxış keçirilərkən mənzilin həyətyanı sahəsindən iki ədəd dibçəkdə və iki ədəd vannada yaş vəziyyətdə ümumi sayı 16 ədəd, onlardan 12 ədəd hündürlükləri 19 sm - 45 sm, ümumi çəkisi 88,0 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş, narkotik təbiətli çətənə (kannabis) bitkiləri, 4 ədəd hündürlükləri 5 sm - 10 sm, ümumi çəkisi 2,0 qram olan bitki şitilləri, əkilib-becərilməsi qadağan olunmuş çətənə (kannabis) bitkisinin şitilləri, əynindəki açıq-göy rəngli köynəyinin sağ döş cibindən 01 ədəd kibrit qutusunda içərisində 04 ədəd bükümdə təmiz çəkisi 3,015 qram, 3,226 qram, 3,071 qram, 3,020 qram, 01 ədəd sarı rəngli kağız bükümdə təmiz çəkisi 0,574 qram və 01 ədəd sarı rəngli dairəvi qutuda içərisində 11 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,087 qram, 0,067 qram, 0,019 qram, 0,048 qram, 0,043 qram, 0,072 qram, 0,103 qram, 0,063 qram, 0,077 qram, 0,065 qram və 0,062 qram kimyəvi tərkiblərinə görə eyni olan ümumilikdə 13,612 qram, külli miqdarda qəhvəyi rəngli maddə kütləsi, kustar üsulla hazırlanmış narkotik vasitə heroin və əynində olan qara rəngli şalvarın sol yan cibindən 01 ədəd üzərində heroinin izləri olan elektron tərəzi aşkar edilərək götürülməsində təqsirləndirildiyini, Təqsirləndirilən şəxs AR CM-nin 234.4.3 və 237.1ci maddəsi irəli sürülmüş ittihamın məzmununa əsasən, Təqsirləndirilən şəxs evindən ümumi təmiz çəkisi külli miqdarda – 13,612 qram narkotik vasitə heroin və iki ədəd dibçəkdə və vannada 12 ədəd və 04 ədəd olmaqla ümumi sayı 16 ədəd olan narkotik təbiətli çətənə bitkisi aşkar edilərək götürüldüyünü, Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Qanunsuz kultivasiya edilən, tərkibində narkotik maddələr olan bitkilər” İİİ Siyahısının İİ qrafasına əsasən çətənə növlü bitkilərin külli miqdarı (daxil olmaqla aşağı hədləri) 16 ədəd (31 hissəsi) kimi müəyyən edildiyini, qanunun tələbləri baxımından “16 ədəd narkotik tərkibli çətənə(kannabis) bitkilərinin kultivasiya edilməsi” Azərbaycan Respublikası CM-nin 237.2.3-cü maddəsi ilə tövsif edilməli olduğunu, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.2.3-cü maddəsi ilə deyil, CM-nin 237.1-ci maddəsi ilə ittiham irəli sürüldüyünü, bu səbəbdən də Təqsirləndirilən şəxs əməlində ona qarşı irəli sürülmüş ittihamlarla yanaşı daha ağır cinayətin, yəni Azərbaycan Respublikası CM-nin 237.2.3-cü maddəsinin tərkib əlamətlərinin olması müəyyən edildiyini, Azərbaycan Respublikası CPM-nin 318.2-ci maddəsinə əsasən Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs hərəkətlərində ona qarşı irəli sürülmüş ittihamlarla yanaşı daha ağır cinayətin, yəni Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsinin deyil, CM-nin 237.2.3-cü maddəsinin tərkib əlamətlərinin olması müəyyən edildiyinə görə, ona CM-nin həmin maddəsi ilə də ittiham irəli sürülməsi məsələsinə baxılması üçün cinayət işinin baxılmasına xitam verilməsi və işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməsi və məhkəməyədək icraat zamanı Azərbaycan Respublikası CPMnin tələblərinin kobud surətdə pozulmasına yol vermiş müstəntiq barəsində xüsusi qərar çıxarılmasını xahiş etdi. Məhkəmədə dövlət ittihamçısının vəsatətində göstərdiyi hallar işin materialları ilə və məhkəmədə araşdırılmış sübutallarla müqayisəli təhlil edildikdə vəsatətdə göstərilən halların bu iş üzrə 08 iyul 2020-ci il tarixdə keçirilmiş baxışının nəticələrini əks etdirən Baxış keçirilməsi və götürmə haqqında protokolda Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış einin girişində sağ tərəfdə yerləşən divarın yanında 16 (on altı) ədəd kolun aşkar edilərək götrüldüyü, həmin tarixli Şahid4 mütəxəssis qismində verdiyi rəyində istinad edilən baxış zamanı yaşayış evivnin həyətində 02(iki) ədəd dibçəyin və 2( iki) ədəd vannanın içərisində ümumilikdə 16 (on aldı ədəd ) qulluq edilmiş, dibləri yumşaldılmış, gübrələnmiş və mütamadi olaraq suvarılmış çətənə bitkisisnin olmasıı, Təqsirləndirilən şəxs özünün 08 iyul 2020-ci il tarixli izahatında həyətyanı sahəsində əkib becərdiyi 16 (on altı) ədəd marixuna kolunun həmin tarixdə polis əməkdaşları tərəfindən aşkar edilərək götürülüdüyünü, 9 iyul 2020-ci il tarixli Məhkəmə-bioloji ekspertizasının 7/144 saylı rəyinə əsəasən ekspertiza tədqiqatına üzrində «Təqsirləndirilən şəxsun…… yaşıl rəngli kollaar» olan bağlamanın içərisisndən 16 (on altı) ədəd çətənə kollarının təqdim edildiyi, Təqsirləndirilən şəxs 09 iyul 2020-ci il tarixdə şübhələi şəxs qismində, 10 iyul 2020-ci il tarixdə təqsirləndirilən şəxs qismində ifadələrində onun həyətyaynı sahəsində 16 ədəd əkib becərdiyi oədəd kol aşakr edildiyini, iş üzrə şahid qismində dindirilmiş Şahid4 hazırkı iş üzrə müəxəssis kimi cəlb edildiyni və ona rəy vermək üçün sərəncamını 16 (on altı )ədəd çətənə bitkisi təqdim olunduğunu, şahid Tamilla Hüsyenova bu iş üzrə bioloci ekspertizanın apardığını, ekspert kimi onun sərəncamına 16 (on altı) ədəd çətənə kolunun təqdim olunduğunu göstərdilər. Təqsirləndirilən şəxs həyətinə baxış keçirilməsində iştirak edən şəxslər də iş üzrə şahid qismində dindirilərkən həmin halları təsdiq etdilər. İstintaq orqanı da 10 oktyabr 2020-ci il tarixli sübütların qiymtləndirilməsi qərarı ilə Təqsirləndirilən şəxs həyətinə baxış zamanı 16(on altı) ədədə çətənə bitkisinin əkib becərdiyi qənəaətinə gəlib həmin sayda çətəənə bitkisi ştillərini iş üzrə maddi sübut kimi tanımışdır. Məhkəmə, istintaq orqanının məhkəməyə qədərki icraat zamanı maddi və prosessual hüquq normalarına əməl edilməsini nəzər alır. Məhəmənin qənaətinə görə istintaq orqanı Təqsirləndirilən şəxs barəsində iş üzrə əldə edilmiş sübutları digər qanunun tələbləri baxımındən qiymətləndirərkən tərkibində narkotik maddələr olan çətənə bitkilərinin miqdarını müəyyən edərkən Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Qanunsuz kultivasiya edilən, tərkibində narkotik maddələr olan bitkilər” İİİ Siyahısının İİ qrafasına əsasən çətənə növlü bitkilərin külli miqdarı (daxil olmaqla aşağı hədləri) 16 ədəd (31 hissəsi) kimi müəyyən edildiyini, qanunun tələbləri baxımından “16 ədəd narkotik tərkibli çətənə(kannabis) bitkilərinin kultivasiya edilməsinin” Azərbaycan Respublikası CM-nin 237.2.3-cü maddəsi ilə tövsif edilməli olduğu halda bunu nəzərə almaması və bunun səbəbini əsaslandmamıası müəyyən olundu. Məhkəmə, həmin halları nəzərə alıb dövlət ittihamçısının vəsatətində göstərdiyi hallarla iş üzrə məhkəməyə təqdim edilmiş sübutlarla və işinin faktiki halları arasında uyğunluq olmasının müşahidə olunduğu qənaətinə gəlir və bu səbəbdən də dövlət ittihamçısının vəsatətinin Azərbaycan Respublikası CPM-nin 318.2-ci maddəsinin tələbələrinə uyğun olduğu qənaətinə gəlib vəsətətin təmin edilməsini əsaslı sayır. Məhkəmə, bu qərara gəldiyindən və Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsi üçün əsaslar olmadığını nəzərə alıb qətimakn tədbirinin dəyişdirilmədən saxlanılmasını və müddətini bir ay müddətə uzadılmasını əsaslı sayır. Məhkəmə göstərilənləri nəzərə alıb və Azərbaycan Respublikası CPM-nin 318.2-ci maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3 və 237.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilsin, onun hərəkətlərində ona qarşı irəli sürülmüş ittihamlarla yanaşı daha ağır cinayətin, yəni Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsinin deyil, CM-nin 237.2.3-cü maddəsinin tərkibinin olub-olmamasına baxılması üçün cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin və onun barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 30 iyul 2021-ci il tarixədək uzadılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar