Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-386/2024 25.01.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ saat 10:20-də Hakim Quliyev Əhməd Qəhrəman oğlunun sədrliyi, hakimlər Hüseynov Telman Qulaməli oğlu və Namazov Fərid Arif oğlundan ibarət tərkibdə, Əlizadə Orxan Arzuxan oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçiləri Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Bakı şəhəri 38 saylı Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx xxxx 1985-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi qaydada usta və taksi fəaliyyəti ilə məşğul olmuş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İbtidai istintaq orqanı tərəfindən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan heroini əldə edib üzərində saxlamaqla daşımışdır. Be!ə ki, Təqsirləndirilən şəxs 09 mart 2023-cü il tarixdə Bakı şəhəri Kubinka adlanan yerdə istintaqa məlum olmayan şəxsdən qanunsuz olaraq külli miqdarda bir ədəd bükümdə təmiz çəkisi 50.008 qram olan qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, 09 mart 2023cü il tarixdə saat 10:45 dəqiqədə Bakı şəhər Yasamal RPİ-nin CAŞ-nin və Yasamal RPİnin 29-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən birgə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri Yasamal rayonu K.Rəhimov küçəsi 15 ünvanının qarşısında idarə etdiyi “Peugeot Pars" markalı ** UE *** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə saxlanılaraq Bakı şəhər Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinin inzibati binasına gətirilmiş, orada onun üzərində şəxsi axtarış aparılarkən əynindəki tünd göy rəngli idman gödəkcəsinin sağ yan cibindən 01 (bir) ədəd qara rəngli sellofan paketə bükülmüş bükülünün içərisində təmiz çəkisi 50,008 qram narkotik vasitə heroin aşkar edilib götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, ev ustasıdır, 09 mart 2023-cü il tarixdə təxminən saat 10:30 radələrində Yasamal rayonu Mirzəcabbar Məmmədzadə küçəsində yerləşən evindən çıxıb işə gedən zaman Yasamal rayonunda yerləşən telefon qovşağının qarşısında olan zibil qablarının yanında idarə etdiyi avtomobili saxlayıb zibili atdığı zaman bir neçə polis əməkdaşı onu saxlamış, zor tətbiq edərək onu 29-cu Polis Bölməsinə aparmışlar. Orada ikinci mərtəbədə yerləşən otağa daxil olanda içəridə 7-8 nəfər polis əməkdaşı olmuşdur. Onlardan biri digərlərinin gözü qarşısında qara paketdə olan narkotik vasitəni ona uzadıb cibinə qoymağını tələb etmişdir. O, etiraz etdikdə yumruqla çənəsindən vurmuş, o, dindar adam olduğunu bildirib, narkotik vasitəni ondan uzaq tutmalarını demişdir. Bundan sonra onun əllərini arxadan bağlayıb, narkotik vasitə olan paketi onun cibinə qoymuşlar. Onu başqa otağa aparıb cibinə qoyduqları narkotik vasitənin ona aid olduğunu qəbul etməyini tələb etmişlər. Əks halda o, ailəsi ilə hədələnmiş, narkotik vasitənin ona aid olmadığını bildirmiş və sənədlərə imza etməkdən imtina etmişdir. Təxminən 1 saata yaxın müvəqqəti saxlama yerində saxladıqdan sonra avtomobilinin yanına gətirib çəkiliş həyata keçirmişlər. Cibinə qoyduqları narkotik vasitə olan paketi yerə atmaq istəsə də polis əməkdaşları buna imkan verməmişdir. Avtomobilə videoçəkiliş vasitəsilə baxış keçirilmiş, lakin heç nə aşkarlanmamışdır. Onu otağa gətirdikləri zaman, orada olan müdafiəçiyə də olanları danışmışdır. Onun üzərində saxlanılan zaman mobil telefon və açarlar olmuş, mobil telefonunu indiyə kimi nə maddi sübut kimi tanınmış, nə də geri qaytarılmamşdır. Videoçəkiliş zamanı üzərində olan əşyaları təqdim etməyini istəyəndə, polis əməkdaşlarının cibinə qoyduğu qara paketdə olan narkotik vasitəni çıxarıb masanın üzərinə qoymuş və həmin paketi polis əməkdaşının onun cibinə qoyduğunu, əllərinə qandal vurub ona zor tətbiq etdiklərini demişdir. Ona təqdim edilən sənədlərə imza etməkdən imtina etmişdir. Buna görə də onu xx.xx.2023-cü ildə Yasamal Baş Polis İdarəsinə aparıb təxminən 6-7 saat ərzində işgəncə vermişlər. Ona polis əməkdaşları tərəfindən elektroşok tətbiq edilmiş və suda boğulmuşdur. Onun vəziyyəti pisləşmiş, rəis onu buraxmağı demiş və polis əməkdaşları onun bədənində olan göyərmələrə və yaralara dərman vasitələri tətbiq etmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Yasamal RPİ-in 29-cu PŞ-nin baş əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid1 ifadəsində göstərdi ki, tanıdığı, etibarlı və qərəzsiz mənbədən əməliyyat məlumatı daxil olmuşdur ki, Bakı şəhəri Yasamal rayon sakini Təqsirləndirilən şəxs narkotik vasitə istifadə edir, üzərində saxlayır və daşıyır. 09 mart 2023-cü il tarixdə Bakı şəhəri Kubinka adlanan yerdə şəxsiyyəti məlum olmayan şəxsdən narkotik vasitələri götürüb narkotikin satışı ilə məşğul olacaqdır. Daxil olmuş əməliyyat məlumatını rəhbərliyə məruzə etdikdən sonra əvvəlcədən dəqiqləşdirilmiş məlumat əsasında iş yoldaşları Şahid2, Şahid4 və Şahid3 ilə birlikdə tərəflərindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 09 mart 2023-ci il tarixdə saat 14:05 radələrində Bakı şəhər sakini Təqsirləndirilən şəxs ünvan 4 ünvanın qarşısında idarə etdiyi Peugout Pars markalı ** UE *** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə birlikdə üzərində narkotik vasitə saxlayaraq daşımaqda şübhəli olduğu üçün tərəflərindən saxlanılaraq Bakı şəhər Yasamal RPİ-in 29-cu Polis Bölməsin gətirilmişdir. Polis bölməsində hüquq və vəzifələri ona izah edilmiş, daha sonra dövlət hesabına təmin edilmiş müdafiəçinin iştirakı ilə iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək əşyaları və ya predmetləri könüllü surətdə verməyi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynindəki tünd göy rəngli idman gödəkcəsinin sağ yan cibindən 01 (bir) ədəd qara rəngli sellofan paketə bükülmüş bükülünün içərisindən narkotik vasitəyə oxşar kütləni təqdim etmişdir. Təhqiqatçı tərəfindən həmin bükülüyə baxış keçirilərkən bükülünün içərisində narkotik vasitə heroinə oxşar kütlə aşkar edilib qablaşdırılaraq götürülmüşdür. Bu barədə protokol tərtib olunmuş iştirakçılar tərəfindən imzalanmışdır. Narkotik vasitəni əldə etdiyi şəxsi müəyyən edilməmiş, tədbirlər davam etdirilir. Ona daxil olmuş əməliyyat məlumatı narkotik vasitələrin istifadəsi və satışı ilə bağlı olmuşdur. Raport hər iki aktla bağlı tərtib olunmuşdur. Təqsirləndirilən şəxs bölmədə şifahi sorğu–sual zamanı narkotik vasitənin ona aid olmadığını, narkotik vasitə istifadəçisi və ya satışı ilə məşğul olmadığını bildirsə də, videoçəkiliş zamanı özü üzərindən aşkar olunan narkotik vasitənin ona aid olduğunu etiraf etmişdir. Təqsirləndirilən şəxs qarşı hər hansı fiziki və ya psixi zor tətbiq edilməmiş, onun üzərinə narkotik vasitə olan heroin qoyulmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Yasamal RPİ-in CAŞ-ın əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid3 ifadəsində göstərdi ki, etibarlı və qərəzsiz mənbədən əməliyyat məlumatı daxil olmuşdur ki, Bakı şəhər Yasamal rayonu sakini Təqsirləndirilən şəxs narkotik vasitə istifadə edir, üzərində saxlayır və daşıyır. 09 mart 2023-cü il tarixdə Bakı şəhəri Kubinka adlanan yerdə şəxsiyyəti məlum olmayan şəxsdən narkotik vasitələri götürüb narkotikin satışı ilə məşğul olacaqdır. Daxil olmuş əməliyyat məlumatını rəhbərliyə məruzə etdikdən sonra əvvəlcədən dəqiqləşdirilmiş məlumat əsasında o, iş yoldaşları Şahid2 və Şahid4 ilə birlikdə tərəflərindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində xx.xx.2023-ci il tarixdə saat 14:05 radələrində Bakı şəhər sakini Təqsirləndirilən şəxs ünvan 4 ünvanın qarşısında idarə etdiyi Peugout Pars markalı ** UE *** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə birlikdə üzərində narkotik vasitə saxlayaraq daşımaqda şübhəli olduğu üçün tərəflərindən saxlanılaraq Bakı şəhər Yasamal RPİ-in 29-cu Polis Bölməsin gətirilmişdir. Polis bölməsində ona hüquq və vəzifələri izah edilmiş, daha sonra dövlət hesabına təmin edilmiş müdafiəçinin iştirakı ilə iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək əşyaları və ya predmetləri könüllü surətdə verməyi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynindəki tünd göy rəngli idman gödəkcəsinin sağ yan cibindən 01 (bir) ədəd qara rəngli sellofan paketə bükülmüş bükülünün içərisindən narkotik vasitəyə oxşar kütləni təqdim etmişdir. Təhqiqatçı tərəfindən həmin bükülüyə baxış keçirilərkən bükülünün içərisində narkotik vasitə heroinə oxşar kütlə aşkar edilib qablaşdırılaraq götürülmüşdür. Bu barədə protokol tərtib olunmuş iştirakçılar tərəfindən imzalanmışdır. Daxil olmuş əməliyyat məlumatı Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsi və satışı ilə bağlı olmuşdur. Təqsirləndirilən şəxs bölmədə şifahi sorğu–sual zamanı narkotik vasitənin ona aid olmadığını, narkotik vasitə istifadəçisi və ya satışı ilə məşğul olmadığını, videoçəkiliş zamanı üzərindən aşkar olunan narkotik vasitənin onun üzərinə qoyudluğunu bildirmişdir. Mehman özünü təqsirli bilmədiyi üçün protokollara və digər sənədlərə imza etməkdən imtina etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Yasamal RPİ-in CAŞ-ın əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid2 ifadəsində göstərdi ki, etibarlı və qərəzsiz mənbədən əməliyyat məlumatı daxil olmuşdur ki, Bakı şəhər Yasamal rayonu sakini Təqsirləndirilən şəxs narkotik vasitə istifadə edir, üzərində saxlayır və daşıyır. 09 mart 2023-cü il tarixdə Bakı şəhəri Kubinka adlanan yerdə şəxsiyyəti məlum olmayan şəxsdən narkotik vasitələri götürüb narkotikin satışı ilə məşğul olacaqdır. Daxil olmuş əməliyyat məlumatını rəhbərliyə məruzə etdikdən sonra əvvəlcədən dəqiqləşdirilmiş məlumat əsasında o, iş yoldaşları Şahid1, Şahid4 və Şahid3 ilə birlikdə tərəflərindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2023-ci il tarixdə saat 14:05 radələrində Bakı şəhər sakini Təqsirləndirilən şəxs ünvan 4 ünvanın qarşısında idarə etdiyi Peugout Pars markalı ** UE *** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə birlikdə üzərində narkotik vasitə saxlayaraq daşımaqda şübhəli olduğu üçün tərəflərindən saxlanılaraq Bakı şəhəri Yasamal RPİ-in 29-cu Polis Bölməsin gətirilmişdir. Polis bölməsində hüquq və vəzifələri ona izah edilmiş, daha sonra dövlət hesabına təmin edilmiş müdafiəçinin iştirakı ilə iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək əşyaları və ya predmetləri könüllü surətdə verməyi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynindəki tünd göy rəngli idman gödəkcəsinin sağ yan cibindən 01 (bir) ədəd qara rəngli sellofan paketə bükülmüş bükülünün içərisindən narkotik vasitəyə oxşar kütləni təqdim etmişdir. Təhqiqatçı tərəfindən həmin bükülüyə baxış keçirilərkən bükülünün içərisində narkotik vasitə heroinə oxşar kütlə aşkar edilib qablaşdırılaraq götürülmüşdür. Bu barədə protokol tərtib olunmuş iştirakçılar tərəfindən imzalanmışdır. Daxil olmuş əməliyyat məlumatı Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsi və satışı ilə bağlı olmuşdur. Təqsirləndirilən şəxs bölmədə şifahi sorğu–sual zamanı narkotik vasitənin ona aid olmadığını bildirib, özünü təqsirli bilmədiyi üçün protokollara imza etməkdən imtina etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Yasamal RPİ-in 29-cu PŞ-nin baş əməliyyat müvəkkili Şahid4 da iş üzrə şahid qismində dindirilmiş Şahid2, Şahid1 və Şahid3 ifadələri ilə eyni məzmunlu ifadə verərək, sonuncuların göstərdikləri xüsusatları təsdiq etmişdir. İş materiallarında olan məhkəmə-bioloji ekspertizasının xx.xx.2023-cü il tarixli 6/1444 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “imza etməkdən imtina etdi Təqsirləndirilən şəxs" sözləri və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisində 01 (bir) ədəd bükümdə təmiz çəkisi 50.008 qram olun qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in İ siyahısına daxildir. Qeyd: heroin ümumi təmiz çəkisi: 50.008 qram, tədqiqata sərf edildi: 0,1 qram, qalıq: 49.908 qram (iş vərəqə 49-53) İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 1988 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. (iş vərəqə 120-121) İş materiallarında olan ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2023-cü il tarixli 907 nömrəli rəyindən görünür ki, yoxlanılan Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası CM-in 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. (iş vərəqə 123-124) İş materiallarında olan xx.xx.2023-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan və xx.xx.2023-cü il tarixli “diskə baxış keçirilməsi barədə” protokoldan görünür ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edildi. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki tünd göy rəngli idman gödəkcəsinin sağ yan cibindən 01 (bir) ədəd qara rəngli sellofan paketə bükülmüş bükülünün içərisindən narkotik vasitəyə oxşar maddə kütləsini çıxarıb könüllü təqdim edib masanın üzərinə qoyaraq, həmin narkotik vasitənin adını bilmədiyini və tanımadığı "kök" bədən quruluşlu kişi cinsli şəxs tərəfindən əynindəki olan tünd rəngli idman gödəkcəsinin sağ yan cibinə qoyulmasını bildirdi. Təqsirləndirilən şəxs tərəfindən təqdim etdiyi 01 (bir) ədəd qara rəngli sellofan paketə bükülmüş bükümə baxış keçirilərkən içərisində qəhvəyi rəngli spesifik iyli narkotik vasitə olan heroinə bənzər maddə kütləsi olması müəyyən edildi. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 (bir) ədəd qara rəngli sellofan paketə bükülmüş bükülüdəki kütlə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan, 01 (bir) ədəd kağız zərfdə qablaşdırılıb, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 169 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. (iş vərəqə 35-36) İş materiallarında olan xx.xx.2023-cü il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus Peugout Pars markalı ** UE *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə baxış zamanı avtomobilin içərisində, eləcə də saxlanc yerlərində narkotik vasitə və ya qanunla qadağan olunmuş hər hansı bir predmet, habelə, cinayət təqibi üzrə sübut əhəmiyyətə malik ola biləcək əşya və ya digər sənədlər aşkar edilməmişdir. (iş vərəqə 38-39) İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Yasamal RPİ-in 29-cu PŞ-nin baş əməliyyat müvəkkili Şahid4 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli “Əməliyyat-axtarış tədbirlərinin həyatakeçirilməsi haqqında” qərar qanuni hesab edilmişdir. (iş vərəqə 10-11; 54-55) İş materiallarında olan Yasamal rayon Polis İdarəsinin xx.xx.2023-cü il tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə aldığı naməlum şəxsin şəxsiyyəti və anket məlumatlarını müəyyən etmək məqsədilə müvafiq əməliyyat-axtarış tədbirləri keçirilmiş, lakin heç bir müsbət nəticələr əldə edilməmişdir. (iş vərəqə 128) Bakı Ağır Cinayətlər Məhkəməsinin sorğusuna əsasən, AR Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasından daxil olmuş xx.xx.2023-cü il tarixli məktubdan və tibbi kitabçanın surətindən görünür ki, Təqsirləndirilən şəxs bədəninə baxış keçirilən zaman xəsarət izi aşkar edilməmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin sorğusuna əsasən məhkəməyə göndərilmiş Bakı şəhəri Yasamal rayon Prokurorluğunun xx.xx.2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs qarşı hər hansı polis əməkdaşı tərəfindən fiziki və ya psixi zorakılıq, qeyri-insani, ləyaqəti alçaldan rəftar edilmədiyindən AR CPM-in 39.1.2-ci maddəsinə əsasən, cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə ümumiyyətlə özünü təqsirli bilməyərək, saxlanılan zaman üzərində narkotik vasitə olmaması, narkotik vasitənin polis əməkdaşları tərəfindən ona fiziki, psixi təzyiq, hədə-qorxu gəlməklə ona təqdim edilməsi ilə bağlı verdiyi ifadəsinə hüquqi qiymət verərək belə hesab edir ki, onun məhkəmədə verdiyi ifadəsi işin faktiki hallarına uyğun olmamaqla məsuliyyətdən boyun qaçırmağa yönəlmişdir. Onun özünün müdafiə üçün irəli sürdüyü fikirlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-bioloji ekspertizasının xx.xx.2023-cü il tarixli 6/1444 nömrəli rəyi, AR Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasından daxil olmuş xx.xx.2023-cü il tarixli məktub və tibbi kitabçanın surəti, Bakı şəhəri Yasamal rayon Prokurorluğunun xx.xx.2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarı, xx.xx.2023-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokol və xx.xx.2023-cü il tarixli “diskə baxış keçirilməsi barədə” protokol, şahidlərin ifadələri, həmçinin, digər mötəbər sübutlarla tam təkzib olunur. Məhkəmə təqsirləndirilən şəxsin, şahidlərin ifadələrinə, eləcə də məhkəmə istintaqı zamanı tədqiq edilmiş digər sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilməmişdir. Məhkəmə iş materiallarını tədqiq edərkən Təqsirləndirilən şəxs kustar üsulla hazırlanmış narkotik vasitə heroini satış məqsədi ilə əldə edib saxlaması barədə sübut etmə predmetinin müəyyən edilməsi üçün, heç bir mötəbər sübutlar müəyyən etməmişdir. Belə ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitənin onun tərəfindən məhz satış məqsədi ilə əldə edilməsini təsdiq edən sübutlar nə ibtidai istintaqda, nə də məhkəmə baxışı zamanı müəyyən olunmamışdır. Təqsirləndirilən şəxsə satış məqsədi ilə külli miqdarda narkotik vasitə heroini əldə etməsi, saxlama və daşıması barədə verilən ittihama baxmayaraq bunu təsdiq edə bilən, elan edilmiş ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün zəruri olan sübutlar təqdim olunmamışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması barədə qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs AR CM-in 234.1-ci maddəsi ilə, narkotik vasitələrin istifadəsi və üzərində gəzdirməsi məlumatı əsasında şübhəli şəxs qismində tutulmuşdur. (iş vərəqə 15, 26-27) İş materiallarında olan xx.xx.2023-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” qərardan görünür ki, AR CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli bilinən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmışdır. (iş vərəqə 33) İş materiallarında olan Yasamal rayon Polis İdarəsinin xx.xx.2023-cü il tarixli əməliyyat tapşırığına Yasamal rayon Polis İdarəsinin 29-cu polis bölmələrinin cavab məktubundan da görünür ki, Təqsirləndirilən şəxslə qabaqcadan əlbir olan qrupun üzvləri, narkotik vasitənin əldə olunma mənbələri və kimlərə satıldığı barədə məlumatların əldə edilməsinə dair müsbət nəticələr əldə edilməmişdir. (iş vərəqə 128) Həmçinin məhkəmə istintaqı zamanı cinayət işi üzrə şahidlər Şahid3, Şahid2 və Şahid4 ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunan narkotik vasitə heroini şəxsi istifadəsi üçün əldə etdiyini qeyd etmişlər. Göründüyü kimi, ibtidai istintaq orqanının şəxsə AR CM-in 234.4.3-cü maddəsi ilə irəli sürdüyü ittiham öz təsdiqini tapmamış, yalnız şübhələrdən ibarətdir. Bütün qeyd edilənlərə baxmayaraq, ibtidai istintaq orqanının 10 mart 2023-cü il tarixli qərarına əsasən, kifayət qədər əsaslar olmadan, heç bir mötəbər sübut əldə edilmədən, tamamilə anlaşılmaz şəkildə Təqsirləndirilən şəxs AR CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. (iş vərəqə 81-83) Nəzərə alınmalıdır ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışı dəqiq və birmənalı şəkildə müəyyənləşdirilmişdir. Belə ki, qeyd olunan qanunun həmin maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekurslarının dövriyyəsi haqqında” xx.xx.2011-ci il tarixli qərarında izah edilir ki, “narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Nəzərə alınmalıdır ki, narkotik vasitələrin qanunsuz dövriyyəsinin anlayışı «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 1.0.5-ci maddəsində dəqiq müəyyən edilmişdir. Belə ki, həmin maddəyə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlər başa düşülür. Göründüyü kimi, bu Qanunun mənasına görə qanunsuz dövriyyə geniş anlayışdır və satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarda əldə edilməsi əməlini də özündə ehtiva edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» olan 4 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, «Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Həmin Plenum qərarının 11-ci bəndinin üçüncü hissəsində göstərilir ki, «təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. Bununla əlaqədar məhkəmələr digər şəxsin xahişi ilə (sonuncu üçün) və ya birgə istifadə üçün təqsirkarın (vasitəçinin) narkotik vasitə və ya psixotrop maddə, yaxud prekursoru alması əməli qiymətləndirilərkən təqsirkarın bu hərəkətləri kimin mənafeyinə (həmin maddələri satanın və ya alanın) uyğun etdiyini, həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlib-gəlməməsini, özünün bu maddələrin satışından mənfəət əldə edib-etməməsini araşdırmalıdır. Belə razılığın və ya mənfəətin əldə edilməsi təsdiq edilmədiyi halda digər şəxsin xahişi ilə və ya sonuncu ilə birlikdə satış məqsədi olmadan narkotik vasitə almış təqsirkarın əməli narkotiki satanla qabaqcadan əlbir olma kimi deyil, habelə narkotik vasitə satma kimi deyil, satış məqsədi olmadan narkotik vasitə əldə etmə kimi qiymətləndirilməlidir.» Qeyd etmək lazımdır ki, Təqsirləndirilən şəxs aşkar edilən kustar üsulla hazırlanmış narkotik vasitə heroinin bükümlərə ayrılmaması, yalnız 01 ədəd bükümdə 50,008 qram çəkidə olması, hər hansı istehlakçı ilə razılıq əldə edilməsinə dair hər hansı məlumatın olmaması Təqsirləndirilən şəxs narkotik vasitəni şəxsi istifadəsi üçün əldə etməsinə dəlalət edən faktlardır. Lakin, ibtidai istintaq orqanı narkotik vasitənin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilib-edilməməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülüb-bükülməməsi, eləcə də digər sübutların əldə edilməsinin vacibliyini nəzərə almamışdır. Məhkəmə baxışı zamanı da araşdırılmış sübutlarda və işin materiallarında Təqsirləndirilən şəxs tərəfindən ondan aşkar edilmiş narkotik vasitəni əvəzli və ya qazanc əldə etmək, yaxud sair şəxsi maraq məqsədi ilə yayılmasına yönəlmiş hər hansı hərəkət edilməsini, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsini təsdiq edən sübut aşkar olunmamışdır. Beləliklə ibtidai istintaq orqanı ehtimallara və fərziyyələrə əsaslanaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham irəli sürmüşdür. Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsinin İİ-ci bəndinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21-ci maddəsində (təqsirsizlik prezumpsiyası) qeyd edilir ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri Cinayət Məcəlləsində nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Cinayət Məcəlləsinin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayətprosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə Cinayət və Cinayət-Prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Eyni zamanda, həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən, cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli ifadələri müvafiq sübutlarla təkzib olunmadıqda və ya yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası CPM-in 21-ci maddəsində insan hüquq və azadlıqlarının qanunsuz məhdudlaşdırılmadan qorunmasına yönəlmiş mühüm bir prinsip-təqsirsizlik prezumpsiyası təsbit edilmişdir. Təqsirsizlik prezumpsiyası beynəlxalq insan hüquqları konsepsiyasının tərkib hissəsindən biri kimi insan hüquqlarına dair başlıca sənədlərdəinsan hüquqları haqqında Ümumi Bəyamnamənin 11-ci maddəsində, İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsində, mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsində öz əksini tapmışdır. Azərbaycan Respublikasının 63-cü maddəsində təqsirsizlik prezumpsiyası insanın mühüm şəxsi hüquqlarından biri kimi göstərilmişdir. Adı çəkilən konstitusiya normasında təqsirsizlik prezumpsiyası təkcə təqsirləndirilən şəxsə deyil, hər bir şəxsə mənsub olan hüquq kimi təsbit edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsinin İİ hissəsinə əsasən, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Əsaslı şübhələr dedikdə, şəxsin təqsirinin təsdiq edilməsində mühüm rol oynaya biləcək sübutların məzmunu, mənbəyi, işə aid olması ilə bağlı olan şübhələr, habelə müxtəlif sübutlar arasında olan elə ziddiyyət və anlaşılmazlıqlar başa düşülməlidir ki, onları heç bir prosessual vasitə ilə aradan qaldırmaq mümkün olmasın. Başqa sözlə, təqsirsizlik prezumpsiyası tələb edir ki, şübhəli və ya təqsirləndirilən şəxsin təqsiri heç bir şübhə doğurmayan sübutlarla təsdiq olunsun. Şərh olunan maddənin məzmununa əsasən sübutlarla bağlı elə şübhələrdən söhbət gedir ki, iş üzrə toplanmış materiallarda onların mövcud olması şəxsin təqsiri barədə məsələni birmənalı şəkildə həll etməyə imkan vermir. Belə şübhələr cinayət işinin faktiki tərəfi ilə, yəni cinayət işi üzrə sübut edilməli olan ayrıayrı hallarla bağlı ola bilər. Cəza təyin etmənin ayrı-ayrı məsələləri, habelə cinayət və ya cinayət prosessual qanunun tətbiqi ilə bağlı yaranan şübhələr qanunvericiliyin təfsiri vasitəsilə həll edilir. Lakin belə şübhələr (cinayət və ya cinayət prosessual qanunvericiliyin tətbiqi ilə bağlı olan və aradan qaldırılmamış şübhələr) də təqsirləndirilən və ya şübhəli şəxsin xeyrinə həll olunur. Bu tipli şübhələr qanunvericilikdəki boşluqlarla, ayrı-ayrı normalar və müxtəlif normativ hüquqi aktlar arasındakı kolliziya ilə bağlı ola bilər. Azərbaycan Respublikası CPM-nin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikası CPM-nin 351.2 və 351.3.4-cü maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir. Azərbaycan Respublikası CPM-nin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxmaq hüququna malikdir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “24” dekabr 2021-ci il tarixli 15 saylı qərarının 22-ci bəndinin 1, 2 və 3-cü abzaslarında qeyd edilmişdir ki, Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni isə CPM-in 351.3-cü maddəsi məhkəmənin bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən (cinayət hadisəsinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət tərkibinin olmasının sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyətinin sübuta yetirilib-yetirilməməsi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin əməlinin ittihamda CM-in müvafiq maddəsi əsasında ona istinad edilən cinayətin əlamətlərinə uyğun olub-olmaması kimi) məsələlərə təsdiqedici cavab verməsi, habelə CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı yəni, təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1- 351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir. «Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi-hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə tərkibi sübutlara qarşılıqlı şəkildə hüquqi qiymət verərək müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan, şəxsi istifadə məqsədi ilə qanunsuz olaraq külli miqdarda ümumi təmiz çəkisi 50,008 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlayaraq daşımış, Bakı şəhər Yasamal RPİ-nin CAŞ-ın və Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən birgə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri Yasamal rayonu K.Rəhimov küçəsi 15 ünvanının qarşısında idarə etdiyi “Peugeot Pars" markalı ** UE *** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə saxlanılaraq Bakı şəhər Yasamal RPİnin 29-cu Polis Şöbəsinin inzibati binasına gətirilmiş, orada onun üzərində şəxsi axtarış aparılarkən əynindəki tünd göy rəngli idman gödəkcəsinin sağ yan cibindən 01 (bir) ədəd qara rəngli sellofan paketə bükülmüş bükülünün içərisində təmiz çəkisi 50,008 qram narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Odur ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddə əsasında təqsirli bilinərək cəzalandırılmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (iş vərəqə 126-127) İş materiallarında olan elektron portaldan olan çıxarışlardan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2016-cı il təvəllüdlü X5, xx.xx.2018-ci il təvəllüdlü X2 və xx.xx.2020-ci il təvəllüdlü X3 olmaqla üç azyaşlı uşağı vardır. (iş vərəqə 61-63) Məhkəmə Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində üç azyaşlı uşağının olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır və həmin Məcəllənin 61-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah edilməsi mümkün olmadığından ona təqsirli bilindiyi maddənin sanksiyası daxilində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. İş materiallarında olan “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan və Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 4(004)-199/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 09 mart 2023-cü il tarixdən hesablanmışdır. (iş vərəqə 26-27; 112-114) Odur ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 09 mart 2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin ambulator məcburi-narkoloji tibbi yoxlamasının xx.xx.2023-cü il tarixli 1988 nömrəli rəyinə əsasən, narkomaniya xəstəliyindən əzab çəkmədiyindən, Təqsirləndirilən şəxs narkomaniyadan müalicə üçün tibbi xarakterli məcburi tədbirlər tətbiq olunmamalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq işi üzrə aparılmış ekspertiza tədqiqatının dəyərini təşkil edən 80 (səksən) manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1-99-1.1.4 maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlakı müəyyən edilmədiyindən Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən, maddi sübutlarla bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəyə mindikdən sonra Bakı şəhəri Yasamal rayon Polis İdarəsində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 ədəd şəffaf sellofan bükümdə külli miqdarda təmiz çəkisi 50,008 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroindən ekspertiza tədqiqatından sonra qalıq qalmış 49,908 qram külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılmasının videoyazısını özündə əks etdirən 01 ədəd «DVD» disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş müdafiəçi X4 Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci tarixli qərarına və həmin qərara (sonrakı dəyişikliklərə və əlavələrə) əsasən təqsirləndirilən şəxsə göstərilmiş 10 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 38 saylı Vəkil Bürosunun hesabına 60 manat miqdarında pul ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 345-347, 349, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 09 mart 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübutlar – Bakı şəhəri Yasamal rayon Polis İdarəsində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 ədəd bükümdə ekspertiza tədqiqatından sonra qalıq çəkisi 49,908 qram təşkil edən külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 01 ədəd «DVD» disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə xərcləri - ekspertiza tədiqiqatının dəyərini təşkil edən 80 (səksən) manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş müdafiəçi X4 təqsirləndirilən şəxsə göstərilmiş 10 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 38 saylı Vəkil Bürosunun hesabına 60 manat miqdarında pul ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə təqdim edildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Əhməd Quliyev hakimlər: Telman Hüseynov Fərid Namazov
Məhkəmə qərarları › İş №1(101)-386/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-386/2024
25.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver