Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-387/2020 18.06.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Hüseynov Cavid İbadulla oğlunun sədrliyi, hakimlər İsmayılov Eldar Herov oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, X1-liyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Bakı Şöbəsinin prokurorları, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı1 və İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı2, zərər çəkmiş şəxsin hüquqi varisi X3 nümayəndəsi - Xırdalan şəhər Vəkil Bürosunun vəkili Nümayəndə, zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs3, Xudiyev Adigözəl Muxtar oğlunun, Zərərçəkmiş şəxs4 Məhəmməd oğlunun, X12, Zərərçəkmiş şəxs5 və X4, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə açıq məhkəmə iclasında xx xxxxxxx 1980-ci ildə Sabirabad rayonunun Qasımbəyli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 1 qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, xx xxxxxxx 2019-cu il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx xxxxxxx 2019-cu il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, faktiki həbsdə olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1, 186.2.2 və 263-1.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cina-yət işinə Bakı Ağır Cinayətlər Məhkəməsinin binasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu il tarixdə, saat 09 radələrində Zərərçəkmiş şəxs2 məxsus və xx xxx 2017-ci il tarixdə icarə müqaviləsi əsasında Zərərçəkmiş şəxs8 icarəyə verilmiş, fiziki şəxs kimi ********** VÖEN ilə qeydiyyata alınmış Zərərçəkmiş şəxs8 məxsus 551 saylı marşrut üzrə istifadədə olan “SAZ NP37” markalı, **-KU-*** dövlət qeydiyyat nişanlı mikroavtobusla Abşeron rayonu, Hökməli qəsəbəsi, Nübar yaşayış massivində hərəkətdə olarkən, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, həmin Qanunun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərinə əsasən mexaniki nəqliyyat vasitəsinin sürücüsü sürücülük vəsiqəsini (fərdi nəqliyyat vasitəsinin sahibi olmadıqda, sürücünün nəqliyyat vasitəsini idarə etmək hüququna dair müəyyən edilmiş qaydada təsdiqlənmiş etibarnaməsini) sürücülük vəsiqəsi müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən alınmış olduqda isə onu əvəz edən xüsusi arayışı, nəqliyyat vasitəsinin qeydiyyat vəsiqəsini özündə saxlamalı olduğu halda qanunun həmin tələblərini pozaraq hadisənin qarşısını almağa texniki imkanı olmasına baxmayaraq, ümumi istifadəli nəqliyyat vasitəsi olan mikroavtobusu “D” kateqoriyalı sürücülük vəsiqəsi olmadan idarə edərək, yolun enişli hissəsində mikroavtobusun idarə etməsini itirmiş və mikroavtobus yolun hərəkət hissəsindən çıxaraq, qarşıda öz istiqamətində yolun sol tərəfində hərəkətsiz vəziyyətdə dayanmış “DAF” markalı, CH-204-HC dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsi ilə toqquşmuş, nəticədə ehtiyatsızlıqdan mikroavtobusda olan sərnişin Zərərçəkmiş şəxs9 Zamiq qızının sol baldır venasının zədələnməsi ilə müşayiət olunan ağ ciyər arteriyalarının tromboemboliyası, ağ ciyərlərin ödemi, atelektazı və emfizeması, sol baldır sümüklərinin yuxarı 1/3-nin çoxqəlpəli və sol said sümüklərinin aşağı 1/3-nin qəlpəli yerdəyişmiş sınıqları kimi dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər almasına və sol baldır venasının zədələnməsi ilə müşayiət olunan, sol baldır sümüklərinin yuxarı 1/3-nin qapalı, çoxqəlpəli yerdəyişən sınıqları nəticəsində ağ ciyər arteriyalarının tromboemboliyası ilə fəsadlaşan kəskin ürək-ağ ciyər çatışmazlığından Zərərçəkmiş şəxs9 xx xxxx 2019-cu il tarixdə ölməsinə, digər sərnişinlər X4 qapalı kəllə beyin travması, sol mil sümüyünün tipik yerini az dəyişən sınığı, sol 5-ci barmağın əzilmiş cırılmış yarası, sol sarğının və təpə nahiyyəsinin sıyrıntıları kimi dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər almasına, Zərərçəkmiş şəxs4 Məhəmməd oğlunun alt dodağın əzilmiş-cırılmış yarası kimi dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər almasına, Zərərçəkmiş şəxs3 onurğa sütununun bel şöbəsinin L1, L2, L3, L4 (İ-İİ-İİİ-İV bel) fəqərələrinin sağ yan çıxıntılarının sınıqları kimi dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər almasına, digər sərnişin Zərərçəkmiş şəxs6 burun sümüklərinin yerdəyişməyən sınığı, sol baldır nahiyyəsinin yumşaq toxumalarının əzilməsi, sol qaş nahiyyəsinin çapığı, əzilmiş-cırılmış yarası kimi dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər almasına və Zərərçəkmiş şəxs7 sol diz və sol topuq nahiyyələrinin yumşaq toxumalarının əziyi kimi sağlamlığa zərər vurmayan dərəcəsi təyin olunmayan xəsarətlər almasına, habelə “SAZ NP37” markalı, 99KU551 dövlət qeydiyyat nişanlı mikroavtobusun zədələnməsi ilə əlaqədar sahibi Zərərçəkmiş şəxs2 2.580 manat məbləğində maddi ziyan vurmasına səbəb olan ehtiyatsızlıqdan yol hərəkəti qaydalarını pozmuşdur. Bundan başqa, o, tamah niyyətilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə xx xxxxxx 2019-cu il tarixdə Zərərçəkmiş şəxs5 xüsusi mülkiyyətində olan, 1997-ci il buraxılışlı, sedan tipli “Daewoo Espero” markalı, **-KL-*** dövlət qeydiyyat nişanlı avtomobili guya icarəyə götürüb hər gün üçün avtomobil sahibinə 25 manat məbləğində pul ödəniş edəcəyinə dair yalan vəd verib inandırmış, bu şəkildə avtomobili etibarnamə əsasında idarə etmək üçün götürüb iki gün ərzində 25 manat ödəniş etdikdən sonra istifadəsində olan əlaqə telefonlarını söndürüb gizlənməklə ona etibar edilmiş Zərərçəkmiş şəxs5 məxsus 4000 manat dəyərində olan “Daewoo Espero” markalı, **-KL-*** dövlət qeydiyyat nişanlı avtomobili 2019-cu ilin sentyabr ayında Abşeron rayonunun Atyalı qəsəbəsində hissələrə ayırıb satmaqla zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs5 4000 manat maddi ziyan vurub dələduzluq etmişdir. Bundan başqa, o, xx xxxxxx 2019-cu il tarixdə törətdiyi ölümlə nəticələnən həmin yolnəqliyyat hadisəsi ilə bağlı köməklik göstərilməsi üçün sahibkar Zərərçəkmiş şəxs8 müraciət etsə də, ona heç bir köməklik edilməməsindən qəzəblənərək Zərərçəkmiş şəxs8 sonuncuya məxsus əmlakını məhv edib ciddi maddi ziyan vuracağı ilə hədələmiş və bu niyyətlə xx xxxxxxx 2019-cu il tarixdə, saat 04.00 radələrində yaşadığı Abşeron rayonu, Müşviq qəsəbəsindən ona məlum olan Şahid1 yaşadığı Abşeron rayonunun Nubar qəsəbəsinə getmiş, Şahid1 evinin qarşısında saxladığı “xxxxxxxx” QSC-yə məxsus, xx xxxx 2010-cu il tarixli Daxili Lizinq müqaviləsinə əsasən Zərərçəkmiş şəxs8 etibar edilmiş və ona aid Metronun ”Avtovağzal” stansiyasından “Atyalı”qəsəbəsi xətti üzrə fəaliyyət göstərən “551” nömrəli marşrut xəttində hərəkət edən 20.000 manat dəyərində “MİDİBUS İSUZU SAZ NP37” markalı, ağ rəngli, 2007-ci il buraxılışlı, **-TE-*** dövlət qeydiyyat nişanlı “Tip” sərnişin avtobusunun yanacaq çəninin qapağını açıb havasını çıxartmaqla, ətrafdan topladığı karton parçalarını yanacaq çəninin içərisinə atmaqla ümumi təhlükəli üsulla yandırıb qəsdən məhv etməklə “xxxxxxxx”QSC-yə 20.000 manat xeyli miqdarda maddi ziyan vuraraq qəsdən əmlakı məhv etmişdir. Təqsirləndirilən şəxs münasibətdə Azərbaycan Respublikası CM-nin 178.1, 186.2.2 və 263-1.3-cü maddələri ilə irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış, araşdırılan mötəbər və təkzibedilməz sübutlarla onun Azərbaycan Respublikası CM-nin 178.1, 186.2.2 və 263-1.3-cü maddələri ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilmişdir. Belə ki, məhkəmə baxışı zamanı iş üzrə Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilməklə qanunla ona verilən hüquqlardan istifadə edərək ifadə verməkdən imtina etdiyindən və ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini bildirdiyindən Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edildi və müəyyən edildi ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraatda verdiyi ifadələrində ittihamın mahiyyəti üzrə göstərmişdir ki, Abşeron rayon Məhkəməsinin xx xxxxx 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddəsilə təqsirli bilinərək 4 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qərarı ilə cəzası 3 ilə endirilmiş, xx xxxxx 2018-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Fərdi işlərlə, əsasən sürücülük fəaliyyəti ilə məşğul olaraq ailəsinin maddi təminatını ödəmişdir. xx xxxxxx 2019-cu il tarixdə Bakı Beynəlxalq avtovağzalına gəzməyə getdiyi vaxt, orada 551 saylı marşrut avtobuslarının kalon rəisi olan tanışı Şahid2 görüb onunla görüşmüş, Səyavuşla söhbət zamanı sonuncuya sürücülük vəsiqəsinin olduğunu, lakin özünə iş tapa bilmədiyini demiş, Səyavuş isə onların qarajında avtobus sürücüsü işləməsini təklif etmişdir. Səyavuşa sərnişin avtobusu sürməyə kateqoriyasının olmadığını demiş, Səyavuş ona problem olmadığını, “nə hadisə olsa bizlikdir” demişdir. Səyavuş ilə aralarında olan razılığa əsasən xx xxxxxx 2019-cu il tarixdə Səyavuşun işlədiyi “xxxxx” MMC-də “SAZ NP37” markalı, **-KU-*** dövlət qeydiyyat nişanlı sərnişin avtobusu idarə etməyə başlamış, sərnişin avtobusu idarə etməyə sürücülük kateqoriyası olmadığı üçün plandan əlavə, işdə olduğu günlərdə Səyavuşa 20 manat pul vermişdir. Bir gün işləmiş, bir gün isə istirahət etmişdir. Cədvəl üzrə səhər tezdən Abşeron rayonunun Nübar qəsəbəsindən işə başlamış, sonuncu dayanacağı isə Bakı Beynəlxalq Avtovağzalı olmuşdur. Təqsirləndirilən şəxs tədqiq olunan həmin ifadəsinin davamında göstərmişdir ki, xx xxxxxx 2019-cu il tarixdə, saat 09 radələrində o, idarə etdiyi həmin avtobusla Abşeron rayonunun Atyalı massivindən avtovağzal istiqamətinə avtobusu idarə etdiyi zaman “tormoz otkaz elədiyi üçün”, yolun kənarında dayanmış DAF markalı avtomobilin qoşqusuna arxadan dəyməklə toquşma hadisəsi baş vermişdir. Hadisə nəticəsində avtobusda olan bir neçə sərnişin və özü xəsarət almışdır. Hadisə yerinə polis əməkdaşları və təcili tibbi yardım avtomaşını ilə həkimlər gəlmiş, xəsarət alanlara tibbi yardım göstərilməsi üçün onları xəstəxanaya aparmışlar. Hadisə nəticəsində xəsarət alanlardan bir qadın sərnişin xəsatəxanada ölmüşdür. xx xxxxxx 2019-cu il tarixdə avtobusu yaşadığı evin yanında küçədə saxlaması evin yaxınlığında olan marketin kamerasına düşmüş və həmin kamera görüntüsünü diskdə istintaq orqanına təqdim etmişdir. Hadisədən sonra marşrutun kalon rəisi Səyavuş, sonuncunun qardaşı Teymur ona avtobusu Səyavuşdan deyil, Elxandan alması barədə ifadə verməsini demiş, əvəzində onun barəsində olan cinayət işini xitam etdirəcəklərini bildirmişlər. Buna görə əvvəl onların dediyi kimi ifadə vermiş, lakin sonra onlar onu müdafiə etməmişlər. İdarə etdiyi həmin **-KU-*** dövlət qeydiyyat nişanlı sərnişin avtobusunu idarə edərkən həm əl tormozu, həm də avtobusun özünün tormozu istifadəyə yararsız olmuş, avtobusun texniki baxışı və sığortası olmamışdır. Təqsirləndirilən şəxs tədqiq olunan həmin ifadəsinin davamında göstərmişdir ki, xx xxxxxx 2019-cu il tarixdə Abşeron rayonunun Atyalı qəsəbəsi ərazisində idarə etdiyi 551 saylı marşurut avtobusu ilə törətdiyi yol nəqliyyat hadisəsinə görə barəsində başlanmış cinayət işinin istintaqı zamanı həmin marşrutun dispeçeri Şahid2 və marşrut xəttinin sahibi Zərərçəkmiş şəxs8 dəfələrlə zəng vurub bu işdə ona köməklik göstərmələrini xahiş etmiş və idarə etdiyi avtobusun əyləcində qusurların olmasını və bunun aradan qaldırılmadan ona həvalə edildiyini etiraf etmələrini təklif etmiş, lakin sonuncular onu tanımadıqlarını bildirmişlər. Bundan sonra marşrut xəttinin sahibi xxxxxın avtobuslarından birini yandırmaqla sonuncuya ciddi maddi ziyan vurmaq qərarına gəlmişdir. Həmin avtobusların kim tərəfindən idarə olunduğunu və harada saxlanıldığını bildiyindən onlardan ona yaxın olan avtobusu yandırmaq qərarına gəlmişdir. Buna görə xx xxxxxxx 2019-cu il tarixdə, gecə saat 01:40 radələrində yaşadığı Müşfiq qəsəbəsindən tanımadığı taksi ilə Nübar qəsəbəsinə getmiş və gecə saat 03.00 radələrinədək orada gözləmişdir. Cavid adlı sürücünün kirayə yaşadığı evin qarşısında saxladığı “İSUZU”markalı, **-TE-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtobusa yaxınlaşıb, yanğın zamanı partlayış baş verməməsi üçün əvvəlcə yanacaq bakını açıb havasını çıxartmış, sonra arxa qapını açıb karton qutunun içərisinə tez alışan tullantı polietilen paket qırıqları, kağızlar yığaraq yandırıb avtobusun salonuna, oturacaqların birinin üzərinə, divarına yaxın yerləşdirib od vurduqdan sonra yerə düşmüşdür. Təxminən 150 metr kənarda dayanıb avtobusun yanmasını müşahidə etməyə başlamışdır. Təxminən 20 dəqiqədən sonra FHN-nin yanğın söndürənləri hadisə yerinə gəlmişlər. 40 dəqiqəyə yaxın müddət ərzində abtobus tam yanmış, qalan hissələri isə söndürülmüşdür. Bundan sonra yoldan keçən taksi ilə Abşeron RPİ-nə gəlib özünü təqdim edərək, həmin yanğın hadisəsini törətdiyini etiraf etmişdir. xxxxxı ölümlə hədələməmiş, ancaq ona ciddi ziyan vuracağını demişdir. Təqsirləndirilən şəxs tədqiq olunan həmin ifadəsinin davamında göstərmişdir ki, 2019-cu ilin sentyabr ayının ortalarında Sumqayıt şəhərində Faiq adlı şəxsdən “Daewoo Espero” markalı, **-KL-*** dövlət qeydiyyat nişanlı avtomobili icarəyə götürmüşdür. Avtomobilin sahibi Ramin ona avtomobili sürmək üçün etibarnamə vermişdir. İcarə haqqı olaraq Faiqə hər gün 25 manat ödəmişdir. Avtomobil işləmədiyi üçün Faiqə bu barədə bildirdikdə, Faiqlə aralarında buna görə mübahisə olmuş və Faiq onu təhqir etdiyi üçün 2019-cu ilin sentyabr ayının sonlarında həmin “Daewoo Espero” markalı, **-KL-*** dövlət qeydiyyat nişanlı avtomobilin mühərrikini, sürət qutusunu və digər hissələrini çıxardıb, Bakı şəhəri, Binəqədi rayonu, Müşfiqabad qəsəbəsində avtomobillərin ehtiyyat hissələri mağazasında işləyən Aqil adlı şəxsə, ban hissəsini isə Abşeron rayonu Atyalı yaşayış massivində metallom qəbulu sexində xatırlamadığı qiymətlərə satmış və əldə etdiyi pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Məhkəmə istintaqı zamanı iş üzrə zərər çəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs8 ifadəsində göstərdi ki, 2015-ci ilin yanvar ayından Bakı şəhəri, “Metro Avtovağzal”dan Abşeron rayonunun Atyalı qəsəbəsinədək xətt üzrə fəaliyyət göstərən 551 nömrəli marşrut xəttin sahibi olmuşdur. Xətt üzrə 6 ədəd “İsuzu” markalı sərnişin avtobusu hərəkət etmiş, avtobuslara avtovağzalda dispeçer nəzarət etmişdir. Həmin marşrutda avtobuslar hər gün səhər 06.00 dan axşam 21.00-dək işləmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs8 ifadəsinin davamında göstərdi ki, xx xxxxxxx 2019cu il tarixə keçən gecə, saat 04.00 radələrində ona “İsuzu” markalı, **-TE-*** dövlət qeydiyyat nisanlı avtobusu idarə etmiş Şahid1 zəng edərək avtobusun yandığı barədə məlumat vermişdir. Dərhal hadisə yerinə getmiş və FHN-nin əməkdaşları tərəfindən avtobusun söndürüldüyünü görmüşdür. Həmin avtobusu Şahid1 5-6 gün əvvəl idarə etməyə başlamış və avtobusu axşam saatlarında kirayə yaşadığı Nübar qəsəbəsindəki evinin qarşısında saxlamışdır. Avtobus elə həmin yerdə də yandırılmışdır. Avtobus 2007-ci ildən “xxxxxxxx” QSC-dən lizinq müqaviləsinə əsasən atası X16 tərəfindən götürülmüş və ona etibarnamə ilə verilmişdir. Lizinqdə avtobusun 2007-ci ildəki qiyməti təxminən 70.000 manat təşkil etmişdir. Həmin vaxta kimi ödənişin təxmini yarı hissəsi ödənsə də hadisə vaxtı avtobus “xxxxxxxx” bankda girovda olmuşdur. Avtobus tamamilə yanıb yararsız hala salınmışdır. Sonradan avtobusun Həmid adlı şəxs tərəfindən yandırıldığını eşitmişdir. Həmid adlı şəxsi 2019-cu ilin fevral ayından tanımışdır. Belə ki, Həmid onların marşrutunda işləyən Elxan adlı sürücüdən avtobusu alıb idarə edərək hadisə törətmiş və avtobusda olan sərnişinlərdən xəsarət alan bir qadın ölmüşdür. Həmid barəsində Abşeron RPİ-nin İŞ-də cinayət işinin istintaqı aparılan zaman sonuncu ona bir neçə dəfə zəng edərək köməklik göstərməyi tələb etmiş, lakin Həmidin törətdiyi hadisənin ona aidiyyəti olmadığından o, Həmidə əhəmiyyət verməmişdir. Bundan sonra, Həmid ona zəng edərək onu ölümlə hədələsə də, ona maddi ziyan vuracağını deməmişdir. Ancaq ona “baxarsan, başına nə oyun açacağımın şahidi olacaqsan” deyərək telefon vasitəsilə onu hədələmişdir. Həmidə iş yerində onunla görüşməsini təklif etməsinə baxmayaraq, Həmid onunla görüşməmişdir. Bir neçə dəfə avtovağzalda və Nübar qəsəbəsində Həmidlə rastlaşmasına baxmayaraq, sonuncu ona yaxınlaşmamış və heç nə deməmişdir. Avtobusun texniki pasportla mülkiyyət sahibi “xxxxxxxx” QSC olsa da həmin banka yanan avtobusa görə 35.000 manat pul ödəmişdir. Təqsirləndirilən şəxs tərəfindən avtobusu yandırılmaqla ona vurulmuş 20.000 manat məbləğində maddi ziyanın ödənilməsini tələb etmişdir. Məhkəmə baxışı zamanı zərər çəkmiş, mərhum Zərərçəkmiş şəxs9 Zamiq qızının hüquqi varisi X3 nümayəndəsi Nümayəndə məhkəmə baxışı zamanı dindiriləprkən qeyd etdi ki, zərər çəkmiş Zərərçəkmiş şəxs9 Zamiq qızı baxılan iş üzrə Təqsirləndirilən şəxs sürücülük hüququ olmadan idarə etdiyi nəqliyyat vasitəsi ilə yol-nəqliyyat hadisəsi törətməsi nəticəsində vəfat entmişdir. Təqsirləndirilən şəxs və ya onun yaxınları mərhum Zərərçəkmiş şəxs9 hüquqi varisi İsayev Ramallə barışıq üçün hər hansı cəhd belə etməmişdir. Ona görə də nümayəndə zərərçəkmiş şəxsin hüquqi varisi Ramal İsayevin təqsirləndirilən şəxslə barışmadığını, Təqsirləndirilən şəxs və ya onun qohumlarının vurulmuş ziyanı aradan qaldırmamalarını və ya azaldılması ilə bağlı cəhd edilməməsini nəzərə alıb təqsirləndirilən şəxsə ittiham olunduğu əməllərə görə yüksək həddə cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı qanunla müəyyən olunan qaydada məhkəmənin yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq məhkəmə baxışı zamanı iştirak etməmiş zərər çəkmiş şəxsin hüquqi varisi X3 hazırkı məhkəmə baxışınadək icraat zamanı vermiş olduğu ifadələri elan edilməklə tədqiq olundu. Zərərçəkmiş şəxs – mərhum Zərərçəkmiş şəxs9 hüquqi varisi X8 tədqiq olunan həmin ifadələrində göstərmişdir ki, öyrəndiyinə görə xx xxxxxx 2019-cu il tarixdə, saat 09 radələrində Abşeron rayonu, Atyalı yaşayış massivində anası Zərərçəkmiş şəxs9, qardaşının arvadı Zərərçəkmiş şəxs6 ilə hüzr məclisinə getmək üçün marşrut avtobusuna əyləşmişlər. Yolda Abşeron rayonunun Nübar yaşayış massivində avtobusun yolun kənarında dayanmış yük avtomobili ilə toqquşması zamanı anası Çiçək və qardaşının həyat yoldaşı Alüdə aldıqları xəsarətlərə görə X20 aparılmışlar. Alüdəyə tibbi yardım göstərilmiş və evə buraxılmışdır. Anası Çiçək isə həmin hadisə zamanı aldığı xəsarətlərdən xəstəxanada müalicə almasına baxmayaraq, xx xxxx 2019-cu il tarixdə xəstəxanada vəfat etmişdir. Hadisənin hansı şəraitdə və necə baş verdiyini görməmişdir. Məhkəmə istintaqı zamanı iş üzrə zərər çəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs6 ifadəsində göstərdi ki, qayınanası Zərərçəkmiş şəxs9 ilə qohumlarının hüzr məclisinə getmək üçün xx xxxxxx 2019-cu il tarixdə, saat 09 radələrində yaşadıqları Abşeron rayonu, Atyalı qəsəbəsində “SAZ NP37” markalı, **-KU-*** dövlət qeydiyyat nişanlı, 551 saylı marşrut avtobusunda sürücünün arxasındakı ikinci oturacaqda oturmuşlar. Avtobusda onlardan başqa təxminən 10-15 nəfər sərnişin olmuşdur. Baş vermiş hadisəyə qədər təxminən 10 dəqiqə ərzində marşrut normal hərəkət etmiş, hətta sürücü yolda marşrutu saxlayıb sərnişin də götümüşdür. Bir müddət sonrna o, avtobusun yolun enişli hissəsində sürətlə getdiyini və sürücünün həyacanlı olduğunu görmüş, avtobusda olan sərnişinlər qışqırmağa başlamışdır. Həmin vaxt avtobus yolun kənarında dayanmış yük avtomobilin qoşqusuna arxadan dəyib dayanmışdır. Hadisə nəticəsində o, qayınanası Zərərçəkmiş şəxs9 və digər sərnişinlər xəsarət almışlar. O, sifət nahiyyəsindən, burun və sol ayağından aldığı xəsarətlə əlaqədar onu xatırlamadığı adamlar Bakı şəhər X20 aparmış və orada ona tibbi yardım göstərilmişdir. Hadisə neəticəsində qaynanası Zərərçəkmiş şəxs9 ölmüşdür. Təqsirləndirilən şəxs şikayətçidir, sonuncuya qanunla nəzərdə tutulmuş cəzanın təyin edilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı iş üzrə zərər çəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, yaşadığı Abşeron rayonu, Atyalı qəsəbəsindən, Bakı Beynəlxalq Avtovağzalına getmək üçün xx xxxxxx 2019-cu il tarixdə, saat 09 radələrində “SAZ NP37” markalı, **-KU-*** dövlət qeydiyyat nişanlı, 551 saylı marşrut avtobusunda arxa oturacaqda əyləşmişdir. Avtobusda təxminən 10-15 nəfər sərnişin olmuşdur. Avtobusda olan sərnişinlər ani olaraq qışqırmağa başlamış, sürücü avtobusu yolun kənarında dayanmış yük avtomobilinin qoşqusuna arxadan vurmuş və bundan sonra avtobus dayanmışdır. Hadisə nəticəsində bel nahiyyəsindən aldığı xəsarət ilə əlaqədar xatırlamadığı adamlar onu Bakı şəhər X20 aparmış və orada ona tibbi yardım göstərilmişdir. Avtobusda olan digər sərnişinlər də xəsarət almışlar. Məhkəmə istintaqı zamanı iş üzrə zərər çəkmiş şəxs qismində dindirilən Xudiyev Adigözəl Muxtar oğlu ifadəsində göstərdi ki, xx xxxxxx 2019-cu il tarixdə, saat 09 radələrində arvadı X9 ilə birlikdə Bakı şəhərindəki Beynəlxalq Avtovağzala getmək üçün yaşadıqları Abşeron rayonunun Atyalı qəsəbəsindən sürücü Təqsirləndirilən şəxs idarə etdiyi avtobusa əyləşmişlər. Atyalı yaşayış massivində sürücü Təqsirləndirilən şəxs idarə etdiyi avtobus yolun kənarında dayanmış vəziyyətdə olan yük avtomobilinin qoşqusu ilə toqquşmuşdur. Toqquşma zamanı sol ayağından və baş nahiyyəsindən aldığı xəsarətlər ilə əlaqədar Bakı şəhərindəki KTM xəstəxanasında müalicə olunmuşdur. Həmçinin arvadı Ülviyyə Xudiyeva da aldığı xəsarətlər ilə əlaqədar KTM-də müalicə olunmuşdur. Onlardan başqa da toqquşma nəticəsində avtobusda olan bir çox sərnişinlər xəsarət almışlar. Məhkəmə istintaqı zamanı iş üzrə zərər çəkmiş şəxs qismində dindirilən X9 ifadəsində göstərdi ki, xx xxxxxx 2019-cu il tarixdə, saat 09 radələrində əri Adigözəl Xudiyev ilə birlikdə Bakı şəhərindəki Beynəlxalq Avtovağzala getmək üçün yaşadıqları Abşeron rayonu Atyalı qəsəbəsindən sürücü Təqsirləndirilən şəxs idarə etdiyi avtobusa əyləşmişlər. Atyalı yaşayış massivində sürücü Təqsirləndirilən şəxs idarə etdiyi avtobus yolun kənarında dayanmış vəziyyətdə olan yük avtomobilin qoşqusu ilə toqquşmuşdur. Toqquşma zamanı baş, qol və başqa nahiyyələrindən aldığı xəsarətlərlə əlaqədar Bakı şəhər KTM xəstəxanasında müalicə olunmuşdur. Həmçinin əri Adigözəl Xudiyev da aldığı xəsarətlər ilə əlaqədar KTM-də müalicə olunmuşdur. Onlardan başqa da toqquşma nəticəsində avtobusda olan bir çox sərnişinlər xəsarət almışlar. Məhkəmə istintaqı zamanı iş üzrə zərər çəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs4 Məhəmməd oğlu ifadəsində göstərdi ki, xx xxxxxx 2019-cu il tarixdə, saat 09 radələrində Bakı Beynəlxalq Avtovağzalına getmək üçün yaşadığı Abşeron rayonu, Atyalı qəsəbəsində “SAZ NP37” markalı, **-KU-*** dövlət qeydiyyat nişanlı, 551 saylı marşrut avtobusunun arxa oturacağında oturmuşdur. Avtobusda təxminən 10-12 nəfər sərnişin olmuşdur. Marşrut hərəkətə başladıqdan az sonra enişdən aşağı düşərkən sürət artmağa başlamış, sürət getdikcə artmış, lakin sürücü marşrutu saxlaya bilməmiş və yolun kənarında olan iri tonnajlı yük maşınına çırpılmışdır. Hadisə nəticəsində o, sifət nahiyyəsindən xəsarət almışdır. Aldığı xəsarətlə əlaqədar xatırlamadığı adamlar onu Bakı şəhər KTM-ə aparmış və orada ona tibbi yardım göstərilmişdir. Hadisə zamanı avtobusda olan digər sərnişinlər də xəsarət almışlar. Məhkəmə istintaqı zamanı iş üzrə zərər çəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs5 ifadəsində göstərdi ki, təxminən 1 il bundan əvvəl xalası oğlu X7 adına aldığı “Daewoo Espero” markalı, **-KL-*** dövlət qeydiyyat nişanlı avtomobili təxminən 2 ay bundan əvvəl Sumqayıt şəhərində avtomobil icarəsi ilə məşğul olan tanışı X10 həvalə etmişdir. 2019-cu ilin avqust ayının sonunda Tofiq ona zəng vurub avtomobili Həmid adlı şəxsə icarəyə sürmək üçün etibarnamə vermək lazım olduğunu bildirmişdir. Bu barədə Raminə demiş və Ramin tərəfindən Təqsirləndirilən şəxs adına sürmək üçün etibarnamə verilmişdir. Təqsirləndirilən şəxs günlük ona 25 manat ödəniş etməli olmasına baxmayaraq, 2 gün tofiqə pul ödəmiş və sonra ödəniş etməmişdir. Təqsirləndirilən şəxs onun zənglərinə cavab verməmiş, bir müddət gözlədikdən sonra Təqsirləndirilən şəxs verdiyi etibarnaməni ləğv elətdirmiş və bu barədə Abşeron RPİ-nə ərizə ilə müraciət etmişdir. Təqsirləndirilən şəxs etibarnamə əsasında verdiyi “Daewoo Espero” markalı, **- KL-*** dövlət qeydiyyat nişanlı avtomobilin sonuncu tərəfindən hissələrə bölünərək satıldığını bilməmişdir. Məhkəmə istintaqı zamanı qanunla müəyyən olunan qaydada məhkəmənin yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq məhkəmə baxışı zamanı iştirak etməmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 məhkəmə baxışınadək icraat zamanı vermiş olduğu ifadələri elan edilməklə tədqiq olundu. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 tədqiq olunan həmin ifadələrində göstərmişdir ki, ona məxsus olan “SAZ NP37” markalı, 99KU551 dövlət qeydiyyat nişanlı mikroavtobusu xx xxx 2017-ci il tarixdə icarə müqaviləsi əsasında Zərərçəkmiş şəxs8 icarəyə vermişdir. Zərərçəkmiş şəxs8 fiziki şəxs qismində avtobus qeydiyyata alınaraq icarə verdiyi mikroavtobusu sərnişin daşınmasına istifadə etmişdir. İcarəyə verdiyi həmin mikroavtobusla xx xxxxxx 2019-cu il tarixdə Abşeron rayonunun Atyalı qəsəbəsində yol nəqliyyat hadisəsi törədildiyini eşitmiş, həmin mikroavtobusu hansı sürücünün idarə etdiyini bilməmişdir. Həmin mikroavtobusu Zərərçəkmiş şəxs8 icarəyə vermişdir. Hadisə nəticəsində mikroavtobus əzilmiş və ona 2580 manat maddi ziyan dəymişdir. Sonradan həmin mikroavtobusu idarə edən sürücünün müvafiq kateqoriyasının olmadığını öyrənib bilmişdir. Məhkəmə istintaqı zamanı iş üzrə şahid qismində dindirilən Şahid1 ifadəsində göstərdi ki, 2015-ci ilin yanvar ayından Metro “Avtovağzal”-“Atyalı” qəsəbə arası xətti üzrə fəaliyyət göstərən 551 nömrəli marşrutda sürücü işləmişdir. xx xxxxxxx 2019-cu ildən isə 081 nömrəli yol vərəqəsi əsasında **-TE-*** dövlət qeydiyyat nişanlı, İSUZU NP-37 markalı, ağ rəngli, 2007-ci il istehsallı, 20+1 yerli avtobusu idarə etmişdir. Hər gün səhər saat 06.00 dan axşam saat 21.00 radələrinədək marşrut xətti üzrə işləmişdir. xx xxxxxxx 2019-cu il tarixdə, saat 22.00-da işdən çıxıb müvəqqəti kirayədə yaşadığı Nübar qəsəbəsindəki fərdi yaşayış evin qarşısında avtobusu saxlayaraq qapılarını bağlamış, evinə getmişdir. Gecə saat 03.15 radələrində adını unutduğu qonşu qadın onun qapısını döyərək avtobusun yanmasını dedikdə, dərhal həyətə çıxmış və avtobusun salonunun tamamilə alova büründüyünü görmüşdür. Təxminən 10 dəqiqədən sonra hadisə yerinə FHN-nin yanğınsöndürənləri gəlmiş və avtobusdakı yanğını söndürmüşlər. Avtobusda yanğının söndürülməsinə baxmayaraq, avtobus tamamilə yararsız hala düşmüşdür. Hadisə barədə marşrut xəttinin sahibi Zərərçəkmiş şəxs8 zəng edib məlumat verdikdən təxminən 40 dəqiqə sonra xxxxx hadisə yerinə gəlmiş və hadisənin şahidi olduqdan sonra avtobusun qəsdən yandırıldığını görərək DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermişdir. Bir qədər sonra Abşeron rayon X15 zəng daxil olduqda avtobusu yandıranın Təqsirləndirilən şəxs adlı şəxs olduğu və könüllü Polis İdarəsinə gedərək təslim olduğu məlum olmuşdur. Təqsirləndirilən şəxs avtobusu hansı səbəbdən yandırdığını bilməmiş, ədavəti-düşmənçiliyi olmamışdır. Bildiyinə görə Təqsirləndirilən şəxs marşrut sahibi xxxxxla arasında münasibətləri normal olmamışdır. Məhkəmə istintaqı zamanı iş üzrə şahid qismində dindirilən Şahid2 ifadəsində göstərdi ki, fiziki şəxs kimi qeydiyyatdan keçərək, ümumi istifadəli nəqliyyat xidməti fəaliyyəti ilə məşğul olan Zərərçəkmiş şəxs8 551 saylı marşrutunda təxminən dörd il ərzində dispeçer işləmişdir. Həmin marşrut avtobusları Bakı Beynəlxalq avtovağzalından, Abşeron rayonunun Atyalı yaşayış massivi üzrə sərnişin daşıma fəaliyyəti ilə məşğul olmuşdur. Həmin marşrutda beş ədəd “SAZ NP37” markalı avtobuslar fəaliyyət göstərmişdir. Bakı Beynəlxalq avtovağzalında olmaqla, həmin marşrutda avtobusların fəaliyyətinə nəzarət etmişdir. Avtobus sürücüləri gündəlik olaraq həkim müayinəsindən keçərək işə buraxılmışdır. Sürücülər növbə ilə, hər avtobusda təxminən 3 nəfər sürücü işləmişdir. Avtobus sürücülərinə yol vərəqəsi verilməklə onların sürücülük vəsiqələri yoxlanılaraq işə buraxılmışlar. “SAZ NP37” markalı, **-KU-*** dövlət qeydiyyat nişanlı avtobus xx xxxxxx 2019-cu il tarixdən bir ay müddətində yol vərəqəsi ilə sürücü Şahid6, Şahid4 və Nahib Qarayevə yol vərəqəsi ilə təhkim edilmişdir. Sürücülər hər gün səhər saat 06-dan axşam saat 21:00-dək işləmişlər. xx xxxxxx 2019-cu il tarixdə, saat 07 radələrində işə gəlmiş, “SAZ NP37” markalı, **-KU-*** dövlət qeydiyyat nişanlı avtobusu sürücü Şahid4 idarə etmişdir. Saat 09 radələrində ona digər sürücülər zəng edib “SAZ NP37” markalı, **-KU-*** dövlət qeydiyyat nişanlı avtobusun Abşeron rayonunun Atyalı yaşayış massivində yolun kənarında dayanmış yük avtomobili ilə toqquşduğunu və nəticədə xəsarət alanların olduğunu xəbər vermişlər. Buna görə tez hadisə yerinə getmiş və avtobusun yolun kənarında dayanmış yük avtomobili ilə toqquşduğunu görmüşdür. Orada ona məlum olmuşdur ki, avtobusu onların marşrutunda işləməyən Təqsirləndirilən şəxs adlı sürücü idarə etmişdir. Bu barədə Elxana zəng edib soruşanda Elxan özünü pis hiss etdiyi üçün avtomobusu ilkin dayanacaqda, yəni avtovağzalın ərazisindən çıxanda tanıdığı sürücü Təqsirləndirilən şəxs verdiyini demişdir. Bundan isə nə onun, nə də marşrutun rəhbəri Zərərçəkmiş şəxs8 xəbəri olmamışdır. Sonra Təqsirləndirilən şəxs avtobusu idarə etməyə görə kateqoriyası olmadığı müəyyən olmuşdur. Məhkəmə istintaqı zamanı iş üzrə şahid qismində dindirilən Şahid4 ifadəsində göstərdi ki, fiziki şəxs kimi qeydiyyatdan keçərək ümumi istifadəli nəqliyyat xidməti fəaliyyəti ilə məşğul olan qardaşı oğlu Zərərçəkmiş şəxs8 551 saylı marşrutunda uzun müddət ərzində sürücü işləmişdir. Həmin marşrut avtobusları Bakı Beynəlxalq Avtovağzalından Abşeron rayonu, Atyalı yaşayış massivi üzrə sərnişin daşıma fəaliyyəti ilə məşğul olmuşdur. Həmin marşrutda beş ədəd “SAZ NP37” markalı avtobuslar fəaliyyət göstərmişdir. Avtobus sürücüləri gündəlik olaraq həkim müayinəsindən keçərək işə buraxılmışlar. Onlar növbə ilə, hər avtobusda təxminən 3 nəfər sürücü işləmişdir. Onlara yol vərəqəsi verilməklə, sürücülük vəsiqələri yoxlanılmış, sonra işə buraxılmışlar. “SAZ NP37” markalı, **-KU-*** dövlət qeydiyyat nişanlı avtobus xx xxxxxx 2019-cu il tarixdən bir ay müddətində yol vərəqəsi ilə sürücü Şahid6, Nahib Qarayev və ona təhkim edilmişdir. Hər gün səhər saat 06-dan axşam saat 21:00-dək iş vaxtları davam etmişdir. xx xxxxxx 2019-cu il tarixdə, saat 07 radələrində işə gəlmiş və “SAZ NP37” markalı, **-KU-*** dövlət qeydiyyat nişanlı avtobusu işə salıb hərəkətə başlamaq istəmişdir. Bu zaman əvvəllər tanıdığı Təqsirləndirilən şəxs avtobus dayanacağında görüb, salamlaşmış və səhər tezdən ora nəyə gəldiyini soruşduqda, Həmid onların marşrutunda işləməyə gəldiyini, lakin kateqoriyası olmadığı üçün dispeçerin onu işə buraxmadığını demişdir. O, həmin gün özünü pis hiss etdiyindən, bir qədər ağrıları olduğuna görə və Həmidi sürücü kimi tanıdığından sonuncudan bir günlük onun avtobusunu idarə edib, marşrutda əvəzində işləməsini xahiş etmişdir. Həmid razılaşdığına görə, avtobusdan düşüb avtobusu Həmidə vermişdir. Avtobusda heç bir sərnişin olmamış, Həmid avtobusu idarə edərək Atyalı qəsəbəsinə getmişdir. Lakin bunu dispeçer bilməmişdir. Həmin gün saat 10 radələrində, Həmidin idarə etdiyi həmin “SAZ NP37” markalı, **-KU-*** dövlət qeydiyyat nişanlı avtobusun Abşeron rayonu, Atyalı yaşayış massivində, yolun kənarında dayanmış yük avtomobili ilə toqquşmasını və xəsarət alanların olduğunu eşitmişdir. Ondan sonra marşrutun sahibi Zərərçəkmiş şəxs8 və dispeçer Şahid2 onun avtobusu Həmidə verdiyini bilmiş və buna görə ona iradlarını bildirmişlər. Məhkəmə istintaqı zamanı iş üzrə şahid qismində dindirilən Şahid5 ifadəsində göstərdi ki, qardaşı Şahid2 551 saylı marşrutda dispeçer işləmişdir. Sonuncu Beynəlxalq avtovağzalda olmaqla oradan marşrut avtobuslarını xəttə buraxmışdır. xx xxxxxx 2019-cu il tarixdə onların bir avtobusu Abşeron rayonu, Atyalı massivində yol nəqliyyat hadisəsi törətmişdir. Sonra məlum olmuşdur ki, həmin avtobusu sürücülük kateqoriyası olmayan şəxs, digər sürücüdən alaraq idarə etmiş və həmin hadisəni törətmişdir. Həmin hadisə ilə bağlı heç bir məlumatı olmamışdır. Hadisəni törədən Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Hadisədən bir müddət sonra bir dəfə qardaşı Səyavuşun iş yerində olarkən sürücü Təqsirləndirilən şəxs orada görmüşdür. Həmidə nə o, nə də qadaşı Səyavuş gedib istintaqda hər hansı bir formada ifadə verməsini deməmişlər. Məhkəmə istintaqı zamanı iş üzrə şahid qismində dindirilən Şahid6 Soralı oğlu ifadəsində göstərdi ki, təxminən 1 ildir 551 saylı marşurut avtobusda sürücü işləmişdir. 2019-cu ilin fevral ayında **-KU-*** dövlət qeydiyyat nişanlı avtobusu sürücülər Şahid4, Naib Qarayev və ona təhkim edildiyi üçün növbə ilə həmin avtobusu idarə etmişlər. 2019-cu ilin fevral ayının əvvəllərində həmin avtobusu idarə edəndən sonra Beynəlxalq Avtovağzalda qarajda saxlamışdır. xx xxxxxx 2019-cu il tarixdə Həmid adlı şəxsin həmin avtobusu xətt üzrə idarə edərək yol nəqliyyat hadisəsi törətməsi məlum olmuşdur. Avtobusun Həmidə kim tərəfindən verildiyini bilməmişdir. Həmid avtobusun Səyavuş tərindən verildiyini yalan demiş, Həmid onunla həmin avtobusda heç vaxt işləməmişdir, şəxsən o, avtobusu Həmidə idarə etməyə heç vaxt verməmişdir. Məhkəmə istintaqı zamanı iş üzrə şahid qismində dindirilən Şahid7 ifadəsində göstərdi ki, Abşeron rayonunun Atyalı yaşayış massivində icarəyə götürdüyü yerdə avtomobillərin təmiri ilə məşğul olaraq çilingər işləmişdir. Həmin ərazidə olan əksər avtomobillər və avtobuslar onun işlədiyi yerə təmirə gəlmişlər. Həmçinin Bakı Beynəlxalq Avtovağzaldan, Abşeron rayonunun Atyalı yaşayış massivi istiqamətində işləyən 551 saylı sərnişin avtobusları hər gün xəttə çıxmamışdan əvvəl onun işlədiyi sexə gəlib texniki cəhətdən yoxlanıldıqdan sonra, marşrut üzrə hərəkətə başlamışlar. Hər gün 551 saylı marşrut üzrə hərəkət edən bütün avtobusları, həmçinin **-KU-*** dövlət qeydiyyat nişanlı avtobusu texniki cəhətdən yoxlamış və avtobuslar saz vəziyyətdə olmuş, onların əyləc sistemində heç bir nasazlıq olmamışdır. Məhkəmə istintaqı zamanı qanunla müəyyən olunan qaydada məhkəmənin yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq məhkəmə baxışı zamanı iştirak etməmiş şahidlər X11, Şahid9, Şahid10 və Şahid11 hazırkı məhkəmə baxışınadək icraat zamanı vermiş olduqları ifadələri elan edilməklə tədqiq olundu. Şahid X17 tədqiq olunan həmin ifadəsində göstərmişdir ki, Abşeron rayonunun Nübar yaşayış massivində yaşamış və yaşadığı ünvanda mağaza işlətmişdir. Mağazada ərzaq və digər təlabat malları satmışdır. İşlədiyi mağazaya Təqsirləndirilən şəxs gəlib-getdiyindən sonuncunu tanımışdır. Həmid Nübar qəsəbəsində, onun mağazasına çox da uzaq olmayan evdə yaşamışdır. xx xxxxxx 2019-cu il tarixdə Nübar qəsəbəsinə gələn 551 saylı marşrut avtobusunun Atyalı massivində hadisə törətdiyini eşitmişdir. Həmin hadisədən təxminən bir həftə sonra mağazaya gəlmiş bir qadın onu Həmidin göndərdiyini, mağazanın qarşısında quraşdırılmış kamera görüntüsünü istədiyini demişdir. Həmidin özü də ona zəng edib hadisədən əvvəlki günün görüntüsünü həmin qadına verməsini demişdir. Həmid hadisədən əvvəlki gecə həmin avtobusu mağazanın qarşısında saxladığını ona demişdir. Buna görə mağazada olan görüntüyə baxmış və 551 nömrəli marşurut avtobusun mağazanın qarşısında olan görüntüsünü həmin qadına vermişdir. Mağazanı hər gün saat 23 radələrində bağlamış və səhər saat 07:30 radələrində mağazanı açmışdır. Mağazada işdə olduğu müddətdə həmin avtobusun mağazanın qarşısında saxlanılmasını görməmişdir. Mağazasında olan kameradakı görüntü 7 gün qalmış və sonra özü silinmişdir. Həmidin 551 nömrəli marşrut avtobusunu əvvəllər idarə etdiyini görməmişdir. Ancaq hadisə baş verən tarixdə, xx xxxxxx 2019-cu ildə avtobusu Həmid idarə etmişdir. Şahid9 tədqiq olunan həmin ifadəsində göstərmişdir ki, təxminən 3 ildir Abşeron rayonu, Atyalı yaşayış massivində yerləşən metal qəbulu sexini icarə əsasında işlətmişdir. 2019-cu ilin sentyabr ayının axırlarında, sonradan adını öyrəndiyi Təqsirləndirilən şəxs ona yaxınlaşaraq, avtomobilə aid metal hissələri satmaq istədiyini bildirmişdir. Təqsirləndirilən şəxs həmin metal hissələrin kimə məxsus olduğunu və oğurluq olub-olmamasını soruşduqda Həmid həmin metal hissələrin özünə məxsus olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs satmağa gətirdiyi istifadəyə yararsız olan bir neçə metal hissələri 80 manat pul müqabilində almışdır. Şahid10 tədqiq olunan həmin ifadəsində göstərmişdir ki, yaşadığı Sumqayıt şəhərində avtomobillərin icarəyə verilməsi ilə məşğul olmuşdur. 2019-cu ilin avqust ayının axırlarında tanışı Zərərçəkmiş şəxs5 “Daewoo Espero” minik markalı, **-KL-*** dövlət nömrə nişanlı avtomobilini icarəyə verməsini ondan xahiş etmiş və avtomobili onun yanında saxlamışdır. Həmin vaxtlarda avtomobili icarəyə götürmək istəyən Həmid adlı şəxsə Rəşadın həmin avtomobilini təqdim etmiş və Həmid avtomobili götürməyə, icarə haqqı olaraq hər gün 15 manat ödəniş etməyə razı olmuşdur. Rəşada zəng edib bu barədə demiş və Həmidə avtomobili idarə etmək üçün etibarnamə verməsini bildirmişdir. Rəşadın avtomobili tanışı Raminin adına olduğu üçün, Ramin Həmidin adına avtomobili sürmək üçün etibarnamə vermişdir. Həmid 2 gün icarə pulunu 15 manat ödəniş etdikdən sonra, qalan günlərin pulunu ödəniş etməmişdir. Həmidə zəng etməklərinə baxmayaraq, telefonu söndürdüyü üçün əlaqə saxlaya bilməmişlər, Həmid avtomobili də qaytarmamışdır. Bundan sonra Rəşad Həmidə verilmiş etibarnaməni ləğv etdirmişdir. Təqsirləndirilən şəxs icarəyə götürdüyü həmin avtomobili hissələrə ayırıb satdığını bilməmişlər. Şahid11 tədqiq olunan həmin ifadələrində göstərmişdir ki, 2019-cu ilin təxminən mart ayından Bakı şəhəri Binəqədi rayonu, Bakı-Şamaxı yolunda yerləşən avtomobil ehtiyat hissələri mağazasını icarəyə götürüb işlətmişdir. Dəqiq xatırlamadığı tarixdə, 2019-cu ilin sentyabr ayının təxminən axırlarında, günorta saatlarında Həmid adlı şəxs “Daewoo Espero” minik markalı, **-KL- *** dövlət nömrə nişanlı avtomobillə işlədiyi mağazanın giriş qapısına gəlmiş və həmin avtomobili sata bilmədiyini deyərək, avtomobili metalloma verəcəyini demişdir. Avtomobilin bəzi hissələrini 100 manata ala biləcəyini Həmidə deyib, nahara getmişdir. Nahardan qayıtdıqdan sonra Həmidin avtomobili hissələrə sökdüyünü görmüşdür. Həmid ona avtomobilin mühərrikini 500 manata almasını təklif etmiş, lakin o, Həmidə avtomobilin mühərrik və digər hissələrini 350 manata ala biləcəyini demişdir. O, həmiddən avtomobilin səndinin olub-olmadığını soruşduqda, Həmid avtomobilin texniki pasportunu və adına olan etibarnaməni göstərib, avtomobilin ona məxsus olduğunu demişdir. Etibarnaməyə baxdıqda, avtomobilin ona sürülmək üçün verildiyini görmüş, həmçinin həmin avtomobilin qohumuna məxsus olduğunu və lazım olarsa qohumunun özünü gətirə biləcəyini bildirmişdir. Həmidə inadığına görə 350 manat verib avtomobilin mühərrikini və elektrik avadanlıqlarını almışdır. Həmid avtomobili mağazanın qarşısından aparmışdır. Bir neçə gün sonra isə həmin mühərrik və elektrik avadanlıqları mağazaya gəlmiş müştəriyə 470 manata satmışdır. Məhkəmə baxışı zamanı adı məhkəməyə dəvət olunmalı şahidlər siyahısına əlavə edilməmiş, lakin məhkəməyədək icraat zamanı şahid qismində dindirilməklə iş üzrə ittiham aktında ifadələrinə qiymət verilmiş şahid X27 ifadələri elan edilməklə tədqiq edildi və müəyyən edildi ki, şahid X28 tədqiq edilən həmin ifadəsində göstərmişdir ki, Türkiyə Respublikasının İstanbul şəhəri Çakmak məhəlləsi, Başaran sok. No/12/8 ünvanda ailəsi ilə yaşamışdır. Gürcüstan Respublikasının Batumi şəhərində yerləşən “ASMİN LTD” şirkətində sürücü işləmiş, həmin şirkətə məxsus yükləri Bakı şəhərinə və bəzən Rusiya Federasiyasına idarə etdiyi avtomobillə daşımaqla məşğul olmuşdur. Şahid Fatih Doğan tədqiq olunan həmin ifadəsində daha sonra göstərmişdir ki, xx xxxxxx 2019-cu il tarixdə həmin şirkətin yükünü özünə məxsus “DAF XF-105” yük markalı, CH204HC nömrə nişanlı avtomobillə Bakı şəhərinə gətirib boşaltdıqdan sonra avtomobili saat 21 radələrində Abşeron rayonu, Hökməli qəsəbəsi, Nübar yaşayış massivində yaşayan Əli adlı tanışının evinin yaxınlığından keçən yoldan kənarda saxlayaraq evə getmişdir. Növbəti gün, yəni xx xxxxxx 2019cu il tarixdə, saat 09 radələrində yola düşmək üçün avtomobilinin yanına getdikdə, avtomobilinin qoşqusunun arxasına yoldan keçən sərnişin avtobusunun vurduğunu və avtobusun əzildiyini görmüşdür. Ora toplaşan tanımadığı adamlardan həmin avtobusun sürücüsünün yolda idarəçiliyi itirdiyini, avtobusu onun avtomobilinin qoşqusuna vurmaqla toqquşduğunu və avtobusda olan sərnişinlərin xəsarət aldıqlarını öyrənmişdir. Avtobusun sürücüsünü tanımamış, hadisə yoldan kənarda, yəni hərəkət olmayan yerdə baş vermişdir. Hadisə nəticəsində onun avtomibili əzilməmiş və ona heç bir maddi ziyan dəyməmişdir (iş vərəqə: cild İ, səh. 135). Məhkəmə baxışı zamanı tədqiq olunan, şahidlər Şahid4, Şahid5 və Şahid2 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşmədə dindirmə protokollarından görünür ki, şahidlər Şahid4, Şahid5 və Şahid2 sərbəst ifadələrində göstərdikləri xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı bir daha təsdiq etmişlər (iş vərəqə: cild: İ səh. 242-243; 244-245; 246-247). Məhkəmə baxışı zamanı tədqiq olunan, məhkəmə-tibbi ekspertizasının xx xxxx 2019-cu il tarixli, 381 saylı rəyindən görünür ki, 1985-ci il təvəllüdlü Zərərçəkmiş şəxs3 məhkəmə tibbi və kliniki müayyinəsi zamanı bədəni üzərindən aşkar edilmiş xəsarətlər - onurğa sütünunun bel şöbəsinin L1,L2,L3,L4 (İ-İİ-İİİ-İV bel) fəqərələrinin sağ yan çıxıntılarının sınıqları bərk-küt əşya təsirindən törənmişdir; - qərarda qeyd olunan müddətdə və şəraitdə yəni xx xxxxxx 2019-cu il tarixdə yol nəqliyyat hadisəsi şəraitində salonunda olduğu avtomaşının, digər avtomaşınla toqquşması nəticəsində əmələ gələ bilərdi; - dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir (iş vərəqə: cild İ, səh. 142-143). Məhkəmə baxışı zamanı tədqiq olunan, məhkəmə-tibbi ekspertizasının xx xxxxx 2019-cu il tarixli, 21 saylı rəyindən görünür ki, 1962-ci il təvəllüdlü Zərərçəkmiş şəxs9 Zamiq qızının meyitinin xarici və daxili müayyinəsi zamanı aşağıdakı xəsarətlər aşkar edilmişdir: - sol baldır venasının zədələnməsi ilə müşaiyyət olunan ağciyər arteriyalarının tromboemboliyası, ağciyərlərin ödemi, atelektazı və emfizeması, sol baldır sümüklərinin yuxarı 1/3-nin çoxqəlpəli və sol said sümüklərinin aşağı 1/3-nin qəlpəli yerdəyişmiş sınıqları. Tədqiq olunan rəydən görünür ki, bu xəsarətlər həyatidir, qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni xx xxxxxx 2019-cu il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilər, dərəcəsinə görə həyat üçün təhlükə törədərək ölümə səbəb olduğundan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdirlər, mərhumun ölümü ilə bir başa səbəbli əlaqəlidir. Tədqiq olunan rəydən daha sonra görünür ki, Zərərçəkmiş şəxs9 Zamiq qızının ölümünə səbəb-sol baldır venasının zədələnməsi ilə müşaiyət olunan, sol baldır sümüklərinin yuxarı 1/3nin qapalı, çoxqəlpəli yerdəyişən sınıqları nəticəsində ağ ciyər arteriyalarının tromboemboliyası ilə fəsadlaşan kəskin ürək-ağciyər çatmamazlığı olmuşdur. Zərər çəkmiş Zərərçəkmiş şəxs9 Zamiq qızının ölümü tibbi sənədlərdə göstərildiyi kimi xx xxxx 2019-cu il tarixdə, saat 00:25-də Bakı şəhəri X23 Xəstəxanasında baş vermişdir. (iş vərəqə: cild İ, səh. 176-181). Məhkəmə baxışı zamanı tədqiq olunan, məhkəmə-tibbi ekspertizasının xx xxxxx 2019-cu il tarixli, 716 saylı rəyindən görünür ki, 1976-cı il təvəllüdlü Zərərçəkmiş şəxs4 Məhəmməd oğlunun məhkəmə-tibbi və kliniki müayyinəsi zamanı bədəni üzərindən aşkar edilmiş alt dodağının əzilmiş-cırılmış yarasından ibarət xəsarət bərk küt əşya təsirindən törənmişdir, qərarda qeyd olunan müddətdə və şəraitdə yəni xx xxxxxx 2019-cu il tarixdə yol-nəqliyyat hadisəsi şəraitində salonunda olduğu avtomaşının, digər avtomaşınla toqquşması nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir (iş vərəqə: cild İ, səh. 183). Məhkəmə baxışı zamanı tədqiq olunan, məhkəmə-tibbi ekspertizasının xx xxx 2019-cu il tarixli, 768 saylı rəyindən görünür ki, 1979-cu il təvəllüdlü X4 məhkəmə-tibbi və kliniki müayyinəsi zamanı bədəni üzərindən aşkar edilmiş qapalı-kəllə beyin tarvması, sol mil sümüyünün tipik yerini az dəyişən sınığı, sol 5-ci barmağın əzilmiş cırılmış yarası, sol sarğının və təpə nahiyyəsinin siyrıntıları kimi xəsarətlər bərk küt əşya (əşyalar) təsirindən törənmişdir, xx xxxxxx 2019-cu il tarixdə salonunda olduğu avtomaşının digər avtomaşınla toqquşması nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan az ağır zərər vurmaya aiddir (iş vərəqə: cild İ, səh. 184). Məhkəmə baxışı zamanı tədqiq olunan, məhkəmə-tibbi ekspertizasının xx xxx 2019-cu il tarixli, 934 saylı rəyindən görünür ki, 1972-ci il təvəllüdlü Xudiyev Adigözəl Muxtar oğlunun məhkəmə-tibbi və kliniki müayyinəsi zamanı bədəni üzərindən aşkar edilmiş sol diz və sol topuq nahiyyələrinin yumşaq toxumalarının əziyi kimi xəsarətlər bərk küt əşya təsirindən törənmişdir, xx xxxxxx 2019-cu il tarixdə yol-nəqliyyat hadisəsi şəraitində salonunda olduğu avtomaşının, digər avtomaşınla toqquşması nəticəsində əmələ gəlməyə uyğundur, sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir (iş vərəqə: cild İ, səh. 185). Məhkəmə baxışı zamanı tədqiq olunan, məhkəmə-tibbi ekspertizasının xx xxxx 2019-cu il tarixli, 1450 saylı rəyindən görünür ki, 1977-ci il təvəllüdlü Zərərçəkmiş şəxs6 məhkəmə-tibbi və kliniki müayyinəsi zamanı bədəni üzərindən aşkar edilmiş xəsarətlər-burun sümüklərinin yerdəyişməyən sınığı, sol baldır nahiyyəsinin yumşaq toxumalarının əzilməsi, sol qaş nahiyyəsinin çapığı, əzilmiş-cırılmış yaranın izi olmaqla bərk-küt əşya (əşyaların) təsirindən törənmişdir, xx xxxxxx 2019-cu il tarixdə salonunda olduğu avtomaşının, digər avtomaşınla toqquşması nəticəsində əmələ gəlməyə uyğundur, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir (iş vərəqə: cild İ, səh. 197). Bundan başqa, məhkəmə baxışı zamanı tədqiq olunan, yol-nəqliyyat hadisələrinin məhkəmə ekspertizasının xx xxxx 2019-cu il tarixli, 14532 saylı rəyindən görünür ki, təqdim olunmuş məlumatlara əsasən SAZ NP37 markalı, 99KU551 dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayyət etməklə adisənin qarşısını almağa texniki imkanı olmuşdur. Daha sonra tədqiq olunan həmin rəydən görünür ki, sürücü Təqsirləndirilən şəxs avtobusu müvafiq kateqoriyalı sürücülük vəsiqəsi olmadan idar etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur (iş vərəqə: cild İ, 190-191). Məhkəmə baxışı zamanı tədqiq olunan, məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx xxxxxx 2019-cu il tarixli, 28220 nömrəli rəyindən görünür ki, tədqiqat üçün təqdim olunan 1997-ci il istehsalı olan “Daewoo-Espero” markalı avtomobilin təyinatı üzrə istifadəyə yararlı (normal) vəziyyətdə 2019-cu ilin yanvar ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 4000,00 manat müəyyən edilmişdir (iş vərəqə: cild İİ, səh. 69-70). Məhkəmə baxışı zamanı tədqiq olunan, məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx xxxxxx 2019-cu il tarixli, 28224/28418 nömrəli rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən «Mididus İsuzu» Saz NP37 markalı, ağ rəngli, 2007-ci il buraxılışlı 10TE263 dövlət qeydiyyat nişanlı avtobusun təyinatı üzrə istifadəyə yararlı (normal) vəziyyətdə 2019-cu ilin oktyabr ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 20.000,00 manat müəyyən olunur (iş vərəqə: cild İİ, səh. 73-74). Məhkəmə baxışı zamanı tədqiq olunan, məhkəmə-yanğın-texniki ekspertizasının xx xxxxxx 2019-cu il tarixli, 28264/28418 nömrəli rəyindən görünür ki, ** TE *** dövlət qeydiyyat nişanlı “İsuzu” markalı avtobusda baş vermiş yanğının mənbəyi, avtobusun salonunun daxilində olmuşdur. Tədqiq olunan həmin rəydən görünür ki, uanğın, qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni yandırılmış karton qalıqlarının mənbə zonasında olan yanan materialın üzərinə düşməsi və davamlı termiki təsiri nəticəsində sonuncuların alışmasından baş verməsi mümkündür (iş vərəqə: cild İİ, səh. 79-80). Bundan başqa, məhkəmə baxışı zamanı tədqiq olunan, “xxxxxxxx” QSC tərəfindən verilmiş xx xxxx 2019-cu il tarixli etibarnamədən görünür ki, xx xxxx 2010-cu il tarixli L-158/10 saylı Daxili Lizinq müqaviləsinə əsasən Zərərçəkmiş şəxs8 Azərbaycan Respublikası DİN BDYPİ QİŞ tərəfindən xx xxxxxx 2007-ci ildə verilmiş AA №928343 qeydiyyat şəhadətnaməsi əsasında “xxxxxxxx” QSC-yə məxsus “MİDİBUS İSUZU SAZ NP37” markalı tip-avtobus, mühərrik №-si 563377, şassi-NSANPR66P7S100704, rəngi-ağ, buraxılış ili-2007-ci il, dövlət qeydiyyat nişanlı **- TE-*** olan nəqliyyat vasitəsini sürücülük hüququ etibar etmək üçün yol vərəqəsini verilməsinə etibar edilmişdir (iş vərəqə: cild İ, səh. 71). Məhkəmə baxışı zamanı tədqiq olunan, fiziki şəxs Zərərçəkmiş şəxs8 tərəfindən verilmiş 081 №-li yol vərəqəsindən görünür ki, İsuzi NP37 markalı, **-TE-*** dövlət qeydiyyat nişanlı, 551 marşrut avtobusu 2019-cu ilin oktyabr, noyabr aylarında sürücü Şahid1 verilmişdir (iş vərəqə: cild İ, səh. 50). Daha sonra məhkəmə baxışı zamanı tədqiq olunan, fiziki şəxs Zərərçəkmiş şəxs8 tərəfindən verilmiş 095 №-li yol vərəqəsindən görünür ki, İsuzi NP37 markalı ** KU *** dövlət qeydiyyat nişanlı, 551 marşurut avtobusun, 2019-cu ilin 01 fevral tarixindən 01 mart tarixinədək sürücülər Şahid6, Şahid4 və Qarayev Nahibə verilmişdir (iş vərəqə: cild İ, səh. 119). Məhkəmə baxışı zamanı tədqiq olunan, xx xxx 2017-ci il tarixli icarə müqaviləsindən görünür ki, Zərərçəkmiş şəxs2 ona məxsus olan SAZ NP37 markalı, ** KU *** dövlət qeydiyyat nişanlı mikroavtobusu icarəçi Zərərçəkmiş şəxs8 2 il müddətinə icarəyə vermişdir (iş vərəqə: cild İ, səh. 118). Məhkəmə baxışı zamanı tədqiq olunan, təmir ustası Şahid7, kalon rəisi Əsgərov Səyavuş və marşurut xəttinin sahibi Zərərçəkmiş şəxs8 imzası ilə tərtib edilmiş 04, 05 və xx xxxxxx 2019-cu il tarixli aktlardan görünür ki, “İsuzi NP37” markalı **-KU-*** dövlət qeydiyyat nişanlı, 551 nömrəli marşurut xəttinin avtobusu texniki cəhətdən saz vəziyyətdə xəttə buraxılmışdır (iş vərəqə: cild İ, səh. 121-123). Bundan başqa, məhkəmə baxışı zamanı tədqiq olunan, ambulator məhkəmə-psixiatrik ekspertizasının xx xxxxxx 2019-cu il tarixli, 2246 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda, yəni ekspertiza tədqiqatı aparılan zaman öz hərəkətlərinin faktiki xarakterinin və ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur (iş vərəqə: cild İİ, səh. 75-76). Məhkəmə baxışı zamanı tədqiq olunan, sübutların qiymətləndirilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, 551 saylı marşurut üzrə, “SAZ NP37” markalı, **-KU-*** dövlət qeydiyyat nişanlı mikroavtobus ekspertizadan sonra maddi sübut kimi tanınaraq saxlanılmasından ötrü sahibi Zərərçəkmiş şəxs2, “MİDİBUS İSUZU SAZ NP37” markalı, **-TE-*** dövlət qeydiyyat nişanlı avtobus isə ekspertizadan sonra maddi sübut kimi tanınaraq saxlanılmasından ötrü sahibi Zərərçəkmiş şəxs8 təhvil verilmişdir (iş vərəqə: cild İİ, səh. 107-121). Məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs yol-nəqliyyat hadisəsi törətdiyi avtobusu dispetçer Şahid2 sürücülük hüququnun olmamasını bilə-bilə ona idarə etmək üçün verməsi və s. barədə şikayət ərizəsi əsasında ümumi istifadədə olan nəqliyyat vasitəsini idarə etmə hüququ olmayan şəxsə idarə edilməsi üçün vermə faktına görə Abşeron RPİ-nin İstintaq Şöbəsi tərəfindən Azərbaycan Respublikası CM-nin 265-1.2-ci maddəsi ilə cinayət işi başlanmışdır (iş vərəqə: Abşeron rayon prokurorluğunun xx.xx.2020-ci il tarixli, 91-S-20 saylı məktubu). Beləliklə, məhkəmə tam, hərtərəfli və obyektiv araşdırma aparıb, tədqiq olunan sübutlar toplusuna məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin ölümü və qeyrilərinin müxtəlif dərəcəli bədən xəsarətləri almaları ilə nəticələnən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozması, şəxsin etibarından sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək zərər çəkmiş şəxsə xeyli ziyan vurması, habelə özgənin əmlakını qəsdən məhv etməsi (yandırmaqla) mötəbər və təkzibedilməz sübutlarla tam təsdiq olunduğundan onun əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 263- 1.3-cü, 178.1-ci və 186.2.2-ci maddələri ilə düzgün ixtisaslaşdırılmışdır. Ona görə də Təqsirləndirilən şəxs əməli məhkəmə tərəfindən həmin maddələrlə tövsif edilməli və o, Cinayət Məcəlləsinin 263-1.3-cü 178.1-ci və 186.2.2-ci maddələri ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittihamlar üzrə özünü qismən təqsirli bilməsinə baxmayaraq o, həm məhkəməyədək icraat zamanı, həm də məhkəmə baxışı zamanı verdiyi ifadələrində həm sürücülük hüququ olmadan avtobus idarə edib yol-nəqliyyat hadisəsi törətdiyini, həm də dələduzluq və özgənin əmlakını qəsdən məhv etməsi (yandırmaqla) epizodları üzrə əməllərini etiraf etmişdir. Azərbaycan Respublikası CM-nin 7.1-ci maddəsinin tələbinə görə yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası CPM-nin 33.1 və 33.3-cü maddəsinin tələblərinə görə hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Həmin Məcəllənin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin əməliyyat arayışından və müvafiq məhkəmə hökmündən görünür ki, Təqsirləndirilən şəxs Abşeron rayon Məhkəməsinin xx xxxxx 2015-ci il tarixli hökmü ilə CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinmiş və 4 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Qaradağ rayon məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli qərarı ilə CM-nin 178.2.4-cü maddəsi Abşeron rayon Məhkəməsinin xx xxxxx 2015-ci il tarixli hökmdən xaric edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qərarı ilə isə Təqsirləndirilən şəxs cəzası 3 ilə endirilmişdir. xx xxxxx 2018-ci il tarixdə Təqsirləndirilən şəxs cəzasının sonu ilə azad edilmişdir (iş vərəqə: cild İ, səh. 194-196). Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən, az ağır cinayət (burada: Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi) törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş Təqsirləndirilən şəxs məhkumluğu, baxılan iş üzrə yandırmaqla əmlakı qəsdən məhv etmə hadisəsinin baş verdiyi xx xxxxxx 2019-cu il tarixə, bunun üçün qanunla müəyyən olunan 2 il keçmədiyindən, ödənilməmişdir. Belə ki, Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Təqsirləndirilən şəxs məhkumluğu vaxtından əvvəl götürülməmişdir. Odur ki, Təqsirləndirilən şəxs məhkumluğu cəzasının sonu ilə azad edildiyi gündən (burada - xx xxxxx 2018-ci il) hesablanmalıdır. Deməli, Təqsirləndirilən şəxs əməli az ağır cinayətlər kateqoriyasına aid olduğu üçün onun məhkumluğu xx xxxxx 2020-ci il tarixdə ödənilməlidir. Həmin Məcəllənin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Təqsirləndirilən şəxs ödənilməmiş məhkumluğu və bu məhkumluğun doğuracağı hüquqi nəticələrlə bağlı məhkəmə qeyd edir ki, onun Abşeron rayon məhkəməsinin xx xxxxx 2015-ci il tarixli hökmünə əsasən təqsirli bilinib məhkum olunduğu Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi qərarın çıxarıldığı tarixdə qüvvədə olan Azərbaycan Respublikası CM-nin 15.3-cü maddəsinə əsasən təsnifatına görə az ağır cinayətlər kateqoriyasına aid olmuşdur və həmin qərarla Təqsirləndirilən şəxsz ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli (burada: Azərbaycan Respublikası CM-nin 186.2.2-ci maddəsi) əvvəllər qəsdən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxs kimi Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinin tələblərinə əsasən cinayətlərin residivini yaradır. Belə ki, Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal cinayətin residivi olmasıdır. Məhkəmə baxışı zamanı zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs6 və zərər çəkmiş şəxsin hüquqi varisi X3 nümayəndəsi Nümayəndə məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs şikayətçi olduqlarını bildirsələr də, digər zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs7 və Ülviyyə Xudiyeva isə məhkəməyə ərizə təqdim etdikləri ərizələrinə Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələblərinin olmamasını bildirmişlər. Məhkəmə, zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs7 və Ülviyyə Xudiyevanın təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmamasını Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən təqsirləndirilən şəxslərin cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Lakin Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən zərər çəkmiş şəxslə barışıq əldə edilməsi təqsirləndirilən şəxsin barəsində cəzanı yüngülləşdirən hallar qismində nəzərə alınmalı hal olsa da, Təqsirləndirilən şəxs törətdiyi əməl cinayətlərin residivini yaratdığından və bu hal Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin barəsində cəzanı ağırlaşdıran hal hesab edildiyindən təqsirləndirilən şəxsin barəsində zərər çəkmiş şəxslərlə barışıq əldə edilməsi ilə bağlı cəzanı yüngülləşdirən halların tətbiqi istisna təşkil edəcəkdir. Belə ki, Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin ağır cinayət törətməkdə ittiham olunması, habelə əməlinin cinayətlərin residivini əmələ gətirməsi nəzərə alınmalı, sosial ədalətin bərpası, həm məhkumun özü və həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədilə ona ittiham olunduğu maddələrin sanksiyası daxilində, cəzanı yüngülləşdirən hallar, cinayətlərin məcmusu üzrə cəza təyin etmənin prinsipləri nəzərə alınmaqla əsas cəza olaraq ədalətli azadlıqdan məhrum etmə, əlavə cəza olaraq isə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 45-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növü bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda, cinayətin xarakteri, təqsirkar şəxsin şəxsiyyəti və cinayətin digər halları nəzərə alınmaqla, bir ildən beş ilədək müddətə təyin edilə bilər. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Həmin Məcəllənin 66.3-cü maddəsinin tələblərinə görə cinayətlərin məcmusuna az ağır, ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Məhkəmə, eyni zamanda təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün Təqsirləndirilən şəxs barəsində cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən, Təqsirləndirilən şəxs əməlinin cinayətlərin residivini yaratmasını nəzərə alır və Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinin tələblərinə əsasən onun təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini qanuna uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün - ciddi rejimli cəzaçəkmə müəssisələri müəyyən olunur. Bundan başqa, məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli ilə əlaqədar məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu xx xxxxxxx 2019-cu il tarixdən hesablanmalıdır. Belə ki, Təqsirləndirilən şəxs xx xxxxxxx 2019-cu il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx xxxxxxx 2019-cu il tarixdə müvafiq məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli xx xxxxxxx 2019-cu il tarixdən hesablanmışdır. Bundan sonra məhkəmə hökmü çıxarılanadək Təqsirləndirilən şəxs qanuni əsaslarla fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Qeyd olunan bu halla bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli baxılan iş üzrə şübhəli şəxs qismində tutulduğu xx xxxxxxx 2019-cu il tarixdən də hesablanmalıdır. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs xx xxxxxxx 2019-cu il tarixdən başlayaraq həbsdə saxlanıldığı bütün müddət ona təyin olunmalı olan cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.3-cü, 178.1-ci və 186.2.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməli iş üzrə ayrı-ayrı zərər çəkmiş şəxslərə maddi zərər yetirilməsi ilə müşaiyət olunmasına və cinayətin zərərli nəticələrinin təqsirləndirilən şəxs tərəfindən aradan qaldırılmamasına baxmayaraq mülki iddia qaldırmaq hüququ olan şəxslər tərəfindən nə məhkəməyədək icraat və nə də məhkəmə icraatı mərhələsində məhkəmə istintaqı başlayanadək qanunla müəyyən edilmiş qaydada mülki iddia verilməmişdir. Məhz buna görə də baxılan iş üzrə mülki iddiaya dair məsələ cinayət mühakimə icraatının predmeti ola bilməz. Azərbaycan Respublikası CM-nin 183.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə istintaqı başlananadək istənilən an verilə bilər. Həmin Məcəllənin 183.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə verilir. Həmin Məcəllənin 183.3-cü maddəsinin tələblərinə görə cinayət mühakimə icraatı zamanı mülki iddia yalnız yazılı formada verilə bilər. İddia ərizəsində hansı cinayət təqibi üzrə kimin kimə qarşı, hansı əsasla və hansı məbləğdə mülki iddia verməsi göstərilməli, həmçinin zərərin ödənilməsi üçün konkret məbləğin və ya əmlakın tutulması barədə xahiş öz əksini tapmalıdır. Azərbaycan Respublikası CPM-nin 180-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Ona görə də cinayət mühakimə icraatı zamanı mülki iddia verməmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs9 Zamiq qızının hüquqi varisi X5, onun nümayəndəsi, Xırdalan şəhər Vəkil bürosunun vəkili Nümayəndə, zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs8, X6, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4 Məhəmməd oğluna, Zərərçəkmiş şəxs5, X13 və Xudiyev Adigözəl Muxtar oğluna mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüquqlarının olması izah olunmalıdır. Məhkəmə, Azərbaycan Respublikası CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübutlar - saxlanılması üçün zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 təhvil verilmiş “SAZ NP37” markalı, **-KU-*** dövlət qeydiyyat nişanlı mikroavtobus zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2, saxlanılması üçün zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs8 təhvil verilmiş “MİDİBUS İSUZU SAZ NP37” markalı, **-TE-*** dövlət qeydiyyat nişanlı avtobus zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs8 özlərinin sərəncamına verilməlidir. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, iş üzrə xx.xx.2019-cu il tarixli yol-nəqliyyat hadisələrinin məhkəmə ekspertizasının keçirilməsi ilə əlaqədar 100 (yüz) manat, xx.xx.2019-cu il tarixli, 28220 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsi ilə əlaqədar 50 (əlli) manat, xx.xx.2019-cu il tarixli, 28224/28418 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsi ilə əlaqədar 50 (əlli) manat və xx.xx.2019-cu il tarixli məhkəmə-yanğın-texniki ekspertizasının keçirilməsi ilə əlaqədar 102 (yüz iki) manat məbləğində – ümumilikdə 302 (üç yüz iki) manat məbləğində ekspertiza xərci mövcuddur ki, qeyd olunan bu məbləğ məhkəmə məsrəfləri olaraq Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. Baxılan iş üzrə əmlak üzərinə həbs qoyulmaması nəzərə alınmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351-354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1, 186.2.2 və 263-1.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə 1 (bir) il müddətinə, Cinayət Məcəlləsinin 186.2.2-ci maddəsi ilə 4 (dörd) il müddətinə və Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə 2 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 2 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin olunmuş cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasının çəkməsinin əvvəli şübhəli şəxs qismində tutulduğu xx xxxxxxx 2019-cu il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə mülki iddia verilməməsi nəzərə alınsın və cinayət mühakimə icraatı zamanı mülki iddia verməmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs9 Zamiq qızının hüquqi varisi X5, onun nümayəndəsi, Xırdalan şəhər Vəkil bürosunun vəkili Nümayəndə, zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs8, X6, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4 Məhəmməd oğluna, Zərərçəkmiş şəxs5, X13 və Xudiyev Adigözəl Muxtar oğluna mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüquqlarının olması izah olunsun. İş üzrə maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll edilsin: - saxlanılması üçün zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 təhvil verilmiş “SAZ NP37” markalı, **-KU-*** dövlət qeydiyyat nişanlı mikroavtobus zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 özünün sərəncamına verilsin; - saxlanılması üçün zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs8 təhvil verilmiş “MİDİBUS İSUZU SAZ NP37” markalı, **-TE-*** dövlət qeydiyyat nişanlı avtobus zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs8 özünün sərəncamına verilsin. İş üzrə məhkəmə məsrəfləri – 302 (üç yüz iki) manat məbləğində ekspertiza xərci məhkum Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə əmlak üzərinə həbs qoyulmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan məhkum Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-387/2020
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-387/2020
18.06.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver