Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-387/2021 17.02.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəmləsinin hakimləri Hacıyev Siyavuş Həbib oğlu (sədrlik edən), Salmanov Rahib Vaqif oğlu və Mikayılov Eldar Əli oğlundan ibarət tərkibdə məhkəmə iclasının katibi X6, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı və müdafiəçi – Bakı şəhər 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx xxxxxx 1980-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və x xxxxxxxx 2018-ci ildə cəzasının sonu ilə azad olunmuş, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Dalan 3, ev 5 ünvanda qeydiyyatda olmaqla, barəsində Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidməti 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmiş, saxlamış və daşımışdır: belə ki, o, xx xxx 2020-ci ii tarixdə Bakı şəhəri ərazisində istintaqa məlum olmayan şəxsdən ümumi təmiz çəkisi - 13,702 qram qəhvəyi rəngli tozşəkilli, kustar üsulla hazırlanmış narkotik vasitə heroini satış məqsədi ilə qanunsuz olaraq alıb əldə edərək ayrı-ayrı bükümlərə bölüb üzərində saxlayaraq daşımış və gəlir əldə etmək məqsədi ilə xx xxx 2020-ci il tarixdə saat 10:15-də həmin narkotik vasitənin 0,118 qramını Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Dalan 3 ünvanda tanışı Şahid3 5 manata satmış, xx xxx 2020-ci il tarixdə saat 10:30-da Bakı şəhəri Suraxanı RPİ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbiri nəticəsində Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Dalan 3, ev 5 ünvanın qarşısında saxlanılaraq ünvan 3-42 ünvanda yerləşən Suraxanı RPİ-nin inzibati binasına gətirilib üzərinə baxış keçirilən zaman, əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən 1 (bir) bükümdə təmiz çəkisi 13,530 qram və 3 (üç) ədəd «gümüşü» rəngli kağız bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,028 qram, 0,009 qram və 0,017 qram, ümumi təmiz çəkisi 13,584 qram, yəni külli miqdarda xarici əlamətlərinə və tərkibinə görə eyni olan, qəhvəyi rəngli tozşəkilli maddələr, kustar üsulla hazırlanmış narkotik vasitə heroin və həmin idman şalvarının sol yan cibindən 5 ədəd bir manatlıq əskinasları aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham verilmişdir. Məhkəmə zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə özünü təqsirli bilərək göstərmişdir ki, təxminən bir neçə ildir ki, narkotik vasitə heroindən istifadə etmiş, narkotik vasitələri Bakı şəhərində müxtəlif ünvanlarda tanımadığı, anket məlumatlarını bilmədiyi şəxslərdən müxtəlif qiymətlərə almış, Azərbaycan Respublikası CM-nin 234-cü maddəsi ilə dəfələrlə məhkum olunmuş, sonuncu dəfə xx xxxxxx 2016-cı il tarixdə Suraxanı rayon məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş, x xxxxxxxx 2018-ci ildə cəzasının sonu ilə azad olunmuş, azadlığa buraxıldıqdan sonra fərdi qaydada müxitəlif işlərlə məşğul olmuş, narkotik vasitəni inyeksiya yolu ilə qəbul edir; xx xxx 2020-ci il tarixdə saat 10:15-də yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Sabir küçəsi, 3-cü dalan, 5 saylı evin yaxınlığında olarkən tanışı Həmid adlı şəxslə təsadüfən rastlaşmış, Həmid ondan istifadə etmək üçün narkotik vasitə olan heroin istəmiş, əvvəllər də Həmidə narkotik vasitə satmış, Həmidə narkotik vasitə heroinin üzərində olduğunu dedikdən sonra bükümünü 5 manata razılaşıb sonuncuya içərisində narkotik vasitə heroin olan bir ədəd gümüşü rəngli kağıza bükdüyü bükümü vermiş, Həmidin ona verdiyi 5 ədəd bir manatlıq əskinası əynində olan qara rəngli idman şalvarının sol yan cibinə qoymuş, Həmid narkotik vasitəni alandan sonra ondan aralanıb çıxıb getmiş, sonuncudan aralanıb yaşadığı ev istiqamətində gedərkən üç nəfər şəxs ona yaxınlaşıb özlərini Suraxanı RPİ-nin əməkdaşları kimi təqdim edərək, vəsiqələrini təqdim etmiş, sonuncularla birlikdə polis idarəsinə getməyi təklif etmişlər, etiraz etməyib onlarla birlikdə Suraxanı rayon polis idarəsinə gəlmiş, polis idarəsində ona narkotik vasitələrin istifadəçisi və satışı ilə məşğul olmağında şübhəli bilindiyi üçün idarəyə gətirildiyi, üzərində axtarış aparılacağı izah edilmiş, hüquqlarını müdafiə etməkdən ötrü vəkil dəvət edilmiş, polis idarəsində xidməti otaqların birində dəvət olunmuş vəkil ona təqdim olunmuş, vəkilin iştirakı ilə hüquq və vəzifələri izah olunmuş, axtarışın videoçəkilişlə aparılacağı bildirilmiş, axtarış keçirilməzdən öncə təhqiqatçı tərəfindən üzərində daşınmasına və istifadəsinə qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predmetin olub-olmaması soruşulmuş, olduğu halda həmin əşyaları təqdim etmək təklif olunmuş, əynində olmuş qara rəngli üzərində qırmızı və ağ rəngləri olan idman şalvarının sağ yan cibindən üç ədəd siqaret folqasından barət gümüşü rəngli kağız bükümü və bir ədəd sellofan bükümü, həmin idman şalvarının sol yan cibindən 5 ədəd bir manatlıq əskinası və əynində olan idman gödəkçəsinin sağ yan cibindən bir ədəd elektron tərəzini çıxarıb polis əməkdaşlarına təqdim etmiş, həmin bükümlərin içərisində nə olması, haradan, nə vaxt, hansı məqsədlə əldə etməsi barədə soruşulduqda, 3 ədəd gümüşü rəngli siqaret folqasına bükülmüş və bir ədəd sellofana bükülmüş bükümlərin içərisində narkotik vasitə olan heroin olduğunu, 5 ədəd bir manatlıq əskinasın tutulmamışdan az əvvəl Həmid adlı şəxsə satdığı bir büküm narkotik vasitənin pulu olduğunu, elektron tərəzini narkotik vasitələri alarkən və satarkən istifadə etməkdən ötrü üzərində gəzdirdiyini, üzərindən aşkar olunmuş narkotik vasitəni xx xxx 2020-ci il tarixdə Bakı şəhərində dəqiq yadında qalmayan ünvanda tanımadığı anket məlumatlarını bilmədiyi şəxsdən aldığını bildirmiş, daha sonra polis əməkdaşları tərəfindən üzərində axtarış keçirilmiş, təqdim etdiyi narkotik vasitə olan heroindən, elektron tərəzidən və puldan başqa qanunla dövriyyəsi qadağan olunan əşya və ya predmet aşkar edilməmiş, təqdim etdiyi bükümlər, elektron tərəzi və pul polis əməkdaşları tərəfindən götürülərək bu barədə protokol tərtib edilmiş, protokol onun, vəkilin və iştirakçılar tərəfindən imzalanmış, narkotik vasitəni özü istifadə etmək üçün, eyni zamanda qazanc əldə etməkdən ötrü alıb ayrı-ayrı bükümlərə bölərək üzərində gəzdirmişdir; ona qarşı hər hansı bir şəxs tərəfindən fiziki və ya psixi təzyiq və təsirlər göstərilməmişdir. Azərbaycan Respublikasının CPM-in 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir; hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir; cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir; məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri iş üzrə sübut növləri kimi qəbul edir. İş üzrə şahid qismində dindirilmiş Şahid3 ifadə verərək göstərmişdir ki, təxminən 10 ildir ki, narkotik vasitələrdən istifadə edir, narkotik vasitələri Əfqan adlı tanışından almışdır; xx xxx 2020-ci il tarixdə saat 10:15-də təsadüfən Əfqanla görüşdükdə sonuncudan narkotik vasitəsi olub-olmadığını soruşmuş, Əfqan müsbət cavab verdikdən sonra Əfqandan özü istifadə etməkdən ötrü bir büküm narkotik vasitə olan heroin alıb əvəzində Əfqana 5 ədəd bir manatlıq əskinasla pul ödəmiş, bundan sonra Əfqandan aralanıb çıxıb getmiş, Əfqandan aralandıqdan sonra ona bir neçə nəfər şəxs yaxınlaşıb, özlərini polis əməkdaşları kimi təqdim etmiş, xidməti vəsiqələrini ona göstərib narkotik vasitələrin istifadəçisi olmasında şübhəli bilindiyi üçün birlikdə Suraxanı RPİ-nə getməyi təklif etmişlər, etiraz etməyib polis idarəsinə gəlmiş, polis idarəsində ona hüquqlarını müdafiə etməsi üçün dəvət edilmiş vəkilin iştirakı ilə hüquq və vəzifələri izah olunduqdan sonra xidməti otaqların birində üzərində qanunla dövriyyəsi qadağan olunan əşya və predmetin olub-olmaması soruşulmuş, səmimi olaraq əynində olmuş şalvarının sağ yan cibindən az əvvəl Əfqandan aldığı bir ədəd gümüşü rəngli bükümdə olan narkotik vasitə heroini təqdim etmiş, bununla bağlı polis əməkdaşları tərəfindən protokol tərtib olunaraq həmin narkotik vasitə götürülüb müvafiq qaydada qablaşdırılmış, protokolun doğruluğu onun və iştirakçılar tərəfindən imzalanmış, Təqsirləndirilən şəxs narkotik vasitəni əldə etdiyi mənbə barədə heç bir məlumatı yoxdur. İş üzrə şahid qismində dindirilmiş Bakı şəhəri Suraxanı RPİ-nin Narkomaniya Mübarizə Bölməsinin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 ifadə verərək göstərmişdir ki, ünvan 6 ünvanda qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, özündə saxlayaraq daşıması, istifadəsi və satışı ilə məşğul olması barədə qərəzsiz mənbədən tərəflərindən məlumat əldə olunmuş, həmin məlumatın yoxlanılması, cinayət əməlinin ifşa olunması, Əqan Ağayevin cinayət törədərkən, yaxud törətdikdən bilavasitə sonra yaxalanması, narkotik vasitələrin və psixotrop maddələrin, cinayət izlərinin vaxtında aşkar edilərək götürülməsi məqsədi ilə Suraxanı RPİ-nin rəhbərliyinə məruzə olunmuş, əməliyyat tədbirinin keçirilməsinə razılıq verilmiş, əməliyyat tədbirinin keçirilməsi üçün əməliyyat qrupunun yaradılmasına dair Suraxaı RPİ-nin rəisi vəzifəsini icra edən polis polkovniki Cavanşir Əhmədov tərəfindən əmr imzalanmış, əməliyyat qrupuna o, Suraxanı RPİ-nin Narkomaniya Mübarizə Bölməsinin rəisi, polis mayoru X10 və Suraxanı RPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis leytenant Şahid2 daxil edilmiş, əməliyyat qrupuna rəhbərlik Anar İbrahimova həvalə olunmuş, xx xxx 2020-ci il tarixdə saat 10:30-da tərəflərindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində xx xxxxxx 1980-ci il təvəllüdlü Təqsirləndirilən şəxs yaşadığı ünvan 6 ünvanın qarşısında saxlanılıb, saat 11 radələrində Suraxanı RPİ-yə gətirilib təhvil verilmiş, Təqsirləndirilən şəxs barəsində toplanmış materiallar araşdırmanın davam etdirilməsi üçün rəhbərlik tərəfindən Suraxanı RPİ-nin Təhqiqat şöbəsinin təhqiqatçısı, polis kapitanı Suad Həmzəyevə həvalə olunmuş, Təqsirləndirilən şəxs üzərində RPİ-nin inzibati binasındakı xidməti otaqların birində axtarış keçirilərkən o, əməliyyat qrupunun üzvü Səyəvuş Səfərov, Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmək üçün dəvət edilmiş vəkil iştirak etmiş, üzərində axtarış aparılmamışdan əvvəl Təqsirləndirilən şəxs təhqiqatçı Suad Həmzəyev tərəfindən hüquq və vəzifələri izah olunmuş, sonra əynində olmuş paltarlarda qanunla dövriyyəsi qadağan edilmiş, iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək əşyaları və ya sənədlər olduğu halda könüllü surətdə təqdim etməsi təklif olunmuş, bundan sonra Təqsirləndirilən şəxs əynində olmuş qara rəngli, üzərində qırmızı və ağ rəngləri olan idman şalvarının sağ yan cibindən üç ədəd siqaretin gümüşü rəngli kağızı və bir ədəd sellofan bükümü, həmin idman şalvarının sol yan cibindən 5 ədəd bir manatlıq əskinası və əynindən olan idman gödəkçəsinin sağ yan cibindən bir ədəd elektron tərəzini çıxarıb təqdim etmiş, həmin bükümlərin içərisində nə olması, haradan, nə vaxt, hansı məqsədlə əldə etməsi Təqsirləndirilən şəxs soruşulduqda, Təqsirləndirilən şəxs 3 ədəd siqaretin gümüşü kağızına bükülmüş və bir ədəd sellofana bükülmüş bükümlərin içərisində narkotik vasitə olan heroin olduğunu, 5 ədəd bir manatlıq əskinasın tutulmamışdan az əvvəl Həmid adlı şəxsə satdığı bir büküm narkotik vasitənin pulu olduğunu, elektron tərəzini narkotik vasitələri alarkən və satarkən istifadə etməkdən ötrü üzərində gəzdirdiyini, üzərindən aşkar olunmuş narkotik vasitəni tanımadığı anket məlumatlarını bilmədiyi şəxsdən Bakı şəhərində aldığını bildirmiş, daha sonra Təqsirləndirilən şəxs üzərində axtarış keçirilmiş, sonuncunun üzərindən təqdim etdiyi narkotik vasitə olan heroindən, tərəzidən, puldan başqa qanunla dövriyyəsi qadağan olunan əşya və ya predmet aşkar edilməmiş, Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlər, elektron tərəzi və 5 ədəd bir manatlıq əskinaslar müvafiq qaydada təhqiqatçı tərəfindən qablaşdırılaraq götürülmüş, bu barədə protokol tərtib olunmuş, tərtib olunmuş protokol ucadan oxunmuş, doğruluğu iştirakçılar və onun tərəfindən imzalarla təsdiq olunmuş, Təqsirləndirilən şəxs qarşı hər hansı bir şəxs tərəfindən fiziki və ya psixiki təzyiq və təsirlər göstərilməmiş, Təqsirləndirilən şəxs özü səmimi olaraq törətdiyi cinayət əməlini etiraf etmiş, üzərində olmuş narkotik vasitələri, bir ədəd elektron tərəzini və 5 ədəd bir manatlıq əskinası təqdim etmişdir. İş üzrə şahid qismində dindirilmiş Bakı şəhəri Suraxanı RPİ-nin Narkomaniya Mübarizə Bölməsinin əməliyyat müvəkkili, polis leytenantı X7 Şahid1 ifadəsinə və işin faktiki hallarına uyğun ifadə vermişdir. Məhkəmə iş üzrə dindirilmiş və tədqiq edilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut kimi qəbul edir. İşdə olan məhkəmə-kimyəvi ekspertiza üzrə xx xxx 2020-ci il tarixli 6/916 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs Balaağa oğlunun üzərindən aşkar olunmuş., maddə” yazısı olan zərfdəki 1 (bir) ədəd bükümdə, təmiz çəkiləri 13,530 qram və 3(üç) ədəd «gümüşü» rəngli kağız bükümdə, ayrıayrılıqda təmiz çəkiləri 0,028 qram, 0,009 qram və 0,017 qram, ümumi təmiz çəkisi 13,584 qram qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir; tədqiqata təqdim edilmiş üzərində: “Təqsirləndirilən şəxs Balaağa oğlunun üzərindən aşkar olunmuş çəki tərəzi..” yazısı olan zərfdəki bir ədəd elektron tərəzinin üzərində narkotik vasitə olan heroinin izləri vardır, lakin heroin iz şəklində olduğu üçün, Təqsirləndirilən şəxs götürülmüş heroinlərlə eyni kimyəvi tərkibli olub-olmamasını müəyyən etmək mümkün olmadı; Təqsirləndirilən şəxs Balaağa oğlundan götürülmüş heroinlər, Şahid3 üzərindən götürülmüş heroinlə (xx xxx 2020-ci il tarixli 6/911 saylı ekspert rəyi) xarici əlamətlərinə və kimyəvi tərkibinə görə eynidirlər; rəyin tədqiqat prosesinin qeyd hissəsindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş ümumi təmiz çəkisi 13,584 qram narkotik vasitə olan heroindən 0,2 qram tədqiqata sərf edilmiş 13,384 qram qalıq qalmışdır (1-ci cild iş vərəqi 38-43). İşdə olan ambulator məcburi-narkoloji tibbi yoxlama üzrə xx xxxx 2020- ci il tarixli 1588 nömrəli ekspert rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur; narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır; ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (1-ci cild iş vərəqi 138- 139). İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli X1 1/160 nömrəli xx xxxx 2020-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs son 10 ildə stasionar müalicə üçün Bakı şəhəri 2 nömrəli X3 müraciət etməmişdir (1-ci cild iş vərəqi 115). İşdə olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx xxxx 2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs dəfələrlə Azərbaycan Respublikası CM-nin 234-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətdiyinə görə məhkum olunmuş, sonuncu dəfə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş və x xxxxxxxx 2018-ci ildə cəzasının sonu ilə azad olunmuşdur (1-ci cild iş vərəqi 106-109). Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluqları ödənilmiş hesab olunur. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən məhkumluğu ödənilməmiş şəxs hesab edilir. Cinayətlərin təsnifatına görə Təqsirləndirilən şəxs məhkumluğu üzrə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi az ağır cinayətlər kateqoriyasına daxildir. Təqsirləndirilən şəxs əvvəllər qəsdən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduğundan və məhkumluğu ödənilmədən onun tərəfindən yenidən qəsdən ağır cinayət törədilməsi cinayətin residivini yaradır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Bununla da Təqsirləndirilən şəxs cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsinin sanksiyasında nəzərdə tutumuş azadlıqdan məhrum etmə cəzasının son həddinin yəni 12 il müddətə azadlıqdan məhrum etmə cəzasının yarısından - 6 il müddətə azadlıqdan məhrum etmə cəzasından az ola bilməz. Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş ümumi təmiz çəkisi 13,584 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 5 ədəd bir manatlıq pul əskinası iş üzrə maddi sübut kimi tanınmış və tədqiqatdan sonra qalıq 13,384 qram narkotik vasitə heroin və 5 ədəd bir manatlıq pul əskinası qorunub saxlanılması üçün Suraxanı RPİ-nin maddi sübutların saxlanılması anbarına təhvil verilmişdir (1-ci cild iş vərəqi 153-161). İşdə olan Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti başçısının Əmircan qəsəbə inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyinin verdiyi xasiyyətnamədən göorünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur (1-ci cild iş vərəqi 151-152). İşdə olan şübhəli şəxsin tutulması haqqında xx xxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (1-ci cild iş vərəqi 3-47). İşdə olan Suraxanı Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs müddətinin başlanğıcı tutulduğu xx xxx 2020-ci il tarixdən hesablanmışdır (1-ci cild iş vərəqi 66-67, 89-90). Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələblərinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. İş üzrə Təqsirləndirilən şəxs və şahidlərin ifadələrinə, ekspert rəylərinə, habelə iş üzrə toplanmış digər sübutların məcmusuna əsasən Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etməsi, saxlaması və daşıması tam təsdiqini tapmışdır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında» xx xxxx 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması – miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəktələrdir. Qanunun bu tələbinə görə, satış dedikdə yalnız qeyd olunan 3 əsas amil: əvəzli, qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılması nəzərdə tutulmuşdur. Bu isə o deməkdir ki, şəxsin narkotik vasitələri satış məqsədilə əldə edib gəzdirməsi haqda nəticəyə gəlmək üçün sadalanan 3 məqsəddən heç olmasa birinin mövcud olması (əvəzli, qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılması) sübut edilməlidir. «Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2011-ci il tarixli 2 nömrəli Qərarının 9-cu bəndində qeyd edilir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının xx xxxx 2005-ci tarixli № 961-İİQ №-li Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarına (1-ci siyahı, narkotik vasitələr)» əsasən, heroin narkotik vasitəsinin külli miqdarının aşağı həddi 2 qram müəyyən edilmişdir. Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədilə əldə etdiyi, saxladığı və daşıdığı narkotik vasitə heroinin çəkisi 13,584 qram olduğundan külli miqdar təşkil edir. Beləliklə, məhkəmə toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlləri istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmiş və məhkəmə zamanı tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsinin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ağır cinayətlər kateqoriyasına daxildir. Belə ki, Azərbaycan Respublikası CM-nin 15.4-cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. http://eqanun.az/alpidata/code/data/0/c_c_11.htm Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olub-olmamasını, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsinə əsasən cinayətlərin residivi Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Belə ki, həmin Məcəllənin 8-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət - hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə kollegiyası işin hallarına əsasən, Azərbaycan Respublikası CM-nin tələblərinə riayət etməklə, ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsinə və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqla preventiv rol oynamasını və təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə kollegiyası xüsusilə vurğulayır ki, qanuni əsaslandırılmış və ədalətli cəzanın təyin edilməsi cinayətkarlıqla mübarizə aparılması və hüquq qaydalarının möhkəmləndirilməsi üçün vacib vasitə olmaqla, lazımi cəzalandırma tədbirini təmin edir. Məhkumun islah edilməsi - cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumun yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyillərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası CM-nin 8 və 9-cü maddələrinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza ədalət və humanizm prinsiplərinə əsaslanaraq, hər bir halda zərər çəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Təsadüfi deyil ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə kollegiyası istinad edilən qanunvericilik nomalarını əsas tutaraq qeyd edir ki, təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti, təqsirləndirilən şəxslərin cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmalarına və ailələrinin həyat şəraitinə təsiri də nəzərə alınmalıdır. Qeyd etmək lazımdır ki, ədalətli cəzanın təyin edilməsi ilk növbədə cəzanın məqsədlərinə, yəni ədalətin bərpasına və məhkumun islah olunmasına nail olmaq sahəsində mühüm vasitədir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun” xx xxxx 2011-ci il tarixli 2 №-li qərarında göstərilmişdir ki, bəşəriyyəti düşündürən, cəmiyyətin ciddi bəlasına çevrilən, insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vuran narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq ən ağrılı problemlərdən biridir; Azərbaycan Respublikası narkotiklərin qanunsuz dövriyəsinə qarşı mübarizəni tənzimləyən beynəlxalq hüquq normalarını tam, hərtərəfli və sistemli şəkildə əks etdirən X4 Konvensiyalarına, o cümlədən 1972-ci il protokolu ilə edilmiş düzəlişlərlə “Narkotik vasitələrə dair 1961-ci il Vahid Konvensiyasına”, “Psixotrop maddələr haqqında” 1971-ci il Konvensiyasına və “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” 1988-ci il Konvensiyasına qoşulmaqla bu cinayətlərə qarşı mübarizədə öz üzərinə mühüm vəzifələr götürmüşdür. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi ağır cinayətlər kateqoriyasına aid edilən cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, Cinayət Məcəlləsinin 59.1-ci maddəsində nəzərdə tutulan cəzasını yüngülləşdirən halların olmamasını, Cinayət Məcəlləsinin 61.1-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran halın olmasını, təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, onun cəza çəkmədən islah olunmasını mümkün saymır, törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini cəza siyasətinin məqsədlərinə uyğun hesab edir. Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halların olmaması səbəbindən Cinayət Məcəlləsinin 60-cı maddəsinin tələblərinin tətbiq edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsində birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalıdır. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi plenumunun xx xxxx 2006-cı il tarixli 5 saylı qərarının 15-ci bəndində göstərilir ki, «İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən, onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır». Məhkəmə Avropa Məhkəməsinin hüquqi mövqeyini və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsini əsas tutaraq hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs cəza çəkmələrinin başlanğıcı xx xxx 2020-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinin tələblərinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün - ciddi rejimli cəzaçəkmə müəssisələri müəyyən edilir. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi ağır cinayətlər kateqoriyasına aid edilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halın olmamasını, Cinayət Məcəlləsinin 61.1-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran halın olmasını və işin digər hallarını nəzərə alaraq törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini (Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla), Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən cəzaçəkməsinin başlanğıcının xx xxx 2020-ci il tarixdən hesablanmasını və həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən cəzanı ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməsini cəzanın məqsədlərinə uyğun hesab edir. Məhkəmə kolegiyası Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 62 və 70-ci maddələrini tətbiqinə heç bir əsas görmür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edilir. Ambulator X2 dair Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik hüquqi şəxsin xx xxxx 2020-ci il tarixli 1588 nömrəli rəyindən müəyyən olunur ki, “Müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur, narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə kollegiyası hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının CM-nin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Azərbaycan Respublikasının CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Cinayət işi materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş 5 ədəd bir manatlıq pul əskinası onf narkotik vasitənin əvəzinə verilmişdir. Cinayət Məcəlləsinin 99-1.1.1-ci maddəsinə əsasən 5 ədəd bir manatlıq pul əskinası xüsusi müsadirə edilməklə dövlət nəfinə alınmaladır. Azərbaycan Respublikasının CPM-in 132.0.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. İş üzrə maddi sübut - Suraxanı RPİ-nin maddi sübutların saxlanma otağına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 13,384 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin məhv edilməlidir. Azərbaycan Respublikasının CPM-in 346.1.21 və 353.4.10-cu maddələrinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Məhkəmə hesab edir ki, iş üzrə məhkəmə-kimyəvi ekspertiza üzrə tədqiqatın dəyəri - 228 (iki yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkminləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” xx xxxxxx 2017-ci il tarixli sərəncamının, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli qərarının, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx xxxx 2006-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 65-ci maddəsinə əsasən məhkəmənin məhkum etdiyi hər bir şəxsin öz barəsində çıxarılmış hökmə qanunla nəzərdə tutulan qaydada yuxarı məhkəmədə yenidən baxılması, habelə özünün əfv edilməsi və cəzasının yüngülləşdirilməsi haqqında müraciət etmək hüququ vardır. Məhkəmə gəldiyi nəticələri “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx xxxx 2006-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-349, 351-353, 356, 358, 383-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı xx xxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Hökm qüvvəyə mindikdən sonra iş üzrə maddi sübutlar - Suraxanı RPİ-nin maddi sübutların saxlanma otağına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 13,384 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin məhv edilsin, 5 ədəd bir manatlıq pul əskinası xüsusi müsadirə edilməklə dövlət nəfinə alınsın. İş üzrə məhkəmə-kimyəvi ekspertiza üzrə tədqiqatının dəyəri - 228 (iki yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmdən Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bak Apellyasiya Məhkəməsinə elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Siyavuş Hacıyev hakimlər: Rahib Salmanov Eldar Mikayılov
Məhkəmə qərarları › İş №1(101)-387/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-387/2021
17.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver