Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-387/2022 16.02.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məcidov Azad Əli Ağa oğlunun sədrliyi, hakimlər Ağayev Zeynal Qurban oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X4, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı2, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 20 saylı vəkil bürosunun vəkili Müdafiəçi1 və 14 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxxxxxx 1994-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Bərdə rayonu, Kələntərli kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vuran bədən xəsarəti yetirmişdir. Belə ki, o, 04 may 2021-ci il tarixdə saat 21 radələrində kirayədə yaşadığı ünvan 2 ünvanında yerləşən mənzildə qeyri-rəsmi ər-arvad münasibətində olduğu Zərərçəkmiş şəxs ilə aralarında yaranmış qısqanclıq zəmnində baş vermiş mübahisə zamanı mətbəxdən götürdüyü bıçaq ilə Zərərçəkmiş şəxs qarın nahiyyəsinə bir dəfə qəsdən vuraraq sonuncuya böyük piyliyin zədələnməsi ilə müşaiyət olunan qarının daxilə nüfuz edən 1 ədəd deşilmiş-kəsilmiş yarası və sağ saidin sıyrıqları ilə nəticələnən dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa «Ağır» zərərvurmaya aid bədən xəsarəti yetirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, həyat yoldaşından boşandığı üçün 2020-ci ilin sentyabr ayında Zərərçəkmiş şəxslə tanış olmuşdur. Anası evdə olmayanda Turalla yaşadığı evə gəlirmiş və öz xoşu ilə Turalla cinsi əlaqədə olurmuş. 04 may 2021-ci il tarixdə saat təxminən 21 radələrində yaşadığı binanın qarşısında olan vaxt Tural ona yaxınlaşıb onunla işi olduğunu bildirmişdir. O, Turala artıq onunla görüşmək istəmədiyini bildirmiş və binanın lifti ilə 3-cü mərtəbəyə qalxmışdır. Bu vaxt Turalda pilləkənlə 3-cü mərtəbəyə qalxmışdır. O, yaşadığı mənzilin qapısını açıb içəri daxil olmaq istəyəndə Turalda onunla birlikdə mənzilə daxil olmaq istədikdə, o, əsəbləşdiyi üçün Turalla mübahisə etməyə başlamışdır. Turalı mənzildən çıxartmaq istəyəndə Tural yumruqla onun sağ göz nahiyəsinə zərbə vurmuşdur. O, almış olduğu xəsarətdən yerə yıxılmışdır. Tural onun əl çantasından mobil telefonunu götürərək mesajları oxumağa başlamışdır. O, telefonu Turalın əlindən almaq istəyəndə Tural sillə ilə onun sifət nahiyəsinə zərbə vurmuşdur. O, əsəbləşdiyi üçün mətbəxdən stolun üstündən bıçağı götürərək Turala demişdir ki, özünü onun əlindən öldürəcək. Həmin vaxt Tural onun üzərinə yerimiş və onlar mənzilin dəhlizində əlbəyaxa olmağa başlamışlar. O, Turalın yersiz hərəkətindən əsəbləşdiyi üçün əlində olan bıçaqla Turalın sağ qarın boşluğuna bir dəfə zərbə vurmuşdur. Tural “sən məni bıçaq ilə vurdun” deyə qışqırmışdır. Sonra Tural evdən çıxaraq aşağı düşüb getmiş, mobil telefonu Turalın əlində olduğu üçün mənzildən çıxaraq Turalın arxasınca qaçmağa başlamışdır. Həmin vaxt Tural onun arxasınca gəlməyini görüb dayanmış və ona məxsus mobil telefonu asfaltın üzərinə qoymuşdur. Həmin vaxt ərazidə xidmət aparan polis əməkdaşları onu yolun qırağında ağlayan görərək ondan nə baş verməsini soruşduqda, o, baş vermiş hadisəni polis əməkdaşlarına danışmışdır. Bundan sonra polis əməkdaşları onu Suraxanı RPİ-nin 33-cü PB-nə gətirmişlər. O, etdiyi hərəkətdən peşman olduğunu və Turalın hərəkətlərindən əsəbləşdiyi üçün Turalı bıçaqla vurduğunu bildirmişdir. Hərəkətindən peşman olmuşdur. Zərərçəkmiş şəxsin deməsinə görə hazırda o, Bakı şəhərində deyil. Məhkəmə baxış zamanı Zərərçəkmiş şəxs istifadəsində olduğu qeyd olunan ***-***- **-** və ***-***-**-** saylı mobil telefonlarına dəfələrlə məhkəmə iclaslarının vaxtı və yeri barədə sms xəbərdarlıq məlumatı göndərilmiş, ***-***-**-** mobil nömrəsinin “whatsapp” proqramı vasitəsi ilə əlaqə saxlanılmış, Zərərçəkmiş şəxs ölkə xaricində olduğunu, təqsirləndirilən şəxslə barışıq əldə etmədiyini, ona qanuna müvafiq cəza verilməsini bildirmişdir. Həmçinin, zərərçəkmiş şəxsin “AZEMİS” Elektron Məhkəmə İnformasiya sistemindən çıxarışından da görünür ki, Zərərçəkmiş şəxs 27.01.2022-ci il tarixdə ölkədən çıxmış və onun ölkəyə qayıtması barədə məlumat yoxdur. Göstərilənlərə əsasən proses iştirakçıları Zərərçəkmiş şəxs ibtidai istintaq dövründə verdiyi ifadənin elan edilməsinə etiraz etməmişlər. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə elan olunaraq araşdırılmış Zərərçəkmiş şəxs ifadəsindən görünür ki, o, Təqsirləndirilən şəxs 2020-ci ilin sentyabr ayından tanıyır. Onun Çiçək ilə münasibətləri yaxşı olmuş və o, Çiçək ilə qeyri-rəsmi münasibətdə olmuşdur. O, Çiçəyin öz xoşu ilə onun kirayədə yaşadığı Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, D massivi, bina № 19 ünvanda görüşərək onun ilə cinsi əlaqədə olurmuş. 04 may 2021-ci il tarixdə saat təxminən 20 radələrində o, Çiçəyin istifadəsində olan mobil nömrəyə zəng etmiş və Çiçəyə demişdir ki, bu gün sənin ilə görüşmək istəyirəm. Çiçək ona demişdir ki, 1-2 saata evə gələcək, evdə olanda xəbər edər gələr. Saat təxminən 21 radələrində o Çiçəyin yaşadığı binanın qarşısında dayanıb Çiçəyi gözləyirmiş. Həmin vaxt ağ rəngli «Ford» markalı avtomobil Çiçəyin yaşadığı binanın qarşısında dayanmış və avtomobilin qabaq oğuracağında əyləşmiş Çiçək avtomobildən aşağı düşmüşdür. Avtomobil isə binanın qarşısından uzaqlaşaraq getmişdir. O, Çiçək ilə birlikdə onun kirayədə yaşadığı binanın 3-cü mərtəbəsində yerləşən mənzilinə qalxmışdır. Çiçək mənzilin dəmir qapısını açar ilə açmış və onun ilə birlikdə mənzilin içərisinə daxil olmuşdur. O, Çiçəkdən bayaq avtomobil ilə gəldiyi şəxs barədə maraqlanmışdır. Çiçək ona demişdir ki, həmin şəxs onun dostudur. Həmin vaxt Çiçəyin mobil telefonuna zəng gəldiyini görərək ona demişdir ki, sənə zəng vuran şəxs kimdir. O, Çiçəyin mobil telefonunu götürərək cibinə qoymuş və Çiçəyə demişdir ki, o, Çiçəyə zəng vuran şəxsin kimliyini öyrənər. Çiçək ona demişdir ki, bunun ona heç bir aidiyyəti yoxdur ona zəng vuran şəxs kimdir. O, başa düşmüşdür ki, Çiçək onu aldadır və buna görə də Çiçək ilə aralarında mübahisə yaranmışdır. Çiçək əsəbləşərək əli ilə onu vurmağa çalışanda o Çiçəyi əli ilə geriyə itələmişdir. Çiçək mətbəxdən bıçağı götürərək onun üstünə gəlmiş və ona demişdir ki, bu dəqiqə o, evdən çıxmasa, onu bıçaq ilə vuracaq. O, mətbəxdən çıxıb mənzilin koridorunda olan vaxt Çiçək əlində olan bıçaq onun sağ qarın boşluğuna bir dəfə zərbə vurmuşdur. Onun qarın nahiyyəsindən qan gəlməyə başlamışdır. O, Çiçəyə qışqıraraq demişdir ki, onu bıçaqla vurmuşdur. Sonra mənzildən çıxaraq yaşadığı evə tərəf qaçmağa başlamışdır. Həmin vaxt Çiçəkdə əlindəki bıçaqla onun arxasınca qaçaraq arxadan qışqıraraq mobil telefonunu istəmişdir. O, dayanaraq cibində olan Çiçəyə məxsus mobil telefonu yerə qoymuş və Çiçəyə demişdir ki, telefonunu götürə bilər. Sonra taksiyə əyləşərək Bakı şəhər 3 saylı Kliniki Xəstəxanaya getmişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin ifadələri ilə yanaşı istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin 2-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Suraxanı RPİ-nin 33-cü PB-nin məsul növbətçisi, polis baş leytenantı Ülvi Məmmədovun 04 may 2021-ci il tarixli raportundan görünür ki, 04.05.21-ci il tarixdə saat 23-49 radələrində 3 saylı ŞKX-nın tibb bacısı Binyətova Xətai rayonu, Mehmandarov küçəsi, ev 74, mənzil 2-də yaşayan 2000-ci il təvəllüdlü Zərərçəkmiş şəxs qarın nahiyəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu ilə xəstəxanaya daxil olması barədə məlumat vermişdir. Cinayət işinin 8-10-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 05 may 2021-ci il tarixli hadisə yerinə baxış keçirilməsi, maddi sübutların götürülməsi barədə protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, hadisə yeri ünvan 3 ünvanında yerləşən mənzildir. Həmin mənzildə baxış zamanı döşəmənin üzərində bir ədəd ağ, göy, qırmızı rəngli tutacağı olan bıçaq sübut əhəmiyyəti kəsb edə biləcəyindən götürülmüşdür. Cinayət işinin 28-30-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Məhkəmə-Tibbi Ekspertiza və X3» X6 11 may 2021-ci il tarixli 425 saylı rəynindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsinə, ilk məlumata əsaslanaraq müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs müayinəsi zamanı bədən səthində hər hansı bir xəsarət aşkar edilməmişdir. Cinayət işinin 31-33-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Məhkəmə-Tibbi Ekspertiza və X3» X6 22 may 2021-ci il tarixli 457 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşağıdakı xəsarətlər aşkar edilmişdir: -böyük piyliyin zədələnməsi ilə müşaiyət olunan qarının daxilə nüfuz edən 1 ədəd deşilmiş-kəsilmiş yarası, sağ saidin sıyrıqları. Qeyd edilən deşilmiş- kəsilmiş yara deşici-kəsici əşyanın (ola bilsin bıçaq), sıyrıqlar bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni 04.05.2021-ci il tarixdə əmələ gələ bilər və dərəcələrinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərəvurmaya aiddirlər. Xəsarətin lokalizasiyasına və xüsusiyyətlərinə əsasən demək olar ki, həmin xəsarət eyni xüsusiyyətə malik müxtəlif deşici-kəsici əşyanın, o cümlədən ekspertizaya təqdim edilmiş bıçağın təsirindən alınması inkar olunmur. Cinayət işinin 76-78-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 19 iyun 2021-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə zamanı Zərərçəkmiş şəxs istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək bir daha bildirmişdir ki, Təqsirləndirilən şəxs ilə aralarında yaranmış mübahisə zamanı Çiçəyin bıçaqla onun qarın nahiyəsinə bir dəfə vurmuşdur. Buna görə məhkəmə həmin üzləşdirmə protokolunu da sübut növü kimi qəbul edir. Cinayət işinin 106-108-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 21 iyun 2021-ci il tarixli, 3/1028 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 (bir) ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici xassəyə malik təsərrüfatməişət təyinatlı mətbəx bıçağıdır, soyuq silah hesab edilmir və üzərində hər hansı əlavə və düzəlişlər edilməmişdir. Cinayət işinin 114-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Suraxanı RPİ-nin 33-cü PB-dən daxil olmuş 20 avqust 2021-ci il tarixli, ***-**** nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xəsarət yetirməsini görən şahidləri müəyyən etmək mümkün olmamışdır. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin ifadəsini, zərərçəkmiş şəxsin ibtildai istintaqa verdiyi ifadəsini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədlərin sübüt növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə tövsif olunmuş, o həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs cinayət əməlində təqsirini təkzib edə biləcək hal məhkəmə tərəfindən müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs barəsində tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işi üzrə məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs barəsində halların araşdırılması üçün müəyyən orqanlara sorğular ünvanlanmış və həmin sorğulara cavablar verilmişdir. Belə ki, cinayət işinin 22-23-cü vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 20.05.2021-ci il tarixli tələbnamədən və cinayət işinin 100-101-ci vərəqələrində olan Xətai Rayon Məhkəməsinin 05.05.2017-ci il tarixli, 1(011)-134/2017 saylı hökmünün kserosurətindən görünür ki, Zərərçəkmiş şəxs Xətai Rayon Məhkəməsinin 05 may 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə təqsirli bilinərək qazancının 10 %-i dövlət nəfinə tutulmaqla 06 ay islah işləri cəzasına məhkum edilmiş, 29.01.2018-ci ildə cəzasının sonu ilə azad olunmuşdur. Cinayət işinin 14-cü vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 06.05.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. Cinayət işinin 58-ci vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya Xəstəxanası publik hüquqi şəxsindən daxil olmuş 12 iyun 2021-ci il tarixli, 5033 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmayıb. Cinayət işinin 103-cü vərəqəsində olan Bərdə rayonu Kələntərli kənd İƏD-si üzrə nümayəndəliyindən daxil olmuş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət səciyyələndirilir. Cinayət işinin 104-105-ci vərəqələrində olan doğum haqqında şəhadətnamə və şəxsiyyət vəsiqəsinin kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağı - 14.02.2014-cü il təvəllüdlü X1 uşağı vardır. Cinayət işinin 111-112-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi X6 13 iyul 2021 -ci il tarixli 1535 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik qeyd olunmamışdır. Həmin dövrdə Təqsirləndirilən şəxs öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və həmin əməli idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs hazırda Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Ç.F. Şükürova törətdiyi əməl barəsində Anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs ilə istintaq hərəkətlərinin həyata keçirilməsi mümkündür. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə və müsbət səciyyələndirilməsini Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Cinayət işinin 54-cü vərəqəsində olan Suraxanı RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru X2 09 iyun 2021-ci il tarixli ittiham elan etmək üçün şəxsin tutulması və barəsində axtarış elan edilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə ittiham elan etmək üçün barəsində axtarış elan edilmişdir. Həmçinin təqsirləndirilən şəxs bir neçə dəfə üzürsüz səbəbdən məhkəmə proseslərinə gəlməmişdir. Məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs yalnız azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Qeyd edilənlərlə yanaşı, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbirinin həbs qətimkan tədbiri ilə əvəz edilməsini və onun məhkəmə iclas zalından həbsə alınmasını əsaslı hesab edir. Cinayət işinin 57-ci vərəqəsində olan 18 iyun 2021-ci il tarixli axtarışda olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 18 iyun 2021-ci il tarixdə tutulmuşdur. Cinayət işinin 87-89-cu vərəqələrində olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 19 iyun 2021-ci il tarixli, 4(010)-280/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbiri seçilməsindən imtina olunmuş və o, məhkəmə iclas zalından azad edilmişdir. Cinayət işinin 90-91-ci vərəqələrində olan Suraxanı RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru X2 19 iyun 2021-ci il tarixli qətimkan tədbiri seçmək haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-nin 158.3-cü maddəsində qeyd edilmişdir ki, şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə şübhəli və təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Beləliklə, Təqsirləndirilən şəxs 18 iyun 2021-ci il tarixdən 19 iyun 2021-ci il tarixədək olan 01 (bir) gün müddət hazırki hökmlə təyin ediləcək cəza müddətinə hesablanaraq qəti cəza müəyyən edilməlidir. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı həbsə alındığı gündən hesablanmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsində saxlanılan hadisə vaxtı istifadə edilən bir ədəd zavod bıçağı məhv edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsində qeyd edilmişdir ki, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir); terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; dəyəri olmayan digər əşyalar məhv edilməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 64 (altmış dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99.1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99.1.1-ci maddəsində qeyd edilmişdir ki, xüsusi müsadirə cinayət hüquqi tədbiri aşağıda göstərilən əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır: məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla); məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla). Azərbaycan Respublikası CM-nin 99-3.1-ci maddəsinə əsasən müsadirə məsələsi həll olunarkən ilk növbədə cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan ödənilməlidir. Təqsirləndirilən şəxs cinayət yolu ilə əldə etdiyi əmlakları müəyyən edilməmiş, iş üzrə mülki iddia yoxdur və istintaq zamanı ona məxsus hər hansı bir əmlak üzərinə həbs qoyulmamışdır. Buna əsasən məhkəmə hesab edir ki, ona xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25.06.2003-cü il tarixli qərarının izah və tövsiyələri baxımından da, əsaslı hesab edir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 18 iyun 2021-ci il tarixdən 19 iyun 2021-ci il tarixədək olan 01 (bir) gün müddət nəzərə alınsın və ona hazırki hökmlə təyin edilmiş cəzasına hesablanmaqla Təqsirləndirilən şəxs qəti olaraq 02 (iki) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından həbsə alınsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli həbsə alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. İş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsində saxlanılan hadisə vaxtı istifadə edilən bir ədəd zavod bıçağı məhv edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 64 (altmış dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu vaxtdan, təqsirləndirilən şəxsə isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Azad Məcidov Hakimlər: Zeynal Ağayev Səbuhi Hüseynov
Məhkəmə qərarları › İş №1(101)-387/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-387/2022
16.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver