Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-387/2023 01.05.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ hakim İradə Xəlil qızı Həsənzadənin sədrliyi ilə hakimlər Əhməd Qəhrəman oğlu Quliyevdən və Rasim Əkrəm oğlu Sadıxovdan ibarət tərkibdə Zülfiyyə Asif qızı Salmanzadənin katibliyi ilə dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə 1982-ci il yanvarın 28-də Xocavənd rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta-ixtisas təhsilli, subay, əvvəllər məhkum olunmamış, fərdi qaydada idman müəllimi işləmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qismində qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3.-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İbtidai araşdırma orqanı tərəfindən ittiham irəli sürülmüşdür ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroin və psixotrop maddə metamfetamin əldə edib saxlamaqla üzərində daşımışdır. Belə ki, istintaqla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, ümumi təmiz çəkisi 8,756 qram olan narkotik vasitə heroin və ümumi təmiz çəkisi 4,611 qram olan psixotrop maddə metamfetamin əldə edib üzərində saxlamaqla daşımış, 2022-ci il aprelin 30-da saat 15:50 radələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, məhəllə 4085, ev 2 ünvanının qarşısında saxlanaraq Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinə gətirilmiş, orada sonuncunun üzərində şəxsi axtarış aparılarkən əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd bükümdə külli miqdarda, ümumi təmiz çəkisi 8,756 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin və bir ədəd bükümdə külli miqdarda, ümumi təmiz çəkisi 4,611 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilib götürülmüşdür. İş üzrə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsi ilə ona elan edilən ittihamda özünü təqsirli bilməməklə ifadəsində 2022-ci il aprelin 30-da saat 15:40 radələrində evdə olduğu zaman anasının çörək almasını xahiş edərək ona beş manat pul verdiyini, onun bayıra çıxıb yaxınlıqda yerləşən marketə yollandığını, bir ədəd çörək almaqla yaşadığı evə doğru qayıtdığı vaxt qəfildən yanında bir neçə avtomobil dayanarkən içərisindən 5-6 nəfər mülki geyimli şəxsin düşərək yaxınlaşıb özlərini təqdim etmədən qolundan tutmaqla onlarla birlikdə getməli olduğunu söylədiyini, suallarını cavablandırmayaraq onu məcburi surətdə avtomaşına əyləşdirib Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinə apardığını, orada polis əməkdaşlarının ona iki ədəd büküm verməklə cibinə qoyaraq çəkiliş zamanı onları çıxarıb təqdim etməsini, bükümlərdən birində narkotik vasitə heroin, digərində isə psixotrop maddə metamafetamin olduğunu, onları İran İslam Respublikası vətəndaşı Rza adlı şəxsin vasitəsi ilə sonuncunun gizlətdiyi yerdən götürdüyünü danışmasını tələb etdiklərini, əks halda onun yaşadığı evə külli miqdarda narkotik vasitə heroin və psixotrop maddə metamfetamin qoyacaqlarını, anasını da cinayət məsuliyyətinə cəlb edəcəklərini bildirdiklərini, polislərin hədələrindən qorxduğu üçün razılaşmaqla sonuncuların verdikləri 100 manat pulu onun əynindəki göy rəngli cins şalvarın sağ yan cibinə, bükümləri isə şalvarının sol yan cibinə qoyduğunu, bundan sonra videoçəkilişlə müdafiəçinin iştirakı ilə onun üzərində şəxsi axtarış aparıldığını və onun polis işçilərinin qabaqcadan öyrətdikləri şəkildə çıxararaq təqdim etdiyi bükümləri İran İslam Respublikasının vətəndaşı Rza adlı şəxsin gizlətdiyi yerdən öz istifadəsi üçün əldə etdiyini dediyini, çəkiliş bitdikdə polis əməkdaşlarının verdikləri 100 manat pulu geri alıb ona müxtəlif sənədləri imzalatdıqlarını, onun heç bir cinayət törətmədiyini, istintaqdakı izahatı və ifadələri təzyiq altında versə də bu barədə heç bir yerə şikayət etmədiyini göstərdi. İş üzrə şahid qismində dindirilən hadisə ərəfəsində polis polkovnik-leytenantı olmaqla Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili vəzifəsində işləmiş Şahid1 ifadəsində 2022-ci il aprelin 30-da Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edib Bakı şəhəri, Sabunçu rayonunda dövriyyəsi ilə məşğul olması barədə daxil olan məlumatı yoxlamaq üçün ondan, idarənin baş əməliyyat müvəkkili polis mayoru Şahid2 və baş əməliyyat müvəkkili polis kapitanı Şahid3 ibarət əməliyyat qrupunun yaradıldığını, həmin tarixdə saat 15:50-də Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, məhəllə 4085, ev 2 ünvanının yaxınlığında saxladıqdan sonra özlərini təqdim etməklə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edib dövriyyəsi ilə məşğul olmasında şübhələndiyi üçün adı çəkilən şəxsi Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinə dəvət etməklə orada videoçəkilişlə müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış aparılarkən Təqsirləndirilən şəxs könüllü şəkildə əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 103 manat pulu, sağ yan cibindən iki ədəd bükümü çıxararaq təqdim edib içərisindəki narkotik vasitə heroini və psixotrop maddə metamfetamini Bakı şəhəri, Sabunçu rayonunda gizlədilən yerdən sosial şəbəkədə tanış olduğu İran İslam Respublikası vətəndaşı Rza adlı şəxsin vasitəsi ilə özünün istifadə etmək üçün əldə etdiyini, şəxsi axtarışdan əvvəl üzərinin yoxlanılmadığını, polis əməkdaşları tərəfindən ona zor tədbiq edilmədiyini, başqa heç bir yerdə narkotik vasitə saxlamadığını bildirdiyini, göstərilən məbləğdə pulun Təqsirləndirilən şəxs qaytarılmaqla aşkarlanan bükümlərin zərfə qablaşdırılaraq möhürləndiyini, üzərinin və tərtib olunan protokolun iştirakçılar tərəfindən imzalandığını, Təqsirləndirilən şəxs qarşı fiziki və psixi təsirin tətbiq olunmadığını göstərdi. İş üzrə şahid qismində dindirilən hadisə ərəfəsində polis kapitanı olmaqla Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili vəzifəsində işləmiş Şahid3 Şahid1 ilə uyğun ifadə verdi. Məhkəmə iclasında elan olunub tədqiq edilən Təqsirləndirilən şəxs ibtidai istintaqda verdiyi izahatda, şübhəli və təqsirləndirilən şəxslər qismindəki ifadələrdə Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsində nəzərdə tutulan cinayət əməlini qismən etiraf etməklə 2022-ci il aprelin 30-da üzərində şəxsi axtarış aparılanda əynindəki göy rəngli cins şalvarın sol yan cibindən 103 manat pulu, sağ yan cibindən iki ədəd bükümü çıxarıb təqdim etməklə içərisindəki narkotik vasitə heroini və psixotrop maddə metamfetamini Bakı şəhərinin Sabunçu rayonunda gizlədilən yerdən sosial şəbəkədə tanış olduğu Rza adlı İran İslam Respublikasının vətəndaşının vasitəsi ilə öz şəxsi istifadəsi üçün əldə etdiyini, axtarışdan əvvəl onun üzərinin yoxlanılmadığını, polis əməkdaşları tərəfindən ona qarşı zor tətbiq olunmadığını, başqa haradasa narkotik maddə saxlamadığını bildirmiş, təqsirləndirilən şəxs qismində əlavə dindirilərkən hərəkətlərini tamamilə dandığını, təzyiq altında özünə zidd ifadələr verdiyini göstərmişdir (1-ci cild, iş vərəqi 34-35, 47-48, 59-60 və 116-118). Məhkəmə iclasında elan olunub tədqiq edilən hadisə ərəfəsində polis mayoru olmaqla Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili vəzifəsində işləmiş Şahid2 ibtidai istintaqda şahid qismində dindirilərkən Şahid1 ilə analoji ifadə vermişdir (1-ci cild, iş vərəqi 170-173). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin 2022-ci il 30 aprel tarixli raportlarından, eyni tarixli əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərarından, Ə151-008-22 №-li əməliyyat qrupunun yaradılması haqqında əmrindən, 008-4363-1222 №-li və 008-4364- 1222 №-li məktublarından görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edib Bakı şəhəri Sabunçu rayonunun ərazisində dövriyyəsi ilə məşğul olması barədə daxil olan məlumatı yoxlamaq üçün əməliyyat-axtarış qrupu yaradılmış, adı çəkilən şəxs həmin tarixdə saat 15:50-də Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, məhəllə 4085, ev 2 ünvanının yaxınlığında saxlanaraq Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinə gətirilmiş, əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərarın surətləri Azərbaycan Respublikasının Baş Prokurorluğuna və Bakı şəhərinin Sabunçu Rayon Məhkəməsinə göndərilmişdir (1-ci cild, iş vərəqi 5-10 və 12). İş materiallarındakı Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin 2022-ci il aprelin 30-da saat 16:50-də tərtib etdiyi protokoldan görünür ki, Təqsirləndirilən şəxs göstərilən tarixdə Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuş, bu barədə sonuncunun anası X2 məlumat vermək hüququ təmin edilmiş, protokola əlavə və qeydlər daxil olmamışdır (1-ci cild, iş vərəqi 21). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin tərtib etdiyi 2022-ci il 30 aprel tarixli və Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2022-ci il 01 may tarixli protokollardan görünür ki, videoçəkilişlə müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılarkən sonuncu əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 103 manat pulu, sağ yan cibindən iki ədəd bükümü çıxarıb təqdim etməklə içərisindəki narkotik vasitə heroini və psixotrop maddə metamfetamini Bakı şəhərinin Sabunçu rayonunda gizlədilən yerdən sosial şəbəkədə tanış olduğu İran İslam Respublikasının vətəndaşı Rza adlı şəxsin vasitəsi ilə öz şəxsi istifadəsi üçün əldə etdiyini, axtarışdan əvvəl onun üzərinin yoxlanılmadığını, polis əməkdaşları tərəfindən ona qarşı zor tətbiq olunmadığını, başqa haradasa narkotik maddə saxlamadığını bildirmiş, 103 manat pul Təqsirləndirilən şəxs qaytarılaraq bükümlər zərfə qablaşdırılıb götürülmüş, tərtib edilən protokolun düzgünlüyü iştirakçılar tərəfindən imzalanmış, heç bir şikayət, təklif və protokola qeydlər daxil olmamış, cinayət işinin materiallarına əlavə edilən bir ədəd DVD-R diskinə baxış keçirilərkən qeyd olunanlar müəyyənləşdirilmişdir (1-ci cild, iş vərəqi 30-33 və 61-62). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 2022-ci il 01 may tarixli 6/2517 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilib üzərində «Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən...» sözləri, soyad və imzalar olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 8,756 qram olan qəhvəyi rəngli maddə isə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, bir ədəd bükümdə təmiz çəkisi 4,611 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir; tədqiqatdan sonrakı qalıqları müvafiq qaydada 8,706 qram və 4,561 qram təşkil edir, ekspertiza tədqiqatının dəyəri 65 manatdır (1-ci cild, iş vərəqi 40-43). İş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2022-ci il 01 may tarixli qərarından görünür ki, təqsirləndirilən şəxs qismində cəlb edilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsində nəzərdə tutulan ittiham elan edilmişdir (1-ci cild, iş vərəqi 51-52). İş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2022-ci il 01 may tarixli qərarının surətindən görünür ki, Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində əvvəli 2022-ci il aprelin 30-dan hesablanmaqla həbs qismində qətimkan tədbiri seçilmişdir (1-ci cild, iş vərəqi 73-76). İş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2022-ci il 04 may tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş psixotrop maddə metamfetaminin və narkotik vasitə heroinin tədqiqatdan sonrakı müvafiq qaydada 8,706 qram və 4,561 qram qalıqları maddi sübut kimi tanınmaqla saxlanılması üçün idarənin saxlanc anbarına təhvil verilmişdir (1-ci cild, iş vərəqi 81). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 2022-ci il mayın 09-da tərtib etdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (1-ci cild, iş vərəqi 86). İş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinin 2022-ci il 01 iyun tarixli 220050675-6814 №-li məktubundan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitənin və psixotrop maddənin əldə etdiyi mənbəni müəyyənləşdirmək mümkün olmamış, sonuncunun həmin maddələrin satışı ilə məşğul olması təsdiqlənməklə psixotrop maddə metamfetamini və narkotik vasitə heroini satdığı şəxslərin dairəsinin müəyyənləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir (1-ci cild, iş vərəqi 87). İş materiallarında olan «Bakcell» məhdud məsuliyyətli cəmiyyətinin 2022-ci il 05 iyul tarixli BKC/LGL-9489/22 №-li məktubundan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı nömrə şəbəkədə istifadə edilməmişdir (1-ci cild, iş vərəqi 95). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Respublika Narkoloji Mərkəzi» publik hüquqi şəxsinin ambulator məcburi-narkoloji tibbi yoxlamasının 2022-ci il 18 may tarixli 2576 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunmamaqla məcburi müalicəyə ehtiyacı yoxdur (1-ci cild, iş vərəqi 104- 105). İş materiallarındakı Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2022-ci il 14 oktyabr tarixli protokollardan görünür ki, iş üzrə şahidlər Şahid1, Şahid3 və Şahid2 Təqsirləndirilən şəxs ilə ayrı-ayrılıqda üzləşdirilərkən birincisi, ikincisi və üçüncüsü ifadələrini təsdiqləmişlər, sonuncu onların dedikləri ilə razılaşmadığını bildirmişdir (1-ci cild, iş vərəqi 182-202). İş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2022-ci il 14 oktyabr tarixli sübutların qiymətləndirilməsi haqqında, habelə eyni tarixli cinayət işi materiallarından digər cinayət işinin ayrılması barədə qərarlarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsi ilə elan edilmiş ittiham qüvvəsində saxlanılmış, sonuncu barəsində Azərbaycan Respublikasının CM-nin 234.4.1.-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmiş, şahid qismində dindirilmiş X4, X6 və X3 ifadələri qərəzdi olduğundan sübut kimi qiymətdəndirilməmiş və sübutlar siyahısından çıxarılmış, Təqsirləndirilən şəxs narkotik vasitə heroini və psixotrop maddə metamfetamini əldə etdiyi mənbəni müəyyən letmək məqsədi ilə hazırki cinayət işindən Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsi ilə ayrıca icraata cinayət işi ayrılmış, maddi sübut kimi tanınmaqla Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülən narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin tədqiqatdan sonrakı müvafiq qaydada 8,706 qram və 4,561 qram qalıqlarının saxlanılması üçün Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin saxlanc anbarına təhvil verilməsi, bir ədəd DVD-R diskinin cinayət işinin materillarına əlavə olunması nəzərə alınmışdır (1-ci cild, iş vərəqi 203-213 və 215-216). Məhkəməyə təqdim olunan Bakı şəhəri Sabunçu Rayon Prokurluğunun 2022-ci il 15 avqust tarixli qərarının kserosurətindən görünür ki, Bakı şəhərinin Sabunçu Rayon Polis İdarəsində istintaq edilən ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs Müdafiəçi2 istintaq şöbəsinin müstəntiqi X5 etirazı əsassız olduğundan təmin edilməmişdir. Məhkəməyə təqdim olunan Bakı şəhəri Sabunçu Rayon Prokurluğunun 2022-ci il 02 dekabr tarixli 3840 xid 22 №-li məktubundan görünür ki, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs Müdafiəçi2 Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi X5 etirazı rayon prokurorluğunda 2022-ci il avqustun 15-də 1063 M- 22 nömrəsi ilə qeydiyyata alınaraq həmin tarixdə baxılıb qəbul olunmuş qərarın surəti cinayət işinə əlavə olunması üçün rayon polis idarəsinə göndərilmişdir. Məhkəməyə təqdim olunan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasının 2023-cü il 11 fevral tarixli 3-16-17/38/2-999/2023 №-li məktubu ilə daxil olan 4483/2023 №-li tibb kitabçasının kserosurətindən görünür ki, baxış zamanı Təqsirləndirilən şəxs dəri səthində zədələr və çapıqlar aşkar edilməmiş, sonuncu praktiki sağlamdır. Məhkəmə mövcud sübutlara qiymət verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsini, yəni satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroin və psixotrop maddə metamfetamin əldə edib saxlamaqla üzərində daşıması, əməlində cinayət tərkibinin olduğunu, bununla da onun təqsirliliyini tam sübuta yetirilmiş hesab edir. İbtidai araşdırma orqanı tərəfindən təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətdə özünü təqsirli bilməməsinə tənqidi yanaşaraq hesab edir ki, onun göstərdikləri işin faktiki hallarına uyğun deyildir və digər mötəbər sübutlar ilə təkzib olunur. Məhkəmə onun bu ifadələrini özünümüdafiə xarakteri daşımaqla cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə yalan ifadələr verməsi qənaətinə gəlir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2021-ci il 24 dekabr tarixli 15 saylı qərarının 26-cı bəndində göstərilir ki, CPMin 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qeyd olunan qərarının 27-ci bəndində göstərilir ki, şəxsin fiziki və ya psixi zorakılığa məruz qalmasına əsaslı şübhə yaradan dəlillər təqdim edildikdə, həmin dəlillər cinayət işinin digər materialları və yaxud məhkəmə istintaqı dövründə əldə edilmiş digər sübutlarla (məsələn, müvafiq ekspertiza rəyi) təsdiqləndikdə məhkəmə CPM-in 207.6-cı maddəsinə əsasən müvafiq materialları da əlavə etməklə Azərbaycan Respublikası Baş Prokurorluğuna müraciət göndərərək aparılmış araşdırmanın nəticələrindən asılı olmayaraq mübahisə edilən ifadənin və yaxud digər sübutun CPM-in 125-ci maddəsinin tələbləri baxımından yolverilən olub-olmaması məsələsini həll edə bilər. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs təzyiq göstərilməsi barədə məhkəməyədək icraatda qanunla nəzərdə tutulmuş qaydada hər hansı müraciət edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ifadələrini təzyiq altında verməsi barədə ifadələrinə qiymət verməklə hesab edir ki, bunlar məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadələrin təzyiq tətbiq edilməsi ilə alınmasına dair iddialardan və həmin şəxsin öz maraqlarına əsaslanaraq barəsində bəraət hökmünün çıxarılmasına çalışmasından irəli gələn dəlillərindən ibarətdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanununun 1.0.11.-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması – miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlərdir. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234-cü maddəsinin həmin Məcəllənin 237-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2021-ci 6 iyul tarixli qərarına əsasən, toplanılan narkotik tərkibli bitkilərdən və ya onların hissələrindən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda və yaxud satış məqsədi ilə istənilən miqdarda narkotik vasitənin hazırlanması və bundan sonra onun saxlanılması, daşınması, göndərilməsi, emal edilməsi, yaxud satılması kimi cinayət əməlləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 17.1-ci maddəsinin tələblərinə müvafiq olaraq bu Məcəllənin 234 və 237-ci maddələri ilə tövsif edilməlidir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2011-ci il 4 mart tarixli 2 nömrəli qərarının 9cu bəndinə görə, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun həmin qərarının 4-cü bəndinə görə, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qeyd edilən qərarında həmçinin göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında» 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanununun şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə İ siyahısında narkotik vasitə heroinin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 2 qram, İİ siyahısında psixotrop maddə metamfetamin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 2 qram müəyyən olunmuşdur. Beləliklə, Təqsirləndirilən şəxs ittiham edildiyi cinayət əməlini törətməsi məhkəmə istintaqında hərtərəfli araşdırılmışdır, şahidlərin ifadələri, məhkəmə iclasında elan edilərək tədqiq olunan ibtidai araşdırmadakı Təqsirləndirilən şəxs izahatı, şübhəli və təqsirləndirilən şəxs qismindəki qismən etirafedici, şahid ifadələri, maddi sübutun mövcudluğu, axtarış, baxış və digər istintaq hərəkətləri protokolları, ekspert rəyi, eləcə də iş üzrə başqa mötəbər sübutlar ilə tam təsdiq olunur. Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikasının CM-nin 8.1.-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının CMnin 41.2.-ci və 58.3.-cü maddələrinə əsaslanaraq cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsi əsasında Təqsirləndirilən şəxs ilk məhkumluğunu işdə cəzanı yüngülləşdirən hal kimi qəbul edir. Məhkəmə habelə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə görə cəzasını ağırlaşdıran hal yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qəsdən ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunduğu üçün ona təyin ediləcək azadlıqdan məhrumetmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işi üzrə məcburi-narkoloji tibbi yoxlamaya əsasən Azərbaycan Respublikasının CM-nin 93.1.-ci və 93.1.2.-ci maddələrinə müvafiq olaraq Təqsirləndirilən şəxs narkomaniyadan müalicə edilmək üçün tibbi xarakterli məcburi tədbirlər təyin olunmamalıdır. İş üzrə mülki iddia və ya üzərinə həbs qoyulmuş əmlak yoxdur. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 2012-ci il 7 mart tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2.-ci maddəsi əsasında, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Azərbaycan Respublikasının CPM-nin 132.0.1.-ci maddəsinə uyğun olaraq, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Qeyd edilən normaların tələbləri isə ona dəlalət edir ki, əmlak müsadirəsi məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 99- 1.1.-ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq saxlanılmaq üçün Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin saxlanc anbarına təhvil verilməklə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin tədqiqatdan sonrakı müvafiq qaydada 8,706 qram və 4,561 qram qalıqları məhv edilməli, bir ədəd DVD-R diskinin cinayət işinin materiallarına əlavə olunması nəzərə alınmalıdır. İş üzrə 65 manat təşkil edən ekspertiza tədqiqatının dəyəri Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən 10 iş saatı müddətində həyata keçirilmişdir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 3 may tarixli 202 №-li qərarına uyğun olaraq, təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Azərbaycan Respublikasının CPM-nin 193.2.-ci və 193.4.-cü maddələrinə müvafiq olaraq, müdafiəçinin hüquqi yardımının ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Bununla da Təqsirləndirilən şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından Müdafiəçi1 vəkil işlədiyi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun nəfinə (VÖEN: **********) 60 manat köçürülməlidir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2021-ci il 24 dekabr tarixli 15 saylı qərarının 56-cı bəndində göstərilir ki, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzası təyin edilərkən hökmün nəticəvi hissəsində cəza çəkmə müddətinin hansı qaydada hesablandığı heç bir şübhə doğurmamalıdır. Nəzərə almaq lazımdır ki, hökmlə təyin olunan cəza müddətinə ibtidai həbs müddətindən başqa təqsirləndirilən şəxsin azadlığı faktiki məhdudlaşdırıldığı zaman da daxil olmaqla şübhəli şəxs qismində tutulduğu müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarına əsasən prosessual məcburiyyət tədbirlərinin tətbiqi qaydasında tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlanıldığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək davam edən müddət də daxildir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2006-cı il 30 mart tarixli 5 №-li qərarının 15-ci bəndində göstərilir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır. Məhkəmə «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2021-ci il 24 dekabr tarixli 15 saylı qərarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq Azərbaycan Respublikasının CPM-nin 158.2.-ci maddəsinə əsaslanaraq hesab edir ki, cəzaçəkmənin əvvəli Təqsirləndirilən şəxs tutulduğu gündən, yəni 2022-ci il aprelin 30-dan hesablanmalıdır. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 193-cü, 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci, 384-cü maddələrini rəhbər tutaraq hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsi ilə təqsirli bilinərək 05 (beş) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 2022-ci il aprelin 30-dan hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan müalicə edilmək üçün tibbi xarakterli məcburi tədbirlər təyin olunmasın. 65 manat təşkil edən ekspertiza tədqiqatının dəyəri Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Təqsirləndirilən şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından Müdafiəçi1 vəkil işlədiyi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun nəfinə (VÖEN: **********) 60 manat köçürülsün. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınaraq saxlanılmaq üçün Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin saxlanc anbarına təhvil verilməklə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin tədqiqatdan sonrakı müvafiq qaydada 8,706 qram və 4,561 qram qalıqları məhv edilsin, bir ədəd DVD-R diskinin cinayət işinin materiallarına əlavə olunması nəzərə alınsın. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi) andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən İradə Həsənzadə Hakimlər Əhməd Quliyev Rasim Sadıxov
Məhkəmə qərarları › İş №1(101)-387/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-387/2023
01.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver