Məhkəmə qərarları › İş №1(101)-389/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-389/2022

22.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-389/2022 22.02.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Sadıxov Rasim Əkrəm oğlu (sədrlik edən), Kərimov Novruz Ağakərim oğlu və Paşayev Azər İslah oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı və X3, müdafiəçi: «KREDO» Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə açıq məhkəmə iclasında xx.xx.1991-ci ildə Füzuli şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, Füzuli rayonu, Mahmudlu-3 kəndində qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən külli miqdarda narkotik vasitə olan heroini əldə edib özündə saxlayaraq daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs 27 iyul 2021-ci il tarixdə istintaqa məlum olmayan vaxtda, Bakı şəhəri Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Binəqədi qəbiristanlığı deyilən ərazidə istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan heroini əldə edib saxlayaraq daşımış, 27 iyul 2021-ci il tarixdə saat 16:30 radələrində Bakı şəhəri Binəqədi rayonu, Binəqədi qəsəbəsi, DSK deyilən yaşayış ərazisində Binəqədi RPİ-nin 4-ci polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq Bakı şəhəri Binəqədi rayonu Azadlıq prospekti 191 ünvanda yerləşən Binəqədi RPİ-nin 4-ci polis şöbəsinə gətirilmiş, orada üstünə baxış keçirilən zaman əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən bir ağ rəngli kağız bükümə bükülmüş içərisində külli miqdarda təmiz çəkisi 5,712 qram qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, əvvəllər, yəni 2012-ci ildə Bakı Ağır Cinayətlər məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 126.2.4-cü maddəsi ilə 08 il müddətinə azadlıqdan məhrum edilmiş, 2013-cü ildə Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə cəzası 06 ilə endirilmiş, Azərbaycan Respublikası Prezidentinn 17.03.2016-cı il tarixli Əfv fərmanı ilə cəzadan azad edilmişdir. O, xx.xx.1991ci ildə Füzuli rayonunda anadan olmuş, subaydır, Bakı şəhəri, Binəqədi qəsəbəsi DSK deyilən ərazidə anası ilə birlikdə kirayədə yaşamışdır. O, kakos deyilən narkotik vasitə olan heroinin istifadəçisidir və onu 27.07.2021-ci il tarixdə səhər saat 11-də anası işdə olduğu zaman DSK-da yaşadığı evə 7-8 nəfər mülki geyimli polis əməkdaşları gəlmişlər. Həmin vaxt o, şortik maykada olmuşdur. Heroin isə masanın üzərində idi. Ona təklif etmişlər ki, paltarını geyinsin. Polis əməkdaşları masanın üzərində olan balaca kağız parçasındakı heroini də götürüb onu Binəqədi RPİ-nin 4-cü PŞ-nə aparmışlar. Həmin heroini 10 manata Oqtay adlı şəxsdən Binəqədi qəsəbəsində əldə etmişdir. Şöbədə isə üzərinə baxış keçirilən zamanı guya ondan 5 qramdan artıq narkotik vasitə aşkar edildiyini sənədləşdirmişlər. Onda isə cəmi 0,1 qram heroin olardı. Həmin heroin də evdə masanın üzərində idi. Şöbədə üzərinə baxış kameraya alınsa da orada olanları təsdiq etmir, çünki orada 5 qramdan yuxarı heroinin ona məxsus olmasını demişdir. Belə ki, onu arxayın etmişlər ki, onu istifadəçi kimi, yəni CM-nin 234.1-ci maddəsi ilə məsuliyyətə cəlb edəcəklər. Lakin ona daha ağır maddə verərək işini bu məhkəməyə göndərmişlər. Həmçinin çəkiliş zamanı müdafiəçisi olmamışdır, müdafiəçi sonra gəlmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Binəqədi RPİ-nin 4-cü polis şöbəsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili X7 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs keçirilmiş əməliyyat tədbiri ilə əlaqədar tanımışdır. Belə ki, ona etibarlı mənbədən əməliyyat-məlumatı daxil olmuşdur ki, Xəyyam adlı Binəqədi qəsəbəsi, DSK-4 ünvanında yaşayan şəxs narkotik vasitələrin satışı ilə məşğuldur. Həmin məlumatı yoxlamaq üçün 27 iyul 2021-ci il tarixdə onun tərəfindən əməliyyat tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuş, ondan və Binəqədi RPİ-nin 4-cü PŞ-nin sahə inspektoru Şahid2 ibarət əməliyyat qrupu təşkil olunmuş, bundan sonra onlar birlikdə həmin gün saat 16:30 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, DSK-4 ünvanında yerləşən Təqsirləndirilən şəxs yaşadığı evin yaxınlığına gedərək həmin ünvanı müşahidə altına almışlar. Qısa müddət zamanında hal-hazırda məhkəmədə gördüyü Təqsirləndirilən şəxs həmin ünvanın yerləşdiyi küçə ilə hərəkət etdiyini görüb ona yaxınlaşaraq xidməti vəsiqələrini göstərib özlərini təqdim etmişlər və ondan özünü təqdim etməsini xahiş etmişlər. Xəyyam özünü xx.xx.1991-ci ildə Füzuli şəhərində anadan olmuş, Füzuli rayonu, Mahmudlu-3 kəndində qeydiyyatda olan və Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, DSK-4 ünvanda nömrəsiz evdə yaşayan Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Xəyyama narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib Binəqədi RPİ-nin 4-cü PŞ-nə dəvət etmişlər. Xəyyam da buna etiraz etmədən onların maşınına minmiş və şöbəyə gəlmişdir. Orada o, Xəyyamı təhqiqatçı Malik Əhmədova təhvil vermiş, bundan sonrakı bütün prosessual hərəkətləri təhqiqatçı həyata keçirmiş, o və həmkarı Şahid2 yalnız Xəyyamın üzərinə baxışda iştirak etmişlər. Baxış videoçəkilişlə keçirilmiş, baxış zamanı təhqiqatçı Xəyyama üzərində qeyri qanuni maddə və ya əşya varsa çıxarıb təqdim etməsini təklif etmiş, Xəyyam da əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən ağ rəngli kağıza bükülmüş bükülünü təqdim edərək həmin bükümdəki maddənin narkotik vasitə kakos, yəni heroin olmasını, həmin heroini şəxsi istifadəsi məqsədi ilə Binəqədi rayonu Binəqədi qəsəbəsi Binəqədi kəndində tanımadığı şəxsdən 20 manata aldığını, üzərində saxlayıb gəzdirdiyini bildirmişdir. Xəyyamdan aşkar olunmuş vasitənin çəkisini xatırlamır, lakin həmin büküm ağ zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Həmçinin baxışa dair protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş, iştirakçılar və Xəyyam tərəfindən həmin protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. İstər saxlanılan zaman, istərsə də şöbədə keçirilmiş prosessual hərəkətlər zamanı Xəyyama qarşı heç bir təzyiq və zor tətbiq olunmamışdır. Xəyyamın əvvəllər saxlanılmasından xəbəri yoxdur, onun sonralar axtarışda olmaqla tutulmasında iştirakı olmamışdır. Məhkəmə iclasında ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Bakı şəhəri Binəqədi RPİ-nin 4-cü polis şöbəsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili Şahid2 ifadəsi elan olunaraq müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs keçirilmiş əməliyyat tədbiri ilə əlaqədar tanımışdır. Belə ki, həmkarı X5 əməliyyat-məlumatı daxil olmuşdur ki, Xəyyam adlı Binəqədi qəsəbəsi, DSK-4 ünvanında yaşayan şəxs narkotik vasitələrin satışı ilə məşğuldur. Məlumatla bağlı 27 iyul 2021-ci il tarixdə qəbul olunmuş əməliyyat tədbirlərinin keçirilməsinə dair qərara əsasən o və X4 ibarət əməliyyat qrupu yaradılaraq elə həmin gün saat 16:30 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, DSK-4 ünvanında yerləşən Təqsirləndirilən şəxs yaşadığı evin yaxınlığına ikisi birlikdə gedərək Təqsirləndirilən şəxs yaşadığı ünvanın yerləşdiyi küçə ilə hərəkət etdiyini görüb ona yaxınlaşaraq xidməti vəsiqələrini göstərib özlərini təqdim etmişlər və ondan özünü təqdim etməsini xahiş etmişlər. Xəyyam özünü xx.xx.1991-ci ildə Füzuli şəhərində anadan olmuş, Füzuli rayonu, Mahmudlu-3 kəndində qeydiyyatda olan və Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, DSK-4 ünvanda nömrəsiz evdə yaşayan Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Xəyyama narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib Binəqədi RPİ-nin 4-cü PŞ-nə dəvət etmişlər. Xəyyam da buna etiraz etmədən onların maşınına minmiş və şöbəyə gəlmişdir. Orada o, Xəyyamı təhqiqatçı Malik Əhmədova təhvil vermiş, bundan sonrakı bütün prosessual hərəkətləri təhqiqatçı həyata keçirmiş, o və həmkarı Şahid2 yalnız Xəyyamın üzərinə baxışda iştirak etmişlər. Baxış videoçəkilişlə keçirilmiş, baxış zamanı təhqiqatçı Xəyyama üzərində qeyri qanuni maddə və ya əşya varsa çıxarıb təqdim etməsini təklif etmiş, Xəyyam da əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən ağ rəngli kağıza bükülmüş bükülünü təqdim edərək həmin bükümdəki maddənin narkotik vasitə kakos, yəni heroin olmasını, həmin heroini şəxsi istifadəsi məqsədi ilə Binəqədi rayonu Binəqədi qəsəbəsi Binəqədi kəndində tanımadığı şəxsdən 20 manata aldığını, üzərində saxlayıb gəzdirdiyini bildirmişdir. Xəyyamdan aşkar olunmuş vasitənin çəkisini xatırlamır, lakin həmin büküm ağ zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Həmçinin baxışa dair protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş, iştirakçılar və Xəyyam tərəfindən həmin protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlləri üzrə təqsirli olması qismən özünün və şahidlərin ifadələri ilə yanaşı, məhkəmədə tədqiq edilmiş cinayət işinin digər materialları ilə də tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Binəqədi RPİ-nin 4-cü PBnin rəisinə ünvanlanan 27.07.2021-ci il tarixli raportdan müəyyən olunur ki, Bakı şəhəri Binəqədi rayonu, Binəqədi qəsəbəsi, DSK-4 nömrəsiz fərdi tikilmiş evdə yaşayan Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi rayonu ərazisində qanunsuz olaraq narkotik vasitə gəzdirməsi, istifadə etməsi və saxlaması barədə məlumat daxil olmuşdur. Məhkəmədə elan edilib araşdırılmış “şəxsi axtarış və götürmə aparılması haqqında” 27 iyul 2021-ci il tarixli protokoldan müəyyən olunur ki, Binəqədi RPİ-nin 4-ci polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq Binəqədi RPİ-nin 4-ci polis şöbəsinə gətirilən Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd ağ rəngli kağıza bükülmüş bükümü təqdim edərək həmin bükümdəki maddənin narkotik maddə «kakos» olduğunu və Binəqədi qəsəbəsi, Binəqədi kəndində tanımadığı şəxsdən 20 manata aldığını və şəxsi istifadəsi məqsədi ilə üzərində saxlayıb gəzdirdiyini bildirmişdir. Məhkəmədə elan edilib araşdırılmış «cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında» 27.07.2021-ci il tarixli protokoldan müəyyən olunur ki, həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli bilinən Təqsirləndirilən şəxs tutulmuşdur. Məhkəmədə tədqiq olunmuş Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 29.07.2021ci il tarixli qərarından müəyyən olunur ki, həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 27 iyul 2021-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-kimyəvi ekspertizanın 28.07.2021-ci il tarixli, 6/3151 saylı rəyində müəyyən olunur ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №173” dairəvi möhür əksi olan, soyadlar və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisində bir ədəd kağız bükümdə təmiz çəkisi 5,712 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə – narkoloji ekspertizanın 07.09.2021ci il tarixli, 3313 saylı rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbulu edilməsi nəticəsində yaranan asılılıq sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə elan edilib araşdırılmış «sübutların qiymətləndirilməsi haqqında» 02.11.2021-ci il tarixli qərardan müəyyən olunur ki, tədqiqatdan sonra qalıq çəkisi 5,662 qram çəkidə narkotik vasitə olan heroin məsul saxlanış üçün Binəqədi RPİ-nin saxlanc anbarına təhvil verilmiş, şəxsi axtarış və götürmə zamanı video çəkiliş aparılaraq köçürülmüş 01 ədəd disk cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış Təqsirləndirilən şəxs məhkumluğuna dair sorğuya cavabdan və hökmün surətindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsi 23.11.2012-ci il tarixli hökmü il Azərbaycan Respublikası CMin 126.2.4-cü maddəsi ilə təqsirli bilinərək 08 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, 14.02.2013-ci il tarixdə Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə cəzası 06 ilə endirilmiş və Azərbaycan Respublikası Prezidentinin 17.03.2016-ci il tarixli 1903 nömrəli Əfv sərəncamına əsasən cəzadan azad edilmişdir. Azərbaycan Respublikası CM-in 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluqları ödənilmiş hesab olunur. Təqsirləndirilən şəxs hazırkı cinayəti 27.07.2021-ci il tarixdə məhkumluğu ödənilmədən törətdiyindən Cinayət Məcəlləsinin 18.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin təhlükəli residivi mövcuddur və CM-nın 65.2-ci maddəsinə əsasən residivə görə ona təyin oluna bilən cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin üçdə ikisindən az ola bilməz. Beləliklə, məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün, şahidlərin ifadələri, ekspertiza rəyləri, eləcə də cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə nəzərə alır ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekusorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 02 saylı qərarının 9-cu bəndinə əsasən Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 N-li qərarının 14-cü bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-nin 234.2 və 234.3-cü maddələrində nəzərdə tutulan əməllərin külli miqdarda törədilib-törədilməməsi məsələsi Azərbaycan Respublikasının «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən siyahılara uyğun (İ və İİ siyahılar) olaraq həll olunmalıdır. İş üzrə Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 01 ədəd bükümdə heroindən ibarət narkotik vasitənin çəkisi 5,712 qram, yəni siyahıda göstərilən külli miqdar çəkidən dəfələrlə çoxdur. Eyni zamanda məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs narkotik vasitəni qanunsuz əldə etməsi, həmin narkotik vasitənin külli miqdar olmaqla şəxsi istehlak miqdarından dəfələrlə çox olması, onun əldə etdiyi narkotik vasitəni satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla daşıması tam sübuta yetirmişdir. Məhkəmə tərkibi hesab edir ki, məhkəmə istintaqı zamanı araşdırılan cinayət hadisəsinin baş vermə faktı və halları təqsirləndirilən şəxsin hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilən cinayət hadisəsi ilə əlaqəsi və həmin cinayət əməllərinin törədilməsində cinayət məsuliyyətinə cəlb edilən şəxsin təqsirliliyi toplanmış sübutların məcmusu ilə tam müəyyən edilmiş və ittiham hökmünün çıxarılması üçün kifayətdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi məcburi tədbirlər tətbiq edilə bilər. Məhkəmə istintaqı zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə olan metafetaminin birgə qəbulu edilməsi nəticəsində yaranan asılılıq sindromu narkomaniya xəstəliyi aşkar olunur, məcburi müalicəyə ehtiyacı vardır. Belə olan halda Təqsirləndirilən şəxs narkomaniyadan müalicəyə ehtiyacı olan şəxs kimi tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməlidir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunası cəzanın bu şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs əməllərində cinayətin təhlükəli residivin olmasını onun cəzasını ağırlaşdıran hal kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı təqsirləndirilən şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Belə olan halda, məhkəmə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin etdikdə cəzaçəkmə müddətinin əvvəlini tutulduğu andan, yəni 27 iyul 2021-ci il tarixdən hesablamalıdır. Həmçinin Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. “Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında” 7 mart 2012-ci il tarixli Azərbaycan Respublikasının Qanununa 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi ilə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Belə olan halda Bakı şəhəri Binəqədi RPİ-nin saxlanc anbarına təhvil verilmiş tədqiqatdan sonra 5,662 qram çəkidə narkotik vasitə olan heroin məhv edilməli, cinayət işinin materiallarına əlavə edilmiş CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Narkotik vasitələrinin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilməlidir. İş üzrə ekspertiza xərcləri olan 65 (altmış beş) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖEN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında məhkəmənin qərarına əsasən təyinatla «KREDO» Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda hüquqi yardımın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi üçün Bakı şəhəri “KREDO” Vəkil Bürosunun nəfinə 240 AZN (iki yüz qırx manat) pul ödənilməlidir. Hökmdə şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib 08 (səkkiz) il müddətinə azadlıqdan məhrum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 27 iyul 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicəyə ehtiyacı olan şəxs kimi tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Bakı şəhəri Binəqədi RPİ-nin saxlanc anbarına təhvil verilmiş tədqiqatdan sonra 5,662 qram çəkidə narkotik vasitə olan heroin məhv edilsin, cinayət işinin materiallarına əlavə edilmiş CD disk cinayət işinin materiallarında saxlanılsın. Narkotik vasitələrinin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilsin. İş üzrə ekspertiza xərci 65 (altmış beş) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖEN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilsin. Məhkəmə iclaslarında göstərdiyi hüquqi yardımla bağlı Müdafiəçi üçün 240 AZN (iki yüz qırx manat) pul «KREDO» Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar