Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-389/2023 21.02.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Sadıxov Rasim Əkrəm oğlu (sədrlik edən), Kərimov Novruz Ağakərim oğlu və Əsgərova-X4 ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs2 qanuni nümayəndəsi Qanuni nümayəndə, müdafiəçilər: fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi3, «VERDİKTUM» Vəkil Bürosunun vəkili Müdafiəçi2 və «KREDO» Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakı ilə açıq məhkəmə iclasında,
1. xx xxx 2002-ci ildə Şəmkir şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Şəmkir şəhəri, Ə.Cavad küçəsi, ev 10-da qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridaxanasında həbsdə saxlanılan, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 170.3, 180.2.1, 180.2.2 və 180.2.4-cü maddələri ilə;
2. xx xxxxxx 2005-ci ildə Kürdəmir şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Kürdəmir şəhəri, H.Əliyev prospekti, məhəllə 2, ev 52, mənzil 7-də qeydiyyatda olmaqla yaşayan, barəsində yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs1 vədlər verməklə yetkinlik yaşına çatmayanı cinayətkar qrupa cəlb etmiş, eləcə də qabaqcadan əlbir olan bir qrup şəxs halında insanların həyatı və ya sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə özgə əmlakını təkrarən açıq talayıb soyğunçuluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 özgənin əmlakını açıq talama məqsədi ilə 24 mart 2022-ci il tarixdə saat 22 radələrində Şəmkir şəhəri, H.Əliyev prospekti, “Bayraq Meydanı” adlanan yerdə sosial şəbəkə vasitəsilə tanış olduğu Zərərçəkmiş şəxs2 ilə görüşüb sonuncudan istifadəsində olan, 5 (beş) manat dəyərində ***-***-**-** saylı mobil nömrə ilə işləyən 250 (iki yüz əlli) manat dəyərində “Redmi Note 9S” markalı mobil telefonunu həmin telefona daxil olan zənglərə baxmaq adı ilə alıb ələ keçirməklə açıq talayıb ümumilikdə Zərərçəkmiş şəxs2 255 (iki yüz əlli beş) manat məbləğində maddi ziyan vurmaqla soyğunçuluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını açıq talama məqsədi ilə tanışı, xx xxxxxx 2005-ci il təvəllüdlü Təqsirləndirilən şəxs2 yetkinlik yaşına çatmamasını bilərək sonuncuya birgə pul əldə etməklə bağlı vəd verib cinayətkar qrupa cəlb etdikdən sonra Təqsirləndirilən şəxs2 və şəxsiyyəti istintaqa “Qorxmaz” adı ilə məlum olan şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək aralarında olan cinayətkar razılığa əsasən o, 2022-ci ilin iyul ayının ortalarında “instaqram” sosial şəbəkəsində tanış olduğu Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs2 razılığı ilə sonuncunun fotoşəkilini göndərdikdən sonra Zərərçəkmiş şəxs1 cinsi əlaqəyə girmək adı ilə aldadıb görüşmək istədiyini bildirib bu məqsədlə qrup üzvləri Təqsirləndirilən şəxs2 və “Qorxmaz” adlı şəxslərlə birlikdə 19 iyul 2022-ci il tarixdə, saat 16 radələrində Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospektində yerləşən “Koroğlu” metrostansiyasının yaxınlığına gəlmiş, həmin vaxt aralarında olan cinayətkara razılığa əsasən o və qrup üzvü “Qorxmaz” adlı şəxslər cinayətkar niyyətlərinə maneəsiz nail olmaq məqsədilə kənar şəxslərin gələcəyi barədə dərhal məlumat verməsi üçün kənarda dayanmış, Təqsirləndirilən şəxs2 isə həmin yerə gələn Zərərçəkmiş şəxs1 ilə görüşüb sonuncunu yaxınlıqdakı körpünün alt hissəsinə apararaq orada Zərərçəkmiş şəxs1 istifadəsində olan, 5 (beş) manat dəyərində ***-***-**-** saylı mobil nömrə ilə işləyən 470 (dörd yüz yetmiş) manat dəyərində “Redmi Note 7” markalı mobil telefonunu tələb etmiş, Zərərçəkmiş şəxs1 telefonu verməkdən imtina etdikdə Təqsirləndirilən şəxs2 həmin yerə gələn qrup üzvü “Qorxmaz” adlı şəxslə birlikdə Zərərçəkmiş şəxs1 həyatı və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə sonuncunun yerə yıxıb birlikdə əl və ayaqla Zərərçəkmiş şəxs1 bədəninin müxtəlif nahiyələrinə bir neçə dəfə vuraraq sonuncuya ümumilikdə sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilməyən burun belinin, sol gözətrafı nahiyənin, sağ bazunun qançırları, sağ dirsək oynağının sıyrığından ibarət xəsarətlər yetirərək Zərərçəkmiş şəxs1 əlindən həmin mobil telefonunu dartıb alaraq açıq talayıb hadisə yerindən birgə qaçmaqla sonradan həmin telefonu satıb əldə etdikləri pulu öz aralarında bölməklə ümumilikdə Zərərçəkmiş şəxs1 475 (dörd yüz yetmiş beş) manat məbləğində maddi ziyan vurmaqla soyğunçuluq etmişdir. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında insanların həyatı və ya sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə özgə əmlakını açıq talayıb soyğunçuluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 özgənin əmlakını açıq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 və şəxsiyyəti istintaqa “Qorxmaz” adı ilə məlum olan şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək aralarında olan cinayətkar razılığa əsasən Təqsirləndirilən şəxs1 2022-ci ilin iyul ayının ortalarında “instaqram” sosial şəbəkəsində tanış olduğu Zərərçəkmiş şəxs1 onun razılığı ilə onun fotoşəkilini göndərdikdən sonra Zərərçəkmiş şəxs1 cinsi əlaqəyə girmək adı ilə aldadıb görüşmək istədiyini bildirib bu məqsədlə qrup üzvləri Təqsirləndirilən şəxs1 və “Qorxmaz” adlı şəxslərlə birlikdə 19 iyul 2022-ci il tarixdə, saat 16 radələrində Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospektində yerləşən “Koroğlu” metrostansiyasının yaxınlığına gəlmiş, həmin vaxt aralarında olan cinayətkara razılığa əsasən Təqsirləndirilən şəxs1 və qrup üzvü “Qorxmaz” adlı şəxslər cinayətkar niyyətlərinə maneəsiz nail olmaq məqsədilə kənar şəxslərin gələcəyi barədə dərhal məlumat verməsi üçün kənarda dayanmış, o isə həmin yerə gələn Zərərçəkmiş şəxs1 ilə görüşüb sonuncunu yaxınlıqdakı körpünün alt hissəsinə apararaq orada Zərərçəkmiş şəxs1 istifadəsində olan, 5 (beş) manat dəyərində ***-***-**-** saylı mobil nömrə ilə işləyən 470 (dörd yüz yetmiş) manat dəyərində “Redmi Note 7” markalı mobil telefonunu tələb etmiş, Zərərçəkmiş şəxs1 telefonu verməkdən imtina etdikdə o həmin yerə gələn qrup üzvü “Qorxmaz” adlı şəxslə birlikdə Zərərçəkmiş şəxs1 həyatı və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə sonuncunun yerə yıxıb birlikdə əl və ayaqla Zərərçəkmiş şəxs1 bədəninin müxtəlif nahiyələrinə bir neçə dəfə vuraraq sonuncuya ümumilikdə sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilməyən burun belinin, sol gözətrafı nahiyənin, sağ bazunun qançırları, sağ dirsək oynağının sıyrığından ibarət xəsarətlər yetirərək Zərərçəkmiş şəxs1 əlindən həmin mobil telefonunu dartıb alaraq açıq talayıb hadisə yerindən birgə qaçmaqla sonradan həmin telefonu satıb əldə etdikləri pulu öz aralarında bölməklə ümumilikdə Zərərçəkmiş şəxs1 475 (dörd yüz yetmiş beş) manat məbləğində maddi ziyan vurmaqla soyğunçuluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Şəmkir şəhərində baş vermiş epizod üzrə Zərərçəkmiş şəxs2lə bağlı istintaqa verdiyi ifadəsini təsdiq edir. Həqiqətən o, 2022-ci ilin mart ayının 23-də instaqram sosial şəbəkəsində canlı yayım açdığı zaman Gəncə şəhərində yaşayan Zərərçəkmiş şəxs2 ilə tanış olmuşdur. Fəridlə “vatsap” vasitəsi ilə arabir danışmış və 24 mart 2022-ci il tarixdə Fərid ona Şəmkir rayonuna gəlmək istədiyini demiş, o isə Fəridə Şəmkir şəhərində yerləşən Bayraq meydanın yanına gəlməyi təklif etmişdir. Fəridlə razılaşmışlar ki, kafelərin birində oturub pivə içsinlər. Fərid ona yol avtomobili ilə Şəmkir şəhəri, Bayraq meydanının yanına gələcəyini demişdir. Həmin gün saat təxminən 22 radələrində Fərid ona zəng edərək Bayraq meydanının yaxınlığında olduğunu bildirmişdir. O isə bir neçə dəqiqəyə Fəridin yanında olacağını sonuncuya demiş və bir neçə dəqiqə sonra o Fəridlə görüşərək söhbət edərək gəzməyə başlamışdır. Gəzdikləri zaman o kənarda iki nəfər tanımadığı adamın dayanaraq onlara baxdığını görmüş və həmin şəxslərin Fəridlə gəlməsini güman edərək Fəridin mobil telefonunu istəmişdir. Fərid tək gəldiyini bildirdikdə o Fəridə telefonunu verməsini və gələn-gedən zənglərə baxacağını demişdir. Fərid telefonunu ona verəndən sonra o Fəridin telefonunu götürərək baxdığında onun kiminləsə danışmadığını görmüşdür. Həmin vaxtı qonşuları Cavid onlara yaxınlaşmış və onların mübahisə etdiklərini güman edərək əvvəl həmin yerə polis çağırdığını, daha sonra isə özünün polis olduğunu bildirərək ondan mobil telefonunu istəmişdir. O telefonunu vermək istəmədikdə Cavid ona israr edərək telefonu təkrar istəmişdir. O telefonun kilidini açaraq Cavidə vermişdir. Cavid telefonda gələn gedən zənglərə baxaraq telefonu cibinə qoyub onun qardaşına məlumat verəcəyini demiş və oradan uzaqlaşmağa başlamışdır. Həmin vaxt isə Fərid Caviddən onun telefonunu istəmiş, lakin Cavid Fəridə telefonu verməmişdir. Bundan sonra Fərid onlardan uzaqlaşaraq bir taksiyə minib getmişdir. O isə Caviddən telefonunu istəmiş, lakin Cavid ona telefonunu qardaşına verəcəyini demişdir. Yaşadığı evin yaxınlığına çatdıqda Cavid ona telefonunu qaytarmışdır. Bundan sonra o evə getmişdir. Fəriddən götürdüyü “Redmi” markalı telefonu isə söndürərək yatmışdır. Növbəti gün səhər saatlarında yuxudan oyandığında o həmin telefonun içərisində olan mobil nömrələri çıxararaq qırıb atmışdır. Həmin günü o Cavidlə görüşdüyü zaman Cavidə Fəridin mobil telefonunu götürdüyünü bildirmişdır. Cavid də ona Fəridin polisə şikayət edəcəyini demişdir. Belə də olmuşdur. Belə ki, həmin gün axşam qardaşı zəng edərək atasının onu axtardığını bildirmişdir. O evə getdiyi zaman atası ona polis əməkdaşlarının onu axtardığını, kimisə döyərək telefon aldığını dediklərini bildirmişdir. O da atasına heç bir söz demədən evdən çıxaraq getmiş və həmin gün evə gəlməmişdir. Bundan bir gün sonra həqiqətən də onu polis əməkdaşlarının axtardığını bildiyindən, eyni zamanda anası zəng edərək telefonu polisə təhvil verməyi dediyindən o Cavidin dayısı Orxana həmin telefonu verməyi xahiş etmişdir. Orxan da onlardan telefonu götürərək aparıb anasına vermişdir. Anası da həmin telefonu polis əməkdaşlarına təqdim etmişdir. Polis də Fəridin telefonunu özünə qaytarmışdır. İkinci epizod üzrə, yəni Zərərçəkmiş şəxs1 istintaqa verdiyi ifadəsini təsdiq etmir. Belə ki, həmin ifadəni oxumadan imzalamışdır. Bu epizod üzrə bildirir ki, təxminən 2022-ci ilin iyun ayından anası ilə birlikdə yaşadığı Şəmkir şəhərindən bacısının yaşadığı Zabrat qəsəbəsində olan evinə getmişdir. 2020-ci ilin iyun ayının əvvəllərində kafelərin birində ofisiant işləyən Kürdəmir rayon sakini Təqsirləndirilən şəxs2 ilə tanış olmuşdur. O həmin kafeyə getdiyi üçün tanışlıqları da oradan başlanmış və sonradan münasibətləri davam etmişdir. Lakin Aminin yetkinlik yaşına çatmadığını bilməmiş, güman etmişdir ki, onlar həmyaşıddırlar. Zərərçəkmiş şəxs1 yalnız bir dəfə, 19 iyul 2022-ci il tarixdə axşam saat 17 radələrində «Koroğlu» metrostansiyasında görmüşdür. Belə ki, Amin həmin gün ona zəng edib «Koroğlu» metrostansiyasında görüşməyi təklif etmişdir. O, həmin gün saat 17 radalərində həmin metrostansiyanın yanına gələrək Amini gözləmişdir. Bir azdan Aminin dostu və həmyerlisi Qorxmazla metrodan çıxdığını, hal-hazırda məhkəmədə gördüyü Zərərçəkmiş şəxs1 ilə görüşdüyünü və onunla metrostansiyanın yaxınlığında olan körpünün yanına gəlmələrini görmüş, orada X14 mübahsə etdiklərini, sonuncunu vurub qaçdıqlarını görmüş, nə məsələ olduğunu öyrənmək üçün Zərərçəkmiş şəxs1 yaxınlaşıb nə olması ilə maraqlanmış, sonuncu isə telefonunun oğurlandığını demiş, bundan sonra o, Arifdən aralanmışdır. Bir azdan Amin özü ona zəng edərək «Neftçilər» metrostansiyasının yanında Qorxmazla onu gözlədiklərini demiş, o da həmin yerə getmiş, orada Amin etiraf etmişdir ki, Arifin telefonunu zorla almış, Ariflə İnstaqramda tanış olmuş, özünü ona «aktiv» nini ilə tanatdırmışdır. Bundan sonra üçü birlikdə telefon mağazasına daxil olmuş, Amin telefonu satdıqdan sonra ondan, bir gün sonra qaytarmaq şərtilə 40 manat pul borc almışdır. Qorxmaz Amindən pul almamışdır.Qorxmazı Amin vasitəsilə sonuncunun dostu və həmyerlisi kimi tanımışdır. Amin mağazadan çıxandan sonra rayona gedəcəyini bildirmiş və onlar ayrılmışlar. 22 iyul 2022-ci il tarixdə isə o bu işlə bağlı saxlanılmış, onda bilmişdir ki, Amin istintaqa ifadə vermişdir ki, guya Zərərçəkmiş şəxs1 onunla birlikdə vurmuşdur. Ona ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edildi. İfadəsində göstərilmişdir ki, 2022-ci ilin iyul ayının ortalarında o “votsap” vasitəsi ilə Amin ilə söhbət edərkən pula ehtiyacı olduğunu ona demişdir. O da Aminə bir planınının olduğunu demişdir. Belə ki, o “instaqram” sosial şəbəkəsində “aktiv” adlı səhifə açmağı, geyləri həmin səhifəyə cəlb etməyi, onlarla cinsi əlaqəyə girmək bəhanəsilə görüşməyi, lakin cinsi əlaqəyə girməməyi, onlarla görüşəndə üzərlərində olan mobil telefonu, pulu və ya digər əşyanı götürməyi, sonradan həmin əşyaları sataraq pul qazanmağ təklif etmişdir. Amin də onunla razılaşmışdır. Bundan sonra o “instaram”da “aktiv” adlı səhifə açmışdır. Həmin səhifə vasitəsilə Arif adlı bir nəfər ilə tanış olmuşdur. Arifin gey olduğunu bilmiş və sonuncu ona onunla cinsi əlaqədə olmağı təklif etmişdir. Həmin vaxt o və Amin eyni anda səhifəni idarə edirmişlər. O Arifə Aminin şəklini göndərmiş və bunun üçün Amindən icazə almışdır. Yəni Arif ilə Aminin dilindən danışırmış. Aralarında olan danışığa əsasən o Arif ilə 19 iyul 2022-ci il tarixdə günorta saatlarında “Koroğlu” metrostansiyasının yaxınlığında görüşəcəkmiş. Həmin gün günorta saatlarında Amin, o və Aminin tanışı Qorxmaz “Koroğlu”metrostansiyasının piramida çıxışı tərəfdə görüşmüşlər. Qorxmazı o əvvəllər görməmiş və tanımırmış. Amin ona Qorxmazın onun tanışı olduğunu bildirmişdir. Qorxmaz Aminin yanında olduğu üçün o əvvəlcədən qurduqları planı Aminə və Qorxmaza izah etmişdir. Belə ki, plana əsasən Amin Arifi qarşılayaraq metrostansiyanın yaxınlığında yerləşən körpünün aşağı hissəsinə, yəni adamların olmadığı yerə aparacaq, orada Arifin əlindən mobil telefonu alaraq götürüb gedəcək, sonradan onlar, həmin telefonu satıb pulu bərabər hissələrə böləcəyik. Qorxmazın isə bu işdə funksiyası Aminlə Arif arasında hər hansı bir problem yaşanacağı halda müdaxilə etmək olmuşdur. Ona görə də Qorxmazın işi Amin ilə Arifə baxmaq, onların yanına kimsə yaxınlaşacağı təqdirdə bu barədə dərhal Aminə məlumat vermək olmuşdur. O da Qorxmazın yanından deyil, başqa bir tərəfdən Amin və Arifə baxaraq nəzarət edirmiş. Əvvəlcədən razılaşdığımız kimi Amin Arifi təxminən saat 16 radələrində “Koroğlu” metrostansiyasının piramida çıxışı tərəfdə qarşılamışdır. Arifi körpünün altına gətirmişdir. Arif və Amin arasında nə söhbət getdiyini dəqiq eşitməmişdir. Belə ki, o uzaqdan baxırmış. Lakin bir neçə dəqiqə sonra Arif ilə Amin mübahisə etməyə başlamışlar. Həmin vaxt Qorxmaz onların yanına getmişdir. Amin həmin vaxt Arifin ayağından vuraraq sonuncunu yerə yıxmışdır. Bundan sonra Qorxmaz Arifin üz nahiyəsindən vurmuşdur. Daha sonra Amin və Qorxmaz bir neçə dəfə Arifin ayaq, qol və yan nahiyələrindən təpiklə vurmuşlar. Bu zaman Amin Arifin mobil telefonunu əlindən almış və onlar qaçmışlar. O Arifin vəziyyətinin necə olduğunu öyrənmək üçün yanına gedib əhvalını soruşmuşdur. Arifin normal vəziyyətdə olduğunu görüb oradan uzaqlaşmışdır. Bundan sonra o, Amin və Qorxmaz Nizami rayonu ərazisində yerləşən “Neftçilər” metrosunun yaxınlığındakı telefon dükanlarının birinə gəlmişdir. Orada Arifə məxsus “Redmi Note 7” markalı mobil telefonu 80 manata satmışlar. Həmin puldan Aminə 40 manat və ona 40 manat çatmışdır. Qorxmaz həmin puldan istəmədiyini demişdir. Bundan sonra onlar yaşadıqları evə getmişlər. İbtidai istintaq zamanı verdiyi ifadəsi həqiqətə uyğun deyildir, yalnız məhkəmədə verdiyi ifadəsini təsdiq edir. Özünü zərərçəkmiş Zərərçəkmiş şəxs2 epizodu üzrə təqsirli bilir və bu epizodla bağlı istintaqa verdiyi ifadəsini təsdiq edir, həmin epizod üzrə zərərçəkmiş Zərərçəkmiş şəxs2 telefonu özünə qaytarılmışdır. Fəridin teleqramı elan edildi, teleqramda Fərid göstərmişdir ki, ona vurulmuş ziyan tam ödənilib, onunla barışmış, ona qarşı heç bir mülki iddia və tələbi yoxdur. Zərərçəkmiş şəxs2 məhkəməyə gəlməyinə lüzum bilmir, gəlməyinə ehtiyyac yoxdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, onu cinayətə sövq edən məhz Təqsirləndirilən şəxs1 olmuşdur. Muradla o bu ilin may-iyun aylarında Bakı şəhəri Nərimanov rayonunda ofisiant işlədiyi kafedə tanış olmuş, Murad həmin kafeyə müştəri kimi gəlirdi. Muradla münasibətləri dostluğa çevrilmişdi. Qorxmaz isə onun həmyerlisi və dostu idi, Bakıda onunla görüşürdü və Təqsirləndirilən şəxs1la Qorxmazı o tanış etmişdir. Zərərçəkmiş şəxs1 o tanımamışdır, onu instagram vasitəsi ilə Təqsirləndirilən şəxs1 tanımış, onun gey olduğunu öyrənib ona təklif etmişdir ki, instagramda öz adına “aktiv” adı ilə səhifə açsın və o onun adından Zərərçəkmiş şəxs1 ilə yazışma aparacaq, onunla görüş təyin edəcək və onlar onu döyərək telefonunu və digər qiymətli əşya,pulunu əlindən alaraq satıb pulu böləcəklər. O da Təqsirləndirilən şəxs1 təklifi ilə razlaşmışdır, çünki pula ehtiyyacı var idi. Muradın təklifi ilə səhifəsinə öz fotoşəkillərini də yerləşdirmişdir. Bundan sonra Murad Zərərçəkmiş şəxs1 ilə onun adından yazışaraq 19 iyul 2022-ci il tarixdə saat 16 radələrində “Koroğlu” metrostansiyasında görüşməyi təklif etmiş, sonuncu da, başa düşdüyü qədər, intim əlaqəyə girmək üçün razılıq vermişdir. Bundan sonra o həmin vaxt yanında olan tanışı Qorxmaz ilə “Koroğlu” metrostansiyasına getmişlər. Yolda olarkən Qorxmaza gey olan Arif adlı şəxs ilə görüşəcəyini, sonuncunun üzərində olan pulu, mobil telefonu və ya digər qiymətli əşyasını götürəcəyini, Arifin də çox güman ki, gey olduğu üçün utanıb polisə şikayət etməyəcəyini demişdir. Həmçinin Qorxmaza demişdir ki, əgər onunla Arif arasında problem olarsa gəlib ona kömək etsin. “Koroğlu” metrostansiyasının yaxınlığında Murad ilə görüşmüşdür. Murad ona və Qorxmaza ətraflı şəkildə qurduğu planı izah etmişdir. Həmin plana əsasən özü və Qorxmaz kənardan nəzarət edəcəkmiş, o isə Ariflə söhbət edib, ondan pul və ya digər qiymətli əşyaları almalı idi. Bundan sonra Murad Arifin metrostansiyanın çıxışından çıxacağını demiş və onlar ayrılmışlar. Bir neçə dəqiqə sonra Arif “Koroğlu” metrostansiyasının piramida çıxışından çıxmış və o Arifi qarşılayaraq və Arif ilə yaxınlıqda yerləşən körpünün altına getmişlər. Körpünün altında olarkən o Arifə mobil telefonunu verməsini tələb etmişdir. Lakin Arif mobil telefonu verməyəcəyini demişdir. Həmin vaxt Qorxmaz onların yanına gəlmişdir. Bu zaman o Arifin ayağından vuraraq sonuncunu yerə yıxmış, Qorxmaz isə Arifin üz nahiyəsindən vurmuşdur. Daha sonra o və Qorxmaz bir neçə dəfə Arifin ayaq, qol və yan nahiyələrindən təpiklə vurmuşlar. Bu zaman o Arifin mobil telefonunu əlindən almış və onlar qaçmışlar.Qaçan zaman geri dönüb baxdıqda görmüşdür ki, Təqsirləndirilən şəxs1 Arifin yanına gələrək bir dəfə onu təpiklə vurmuşdur. Bir neçə dəqiqə sonra o, Qorxmazla Neftçilər metrosunun yanına gedərək Murada zəng edib ora gəlməsini demişdir. Arifdən götürdükləri “Redmi Note 7” markalı mobil telefonu “Neftçilər” metrosu yaxınlığında olan dükana aparmışlar. Dükana o və Murad daxil olmuşlar. Mobil telefonu mağazada 80 manata satmış, Qorxmaz həmin puldan istəməmiş, buna görə də Muradla pulu bərabər şəkildə aralarında bölmüşlər. Bundan sonra o yaşadığı evə getmişdir.Etdiyi əməldən peşmandır Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsləri tanıyır, onlarla 19 iyul 2022-ci il tarixdə instagram sosial şəbəkələrdə “aktiv” adlı səhifədə tanış olub, Təqsirləndirilən şəxs1 bir şəkil atmışdır, şəkil Təqsirləndirilən şəxs2ki idi, lakin Murad yalandan Amin olduğunu ona demişdir. Murad Aminin adından ona intim əlaqəyə girməyə təklif etmiş, o da razılaşmışdır. Muradın təklifi ilə 19 iyul 2022-ci il tarixdə saat 16 radələrində “Koroğlu” metrostansiyasından çıxıb Aminlə görüşmüş, Amin ona körpünün yanında bir yer olduğunu, orada şəraitin olduğunu deyib ora getməyi təklif etmişdir. Bu zaman Amindən bir az aralıda Qorxmaz durmuş, lakin onların söhbətinə qarışmamışdır. O Aminlə körpünün altına getdikdə Qorxmaz orada qalmışdır. Muradın instagramda Aminlə birlikdə olan şəklini görmüşdür, lakin metrostansiyada Muradı görməmişdir, onu sonra, hadisədən sonra görmüşdür. Aminlə körpünün altına, ağaclığa çatdıqda Amin ondan telefonunu istəmiş demişdir ki, telefonda yazışmalar qalıb onları silmək istəyir. O telefonu Aminə verməkdən imtina etdikdə Amin onun ayağından təpiklə vurmuş, onların yanına gəlib çatan Qorxmaz isə yumruqla burnundan vurmuşdur. O zərbədən yerə yıxılsada telefonu əlində bərk tutaraq buraxmırdı, bu zaman Amin əlindən dişləyərək telefonu əlindən almış və Qorxmazla birlikdə onu təpik və yumruqla yenə vurduqdan sonra ikisidə hadisə yerindən qaçmışlar. O isə ayağa qalxaraq Aminin arxasınca qaçmış, bu zaman Muradı görmüş, ona telefonunu qaçıran adamı saxlamağı kömək etməyi demiş, lakin Murad onun sözlərinə heç bir reaksiya verməmişdir. Bundan sonra polisə müraciət etmişdir. İstintaq zamanı bildirmişdir ki, onu Aminin adından görüşə Murad dəvət etmişdir. Hal-hazırda vurulmuş ziyan ona ödənilmiş, telefon qaytarılmışdır, bu səbəbdən nə Amindən, nə Muraddan şikayət və tələbi yoxdur, onlarla barışmışdır. Məhkəmə iclasında ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsi elan olunaraq müəyyən edilmişdir ki, o mütəmadi olaraq telefonda sosial şəbəkələrdə olur. Bir müddət əvvəl o sosial şəbəkədə Orxan adlı, özünü Şəmkir rayonundan olan şəxs kimi təqdim edən bir nəfərlə tanış olmuşdur. İkisi də telefonda eyni oyun oynadığından tez-tez telefonla da əlaqə saxlayırmışlar. Orxan sadəcə ona adının Orxan olmasını və Şəmkir rayonunda yaşamasını bildirmişdir. 24 mart 2022-ci il tarixdə 19 radələrində onlar telefonla əlaqə saxlamışlar. Həmin vaxtı Orxan ona nə etməyini soruşduqda o Orxana boşluq olduğunu, evdə oturduğunu bildirmişdir. Orxan da onu Şəmkirə dəvət edərək yeyib içməyi təklif etmişdir. O isə onda pul olmadığını bildirdikə Orxan onu yola salacağını bildirmişdir. O Orxanın oyunda və votsap profilində şəklini görmüşdür. Lakin Orxanın özü ilə başqa heç bir tanışlığı olmamışdır. Saat 21 radələrində o yaşadığı evdən çıxaraq Gəncə şəhərindən Qazax rayonuna gedən avtobusa minmiş və həmin şəxslə əlaqə saxlayaraq Şəmkir rayonu istimətində gəlmişdir. Orxan ona Şəmkir rayonuna çatdığında Bayraq meydanında avtobuşdan düşməyi demişdir. O saat təxminən 21:30 radələrində Şəmkir rayonu Bayraq meydanına çatmış və avtobusdan düşmüşdür. O avtobusdan düşdüyündə Orxanın mobil telefonuna zəng edərək Şəmkir rayonuna çatdığını bildirmişdir. Orxan ona Bayraq meydanın qarşısına gəlməyi və özüdə bir neçə dəqiqəyə çatacağını bildirmişdir. Təxminən 7-8 dəqiqə sonra Orxan gəlmişdir. O Orxanla söhbət edə-edə Bayraq meydanının ətrafında gəzdiyi zaman sonuncuya harada yeyib içəcəkdilərsə vaxt keçirmədən ora getməyi demişdir. Orxan kimi özünü təqdim edən şəxs bir qədər gəzdikdən sonra getməyi təklif etmişdir. Onlar meydanda gəzdikləri zaman künc kimi yerdə bir nəfərin təbii ehtiyacını ödədiyini görmüşlər. Orxan həmin şəxsi görən kimi həmin şəxsin onunla olubolmamasını soruşmuşdur. O tək olduğunu bildirdikdə onun üzərinə adam gətirdiyini bildirərək ondan telefonunu istəmiş və gələn gedən zənglərə baxacağını bildirmişdir. Ona məxsus mobil telefonun üzərində qoruyucu üzlük olmamış, içərisində ***-***-**-** mobil nömrəsi olmuş, həmin mobil nömrənin balansında kontur olmamış və mobil nömrənin dəyəri 5 manat olmuşdur. O Orxana telefonu verdiyində Orxan telefona gələn gedən zənglərə baxaraq telefonu söndürmüş və telefonu cibinə qoymuşdur. O Orxandan telefonunu geri istədikdə əvvəl gördükləri küncdə olan şəxs onlara yaxınlaşaraq nə etmələrini soruşmuş və özünün polis əməkdaşı olduğunu bildirmişdir. O həmin şəxsə vəsiqəsini göstərməyi xahiş etsə də həmin şəxs heç bir sənəd göstərməmiş və indi gəlib ikisini də aparacaqlarını bildirmişdir. O Orxandan telefonunu istədikdə Orxan verəcəyini bildirərək söhbətdən yayınmağa başlamışdır. O oradan aralanmağa çalışarkən sonradan onlara yaxınlaşan oğlanın Orxandan sonuncunun öz mobil telefonunu istədiyini, Orxanın da həmin mobil telefonu yanındakı oğlana verdiyini görmüşdür. Orxanın ondan aldığı mobil telefon isə onun özündə qalmışdır. O oradan uzaqlaşandan sonra arxaya baxdıqda onların orada olmadığını görmüşdür. Daha sonra yoldan keçən şəxslərdən birinə, yəni bir oğlana baş verənləri danışmış və polis çağırmalarını xahiş etmişdir. Həmin şəxslər 102 xidmətinə zəng edərək məlumat vermişlər. Bundan bir qədər sonra həmin yerə polis avtomobilinin gəldiyini görərək yaxınlaşmış və hadisə barədə məlumat vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsləri tanıyır. Təqsirləndirilən şəxs2la yerli olaraq ikisidə Kürdəmir rayonu Xırdapay kəndindəndilər, Təqsirləndirilən şəxs1 isə Aminin tanışı olmuş, Muradla o Amin vasitəsilə tanış olmuşdur. Zərərçəkmiş şəxslərdən yalnız Zərərçəkmiş şəxs1 tanımışdır, həmin gün dsotu Aminin təklifi ilə Səməd Vurğun küçəsində görüşmüş, Amin bir görüş olduğunu, onunla getməyi təklif etdiyi üçün o da onunla birlikdə “Koroğlu” metrostansiyasına getmiş, orada Zərərçəkmiş şəxs1 görmüşdür. Aminlə Airf körpünün altına getmiş, o isə Aminin tapşırığı ilə kənarda dayanıb onları izləməli, lazım olduqda söhbətlərinə müdaxilə etməli idi, lakin Aminlə Arifin söhbətləri nədən ibarət olmasını bilməmişdir. Ariflə Amin aralandıqda gözdən itdilər, o onların getdiyi istiqamətdə getdiyi zaman Muradə görmüş, Amini axtardığını ona demişdir. Murad ona təklif etmişdir ki, körpünün bir tərəfi ilə o, digər tərəfi ilə özü gedib Amini tapsınlar. O da körpü tərəfə gedib ağaclqıda Aminlə Arifin savaşdıqlarını görüb onlara yaxınlaşmış, bu zaman Arif onun üstünə gəldiyi üçün onu itələmişdir. Arifin burnundan vurmamış, onu yumruq təpiklə vurmamışdır. Arifi itələdikdən sonra Aminlə birlikdə oradan qaçıb getmişlər, onda bilmişdir ki, Amin Arifin telefonunu almışdır. Həmin yerdən “Neftçilər” metrostansiyasının yanına gəlmişlər, orada Muradla rastlaşaraq telefon mağazasına girmişlər, orada Amin telefonu 100 manata satmış, pulu Muradla bölmüşlər. Ona pul təklif olunsada o pul almamışdır. Onun barəsində bu işlə bağlı istintaq gedir, müstəntiqə ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospektində, “Neftçilər” metrostansiyasının yaxınlığında yerləşən adsız telefon dükanının sahibidir. Təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs2 tanıyır, digər Təqsirləndirilən şəxs1 tanımır. Belə ki, işlədiyi dükan təzə və ya işlənmiş mobil telefonların alışı və satışı ilə məşğul olur. 19 iyul 2022-ci il tarixdə axşam saatlarında Təqsirləndirilən şəxs2 dükana gələrək 01 ədəd qara rəngli “Redmi Note 7” markalı mobil telefonu satmaq istədiyini bildirmiş, o da ondan şəxsiyyət vəsiqəsinin surətini istəmişdir. Bundan sonra Amin qonşu mağazalardan birinə gedib qayıdaraq ona şəxsiyyət vəsiqəsinin surətini təqdim etmişdir. Həmin telefona görə Aminə 70 manat pul ödəmişdir. Bundan 3-4 gün sonra onu polis bölməsinə dəvət etmişlər, orada ona məlum olmuşdur ki, Amin ona öz şəxsiyyət vəsiqəsinin surətini deyil, başqa adamın şəxsiyyət vəsiqəsinin surətini təqdim etmişdir. Şahid1 ifadəsi ilə əlaqədar ələavə ifadə vermiş Təqsirləndirilən şəxs2 şahidin ifadəsini təsdiq edərək göstərmişdir ki, Binnətovun işlədiyi telefon mağazasına tək girmiş, Muradla Qorxmaz onu bayırda gözləmişlər. Şahid1 ondan şəxsiyyət vəsiqəsinin surətini istədikdə yetkinlik yaşına çatmadığı üçün tanışı və həmyerlisi olan Murad adlı şəxsin şəxsiyyət vəsiqəsinin surətini çıxarıb mağazaya təqdim etmişdir. Məhkəmə iclasında ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsi elan olunaraq müəyyən edilmişdir ki, 26 mart 2022-ci il tarixdə Cavid ona zəng edərək görüşmək istədiyini bildirmişdir. O da etiraz etməmiş və harada olduğunu soruşmuşdur. Evlərinin yaxınlığında Cavidlə o görüşmüş, həmin vaxtı Cavidin yanında Murad da olmuşdur. O onlardan nə məsələ olmasını soruşduqda Murad özündə olan Redmi 9 S markalı mobil telefonu ona verərək həmin telefonu anasına çatdırmağı ondan xahiş etmişdir. O nəyə görə telefonu özünün vermədiyini soruşduqda Murad həmin telefonu kimdənsə götürdüyünü, hazırda həmin şəxsi tanımadığından telefonu qaytara bilmədiyini və polisin onu axtardığından evə getməyə qorxduğunu və anasının vasiutəsi ilə telefonu polisə təhvil vermək istədiyini bildirmişdir. O də heç bir etiraz etmədən telefonu götürüb Muradın anası Mətanətə aparıb vermişdir. Sonradan o eşitmişdir ki, Murad 24 mart 2022-ci il tarixdə internet vasitəsi ilə tanış olduğu Gəncə şəhər sakini ilə Şəmkir şəhərində “Bayraq Meydanı”nın yaxınlığında görüşərək sonuncunun əlindən mobil telefonu alaraq qaçmışdır. Sonradan isə həmin şəxs polisə müraciət etmişdir. Onun başqa məlumatı yoxdur. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri cinayət əməllərində təqsirlilikləri qismən özlərinin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə yanaşı məhkəmədə tədqiq edilən digər sübut növləri ilə də tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə elan edilib araşdırılmış Şəmkir RPŞ-nin rəisinə Zərərçəkmiş şəxs2 ünvanladıığı xx.xx.2022-ci il tarixli ərizəsindən müəyyən olunur ki, 24 mart 2022-ci il tarixdə Şəmkir şəhəri, H.Əliyev prospekti, “Bayraq Meydanı” adlanan yerdə adını bilmədiyi iki nəfər şəxs ona məxsus “Redmi Note 9S” markalı mobil telefonunu əlindən alaraq hadisə yerindən uzaqlaşmışlar. Məhkəmədə elan edilib araşdırılmış «hadisə yerinə baxış keçirilməsi haqqında» xx.xx.2022-ci il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs2 qarşı soyğunçuluq cinayətini törətdiyi yer Şəmkir şəhəri, H.Əliyev prospekti, Bayraq Meydanının yaxınlığıdır. Zərərçəkmiş şəxs2 göstərdiyi ərazi və ətrafa baxış keçirrilərkən iş üçün əhəmiyyət kəsb edə biləcək alət və ya vasitə aşkar edilməmişdir. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞ-nin rəisinə ünvanlanan xx.xx.2022-ci il taixli raportdan müəyyən olunur ki, Zərərçəkmiş şəxs1 20 iyul 2022-ci il tarixdə, saat 15:18 radələrində DİN-nin 102 Zəng Xidmətinə zəng edərək xx.xx.2022-ci il tarixcdə «Koroğlu» metrostansiyasından çıxanda üzü dəmiryola gedən yolda 2 nəfər naməlum şəxsin onu döyüb xəsarət yetirməsi və əlindən 470 manat dəyərində «Redmi» markalı telefonunu götürməsi barədə məlumat vermişdir. Məhkəmədə elan edilib araşdırılmış «hadisə yerinə baxış keçirilməsi haqqında» xx.xx.2022-ci il tarixli protokoldan müəyyən olunur ki, hadisə yeri Bakı şəhəri, Nizami rayonu, “Koroğlu” metrostansiyasının yaxınlığında yerləşən həmin metrostansiyadan Ziya Bünyadov prospekti istiqamətində olan körpünün alt hissəsidir. Zərərçəkmiş şəxs1 qarşı törədilən hadisə yerində iş üçün əhəmiyyət kəsb edə biləcək alət və ya vasitə aşkar edilməmişdir. Məhkəmədə elan edilib araşdırılmış “cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 22 iyul 2022-ci il tarixli protokollardan müəyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 180.2.1 və 180.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində şübhəli bilinərək tutulmuşlar. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Nizami rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından müəyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs1 barəsində 03 (üç) ay müddətində həbs qətimkan tədbiri seçilmiş, həbs müddətinin əvvəli 22 iyul 2022-ci il tarixdən hesablanmışdır. Məhkəmədə elan edilib araşdırılmış 23 iyul 2022-ci il tarixli qərardan müəyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs2 barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmişdir. Beləliklə Təqsirləndirilən şəxs2 xx.xx.2022-ci il tarixdən-xx.xx.2022-ci il tarixədək-02 gün həbsdə olmuşdur. Məhkəmədə elan edilib araşdırılmış xx.xx.2022-ci il tarixli qərardan müəyyən olunur ki, Qanuni nümayəndə yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 qanuni nümayəndəsi qismində tanınmışdır. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-tibbi ekspertizasının 21 iyul 2022-ci il tarixli, 2022 saylı rəyindən müəyyən olunur ki, Zərərçəkmiş şəxs1 burun belinin, söl gözətrafı nahiyənin, sağ bazunun qançırları, sağ dirsək oynağının sıyrığı olmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2022-ci il tarixdə alınmaları mümkündür və ümumilikdə sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Xəsarətlərin lokalizasiyasına və xüsusiyyətlərinə dair demək olar ki, həmin xəsarətlər şəxsin özü tərəfindən özünə yetirilməsi, eləcə də yıxılma nəticəsindən alınmaları inkar olunur. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 03 oktyabr 2022-ci il tarixli, 3566 saylı rəyindən müəyyən olunur ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs1 hal-hazırda psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs1 xasiyyətin isterik cizgiləri müəyyən edilir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs1 qeyd olunan cinayət törədilən anda xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağallıq və ya sair psixi xəstəlik aşkar edilmir. Təqsirləndirilən şəxs1 öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs1 ona ittiham elan olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs1 cinayət törədən zaman fizioloji affekt vəziyyətində olmamışdır. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-əmtəəşünaslıq ekspertizasının 11 may 2022-ci il tarixli, 9/3068 saylə rəyindən müəyyən olunur ki, ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd “Redmi” markalı, “M2003J6A1G (Note9s)” modelli, 128 GB yaddaşlı, mobil telefon aparatının satış üçün komplektləşdirilməsinə daxil edilən aksessuarların olmamasını və istifadədə olduğunu nəzərə alaraq 2022-ci ilin mart ayına olan orta bazar qiyməti təxminən 250,00 manat müəyyən edilir. Məhkəmədə elan edilib araşdırılmış Səhiyyə Nazirliyi “Respublikası Psixiatriya Xəstəxanası” X12 daxil olmuş xx.xx.2022-ci il tarixli, 8414 saylı məktubdan müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 xx.xx.2020-xx.xx.2020-ci il tarixdə həmin xəstəxanada müayinə və müalicədə olub. Diaqnoz: “stresə qarşı kəskin reaksiya, isterik mutizm ilə”. Həmçinin, Təqsirləndirilən şəxs2 həmin xəstəxanada müalicədə olmayıb. Məhkəmədə elan edilib araşdırılmış Zərərçəkmiş şəxs1 11 avqust 2022-ci il tarixli ərizəsindən müəyyən olunur ki, 19 iyul 2022-ci il tarixdə ona dəymiş maddi ziyan təqsirləndirilən şəxslərin valideynləri tərəfindən ödənilmişdir. Həmçinin Təqsirləndirilən şəxs2 tərəfindən ona vurulmuş fiziki zərər ilə bağlı tibbi xərclər də ödənilmişdir. Zərərçəkmiş şəxs1 məhkəməyə təqdim etdiyi notarial qaydada təsdiq olunmuş xx.xx.2022-ci il tarixli və xx.xx.2023-cü il tarixli ərizələrindən müəyyən olunur ki, onun təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbi yoxdur, onlarla barışmışdır. Məhkəmədə elan edilib araşdırılmış xx.xx.2022-ci il tarixlə qəbzdən müəyyən olunur ki, “Redmi Note 9S” markalı mobil telefon 01 iyul 2022-ci il tarixdə Zərərçəkmiş şəxs2 təhvil verilmişdir. Zərərçəkmiş şəxs2 məhkəməyə təqddim etdiyi xx.xx.2022-ci il tarixli teleqramından müəyyən olunur ki, ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edir, ona vurulmuş ziyan tam ödənilmiş, Təqsirləndirilən şəxs1 ilə barışmış, ona qarşı heç bir mülki iddia və tələbi yoxdur. Məhkəmədə elan edilib araşdırılmış təqsirləndirilən şəxslərin məhkumluğuna dair Azərbaycan Respublikası DİN Əməliyyat və Statistik İnformasiya İdarəsinə verilən sorğulara cavabdan müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvəllər məhkum olunmamışlar. Təqsirləndirilən şəxs2 xarakterizə edən digər sənədlərdən müəyyən olunuri ki, o təhsil aldığı məktəbdə və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Təqsirləndirilən şəxs1 xarakterizə edən digər sənədlərdən müəyyən olunur ki, o ikinci Qarabağ müharibəsi iştirakçısı olmuş, Azərbaycan Respublikası Prezidenti tərəfindən Xocavəndin və Füzulinin azad olunmasına görə medalla təltif edilmişdir. Beləliklə, məhkəmə, məhkəmə baxışı zamanı tədqiq olunan sübutlar toplusuna məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, ibtidai araşdırma orqanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 əməllərini Azərbaycan Respublikası CM-nin 170.3, 180.2.1, 180.2.2 və 180.2.4-cü maddələri, Təqsirləndirilən şəxs2 əməllərini isə həmin Məcəllənin 180.2.1 və 180.2.4-cü maddələri ilə düzgün olaraq tövsif etmişdir. Məhkəmənin gəldiyi bu nəticə təqsirləndirilən şəxslər, zərərçəkmiş şəxslər və şahid ifadələri, hadisə yerinə baxış protokolları, ifadənin yerində yoxlanılmaısı protokolları, üzləşdirmə protokolları, ekspertiza rəyləri və cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. «Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli 1№-li Qərarının 3-cü bəndində göstərilmişdir ki, özgə əmlakının açıq talanması zamanı təqsirkar mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin gözü qarşısında özgə əmlakını talayır. Bu zaman təqsirkarın hərəkətlərinin qarşısını almaq üçün həmin şəxslər tərəfindən tədbir görülüb-görülməməsindən asılı olmayaraq təqsirkar şüurlu surətdə anlayır ki, ətrafdakılar əməlinin hüquqa zidd xarakter daşıdığını başa düşürlər. Həmin Qanun 5-ci bəndinə əsasən oğurluq edilərkən, təqsirli şəxsin hərəkətləri mülkiyyətçi və ya əmlakın digər sahibi, yaxud da digər şəxs tərəfindən aşkar edilərsə, təqsirli şəxs bunu dərk etsə də əmlakın qanunsuz götürülməsindən ibarət hərəkətlərini davam etdirərsə və ya həmin əmlakı saxlamağa çalışarsa, o zaman belə hərəkətlər soyğunçuluq, həyat və ya sağlamlıq üçün təhlükəli zorakılıqla, yaxud da belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə müşayət edildiyi hallarda isə quldurluq kimi tövsif edilməlidir. Həmçinin həmin Qanun 7-ci bəndinə əsasən Təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir. «Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli 1№-li Qərarının Qanun 7-ci bəndinə əsasən quldurluq cinayəti isə özgənin əmlakını talamaq məqsədilə, həyat və ya sağlamlıq üçün təhlükəli zorakılıqla, yaxud da belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə edilmiş basqın anından bitmiş sayılır. Beləliklə, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs1 vədlər verməklə yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 cinayətkar qrupa cəlb etməsi, eləcə də qabaqcadan əlbir olan bir qrup şəxs halında insanların həyatı və ya sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə özgə əmlakını Təqsirləndirilən şəxs1 təkrarən Təqsirləndirilən şəxs2 bu xüsusat olmadan açıq talamaqla soyğunçuluq etməsi tam sübuta yetirmişdir. Belə ki, cinayət işinin materiallarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 fotoşəklini və şəxsiyyətinə dair materialları sosial şəbəkəyə qoymaqla Təqsirləndirilən şəxs2 adından Zərərçəkmiş şəxs1 ilə yazışma aparmış, onu əmlakını talamaq məqsədilə görüşə özü çağırsada görüş yerinə talamanı icra etmək üçün görüş yerinə məhz Təqsirləndirilən şəxs2 göndərmişdir. Belə olan halda Təqsirləndirilən şəxs2 yetkinlik yaşına çatmayan şəxs olmasını bilmiş və onu birgə pul əldə etməklə bağlı vəd verib cinayətkar qrupa və cinayətin törədilməsinə cəlb etmişdir. Belə olan halda Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 170.3, 180.2.1, 180.2.2, 180.2.4-cü maddələri ilə cəza təyin edilməli, Təqsirləndirilən şəxs2 isə CMnin 180.2.1 və 180.2.4-cü maddələri ilə cəza təyin edilməlidir. Məhkəmə tərkibi hesab edir ki, məhkəmə istintaqı zamanı araşdırılan cinayət hadisəsinin baş vermə faktı və halları təqsirləndirilən şəxslərin hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilən cinayət hadisəsi ilə əlaqələri və həmin cinayət əməllərinin törədilmələri cinayət məsuliyyətinə cəlb edilən şəxslərin təqsirliliyi toplanmış sübutların məcmusu ilə tam müəyyən edilmiş və ittiham hökmünün çıxarılması üçün kifayətdir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxslərin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunası cəzanın bu şəxslərin islah olunmasına və ailələrinin həyat şəraitinə təsiri nəzərə alır. Məhkəmə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslərlə barışmasını və onlara qarşı şikayət və tələbinin olmamasını onların cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Həmçinin məhkəmə Azərbaycan Respublikası CM-nin 59.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cinayəti törədərkən yetkinlik yaşına çatmayan şəxs olmasını, müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Həmçinin məhkəmə Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 Qarabağ müharibəsi iştirakçısı olması və medalla təltif edilməsini da onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 oğu və Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran halları müəyyən etməmişdir. Belə olan halda təqsirləndirilən şəxslər barəsində ittiham olunduqları CM-nin 180.2-ci maddəsi ilə CM-nin 60-cı maddəsi tətbiq edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməllərinin ağırlıq dərəcəsi nəzərə alınmaqla, onun islah olunması yalnız cəmiyyətdən təcrid olunma yolu ilə mümkündür. Məhkəmə nəzərə alır ki, cinayətlərin təsnifatına görə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 180.2-ci maddəsində nəzərdə tutulan əməlləri CM-nin 15.3-cü maddəsinə əsasən az ağır cinayət, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 170.3-cü maddəsində nəzərdə tutulan əməli isə ağır cinayət kateqoriyalarına aiddir. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müəyyən edilir. Beləliklə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməli, cəzaçəkmə müddətinin əvvəli isə faktiki saxlanıldığı andan hesablanmalıdır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası CM-nin 84.1-ci maddəsinə əsasən cinayət törədərkən 14 yaşı tamam olmuş, lakin 18 yaşına çatmayan şəxslər yetkinlik yaşına çatmayanlar hesab olunur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında” 30 iyun 2008-ci il tarixli qərarının 2-ci bəndində əsasən Azərbaycan Respublikası CM-nin 84.1-ci maddəsinə əsasən cinayət törədərkən on dörd yaşı tamam olmuş, lakin on səkkiz yaşına çatmayan şəxslər yetkinlik yaşına çatmayanlar hesab olunur. Cinayət işində olan Təqsirləndirilən şəxs2 şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, o, xx.xx.2005-ci il təvəllüdlü olmaqla, hadisə törətdiyi xx.xx.2022-ci il tarixə yetkinlik yaşına çatmamış, hal hazırda də yetkinlik yaşına çatmamışdır. CM-nin 84.2-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayanlar cinayət törətdikdə, onlara cəza təyin edilə bilər və ya tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər. Məhkəmə soyğunçuluq cinayət əməllərini yetkinlik yaşına çatmayan yaşında törətmiş Təqsirləndirilən şəxs2 cəza təyin etdikdə bu şəxsin cəzasını yüngülləşdirən halları, yəni cinayəti törədərkən yetkinlik yaşına çatmayan şəxs olmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsi, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını nəzərə alaraq hesab edir ki, ona təyin olunan azadlıqdan məhrum etmə növündə cəza CM-nin 70-ci maddəsinə əsasən şərti təyin edilməklə bu şəxsin islah olunması məqsədinə nail olması mümkündur. Məhkəmə həmçinin onu da nəzərə alır ki, Təqsirləndirilən şəxs2 törətdiyi cinayətə yetkinlik yaşına çatmış Təqsirləndirilən şəxs1 tərəfindən cəlb edilmiş, bu cinayət Təqsirləndirilən şəxs1 tərəfəindən planlaşdırılmış və onun rəhbərliyi ilə həyata keçirilmişdir. Təqsirləndirilən şəxs2 ittiham olunduğu Azərbaycan Respublikası CM-nin 180.2.1 və 180.2.4-ci maddələrinin sanksiyasında üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə əsas cəza növünün tətbiq olunması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-nin 58.1 maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin məcəllənin CM-nin 86.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayana cəza təyin edərkən məhkəmə bu Məcəllənin 58-ci maddəsində müəyyən edilmiş hallardan başqa, həmçinin həmin şəxsin həyat və tərbiyyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsiri nəzərə alır. Azərbaycan Respublikası CM-nin 41.2. maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah olunması və həm məhkumlar həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 8 və 9-cu maddələrinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalı, cinayət törətmiş şəxsə cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşımamalıdır. Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi cinayətə görə ancaq azadlıqdan məhrum etmə cəzasının tətbiq olunması nəzərdə tutulur. İttiham tərəfi belə bir cəzanın tətbiq olunmasını və real olaraq icraya yönəldilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə azadlıqdan məhrum etmə cəzasının sərt xəbərdaredici, islahedici rolunun məhkuma təsirini nəzərə alaraq ittiham tərəfinin mövqeyi ilə razılaşır. Lakin baş vermiş cinayətin xarakterini, ictimai təhlükəliliyini, təqsirləndirilən şəxsi səciyyələndirən yüngülləşdirici halları nəzərə alaraq təyin olunacaq cəzanı çəkmədən cəzanın məqsədinə nail olmağı mümkün sayır. Belə ki, Təqsirləndirilən şəxs2 ilk dəfə məhkum olunur. Yetkinlik yaşına çatmamışdır, vədlər verməklə cinayət əməlinə cəlb edilməsi böyük rol oynamışdır. Məhkəmə cəza təyin edərkən cinayətin baş vermə şəraitini və onun ağır nəticələrə səbəb olmamasını, zərərçəkənin Təqsirləndirilən şəxs2na qarşı şikayətinin olmamasını da nəzərə alır. Təqsirləndirilən şəxs2 barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi və cəzanın real olaraq icraya yönəldilməsi onun ailəsinin həyat şəraitini acınacaqlı vəziyyətə salmış olar və cəzanın ədalətlilik prinsipinə xələl gətirmiş olar. Məhkəmə təqsirləndirilən şəxsi səciyyələndirən halları tam və hərtərəfli təhlil edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs2 onun barəsində təyin ediləcək cəzanı real olaraq çəkmədən islah oluna bilər. Məhkəmə nəzərə alır ki, “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamı ilə cəza siyasətinin humanistləşdirilməsi məqsədi qoyulmuş, məhkəmələr tərəfindən cəzanın məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza tətbiqi genişləndirilməsi tövsiyyə edilmişdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri təyin edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Beləliklə, hər bir şəxs barəsində verilən ittihamla bağlı qərəzsiz və ədalətli məhkəmə baxışı qeyd olunan X3 təməl prinsiplərindəndir. CM-nin 84.2-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayanlar cinayət törətdikdə, onlara cəza təyin edilə bilər və ya tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında” 30 iyun 2008-ci il tarixli qərarının 11-ci bəndində məhkəmələrə tövsiyə olunmuşdur ki, yetkinlik yaşına çatmayanların törətdiyi cinayətə görə cəza təyin olunması haqqında məsələ həll edilərkən, ilk növbədə azadlıqdan məhrum etməklə əlaqədar olmayan cəzanın tətbiq olunmasının mümkünlüyü müzakirə olunmalıdır. Yetkinlik yaşına çatmayanlara cəza təyin edərkən, məhkəmələr nəzərə almalıdırlar ki, cəza maksimum dərəcədə məhkumun islah və yenidən tərbiyə olunması məqsədinə xidmət etməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs2 təyin ediləcək cəzanın növünü müəyyənləşdirərkən, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qeyd olunan tövsiyələrini nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs2 elə cəza təyin edilməlidir ki, həmin cəza onun təhsilinə, ailə vəziyyətinə, fiziki və mənəvi inkişafına təsir edib onun cəmiyyətə inteqrasiyasına mane olmasın. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin etdikdə onun məsuliyyətini yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, törətdiyi əməlin ictimai təhlükəlilik dərəcəsi və təqsirləndirilən şəxsin yaş həddi nəzərə alınmaqla onu cəmiyyətdən təcrid etmədən, islah olunmasını Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq olunmaqla cəzasını şərti tətbiq etməklə mümkün sayır. Belə ki, Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən, islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən, məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. CM-nin 70.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişdirməmək, ona belə icazə verildikdə isə yeni yaşayış yeri üzrə dərhal qeydiyyata alınıb bu barədə onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermək vəzifəsi qoyulmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs2 üzərində müəyyən edilmiş sınaq müddətinin başlanğıcının Azərbaycan Respublikası CİM-nin 181.1-ci maddəsinə əsasən, hökmün qanuni qüvvəyə mindiyi gündən hesablanmalı olmasını nəzərə alır. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 aprel 2021-ci il tarixli qərarına əsasən “Cəza şərti olaraq tətbiq edilərkən nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 70.1-ci maddəsi məhz təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsini təsbit etdiyindən, təqsirləndirilən şəxsin hökm çıxarılanadək həbsdə, ev dustaqlığında olduğu müddətlər təyin edilən cəza müddətinə hesablanmamalı və qərar çəkilməli olan deyil, təyin olunmuş cəzanın şərti olaraq tətbiq edildiyini əks etdirməlidir.” “Azərbaycan Respublikasının CM-də dəyişikliklər edilməsi haqqında” xx.xx.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd “Redmi Note 9S” markalı mobil telefonun məsul saxlanılması üçün Zərərçəkmiş şəxs2 verilməsi nəəzərə alınmalıdır. İş üzrə ekspertiza xərcləri olan 50 (əlli) manat məbləğində pul təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankındakı Az MEM, VÖİN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, M/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hüquqlarını ibtidai istintaq zamanı Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkilləri X9 və X6, məhkəmə iclaslarında məhkəmənin qərarına əsasən təyinatla «VERDİKTUM» Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi2 və «KREDO» Vəkil Bürlosunun vəkili Müdafiəçi1 müdafiə etmişlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda hüquqi yardımın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına əsasən təqsirləndirilən şəxslərə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçilər X9 və X6 üçün hər birinə ayrı-ayrılıqda 300 (üç yüz) manat Bakı şəhəri 6 saylı Vəkil Bürosunun, Müdafiəçi2 üçün 420 (dörd yüz iyirmi) manat “VERDİKTUM” Vəkil Bürlosunun, Müdafiəçi1 üçün 420 (dörd yüz iyirmi) manat pul «KREDO» Vəkil Bürosunun nəfinə ödənilməlidir. Hökmdə şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351- 353, 356-358-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, hökm etdi:
1. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 170.3, 180.2.1, 180.2.2 və 180.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinməklə, Azərbaycan Respublikası CM-nin 170.3-cü maddəsi ilə 05 (beş) il müddətə, CMnin 180.2.1, 180.2.2 və 180.2.4-cü maddələri ilə 03 (üç) il müddətə azadlıqdan məhrum edilsin. Azərbaycan Respublikası CM-nın 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 qəti olaraq 06 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli “22” iyul 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın.
2. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətə azadlıqdan məhrum edilsin. Barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilib, təyin edilən azadlıqdan məhrum etmə cəzası şərti hesab olunmaqla Təqsirləndirilən şəxs2 üzərində 02 (iki) il sınaq müddəti müəyyən edilsin. Sınaq müddətinin əvvəli hökm icraya yönəldiyi tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində “yetkinlik yaşına çatmayan şəxsin nəzarət altına vermə»” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmün icrasına nəzarət sınaq müddəti ərzində onun yaşayış yeri üzrə Kürdəmir rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs2 üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişdirməmək, ona belə icazə verildikdə isə yeni yaşayış yeri üzrə dərhal qeydiyyata alınıb bu barədə onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermək vəzifəsi qoyulsun. 01 ədəd “Redmi Note 9S” markalı mobil telefonun Zərərçəkmiş şəxs2 verilməsi nəzərə alınsın. İş üzrə ekspertiza xərci olan 50 (əlli) manat məbləğində pul Təqsirləndirilən şəxs1 tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankındakı Az MEM, VÖİN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, M/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına köçürülsün. İbtidai istintaq zamanı göstərdiyi hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçilər X9 və X6 üçün hər birinə ayrı-ayrılıqda 300 (üç yüz) manat Bakı şəhəri 6 saylı Vəkil Bürosunun, Müdafiəçi2 üçün 420 (dörd yüz iyirmi) manat «VERDİKTUM» Vəkil Bürosunun və Müdafiəçi1 üçün isə 420 (dörd yüz iyirmi) manat «KREDO» Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu (hökmün Təqsirləndirilən şəxs1 verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.