Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-389/2024 17.04.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ saat 12:45 Hakim Qəniyev Faiq Əsəd oğlunun sədrliyi ilə, hakimlər Ağalarov Mahmud Muradxan oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X3 və X4, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər – Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X2 və “DE FENDO” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxxx 1999-cu il tarixdə Qəbələ rayonunun Həzrə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Qəbələ rayonunun Həzrə kəndində qeydiyyatda olan və faktiki ünvan 1 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci və 240.3.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə və psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaqla daşımış, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan külli miqdarda güclü təsir edən maddələri əldə edib daşıyaraq saxlamışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda - 14,528 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı və tərkibində psixotrop maddə MDMA-nın təsiredici maddəsinin ümumi miqdarı şəxsi istehlak miqdarından artıq miqdarda - 3 qram təşkil edən 15 ədəd həbləri əldə edib özündə saxlamaqla daşımış, Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 01 yanvar 2023-cü il tarixdə saat 15:30-da ünvan 2 ünvanının qarşısında saxlanılaraq həmin idarənin inzibati binasına aparılmış, orada üzərində şəxsi axtarış keçirilərkən əynindəki gödəkçənin iç cibindən 09 ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 12,732 qram, 0,213 qram, 0,222 qram, 0,272 qram, 0,198 qram, 0,249 qram, 0,241 qram, 0,212 qram, 0,189 qram olmaqla ümumi təmiz çəkisi 14,528 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana və tərkibində psixotrop maddə MDMA-nın təsiredici maddəsinin ümumi miqdarı 3 qram təşkil edən 07 ədəd bozumtul-ağ rəngli, 06 ədəd çəhrayı rəngli, 02 ədəd sarı rəngli olmaqla ümumilikdə 15 ədəd həblər aşkar edilib götürülmüşdür. Bundan başqa o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə tərkibində narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən preqabalinin təsiredici maddəsinin ümumi miqdarı 13,2 qram olmaqla külli miqdar təşkil edən «Preqabalin Krka 300 mq» göstəricili 44 ədəd dərman kapsullarını və güclü təsir edən preqabalinin təsiredici maddəsinin ümumi miqdarı 13,95 qram olmaqla külli miqdar təşkil edən «Prabeqin 150 mq» göstəricili 93 ədəd dərman kapsullarını əldə edib, özündə saxlamaqla yaşadığı ünvan 1 ünvanına daşımış, həmin maddələrdən tərkibində ümumilikdə preqabalin təsiredici maddəsi 0,6 qram olan 01 ədəd üzərində «Preqabalin Krka 300 mq» göstəriciləri yazılmış blister kəsiyində ümumilikdə 2 ədəd ağ-qəhvəyi rəngli dərman kapsullarını 18 yanvar 2023-cü il tarixdə saat 19 radələrində yaşadığı ünvanda tanışı Şahid6 10 manat müqabilində, tərkibində preqabalinin təsiredici maddəsinin ümumi miqdarı 1,35 qram olan 02 ədəd üzərində «Prabeqin 150 mq» göstəriciləri yazılmış blister kəsiklərində ümumilikdə 09 ədəd ağ rəngli dərman kapsullarını 19 yanvar 2023-cü il tarixdə saat 00:10 radələrində yaşadığı ünvanda Şahid7 25 manat müqabilində satmış, 19 yanvar 2023-cü il tarixdə Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən saat 08:10-dan saat 09:20-dək olan müddət ərzində yaşadığı Nəsimi rayonu, “28 May” küçəsi, ev 11, mənzil 34 ünvanına baxış keçirilən zamanı mənzilin qonaq otağındakı dolabdan və həmin dolabın üzərindən tərkibində güclü təsir edən preqabalinin ümumi miqdarı külli miqdar - 12,6 qram təşkil edən 03 ədəd üzərində «Preqabalin Krka 300 mq» göstəriciləri yazılmış blisterdə ümumilikdə 42 ədəd ağ-qəhvəyi rəngli həmin dərman kapsulları və tərkibində güclü təsir edən preqabalinin ümumi miqdarı külli miqdar - 12,6 qram təşkil edən 06 ədəd üzərində «Prabeqin 150 mq» göstəriciləri yazılmış blisterdə ümumilikdə 84 ədəd ağ rəngli həmin dərman kapsulları aşkar olunaraq götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək göstərdi ki, 44 günlük Vətən müharibəsinin iştirakçısı olmuşdur. Vətən müharibəsində iştirak etdiyi zaman kontuziya aldığı üçün həkim tərəfindən reseptlə ona psixotrop xassəli «Prabeqin» və «Preqabalin» adlı dərman vasitələri yazılmış, o da həmin dərmanları reseptlə alıb istifadə etmişdir. O, həmçinin tutulmazdan 2 il əvvəldən narkotik vasitə olan marixuanadan da istifadə etməyə başlamışdır. Marixuananı hər dəfə tanımadığı şəxslərdən əldə etmişdir. 01 yanvar 2023-cü il tarixdə saat təxminən 15:30 radələrində ünvan 2 ünvanının yaxınlığında piyada hərəkət edən zaman iki nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edib onun narkotik vasitələrin satışında şübhəli olduğunu bildirmişlər. Araşdırma aparılandan sonra polislər onu buraxmışlar. Daha sonra 19 yanvar 2023-cü il tarixdə gecə vaxtı polislər evinə girmiş, təxminən 15 nəfər polis əməkdaşı ona narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirib axtarış aparmışlar. Onda həmin vaxt yalnız «Preqabalin» adlı dərman vasitəsi olmuşdur. Həmin dərmanı ona həkim yazmış, o da aptekə yaxınlaşaraq resepti təqdim etməklə sərbəst şəkildə almışdır. Dərmanları əsasən “28 May” metrosu ərazisində olan aptekdən almış, ancaq həmin gün “Qış Parkı”nın yanındakı aptekdən almışdır. O, reseptlə dərman almağın cinayət olduğunu bilsəydi, bunu etməzdi. Onda həmin vaxt «Prabeqin» olmamış, bunu polislər özləri əlavə etmişlər. Həmçinin həmin gün onda marixuana da olmamışdır. Ancaq 01 yanvar tarixində saxlanılanda onda bir bükümdə 2-3 qram marixuana olduğunu təsdiq edir. Onun yuxusuzluq problemi və ağrıları olmuş, ona görə də istifadə etməyə məcbur olmuşdur. Həmin gündən sonra marixuananın qanunsuz olduğunu bildiyinə görə onu almamış və istifadə etməmişdir. Müharibədə xüsusi təyinatlı kimi sonadək vuruşmuş, kontuziya almış, amma bununla bağlı tibbi sənədləri müvafiq hərbi hospitaldan hələ də əldə edib təqdim edə bilməmişdir. Prezident tərəfindən müharibədə iştirakı ilə əlaqədar bir neçə medalla təltif edilmişdir. Hesab edir ki, onun vəziyyətini ancaq onun keçdiyi yolu keçənlər başa düşə bilər. İbtidai istintaq vaxtı müvafiq reseptləri müstəntiqə təqdim etmişdir, amma onları hesaba alan olmamışdır. Onun qaldığı evdə sənədlərdə göstərilən miqdarda dərman olmamışdır, artırılmaqla yazılmışdır. Ona görə də bütün bunların nəzərə alınıb barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Təqsirləndirilən şəxs məhkəmədə ona ünvanlanmış sualları cavablandırarkən bildirdi ki, ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etmir, həmin ifadəni təzyiq altında vermişdir. İlk dəfə tutulanda aşkar olunmuş marixuana, daha sonra aşkar olunmuş «Preqabalin» ona məxsus olmuşdur, yazılanlar həqiqətdir və mübahisə yoxdur. İkinci dəfə saxlanıldıqda onda marixuana olmamışdır. Çünkü, bir dəfə o buna görə saxlanılmış, bunun qanunsuz olduğunu bilmişdir. «Preqabalin» adlı dərman preparatını reseptlə almış, qanunsuz bir şey etməmişdir. «Preqabalin» adlı dərman preparatı qutu şəklində satılmış, qutuda 56 ədəd olmuşdur. O, 52 manat pul ödəməklə dərmanı almış, 300 dozada olmuşdur. Onun başında möhkəm uğultular olmuş, ağrılar çox olanda bir gündə 4 həb, az olanda 2 həb qəbul etmişdir. Hazırda təcridxanada da dərman qəbul edir, həkim nəzarətindədir. Tərkibində psixotrop maddə olmayan preparatlar qəbul edir. O, qanunun tələbinə əsasən sadəcə marixuanadan istifadəyə görə özünü qismən təqsirli bilir. O, narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmamışdır. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsində özünü təqsirli bilərək göstərmişdir ki, 44 günlük Vətən müharibəsinin iştirakçısıdır. Vətən müharibəsində iştirak etdiyi zaman kontuziya aldığı üçün həkim tərəfindən reseptlə ona psixotrop xassəli “Prabeqin” və “Preqabalin” adlı dərman vasitələri yazılmış, o da həmin dərmanları alıb istifadə etmişdir. Həmçinin narkotik vasitə olan marixuanadan da istifadə etmiş, həmin marixuananı isə hər dəfə tanımadığı şəxslərdən əldə etmişdir. Marixuananı təxminən 2 ildir ki, istifadə edir. 01 yanvar 2023-cü il tarixdə saat təxminən 15:30 radələrində ünvan 2 ünvanının yaxınlığında piyada hərəkət edən zaman iki nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim etmişlər. Onun narkotik vasitələrin satışında şübhəli olduğunu bildirib barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış etdikdən sonra onu Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət etmişlər. Orada hüquqlarının müdafiə edilməsi məqsədilə vəkil dəvət edilmiş və ona hüquq və vəzifələri izah edilməklə buna dair bildiriş təqdim edilmişdir. Müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə onun üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona üzərində qanunla qadağan olan hər hansı əşya varsa təqdim etməyi xahiş edilmişdir. Bu təklifdən sonra o, əynindəki qara rəngli üst geyiminin sol iç cibindən içərisində 15 ədəd ekstazi həbləri olan 01 ədəd dəmir qutunu və içərisində qurudulmuş marixuana olan 02 ədəd sellofan paketi, sağ yan cibindən 01 ədəd "‘Kgtel” markalı mobil telefonunu və şəxsiyyət vəsiqəsini təqdim edərək masanın üzərinə qoymuşdur. Bundan sonra üzərinə şəxsi axtarış keçirilmiş və gödəkçəsinin sol iç cibindən bank kartı aşkar edilmişdir. Həmin maddə zərəfə qoyularaq qablaşdırılmış və götürülmüşdür. Şifahi sorğu zamanı o, üzərində olan maddənin narkotik vasitə qurudulmuş marixuana və ekstazi həbləri olduğunu, həmin maddəni öz istifadəsi üçün üzərində saxladığını, həmin maddəni 3 ilə yaxındır ki, tanışı Həzrət adlı şəxsdən 2-3 gün bundan əvvəl Səbail rayonu ərazisində “Tarqovı” adlanan yerdən pay kimi əldə etdiyini, 2 ilə yaxındır ki, narkotik vasitə istifadəçisi olduğunu, başqa heç bir yerdə narkotik vasitə saxlamadığını, bu əməlindən heç kimin məlumatının olmamasını, saxlanılan zaman, eləcə də, Polis İdarəsində ona qarşı heç bir zor tətbiq edilmədiyini bildirmişdir. Bundan başqa 19 yanvar 2023-cü il tarixdə saat 08 radələrində yaşadığı ünvan 1 ünvanında tanışları Şahid8, Şahid10 və Şahid9 ilə birlikdə olarkən evin qapısı döyülmüş, qapını açdıqda polis əməkdaşlarını görmüşdür. Polis əməkdaşları ona yaşadığı evdə qanunsuz olaraq narkotik vasitə saxlamaqda, həmçinin başqa şəxslərə dərman preparatı satmaqda şübhəli olduğunu, yaşadığı mənzilə baxış keçiriləcəyini və həmin baxışın keçirilməsinə hər hansı bir etirazının olub-olmadığını soruşmuşlar. O da etiraz etməmiş və polis əməkdaşları yaşadığı mənzilə baxış keçirmişdir. Baxış zamanı polislər ona evində qanunsuz hər hansı bir əşya olub-olmamasını, olduğu təqdirdə könüllü təqdim etməyini dedikdə, o, qonaq otağındakı dolabın üzərində və siyirməsində olan hər birində 14 ədəd həb olmaqla 06 list “Prabeqin” və hər birində 14 həb olmaqla 03 list “Preqabalin” adlı dərman vasitələrini, 05 ədəd ağ rəngli kağız bükümdə və 01 ədəd sellofan bükümdə olan narkotik vasitə olan marixuananı polis əməkdaşına təqdim etmişdir. Polis əməkdaşı tərəfindən həmin dərmanlar və narkotik vasitə qablaşdırılaraq götürülmüşdür. Həmçinin baxış zamanı evindən dolabın üzərindəki elektron tərəzi və marixuananı bükməkdə istifadə olunan «nzla» adlanan 02 ədəd bağlama da götürülmüşdür. Orada protokol tərtib olunmuş və bütün iştirakçılar həmin protokolu imzalamışlar. Şahid8 onun dostudur və sonuncu kirayə yaşadığı evi təhvil verdiyi üçün bir neçə gün onunla qalmışdır. Nihad ilə Zeynəb isə Masallı rayonundan gəlmişlər və qalmağa yerləri olmadığı üçün onun evində qonaq olmuşlar. Evdə olduqları zaman birlikdə narkotik vasitə marixuana qəbul etmişlər. Maddi vəziyyətinə görə əziyyət çəkdiyindən ona reseptlə verilən «Prabeqin» və «Preqabalin» dərmanlarından hərdən satmışdır. Belə ki, 18 yanvar 2023-cü il tarixdə saat 19 radələrində Şahid6 02 ədəd “Preqabalin” dərman həbini 10 manata, 19 yanvar 2023-cü il tarixdə saat 00:10 radələrində Şahid7 09 ədəd “Prabeqin” adlı ağ rəngli dərman həblərini 25 manata satmışdır. Şahid7 onun yaşadığı binanın qarşısına gəldikdə o, eyvandan siqaret qutusunda həmin həbləri ona atmışdır. O, narkotik maddələrin satışı ilə məşğul olmur. Amma narkotik maddələrdən istifadə edir, yaşadığı evdən aşkar olunmuş qurudulmuş marixuananı saxlamaqda məqsədi şəxsi istifadəsi olmuşdur. Aşkar olunmuş tərəzini özü üçün saxlamışdır. Marixuananın satışı ilə məşğul olmur, marixuananı bükümlərə ayırmaqda və yaşadığı evdə tərəzi saxlamaqda məqsədi həmin marixuananı hər dəfə istifadə etdikdə miqdarının eyni olmağının istəməsi olmuşdur. “Prabeqin” və “Preqabalin” adlı dərmanların güclü təsir edən dərman preparatı olduğunu bilmiş və həmin dərman preparatlarının satışının qanunsuz olduğunu dərk etmişdir, sadəcə pula ehtiyacı olduğu üçün onlardan satmışdır, polis əməkdaşları tərəfindən ona qarşı heç bir zorakılıq tətbiq edilməmişdir (cild 2, iş vərəqə 201-204). Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli ilə əlaqədar qismən etirafını iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növü kimi qəbul edir. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 22ci Polis Şöbəsinin əməliyyat müvəkkili Şahid1 göstərdi ki, 18 yanvar 2023-cü il tarixdə Qəmbər adlı şəxsin Bakı şəhəri, Nəsimi rayonu ərazisində qanunsuz olaraq narkotik vasitələr əldə etməsi və narkotik vasitələrin satışı barədə əməliyyat məlumatı daxil olmuşdur. 19 yanvar 2023-cü il tarixdə bu məsələ ilə bağlı əməliyyat müvəkkili Elçin Quliyev tərəfindən əməliyyat qrupu yaradılmış və o da həmin qrupa daxil edilmişdir. Qəmbər adlı şəxsin digər təhqiqat üsulları ilə ifşa edilməsi mümkün olmadığından sonuncunun cinayət əməllərinin ifşa edilməsi və cinayət başında yaxalanması məqsədilə ünvan 4 ünvanın qarşısında olacağı ilə bağlı daxil olmuş əməliyyat məlumatını yoxlamaq üçün 19 yanvar 2023-cü il tarixdə saat 01:00-da Elçin Quliyevlə birlikdə ünvan 5 ünvanın qarşısında bir müddət gözlədikdən sonra saat 01:15-də Qəmbər adlı şəxsin xarici görünüşü ilə oxşar olan şəxsi görmüşlər. Həmin şəxsə yaxınlaşaraq adını soruşduqda adının Qəmbər olduğunu bildirmişdir. Onlar həmin şəxsə özlərini təqdim etmiş, üstündə narkotik vasitə saxlaması və istifadə etməsi barədə məlumat daxil olduğundan birlikdə Polis Şöbəsinə getməli olduğunu bildirmişlər. Yolda olarkən Qəmbər adlı şəxs üzərində “Preqabalin” adlı həb olduğunu və onu öz istifadəsi üçün Anar adlı şəxsdən aldığını bildirmişdir. Şəxsi axtarış zamanı Şahid6 əynindəki cins gödəkçəsinin cibindən iki ədəd “Preqabalin” adlı həbləri təqdim etmişdir. Təxminən 3 aydır ki, “Preqabalin” adlı həbdən eləcə də, narkotik vasitə marixuanadan istifadə etdiyini, aşkar olunmuş həbləri Anar adlı şəxsdən şəxsi istifadəsi üçün 10 manata aldığını bildirmişdir. Bundan sonra Şahid6 şalvarı, gödəkçəsi və ayaqqabısı yoxlanılmış, amma qanunsuz hər hansı əşya aşkar edilməmişdir. Bundan sonra həmin 2 ədəd həb zərfə qoyularaq qablaşdırılmış, möhürlənərək götürülmüşdür və hər bir iştirakçı tərəfindən həmin zərfin üzəri imzalanmışdır. Sonradan keçirilmiş əməliyyat tədbirləri nəticəsində Şahid6 həmin güclü təsir edən dərmanları Təqsirləndirilən şəxs öz istifadəsi üçün aldığı müəyyən edilmişdir. Şahid7 və Şahid6 güclü təsir edən maddələri əldə etdiyi şəxsin Təqsirləndirilən şəxs olduğu müəyyən edildikdən sonra, 19 yanvar 2023-cü il tarixdə saat 08:00 radələrində Təqsirləndirilən şəxs yaşadığı Nəsimi rayonu, 28 May küçəsi 11 ünvanında yerləşən 34 saylı mənzilə baxış keçirilməsindən ötrü 22-ci Polis Şöbəsinin sahə rəisi Şahid3, 22-ci Polis Şöbəsinin əməliyyat müvəkkili Şahid2 və onun da iştrakı ilə təhqiqatçı İsa Taralov ilə birlikdə həmin ünvana getmişlər. Baxışdan əvvəl Təqsirləndirilən şəxs mənzilə baxış keçirilməsinə etirazı olmadığını bildirmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs başqa mənzildə Şahid9, Şahid10 və Şahid8 olmuşdur. Təqsirləndirilən şəxs mənzildə hər hansı qanunsuz əşya varsa təqdim etməsi təklif olunmuş, bundan sonra Təqsirləndirilən şəxs mənzilin qonaq otağında dolabın üzərində və içərisində olan hər birində 14 həb olmaqla 6 list üzərində “Prabeqin” sözləri yazılmış, hər birində 14 həb olmaqla 3 list “Preqabalin” sözləri yazılmış dərman preparatlarını, içərisində yaşıl rəngli, spesifik iyli qurudulmuş şəkildə narkotik vasitəyə bənzər ot kütləsi olan 5 ədəd kağız və 1 ədəd sellofan bükümləri könüllü olaraq təqdim etmişdir. Aşkar olunmuş maddələr zərfə qoyularaq qablaşdırılmış və möhürlənmişdir. Bundan əlavə dolabın üzərində olan 01 ədəd xırda ölçülü elektron tərəzi və 02 ədəd tütün məmulatlarının bükülməsi üçün istifadə olunan “rulo” adlı kağız bağlama istintaq əhəmiyyəti kəsb etdiyindən zərfə qoyularaq qablaşdırılmış və möhürlənmişdir. Təqsirləndirilən şəxs həmin dərman preparatlarını və ot kütləsini necə və hansı məqsədlə əldə etməsi soruşulduqda sonuncu dərman preparatlarını xəstəliyi ilə əlaqədar reseptlə apteklərdən əldə etdiyini, ot kütləsini isə narkotik vasitə olan marixuana olduğunu və tanımadığı şəxsdən aldığını bildirdi. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 22ci Polis Şöbəsinin əməliyyat müvəkkili Şahid2 göstərdi ki, 19 yanvar 2023-cü il tarixdə Əli adlı şəxsin ərazidə narkotik vasitələri qanunsuz şəkildə aldığı, istifadə etdiyi və üzərində gəzdirdiyi barədə məlumat daxil olmuş və bununla bağlı əməliyyat-axtarış tədbiri keçirilmişdir. Onlar ünvan 6 ünvanın yaxınlığında həmin şəxsə yaxınlaşıb özlərini təqdim etmişlər. Həmin şəxsin adının Şahid7 olduğunu bildikdən sonra sonuncunu bu məsələ ilə bağlı Şöbəyə dəvət etmişlər. Şöbədə təhqiqatçı, kriminal-ekspert və müdafiəçinin iştirakı ilə Əli adlı şəxsin üzərinə baxış keçirilmiş və üzərindən narkotik vasitə aşkar olunmuşdur. Həmin narkotik vasitəni haradan və necə əldə etdiyini soruşduqda isə, Anar adlı şəxsdən aldığı məlum olmuşdur. Təqsirləndirilən şəxs həmin ünvanın yaxınlığında kirayə evdə yaşamış, bütün satış işlərini orada həyata keçirmişdir. Onlar həmin ünvana yaxınlaşıb özlərini təqdim etmiş, Anar qapını açmışdır. Anar könüllü şəkildə evində olan narkotik vasitələri onlara təqdim etmişdir. Evdən “Pregabalin” və “Prabegin” adlı dərman vasitələri və marixuana aşkar olunmuşdur. Şahid2 məhkəmədə ona verilən sualları cavablandıraraq bildirdi ki, Anar narkotik vasitələri həmin şəxslərə balkondan ötürmüş, alan şəxslər isə Anarın kartına ödəniş etmişdir. Anarın evində əlavə olaraq 2 oğlan və 1 qız da olmuşdur. Dərman list şəklində, bir listdə 14 ədəd olmaqla, o listlərdən da hardasa 10-12 ədəd olmuşdur. Bundan başqa ayrılıb satışa hazır vəziyyətdə qoyulmuş marixuana və tərəzi də olmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs onları satış məqsədilə əldə etdiyini bildirmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin sahə rəisi Şahid3 şahidlər Şahid1 və Şahid2 ifadələri ilə oxşar məzmunlu ifadələr verərək onların göstərdiyi halları təsdiq etdi. Məhkəmədə şahid qismində dindirilmiş Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid4 göstərdi ki, idarəyə Təqsirləndirilən şəxs barəsində əməliyyat məlumatı daxil olmuşdur. Bununla əlaqədar 01 yanvar 2023-cü il tarixdə Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid5lə birlikdə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olan Təqsirləndirilən şəxs müəyyən edib saxlayaraq idarəyə gətirmişlər. İdarədə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üst geyiminin sol iç cibindən 01 ədəd dəmir qutunu və 02 ədəd sellofan paketi, sağ yan cibindən özünə məxsus mobil telefonunu və şəxsiyyət vəsiqəsini təqdim edərək masanın üzərinə qoymuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs aşkar edilmiş maddələrin narkotik vasitə qurudulmuş marixuana və ekstazi həbləri olduğunu, həmin maddəni öz istifadəsi üçün üzərində saxladığını, tanışı Həzrət adlı şəxsdən tutulmamışdan bir neçə gün əvvəl Səbail rayonu ərazisində yerləşən “Tarqovı” adlanan yerdə pay kimi əldə etdiyini, özünün 2 ilə yaxındır ki, narkotik vasitə istifadəçisi olduğunu bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Baş Narkotiklərlə Mübarizə İdarəsinin digər əməkdaşı Şahid5 Şahid4 ifadəsi ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi halları təsdiq etdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid8 göstərdi ki, əvvəllər narkotik vasitə istifadə etdiyinə görə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi məhkum olunmuşdur. Azadlığa çıxdıqdan sonra narkotik vasitə istifadə etməmişdir. 18 yanvar 2023-ci il tarixdə gecə saatlarında şəhərdə gəzərkən Anara zəng etmiş, qalmağa yeri olmadığı üçün Anarın yaşadığı evdə bir neçə günlük qalmağa görə Anardan icazə almış, Anar da etiraz etməmişdir. Anarın evində əvvəllər tanıdığı Zeynəb və Nihadı da görmüş, Anar da evdə olmuşdur. Bir qədər söhbət etdikdən sonra o, yatmışdır. Səhərisi günü, yəni 19 yanvar 2023-cü il tarixdə saat 08 radələrində səsə oyanmışdır. Oyandıqda polis əməkdaşlarının mənzildə olduqlarını görmüşdür. Polislərin iştirakı ilə evə baxış keçirilərkən oradan marixuana və pregabalin aşkar olunmuşdur. Şahid8 məhkəmədə ona verilən sualları cavablandıraraq bildirdi ki, həmin gün üzərində pul olmadığı üçün Anardan onun evində qalmağı xahiş etmişdir. O, Anarın evində olarkən heç nə istifadə etməmişdir. İttiham aktında yazılan ifadənin o hissəsini təsdiq etmir. O, elə bir ifadə verməmişdir. Anarı 2021-ci ildən barmenliklə əlaqədar tanımışdır. Hal-hazırda narkotik vasitə istifadə etmir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid9 göstərdi ki, 7-8 ildir ki, narkotik vasitə olan marixuana, bir neçə ildir ki, güclü təsir edən dərmanlar qəbul edir. Təqsirləndirilən şəxs təxminən bir ildən çoxdur ki tanıyır. 02 yanvar 2023-cü il tarixdə Zeynəblə birlikdə Masallı rayonuna gəzməyə getmişlər, 17 yanvar 2023-cü il tarixdə isə Bakıya qayıtmışlar. O, Anarla əlaqə saxlayıb kirayə ev tapana qədər bir neçə gün onun evində qalmağı xahiş etmiş, Anar da heç bir problemin olmadığını demişdir. O, 17 yanvar 2023-cü il tarixdə Zeynəblə birlikdə ünvan 7 ünvanına getmişlər. Həmin günü saat 23 radələrində Anarın evinə gəldikdən sonra yorğun olduqlarına görə yatmışlar. Səhərisi günü, yəni 18 yanvar 2023-ci il tarixdə gün boyu mənzildə olmuşlar. Həmin günü Anarın evində pregabalin və qurudulmuş marixuana olduğunu bildikdən sonra Anardan istifadə etmək üçün icazə almışlar və Anar da razılıq verdikdən sonra həm dərman, həm də marixuana istifadə etmişlər. Zeynəb də marixuana qəbul etmişdir. Həmin günü axşam saat 23 radələrində digər tanışı Elxan da Anarın evinə gəlmiş, yorğun olduğundan Elxan da yatmışdır. 19 yanvar 2023-cü il tarixdə saat 08 radələrində evə polis əməkdaşları gəlmiş, mənzilə baxış keçirəcəklərini bildirmişlər. Evə baxış keçiriləndə orada marixuana, pregabalin dərmanlar aşkar olunaraq götürülmüşdür. Qəbul etdiyi marixuana və dərman Anara məxsus olmuşdur. Bunun üçün o və Zeynəb Anara pul verməmişlər. Əvvəllər Anarın evində narkotik vasitələr və ya dərman qəbul etməmişlər. Anar ona heç vaxt narkotik vasitə satmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid10 Şahid9 ifadəsi ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi halları təsdiq etdi. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş, məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq olunmuş Şahid6 göstərmişdir ki, təxminən 3 aydır ki, “preqabalin” adlı dərmandan, arabir isə narkotik vasitə marixuanadan istifadə edir. 19 yanvar 2023-cü il tarixdə saat 01:15 radələrində ünvan 8 ünvanında “Şaurma”nın qarşısında olarkən iki nəfər şəxs ona yaxınlaşaraq özlərini polis kimi təqdim etmişlər və xidməti vəsiqələrini göstərmişlər. Daha sonra onun üzərində qanunsuz əşya olması ilə bağlı məlumatlarının olduğunu bildirərək onu Polis Şöbəsinə dəvət etmişlər. O da etiraz etməmiş və həmin polis əməkdaşları ilə birlikdə Polis Şöbəsinə getmişdir. Çünki həmin vaxt onun üzərində güclü təsir edən dərman olmuşdur və həyəcanlandığı üçün də etiraz etməmişdir. Polis Şöbəsinə getdikdən sonra orada onu təhqiqatçının yanına aparmışlar və hüquqlarını müdafiə etməsi üçün vəkil dəvət etmişlər. Vəkil gəldikdən sonra hüquqları izah edilmiş və üzərində videoçəkilişlə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı üzərindən həmin 02 ədəd dərmanlar aşkar edilərək götürülmüşdür. Ondan həmin dərmanları haradan əldə etdiyini soruşulduqda o, Anar adlı şəxsdən yəni ki, istintaq zamanı Təqsirləndirilən şəxs kimi bildiyi şəxsdən 10 manat verərək öz istifadəsi üçün aldığını, həmin dərmanların satışı ilə məşğul olmadığını bildirmişdir. Daha sonra isə həmin dərmanlar ekspertiza tədqiqatına göndərilməsi üçün götürülərək qablaşdırılmışdır (cild 1, iş vərəqə 237-239). İbtidai istintaq zamanı şahid qismində dindirilmiş, məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq olunmuş Şahid7 göstərmişdir ki, təxminən 2 aydır ki, güclü təsir edən dərmanlardan istifadə edir. 19 yanvar 2023-cü il tarixdə gecə saatlarında “28 May” metrosu yaxınlığında Təqsirləndirilən şəxs 09 ədəd ağ rəngli “prabeqin” adlı dərmanları 25 manat ödəməklə özü istifadə etmək üçün almışdır. O, həmin dərmanların satışı ilə məşğul olmur. Elə həmin gün təxminən bir neçə saat sonra yəni ki, saat 02:10 radələrində iki nəfər şəxs ona yaxınlaşaraq özlərini polis kimi təqdim etmişlər və xidməti vəsiqələrini göstərmişlər. Daha sonra onun üzərində qanunsuz əşya olması ilə bağlı məlumatlarının olduğunu bildirərək onu Polis Şöbəsinə dəvət etmişlər. O, etiraz etməmiş və həmin polis əməkdaşları ilə birlikdə Polis Şöbəsinə getmişdir. Çünki həmin vaxt onun üzərində Anardan aldığı güclü təsir edən dərmanlar olmuş və həyəcanlandığı üçün etiraz etməmişdir. Polis Şöbəsinə getdikdən sonra orada onu təhqiqatçının yanma aparmışlar və hüquqlarını müdafiə etməsi üçün vəkil dəvət etmişlər. Vəkil gəldikdən sonra hüquqları izah edilmiş və üzərində videoçəkilişlə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı üzərindən həmin 09 ədəd dərmanlar aşkar edilərək götürülmüşdür. Ondan həmin dərmanları haradan əldə etdiyi soruşulduqda o, Anar adlı şəxsdən yəni ki, istintaq zamanı Təqsirləndirilən şəxs kimi bildiyi şəxsdən 25 manat verərək öz istifadəsi üçün aldığını, həmin dərmanların satışı ilə məşğul olmadığını bildirmişdir. Daha sonra isə həmin dərmanlar ekspertiza tədqiqatına göndərilməsi üçün götürülərək qablaşdırılmışdır (cild 1, iş vərəqə 243-245). Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspert rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Şəxsi axtarış və götürmə aparılması haqqında 01 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs paltarında, əşyalarında və bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədləri verilməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli üst geyiminin sol iç cibindən 01 ədəd dəmir qutunu və 02 ədəd sellofan paketi, sağ yan cibindən 01 ədəd “Kgtel” markalı mobil telefonunu və şəxsiyyət vəsiqəsini təqdim edərək masanın üzərinə qoymuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs sellofan paketlərdəki maddənin narkotik vasitə olan qurudulmuş marixuana, dəmir qutudaki həblərin ekstazi həblərin olduğunu, həmin maddələri öz istifadəsi üçün üzərində saxladığını, təxminən 2-3 gün əvvəl Həzrət adlı şəxsdən “Tarqovı” adlanan ərazidə pay kimi əldə etdiyini, özünün 2020-ci ildən narkotik istifadəçisi olduğunu, həmin şəxsi təxminən 2-3 ildir ki, tanıdığını, başqa heç bir yerdə narkotik vasitə saxlamadığını, bu əməlindən heç kimin məlumatının olmamasını bildirmişdir. Şəxsi axtarış və götürmə zamanı videoçəkiliş aparılmış və müvafiq disk protokola əlavə edilmişdir (cild 2, iş vərəqə 76-79, 100). Baxış keçirilməsi haqqında 19 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı “28 May” küçəsi, ev 11, mənzil 34 saylı ünvana baxış keçirilmişdir. Təqsirləndirilən şəxs mənzildə hər hansı qanunsuz əşya varsa təqdim edilməsi təklif olunmuş, bundan sonra Təqsirləndirilən şəxs mənzilin qonaq otağından dolabın üzərində və içərisində olan hər birində 14 həb olmaqla 6 list, üzərində “Prabeqin” sözləri yazılmış, hər birində 14 həb olmaqla 3 list “Preqabalin” sözləri yazılmış dərman preparatları, içərisində yaşıl rəngli qurudulmuş şəkildə narkotik vasitəyə bənzər ot kütləsi olan 05 ədəd kağız və 01 ədəd sellofan bükümləri könüllü olaraq təqdim etmişdir. Bundan əlavə dolabın üzərində olan 01 ədəd xırda ölçülü elektron tərəzi və 02 ədəd tütün məmulatlarının bükülməsi üçün istifadə olunan “rulo” adlı kağız bağlama aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin dərman preparatlarını xəstəliyi ilə əlaqədar reseptlə apteklərdən əldə etdiyini, ot kütləsinin isə narkotik vasitə marixuana olduğunu və tanımadığı şəxsdən aldığını bildirmişdir. Baxış zamanı videoçəkiliş aparılmış və müvafiq disk protokola əlavə edilmişdir (cild 1, iş vərəqə 7-10). Şəxsi axtarış və götürmə aparılması haqqında 19 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Şahid6 paltarında, əşyalarında və bədənində olması ola biləcək əşyaları təqdim etməsi təklif edilmiş, bu təklifdən sonra Şahid6 əynindəki cins gödəkçəsinin iç sol cibindən iki ədəd “Preqabalin” həblərini təqdim etmişdir. Sorğu zamanı həmin həbi Anar adlı şəxsdən 10 manata öz istifadəsi üçün aldığını bildirmişdir. Şəxsi axtarış və götürmə zamanı videoçəkiliş aparılmış və müvafiq disk protokola əlavə edilmişdir (cild 2, iş vərəqə 102-109). Şəxsi axtarış və götürmə aparılması haqqında 19 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Şahid7 paltarında, əşyalarında və bədənində olması ola biləcək əşyaları təqdim etməsi təklif edilmiş, bu təklifdən sonra Şahid7 əynindəki şalvarın sol yan cibindən bir ədəd “Sobranie” markalı siqaret qutusunun içərisində olan iki list, birində dörd, digərində beş ədəd olmaqla ümumilikdədoqquz ədəd ağ rəngli, arxasına “Prabeqin” sözləri yazılmış həbləri təqdim etmişdir. Sorğu zamanı həmin həbləri Anar adlı şəxsdən 19 yanvar 2023-cü il tarixdə 25 manata öz istifadəsi üçün aldığını bildirmişdir. Şəxsi axtarış və götürmə zamanı videoçəkiliş aparılmış və müvafiq disk protokola əlavə edilmişdir (cild 2, iş vərəqə 169-175). Məhkəmə-bioloji ekspertizasının 02 yanvar 2023-cü il tarixli 7/04 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...” sözləri yazılmış kağız paketdə bir ədəd şəffaf sellofanda təmiz çəkisi 12,732 qram və 08 ədəd kağız bükülüdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,213 qram, 0,222 qram, 0,272 qram, 0,198 qram, 0,249 qram, 0,241 qram, 0,212 qram və 0,189 qram təşkil edən bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş bir ədəd şəffaf sellofanda və 08 ədəd kağız bükülüdə olan marixuanalar tərkiblərinə görə eynidirlər. Ekspert tədqiqatından sonra marixuananın qalıq çəkisi 14,078 qram təşkil etmişdir (cild 2, iş vərəqə 86-89). Məhkəmə-kimyəvi ekspertizasının 02 yanvar 2023-cü il tarixli 6/03 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi “Zərflər üçün №7” dairəvi möhür əksləri, “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə...” sözləri, imzalar olan zərfin içərisində bir ədəd metal qabda 7 ədəd bozumtul-ağ rəngli, 6 ədəd çəhrayı rəngli, 2 ədəd sarı rəngli ümumi sayı 15 ədəd olan ürək formalı həblərin tərkibindəki təsiredici maddəsinin ümumi miqdarı 3 qram psixotrop maddə MDMA (metilendioksimetamfetamin) maddəsi müəyyən edilmişdir, həblər kimyəvi tərkib komponentlərinə və təsiredici maddəsinin miqdarına görə bir-biri ilə eynilik təşkil edirlər. MDMA maddəsi “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in Siyahısına (Siyahı İ) daxildir. Ekspert tədqiqatından sonra MDMA maddəsinin qalıq sayı 12 ədəd həb təşkil etmişdir (cild 2, iş vərəqə 91-96). Məhkəmə-kimyəvi ekspertizasının 19 yanvar 2023-cü il tarixli 6/327 nömrəli rəyindən görünür ki, Şahid6 aşkar edilərək götürülmüş 01 ədəd blister kəsiyində ümumilikdə 2 ədəd ağ-qəhvəyi rəngli dərman kapsullarının tərkibində ümumilikdə 0,6 qram (01 kapsulda 0,3 qram) preqabalin təsiredici maddəsi müəyyən edilmişdir. Ekspert tədqiqatından sonra “Preqabalin 300 mq” təsiredici maddəsinin qalıq sayı 01 kapsul təşkil etmişdir (cild 1, iş vərəqə 116-120). Məhkəmə-kimyəvi ekspertizasının 19 yanvar 2023-cü il tarixli 6/326 nömrəli rəyindən görünür ki, Şahid7 aşkar edilərək götürülmüş 02 ədəd blister kəsiklərində ümumilikdə 9 ədəd ağ rəngli dərman kapsullarının tərkibində ümumilikdə 1,35 qram (01 kapsulda 0,15 qram) preqabalin təsiredici maddəsi müəyyən edilmişdir. Ekspert tədqiqatından sonra “Prabeqin 150 mq” təsiredici maddəsinin qalıq sayı 07 kapsul təşkil etmişdir (cild 1, iş vərəqə 183-187). Məhkəmə-biolojı ekspertizasının 19 yanvar 2023-cü il tarixli 7/66 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs aşkar edilmiş 01 ədəd sellofan bükülüdə və 05 ədəd kağız bükülülərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,21 qran, 0,19 qtam, 0,14 qram, 0,17 qram, 0,14 qram, 0,74 qram, ümumi çəkisi 1,59 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Ekspert tədqiqatından sonra marixuananın qalıq çəkisi 1,47 qram təşkil etmişdir (cid 1, iş vərəqə 41-44). Məhkəmə-kimyəvi ekspertizasının 19 yanvar 2023-cü il tarixli 6/330 nömrəli rəyindən görünür ki, üzərilərində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi “Zərflər üçün №190” dairəvi möhür əksi və “Təqsirləndirilən şəxs yaşadığı mənzildən aşkar edilmiş...” və sair yazılar,imzalar olan 02 ədəd kağız paketdə: - 1 №li paketdə üzərilərində “Preqabalin 300 mq” göstəriciləri olan 03 ədəd blisterdə ümumilikdə 42 ədəd ağ/qəhvəyi rəngli dərman kapsullarının tərkibində ümumilikdə 12,6 qram (01 kapsulda 0,3 qram) preqabalin təsiredici maddəsi müəyyən edilmişdir; - 2 №li paketdə üzərilərində “Prabeqin 150 mq” göstəriciləri olan 06 ədəd blisterdə ümumilikdə 84 ədəd ağ rəngli dərman kapsullarının tərkibində ümumilikdə 12,6 qram (01 kapsula 0,15 qram) preqabalin təsiredici maddəsi müəyyən edilmişdir. Ekspert tədqiqatından sonra “Preqabalin 300 mq” təsiredici maddəsinin qalıq sayı 40 kapsul, “Prabeqin 150 mq” təsiredici maddəsinin qalıq sayı 82 kapsul təşkil etmişdir (cild 1, iş vərəqə 45-50). Məhkəmə-psixatrik ekspertizasının 17 aprel 2023-ci il tarixli 1054 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs həmçinin törətdiyi əməl dövründə hər hansı bir psixi xəstəliyin və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik qeyd olunmayıb. Həmin dövrdə Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterinin və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs anlaqlılığı istisna etməyən psixi pozuntu aşkar olunmayıb. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterinin və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur (cild 2, iş vərəqə 164-167). Ambulator məcburi-narkoloji tibbi yoxlamanın 17 yanvar 2023-cü il tarixli 242 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan aslılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır (cild 2, iş vərəqə 169-170). Diskə baxış keçirilməsi haqqında 08 may 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus olan mobil nömrənin sms mətnlərinə baxış zamanı Sənan Səfərov adlı şəxsə məxsus ***-***-**-** saylı mobil nömrədən xx.xx.2023-cü il tarixdə saat 15:26-da daxil olmuş sms mətnində “Paçkada 28 ədəd? Pregabalindir həminkindən?”, ***- ***-**-** saylı mobil nömrədən X1 məxsus ***-***-**-** saylı mobil nömrəyə xx.xx.2021-ci il tarixdə saat 14:19-da daxil olmuş sms mətnində “Ae 100manata 4 Lis 300 Duy İsdemirsen?” məzmunlu mətnlərin göndərildiyi müəyyən edilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs həmin sms mətnləri ilə bağlı suallar verildikdə, Təqsirləndirilən şəxs həmin şəxslərə də preqabalin satdığını bildirmişdir (cild 2, iş vərəqə 205). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya Xəstəxanasının 29 mart 2023-cü il tarixli 3930 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2017-xx.xx.2017-ci il tarixdə göstərilən xəstəxanada stasionar müayinədə olmuşdur (cild 2, iş vərəqə 23). İbtidai istintaq orqanının 08 may 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs aşkar edilmiş güclü təsir edən maddənin mənbəyi ilə bağlı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 240.3.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi hazırkı cinayət işindən ayrıca icraata ayrılmışdır (cild 2, iş vərəqə 232-234). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin məlumatından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 2, iş vərəqə 20-21). Azərbaycan Respublikasının medalların İ-4570, İ-16422 nömrəli vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Prezidentinin 2021-ci il 24 iyun tarixli 2713 nömrəli Sərəncamı ilə müvafiq olaraq “Zəngilanın azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunmuşdur. Azərbaycan Respublikasının medalının İ-11373 nömrəli vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2022-ci il 21 aprel tarixli 250s nömrəli Sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif olunmuşdur. 16 yanvar 2021-ci il tarixli Fəxri Fərmanın surətindən görünür ki, Təqsirləndirilən şəxs N nömrəli hərbi hissənin komandiri tərəfindən Cəbrayıl və Zəngilan rayonlarının işğaldan azad olunması uğrunda gedən döyüşlərdə vəzifə borcunu layiqincə yerinə yetirdiyinə görə təltif olunumuşdur. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmişdir, başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli qərarının izah və tələblərini də rəhbər tutur. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanuna əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Məhkəmə, Təqsirləndirilən şəxs narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan külli miqdarda güclü təsir edən maddələri satış məqsədi ilə əldə etməməsi barədə məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Onun öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü bu mülahizəsi yuxarıda göstərilən sübutlarla cinayət işinin materialları, şəxsi axtarış və yaşayış sahəsinə baxış protokolları, şahidlərin ifadələri, ekspert rəyləri, iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları, o cümlədən özünün güclü təsir edən maddənin - həblərin satışı ilə məşğul olmasını birbaşa özündə əks etdirən sms yazışmalarının məzmunları ilə tam təkzib olunur. Onun həmin maddələri resept əsasında əldə edilməsi ilə bağlı bildirdiklərini təsdiq edən hər hansı dəlil, o cümlədən resept müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə bağlı ibtidai istintaq zamanı dindirilərkən verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş ifadəsi iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadəni də sübut kimi qəbul edir. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci və 240.3.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci və 240.3.2-ci maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Həmçinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cəza təyin edərkən məhkəmə, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamasını, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Vətən müharibəsində - İkinci Qarabağ müharibəsində fəal iştirak edərək Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Zəngilanın azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” və Azərbaycan Respublikasının Baş naziri tərəfindən “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunmasını, qulluq etdiyi hərbi hissənin komandanlığı tərəfindən torpaqların işğaldan azad olunması, Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə vəzifə borcunu layiqincə yerinə yetirən əsgər kimi fərqləndirilməsini Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 19 yanvar 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 20 yanvar 2023-cü il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin 19 yanvar 2023-cü il tarixdən hesablanması qərara alınmışdır (cild 1, iş vərəqə 25-26, 229-233). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 19 yanvar 2023-cü il tarixdən hesablanmalıdır. Həmçinin Təqsirləndirilən şəxs 01 yanvar 2023-cü il tarixdən 03 yanvar 2023-cü il tarixədək tutulduğu 2 gün ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılmalıdır (cild 1, iş vərəqə 67, 116-117). Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin maddi sübutların saxlanma yerinə təhvil verilmiş, ekspert tədqiqatından sonra qalıq çəkiləri 1,47 qram və 14,078 qram təşkil edən qurudulmuş marixuana, qalıq 40 ədəd təşkil edən “Preqabalin 300 mq” təsiredici maddəsi və 82 ədəd kapsul təşkil edən “Prabeqin 150 mq” təsiredici maddəsi, qalıq 12 ədəd təşkil edən MDMA həbləri məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış, yaşadığı evə baxış keçirilməsini özündə əks etdirən 02 ədəd disk, Şahid7 üzərinə şəxsi axtarış keçirilməsini özündə əks etdirən 01 ədəd disk, Şahid6 üzərinə şəxsi axtarış keçirilməsinin görüntülərini özündə əks etdirən 01 ədəd disk, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İnformasiya-Kommunikasiya İdarəsi tərəfindən təqdim olunmuş 01 ədəd disk, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən təqdim olunmuş 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 351 (üç yüz əlli bir) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir (cild 1, iş vərəqə 42, 46, cild 2, iş vərəqə 87, 92). Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Başqa sözlə, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi məhkəmə zamanı həm də Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X5 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001ci il tarixli, 31 nömrəli Qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla, məhkəmə mərhələsində göstərilmiş 12 iş saatı həcmində hüquqi yardımla bağlı X2 vəkil işlədiyi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına 72 (yetmiş iki) manat məbləğində pul köçürülməlidir. Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci və 240.3.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 240.3.2-ci maddəsi ilə 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 4 (dörd) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutulduğu 2 gün təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılaraq onun üzərində 4 (dörd) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 19 yanvar 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin. İş üzrə maddi sübutlar: - Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin maddi sübutların saxlanma yerinə təhvil verilmiş, ekspert tədqiqatından sonra qalıq çəkiləri 1,47 qram və 14,078 qram təşkil edən qurudulmuş marixuana, qalıq 40 ədəd təşkil edən “Preqabalin 300 mq” təsiredici maddəsi və 82 ədəd kapsul təşkil edən “Prabeqin 150 mq” təsiredici maddəsi, qalıq 12 ədəd təşkil edən MDMA həbləri məhv edilsin. - Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış, yaşadığı evə baxış keçirilməsini özündə əks etdirən 02 ədəd disk, Şahid7 üzərinə şəxsi axtarış keçirilməsini özündə əks etdirən 01 ədəd disk, Şahid6 üzərinə şəxsi axtarış keçirilməsinin görüntülərini özündə əks etdirən 01 ədəd disk, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İnformasiya- Kommunikasiya İdarəsi tərəfindən təqdim olunmuş 01 ədəd disk, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən təqdim olunmuş 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 351 (üç yüz əlli bir) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilsin. Məhkəmə mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X5 üçün 72 (yetmiş iki) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir Sədrlik edən hakim: Faiq Qəniyev Hakimlər: Mahmud Ağalarov Samir Əliyev
Məhkəmə qərarları › İş №1(101)-389/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-389/2024
17.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver